Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-49/2024 12.07.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və müdafiəçi-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1971-ci ildə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-nin X12 Filialının Ucar müştəri xidmətləri şöbəsində poçtalyon işləyən, Ucar şəhəri, X15 küçəsi, ev 24-də qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Rrespublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ siyahısı ilə müəyyən edilmiş xeyli miqdarda, yəni 148,93 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi olmadan əldə edib üzərində daşıyaraq yaşadığı ünvanda saxlamış, 04 aprel 2024-cü il tarixdə, saat 20 radələrində Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Ucar şəhəri, X15 küçəsi, ev 24 ünvanına keçirilmiş baxış zamanı evin həyətyanı sahəsində olan stulun içərisində gizlədilmiş 1 ədəd göy rəngli sellofan torbanın içərisində satış məqsədi olmadan qanunsuz əldə edib üzərində daşıyaraq yaşadığı ünvanda saxladığı xeyli miqdarda, yəni 148,93 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Buna görə də, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər məhkum olunmamış, habelə narkotik vasitə olan marixuanadan istifadə etmiş, başqa növ narkotik vasitə istifadə etməmişdir. Təxminən 2024-cü ilin mart ayının əvvələrində dəqiq tarixini xatırlamadığı gündə yaşadığı küçədə piyada gedərkən 1 ədəd göy rəngli sellofan paketdə qurudulmuş marixuana tapmış və həmin marixuanadan təxminən 5-6 dəfə özü tək istifadə edərək onu tapdığı sellofanda yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində olan istifadəsiz stolun içərisinə qoyub orada saxlamış, istifadə etmək istəyəndə isə oradan götürüb hissə-hissə istifadə etmişdir. Yaşadığı fərdi yaşayış evində narkotik vasitə olan marixuana saxlamasından heç kimin xəbəri və məlumatı olmamışdır. 04 aprel 2024-cü il tarixdə, saat 20 radələrində yaşadığı evin yaxınında piyada gedərkən bir neçə nəfər yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda, narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmiş və ona yaşadığı evə baxış keçiriləcəyini söyləmişlər. O, heç bir etirazı olmadığını bildirmiş və təxminən 15 dəqiqə polislərlə yaşadığı evin yanında gözlədikdən sonra müstəntiq həmin yerə gəldikdə polis əməkdaşları müstəntiqə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağında, konkret olaraq yaşadığı evdə və üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmişlər. Müstəntiq ona yaşadığı ünvana videoçəkilişlə baxış, eləcə də üzərinə şəxsi axtarış keçiriləcəyini bildirərək buna etirazı olub-olmadığını soruşmuşdur. O isə narkotik vasitələrdən istifadə etdiyini etiraf edərək yaşadığı evə və evin həyətinə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş, eyni zamanda bu barədə ərizə yazmışdır. Bundan sonra videoşəkilişlə baxış keçirilməsinə başlanılmış və baxış zamanı yaşadığı ünvanda narkotik vasitə olduğu halda təqdim etməsi təklif olunmuşdur. İlk olaraq küçədəki dəmir qapıdan yaşadığı evin həyətinə daxil olmuşlar. Həyətdə əvvəlcə qarşıda olan fərdi yaşayış evinin sağ tərəfinə yaxınlaşaraq orada olan üst-üstə qoyduğu istifadəsiz stulları göstərib narkotik vasitənin orada olduğunu bildirmişdir. Daha sonra əməliyyat müvəkkili tərəfindən həmin yerə baxış keçirilmiş, baxış zamanı oradan 1 ədəd göy rəngli sellofanda narkotik vasitə olan marixuana aşkar edilmişdir. Şifahi sorğu zamanı həmin kütlənin özünə aid olduğunu bildirmişdir. Həmçinin, evin həyətyanı sahəsində olan yarımtikililərə baxış keçirilmiş, baxış zamanı həmin yerlərdə qanunla qadağan olunmuş əlavə əşya və ya predmet aşkar edilməmişdir. Evin birinci mərtəbəsində olan otaqlara, həmçinin mətbəxə baxış keçirilmiş, lakin, həmin yerlərdən də qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Baxış üçün polis əməkdaşları ilə birlikdə evin ikinci mərtəbəsinə çıxmışlar. Həmin mərtəbədə yerləşən evin salonuna, həmçinin yataq otaqlarına baxış keçirilmiş, baxış zamanı həmin otaqlardan da qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra yaşadığı evin həyətyanı sahəsindən aşkar olunmuş 1 ədəd sellofandakı narkotik vasitə olan marixuana qablaşdırılaraq götürülmüşdür. Qablaşdırılmazdan əvvəl ağ rəgli kağızın üzərinə o və bütün digər baxış iştirakçıları tərəfindən imza edildikdən sonra həmin kağız sellofanın üzərində yapışdırılmışdır. Bundan sonra baxış prosesi müstəntiq tərəfindən yekunlaşdırılmışdır. Daha sonra üzərində şəxsi axtarış keçirilməsi məqsədilə polis əməkdaşları ilə birlikdə Ucar Rayon Polis Şöbəsinə getmişlər. Ucar Rayon Polis Şöbsəsinə getməzdən əvvəl əynində olan qırmızı rəngli, qısa qollu gödəkçə yararsız halda olduğu üçün onu çıxararaq əvəzində qara rəngli, qısa qollu gödəkçə geyinmişdir. Polis şöbəsində dərhal vəkil dəvət olunaraq dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah olunduqdan sonra şübhəli şəxs qismində tutulması barədə qərar təqdim olunmuşdur. Bundan sonra şifahi olaraq videoçəklişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, bununla bağlı hər hansı etirazının olub-olmadığı soruşulmuşdur. O, heç bir etirazının olmadığını bildirmiş və bundan sonra polis şöbəsinin növbətçi hissəsində ona videoçəkilişlə bir daha hüquq və vəzifələri izah olunaraq üzərində narkotik vasitələr, eləcə də, cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməsi təklif olunmuşdur. O, əynində olan qısa qollu gödəkçənin qabaq sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu, sol üst cibindən 1 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq, 1 ədəd 5 manatlıq və 5 ədəd 1 manatlıq pul əskinasları formasında olmaqla, ümumilikdə 40 manat məbləğində pulu, sol yan cibindən 1 ədəd siqaret qutusunu, əynində olan boz rəngli şalvarın sol cibindən iki kommunal kart və kağızları masanın üzərinə qoymuşdur. Həmin əşyalara əməliyyat müvəkkili tərəfindən baxış keçirilmiş və orada qanunla qadağan olunmuş əşya və ya predmetlər aşkar olunmamışdır. Daha sonra müstəntiqin göstərişinə əsasən əməliyyat müvəkkili tərəfindən üzərində şəxsi axtarış keçirilməsi davam etdirilmiş və bu zaman əynində olan qara rəngli qısa qollu gödəkçənin qabaq sağ yan cibindən 1 ədəd siqaret qutusu, 1 ədəd kağız və 1 ədəd boş kibrit qutusu aşkar olunmuşdur. Daha sonra şəxsi axtarış davam etdirilsə də üzərində qanunla qadağan edilmiş əşya və ya predmetlər aşkar olunmamışdır. Bundan sonra aşkar olunmuş qanunla qadağan olunmayan predmetlər özünə qaytarılmışdır. Daha sonra aşkar olunmuş 1 ədəd “Samsung” markalı mobil telefonun qablaşdırılmasına başlanılmışdır. Müstəntiq tərəfindən 1 ədəd ağ rəngli zərfin üzəri yazılmış, o və bütün digər iştirakçılar həmin zərfin üzərində imza etmişlər. Bu zaman texniki nasazlıq yarandığından çəkiliş dayanmış, dərhal yaranmış texniki nasazlıq aradan qaldırılmaqla çəkiliş bərpa olunmuş və bu barədə iştirakçılara bildirilmişdir. O və digər iştirakçılardan heç biri bununla bağlı etiraz etməmişlər. Müstəntiq aşkar olunmuş “Samsung” markalı mobil telefonu 1 ədəd ağ rəngli zərfin içərisinə qoymuş, zərfin üzəri möhürlənərək götürülmüşdür. Daha sonra müdafiəçi ondan polis şöbəsində olarkən təzyiq göstərilib-göstərilmədiyini soruşmuş, o da heç bir təzyiq göstərilmədiyini bildirmişdir. Bundan sonra şəxsi axtarış prosesi müstəntiq tərəfindən yekunlaşdırılmışdır. Əvvəllər hər hansı ruhi-əsəb və psixi xəstəliyi olmamışdır. Yaşadığı ünvana baxış keçirilərkən, üzərinizdə şəxsi axtarış aparılarkən, eləcə də Ucar Rayon Polis Şöbəsində izahat və ifadə verərkən ona qarşı hər hansı fiziki və ya psixi zor və yaxud da zor tətbiqi hədəsi edilməmişdir. Yaşadığı ünvanda narkotik vasitə saxlamasından ailə üzvlərinin xəbəri olmamışdır. Məhkəmədən törətdiyi əməli etiraf etməsini, törətdiyi əmələ görə peşiman olmasını, əvvəllər məhkum olunmamasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, himayəsində ikinci qrup əlil və azyaşlı uşağının olmasını, yaşayış və iş yerindən müsbət xarakterizə olunmasını yüngülləşdirən hallar kimi nəzərə alıb ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspert rəyləri, eləcə də iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ucar Rayon Polis Şöbəsinin CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Ucar şəhəri, X15 küçəsi, ev 24 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu və yaşadığı ünvanda narkotik vasitə saxlaması barədə Ucar Rayon Polis Şöbəsinin CAB-a 04 aprel 2024-cü il tarixdə əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün Ucar Rayon Polis Şöbəsinin NMQ-nin baş əməliyyat müvəkkili Səməd Əliyev tərəfindən protokol yazılmaqla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar tərtib olunmuş, rayon polis şöbəsinin rəisinin imzası ilə qərar təsdiq edilmiş və təlimatlandırılma keçirilmişdir. Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsindən ötrü əməliyyat qrupu yaradılmışdır. Bundan sonra o və Ucar Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili Şahid2 qrupun tərkibinə daxil edilməklə keçiriləcək tədbirlə bağlı təlimatlandırılmışdır. Faktla bağlı araşdırma aparılması Ucar Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi X4 həvalə olunmuşdur. 04 aprel 2024-cü il tarixdə, saat təxminən 20 radələrində birlikdə Ucar şəhəri, X15 küçəsini müşahidəyə götürmüşlər. Bir qədər sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanın yaxınlığında piyada gəzdiyini görmüş, ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində və yaşadığı ünvanda narkotik vasitələr saxlamaqda şübhəli olduğunu və yaşadığı ünvana baxış keçirilməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs buna heç bir etiraz etməmişdir. X7 dəvət olunmuş və Təqsirləndirilən şəxs yaşadığı ünvana videoçəkilişdən istifadə olunmaqla baxış keçirilməsinə başlanılmışdır. Baxış keçirilməsinə başlamazdan əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquq, vəzifələri və müdafiə hüquqları izah olunmaqla ona bu barədə məlumat verilmiş və bildiriş təqdim olunmuşdur. Baxışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs baxış keçirilməsinə etirazının olmadığını bildirərək bununla bağlı ərizəni təqdim etmişdir. Müstəntiq tərəfindən Təqsirləndirilən şəxs həmin ünvanda qanunla qadağan olunmuş əşya və predmet saxlayıb-saxlamadığı barədə soruşulmuşdur. Təqsirləndirilən şəxs “bir balaca özüm üçün belə də çəkməyə” deyərək iştirakçıları həmin predmeti təqdim etmək üçün yaşadığı ünvana dəvət etmişdir. Təqsirləndirilən şəxs həyətə girdikdən sonra irəli sağ tərəfə gedərək həyətyanı sahədə olan stulun oturacaq yerini göstərərək “burda olmalıdı” deyə bildirmişdir. Bundan sonra onun tərəfindən stula baxış keçirilmiş və baxış zamanı orada 1 ədəd göy rəngli sellofan aşkar olunmuşdur. Həmin sellofan açılmazdan əvvəl keçirilmiş şifahi sorğu zamanı Təqsirləndirilən şəxs sellofan bükülünün içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olmasını bildirmişdir. Bundan sonra onun tərəfindən həmin bükülü açılmış və bu zaman bükülünün içərisində yaşıl rəngli, spesifik iyi olan, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunla qadağan edilmiş əşya və ya predmetlərin olub-olmadığı soruşulmuşdur. Təqsirləndirilən şəxs yaşadığı ünvanda və həyətyanı sahəsində əlavə qanunla qadağan olunmuş əşya və ya predmetlərin olmadığını bildirdikdən sonra müstəntiqin göstərişi əsasında onun tərəfindən evin həyətyanı sahəsinə baxış keçirilməsi davam etdirilmiş və bu zaman oradan qanunla qadağan edilmiş əlavə əşya və ya predmetlər aşkar olunmamışdır. Həyətyanı sahəyə baxış keçirilməsi yekunlaşdırıldıqdan sonra evin birinci mərtəbəsinə baxış keçirilmiş və oradan da qanunla qadağan edilmiş əşya və ya predmetlər aşkar olunmamışdır. Daha sonra evin ikinci mərtəbəsində baxış keçirilmiş və oradan da qanunla qadağan edilmiş əşya və ya predmetlər aşkar olunmamışdır. Daha sonra X7 tərəfindən evin həyətyanı sahəsində Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd göy rəngli sellofan bükülünün qablaşdırılmasına başlanılmışdır. 1 ədəd A 4 formalı kağızın üzərində iştirakçıların ad və soyadı yazılmış, bütün iştirakçılar həmin ağ kağızın üzərində imza etdikdən sonra qeyd olunan kağız yapışqan lent vasitəsilə Ucar Rayon Polis Şöbəsinin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhüründən istifadə olunmaqla sellofanın üzərinə yapışdırılmış və həmin bükülü götürülmüş, bundan sonra baxış yekunlaşdırılmışdır. Baxış zamanı Ucar Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili Şahid2 tərəfindən “Panasonic” markalı videokamera ilə videoçəkilişdən istifadə olunmuşdur. Baxış yekunlaşdırıldıqdan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi üçün Ucar Rayon Polis Şöbəsinə getmişlər. Ucar Rayon Polis Şöbəsinə getməzdən əvvəl Təqsirləndirilən şəxs əynində olan qırmızı rəngli, qısa qollu gödəkçə yararsız halda olduğu üçün onu çıxararaq əvəzində qara rəngli, qısa qollu gödəkçə geyinmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ izah olunaraq axtarış zamanı müdafiəçi X3 iştirakının təmin edilməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə keçiriləcək şəxsi axtarış zamanı Müdafiəçi iştirak etməsini istədiyini bildirmişdir. Şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs müdafiə hüquqları izah olunmaqla bu barədə müvafiq bildiriş təqdim olunmuşdur. Bildiriş Təqsirləndirilən şəxs tərəfindən imzalanmaqla götürüldükdən sonra şəxsi axtarışın keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan edilmiş predmeti təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya və ya predmetlərin olmadığını bildirmiş və əynində olan qısa qollu gödəkçənin qabaq sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu, sol üst cibindən 1 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq, 1 ədəd 5 manatlıq və 5 ədəd 1 manatlıq pul əskinasları formasında olmaqla, ümumilikdə 40 manat məbləğində pulu, sol yan cibindən 1 ədəd siqaret qutusunu, əynində olan boz rəngli şalvarın sol cibindən iki kommunal kart və kağızları masanın üzərinə qoymuşdur. Həmin əşyalara onun tərəfindən baxış keçirilmiş və orada qanunla qadağan olunmuş əşya və ya predmetlər aşkar olunmamışdır. Daha sonra müstəntiqin göstərişinə əsasən, onun tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi davam etdirilmiş və bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli qısa qollu gödəkçənin qabaq sağ yan cibindən 1 ədəd siqaret qutusu, 1 ədəd kağız və 1 ədəd boş kibrit qutusu aşkar olunmuşdur. Daha sonra şəxsi axtarış davam etdirilsə də, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya və ya predmetlər aşkar olunmamışdır. Bundan sonra aşkar olunmuş qanunla qadağan olunmayan predmetlər Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Həmçinin, Təqsirləndirilən şəxs aşkar olunmuş 1 ədəd “Samsung” markalı mobil telefonun qablaşdırılmasına başlanılmışdır. Müstəntiq tərəfindən 1 ədəd ağ rəngli zərfin üzəri yazılmış və iştirakçılar həmçinin zərfin üzərində imza etmişlər. Bu zaman çəklilişdə texniki nasazlıq yaranmış və çəkiliş dayanmışdır. Dərhal yaranmış texniki nasazlıq aradan qaldırılmaqla, çəkiliş bərpa olunmuş və müstəntiq tərəfindən bu barədə iştirakçılara bildirilmişdir. O və iştirakçılardan heç biri bununla bağlı etiraz etməmişlər. Müstəntiq tərəfindən 1 ədəd “Samsung” markalı mobil telefon 1 ədəd ağ rəngli zərfin içərisinə qoyulmuş, zərfin üzəri Ucar Rayon Polis Şöbəsinin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhüründən istifadə olunmaqla möhürlənərək götürülmüşdür. Daha sonra müdafiəçi, Təqsirləndirilən şəxs polis şöbəsində olarkən ona təzyiq göstərilib-göstərilmədiyini soruşmuş və Təqsirləndirilən şəxs ona heç bir təzyiq göstərilmədiyini, narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi yekunlaşdırılmışdır. Şəxsi axtarış zamanı Ucar Rayon Polis Şöbəsinin növbətçi hissəsinin məsul növbətçisi Aqil Zeynalov tərəfindən “Panasonic” markalı videokamera ilə videoçəkiliş olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 da şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar ifadə verdi. Cinayət işində olan məhkəmə-bioloji ekspertizasının 05 aprel 2024-cü il tarixli, 3-16- 16-2-17/343 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqədə “Təqsirləndirilən şəxs yaşadığı ünvanda aşkar olunmuş kütlə....” sözləri, adlar və imzalar yazılmış 01(bir) ədəd sellofan bağlamanın içərisindəki, təmiz çəkisi-148,93 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının 22 may 2024-cü il tarixli, 873 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirildiyi üçün o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan Ucar Rayon İcra Hakimiyyəti başçısının Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 13 may 2024-cü il tarixli, 5-80-11/2-961/2024 nömrəli arayışdan və doğum haqqında şəhadətnamələrin lazımı qaydada təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 28 may 2008-ci ildə doğulmuş X8 və 27 may 2010-ci ildə doğulmuş X9 adlı iki uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinyə dair məlumatdan görünür ki, 27 may 2010-ci ildə doğulmuş X8 “hidrosefaliya, uşaq serebral iflici, aşağı ətraflarda paraplegiya” diaqnozu ilə əlildir, sağlamlıq imkanları məhdud uşaqdır. Cinayət işində olan Ucar Rayon İcra Hakimiyyəti başçısının Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi və "xxxx" MMC-nin X12 Filialının rəisi tərəfindən verilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs yaşayış və iş yerlərindən müsbət xarakterizə olunur. CM-in 58.3-cü mаddəsində nəzərdə tutulmuşdur ki, cəzа təyin еdilərkən törədilmiş cinаyətin хаrаktеri və ictimаi təhlükəlilik dərəcəsi, təqsirkаrın şəхsiyyəti, о cümlədən cəzаnı yüngülləşdirən və аğırlаşdırаn hаllаr, hаbеlə təyin оlunmuş cəzаnın şəхsin islаh оlunmаsınа və оnun аiləsinin həyаt şərаitinə təsiri nəzərə аlınır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, himayəsində olan azyaşlı uşağının sağlamlıq imkanlarının məhdud olmasını, iş və yaşayış yerindən müsbət xarakterizə olunmasını, təqsirini etiraf etməsini və törətdiyi əmələ görə səmimi peşmançılıq çəkməsini CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə yuxarıda qeyd edilən cəzanın yüngülləşdirən halların məcmusunu, təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə təyin oluncaq cəzanın şəxsin islah olunması və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırda Ucar şəhəri, X15 küçəsi, ev 24-də yaşayır. Məhkəmə hesab edir ki, CM-in 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Ucar rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin olunacaq azadlığın mədudlaşdırılması cəzasının müddətinin əvvəlini məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını qanuni və əsaslı hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04 aprel 2024-cü il tarixdə, saat 22:14-də şübhəli şəxs qismində tutulmuş, 06 aprel 2024-cü il tarixdə CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin gün saat 15:00-da barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə Ucar Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerindən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində qəti cəza CM-in 69.3-cü maddəsində nəzərdə tutulmuş qaydalar üzrə təyin edilməlidir. CM-in 69.3-cü maddəsində göstərilir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu 2 (iki) gün müddət ona cəza təyin edilərkən nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniya üzrə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin еdilir. Hazırkı cinayət işi üzrə müvafiq ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə, CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 148,83 qram çəkidə olan narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi, onun barəsində narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməsi və narkoloji kabinetdə qeydiyyata alınması, hökmün məhkəmə məsrəfinin (ekspertiza xərcinin) təqsirləndirilən şəxsdən tutulması və maddi sübutun-narkotik vasitə olan qurudulmuş marixuananın məhv edilməsi hissəsində icra edilməsi Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 236 (iki yüz otuz altı) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə həbsdə olduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması cəzasının müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Ucar rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Ucar şəhəri, X15 küçəsi, ev 24 ünvanında yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 148,83 qram çəkidə olan narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi, onun barəsində narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməsi və narkoloji kabinetdə qeydiyyata alınması, hökmün məhkəmə məsrəfinin (ekspertiza xərcinin) təqsirləndirilən şəxsdən tutulması və maddi sübutun-narkotik vasitə olan qurudulmuş marixuananın məhv edilməsi hissəsində icra edilməsi Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 236 (iki yüz otuz altı) manat məbləğində pul ödənilsin. Hökmdən elan edildiyi vaxtdan 20 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №1(063)-49/2024
Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-49/2024
12.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver