Məhkəmə qərarları › İş №1(063)-45/2024

Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-45/2024

09.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-45/2024 09.08.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 1977-ci ildə Ucar rayonu, Qarabörk kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, 2-ci qrup əlil, işləməyən, Ucar rayonu, Qarabörk kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə" İ siyahısı ilə müəyyən edilmiş xeyli miqdarda, yəni 0,740 qram çəkidə qanunsuz olaraq əldə etdiyi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini üzərində daşımaqla saxlamış, 16 mart 2024-ci il tarixdə, saat 18 radələrində Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Ucar şəhəri, 20 Yanvar küçəsində saxlanılaraq Ucar Rayon Polis Şöbəsinə gətirilib növbətçi hissədə onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sol yan cibindən 1 ədəd sellofana bükülmüş 1 ədəd ağgümüşü rəngli kağız bükülüdə satış məqsədi olmadan qanunsuz əldə edərək üzərində daşımaqla saxladığı xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 0,740 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Buna görə də, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 16 mart 2024-cü il tarixdə polis əməkdaşları onu şöbəyə aparmışlar, orada masanın üzərinə narkotik vasitə qoyub onun olduğunu bildirmişlər, o da məcbur olub narkotik vasitə saxlamağı etiraf etmişdir, əslində həmin vaxt onun üzərində narkotik vasitə olmamışdır. Əlavə olaraq bildirdi ki, istintaq zamanı məcbur olub etiraf etmişdir, ona təzyiq göstərilməmişdir, onu döyməmişlər, başqa yolu olmamışdır. Onu 16 mart 2024-cü il tarixdə şöbəyə gətirmişlər, 20 Yanvar küçəsində ona yaxınlaşmışlar. Video görüntü zamanı etiraf etmiş, müdafiəçiyə ona təzyiq göstərilməsini deməmişdir, əvvəllər məhkum olunmuş, cəriməni də ödəmişdir, narkoloji müayinədən keçmişdir, əvvəllər narkotik vasitə olan marixuanadan istifadə etmiş, satışı ilə məşğul olmamışdır. Narkoloji müayinə vaxtı narkotik vasitədən istifadə etməyini etiraf etmişdir. Təqsirləndirilən şəxs son sözündə məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını tələb etdi. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsə də, ona ittiham elan olunan əməlinin törədilməsində təqsirli olması məhkəmədə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ucar rayonu, Qarabörk kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması barədə 16 mart 2024-cü il tarixdə əməliyyat aparatına məlumat daxil olmuşdur. Məlumat əsasında tərəfindən raport yazılmaqla əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar qəbul olunmuş və Ucar Rayon Polis Şöbəsinin rəisinin imzası ilə qərar təsdiq edilmiş və əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Ucar Rayon Polis Şöbəsinin PPXB-nin komandiri Şahid2 və Ucar Rayon Polis Şöbəsinin PPXB-nin manqa komandiri Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs yerini müəyyən edib rayon polis şöbəsinə gətirmək məqsədilə 16 mart 2024-cü il tarixdə, saat 18:20-də Təqsirləndirilən şəxs ola biləcəyi Ucar şəhəri, 20 Yanvar küçəsini müşahidəyə götürmüşlər. Müşahidə zamanı Təqsirləndirilən şəxs saat 18:40-da həmin küçədə piyada hərəkət etdiyini gördükdə sonuncuya yaxınlaşıb özlərini təqdim edib narkotik vasitələrin qanunsuz istifadəsində və saxlanmasında şübhəli olduğunu bildirib üzərində şəxsi axtarış keçirilməsi məqsədilə Ucar Rayon Polis Şöbəsinə dəvət etdikdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılmasına etirazının olmadığını bildirərək Ucar Rayon Polis Şöbəsinə getməyə heç bir etiraz etməmişdir. Təqsirləndirilən şəxs Ucar Rayon Polis Şöbəsinə gətirilmiş, rayon polis şöbəsinin növbətçi hissəsində Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş, həmçinin Təqsirləndirilən şəxs üzərində keçiriləcək şəxsi axtarış zamanı müdafiə hüququnun təmin olunması məqsədi ilə şəxsi axtarışda Müdafiəçi da iştirakı təmin edilmişdir. Ardınca şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa, təqdim etməsi təklif olunduqda sonuncu əynindəki qara rəngli uzunqol gödəkçəsinin sağ yan cibindən bir ədəd “Vest” markal siqaret qutusu, 1 ədəd alışqan və 1 ədəd təsbehi masanın üzərinə qoymuş, ardınca əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd sellofana bükülmüş 1 ədəd ağ-gümüşü rəngli kağız bükümü masanın üzərinə qoymuşdur. Daha sonra Müfiq Qurbanovdan həmin bükümün içərisindəki kütlənin nə olduğu soruşulduqda sonuncu həmin kütlənin narkotik vasitə olduğunu bildirmişdir. Ardınca həmin büküm açılaraq baxıldıqda içərisində narkotik vasitə olan heroinə bənzər kütlə olması müəyyən olunmuşdur. X3 tərəfindən Təqsirləndirilən şəxs bir daha həmin kütlənin nə olması ilə bağlı sual verildikdə sonuncu həmin kütlənin narkotik vasitə olan heroin olduğunu təsdiq etmişdir. Daha sonra X3 tərəfindən həmin kütlə 1 ədəd kağız zərfdə qablaşdırıldıqdan sonra üzəri 71 nömrəli möhürlə möhürlənmiş və iştirakçılar tərəfindən üzəri imzalandıqdan sonra götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində əlavə qanunla qadağan olunmuş əlavə əşya və ya predmetin olub-olmaması barədə soruşulduqda sonuncu üzərində başqa qanunla qadağan olunmuş əşya və ya predmetin olmadığını bildirmişdir. Şahid3 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş digər əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyi üçün özünə geri qaytarılmışdır. Ardınca Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilərkən hər hansı bir zorakılığa məruz qalıb-qalmaması ilə bağlı sual verildikdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən və polis şöbəsinə gətirilərkən ona qarşı hər hansı bir qanunsuz hərəkətin edilmədiyini bildirmişdir. Bundan sonra şəxsi axtarış prosesi X3 tərəfindən yekunlaşdırılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 da şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar ifadə verdilər. Cinayət işində olan materialların məhkəmə ekspertizasının 17 mart 2024-cü il tarixli, 3-16-16-2-17/283 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə....” sözləri, adlar və imzalar olan zərfin içərisindəki, sellofana bükülmüş 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi- 0,740 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik siyahısı”na daxildir (İ siyahı). Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının 22 aprel 2024-cü il tarixli, 693 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirildiyi üçün o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Cinayət işində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatından görünür ki, Təqsirləndirilən şəxs ikinci dərəcəli əlildir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən аlınmış tələbnаmədən, məhkəmə hökmünün və qərarının surətindən görünür ki, Ucar Rayon Məhkəməsinin 24 iyun 2013-cü il tarixli, 1(063)-20/2013 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətə аzаdlıqdаn məhrumеtmə cəzаsınа məhkum edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən həmin cəzaya Ucar Rayon Məhkəməsinin 27 fevral 2013-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 3000 manat miqdarda cərimə cəzası tamamilə birləşdirilməklə ona qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə və 3000 (üç min) manat miqdarda cərimə cəzası təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 avqust 2013-cü il tarixli, 1(106)-317/2013 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə məhkum olunması barədə Ucar Rayon Məhkəməsinin 1(063)-20/2013 saylı, 24 iyun 2013-cü il tarixli hökmünün Azərbaycan Respublikası Baş Prokurorunun müavini Namiq Əsgərovun apellyasiya protestinə əsasən dəyişdirilməsi, “Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasının cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməsinə” dair müddəanın hökmün təsviri-əsaslandırıcı hissəsindən xaric edilməsi, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasınadək azaldılması, CM-in 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı qərarla təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Ucar Rayon Məhkəməsinin 27 fevral 2013-cü il tarixli hökmü ilə ona təyin edilmiş 3000 manat miqdarda cərimə cəzası tamamilə toplanılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhkum etmə cəzasının və 3000 (üç min) manat miqdarda cərimə cəzasının saxlanılması, CM-in 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzasının müstəqil icra olunması qərara alınmışdır. Cinayət işində olan Ucar rayon icra və probasiya şəbəsinin 15 may 2024-cü il tarixli, 172 nömrəli məktubundan görünür ki, Penitensiar Xidmətin 5 saylı Cəzaçəkmə Müəssisəsinin xx/xx-3522 saylı, 06 oktyabr 2016-cı il tarixli məktubuna əsasən məhkum Təqsirləndirilən şəxs cəza müddəti 14 sentyabr 2016-cı il tarixdə başa çatdığından barəsində olan 24 iyun 2013-cü il tarixli icra vərəqəsi icra olunması üçün Ucar rayon icra və probasiya şöbəsinə daxil olmuş, ona təyin olunmuş 3000 manat miqdarında cərimə 15 aprel 2022-ci il tarixdə tam ödənilmişdir. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü mаddəsinə əsаsən аz ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, məhkumluq ödənilmiş hеsаb оlunur. Təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli az ağır cinаyətlər kаtеqоriyаsınа аiddir. CM-in 83.3.3-cü mаddəsinə əsаsən onun məhkumluğu ödənilməmişdir. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Bеlə оlаn hаldа, Təqsirləndirilən şəxs yenidən qəsdən hаzırki iş üzrə ittihаm оlunduğu cinаyət əməlini törətməsi оnun əməlində cinаyətlərin rеsidivini yаrаdır. Оnа görə də Təqsirləndirilən şəxs CM-in 65.2-ci mаddəsinin tələbləri nəzərə аlınmаqlа cəzа təyin оlunmаlıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırılma aparılaraq fiziki və psixi zorakılığa tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməsi barədə ifadəsini özünümüdafiə və məsuliyyətdən yayınmaq kimi qiymətləndirir. Onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir. CM-in 58.3-cü mаddəsində nəzərdə tutulmuşdur ki, cəzа təyin еdilərkən törədilmiş cinаyətin хаrаktеri və ictimаi təhlükəlilik dərəcəsi, təqsirkаrın şəхsiyyəti, о cümlədən cəzаnı yüngülləşdirən və аğırlаşdırаn hаllаr, hаbеlə təyin оlunmuş cəzаnın şəхsin islаh оlunmаsınа və оnun аiləsinin həyаt şərаitinə təsiri nəzərə аlınır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs ikinci qrup əlil olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlində cinayətlərin residivinin olmasını CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdran halları, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun həyat şəraitinə təsirini nəzərə alaraq cəmiyyətdən təcrid edilmədən islah edilməsinin mümkün olmaması qənaətinə gəlməklə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. CM-in 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 16 mart 2024-cü il tarixdə, saat 19:15-də şübhəli şəxs qismində tutulmuş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edilərək 18 mart 2024-cü il tarixdə, saat 16:10-da müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxsə elan olunmuş, həmçinin müvəqqəti saxlama yerindən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində qəti cəza CM-in 69.3-cü maddəsində nəzərdə tutulmuş qaydalar üzrə təyin edilməlidir. CM-in 69.3-cü maddəsində göstərilir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə və intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Odur ki, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həbsdə olduğu 2 gün müddət ona cəza təyin edilərkən nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniya üzrə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, CM-in 93.1.2-ci maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin еdilir. Hazırkı cinayət işi üzrə müvafiq ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə, CPM-in 346.1.19-cu maddəсinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Ucar Rayon Polis Şöbəsində saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq qalmış, təmiz çəkisi 0,690 qram olan kustar üsulla hazırlanmış narkotik vasitəheroin məhv edilməli, iş üzrə maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyindən bаrəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə zalından həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, CPM-in 346.1.22-ci maddəsinin tələblərinə əsasən cəzanın çəkilmə müddətlərinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 09 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Hökmün maddi sübutun məhv edilməsi, habelə məhkəmə məsrəfinin (ekspertiza xərcinin) tutulması ilə bağlı hissədə icrası Ucar rayon icra və probasiya şöbəsinə tapşırılmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 104 (bir yüz dörd) manat məbləğində pul ödənilməlidir İş üzrə mülki iddia və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə həbsdə olduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 09 avqust 2024-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Ucar Rayon Polis Şöbəsində saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq qalmış, təmiz çəkisi 0,690 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin məhv edilsin. İş üzrə maddi sübut olan 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmün maddi sübutun məhv edilməsi, habelə məhkəmə məsrəfinin (ekspertiza xərcinin) tutulması ilə bağlı hissədə icrası Ucar rayon icra və probasiya şöbəsinə tapşırılsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 104 (bir yüz dörd) manat məbləğində pul ödənilsin. Hökmdən elan edildiyi vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar