Məhkəmə qərarları › İş №1(063)-50/2025

Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-50/2025

30.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-50/2025 30.07.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, müdafiəçilər-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Yevlax şəhər vəkil bürosunun vəkili Müdafiəçi3 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi2 iştirakları ilə 12 avqust 1991-ci ildə Ucar rayonu, Alpout kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ucar rayonu, Alpout kəndində qeydiyyatda olan və ünvan 1ndən yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair, xx xxxxxxx 1994-cü ildə Göyçay rayonu, Qaraman kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Göyçay rayonu, Qaraman kəndində qeydiyyatda olan və Bakı şəhəri, ünvan 3ndə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair və xx xxxxxxx 1996-cı ildə Ağsu rayonu, Kəlağaylı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağsu rayonu, Kalağaylı kəndində qeydiyyatda olan və ünvan 4də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 26 yanvar 2025-ci il tarixdə, saat 03-04 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə dayısı oğlu Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəlib birgə niyyətlə hərəkət edərək əmisi Zərərçəkmiş şəxs3 məxsus Ucar rayonu, Alpout kəndində yerləşən yaşayış sahəsi hesab olunan evin həyətinə hasardan aşma yolu ilə keçib, həyətdə yerləşən saxlanc yeri sayılan tövləyə qanunsuz daxil olaraq oradan 1 baş 600 manat dəyərində qoçu, 1 baş isə 350 manat dəyərində dişi qoyunu götürüb aparmaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 950 manat məbləğində maddi ziyan vuraraq özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla saxlanc yerindən gizli olaraq qəsdən talayıb oğurluq etmişdir. Bundan başqa, о, təkrarən 16 fevral 2025-ci il tarixdə, saat 03-04 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə dayısı oğlu Təqsirləndirilən şəxs2 və tanışı Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəlib birgə niyyətlə hərəkət edərək həmkəndlisi Zərərçəkmiş şəxs1 məxsus Ucar rayonu, Alpout kəndində yerləşən yaşayış sahəsi hesab olunan evin həyətinə Təqsirləndirilən şəxs3 həyət darvazasının kənarından aşma yolu ilə keçib darvazanı açdıqdan sonra həyətdə yerləşən saxlanc yeri sayılan tövləyə qanunsuz daxil olaraq oradan 1 baş 250 manat dəyərində erkək quzu, 2 baş 250 manat dəyərində isə dişi quzuları götürüb aparmaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 750 manat məbləğində maddi ziyan vuraraq özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla saxlanc yerindən gizli olaraq qəsdən talayıb təkrarən oğurluq etmişdir. Bundan başqa, о, təkrarən 06 mart 2025-ci il tarixdə, saat 03-04 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəlib birgə niyyətlə hərəkət edərək həmkəndlisi Zərərçəkmiş şəxs2 məxsus Ucar rayonu, Alpout kəndində yerləşən yaşayış sahəsi hesab olunan evin həyətinə Təqsirləndirilən şəxs3 həyət darvazasının kənarından aşma yolu ilə keçib darvazanı açdıqdan sonra həyətdə yerləşən saxlanc yeri sayılan tövləyə qanunsuz daxil olaraq oradan 2 baş 400 manat dəyərində erkək quzu, 1 baş 400 manat dəyərində isə dişi quzuları götürüb aparmaqla zərərçəkmiş şəxs Əhmədəli Abbasova ümumilikdə 1200 manat məbləğində maddi ziyan vuraraq özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla saxlanc yerindən gizli olaraq qəsdən talayıb təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 26 yanvar 2025-ci il tarixdə, saat 03-04 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə bibisi oğlu Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəlib birgə niyyətlə hərəkət edərək Təqsirləndirilən şəxs1 əmisi Zərərçəkmiş şəxs3 məxsus Ucar rayonu, Alpout kəndində yerləşən yaşayış sahəsi hesab olunan evin həyətinə hasardan aşma yolu ilə keçib, həyətdə yerləşən saxlanc yeri sayılan tövləyə qanunsuz daxil olaraq oradan 1 baş 600 manat dəyərində qoçu, 1 baş isə 350 manat dəyərində dişi qoyunu götürüb aparmaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 950 manat məbləğində maddi ziyan vuraraq özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla saxlanc yerindən gizli olaraq qəsdən talayıb oğurluq etmişdir. Bundan başqa, о, təkrarən 16 fevral 2025-ci il tarixdə, saat 03-04 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə bibisi oğlu Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəlib birgə niyyətlə hərəkət edərək Təqsirləndirilən şəxs1 həmkəndlisi Zərərçəkmiş şəxs1 məxsus Ucar rayonu, Alpout kəndində yerləşən yaşayış sahəsi hesab olunan evin həyətinə Təqsirləndirilən şəxs3 həyət darvazasının kənarından aşma yolu ilə keçib darvazanı açdıqdan sonra həyətdə yerləşən saxlanc yeri sayılan tövləyə qanunsuz daxil olaraq oradan 1 baş 250 manat dəyərində erkək quzu, 2 baş 250 manat dəyərində isə dişi quzuları götürüb aparmaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 750 manat məbləğində maddi ziyan vuraraq özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla saxlanc yerindən gizli olaraq qəsdən talayıb təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 16 fevral 2025-ci il tarixdə, saat 03-04 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəlib birgə niyyətlə hərəkət edərək Təqsirləndirilən şəxs1 həmkəndlisi Zərərçəkmiş şəxs1 məxsus Ucar rayonu, Alpout kəndində yerləşən yaşayış sahəsi hesab olunan evin həyətinə həyət darvazasının kənarından aşma yolu ilə keçib darvazanı açdıqdan sonra həyətdə yerləşən saxlanc yeri sayılan tövləyə qanunsuz daxil olaraq oradan 1 baş 250 manat dəyərində erkək quzu, 2 baş 250 manat dəyərində isə dişi quzuları götürüb aparmaqla zərərçəkmiş şxəs Zərərçəkmiş şəxs1 ümumilikdə 750 manat məbləğində maddi ziyan vuraraq özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla saxlanc yerindən gizli olaraq qəsdən talayıb oğurluq etmişdir. Bundan başqa, о, təkrarən 06 mart 2025-ci il tarixdə, saat 03-04 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəlib birgə niyyətlə hərəkət edərək Təqsirləndirilən şəxs1 həmkəndlisi Zərərçəkmiş şəxs2 məxsus Ucar rayonu, Alpout kəndində yerləşən yaşayış sahəsi hesab olunan evin həyətinə həyət darvazasının kənarından aşma yolu ilə keçib darvazanı açdıqdan sonra həyətdə yerləşən saxlanc yeri sayılan tövləyə qanunsuz daxil olaraq oradan 2 baş 400 manat dəyərində erkək quzu, 1 baş 400 manat dəyərində isə dişi quzuları götürüb aparmaqla zərərçəkmiş şəxs Əhmədəli Abbasova ümumilikdə 1200 manat məbləğində maddi ziyan vuraraq özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla saxlanc yerindən gizli olaraq qəsdən talayıb təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2011-ci ildən yaşadığı Ucar rayonu, Alpout kəndindən Bakı şəhərinə köçərək orada yaşasa da hərdənbir kənddə olan evlərinə baş çəkməyə gəlib-getmişdir. Maddi imkanı olmadığı üçün Ucar rayonu, Alpout kəndində yaşayan əmisi Zərərçəkmiş şəxs3 həyətindən qoyun oğurlamaq qərarına gəlib bu barədə Bakı şəhərində yaşayan dayısı oğlu Təqsirləndirilən şəxs2 təklif etdikdə Təqsirləndirilən şəxs2 onunla birlikdə Nərmanın qoyunlarını oğurlamağa razılıq vermişdir. 26 yanvar 2025-ci il tarixdə Zəfərlə etibarnamə ilə idarə etdiyi “Toyota Prius” markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Ucar rayonu, Alpout kəndinə gələrək gecə saat 03-04 radələrində küçədə Nərmanın qoyun saxladığı tövlənin arxa tərəfindən hasarın üzərindən əvvəlcə o, sonra isə Zəfər həyətə keçmişlər. Həyətdə yerləşən tövlədə saxlanılan qoyunlarından 1 baş erkək, 1 baş da dişi qoyun tutub həyət darvazasının arxasını açaraq qoyunları həyətdən küçəyə çıxarıb küçədə saxladığı avtomobilin yük yerinə qoyub sonra həyət darvazasının arxasını bağlayaraq darvazanın sağ tərəfindən dırmaşıb küçəyə çıxmışdır. Birbaşa Gəncə şəhərinə heyvan bazarına gedib hava işıqlaşmamış tanımadığı orta yaşlı, balaca boy, kök bədən quruluşlu kişiyə qoyunların özlərinə məxsus olmasına inandırıb 650 manata sataraq oradan da Bakı şəhərinə qayıdıb pulu Zəfərlə aralarında bölüb xərcləmişdir. Bundan sonra 16 fevral 2025-ci il tarixdə Ucar rayonu, Alpout kəndində onlarla qonşuluqda yaşamış Ərzuman adlı şəxsin qoyunlarından oğurlamaq qərarına gələrək bu barədə yenə Zəfərlə razılığa gəlmişdir. Bu dəfə Ağsu rayonunun adını bilmədiyi kəndindən olan, amma Bakı şəhərində kirayədə yaşayan Emin adlı şəxsə həmkəndlisi Ərzumanın həyətindən qoyun oğurlamağa getmək istədiklərini deyəndə Emin də onlarla birlikdə oğurluq etmək təklifini qəbul etmişdir. 16 fevral 2025-ci il tarixdə yuxarıda qeyd etdiyi avtomobillə hər üçü Bakı şəhərindən Ucar rayonu, Alpout kəndinə gələrək gecə saat 03-04 radələrində Ərzumanın həyət darvazasının qarşısına çatmışlar. Emin darvazanın küncüdən dırmaşıb həyətə tullanaraq darvazanın arxasını açandan sonra Zəfərlə birlikdə darvazadan həyətə daxil olub Ərzumanın həyətində sağ tərəfdə evi ilə bir sırada yerləşən tövləsinə yaxınlaşmışlar. Tövlənin taxta qapısının bağlancağını Emin əli ilə açmış, hər üçü tövləyə girib qoyunların içindən 3 baş-2 baş dişi, 1 baş isə erkək quzuları tutaraq küçəyə çıxarıb küçədə saxladığı avtomobilin yük yerinə qoymuşlar. Emin həyət darvazasının arxasını bağlayıb həyətə düşdüyü yerdən də çıxıb avtomobilə oturmuş, birbaşa Ağsu rayon heyvan bazarına gedərək səhər açılmamış bazarda quzuları tanımadığı, təxminən 45-50 yaş arasında, orta boylu, kök bədən quruluşlu kişiyə yenə heyvanların özlərinə məxsus olmasını deməklə 470 manata satıb Bakı şəhərinə gedərək pulu aralarında bölüb xərcləmişdir. Bundan sonra 06 mart 2025-ci il tarixdə Ucar rayonu, Alpout kəndində onlarla qonşuluqda yaşayan Əhmədəli adlı şəxsin qoyunlarından oğurlamaq barədə Eminə təklif edəndə Emin bu təklifi qəbul etmiş, bu dəfə Zəfər onlarla gəlməmiş, heç bu barədə Zəfərə həmin vaxt və ya sonra heç nə deməmişlər. 06 mart 2025-ci il tarixdə idarə etdiyi “Toyota Prius” markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən saat 03-04 radələrində Ucar rayonu, Alpout kəndinə gəlib çatmış, Emin Əhmədəlinin həyətinə darvazanın sol tərəfində olan hasarın üzərindən qaz xəttinin üzərinə çıxmaqla keçib darvazanın arxasını açmışdır. O, darvazadan Əhmədəlinin həyətinə daxil olub Eminlə sağ tərəfdə yerləşən tövlənin qarşısına gələndə Emin tövlənin taxta qapısını əli ilə açaraq tövləyə daxil olanda o, bayırda gözləmişdir. Emin tövlədən 3 baş-1 baş erkək, 2 baş isə dişi quzu tutub bayıra çıxarmış, quzuları darvazadan küçəyə gətirib avtomobilin yük yerinə qoyandan sonra Emin həyət darvazasının arxasını bağlayıb həyətə düşdüyü yerdən də küçəyə çıxıb gələrək avtomobilə oturmuşdur. Yenə heyvanları Ağsu rayonu heyvan bazarına aparıb hava işıqlaşmamış tanımadığı, təxminən 40-45 yaş arası, uca boylu, orta bədən quruluşu kişiyə quzuların özlərinə məxsus olmasına inandırıb 530 manata satıb Bakı şəhərinə qayıdıb pulu aralarında bölüb xərcləmişdir. Bunlardan başqa, heç bir cinayət törətməmiş, oğurluq barədə heç kimin məlumatı olmamış, Zəfər və Emindən başqa heç kim bu əməllərdə iştirak etməmiş, oğurluğa gələrkən üzərində istifadəsində olan ***-***-**-** mobil nömrə olmuşdur. Təqsirləndirilən şəxs1 son sözündə himayəsində bir azyaşlı uşağının olmasını, dəymiş zərəri tam ödədiyini və əməlindən peşiman olmağını nəzərə alıb ona daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 25 yanvar 2025-ci il tarixdə bibisi oğlu Təqsirləndirilən şəxs1 Ucar rayonu, Alpout kəndində yaşayan əmisi Nərmanın həyətində saxladığı qoyunlardan oğurlayıb satmaq təkifini edəndə Kamranın təklifini qəbul etmişdir. Ona görə də, birlikdə Kamranın idarə etdiyi “Toyota Prius” markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Ucar rayonu, Alpout kəndinə gələrək 26 yanvart 2025-ci il tarixdə, gecə saat 03-04 radələrində Alpout kəndində çatmışlar.Kamran avtomobili küçədə saxlamış, bundan sonra Nərmanın qoyun saxladığı tövlənin küçəyə olan hasarının üzərindən əvvəlcə Kamran, sonra isə o, həyətə keçib tövləyə daxil olmuşlar. Tövlədə qoyunların içərisindən 1 baş erkək, 1 baş da dişi qoyun tutaraq darvazanı açıb qoyunları küçəyə çıxarıb Kamranın küçədə saxladığı avtomobilin yük yerinə qoyduqdan sonra Kamran darvazanın arxasını bağlayıb sonra həyətdən küçəyə çıxmışdır. Birlikdə Gəncə şəhərinə heyvan bazarına gedib hava işıqlaşmamış tanımadığı, orta yaşlı, balaca boy, kök bədən quruluşlu kişiyə qoyunların özlərinə məxsus olmasına inandırıb 650 manata sataraq oradan da Bakı şəhərinə qayıdıb pulu aralarında bölüb xərcləmişlər. Bundan sonra, 15 fevral 2025-ci il tarixdə Kamran Ucar rayonu, Alpout kəndində qonşuluqda yaşayan Ərzuman adlı şəxsin qoyunlarından oğurlamaq təklifini edəndə təklifi qəbul etmiş, bu dəfə əslən Ağsu rayonunun adını bilmədiyi kəndindən olan, amma Bakı şəhərində kirayədə yaşayan Emin adlı şəxs də onlarla oğurluğa gəlməyə razı olmuşdur. Birlikdə hər üçü yenə Kamranın idarə etidyi “Toyota Prius” markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Ucar rayonu, Alpout kəndinə 16 fevral 2025-ci il tarixdə, gecə saat 03-04 radələrində gəlib çatmışlar. Kamran avtomobili küçədə saxlamış, Emin Ərzumanın həyət darvazasının üzərindən həyətə keçib darvazanı açmış, bundan sonra o, darvazadan Kamranla birlikdə həyətə daxil olmuşdur. Ərzumanın həyətində sağ tərəfdə evlə eyni sırada yerləşən tövləyə yaxınlaşanda Emin tövlənin taxta qapısının bağlancağını əli ilə açmış, hər üçü tövləyə girib qoyunların içindən 3 baş-2 baş dişi, 1 baş isə erkək quzuları tutub küçəyə çıxarmışlar. Quzuları Kamranın küçədə saxladığı avtomobilin yük yerinə qoyandan sonra Emin həyət darvazasının arxasını bağlayıb həyətə düşdüyü yerdən küçəyə qayıtmış, oradan Ağsu rayon heyvan bazarına gedərək hava işıqlaşmamış quzuları tanımadığı təxminən 45-50 yaş arasında, orta boylu, kök olan kişiyə quzuların özlərinə məxsus olmasını deməklə 470 manata satıb Bakı şəhərinə qayıdıb pulu aralarında bölüb xərcləmişdir. Bunlardan başqa, heç bir cinayət törətməmiş, Əhmədəli adlı şəxsin həyətindən Kamranla Emin qoyun oğurlayanda iştirak etməyərək xəbəri olmamış, əvvəlcə etdiyi oğurluqlar barədə heç kimin məlumatı olmamış, Kamran və Emindən başqa heç kim bu əməllərdə iştirak etməmiş, oğurluğa gələrkən üzərində istifadəsində olan ***-***-**-** mobil nömrə olmuşdur. Təqsirləndirilən şəxs2 son sözündə törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşiman olmağını və dəymiş zərəri tam ödəməsini nəzərə alıb ona daha yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 15 fevral 2025-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs1 Ucar rayonu, Alpout kəndində yaşayan həmkəndlisi Ərzuman adlı şəxsin qoyunlarından oğurlamaq təklifini edəndə o, bu təklifi qəbul etmişdir. Bundan sonra Kamranın qohumu Zəfərlə Kamranın idarə etdiyi “Toyota Prius” markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Ucar rayonu, Alpout kəndinə 16 fevral 2025-ci il tarixdə, gecə saat 03-04 radələrində gəlib çatmışlar. Kamran avtomobili küçədə saxlamış, o, Ərzumanın həyət darvazasının sol tərəfindən dırmanıb həyətə keçərək darvazanı arxasını açandan sonra Zəfərlə Kamran həyətə daxil olmuşlar. Birlikdə Ərzumanın həyətində sağ tərəfdə evlə bir sırada yerləşən tövləyə yaxınlaşanda o, tövlənin taxta qapısının bağlancağını əli ilə açmış və hər üçü tövləyə girmişlər. Tövlədə olan qoyunların içərisindən 3 baş dişi quzunu tutub küçəyə çıxararaq Kamranın küçədə saxladığı avtomobilin yük yerinə qoyandan sonra darvazasının arxasını bağlayıb həyətə düşdüyü yerdən küçəyə qayıtmışdır. Oradan Ağsu rayonu heyvan bazarına gedib hava işıqlaşmamış quzuları tanımadığı, təxminən 45-50 yaş arasında, orta boylu, kök bədənli kişiyə qoyunların özlərinə məxsus olmasına inandırıb 470 manata satıb Bakı şəhərinə gedib pulu aralarında bölüb xərcləmişdir. 05 mart 2025-ci il tarixdə Kamran Ucar rayonu, Alpout kəndində yaşayan həmkəndlisi Əhmədəlinin qoyunlarından oğurlamaq təklifini edəndə bu təklifi də qəbul etmiş, amma bu dəfə Zəfər bu işdə iştirak etməmiş və heç bir məlumatı olmamışdır. 06 mart 2025-ci il tarixdə, saat 03-04 radələrində Kamranın idarə etdiyi “Toyota Prius” markalı, **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Ucar rayonu, Alpout kəndinə çatandan sonra Kamran avtomobili küçədə saxlamışdır.O, Əhmədəlinin həyətinə darvazanın sol tərəfindən, hasarın üzərindən keçib darvazasını açmış, ardınca Kamran darvazadan həyətə daxil olmuş, həyətdə sağ tərəfdə yerləşən tövlənin taxta qapısını əli ilə açıb tövləyə girmişdir. Kamran isə bayırda gözləmiş, tövlədən 3 baş, 1 baş erkək, 2 baş isə dişi quzu tutub bayıra çıxarandan sonra quzuları küçədə Kamranın saxladığı avtomobilin yük yerinə qoymuşlar.O, geri qayıdıb darvazsının arxasını bağlayıb həyətə düşdüyü yerdən küçəyə çıxmışdır. Birbaşa Ağsu rayonu heyvan bazarına gedərək hava işıqlaşmamış, quzuları tanımadığı təxminən 40- 45 yaş arası, uca boylu orta bədən quruluşlu kişiyə quzuların özlərinə məxsus olmasını deməklə 530 manata satıb Bakı şəhərinə qayıdıb pulu aralarında bölüb xərcləmişdir. Bunlardan başqa heç bir cinayət törətməmiş, oğurluq barədə heç kimin məlumatı olmamış, Zəfər və Kamrandan başqa, heç kim bu əməllərdə iştirak etməmiş, oğurluğa gələrkən üzərində istifadəsində olan ***-***-**-** mobil nömrə olmuşdur. Təqsirləndirilən şəxs3 son sözündə törətdiyi əmələ görə peşiman olmağını və dəymiş zərəri tam ödəməsini nəzərə alıb ona yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri onların özlərinin etirafedici ifadələri ilə yanaşı zərərçəkmiş şəxslərin ifadələri, eləcə də iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 25 yanvar 2025-ci il tarixdə, saat 17 radələrində özünə məxsus qoyun-quzunu yaşadığı Ucar rayonu, Alpout kəndində otlaq sahəsindən həyətinə gətirib sayaraq tövləyə salmışdır. 26 yanvar 2025-ci il tarixdə, səhər saatlarında tövləyə baxanda qoyunların içərisindən 1 baş, təxminən 80 kq çəkidə, 2 yaş yarım, 600 manat dəyərində erkək, 1 baş, təxminən 45 kq çəkidə, 1 yaş yarım, 350 manat dəyərində dişi qoyununun oğurlanması məlum olmuşdur. Oğurluq edilsə də, tövlənin və sair yerlədə sındırılma və oğurluq əlamətləri olan izlər olmamış, ona görə də bu barədə Ucar Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Oğurluq nəticəsində ona 950 manat ziyan dəymiş, sonradan məlum olmuşdur ki, qoyunlarını vəfat etmiş qardaşı Eldarın oğlu Kamran tanışları ilə birlikdə oğurlamışdır. Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə təqdim edib ərizədə təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini göstərmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 15 fevral 2025-ci il tarixdə, saat 17 radələrində özünə məxsus qoyun-quzunu yaşadığı Ucar rayonu, Alpout kəndində otlaq sahəsindən həyətinə gətirib sayaraq tövləyə salmışdır. 16 fevral 2025-ci il tarixdə, səhər saatlarında tövləyə baxanda qoyunların içərisindən 1 baş, təxminən 13 kq çəkidə, 5 aylıq, 250 manat dəyərində erkək, 2 baş, təxminən 13 kq çəkidə, 5 aylıq hər biri 250 manat dəyərində dişi quzularının oğrulanmasını bilmişdir. Oğurluq edilsə də, tövlənin və sair yerlədə sındırılma və oğruluq əlamətləri olan izlər olmamış, ona görə də bu barədə Ucar Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Oğurluq nəticəsində ona 750 manat ziyan dəymiş, sonradan məlum olmuşdur ki, quzularını vəfat etmiş həmkəndlisi Eldarın oğlu Kamran tanışları ilə birlikdə oğurlamışdır. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edib ərizədə təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini göstərmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Ucar rayonu, Alpout kəndində həyətində saxladığı özünə məxsus qoyun-quzunu 05 mart 2025-ci il tarixdə, saat 17 radələrində sayaraq həyətində olan tövləyə salmışdır. 06 mart 2025-ci il tarixdə, səhər saatlarında tövləyə baxanda qoyunların içərisindən 1 baş, təxminən 13 kq çəkidə, 5 aylıq, 250 manat dəyərində erkək, 2 baş, təxminən 38 kq çəkidə, 6 aylıq hər biri 400 manat dəyərində erkək, 1 baş 38 kq çəkidə, 400 manat dəyərində, 6 aylıq dişi quzularının oğurlanmasını müəyyən etmişdir. Oğurluq edilsə də, tövlənin və sair yerlədə sındırılma və oğruluq əlamətləri olan izlər olmamış, ona görə də bu barədə Ucar Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Oğurluq nəticəsində ona 750 manat ziyan dəymiş, sonradan məlum olmuşdur ki, quzularını vəfat etmiş həmkəndlisi Eldarın oğlu Kamran tanışları ilə birlikdə oğurlamışdır. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edib ərizədə təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini göstərmişdir. Cinayət işində olan Göyçay rayon Rüstəm Şirkəti Məhdud Məsuliyyətli Cəmiyyətinin 12 may 2025-ci il tarixli, 01 nömrəli məktubundan görünür ki, 2 yaş yarım, 1 baş, təxminən 80 kq çəkidə, erkək qoçun satış qiyməti 600, 1 yaş yarım, təxminən 45 kq çəkidə dişi qoyunun satış qiyməti 2025-ci ilin yanvar ayının axırlarında 350, 1 baş, 5 aylıq, təxminən 13 kq çəkidə, erkək, həmin yaşda və çəkidə dişi quzunun satış qiyməti 2025-ci ilin fevral ayının ortalarında 250, 1 baş, 6 aylıq, təxminən 38 kq çəkidə, erkək və həmin yaşda və çəkidə dişi quzunun satış qiyməti 2025-ci ilin əvvəllərində 400 manat ola bilərdi. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxslərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmiş və onlar həmin maddələr ilə təqsirli bilinib cəzalanmalıdırlar, cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamələrdən və iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu olmayan şəxsdir. Cinayət işində olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 25 avqust 2020-ci ildə doğulmuş X3 adlı uşağı vardır. Cinayət işində olan Ucar Rayon İcra Hakimiyyəti başçısının Alpout kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yerindən müsbət xarakterizə olunur. Cinayət işində olan Ağsu Rayon İcra Hakimiyyəti başçısının Padar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşayış yerindən müsbət xarakterizə olunur. Cinayət işində olan ”Ucar Rayon Mərkəzi Xəstəxanası” X7 4 aprel 2025-ci il tarixli, 18-1-77/2-389/2025 nömrəli məktubundan görünür ki, Ucar rayonu, Alpout kənd sakini, 12 avqust 1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 Ucar rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsində ruhi-əsəb kabinetdində qeydiyyatda yoxdur. Cinayət işində olan ”Ağsu Rayon Mərkəzi Xəstəxanası” X7 10 aprel 2025-ci il tarixli, 18-1-25/2-310/2025 nömrəli məktubundan görünür ki, Ağsu rayonunun Kəlağaylı kənd sakini Təqsirləndirilən şəxs3 ruhi-əsəb xəstəliyi ilə əlaqədar ”Ağsu Rayon Mərkəzi Xəstəxanası” X6 müraciət etməmiş, dispanser qeydiyyata götürülməmişdir. Cinayət işində olan ”Göyçay Rayon Mərkəzi Xəstəxanası” X7 19 may 2025-ci il tarixli, 18-1-40/2-588/2025 nömrəli məktubundan görünür ki, Göyçay rayonu, Qaraman kənd sakini, xx xxxxxxx 1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 həkim psixiatrın qeydiyyatında yoxdur. CM-in 58.3-cü mаddəsində nəzərdə tutulmuşdur ki, cəzа təyin еdilərkən törədilmiş cinаyətin хаrаktеri və ictimаi təhlükəlilik dərəcəsi, təqsirkаrın şəхsiyyəti, о cümlədən cəzаnı yüngülləşdirən və аğırlаşdırаn hаllаr, hаbеlə təyin оlunmuş cəzаnın şəхsin islаh оlunmаsınа və оnun аiləsinin həyаt şərаitinə təsiri nəzərə аlınır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəmələrini CM-in 59.1.13-cü maddəsinə, zərərçəkmiş şəxslərin onlara qarşı şikayət və tələblərinin olmamalarını, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 yaşayış yerindən müsbət xarakterizə olunmalarını, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri əməlləri etiraf edərək səmimi peşmançılıq çəkmələrini CM-in 59.2-ci maddəsinə əsasən onların cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzalarını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə yuxarıda qeyd edilən cəzanın yüngülləşdirən halların məcmusunu, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə təyin oluncaq cəzanın şəxsin islah olunması və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə iclası zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 ünvan 1 ünvanında, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, ünvan 3 ünvanında və Təqsirləndirilən şəxs3 ünvan 4 ünvanında yaşayırlar. Məhkəmə hesab edir ki, CM-in 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlığın mədudlaşdırılması cəzasının müddətinin əvvəlini məhkumların cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablanmasını qanuni və əsaslı hesab edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 346.1.19-cu maddəсinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan 01 (bir) ədəd disk və fotoşəkil cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərlərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhəri probasiya idarəsinə həvalə edilməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs1 göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 330 (üç yüz otuz) manat, məhkəmədə Təqsirləndirilən şəxs2 göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Yevlax şəhər vəkil bürosunun vəkili Müdafiəçi3 275 (iki yüz yetmiş beş) manat və məhkəmədə Təqsirləndirilən şəxs3 göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 275 (iki yüz yetmiş beş) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 2 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azadlığın məhdudlaşdırılması cəzasının müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 2 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azadlığın məhdudlaşdırılması cəzasının müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 2 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azadlığın məhdudlaşdırılması cəzasının müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 4 ünvanında yerləşən mənzili axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk və fotoşəkil cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərlərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhəri probasiya idarəsinə həvalə edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs1 göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 330 (üç yüz otuz) manat, məhkəmədə Təqsirləndirilən şəxs2 göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Yevlax şəhər vəkil bürosunun vəkili Müdafiəçi3 275 (iki yüz yetmiş beş) manat və məhkəmədə Təqsirləndirilən şəxs3 göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 275 (iki yüz yetmiş beş) manat məbləğində pul ödənilsin. Hökmdən hökm elan edildiyi vaxtdan 20 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar