Məhkəmə qərarları › İş №1(063)-48/2025

Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-48/2025

23.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-48/2025 23.07.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, 23 iyul 2025-ci il tarixdə, Ucar şəhərində, Ucar Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1994-cü il tarixdə Ucar rayonu, Əlikənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Ucar Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 7(010)-431/2024 nömrəli qərarı ilə azadlıqdan məhrum etmə növündə cəzasının çəkilməmiş 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, hazırda üzərində məhkumluğu olan, Ucar rayonu, Əlikənd kəndində qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə" İ və İİ siyahısı ilə müəyyən edilmiş 0,186 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini, 0,20 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı, tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,120 qram təşkil edən 3 ədəd üzərində “F/M 40" göstəricisi olan metadon həblərini və 0,094 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq yaşadığı Ucar rayonu, Əlikənd kəndindəki evə aparıb ayrı-ayrı yerlərdə gizlədərək saxlamış, 06 mart 2025-ci il tarixdə, saat 10 radələrində Ucar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində onun yaşadığı Ucar rayonu, Əlikənd kəndindəki evə baxış keçirilən zaman yataq otağında olan çarpayının üstündəki özünə məxsus qəhvəyi rəngli qolsuz gödəkcəsinin sol yan cibində gizəldib saxladığı 1 ədəd kibrit qutusunun içərisində 02 ədəd konvalyut kəsiyində olmaqla tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,120 qram təşkil edən 3 ədəd üzərində "F/M 40" göstəricisi olan metadon həbləri, 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 0,20 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuana, həmin otaqda döşəmənin üzərindəki döşəyin üstündə olan yastığın altında gizlədib saxladığı 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,094 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin, eləcə də həyətdəki sanitar qovşağın tavanının sol künc hissəsində gizlədib saxladığı 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan şəffaf sellofandakı 02 ədəd qızılıağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda 0,094 qram və 0,092 qram çəkilərdə olmaqla ümumi təmiz çəkiləri 0,186 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilməyərək ifadəsində göstərdi ki, heç kimə narkotik vasitə satmamış, nə də ki, yaşadığı ünvandan aşkar edimiş narkotik vasitələri və psixotrop maddəni satış məqsədi ilə deyil, özü istifadə etməsi üçün saxlamışdır. Yalnız 2025-ci ilin fevral ayında, tarixini xatırlamadığı günlərdə, yaşadığı kənddə tanışı Ucar şəhər sakini, narkotik vasitələrdən istifadə edən X4 bir neçə dəfə pay kimi narkotik vasitə vermiş, qarşılığında heç nə almamış, Əli də ona heç nə verməmişdir. Sadəcə Əlinin ağrıları olduğuna görə sonuncu, bir neçə dəfə ondan marixuana və “şüşə" deyilən melamfetamin istəmiş, yazığı gəldiyindən hər dəfə Əliyə istifadə etməsi üçün az miqdarda əvəzsiz marixuana və metamfetamin vermişdir. Yaşadığı ünvanda aşkar edilmiş narkotik vasitələr və psixotrop maddələr (heroindən başqa) ona məxsus olmuş, ona görə də onları yalnız şəxsi istifadəsi üçün saxlamış, satmaq niyyətində olmamışdır. Buna görə də o, özünü yalnız Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. Ailə üzvləri ilə birlikdə Ucar rayonu, Əlikənd kəndində yaşayır, heç bir yerdə işləmir və fəhləliklə məşğul olaraq ailəsini dolandırır. Əvvəllər oğurluq etdiyinə və narkotik vasitə saxladığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 2024-cü ilin iyun ayında azadlığa çıxmışdır. İstifadəsində 077 *** ** ** və 077 *** ** ** mobil nömrələri olmuş, həmin nömrələrdən başqa heç bir nömrədən istifadə etməmişdir. 2024-cü ilin iyun ayında azadlığa çıxdıqdan sonra xatırlamadığı hansısa sosial şəbəkədən +98 914 *** ** ** nömrəsini əldə etmişdir. Həmin nömrə internet platformasında narkotik vasitələrin alqısatqısı ilə məşğul olan şəxsin nömrəsi kimi qeyd olunmuşdur. Həmin vaxtlarda o da həmin nömrə ilə “WhatsApp" vasitəsilə əlaqə saxlamış və həmin nömrənin İran Respublikasına aid olması və istifadəçisinin İran vətəndaşı olduğunu müəyyən etmişdir. Həmin şəxs özünü “Reza" kimi təqdim edib, söhbət əsnasında marixuana və “şüşə" deyilən metamfetaminin satışı ilə məşğul olduğunu bildirmiş və ona narkotik vasitələrin video və fotoşəkillərini göndərmişdir. O da həmin şəxsi telefon kontaktında “Reza” adı ilə qeyd etmiş və 2024-cü ilin yay-payız aylarında yazışaraq sonuncudan narkotik vasitələr almışdır. İran vətəndaşı olan həmin şəxs ona bir neçə dəfə “şüşə” deyilən metamfetamin və marixuana göndərmişdir. İranlı şəxsin ona satdığı həmin narkotik vasitələri götürdüyü yerə hansı şəxslər vasitəsilə qoydurduğunu bilməmiş, sonuncu ona bu barədə heç bir məlumat verməmişdir. O, həmin narkotik vasitələri yalnız şəxsi istifadə üçün qəbul etmiş, heç kimə satmamış və verməmişdir. Bundan sonra “Reza" adlı şəxslə bir daha danışmamış, lakin istifadəsində olan +98 914 *** ** ** nömrəsi telefonunda qalmışdır. 2025-ci ilin fevral ayının sonlarında, mart ayının əvvəllərində dəqiq xatırlamadığı tarixdə, yaşadığı kənddə evə tək piyada qayıdarkən dəqiq xatırlamadığı yerdə 1 ədəd kiçik sellofan büküm görüb qaldırmış, içərisində 1 ədəd kibrit qutusu və 2 ədəd gümüşü-ağ rəngli kağız bükümlərin olduğunu görmüşdür. Həmin vaxt ətrafda heç kim olmamışdır. Kibrit qutusunu açdıqda içərisində 3 ədəd “metadon 40” həbləri və 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə qurudulmuş marixuananın olduğunu, sellofanda olan 1 ədəd gümüşü-ağ rəngli kağız bükümü açdıqda isə içərisində kristal formasında olan metamfetamin psixotrop maddənin olduğunu görmüşdür. Həmin narkotik vasitə və psixotrop maddələri özünə götürüb istifadə etmək qərarı verib və onları müxtəlif yerlərdə gizləmişdir. Belə ki, içərisində 3 ədəd “metadon 40" həbləri və 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə qurudulmuş marixuana olan kibrit qutusunu yataq otağında olan qəhvəyi rəngli qolsuz gödəkçəsinin sol yan cibində saxlamışdır. 05 mart 2025-ci il tarixdə, axşam saatlarında qohumu Ucar rayonu, Qaradağlı kəndində yaşayan Şahid6 yaşadığı evin həyətində bərə qazmağa kömək etmək üçün onun yaşadığı evə gəlmiş və gecə onunla bir otaqda yerdə olan döşəyin üstündə, sonra isə qarşıdakı çarpayıda gecələmişdir. 06 mart 2025-ci il tarixdə, saat 04 radələrində evdə yatarkən evin qapısı qəfildən açılmış və polsi əməkdaşları evə daxil olmuşlar. Həmin bir neçə nəfər ona özlərini polis əməkdaşları kimi təqdim edərək onun və onunla bir otaqda gecədən qalmış qohumu Şahid6 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağında, narkotik vasitə saxlamaqda şübhəli olduqlarını bildirmiş və videoçəkilişlə üstlərini yoxlayacaqlarını, eləcə də yaşadığı ünvana baxış keçirəcəklərini söyləmişlər. O, buna heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra onlar həyətə daxil olaraq 2 mərtəbəli evə yaxınlaşmış və polis əməkdaşları Şahid6 harda qaldığını soruşmuşlar. O. evin birinci mərtəbəsində sağ tərəfdən birinci olan yataq otağına işarə edərək Vüqarın orada qaldığını bildirmişdir. Polis əməkdaşları həmin otağın qapısını açıb içəri daxil olaraq çarpayıda yatan Vüqarı çölə çağırmışlar. Onlar həmin otağın qarşısında dayanmış, videoçəkilişlə Vüqara da nədə şübhələndikləri bildirilməklə hüquq və vəzifələri izah olunaraq üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və yaxud narkotik vasitə vardırsa, təqdim etməsi təklif olunmuşdur. Vüqar üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və yaxud narkotik vasitənin olmadığını bildirmişdir. Polis əməkdaşı tərəfindən Şahid6 üstü yoxlanılmış, sonuncunun üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Ardınca videoçəkilişlə ona hüquq və vəzifələri izah olunaraq bu barədə bildiriş təqdim edilmişdir. Ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və yaxud narkotik vasitə vardırsa, təqdim etməsi təklif olunmuşdur. O, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və yaxud narkotik vasitənin olmadığını bildirmişdir. Ona narkotik vasitələrdən istifadə edib-etməməsi ilə bağlı sual verildikdə, narkotik vasitələrdən istifadə eldiyini etiraf etmişdir. Ardınca polis əməkdaşı tərəfindən onun üstü yoxlanılmış, üstündən qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmiş, şalvarının sağ yan cibindən 1 manat 70 qəpik pul aşkar edilərək özünə qaytarılmışdır. Daha sonra polislərlə birlikdə yataq otağına daxil olaraq baxış keçirilmişdir. Otağın ortasında olan oturacağın üzərindən ona məxsus 1 ədəd “Samsung” markalı mobil telefon aşkar edilərək 1 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Evdə narkotik vasitə saxlayıb-saxlamaması ilə bağlı ona sual verildikdə, evdə narkotik vasitə saxladığını etiraf etmiş və otaqda, girişdən sağ tərəfdə yerləşən çarpayının üzərindəki özünə məxsus qəhvəyi rəngli qolsuz gödəkçənin sol yan cibində kibrit qutusunda narkotik vasitə saxladığını bildirmişdir. Həmin gödəkçənin sol yan cibində 1 ədəd kibrit qutusu aşkar edilərək açılmış və içərisindən 3 ədəd "Metadon 40" adlı həbləri və 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə qurudulmuş marixuana aşkar edilmiş, sorğu zamanı o, aşkar olunan həblərin meladon, bükümdə olan maddənin isə marixuana olduğunu bildirdimişdir. Aşkar edilmiş marixuana və 3 ədəd “Metadon 40" həbləri 1 ədəd kağız zərfdə qablaşdırılıb, möhürlənərək götürülmüşdür. Otaqda baxış davam etdirilərkən, yerdə olan döşəyin üzərindəki yastığın altından 1 ədəd şpris və 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə metamfetamin də aşkar edilmişdir ki, həmin maddə ona məxsus olmamışdır. Aşkar olunmuş metamfetamin elektron tərəzidə bükümlə birlikdə çəkilərək 0,19 qram olduğu müəyyən edilmiş və daha sonra 1 ədəd şprislə birlikdə 1 ədəd kağız zərfdə qablaşdırılıb, möhürlənərək götürülmüşdür. Ardınca həmin otaqda aparılan baxış zamanı dolabın üzərindən özünə və ailə üzvlərinə məxsus 3 ədəd bank kartı aşkar edilərək 1 ədəd kağız zərfdə qablaşdırılıb, möhürlənərək götürülmüşdür. Baxış davam etdirilmiş, lakin evdən başqa heç bir qanunsuz əşya aşkar edilməmiş, həyətyanı sahəyə baxış davam etdirilərkən, həyətdə olan tualetə baxış zamanı tavanın sol küncündə onun gizlətdiyi 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan şəffaf sellofandakı 2 ədəd ağ-qızılı rəngli kağız bükümdə heroinlər aşkar edilmişdir (halbuki, həmin aşkar edilmiş kütlə də ona məxsus olmamışdır). Heroinlər ikisi birlikdə elektron tərəzidə çəkildikdə, bükümlərlə birlikdə çəkisi 0,58 qram olmuşdur. Həmin 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan şəffaf sellofandakı 2 ədəd ağ-qızılı rəngli kağız bükümlərdə olan heroinlər o, və digər şəxs tərəfindən imzalanmış 1 ədəd kağız zərfdə qablaşdırılıb, möhürlənərək götürülmüşdür. Bundan sonra, həyətdə yerləşən və vəfat elmiş babasına məxsus köhnə evin otağındakı dolabın üzərindən 1 ədəd sellofan paketdə olan "Limon duzu" aşkar edilmiş və elektron tərəzidə çəkildikdə, paketlə birlikdə çəkisinin 8,30 qram olduğu müəyyən olunmuş və 1 ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Ardınca onlara baxışın keçirilməsi ilə bağlı hər hansı şikayət və ya vəsatətlərinin olub-olmaması, həmçinin polis əməkdaşları tərəfindən qanunsuzluğa məruz qalıb-qalmamaları ilə bağlı sual verilmişdir. O və Vüqar heç bir şikayət və ya vəsatətlərinin olmadığını bildirmişlər. Bu zaman yaşadıqları ünvana baxış yekunlaşdırılmış, videoçəkiliş dayandırılmışdır. Sonra onlar polis şöbəsinə getmiş, yaşadığı ünvana videoçəkilişlə keçirilmiş baxışla bağlı protokol tərtib olunaraq ucadan oxunmuş və imzalanmışdır. Daha sonra 6 ədəd zərfdə qablaşdırılmış kütlələrə, mobil telefona və bank kartlarına növbətçi hissədə müstəntiq tərəfindən videoçəkilişlə baxış keçirilmişdir. Müstəntiq tərəfindən ona baxışın mahiyyəti, hüquq və vəzifələri bir daha izah edilmişdir. Həmin zərflər ayrı-ayrılıqda ona təqdim olunmuş, onların tamlığının pozulmadığını görmüş və həmin zərflərin yaşadığı ünvandan aşkar edilən kütlələrin qablaşdırıldığı zərflərin olduğunu təsdiqləmişdir. Daha sonra zərflər açılaraq içərisindəki kütlələr ona təqdim edilərək elektron tərəzidə çəkilmişdir. Kibrit qutularındakı marixuana olduğu bükümlə birlikdə çəkildikdə 0,48 qram olmuş, ardınca 3 ədəd "metadon 40" həbi və 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan qurudulmuş marixuana yenidən həmin kibrit qutusuna yerləşdirilərək, kağız zərfdə qablaşdırılıb möhürlənmişdir. Sorğu zamanı o, həmin kibrit qutusundakı həblərin "metadon 40'’, yanındakı gümüşü-ağ bükümdəki yaşıl rəngli kütlənin isə marixuana olduğunu bildirmişdir. Daha sonra otağındakı döşəyin üzərindəki yastığın altından 1 ədəd şpris və 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə metamfetaminin qablaşdırıldığı zərfin ağzı açılaraq içərisindəki büküm ona təqdim edilmişdir. Həmin metamfetamin bükümlə birlikdə elektron tərəzidə çəkildikdə çəkisinin 0,18 qram olduğu müəyyən edilmişdir. Həmin 1 ədəd şprislə içərisində metamfetamin olan 1 ədəd gümüşü-ağ rəngli kağız büküm olduğu kağız zərfdə qablaşdırılıb yenidən möhürlənərək götürülmüşdür. Daha sonra sanitar qovşağında keçirilmiş baxış zamanı, tavanın sol küncündən götürülmüş 1 ədəd gümüşü-ağ kağız bükümdəki şəffaf sellofandakı 2 ədəd ağ-qızılı rəngli kağız bükümlərdəki heroinin qablaşdırıldığı zərfin ağzı açılaraq heroinlər ona təqdim edilmiş, onların nə olması ilə bağlı sual verildikdə, onların "kokos". yəni heroin olduğunu bildirmişdir (halbuki, həmin heroinlər ona məxsus olmamışdır). Heroin bükümlərdə hər ikisi elektron tərəzidə çəkildikdə ümumi çəkilərinin 0,36 qram olduğu müəyyən edilmiş və olduqları kağız zərfdə qablaşdırılıb yenidən möhürlənib götürülmüşdür. Ardınca həyətdə olan vəfat etmiş babasından qalmış köhnə evin otağındakı dolabın üstündən aşkar edilmiş 1 ədəd sellofan paketdə “Limon duzu" qablaşdırıldığı zərfdən çıxarılaraq ona təqdim edilmişdir. Limon duzu olduğu paketlə birlikdə elektron tərəzidə çəkildikdə çəkisinin 8.26 qram olması müəyyən edilmiş və həmin maddə yenidən kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Daha sonra ardıcıl 3 ədəd bank kartının olduğu 1 ədəd kağız zərf və “Samsung” markalı mobil telefonun olduğu zərf açılaraq ona göstərilmiş və həmin kartların özünə və ailə üzvlərinə məxsus olduğunu və telefonun isə özünə məxsus olduğunu bildirdikdən sonra yenidən olduqları zərflərə yerləşdirilib qablaşdırılaraq möhürlənib götürülmüşdür. Məhkəmə istintaqı zamanı verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadə arasındakı ziddiyyəti belə izah etdi ki, o, daha ağır məsuliyyətə cəlb olunacağından qorxaraq aşkarlanmış narkotik vasitələrin və psixotrop maddələrin ona məxsus olmasını bildirmişdir. Lakin əsl həqiqətdə aşkarlanmış heroin və şprislər ona məxsus olmamışdır. Odur ki, özünü qismən təqsirli hesab edərək, ailə vəziyyətinin, yaşının və bir daha belə əməllərə yol verməyəcəyinə dair vədinin nəzərə alınaraq əməlin təqsirləndirildiyi CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməklə barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. İbtidai istintaq zamanı ifadə vermiş və məhkəmə istintaqında ifadəsi elan edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək istintaq zamanı ifadəsində göstərmişdir ki, o, heç kimə narkotik vasitə satmamış, nə də ki, yaşadığı ünvandan aşkar edimiş narkotik vasitələri və psixotrop maddəni satış məqsədi ilə deyil, özü istifadə etməsi üçün saxlamışdır. Yalnız 2025-ci ilin fevral ayında, tarixini xatırlamadığı günlərdə, yaşadığı kənddə tanışı Ucar şəhər sakini, narkotik vasitələrdən istifadə edən X4 bir neçə dəfə pay kimi narkotik vasitə vermiş, qarşılığında heç nə almamış, Əli də ona heç nə verməmişdir. Sadəcə Əlinin ağrıları olduğuna görə sonuncu, bir neçə dəfə ondan marixuana və “şüşə" deyilən melamfetamin istəmiş, yazığı gəldiyindən hər dəfə Əliyə istifadə etməsi üçün az miqdarda əvəzsiz marixuana və melamfetamin vermişdir. Yaşadığı ünvanda aşkar edilmiş narkotik vasitələr və psixotrop maddələr ona məxsus olmuş, ona görə də onları yalnız şəxsi istifadəsi üçün saxlamış, satmaq niyyətində olmamışdır. Buna görə də o, özünü yalnız Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. Ailə üzvləri ilə birlikdə Ucar rayonu, Əlikənd kəndində yaşayır, heç bir yerdə işləmir və fəhləliklə məşğul olaraq ailəsini dolandırır. Əvvəllər oğurluq etdiyinə və narkotik vasitə saxladığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 2024-cü ilin iyun ayında azadlığa çıxmışdır. Azadlığa çıxdıqdan sonra marixuana, heroin, psixotrop maddə melamfetamin və metadon həblərindən istifadə elməyə davam elmişdir. İstifadəsində 077 *** ** ** və 077 *** ** ** mobil nömrəli olmuş, həmin nömrələrdən başqa heç bir nömrədən istifadə etməmişdir. 2024-cü ilin iyun ayında azadlığa çıxdıqdan sonra xatırlamadığı hansısa sosial şəbəkədən +98 914 *** ** ** nömrəsini əldə etmişdir. Həmin nömrə internet platformasında narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxsin nömrəsi kimi qeyd olunmuşdur. Həmin vaxtlarda o da həmin nömrə ilə “WhalsApp" vasitəsilə əlaqə saxlamış və həmin nömrənin İran Respublikasına aid olması və istifadəçisinin İran vətəndaşı olduğunu müəyyən etmişdir. Həmin şəxs özünü “Reza" kimi təqdim edib, söhbət əsnasında marixuana və “şüşə" deyilən metamfelaminin satışı ilə məşğul olduğunu bildirmiş və ona narkotik vasitələrin video və fotoşəkillərini göndərmişdir. O da həmin şəxsi telefon kontaktında “Reza” adı ilə qeyd etmiş və 2024-cü ilin yay-payız aylarında yazışaraq sonuncudan narkotik vasitələr almışdır. İran vətəndaşı olan həmin şəxs ona bir neçə dəfə “şüşə” deyilən metamfetamin və marixuana göndərmişdir. İranlı şəxsin ona satdığı həmin narkotik vasitələri götürdüyü yerə hansı şəxslər vasitəsilə qoydurduğunu bilməmiş, sonuncu ona bu barədə heç bir məlumat verməmişdir. O, həmin narkotik vasitələri yalnız şəxsi istifadə üçün qəbul etmiş, heç kimə satmamış və verməmişdir. Bundan sonra “Reza" adlı şəxslə bir daha danışmamış, lakin istifadəsində olan +98 914 *** ** ** nömrəsi telefonunda qalmışdır. 2025-ci ilin fevral ayının sonlarında, mart ayının əvvəllərində dəqiq xatırlamadığı tarixdə, yaşadığı kənddə evə tək piyada qayıdarkən dəqiq xatırlamadığı yerdə 1 ədəd kiçik sellofan büküm görüb qaldırmış, içərisində 1 ədəd kibrit qulusu və 2 ədəd gümüşü-ağ rəngli kağız bükümlərin olduğunu görmüşdür. Həmin vaxt ətrafda heç kim olmamışdır. Kibrit qulusunu açdıqda içərisində 3 ədəd “metadon 40” həbləri və 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə qurudulmuş marixuananın olduğunu, sellofanda olan 1 ədəd gümüşü-ağ rəngli kağız bükümü açdıqda isə içərisində kristal formasında olan metamfetamin psixotrop maddənin olduğunu, digər 1 ədəd gümüşü-ağ rəngli kağız bükümü açdıqda isə içərisində sellofana bükülü vəziyyətdə 2 ədəd ağ-qızılı rəngli kağız bükümlərdə heroin narkotik vasitəsinin olduğunu görmüşdür. Həmin narkotik vasitə və psixotrop maddələri özünə götürüb istifadə elmək qərar verib və onları müxtəlif yerlərdə gizləmişdir. Belə ki, içərisində 3 ədəd “metadon 40" həbləri və 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə qurudulmuş marixuana olan kibrit qulusunu yataq otağında olan qəhvəyi rəngli qolsuz gödəkçəsinin sol yan cibində saxlamışdır. 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan metamfetamini yerdə olan döşəyin üzərindəki yastığın altına qoyaraq 2 dəfə şprislə damarına vurmaqla istifadə elmiş, qalan hissəsi isə elə həmin yerdə qalmışdır. 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan şəffaf sellofandakı 2 ədəd ağ-qızılı rəngli kağız bükümlərdə heroinləri isə həyətdəki sanitar qovşağında tavanın sol küncünə qoyub gizlətmiş və onlardan da hər bükümdən 1 dəfə, yəni cəmi 2 dəfə götürüb həyətdəki babasından qalmış köhnə evin otağında təklikdə limon duzu ilə qaynadaraq həll edib şpris vasitəsi ilə damara vurmaqla istifadə etmişdir. Qeyd etdiyi kimi narkotik vasitələr və psixotrop maddə həmin yerlərdə elə qalmışlar. 05 mart 2025-ci il tarixdə, axşam saatlarında qohumu Ucar rayonu, Qaradağlı kəndində yaşayan Şahid6 yaşadığı evin həyətində bərə qazmağa kömək etmək üçün onun yaşadığı evə gəlmiş və gecə onunla bir otaqda yerdə olan döşəyin üstündə, sonra isə qarşıdakı çarpayıda gecələmişdir. 06 mart 2025-ci il tarixdə, saat 10 radələrində evdə yatarkən küçə qapısından kiminsə onu çağırdığını eşidib köynəyini geyinib küçəyə çıxmışdır. Həmin vaxt küçə qapısının yanında bir neçə nəfər ona özlərini polis əməkdaşları kimi təqdim edərək onun və onunla bir otaqda gecədən qalmış qohumu Şahid6 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağında, narkotik vasitə saxlamaqda şübhəli olduqlarını bildirmiş və videoçəkilişlə üstlərini yoxlayacaqlarını, eləcə də yaşadığı ünvana baxış keçirəcəklərini söyləmişlər. O, buna heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra onlar həyətə daxil olaraq 2 mərtəbəli evə yaxınlaşmış və polis əməkdaşları Şahid6 harda qaldığını soruşmuşlar. O. evin birinci mərtəbəsində sağ tərəfdən birinci olan yataq otağına işarə edərək Vüqarın orada qaldığını bildirmişdir. Polis əməkdaşları həmin otağın qapısını açıb içəri daxil olaraq çarpayıda yatan Vüqarı çölə çağırmışlar. Onlar həmin otağın qarşısında dayanmış, videoçəkilişlə Vüqara da nədə şübhələndikləri bildirilməklə hüquq və vəzifələri izah olunaraq üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və yaxud narkotik vasitə vardırsa, təqdim etməsi təklif olunmuşdur. Vüqar üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və yaxud narkotik vasitənin olmadığını bildirmişdir. Polis əməkdaşı tərəfindən Şahid6 üstü yoxlanılmış, sonuncunun üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Ardınca videoçəkilişlə ona hüquq və vəzifələri izah olunaraq bu barədə bildiriş təqdim edilmişdir. Ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və yaxud narkotik vasitə vardırsa, təqdim etməsi təklif olunmuşdur. O, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və yaxud narkotik vasitənin olmadığım bildirmişdir. Ona narkotik vasitələrdən istifadə edib-etməməsi ilə bağlı sual verildikdə, narkotik vasitələrdən istifadə eldiyini etiraf etmişdir. Ardınca polis əməkdaşı tərəfindən onun üstü yoxlanılmış, üstündən qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmiş, şalvarının sağ yan cibindən 1 manat 70 qəpik pul aşkar edilərək özünə qaytarılmışdır. Daha sonra polislərlə birlikdə yataq otağına daxil olaraq baxış keçirilmişdir. Otağın ortasında olan oturacağın üzərindən ona məxsus 1 ədəd “Samsung” markalı mobil telefon, aşkar edilərək 1 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Evdə narkotik vasitə saxlayıb-saxlamaması ilə bağlı ona sual verildikdə, evdə narkotik vasitə saxladığını etiraf elmiş və otaqda, girişdən sağ tərəfdə yerləşən çarpayının üzərindəki özünə məxsus qəhvəyi rəngli qolsuz gödəkçənin sol yan cibində kibrit qutusunda narkotik vasitə saxladığını bildirmişdir. 1 ləmin gödəkçənin sol yan cibində 1 ədəd kibrit qulusu aşkar edilərək açılmış və içərisindən 3 ədəd "Metadon 40" adlı həbləri və 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə qurudulmuş marixuana aşkar edilmiş, sorğu zamanı o. aşkar olunan həblərin meladon, bükümdə olan maddənin isə marixuana olduğunu bildirdimişdir. Aşkar edilmiş marixuana və 3 ədəd “Metadon 40" həbləri 1 ədəd kağız zərfdə qablaşdırılıb, möhürlənərək götürülmüşdür. Otaqda baxış davam etdirilərkən, yerdə olan döşəyin üzərindəki yastığın altından ona məxsus 1 ədəd şpris və 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə metamfetamin də aşkar edilmişdir. Aşkar olunmuş metamfetamin elektron tərəzidə bükümlə birlikdə çəkilərək 0,19 qram olduğu müəyyən edilmiş və daha sonra 1 ədəd şprislə birlikdə 1 ədəd kağız zəridə qablaşdırılıb, möhürlənərək götürülmüşdür. Həmin metamfetaminin kimə məxsus olması ilə bağlı ona və Vüqara sual verildikdə, ilk olaraq həbs olunacağını düşünüb metamfetaminin ona məxsus olmasını etiraf etmək istəməmiş, lakin sonradan məsuliyyətini daha da ağırlaşdırmamaq üçün həmin metamfetaminin özünə məxsus olduğunu etiraf etmişdir. Ardınca həmin otaqda aparılan baxış zamanı dolabın üzərindən özünə və ailə üzvlərinə məxsus 3 ədəd bank kartı aşkar edilərək 1 ədəd kağız zərfdə qablaşdırılıb, möhürlənərək götürülmüşdür. Baxış davam etdirilmiş, lakin evdən başqa heç bir qanunsuz əşya aşkar edilməmiş, həyətyanı sahəyə baxış davam etdirilərkən, həyətdə olan tualetə baxış zamanı tavanın sol küncündə onun gizlətdiyi 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan şəffaf salondakı 2 ədəd ağ-qızılı rəngli kağız bükümdə heroinlər aşkar edilmişdir. Onların kimə məxsus olması ilə bağlı ona sual verildikdə, həmin heroinlərin özünə məxsus olduğunu bildirmişdir. Heroinlər ikisi birlikdə elektron tərəzidə çəkildikdə, bükümlərlə birlikdə çəkisi 0,58 qram olmuşdur. Həmin 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan şəffaf sellofandakı 2 ədəd ağ-qızılı rəngli kağız bükümlərdə olan heroinlər o, və digər şəxs tərəfindən imzalanmış 1 ədəd kağız zərfdə qablaşdırılıb, möhürlənərək götürülmüşdür. Bundan sonra, həyətdə yerləşən və vəfal elmiş babasına məxsus köhnə evin otağındakı dolabın üzərindən 1 ədəd sellofan paketdə olan "Limon duzu" aşkar edilmiş və elektron tərəzidə çəkildikdə, paketlə birlikdə çəkisinin 8,30 qram olduğu müəyyən olunmuş və 1 ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Ardınca onlara baxışın keçirilməsi ilə bağlı hər hansı şikayət və ya vəsatətlərinin olub-olmaması, həmçinin polis əməkdaşları tərəfindən qanunsuzluğa məruz qalıb-qalmamaları ilə bağlı sual verilmişdir. O və Vüqar heç bir şikayət və ya vəsatətlərinin olmadığını bildirmişlər. Bu zaman yaşadıqları ünvana baxış yekunlaşdırılmış, videoçəkiliş dayandırılmışdır. Sonra onlar polis şöbəsinə getmiş, yaşadığı ünvana videoçəkilişlə keçirilmiş baxışla bağlı protokol tərtib olunaraq ucadan oxunmuş və tərəflər tərəfindən imzalanmışdır. Daha sonra onun yaşadığı ünvandan aşkarlanaraq ayrı-ayrı 6 ədəd zərfdə qablaşdırılmış kütlələrə, mobil telefona və bank kartlarına növbətçi hissədə müstəntiq tərəfindən videoçəkilişlə baxış keçirilmişdir. Müstəntiq tərəfindən ona baxışın mahiyyəti, hüquq və vəzifələri bir daha izah edilmişdir. Həmin zərflər ayrı-ayrılıqda ona təqdim olunmuş, onların tamlığının pozulmadığını görmüş və həmin zərflərin yaşadığı ünvandan aşkar edilən kütlələrin qablaşdırıldığı zərflərin olduğunu təsdiqləmişdir. Daha sonra zərflər açılaraq içərisindəki kütlələr ona təqdim edilərək elektron tərəzidə çəkilmişdir. Kibrit qutularındakı marixuana olduğu bükümlə birlikdə çəkildikdə 0,48 qram olmuş, ardınca 3 ədəd "metadon 40" həbi və 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan qurudulmuş marixuana yenidən həmin kibrit qutusuna yerləşdirdərək, kağız zərfdə qablaşdırılıb möhürlənmişdir. Sorğu zamanı o, həmin kibrit qutusundakı həblərin "metadon 40'’, yanındakı gümüşü-ağ bükümdəki yaşıl rəngli kütlənin isə marixuana olduğunu bildirmişdir. Daha sonra otağındakı döşəyin üzərindəki yastığın altından ona məxsus 1 ədəd şpris və 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə metamfetaminin qablaşdırıldığı zərfin ağzı açılaraq içərisindəki büküm ona təqdim edilmiş və onun nə olması ilə bağlı sual verildikdə "patı”, yəni metamfetamin olduğunu demişdir. Həmin metamfetamin bükümlə birlikdə elektron tərəzidə çəkildikdə çəkisinin 0,18 qram olduğu müəyyən edilmişdir. Həmin 1 ədəd şprislə içərisində metamfetamin olan 1 ədəd gümüşü-ağ rəngli kağız büküm olduğu kağız zərfdə qablaşdırılıb yenidən möhürlənərək götürülmüşdür. Daha sonra sanitar qovşağında keçirilmiş baxış zamanı, tavanın sol küncündə gizlədilmiş 1 ədəd gümüşü-ağ kağız bükümdəki şəffaf sellofandakı 2 ədəd ağ-qızılı rəngli kağız bükümlərdəki heroinin qablaşdırıldığı zərfin ağzı açılaraq heroinlər ona təqdim edilmiş, onların nə olması ilə bağlı sual verildikdə, onların "kokos". yəni heroin olduğunu bildirmişdir. Heroin bükümlərdə hər ikisi elektron tərəzidə çəkildikdə ümumi çəkilərinin 0,36 qram olduğu müəyyən edilmiş və olduqları kağız zərfdə qablaşdırılıb yenidən möhürlənib götürülmüşdür. Ardınca həyətdə olan vəfat etmiş babasından qalmış köhnə evin otağındakı dolabın üstündən aşkar edilmiş 1 ədəd sellofan paketdə “Limon duzu" qablaşdırıldığı zərfdən çıxarılaraq ona təqdim edilmiş, o, həmin kristal formasında olan kütlənin "limon duzu" olduğunu bildirmişdir. Limon duzu olduğu paketlə birlikdə elektron tərəzidə çəkildikdə çəkisinin 8.26 qram olması müəyyən edilmiş və həmin maddə yenidən kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Daha sonra ardıcıl 3 ədəd bank kartının olduğu 1 ədəd kağız zərf və “Samsung” markalı mobil telefonun olduğu zərf açılaraq ona göstərilmiş və həmin karlıların özünə və ailə üzvlərinə məxsus olduğunu və telefonun isə özünə məxsus olduğunu bildirdikdən sonra yenidən olduqları zərflərə yerləşdirilib qablaşdırılaraq möhürlənib götürülmüşdür. Ona polis əməkdaşları tərəfindən hər hansı qanunsuzluğa məruz qalıb-qalmadığı ilə bağlı sual verilmiş, o da heç bir qanunsuzluğa məruz qalmadığını bildirmişdir. 06 mart 2025-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılan zaman, üstü yoxlanmamışdan, yaşadığı evə baxış keçirilməmişdən əvvəl, polis şöbəsinə gətirilərkən və polis şöbəsində olarkən ona qarşı heç kim tərəfindən hər hansı zor və ya zor hədəsi tətbiq edilməmişdir. Polis əməkdaşları tərəfindən heç bir qanunsuzluğa məruz qalmamışdır. 06 mart 2025-ci il tarixdə yaşadığı ünvandan aşkar edilmiş kütlələr marixuana, heroin, metamfetamin və metadon həbləri olmuşlar. Onları 1 ədəd kiçik sellofan bükümdə 2025-ci ilin fevral ayının sonlarında, mart ayının əvvəllərində dəqiq xatırlamadığım tarixdə yaşadığı kənddə evə lək piyada qayıdarkən xatırlamadığı yerdən tapmış və yaşadığı ünvanda aşkar olunduqları yerlərə qoyub gizlətmişdir. Həm melamfelamindən. həmdə ki heroinlərdən 2 dəfə özü şpris vasitəsi ilə damarına vurmaqla istifadə elmişdir. X14 və anası Bibixanım yaşadığı ünvanda narkotik vasitələr və psixotrop maddəni saxlamasını bilməmişlər. Valideyinləri onun otağına daxil olmamış, ona görə də həmin narkotik vasitələri və psixotrop maddəni saxlamağını bilməmişlər. Alası Elşad xəstə olduğundan həyət işləri görə bilmədiyindən qohumu Şahid6 05 mart 2025-ci il tarixdə, axşam saatlarında həyətdə bərə, yəni çeşqal qazamağa köməklik elmək məqsədi ilə onlara gəlmiş, elə axşamdan onunla bir otaqda yatıb qalmışdır. Vüqar ilə birlikdə narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməmişlər. Vüqarın evdə narkotik vasitə və psixotrop maddə saxlamağından xəbəri olmamış, sonuncuya bu barədə heçnə deməmişdir. O, heç kimə, heç zaman narkotik vasitə satmamışdır. Tutulmamışdan əvvəl, təxminən 2025-ci ilin fevral ayı ərzində isə xatırlamadığı tarixlərdə tanışı Ucar şəhər sakini X7 bir neçə dəfə yaşadığı kəndə gəlib ağrılarının olduğunu bildirərək ondan bir neçə dəfə marixuana və “şüşə” deyilən metamfetamin istəmiş, o da təmənnasız olaraq az miqdarda, yəni özü istifadə etməsi üçün hər dəfə Əli Məhəmmədova marixuana və metamfetamin vermişdir. Əlidən qarşılığında heçnə almamış, nə də ki Əli ona heçnə verməmişdir. Başqa heç kimə narkotik vasitə və psixotrop maddə verməmiş, nə də ki salmamışdır. Əliyə verdiyi marixuana ilə metamfetaminlər isə özündə olan marixuana və melamfetamindən olmuş, onları haradan əldə etdiyini artıq xatırlamır. İran vətəndaşı olan Reza kimi adını qeyd etdiyi şəxsdən isə yalnız 2024-cü ilin yay-payız aylarında dediyi kart hesabına pul göndərməklə narkotik vasitə almış, Rezanın başqa tanımadığı şəxslərin vasitəsi ilə qoydurduğu müxtəlif yerlərdən götürməklə əldə etmiş, sonuncu ona bu formada bir neçə dəfə“şüşə” deyilən metamfetamin, eləcə də marixuana göndərmişdir. Həmin metamfetaminləri və marixuanaları hər dəfə özü istifadə elmiş, heç kimə satmamış, nə də ki verməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs ziddiyyətli ifadə verərək təqsirini qismən etiraf etməsi özünümüdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, məhkəmə istintaqı zamanı şahid Ucar RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Ucar rayonu, Əlikənd kənd sakini Təqsirləndirilən şəxs və Ucar rayonu, Qaradağlı kənd sakini Şahid6 əvvəllər tanımamış, onlarla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 06 mart 2025-ci il tarixdə, səhər saatlarında Şahid6 və Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaları, üzərlərində və yaşadıqları ünvanda narkotik vasitə saxlamaları, eləcə də hər ikisinin hal-hazırda Təqsirləndirilən şəxs yaşadığı ünvanda olmaları barədə məlumat daxil olmuşdur. Həmin məlumatla bağlı dərhal tərəfindən Ucar RPŞ-nin rəhbərliyinə məruzə olunaraq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün razılıq alınmış və bu barədə müvafiq qərar qəbul olunaraq əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə, saat 10 radələrində əməliyyat qrupunun digər üzvləri, yəni Ucar RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2, CAB-ın axtarış üzrə əməliyyat müvəkkili Şahid4, PPXB-nin polis nəfəri Şahid5 və CAB-ın əməliyyat müvəkkili Şahid3 ilə birlikdə Ucar rayonu, Əlikənd kəndinə gedərək Təqsirləndirilən şəxs yaşadığı evdən küçəyə çağırmışlar. Cavid tək küçəyə çıxdıqda sonuncuya Qaradağlı kənd sakini Şahid6 hal-hazırda onun yaşadığı evdə olubolmaması barədə sual verilmiş, Cavid Vüqarın onun evində olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs onların narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda, narkotik vasitə saxlamaqda şübhəli olduqları bildirilmiş, videoçəkilişlə üzərlərinin yoxlanılacağı və yaşadıqları ünvana baxış keçiriləcəyi izah olunmuşdur. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. CAB-ın əməliyyat müvəkkili Şahid3 tərəfindən videoçəkiliş aparılmaqla sənədləşmə prosesinə başlanılmışdır. O, iştirakçıları təqdim etdikdən sonra birlikdə həyətə daxil olmuşlar. Qarşıda sağ tərəfdə yerləşən iki mərtəbəli ev istiqamətində gedərək Şahid6 nə vaxtdan onun evində qalması barədə Təqsirləndirilən şəxs sual verilmiş. Cavid "dünəndən gəlib" deyərək cavab vermişdir. Daha sonra Təqsirləndirilən şəxs Şahid6 1-ci mərtəbədə, sağ tərəfdə yerləşən birinci otaqda olduğunu göstərmişdir. Həmin otağa daxil olduqda, çarpayıda bir nəfər şəxsin yatdığı müəyyən edilmiş, həmin şəxsə kimliyi barədə sual verildikdə özünü Şahid6 kimi təqdim etmişdir. Şahid6 otaqdan çölə çıxması təklif olunmuş. Vüqar da çölə çıxaraq otağın qapısının yanında digər iştirakçıların yanında dayanmışdır. Şahid6 bir daha həmin ünvana gəlmələrinin səbəbi izah olunmuş, narkotik vasitə saxlamaqda şübhəli olduğu və üstünün yoxlanılacağı izah edilmişdir. Şahid6 buna etiraz etməmişdir. Daha sonra ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunaraq bildiriş təqdim edilmiş, üzərində qanunla qadağan olunmuş əşya və predmetin olub-olmaması ilə bağlı sual verilmiş, əgər varsa, təqdim etməsi təklif olunmuşdur. Şahid6 üzərində qanunla qadağan olunmuş əşya olmadığını bildirmişdir. Əməliyyat müvəkkili Ramil Şahid6 üstünü yoxladıqda narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan olunmuş başqa əşya və predmet aşkar edilməmişdir. Ardınca Təqsirləndirilən şəxs da şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunaraq bildiriş təqdim olunmuş, narkotik vasitələrdən istifadə edib-etməməsi ilə bağlı sual verildikdə Cavid narkotik vasitə istifadə etdiyini bildirmişdir. Həmçinin, Şahid6 onun evində nə məqsədlə qalması ilə bağlı sual verildikdə, Cavid Vüqarın həyətdə kömək məqsədi ilə onun evinə gəldiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs da üzərində qanunla qadağan olunmuş əşya və predmetin olub-olmaması ilə bağlı sual verilmiş, vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı əşyanın olmadığını bildirmişdir. Əməliyyat müvəkkili Kamil Abdullayev tərəfindən Təqsirləndirilən şəxs üstü yoxlanılmış, nəticədə üzərindən narkotik vasitə, psixotrop maddə və yaxud qanunla qadağan olunmuş başqa əşya və predmet aşkar edilməmişdir. Yalnız əynindəki şalvarın sağ yan cibindən 1 manat 70 qəpik məbləğində pul aşkar olunaraq Cavidin özünə qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs konkret olaraq qaldığı yer barədə sual verilmiş, o isə evin 1-ci mərtəbəsində sağdan birinci otağa, Şahid6 yatdığı otağa işarə edərək həmin otağın ona aid olduğunu bildirmişdir. Həmin otağa daxil olunduqdan sonra Şahid6 otaqda ona məxsus hər hansı bir əşyanın olub-olmaması ilə bağlı sual ünvanlanmış, Vüqar isə giriş qapısının sol tərəfində yerdə özünə məxsus qış gödəkçəsini və qara rəngli şalvarı göstərərək həmin geyimlərin həyətdə çeşqal qazanda işlədiyi zaman geyinəcəyi paltarların olduğunu demişdir. Həmin gödəkçə və şalvarın cibləri yoxlanılmış, lakin heç bir qadağan olunmuş əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs həmin otaqda qanunla qadağan olunmuş əşya və predmetin olub-olmaması ilə bağlı sual verilmiş, əgər vardırsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs evdə özü istifadə etdiyi narkotik vasitə və “metadon” dərmanlarının olduğunu bildirmişdir. Otaqda baxış keçirilərkən ortadakı oturacağın üzərindən 1 ədəd "Samsung" markalı mobil telefon aşkar olunaraq 1 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs daha sonra girişin sağ tərəfindəki çarpayının üzərində olan qəhvəyi rəngli qolsuz gödəkçəni göstərərək, həmin gödəkçənin cibində narkotik vasitə saxladığını bildirmişdir. Əməliyyat müvəkkili Şahid2 tərəfindən gödəkçə yoxlanıldıqda, gödəkçənin sol yan cibindən 1 ədəd kibrit qutusu aşkar edilmiş, kibrit qulusu açıldıqda isə içərisindən 2 ədəd blister kəsiyində cəmi 3 ədəd "metadon 40" həbləri və 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə qurudulmuş marixuanaya bənzər yaşıl rəngli kütlə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin həblərin "metadon", yaşıl rəngli kütlənin isə marixuana narkotik vasitəsi olduğunu bildirmişdir. Həmin maddələr 3 ədəd “metadon 40” həb və marixuanaya bənzər yaşıl kütlə kibrit qutusuna qoyularaq 1 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Qablaşdırma zamanı zərfin üzərində səhvən 3 ədəd həbin əvəzində 4 ədəd həb yazmışdır. Təqsirləndirilən şəxs başqa heç bir yerdə narkolik vasitə saxlamadığını bildirmişdir. Otaqda baxış davam etdirilərkən döşəmənin üzərində olan döşəyin üzərində yerləşən yastığın, yəni balıncın altından 1 ədəd şpris və 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Həmin maddənin kimə məxsus olması ilə bağlı Təqsirləndirilən şəxs və Şahid6 sual verilmiş, Şahid6 bu maddədən xəbərsiz olduğunu və ona məxsus olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs da ilkin olaraq həmin maddənin ona məxsus olmadığını desə də, sonradan onun metamfetamin olduğunu və otaqda unutduğunu bildirib, özünə məxsus olduğunu etiraf etmişdir. Aşkar edilmiş melamfetaminə bənzər maddə 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə elektron tərəzidə çəkilərək, bükümlə birlikdə ümumi çəkisinin 0,19 qram olduğu müəyyən edilmiş və 1 ədəd şprislə birlikdə 1 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Baxış zamanı əməliyyat müvəkkili Şahid2 otağın küncündə yerləşən, üzərində güzgü olan paltar dolabının üzərindən limon duzu aşkar etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə istifadə edərkən həmin limon duzundan istifadə etdiyini bildirmişdir. Eyni zamanda həmin yerdən işlək vəziyyətdə olmayan elektron tərəzi də aşkar olunmuş, lakin iş üçün əhəmiyyət kəsb etmədiyindən götürülməmişdir. Həmçinin həmin dolabın üzərindən “Kapital Bank" ASC-yə məxsus 3 ədəd bank kartı aşkar olunaraq 1 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin kartların özünə və ailə üzvlərinə məxsus olduğunu bildirmişdir. Ardınca evin birinci mərtəbəsində yerləşən sol tərəfdəki otağa, evin qarşısında yerləşən divanın altına, ikinci mərtəbədəki otaqlara, çardaq hissəsinə, eləcə də birinci mərtəbədə yerləşən hamam otağına baxış keçirilmiş, lakin həmin yerlədən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra baxış həyətyanı sahədə davam etdirilmiş, həyətdə, evin sol tərəfində yerləşən tikiliyə və evin arxa hissəsinə baxış zamanı hər hansı qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Həyətdə, mişar daşından tikilmiş, üzərində ağ rəngli plastik qapısı olan sanitar qovşağa baxış zamanı, əməliyyat müvəkkili Şahid2 tərəfindən həmin sanitar qovşağında tavanının sol küncündən 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə, şəffaf sellofanda olan 2 ədəd ağ-qızılı rəngli kağız bükümdə heroinə bənzər qəhvəyi rəngli kütlələr aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələrin heroin olduğunu və ona məxsus olduğunu, onları həmin yerdə unutduğunu bildirmişdir. Aşkar edilən bükümlər birlikdə elektron tərəzidə çəkilmiş, bükümlərlə birlikdə ümumi çəkilərinin 0,58 qram olduğu müəyyən olunmuş və 1 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Bundan sonra, həyətdə Təqsirləndirilən şəxs babasından qalmış köhnə və baxımsız evə baxış keçirilmişdir. Evin otağında yerləşən dolabın üstündən 1 ədəd sellofan paketdə “Limon duzu" yazısı olan və limon duzuna bənzər, lakin şübhə doğuran maddə aşkar edilmişdir. Həmin maddə elektron tərəzidə çəkilmiş, paketlə birlikdə çəkisinin 8,30 qram olduğu müəyyən olunmuş və 1 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin limon duzu olduğunu və həmin evdə narkotik vasitə istifadə etdiyi üçün limon duzunu orada saxladığını bildirmişdir. Baxışa davam edilərək evin digər otaqlarına da baxış keçirilmiş, lakin əlavə olaraq heç bir qanunsuz əşya aşkar edilməmişdir. Sonda iştirakçılardan hər hansı şikayət və ya vəsatətinin olub-olmamaları barədə sual verilmiş, Təqsirləndirilən şəxs və Şahid6 hər hansı bir şikayət və ya vəsatətlərinin olmadığını bildirmişlər. Bununla da baxış prosesi başa çatdırılmış və videoçəkiliş dayandırılmışdır. Bundan sonra Ucar rayonu, Qaradağlı kəndində yerləşən Şahid6 yaşadığı evin qarşısına gedərək, videoçəkilişlə sonuncunun iştirakı ilə yaşadığı ünvana baxış keçirilmiş, lakin baxış zamanı narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan olunmuş hər hansı digər əşya və predmet aşkar olunmamışdır. Baxışın sonunda Şahid6 baxışla bağlı hər hansı şikayət və ya vəsatətinin olub-olmaması barədə sual verilmiş, sonuncu isə heç bir şikayət və ya vəsatətinin olmadığını bildirmişdir. Bununla da baxış prosesi başa çatdırılmış və videoçəkiliş dayandırılmışdır. Daha sonra bütün iştirakçılar birlikdə polis şöbəsinə qayıtmış, orada tərtib edilmiş protokollar ucadan oxunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs yaşadığı ünvanda aparılmış baxış zamanı aşkar edilərək götürülmüş və 6 ədəd kağız zərfdə qablaşdırılmış müxtəlif maddələr, 1 ədəd mobil telefon və 3 ədəd bank kartı, tərtib edilmiş materiallarla birlikdə istintaq bölməsinə təqdim edilmişdir. Daha sonra müstəntiq tərəfindən müvafiq sənədləşdirmə davam etdirilərək, növbətçi hissədə Təqsirləndirilən şəxs iştirakı ilə həmin kağız zərflərə baxış keçirilmişdir. Əməliyyat müvəkkilləri Şahid3, Şahid4 və Şahid2 xidməti zərurətlə əlaqədar olaraq polis şöbəsini tərk etdiklərindən baxışda iştirak etməmiş, baxışda o və PPXB-nin polis nəfəri Şahid5 iştirak etmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı və polis şöbəsinə gətirildiyi zaman hər hansı qanunsuzluğa məruz, qalıbqalmadığı barədə sual verilmiş, sonuncu isə hər hansı qanunsuzluğa məruz qalmadığını bildirmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 90-cı maddəsinə əsasən hüquq və vəzifələri izah olunmuşdur. Bunun ardınca Təqsirləndirilən şəxs iştirakı ilə kağız zərflərdə qablaşdırılmış maddələrə, telefona və bank kartlarına baxış keçirilmiş, cəmi 6 ədəd kağız zərf bir daha Təqsirləndirilən şəxs təqdim olunaraq onların tamlıqlarının pozulmadığı nümayiş etdirilmişdir. Birinci zərf açıldıqda, içərisindən 1 ədəd kibrit qutusu, kibrit qutusunun içərisindən isə 2 blisterdə ümumilikdə 3 ədəd “metadon 40” adlı həb və 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə marixuanaya bənzər yaşıl kütlə aşkar edilmişdir. Qeyd olunan zərfin üzərində səhvən 4 ədəd həb yazıldığı müəyyən edilmiş, bu barədə həm ona, həm də Təqsirləndirilən şəxs sual verilmiş, o və Cavid baxış zamanı 4 deyil, 3 ədəd həbin aşkar edildiyini təsdiqləmişdir. O, evə baxış zamanı hər blisterdə 2 həb yeri olduğunu görüb səhvən zərifin üzərində aşkar edilmiş həblərin sayını 4 ədəd yazdığını, əslində baxış zamanı həmin 2 ədəd blisterlərdə cəmi 3 ədəd metadon həblərinin aşkar edildiyini qeyd etmişdir. Aşkar edilmiş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkildikdə bükümdə birlikdə çəkisi 0,48 qram olmuş, daha sonra 3 ədəd "Metadon 40" həbləri və 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə qurudulmuş marixuanaya bənzər həmin kütlə yenidən olduqları kibrit qutusuna müstəntiq tərəfindən yerləşdirdərək həmin kağız zərfdə yenidən qablaşdırılıb möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kibrit qutusundakı həblərin "metadon" həblərinin, gümüşü-ağ rəngli kağız bükümdə olan yaşıl rəngli küllənin isə marixuana olduğunu bildirmişdir. Daha sonra masanın üzərindən digər zərf götürülərək açılmış, içərisindən 1 ədəd istifadə olunmuş boş şpris və 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə ağ-kristal formasında metamfetaminə bənzər maddə aşkar olunaraq Təqsirləndirilən şəxs təqdim olunmuş, sorğu edildikdə sonuncu həmin bükümdəki maddənin "patı", yəni metamfetamin olduğunu bildirmişdir. Həmin kütlə elektron tərəzidə bükümlə birlikdə çəkildikdə çəkisinin 0,18 qram olduğu müəyyən edilmişdir. Həmin 1 ədəd şprislə içərisində metamfetaminə bənzər 1 ədəd gümüşü-ağ rəngli kağız büküm olduğu kağız zərfdə qablaşdırılıb yenidən möhürlənib müstəntiq tərəfindən götürülmüşdür. Daha sonra masanın üzərindən üçüncü zərf götürülərək açılmış, içərisindən 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə şəffaf sellofanda 2 ədəd ağ-qızılı rəngli kağız bükümlərdə heroin narkotik maddəsinə bənzər kütlələr aşkar edilərək Təqsirləndirilən şəxs təqdim olunmuş, sorğu edildikdə, sonuncu da onların "kokos”, yəni heroin olduğunu bildirmişdir. Hər iki bükümdə olan kütlələr birlikdə elektron tərəzidə çəkildikdə birlikdə çəkilərinin 0,36 qram olduğu müəyyən edilmiş və olduğu kağız zərfdə qablaşdırılıb yenidən möhürlənib müstəntiq tərəfindən götürülmüşdür. Ardınca dördüncü kağız zərfə baxış keçirilmiş, həmin zərfin ağzı açıldıqda, içərisindən üzərində "limon duzu" yazılmış sellofan paketdə, kristal formasında duza bənzər kütlə aşkar edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin limon duzu olduğunu, heroindən istifadə edərkən həmin duzdan istifadə etdiyini bildirmişdir. Elektron tərəzidə olduğu paketlə birlikdə çəkildikdə, həmin duza bənzər kütlənin çəkisinin 8,26 qram olduğu müəyyən edilmiş və olduğu kağız zərfdə qablaşdırılıb yenidən möhürlənib götürülmüşdür. Daha sonra beşinci kağız zərf açılaraq içərisindən "xxxx" ASC-yə aid 3 ədəd bank kartları aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kartların ailə üzvlərinə məxsus olduğunu, 1 ədəd bank kartının özünün istifadəsində olduğunu, lakin son zamanlar həmin kartdan istifadə etmədiyini, ona görə də evdə qaldığını bildirmişdir. Həmin “Kapital Bank" ASC-yə aid 3 ədəd bank kartları olduğu kağız zərfdə qablaşdırılıb yenidən möhürlənib müstəntiq tərəfindən götürülmüşdür. Sonda axrıncı kağız zərf açılaraq içərisindəki "Samsung" markalı telefon Təqsirləndirilən şəxs təqdim olunmuş, sonuncu həmin telefonun onun istifadəsində olan mobil telefonun olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı bir qanunsuzluğa məruz qalıb-qalmamağı, eləcə də vəsatətinin olub-olmaması ilə bağlı sual verilmiş, sonuuncu heç bir qanunsuzluğa məruz qalmadığını, heç bir vəsatət və etirazının olmadığını bildirmişdir. Eyni zamanda kağız zərflərdə olan kütlələrin hər birinin nə olması və kimə məxsus olması ilə bağlı bir daha Təqsirləndirilən şəxs sual verilmiş, sonuncu həmin zərflərdə olan maddələrin metadon həbləri, marixuana, metamfetamin, heroin və limon duzu olduğunu, hamısının özünə məxsus olduğunu bir daha təsdiq etmişdir. Bununla da baxış yekunlaşdırlaraq, videoçəkiliş dayandırılmış, protokol tərtib olunaraq ucadan oxunaraq, iştirakçılar tərəfindən imzalanmışdır. 06 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitələri və metamfetamin psixotrop maddənin konkret olaraq Təqsirləndirilən şəxs məxsus olması müəyyən edilsə də, lakin onun həmin narkotik vasitələri və metamfetamin psixolrop maddəni haradan və nə vaxt əldə etməsini müəyyən etmək mümükün olmamışdır. Təqsirləndirilən şəxs Şahid6lə birlikdə istifadə etmələrinə dair ilkin əməliyyat məlumatı əldə edilsə də, həmin məlumat yoxlanılarkən Təqsirləndirilən şəxs yaşadığı ünvandan müxtəlif yerlərdən aşkar edilmiş narkotik vasitə və psixotrop maddədən saxlanılan zaman yanında olmuş Şahid6lə birlikdə real olaraq istifadə etmələrinə, eləcə də həmin narkotik vasitələrdən sonuncuya verməsi faktı təsdiq edilməmişdir. Təqsirləndirilən şəxs əvvəllər digər tanışı ünvan 1 ünvanda qeydiyyatda olmaqla. Ucar şəhəri, Oğuz küçəsi, bina 11, mənzil 2 ünvanda yaşayan X4 bir neçə dəfə narkotik vasitə verməsinə dair məlmallar əldə edilsə də, lakin konkret olaraq nə vaxt və hansı növ narkotik vasitə verməsinə dair məlumat əldə edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına, yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitələri satış məqsədi ilə saxlamasına dair məlumatlar əldə edilsə də, sonuncunu konkret kimlərə narkotik vasitə satmasını, aşkar edilmiş narkotik vasitələri kimə satmaq niyyətində olması ilə bağlı hər hansı bir məlumat əldə edilməmişdir. Şahid6 05 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvana həyətdə bərə qazmaq məqsədi ilə gəlməsi müəyyən olunsa da, sonuncunun yatdıqları otaqda narkotik vasitələrin və metamfetamin psixotrop maddənin saxlamasından xəbərinin olub-olmaması ilə bağlı hər hansı məlumat əldə edilməmişdir. Təqsirləndirilən şəxs ilə birgə yaşayan valideynləri onun narkotik vasitə aludəçisi olmasından xəbərləri olsa da, lakin yaşadıqları evdə Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitələrin və metamfetamin psixotrop maddənin saxlanmasından xəbərləri olmamışdır. Məhkəmə istintaqında şahidlər Ucar RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2, Ucar RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid3, Ucar RPŞ-nin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili Şahid4 və Ucar RPŞ-nin PPXB-nin polis nəfəri Şahid5 Oqtay oğlu digər Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı Şahid6 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, məhkəmə iclasında ifadəsində göstərdi ki, narkotik vasitələrdən hərdənbir istifadə edir. Ucar rayonu, Əlikənd kəndində yaşayan Təqsirləndirilən şəxs onun qohumudur. Cavid ilə yaxşı münasibətləri vardır. Cavid də narkotik vasitələrdən istifadə edir. Lakin Cavid ilə birlikdə narkotik vasitə istifadə etməmişdir. Cavidin atası Elşad xəstə olduğundan və iş görə bilmədiyindən, 05 mart 2025-ci il tarixdə onu Cavidgil öz həyətlərində bərə qazmağa çağırmış, həmin tarixdə axşam saatlarında Cavidgilə gedərək haranı qazacağını dəqiqləşdirdikdən sonra, hava qaraldığı və artıq gec olduğu üçün evə qayıtmamış, Cavidin təklifi ilə orada gecələmiş və Cavidlə eyni otaqda yatmışdır. Belə ki, evin birinci mərtəbəsində yerləşən Cavidin yataq otağında əvvəlcədən yerə salınmış döşəkdə yatmış, səhər üzü hava soyuq olduğuna görə yanında olan çarpayıya keçərək orada yatmışdır. Cavid isə girişdən sağ tərəfdə yerləşən çarpayıda yatmışdır. Həmin vaxt Cavidlə narkotik vasitələrdən istifadə etməmiş və bununla bağlı aralarında heç bir söhbət belə olmamışdır. 06 mart 2025-ci il tarixdə, saat 10 radələrində Cavidin yatdığı otaqda çarpayıda yatarkən Cavid və polis əməkdaşları həmin otağa daxil olmuşlar. Polislər ona və Cavidə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda və narkotik vasitə saxlamaqda şübhəli olduqlarını bildirmiş, videoçəkilişlə üstlərinin yoxlanılacağını və yaşadıqları ünvanlara baxış keçiriləcəyini demişlər. O və Cavid buna etiraz etməmişlər. Videoçəkilişlə onlara hüquq və vəzifələri izah edilərək bildiriş təqdim edilmiş, üzərlərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya narkotik vasitə varsa, təqdim etmələri təklif olunmuşdur. O, üzərində belə əşyaların olmadığını bildirmiş, polis əməkdaşı tərəfindən üstü yoxlanılmış, üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Ardınca videoçəkilişlə Cavidə də hüquq və vəzifələri izah olunaraq, bu barədə bildiriş təqdim edilmiş, Cavid də üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya narkotik vasitə olmadığını bildirmişdir. Polis əməkdaşı tərəfindən Cavidin üzərində aparılan yoxlama zamanı da qanunsuz heç nə aşkar olunmamışdır. Sonra Cavidin yataq otağına baxış keçirilmiş, otaqdakı oturacağın üzərindən Cavidə məxsus 1 ədəd "Samsung" markalı telefon 1 ədəd kağız zərfdə qablaşdırılıb, möhürlənərək götürülmüşdür. Həmin otaqda, girişdən sağ tərəfdəki çarpayının üzərində olan, Cavid özünə məxsus qəhvəyi rəngli qolsuz gödəkçənin cibində narkotik vasitə saxladığını bildirmiş, həmin gödəkçənin sol yan cibindən 1 ədəd kibrit qutusu aşkar edilərək açılmış, içərisindən 3 ədəd “Metadon 40” həbləri və 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə qurudulmuş marixuanaya bənzər kütlə tapılmışdır. Sorğu zamanı Cavid həmin həblərin metadon, bükümdə olan maddənin isə marixuana olduğunu bildirmişdir. Həmin marixuana ilə 3 ədəd "Metadon-40” həbləri də 1 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək polis tərəfindən götürülmüşdür. Baxış zamanı, onun yatdığı döşəyin üzərindəki yastığın altından 1 ədəd şpris və 1 ədəd kağız bükümdə kristal formalı kütlə aşkar olunmuş, həmin maddə bükümdə elektron tərəzidə çəkilərək 0,19 qram olduğu müəyyən edilmiş və daha sonra 1 ədəd şiprislə birlikdə 1 ədəd kağız zərfdə qablaşdırılıb, möhürlənərək götürülmüşdür. Həmin kütlənin kimə məxsus olması ilə bağlı sual verilmiş, o, həmin maddənin ona məxsus olmadığını bildirmişdir. Əvvəlcə Cavid də həmin maddənin ona məxsus olmasını inkar etsə də, lakin sonradan həmin madənin “şüşə’', yəni metamfetamin olduğunu və özünə məxsus olduğunu etiraf elmişdir. Ardınca həmin otaqda baxış davam etdirilmiş, dolabın üzərindən 3 ədəd bank kartı tapılaraq 1 ədəd zərfdə qablaşdırılıb, möhürlənərək götürülmüş, evə baxış davam etdirilmiş, lakin evdən başqa heç bir qanunsuz əşya tapılmamışdır. Həyətyanı sahəyə baxış zamanı isə həyətdəki sanitar qovşağının tavanının sol küncündən 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan şəffaf sellofana bükülmüş 2 ədəd ağ-qızılı rəngli kağız bükümdə heroinə bənzər qəhvəyi rəngli maddələr aşkar olunmuşdur. Onlar ikisi birlikdə elektron tərəzidə çəkildikdə olduqları bükümlərlə birlikdə 0,58 qram çəkidə olduqları müəyyən edilmişdir. Həmin 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan şəffaf sellofandakı 2 ədəd ağ-qızılı rəngli kağız bükümlərdə olan həmin maddələr də imzalanmış 1 ədəd kağız, zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Bundan sonra, həyətdə Cavidin vəfat etmiş babasından qalmış köhnə evin otağındakı dolabın üstündəki sellofan paketdə "limon duzu” aşkar edilmiş, tərəzidə çəkildikdə paketlə birlikdə 8,30 qram olduğu müəyyən edilmiş və həmin maddə də 1 ədəd zərfdə qablaşdırılıb möhürlənib götürülmüşdür. Sonda onlara hər hansı bir şikayət və ya vəsatətlərinin olub-olmaması, eləcə də polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalıb- qalmamaları ilə bağlı sual verilmiş, o və Cavid hər hansı şikayət və vəsatətlərinin olmadığını bildirmişlər. Bununla da Cavidin yaşadığı ünvanda baxış yekunlaşmış və videoçəkiliş dayandırılmışdır. Daha sonra polis əməkdaşları ilə birlikdə onun yaşadığı kəndə gedilmiş, onun iştirakı ilə yaşadığı ünvana baxış keçirilmiş, lakin oradan narkotik vasitə və ya digər qanunsuz əşya aşkar olunmamışdır. Daha sonra onlar polis şöbəsinə gətirilmiş, baxışla bağlı protokollar tərtib olunaraq ucadan oxunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Ardınca Təqsirləndirilən şəxs barəsində sənədləşdirmə davam etdirilmiş, o isə izahat verdikdən sonra sərbəst buraxılmışdır. O, Cavidin narkotik vasitələrdən istifadə etdiyini bilmiş, lakin Cavidlə heç zaman birlikdə narkotik vasitələrdən istifadə etməmişdir. Həmçinin, Cavidin evdə narkotik vasitələr saxlamasını bilməmiş, bundan məlumatı olmamış və yatdığı yerdə yastığın altında Cavidin narkotik vasitə saxlamasını bilməmiş və görməmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İ cild, 50-52-ci vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin 07 mart 2025-ci il tarixli, 17/203 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yataq otağından aşkar olunmuş 4 ədəd güclü təsir edici dərman həbləri və bir büküm marixuanaya oxşar yaşıl kütlə.” yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunun içərisində olan: 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi-0,20 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixanadır. MEM-nin Şəki regional bölməsində müvafiq laboratoriya cihazı olmadığından təqdim olunmuş üzərlərində “Methadone 40” yazısı olan 02 (iki) ədəd blister kəsiklərində olan ümumlikdə 03 (üç) ədəd həblərin tədqiqatını aparmaq mümkün olmadı. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yataq otağından aşkar olan bir büküm metamfetaminə oxşar ağ kütlə.” yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki: 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi-0,094 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. 01 (bir) ədəd şprisin daxili divarlarında cüzi miqdarda heroin hissəcikləri vardır. Heroin hissəcikləri cüzi miqdarda olduğundan (normal çəki təşkil etmədiyindən) təmiz çəkisini müəyyən etmək və təqdim olunmuş heroinlərlə müqayisəli tədqiqatını (eynilik) aparmaq mümkün olmadı. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs tualetinin dam hissəsindən 2 ədəd büküm heroinə oxşar kütlə.” yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan şəffaf sellofandakı 02 (iki) ədəd qızılı-ağ rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri- 0,094 qram və 0,092 qram, ümumi çəkiləri-0,186 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs babasından qalmış hal-hazırda Cavidə məxsus evdən aşkar olunmuş ağ rəngli kristal maddə.” yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfi açdıqda, içərisindəki 01 (bir) ədəd üzərində “Limon duzu” yazısı olan sellofan paketdə, təmiz çəkisi-6,911 qram olan maddə narkotik vasitələrə və psixotrop maddələrə aid deyil. Tədqiqata təqdim olunmuş 02 (iki) ədəd kağız bükümlərdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Marixuana və heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı"na daxildir (İ siyahı). Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı"na daxildir (İ siyahı). Marixuana təmiz çəkisi 0,20 qram; tədqiqata sərf edildi - 0,02 qram, qalıq 0,18 qram, metamfetamin təmiz çəkisi 0,094 qram, tədqiqata sərf edildi - 0,020 qram, qalıq 0,074 qram, heroin təmiz çəkisi 0, 186 qram, tədqiqata sərf edildi - 0,040 qram, qalıq 0,146 qram. Narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan maddənin təmiz çəkisi 6,911 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 6,861 qram. Cinayət işinin 49-cu vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, materialların məhkəmə ekspertizası ekspertizası tədqiqatının dəyəri 103,65 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild, 187-188-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 aprel 2025-ci il tarixli, 6/1470 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində ’”...Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağından...” sözləri olan zərfdəki 3 ədəd üzərində “F/M 40" göstəricisi olan açıq-qəhvəyi rəngli dərman tabletinin əsas təsiredici maddəsi metadondur və həmin dərman tabletinin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,120 qram təşkil edir. Təqdim olunmuş tabletlər xarici əlamətlərinə (rənginə, formasına, ölçüsünə, üzərlərindəki göstəricilərə) və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Metadon həbinin sayı – 3 ədəd tablet, tədqiqata sərf edildi – 1 ədəd tablet, qalıq – 2 ədəd tablet. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild, 215-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 06 may 2025-ci il tarixli, 740 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Nаrkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild, 94-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X10 məhkəmə-tibbi ekspertizasının 07 mart 2025-ci il tarixli, 69 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində onun travma almasını göstərən obyektiv məhkəmə-tibb əlamətləri (qançır, sıyrıq, şişkinlik və s.) aşkar edilmədi. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild, 01-ci səhifəsində olan 07 mart 2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild, 11-ci və 15-ci vərəqələrində olan 06 mart 2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxslərin üstünün yoxlanılmasına və yaşayış sahəsinə, eləcə də yardımçı tikililərə baxış keçirilməsi və əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında protokollardan görünür ki, 06 mart 2025-ci il tarixdə, saat 10:20-dən saat 11:46-dək olan müddət ərzində Şahid6 üstü yoxlanılmış, yoxlama zamanı Şahid6 üstündə qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı Təqsirləndirilən şəxs üstündə qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yataq otağında stolun üstündə Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon aşkar edildi və həmin predmet iş üçün əhəmiyyət kəsb etdiyindən 1 ədəd zərfə qoyulmuş, zərfin üzəri Ucar RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 müvafiq qeydlər aparılıb bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra qablaşdırılaraq möhürlənib Ucar RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən götürülmüşdür. Daha sonra yerdə olan gödəkcənin cibindən bir ədəd kibrit qutusu aşkar edilmiş, açıldıqda həmin qutunun içərisində narkotik vasitə olan metadon 40a bənzər, üzərində “M40” yazılmış 3 ədəd istifadə edilməmiş və 1 ədəd istifadə edilmiş həb aşkar edilmiş, bundan başqa həmin kibrit qutusunun içərisində 1 ədəd bükümdə az miqdarda narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilmiş, həmin predmetlər iş üçün əhəmiyyət kəsb etdiyindən 1 ədəd zərfə qoyulmuş, zərfin üzəri Ucar RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 müvafiq qeydlər aparılıb bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra qablaşdırılaraq möhürlənib Ucar RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən götürülmüşdür. Daha sonra döşəmənin üzərində olan yastığın altından içərisində metamfetaminə bənzər kütlə və 1 ədəd istifadə edilmiş şpris olan 1 ədəd qızılı büküm aşkar edilmiş, həmin kütlə elektron tərəzi ilə çəkildikdə kütlənin çəkisinin 0,19 qram olması müəyyən olunmuş, Təqsirləndirilən şəxs həmin kütlələrin ona məxsus olduğunu bildirmiş və həmin predmetlər iş üçün əhəmiyyət kəsb etdiyindən 1 ədəd zərfə qoyulmuş, zərfin üzərində Ucar RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 müvafiq qeydlər aparılıb bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra qablaşdırılaraq möhürlənib Ucar RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən götürülmüşdür. Daha sonra otaqdakı şkafın üstündə "xxxx"a məxsus 3 ədəd plastik kart aşkar edilmiş və həmin predmetlər iş üçün əhəmiyyət kəsb etdiyindən 1 ədəd zərfə qoyulmuş, zərfin üzərində Ucar RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 müvafiq qeydlər aparılıb bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra qablaşdırılaraq möhürlənib Ucar RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmiş, həyətdəki sanitar qovşağa baxıldıqda qovşağın tavan hissəsində fanerin sınıq olduğu həmin sınıq hissəsində 1 ədəd kağız büküm gizlədildiyi aşkar edilmiş, kağız büküm açıldıqda onun içərisində 1 ədəd siqaret sellofanında (cığarasında) olan büküm aşkar edilmiş, həmin sellofan qayçı ilə kəsildikdə içərisində 2 ədəd siqaret qızılı kağızında büküm olduğu müəyyən olunmuş, bükümlər açıldıqda isə onun içərisində heroinə bənzər kütlələr olduğu müəyyən olunmuşdur. Həmin kütlə elektron tərəzi ilə çəkildikdə kütlənin çəkisinin 0,58 qram olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs heroinə bənzər həmin kütlələrin ona məxsus olduğunu bildirmiş, bundan sonra aşkar olunmuş həmin kütlələr iş üçün əhəmiyyət kəsb etdiyindən 1 ədəd zərfə qoyulmuş, zərfin üzərində Ucar RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 müvafiq qeydlər aparılıb bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra qablaşdırılaraq möhürlənib Ucar RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən götürülmüşdür. Daha sonra həyətdəki digər yaşayış olmayan, Təqsirləndirilən şəxs babasından miras qalmış evə baxış keçirilmiş, baxış zamanı şkafın üstünə qoyulmuş fotoşəkilin arxasında 1 ədəd paketdə gizlədilmiş metamfetaminə bənzər kütlə aşkar edilmiş, həmin kütlə elektron tərəzi ilə çəkildikdə kütlənin çəkisinin 8,30 qram olması müəyyən olunmuşdur. Bundan sonra aşkar olunmuş həmin kütlə iş üçün əhəmiyyət kəsb etdiyindən 1 ədəd zərfə qoyulmuş, zərfin üzərində Ucar RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 müvafiq qeydlər aparılıb bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra qablaşdırılaraq möhürlənib Ucar RPŞnin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxslərin üstünün yoxlanılmasına və yaşayış sahəsinə, eləcə də yardımçı tikililərə baxış keçirilməsi və əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi zamanı “Sony” və “Panasonic” markalı aparatlardan istifadə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild, 17-ci vərəqəsində olan 06 mart 2025-ci il tarixli şübhəli şəxs kimi tutma haqqında qərardan, eləcə də 31-ci vərəqəsindəki eyni tarixli cinayəti törətməkdə şübhəli olan şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 15:40-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild, 61-62-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 07 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittihamın elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild, 85-90-cı vərəqələrində olan Ucar Rayon Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 4(063)-10/2025 nömrəli qərarında görünür ki, təqsirləndirilən şəxs-xx xxxx 1994-cü ildə Ucar rayonu, Əlikənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Ucar rayonu, Əlikənd kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu vaxtdan, yəni 06 mart 2025-ci il tarixdən hesab edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin cild İ 194-196 və İİ cild 1-28-cı vərəqələrində olan Ucar RPŞ-nin İB-nin müstəntiqinin müvafiq olaraq 04 may 2025-ci il tarixli maddi sübut kimi tanınma, eləcə də 09 may 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs 07 may 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə yenidən elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq Ucar rayon prokurorluğuna göndərilmiş, 2025-ci ilin fevral ayında tanışı X4 bir neçə dəfə əvəzsiz olaraq metamfetamin və marixuana verməsi xüsusatı üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsi, X3 barəsində isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş və bu barədə materiallar ayrılıb Ucar rayon prokurorluğuna göndərilmiş, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefona baxış keçirilərkən “Vatsap” proqramında kontaktlar siyahısında + 98 914 *** ** ** nömrə altında qeyd olunan “Reza” adlı kontaktla arasında əks olunmuş yazışmalardakı 21 saniyəlik video və fotoşəkillərdə aşkar edilmiş kütlələrin narkotik vasitə və yaxud psixotrop maddə olması, yəni onların tərkibi və çəkisi müəyyən olunmadığından, eləcə də həmin kütlələr narkotik vasitə və yaxud psixotrop maddə olmuşdursa belə Təqsirləndirilən şəxs onları konkret olaraq harada və nə vaxt əldə etməsi müəyyən edilmədiyindən həmin epizod üzrə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid6 barəsində Azərbaycan Respublikası CM-nin 307.1 və 234.4.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq Ucar rayon prokuroluğuna göndərilmiş, X6 və X1 barəsində Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilsin və bu barədə material ayrılaraq Ucar rayon prokuroluğuna göndərilmiş, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş 1 ədəd kağız zərfdə qablaşdırılmış 01 (bir) ədəd kibrit qutusunda olan 2 ədəd blisterdə təsir maddəsinin ümumi miqdarı 0,120 qram təşkil edən cəmi 3 ədəd “Metadon 40” həblərinin və 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,20 qram olan marixuananın iş üzrə maddi sübut kimi tanınması, marixuananın 0,02 qram hissəsinin, metadon həbinin isə 1 ədədinin tədqiqata sərf edilməsi, tədqiqatdan sonra uyğun olaraq 0,18 qram çəkidə qalmış marixuana və 2 ədəd metadon həblərinin 1 ədəd kağız paketdə qablaşdırılıb saxlanılmasından ötrü Ucar RPŞnin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş 1 ədəd kağız zərfdə qablaşdırılmış 01 ədəd üzərində “Limon duzu” yazısı olan sellofan paketdə, təmiz çəkisi 6,911 qram olan narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan maddənin maddi sübut kimi tanınması, 0,050 qram hissəsinin tədqiqata sərf edilməsi, tədqiqatdan sonra 6,861 qram çəkidə qalmış maddənin (01) bir ədəd kağız paketdə qablaşdırılıb saxlanılmasından ötrü Ucar RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmış, 01 ədəd kağız zərfdə qablaşdırılmış 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi – 0,094 qram olmuş psixotrop maddə metamfetaminin yanında aşkar edilmiş 1 ədəd istifadə edilmiş şprisin maddi sübut kimi tanınması və həmin metamfetaminlə (01) bir ədəd kağız paketdə qablaşdırlıb saxlanılmasından ötrü Ucar RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmış, 06 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üstünün yoxlanılması və yaşadığı ünvana keçirilmiş baxışın videogörüntülərinin köçürüldüyü 01 (bir) ədəd Kompakt Diskin cinayət işi üzrə 09 mart 2025-ci il tarixli qərarla maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmış, 06 mart 2025ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvana keçirilmiş baxış zamanı götürülmüş “Samsung A22” markalı telefonun 12 aprel 2025-ci il tarixli qərarla cinayət işi üzrə maddi sübut kimi tanınması və 1 ədəd kağız zərfdə qablaşdırılaraq saxlanılması üçün Ucar RPŞnin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs yaşadığı ünvana videoçəkilişlə baxış keçirilərkən "xxxx" ASC-yə aid 3 ədəd **********211975, **********993082 və **********234017 nömrəli bank kartlarının 11 aprel 2025-ci il tarixli qəbzlə anası X2 təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş 1 ədəd kağız zərfdə qablaşdırılmış 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi–0,094 qram olan psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış, metamfetaminin 0,020 qram hissəsinin tədqiqata sərf edilməsi nəzərə alınsın, tədqiqatdan sonra 0,074 qram çəkidə qalmış metamfetamin və yanında olmuş 1 ədəd istifadə edilmiş şpris (01) bir ədəd kağız paketdə qablaşdırılıb saxlanılmasından ötrü Ucar RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş 1 ədəd kağız zərfdə qablaşdırılmış (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan şəffaf sellofandakı 02 (iki) ədəd qızılı-ağ rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri- 0,094 qram və 0,092 qram, ümumi çəkiləri - 0,186 qram olan–heroin iş üzrə maddi sübut kimi tanınmış, heroinlərin hər birindən 0,020 qram olmaqla cəmi 0,040 qramının tədqiqata sərf edilməsi nəzərə alınmış, tədqiqatdan sonra 0,146 qram çəkidə qalmış heroinlər (01) bir ədəd kağız paketdə qablaşdırılıb saxlanılmasından ötrü Ucar RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş Ucar Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli 1(063)-9/2023 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökmdən narazı qalan Təqsirləndirilən şəxs apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, 1(107)-242/2023 saylı qərarından görünür ki, verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Ucar Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli 1(063)- 9/2023 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild, 175-176 və 211-214-cü səhifələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 28 aprel 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Ucar Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 7(010)-431/2024 saylı qərarı ilə azadlıqdan məhrum etmə növündə cəzasının çəkilməmiş 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) günlük hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməyən şəxs hesab edilir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild, 174-cü vərəqəsində olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Ucar rayon mərkəzi xəstəxanası” X15 tərəfindən 22 aprel 2025-ci il tarixli, 18-1-77/2-489/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ucar RMX PHŞ-nın poliklinika şöbəsinin narkoloji kabinetində “heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyi” diaqnozu ilə qeydiyyata götürülmüşdür. Təqsirləndirilən şəxs Ucar RMX-nın poliklinika şöbəsinin ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild, 199-200-cü vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, Ucar rayonu, Əlikənd kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində Ucar Rayon İcra Hakimiyyəti Başçısının Əlikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edib, saxlama cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Bununla da, qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində qeydiyyatda olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanına heç bir şikayət və ərizənin daxil olmamasını Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Bu Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Qeyd olunan Məcəllənin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Bu Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının İ bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Bu Qərarın İİ bəndinin V yarımbəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, satış məqsədi ilə xeyli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edərək yaşadığı evdə saxlamasını, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, Təqsirləndirilən şəxs şəxsiyyətini, yəni kannabinoidlərin qəbulu nəticəsində narkomaniya xəstəliyindən əziyyət çəkməklə, narkotik vasitə aludəçisi olmasını, ictimai faydalı işlə məşğul olmamasını, əvvəllər eyni və mülkiyyət əleyhinə kateqoriyadan olan əməllərə görə məhkum olunmasına baxmayaraq, tərəfindən yenidən qəsdən cinayət əməlinin törədilməsini, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə yenidən eyni və ya başqa kateqoriyadan olan cinayət əməli törətməsinə, eləcə də bununla əlaqədar hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, həmçinin cəzasını ağırlaşdıran halın mövcud olmasını, yəni Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilmədən eyni kateqoriyadan cinayət əməlinin qəsdən törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını və onun Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli qərarı ilə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq, hüquqazidd əməllərini son zamanlara qədər davam etdirməsini, islah olunmamasını, yeni cinayət törətməyə meylliyini, bununla belə, barəsində yuxarıda sadalanan yüngülləşdirici halın olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarından görünür ki, sınaq müddəti ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Həmin müddət ərzində məhkum tərəfindən yeni cinayət əməlinin törədilməsi müvafiq əsaslar olduqda, cinayət qanununun tələblərinə uyğun şəxs barəsində şərti məhkumetmənin ləğv edilməsi və ona Cinayət Məcəlləsinin 67-ci maddəsi ilə hökmlərin məcmusu üzrə cəza təyin edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinin İ və İV hissələrinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Cinayət Məcəlləsinin yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli qərarı ilə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə o, cəzanın çəkilməmiş hissəsi ərzində qəsdən az ağır cinayət törətdiyinə görə ləğv edilməli və əvvəlki hökm ilə təyin edilmiş və çəkilməmiş 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası yeni hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, qəti cəza müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 06 mart 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan və Ucar RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş, qalıq çəkisi 0,18 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana və qalıq çəkisi 0,146 qram təşkil edən heroin, qalıq çəkisi 0,074 qram təşkil edən psixotrop maddə metamfetamin, 2 ədəd qalıq qalmış metadon həbləri və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan qalıq çəkisi 6,861 qram təşkil edən maddə məhv edilməli, 06 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvana keçirilmiş baxış zamanı götürülmüş və maddi sübut kimi tanınaraq saxlanılması üçün Ucar RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş “Samsung A22” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalı, Təqsirləndirilən şəxs yaşadığı ünvana videoçəkilişlə baxış keçirilərkən "xxxx" ASC-yə aid 3 ədəd **********211975, **********993082 və **********234017 nömrəli bank kartlarının 11 aprel 2025-ci il tarixli qəbzlə anası X2 təhvil verilməsi nəzərə alınmalı, Təqsirləndirilən şəxs üzərinin yoxlanılması və yaşadığı evə baxış keçirilməsinin görüntülərinin əks olunduğu 02 ədəd disk, eləcə də DİN-in BİKİ-dən daxil olmuş 01 ədəd disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən cəmi 184,65 (bir yüz səksən dörd manat altmış beş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 7(010)-431/2024 saylı qərarı ilə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə Azərbaycan Respublikası CM-in 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Ucar Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 1(063)-9/2023 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası yeni hökm üzrə təyin olunmuş cəza ilə qismən birləşdirilərək, ona qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 06 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Ucar RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş, qalıq çəkisi 0,18 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana və qalıq çəkisi 0,146 qram təşkil edən heroin, qalıq çəkisi 0,074 qram təşkil edən psixotrop maddə metamfetamin, 2 ədəd qalıq qalmış metadon həbləri və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan qalıq çəkisi 6,861 qram təşkil edən maddə məhv edilsin. 06 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvana keçirilmiş baxış zamanı götürülmüş və maddi sübut kimi tanınaraq saxlanılması üçün Ucar RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş “Samsung A22” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvana videoçəkilişlə baxış keçirilərkən "xxxx" ASC-yə aid 3 ədəd **********211975, **********993082 və **********234017 nömrəli bank kartlarının 11 aprel 2025-ci il tarixli qəbzlə anası X2 təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs üzərinin yoxlanılması və yaşadığı evə baxış keçirilməsinin görüntülərinin əks olunduğu 02 ədəd disk, eləcə də DİN-in BİKİ-dən daxil olmuş 01 ədəd disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 184,65 (bir yüz səksən dörd manat altmış beş qəpik) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar