Məhkəmə qərarları › İş №1(063)-48/2024

Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-48/2024

07.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-48/2024 07.08.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 07 avqust 2024-cü il tarixdə, Ucar şəhərində, Ucar Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1965-ci il tarixdə Ucar rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay (deməsinə görə qeyri rəsmi nikahda olan), orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 6-də qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ siyahısı ilə müəyyən edilmiş xeyli miqdarda, yəni, 47,88 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi olmadan əldə edib üzərində daşıyaraq həmin narkotik vasitə olan qurudulmuş marixuananı yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində saxlamış, 23 fevral 2024-cü il tarixdə, saat 19 radələrində Ucar rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində yaşadığı evə keçirilmiş baxış zamanı evin giriş otağındakı kiçik masanın alt hissəsindən 01 (bir) ədəd pambıq qutusunun içərisindən 1 (bir) ədəd sellofan paketdə qablaşdırılmış vəziyyətdə xeyli miqdarda, yəni ümumi təmiz çəkisi - 47,88 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, ünvan 3-də qeydiyyatda olmaqla ünvan 2 ünvanında qeyri rəsmi nikahda olduğu arvadı Zeynəb Məmmədova ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Əvvəllər məhkum olunmamışdır. Uzun müddətdir ki, narkotik vasitə olan marixuanadan istifadə edir və başqa növ narkotik vasitə istifadə etmir. Təxminən 2023-cü ilin yay aylarında yaşadığı küçədə piyada gedərkən 1 ədəd sellofan paketdə qurudulmuş marixuana tapmış və həmin marixuanadan təxminən 5-6 dəfə özü tək istifadə edərək həmin narkotik vasitəni tapdığı sellofanda pambıq qutusuna qoyaraq yaşadığı evdə kiçik masanın alt hissəsində saxlamış, istifadə etmək istəyəndə isə oradan götürüb hissə-hissə istifadə etmişdir. Gələcəkdə özü istifadə etməsi üçün isə tutulmamışdan təxminən 5-6 gün əvvəl 1 ədəd plastik su qabının yuxarı hissəsini kəsərək içərisinə torpaq doldurub peyinlə qarışdırıb həmin sellofanda tapdığı qurudulmuş marixuananın içərisindən 6 ədəd toxumlarını ayırıb həmin plastik su qabında torpağa əkərək düz bitmələri üçün hər bir toxumun yanına kibrit dənəsi basdırmışdır. 2 dəfə həmin su qabının torpağını yumşaldıb dibinə su vermişdir ki, toxumlar yaxşı inkişaf edib tez böyüsün. Bildirdi ki, yaşadığı evdə narkotik vasitə olan marixuana saxlamağından, eləcə də həmin marixuananın toxumlarını su qabında əkməyindən heç kimin xəbəri və məlumatı olmamışdır. Qeyri rəsmi nikahda olduğu arvadı Zeynəbə həmin su qabında gül əkdiyini bildirmiş, pambıq qabında olan qurudulmuş marixuananı isə Zeynəb ümumiyyətlə görməmişdir. 23 fevral 2024-cü il tarixdə, saat 19 radələrində yaşadığı evin yaxınlığında piyada gedərkən bir neçə nəfər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağında, narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib yaşadığı evə baxış keçiriləcəyi deyildikdə buna heç bir etirazının olmadığını bildirmiş və təxminən 15 dəqiqə polislərlə yaşadığı evin yanında gözlədikdən sonra müstəntiqlə aqronom həmin yerə gəldikdə polis əməkdaşları müstəntiqə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağında, konkret olaraq yaşadığı evdə və üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmişlər. Müstəntiq tərəfindən ona yaşadığı ünvana videoçəkilişlə baxış, eləcə də üzərinə şəxsi axtarış keçiriləcəyini bildirib buna etirazının olub-olmadığı soruşulduqda narkotik vasitələrdən istifadə etdiyini etiraf edərək həyətində su qabında çətənə toxumları əkdiyini, evin otağında isə sellofanda özü istifadə etməyi üçün marixuana saxladığını bildirmişdir. Baxışdan əvvəl həyətin qapısı açıq olduğundan hazırda həbsdə olan qaynı Rəşad Məmmədovun VAZ-2106 markalı avtomobili də həyətdə görünmüşdür. Ardınca yaşadığı evə, həyətinə və həyətdə olan avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş, eyni zamanda bu barədə ərizə yazmışdır. Bundan sonra videoçəkilişlə baxış keçirilməsinə başlanılmış və baxış zamanı yaşadığı ünvanda narkotik vasitə vardırsa, təqdim etməyi təklif olunduqda ilk olaraq küçədən dəmir qapıdan yaşadığı evin həyətinə daxil olmuş, ardınca həyətdə ilk öncə qarşıda olan fərdi yaşayış evinin sağ tərəfinə yaxınlaşaraq gələcəkdə özü istifadə etməsi üçün əkdiyi çətənə toxumlarının olduğu 1 ədəd plastik su qabına polislərə göstərmişdir. Daha sonra həmin yerdən qeyd etdiyi su qabı götürülüb evin qarşısına işıqlı yerə qoyularaq həmin qabda nə olması ilə bağlı şifahi sorğu edildikdə dəqiq nə vaxt əkdiyini bilmədiyi üçün polislərə həmin qabda torpağa basdırılmış 6 ədəd kibrit dənələrinin hər birinin diblərinə 1 ədəd çətənə toxumu əkdiyini bildirmiş, ardınca həmin içərisində 6 ədəd çətənə toxumları əkdiyi 1 ədəd plastik su qabı 1 ədəd sintetik torbaya qablaşdırılıb götürülmüşdür. Bundan sonra həmin torbanın üzərinə möhür vurularaq bağlanmış və üzərini o, aqronom, eləcə də polis əməkdaşları imzaladıqdan sonra polislər tərəfindən həyətin hər bir yerinə baxış keçirilmiş, baxış zamanı həyətdən başqa narkotik vasitə və qanunla qadağan olunmuş digər predmet və əşya aşkar edilməmişdir. Bundan sonra evin qarşısında saxlanılan hazırda həbsdə olan qaynı Rəşad Məmmədova məxsus olan VAZ 2106 markalı avtomobilə baxış keçirilmiş, baxış zamanı həmin avtomobildən heç bir narkotik vasitə və qanunla qadağan olunmuş digər predmet və əşya aşkar edilməmişdir. Daha sonra yaşadığı evə daxil olduqda girişdə olan otaqda qarşıda kiçik masanın alt hissəsində içərisində 1 ədəd sellofan bükümdə qurudulmuş marixuana saxladığı pambıq qutusunun yerini polislərə göstərmiş, ardınca həmin pambıq qutusu masanın üzərinə qoyularaq içərisindəki 1 ədəd sellofan paket çıxarılıb açılmış və sellofan paketdə qurudulmuş marixuana aşkar edilmişdir. Şifahi sorğu zamanı həmin sellofandakı kütlənin marixuana olduğunu və özü istifadə etməyi üçün həmin yerdə saxladığını demişdir. Bundan sonra evdə başqa narkotik vasitə və yaxud qanunla qadağan olunmuş digər predmet və əşya vardırsa, təqdim etməyi təklif olunduqda evdə başqa heç bir narkotik vasitə və qanunla qadağan olunmuş digər predmet və əşyanın olmadığını söyləmiş, həmin vaxt isə elə qeyd edilən kiçik masanın alt hissəsindən 1 ədəd çoxdan mağazadan aldığı qara rəngli elektroşok aşkar edilmişdir. Həmin elektroşoku gecə vaxtı küçədə olan zaman itlərdən qorunmaq üçün özü ilə hərdən götürdüyünü bildirmiş və daha sonra yaşadığı evin otağına polis əməkdaşları tərəfindən baxış keçirilməsinə davam etdirilmiş, baxış zamanı həmin otaqda televizorun altlığının sivirməsindən isə 1 ədəd sellofan bükümdə 2 ədəd “Tramodol 50” həbləri aşkar edilmişdir. Şifahi sorğu zamanı həmin həblərin vəfat etmiş qardaşından qaldığını bildirmişdir. Bundan sonra isə həmin otağa sol tərəfdən birləşik, pərdə ilə ayrılan mətbəxə baxış keçirilmiş, baxış zamanı mətbəxdə olan qab dolabının üzərindəki şüşə qabın içərisində kibrit qutusunda içərisində 2 ədəd qara-tünd göy rəngli soyuq qaynaq olan maddə aşkar edilmiş və şifahi sorğu zamanı həmin kibrit qutusunda olan 2 ədəd qara-tünd göy rəngli maddələrin narkotik vasitə deyil, soyuq qaynaq deyilən maddə olduğunu bildirmişdir. Həmin qab dolabının üzərində isə bir neçə kağız qablarda gələcəkdə göy əkmək üçün istidə saxladığı torpaq və torf olmuşdur. Lakin, həmin torpaq və torflarda heçnə əkilməmişdir. Aqronom da həmin torpaqlara baxış keçirib onların üzərində heç nə olmadığını və heçnə əkilmədiyini bildirmişdir. Daha sonra həmin otaqdan qarşıda olan yataq otağına, eləcə də həmin yataq otağından sol tərəfdə olan digər otağa baxış keçirilmiş, baxış zamanı otaqlardan heç bir narkotik vasitə və qanunla qadağan olunmuş digər predmet və əşya aşkar edilməmişdir. Baxış zamanı kiçik masanın alt hissəsindən 1 ədəd pambıq qutusunda sellofana bükülmüş vəziyyətdə qurudulmuş marixuana, həmin yerdən aşkar edilmiş 1 ədəd qara rəngli elektroşok, həmin otaqda olan televizorun altlığının sivirməsindən aşkar edilmiş 1 ədəd sellofanda üzərində “tramadol 50” sözləri yazılmış 2 ədəd həblər, eləcə də mətbəx hissəsində qab dolabında olan şüşə qabın içərisindən 1 ədəd kibrit qutusunda olan 2 ədəd qara-tünd göy rəngdə olan maddələr ayrı-ayrı ağ rəngli kağız zərflərdə qablaşdırılmış, daha sonra həmin zərflər möhürləndikdən sonra üzərləri o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Baxış prosesinin sonunda ona qarşı hər hansı bir fiziki və ya psixi təsirin olub-olmaması barədə soruşulduqda heç bir fiziki və ya psixi təsirə məruz qalmamasını bildirmişdir. Ardınca baxış prosesi müstəntiq tərəfindən yekunlaşdırılmışdır. Daha sonra üzərində şəxsi axtarışın keçirilməsi məqsədilə polislərlə birlikdə polis şöbəsinə gəldikdən sonra dərhal vəkil dəvət olunaraq dövlət hesabına vəkil Müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs kimi saxlanılmış, ardınca vəkilinin iştirakı ilə hüquq və vəzifələri izah olunduqdan sonra şübhəli şəxs qismində tutulmağı barədə qərar təqdim olunmuş və bundan sonra şifahi olaraq videoçəklişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirildikdə bununla bağlı hər hansı etirazının olub olmadığı soruşulduqda, heç bir etirazının olmadığını bildirmiş və bundan sonra polis şöbəsinin Növbətçi Hissəsində videoçəkilişlə bir daha hüquq və vəzifələri izah olunaraq üzərində narkotik maddə və vasitələr, eləcə də, cinayət xarakterli digər əşya və predmetlər vardırsa, təqdim etməyi təklif olunduqda gödəkcəsinin ciblərində özünə aid şəxsiyyət vəsiqəsi, siqaret qutusu, kağız parçaları, sellofan paket, eləcə də 1 ədəd “nokia”, 1 ədəd “samsung” markalı telefonlardan başqa heçnə olmamışdır. Daha sonra əynindəki gödəkcəsinin ciblərindən həmin əşyaları və özünə aid şəxsiyyət vəsiqəsini çıxarıb təqdim etmiş, ardınca polis əməkdaşı tərəfindən üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet, eləcə də, hər hansı narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar olunmuş əhəmiyyət kəsb etməyən əşyalar onun özünə geri qaytarılmışdır. Daha sonra vəkilinin yanında hər hansı bir fiziki zor tətbiqinə məruz qalıb-qalmamağı barədə sorğu edildikdə heç bir zorakılığa məruz qalmadığını bildirmişdir. Eyni zamanda, burnunun üzərində olan izlə bağlı sorğu edildikdə yaşadığı evin həyətində təmizlik işləri apararkən ağacın budağının burnuna dəydiyini bildirmişdir. Bundan sonra şəxsi axtarış proseesi yekunlaşdırılmışdır. Hazırda əməlindən peşmandır, yaşının və digər yüngülləşdirici halların nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid Ucar RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla Ucar şəhəri 20 Yanvar küçəsi döngə 13, ev 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də narkotik vasitələrin kultivasiyası ilə məşğul olması barədə 23 fevral 2024-cü il tarixdə əməliyyat aparatına məlumat daxil olmuşdur. Məlumat əsasında Ucar RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili Şahid3 tərəfindən protokol yazılmaqla əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar qəbul olunmuş və RPŞ-nin rəisinin imzası ilə qərar təsdiq edilmişdir. Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsindən ötrü əməliyyat qrupu yaradılmış və bundan sonra Ucar RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili Şahid3, Ucar RPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid4, Ucar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X2, Ucar RPŞ-nin PPXB-nün sürücü polis nəfəri Şahid2 və o qrupun tərkibinə daxil edilməklə keçiriləcək tədbirlə bağlı təlimatlandırılmışlar. Faktla bağlı araşdırma aparılması Ucar RPŞ-nin İB-nin müstəntiqi X3 həvalə olunmuşdur. Bundan sonra həmin gün saat 19 radələrində Təqsirləndirilən şəxs yaşadığı Ucar şəhəri 20 Yanvar küçəsində yerləşən fərdi yaşayış evinin qarşısına gedildikdən bir qədər sonra sonuncunu yaşadığı evin qarşısında piyada hərəkət edən gördükdən sonra Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitlələrin qanunsuz dövriyyəsində və istifadəsində, eləcə də həyətyanı torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilər əkib-becərməkdə şübhəli olduğunu və buna görə də qeyd olunan həmin yerlərə videoçəkiliş vasitəsi ilə baxış keçirəcəyi bildirdikdə Təqsirləndirilən şəxs baxışın keçirilməsinə etirazının olmamasını bildirərək bununla bağlı ərizə ilə müraciət etmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə başlanıldıqdan sonra sonuncudan yaşadığı evin həyətyanı sahəsində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet olub-olmadığını soruşduqda Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitə olduğunu bildirərək baxış iştirakçılarını yaşadığı ünvana dəvət etmişdir. Daha sonra baxış zamanı dəmirdən olan giriş qapısından həyətə daxil olduqda Təqsirləndirilən şəxs qarşıda olan 1 mərtəbəli fərdi yaşayış evinin qarşısına yaxınlaşıb evin sağ tərəfi ilə bir neçə metr irəliləyib dayanmış və evin sağ tərəfində yuxarı hissəsi kəsilmiş, içərisi 6 ədəd kibrit dənələri basdırılmış torpaqla dolu 1 ədəd plastik su qabını göstərərək həmin su qabında olan torpaqda özü istifadə etmək üçün çətənə toxumları əkdiyini bildirmişdir. Həmin 1 ədəd plastik su qabı həmin yerdən götürülüb evin qarşısına işıqlı yerə keçirilərək yaxından aqronom mütəxəssis X1 iştirakı ilə nəzərdən keçirilmiş, həmin su qabına doldurulmuş torpağın nəm halda olduğu, üzərində 6 ədəd kibrit dənələrinin basdırıldığı və alaq otlarının bitdiyi müəyyən edilmişdir. Həmin qaba nə vaxt və nə əkməsi ilə bağlı sorğu edildikdə Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyini və həmin su qabına gələcəkdə özü istifadə etməsi çətən toxumları əkdiyini bildirmişdir. Həmin içərisində 6 ədəd kibrit dənələri basdırılmış torpaqla dolu 1 ədəd plastik su qabı müstəntiq Elnur Tağıyev tərəfindən 1 ədəd sintetik torbaya qablaşdırılıb möhürlənib götürülmüş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilməsinə davam etdirilmiş, baxış zamanı həyətdən əlavə narkotik vasitə və qanunla qadağan olunmuş digər predmet və əşya aşkar edilməmişdir. Bundan sonra evin qarşısında çardağın altında saxlanılan VAZ 2106 markalı avtomobilin kimə məxsus olması ilə bağlı Təqsirləndirilən şəxs sorğu edildikdə sonuncu həmin avtomobilin qaynına məxsus olduğunu bildirdikdən sonra həmin avtomobilə də baxış keçirilmiş, baxış zamanı avtomobildən heç bir narkotik vasitə və qanunla qadağan olunmuş digər predmet və əşya aşkar edilməmişdir. Eyni zamanda avtomobilin saxlandığı yerdə çardağın altına da baxış zamanı heç bir narkotik vasitə və qanunla qadağan olunmuş digər predmet və əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə daxil olduqda girişdə olan otaqda qarşıda kiçik masanın alt hissəini göstərərək həmin yerdə narkotik vasitə saxladığını bildirmiş və həmin yerə baxış zamanı içərisində 1 ədəd sellofan paket olan pambıq qutusu aşkar edilərək masanın üzərinə qoyulmuşdur. Həmin pambıq qutusunun içərisindəki 1 ədəd sellofan paket çıxarılıb açılmış və sellofan paketdə qurudulmuş marixuanaya bənzər yaşıl rəngli, bitki mənşəli spesifik qoxuya malik kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin sellofandakı kütlənin marixuana olduğunu və onu özü istifadə etməsi üçün həmin yerdə saxladığını bildirdikdən sonra həmin pambıq qutusunda 1 ədəd sellofan paketdəki kütlə də müstəntiq Elnur Tağıyev tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırıldıqdan sonra möhürlənib götürülmüş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs evdə başqa narkotik vasitə və yaxud qanunla qadağan olunmuş digər predmet və əşya vardırsa təqdim etməyi təklif olunduqda Təqsirləndirilən şəxs da başqa heç bir narkotik vasitə və qanunla qadağan olunmuş digər predmet və əşyanın olmadığını söyləmişdir. Həmin vaxt isə otaqdakı kiçik masanın alt hissəsindən 1 ədəd qara rəngli elektrik cərəyanı verən cihaz aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin cihazın nə olması ilə bağlı Təqsirləndirilən şəxs sorğu edildikdə sonuncu həmin əşyanın “elektroşok” cihazı olduğunu, gecə vaxtları küçədə olan zaman itlərdən qorunmaq üçün özü ilə hərdən götürdüyünü bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin otağına baxış keçirilməsinə davam etdirilmiş, baxış zamanı həmin otaqda qarşıda olan televizorun altlığının sivirməsindən isə 1 ədəd sellofan bükümdə 2 ədəd “Tramodol 50” həbləri aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin həblərin vəfat etmiş qardaşından qaldığını bildirmiş, bundan sonra isə həmin otağa sol tərəfdən birləşik, pərdə ilə ayrılan mətbəxə baxış keçirilmiş, baxış zamanı mətbəxdəki qab dolabının üzərində olan şüşə qabın içərisində kibrit qutusunda içərisində 2 ədəd qara—tünd göy rəngli soyuq qaynaq olan maddə aşkar edilmişdir. Həmin maddənin nə olması ilə bağlı sorğu edildikdə Təqsirləndirilən şəxs həmin kibrit qutusunda olan 2 ədəd qara—tünd göy rəngli maddələrin narkotik vasitə deyil, soyuq qaynaq deyilən maddə olduğunu bildirmişdir. Daha sonra həmin qab dolabının üzərindən torpaq aşkar olunmuş, lakin həmin torpaqda heç nə əkilməmişdir. Ardınca aqronom həmin torpaqlara baxış keçirib onların üzərində heç nə olmadığını və heç nə əkilmədiyini bildirmiş və daha sonra həmin otaqdan qarşıda olan yataq otağına, eləcə də həmin yataq otağından sol tərəfdə olan digər otağa baxış keçirilmiş, baxış zamanı otaqlardan heç bir narkotik vasitə və qanunla qadağan olunmuş digər predmet və əşya aşkar edilməmişdir. Bundan sonra aşkar edilmiş predmetlər ağ rəngli kağız zərflərdə qablaşdırılaraq möhürləndikdən sonra üzəri o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra baxış prosesi müstəntiq tərəfindən yekunlaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış prosesinin keçirilməsi məqsədilə RPŞ-yə gətirilmişdir. Xidməti zərurətlə əlaqədar olaraq həmin şəxsi axtarış prosesində iştirak edə bilməmiş və sonradan öyrənmişdir ki, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Ucar RPŞ-nin İTB-nin sürücü polis nəfəri Şahid4 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı ifadə vermiş, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş və məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş Ucar RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili Şahid3 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla Ucar şəhəri 20 Yanvar küçəsi döngə 13, ev 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də narkotik vasitələrin kultivasiyası ilə məşğul olması barədə 23 fevral 2024-cü il tarixdə əməliyyat aparatına məlumat daxil olmuşdur. Məlumat əsasında onun tərəfindən protokol yazılmaqla əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar qəbul olunmuş və RPŞ-nin rəisinin imzası ilə qərar təsdiq edilmişdir. Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsindən ötrü əməliyyat qrupu yaradılmış və bundan sonra Ucar RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1, Ucar RPŞnin İTB-nin sahə polis nəfəri Şahid4, Ucar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X2, Ucar RPŞ-nin PPXB-nün sürücü polis nəfəri Şahid2 və o qrupun tərkibinə daxil edilməklə keçiriləcək tədbirlə bağlı təlimatlandırılmışlar. Faktla bağlı araşdırma aparılması Ucar RPŞnin İB-nin müstəntiqi X3 həvalə olunmuşdur. Bundan sonra həmin gün saat 19 radələrində Təqsirləndirilən şəxs yaşadığı Ucar şəhəri 20 Yanvar küçəsində yerləşən fərdi yaşayış evinin qarşısına gedildikdən bir qədər sonra sonuncunu yaşadığı evin qarşısında piyada hərəkət edən gördükdən sonra Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitlələrin qanunsuz dövriyyəsində və istifadəsində, eləcə də həyətyanı torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilər əkib-becərməkdə şübhəli olduğunu və buna görə də qeyd olunan həmin yerlərə videoçəkiliş vasitəsi ilə baxış keçirəcəyi bildirdikdə Təqsirləndirilən şəxs baxışın keçirilməsinə etirazının olmamasını bildirərək bununla bağlı ərizə ilə müraciət etmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə başlanıldıqdan sonra sonuncudan yaşadığı evin həyətyanı sahəsində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet olub-olmadığını soruşduqda Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitə olduğunu bildirərək baxış iştirakçılarını yaşadığı ünvana dəvət etmişdir. Daha sonra baxış zamanı dəmirdən olan giriş qapısından həyətə daxil olduqda Təqsirləndirilən şəxs qarşıda olan 1 mərtəbəli fərdi yaşayış evinin qarşısına yaxınlaşıb evin sağ tərəfi ilə bir neçə metr irəliləyib dayanmış və evin sağ tərəfində yuxarı hissəsi kəsilmiş, içərisi 6 ədəd kibrit dənələri basdırılmış torpaqla dolu 1 ədəd plastik su qabını göstərərək həmin su qabında olan torpaqda özü istifadə etmək üçün çətənə toxumları əkdiyini bildirmişdir. Həmin 1 ədəd plastik su qabı həmin yerdən götürülüb evin qarşısına işıqlı yerə keçirilərək yaxından aqronom mütəxəssis X1 iştirakı ilə nəzərdən keçirilmiş, həmin su qabına doldurulmuş torpağın nəm halda olduğu, üzərində 6 ədəd kibrit dənələrinin basdırıldığı və alaq otlarının bitdiyi müəyyən edilmişdir. Həmin qaba nə vaxt və nə əkməsi ilə bağlı sorğu edildikdə Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyini və həmin su qabına gələcəkdə özü istifadə etməsi çətən toxumları əkdiyini bildirmişdir. Həmin içərisində 6 ədəd kibrit dənələri basdırılmış torpaqla dolu 1 ədəd plastik su qabı müstəntiq Elnur Tağıyev tərəfindən 1 ədəd sintetik torbaya qablaşdırılıb möhürlənib götürülmüş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilməsinə davam etdirilmiş, baxış zamanı həyətdən əlavə narkotik vasitə və qanunla qadağan olunmuş digər predmet və əşya aşkar edilməmişdir. Bundan sonra evin qarşısında çardağın altında saxlanılan VAZ 2106 markalı avtomobilin kimə məxsus olması ilə bağlı Təqsirləndirilən şəxs sorğu edildikdə sonuncu həmin avtomobilin qaynına məxsus olduğunu bildirdikdən sonra həmin avtomobilə də baxış keçirilmiş, baxış zamanı avtomobildən heç bir narkotik vasitə və qanunla qadağan olunmuş digər predmet və əşya aşkar edilməmişdir. Eyni zamanda avtomobilin saxlandığı yerdə çardağın altına da baxış zamanı heç bir narkotik vasitə və qanunla qadağan olunmuş digər predmet və əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə daxil olduqda girişdə olan otaqda qarşıda kiçik masanın alt hissəini göstərərək həmin yerdə narkotik vasitə saxladığını bildirmiş və həmin yerə baxış zamanı içərisində 1 ədəd sellofan paket olan pambıq qutusu aşkar edilərək masanın üzərinə qoyulmuşdur. Həmin pambıq qutusunun içərisindəki 1 ədəd sellofan paket çıxarılıb açılmış və sellofan paketdə qurudulmuş marixuanaya bənzər yaşıl rəngli, bitki mənşəli spesifik qoxuya malik kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin sellofandakı kütlənin marixuana olduğunu və onu özü istifadə etməsi üçün həmin yerdə saxladığını bildirdikdən sonra həmin pambıq qutusunda 1 ədəd sellofan paketdəki kütlə də müstəntiq Elnur Tağıyev tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırıldıqdan sonra möhürlənib götürülmüş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs evdə başqa narkotik vasitə və yaxud qanunla qadağan olunmuş digər predmet və əşya vardırsa təqdim etməyi təklif olunduqda Təqsirləndirilən şəxs da başqa heç bir narkotik vasitə və qanunla qadağan olunmuş digər predmet və əşyanın olmadığını söyləmişdir. Həmin vaxt isə otaqdakı kiçik masanın alt hissəsindən 1 ədəd qara rəngli elektrik cərəyanı verən cihaz aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin cihazın nə olması ilə bağlı Təqsirləndirilən şəxs sorğu edildikdə sonuncu həmin əşyanın “elektroşok” cihazı olduğunu, gecə vaxtları küçədə olan zaman itlərdən qorunmaq üçün özü ilə hərdən götürdüyünü bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin otağına baxış keçirilməsinə davam etdirilmiş, baxış zamanı həmin otaqda qarşıda olan televizorun altlığının sivirməsindən isə 1 ədəd sellofan bükümdə 2 ədəd “Tramodol 50” həbləri aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin həblərin vəfat etmiş qardaşından qaldığını bildirmiş, bundan sonra isə həmin otağa sol tərəfdən birləşik, pərdə ilə ayrılan mətbəxə baxış keçirilmiş, baxış zamanı mətbəxdəki qab dolabının üzərində olan şüşə qabın içərisində kibrit qutusunda içərisində 2 ədəd qara—tünd göy rəngli soyuq qaynaq olan maddə aşkar edilmişdir. Həmin maddənin nə olması ilə bağlı sorğu edildikdə Təqsirləndirilən şəxs həmin kibrit qutusunda olan 2 ədəd qara—tünd göy rəngli maddələrin narkotik vasitə deyil, soyuq qaynaq deyilən maddə olduğunu bildirmişdir. Daha sonra həmin qab dolabının üzərindən torpaq aşkar olunmuş, lakin həmin torpaqda heç nə əkilməmişdir. Ardınca aqronom həmin torpaqlara baxış keçirib onların üzərində heç nə olmadığını və heç nə əkilmədiyini bildirmiş və daha sonra həmin otaqdan qarşıda olan yataq otağına, eləcə də həmin yataq otağından sol tərəfdə olan digər otağa baxış keçirilmiş, baxış zamanı otaqlardan heç bir narkotik vasitə və qanunla qadağan olunmuş digər predmet və əşya aşkar edilməmişdir. Bundan sonra aşkar edilmiş predmetlər ağ rəngli kağız zərflərdə qablaşdırılaraq möhürləndikdən sonra üzəri o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra baxış prosesi müstəntiq tərəfindən yekunlaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış prosesinin keçirilməsi məqsədilə RPŞ-yə gətirilmişdir. Xidməti zərurətlə əlaqədar olaraq həmin şəxsi axtarış prosesində iştirak edə bilməmiş və sonradan öyrənmişdir ki, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. İbtidai istintaq zamanı ifadə vermiş, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Ucar RPŞ-nin PPXB-nın sürücü polis nəfəri Şahid2 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla Ucar şəhəri 20 Yanvar küçəsi döngə 13, ev 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də narkotik vasitələrin kultivasiyası ilə məşğul olması barədə 23 fevral 2024-cü il tarixdə əməliyyat aparatına məlumat daxil olmuşdur. Məlumat əsasında Ucar RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili Şahid3 tərəfindən protokol yazılmaqla əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar qəbul olunmuş və RPŞ-nin rəisinin imzası ilə qərar təsdiq edilmişdir. Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsindən ötrü əməliyyat qrupu yaradılmış və bundan sonra Ucar RPŞnin NMQ-nın əməliyyat müvəkkili Şahid3, Ucar RPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid4, Ucar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X2, Ucar RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 və o qrupun tərkibinə daxil edilməklə keçiriləcək tədbirlə bağlı təlimatlandırılmışlar. Faktla bağlı araşdırma aparılması Ucar RPŞ-nin İB-nin müstəntiqi X3 həvalə olunmuşdur. Bundan sonra həmin gün saat 19 radələrində Təqsirləndirilən şəxs yaşadığı Ucar şəhəri 20 Yanvar küçəsində yerləşən fərdi yaşayış evinin qarşısına gedildikdən bir qədər sonra sonuncunu yaşadığı evin qarşısında piyada hərəkət edən gördükdən sonra Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitlələrin qanunsuz dövriyyəsində və istifadəsində, eləcə də həyətyanı torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilər əkib-becərməkdə şübhəli olduğunu və buna görə də qeyd olunan həmin yerlərə videoçəkiliş vasitəsi ilə baxış keçirəcəyi bildirdikdə Təqsirləndirilən şəxs baxışın keçirilməsinə etirazının olmamasını bildirərək bununla bağlı ərizə ilə müraciət etmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə başlanıldıqdan sonra sonuncudan yaşadığı evin həyətyanı sahəsində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet olub-olmadığını soruşduqda Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitə olduğunu bildirərək baxış iştirakçılarını yaşadığı ünvana dəvət etmişdir. Daha sonra baxış zamanı dəmirdən olan giriş qapısından həyətə daxil olduqda Təqsirləndirilən şəxs qarşıda olan 1 mərtəbəli fərdi yaşayış evinin qarşısına yaxınlaşıb evin sağ tərəfi ilə bir neçə metr irəliləyib dayanmış və evin sağ tərəfində yuxarı hissəsi kəsilmiş, içərisi 6 ədəd kibrit dənələri basdırılmış torpaqla dolu 1 ədəd plastik su qabını göstərərək həmin su qabında olan torpaqda özü istifadə etmək üçün çətənə toxumları əkdiyini bildirmişdir. Həmin 1 ədəd plastik su qabı həmin yerdən götürülüb evin qarşısına işıqlı yerə keçirilərək yaxından aqronom mütəxəssis X1 iştirakı ilə nəzərdən keçirilmiş, həmin su qabına doldurulmuş torpağın nəm halda olduğu, üzərində 6 ədəd kibrit dənələrinin basdırıldığı və alaq otlarının bitdiyi müəyyən edilmişdir. Həmin qaba nə vaxt və nə əkməsi ilə bağlı sorğu edildikdə Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyini və həmin su qabına gələcəkdə özü istifadə etməsi çətən toxumları əkdiyini bildirmişdir. Həmin içərisində 6 ədəd kibrit dənələri basdırılmış torpaqla dolu 1 ədəd plastik su qabı müstəntiq Elnur Tağıyev tərəfindən 1 ədəd sintetik torbaya qablaşdırılıb möhürlənib götürülmüş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilməsinə davam etdirilmiş, baxış zamanı həyətdən əlavə narkotik vasitə və qanunla qadağan olunmuş digər predmet və əşya aşkar edilməmişdir. Bundan sonra evin qarşısında çardağın altında saxlanılan VAZ 2106 markalı avtomobilin kimə məxsus olması ilə bağlı Təqsirləndirilən şəxs sorğu edildikdə sonuncu həmin avtomobilin qaynına məxsus olduğunu bildirdikdən sonra həmin avtomobilə də baxış keçirilmiş, baxış zamanı avtomobildən heç bir narkotik vasitə və qanunla qadağan olunmuş digər predmet və əşya aşkar edilməmişdir. Eyni zamanda avtomobilin saxlandığı yerdə çardağın altına da baxış zamanı heç bir narkotik vasitə və qanunla qadağan olunmuş digər predmet və əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə daxil olduqda girişdə olan otaqda qarşıda kiçik masanın alt hissəini göstərərək həmin yerdə narkotik vasitə saxladığını bildirmiş və həmin yerə baxış zamanı içərisində 1 ədəd sellofan paket olan pambıq qutusu aşkar edilərək masanın üzərinə qoyulmuşdur. Həmin pambıq qutusunun içərisindəki 1 ədəd sellofan paket çıxarılıb açılmış və sellofan paketdə qurudulmuş marixuanaya bənzər yaşıl rəngli, bitki mənşəli spesifik qoxuya malik kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin sellofandakı kütlənin marixuana olduğunu və onu özü istifadə etməsi üçün həmin yerdə saxladığını bildirdikdən sonra həmin pambıq qutusunda 1 ədəd sellofan paketdəki kütlə də müstəntiq Elnur Tağıyev tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırıldıqdan sonra möhürlənib götürülmüş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs evdə başqa narkotik vasitə və yaxud qanunla qadağan olunmuş digər predmet və əşya vardırsa təqdim etməyi təklif olunduqda Təqsirləndirilən şəxs da başqa heç bir narkotik vasitə və qanunla qadağan olunmuş digər predmet və əşyanın olmadığını söyləmişdir. Həmin vaxt isə otaqdakı kiçik masanın alt hissəsindən 1 ədəd qara rəngli elektrik cərəyanı verən cihaz aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin cihazın nə olması ilə bağlı Təqsirləndirilən şəxs sorğu edildikdə sonuncu həmin əşyanın “elektroşok” cihazı olduğunu, gecə vaxtları küçədə olan zaman itlərdən qorunmaq üçün özü ilə hərdən götürdüyünü bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin otağına baxış keçirilməsinə davam etdirilmiş, baxış zamanı həmin otaqda qarşıda olan televizorun altlığının sivirməsindən isə 1 ədəd sellofan bükümdə 2 ədəd “Tramodol 50” həbləri aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin həblərin vəfat etmiş qardaşından qaldığını bildirmiş, bundan sonra isə həmin otağa sol tərəfdən birləşik, pərdə ilə ayrılan mətbəxə baxış keçirilmiş, baxış zamanı mətbəxdəki qab dolabının üzərində olan şüşə qabın içərisində kibrit qutusunda içərisində 2 ədəd qara—tünd göy rəngli soyuq qaynaq olan maddə aşkar edilmişdir. Həmin maddənin nə olması ilə bağlı sorğu edildikdə Təqsirləndirilən şəxs həmin kibrit qutusunda olan 2 ədəd qara—tünd göy rəngli maddələrin narkotik vasitə deyil, soyuq qaynaq deyilən maddə olduğunu bildirmişdir. Daha sonra həmin qab dolabının üzərindən torpaq aşkar olunmuş, lakin həmin torpaqda heç nə əkilməmişdir. Ardınca aqronom həmin torpaqlara baxış keçirib onların üzərində heç nə olmadığını və heç nə əkilmədiyini bildirmiş və daha sonra həmin otaqdan qarşıda olan yataq otağına, eləcə də həmin yataq otağından sol tərəfdə olan digər otağa baxış keçirilmiş, baxış zamanı otaqlardan heç bir narkotik vasitə və qanunla qadağan olunmuş digər predmet və əşya aşkar edilməmişdir. Bundan sonra aşkar edilmiş predmetlər ağ rəngli kağız zərflərdə qablaşdırılaraq möhürləndikdən sonra üzəri o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra baxış prosesi müstəntiq tərəfindən yekunlaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış prosesinin keçirilməsi məqsədilə RPŞ-yə gətirilmişdir. Xidməti zərurətlə əlaqədar olaraq həmin şəxsi axtarış prosesində iştirak edə bilməmiş və sonradan öyrənmişdir ki, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 24 fevral 2024-cü il tarixli, 3-16-16-2-17/199 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin otağından kiçik masanın alt hissəsindən aşkar edilmiş... ” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd ağ rəngli sellofan pambıq paketindəki 01 (bir) ədəd sellofan torbada, təmiz çəkisi- 47,88 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqədə “Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən 1 ədəd plastmas su qabında aşkar edilmiş torpaq nümunəsində olan bitkilər....” sözləri, adlar və imzalar yazılmış 01 ədəd sintetik kisənin içərisindəki 01 (bir) ədəd plastik su qabında olan torpaq nümənəsində: 02 (iki) ədəd hündürlükləri 2sm və 1sm olan, nəm vəziyyətdə ümumi təmiz çəkisi-0,06 qram olan kiçik bitki cücərtiləri vardır və həmin bitki cücərtiləri inkişaflarının erkən fazasında olduqlarına görə onların hansı növünə aid olduğunu müəyyən etmək mümkün olmadı, 04 (dörd) ədəd ümumi təmiz çəkisi-0,08 qram olan bitki toxumları vardır və həmin bitki toxumları narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Çətənə (kannabis) bitkisinin toxumları narkotik vasitələrə aid deyil. Təqdim edilmiş torpaq nümunəsindən narkotik tərkibli çətənə bitkisi və ya çətənə bitkisinin ştilləri aşkar edilmədiyindən”.... onların kultivasiya olub-olunmaması müəyyən edilsin. ” sualını cavablandırmaq mümkün olmadı. Qurudulmuş marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na (İ siyahı) daxildir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra, qurudulmuş marixuananın qalıq çəkisi 47,83 qram təşkil etmişdir ( i.v.57-58). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri 35,97 manat təşkil edir ( i.v.56). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 27 fevral 2024-cü il tarixli, 3-16-16-2-17/200 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet “801 TYPE” modelli, zavod üsulu ilə istehsal edilmiş, özünümüdafiə təyinatlı, fənər—elektorşokerdir, soyuq silah hesab edilmir, təyinatı üzrə istifadəyə yararlıdır ( i.v.114-115). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri 30,60 manat təşkil edir ( i.v.113). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/1698 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №71” möhür əksləri olan, “Təqsirləndirilən şəxs yaşadığı...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki üzərində “Tрамадол 50 мг” göstəricisi olan iki ədəd konvalyut kəsiyində ümumilikdə 2 ədəd ağ-göy rəngli kapsulda tramadol hidroxloridin təsir maddəsinin ümumi miqdarı 0,1 qram təşkil edir (üzərində olan göstəriciyə əsasən 1 ədəd kapsulda təsiredici maddənin miqdarı 0,05 qramdır), bir ədəd kibrit qutusunda təmiz çəkisi 1,395 qram olan tünd göy rəngli maddə narkotik vasitələr, psixotrop, güclü təsir edən və zəhərli maddələrə aid deyildir. Tramadol hidroxlorid 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir ( i.v.142-143). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri 65 manat təşkil edir ( i.v.141). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən 19 aprel 2024-cü il tarixli, 673 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür ( i.v.138). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan cinayət əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Cinayət əməlinin törədildiyi zaman qüvvədə olan: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır (cinayət əməlinin törədildiyi zaman qüvvədə olan qanunun norması). “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahına əsasən təmiz çəkisi 5 qramdan artıq olan qurudulmuş marixuana xeyli, 500 qramdan artıq olduqda isə külli miqdar hesab olunur (cinayət əməlinin törədildiyi zaman qüvvədə olan qanunun norması). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır.; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Həmin Qərarın 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 23 fevral 2024-cü il tarixli qərardan, eləcə də, protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 23 fevral 2024-cü il tarixdə, saat 20:50-dən tutulmuş hesab edilmişdir (i.v. 23 və 36). “Qətimkan tədbirinin seçilməsi haqqında” 25 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş və sonuncu Ucar RPŞ-nin MSY-dən həmin tarixdə saat 15:40-da azad edilmişdir (i.v.100-101). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 12 mart 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.124-125). Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına keçirilmiş baxış və götürmə haqqında 23 fevral 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilmiş və baxış nəticəsində evin giriş otağındakı kiçik masanın alt hissəsindən 01 (bir) ədəd pambıq qutusunun içərisindən 1 (bir) ədəd sellofan paketdə qablaşdırılmış vəziyyətdə xeyli miqdarda, yəni ümumi təmiz çəkisi - 47,88 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Eyni zamanda, otaqdakı kiçik masanın alt hissəsindən 1 ədəd qara rəngli elektrik cərəyanı verən cihaz (elektroşok), televizorun altlığının sivirməsindən isə 1 ədəd sellofan bükümdə 2 ədəd “Tramodol 50” həbləri, mətbəxə keçirilən baxış zamanı isə oradakı qab dolabının üzərində olan şüşə qabın içərisində kibrit qutusunda içərisində 2 ədəd qara—tünd göy rəngli soyuq qaynaq olan maddə aşkar edilərək götürülmüşdür (i.v.19-20). Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə haqqında 23 fevral 2024-cü il tarixli protokoldan görünür ki, sonuncunun üzərinə şəxsi axtarış keçirilərkən üzrəindən qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır(i.v.38). Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 25 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur (i.v.82-83). 25 fevral 2024-cü il tarixli maddi sübut kimi tanınma barədə, eləcə də 14 may 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş 25 fevral 2024cü il tarixli ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır. Həmçinin, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunaraq götürülmüş 47,88 qram ümumi çəkidə narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd plastik su qabında olan torpaq nümunəsinin 25 fevral 2024-cü il tarixli qərarla iş üzrə maddi sübut hesab edilmiş, həmin narkotik vasitə olan qurudulmuş marixuananın 0,05 qramının tədqiqata sərf olunmaqla istifadə edilməsi və qalan 47,83 qram narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd plastik su qabında olan torpaq nümunəsinin qablaşdırılıdığı 1 ədəd ağ rəngli kağız zərf və 1 ədəd ağ rəngli sintetik kisə saxlanmasından ötrü Ucar RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, həmçinin 23 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmənin, eləcə də, yaşadığı ünvana baxış və götürmənin videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 02 ədəd disk də maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir (i.v.104, 155-168). 24 fevral 2024-cü il tarixli cinayət işinin başlanması barədə qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1). Ucar rayon İcra Hakimiyyəti Başçısının Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 fevral 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, ünvan 6 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində Ucar rayon İcra Hakimiyyəti Başçısının Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir ərizə şikayət daxil olmamışdır (i.v.111). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (AR CM 59.2-ci) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində həbsdə saxlandığı (tutulduğu) müddət (23 fevral 2024-cü il tarix saat 20:50-dən 25 fevral 2024-cü il tarix saat 15:40-dək olan müddət) azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Ucar RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq 47,83 qram narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd plastik su qabında olan torpaq nümunəsinin qablaşdırıldığı 1 ədəd ağ rəngli kağız zərf və 1 ədəd ağ rəngli sintetik kisə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs üzərində 23 fevral 2024-cü il tarixdə keçirilmiş şəxsi axtarışın, eləcə də, yaşadığı ünvana keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd disk cinayət işində saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Ucar rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Ucar rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Ucar RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq 47,83 qram narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd plastik su qabında olan torpaq nümunəsinin qablaşdırılıdığı 1 ədəd ağ rəngli kağız zərf və 1 ədəd ağ rəngli sintetik kisə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs üzərində 23 fevral 2024-cü il tarixdə keçirilmiş şəxsi axtarışın, eləcə də, yaşadığı ünvana keçirilmiş baxışın görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 131,57 (bir yüz otuz bir manat əlli yeddi qəpik) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar