Məhkəmə qərarları › İş №1(063)-5/2024

Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-5/2024

21.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-5/2024 21.06.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1993-cü ildə Ağdam rayonu, Əfətli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş, Ağdam rayonu, Maqsudlu kəndində qeydiyyatda olmaqla Ağdam rayonu, Əfətli kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 177.2.2, 177.2.3, 177.2.4 və 234.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, o, özgənin əmlakını gizli yolla talamaq məqsədilə 04 yanvar 2023-cü il tarixdə, saat 01 radələrində ünvan 1 ünvanda yerləşən “Spar” marketin arxa qapısının kilidini sındırmaqla qanunsuz saxlanc yerinə daxil olaraq müqavilə əsasında quraşdırılmış və fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan İD-848 saylı, “еМаnаt” ödəmə terminalının üz hissəsini, qapı kilidini dəmir parçası ilə sındıraraq terminalın içəri hissəsində yerləşən pul kassetinin içərisindəki 1719 manat pulu gizli yolla talayıb, zərərçəkmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə 08 yanvar 2023-cü il tarixdə, saat 01 radələrində Sumqayıt şəhəri, 1-ci mikrorayon, 1A ünvanında yerləşən “Al” marketə girişdə olan plastik qapını sındırmaqla qanunsuz saxlanc yerinə daxil olaraq mağazada müqavilə əsasında quraşdırılmış və fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan 42039 saylı, “SAQA” markalı ödəmə terminalının pul bölməsini əlində olan dəmir parçası ilə sındıraraq terminalın içəri hissəsində yerləşən pul kassetinin içərisindəki 7037 manat pulu təkrarən gizli yolla talayıb, zərərçəkmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə xeyli miqdarda, yəni 7037 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ siyahısı ilə müəyyən edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,391 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İİ siyahısı ilə müəyyən edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,264 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib idarə etdiyi “VAZ 21015” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobildə daşımaqla saxlamış, 05 fevral 2023-cü il tarixdə, saat 23 radələrində Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində idarə etdiyi **-NO-*** dövlət qeydiyyat nişanlı qara rəngli “VAZ 21015” markalı minik avtomobili ilə Bakı-Qazax magistralının Ucar rayonu, Qarabörk kəndi ərazisindən keçən hissəsində saxlanılaraq Ucar Rayon Polis Şöbəsinə gətirilmiş, Ucar Rayon Polis Şöbəsinin inzibati binasının həyətində idarə etdiyi **-NO-*** dövlət qeydiyyat nişanlı, qara rəngli, “VAZ-21015” markalı minik avtomobilinə baxış keçirilən zaman avtomobilin yük yerindən üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin izləri olan 1 ədəd qara rəgli “Aosai” markalı elektron tərəzi, avtomobilin sükanı ilə sürətlər panelinin arasında olan hissədən 1 ədəd ağ rəngli “Sobranie” markalı siqaret qutusunun içərisində həmin narkotik vasitə və psixotrop maddə, yəni 1 ədəd kağız bükülüdə satış məqsədi ilə qanunsuz əldə edib idarə etdiyi nəqliyyat vasitəsində daşımaqla saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda 0,391 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd qızılı rəngli siqaret kağızı bükülüsünün içərisində olan ağ rəngli kağız bükülüdə satış məqsədi ilə qanunsuz əldə edib idarə etdiyi nəqliyyat vasitəsində daşımaqla saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda 0,264 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1 ədəd ağ rəngli kağız bükülüdə satış məqsədi ilə qanunsuz əldə edib üzərində daşımaqla idarə etdiyi nəqliyyat vasitəsində saxladığı cüzi miqdarda olduğundan çəkisi müəyyən edilməyən narkotik vasitə olan heroin hissəcikləri aşkar olunaraq götürülmüşdür. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş və ifadəsi elan olunmaqla tədqiq edilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin nümayəndələrinin və şahidlərin) ifadələrinin, ekspert rəylərinin, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlərin sübut kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə ittiham verilmiş əməli aşağıdakı səbəblərə görə həmin Məcəllənin 234.1-ci maddəsinə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlamaya tövsif edilməli, digər hissələrdə isə elan edilmiş ittihamlar dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlarda özünü əvvəlcə təqsirli bilməsə də sonradan qismən, yəni CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilmiş, həmçinin ifadəsində göstərmişdir ki, 04 yanvar 2023-cü il tarixdə Yasamal rayonunda baş vermiş oğurluğu o etmişdir, həmin ittiham üzrə özünü təqsirli bilir. 08 yanvar 2023-cü il tarixdə Sumqayıt şəhərində oğurluqla bağlı özünü təqsirli bilir və həmin hadisə ilə bağlı verdiyi ifadəni də təsdiq edir. 02 fevral 2023-cü il tarixdə onun 30 yaşı tamam olmuş, ad gününü Sumqayıt şəhərində qeyd etmiş, həmin vaxtı oğurluqla bağlı Sumqayıt Polis İdarəsində onun başqa yerə getməməsi ilə bağlı iltizam tənbeh növü seçilmişdir. Anasıgil ad günü ilə bağlı onu Ağdama dəvət etmişlər, o, Sumqayıt Polis İdarəsinin rəisinin mavinin yanına gedib icazə almışdır. Ağdamdan Bakıya gedərkən Ucarda yuxusu gəlmişdir, belə ki, ad günü münasibəti ilə yuxusuz olmuşdur. Dörd yola çatmamış körpünü keçəndən sonra maşını kənara çəkmiş, 10-15 dəqiqə yatmışdır. Həmin vaxt, avtomobilin pəncərəsi döyülmüş və post-patrulun işçilərinin olduğunu görmüşdür. Həmin vaxt maşında tək olmuşdur. Polislərdən biri maşının içərisinə baxmış, həmin vaxt digər polislə o, söhbət etmişdir. O, polis əməkdaşlarına demişdir ki, maşınında qanunsuz heç nə yoxdur. O, polis əməkdaşlarına 10 manat pul vermişdir ki, çay içsinlər, yenə də axtarış davam etmiş, o, axtarışın polis şöbəsində olmalı olduğunu, axtarışda polis əməkdaşları iştirak etməli olduqlarını demişdir. Polis əməkdaşları onu polis şöbəsinə aparmışlar. Polis əməkdaşları ondan axırıncı dəfə nə vaxt narkotik vasitə istifadə etməsini soruşmuş, o, da həmin gün səhər narkotik vasitə qəbul etməsini demişdir. Polis əməkdaşları ona özünün polis əməkdaşı olduğunu, onlar nə desələr etəməli olduğunu, ona ev dustaqlığı verməklə çöldə qalmağının onların təmin etdiklərini demişdir. O, da polis əməkdaşlarına hazırda Sumqayıt Şəhər Polis Şöbəsində oğurluqla bağlı istintaqın getdiyini, onların onu sənədləşdirib çöldə saxlaya bilməyəcəklərini demişdir. Özünü polis rəisinin müavini kimi təqdim edən şəxs ona ya xoşluqla, ya da başqa cür onlarla razılaşmalı olduğunu, əks təqdirdə onu biyabır edəcəyini demişdir. O, polis əməkdaşlarının qanunsuz hərəkətləri barədə hədələsə də onlar məhəl qoymayaraq onu dizi üstə otuzdurmuşlar. Elnur adlı polis əməkdaşı onun başına vurmuş, onu söyüb təhqir etmişdir. Onu 1,5-2 saat təhqiqatçının otağında döymüşlər ki, onların dediklərini qəbul etsin. Onlar onun razılaşmadığını görüb Elnur adlı polis əməkdaşı Alı adlı polis əməkdaşını çağırıb yenidən onun maşınına baxmasını demişdir. Əvvəlcə onun maşınına polis əməkdaşları baxmışlar, lakin heç nə tapmamışlar. Alı maşında heç nə olmadığını demiş, Elnur isə Alıya yenidən maşına baxmasını və nə isə tapmasını demişdir. Yarım saat sonra onu otaqdan çıxarmışlar, o, müstəntiqin videoçəkiliş etdiyini, onun maşınının inzibati binanın həyətinə gətirdiklərini görmüşdür. Hansı ki, o, maşınını çöldə, qapının ağzında saxlamışdır. Maşını polis şöbəsinin həyətində pilləkənin yanında olarkən Rəhmin açarı ona uzatmış və maşını təqdim etməsini demişdir. Həmin vaxt o, Ucar Rayon Prokurorluğundan bir nəfər şəxsin gəlməsini və iştirakı ilə maşını təqdim edəcəyini demişdir. O, bildirmişdir ki, maşın onundur, lakin axırıncı dəfə o, idarə etməmişdir, kim idarə etmişdirsə axtarışda da o iştirak etsin, çünki o, maşını polis şöbəsinin inzibati binasından çöldə saxlamışdır. 5 dəfə çəkiliş olsa da hər dəfə onların istədiyi kimi olmamışdır, yenidən çəkiliş etmişlər. Polis əməkdaşları ona vəkil Elşən Məcidlini təqdim etmiş, lakin o, Sumqayıt şəhərindən öz vəkilinin gətirilməsini demişdir. O, Elşən Məcidlidən imtina etmişdir. Onu polis şöbəsinə saat 20 radələrində gətirmişlər, lakin saat 02 radələrində maşını axtarmışlar. Maşının yük yerindən 5 ədəd bıçaq çıxmışdır, halbuki, bıçaqlar fərqli yerlərdə olmuşdur. Maşının içi qarışıq vəziyyətdə, oturacaqlar cırıq-cırıq, əşyalar isə dağınıq olmuşdur. Axtarışda iştirak etməmiş, 10 metr məsafədə uzaqlıqda üzü divara olmuş, baxış onsuz keçirilmişdir. O, həmin vaxt prokurorluqdan bir nəfərin iştirakını tələb etmişdir. O, döyülsə də yazmışlar ki, guya ona mənəvi, fiziki işgəncə verilməmişdir. O, axtarışda iştirak etməsə də protokolda fərqli yazmışlar. Ondan 3-4 dəfə izahat almaq istəmişlər, lakin ona kağız verməmişlər, ancaq ona əzab və işgəncə vermişlər. O, su və çörək istəmiş, onu da verməmişlər. Səhəri günü onu ekspertizadan keçirmişlər, ekspert yoxladıqdan sonra xəsarətin mövcud hadisədən 1-2 gün əvvəl, yəni polisdə olmağından əvvəl rəy vermişdir. O, izahatlarında ona işgəncə verildiyini demiş, lakin material ayırmamışlar. Sonra həbsdə izahatı alınmış və xəsarət alması ilə bağlı prokurorluqda iş başlanmışdır. Lakin prokuror döyülməsi ilə bağlı işi ekspert rəyi əsasında rədd etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 ifadəsində göstərdi ki, 2021-ci il tarixdən "xxxx" MMC-nin təhkülkəsizlik şöbəsinin rəisi vəzifəsində işləyir. 04 yanvar 2023-cü il tarixə keçən gecə naməlum şəxs ünvan 3 ünvanında yerləşən “Spar” marketə qanunsuz daxil olaraq həmin marketin içərisində quraşdırılmış "xxxx" MMC-yə məxsus İD-848 saylı “eManat” terminalının üst hissəsini kəsərək terminalın içərisinə müdaxilə edib içərisində olan 1719 manat nağd pulu və həmçinin həmin mağazaya məxsus siqaretləri oğurlamışdır. Hadisəni həmin gün, saat 08:20-də “Spar” marketə gələn həmin marketin sahibi Şahid1 aşkar etmiş, DİN-in 102 xidmətinə və "xxxx" MMC-yə məlumat vermişdir. "xxxx" MMC tərəfindən ona 05 yanvar 2023-cü il tarixdə cəmiyyətin hüquqlarının və maraqlarının müdafiə olunması və bütün hüquq-mühafizə orqanlarında nümayəndə qismində iştirak etmək üçün rəsmi qaydada etibarnamə verilmişdir. Ona görə də Yasamal Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Terminalın yararsız hala salınmasına görə 1156 manat əlavə olaraq ziyan vurulmuş, ümumilikdə "xxxx" MMC-yə 2875 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 cinayət əməli nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi barədə mülki iddia ərizəsi ilə müraciət edərək cinayət təqibi zamanı "xxxx" MMC-nə vurulmuş maddi ziyan əvəzinin tam ödənilməsini təmin edərək cavabdeh Təqsirləndirilən şəxs 2875 manat məbləğinin tutulmasını xahiş etmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru A.Xəlilov məhkəməyə vəsatət ilə müraciət edərək həm məhkəmə iclaslarının çoxluğu, həm də məsafənin uzaqlığı ilə əlaqədar nümayəndə ilə təmsil olunmaqda çətinliklər yarandığı üçün məhkəmə iclasında iştirak edə bilməcəklərini, verdikləri mülki iddianı müdafiə etdiklərini göstərib məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və mülki iddianın təmin olunması istiqamətində qərar qəbul edilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi qismində dindirilmiş Nümayəndə1 İlqar oğlunun məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş ifadəsindən görünür ki, o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdə inkassator vəzifəsində çalışır, 08 yanvar 2023-cü il tarixdə, gecə saat 02 radələrində Sumqayıt şəhəri, 1-ci mikrorayon, 1A ünvanında yerləşən “Al market” mağazasında müvafiq müqavilə əsasında quraşdırılmış və fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan 42039 saylı “SAQA” markalı ödəmə terminalından pul bölməsinin qapısı müdaxilə nəticəsində sındırılmış, terminalın içərisindən 7037 manat nağd pul oğurlanmış, əlavə olaraq pul qəbuledicinin qapısının 50 manat dəyərində qıfılı sındırılmış, pul kassetinin sındırılaraq yararsız hala salınması 860 manat ziyan vermiş, bundan başqa pul bölməsinin qapısının təmiri 180 manat təşkil etmişdir. Nəticədə dəymiş maddi ziyanın məbləği 8127 manat olmuşdur. Zərərçəkmiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru A.Xəlilov mülki iddia ilə müraciət edərək cavabdeh Təqsirləndirilən şəxs onun cinayət əməli nəticəsində ödəniş terminalına dəymiş ziyanın əvəzi olaraq 1090 manat və 7037 manat oğurlanmış pul vəsaiti olmaqla, cəmi 8127 manat məbləğində pul vəsaitinin və 101,27 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2022ci ilin noyabr ayından ünvan 3 ünvanında yerləşən “Spar” marketi müqavilə əsasında işlədir. 04 yanvar 2023-cü il tarixdə, saat 00:30 radələrində marketi bağlayıb evə getmiş, həmin gün səhər saat 08:20 radələrində mağazaya gəldikdə mağazanın əsas girişini açıb içəri girmiş və “eManat” aparatının yerində olmadığını görmüşdür. Mağazanı gəzdikdə “eManat” ödəniş terminalının mağazanın ortasına gətirilib içərisinin açıldığını və ətrafda alışqan, burğaclar, əski və açılmış ayran stəkanı olduğunu görmüşdür. Mağazadan ayrı nə isə oğurlanıb-oğulanmadığını bilmək üçün mağazanın arxa hissəsində yerləşən saxlanc otağına keçmiş, bu zaman saxlanc otağının çöl qapısının açıq olduğunu və qıfılın sınıdırılaraq çöldə yerdə olduğunu aşkar etmiş, lakin saxlanc otağından heç bir şey oğurlanmadığı müəyyən olunmuşdur. Bu barədə DİN-nin 102 xidmətinə məlumat vermiş və polis əməkdaşları gələnə kimi müşahidə kameralarının görüntülərinə baxdıqda mağazadan 80 manat dəyərində 20 qutu “Sobranie” markalı siqaretlərin oğurlandığını müəyyən etmişdir. Bundan başqa qıfılın təmiri, alışqan, burğaclar və əskiləri ilə əlaqədar ona əlavə 10 manat, ümumilikdə isə 90 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Ağdam rayonu, Maqsudlu kəndində qeydiyyatda olmaqla Ağdam rayonu Əfətli kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, özünə məxsus “VAZ 21015” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobildə, eləcə də üzərində külli miqdarda narkotik vasitə saxlaması barədə 05 fevral 2023-cü il tarixdə əməliyyat aparatına daxil olmuş məlumat əsasında tərəfindən protokol yazılmaqla əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar tərtib olunmuş və rayon polis şöbəsinin rəisinin imzası ilə qərar təsdiq edilmişdir. Araşdırmanın aparılması müstəntiq Elməddin Əliyevə həvalə olunmuş, rayon polis şöbəsinin rəhbərliyinin tapşırığı ilə 2023-cü ilin fevral ayının 5-də Ucar Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri Şahid4 və polis nəfəri Şahid3 ilə birlikdə saat 23 radələrində Təqsirləndirilən şəxs olacağı Bakı-Qazax yolunun Ucar rayonu, Qarabörk kəndi ərazisindən keçən hissəsinə getmişlər. Təqsirləndirilən şəxs həmin “Dördyol” deyilən yerdə özünə məxsus avtomobildə əyləşdiyini görüb sonuncuya yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib avtomobilə baxış keçiriləcəyi üçün Ucar Rayon Polis Şöbəsinin dəvət etmişlər. Təqsirləndirilən şəxs baxış keçirilməsinə etirazının olmadığını bildirərək yenidən öz avtomobilinə əyləşmiş, polis əməkdaşlarından biri onun yanında oturmuşdur. Təqsirləndirilən şəxs avtomobilini özü idarə etmiş, onlar birlikdə Ucar Rayon Polis Şöbəsinə gəlmişlər. Ucar Rayon Polis Şöbəsinin inzibati binasının həyətində deyilən yerdə avtomobili saxladıqdan sonra aşağı düşən Təqsirləndirilən şəxs avtomobilin açarını yerə atdıqda sonuncuya Ucar Rayon Polis Şöbəsində üzərində şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış keçiriləcəyi elan olunmuşdur. Təqsirləndirilən şəxs qərəzli şəkildə danışmağa başlamış, bundan sonra əməliyyat qrupunda olan müstəntiq tərəfindən müvafiq sənədləşmə işləri aparılmış, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış və baxış prosesi Ucar Rayon Polis Şöbəsinin növbətçi hissəsinin məsul növbətçi köməkçisi X3 tərəfindən videoqeydə alınmağa başlanmışdır. Baxış keçirilməsinə başlamamışdan əvvəl Təqsirləndirilən şəxs müdafiəçi Elşən Məcidli təqdim olunmuş və müdafiəçiyə etirazı olub-olmaması barədə soruşulmuşdur. Təqsirləndirilən şəxs müdafiəçiyə etiraz etdiyini, hüquqlarını bildiyini və özünü müdafiə edə biləcəyini deyərək, avtomobili iştirakı olmadan rayon polis şöbəsinə gətirildiyini və iştirakı ilə daha əvvəl saxlanıldığı yerdə PPXB-nin əməkdaşlarının avtomobilə baxış keçirərək, heç bir şey aşkar etmədiklərini əlavə etmişdir. Bundan sonra, müstəntiq Elməddin Əliyev tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.3.9-cu maddəsinin mahiyyəti izah edilmiş və Təqsirləndirilən şəxs heç bir fiziki və əqli qüsuru olmadığını, Azərbaycan dilində sərbəst yazıb-oxumağı bacardığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək, dövlət hesabına təyin edilmiş müdafiəçidən imtina etdiyini və hüquqlarını özü müdafiə edəcəyini qeyd etmişdir. Müdafiəçi Elşən Məcidli ərizə ilə tanış olduqdan sonra şəxsi axtarış və baxış keçirilməsi istintaq hərəkətində iştirakı etməyərək, rayon polis şöbəsinin inzibati binasını tərk etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Аzərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquq, vəzifələri və müdafiə hüquqları izah olunmuş və bununla bağlı müvafiq bildiriş təqdim edilmiş, həmin bildiriş Təqsirləndirilən şəxs tərəfindən oxunduqdan sonra imzalanmaqla götürülmüşdür. Əvvəlcə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunduqda sonuncu üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya olmadığını bildirmiş və əynində olan qara rəngli idman gödəkçəsinin sol yan cibindən bir ədəd “Sobranie” markalı siqaret qutusunu və 1 ədəd alışqanı çıxarıb təqdim etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibində olan pulları çıxarıb təqdim etmiş, həmin pullar tərəfindən sayıldıqda 42 manat məbləğində pul olması müəyyən olunmuş, daha sonra Təqsirləndirilən şəxs həmin puldan 10 manatının əskik olduğunu, həmin 10 manatı saxlanılarkən PPXB-nin əməkdaşlarına verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərində əlavə qanunla qadağan edilmiş əşya və ya predmetlər olmadığını bildirdikdən sonra tərəfindən sonuncunun üzərində şəxsi axtarış keçirilməsi davam etdirilməsinə baxmayaraq qanunla qadağan edilmiş əşya və ya predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21015” markalı avtomobilə baxış keçiriləcəyi bildirilmiş, Təqsirləndirilən şəxs yerdə olan avtomobilə aid açarların özünə aid olubolmaması və həmin açarları yerə atması barədə soruşulduqdan sonra Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gətirilərkən avtomobili özünün idarə etməməsi səbəbindən avtomobildə narkotik vasitə olub-olmadığını bilməməsini, avtomobilinə bir neçə dəfə polis əməkdaşları tərəfindən özünün də iştirakı ilə baxış keçirildiyini və o zaman heç bir predmet aşkar olunmadığını, narkotik vasitələrin istifadə etməsi barədə polis əməkdaşlarına səmimi etiraf etdikdən sonra rayon polis şöbəsinə gətirildiyini bildirmişdir. Daha sonra müstəntiq Elməddin Əliyev tərəfindən Təqsirləndirilən şəxs avtomobilə baxış keçiriləcəyi bildirildikdə sonuncu avtomobilə baxışın prokurorluq orqanı əməkdaşları ilə birlikdə keçirilməsini xahiş etmiş, bundan sonra avtomobilə baxış keçirilməsinə başlanılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş əşya və predmetlər iş üzrə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs hüquqlarının təmin olunmamasını bildirmiş, daha sonra avtomobilə baxış keçirilməsinə başlanılmışdır. Təqsirləndirilən şəxs arxasını avtomobilə çevirərək, baxış prosesinə baxmayacağını qeyd etmişdir. İlk öncə avtomobilin sağ qabaq sərnişin üçün nəzərdə tutulan hissəsinə tərəfindən baxış keçirilmiş, avtomobilin həmin hissəsindən qanunla qadağan edilmiş əşya və ya predmetlər aşkar olunmamış, daha sonra avtomobilin arxa sağ hissəsinə baxış keçirilmiş, avtomobilin həmin hissəsindən də qanunla qadağan edilmiş əşya və ya predmetlər aşkar olunmamışdır. Bundan sonra avtomobilin arxa yük yerinə baxış keçirilməsinə başlanılmış, baxış zamanı avtomobilin arxa yük yerindən 01 ədəd şəffaf trəngli sellofan aşkar edilmiş, həmin sellofanda olan predmetlərə baxış keçirilən zaman, orada müxtəlif rəngli və müxtəlif ölçülü 05 ədəd bıçağın olması müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bıçaqların özünə məxsus olmasını, lakin onların hər birinin ayrı-ayrı yerlərdə olmasını, açar dəsti komplektinə aid olmasını bildirmişdir. Təqsirləndirilən şəxs bütün bıçaqların özünə aid olduğunu, lakin həmin bıçaqların açar dəsti komplektinə aid olduğunu qeyd etmişdir. Daha sonra avtomobilin yük yerindən aşkar olunmuş 01 ədəd elektron tərəzi Təqsirləndirilən şəxs təqdim edilmiş, Təqsirləndirilən şəxs həmin əşyanın nə olduğunu və kimə məxsus olduğunu bilmədiyini qeyd etmişdir. Bundan sonra avtomobilin baqaj yerindən aşkar olunmuş bıçaqlar 01 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri 71 nömrəli möhür ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs yenidən həmin bıçaqların birlikdə olmadığını, açar dəstinin komplektlərinə aid olduqlarını bildirərək həmin zərfin üzərində imza etməklə dediyi fikirləri zərfin üzərində də qeyd etmişdir. Bundan sonra o və digər iştirakçılar sıra ilə zərfin üzərində imza etmişlər. Bundan sonra avtomobilin yük yerindən aşkar olunaraq götürülmüş 01 ədəd qara rəngli “Aosai” markalı elektron tərəzi 01 ədəd ağ rəngli zərfə yerləşdirilərək qablaşdırılmış, Təqsirləndirilən şəxs həmin elektron tərəzi götürülən zaman baxışda iştirak etmədiyini qeyd etmiş və bu səbəbdən imza etməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs imza etməkdən imtina etdikdən sonra o və digər iştirakçılar zərfin üzərinə imza etmişlər. Avtomobilin yük yerinə tərəfindən baxış davam etdirilməsinə baxmayaraq oradan əlavə qanunla qadağan edilmiş əşya və ya predmetlər aşkar olunmamışdır. Bundan sonra avtomobilin sol arxa hissəsinə baxış keçirilmiş, həmin hissəyə baxış zamanı qanunla qadağan edilmiş əşya və ya predmetlər aşkar olunmamış, daha sonra avtomobilin sürücü üçün nəzərdə tutulan qabaq hissəsinə baxış keçirilmişdir. Bu zaman avtomobilin sürətlər paneli ilə sükanın arasında olan hissədən 01 ədəd ağ rəngli “Sobranie” markalı siqaret qutusu aşkar olunmuş, həmin qutunun içərisinə tərəfindən baxış keçirildikdə, orada qəhvəyi rəngli kütlə olması müəyyən olunmuşdur. Baxış zamanı həmçinin siqaret qutusunun içərisində 01 ədəd kağız bükülüdə narkotik vasitə olan heroinə bənzər kütlə, 01 ədəd qızılı rəngli siqaret kağızı bükülüsünün içərisində olan ağ rəngli kağız bükülüdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə və 01 ədəd ağ rəngli kağız bükülüdə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Bundan sonra aşkar olunmuş kütlələr ilə bağlı Təqsirləndirilən şəxs soruşulduqda sonuncu həmin kütlələrin özünə məxsus olmadığını, onların nə olduqlarını bilmədiyini və baxışda iştirak etmədiyi üçün zərfə imza etməyəcəyini qeyd etmiş, bu zaman Şahid4 müraciət edərək, Təqsirləndirilən şəxs iştirakı ilə avtomobilin rayon polis şöbəsinin inzibati binasının həyətinə gətirildiyini, qapılar bağlanılmaqla açar özünə təhvil verildikdən sonra sonuncunun avtomobilinin açarlarını özünü müdafiə etmək məqsədilə yerə atdığını və hal-hazırda dediklərinin şər, böhtan olduğunu bildirdikdən sonra bütün iştirakçılar növbə ilə zərfin üzərinə imza etmişlər. Bundan sonra avtomobilin salonuna və mühərrik olan hissəyə baxış davam etdirilməsinə baxmayaraq oradan əlavə qanunla qadağan edilmiş əşya və ya predmetlər aşkar olunmamışdır. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı istifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi olduğunu bildirmiş, daha sonra şəxsi axtarış və baxış prosesi müstəntiq Elməddin Əliyev tərəfindən yekunlaşdırılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 və Şahid4 da şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar ifadə verdilər. Cinayət işində olan audio və video yazıların məhkəmə ekspertizasının (məhkəməfonoskopik) 09 iyun 2023-cü il tarixli, 4/910 nömrəli rəyindən görünür ki, 1. ekspertizaya təqdim olunmuş 1 ədəd optik diskdə olan mübahisəli videofonoqramdakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətndən ibarətdir. 2. Ekspertizaya təqdim olunmuş 1 ədəd optik diskdə olan mübahisəli videofonoqramdakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs məxsusdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin nümayəndələrinin və şahidlərin) ifadələrini, istintaq, məhkəmə hərəkətlərini və dindirmə protokollarını, ekspert rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Cinayət işinin istintaq materiallarında olan sənədlərdən görünür ki, 06 fevral 2023cü il tarixdə fakta görə CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanmış, 07 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 18 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavələr və dəyişiklik edilərək ona CM-in 177.2.3, 177.2.4 və 234.2-ci maddələri ilə yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs əməli düzgün olmayaraq CM-in və CPM-in tələblərinə zidd olaraq CM-in 234.2-ci (qanunsuz olaraq narkotik vasitəni satma) maddəsi ilə tövsif edilmişdir. Belə ki, CM-in 234.1 və 234.2-ci maddələri ilə nəzərdə tutulan cinayət tərkiblərini fərqləndirilən əsas əlamət narkotik vasitənin qanunsuz əldə edilməsinin “satış məqsədi” daşıyıb-daşımamasıdır. İş üzrə məhkəmə istintaq zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz olaraq əldə etməsində əsas tövsifedici əlamət olan “satış məqsədi” olmamışdır. İş materiallarında olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” Ucar Rayon Polis Şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi Rəhmin Zeynalovun 06 fevral 2023-cü il tarixli qərarın təsviri hissəsində göstərilir: “Ucar RPŞ-nin əməkdaşları tərəfindən 05 fevral 2023-cü il tarixdə saat 23 radələrində keçirilmiş əməliyyat tədbirləri zamanı Ağdam rayonu, Maqsudlu kəndində qeydiyyatda olmaqla Ağdam rayonu, Əfətli kəndində yaşayan Təqsirləndirilən şəxs idarə etdiyi **-NO-*** dövlət qeydiyyat nişanlı qara rəngli Vaz 21015 markalı minik avtomobili ilə Bakı-Qazax magistralının Ucar rayonu Qarabörk kəndi ərazisindən keçən hissəsində saxlanılaraq RPŞ-nə gətirilmiş, Ucar Rayon Polis Şöbəsinin inzibati binasının həyətində idarə etdiyi **-NO-*** dövlət qeydiyyat nişanlı qara rəngli Vaz 21015 markalı minik avtomobilinə baxış keçirən zaman avtomobilin yük yerindən üzərində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin izləri olan 01 ədəd qara rəgli “Aosai” markalı elektron tərəzi, avtomobilin sükanı ilə sürətlər panelinin arasında olan hissədən 01 ədəd ağ rəngli “Sobranie” markalı siqaret qutusunun içərisində 01 ədəd kağız bükülüdə 0,391 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd qızılı rəngli siqaret kağızı bükülüsünün içərisində olan ağ rəngli kağız bükülüdə 0,264 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd ağ rəngli kağız bükülüdə cüzi miqdarda olduğuna görə təmiz çəkisinin müəyyən edilməsi mümkün olmayan narkotik vasitə olan heroin hissəcikləri aşkar olunaraq götürülmüşdür”. Qərarın əsaslandırıcı hissəsində göstərilir: “Toplanmış materialda Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkib əlamətləri mövcud olduğundan Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanmalı və icraatıma qəbul edilməlidir”. Qərarın nəticə hissəsində göstərilir: “Fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılsın və icraatıma qəbul edilsin”. İş materiallarında olan “şübhəli şəxs tutma haqqında” Ucar Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi Elməddin Əliyev tərəfindən qəbul edilmiş 05 fevral 2023-cü il tarixli qərarın təsviri hissəsində göstərilir: “Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmalıdır”. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 06 fevral 2023-cü il tarixli, 17/150 nömrəli ekspert rəyindən (materialların məhkəmə ekspertizası) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş kütlə...” sözləri, imzalar və adlar yazılmış zərfin içərisində 01 (bir) ədəd siqaret qutusundakı; 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi- 0,391 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, digər 01 (bir) ədəd kağız bükümün içərisindəki cüzi miqdarda maddə hissəcikləri heroin hissəcikləridir. Həmin heroin hissəcikləri cüzi miqdarda olduğuna görə təmiz çəkisini müəyyən etmək mümkün olmadı. 01 (bir) ədəd qızılı-ağ rəngli kağıza bükülmüş kağız bükümdə, təmiz çəkisi-0,264 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş...” sözləri, imzalar və adlar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qara-gümüşü rəngli elektron tərəzinin üzərində olan cüzi miqdarda maddə hissəcikləri heroin və metamfetamin hissəcikləridir. Həmin heroin və metamfetamin hissəcikləri cüzi miqdarda olduqlarına görə təmiz çəkilərini müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş, 01 (bir) ədəd elektron tərəzinin üzərindən aşkar edilmiş heroin və metamfetamin hissəcikləri cüzi miqdarda olduqlarına görə həmin obyektlərlə 01 (bir) ədəd kağız bükümdəki heroinin və digər 01 (bir) ədəd kağız bükümdəki metamfetaminin müqayisəli (eynilik) tədqiqatını aparmaq mümkün olmadı. Tədqiqata təqdim edilmiş, 01 (bir) ədəd kağız bükümün içərisindəki heroin hissəcikləri cüzi miqdarda olduğuna görə həmin obyektlə 01 (bir) ədəd kağız bükümdəki heroinin müqayisəli (eynilik) tədqiqatını aparmaq mümkün olmadı. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir (İ siyahı). Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir (İ siyahı). İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 07 fevral 2023-cü il tarixli qərarın əsaslandırıcı hissəsində göstərilir: “Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ siyahısı ilə müəyyən edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,391 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroni və qanunsuz olaraq “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İİ siyahısı ilə müəyyən edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,264 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində daşımaqla idarə etdiyi “VAZ 21015” markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamış, 05 fevral 2023-cü il tarixdə, sааt 21 radələrində Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində idarə etdiyi **-NO-*** dövlət qeydiyyat nişanlı qara rəngli Vaz-21015 markalı minik avtomobili ilə Bakı-Qazax magistralının Ucar rayonu Qarabörk kəndi ərazisindən keçən hissəsində saxlanılaraq Ucar Rayon Polis Şöbəsinə gətirilmiş, Ucar Rayon Polis Şöbəsinin inzibati binasının həyətində idarə etdiyi **-NO-*** dövlət qeydiyyat nişanlı qara rəngli, Vaz 21015 markalı minik avtomobilinə baxış keçirən zaman avtomobilin yük yerindən üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin izləri olan 1 ədəd qara rəgli “Aosai” markalı elektron tərəzi, avtomobilin sükanı ilə sürətlər panelinin arasında olan hissədən 1 ədəd ağ rəngli “Sobranie” markalı siqaret qutusunun içərisində həmin narkotik vasitə və psixotrop maddə, yəni, 1 ədəd kağız bükülüdə satış məqsədi olmadan qanunsuz əldə edib üzərində daşımaqla idarə etdiyi nəqliyyat vasitəsində saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, 0,391 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd qızılı rəngli siqaret kağızı bükülüsünün içərisində olan ağ rəngli kağız bükülüdə satış məqsədi olmadan qanunsuz əldə edib üzərində daşımaqla idarə etdiyi nəqliyyat vasitəsində saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, 0,264 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1 ədəd ağ rəngli kağız bükülüdə satış məqsədi olmadan qanunsuz əldə edib üzərində daşımaqla idarə etdiyi nəqliyyat vasitəsində saxladığı cüzi miqdarda olduğundan çəkisi müəyyən edilməyən narkotik vasitə olan heroin hissəcikləri aşkar olunaraq götürülmüşdür”. Ucar Rayon Polis Şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi R.Zeynalovun ********* və ********* nömrəli cinayət işlərinin bir icraatda birləşdirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında 15 mart 2023-cü il tarixli qərarı ilə ********* saylı cinayət işi ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmiş, həmin cinayət işinin ibtidai istintaq müddəti ********* nömrəli cinayət işinin ibtidai istintaq müddəti ilə hesablanaraq cinayət işi üzrə ibtidai istintaq ********* nömrəsi ilə davam etdirilmiş, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 177.2.3, 177.2.4 və 234.2-ci maddələrinə tövsif edilmişdir. Ucar Rayon Polis Şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi R.Zeynalovun təqsirləndirilən şəxsə elan edilmiş ittihama əlavələr olunması və ona yenidən ittiham elan edilməsi haqqında 18 mart 2023-cü il tarixli qərarı ilə qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavələr və dəyişikliklər edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 234.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Qeyd edilən qərarlarda və digər istintaq sənədlərində Təqsirləndirilən şəxs əməlinin CM-in 234.2-ci maddəsinə tövsif edilməsi üçün heç bir mötəbər əsas, səbəb, sübut növü göstərilməmiş və əsaslandırılmamışdır. Göründüyü kimi cinayət işinin istintaq materiallarında Təqsirləndirilən şəxs narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin satış məqsədi ilə əldə edib satış məqsədi ilə üstündə saxlamasını təsdiq edən heç bir konkret obyektiv sübuta istinad olunmamışdır. Onun narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması yalnız məhkəməyədək araşdırma zamanı qəbul edilmiş prosessual qərarlarda göstərilmişdir. Hər-hansı prosessual qərarın cinayət işi üzrə heç bir sübuti əhəmiyyəti yoxdur. İş materiallarından görünür ki, 18 mart 2023-cü il tarixdə mobil telefona baxış keçirilməsi barədə 18 mart 2023-cu il tarixli protokol tərtib edilmiş, tədqiqat üçün nümunələrin götürülməsi haqqında qərar qəbul edilmişdir. CPM-in “sübutların anlayışı və növlərindən bəhs edən 124-cü maddəsində birbaşa göstərilmişdi ki, cinayət prosessində: şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. Qeyd edilənlərə əsasən, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə ittiham verilmiş əməli həmin Məcəllənin 234.1-ci maddəsinə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlamaya) tövsif edilməlidir. Bundan əlavə, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs “təqsirsizlik prezumpsiyası"nın tələbləri pozulmaqla CM-in 234.1-ci maddəsi ilə deyil, həmin Məcəllənin 234.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının “təqsirsizlik prezumpsiyası”ndan bəhs edən 63-cü maddəsinə əsasən isə “hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir”. Bundan əlavə, İnsan hüquqlarının və X2 Haqqında Konvensiyanın “ədalətli məhkəmə araşdırması hüququ”ndan və “qanunsuz cəzalandırılmamaq”dan bəhs edən müddəalarına əsasən “cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir” (maddə 6). “Heç kəsə cinayət əməli törədildiyi zaman tətbiq edilməli olan cəzadan daha ağır cəza verilə bilməz" (maddə 7). Göstərilənlərlə yanaşı, Azərbaycan Respublikası cinayət prosessual qanunverciliylndə də birbaşa göstərilir ki, «cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür» (CPM-in 21.3-cü maddəsi). Odur ki, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə ittiham verilmiş əməli həmin Məcəllənin 234.1-ci maddəsinə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlamaya) tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin evəzli və ya qazanc eldə etmək, yaxud digər şəxsi maraq məqsədi İlə yayılmasına yönəldilmiş hərəkətlər - narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Təqsirləndirilən şəxsin əməl və hərəkətlərində isə bu kimi hallar, o cümlədən: şəxsi maraq məqsədi ilə narkotik vasitənin yayılmasına yönəldilmiş hərəkətlər etməsi və ya əvəzli və yaxud qazanc əldə etmək məqsədi ilə hər hansı hərəkətlər etməsi aşkar edilməmiş və olmamışdır. Həmin halların olmaması şəksizdir və iş üzrə mübahisə doğurmur. Həmçinin, ibtidai və məhkəmə istintaqlarında şahid qismində dindirilmiş şəxslərin heç biri təqsirləndirilən şəxsin narkotik vasitənin “əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər” etməsi barədə ifadə verməmişlər. Qeyd edilənlərə baxmayaraq, ibtidai araşdırma orqanı heç bir şübhəni təqsirləndirilən şəxsin xeyrinə həll etməmiş, əksinə mötəbər sübut növü olmadan ona qarşı, ehtimallara əsasən CM-in 234.2-ci maddəsi ilə ittiham vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında 04 mart 2011-ci il tarixli, 20 nömrəli qərarında göstərilir ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Məhkəmə, həmin halları nəzərə almaqla gəldiyi nəticələri tam əsaslı hesab edir. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının 16 mart 2023-cü il tarixli, 474 nömrəли rəyindən görünür ki, Təqsirləndirilən şəxs оğlu psixotrop maddələrdən istifadə edir, psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Göründüyü kimi ekspert rəyi ilə təqsirləndirilən şəxsin psixotrop maddədən istifadə etməsi, narkomaiya xəstəliyindən əzab çəkməsi və narkoloji kabinetdə qeydiyyata alınması da məsləhət görülür. Göründüyü kimi Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinin ümumi çəkisi 0,341 qram və psixotrop maddə olan metamfetaminin ümumi təmiz çəkisi 0,214 qram təşkil edir ki, bu da şəxsi istehlak miqdarından artıqdır. Bu isə onu da deməyə əsas verir ki, qanunsuz əldə edilmiş həmin narkotik vasitənin və psixotrop maddənin şəxsi istehlakı da mümkün ola bilər. CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. İbtidai istintaq orqanı sübutları tam, hərtərəfli və obyektiv yoxlamamış, ittihamın həlli üçün onların məcmusuna düzgün qiymət verməmiş, həmçinin, «sübutların kifayət etməsi»ni düzgün qiymətləndirməmişdir. Belə ki, CPM-in «sübutların toplanılmasından, yoxlanılması və qiymətləndirilməsindən bəhs edən 143-145-ci maddələrinə əsasən: -cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir (maddə 144); -hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir (maddə 145.1); -cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (maddə 146.1). Cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək etməlidir (maddə 146.2.3). Qanunun bu tələbləri pozularaq, iş üzrə toplanmış sübutlar CM-in 234.1-ci maddəsi ilə ittiham verilməsi üçün kifayət etdiyi halda, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə həmin Məcəllənin 234.2-ci maddəsi ilə ittiham verilmişdir. Halbuki, bunun üçün qanunda nəzərdə tutulmuş, qeyd edilən əsaslar olmamışdır. CPM-ə əsasən «təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər» (CPM-in 126.6-cı maddəsi). Bundan əlavə, məhkəmə, qeyd edilən nəticələrə gələrkən CPM-in o tələblərini də nəzərə alır ki, «ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir» (maddə 145.3). Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir» (maddə 145.2). «Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirilddiyi halda çıxarılır (maddə 351.2). Məhkəmə bir məsələni də qeyd edir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrıayrı bəndləri çıxarmaq hüququna malikdir. Göstərilənlərə əsasən, məhkəmə Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə ittiham verilmiş əməlinin həmin Məcəllənin 234.1-ci maddəsinə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlamaya tövsif edilməsini qanunu və əsaslı hesab edir. Məhkəmə bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in məhz 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi vardır, o, həmin əməli törətməkdə təqsirlidir. Məhkəmə, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs və şahid ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Məhkəmə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələblərinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qebul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara ylyənlənməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10); həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8); miqdarından asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin satılması (maddə 1.0.11) hesab edilir. CM-in 12.3-cü maddəsinə əsasən isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. Təqsirləndirilən şəxsin nəqliyyat vasitəsində aşkar edilmiş tərəziyə gəldikdə isə məhkəmə qeyd edir ki, iş materiallarında həmin tərəzinin məhz narkotik vasitələrin satışında istifadə olunmasını təsdiq edən sübut müəyyən olunmamış, təqsirləndirilən şəxs isə tərəzinin ona aid olmadığını bildirmişdir. Bütün şərh olunanlara baxmayaraq, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin irəli sürdüyü dəlilləri təkzib edən hər hansı sübut əldə edilmədən, Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə əldə etməsini, bu məqsədlə hər hansı şəxslə danışıqlar aparmasını, alıcı ilə əlbir olmasını, əvvəllər narkotik vasitə və yaxud psixotrop maddələri satmaqda şübhəli olması ilə əlaqədar əməliyyat məlumatlarının mövcudluğunu və sair zəruri halları sübuta yetirən mötəbər dəlillər olmadan onun satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni əldə etməsi, saxlaması və daşıması qənaətinə gələrkən səhvə yol verilmiş və ona CM-in 234.2-ci maddəsi ilə ittiham elan olunmuşdur. Bundan əlavə, təqsirləndirilən şəxsin əməlinin CM-in 234.1-ci maddəsindən CM-in 234.2-ci maddəsinə tövsif olunduqdan sonra mobil telefona baxış keçirilmiş, tədqiqat üçün nümunə götürülmüş və məhkəmə-fonoskopik ekspertizasının rəyi alınmışdır. Mobil telefonda aşkar edilmiş görüntülərin nə vaxt çəkildiyi müəyyən edilməmiş və yuxarıda qeyd olunduğu ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Halbuki, CPM-in 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 21.2-ci maddəsinin müddəalarına əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinin məzmununa görə cinayət təqibi üzrə sübutlar mötəbər dəlillərə (məlumatlar, sənədlər, əşyalar) söykənməli, sübutlarda hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 139.0, 139.0.4 və 139.0.6-cı maddələrinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Yuxarıda qeyd edildiyi kimi cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Göstərilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin tərkibi vardır. Təqsirləndirilən şəxs həmin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun həmin ittiham üzrə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Məhkəmə, həmçinin təqsirləndirilən şəxsin nəqliyyat vasitəsindən narkotik vasitənin və psixotrop maddənin ona məxsus olmaması, ona qarşı qanunsuz hərəkətlərə yol verilməsi barədə ifadəsinə tənqidi yanaşır və bu nəticəyə gəlir ki, onun həmin ifadəsi özünümüdafiə və məsuliyyətdən yayınmaq kimi qiymətləndirilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırılma aparılaraq fiziki və psixi zorakılığa tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X7 06 fevral 2023-cü il tarixli, 55 nömrəli ekspert rəyindən (canlı şəxsin məhkəmə-tibbi ekspertizası) görünür ki, Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlər-alın nahiyəsinin, sol körpücükaltı, sağ qulaqönü nahiyənin sıyrıqları, sağ baldırın orta 1/3-nin ön səthinin əzilmiş yarası küt alətin-alətlərin (əşyanın) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti müayinədən 1-2 gün əvvələ uyğun gəlir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. İş materiallarında olan Ucar rayon prokurorunun böyük köməkçisi S.Əsgərovun 23 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, 24-C-23 nömrəli toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayəti işinin başlanması rədd edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə dindirilmiş zərərçəkmiş şəxslərin nümayəndələrinin, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər materialları ilə sübuta yetirilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 1(063)- 478/2021 nömrəli hökmü ilə CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinmiş və o, 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs 31 avqust 2021-ci il tarixdən bu günədək həbsdə saxlanıldığı müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 03 (üç) ay 08 (səkkiz) gün müddət təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 08 (səkkiz) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işində olan Ağdam rayon icra və probasiya şöbəsinin 05 iyun 2023-cü il tarixli, 44/2023 nömrəli məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 478/2021 saylı, 19 oktyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 31 avqust 2021-ci il tarixdən bu günədək həbsdə saxlandığı müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 03 ay 08 gün müddət təyin edilmiş cəzadan çıxılmaqla və üzərində qəti olaraq 08 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Hökm və göstəriş 23 noyabr 2021-ci il tarixdə Ağdam rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuşdur. Ağdam Rayon Məhkəməsinin 7(063)-16/2022 saylı, 21 fevral 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs çəkilməmiş 05 ay 24 gün hissəsindən azad edilmişdir. Cinayət işində olan Ağdam Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 7(013)- 16/2022 nömrəli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-478/2021 saylı, 19 oktyabr 2021-ci il tarixli hökmü ilə CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinib ona qəti olaraq 08 (səkkiz) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 05 (beş) ay 24 (iyirmi dörd) gün hissəsindən azad edilmişdir. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4.4-cü maddəsinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməsi onun əməlində cinayətlərin residivini yaratmır. Cinayət işində olan Ağdam Rayon İcra Hakimiyyəti başçısının Əfətli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhкəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin yaşadığı yerdən müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən оnun cəzаsını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhкəmə cəza təyin edərkən təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs əməlində CM-in 61ci maddəsinə əsasən cəzаsını аğırlаşdırаn hаl müəyyən еtməmişdir. Məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun həyat şəraitinə təsirini nəzərə alaraq cəmiyyətdən təcrid edilmədən islah edilməsinin mümkün olmaması qənaətinə gəlməklə, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan maddələrin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və CM-in 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. CM-in 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniya üzrə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, CM-in 93.1.2-ci maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin еdilir. Hazırkı cinayət işi üzrə müvafiq ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə, CPM-in 346.1.19-cu maddəсinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sцbut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,341 qram heroin, 0,214 qram psixotrop maddə metamfetamin, 1 (bir) ədəd “Asoai” markalı elektron tərəzi, digər kağız bükümdə olan heroin hissəcikləri və 05 (beş) ədəd bıçaq, Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan 03 (üç) ədəd əlcək və 01 (bir) ədəd alışqan və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılan 02 (iki) ədəd əlcək, 01 (bir) ədəd plastik stəkan və 01 (bir) ədəd əski parçası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan 01 (bir) ədəd “Samsung A10” markalı telefon Təqsirləndirilən şəxs qaytarılmalı, iş üzrə maddi sübut olan altı ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 302 (üç yüz iki) manat 54 (əlli dörd) qəpik məbləğində məhkəmə məsrəfləri (ekspertiza xərcləri) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, CPM-in 346.1.22-ci maddəsinin tələblərinə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 06 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 428 (dörd yüz iyirmi səkkiz) manat məbləğində pul ödənilməlidir. İş üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Məhkəmə, zərərçəkmiş şəxslərin-mülki iddiaçıların mülki iddia ərizələrini iş materialları ilə birlikdə müzakirə edərək bu nəticəyə gəlir ki, iş üzrə mülki iddialar təmin edilməli, dəymiş zərərə görə Təqsirləndirilən şəxs 2875 (iki min səkkiz yüz yetmiş beş) manat və ödənilmiş dövlət rüsumuna görə 49 (qırx doqquz) manat 60 (altmış) qəpik məbləğində pul tutulub "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və 8127 (səkkiz min yüz iyirmi yeddi) manat və ödənilmiş dövlət rüsumuna görə 101 (bir yüz bir) manat 27 (iyirmi yeddi) qəpik məbləğində pul tutulub "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 354, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni 06 fevral 2023-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,341 qram heroin, 0,214 qram psixotrop maddə metamfetamin, 1 (bir) ədəd “Asoai” markalı elektron tərəzi, digər kağız bükümdə olan heroin hissəcikləri və 05 (beş) ədəd bıçaq, Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan 03 (üç) ədəd əlcək və 01 (bir) ədəd alışqan və Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılan 02 (iki) ədəd əlcək, 01 (bir) ədəd plastik stəkan və 01 (bir) ədəd əski parçası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan 01 (bir) ədəd “Samsung A10” markalı telefon Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə maddi sübut olan 6 (altı) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 302 (üç yüz iki) manat 54 (əlli dörd) qəpik məbləğində məhkəmə məsrəfləri (ekspertiza xərcləri) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddialar təmin edilsin. Dəymiş zərərə görə Təqsirləndirilən şəxs 2875 (iki min səkkiz yüz yetmiş beş) manat və ödənilmiş dövlət rüsumuna görə 49 (qırx doqquz) manat 60 (altmış) qəpik məbləğində pul tutulub "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Təqsirləndirilən şəxs dəymiş zərərə görə 8127 (səkkiz min yüz iyirmi yeddi) manat və ödənilmiş dövlət rüsumuna görə 101 (bir yüz bir) manat 27 (iyirmi yeddi) qəpik məbləğində pul tutulub "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 428 (dörd yüz iyirmi səkkiz) manat məbləğində pul ödənilsin. Hökmdən elan edildiyi vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar