Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-47/2025 03.07.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 03 iyul 2025-ci il tarixdə, Ucar şəhərində, Ucar Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1984-cü ildə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2an, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ siyahısı ilə müəyyən edilmiş xeyli miqdarda, yəni 107,26 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi olmadan əldə edib daşıyaraq Ucar şəhəri, Nəsimi küçəsi 84 ünvanında yaşadığı evin həyətindəki çardağın altında yerləşən ortadakı sanitar qovşağında əl-üz yuyulan çanağın arxa tərəfində gizlədərək saxlamış, 05 fevral 2025-ci il tarixdə, saat 22 radələrində Ucar RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı ünvana keçirilmiş baxış zamanı həyətdəki həmin sanitar qovşağındakı əl-üz yuyulan çanağın arxasında saxlanılan 2 ədəd qara rəngli sellofan bağlamalarda və 1 ədəd sellofan paketdə ayrı-ayrılıqda təmiz çəkiləri 48,39 qr., 49,51 qr. və 9,36 qram olmaqla ümumilikdə 107,26 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuanalar aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 1 ünvanda qeydiyyatda olsa da, uzun müddətdir ki, ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşamışdır. Əvvəllər, meyvə mövsümlərində Rusiya Federasiyasına gedib-gəlmiş, alış-veriş etmiş, xeyli müddətdir ki, Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmuşdur. Narkotik vasitə marixuana istifadə etmiş, başqa növ narkotik vasitə istifadə etməmişdir. Qeydiyyatda olduğu və ona məxsus Ucar şəhəri, Nəsimi küçəsi 84 ünvanında yerləşən evdə qohumu, yəni həyat yoldaşı Səidənin xalası Şahid7 yaşamışdır. Güldəstə Ucar rayon Mərkəzi xəstəxanasında tibbi sanitar işçisi olmaqla evində təmənnasız qalmış və evə nəzarət etmişdir. Özü isə tək, ya da ki, ailəsi ilə hər ay 1-2 dəfə ünvan 4 ünvanında qeydiyyatda olduğu evdə qalmışdır. İstifadəsində Şahid7 adına olan ***-***-**-** Azərcell nömrə vardır, bir neçə ildir ki, həmin nömrəni işlətmişdir. 2024-cü ilin son günlərində, səhv etmirsə elə 31 dekabr 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində olarkən dəqiq xatırlamadığı yerdən 1 ədəd sellofan torbada 2 ədəd ayrı-ayrı qara rəngli selofan bağlamalar tapmışdır. Belə ki, həmin sellofan torbada nəsə olduğunu anladıqda qaldırıb içərisinə baxdıqda, 2 ədəd qara rəngli sellofan bağlamaların olduğunu görüb ardıcıl açdıqda içərilərində narkotik vasitə marixuananın olduğunu görmüşdür. Narkotik vasitə istifadə etdiyi üçün həmin 2 ədəd qara rəngli bağlamaları götürüb özü ilə aparmış, həmin marixuanalardan 1 ədəd kiçik şəffaf paketə qoyaraq özü istifadə etməyi üçün ayırmış, qalan 2 ədəd qara rəngli bağlamaları isə Bakı şəhərində evdə saxlamağa və özü ilə gəzdirməyə qorxmuş, ona görə də onları elə həmin günü, yəni tapdığı günü ünvan 5 ünvanında qeydiyyatda olduğu evin həyətində olan sanitar qovşağında əl-üz yumanın arxasında gizlətməyi, Ucar şəhərində gələndə onlardan götürüb hissə-hissə istifadə etməyi düşünmüşdür. Elə həmin günü Ucar şəhərinə gələrək həmin 2 ədəd qara rəngli selofan bağlamaları, eləcə də həmin bağlamalardan götürüb 1 ədəd kiçik şəffaf paketə qoyub saxladığı marixuananı götürüb özü ilə Ucar şəhəri, Nəsimi küçəsi 84 ünvanında qeydiyyatda olduğu evə gətirmişdir. 2 ədəd qara rəngli selofan bağlamalarda olan marixuanaları 1 ədəd bəzəkli sellofana, onlardan ayırıb 1 ədəd kiçik şəffaf paketə qoyub saxladığı marixuananı isə şüşə bankaya qoyaraq 1 ədəd başqa bəzəkli sellofan torbaya qoyub çardağın altında ortadakı sanitar qovşağında küncdə olan əl-üz yumanın sütununun arxa hissəsinə qoymuşdur. Eyni zamanda Güldəstəyə həmin 2 ədəd ağ-bəzəkli sellofan torbalara toxunmamasını və atmamasını tapşıraraq özü sonra götürəcəyini bildirmişdir. Güldəstə həmin sellofan torbalarda marixuanaların olmasını bilməmiş, sonuncuya sellofanlarda nəyin olduğunu deməmişdir. Bir neçə gün Ucar şəhərində qalıb sonra Bakı şəhərinə qayıtmış, ondan sonra 2025-ci ilin yanvar ayında bir neçə dəfə ünvan 6 ünvanında qeydiyyatda olduğu evdə qalmış və marixuanaları saxladığı yerə baxıb onların yerində olub-olmamasını yoxlayaraq hər dəfə özü 1 dəfə çəkmək üçün həmin yerdən şüşə bankada 1 ədəd kiçik şəffaf paketdə ayırıb saxladığı marixuanadan xəlvət götürüb təklikdə çəkmişdir. Güldəstə həmin yerdən nəsə götürməsini bilməmişdir. Ucar şəhəri, Nəsimi küçəsi 84 ünvanında qeydiyyatda olduğu evdə başqa yerdə hər hansı narkotik vasitə gizlətməmişdir. Ona məxsus olan narkotik vasitə yalnız yeni il ərəfələrində Bakı şəhərindən gətirib çardağın altında ortadakı sanitar qovşağında küncdə olan əl-üz yumanın sutununun arxa hissəsinə qoyub özü istifadə etməsi üçün gizlətdiyi 2 ədəd qara rəngli sellofan bağlamalarda və 1 ədəd şəffaf paketdə olan marixuanalar olmuşlar. Belə ki, 2 ədəd qara rəngli selofan bağlamalarda olan marixuanaları 1 ədəd bəzəkli sellofana, onların üstündən götürüb 1 ədəd kiçik şəffaf paketə qoyub saxladığı marixuananı isə şüşə bankaya qoyaraq başqa 1 ədəd bəzəkli sellofan torbaya qoyub həmin yerdə gizlətmişdir. Sonrakı vaxtlarda isə bir neçə dəfə Ucar şəhərinə gələrkən şüşə bankdakı şəffaf paketdə olan marixuanadan özü götürüb təklikdə çəkmiş, bundan heç kimin xəbəri olmamışdır. Onda başqa narkotik vasitə olmamış və başqa yerdə narkotik vasitə saxlamamışdır. 05 fevral 2025-ci il tarixdə ünvan 1 ünvanında Şahid7 iştirakı ilə keçirilmiş baxış zamanı həyətdə çardağın altında olan digər, yəni sondakı sanitar qovşağından aşkar edilmiş 1 ədəd sellofanda cəmi 3 ədəd qara rəngli bağlamalarda marixuanalar, eləcə də birləşik qara rəngi bağlamada 217 ədəd “metadon-40” həbləri ona məxsus olmamışdır. Həmin marixuanaların və 217 ədəd “metadon-40” həblərinin kimə məxsus olmasını bilməmişdir. O yalnız marixuanadan istifadə edir və cəmi bir yerdə, çardağın altında olan ortadakı sanitar qovşağında özünə aid marixuanaları gizlətmişdir. X1 bacısı, yəni həyat yoldaşı Səidənin anası və onun qaynanasıdır. Qaynanası Gülnaz xəstəlikdən əziyyət çəkdiyi üçün 2025-ci ilin fevral ayının əvvəllərində ölmüşdür. Gülnaz Nağıyevanın ağır xəstəlikdən əziyyət çəkdiyini və ağrılarının olduğunu bilmiş, eyni zamanda hansısa ağrı kəsici dərmanlardan istfadə etdiyini eşitmiş, lakin Gülnazın narkotik vasitələrdən istifadə edibetməməsini bilməmiş, nə də ki, hansı ağrıkəsicilərdən istifadə etməsini görməmiş və bilməmişdir. Digər sanitar qovşağında olan marixuana və metadon həblərinin X7 həmin yerə qoymasını Güldəstənin özündən eşitmişdir. Güldəstə xəstə olan bacısı Gülnazın xəstəxanaya düşməmişdən əvvəl gətirib həmin sellofanı onun evində saxlamasını xahiş etdiyini, həmin sellofanda özünə məxsus dərmanların olduğunu bildirdiyini söyləmişdir. Qaynanası Gülnaz həqiqətən ağrılardan əziyyət çəkmiş, lakin sonuncunun narkotik vasitələrdən istifadə etməsini bilməmişdir. Ola bilsin ki, elə digər sanitar qovşağında olan marixuanaları və metadon həblərini oraya qaynanası Gülnaz qoymuşdur. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, əvvəllər məhkumluğunun olmamasının, xəstəliyinin və könüllü olaraq polis əməkdaşlarının çağırışına gəldiyini nəzərə alaraq, ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Belə ki, məhkəmə istintaqı zamanı şahid Ucar RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Ucar RPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili vəzifəsində işləyir. ünvan 1 ünvanında yaşayan Şahid7 əvvəllər tanımamış, onunla heç bir düşmənçilik və ədavəti olmamışdır. 05 fevral 2025-ci il tarixdə Şahid7 yaşadığı ünvanda külli miqdarda narkotik vasitə saxlaması barədə məlumat daxil olmuş, həmin məlumatla bağlı dərhal tərəfindən Ucar RPŞ-nin rəhbərliyinə məruzə olunaraq Şahid7 ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair razılıq alınmış və bu barədə müvafiq qərar qəbul olunaraq əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə, saat 22 radələrində əməliyyat qrupunun digər üzvləri, yəni Ucar RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1, PPXB-nin bölük komandiri Şahid4, PPXB-nin polis nəfəri Şahid5, PPXB-nin polis nəfəri Şahid3 Qurban oğlu və mülki vətəndaş Şahid6 ilə birlikdə ünvan 1 ünvanına gedərək Şahid7 küçəyə çağırmış, yaşadığı evin qarşısında Şahid7 özlərini təqdim edərək yaşadığı ünvanda narkotik vasitələrin saxlamasında şübhəli olduğunu bildirmiş, bununla bağlı sonuncuya hüquq və vəzifələri izah olunaraq ardınca videoçəkilişlə üzərinin yoxlanılacağı və yaşadığı ünvana baxışın keçiriləcəyi bildirilmişdir. Şahid7 etiraz etməmişdir. PPXB-nin bölük komandiri Şahid4 tərəfindən videoçəkiliş aparılmaqla sənədləşmə prosesinə başlanılmışdır. Tərəfindən iştirakçılar təqdim olunduqdan sonra Şahid7 üzərində narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan olunmuş başqa əşya və predmet vardırsa, təqdim etməsi təklif olunmuşdur. Şahid7 üzərində qanunsuz heç nəyin olmadığını bidirərək qolsuz gödəkçəsinin sağ yan cibindən 1 ədəd qara rəngli qatlanan “Samsung” markalı telefon, sol yan cibindən isə pul qabını çıxarıb təqdim etmişdir. Həmin telefon tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılıb götürlmüş, pul qabına baxılmış, içərisindəki əşyalar arasında əhəmiyyət kəsb edən və şübhə doğuran hər hansı əşya olmadığına görə Güldəstənin özünə qaytarılmışdır. Ardınca mülki vətəndaş Şahid6 tərəfindən Şahid7 üstü yoxlanılmış, lakin üzərindən narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan olunmuş başqa əşya və predmet aşkar edilməmişdir. Ardınca Şahid7 yaşadığı evin həyətinə, evə baxış keçiriləcəyi bildirilmiş, Güldəstə etiraz etməmişdir. Küçə qapısından həyətə daxil olduqda Güldəstəyə evdə, həyətdə və başqa haradasa narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan olunmuş başqa əşya və predmet vardırsa, təqdim etməsi təklif olunmuş, Güldəstə evdə və həyətdə qanunsuz heç nəyin olmadığını bidirmişdir. Baxışa həyətə girişdə olan hündür çardağın altından başlanmış, həmin yerdə narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan olunmuş başqa əşya və predmet aşkar edilməmişdir. Ardınca qarşıda sol tərəfdə olan digər tərəfi bağa açılan kiçik çardağın altına gəlmişlər. Həmin yerdə baxış keçirilərkən dolablardan, sanitar qovşaqların yanında olan mətbəxdən narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan olunmuş başqa əşya və predmet aşkar edilməmişdir. Həmin yerdə 2 ədəd yanbayan olan sanitar qovşaqlarına baxış keçirilərkən sondakı sanitar qovşağında küncdə olan əl-üz yumanın sütununun arxa hissəsindən əməliyyat müvəkkili Şahid1 tərəfindən 1 ədəd ağ rəngli sellofan paket aşkar edilmiş, həmin sellofan paket çardağın altına gətirilərək orada olan masanın üzərinə qoyulmuş, 1 ədəd ağ rəngli sellofan açıldıqda içərisində ayrıca 1 ədəd qara rəngli sellofan bağlama, həmin sellofanda başqa göy rəngli sellofanda isə şəffaf sellofana qoyulmuş 3 ədəd qara rəngli sellofan bağlamalar aşkar edilmiş, həmin 3 ədəd qara rəngli bağlamalar açıldıqda, içərilərində marixuanaya bənzər spesifik qoxulu yaşıl rəngli kütlələr aşkar edilmiş, ardınca ayrıca olan 1 ədəd qara rəngli sellofan bağlama açıldıqda həmin bağlamanın eyni formada başqa bağlama ilə bir bağlama kimi büküldüyü müəyyən edilmiş və açıldıqda onların içərisində “Metadon” həbləri aşkar edilmişdir. Həmin həblər yarısı tam blister formada, yarısı isə yarımçıq olmaqla blister formasında masanın üzərinə düzülərək sayılmış, 22 ədəd blisterdə, cəmi 217 ədəd həblərin olduğu müəyyən edilmişdir. Bundan sonra 3 ədəd qara rəngi bağlamalarda olan marixuanalara bənzər kütlələr ayrı-ayrılıqda olduqları bağlamalarda elektron tərəzidə çəkilərək bağlamalarla birlikdə çəkilərinin 51,71 qram, 53,11 qram və 52 qram olduqları müəyyən edilərək tərəfindən hər birinin çəkisinin miqdarı vərəqdə qeyd edilmiş, daha sonra həmin kütlələr və həblər olduqları bağlamalarda sellofanlara qoyularaq 1 ədəd kağız zərfdə qablaşdırılıb tərəfindən götürülmüşdür. Daha sonra baxış davam etdirilmiş və həmin yerdə olan digər, yəni ortadakı sanitar qovşağa daxil olduqda orada küncdə olan əl-üz yumanın sütununun arxa hissəsindən əməliyyat müvəkkili Şahid1 tərəfindən 2 ədəd ağ-bəzəkli sellofan torbalar aşkar edilmişdir. Həmin sellofan torbalar çardağın altında olan masanın üzərinə qoyulmuş və ardıcıl açılaraq içərisindəkilərə baxış keçirilmişdir. Birinci ağ-bəzəkli sellofan torba açıldıqda içərisində göy və şəffaf sellofanlara bükülmüş 2 ədəd qara rəngli sellofan bağlamalar və boş salfet kağızı aşkar edilmiş, həmin bağlamalarda da spesifik qoxuya malik marixuanaya bənzər yaşıl rəngli kütlələr aşkar edilərək ayır-ayrılıqda olduqları bağlamalarda elektron tərəzidə çəkilmiş, 51,28 və 50,16 qram çəkidə olduqları müəyyən edilmişdir. Digər ağ-bəzəkli sellofan torba açıldıqda içərisində 1 ədəd şüşə bankada 1 ədəd kiçik şəffaf sellofan paketdə də marixuanaya bənzər yaşıl rəngli kütlə olmuş və olduğu sellofan paketdə elektron tərəzidə çəkildikdə 10,11 qram çəkidə olduğu müəyyən edilmişdir. Daha sonra həmin kütlələr olduqları bağlamalarda və şüşə bankadakı kiçik sellofan paketdəki kütlə həmin bankaya qoyularaq hamısı 1 ədəd kağız zərfdə qablaşdırılıb götürülmüşdür. Baxışa davam etdirilərək ardınca Şahid7 yaşadığı evin bütün otaqları yoxlanılmış, lakin başqa heç haradan narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan olunmuş başqa əşya və predmet aşkar edilməmişdir. Şahid7 polis əməkdaşları tərəfindən hər hansı bir qanunsuzluğa məruz qalıb-qalmaması, eləcə də vəsatətinin olub-olmaması ilə bağlı sual verilmiş, sonuncu heç bir qanunsuzluğa məruz qalmadığını, heç bir vəsatət və etirazının olmadığını bildirmişdir. Bununla da baxış yekunlaşaraq videoçəkiliş dayandırılmış və iştirakçılarla birlikdə polis şöbəsinə gəlmişlər. Polis şöbəsində Şahid7 yaşadığı ünvana baxışın keçirilməsi ilə bağlı protokol tərtib olunaraq ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra tərəfindən götürülmüş 1 ədəd telefon qablaşdırıldığı 1 ədəd kağız zərfdə, narkotik vasitələrə bənzər kütlələr və dərmanlar isə qablaşdırıldıqları 2 ədəd kağız zərflərdə toplanmış material ilə birlikdə İstintaq Bölməsinə təqdim edilmişdir. Ardınca müstəntiq tərəfindən müvafiq sənədləşdirmə davam etdirilərək Növbətçi hissədə Şahid7 yaşadığı ünvandan aşkar edilmiş kütlələrə və həblərə videoçəkiliş vasitəsilə baxış keçirilmişdir. Baxışda o, əməliyyat müvəkkili Şahid1, mülki vətəndaş Şahid6 və məsul növbətçi Tural Bəkirov iştirak etmişlər. Videoçəkilişi məsul növbətçi Tural Bəkirov aparmışdır. Əvvəlcə iştirakçılar təqdim olunduqdan sonra Şahid7 polis əməkdaşları tərəfindən saxlanılan zaman hər hansı qanunsuzluğa məruz qalıbqalmaması ilə bağlı sual verilmiş, Şahid7 polis əməkdaşları tərəfindən heç bir qanunsuzluğa məruz qalmadığını bildirmişdir. Ardınca Şahid7 hüquq və vəzifələri izah olunmaqla bu haqda bildiriş təqdim olunmuş, daha sonra aşkar edilərək götürülmüş kağız zərflərdə qablaşdırılmış 1 ədəd telefona və 2 ədəd zərflərdə olan kütlələrə baxışın keçirilməsinə başlanılmışdır. Cəmi 3 ədəd kağız zərflər bir daha Şahid7 təqdim olunmuşdur. Onların heç birinin tamlıqları pozulmamışdır. Həmin zərflər ardıcıl açılaraq və içərisindəki kütlələr və həblər Şahid7 təqdim edilmiş, birinci zərf açılaraq içərisindəki 3 ədəd qara rəngli sellofan bağlamalar masanın üzərinə qoyularaq açılmış, eyni zamanda digər 1 ədəd qara rəngli bağlamada olan həblər masanın üzərinə düzülərək sayılmış, ümumilkdə 217 ədəd həb olduğu müəyyən edilmiş, yaşıl rəngli bitki mənşəli kütlələr olan 3 ədəd qara rəngli sellofan bağlamalar ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, onların 52,00 qram, 54,75 qram və 51,67 qram çəkidə olduqları müəyyən olunaraq yenidən həmin kağız zərfə qoyularaq ağzı bağlanmış və möhürlənərək müstəntiq tərəfindən götürülmüşdür. Daha sonra ikinci kağız zərf açılaraq içərisindəki şüşə banka və ağ-bəzəkli sellofan torba masanın üzərinə qoyulmuş ağ-bəzəkli sellofan torba açıldıqda içərisindəki 2 ədəd qara rəngli sellofan bağlamalar çıxarılaraq elektron tərəzidə çəkilmiş, çəkilərinin 47,24 qram və 35,95 qram olduğu müəyyən edilmişdir. Daha sonra şüşə bankadakı 1 ədəd kiçik sellofan paket çıxarılaraq elektron tərəzidə çəkilmiş, çəkisinin 10,10 qram olduğu müəyyən edilmişdir. Daha sonra həmin bağlamalar və sellofan paket şüşə banka ilə birlikdə yenə həmin kağız zərfə qoyularaq ağzı bağlanmış və möhürlənərək müstəntiq tərəfindən götürülmüşdür. Daha sonra digər 1 ədəd zərfdə qablaşdırımış telefon təqdim olunmuş, Şahid7 həmin telefonun özünə məxsus olduğunu bildirmişdir. Həmin telefon da olduğu zərfə qoylaraq yenə qablaşdırılıb müstəntiq tərəfindən götürülmüşdür. Bununla da baxış yekunlaşmış, protokol tərtib olunaraq ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Şahid7 əvvəllər və hazırda narkotik vasitələrin, psixotrop maddələrin satışı ilə məşğul olmasına dair heç bir məlumat əldə edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsinə dair məlumatlar olsa da, onun narkotik vasitələrin, psixotrop maddələrin satışı ilə məşğul olmasına dair heç bir məlumat əldə edilməmişdir. Şahid7 vəfat etmiş bacısı X7 uzun sürən xəstəlikdən əziyyət çəkdiyinə görə mütəmadi olaraq ağrıkəsici dərmanlardan istifadə etməsinə dair məlumatlar əldə edilsə də, sonuncunun narkotik vasitələrdən, eləcə də metadon həblərindən istifadə edib-etməməsini müəyyən etmək mümkün olmamış, eləcə də onun narkotik vasitələrin, psixotrop maddələrin satışı ilə məşğul olmasına dair heç bir məlumat əldə edilməmişdir. Məhkəmə istintaqında şahidlər Ucar RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1, Ucar RPŞ-nin PPXB-nün bölük komandiri Şahid4 və Ucar RPŞ-nin sanitar işçisi Şahid6 digər Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Ucar RPŞ-nin PPXB-nün polis nəfərləri Şahid3 və Şahid5 məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş ifadələrindən görünür ki, onlar da şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar ifadə vermişlər. Məhkəmə istintaqı zamanı Şahid7 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, uzun müddətdir ki, Ucar rayon mərkəzi xəstəxanasında sanitar işçisi kimi çalışmışdır, subaydır, ailə həyatı qurmamışdır. Uzun müddətdir ki, Ucar şəhəri, Nəsimi küçəsi 84 ünvanında qohumu, yəni vəfat etmiş bacısı X2 həyat yoldaşı Təqsirləndirilən şəxs evində tək yaşamış, yaşadığı ünvanda narkotik vasitələrin saxlanılmasını bilməmişdir. O, heç zaman narkotik vasitələrdən istifadə etməmişdir. Hüseyn özü isə ailəsi ilə birlikdə uzun müddətdir ki Bakıda yaşamış və işləmiş, o da sonuncunun evində yaşamaqla, evə nəzarət etmişdir. Hüseyngilin özləri Ucara gəlib-gedərkən həmin evdə qalmışlar. Yaşadığı evin həyətində ikinci çardağın altında 2 ədəd yanbayan sanitar qovşaqları vardır. O, saxlanılmamışdan təxminən 1 ay əvvəl, səhv etmirsə 31 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhərindən həmin evə, yəni öz evinə gələrkən həmin çardağın altında ortadakı sanitar qovşağında küncdə olan əl-üz yumanın sütununun arxa hissəsinə 2 ədəd ağ-bəzəkli sellofan torbalar qoyaraq həmin sellofanlara toxunmamağını bildirmişdir. O da heç nə maraqlanmamış, Hüseynə zarafatyana “puldursa götürüb xərcləyəcəm ha, bax deyirəm” sözləri demişdir. Hüseyn isə gülərək ona “Güldəstə xala pul olsaydı yerini deməzdim axı sənə başqa şeydi, sənlik deyil, özüm sonra götürəcəm” demişdir. Bir neçə gün qaldıqdan sonra Hüseyn öz ailəsinin yanına Bakı şəhərinə qayıtmış, ondan sonra Hüseyn bir-iki dəfə həmin evə gəlmiş, lakin sonuncunun həmin yerə qoyduğu 2 ədəd ağ-bəzəkli sellofan torbalardan nəsə götürüb götürməməsinə diqqət etməmiş, görməmiş, eyni zamanda həmin torbalara ümumiyyətlə əl vurmamışdır. Bundan başqa isə ağır xəstəlikdən əziyyət çəkən, yəni şəkər xəstəsi və ürək xəstəsi olan Göyçay şəhərində yaşayan və polis tərəfindən saxlanılan zaman Göyçay şəhərində xəstəxanada reanimasiya şöbəsində yatan bacısı X10 təxminən 2025-ci ilin yanvar ayının ortalarından sonra, dəqiq xatırlamadığı tarixdə tək yaşadığı evə gələrək ağrılarının kəskinləşdiyini bildirmiş, xəstəxanaya gedəcəyi üçün özünə aid sənədləri vermiş, eyni zamanda 1 ədəd ağ rəngli sellofan torba göstərərək həmin torbada vacib ağrıkəsici dərmanlarının olduğunu, həmin dərmanların reseptlə verildiyini, ona görə də əl altında olmamalarını bildirərək gizlətməyi xahiş etmiş və xəstəxanadan çıxandan sonra götürəcəyini bildirmişdir. O isə bacısı Gülnaza həmin sellofan torbanı əmanət edə biləcəyini deyərək mətbəxdə yuxarı rəfə qoymasını, onu həmin yerdə saxlayacağını, heç kimin həmin yerə qalxmadığını bildirmişdir. Lakin bacısı Gülnaz Nağıyeva etiraz edərək sellofan torbanı başqa yerdə saxlamasını xahiş etmişdir. O da Hüseynin çardağın altında ortadakı sanitar qovşağındakı əl-üz yumanın arxasında sellofan torbaları gizlətdiyini xatırlayıb, Gülnaza bu bardə heç nə demədən, öz sellofan torbasını sondakı sanitar qovşağında əl-üz yumanın sütununun arxa hissəsinə qoymasını bildirmişdir. Gülnaz da aparıb həmin sellofanı həmin yerə qoymuş, o həmin sellofanı açıb içərisinə baxmamış, Gülnazın özünün deməsinə görə içərisində özünə aid tapılmayan və reseptlə buraxılan ağrılarına qarşı dərmanlar olmuşdur. Daha sonra bacısı Gülnaz çıxıb getmiş və növbəti ya da ki, o birisi gün Göyçay rayon Mərkəzi xəstəxanasına yerləşdirilmişdir. Bacısı Gülnazın çardağın altında sondakı sanitar qovşağında əl-üz yumanın sütununun arxa hissəsində saxladığı 1 ədəd ağ rəngli sellofan torba, eləcə də Hüseynin həmin çardağın altında ortadakı sanitar qovşağında küncdə olan əl-üz yumanın sütununun arxa hissəsinə saxladığı 2 ədəd ağ-bəzəkli sellofan torbalar olduqları yerlərdə qalmış, nə Hüseynin qoyduğu sellofanlara, nə də ki, bacısı Gülnazın qoyduğu sellofan torbaya toxunmamışdır. 05 fevral 2025-ci il tarixdə, saat 22 radələrində isə yaşadığı evdə tək olarkən polis əməkdaşları yaşadığı ünvana gəlib onu küçəyə çağırmışlar. Qapının yanına çıxdıqda polis əməkdaşları özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında, saxlamasında şübhəli olduğunu bildirmiş və videoçəkilişlə üstünü yoxlayacaqlarını, eləcə də yaşadığı ünvana baxış keçirəcəklərini söyləmişlər. O da buna heç bir etirazının olmadığını bildirmişdir. Hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkilişlə üstünün yoxlanılmasına başlanılmışdır. Üzərində narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan olunmuş başqa əşya və predmet vardırsa təqdim etməyi təklif olunmuşdur. O isə üzərində qanunsuz heç nəyin olmadığını bidirərək qolsuz yun gödəkçəsinin sağ yan cibindən özünə məxsus 1 ədəd qara rəngli qatlanan “Samsung” markalı telefon, sol yan cibindən isə pul qabını çıxarıb təqdim etmişdir. Həmin telefon polislər tərəfindən kağız zərfdə qablaşdırılıb götürülmüş, pul qabına baxılaraq özünə qaytarılmışdır. Daha sonra polislərin yanında olan Xədicə adlı qadın üstünü yoxlamış, lakin üzərindən narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan olunmuş başqa əşya və predmet aşkar edilməmişdir. Daha sonra yaşadığı evin həyətinə daxil olmuşlar. Ona narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan olunmuş başqa əşya və predmet vardırsa, təqdim etməyi təklif olunmuş, o da evdə və həyətdə qanunsuz heç nəyin olmadığını bidirmişdir. Baxış girişdəki yekə çardağın altından başlanmış, həmin yerdə narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan olunmuş başqa əşya və predmet aşkar edilməmişdir. Daha sonra qarşıda sol tərəfdə olan digər tərəfi bağa açılan kiçik çardağın altına gəlmişlər, orada baxış zamanı dolablardan, sanitar qovşaqların yanında olan mətbəxdən narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan olunmuş başqa əşya və predmet aşkar edilməmiş, lakin həmin yerdə 2 ədəd yanbayan olan sanitar qovşaqlarına baxış keçirilərkən ən sondakı sanitar qovşağında küncdə olan əl-üz yuma sütununun arxa hissəsindən bacısı Gülnazın saxladığı ağ rəngli sellofan aşkar edilmişdir. Həmin sellofan açıldıqda isə içərisində ayrıca 1 ədəd qara rəngli sellofan bağlama, həmin sellofanda başqa göy rəngli sellofanda isə şəffaf sellofana qoyulmuş 3 ədəd qara rəngli sellofan bağlamalar aşkar edilmişdir, çardağın altında olan masanın üzərinə qoyulmuş, həmin 3 ədəd qara rəngli bağlamalar açıldıqda, içərilərində yaşıl rəngli kütlələr aşkar edilmiş, daha sonra ayrıca olan 1 ədəd qara rəngli sellofan bağlama açıldıqda həmin bağlamanın eyni formada başqa bağlama ilə bir bağlama kimi büküldüyü müəyyən edilmiş və hər biri açıldıqda onların içərisində dərman kimi həblər aşkar edilmişdir. Həmin həblər yarısı tam blister formada, yarısı isə yarımçıq olmaqla blister formasında masanın üzərinə düzülərək sayılmış, 22 ədəd blisterdə cəmi 217 ədəd həblərin olduğu müəyyən edilmişdir. Eyni zamanda 3 ədəd qara rəngi bağlamalarda olan kütlələr elektron tərəzidə çəkilərək çəkiləri qeyd edilmiş, daha sonra həmin kütlələr və həblər olduqları bağlamalarda sellofanlara qoyularaq 1 ədəd kağız zərfin üzəri imzalandıqdan sonra həmin zərfə yerləşdirilmiş və zərfin ağzı bağlanaraq möhürlənib polis əməkdaşları tərəfindən götürülmüşdür. Daha sonra baxış davam etdirilmiş və həmin yerdə ortadakı sanitar qovşağa daxil olduqda orada küncdə olan əl-üz yumanın sütununun arxa hissəsindən 2 ədəd ağ-bəzəkli sellofan torbalar aşkar edilmişdir. Həmin sellofan torbalar da çardağın altında olan masanın üzərinə qoyulmuş və ardıcıl açılaraq içərisindəkilərə baxış keçirilmişdir. Birinci ağ-bəzəkli sellofan torba açıldıqda içərisində göy və şəffaf sellofanlara bükülmüş 2 ədəd qara rəngli sellofan bağlamalar və boş salfet kağızı aşkar edilmiş, həmin bağalamalar elektron tərəzidə çəkilərək çəkiləri qeyd edilmişdir. Digər ağ-bəzəkli sellofan torba açıldıqda içərisində 1 ədəd şüşə bankada 1 ədəd kiçik şəffaf sellofan paketdə yaşıl rəngli kütlə olduğu müəyyən edilmişdir. Həmin şüşə bankadakı kütlə də sellofan paketdə elektron tərəzidə çəkilərək çəkisi qeyd edilmişdir. Daha sonra həmin kütlələr olduqları bağlamalarda və şüşə bankadakı kiçik sellofan paketdəki kütlə həmin bankaya qoyularaq hamısı 1 ədəd kağız zərfin üzəri imzalandıqdan sonra həmin zərfə yerləşdirilmiş və zərfin ağzı bağlanaraq möhürlənib polis əməkdaşları tərəfindən götürülmüşdür. Daha sonra baxışa davam etdirilmiş, evin bütün otaqları yoxlanılmış, lakin başqa narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan olunmuş başqa əşya və predmet aşkar edilməmişdir. Bundan sonra ona polis əməkdaşları tərəfindən hər hansı bir qanunsuzluğa məruz qalıb-qalmaması, eləcə də vəsatətinin olub-olmaması ilə bağlı sual verilmiş, o da heç bir qanunsuzluğa məruz qalmadığını, heç bir vəsatət və etirazının olmadığını bildirmişdir. Bununla da baxış yekunlaşmış və onlar polis şöbəsinə gəldikdən sonra yaşadığı ünvanda baxışın keçirilməsi ilə bağlı protokol tərtib olunaraq ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra yaşadığı ünvandan aşkar edilmiş kütlələrə və dərmanlara Növbətçi Hissədə videoçəkilişlə baxş keçirilmiş, qablaşdırıldığı kağız zərflər təqdim olunmuş, zərflərin heç birinin tamlıqları pozulmamışdır. Həmin zərflər ardıcıl açılaraq və içərisindəki kütlələr və həblər ona təqdim edilmişlər. 1-ci zərf açılaraq içərisindəki 3 ədəd qara rəngli sellofan bağlamalar masanın üzərinə qoyularaq açılmış eyni zamanda digər 1 ədəd qara rəngli bağlamada olan həblər masanın üzərinə düzülərək sayılmış, ümumilikdə 217 həb olduğu müəyyən edilmişdir. Yaşıl rəngli kütlələr olan 3 ədəd qara rəngli sellofan bağlamalar ayrıayrılıqda elektron tərəzidə çəkilərək 52,00 qram, 54,75 qram və 51, 67 qram olmuş, bundan sonra yenə həmin kağız zərfə qoyularaq ağzı bağlanmış və möhürlənərək götürülmüşdür. Daha sonra 2-ci kağız zərf açılaraq içərisindəki şüşə banka və ağ-bəzəkli sellofan torba masanın üzərinə qoyulmuş, ağ-bəzəkli sellofan torba açıldıqda içərisindəki 2 ədəd qara rəngli sellofan bağlamalar çıxarılmış və ayrı-ayrılıqda elektron tərəzidə çəkilərək 47,24 qram və 35,95 qram olduğu müəyyən edilmişdir. Daha sonra şüşə bankadakı içərisində yaşıl rəngli kütlə olan 1 ədəd kiçik sellofan paket çıxarılaraq elektron tərəzidə çəkilmiş, çəkisinin 10,10 qram olduğu müəyyən edilmişdir. Daha sonra həmin bağlamalar və sellofan paket şüşə banka ilə birlikdə yenə həmin kağız zərfə qoyularaq ağzı bağlanmış və möhürlənərək götürülmüşdür. Daha sonra ona zərfdə qablaşdırılmış telefonu təqdim olunmuş, o həmin telefonun ona məxsus olduğunu bildirmiş, həmin telefon da olduğu zərfə qoylaraq yenə qablaşdırılıb götürülmüşdür. Ona polis əməkdaşları tərəfindən hər hansı bir qanunsuzluğa məruz qalıb-qalmadığı, eləcə də vəsatətinin olubolmaması ilə bağlı sual verilmiş, o da heç bir qanunsuzluğa məruz qalmadığını, heç bir vəsatət və etirazının olmadığını bildirmişdir. Bununla da baxış yekunlaşmış, protokol tərtib olunaraq ucadan oxunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. 05 fevral 2025-ci il tarixdə yaşadığı ünvandan sellofan bağlamalarda aşkar edilmiş kütlələlər və həblər ona məxsus olmamış, qeyd etdiyi kimi, onları həmin yerlərə bacısı qızının əri Təqsirləndirilən şəxs və bacısı Gülnaz ayrı-ayrı vaxtlarda qoymuşlar. Həmin sellofanlarda nə olmasını bilməmiş, Hüeyndən və bacısı Gülnazdan bu haqda heç nə maraqlanmamışdır. Təqsirləndirilən şəxs həyat yoldaşı, yəni bacısı qızı X4 sanitar qovşağında sellofan torbaların saxlaması barədə heç nə deməmiş, Səidə həmin yerdə sellofanların olmasını bilməmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 44-45-ci vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə X8 Regional Bölməsinin 06 fevral 2025-ci il tarixli, 17/96 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Şahid7 yaşadığı evin həyətində olan tualetin əl-üz yuyanın aşağı hissəsindən aşkar olan 3 ədəd qara sellofan torbada aşkar olunmuş yaşıl kütlə və 22 ədəd narkotik tərkibli tabletkalar.” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd zərfi açdıqda, içərisindəki 03 (üç) ədəd qara rəngli sellofan bağlamalarda, ayrı-ayrılıqda təmiz çəkiləri-49,68qr., 53,12qr. və 49,76qr., ümumi çəkiləri- 152,56 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. MEM-nin Şəki regional bölməsində müvafiq laboratoriya cihazı olmadığından həmin zərfin içərisindəki həblərin tədqiqatını aparmaq mümkün olmadı. Tədqiqata təqdim olunmuş, üzərində “Şahid7 yaşadığı evin həyətində olan 2-ci tualetin əl yuyanın aşağı hissəsindən aşkar olan 2 ədəd qara torbada və 1 ədəd 0.5 qramlıq bankada selofana bükülmüş yaşıl kütlə.” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki 02 (iki) ədəd qara rəngli sellofan bağlamalarda və şüşə bankanın içərisindəki 01 (bir) ədəd polietilen paketdə, uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri-48,39qr., 49,51qr. və 9,36qr., ümumi çəkiləri-107,26 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ümumilikdə 05 (beş) ədəd sellofan bağlamalarda və 01 (bir) ədəd polietilen paketdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidilər. Tədqiqata sərf edildi – 0,30 qram, qalıq 259,52 qram. Cinayət işinin 43-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə X8 Regional Bölməsinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri 34,55 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 141-142-ci vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 mart 2025-ci il tarixli, 6/838 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X17 Bölməsi №2” dairəvi möhür əksi olan, “Şahid7” sözləri, soyad və imza qeyd edilmiş bir ədəd paketdə üzərində “Methadone-40” göstəricisi olan konvalyut və konvalyut kəsiklərində üzərində “M/40” göstəricisi olan ümumilikdə 217 ədəd qəhvəyi rəngli, dairəvi formalı dərman həbində metadonun üzərindəki göstəriciyə əsasən təsir maddəsinin ümumi miqdarı 8,68 qram təşkil edir. Təqdim edilmiş həblər komponent tərkibinə görə və təsiredici maddənin miqdarına görə eynilik təşkil edir. Tədqiqata sərf edildi – 12 ədəd, qalıq 205 ədəd. Cinayət işinin 148-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə fiziki-kimyəvi ekspertizası tədqiqatının dəyəri 65 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 240-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 08 may 2025-ci il tarixli, 754 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Nаrkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 01-ci səhifəsində olan 06 fevral 2025ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 207-208-ci vərəqələrində olan 01 may 2025-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin materiallarından görünür ki, Ucar Rayon Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 1(063)-47/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkəməyə verilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalından həbs olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 10-12-ci və 14-15-ci vərəqələrində olan 06 fevral 2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və yaşayış sahəsinə, eləcə də yardımçı tikililərə baxış keçirilməsi və əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında protokollardan görünür ki, 06 fevral 2025-ci il tarixdə, saat 22:46-dan saat 00:18-dək olan müddət ərzində ünvan 1 ünvanında yerləşən evin giriş darvazasının qarşısında videoçəkilişlə Şahid7 üstü yoxlanılaraq, ünvan 1 ünvanına baxış keçirilmiş, baxış zamanı sol tərəfdə olan, digər tərəfi bağa açılan solda qarşıda kiçik çardağın altında inşa edilmiş, yanbayan olan 2 sanitar qovşağından sondakı sanitar qovşağına olan əlüzyuyanın arxa hissəsində ağ rəngli sellofan torba aşkar edilmiş, həmin sellofanda başqa göy rəngli sellofanda isə şəffaf sellofana qoyulmuş 3 ədəd qara rəngli sellofan bağlamalar aşkar edilmiş, çardağın altında olan masanın üzərinə qoyulmuş, həmin 3 ədəd qara rəngli bağlamalar açıldıqda içərilərində yaşıl rəngli kütlə, yəni marixuanalar aşkar edilmiş, daha sonra ayrıca olan 1 ədəd qara rəngli sellofan bağlama açıldıqda həmin bağlamanın eyni formada başqa bağlama ilə bir bağlama kimi büküldüyü müəyyən edilmişdir və açıldıqda onların içərisində dərman kimi həblər aşkar edilmişdir. Həmin həblər yarısı tam blister formada, yarısı isə yarımçıq olmaqla blister formasında masanın üzərinə düzülərək sayılmış, 22 ədəd blister olduqları, həblərin sayı isə 217 ədəd olması müəyyən edilmişdir. Aşkar edilmiş narkotik vasitəyə bənzər kütlələr Ucar RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili tərəfindən ayrıayrılıqda elektron tərəzidə çəkilmiş, çəkiləri müvafiq olaraq 51,71 qram, 53,11 qram və 52 qram olduğu müəyyən edilmişdir. Bundan sonra içərisində qurudulmuş marixuanaya bənzər kütlələr olan sellofan torba və 217 ədəd olan həblər 1 ədəd ağ rəngli zərfdə qablaşdırılmış, zərfin üzərində Ucar RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili tərəfindən nüvafiq qeydlər aparılmışdır. Daha sonra çardağın altındakı ortadakı sanitar qovşağına baxış keçirilmiş, ortadakı sanitar qovşağa daxil olunduqda orada küncdə olan əl-üz yuyanın, yəni rakovinanın sütununun arxa hissəsindən 2 ədəd ağ-bəzəkli sellofan torbalar aşkar edilmişdir. Həmin sellofan torbalar çardağın altında olan masanın üzərinə qoyulmuş və ardıcıl açılaraq içərisindəkilərə baxış keçirilmişdir. Birinci ağ-bəzəkli sellofan torba açıldıqda içərisində göy və şəffaf sellofanlara bükülmüş 2 ədəd qara rəngli sellofan bağlamalar və boş salfet kağızı aşkar edilmiş, həmin bağlamalar da da spesifik qoxulu, marixuanaya bənzər kütlələr vardır, onlar da elektron tərəzidə çəkilmiş, bağlamalarla birlikdə çəkiləri müvafiq olaraq 51,28 qram və 50,16 qram olması, digər ağ-bəzəkli sellofan torba açıldıqda içərisində 1 ədəd şüşə bankada 1 ədəd kiçik şəffaf sellofan paketdə marixuanaya bənzər kütlə vardır. Həmin kütlə də sellofan paketdə elektron tərəzidə çəkildikdə bankanın içərisində olan marixuanaya bənzər kütlənin çəkisi 10,11 qram olduğu müəyyən olunmuş, həmin kütlələr 1 ədəd ağ rəngli zərfdə qablaşdırılmış, zərfin üzərində Ucar RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili tərəfindən müvafiq qeydlər aparılmışdır. Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və yaşayış sahəsinə, eləcə də yardımçı tikililərə baxış keçirilməsi və əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi zamanı “Sony” və “Panasonic” markalı aparatlardan istifadə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 178-179-cu vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 01 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittihamın elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 55-57, 145-146, 222, 242 və 244- 263-cü vərəqələrində olan Ucar RPŞ-nin İB-nin müstəntiqinin müvafiq olaraq 06 fevral, 06 aprel, 03 may və 08 may 2025-ci il tarixli maddi sübut kimi tanınma, eləcə də 10 may 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2 və 234.4.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq Ucar rayon prokurorluğuna göndərilmiş, Şahid7 və X7 barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq Ucar rayon prokurorluğuna göndərilmiş, Şahid7 yaşadığı evin həyətindəki çardağın altında olan ortadakı sanitar qovşağından aşkar edilmiş 1 ədəd kağız zərfdə qablaşdırılmış 02 (iki) ədəd qara rəngli sellofan bağlamalarda və şüşə bankanın içərisindəki 01 (bir) ədəd polietilen paketdə, uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 48,39 qr., 49,51 qr. və 9,36 qr., umumi çəkiləri 107,26 qram olan marixuanalar iş üzrə maddi sübut kimi tanınmış, marixuanaların hər birindən 0,05 qramının tədqiqata sərf edilməsi nəzərə alınmış, tədqiqatdan sonra uyğun olaraq qalan 48,34 qr., 49,46 qr. və 9,31 qram çəkilərdə, ümumilikdə isə 107,11 qram çəkidə marixunalar bir ədəd kağız paketdə qablaşdırılıb “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X17 X13 №1” mətninə malik ştampla ştamplanmış vəziyyətdə saxlanılmasından ötrü Ucar RPŞ-nin sübutları saxlama otağına təhvil verilmiş, Şahid7 yaşadığı evin həyətindəki çardağın altında olan digər, yəni sondakı sanitar qovşağından aşkar edilmiş 1 ədəd kağız zərfdə qablaşdırılmış 03 (üç) ədəd qara rəngli sellofan bağlamalarda, ayrı-ayrılıqda təmiz çəkiləri 49,68 qr., 53,12 qr. və 49,76 qr., ümumi çəkiləri 152,56 qram olan marixuanalar iş üzrə maddi sübut kimi tanınmış, marixuanaların hər birindən 0,05 qramının tədqiqata sərf edilməsi nəzərə alınmış, tədqiqatdan sonra uyğun olaraq qalan 49,63 qr., 53,07 qr. və 49,71 qram çəkidə, ümumilikdə isə 152,41 qram çəkidə marixunalar bir ədəd kağız paketdə qablaşdırılıb “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X17 X13 №1” mətninə malik ştampla ştamplanmış vəziyyətdə saxlanılmasından ötrü Ucar RPŞ-nin sübutları saxlama otağına təhvil verilmiş, Ədliyyə Nazirliyinin Məhkəmə X8 Regional Bölməsində müvafiq laboratoriya cihazı olmadığından təqdim edilmiş həblərin tədqiqatını aparmaq mümkün olmamış və həmin 217 ədəd həblər 06 fevral 2025-ci il tarixli, 17/96 saylı rəylə 01 (bir) ədəd ayrı kağız paketdə qablaşdırılıb “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X17 X13 №2” mətninə malik ştampla ştamplanmış vəziyyətdə Ucar RPŞ-nin qaytarılması nəzərə alınmış, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən 12 mart 2025-ci il tarixli, 6/838 saylı rəylə daxil olmuş 1 ədəd sellofan bağlamada olan təsir maddəsinin ümumi miqdarı 8,68 qram təşkil edən 217 ədəd “metadon 40” həbləri iş üzrə maddi sübut kimi tanınmış və 12 ədədinin tədqiqata sərf edilməsi nəzərə alınmaqla 205 ədədi bir ədəd kağız paketdə qablaşdırılıb “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X14 nömrə 65” mətninə malik ştampla ştamplanmış vəziyyətdə saxlanılmasından ötrü Ucar RPŞ-nin sübutları saxlama otağına təhvil verilmiş, Ucar RPŞ-nin 09 aprel 2025-ci il tarixli, 3-13- 115/2-6562/25 nömrəli sorğusu əsasında DİN-in BİKİ-dən götürülmüş telefon məlumatlarını əks etdirən 1 ədəd kompakt disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə olunması nəzərə alınmış, 05 fevral 2025-ci il tarixdə Şahid7 üstünün yoxlanılması və yaşadığı ünvana keçirilmiş baxışın videogörüntülərinin köçürüldüyü 01 (bir) ədəd Kompakt Disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün cinayət işi materiallarına əlavə edilmiş və Şahid7 yaşadığı ünvandan aşkar edilərək götürülmüş marixuanalara və metadon həblərinə 06 fevral 2025-ci il tarixdə Ucar RPŞ-nin növbətçi hissəsində baxış keçirilməsinin videogörüntülərinin 01 (bir) ədəd Kompakt Diskin yaddaşına köçürülərək saxlanması üçün cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Məhkəmə iclasında elan edilmiş işin 160-cı səhifələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 11 aprel 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 151-ci vərəqəsində olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X19 “Ucar rayon mərkəzi xəstəxanası” X18 tərəfindən verilmiş 05 aprel 2025-ci il tarixli, 18-1-77/2-442/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ucar RMX-nın poliklinika şöbəsinin ruhiəsəb və narkoloji kabinetində qeydiyyatda yoxdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 233-235-ci vərəqələrində olan arayışdan, şəxsiyyət vəsiqəsinin surətlərindən və xasiyyətnamədən görünür ki, ünvan 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs himayəsində 04 avqust 2015-ci ildə doğulmuş X5 və 24 iyul 2016-cı ildə doğulmuş X3 vardır, Təqsirləndirilən şəxs barəsində Ucar Rayon İcra Hakimiyyəti Başçısının Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi surətdə ərizə, şikayət və hər hansı bir təqsirləndirici məlumat daxil olmamışdır, yaşayış yerindən yaxşı xarakterizə olunur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 165-ci vərəqəsində olan 01 may 2025-ci il tarixli könüllü gəlmə barədə protokoldan görünür ki, 01 may 2025-ci il tarixdə saat 09:30-da Təqsirləndirilən şəxs könüllü olaraq Ucar RPŞ-nin İB-nə gəlmişdir. Məhkəmə iclasında elan edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, A.Əliyev küçəsi, bina 9, mənzil 46-da qeydiyyatsız yaşayır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı xeyli miqdarda əldə edib saxlama cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, onun əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yerindən yaxşı xarakterizə olunmasını, ilk dəfə az ağır cinayət törətməsini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, bununla belə, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən törətdiyi əməlin ictimai təhlükəliliyini dərk etməklə, artıq cinayət işinin məhkəməyədək icraat dövründə islah yoluna qədəm qoymasını nümayiş etdirməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, yəni məhz cəmiyyətdən təcrid edilməklə, real cəza çəkməyə göndərilməsi nəticəsində onun islahına nail olunacağının müəyyən olunmamasını, həmçinin barəsində yuxarıda sadalanan yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 04 iyun 2025-ci il tarixdən 03 iyul 2025-ci il tarixədək həbsdə saxlanıldığı otuz gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər probasiya idarəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər probasiya idarəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Bakı şəhərinin ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Bakı şəhərinin ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Bakı şəhəri daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilsin və o, hökm elan edildikdən dərhal sonra məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs haqqında "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilməli, barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan və Ucar RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Şahid7 yaşadığı evin həyətindəki çardağın altında olan sanitar qovşaqlardan aşkar olunaraq götürülmüş və Ucar RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan qalıq çəkisi 259,52 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana və üzərində “Methadone-40” göstəricisi olan konvalyut və konvalyut kəsiklərində üzərində “M/40” göstəricisi olan qalıq 205 ədəd həblər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin Şahid7 üzərinin yoxlanılması və yaşadığı ünvana keçirilmiş baxışın videogörüntülərinin köçürüldüyü 02 (iki) ədəd disk və AR DİN BİKİ-dən götürülmüş telefon məlumatlarını əks etdirən 01 (bir) ədəd disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan 99,55 (doxsan doqquz manat əlli beş qəpik) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 30 (otuz) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilsin və o, hökm elan edildikdən dərhal sonra məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs haqqında "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri probasiya idarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri probasiya idarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Bakı şəhərinin ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Bakı şəhərinin ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Bakı şəhəri daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Ucar RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Şahid7 yaşadığı evin həyətindəki çardağın altında olan sanitar qovşaqlardan aşkar olunaraq götürülmüş və Ucar RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan qalıq çəkisi 259,52 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana və üzərində “Methadone-40” göstəricisi olan konvalyut və konvalyut kəsiklərində üzərində “M/40” göstəricisi olan qalıq 205 ədəd həblər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Şahid7 üzərinin yoxlanılması və yaşadığı ünvana keçirilmiş baxışın videogörüntülərinin köçürüldüyü 02 (iki) ədəd disk və AR DİN BİKİ-dən götürülmüş telefon məlumatlarını əks etdirən 01 (bir) ədəd disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 99,55 (doxsan doqquz manat əlli beş qəpik) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №1(063)-47/2025
Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-47/2025
03.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver