Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-45/2025 19.12.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Atayeva Ramilə Mirəli qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X2 və Təqsirləndirilən şəxs2, müdafiəçiləri-fərdi qaydada fəaliyyət göstərən vəkillər, Müdafiəçi2, Müdafiəçi1 və Yevlax şəhər vəkil bürosunun vəkili Müdafiəçi3, Zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X2 və Təqsirləndirilən şəxs2 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2 iştirakları ilə 19 dekabr 2025-ci il tarixdə, Ucar Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxx 2006-cı ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində doğulmuş, subay, işsiz, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, Ucar Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək barəsində 2 il müdddətinə şərti sınaq müddəti təyin olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 02 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 180.2.1, 180.2.4, 221.2.1 və 234.1-ci maddələri, xx xxxxx 2000-ci ildə Ucar şəhərində doğulmuş, subay, işsiz, natamam orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 02 saylı İstintaq Təcridxanasında saxlanılan X2 Azərbaycan Respublikasının CM-nin 180.2.1 və 180.2.4-cü maddələri, xx xxxxxxxx 2009-cu ildə Ucar şəhərində doğulmuş, subay, işsiz, natamam orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanda yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 27 dekabr 2024-cü il tarixdə, saat 18 radələrində, Ucar şəhəri, Heydər Əliyev prospektində yerləşən “Köhnə kinoteatr” binasının yaxınlığında tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə dayanıb söhbət edən zaman yaxınlıqda tək dayanmış əvvəllər tanımadığı Zərərçəkmiş şəxs2 yaxınlaşıb heç bir əsaslı səbəb olmadan həmin yerdə dayanmasına irad bildirərək sonuncunu Ucar şəhər Mədəniyyət evinin yaxınlığına aparıb Təqsirləndirilən şəxs2la bir qrup şəxs halında öz şəxsiyyətlərini başqa şəxslərin şəxsiyyəti fövqündə qoymaqla üstünlüklərini və aralarında yaranmış mübahisəni ictimai qaydalara zidd olaraq, zor tətbiq etmək yolu ilə həll etmək iqtidarında olduqlarını nümayiş etdirib, ucadan söyüşlər söyməklə kənar şəxslərin gözü qarşısında, ətrafdakı digər şəxslər üçün əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, eləcə də cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və qarşılıqlı davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə qəsdən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs2 yerə yıxıb yumruq və təpiklə sifət və bədənin digər nahiyyələrinə vuraraq döydükdə, sonuncu ayağa durub oradan uzaqlaşmaq istəyərkən arxasınca gedib Heydər Əliyev prospektində yerləşən köşkün yaxınlığında yenidən yerə yıxıb yumruq və təpiklə baş və bədənin digər nahiyyələrinə vurmaqla və cibində olan 150 manat dəyərində «Xiaomi Redmi 9» markalı mobil telefonu sındırıb məhv etməklə qərəzli xuliqanlıq hərəkətlərini davam etdirmiş, daha sonra isə özü tək H.Əliyev prospektində yerləşən “Oba Market” mağazasının yaxınlığına gedib orada da qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək yumruqla bir neçə dəfə Zərərçəkmiş şəxs2 qarın nahiyəsinə vurmaqla sonuncuya alt dodağının selikli qişasının əzilmiş yarası, sağ göz ətrafı nahiyyənin qançırı, sağ gözün ağlı qişasına yayılmış qansızma, hər iki dizin, sol gicgahın, sol burun, dodaq büküşünün sıyrıqlarından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirib qərəzli hərəkətlər törətməklə xuliqanlıq etmişdir. Bundan başqa o, 24 yanvar 2025-ci il tarixdə, saat 17 radələrində Zərərçəkmiş şəxs1 Ucar şəhəri, Heydər Əliyev prospektində yerləşən «Köhnə kinotatr» binasının qarşısında quraşdırılmış "xxxx" ASC-yə məxsus ATM-dən pul çıxarmasını gördükdən sonra özgənin əmlakı açıq talama məqsədi ilə tanışı X5 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gələrək tamah niyyəti ilə Zərərçəkmiş şəxs1 təqib edərək Ucar şəhəri, Səttərxan küçəsində Məmmədhüseyn Ələsgərov əynində olan gödəkçəni arxadan Zərərçəkmiş şəxs1 başına keçirib görməsini məhdudlaşdırdıqdan sonra özü sonuncunun şalvarının balağından çəkib insan həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə yerə yıxaraq ənsə nahiyəsinin şişkinliyi kimi sağlamlığa zərər vurmayan xəsarət yetirib əynində olan şalvarın sağ yan cibindən 142 manat pulu götürərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını tamah məqsədi ilə qəsdən açıq yolla talamaqla soyğunçuluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə etdiyi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Rrespublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” 1 siyahısı ilə müəyyən edilmiş xeyli miqdarda, yəni 17,82 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi olmadan əldə edib daşıyaraq yaşadığı Ucar şəhəri, H.Əliyev prospekti, ev 53, mənzil 2 ünvanında saxlamış, 25 fevral 2025-ci il tarixdə, saat 15 radələrində Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Ucar şəhəri, Heydər Əliyev prospekti ilə Rəsul Rza küçəsinin kəsişməsində saxlanıldıqdan sonra yaşadığı evə baxış keçirilən zaman evin qonaq otağında olan paltar dolabının üzərindən 1 ədəd göy rəngli sellofan bükümdə, təmiz çəkisi 17,82 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. X4 24 yanvar 2025-ci il tarixdə, saat 17 radələrində Zərərçəkmiş şəxs1 Ucar şəhəri, Heydər Əliyev prospektində yerləşən «Köhnə kionteatr» binasının qarşısında quraşdırılmış "xxxx" ASC-yə məxsus ATM-dən pul çıxarmasını gördükdən sonra özgənin əmlakın açıq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gələrək tamah niyyəti ilə Zərərçəkmiş şəxs1 təqib edərək Ucar şəhəri, Səttərxan küçəsində əynində olan gödəkçəni arxadan Zərərçəkmiş şəxs1 başına keçirib görməsini məhdudlaşdırdıqdan sonra Təqsirləndirilən şəxs1 sonuncunun şalvarının balağından çəkib insan həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə yerə yıxaraq ənsə nahiyəsinin şişkinliyi kimi sağlamlığa zərər vurmayan xəsarət yetirib əynində olan şalvarın sağ yan cibindən 142 manat pulu götürərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını tamah məqsədi ilə qəsdən açıq yolla talamaqla soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs2 27 dekabr 2024-cü il tarixdə, saat 18 radələrində, Ucar şəhəri, Heydər Əliyev prospektində yerləşən “Köhnə kinoteatr” binasının yaxınlığında tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə dayanıb söhbət edən zaman yaxınlıqda tək dayanmış əvvəllər tanımadığı Zərərçəkmiş şəxs2 yaxınlaşıb heç bir əsaslı səbəb olmadan həmin yerdə dayanmasına irad bildirərək sonuncunu Ucar şəhər Mədəniyyət evinin yaxınlığına aparıb Təqsirləndirilən şəxs1lə bir qrup şəxs halında öz şəxsiyyətlərini başqa şəxslərin şəxsiyyəti fövqündə qoymaqla üstünlüklərini və aralarında yaranmış mübahisəni ictimai qaydalara zidd olaraq, zor tətbiq etmək yolu ilə həll etmək iqtidarında olduqlarını nümayiş etdirib, ucadan söyüşlər söyməklə kənar şəxslərin gözü qarşısında, ətrafdakı digər şəxslər üçün əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, eləcə də cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və qarşılıqlı davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə qəsdən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs2 yerə yıxıb yumruq və təpiklə sifət və bədənin digər nahiyyələrinə vurmaqla döymüş, sonuncu ayağa durub oradan uzaqlaşmaq istəyərkən arxasınca gedib Heydər Əliyev prospektində yerləşən köşkün yaxınlığında yenidən yerə yıxıb yumruq və təpiklə baş və bədənin digər nahiyyələrinə vurmaqla və cibində olan 150 manat dəyərində «Xiaomi Redmi 9» markalı mobil telefonu sındırıb məhv etməklə qərəzli xuliqanlıq hərəkətlərini davam etdirməklə sonuncuya alt dodağının selikli qişasının əzilmiş yarası, sağ göz ətrafı nahiyyənin qançırı, sağ gözün ağlı qişasına yayılmış qansızma, hər iki dizin, sol gicgahın, sol burun, dodaq büküşünün sıyrıqlarından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirib qərəzli hərəkətlər törətməklə xuliqanlıq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4, 221.2.1-ci maddələri ilə təqsirli, CM-nin 234.1-ci maddəsi ilə isə təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2023-cü ildə Ucar Rayon Məhkəməsinin hökmü ilə CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və barəsində 2 il müdddətinə şərti sınaq müddəti təyin olunmuşdur. Zərərçəkmiş şəxs2 əvvəlcədən tanımamışdır. Təqsirləndirilən şəxs2 isə dostu olmuşdur. 27 dekabr 2024-cü il tarixdə, saat 18 radələrində dostu Vahidlə Ucar şəhəri, H.Əliyev prospektinə gələrək “Klub” deyilən yerdə dayanıb söhbət etmişdir. Həmin vaxt Tural adlı şəxs Ucar şəhəri, H.Əliyev prospektinə gələrək “Klub” deyilən yerin qarşısında dayanıb gözləməyə başlamışdır. Bu vaxt o, Turala yaxınlaşıb heç bir əsaslı səbəb olmadan həmin yerdə dayanmayıb getməsini tələb etmişdir. Tural ondan nə üçün belə bir şey istədiyini soruşduqda, o, “camaatın anası, bacısı keçir burdan” deyə bildirmişdir. Bu zaman o, Turala həmçinin “bir qədər kənara gəl, səninlə söhbət etmək istəyirəm” deyə bildirmişdir. Daha sonra onlar Ucar şəhəri, H.Əliyev prospektində yerləşən Mədəniyyət evi istiqamətində getmişlər. Vahid də onların arxasınca gəlmişdir. Mədəniyyət evinin sağ yan tərəfində olan ağaclıq yerə çatanda o, qəflətən əlləri ilə Turalın belindən tutaraq arxaya itələmiş və Tural yerə yıxılmışdır. Ayağa durmaq istəyəndə Vahidlə o, yumruq və təpiklə Turalın sifətinə və bədəninin müxtəlif nahiyələrinə vurmağa başlamışdır. Daha sonra Vahidlə o, bir qədər yumruq və təpiklə Turalı vurduqdan sonra aralanmış və Tural ayağa durub “Klub” deyilən yerə tərəf getməyə başlamışdır. Sonra onlar da üzü “Klub” deyilən yerə tərəf getməyə başlamışlar. Tural Ucar şəhəri, H.Əliyev prospektində yerləşən «Köhnə kinoteatr» binasının yaxınlığındakı köşkün qarşısına çatanda Tural onların ünvanına nalayiq ifadələr işlətdiyinə görə Vahidlə o, Turala yaxınlaşmış və o, Turalın yaxasından tutub çəkmişdir. Tural da ona “məni niyə təkləyirsiniz, bu kişilikdən deyil” deyə bildirmişdir. Turalın sözlərindən sonra Vahidlə o, Turalın ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin vaxt onların ətrafına xeyli insan toplaşmağa başlamışdır. Lakin həmin şəxsləri tanımamışdır. Bundan sonra Vahidlə o, Turalın qarın nahiyəsindən tutaraq yerə yıxmış və yumruqla və təpiklə Turalın başına və bədəninin müxtəlif nahiyələrinə vuraraq döyməyə başlamışlar. Vahidlə o, bir neçə dəqiqə yumruq və təpiklə Turalı döymüş, sonra buraxmış və Tural piyada Ucar şəhəri, H.Əliyev prospektində yerləşən köhnə kinoteatr binasının yaxınlığındakı “Oba” market istiqamətində getməyə başlamışdır. Tural «Oba» marketin qarşısına çatanda o, yenidən Turala yaxınlaşmış, əlləri ilə Turalın qarın nahiyəsindən qucaqlayıb yerə yıxmağa çalışmışdır. Lakin yerə yıxa bilməmiş və bu zaman Turalı buraxıb yumruqla bir neçə dəfə qarın nahiyəsinə vurmuşdur. Daha sonra isə oradan uzaqlaşmışdır. Ucar şəhər sakini Məmmədhüseyn adlı şəxslə isə təxminən 2-3 il əvvəl tanış olmuşdur. Məmmədhüseynlə münasibəti yaxşı olmuşdur. Onun Məmmədhüseynə əvvəllər 70 manat borcu olmuşdur. Məmmədhüseyn ondan 70 manat pulunu tələb edəndə, o, 10 günə borcunu qaytaracağına söz vermişdir. 24 yanvar 2025-ci il tarixdə, saat 17 radələrində Ucar şəhəri, H.Əliyev prospektində köhnə “klub” deyilən binanın yaxınlığında Məmmədhüseynlə dayanmışdır. Həmin vaxt Ucar şəhər sakini “alkaş” Allahverdi kimi tanıdığı qoca kişi əynində qara rəngli yarım palto, şalvar və başında “kepka” “klub” binasında yerləşən “OBA” marketin girişində sol tərəfdə quraşdırılmış ATMə yaxınlaşmışdır. Məmmədhüseyn “OBA” marketdən 1 qutu siqaret alıb çıxanda o, Məmmədhüseynə “Allahverdi pensiyasını ATM-dən çıxaranda görmüşəm. İstəyirəm Allahverdinin pulunu əlindən alıb sənin 70 manat borcunu qaytaram” deyə bildirmişdir. Məmmədhüseyn də Allahverdinin pulunu əlindən almağa razılaşmışdır. Allahverdi Ucar şəhəri, Koroğlu küçəsinə keçərək əvvəlcə yolun sol tərəfində yerləşən zibil qutusundan nəsə götürüb, sonra yolun sağ tərəfinə səkiyə qayıtmışdır. Məmmədhüseynlə o, Allahverdinin arxasınca düşüb getməyə başlamışdır. Allahverdi Ucar şəhəri, Səttərxan küçəsinə dönmüşdür. Bu zaman o, Məmmədhüseynə “sən əynində olan qara rəngli gödəkçəni onun başına keçir, mən də onu yerə yıxıb cibindən pulu götürüm” deyə bildirmişdir. Məmmədhüseyn də onun təklifi ilə razılaşmışdır. Allahverdi küçənin yarısına qədər məhkəmə binasına tərəf xeyli gəlmişdir. Daha sonra Məmmədhüseyn küçədə qara rəngli üzərində ağ zolaqları olan darvazanın qarşısında gödəkçəni Allahverdinin arxadan başına keçirmişdir. Bu zaman o, Məmmədhüseynə tərəf qaçaraq Allahverdinin şalvarının “balağından” tutub yerə yıxmış və Allahverdinin şalvarının sağ cibindən bir qədər pul götürmüşdür. Daha sonra oradan qaçaraq uzaqlaşmışlar. Allahverdi onların arxasınca qışqırıb nəsə demişdir. Məmmədhüseynlə o, küçədə sağ tərəfdə olan dar bir araya girib oradan digər küçəyə çıxmışdır. O, əlində olan 1 ədəd 100. 2 ədəd 20. 2 ədəd 1 manatlıq pulları Məmmədhüseynə göstərib “Allahverdinin şalvarının cibindən cəmi 142 manat pul çıxarmışam” deyə bildirmişdir. O, Məmmədhüseynə olan 70 manat borcunu qaytarıb əlavə olaraq 1 manat da vermişdir. Bundan sonra onlar çıxıb getmişlər. 25 fevral 2025-ci il tarixdə, saat 15 radələrində o, Ucar şəhəri, H.Əliyev prospekti ilə Ucar şəhəri, R.Rza küçəsinin kəsişməsində hərəkətdə olan zaman polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək, üzərinə və yaşadığı ünvana baxış keçiriləcəklərini qeyd etmişlər. Daha sonra olduğu yerdə insanlar gedib-gəldiyindən onu bir qədər kənara, yəni Ucar şəhəri, R.Rza küçəsində yerləşən Ucar şəhər 3 nömrəli tam orta məktəbin yaxınlığına gətirmiş və videoçəkilişlə üzərinə baxış keçirilmişdir. Baxışa başlamazdan əvvəl ona hüquq və vəzifələri izah olunaraq bu barədə bildiriş təqdim edilmişdir. O, bildirişə imza edərək götürmüşdür. Polis əməkdaşı ondan üzərində qanunla qadağan olunmuş əşya və predmet saxlayıb-saxlamadığı barədə soruşmuş və o, saxlamadığını qeyd etmişdir. Daha sonra onun üzərinə baxış keçirilmiş, baxış zamanı üzərindən qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Daha sonra onun yaşadığı ünvan 5 ünvanına baxış keçirilmiş, baxış zamanı yaşadığı evin qonaq otağında yerləşən paltar dolabının üzərindən 1 ədəd göy rəngli sellofan bükümdə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Lakin hesab edir ki, aşkar edilmiş narkotik vasitə ona məxsus deyil, həmin narkotik vasitə məhz polis əməkdaşları tərəfindən oraya qoyulmuşdur. Daha sonra həmin aşkar edilmiş kütlə elekton tərəzinin üzərinə qoyulmuş və çəkisinin 20,24 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş kütlə zərfin içərisinə yerləşdirilmiş, zərfin üzəri yazılmış, o və bütün digər iştirakçılar ardıcıllıqla zərfin üzərinə imza etdikdən sonra zərfin üzəri Ucar RPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhüründən istifadə olunaraq möhürlənib götürülmüşdür. Daha sonra yaşadığı ünvana yenidən baxış keçirilmiş, lakin başqa qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Bundan sonra onu Ucar RPŞ-nə gətirmişlər. Ucar RPŞ-nin növbətçi hissəsində onun və polis əməkdaşlarının iştirakı ilə yaşadığı ünvandan aşkar edilmiş kütləyə müstəntiq tərəfindən baxış keçirilmişdir. Həmin kütləyə baxış keçirilməsi ilə bağlı kiminsə etirazı olub-olmaması barədə sual verildikdə o və digər iştirakçılar etirazlarının olmadığını bildirmişlər. Daha sonra müstəntiq tərəfindən ona hüquq və vəzifələri izah edilərək bu barədə bildiriş təqdim edilmiş, o da həmin bildirişi imzalayaraq götürmüşdür. Daha sonra yaşadığı ünvandan aşkar edilmiş kütlənin qablaşdırıldığı zərfə baxış keçirilmiş, tərəzidə çəkilmiş və çəkisinin 20,26 qram olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı o, həmin kütlənin özünə məxsus olduğunu, istifadə etmək məqsədi ilə yaşadığı ünvanda saxladığını və həmin kütlənin “nəşə” olduğunu bildirsə də, bu hal onun polis əməkdaşlarından qorxması ilə bağlı olmuş, lakin polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiki, psixi zor və hədə tətbiq edilməmişdir. Daha sonra həmin kütlə yenidən eyni zərfin içərisinə yerləşdirilmiş və zərfin üzəri Ucar RPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhüründən istifadə olunaraq möhürlənib götürülmüşdür. Bundan sonra müstəntiq tərəfindən baxışda iştirak edən şəxslərdən hər hansı bir sualı, etirazı olub-olmadığı soruşulmuşdur. Onlar sual və etirazlarının olmadığını bildirmişlər. Müstəntiq ona polis əməkdaşları tərəfindən hər hansı bir təzyiqə məruz qalıb-qalmadığını soruşduqda o, “yox” deyə cavab vermişdir. Bundan sonra baxışın keçirilməsi yekunlaşdırılmışdır. Həmçinin o, ifadəsində yaşadığı ünvandan aşkar edilmiş kütlənin özünə məxsus olmadığını, polis əməkdaşlarının ona psixi və fiziki təzyiq göstərdiyinə görə Ucar RPŞ-nin növbətçi hissəsində baxış keçirilən zaman həmin kütlənin özünə məxsus olduğunu, istifadə etmək məqsədi ilə yaşadığı ünvanda saxladığı deməsini, heç bir ruhiəsəb və psixi xəstəliyinin olmadığını, heç kimə narkotik vasitə satmadığını, əvəzsiz olaraq vermədiyini və ya satmaq və vermək niyyətinin olmadığını, Zərərçəkmiş şəxs1 qarşı Məmmədhüseynlə birlikdə qanunsuz hərəkətləri edərkən ətrafda heç kimin olmadığını, bu barədə heç kimin məlumatı olmadığını və heç kimə heç nə danışmadığını, o və X8 Salmanovu öldürməklə, sağlamlığına zərər vurmaqla, işgəncə verməklə hədələmədiklərini, bu kimi hansısa psixi təsiri göstərmədiklərini və ya Zərərçəkmiş şəxs1 həyat və ya sağlamlığı üçün real təhlükə yaratmadıqlarını bildirmişdir. Ucar şəhəri, H.Əliyev prospektində yerləşən «Mədəniyyət evinin» yaxınlığında, həmin prospektdə yerləşən «Köhnə kinoteatr» binasının yaxınlığındakı köşkün yanında onun və Vahidin Turalı döyməsini, «Oba» marketin qarşısında isə onun yumruqla Turalın qarın nahiyəsinə vurmasını ətrafda olan insanların gördüyünü, lakin tanımadığına görə onların kim olduğunu, yəni adlarını və harada yaşadıqlarını bilmədiyini, həmin vaxtı Zərərçəkmiş şəxs2 onu, Vahidi və orada olan hər hansı bir şəxsi vurmadığını, Ucar şəhəri, H.Əliyev prospektində yerləşən «Mədəniyyət evinin» yaxınlığında Vahidlə onun Turalı döyməklərinin təxminən 5-6 dəqiqə, həmin prospektdə yerləşən «Köhnə kinoteatr» binasının yaxınlığındakı köşkün qarşısında yenə Vahidlə onun Turalı döymələrinin təxminən 10-12 dəqiqə, «Oba» marketin qarşısında isə onun Turalla arasında olan mübahisənin isə təxminən 4-5 dəqiqə davam etdiyini bildirmiş, ilkin ifadəsində polis əməkdaşları tərəfindən ona qarşı psixi və fiziki təzyiq göstərilmədiyini bildirsə də, lakin halhazırda polis əməkdaşları tərəfindən ona qarşı psixi və fiziki təzyiq göstərildiyini bildirməsi barədə yaranmış ziddiyyət barədə isə “əvvəl ayrı indi ayrı” deyərək konkret fikir bildirməmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş etdi. İbtidai istintaq zamanı ifadə vermiş, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2023-cü ildə Ucar rayon Məhkəməsinin hökmü ilə CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və barəsində 2 il müdddətinə şərti sınaq müddəti təyin olunmuşdur. Zərərçəkmiş şəxs2 əvvəlcədən tanımamışdır. Təqsirləndirilən şəxs2 isə dostu olmuşdur. 27 dekabr 2024-cü il tarixdə, saat 18 radələrində dostu Vahidlə Ucar şəhəri, H.Əliyev prospektinə gələrək “Klub” deyilən yerdə dayanıb söhbət etmişdir. Həmin vaxt Tural adlı şəxs Ucar şəhəri, H.Əliyev prospektinə gələrək “Klub” deyilən yerin qarşısında dayanıb gözləməyə başlamışdır. Bu vaxt o, Turala yaxınlaşıb heç bir əsaslı səbəb olmadan həmin yerdə dayanmayıb getməsini tələb etmişdir. Tural ondan nə üçün belə bir şey istədiyini soruşduqda, o, “camaatın anası, bacısı keçir burdan” deyə bildirmişdir. Bu zaman o, Turala həmçinin “bir qədər kənara gəl, səninlə söhbət etmək istəyirəm” deyə bildirmişdir. Daha sonra onlar Ucar şəhəri, H.Əliyev prospektində yerləşən Mədəniyyət evi istiqamətində getmişlər. Vahid də onların arxasınca gəlmişdir. Mədəniyyət evinin sağ yan tərəfində olan ağaclıq yerə çatanda o, qəflətən əlləri ilə Turalın belindən tutaraq arxaya itələmiş və Tural yerə yıxılmışdır. Ayağa durmaq istəyəndə Vahidlə o, yumruq və təpiklə Turalın sifətinə və bədəninin müxtəlif nahiyələrinə vurmağa başlamışdır. Daha sonra Vahidlə o, bir qədər yumruq və təpiklə Turalı vurduqdan sonra aralanmış və Tural ayağa durub “Klub” deyilən yerə tərəf getməyə başlamışdır. Sonra onlar da üzü “Klub” deyilən yerə tərəf getməyə başlamışlar. Tural Ucar şəhəri, H.Əliyev prospektində yerləşən «Köhnə kinoteatr» binasının yaxınığındakı köşkün qarşısına çatanda Tural onların ünvanına nalayiq ifadələr işlətdiyinə görə Vahidlə o, Turala yaxınlaşmış və o, Turalın yaxasından tutub çəkmişdir. Tural da ona “məni niyə təkləyirsiniz, bu kişilikdən deyil” deyə bildirmişdir. Turalın sözlərindən sonra Vahidlə o, Turalın ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin vaxtı onların ətrafına xeyli insan toplaşmağa başlamışdır. Lakin həmin şəxsləri tanımamışdır. Bundan sonra Vahidlə o, Turalın qarın nahiyəsindən tutaraq yerə yıxmış və yumruqla və təpiklə Turalın başına və bədəninin müxtəlif nahiyələrinə vuraraq döyməyə başlamışlar. Vahidlə o, bir neçə dəqiqə yumruq və təpiklə Turalı döymüş, sonra buraxmış və Tural piyada Ucar şəhəri, H.Əliyev prospektində yerləşən köhnə kinoteatr binasının yaxınlığındakı “Oba” market istiqamətində getməyə başlamışdır. Tural «Oba» marketin qarşısına çatanda o, yenidən Turala yaxınlaşmış, əlləri ilə Turalın qarın nahiyəsindən qucaqlayıb yerə yıxmağa çalışmışdır. Lakin yerə yıxa bilməmiş və bu zaman Turalı buraxıb yumruqla bir neçə dəfə qarın nahiyəsinə vurmuşdur. Daha sonra isə oradan uzaqlaşmışdır. Ucar şəhər sakini Məmmədhüseyn adlı şəxslə isə təxminən 2-3 il əvvəl tanış olmuşdur. Məmmədhüseynlə münasibəti yaxşı olmuşdur. Onun Məmmədhüseynə əvvəllər 70 manat borcu olmuşdur. Məmmədhüseyn ondan 70 manat pulunu tələb edəndə, o, 10 günə borcunu qaytaracağına söz vermişdir. 24 yanvar 2025-ci il tarixdə, saat 17 radələrində Ucar şəhəri, H.Əliyev prospektində köhnə “klub” deyilən binanın yaxınlığında Məmmədhüseynlə dayanmışdır. Həmin vaxt Ucar şəhər sakini “alkaş” Allahverdi kimi tanıdığı qoca kişi əynində qara rəngli yarım palto, şalvar və başında “kepka” “klub” binasında yerləşən “OBA” marketin girişində sol tərəfdə quraşdırılmış ATMə yaxınlaşmışdır. Məmmədhüseyn “OBA” marketdən 1 qutu siqaret alıb çıxanda o, Məmmədhüseynə “Allahverdi pensiyasını ATM-dən çıxaranda görmüşəm. İstəyirəm Allahverdinin pulunu əlindən alıb sənin 70 manat borcunu qaytaram” deyə bildirmişdir. Məmmədhüseyn də Allahverdinin pulunu əlindən almağa razılaşmışdır. Allahverdi Ucar şəhəri, Koroğlu küçəsinə keçərək əvvəlcə yolun sol tərəfində yerləşən zibil qutusundan nəsə götürüb, sonra yolun sağ tərəfinə səkiyə qayıtmışdır. Məmmədhüseynlə o, Allahverdinin arxasınca düşüb getməyə başlamışdır. Allahverdi Ucar şəhəri, Səttərxan küçəsinə dönmüşdür. Bu zaman o, Məmmədhüseynə “sən əynində olan qara rəngli gödəkçəni onun başına keçir, mən də onu yerə yıxıb cibindən pulu götürüm” deyə bildirmişdir. Məmmədhüseyn də onun təklifi ilə razılaşmışdır. Allahverdi küçənin yarısına qədər məhkəmə binasına tərəf xeyli gəlmişdir. Daha sonra Məmmədhüseyn küçədə qara rəngli üzərində ağ zolaqları olan darvazanın qarşısında gödəkçəni Allahverdinin arxadan başına keçirmişdir. Bu zaman o, Məmmədhüseynə tərəf qaçaraq Allahverdinin şalvarının “balağından” tutub yerə yıxmış və Allahverdinin şalvarının sağ cibindən bir qədər pul götürmüşdür. Daha sonra oradan qaçaraq uzaqlaşmışlar. Allahverdi onların arxasınca qışqırıb nəsə demişdir. Məmmədhüseynlə o, küçədə sağ tərəfdə olan dar bir araya girib oradan digər küçəyə çıxmışdır. O, əlində olan 1 ədəd 100. 2 ədəd 20. 2 ədəd 1 manatlıq pulları Məmmədhüseynə göstərib “Allahverdinin şalvarının cibindən cəmi 142 manat pul çıxarmışam” deyə bildirmişdir. O, Məmmədhüseynə olan 70 manat borcunu qaytarıb əlavə olaraq 1 manatda vermişdir. Bundan sonra onlar çıxıb getmişlər. 25 fevral 2025-ci il tarixdə, saat 15 radələrində o, Ucar şəhəri, H.Əliyev prospekti ilə Ucar şəhəri, R.Rza küçəsinin kəsişməsində hərəkətdə olan zaman polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək, üzərinə və yaşadığı ünvana baxış keçiriləcəklərini qeyd etmişlər. Daha sonra olduğu yerdə insanlar gedib-gəldiyindən onu bir qədər kənara, yəni Ucar şəhəri, R.Rza küçəsində yerləşən Ucar şəhər 3 nömrəli tam orta məktəbin yaxınlığına gətirmiş və videoçəkilişlə üzərinə baxış keçirilmişdir. Baxışa başlamazdan əvvəl ona hüquq və vəzifələri izah olunaraq bu barədə bildiriş təqdim edilmişdir. O, bildirişə imza edərək götürmüşdür. Polis əməkdaşı ondan üzərində qanunla qadağan olunmuş əşya və predmet saxlayıb-saxlamadığı barədə soruşmuş və o, saxlamadığını qeyd etmişdir. Daha sonra onun üzərinə baxış keçirilmiş, baxış zamanı üzərindən qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Daha sonra onun yaşadığı ünvan 5 ünvanına baxış keçirilmiş, baxış zamanı yaşadığı evin qonaq otağında yerləşən paltar dolabının üzərindən 1 ədəd göy rəngli sellofan bükümdə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı o, həmin kütlənin özünə məxsus olmadığını bildirərək “yəqin mamam qoyub” deyə bildirmişdir. Daha sonra həmin aşkar edilmiş kütlə elekton tərəzinin üzərinə qoyulmuş və çəkisinin 20,24 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş kütlə zərfin içərisinə yerləşdirilmiş, zərfin üzəri yazılmış, o və bütün digər iştirakçılar ardıcıllıqla zərfin üzərinə imza etdikdən sonra zərfin üzəri Ucar RPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhüründən istifadə olunaraq möhürlənib götürülmüşdür. Daha sonra yaşadığı ünvana yenidən baxış keçirilmiş, lakin başqa qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Bundan sonra onu Ucar RPŞ-nə gətirmişlər. Ucar RPŞ-nin növbətçi hissəsində onun və polis əməkdaşlarının iştirakı ilə yaşadığı ünvandan aşkar edilmiş kütləyə müstəntiq tərəfindən baxış keçirilmişdir. Həmin kütləyə baxış keçirilməsi ilə bağlı kiminsə etirazı olubolmaması barədə sual verildikdə o və digər iştirakçılar etirazlarının olmadığını bildirmişlər. Daha sonra müstəntiq tərəfindən ona hüquq və vəzifələri izah edilərək bu barədə bildiriş təqdim edilmiş, o da həmin bildirişi imzalayaraq götürmüşdür. Daha sonra yaşadığı ünvandan aşkar edilmiş kütlənin qablaşdırıldığı zərfə baxış keçirilmiş, tərəzidə çəkilmiş və çəkisinin 20,26 qram olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı o, həmin kütlənin özünə məxsus olduğunu, istifadə etmək məqsədi ilə yaşadığıünvanda saxladığını və həmin kütlənin “nəşə” olduğunu bildirmişdir. Daha sonra həmin kütlə yenidən eyni zərfin içərisinə yerləşdirilmiş və zərfin üzəri Ucar RPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhüründən istifadə olunaraq möhürlənib götürülmüşdür. Bundan sonra müstəntiq tərəfindən baxışda iştirak edən şəxslərdən hər hansı bir sualı, etirazı olub-olmadığı soruşulmuşdur. Onlar sual və etirazlarının olmadığını bildirmişlər. Müstəntiq ona polis əməkdaşları tərəfindən hər hansı bir təzyiqə məruz qalıb-qalmadığını soruşduqda o, “yox” deyə cavab vermişdir. Bundan sonra baxışın keçirilməsi yekunlaşdırılmışdır. Həmçinin o, ifadəsində yaşadığı ünvandan aşkar edilmiş kütlənin özünə məxsus olmadığını, polis əməkdaşlarının ona psixi və fiziki təzyiq göstərdiyinə görə Ucar RPŞ-nin növbətçi hissəsində baxış keçirilən zaman həmin kütlənin özünə məxsus olduğunu, istifadə etmək məqsədi ilə yaşadığı ünvanda saxladığı deməsini, heç bir ruhi-əsəb və psixi xəstəliyinin olmadığını, heç kimə narkotik vasitə satmadığını, əvəzsiz olaraq vermədiyini və ya satmaq və vermək niyyətinin olmadığını, Zərərçəkmiş şəxs1 qarşı Məmmədhüseynlə birlikdə qanunsuz hərəkətləri edərkən ətrafda heç kimin olmadığını, bu barədə heç kimin məlumatı olmadığını və heç kimə heç nə danışmadığını, o və X8 Salmanovu öldürməklə, sağlamlığına zərər vurmaqla, işgəncə verməklə hədələmədiklərini, bu kimi hansısa psixi təsiri göstərmədiklərini və ya Zərərçəkmiş şəxs1 həyat və ya sağlamlığı üçün real təhlükə yaratmadıqlarını bildirmişdir. Ucar şəhəri, H.Əliyev prospektində yerləşən «Mədəniyyət evinin» yaxınlığında, həmin prospektdə yerləşən «Köhnə kinoteatr» binasının yaxınığındakı köşkün yanında onun və Vahidin Turalı döyməsini, «Oba» marketin qarşısında isə onun yumruqla Turalın qarın nahiyəsinə vurmasım ətrafda olan insanların gördüyünü, lakin tanımadığına görə onların kim olduğunu, yəni adlarını və harada yaşadıqlarını bilmədiyini, həmin vaxtı Zərərçəkmiş şəxs2 onu, Vahidi və orada olan hər hansı bir şəxsi vurmadığını, Ucar şəhəri, H.Əliyev prospektində yerləşən «Mədəniyyət evinin» yaxınlığında Vahidlə onun Turalı döyməklərinin təxminən 5-6 dəqiqə, həmin prospektdə yerləşən «Köhnə kinoteatr» binasının yaxınığındakı köşkün qarşısında yenə Vahidlə onun Turalı döymələrinin təxminən 10-12 dəqiqə, «Oba» marketin qarşısında isə onun Turalla arasında olan mübahisənin isə təxminən 4-5 dəqiqə davam etdiyini bildirmiş, ilkin ifadəsində polis əməkdaşları tərəfindən ona qarşı psixi və fiziki təzyiq göstərilmədiyini bildirsə də, lakin hal-hazırda polis əməkdaşları tərəfindən ona qarşı psixi və fiziki təzyiq göstərildiyini bildirməsi barədə yaranmış ziddiyyət barədə isə “əvvəl ayrı indi ayrı” deyərək konkret fikir bildirməmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs X4 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, heç bir yerdə işləməmişdir. Rayon sakinlərinin həyətində günəmuzd fəhləlik etmişdir. Ucar şəhər sakini Rüfət adlı şəxslə təxminən 2-3 il əvvəl tanış olmuşdur. Rüfətlə münasibəti yaxşı olmuşdur. Rüfətin ona 70 manat pul borcu olduğu üçün pulu tələb edəndə Rüfət 10 günə borcunu qaytaracağına söz vermişdir. 24 yanvar 2025-cü il tarixdə, saat 17 radələrində o, Ucar şəhəri, H.Əliyev prospektində köhnə “klub” deyilən binanın yaxınlığında Rüfətlə dayanmışdır. Həmin vaxt Ucar şəhər sakini kimi tanıdığı, sonradan adının Allahverdi olduğunu bildiyi qoca kişi əynində qara rəngli yarım palto, şalvar və başında “kepka” “klub” binasında yerləşən “OBA” marketin girişində sol tərəfdə quraşdırılmış ATM-ə yaxınlaşmışdır. O, “OBA” marketdən 1 qutu siqaret alıb çıxanda Rüfət ona “Allahverdi pensiyasını ATM-dən çıxaranda görmüşəm. İstəyirəm Allahverdinin pulunu əlindən alıb sənin 70 manat borcunu qaytaram” deyə bildirmişdir. O da “bu iş qorxuludur mənlik deyildir” deyə bildirmişdir. Amma Rüfət pulu birlikdə Allahverdidən almaq üçün onu təkidlə bu işə razı salmışdır. Allahverdi Ucar şəhəri, Koroğlu küçəsinə keçərək əvvəlcə yolun sol tərəfində yerləşən zibil qutusundan nəsə götürüb sonra yolun sağ tərəfinə səkiyə qayıtmışdır. Rüfətlə o, Allahverdinin arxasınca düşüb gəlməyə başlamışdır. Allahverdi Ucar şəhəri, Səttərxan küçəsinə dönmüşdür. Rüfət ona “əynində olan qara rəngli gödəkcəni mənə ver Allahverdinin başına atıb yerə yıxıb cibindən pulunu çıxaracağam” deyə bildirmişdir. O, əynində olan qara rəngli gödəkcəni Rüfətə verib, Allahverdinin yanında qaçıb keçmişdir. Allahverdi küçənin yarısına qədər məhkəmə binasına tərəf xeyli gəlmişdir. Rüfət onun gödəkcəsini küçədə qara rəngli üzərində ağ zolaqları olan darvazanın qarşısında Allahverdinin arxadan başına keçirib yerə yıxmışdır. O, qaçmağa davam edib arxaya baxanda Allahverdinin ayağa qalxdığını, Rüfətin isə ona tərəf qaçdığını görmüşdür. Allahverdi Rüfətin arxasınca qışqırıb nəsə demişdir. Rüfətlə o, küçədə sağ tərəfdə olan dar bir araya girib oradan digər küçəyə çıxmışdır. Rüfət əlində olan 1 ədəd 100, 2 ədəd 20, 2 ədəd 1 manatlıq pulları ona göstərib Allaherdinin şalvarının cibindən cəmi 142 manat pul çıxardığını bildirmişdir. Rüfət ona olan 70 manat borcunu qaytarıb, əlavə olaraq 1 manat da vermişdir. Bundan sonra onlar çıxıb getmişlər. Həmçinin o, ifadəsində Zərərçəkmiş şəxs1 qarşı Rüfətlə birlikdə qanunsuz hərəkətləri edərkən ətrafda heç kimin olmadığını, bu barədə heç kimin məlumatı olmadığını və heç kimə heç nə danışmadığını, bundan başqa qanunsuz hərəkət və ya hərəkətlərə yol vermədiyini, Rüfətin özü tək onun gödəkcəsini Allahverdinin başına keçirib yerə yıxıb cibini soyduğunu bildirmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında qanuni nümayəndəsi Qanuni nümayəndə2 iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs1 isə dostu olmuşdur. 27 dekabr 2024-cü il tarixdə, saat 18 radələrində dostu Rüfətlə Ucar şəhəri, H.Əliyev prospektinə gələrək “Klub" deyilən yerdə dayanıb söhbət etmişdir. Həmin vaxt Tural adlı şəxs Ucar şəhəri, H.Əliyev prospektinə gələrək “Klub” deyilən yerin qarşısında dayanıb gözləməyə başlamışdır. Bu vaxt Ucar şəhərində yaşayan tanıdığı Rüfət adlı şəxs Turaldan həmin yerdə dayanmayıb getməsini tələb etmişdir. Həmin vaxtı o, onların yanında olmasa da, onların yaxınlığında olduğundan etdikləri söhbətləri eşitmişdir. Tural Rüfətdən nə üçün belə bir şey istədiyini soruşmuş, Rüfət də camaatın anasının və bacısının buradan keçdiyini bildirmişdir. X18 “bir qədər kənara gəl, səninlə söhbət etmək istəyirəm” deyə bildirmişdir. Daha sonra onlar Ucar şəhəri, H.Əliyev prospektində yerləşən Mədəniyyət evi istiqamətində getmişlər. O da onların arxasınca getmişdir. Mədəniyyət evinin sağ yan tərəfində olan ağaclıq yerə çatanda Rüfət qəflətən əlləri ilə Turalın belindən tutaraq arxaya itələmiş və Tural yerə yıxılmışdır. Ayağa durmaq istəyəndə Rüfətlə o, heç bir əsaslı səbəb olmadan yumruq və təpiklə Turalın sifətinə və bədəninin müxtəlif nahiyələrinə vurmağa başlamışdır. Daha sonra Rüfətlə o, bir qədər yumruq və təpiklə Turalı vurduqdan sonra aralanmış və Tural ayağa durub “Klub” deyilən yerə tərəf getməyə başlamışdır. Sonra onlar da üzü “Klub” deyilən yerə tərəf getməyə başlamışlar. Tural Ucar şəhəri, H.Əliyev prospektində yerləşən «Köhnə kinoteatr» binasının yaxınığındakı köşkün qarşısına çatanda onların ünvanına nalayiq ifadələr işlətdiyinə görə Rüfətlə o, Turala yaxınlaşmış və bu zaman Rüfət Turalın yaxasından tutub çəkmiş, Tural da Rüfətə “məni niyə təkləyirsiniz, bu kişilikdən deyil” demişdir. Turalın sözlərindən sonra Rüfətlə o da Turalın ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin vaxtı onların ətrafına xeyli insan toplaşmağa başlamışdır. Lakin həmin şəxsləri tanımamışdır. Bundan sonra Rüfətlə o, Turalın qarın nahiyəsindən tutaraq yerə yıxmışdır. Sonra isə yumruqla və təpiklə Turalın başına və bədəninin müxtəlif nahiyələrinə vuraraq döyməyə başlamışlar. Rüfətlə o, bir neçə dəqiqə yumruq və təpiklə Turalı döydükdən sonra buraxmış və Tural piyada Ucar şəhəri, H.Əliyev prospektində yerləşən köhnə kinoteatr binasının yaxınlığındakı “Oba” market istiqamətində getməyə başlamışdır. Həmin vaxt qardaşı Rahib onun dalaşdığını görüb evə aparmaq istəmiş, lakin o, daha dalaşmayacağını bildirərək evə getməmişdir. Uzaqdan isə Turalın «Oba» marketin qarşısına çatanda Rüfətin Turala yaxınlaşdığını, əlləri ilə Turalın qarın nahiyəsindən qucaqlayıb yerə yıxmağa çalışdığını görmüşdür. X24 yerə yıxa bilməmiş və bu zaman yumruqla bir neçə dəfə Turalın qarın nahiyəsinə vurmuşdur. Həmçinin o, ifadəsində Ucar şəhəri, H.Əliyev prospektində yerləşən «Mədəniyyət evinin» yaxınlığında, həmin prospektdə yerləşən «Köhnə kinoteatr» binasının yaxınlığındakı köşkün yanında onun və Rüfətin Turalı döyməsini, «Oba» marketin qarşısında isə onun yumruqla Turalın qarın nahiyəsinə vurmasını ətrafda olan insanların gördüyünü, lakin tanımadığına görə onların kim olduğunu, yəni adlarını və harada yaşadıqlarını bilmədiyini, həmin vaxt Zərərçəkmiş şəxs2 onu, Rüfəti və orada olan hər hansı bir şəxsi vurmadığını, Ucar şəhəri, H.Əliyev prospektində yerləşən «Mədəniyyət evinin» yaxınlığında Rüfətlə onun Turalı döymələrinin təxminən 5-6 dəqiqə, həmin prospektdə yerləşən «Köhnə kinoteatr» binasının yaxınığındakı köşkün qarşısında yenə Rüfətlə onun Turalı döyməklərinin təxminən 10-12 dəqiqə, «Oba» marketin qarşısında isə Rüfətin Turalla arasında olan mübahisənin isə təxminən 4-5 dəqiqə davam etdiyini bildirmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, eyni zamanda yaşını nəzərə alaraq azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X2 və Təqsirləndirilən şəxs2 onlara elan olunmuş ittiham üzrə tam təqsirli olmaları öz ifadələri, eləcə də məhkəməyədək istintaq dövründə toplanmaqla, məhkəmə iclasında tədqiq edilmiş cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə baxış iclasında ifadəsində göstərdi ki, müxtəlif fənlər üzrə Ucar şəhərində ayrı-ayrı müəllimlərin yanına hazırlığa getmişdir. 27 dekabr 2024-cü il tarixdə, saat 18 radələrində hazırlıqdan çıxıb Ucar şəhəri, H.Əliyev prospektinə gələrək “Klub" deyilən yerin qarşısında dayanıb gözləmişdir. Bu vaxt Ucar şəhərində yaşayan tanıdığı Rüfət adlı oğlan ona yaxınlaşıb heç bir səbəb olmadan ondan həmin yerdə dayanmayıb getməsini tələb etmişdir. O. Rüfətdən nə üçün belə bir şey istədiyini soruşmuş, Rüfət də özünün belə istədiyini bildirmişdir. Bu zaman onların yanına tanıdığı Vahid adlı oğlan gəlmiş və Rüfətlə Vahid hərəsi bir qolundan tutub çəkərək onunla söhbət etmək istədiklərini bildirmişlər. O, getmək istəməmiş, Rüfətlə Vahid isə qollarını buraxmamış, güc tətbiq etməklə qollarından çəkərək onu özləri ilə getməyə məcbur etmiş və onlar Ucar şəhəri, H.Əliyev prospektində yerləşən Mədəniyyət evi istiqamətində getmişlər. Mədəniyyət evinin sağ yan tərəfində olan ağaclıq yerə çatanda Rüfət qəflətən əlləri ilə belindən tutaraq onu arxaya itələmiş və o, yerə yıxılmışdır. Ayağa durmaq istəyəndə Rüfətlə Vahid yumruq və təpiklə sifətinə və bədəninin müxtəlif nahiyələrinə vurmağa başlamışlar. O, uzanmış vəziyyətdə əlləriylə sifətini tutub dayanmışdır ki, onların yumruq və təpik zərbələri sifətinə dəyərkən çox xəsarət almasın. Rüfətlə Vahid bir qədər yumruq və təpiklə onu vurduqdan sonra aralanmış və o, ayağa durub “Klub” deyilən yerə tərəf getməyə başlamışdır. Arxaya baxanda Rüfətlə Vahidin arxasınca gəldiklərini görüb onların yenə onu döyəcəklərini bilmiş və iri addımlarla gedərək onlardan uzaqlaşmağa çalışmışdır. Ucar şəhəri, H.Əliyev prospektində yerləşən «Köhnə kinoteatr» binasının yaxınlığındakı köşkün qarşısına çatanda Rüfətlə Vahid arxadan gəlib ona çatmış, sonra isə onların yanına Rahib adlı oğlan da gəlmişdir. Rüfət yaxınlaşan kimi onun yaxasından tutaraq çəkmiş, o da Rüfətə “məni niyə təkləyirsiniz, bu kişilikdən deyil” deyə bildirmişdir. Onun sözlərindən sonra onlar onun ünvanına nalayiq ifadələr işlətməyə başlamışlar. Həmin vaxt onların ətrafına xeyli insan toplaşmağa başlamışdır. Lakin həmin şəxsləri tanımamışdır. Bundan sonra Rüfətlə Vahid qarın nahiyəsindən tutaraq onu yerə yıxmışlar. O, onların əlindən çıxıb uzaqlaşmaq istəmiş, lakin bunu bacarmamış və Rüfət və Vahid yumruqla və təpiklə başına və bədəninin müxətlif nahiyələrinə vuraraq onu döyməyə başlamışlar. O, həmin vaxt onlara müqavimət göstərə bilməmiş və başını qollarının arasına salıb sifətini qorumağa çalışmışdır. Rüfət və Vahid bir neçə dəqiqə yumruq və təpiklə vurduqdan sonra onu buraxmış və o, piyada Ucar şəhəri, H.Əliyev prospektində yerləşən köhnə kinoteatr binasının yaxınlığındakı “Oba” market istiqamətində getməyə başlamışdır. «Oba» marketin qarşısına çatanda Rüfət özü tək gəlib ona çatmış və əlləri ilə qarın nahiyəsindən qucaqlayıb onu yerə yıxmağa çalışmışdır. O, itələməklə Rüfətin onu yerə yıxmasına imkan verməmiş və Rüfət onu buraxıb yumruqla bir neçə dəfə qarın nahiyəsinə vurmuşdur. Həmin vaxt tanımadığı bir azyaşlı uşaq yanına gəlib «REDMİ 9” markalı mobil telefonunu ona verərək köşkün qarşısında düşürdüyünü bildirmişdir. O, mobil telefonunu alıb baxanda təpik zərbələrindən zədələndiyini görmüşdür. Sonra ona polis əməkdaşları yaxınlaşmış və onu avtomobilə əyləşdirib Ucar RPŞ-yə gətirmişlər. Polis şöbəsində olarkən döyülməyi ilə bağlı şikayət ərizəsi yazmışdır. Həmçinin o, ifadəsində Ucar şəhəri, H.Əliyev prospektində yerləşən «Mədəniyyət evinin» yaxınlığında Rüfətlə Vahidin, həmin prospektdə yerləşən «Köhnə kinoteatr» binasının yaxınlığındakı köşkün qarşısında yenidən Rüfətlə Vahidin onu döymələrini, «Oba» marketin qarşısında Rüfətin yumruqla qarın nahiyəsinə vurmasını ətrafda olan insanların gördüyünü, lakin tanımadığına görə onların kim olduğunu, yəni adlarını və harada yaşadıqlarını bilmədiyini, həmin vaxt heç kimi vurmadığını, Ucar şəhəri, H.Əliyev prospektində yerləşən «Mədəniyyət evinin» yaxınlığında Rüfətlə Vahidin onu döymələri təxminən 5-6 dəqiqə, həmin prospektdə yerləşən «Köhnə kinoteatr» binasının yaxınlığındakı köşkün qarşısında Rüfətlə Vahidin yenidən onu döymələri təxminən 10-12 dəqiqə, «Oba» marketin qarşısında Rüfətlə olan mübahisəsin isə təxminən 4-5 dəqiqə davam etdiyini bildirmişdir. Hazırda o, təqsirləndirilən şəxslərlə barışmışdır, heç bir şikayəti və tələbi yoxdur (bu barədə yazılı müraciətini də təqdim etmişdir). Məhkəməyədək istintaq zamanı ifadə vermiş, məhkəmə istintaqında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, oğlu həbsdə, arvadı isə Qazaxıstan Respublikasında qardaşının yanında olmuşdur. Xəstəliyi ilə əlaqədar olaraq ayda 362 manat pensiya almışdır. Bankdan kredit götürdüyünə görə pensiyasının bir hissəsi götürdüyü kreditin faizi olaraq bank tərəfindən tutulmuş və o, hər ay 142 manat pul ala bilmişdir. 24 yanvar 2024-cü il tarixdə, saat 17 radələrində Ucar şəhəri, H.Əliyev prospektində olmaqla keçmiş kinoteatr binasında yerləşən "xxxx" ASC-nə məxsus ATM-nə bank kartını daxil edib 142 manat pulu çıxardıqdan sonra əvvəlcə Ucar şəhəri, H.Əliyev prospekti, daha sonra isə Koroğlu küçəsi ilə gəlmiş və Koroğlu küçəsi ilə Səttərxan küçəsinin kəsişməsinə çatanda Səttərxan küçəsinə tərəf dönərək Ucar Rayon Məhkəməsinin inzibati binası istiqamətində getməyə başlamışdır. Bir qədər gedəndən sonra Səttərxan küçəsində sağ tərəfdə yerləşən evin kənarları qara, orta hissəsi isə ağ rəngli boya ilə rənglənmiş həyət qapısının qarşısına çatanda qəflətən arxadan kimsə başına nə isə keçirmiş və o, ətrafı görə bilməmişdir. Sonra kimsə şalvarının balağından çəkərək onu arxası üstə yerə yıxmış və həmin anda kiminsə əlini şalvarının sağ yan cibinə saldığını hiss edib həmin şəxsin cibində olan pulu götürmək istədiyini başa düşmüşdür. Cibinə əlini salmış şəxs əlini çıxardıqdan sonra başına keçirdikləri nə idisə onu da çəkib götürərək qaçmışdır. Ayaq səsləri gələn tərəfə baxanda 18-20 yaşlarında iki cavan oğlanın qaçaraq uzaqlaşdıqlarını və hündürboy oğlanın əlində qara rəngli gödəkçə olduğunu görüb başına həmin gödəkçəni keçirdiklərini başa düşüb arxalarınca qışqıraraq şikayət edəcəyini demişdir. Həmin oğlanların hər ikisi arıq bədən quruluşlu olmaqla biri hündürboy, digəri isə o birinə nisbətən balacaboy idi. Onlar qaçarkən çevrilib arxaya baxanda o, onların hər ikisini də üzdən tanımış və onlar təxminən 40-50 metr qaçdıqdan sonra sağa dönüb ara küçəyə girmişdirlər. Hündürboy oğlanın üzündə saqqal olmuş, balacaboy oğlanın isə xatırladığı qədər üzündə bığ və ya saqqal olmamışdır. Ucar şəhərində o, onlarla çox rastlaşmış və onların adlarını bilməsə də hər ikisini də üzdən tanımışdır. Ayağa durub əliylə cibini yoxlamış və 142 manat pulun cibində olmadığını bilib başa düşmüşdür ki, “həmin iki nəfər oğlan onları tanıdığını bildikləri üçün gödəkçəni başına keçirmişlər ki, onları görüb tanıya bilməyim və onlar cibimdə olan pulları götürsünlər”. Bundan sonra o, yaşadığı evə gəlmiş və əvvəlcə baş vermiş hadisə ilə bağlı heç bir yerə şikayət etməyərək fikirləşmişdir ki, “onları tanıdığımı düşünərlər və gətirib pulumu geri qaytararlar”. Çünki onlar çevrilib arxaya baxanda özləri də onun onların arxasınca baxdığını görmüşlər. Sonrakı günləri gözləsə də həmin şəxslərin özləri və ya ailə üzvlərindən kimsə onun yanına gəlməmiş, buna görə də o, 27 yanvar 2025-ci il tarixdə Ucar RPŞ-nə gəlib bu barədə şikayət ərizəsi yazmışdır. Həmin vaxt ətrafda kənar şəxs olmasını görməmiş, onların əlində hər hansı bir silah və ya başqa əşya olmamış, yerə yıxılanda başının arxa nahiyəsi yerə dəymiş və həmin nahiyədə bərk ağrı hiss etmişdir. Həmin şəxslər onu təpik, yumruq və başqa hansısa bir əşya ilə vurmamış, onu öldürməklə, sağlamlığına zərər vurmaqla, işgəncə verməklə hədələməmiş, ona bu kimi hansısa psixi təsir göstərməmiş və onun həyat və sağlamlığı üçün real təhlükə yaratmamışdır. Həmçinin, o, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərlə barışmış, ona dəymiş ziyan ödənilmiş və sonunculara qarşı hər hansı şikayət və tələbi yoxdur (bununla bağlı notarial ərizə də iş materiallarına əlavə edilmişdir). Məhkəmə istintaqı zamanı ifadə vermiş, Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 Ucar şəhər sakini kimi tanımış, əvvəllər aralarında heç bir münasibət olmamışdır. ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, həmçinin üzərində, eləcə də yaşadığı evdə narkotik maddə gizlətməsi barədə Ucar rayon polis şöbəsinə daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair tərəfindən müvafiq qərar tərtib olunmuş və RPŞ-nin rəisinin imzası ilə qərar təsdiq edilmişdir. RPŞ-nin rəisinin əmrinə əsasən isə Ucar RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid2, Ucar RPŞ-nin CAB-nin axtarış üzrə əməliyyat müvəkkili Şahid3, Ucar RPŞ-nin PPXB-nin komandiri Şahid4 və onun iştirakı ilə əməliyyat-istintaq qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, həmçinin üzərində, eləcə də yaşadığı evdə narkotik maddə gizlətməsi barədə məlumat olduğundan Ucar RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid2, Ucar RPŞ-nin CAB-nin axtarış üzrə əməliyyat müvəkkili Şahid3, Ucar RPŞ-nin PPXB-nin komandiri Şahid4 və onun iştirakı ilə 25 fevral 2025-ci il tarixdə, saat 15:50 radələrində Təqsirləndirilən şəxs1 Ucar şəhəri, H.Əliyev prospekti ilə Ucar şəhəri, Rəsul Rza küçəsinin kəsişməsində saxlanılmışdır. Hərəkət intensivliyini nəzərə alaraq Ucar şəhəri, Rəstıl Rza küçəsində yerləşən 3 nömrəli orta məktəbin yaxınlığında Təqsirləndirilən şəxs1 üstü videoçəkiliş vasitəsilə yoxlanılmışdır. Üstü yoxlanılmağa başlamazdan əvvəl Təqsirləndirilən şəxs1 AR CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq, vəzifələri və müdafiə hüquqları izah olunmaqla ona bu barədə müvafiq bildiriş təqdim olunmuşdur. Bildiriş Təqsirləndirilən şəxs1 tərəfindən imzalanmaqla götürülmüşdür. Üstü yoxlanılmağa başlamazdan əvvəl Təqsirləndirilən şəxs1 üzərində olan qanunla qadağan edilmiş predmetin olub-olmamasını soruşduqda Təqsirləndirilən şəxs1 olmadığını bildirmişdir. Daha sonra Şahid3 tərəfindən Təqsirləndirilən şəxs1 üstü yoxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın ön sol cibindən 1 ədəd kibrit qutusu, arxa sağ cibindən isə 10 qəpik pul aşkar edilmişdir. Daha sonra 10 qəpik pul və kibrit qutusu iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs1 geri qaytarılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs1 üzərindən qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Daha sonra kiminsə şikayəti və etirazının olub-olmadığı soruşulmuş və heç kimin şikayəti və etirazı olmadığı üçün çəkiliş başa çatmışdır. Daha sonra Təqsirləndirilən şəxs1 yaşadığı ünvana baxış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda qanunla qadağan olunmuş əşya və predmetin olub-olmaması soruşulduqda Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda qanunla qadağan olunmuş əşya və predmet olmadığını bildirmişdir. Daha sonra Ucar RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid2, Ucar RPŞ-nin CAB-nin axtarış üzrə əməliyyat müvəkkili Şahid3, çəkilişi aparan şəxs Ucar RPŞ-nin PPXB-nin komandiri X13 və onun iştirakı ilə Təqsirləndirilən şəxs1 yaşadığı ünvana özünün iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı qonaq otaqda yerləşən paltar dolabının üzərindən 1 ədəd göy rəngli sellofan bükümdə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Aşkar edilmiş kütlə elektron tərəzinin üzərinə qoyulmuş və çəkisinin 20,24 qram olması müəyyən edilmişdir. Daha sonra 1 ədəd ağ rəngli zərfin üzəri yazıldıqdan və bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra aşkar edilmiş kütlələr həmin zərfin içərisinə qoyulmuş və ağzı bağlanılmaqla üzəri Ucar RPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhüründən istifadə olunaraq möhürlənməklə götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs1 yaşadığı ünvana yenidən baxış keçirilmiş, lakin başqa qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Daha sonra kiminsə şikayəti və etirazının olub-olmadığı soruşulmuş və heç kimin şikayəti və etirazı olmadığı üçün baxış başa çatmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 Ucar RPŞ-nə gətirilmiş və Şahid3, videoçəkilişi həyata keçirən Ucar RPŞ-nin ƏRQ-nun kiçik inspektoru X14 və onun iştirakı ilə Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan aşkar edilmiş kütləyə Ucar RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi X10 tərəfindən Ucar RPŞ-nin növbətçi hissəsində baxış keçirilmişdir. Baxışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs1 AR CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq, vəzifələri və müdafiə hüquqları izah olunmuşdur. Bundan sonra baxış keçirilməsinə başlanılmışdır. Daha sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs1 yaşadığı evin qonaq otağında yerləşən paltar dolabının üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütləyə baxış keçirilməsi ilə bağlı etirazın olub-olmaması soruşulduqda yox deyə cavab vermişlər. Daha sonra Təqsirləndirilən şəxs1 yaşadığı evin qonaq otağında yerləşən paltar dolabının üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlənin qablaşdırıldığı 1 ədəd ağ rəngli zərf müstəntiq tərəfindən açılaraq içərisində olan 01 (bir) ədəd kağız bükümün içərisində olan qurudulmuş marixuanaya bənzər kütlələrə baxış keçirilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 aşkar edilən kütlənin “nəşə” olduğunu bildirərək özünə məxsus olduğunu və istifadə etmək məqsədi ilə yaşadığı evdə saxladığını bildirmişdir. Həmin narkotik vasitəyə bənzər kütlə Feyruz Abdullayev tərəfindən elektron tərəzinin üzərinə qoyulmuş vəçəkisinin 20,26 qram olması müəyyən edilmişdir. Daha sonra əvvəlki zərfin tamlığı pozulmadığından həmin 01 (bir) kağız büküm yenidən eyni zərfin içərisinə yerləşdirilmiş və zərfin ağzı bağlanmaqla üzəri Ucar RPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhüründən istifadə olunaraq möhürlənərək Feyruz Abdullayev tərəfindən götürülmüşdür. Bundan sonra Feyruz Abdullayev tərəfindən etiraz, vəsatət, şikayət və tələbin olub-olmaması barədə soruşulmuş və yox deyə cavab vermişlər. Daha sonra Təqsirləndirilən şəxs1 ona qarşı hər hansı fiziki və ya psixi zor tətbiq olunub-olunmamasını soruşulmuş və Təqsirləndirilən şəxs1 yox deyə cavab vermişdir. Bununla da Feyruz Abdullayev tərəfindən baxış yekunlaşdırılmış və bu barədə protokol tərtib olunmaqla imzalanmışdır. Həmçinin Zərərçəkmiş şəxs1 qarşı soyğunçuluq cinayətinin törədilib-törədilməməsi, əgər törədilmişdirsə hadisəni törədən şəxs və ya şəxslər müəyyən edilməsi, hadisə görən kənar şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilməsi, hadisə ilə bağlı kamera görüntülərinin olub-olmamasının dəqiqləşdirilməsi və müsbət halda kamera görüntülərinin bir ədəd Kompakt Diskin yaddaşına köçürülməklə İstintaq Bölməsinə təhvil verilməsi məqsədilə müstəntiq Feyruz Abdullayevin 27 yanvar 2025-ci il tarixli əməliyyat tapşırığına cavab olaraq olaraq keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 24 yanvar 2025-ci il tarixdə Ucar şəhəri, Səttərxan küçəsində Zərərçəkmiş şəxs1 qarşı soyğunçuluq cinayətini Təqsirləndirilən şəxs1 və X2 törətdiyi müəyyən edilmişdir. X4 27 fevral 2025-ci il tarixdə Ucar şəhərində saxlanılaraq RPŞ-nə gətirilmişdir. Lakin hadisəni görən şəxslərin müəyyən edilməsi və hadisə ilə bağlı kamera görüntülərinin əldə edilməsi ilə bağlı hər hansı müsbət istiqamətdə əməliyyat məlumatları əldə etmək mümkün olmamışdır. Həmçinin o, ifadəsində Təqsirləndirilən şəxs1 qarşı fiziki və ya psixi təzyiq təzyiq göstərilmədiyini, Təqsirləndirilən şəxs1 dediklərinin yalan olduğunu, özünümüdafiə etmək məqsədi ilə o cür ifadə verdiyini bildirmişdir. Məhkəməyədək istintaq zamanı ifadə vermiş, məhkəmə istintaqında ifadəsi elan edilmiş şahidlər Şahid3 və Şahid4 da şahid Cavad Hümmətovun ifadəsinə uyğun, oxşar məzmunlu ifadə verərək göstərilən xüsusatları bir daha təsdiq etmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Ucar RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş ifadələrindən görünür ki, o da şahid qismində dindirilmiş Cavad Hümmətovun ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid6 ifadəsində göstərdi ki, Ucar şəhəri, R.Rza küçəsində yerləşən “Tunar marketi” işlətmişdir. 27 dekabr 2024-cü il tarixdə, saat 18 radələrində marketdə olmuşdur. Birdən marketin içərisində olan zaman çöldən səs-küy eşitmiş və bir müddətdən sonra Ucar şəhəri, H.Əliyev prospektində, “Köhnə kinoteatr” binasının yaxınlığında yerləşən köşkün yaxınlığına insanların toplaşdığını görmüşdür. Həmin tərəfdə kimlərsə ucadan nalayiq ifadələr işlədərək səs-küy salmışlar. Sonradan insanların da oraya doğru getdiyini görüb kimlərinsə dalaşdığını fikirləşmişdir. Həmin vaxtı marketdə özü tək olduğundan çölə çıxmamış, buna görə də orada kimlərinsə dalaşıbdalaşmadığını görməmişdir. Həm də oraya toplaşan insanları da tanımamışdır. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid7 ifadəsində göstərdi ki, Ucar şəhəri. R.Rza küçəsində yerləşən “Kişi salonunda” bərbər işləmişdir. 27 dekabr 2024-cü il tarixdə, saat 18 radələrində işdə olmuş və içərini təmizləmişdir. İçərini təmizləyən zaman çöldən səs-küy eşitmiş və bir müddətdən sonra Ucar şəhəri, H.Əliyev prospektində, “Köhnə kinoteatr” binasının yaxınlığında yerləşən köşkün yaxınlığına insanların toplaşdığını görmüşdür. Həmin tərəfdə kimlərsə ucadan nalayiq ifadələr işlədərək səs-küy salmışlar. Sonradan insanların da oraya doğru getdiyini görüb kimlərinsə dalaşdığını fikirləşmişdir. Həmin vaxtı salonda təmizlik işləri aparıb, evə getmək istədiyindən çölə çıxmamış, buna görə də orada kimlərinsə dalaşıb-dalaşmadığını görməmişdir. Həm də oraya toplaşan insanları da tanımamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 Azad oğlunun məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş ifadələrindən görünür ki, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs1 Ucar rayon sakinləri kimi tanımışdır. Təqsirləndirilən şəxs2 isə qardaşı olmuşdur. 27 dekaber 2024-cü il tarixdə, saat 18 radələrində Ucar şəhəri, H.Əliyev prospektində yerləşən «Köhnə kinoteatr» binasının yaxınığındakı köşkün qarşısında Rüfət və Vahidin Turalı döydüklərini görmüşdür. Həmin vaxtı qardaşı və Rüfət yumruq və təpiklə Turalın başına və bədəninin müxtəlif nahiyyələrinə vurmuşlar. Bundan sonra Rüfət və qardaşı Turalı buraxmış və Tural piyada Ucar şəhəri, H.Əliyev prospektində yerləşən köhnə kinoteatr binasının yaxınlığındakı “Oba” market istiqamətində getməyə başlamışdır. Həmin vaxt o, qardaşının yanma gələrək evə aparmaq istəmiş, lakin qardaşı ona dalaşmayacağım bildirərək evə getmək istəməmişdir. O da evə getməmiş və qardaşının yenidən dalaşacağını fikirləşərək yanında gözləmişdir. Daha sonra uzaqdan Turalın «Oba» marketin qarşısına çatanda Rüfətin yaxınlaşdığını, əlləri ilə Turalın qarın nahiyəsindən qucaqlayıb yerə yıxmağa çalışdığını görmüşdür. Lakin Rüfət onu yerə yıxa bilməmiş və bu zaman Turalı buraxıb yumruqla bir neçə dəfə qarın nahiyəsinə vurmuşdur. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İ cild 172-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X16 Bölməsinin 26 fevral 2025-ci il tarixli, 17/168 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “... Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan aşkar edilmiş..marixuanaya bənzər kütlə...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd göy rəngli sellofan bükümdə, təmiz çəkisi-17,82 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata sərf edilib – 0,02 qram, qalıq 17,80 qram. Cinayət işinin İ cild 171-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X16 Bölməsinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri 35,97 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild, 190-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 28 aprel 2025-ci il tarixli, 691 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Nаrkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin l cild, 17-ci vərəqəsindəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi” X17 28 yanvar 2025-ci il tarixli, 17 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarət-ənsə nahiyyəsinin şişkinliyi küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 27 yanvar 2025-ci il tarixə uyğun gəlir, qərarın təsviri hissəsində əmələ gəlməsi istisna edilmir. Sağlamlığa zərər vurmadığı üçün qeyd olunan xəsarətin dərəcəsi təyin edilmir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İl cild, 18-ci vərəqəsindəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi” X17 03 yanvar 2025-ci il tarixli, 425 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 alt dodağın selikli qişasının əzilmiş yarası, sağ gözətrafı nahiyyənin qançırı, sağ gözün ağlı qişasının yayılmış qansızması, hər iki dizin, sol gicgahın, sol burun dodaq büküşünün sıyrıqları vardır. Bu xəsarətlər küt alətin-alətlərin (əşyanın) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 27 dekabr 2024-cü il tarixə uyğundur, adətən kənar şəxs tərəfindən yetirilmə nəticəsində törənir. Qeyd edilən xəsarətlər səhhətin qısa müddətə pozulmasına səbəb olduğu üçün dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild, 111-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X12” X17 məhkəmə-tibbi ekspertizasının 28 fevral 2025-ci il tarixli, 64 saylı rəyindən görünür ki, X2 bədənində onun travma almasını göstərən obyektiv məhkəmə-tibbi əlamətləri (qançır, sıyrıq, şişkinlik və s.) aşkar edilmədi. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild, 226-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X12” X17 məhkəmə-tibbi ekspertizasının 28 fevral 2025-ci il tarixli, 63 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədənində onun travma almasını göstərən obyektiv məhkəmə-tibbi əlamətləri (qançır, sıyrıq, şişkinlik və s.) aşkar edilmədi. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 1-ci vərəqəsində olan 27 fevral 2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə cinayət işi başlanılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 126-cı vərəqəsində olan 26 fevral 2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 4-cü vərəqəsində olan 27 yanvar 2025-ci il tarixli, Zərərçəkmiş şəxs1 tərəfindən Ucar RPŞ-yə ünvanlanmış ərizədən görünür ki, 24 yanvar 2025-ci il tarixdə, saat 17 radələrində 2 nəfər Ucar şəhəri, Səttərxan küçəsində onu yerə yıxıb 142 manat pulunu cibindən aparmışlar. Məhkəmə iclasında elan edilmiş cinayət işində olan 11 dekabr 2024-cü il tarixli hadisə yerinə baxış keçirməsi protokolundan və fotoşəkillərdən görünür ki, baxış zamanı hadisə yerinin Ucar şəhəri, Səttərxan küçəsi olduğu müəyyən edildi, Zərərçəkmiş şəxs1 həmin yeri göstərib hadisənin Ucar şəhəri, Səttərxan küçəsində baş veridiyini göstərmişdir. Baxış zamanı “Samsung” markalı fotoaparatdan istifadə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işində olan 27 dekabr 2024-cü il tarixli, Zərərçəkmiş şəxs2 tərəfindən Ucar RPŞ-yə ünvanlanmış ərizədən görünür ki, 27 dekabr 2024-cü il tarixdə, saat 18 radələrində Ucar şəhəri, H.Əliyev prospektində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onu döymüşlər. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 25-30-cu vərəqələrində olan 30 yanvar 2025-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan və fotoşəkillərdən görünür ki, baxış zamanı hadisə yerinin Ucar şəhəri, H.Əliyev prospekti olduğu müəyyən edildi, Zərərçəkmiş şəxs2 həmin yeri göstərib hadisənin Ucar şəhəri, H.Əliyev prospektində “Köhnə kinoteatrın”, “Oba” marketin qarşısında və Mədəniyyet evinin yaxınlığında baş verildiyini göstərmişdir. Baxış zamanı hadisə yerindən “Redmi S” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Baxış zamanı “Samsunq” markalı fotoaparatdan istifadə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild, 135-136, 138-139 və 142-143cü vərəqələrində olan 25 fevral 2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və əməliyyat-axtarış tədbirinin keçirilməsinə və mənzilə baxış keçirilməsi haqqında protokollardan görünür ki, 25 fevral 2025-ci il tarixdə, saat 15:53-dən saat 15:57-dək olan müddət ərzində Ucar şəhəri, H.Əliyev prospekti ilə Rəsul Rza küçəsinin kəsişməsində Təqsirləndirilən şəxs1 saxlanılmış, onun üstü CAB-ın axtarış üzrə əməliyyat müvəkkili Rəşid Əliyev tərəfindən yoxlanılmış, yoxlama zamanı Təqsirləndirilən şəxs1 əynində olan geyimdən 10 qəpik pul və içərisində kibrit dənələri olan 1 ədəd kibrit qutusu aşkar olunmuş, iş üçün əhəmiyyət kəsb etmədiyindən pul və kibrit qutusu sonuncuya geri qaytarılmışdır.Yoxlama zamanı sonuncunun üstündən narkotik vasitə və psixotrop maddəyə bənzər hər hansı bir əşya, eləcə də qanunla qadağan olunmuş digər əşya və predmetlər aşkar edilmədi. Həmin tarixdə, saat 16:09dan saat 16:49-dək olan müddət ərzində Təqsirləndirilən şəxs1 yaşadığı mənzilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 yaşadığı mənzildə qonaq otağında yerləşən paltar dolabının üzərindən 1 ədəd göy rəngli sellofan bükümdə içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 həmin kütlənin ona məxsus olmadığını bildirmişdir. Bundan sonra aşkar olunmuş kütlə tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisinin 20,24 qram olması müəyyən olunmuşdur. Aşkar olunmuş 1 ədəd kağız bükümdə içərisində qurudulmuş marixuanaya bənzər kütlə Ucar RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili tərəfindən 1 ədəd ağ rəngli zərfdə qablaşdırılmış, zərfin üzərində müvafiq qeydlər aparıldıqdan sonra Təqsirləndirilən şəxs1 həmin kütlənin ona məxsus olmadığını bildirdiyi üçün imza etməkdən imtina etmiş, həmin zərfdə Təqsirləndirilən şəxs1 tərəfindən imza etməkdən imtina etdiyi barədə müvafiq qeydlər aparılmış və möhürlənərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına, eləcə də əməliyyat-axtarış tədbirinin keçirilməsinə və mənzilı baxış keçirilməsinə və baxış keçirilməsi zamanı “Sony” markalı aparatdan istifadə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cil 89-cu vərəqəsində olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X25 “Ucar rayon mərkəzi xəstəxanası” X23 tərəfindən verilmiş 10 mart 2025-ci il tarixli, 18-1-77/2-315/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 19 dekabr 2022-ci il tarixdən Ucar rayon mərkəzi xəstəxanası poliklinika şöbəsinin narkoloji kabinetində qeydiyyata götürülmüşdür. Diaqnoz: Kannabinoidlərdən istifadə nəticəsində yaranmış narkomaniya. Təqsirləndirilən şəxs1 Ucar RMX-nın poliklinika şöbəsinin ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cil 90-cı vərəqəsində olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X25 “Ucar rayon mərkəzi xəstəxanası” X23 tərəfindən verilmiş 10 mart 2025-ci il tarixli, 18-1-77/2-316/2025 nömrəli məktubundan görünür ki, X1 RMX-nın poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetində qeydiyyatda yoxdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild, 145-ci vərəqələrində olan 25 fevral 2025-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan, eləcə də İ cild 157-ci səhifəsindəki 25 fevral 2025-ci il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 25 fevral 2025-ci il tarixdə, saat 18:25-də, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşlar. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild, 189-cu vərəqində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 27 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittihamın elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild, 202-ci vərəqələrində olan 27 fevral 2025-ci il tarixli təqsirləndirilən şəxsin azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Ucar RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 53 və 71-ci vərəqələrində olan 27 fevral 2025-ci il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsi tutma haqqında qərarlardan, eləcə də İ cild 65 və 85-ci səhifələrindəki müvafiq olaraq 27 fevral 2025-ci il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsləri tutma haqqında protokollardandan görünür ki, Təqsirləndirilən şəxs1 27 fevral 2025-ci il tarixdə, saat 19:52-də, Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə və X4 27 fevral 2025-ci il tarixdə, saat 20:45-də, Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə şübhəli şəxs qismində tutulmuşlar. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 100-101, 213-214 və İİ cild, 222-223-cü vərəqələrində olan 28 fevral 2025-ci il tarixli və 29 aprel 2025-ci il tarixli cinayəti törətməkdə təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 180.2.1, 18.2.4 və 234.1-ci maddələri ilə, təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikasının CM-nin 180.2.1 və 18.2.4-ci maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişlər. Məhkəmə iclasında elan edilmiş cinayət işində 29 aprel 2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 180.2.1, 18.2.4, 221.2.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində yenidən ittiham elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 244-247-ci vərəqələrində olan Ucar Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli, 4(063)-8/2025 nömrəli Təqsirləndirilən şəxs1 barəsində qətimkan tədbiri həbs seçilməsi barədə qərardan görünür ki, xx xxxxxx 2006-cı ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işsiz, natamam orta təhsilli, Ucar şəhəri, Heydər Əliyev prospekti, ev 53, mənzil 2-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 haqqında qətimkan tədbiri həbs seçilmiş, həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmiş və həbs etmənin əvvəli 27 fevral 2025-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 248-251-ci vərəqələrində olan Ucar Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli, 4(063)-7/2025 nömrəli X2 barəsində qətimkan tədbiri həbs seçilməsi barədə qərardan görünür ki, xx xxxxx 2000-ci ildə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olmayan, işsiz, natamam orta təhsilli, Ucar şəhəri, Rəsul Rza küçəsi, ev 7-də qeydiyyatda olmaqla yaşayan X2 haqqında qətimkan tədbiri həbs seçilmiş, həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmiş və həbs etmənin əvvəli 27 fevral 2025-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 252-ci vərəqində olan 29 aprel 2025-ci il tarixli yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 40, 179-180, İİ cild 77-78-ci vərəqələrində olan Ucar RPŞ-nin İB-nin müstəntiqinin müvafiq olaraq 27 fevral 2025-ci il tarixli, 26 fevral 2025-ci il tarixli və 02 mart 2025-ci il tarixli maddi sübut hesab edilməsi, eləcə də 30 aprel 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 29 aprel 2025-ci il tarixdə CM-in 180.2.1, 18.2.4, 221.2.1 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış, eləcə də həmin tarixdə onun barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır. Təqsirləndirilən şəxs2 29 aprel 2025-ci il tarixdə CM-in 221.2.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış, eləcə də həmin tarixdə onun barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdiriləmədən qüvvəsində saxlanılmışdır. X3 29 aprel 2025-ci il tarixdə CM-in 180.2.1 və 18.2.4-cü maddələri ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış, eləcə də həmin tarixdə onun barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində CM-in 128-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş və cinayət işindən material ayrılaraq rayon prokurorluğuna göndərilmişdir. Təqsirləndirilən şəxs1 və X4 barəsində CM-in 181-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş və cinayət işindən material ayrılaraq rayon prokurorluğuna göndərilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində CM-in 221.3-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş və cinayət işindən material ayrılaraq rayon prokurorluğuna göndərilmişdir. Təqsirləndirilən şəxs1 barəsində CM-in 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş və cinayət işindən material ayrılaraq rayon prokurorluğuna göndərilmişdir. X11 barəsində Azərbaycan Respublikası CM-nin 307-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş və cinayət işindən material ayrılaraq rayon prokurorluğuna göndərilmişdir. X3 məxsus “Duchao fashion” markalı “M 165/88A”ölçülü, uzunqol, zəncirbənd ilə bağlanan, hər iki tərəfdə yan cibləri olan, qara rəngli gödəkçə maddi sübut hesab edilmiş və Ucar RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmişdir. 25 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs1 yaşadığı evə baxışın videogörüntülərin köçürüldüyü 01(bir) ədəd Kompakt Disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Zərərçəkmiş şəxs2 məxsus «REDMİ 9” markalı mobil telefon İş üzrə maddi sübut kimi tanınmış və Ucar RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxs1 yaşadığı evdən götürülmüş qalıq çəkisi 17,80 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana 1 ədəd zərfdə qablaşdırılıb saxlanmasından ötrü Ucar Rayon Polis Şöbəsinin maddi sübutların saxlama otağına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 162-ci vərəqində olan “Azercell”in rəsmi dillerinin 23 aprel 2025-ci il tarixli məktubundan görünür ki, 27 dekabr 2024-cü il tarixinədək işlək vəziyyətdə olan “Xiaomi Redmi 9” markalı mobil telefonun orta bazar qiyməti 150 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 91-92-ci səhifələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 12 mart 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Ucar Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək barəsində 2 il müdddətinə şərti sınaq müddəti təyin olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 188-ci səhifəsində olan Ucar rayon icra və probasiya şöbəsinin 27 fevral 2025-ci il tarixli, 54-168/2025 nömrəli məktubundan görünür ki, məhkəmə hökmü üzrə məhkuma təyin edilən sınaq müddətinin 27 fevral 2025-ci il tarixə 1 il 7 ay 23 gün hissəsi çəkilmiş, çəkilməmiş qalan hissəsi isə 4 ay 7 gün təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 93-94-cü səhifələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 12 mart 2025-ci il tarixli tələbnaməsindən görünür ki, X4 əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 155-ci səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 15 aprel 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 185-ci səhifəsində olan xasiyyətnamədən görünür ki, X1 rayon İHB-nın Ucar şəhər İƏDN-nə yazılı və şifahi surətdə ərizə, şikayət və hər hansı bir təqsirləndirici məlumat daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 187-ci səhifəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Ucar rayon İHB-nın Ucar şəhər İƏDNnə yazılı və şifahi surətdə ərizə, şikayət və hər hansı bir təqsirləndirici məlumat daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İİ cild 105-109-cu səhifəsində olan Ucar Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 1(063)-31/2023 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. Təqsirləndirilən şəxs2 Ucar rayon İHB-nın Ucar şəhər İƏDN-nə yazılı və şifahi surətdə ərizə, şikayət və hər hansı bir təqsirləndirici məlumat daxil olmamışdır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və T.İsrafilovun ərizələrindən və teleqramdan görünür ki, təqsirləndirilən şəxslərlə barışmışlar, heç bir şikayət və tələbləri yoxdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs1, X2 və Təqsirləndirilən şəxs2 cinayət əməllərini törətmələri məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxslərin ibtidai və məhkəmə istintaqı zamanı verdikləri ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 180.2.1, 180.2.4, 221.2.1 və 234.1-ci maddələri ilə, X2 əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 180.2.1 və 180.2.4-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə tövsif edilmiş və onlar həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, X3 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslərlə barışmasını, dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamalarını, yaşını, ailə vəziyyətini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, (əvvəllər məhkum edilməsinə və məhkuluğunun ödənilməməsini) bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, şəxsiyyətini, o cümlədən narkotik vasitəni təbliğ etməklə, qanunsuz dövriyyəsində iştirakını, bununla belə yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.4, 221.2.1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Təqsirləndirilən şəxs1 Ucar Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 1(063)- 31/2023 saylı hökmü ilə təyin edilmiş 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 71.5-ci maddəsinə əsasən ləğv edilməli, Azərbaycan Respublikası CM-in 67-ci maddəsinə əsasən Ucar Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 1(063)-31/2023 saylı hökmü ilə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilən azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 27 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxs X2 törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslərlə barışaraq dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamalarını, yaşını və ailə vəziyyətini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X2 cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, təqsirləndirilən şəxs X3 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, şəxsiyyətini, bununla belə yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, X3 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən X4 təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 27 fevral 2025-ci il tarixdən hesablanmalıdır. X4 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, yaşını, zərərçəkmiş şəxslərlə barışaraq dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin, eləcə də tələbinin olmamasını, ailə vəziyyətini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini, yaşını, həmçinin barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin, eləcə də tələbinin olmaması kimi yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 20:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs2 hər gün saat 20:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Ucar RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan «REDMİ 9” markalı mobil telefon qanuni sahibi Zərərçəkmiş şəxs2, “Duchao fashion” markalı “M 165/88A”ölçülü, uzunqol, zəncirbənd ilə bağlanan, hər iki tərəfdə yan cibləri olan, qara rəngli gödəkçə isə qanuni sahibi X3 qaytarılmalı, iş üzrə maddi sübut olan və Ucar RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs1 yaşadığı evdən götürülmüş qalıq çəkisi 17,80 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli və 25 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs1 yaşadığı evə baxışın videogörüntülərin köçürüldüyü 01(bir) ədəd Kompakt Disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat məhkəmə xərci Təqsirləndirilən şəxs1dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4, 221.2.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Ucar Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 1(063)- 31/2023 saylı hökmü ilə təyin edilmiş 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 71.5-ci maddəsinə əsasən ləğv edilsin, Azərbaycan Respublikası CMin 67-ci maddəsinə əsasən Ucar Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 1(063)- 31/2023 saylı hökmü ilə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 27 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X4 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 27 fevral 2025-ci il tarixdən hesablansın. X2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 hər gün saat 20:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs2 hər gün saat 20:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Ucar RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan «REDMİ 9” markalı mobil telefon qanuni sahibi Zərərçəkmiş şəxs2, “Duchao fashion” markalı “M 165/88A”ölçülü, uzunqol, zəncirbənd ilə bağlanan, hər iki tərəfdə yan cibləri olan, qara rəngli gödəkçə isə qanuni sahibi X3 qaytarılsın. İş üzrə maddi sübut olan və Ucar RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs1 yaşadığı evdən götürülmüş qalıq çəkisi 17,80 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs1 yaşadığı evə baxışın videogörüntülərin köçürüldüyü 01(bir) ədəd Kompakt Disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs1 məhkəmə məsrəfi hesab olunan 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs1 və X3 isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №1(063)-45/2025
Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-45/2025
19.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver