Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-5/2025 14.02.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X10 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Rəşid oğlunun, Təqsirləndirilən şəxs və müdafiəçi-Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 14 fevral 2025-ci il tarixdə, Ucar şəhərində, Ucar Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxxx 1978-ci ildə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ucar şəhəri, X13 küçəsi, ev 8-də qeydiyyatda olan, Ucar Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli, 1(063)-21/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 29 oktyabr 2023-cü il tarixdə istintaqa dəqiq məlum olmayan vaxtda tamah niyyəti ilə özgənin əmlakını qəsdən gizli olaraq talama məqsədilə Ucar rayonu, Qarabörk kəndi ərazisindəki açıq ərazidən 4 illik, qara rəngli, diri çəkisi 200 kiloqram olan, 1800 manat dəyərində ala-qara cinsli boğaz inəyi, 4 illik, qara rəngli, diri çəkisi 200 kiloqram olan, 1800 manat dəyərində şves cinsli boğaz inəyi və 1 il 3 aylıq, diri çəkisi 180 kiloqram olan 1250 manat dəyərində sarı rəngli yerli cins inəyi gizli olaraq talayıb Zərərçəkmiş şəxs 4850 (dörd min səkkiz yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını vahid niyyətlə gizli olaraq qəsdən talayıb oğurluq etmişdir. Bundan başqa o, qəsdən satış məqsədi olmadan istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Rrespublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ siyahısı ilə müəyyən edilmiş xeyli miqdarda, yəni 12,08 qram çəkidə qanunsuz olaraq əldə etdiyi kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı üzərində daşımaqla yaşadığı ünvanda saxlamış, 21 fevral 2024-cü il tarixdə saat 21 radələrində Ucar rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində yaşadığı Ucar şəhəri, X13 küçəsi ev 10 ünvanına keçirilmiş baxış zamanı evin qonaq otağında olan masanın üzərindəki dəmir qabın içərisindən 01 ədəd ağ rəngli kağız bükülüdə 1,27 qram, yataq otağında olan dolabın üst gözündən 01 ədəd kağız bükülüdə 10,56 qram və yataq otağında olan dolabın içərisində olan qara rəngli gödəkcənin sol yan cibindən toz şəklində 0,25 qram olmaqla satış məqsədi olmadan qanunsuz əldə edib üzərində daşımaqla yaşadığı ünvanda saxladığı xeyli miqdarda yəni, ümumilikdə 12,08 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 4vvəllər məhkum olunmamış, lakin Ucar RPŞ-də Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi olmuş və həmin maddə ilə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrum etmə cəzazına məhkum edilmişdir. Evlidir və həmin evlilikdən 2005, 2008 və 2010-cu il təvəllüdlü övladları vardır. Dolanışığı pis olduğu üçün həyat yoldaşı övladları ilə birlikdə müvəqqəti olaraq 2020-ci ildən etibarən Rusiya Federesiyasına köçmüşdür. Heç vaxt oğurluq etməmiş, rəsmi olaraq heç bir yerdə işləməmiş, öz həyətində heyvandarlıqla məşğul olaraq dolanmışdır. X2 ilə 6 ilə yaxın müddətdir ki, tanış olmuş, aralarında münasibət olmuş, ara-sıra yaşadığı ünvana gəlib getmiş, mübahisələri olmamış və heç bir ədavəti olmamışdır. Qardaşı Ədalətə məxsus Ucar şəhəri, M.Ə.Sabir küçəsi, ev 10-da fərdi yaşayış evində Ədalət vəfat etdiyi üçün tək yaşamışdır. Ara bir həmin evdə Səidə də onunla birlikdə qalmışdır. Təxminən 8-9 ay bundan əvvəl Göyçayda yerləşən heyvan bazarından 2 baş iribuynuzlu inəyi bir ədədini 1500, digərini isə 2500 manata almışdır. Belə ki, heyvanlardan biri boğaz olmuşdur. Heyvanları alarkən yanında heç kəs olmamışdır. Heyvanları aldıqdan sonra Ucar şəhəri, M.Ə.Sabir küçəsi, ev 8-də yerləşən yaşayış evinin həyətyani sahəsinə gətirmiş və tövləyə salmışdır. Heyvanları satan şəxsin avtomobili ilə gətirmiş, həmin avtomobil Ford markalı olmaqla, dövlət qeydiyyat nişanı 50 seriyası ilə başlamış, lakin dövlət qeydiyyat nişanını dəqiq xatırlamamışdır. Həmin vaxt bazarda olan başqa şəxsdən 3 baş keçi də almışdır. 21 fevral 2024-cü il tarixdə yaşadığı evə RPŞ-nin əməkdaşları gəlmiş və fərdi yaşayış evinin həyətyanı sahəsində oğurluq heyvan saxlanılması ilə bağlı məlumatın daxil olduğu bildirilmişdir. Daha sonra fərdi yaşayış evinin tövləsinə icazəsi ilə və etirazı olmadan RPŞ-nin əməkdaşları və Ucar rayonu, Qarabörk kənd sakini Zərərçəkmiş şəxs iştirakları ilə baxış keçirilmişdir. Ucar rayonu, Qarabörk kənd sakini Zərərçəkmiş şəxs heyvanlara baxış keçirən zaman, həmin 3 baş iribuynuzlu heyvanın ona məxsus olmasını bildirmişdir. O, həmin heyvanların özünə məxsus olduğunu, heyvanlardan birinin aldıqdan sonra təxminən bir ay əvvəl doğduğunu bildirmişdir. X5 məxsus heyvanları oğurlamadığını, həmin heyvanların oğurlanması barədə məlumatı olmadığını qeyd etmişdir. Həmin heyvanları aldıqdan sonra rayon ərazisində otarmış və camaat həmin heyvanları otardığını görmüşdür. Baxış yekunlaşdırıldıqdan sonra narkotik vasitələrin qanunsuz saxlanılmasında şübhəli olduğu bildirilməklə, yaşadığı ünvana baxış keçiriləcəyi qeyd olunmuşdur. Baxış keçirilməsinə etirazı olmadığını bildirərək bununla bağlı ərizəni təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən hüquq və vəzifələrinə dair bildiriş təqdim olunaraq hüquq və vəzifələri izah olunmuş, bu barədə təqdim olunan bildirişi imzalamaqla götürmüşdür. Təhqiqatçı ondan yaşadığı ünvanda qanunla qadağan olunmuş əşya və predmet saxlayıb-saxlamadığını soruşmuş, o, yaşadığı ünvanda qanunla qadağan olunmuş əşya və ya predmetlərin olmadığını bildirmiş və baxış keçirilməsi üçün polis əməkdaşlarını yaşadığı ünvana dəvət etmişdir. Evə daxil olduqdan sonra əməliyyat müvəkkili tərəfindən ilk öncə qonaq otağında olan masanın üzərinə baxış keçirilmişdir. Masanın üzərinə baxış zamanı orada olan 1 ədəd dəmir qabın içərisindən 1 ədəd kağız bükülü aşkar olunmuşdur. Həmin kağız bükülü açıldıqda orada yaşıl rəngli kütlə aşkar olunmuşdur. Aşkar olunmuş kütlənin nə olması soruşulduqda həmin bükülüdə olan kütlənin tütün olmasını və ona məxsus olduğunu bildirmişdir. Bundan sonra aşkar olunmuş 01 ədəd bükülü götürülməklə zərfin içərisinə qablaşdırılmış həmin zərfin üzəri o və bütün digər iştirakçılar tərəfindən imzalanaraq möhürlənmişdir. Bundan sonra qonaq otağına baxış keçirilməsi davam etdirilsə də, qonaq otağından əlavə qanunla qadağan edilmiş əşya və ya predmetlər aşkar olunmamışdır. Daha sonra evin mətbəx hissəsinə baxış keçirilməsinə başlanılmışdır. Mətbəxə baxış keçirilən zaman oradan şəffaf rəngli sellofanın içərisində kibritlər aşkar olunmuşdur. Əməliyyat müvəkkili həmin kibritlərin nə üçün qutularından çıxarılaraq boş sellofana yerləşdirilməsini soruşmuşdur. O, cavabında “böyük qabda almışam” deyə bildirmişdir. Bundan sonra baxış zamanı mətbəxdən qanunla qadağan edilmiş əşya və ya predmetlər aşkar olunmamışdır. Daha sonra digər otağa baxış keçirilməsinə başlanılmış, baxış zamanı həmin otağın qapısının bağlı olması müəyyən olunmuşdur. Açar ilə qapını açaraq, həmin otağın vəfat etmiş qardaşına məxsus olmasını, həmin otaqdan istifadə etmədiyini bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən verilmiş göstərişə əsasən, əməliyyat müvəkkili tərəfindən qeyd olunan otağa baxış keçirilmiş, lakin həmin otaqda qanunla qadağan edilmiş əşya və ya predmetlərə rast gəlinməmişdir. Bundan sonra növbəti otağa baxış keçirilməsinə başlanılmışdır. Qeyd olunan otağa baxış keçirilən zaman videokamerada yaranmış nasazlıq səbəbindən çəkiliş yarıda kəsilmişdir. Çəkiliş kəsildikdən dərhal sonra yenidən bərpa olunmuş, bu barədə bütün iştirakçılara bildirilməklə hər hansı etiraz olub-olmaması soruşulmuş, o və bütün digər iştirakçılar heç bir şikayətləri olmadığını bildirmişlər. Bundan sonra otağa baxış keçirilməsi davam etdirilmişdir. Həmin otağa baxış zamanı qanunla qadağan edilmiş əşya və ya predmetlər aşkar olunmamışdır. Bundan sonra iştirakçılar ilə birlikdə növbəti otağa baxış keçirilməsinə başlanılmışdır. Qeyd olunan otaqda ilk öncə əməliyyat müvəkkili tərəfindən rəflərin üzərinə baxış keçirilmişdir. Bu zaman qanunla qadağan edilmiş əşya və ya predmetlər aşkar olunmamışdır. Bundan sonra əməliyyat müvəkkili tərəfindən həmin otaqda olan paltar dolabına baxış keçirilməsinə başlanılmışdır. Qeyd olunan dolabın yuxarı gözünə baxış zamanı oradan 01 ədəd ağ rəngli kağız bükülü aşkar olunmuşdur. Həmin bükülü əməliyyat müvəkkili tərəfindən açıldıqda orada yaşıl rəngli kütlə olması müəyyən olunmuşdur. Həmin kütlə ona məxsus olmamış, kütləni oraya polis əməkdaşları yerləşdirmişdir. Bundan sonra aşkar olunmuş bükülünün qablaşdırılmasına başlanılmışdır. Bu zaman yenidən bükülüyə baxmaq istədiyini bildirmiş, həmin bükülü açıladıqda bükülünün ona məxsus olmadığını bildirmişdir. Bundan sonra aşkar olunmuş 01 ədəd ağ rəngli kağız zərfdə olan kütlə qablaşdırılmış, üzəri yazılmaqla bütün iştirakçılar tərəfindən imzalanmış və möhürlənərək götürülmüşdür. Bundan sonra dolaba baxış keçirilməsi davam etdirilmişdir. Dolaba baxış zamanı orada olan qara rəngli gödəkcənin sol cibindən toz şəklində kütlə aşkar olunmuşdur. Həmin kütlə tütün olmuş, cibində olan qırıq siqaretin içərisindən oraya tökülmüşdür. Həmin siqareti polis əməkdaşı baxış zamanı gödəkcənin cibində aşkar etmiş və siqaretin özünü kənara qoymuşdur. Qeyd olunan kütlə 01 ədəd ağ rəngli kağızın üzərinə boşaldılmış, şifahi sorğu zamanı qeyd olunan kütlənin tütün olmasını, gödəkcənin isə evdə geyinildiyini bildirmişdir. Bundan sonra aşkar olunmuş kütlə yerləşdirildiyi 01 ədəd ağ rəngli kağızın içərisində olmaqla 01 ədəd boş ağ rəngli zərfin içərisinə yerləşdirilmişdir. Bundan sonra zərfin ağzı bağlanmış, o və bütün digər iştirakçılar zərfin üzərinə imza etdikdən sonra zərfin üzəri möhürlənərək götürülmüşdür. Bundan sonra baxış keçirilməsinə davam etdirilmişdir. Dolaba baxış zamanı orada olan qara rəngli gödəkcənin sağ iç cibindən 01 ədəd “dirol” adlı saqqız qablaşdırması aşkar olunmuşdur. Həmin qablaşdırmaya əməliyyat müvəkkili, tərəfindən baxış keçirilməsinə başlanılmışdır. Bu zaman qablaşdırmanın içərisində 1 ədəd ağ rəngli kağız bükülünün içərisində 1 ədəd salfet bükülüsü aşkar olunmuşdur. Həmin bükülüyə baxış zamanı orada bitki toxumları aşkar olunmuşdur. Daha sonra üzərində “dirol” yazısı olan qablaşdırmanın içərisində iki ədəd şəffaf rəngli sellofan bükülülər olması müəyyən olunmuşdur. Həmin bükülülərə baxış zamanı orada bitki toxumları aşkar olunmuşdur. Bundan başqa, “dirol” yazısı olan qablaşdırmanın içərisindən 1 ədəd kağız bükülü aşkar olunmuşdur. Həmin kağız bükülüyə də baxış zamanı oradan da, bitki toxumları aşkar olunmuşdur. Bundan sonra üzərində “dirol” yazısı olan qablaşdırmanın içərisindən aşkar olunaraq götürülmüş 02 ədəd qızılı rəngli siqaret kağızı bükülülərinə baxış keçirilmişdir. Həmin bükülülərə baxış zamanı oradan bitki toxumları aşkar olunmuşdur. Şifahi sorğu zamanı qeyd olunan toxumların gül toxumları olmaqla özünə məxsus olmasını qeyd etmişdir. Həmin toxumları haradan və nə zaman əldə etdiyini xatırlamamışdır. Həmin toxumları əldə etdikdən sonra gül toxumları olduğunu zənn edərək saxlamışdır. Daha sonra qeyd olunan 6 ədəd bükülü 01 ədəd ağ rəngli boş kağız zərfin içərisinə yerləşdirilmiş, zərfin ağzı bağlanmaqla üzəri yazıldıqdan sonra o və bütün iştirakçılar zərfin üzərinə imza etmiş və möhürlənərək qeyd olunan predmetlər müvafiq qaydada götürülmüşdür. Bundan sonra baxış keçirilməsi davam etdirilsə də, dolabdan əlavə qanunla qadağan edilmiş əşya və ya predmetlər aşkar olunmamışdır. Daha sonra yataq otağına baxış keçirilməsi davam etdirilmiş, baxış zamanı çarpayının sağ tərəfində 4 ədəd su qabının kəsilərək dibçək formasına salınması müəyyən olunmuşdur. Həmin su qablarının üzərinə qoyulduğu kiçik ölçülü rəfə baxış keçirilən zaman oradan 1 ədəd nəlbəkinin içərisindən olan iki ədəd nəm vəziyyətə salınmış salfetin arasında bitki toxumları aşkar olunmuşdur. Şifahi sorğu zamanı dibçəkdə gül əkmək niyyəti olsa da, hələ ki, həmin torpaqda heç bir bitki əkmədiyini bildirmişdir. İki ədəd nəm vəziyyətdə olan salfetin içərisində olan toxumların isə gül toxumları olduğunu bildirmişdir. Bundan sonra aşkar olunmuş dibçəklərin qablaşdırılmasına başlanılmışdır. Qeyd olunan 04 ədəd dibçək 01 ədəd ağ rəngli sellofana yerləşdirilmiş, sellofanın ağzı bağlandıqdan sonra 01 ədəd A4 formalı kağızın üzəri yazılmış və bütün iştirakçılar tərəfindən imzalanmış, həmin kağız hər tərəfinə Ucar RPŞ-nin zərflər üçün nəzərdə tutulmuş möhüründən qoyulmaqla yapışqan lent vasitəsilə qablaşdırmanın üzərinə yapışdırılmışdır. Bundan sonra aşkar olunmuş nəm vəziyyət olan 02 ədəd bitki toxumları aşkar olunduğu salfetlərlə birlikdə 01 ədəd zərfə yerləşdirilmiş, həmin zərfin üzəri yazılmaqla o və bütün digər iştirakçılar tərəfindən imzalanmış və Ucar RPŞ-nin zərflər üçün nəzərdə tutulmuş möhüründən istifadə olunmaqla möhürlənərək götürülmüşdür. Bundan sonra yataq otağına baxış keçirilsə də, qanunla qadağan edilmiş əlavə əşya və ya predmetlərə rast gəlinməmişdir. Evin həyətyanı sahəsində olan tikililərə baxış keçirilməsinə başlanılmışdır. Evin həyətində olan tikililərə baxış keçirilsə də, oradan qanunla qadağan edilmiş əşya və ya predmetlər aşkar olunmamışdır. Baxış zamanı o və digər iştirakçılar tərəfindən ərizə, şikayət, təklif daxil olmamışdır. Füzuli Qasımova məxsus heyvanları oğurlaması ilə bağlı suala cavab olaraq bu barədə heç bir məlumatı olmadığını bildirmişdir. Ona heç bir fiziki və ya psixi təsir göstərilməmiş, izahatını özü sərbəst formada heç bir təsir göstərilmədən vermişdir. Əvvəllər hər hansı ruhi-əsəb və psixi xəstəliyi olmamışdır. Narkotik vasitələrin heç bir növündən heç bir zaman istifadə etməmişdir. Yaşadığı ünvanda narkotik vasitə olmamışdır. Həmin narkotik vasitə polis əməkdaşları tərəfindən qoyulmuşdur. Bitki toxumlarını isə nə zaman və haradan əldə etdiyini xatırlamamış, uzun müddət əvvəldən orada qalmış, toxumları gül toxumu bilərək əldə edib saxlamışdır. Baxış zamanı dolabdan narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunarkən “həmin şeylərdəndi, bir meşokdur orda, bayaq yoxladıqlarınızdan, böyrək üçün olan şeylərdəndir, bizim evdən çıxıbsa bizimdir, prosta bilmirəm ora necə düşüb” deyə bildirməsi ilə bağlı suala baxış zamanı mətbəxdən çoxsaylı nanə və böyrək üçün digər otlar aşkar olunduğunu, həmin bükülünü gördükdə mətbəxdən aşkar olunan kütlələr ilə eyni olduğunu düşündüyünü, lakin sonradan rəfin bir neçə gün əvvəl yığışdırıldığını və orada belə bir şeyin olmadığını xatırladığını və bu səbəbdən yenidən həmin bükülüyə baxış keçirilməsini istədiyini və həmin bükülünün ona məxsus olmamasını bildirmişdir. Toxumlar polis əməkdaşları tərəfindən dəyişdirilmişdir. Çətənə bitkisinin toxumlarının saxlanılmasına görə hər hansı məsuliyyət nəzərdə tutulmadığı halda, həmin toxumların dəyişdirilməsində polis əməkdaşlarının hansı marağı olması ilə bağlı suala heç bir cavab verə bilməmişdir. Ünvandan aşkar olunmuş inəkləri 8-9 ay əvvəl almış, ola bilsin ki, Ramil və Səidə həmin heyvanları 3-4 ay əvvəl görmüşdür. Ramil həmin heyvanları gördükdə heyvanları pul ilə aldığını bildirmişdir. Hazırda zərərçəkmiş şəxsin onunla barışmasının, heç bir şikayət və tələbinin olmamasının nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs Rəşid oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Ucar rayonu, Qarabörk kəndində qeydiyyatda olmaqla, həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, təsərrüfatla məşğul olmaqla ailəsini dolandırır. Təsərrüfatı 4 baş iribuynuzlu heyvandan ibarət olmuşdur. Həmin heyvanların hamısı dişi olmaqla, ikisi süni mayalanma olunduğundan boğaz olmuşdur. O, həmin heyvanları həmişə naxıra göndərsə də, 29 oktyabr 2024-cü il tarixdə işi olduğu üçün heyvanları vaxtında ötürə bilməmiş, saat 9 radələrində vəfat etmiş qardaşı Vidadinin yaşadığı evin yaxınlığındakı boş otlaq sahəsinə buraxmışdır. Axşam saaat 17 radələrində 1 baş dana qayıtsa da, 2 baş boğaz olan və digər 1 baş inək qayıtmamışdır. O, inəkləri xeyli axtararaq soraq etsə də, tapa bilməmiş, bundan sonra baş vermiş hadisə ilə bağlı polisə müraciət etmiş, lakin inəkləri tapmaq mümkün olmamışdır. 21 fevral 2024-cü il tarixdə isə polis əməkdaşları onu dəvət edərək inəklərin Təqsirləndirilən şəxs tərəfindən oğurlanması barədə məlumat olduğu və qeyd olunan məlumatla əlaqədar olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyətindəki tövlədə saxlanılan heyvanlara baxış keçirilməli olduğu bildirilmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmiş və sonuncunun da iştirakı ilə ünvana baxış keçirilmişdir. Baxışdan əvvəl o, oğurlanmış inəklərin əlamətlərini sadalamış, baxış zamanı aşkar olunmuş inəklər onun sadaladığı əlamətlərə malik olmuş və o, özünə məxsus heyvanları dərhal tanımışdır. Oğurlanmış 2 baş boğaz inəklərdən hər biri 4 illik, qara rəngli, hər birinin diri çəkisi 200 kiloqram olmaqla, xırda buynuzları olmuşdur. Həmin inəklərdən biri ala-qara, digəri isə şves cinsindən olmuşdur. Boğaz inəklərdən biri 2024-cü ilin yanvar ayının son günlərinə, digəri isə mart ayında balalamalı olmuşdur. O, qeyd olunan inəklərin süni mayalanmasına dair sənədləri təqdim etmiş, həmin sənədlər götürülmüşdür. 1 baş boğaz olmayan inək isə, xırda buynuzlu, 1 yaş 3 aylıq yerli cins inək olmuş, sarı rəngli olmaqla, çəkisi 180 kiloqram olmuşdur. İnəklərin oğurlanması nəticəsində ona ümumilikdə 6200 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir, onun sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur (bununla bağlı yazılı ərizəsini də təqdim etmişdir). Belə ki, məhkəmə istintaqı zamanı şahid Ucar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Ucar şəhəri, M.Ə.Sabir küçəsi, ev 10 ünvanında yaşayan Təqsirləndirilən şəxs Ucar rayonu, Qarabörk kənd sakini Zərərçəkmiş şəxs məxsus 3 baş iribuynuzlu heyvanı yaşadığı ünvanın tövləsində saxlaması, eləcə də, narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması və yaşadığı ünvanda külli miqdarda narkotik vasitə saxlaması barədə məlumat daxil olmuş, həmin gün Şahid1 tərəfindən protokol yazılmaqla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar tərtib olunmuş, RPŞnin rəisinin imzası ilə qərar təsdiq edilmiş və təlimatlandırılma keçirilmişdir. Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirinin keçirilməsindən ötrü əməliyyat qrupu yaradılmış, bundan sonra o, Ucar RPŞ-nin İTB-nin polis sahə rəisi Şahid6, Ucar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid4, Ucar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid7, Ucar RPŞ-nin CABnin əməliyyat müvəkkili Şahid3 və Ucar RPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid5 qrupun tərkibinə daxil edilməklə keçiriləcək tədbirlə bağlı Şahid1 tərəfindən təlimatlandırılmışlar. Faktla bağlı araşdırma aparılması Ucar RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı X3 həvalə olunmuşdur. Bundan sonra adları qeyd olunan əməkdaşlarla birlikdə Təqsirləndirilən şəxs məxsus ünvana getmiş və ünvanın qarşısında Təqsirləndirilən şəxs yaşadığı ünvanda oğurluq yolu ilə əldə olunmuş mal-qara və həmçinin narkotik vasitə saxlanılmasında şübhəli olduğunu bildirməklə baxış keçirilməli olduğunu qeyd etmişlər. Təqsirləndirilən şəxs yaşadığı ünvanın tövləsindəki mal-qaraya baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra Şahid1 və Şahid5 ətrafın mühafizəsi məqsədilə ünvanın ətrafında dayanmış, o və digər iştirakçılar isə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs da iştirakı ilə baxış keçirilməsinə başlamışlar. Baxış keçirilməzdən əvvəl Zərərçəkmiş şəxs ona məxsus olan inəklərin əlamətlərini sadalayaraq, birinin “ala-bula”, digərinin qara olmaqla, arxa hissəsinin hündür, qarşı tərəfinin isə açlaq olduğunu, üçüncü inəyin isə bir qədər kiçik və sarı rəngdə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs tövlədə 3 ədəd inəyinin olduğunu və həmin inəkləri Göyçaydan mal bazarından aldığını bildirmişdir. Bundan sonra tövlədə olan inəklərə baxış keçirilməsinə başlanılmışdır. Baxış zamanı Zərərçəkmiş şəxs heyvanların özünə məxsus olduğunu bildirmişdir. Həmçinin baxış zamanı o və digər iştirakçılar da, heyvanların baxış keçirilməzdən əvvəl Zərərçəkmiş şəxs təsvir etdiyi əlamətlərlə eynilik təşkil etdiyini görmüşlər. Baxış zamanı onun tərəfindən çəkiliş aparılmış və iştirakçılar tərəfindən heç bir etiraz, vəsatət, şikayət və tələb daxil olmamışdır. Baxış zamanı aşkar olunaraq götürülmüş 3 baş inək Zərərçəkmiş şəxs təhvil verilmişdir. Baxış yekunlaşdırıldıqdan sonra protokol tərtib olunmuş, o və bütün digər iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Baxış yekunlaşdıqdan sonra Zərərçəkmiş şəxs özünə məxsus olan heyvanları götürərək çıxıb getmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçiriləcəyi bildirilmiş və o, Ucar RPŞ-nin İTB-nin polis sahə rəisi Şahid6, Ucar RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1, Ucar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 və Ucar RPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid5 iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə başlanılmışdır. Təqsirləndirilən şəxs bir daha yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs baxış keçirilməsinə etirazının olmadığını bildirərək bununla bağlı ərizəni təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmaqla, bu barədə bildiriş təqdim olunmuşdur. Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin aydın olduğunu bildirərək, bildirişi imzalamaqla götürmüşdür. Təqsirləndirilən şəxs həmin evdə qanunla qadağan olunmuş əşya və predmet saxlayıb-saxlamadığı barədə soruşulduqda sonuncu yaşadığı ünvanda qanunla qadağan olunmuş əşya və ya predmetlərin olmadığını bildirmiş və baxış keçirilməsi üçün iştirakçıları yaşadığı ünvana dəvət etmişdir. Evə daxil olduqdan sonra onun tərəfindən baxış keçirilməsinə başlanılmışdır. İlk öncə masanın üzərinə baxış keçirilmiş, bu zaman orada olan 1 ədəd dəmir qabın içərisindən 1 ədəd kağız bükülü aşkar olunmuşdur. Həmin kağız bükülü tərəfindən açıldıqda orada yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs aşkar olunmuş kütlənin nə olması soruşulduqda sonuncu həmin bükülüdə olan kütlənin tütün olmasını və özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən 01 ədəd ağ rəngli zərfin üzəri yazılmış, aşkar olunmuş 01 ədəd bükülü götürülməklə zərfin içərisinə qablaşdırılmış və bundan sonra həmin zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq Ucar RPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhüründən istifadə olunmaqla möhürlənmişdir. Bundan sonra qonaq otağına baxış keçirilməsi davam etdirilsə də, qonaq otağından əlavə qanunla qadağan edilmiş əşya və ya predmetlər aşkar olunmamışdır. Bundan sonra evin mətbəx hissəsinə baxış keçirilməsinə başlanılmışdır. Mətbəxə baxış keçirilən zaman oradan şəffaf rəngli sellofanın içərisində kibritlər aşkar olunmuşdur. Onun tərəfindən həmin kibritlərin nə üçün qutularından çıxarılaraq boş sellofana yerləşdirilməsi soruşulmuş, Təqsirləndirilən şəxs cavabında “böyük qabda almışam” deyə bildirmişdir. Bundan sonra baxış zamanı mətbəxdən qanunla qadağan edilmiş əşya və ya predmetlər aşkar olunmamış, daha sonra digər otağa baxış keçirilməsinə başlanılmışdır. Baxış zamanı həmin otağın qapısının bağlı olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs açar ilə qapını açaraq, həmin otağının vəfat etmiş qardaşına məxsus olmasını, həmin otaqdan istifadə etmədiklərini bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən verilmiş göstərişə əsasən, onun tərəfindən qeyd olunan otağa baxış keçirilmiş, lakin həmin otaqda qanunla qadağan edilmiş əşya və ya predmetlərə rast gəlinməmişdir. Bundan sonra növbəti otağa baxış keçirilməsinə başlanılmışdır. Qeyd olunan otağa baxış keçirilən zaman videokamerada yaranmış nasazlıq səbəbindən çəkiliş yarıda kəsilmiş, kəsildikdən dərhal sonra yenidən bərpa olunmuş, bu barədə bütün iştirakçılara bildirilməklə hər hansı etirazlarının olub olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs və bütün digər iştirakçılar heç bir şikayətlərinin olmadığını bildirmişlər. Bundan sonra otağa baxış keçirilməsi davam etdirilmişdir. Həmin otağa baxış zamanı qanunla qadağan edilmiş əşya və ya predmetlər aşkar olunmamışdır. Bundan sonra iştirakçılar ilə birlikdə növbəti otağa baxış keçirilməsinə başlanılmışdır. Qeyd olunan otaqda ilk öncə onun tərəfindən rəflərin üzərinə baxış keçirilmiş, bu zaman qanunla qadağan edilmiş əşya və ya predmetlər aşkar olunmamışdır. Bundan sonra həmin otaqda olan paltar dolabına baxış keçirilməsinə başlanılmışdır. Qeyd olunan dolabın yuxarı gözünə baxış zamanı oradan 01 ədəd ağ rəngli kağız bükülü aşkar olunmuş, həmin bükülü tərəfindən açıldıqda orada yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin kütlənin nə olması və kimə məxsus olması soruşulduqda sonuncu “həmin şeylərdəndi, bir meşokdur orda, bayaq yoxladıqlarınızdan, böyrək üçün olan şeylərdəndir, bizim evdən çıxıbsa bizimdir, prosta bilmirəm ora necə düşüb” deyə bildirmişdir. Bundan sonra aşkar olunmuş bükülünün qablaşdırılmasına başlanılmışdır. Bu zaman Təqsirləndirilən şəxs yenidən bükülüyə baxmaq istədiyini bildirmiş, həmin bükülü açıladıqda Təqsirləndirilən şəxs həmin bükülünün özünə məxsus olmadığını demişdir. Bundan sonra aşkar olunmuş 01 ədəd ağ rəngli kağız zərfdə olan kütlə qablaşdırılmağa başlanılmış, aşkar olunmuş 01 ədəd kağız bükülü zərfin içərisinə yerləşdirildikdən sonra üzəri yazılmaqla bütün iştirakçılar tərəfindən imzalanmış və zərfin üzəri Ucar RPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhüründən istifadə olunmaqla möhürlənərək götürülmüşdür. Bundan sonra dolaba baxış keçirilməsi davam etdirilmiş, dolaba baxış zamanı orada olan qara rəngli gödəkcənin sol cibindən toz şəklində olan narkotik vasitələrə bənzər kütlə aşkar olunmuş, qeyd olunan kütlə 01 ədəd ağ rəngli kağızın üzərinə boşaldılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs qeyd olunan kütlənin tütün olmasını, gödəkcənin isə evdə geyinildiyini bildirmişdir. Bundan sonra aşkar olunmuş kütlə yerləşdirildiyi 01 ədəd ağ rəngli kağızın içərisində olmaqla 01 ədəd boş ağ rəngli zərfin içərisinə yerləşdirilmişdir. Bundan sonra zərfin ağzı bağlanmış və bütün iştirakçılar zərfin üzərinə imza etdikdən sonra zərfin üzəri Ucar RPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhüründən istifadə olunmaqla möhürlənərək götürülmüşdür. Bundan sonra baxış keçirilməsi davam etdirilmişdir. Dolaba baxış zamanı orada olan qara rəngli gödəkcənin sağ iç cibindən 01 ədəd “dirol” adlı saqqız qablaşdırması aşkar olunmuşdur. Həmin qablaşdırmaya tərəfindən baxış keçirilməsinə başlanılmış, bu zaman qablaşdırmanın içərisində 1 ədəd ağ rəngli kağız bükülünün içərisində 1 ədəd salfet bükülüsü aşkar olunmuşdur. Həmin bükülüyə baxış zamanı orada çətənə bitkisinin toxumlarına bənzər toxumlar aşkar olunmuşdur. Daha sonra üzərində “dirol” yazısı olan qablaşdırmanın içərisində iki ədəd şəffaf rəngli sellofan bükülülər olması müəyyən olunmuşdur. Həmin bükülülərə baxış zamanı orada çətənə bitkisinin toxumlarına bənzər toxumlar aşkar olunmuşdur. Bundan başqa “dirol” yazısı olan qablaşdırmanın içərisindən 1 ədəd kağız bükülü aşkar olunmuş, həmin kağız bükülüyə də baxış zamanı oradan çətənə bitkisinə bənzər bitki toxumları aşkar olunmuşdur. Bundan sonra üzərində “dirol” yazısı olan qablaşdırmanın içərisindən aşkar olunaraq götürülmüş 02 ədəd qızılı rəngli siqaret kağızı bükülülərinə baxış keçirilmişdir. Həmin bükülülərə baxış zamanı oradan çətənə bitkisinə bənzər toxumların olması müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs qeyd olunan toxumların gül toxumları olmaqla özünə məxsus olmasını qeyd etmişdir. Daha sonra qeyd olunan 6 ədəd bükülü 01 ədəd ağ rəngli boş kağız zərfin içərisinə yerləşdirilmiş, zərfin ağzı bağlanmaqla üzəri yazıldıqdan sonra bütün iştirakçılar zərfin üzərinə imza etmişlər və bundan sonra zərfin üzəri Ucar RPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhüründən istifadə olunmaqla möhürlənərək qeyd olunan predmetlər müvafiq qaydada götürülmüşdür. Bundan sonra baxış keçirilməsi davam etdirilsə də, dolabdan əlavə qanunla qadağan edilmiş əşya və ya predmetlər aşkar olunmamışdır. Bundan sonra yataq otağına baxış keçirilməsi davam etdirilmiş, otağa baxış zamanı çarpayının sağ tərəfində 4 ədəd su qabının kəsilərək dibçək formasına salınması müəyyən olunmuşdur. Həmin su qablarının üzərinə qoyulduğu kiçik ölçülü rəfə baxış keçirilən zaman oradan 1 ədəd nəlbəkinin içərisində olan iki ədəd nəm vəziyyətə salınmış salfetin arasında çətənə bitkisinin toxumlarına bənzər toxumlar aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs dibçəkdə gül əkmək niyyəti olsa da, hələ ki həmin torpaqda heç bir bitki əkilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs iki ədəd nəm vəziyyətdə olan salfetin içərisində olan toxunmların isə gül toxumları olduğunu bildirmiş, bundan sonra aşkar olunmuş dibçəklərin qablaşdırılmasına başlanılmışdır. Qeyd olunan 04 ədəd dibçək 01 ədəd ağ rəngli sellofana yerləşdirilmiş, sellofan bağlandıqdan sonra 01 ədəd A4 formalı kağızın üzəri yazılmış və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra həmin kağız hər tərəfinə Ucar RPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhüründən qoyulmaqla yapışqan lent vasitəsilə qablaşdırmanın üzərinə yapışdırılmışdır. Bundan sonra aşkar olunmuş nəm vəziyyətdə olan 02 ədəd çətənə bitkisinə bənzər toxumlar aşkar olunduğu salfetlərlə birlikdə 01 ədəd zərfə yerləşdirilmiş, həmin zərfin üzəri yazılmaqla iştirakçılar tərəfindən imzalanmış və Ucar RPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhüründən istifadə olunmaqla möhürlənərək götürülmüşdür. Bundan sonra yataq otağına baxış keçirilsə də, qanunla qadağan edilmiş əlavə əşya və ya predmetlərə rast gəlinməmişdir. Daha sonra evin həyətyanı sahəsində olan tikililərə baxış keçirilməsinə başlanılmış, evin həyətində olan tikililərə baxış keçirilsə də, oradan qanunla qadağan edilmiş əşya və ya predmetlər aşkar olunmamışdır. Baxış zamanı Şahid3 tərəfindən videoçəkilişdən istifadə olunmuş, baxış zamanı Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən ərizə, şikayət, təklif daxil olmamışdır. Məhkəmə istintaqında şahid Ucar RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid3 digər Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid Ucar RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Ucar şəhəri, M.Ə.Sabir küçəsi, ev 10 ünvanında yaşayan Təqsirləndirilən şəxs Ucar rayonu, Qarabörk kənd sakini Zərərçəkmiş şəxs məxsus 3 baş iribuynuzlu heyvanı yaşadığı ünvanın tövləsində saxlaması, eləcə də, narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması və yaşadığı ünvanda külli miqdarda narkotik vasitə saxlaması barədə məlumat daxil olmuş, həmin gün tərəfindən protokol yazılmaqla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar tərtib olunmuş, RPŞ-nin rəisinin imzası ilə qərar təsdiq edilmiş və təlimatlandırılma keçirilmişdir. Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirinin küçirilməsindən ötrü əməliyyat qrupu yaradılmış, bundan sonra Ucar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2, Ucar RPŞ-nin İTB-nin polis sahə rəisi Şahid6, Ucar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid4, Ucar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid7, Ucar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 və Ucar RPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid5 qrupun tərkibinə daxil edilməklə keçiriləcək tədbirlə bağlı tərəfindən təlimatlandırılmışlar. Faktla bağlı araşdırma aparılması Ucar RPŞnin Təhqiqat Bölməsinin təhqiqatçısı X3 həvalə olunmuşdur. Bundan sonra adları qeyd olunan əməkdaşlarla birlikdə Təqsirləndirilən şəxs məxsus ünvana getmiş və ünvanın qarşısında Təqsirləndirilən şəxs yaşadığı ünvanda oğurluq yolu ilə əldə olunmuş mal-qara və həmçinin narkotik vasitə saxlanılmasında şübhəli olduğunu bildirməklə baxış keçirilməli olduğunu qeyd etmişlər. Təqsirləndirilən şəxs yaşadığı ünvanın tövləsindəki mal-qaraya baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra o və Şahid5 ətrafın mühafizəsi məqsədilə ünvanın ətrafında dayanmışlar. Digər iştirakçılar isə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ilə birlikdə ünvana baxış keçirmişlər. Baxış yekunlaşdıqdan sonra Zərərçəkmiş şəxs özünə məxsus olan heyvanları götürərək çıxıb getmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçiriləcəyi bildirilmiş və o, Ucar RPŞ-nin İTBnin polis sahə rəisi Şahid6, Ucar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2, Ucar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 və Ucar RPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid5 iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə başlanılmışdır. Təqsirləndirilən şəxs bir daha yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs baxış keçirilməsinə etirazının olmadığını bildirərək bununla bağlı ərizəni təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmaqla, bu barədə bildiriş təqdim olunmuşdur. Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin aydın olduğunu bildirərək, bildirişi imzalamaqla götürmüşdür. Təqsirləndirilən şəxs həmin evdə qanunla qadağan olunmuş əşya və predmet saxlayıb-saxlamadığı barədə soruşulduqda sonuncu yaşadığı ünvanda qanunla qadağan olunmuş əşya və ya predmetlərin olmadığını bildirmiş və baxış keçirilməsi üçün iştirakçıları yaşadığı ünvana dəvət etmişdir. Evə daxil olduqdan sonra Şahid2 tərəfindən baxış keçirilməsinə başlanılmışdır. İlk öncə masanın üzərinə baxış keçirilmiş, bu zaman orada olan 1 ədəd dəmir qabın içərisindən 1 ədəd kağız bükülü aşkar olunmuşdur. Həmin kağız bükülü tərəfindən açıldıqda orada yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs aşkar olunmuş kütlənin nə olması soruşulduqda sonuncu həmin bükülüdə olan kütlənin tütün olmasını və özünə məxsus olduğun bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən 01 ədəd ağ rəngli zərfin üzəri yazılmış, aşkar olunmuş 01 ədəd bükülü götürülməklə zərfin içərisinə qablaşdırılmış və bundan sonra həmin zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq Ucar RPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhüründən istifadə olunmaqla möhürlənmişdir. Bundan sonra qonaq otağına baxış keçirilməsi davam etdirilsə də, qonaq otağından əlavə qanunla qadağan edilmiş əşya və ya predmetlər aşkar olunmamışdır. Bundan sonra evin mətbəx hissəsinə baxış keçirilməsinə başlanılmışdır. Mətbəxə baxış keçirlən zaman oradan şəffaf rəngli sellofanın içərisində kibritlər aşkar olunmuşdur. Şahid2 tərəfindən həmin kibritlərin nə üçün qutularından çıxarılaraq boş sellofana yerləşdirilməsi soruşulmuş, Təqsirləndirilən şəxs cavabında “böyük qabda almışam” deyə bildirmişdir. Bundan sonra baxış zamanı mətbəxdən qanunla qadağan edilmiş əşya və ya predmetlər aşkar olunmamış, daha sonra digər otağa baxış keçirilməsinə başlanılmışdır. Baxış zamanı həmin otağın qapısının bağlı olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs açar ilə qapını açaraq, həmin otağının rəhmətə getmiş qardaşına məxsus olmasını, həmin otaqdan istifadə etmədiklərini bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən verilmiş göstərişə əsasən, Şahid2 tərəfindən qeyd olunan otağa baxış keçirilmiş, lakin həmin otaqda qanunla qadağan edilmiş əşya və ya predmetlərə rast gəlinməmişdir. Bundan sonra növbəti otağa baxış keçirilməsinə başlanılmışdır. Qeyd olunan otağa baxış keçirilən zaman videokamerada yaranmış nasazlıq səbəbindən çəkiliş yarıda kəsilmiş, kəsildikdən dərhal sonra yenidən bərpa olunmuş, bu barədə bütün iştirakçılara bildirilməklə hər hansı etirazlarının olub olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs və bütün digər iştirakçılar heç bir şikayətlərinin olmadığını bildirmişlər. Bundan sonra otağa baxış keçirilməsi davam etdirilmişdir. Həmin otağa baxış zamanı qanunla qadağan edilmiş əşya və ya predmetlər aşkar olunmamışdır. Bundan sonra iştirakçılar ilə birlikdə növbəti otağa baxış keçirilməsinə başlanılmışdır. Qeyd olunan otaqda ilk öncə onun tərəfindən rəflərin üzərinə baxış keçirilmiş, bu zaman qanunla qadağan edilmiş əşya və ya predmetlər aşkar olunmamışdır. Bundan sonra həmin otaqda olan paltar dolabına baxış keçirilməsinə başlanılmışdır. Qeyd olunan dolabın yuxarı gözünə baxış zamanı oradan 01 ədəd ağ rəngli kağız bükülü aşkar olunmuş, həmin bükülü Şahid2 tərəfindən açıldıqda orada yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin kütlənin nə olması və kimə məxsus olması soruşulduqda sonuncu “həmin şeylərdəndi, bir meşokdur orda, bayaq yoxladıqlarınızdan, böyrək üçün olan şeylərdəndir, bizim evdən çıxıbsa bizimdir, prosta bilmirəm ora necə düşüb” deyə bildirmişdir. Bundan sonra aşkar olunmuş bükülünün qablaşdırılmasına başlanılmışdır. Bu zaman Təqsirləndirilən şəxs yenidən bükülüyə baxmaq istədiyini bildirmiş, həmin bükülü açıladıqda Təqsirləndirilən şəxs həmin bükülünün özünə məxsus olmadığını demişdir. Bundan sonra aşkar olunmuş 01 ədəd ağ rəngli kağız zərfdə olan kütlə qablaşdırılmağa başlanılmış, aşkar olunmuş 01 ədəd kağız bükülü zərfin içərisinə yerləşdirildikdən sonra üzəri yazılmaqla bütün iştirakçılar tərəfindən imzalanmış və bundan sonra zərfin üzəri Ucar RPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhüründən istifadə olunmaqla möhürlənərək götürülmüşdür. Bundan sonra dolaba baxış keçirilməsi davam etdirilmiş, dolaba baxış zamanı orada olan qara rəngli gödəkcənin sol cibindən toz şəklində olan narkotik vasitələrə bənzər kütlə aşkar olunmuş, qeyd olunan kütlə 01 ədəd ağ rəngli kağızın üzərinə boşaldılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs qeyd olunan kütlənin tütün olmasını, gödəkcənin isə evdə geyinildiyini bildirmişdir. Bundan sonra aşkar olunmuş kütlə yerləşdirildiyi 01 ədəd ağ rəngli kağızın içərisində olmaqla 01 ədəd boş ağ rəngli zərfin içərisinə yerləşdirilmişdir. Bundan sonra zərfin ağzı bağlanmış və bütün iştirakçılar zərfin üzərinə imza etdikdən sonra zərfin üzəri Ucar RPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhüründən istifadə olunmaqla möhürlənərək götürülmüşdür. Bundan sonra baxış keçirilməsi davam etdirilmişdir. Dolaba baxış zamanı orada olan qara rəngli gödəkçənin sağ iç cibindən 01 ədəd “dirol” adlı saqqız qablaşdırması aşkar olunmuşdur. Həmin qablaşdırmaya Şahid2 tərəfindən baxış keçirilməsinə başlanılmış, bu zaman qablaşdırmanın içərisində 1 ədəd ağ rəngli kağız bükülünün içərisində 1 ədəd salfet bükülüsü aşkar olunmuşdur. Həmin bükülüyə baxış zamanı orada çətənə bitkisnin toxumlarına bənzər toxumlar aşkar olunmuşdur. Daha sonra üzərində “dirol” yazısı olan qablaşdırmanın içərisində iki ədəd şəffaf rəngli sellofan bükülülər olması müəyyən olunmuşdur. Həmin bükülülərə baxış zamanı orada çətənə bitkisinin toxumlarına bənzər toxumlar aşkar olunmuşdur. Bundan başqa “dirol” yazısı olan qablaşdırmanın içərisindən 1 ədəd kağız bükülü aşkar olunmuş, həmin kağız bükülüyə də baxış zamanı oradan çətənə bitkisinə bənzər bitki toxumları aşkar olunmuşdur. Bundan sonra üzərində “dirol” yazısı olan qablaşdırmanın içərisindən aşkar olunaraq götürülmüş 02 ədəd qızılı rəngli siqaret kağızı bükülülərinə baxış keçirilmişdir. Həmin bükülülərə baxış zamanı oradan çətənə bitkisinə bənzər toxumların olması müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs qeyd olunan toxumların gül toxumları olmaqla özünə məxsus olmasını qeyd etmişdir. Daha sonra qeyd olunan 6 ədəd bükülü 01 ədəd ağ rəngli boş kağız zərfin içərisinə yerləşdirilmiş, zərfin ağzı bağlanmaqla üzəri yazıldıqdan sonra bütün iştirakçılar zərfin üzərinə imza etmişlər və bundan sonra zərfin üzəri Ucar RPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhüründən istifadə olunmaqla möhürlənərək qeyd olunan predmetlər müvafiq qaydada götürülmüşdür. Bundan sonra baxış keçirilməsi davam etdirilsə də, dolabdan əlavə qanunla qadağan edilmiş əşya və ya predmetlər aşkar olunmamışdır. Bundan sonra yataq otağına baxış keçirilməsi davam etdirilmiş, otağa baxış zamanı çarpayının sağ tərəfində 4 ədəd su qabının kəsilərək dibçək formasına salınması müəyyən olunmuşdur. Həmin su qablarının üzərinə qoyulduğu kiçik ölçülü rəfə baxış keçirilən zaman oradan 1 ədəd nəlbəkinin içərisində olan iki ədəd nəm vəziyyətə salınmış salfetin arasında çətənə bitkisinin toxumlarına bənzər toxumlar aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs dibçəkdə gül əkmək niyyəti olsa da, hələ ki həmin torpaqda heç bir bitki əkilmədiyinin bildirmişdir. Təqsirləndirilən şəxs iki ədəd nəm vəziyyətdə olan salfetin içərisində olan toxumları isə gül toxumları olduğunu bildirmiş, bundan sonra aşkar olunmuş dibçəklərin qablaşdırılmasına başlanılmışdır. Qeyd olunan 04 ədəd dibçək 01 ədəd ağ rəngli sellofana yerləşdirilmiş, sellofanın ağzı bağlandıqdan sonra 01 ədəd A4 formalı kağızın üzəri yazılmış və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra həmin kağız hər tərəfinə Ucar RPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhüründən qoyulmaqla yapışqan lent vasitəsilə qablaşdırmanın üzərinə yapışdırılmışdır. Bundan sonra aşkar olunmuş nəm vəziyyətdə olan 02 ədəd çətənə bitkisinə bənzər toxumlar aşkar olunduğu salfetlərlə birlikdə 01 ədəd zərfə yerləşdirilmiş, həmin zərfin üzərin yazılmaqla iştirakçılar tərəfindən imzalanmış və Ucar RPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhüründən istifadə olunmaqla möhürlənərək götürülmüşdür. Bundan sonra yataq otağına baxış keçirilsə də, qanunla qadağan edilmiş əlavə əşya və ya predmetlərə rast gəlinməmişdir. Daha sonra evin həyətyanı sahəsində olan tikililərə baxış keçirilməsinə başlanılmış, evin həyətində olan tikililərə baxış keçirilsə də, oradan qanunla qadağan edilmiş əşya və ya predmetlər aşkar olunmamışdır. Baxış zamanı Şahid3 tərəfindən videoçəkilişdən istifadə olunmuş, baxış zamanı Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən ərizə, şikayət, təklif daxil olmamışdır. Məhkəmə istintaqında şahid Ucar RPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid5 digər Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid Ucar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid4 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Ucar şəhəri, M.Ə.Sabir küçəsi, ev 10 ünvanında yaşayan Təqsirləndirilən şəxs Ucar rayonu, Qarabörk kənd sakini Zərərçəkmiş şəxs məxsus 3 baş iribuynuzlu heyvanı yaşadığı ünvanın tövləsində saxlaması, eləcə də, narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması və yaşadığı ünvanda külli miqdarda narkotik vasitə saxlaması barədə məlumat daxil olmuş, həmin gün Şahid1 tərəfindən protokol yazılmaqla, əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar tərtib olunmuş, RPŞ-nin rəisinin imzası ilə qərar təsdiq edilmiş və təlimatlandırılma keçirilmişdir. Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirinin küçirilməsindən ötrü əməliyyat qrupu yaradılmış, bundan sonra o, Ucar RPŞ-nin İTB-nin polis sahə rəisi Şahid6, Ucar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2, Ucar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid7, Ucar RPŞnin CAB-nin əməliyyat müvəkkili Şahid3 və Ucar RPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid5 qrupun tərkibinə daxil edilməklə keçiriləcək tədbirlə bağlı Şahid1 tərəfindən təlimatlandırılmışlar. Faktla bağlı araşdırma aparılması üçün Ucar RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı X3 həvalə olunmuşdur. Bundan sonra adları qeyd olunan əməkdaşlarla birlikdə Təqsirləndirilən şəxs məxsus ünvana getmiş və ünvanın qarşısında Təqsirləndirilən şəxs yaşadığı ünvanda oğurluq yolu ilə əldə olunmuş mal-qara və həmçinin narkotik vasitə saxlanılmasında şübhəli olduğunu bildirməklə baxış keçirilməli olduğunu qeyd etmişlər. Təqsirləndirilən şəxs yaşadığı ünvanın tövləsindəki mal-qaraya baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra Şahid1 və Şahid5 ətrafın mühafizəsi məqsədilə ünvanın ətrafında dayanmış, o və digər iştirakçılar isə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs da iştirakı ilə baxış keçirilməsinə başlamışlar. Baxış keçirilməzdən əvvəl Zərərçəkmiş şəxs ona məxsus olan inəklərin əlamətlərini sadalayaraq, birinin “ala-bula”, digərinin qara olmaqla, arxa hissəsinin hündür, qarşı tərəfinin isə açlaq olduğunu, üçüncü inəyin isə bir qədər kiçik və sarı rəngdə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs tövlədə 3 ədəd inəyinin olduğunu və həmin inəkləri Göyçaydan mal bazarından aldığını bildirmişdir. Bundan sonra tövlədə olan inəklərə baxış keçirilməsinə başlanılmışdır. Baxış zamanı Zərərçəkmiş şəxs heyvanların özünə məxsus olduğunu bildirmişdir. Həmçinin baxış zamanı o və digər iştirakçılar da, heyvanların baxış keçirilməzdən əvvəl Zərərçəkmiş şəxs təsvir etdiyi əlamətlərlə eynilik təşkil etdiyini görmüşlər. Baxış zamanı onun tərəfindən çəkiliş aparılmış və iştirakçılar tərəfindən heç bir etiraz, vəsatət, şikayət və tələb daxil olmamışdır. Baxış zamanı aşkar olunaraq götürülmüş 3 baş inək Zərərçəkmiş şəxs təhvil verilmişdir. Baxış yekunlaşdırıldıqdan sonra protokol tərtib olunmuş, o və bütün digər iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilsə də, o xidməti iş ilə əlaqədar olaraq həmin baxışda iştirak edə bilməmişdir. Məhkəmə istintaqında şahid Ucar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid7 digər Şahid4 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid8 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Ucar rayonu, Qarabörk kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun qonşusudur. Fizuli öz həyətyanı sahəsində heyvanlar saxlamış və həmçinin həyat yoldaşı da, heyvanlara qulluq etmişdir. O, özü də heyvan saxladığı üçün Fizulinin heyvanlarını tanımışdır. 29 oktyabr 2023-cü il tarixdə Fizuli ona 3 baş iribuynuzlu heyvanlarının itdiyini bildirmişdir. Fizuli ilə birlikdə nə qədər heyvanları axtarsa da, tapa bilməmişlər. Bundan sonra Fizuli məcbur qalaraq heyvanlarının yoxa çıxması barədə polisə müraciət etmişdir. 21 fevral 2024-cü il tarixdə Fizuli ona zəng edərək heyvanlarının tapıldığını və götürərək gətirdiyini bildirmişdir. O, sevinərək evdən çölə çıxıb Fizulinin gəlməsini gözləmişdir. Fizuli gələndə heyvanlar sürətlə qaçaraq Fizulinin qapısından içəri girmişlər. Belə ki, heyvanlar daim qaldıqları yerə gəldikləri üçün bu formada qaçmışlar. O, heyvanlara baxdıqda tanımış və oğurlanmış inəklər olduğunu görmüşdür. Belə ki, inəklərdən sarı olanı qayıtmamışdır. Lakin ala-qara olan inək doğmuşdur. O, həmçinin digər şves cinsli inəyi də görən kimi tanımışdır. İnəklər qayıtdıqdan sonra mart ayının əvvəllərində Fizuliyə məxsus boğaz inək doğmuşdur. Məhkəmə istintaqı zamanı Şahid10 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, ünvan 9 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuşdur. Təqsirləndirilən şəxs uşaqlıq illərindən tanımış, onunla dost olmuş, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Rüstəmlə dost olduğu müddətdə yaşadığı ünvana gedibgəlmişdir. Belə ki, Rüstəm onunla eyni məhəllədə yaşamışdır. Bir müddət Rusiya Federasiyasında yaşayıb Azərbaycan Respublikasına qayıtdıqdan sonra, təxminən 2021-ci ildən Rüstəmin öz tövləsində keçi saxladığını görmüşdür. Lakin orada olduğu müddətdə heç vaxt Rüstəm iribuynuzlu heyvan saxlamamışdır. Sonuncu dəfə təxminən 3 ay əvvəl Rüstəmin yaşadığı ünvana getdikdə orada 3 ədəd inək olduğunu görmüşdür. Həmin inəklərdən ikisi qara, biri isə sarı rəngdə olmuşdur. Həmin inəklərdən heç biri yeni doğulmuş olmamış, ən kiçiyinin təxminən 70 kiloqram çəkisi olmuşdur. Rüstəmdən inəklərin haradan olduğunu soruşduqda, Rüstəm həmin inəkləri Göyçay bazarından aldığını bildirmişdir. Bir dəfə Rüstəm Bakı şəhərinə gedərkən ondan xahiş etdiyi üçün inəklərinə qulluq etmişdir. Həmin inəklərin oğurluq yolu ilə əldə olunmasından xəbəri olmamışdır. İbtidai istintaq zamanı ifadə vermiş, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid Ucar RPŞ-nin İTB-nin polis sahə rəisi Şahid6 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Ucar şəhəri, M.Ə.Sabir küçəsi, ev 10 ünvanında yaşayan Təqsirləndirilən şəxs Ucar rayonu, Qarabörk kənd sakini Zərərçəkmiş şəxs məxsus 3 baş iribuynuzlu heyvanı yaşadığı ünvanın tövləsində saxlaması, eləcə də, narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması və yaşadığı ünvanda külli miqdarda narkotik vasitə saxlaması barədə məlumat daxil olmuş, həmin gün Şahid1 tərəfindən protokol yazılmaqla, əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar tərtib olunmuş, RPŞ-nin rəisinin imzası ilə qərar təsdiq edilmiş və təlimatlandırılma keçirilmişdir. Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirinin küçirilməsindən ötrü əməliyyat qrupu yaradılmış, bundan sonra o, Ucar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2, Ucar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Aslanov X11, Ucar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid7, Ucar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 və Ucar RPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid5 qrupun tərkibinə daxil edilməklə keçiriləcək tədbirlə bağlı Şahid1 tərəfindən təlimatlandırılmışlar. Faktla bağlı araşdırma aparılması üçün Ucar RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı X3 həvalə olunmuşdur. Bundan sonra adları qeyd olunan əməkdaşlarla birlikdə Təqsirləndirilən şəxs məxsus ünvana getmiş və ünvanın qarşısında Təqsirləndirilən şəxs yaşadığı ünvanda oğurluq yolu ilə əldə olunmuş mal-qara və həmçinin narkotik vasitə saxlanılmasında şübhəli olduğunu bildirməklə baxış keçirilməli olduğunu qeyd etmişlər. Təqsirləndirilən şəxs yaşadığı ünvanın tövləsindəki mal-qaraya baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra Şahid1 və Şahid5 ətrafın mühafizəsi məqsədilə ünvanın ətrafında dayanmış, o və digər iştirakçılar isə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs da iştirakı ilə baxış keçirilməsinə başlamışlar. Baxış keçirilməzdən əvvəl Zərərçəkmiş şəxs ona məxsus olan inəklərin əlamətlərini sadalayaraq, birinin “ala-bula”, digərinin qara olmaqla, arxa hissəsinin hündür, qarşı tərəfinin isə açlaq olduğunu, üçüncü inəyin isə bir qədər kiçik və sarı rəngdə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs tövlədə 3 ədəd inəyinin olduğunu və həmin inəkləri Göyçaydan mal bazarından aldığını bildirmişdir. Bundan sonra tövlədə olan inəklərə baxış keçirilməsinə başlanılmışdır. Baxış zamanı Zərərçəkmiş şəxs heyvanların özünə məxsus olduğunu bildirmişdir. Həmçinin baxış zamanı o və digər iştirakçılar da, heyvanların baxış keçirilməzdən əvvəl Zərərçəkmiş şəxs təsvir etdiyi əlamətlərlə eynilik təşkil etdiyini görmüşlər. Baxış zamanı Şahid2 tərəfindən çəkiliş aparılmış və iştirakçılar tərəfindən heç bir etiraz, vəsatət, şikayət və tələb daxil olmamışdır. Baxış zamanı aşkar olunaraq götürülmüş 3 baş inək Zərərçəkmiş şəxs təhvil verilmişdir. Baxış yekunlaşdırıldıqdan sonra protokol tərtib olunmuş, o və bütün digər iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Baxış yekunlaşdıqdan sonra Zərərçəkmiş şəxs özünə məxsus olan heyvanları götürərək çıxıb getmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçiriləcəyi bildirilmiş və o, Ucar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2, Ucar RPŞ-nin NMQnin əməliyyat müvəkkili Şahid1, Ucar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 və Ucar RPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid5 iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə başlanılmışdır. Təqsirləndirilən şəxs bir daha yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs baxış keçirilməsinə etirazının olmadığını bildirərək bununla bağlı ərizəni təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmaqla, bu barədə bildiriş təqdim olunmuşdur. Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin aydın olduğunu bildirərək, bildirişi imzalamaqla götürmüşdür. Təqsirləndirilən şəxs həmin evdə qanunla qadağan olunmuş əşya və predmet saxlayıb-saxlamadığı barədə soruşulduqda sonuncu yaşadığı ünvanda qanunla qadağan olunmuş əşya və ya predmetlərin olmadığını bildirmiş və baxış keçirilməsi üçün iştirakçıları yaşadığı ünvana dəvət etmişdir. Evə daxil olduqdan sonra onun CAB-nin baş əməliyyat müvəkkili Şahid2 tərəfindən baxış keçirilməsinə başlanılmışdır. İlk öncə masanın üzərinə baxış keçirilmiş, bu zamanorada olan 1 ədəd dəmir qabın içərisindən 1 ədəd kağız bükülü aşkar olunmuşdur. Həmin kağız bükülü Şahid2 tərəfindən açıldıqda orada yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs aşkar olunmuş kütlənin nə olması soruşulduqda sonuncu həmin bükülüdə olan kütlənin tütün olmasını və özünə məxsus olduğun bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən 01 ədəd ağ rəngli zərfin üzəri yazılmış, aşkar olunmuş 01 ədəd bükülü götürülməklə zərfin içərisinə qablaşdırılmış və bundan sonra həmin zərfin üzəri iştirakçılar tərəfindən imzalanaraq Ucar RPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhüründən istifadə olunmaqla möhürlənmişdir. Bundan sonra qonaq otağına baş əməliyyat müvəkkili Şahid2 tərəfindən baxış keçirilməsi davam etdirilsə də, qonaq otağından əlavə qanunla qadağan edilmiş əşya və ya predmetlər aşkar olunmamışdır. Bundan sonra evin mətbəx hissəsinə baxış keçirilməsinə başlanılmışdır. Mətbəxə baxış keçirlən zaman oradan şəffaf rəngli sellofanın içərisində kibritlər aşkar olunmuşdur. Şahid2 tərəfindən həmin kibritlərin nə üçün qutularından çıxarılaraq boş sellofana yerləşdirilməsi soruşulmuş, Təqsirləndirilən şəxs cavabında “böyük qabda almışam” deyə bildirmişdir. Bundan sonra baxış zamanı mətbəxdən qanunla qadağan edilmiş əşya və ya predmetlər aşkar olunmamış, daha sonra digər otağa baxış keçirilməsinə başlanılmışdır. Baxış zamanı həmin otağın qapısının bağlı olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs açar ilə qapını açaraq, həmin otağının rəhmətə getmiş qardaşına məxsus olmasını, həmin otaqdan istifadə etmədiklərini bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən verilmiş göstərişə əsasən, Şahid2 tərəfindən qeyd olunan otağa baxış keçirilmiş, lakin həmin otaqda qanunla qadağan edilmiş əşya və ya predmetlərə rast gəlinməmişdir. Bundan sonra növbəti otağa baxış keçirilməsinə başlanılmışdır. Qeyd olunan otağa baxış keçirilən zaman videokamerada yaranmış nasazlıq səbəbindən çəkiliş yarıda kəsilmiş, kəsildikdən dərhal sonra yenidən bərpa olunmuş, bu barədə bütün iştirakçılara bildirilməklə hər hansı etirazlarının olub olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs və bütün digər iştirakçılar heç bir şikayətlərinin olmadığını bildirmişlər. Bundan sonra otağa baxış keçirilməsi davam etdirilmişdir. Həmin otağa baxış zamanı qanunla qadağan edilmiş əşya və ya predmetlər aşkar olunmamışdır. Bundan sonra iştirakçılar ilə birlikdə növbəti otağa baxış keçirilməsinə başlanılmışdır. Qeyd olunan otaqda ilk öncə Şahid2 tərəfindən rəflərin üzərinə baxış keçirilmiş, bu zaman qanunla qadağan edilmiş əşya və ya predmetlər aşkar olunmamışdır. Bundan sonra həmin otaqda olan paltar dolabına baxış keçirilməsinə başlanılmışdır. Qeyd olunan dolabın yuxarı gözünə baxış zamanı oradan 01 ədəd ağ rəngli kağız bükülü aşkar olunmuş, həmin bükülü Şahid2 tərəfindən açıldıqda orada yaşıl rəngli, spesifik iyə malik olan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin kütlənin nə olması və kimə məxsus olması soruşulduqda sonuncu “həmin şeylərdəndi, bir meşokdur orda, bayaq yoxladıqlarınızdan, böyrək üçün olan şeylərdəndir, bizim evdən çıxıbsa bizimdir, prosta bilmirəm ora necə düşüb” deyə bildirmişdir. Bundan sonra aşkar olunmuş bükülünün qablaşdırılmasına başlanılmışdır. Bu zaman Təqsirləndirilən şəxs yenidən bükülüyə baxmaq istədiyini bildirmiş, həmin bükülü açıladıqda Təqsirləndirilən şəxs həmin bükülünün özünə məxsus olmadığını demişdir. Bundan sonra aşkar olunmuş 01 ədəd ağ rəngli kağız zərfdə olan kütlə qablaşdırılmağa başlanılmış, aşkar olunmuş 01 ədəd kağız bükülü zərfin içərisinə yerləşdirildikdən sonra üzəri yazılmaqla bütün iştirakçılar tərəfindən imzalanmışı və bundan sonra zərfin üzəri Ucar RPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhüründən istifadə olunmaqla möhürlənərək götürülmüşdür. Bundan sonra dolaba baxış keçirilməsi davam etdirilmiş, dolaba baxış zamanı orada olan qara rəngli gödəkcənin sol cibindən toz şəklində olan narkotik vasitələrə bənzər kütlə aşkar olunmuş, qeyd olunan kütlə 01 ədəd ağ rəngli kağızın üzərinə boşaldılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs qeyd olunan kütlənin tütün olmasını, gödəkcənin isə evdə geyinildiyini bildirmişdir. Bundan sonra aşkar olunmuş kütlə yerləşdirildiyi 01 ədəd ağ rəngli kağızın içərisində olmaqla 01 ədəd boş ağ rəngli zərfin içərisinə yerləşdirilmişdir. Bundan sonra zərfin ağzı bağlanmış və bütün iştirakçılar zərfin üzərinə imza etdikdən sonra zərfin üzəri Ucar RPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhüründən istifadə olunmaqla möhürlənərək götürülmüşdür. Bundan sonra baxış keçirilməsi davam etdirilmişdir. Dolaba baxış zamanı orada olan qara rəngli gödəkçənin sağ iç cibindən 01 ədəd “dirol” adlı saqqız qablaşdırması aşkar olunmuşdur. Həmin qablaşdırmaya Şahid2 tərəfindən baxış keçirilməsinə başlanılmış, bu zaman qablaşdırmanın içərisində 1 ədəd ağ rəngli kağız bükülünün içərisində 1 ədəd salfet bükülüsü aşkar olunmuşdur. Həmin bükülüyə baxış zamanı orada çətənə bitkisnin toxumlarına bənzər toxumlar aşkar olunmuşdur. Daha sonra üzərində “dirol” yazısı olan qablaşdırmanın içərisində iki ədəd şəffaf rəngli sellofan bükülülər olması müəyyən olunmuşdur. Həmin bükülülərə baxış zamanı orada çətənə bitkisinin toxumlarına bənzər toxumlar aşkar olunmuşdur. Bundan başqa “dirol” yazısı olan qablaşdırmanın içərisindən 1 ədəd kağız bükülü aşkar olunmuş, həmin kağız bükülüyə də baxış zamanı oradan çətənə bitkisinə bənzər bitki toxumları aşkar olunmuşdur. Bundan sonra üzərində “dirol” yazısı olan qablaşdırmanın içərisindən aşkar olunaraq götürülmüş 02 ədəd qızılı rəngli siqaret kağızı bükülülərinə baxış keçirilmişdir. Həmin bükülülərə baxış zamanı oradan çətənə bitkisinə bənzər toxumların olması müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs qeyd olunan toumların gül toxumları olmaqla özünə məxsus olmasını qeyd etmişdir. Daha sonra qeyd olunan 6 ədəd bükülü 01 ədəd ağ rəngli boş kağız zərfin içərisinə yerləşdirilmiş, zərfin ağzı bağlanmaqla üzəri yazıldıqdan sonra bütün iştirakçılar zərfin üzərinə imza etmişlər və bundan sonra zərfin üzəri Ucar RPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhüründən istifadə olunmaqla möhürlənərək qeyd olunan predmetlər müvafiq qaydada götürülmüşdür. Bundan sonra baxış keçirilməsi davam etdirilsə də, dolabdan əlavə qanunla qadağan edilmiş əşya və ya predmetlər aşkar olunmamışdır. Bundan sonra yataq otağına baxış keçirilməsi davam etdirilmiş, otağa baxış zamanı çarpayının sağ tərəfində 4 ədəd su qabının kəsilərək dibçək formasına salınması müəyyən olunmuşdur. Həmin su qablarının üzərinə qoyulduğu kiçik ölçülü rəfə baxış keçirilən zaman oradan 1 ədəd nəlbəkinin içərisində olan iki ədəd nəm vəziyyətə salınmış salfetin arasında çətənə bitkisinin toxumlarına bənzər toxumlar aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs dibçəkdə gül əkmək niyyəti olsa da, hələ ki həmin torpaqda heç bir bitki əkilmədiyinin bildirmişdir. Təqsirləndirilən şəxs iki ədəd nəm vəziyyətdə olan salfetin içərisində olan toxunmları isə gül toxumları olduğunu bildirmiş, bundan sonra aşkar olunmuş dibçəklərin qablaşdırılmasına başlanılmışdır. Qeyd olunan 04 ədəd dibçək 01 ədəd ağ rəngli sellofana yerləşdirilmiş, sellofanımn ağzı bağlandıqdan sonra 01 ədəd A4 formalı kağızın üzəri yazılmış və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra həmin kağız hər tərəfinə Ucar RPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhüründən qoyulmaqla yapışqan lent vasitəsilə qablaşdırmanın üzərinə yapışdırılmışdır. Bundan sonra aşkar olunmuş nəm vəziyyətdə olan 02 ədəd çətənə bitkisinə bənzər toxumlar aşkar olunduğu salfetlərlə birlikdə 01 ədəd zərfə yerləşdirilmiş, həmin zərfin üzərin yazılmaqla iştirakçılar tərəfindən imzalanmış və Ucar RPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhüründən istifadə olunmaqla möhürlənərək götürülmüşdür. Bundan sonra yataq otağına baxış keçirilsə də, qanunla qadağan edilmiş əlavə əşya və ya predmetlərə rast gəlinməmişdir. Daha sonra evin həyətyanı sahəsində olan tikililərə baxış keçirilməsinə başlanılmış, evin həyətində olan tikililərə baxış keçirilsə də, oradan qanunla qadağan edilmiş əşya və ya predmetlər aşkar olunmamışdır. Baxış zamanı Şahid3 tərəfindən videoçəkilişdən istifadə olunmuş, baxış zamanı Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən ərizə, şikayət, təklif daxil olmamışdır. İbtidai istintaq zamanı ifadə vermiş, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid9 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Ucar rayonu, Qarabörk kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Fizuli yaşadıqları ünvanda iribuynuzlu heyvanlar saxlamış və həmçinin o da həmin heyvanlara qulluq etmişdir. Həyat yoldaşı 29 oktyabr 2023-cü il tarixdə 4 baş iribuynuzlu heyvanını yaxınlıqda olan çöl sahəyə buraxmış, axşam saatlarında heyvanlardan yalnız biri geri qayıtmış, digər 3 baş heyvan isə qayıtmamışdır. Fizuli sonrakı günlər heyvanları axtarsa da, tapa bilmədiyi üçün 01 noyabr 2023-cü il tarixdə polisə müraciət etmişdir. Müraciət olunduqdan sonra 21 fevral 2024-cü il tarixdə polis əməkdaşları Fizuliyə zəng edərək Ucar RPŞ-nə çağırmışlar. Fizuli getdikdən sonra axşam evə qayıdarkən üç baş inəklə qayıtmışdır. O, inəklərə baxanda onları tanımış və itmiş inəklər olduğunu görmüşdür. Belə ki, inəklərdən sarı olanı tapılmamışdır. Lakin ala-qara olan inək doğmuş, digər şves cinsli inək ilə ala-qara inəyi görən kimi tanımışdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs Ucar RPŞ-nin müstəntiqi tərəfindən araşdırmanın düzgün aparılmaması, həmçinin hazırda ziddiyyətli ifadə verərək təqsirini etiraf etməməsi özünümüdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin l cild, 77-80-ci vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 22 fevral 2024-cü il tarixli, 3-16-16-2- 17/193 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Ucar şəhəri M.Ə.Sabir küç. yaşayan Təqsirləndirilən şəxs evindən aşkar edilmiş 01 ədəd büküm (salonda stolun üzərində).” sözləri və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi-1,27 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Ucar şəhəri M.Ə.Sabir küçəsində yaşayan Təqsirləndirilən şəxs fərdi yaşayış evindən aşkar edilmiş 01 ədəd büküm (yataq otağı dolabın üst gözü).” sözləri və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi-10,56 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Ucar şəhəri M.Ə.Sabir küçəsində yaşayan Təqsirləndirilən şəxs məxsus evdən aşkar edilmiş 01 ədəd büküm (gödəkçənin sol yan cibində).” sözləri və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi-0,25 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş, üzərində “Ucar şəhəri M.Ə.Sabir küç. yaşayan Təqsirləndirilən şəxs fərdi yaşayış evindən götürülmüş 06 ədəd büküm (dolabın içərisində olan).” sözləri və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd ağ kağız bükümdə, 01 (bir) ədəd salfet kağızı bükümündə, 02 (iki) ədəd qızılı kağız bükümdə və 02 (iki) ədəd sellofan bükümdə, uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri-0,50qr., 0,27qr., 0,04qr., 0,01qr., 0,71qr. Və 0,26qr., ümumi çəkiləri-1,79 qram olan bitki toxumları əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Çətənə (kannabis) bitkisinin toxumları narkotik vasitələrə aid deyil. Tədqiqata təqdim olunmuş, üzərində “Ucar şəhəri M.Ə.Sabir küçəsində yaşayan Təqsirləndirilən şəxs fərdi yaşayış evindən aşkar edilmiş 02 ədəd pambıqda toxumlar (tumbanın üzərində).” sözləri və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 02 (iki) ədəd pambığın arasında, təmiz çəkisi-0,04 qram olan 02 (iki) ədəd bitki toxumları əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Çətənə (kannabis) bitkisinin toxumları narkotik vasitələrə aid deyil. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Ucar şəhəri M.Ə.Sabir küçəsində yaşayan Təqsirləndirilən şəxs fərdi yaşayış evindən götürülmüş 04 ədəd dibçək.” sözləri və imzalar yazılmış 01 (bir) ədəd sellofan torbanın içərisindəki 04 (dörd) ədəd içəriləri torpaqla dolu olan dibçək formasında kəsilmiş plastik su qablarının içərisində, təmiz çəkisi-0,06 qram olan 03 (üç) ədəd bitki toxumları əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Çətənə (kannabis) bitkisinin toxumları narkotik vasitələrə aid deyil. Tədqiqata 0,15 qram sərf edildikdən sonra 11,93 qram qalıq qalmışdır. Cinayət işinin l cild, 77-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri 34,55 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin ll cild, 48-50-ci vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 aprel 2024-cü il tarixli, 9/1715 saylı ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən iribuynuz heyvanların 2023-cü ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 4850,00 manat müəyyən edilir. Həmin heyvanların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin ll cild, 48-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin l cild, 232-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 06 mart 2024-cü il tarixli, 382 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin l cild, 233-cü vərəqəsindəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi şəxsinin 26 fevral 2024-cü il tarixli, 85 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində onun travma almasını göstərən obyektiv məhkəmə-tibb əlamətləri (qançır, sıyrıq və s.) aşkar edilmədi. Məhkəmə iclasında elan edilmiş cinayət işinin l cild, 14 və 15-ci vərəqələrində olan Ucar RPŞ-nin məsul növbətçisi Tural Bəkirov tərəfindən tərtib edilmiş raportdan və Zərərçəkmiş şəxs tərəfindən Ucar RPŞ-yə ünvanlanmış ərizədən görünür ki, Zərərçəkmiş şəxs 04 noyabr 2023-cü il tarixdə, saat 10:04-də DİN-nin 102 xidmətinə, eləcə də, 01 noyabr 2023-cü il tarixdə Ucar RPŞ-yə ərizə ilə müraciət edərək 29 oktyabr 2023-cü il tarixdə 3 baş iribuynuzlu heyvanlarının yaşadığı evin qarşısında yerləşən boş sahədən itdiyi barədə məlumat vermişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin l cild, 18-21-ci vərəqələrində olan 01 noyabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirmə və götürmə haqqında protokoldan və fotoşəkillərdən görünür ki, baxış keçirilən yer Ucar rayonu, Qarabörk kəndi ərazisidir, Zərərçəkmiş şəxs özünə məxsus mal-qaranı otlamağa buraxdığı ərazidir. Ərazi açıq sahədir, hasarlanmamışdır, Zərərçəkmiş şəxs heyvanları qeyd olunan əraziyə buraxdığını və həmin heyvanlardan 3 baş inəyin itdiyini bildirmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin l cild, 39-40-cı və 43-46-cı vərəqələrində olan 21 fevral 2024-cü il tarixli baxış və götürmə haqqında protokollardan görünür ki, 21 fevral 2024-cü il tarixdə saat 21:19-dan saat 21:24-dək, müvafiq olaraq 23:14-dən 00:47-dək olan müddət ərzində Təqsirləndirilən şəxs həyətyanı sahəsində və yaşadığı ünvanda keçirilən baxış zamanı Təqsirləndirilən şəxs tövlədə özünə məxsus 3 baş iribuynuzlu heyvan saxladığını bildirmiş, Zərərçəkmiş şəxs həmin heyvanların əlamətləri barədə sual verildikdə o, heyvanlarının əlamətlərini sadalamış, daha sonra tövləyə baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs həmin heyvanların sonuncuya məxsus olduğunu söyləmiş, Zərərçəkmiş şəxs 3 baş iribuynuzlu heyvanının 28 oktyabr 2023-cü il tarixdə itdiyini və bu barədə 29 oktyabr 2023-cü il tarixdə RPŞ-yə məlumat verdiyini demişdir. Daha sonra baxış zamanı hər 3 baş iribuynuzlu heyvan Ucar rayonu, Qarabörk kənd sakini Zərərçəkmiş şəxs təhvil verilmişdir. Baxış qaranlıq havada və süni işıqlandırma şəraitində aparılmışdır. İttihamın digər əsasını təşkil edən narkotik vasitə qurudulmuş marixuana Təqsirləndirilən şəxs yaşadığı evə keçirilən baxış zamanı masanın üzərindən 1 ədəd dəmir qabın içərisindən 1 ədəd kağız bükülü, otaqda olan dolabın yuxarı gözünə baxış zamanı 1 ədəd ağ rəngli kağız bükülü, dolaba baxış zamanı orada olan qara rəngli gödəkcənin sol cibindən toz şəklində olan narkotik vasitələrə bənzər kütlə, həmin gödəkcənin sağ cibinə baxış zamanı “dirol” adlı saqqız qablaşdırılması və qablaşdırılmanı açarkən içərisindən 1 ədəd salfet bükülüsü və həmin salfet bükülüsünün içərisindən çətənə bitkisinin toxumlarına bənzər toxumlar, otağa baxış zamanı çarpayının sağ tərəfində 4 ədəd su qabının kəsilərək dibçək formasına salınması müəyyən olunmuş və həmin su qablarının üzərinə qoyulan kiçik ölçülü rəfə baxış keçirilən zaman 1 ədəd nəlbəkinin içərisində olan iki ədəd nəm vəziyyətdə salınmış salfetin arasında çətənə bitkilərinin toxumlarına bənzər toxumlar aşkar olunaraq götürülmüşdür. Baxış və götürmə zamanı “Panasonic” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin l cild, 144-146-cı vərəqələrində olan 23 fevral 2024-cü il tarixli əşyanın götürülməsi və baxış keçirilməsi haqqında protokoldan və süni mayalanma haqqında məlumat vərəqələrindən görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi birinci vərəqə baxış keçirilən zaman “ala-inək” ləqəbli 36 aylıq yerli cins olan heyvana 24 aprel 2023-cü il tarixdə süni mayalanma olunduğu müəyyən olunmuş, təqdim olunan ikinci vərəqə baxış zamanı “maral” ləqəbli 60 aylıq yerli cins olan heyvana 26 may 2023-cü il tarixdə süni mayalanma olunduğu müəyyən olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin l cild, 54-cü vərəqəsində olan 22 fevral 2024-cü il tarixli şübhəli şəxsi tutma haqqında qərardan, eləcə də l cild, 68-ci vərəqəsindəki eyni tarixli cinayəti törətməkdə şübhəli olan şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 19:30-da Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin l cild, 101-ci vərəqəsində olan 23 fevral 2024-cü il tarixli cinayət işi üzrə əməlin hüquqi tövsif edilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələrinə tövsif edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin l cild, 110-111-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 23 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulmuş ittihamın elan olunması qərara alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin l cild, 157-161-ci vərəqələrində olan Ucar Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 4(063)-2/2024 nömrəli təqsirləndirilən şəxs barəsində həbs növündə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, xx xxxxxxx 1978-ci ildə Ucar rayonunda doğulmuş, Azərbaycan Respublikası CM-in 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri həbs seçilmiş, həbsdə saxlama müddəti istintaq müddəti həddində, yəni 03 (üç) ay həddində müəyyən edilmiş və həbs etmənin əvvəli 22 fevral 2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin l cild, 165-167-ci, 170-171-ci, 173-cü, 175-176-cı və ll cild 84-108-ci vərəqələrində olan Ucar RPŞ-nin İB-nin müstəntiqinin müvafiq olaraq 25 fevral 2024-cü il tarixli maddi sübut kimi tanıma, eləcə də 28 aprel 2024cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunaraq götürülmüş 12,08 qram ümumi çəkidə narkotik vasitə qurudulmuş marixuananın iş üzrə maddi sübut hesab edilməsi, narkotik vasitə qurudulmuş marixuananın 0,15 qramının tədqiqata sərf edilməsi, qalan–11,93 qram çəkidə vasitə qurudulmuş marixuana 03 (üç) ədəd kağız paketə qablaşdırılıb «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X12 X7 № 3» mətninə malik ştampla ştamplanmış vəziyyətdə saxlanılmasından ötrü Ucar RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi, Təqsirləndirilən şəxs yaşadığı ünvandan götürülmüş 4 ədəd dibçəyin qablaşdırıldığı 1 ədəd bağlama və çətənə bitkisinin toxumlarının qablaşdırıldığı ümumilikdə 3 ədəd zərf «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X12 X7 № 3» mətninə malik ştampla ştamplanmış vəziyyətdə iş üzrə məhkəmə hökmü çıxanadək saxlanmasından ötrü Ucar RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi, Təqsirləndirilən şəxs oğurladığı 3 baş iribuynuzlu heyvanın iş üzrə maddi sübut kimi tanınması, məhkəmə hökmü çıxanadək saxlanmasından ötrü Zərərçəkmiş şəxs təhvil verilməsinin iş üzrə nəzərə alınması, iş üzrə Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində dindirilərkən iki baş iribuynuzlu heyvanın mayalandırılmasına dair təqdim etdiyi 02 vərəqdə sənəd surətlərinin iş üzrə maddi sübut kimi tanınması və saxlanması üçün cinayət işi materiallarına əlavə olunması iş üzrə nəzərə alınması, 21 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyətyanı sahəsində olan, iribuynuzlu heyvanları saxladığı tövləyə keçirilmiş baxış prosesinin görüntülərinin yaddaşına köçürüldüyü 01 ədəd və 21 fevral 2024-cü il tarixdə yaşadığı ünvana baxış keçirilməsi prosesinin video görüntülərinin yaddaşına köçürüldüyü 2(iki) ədəd olmaqla, ümumilikdə 3 ədəd disklərin maddi sübut kimi tanınması və saxlanması üçün cinayət işi materiallarına əlavə olunması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, X1 və Şahid10 əməllərində Azərbaycan Respublikası CM-nin 307-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, cinayət işinin materiallarına uyğun olmaqla obyektiv rəylər olduğundan məhkəmə bioloji ekspertizasının 22 fevral 2024-cü il tarixli, 3-16-16-2-17/193 nömrəli, məhkəmə-narkoloji ekspertizasının 06 mart 2024-cü il tarixli, 382 nömrəli, məhkəmə-tibbi ekspertizasının 26 fevral 2024-cü tarixli, 85 nömrəli və məhkəməəmtəəşünaslıq ekspertizasının 02 aprel 2024-cü il tarixli, 9/1715 nömrəli rəyləri, şahidlərin ifadələri, baxış, diskə baxış keçirilməsi, üzləşmə haqqında protokollar iş üzrə sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin ll cild, 45-46-cı səhifələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 25 aprel 2024-cü il tarixli tələbnaməsindən görünür ki, barəsində Ucar RPŞ-nin İstintaq Bölməsində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə istintaq edilmiş cinayət işi 19 yanvar 2024-cü il tarixdə Ucar rayon Məhkəməsinə göndərilmiş və Təqsirləndirilən şəxs üzərində məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin materiallarında olan Ucar Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli, 1(063)-21/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin dəyişdirilməsi, barəsində həbs növündə qətimkan tədbiri seçilməsi, Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə həbsdə olmasının nəzərə alınması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 18 noyabr 2024-cü il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılması, iş üzrə maddi sübut olan cinayət işi üzrə hadisənin görüntüsü köçürülmüş 01 (bir) ədəd diskin cinayət işində saxlanılması hökm edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin l cild, 01-ci səhifəsində olan 22 fevral 2024-cü il tarixli cinayət işinin başlanması barədə qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin ll cild, 42-43-cü vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, Ucar şəhəri, M.Ə.Sabir küçəsi, ev 10-da yaşayan Təqsirləndirilən şəxs 2003-cü il təvəllüdlü Röya, 2005-ci il təvəllüdlü Lalita adlı qızları, 2010-cu il təvəllüdlü Qleb adlı oğlu vardır. Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şkayət daxil olmamış və yaşayış üzrə normal xarakterizə olunur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən məhkəmə istintaqı zamanı tərtib edilmiş 20 iyun 2024-cü il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama, eləcə də, satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi xeyli miqdarda narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı əldə edib yaşadığı evdə saxlama, daşıma cinayətlərini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.1-ci və 234.1-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamasını, eləcə də, normal xarakterizə olunmasını, zərərçəkmiş şəxsə dəymiş zərərin tam şəkildə ödənilməsini, sonuncunun ona qarşı şikayətinin, eləcə də tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Ucar Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli, 1(063)-21/2024 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, onun barəsində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən Ucar Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli hökmü hələ elan edilməmiş hazırkı cinayət əməli törədilmişdir ki, bu da onun əməlinə münasibətdə cinayətin residivini yaratmır, o cümlədən belə olan təqdirdə onun əməlində ağırlaşdırıcı halın olması istisna edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Çünki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Göründüyü kimi, Təqsirləndirilən şəxs Ucar Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 18 noyabr 2024-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olan cəza təyin edilsə də, hazırkı cinayət əməlini birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyindən onun bu əməlinə münasibətdə cinayətin residivi yaranmır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, Təqsirləndirilən şəxs şəxsiyyətini və onun tərəfindən cinayət əməlinin yenidən törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını, həmçinin barəsində yüngülləşdirici halların olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ucar Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli, 1(063)-21/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci və 66.5-ci maddələrinə əsasən yeni hökmlə təyin ediləcək cəza ilə qismən toplanmalı və Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 dekabr 2014-cü il tarixli qərarına əsasən apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olduğu vaxt cinayət törətmiş şəxsə, həmin qərar kassasiya instansiyası məhkəməsi tərəfindən maddi və ya prosessual əsaslarla ləğv edildiyi halda və mahiyyət etibarilə şəxsə bəraət verilmədiyi və ya onun tərəfindən cinayətin törədilməsi faktı inkar edilmədiyi təqdirdə, hökmlərin məcmusu üzrə cəza təyin olunmalıdır. Göründüyü kimi, hökmlərin məcmusu üzrə cəzanın təyin edilməsinin əsas şərti qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayətin törədilməsidir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsaslanaraq qeyd edir ki, sonrakı cinayət əməli əvvəlki hökm qanuni qüvvəsini almamışdan qabaq törədildiyinə görə cəza təyin edilərkən cəzalar hökmlərin deyil, cinayətlərin məcmusu üzrə toplanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 22 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin İ hissəsinin İ və V bəndlərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs yaşadığı ünvanın tövləsindən aşkar edilərək götürülmüş ümumilikdə 3 baş iribuynuzlu heyvanların Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Ucar RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus aşkar edilərək götürülmüş qalıq çəkisi 11,93 qram çəkidə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 21 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyətyanı sahəsində olan iribuynuzlu heyvanları saxladığı tövləyə keçirilmiş baxış prosesinin görüntülərinin yaddaşına köçürüldüyü 01 ədəd və 21 fevral 2024-cü il tarixdə yaşadığı ünvana baxış keçirilməsi prosesinin video görüntülərinin yaddaşına köçürüldüyü 2(iki) ədəd olmaqla, ümumilikdə 3 ədəd disklər cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 84,55 (səksən dörd) manat 55 (əlli beş) qəpik məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Ucar Rayon Məhkəməsinin 18 noyabr 2024-cü tarixli, 1(063)-21/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci və 66.5-ci maddələrinə əsasən yeni hökmlə təyin edilmiş 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplansın və Təqsirləndirilən şəxs qəti cəza 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 22 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs yaşadığı ünvanın tövləsindən aşkar edilərək götürülmüş ümumilikdə 3 baş iribuynuzlu heyvanların Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan Ucar RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus aşkar edilərək götürülmüş qalıq çəkisi 11,93 qram çəkidə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 21 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyətyanı sahəsində olan iribuynuzlu heyvanları saxladığı tövləyə keçirilmiş baxış prosesinin görüntülərinin yaddaşına köçürüldüyü 01 ədəd və 21 fevral 2024-cü il tarixdə yaşadığı ünvana baxış keçirilməsi prosesinin video görüntülərinin yaddaşına köçürüldüyü 2(iki) ədəd olmaqla, ümumilikdə 3 ədəd disklər cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 84,55 (səksən dörd) manat 55 (əlli beş) qəpik məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №1(063)-5/2025
Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-5/2025
14.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver