Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-51/2024 21.08.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Təqsirləndirilən şəxs və müdafiəçi-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxx 1970-ci ildə Ucar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, "xxxx" İş Mərkəzi MMCdə fəhlə işləyən, Ucar şəhəri, X13 küçəsi, ev 16-da qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- CM) 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ siyahısı ilə müəyyən edilmiş xeyli miqdarda, yəni 9,59 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi olmadan əldə edib üzərində daşıyaraq həmin narkotik vasitə olan qurudulmuş marixuananı yaşadığı Ucar şəhəri, X13 küçəsi, ev 16 ünvanda saxlamış, 19 aprel 2024-cü il tarixdə, saat 18 radələrində Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində yaşadığı ünvanda keçirilmiş baxış zamanı fərdi yaşayış evinin ikinci mərtəbəsindəki qonaq otağında olan rəfin orta bölməsindəki göy rəngli stəkanın içərisindən 1 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə-1,20 qram, həmin rəfin yuxarı bölməsindəki siqaret qutusunun içərisindəki 1 (bir) ədəd kibrit qutusunda-2,69 qram, həmin evin yataq otağındakı çarpayının üzərində olan özünə məxsus pencəyinin sağ iç cibindən 1 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə-5,62 qram və evin birinci mərtəbəsində zirzəmidə masanın üzərindəki sellofanda olan 1 (bir) ədəd siqaret qutusunda tütünlə qarışıq vəziyyətdə-0,08 qram çəkilərdə olmaqla, ümumi təmiz çəkiləri-9,59 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Buna görə də, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanda yaşayır. Əvvəllər narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. Başqa növ narkotik vasitə və psixotrop maddə ümumiyyətlə istifadə etməmişdir. Fəhləliklə məşğul olmaqla ailəsini dolandırmışdır. 2024-cü ilin mart ayının ortalarında, xatırlamadığı tarixdə tək piyada yaşadığı evə qayıdarkən, evin yaxınlığında küçədə, yolun kənarında 1 ədəd sellofan paketin olduğunu görmüş və maraqlı olduğu üçün həmin sellofan paketi qaldırıb baxanda içərisində 1 ədəd gümüşü-ağ, 1 ədəd qızılı-ağ rəngli kağız bükümlər, eləcə də 1 ədəd kibrit qutusunun olduğunu görmüşdür. Yanında heç kim olmadığından onların hər birini açıb baxdıqda içərilərində yaşıl rəngli bitki mənşəli kütlələrin olduğunu görmüş, iylədikdə isə qoxularından onların qurudulmuş marixuana olduğuna tam əmin olmuşdur. Həmin vaxt yanında və ətrafda heç kim olmadığından sonradan istifadə etməsi üçün içərisində qurudulmuş marixuana olan 1 ədəd gümüşü-ağ, 1 ədəd qızılı-ağ rəngli kağız bükümləri, eləcə də 1 ədəd kibrit qutusunu olduqları sellofan paketda cibinə qoyub yaşadığı ünvana aparmışdır. Bundan ailə üzvlərinin və başqa kiminsə xəbəri olmamışdır. Kibrit qutusunda olan narkotik vasitənin bir qismini müxtəlif vaxtlarda heç kim evdə olmayanda, təklikdə evdə olarkən istifadə etmişdir. 1 ədəd qızılı-ağ rəngli kağız bükümdəki marixuananı evin qonaq otağında sol tərəfdəki şabalıdı rəngli rəfin orta hissəsindəki stəkanın içərisində, 1 ədəd kibrit qutusundakı marixuananı həmin rəfin yuxarı bölməsində siqaret qutusunn içərisində, 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdəki marixuananı qara rəngli pencəyinin cibində saxlamışdır. Həmçinin, az müddət öncə evin birinci mərtəbəsindəki anbar kimi istifadə olunan zirzəmidə masanın üzərində sellofanda siqaret qutusunda tütünlə qarışıq vəziyyətdə az bir hissəsini istifadə etməsi üçün saxlamışdır. Bunlardan ailə üzvlərinin məlumatı olmamışdır. 19 aprel 2024-cü il tarixdə, saat 18 radələrində yaşadığı evin yaxınında dayanarkən bir neçə nəfər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağında, narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək yaşadığı evə baxış keçiriləcəyini söyləmişlər. Buna heç bir etirazının olmadığını bildirmiş və təxminən 15- 20 dəqiqə polislərlə yaşadığı evin yanında gözlədikdən sonra X10 həmin yerə gəlmiş, polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağında, konkret olaraq yaşadığı evdə və üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu sonuncuya bildirmişlər. X1 və həmin ünvanda yaşayıb-yaşamadığını soruşmuş, o da özü haqqında qısa məlumat verəndən sonra, yaşadığı ünvanda videoçəkilişlə baxış, eləcə də üzərinə şəxsi axtarış keçiriləcəyini bildirərək buna etirazının olub-olmadığını ondan soruşmuşdur. O, polislərin narkotiklərin hamısını tapmayacaqlarını güman etmiş və X10a yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Eyni zamanda, bu barədə ərizə yazaraq yaşadığı ünvana baxış keçirlməsinə etirazının olmadığını göstərmişdir. Videoçəkilişlə ondan yaşadığı ünvanda qanunla qadağan olunmuş əşya və predmet saxlayıb-saxlamadığı soruşulmuş, o da “balaca bir şey var” deyərək həmin bükümü təqdim etmək üçün iştirakçıları yaşadığı ünvana dəvət etmişdir. Kiçik göy rəngli dəmir qapıdan həyətə daxil olaraq sol tərəfdə, daş hasarın yanı ilə qarşıya gedib sağ tərəfdə pilləkəni olan iki mərtəbəli evin ikinci mərtəbəsinə qalxmış və ağ rəngli plastik qapısından evin birinci olan qonaq otağına daxil olmuşlar. Qonaq otağında sol tətəfdə olan şabalıdı rəngli rəfin orta gözündə, yəni hissəsində olan göy rəngli stəkanın içərisini göstərərək orada “nəşə” olduğunu bildirmişdir. Baxış zamanı həmin stəkanın içərisində 1 ədəd qızılı-ağ rəngli büküm aşkar olunmuş və həmin büküm müstəntiq tərəfindən açıldıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuana olması müəyyən olunmuşdur. Şifahi sorğu zamanı o bir daha həmin kütlənin “nəşə”, yəni qurudulmuş marixuana olduğunu bildirmişdir. Daha sonra həmin büküm qablaşdırılması məqsədilə otaqda olan masanın üzərinə qoyulmuşdur. Baxış zamanı ona evdə başqa qadağan olnmuş əşya saxlayıb-saxlamamağı barədə sual verilmiş, o isə yalandan başqa heç bir qadağan olunmuş əşyanın olmadığını bildirmişdir, çünki polislərin başqa yerləri axtarmayacaqlarını düşünmüşdür. Lakin müstəntiq tərəfindən verilmiş göstərişə əsasən, əməliyyat müvəkkili tərəfindən baxış keçirilməsi prosesi davam etdirilmiş, həmin otaqdakı sözügedən rəfin yuxarı açılıb-bağlanan hissəsi açılaraq orada olan əşyaların arasında gizlin saxladığı içərisində 1 ədəd kibrit qutusunda marixuana olan 1 ədəd siqaret qutusu aşkar olunmuşdur. Həmin siqaret qutusuna baxış keçirilərkən qutunun içərisində həmin 1 ədəd kibrit qutusu aşkarlanmış və şifahi sorğu zamanı həmin kibrit qutusundakı kütlənin də “marixuana” olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Ondan həmin kibrit qutusundakı kütləni nə üçün könüllü şəkildə təqdim etməməsi soruşulduqda yalandan həmin kütlənin orada saxlamağını və təqdim etməyini unutduğunu, lakin kütlənin özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra aşkar olunmuş içərisində marixuana olan 1 ədəd kibrit qutusu da qablaşdırılması üçün otaqdakı masanın üzərinə qoyulmuşdur. Qonaq otağına keçirilmiş baxış zamanı oradan qanunla qadağan edilmiş başqa əşya və ya predmetlər, eləcə də narkotik vasitə aşkar edilməmişdir. Qonaq otağına baxış yekunlaşdırıldıqdan sonra həmin otağın girişindən sağ tərəfdə olan mətbəxə baxış keçirilmiş, mətbəxdən də qanunla qadağan edilmiş əşya və ya predmet, eləcə də narkotik vasitə aşkar olunmamışdır. Daha sonra qonaq otağının baş tərəfində yerləşən qapıları açıq vəziyyətdə olan evin yataq otağına baxış keçirilməsinə başlanılmışdır. Baxış zamanı girişdən sağ tərəfdə yerləşən çarpayının üzərində ona məxsus paltarlar olmuşdur. Həmin paltarlardan qara rəngli pencəyinə baxış keçirilərkən pencəyinin sağ iç cibindən 1 ədəd gümüşü-ağ rəngli siqaret kağızından olan büküm aşkar olunmuşdur. Həmin büküm aşkar olunarkən əməliyyat müvəkkili tərəfindən yanlışlıqla bükümün qara rəngli pencəyin sol döş cibindən aşkar olunması qeyd olunmuşdur. Həmin 1 ədəd büküm açıldıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuş, şifahi sorğu zamanı guya həmin marixuanadan xəbərinin olmadığı kimi özünü apararaq yalandan “o mənim deyil, mənim olanlar büküm ilə kibrit qutusudur, belə şey olmaz axı, qardaş bu mənim deyil” deyə bildirmişdir. Belə ki, həmin büküm ona məxsus olsa da, həmin vaxt daha ağır maddələr ilə məsuliyyətə cəlb olunacağından qorxaraq bükümün ona məxsus olmaması barədə yalan danışmış, əslində qara rəngli pencəyinin cibindən də aşkar edilmiş içərisində marixuana olan həmin 1 ədəd gümüşü-ağ rəngli büküm də ona məxsus olmuşdur. Bundan sonra yataq otağına baxış keçirilməsi davam etdirilsə də, oradan qanunla qadağan edilmiş başqa əşya və ya predmetlər, eləcə də narkotik vasitə aşkar olunmamışdır. Bundan sonra qonaq otağına keçilərək aşkar olunmuş kütlələrin qablaşdırılmasına başlanılmışdır. 1 ədəd qızılı-ağ rəngli büküm, 1 ədəd gümüşü-ağ rəngli büküm və 1 ədəd kibrit qutusu 1 ədəd ağ rəngli zərfə qablaşdırılmaqla üzəri möhürlənmiş, o və digər iştirakçılar tərəfindən imzalandıqdan sonra müstəntiq tərəfindən götürülmüşdür Daha sonra evə baxış yekunlaşdırılaraq həyətə düşülmüş və evin birinci mərtəbəsində baxışın keçirilməsinə başlanılaraq orada olan anbar kimi istifadə olunan zirzəmiyə daxil olmuşlar. Zirzəmiyə baxış zamanı orada yerdə 3 ədəd yeni gül əkilmiş dibçəklər aşkar olunmuş və dibçəklərin içərisində bitki cücərtilərinin olması müəyyən olunmuşdur. Şifahi sorğu zamanı polislərə həmin dibçəklərdə gül əkildiyini, soyuqdan qorunması üçün orada saxlanıldığını, içərisindəki bitkilərin narkotik tərkibli bitkiləri olmadığını bildirmişdir. Bundan sonra baxış zamanı zirzəmidəki masanın üzərində olan sellofanın içərisində 1 ədəd siqaret qutusu aşkar olunmuşdur. Siqaret qutusunun içərisinə baxış zamanı orada tütün ilə az miqdarda narkotik vasitə qurudulmuş marixuana qarışığı aşkar edilmişdir. Şifahi sorğu zamanı, həmin marixuananın tütünə qarışıq olduğundan narkotik vasitə olmağı bilinməyəcəyini güman edib həmin kütlənin sadəcə siqaret tütünü olduğunu bildirmişdir. Bundan sonra baxış davam etdirilsə də, qanunla qadağan edilmiş başqa əşya və ya predmetlər aşkar edilməmişdir. Aşkar olunmuş 1 ədəd siqaret qutusunda olan az miqdarda marixuana ilə siqaret tütününün qarışıq kütləsi siqaret qutusu ilə birlikdə 1 ədəd zərfə qablaşdırılmaqla götürülmüşdür. Həmin zərfin üzəri möhürlənmiş, o və digər iştirakçılar tərəfindən zərfin üzəri imzalanmışdır. Daha sonra zirzəmidən aşkar olunmuş 3 ədəd dibçəklər olduqları vəziyyətdə 1 ədəd ağ rəngli sintetik torbaya yerləşdirilməklə həmin torbanın ağzı möhürlənmiş, üzərini imzaladıqları A4 formatlı vərəqlə yapışdırılmaqla götürülmüşdür. Bununla da baxış prosesi yekunlaşdırılaraq videoçəkiliş dayandırılmışdır. Baxışın keçirilməsi ilə bağlı protokol tərtib olunaraq ucadan oxunmuş, o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra o, polis əməkdaşları tərəfindən Ucar Rayon Polis Şöbəsinə gətirilmişdir. Dərhal dövlət hesabına vəkil Müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs kimi saxlanılmışdır. Vəkilinin iştirakı ilə hüquq və vəzifələri ona izah olunduqdan sonra şübhəli şəxs qismində tutulması barədə qərar təqdim olunmuşdur. Bundan sonra şifahi olaraq videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, bununla bağlı hər hansı etirazının olub-olmadığı soruşulmuşdur. Heç bir etirazının olmadığını bildirmiş və bundan sonra polis şöbəsinin növbətçi hissəsində ona videoçəkilişlə bir daha hüquq və vəzifələri izah olunaraq üzərində narkotik maddə və vasitələr, eləcə də, cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunmuş nə olub-olmaması soruşulmuşdur. O, üzərində qanunla qadağan olunmuş predmetlərin olmadığını bildirmiş, bundan sonra əməliyyat müvəkkili tərəfindən üzərinə şəxsi axtarış keçirilməsi davam etdirilmişdir. Üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara-qırmızı rəngli, qısa qollu köynəyin sağ qabaq cibindən bir ədəd siqaret qutusu və 1 ədəd alışqan aşkar olunaraq masanın üzərinə qoyulmuş, həmçinin əynində olan boz rəngli şalvarın arxa sağ cibindən 1 ədəd “Samsung” markalı mobil telefon aşkar olunmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış davam etdirilsə də, qanunla qadağan edilmiş əşya və ya predmetlər aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş 1 ədəd alışqan və 1 ədəd siqaret qutusu özünə qaytarılmışdır. Aşkar olunmuş 1 ədəd “Samsung” markalı mobil telefon 1 ədəd ağ rəngli zərfə qablaşdırılmalqa götürülmüşdür. Bununla da şəxsi axtarış yekunlaşdırılmış və videoçəkiliş dayandırılmışdır. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib olunaraq ucadan oxunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra müstəntiq tərəfindən aqronom-mütxəssis dəvət olunaraq yaşadığı ünvandan aşkar olunmuş dibcəklərə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı aqronom tərəfindən dibçəklərdəki bitkilər ayrı-ayrılıqda nəzərdən keçirilərək həmin dibçəklərdə narkotik tərkibli bitkilərin əkilmədiyi müəyyən olunmuşdur. Bununla da baxış prosesi yekunlaşdırılmış və videoçəkiliş dayandırılmışdır. Dibçəklərə baxışın keçirilməsi ilə bağlı protokol tərtib olunaraq ucadan oxunmuş, özü, vəkili Müdafiəçi və digər iştirakçılar tərəfindən imzalanmışdır. Yaşadığı ünvanda müxtəlif yerlərdən aşkar edilmiş həmin marixuanalar özünə məxsus olmuşlar. Həmin marixuanaları gələcəkdə özü istifadə etməsi üçün evdə saxlamış, ailə üzvlərinin, eləcə də başqa heç kimin bundan xəbəri olmamışdır. Aşkar edilmiş marixuanalardan heç kimə istifadə etmək üçün heç vaxt verməmiş, nə də satmamışdır. Kibrit qutusundakı marixuananın bir hisəssini özü istifadə etmişdir. Ailə üzvləri və ümumiyyətlə heç kim onun narkotik vasitə istifadə etməsini, nə də yaşadığı evdə marixuana saxlamasını bilməmişlər. Həmçinin, marixuana tapmağını başqa heç kim bilməmiş, bu barədə heç kimə heç nə deməmişdir. 19 aprel 2024-cü il tarixdə, saat 18 radələrində yaşadığ evin yanında polis əməkdaşları tərəfindən saxlanılan zaman, yaşadığı ünvanda baxış keçirilməmişdən əvvəl, ilkin izahat verərkən ona qarşı heç kim tərəfindən hər hansı zor və ya zor tətbiqi hədəsi edilməmiş, polis əməkdaşları tərəfindən heç nəyə məcbur edilməmişdir. Məhkəmədən törətdiyi əmələ görə peşimançılıq hissi keçirməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, təqsirini boynuna almasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül cəzanın ən aşağı həddində cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspert rəyləri, eləcə də iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ucar şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçilik və ədavəti olmamışdır. 19 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, üzərində və yaşadığı evdə narkotik vasitə saxlaması və saat 18 radələrində yaşadığı ünvan 4 ünvanda olacağı barədə əməliyyat aparatına məlumat daxil olmuşdur. Həmin məlumatla bağlı tərəfindən Ucar Rayon Polis Şöbəsinin rəhbərliyinə məruzə olunaraq Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair razılıq alınmış və bu barədə müvafiq qərar qəbul olunaraq əməliyyat qrupu yaradılmaqla qrup üzvləri təlimatlandırılmışlar. Təqsirləndirilən şəxs yerini müəyyən edib polis şöbəsinə gətirilməsi üçün əməliyyat qrupunun üzvləri ilə, yəni Ucar Rayon Polis Şöbəsinin CAB-ın baş əməliyyat müvəkkili Şahid2, Ucar Rayon Polis Şöbəsinin PPXB-nin sürücü polis nəfəri Şahid3 ilə birlikdə həmin tarixdə, yəni 19 aprel 2024-cü il tarixdə, saat 17:30-dan sonra Təqsirləndirilən şəxs yaşadığı evin ətrafını müşahidəyə götürmüşlər. Az sonra Təqsirləndirilən şəxs yaşadığı evin küçə qapısından küçəyə tək çıxmış, həmin vaxt onun yanında və ətrafda başqa heç kim olmamışdır. Əməliyyat qrupunun digər üzvləri ilə, yəni CAB-nı baş əməliyyat müvəkkili Şahid2 və Ucar Rayon Polis Şöbəsinin PPXB-nin sürücü polis nəfəri Şahid3 yaxınlaşıb Təqsirləndirilən şəxs özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında, üzərində və yaşadığı ünvanda narkotik vasitə saxlamaqda şübhəli olduğunu, odur ki, yaşadığı ünvana baxış keçiriləcəyi, daha sonra üzərinə şəxsi axtarış keçirilməsi üçün Ucar Rayon Polis Şöbəsinə getməli olacağını bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş, dərhal bu barədə xidməti qrafikə əsasən həmin tarixdə əməliyyat-istintaq qrupunun üzvü olan Ucar Rayon Polis Şöbəsinin baş müstəntiqi Rəhmin Zeynalova məlumat verilmiş, az sonra sonuncu Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına gəlmişdir. Qısa formada bir daha baş X10a Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında, konkret olaraq yaşadığı evdə narkotik vasitə saxlamasında şübhəli olduğunu bidirmişlər. Baş X10 Təqsirləndirilən şəxs kimliyini və həmin ünvanda yaşayıb-yaşamadığını soruşmuş, sonuncu da özü haqda qısa məlumat verib bir daha yaşadığı ünvana baxış keçirilməsinə, eləcə də üzərinə şəxsi axtarışın keçirilməsinə etirazının olmadığını bildirmiş, eyni zamanda bu barədə ərizə yazmışdır. Bundan sonra videoçəkilişlə küçədə Təqsirləndirilən şəxs yaşadığı evin həyətinin kiçik göy rəngli dəmir qapısının qarşısından baxışın keçirilməsinə başlanılmış, videoçəkilişi polis nəfəri Şahid3 aparmışdır. Baş X10 tarixi və vaxtı qeyd edərək özünü, eyni zamanda baxışda iştirak edən polis əməkdaşlarını, eləcə də Təqsirləndirilən şəxs təqdim etdikdən sonra ona hüquq və vəzifələri barədə bildirişi təqdim etmiş, yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmadığını qeyd edərək bu barədə sonuncunun yazdığı ərizəni təqdim etmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunla qadağan olunmuş əşya və predmet saxlayıb-saxlamaması barədə sual verilmiş, sonuncu “balaca bir şey var” deyərək göy rəngli kiçik dəmir qapıdan iştirakçılarla birlikdə yaşadığı evin həyətinə daxil olmuşdur. Kiçik həyətə daxil olduqda sol tərəfdəki daş hasarın yanı ilə qarşıya getdikdə bir az qarşıda giriş hissəsi sağ tərəfdən olan taxta piləkənli iki mərtəbəli evin qarşısına gəlmişlər. Pilləkənlərin yanında iri həcmli ağ rəngli plastmas su çəni olmuşdur. Həmin yerdən pilləkənlərlə evin ikinci mərtəbəsinə qalxıb ağ rəngli plastmas qapısını açaraq Təqsirləndirilən şəxs evin qonaq otağına daxil olmuş, ardınca baxışda iştirak edən polis əməkdaşları həmin otağa daxil olmuşlar. Həmin otaqda Təqsirləndirilən şəxs sol tərəfdəki şabalıdı rəngli rəfin orta hissəsində olan göy rəngli stəkanın içərisini göstərərək orada “nəşə” olduğunu bildirmişdir. Baxış zamanı həmin stəkanın içərisində 1 ədəd qızılı-ağ rəngli kağız büküm aşkar olunmuş və müstəntiq tərəfindən açıldıqda içərisində yaşıl rəngli, bitki mənşəli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlənin olması müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bir daha həmin kütlənin “nəşə”, yəni qurudulmuş marixuana olduğunu bildirmişdir. Evində başqa qadağan olunmuş hər hansı əşyanın saxlayıb-saxlamaması ilə bağlı Təqsirləndirilən şəxs sorğu edilmiş, sonuncu, evində qadağan olunmuş başqa hər hansı əşyanın olmadığını bildirmişdir. Daha sonra həmin büküm qablaşdırılması məqsədilə baş X10 tərəfindən otaqdakı masanın üzərinə qoyulmuş və göstərişinə əsasən Təqsirləndirilən şəxs evinə baxış keçirilməsi prosesi davam etdirilmişdir. Təqsirləndirilən şəxs 1 ədəd bükümü təqdim etdiyi rəfə baxış zamanı baş əməliyyat müvəkkili Şahid2 tərəfindən rəfin yuxarı hissəsi açılaraq oradan 1 ədəd siqaret qutusu aşkar olunmuş, həmin siqaret qutusuna baxış keçirilərkən içərisində 1 ədəd kibrit qutusunun olması, kibrit qutusu açıldıqda isə içərisində yaşıl rəngli, bitki mənşəli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlənin olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs sorğu edildikdə, sonuncu həmin kütlənin “marixuana” olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin kibrit qutusundakı marixuananı nə üçün könüllü şəkildə təqdim etməməsi ilə bağlı sual verildikdə, sonuncu “nə bilim, yadımdan çıxdı, yadıma düşmədi” deyərək cavab vermiş, aşkar olunmuş içərisində kütlə olan həmin kibrit qutusu da qablaşdırılması üçün otaqdakı masanın üzərinə qoyulmuşdur. Qonaq otağına keçirilmiş baxış zamanı oradan qanunla qadağan edilmiş başqa əşya və ya predmet, eləcə də narkotik vasitəyə bənzər hər hansı kütlə və maddə aşkar edilməmişdir. Qonaq otağına baxış yekunlaşdırıldıqdan sonra həmin otağın girişindən sağ tərəfdə yerləşən mətbəxə baxış keçirilmiş, lakin mətbəxdən də qanunla qadağan edilmiş əşya və ya predmetlər, eləcə də narkotik vasitəyə bənzər hər hansı kütə və maddə aşkar olunmamışdır. Daha sonra qonaq otağının baş tərəfində yeləşən evin yataq otağına baxış keçirilməsinə başlanılmış, yataq otağının qapıları açıq olmuşdur, həmin otağa baxış zamanı girişdən sağ tərəfdə yerləşən çarpayının üzərində kişi paltarları olmuşdur. Həmin paltarlara baxış zamanı baş əməliyyat müvəkkili Şahid2 tərəfindən orada olan qara rəngli pencəyin sağ iç cibindən 1 ədəd gümüşü-ağ rəngli siqaret kağızından olan büküm aşkar olunmuş, həmin büküm aşkar olunarkən baş əməliyyat müvəkkili Şahid2 tərəfindən yanlışlıqla bükümün qara rəngli pencəyin sol döş cibindən aşkar olunması qeyd olunmuşdur. Həmin büküm açıldıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs “o mənim deyil, mənim olanlar bükülü ilə kibrit qutusudur, belə şey olmaz axı, qardaş bu mənim deyil” söyləyərək həmin kütlənin ona məxsus olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs həmin qara rəngli pencəyin kimə məxsus olması ilə bağlı sual verildikdə, Təqsirləndirilən şəxs həmin pencəyin ona məxsus olduğunu, lakin cibindən aşkar edilmiş bükümün ona məxsus olmadığını söyləmişdir. Bundan sonra yataq otağına baxış keçirilməsi davam etdirilsə də, oradan qanunla qadağan edilmiş əşya və ya predmetlər, eləcə də narkotik vasitəyə bənzər hər hansı kütə və maddə aşkar olunmamışdır. Bundan sonra yataq otağındakı qara rəngli pəncəyin cibindən aşkar edilmiş 1 ədəd gümüşü-ağ rəngli siqaret kağızından olan büküm də baş X10 tərəfindən götürülmüş və qonaq otağına gəlib masanın üzərinə qoyularaq aşkar olunmuş bütün kütlələrin qablaşdırılmasına başlanılmışdır. Bu zaman qonaq otağındakı rəfdən aşkar edilmiş 1 ədəd qızılı-ağ rəngli büküm və 1 ədəd kibrit qutusu, eləcə də yataq otağındakı qara rəngli pencəyin cibindən aşkar edilmiş 1 ədəd gümüşü-ağ rəngli büküm 1 ədəd ağ rəngli zərfə qablaşdırılmaqla zərfin ağzı bağlanılaraq üzəri möhürlənmiş və Təqsirləndirilən şəxs, eləcə də digər iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra evin ikinci mərtəbəsində baxış yekunlaşdırılaraq birinci mərtəbəsində baxış keçirilməsinə davam etdirilmiş, orada olan anbar kimi istifadə olunan zirzəmiyə baxış zamanı içərilərində yeni əkilmiş bitkilər olan 3 ədəd plastmas dibçəklər aşkar olunmuş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin dibçəklərdə gül əkildiyini, narkotik tərkibli bitkilərin olmadığını bildirmişdir. Eyni zamanda, baxış zamanı baş əməliyyat müvəkkili Şahid2 tərəfindən zirzəmidəki masanın üzərində olan sellofanın içərisində 1 ədəd siqaret qutusu aşkar olunmuş, siqaret qutusunun içərisində tütün ilə qarışıq formada az miqdarda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələrin olduğu müəyən olunmuş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin siqaret tütünü olduğunu bildirmişdir. Bundan sonra baxış davam etdirilsə də, həmin yerdən qanunla qadağan edilmiş başqa əşya və ya predmet, eləcə də narkotik vasitəyə bənzər hər hansı kütlə və maddə aşkar olunmamışdır. Aşkar olunmuş 1 ədəd siqaret qutusunda olan az miqdarda marixuanaya bənzər kütlə ilə siqaret tütününün qarışıq kütləsi siqaret qutusu ilə birlikdə baş X10 tərəfindən 1 ədəd zərfə qablaşdırılaraq götürülmüşdür. Həmin zərfin üzəri möhürlənmiş, Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra aşkar olunmuş 3 ədəd dibçək tamlığı pozulmadan 1 ədəd ağ rəngli sintetik torbaya yerləşdirilməklə baş X10 tərəfindən ağzı bağlanaraq möhürlənmiş və 1 ədəd üzərini imzaladıqları A 4 formatlı vərəqlə yapışdırılmışdır. Bununla da Təqsirləndirilən şəxs yaşadığı ünvanda baxış prosesi yekunlaşdırılmış və videoçəkiliş dayandırılmışdır. Baxışın keçirilməsi ilə bağlı protokol tərtib olunaraq ucadan oxunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra üzərinə şəxsi axtarışın keçirilməsi məqsədilə Təqsirləndirilən şəxs Ucar Rayon Polis Şöbəsinə gətirilmiş, polis şöbəsində dərhal vəkil Müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs kimi saxlanılmış, ona hüquq və vəzifələri izah olunaraq videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi izah olunmuş və növbətçi hissədə məsul növbətçi polis kapitanı Aqil Zeynalov tərəfindən videoşəkiliş aparılmaqla üzərinə şəxsi axtarışın keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış prosesində polis nəfəri Şahid3 iştirak etməmişdir. Baş X10 tərəfindən bir daha iştirakçılar elan olunaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, daha sonra üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet, eləcə də hər hansı narkotik vasitə və psixotrop maddə vardırsa təqdim etməyi təklif olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində qırmızı-qara rəngli, qısa qollu köynək, boz rəngli şalvar və qara rəngli ayaqqabı olmuşdur. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet, eləcə də hər hansı narkotik vasitə olmadığını bildirmişdir. Ardınca baş əməliyyat müvəkkili Şahid2 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, əynində olan qara-qırmızı rəngli, qısa qollu köynəyin sağ qabaq cibindən 1 ədəd siqaret qutusu və 1 ədəd alışqan aşkar olunaraq masanın üzərinə qoyulmuş, sonra isə əynində olan boz rəngli şalvarın arxa sağ cibindən 1 ədəd “Samsung” markalı mobil telefon aşkar olunmuş, üzərindən qanunla qadağan edilmiş başqa əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd alışqan və 1 ədəd siqaret qutusu özünə qaytarılmış, 1 ədəd “Samsung” markalı mobil telefon isə 1 ədəd ağ rəngli zərfdə qablşadırılıb müstəntiq tərəfindən görtürülmüşdür. Bununla da şəxsi axtarış prosesi yekunlaşdırılmış və videoçəkiliş dayandırılmışdır. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib olunaraq ucadan oxunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra isə baş X10 tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evin birinci mərtəbəsindəki zirzəmisindən aşkar edilmiş 3 ədəd plastmas dibçəklərdə narkotik tərkibli bitkilərin əkilib-əkilmədiyini müəyyən etmək üçün aqronommütəxəssis dəvət olunaraq həmin dibçəklərə polis şöbəsində əməliyyat müvəkkili Şahid2 tərəfindən videoşəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı 3 ədəd dibçəklər aqronom X3 təqdim olunmuş, aqronom Ağarəhim Tağıyev hər üç dibçəyə ayrı-ayrılıqda baxış keçirmiş və dibçəklərdə qanunla qadağan olunmuş və narkotik tərkibli bitkilərin əkilmədiyini qeyd edrək dibçəklərdəki bitkilərin alaq otları olduğunu bildirmişdir. Bununla da dibçəklərə baxış prosesi yekunlaşdırılmış və videoçəkliş dayandırılmışdır. Dibçəklərə baxışın keçirilməsi ilə bağlı protokol tərtib olunaraq ucadan oxunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təyin olunmuş məhkəmə-bioloji ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs yaşadığı evdən 1 ədəd kibrit qutusunda, 1 ədəd qızılı-ağ rəngli bükümdə, 1 ədəd gümüşü-ağ rəngli bükümdə olan kütlələrin və 1 ədəd siqaret qutusunda tütünlə qarışıq formada olan az miqdarda olan kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olması öz təsdiqini tapması sonradan ona məlum olmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanalardan kiməsə verməsi, satması və kiminləsə bir yerdə istifadə etməsi ilə bağlı hər hansı bir məlumat əldə edilməmiş, eləcə də bir sıra əməliyyat axtarış tədbirləri keçirilsə də, onun ümumiyyətlə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 da şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar ifadə verdilər. Cinayət işində olan məhkəmə-bioloji ekspertizasının 20 aprel 2024-cü il tarixli, 3- 16-16-2-17/376 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs məxus ünvandan aşkar olunmuş predmetlər..” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi–2,69 qr., 01 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə təmiz çəkisi-1,20 qr., 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi-5,62 qr., ümumi təmiz çəkisi-9,51 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs məxsus evin həyətindəki anbardan götürülmüş kütlə....” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd siqaret qutusunda, təmiz çəkisi–0,08 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmçinin siqret qutusundakı, təmiz çəkisi-0,05 qram olan tütünə oxşar digər bitki mənşəli kütlə narkotik vasitələrə aid deyildir. Tədqiqata təqdim edilmiş, 01 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə, 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, 01 (bir) ədəd kibrit qutusunda və 01 (bir) ədəd siqaret qutusunda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Qurudulmuş marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı"na daxildir (İ siyahı). Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının 10 iyun 2024-cü il tarixli, 1069 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirildiyi üçün o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Cinayət işində olan Ucar Rayon İcra Hakimiyyəti başçısının Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 19 iyun 2024-cü il tarixli, 5-80-11/2- 1180/2024 nömrəli arayışdan və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 29 sentyabr 2006-cı ildə doğulmuş X8 və 24 dekabr 2007-ci ildə doğulmuş X6 adlı iki uşağı vardır. Cinayət işində olan Ucar Rayon İcra Hakimiyyəti başçısının Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. CM-in 58.3-cü mаddəsində nəzərdə tutulmuşdur ki, cəzа təyin еdilərkən törədilmiş cinаyətin хаrаktеri və ictimаi təhlükəlilik dərəcəsi, təqsirkаrın şəхsiyyəti, о cümlədən cəzаnı yüngülləşdirən və аğırlаşdırаn hаllаr, hаbеlə təyin оlunmuş cəzаnın şəхsin islаh оlunmаsınа və оnun аiləsinin həyаt şərаitinə təsiri nəzərə аlınır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, təqsirini etiraf etməsini və törətdiyi əmələ görə səmimi peşmançılıq çəkməsini CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə yuxarıda qeyd edilən cəzanın yüngülləşdirən halların məcmusunu, təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə təyin oluncaq cəzanın şəxsin islah olunması və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırda Ucar şəhəri, X13 küçəsi, ev 16-da yaşayır. Məhkəmə hesab edir ki, CM-in 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Ucar rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin olunacaq azadlığın mədudlaşdırılması cəzasının müddətinin əvvəlini məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını qanuni və əsaslı hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 aprel 2024-cü il tarixdə, saat 19:28-də şübhəli şəxs qismində tutulmuş, 21 aprel 2024-cü il tarixdə CM-in 234.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin gün saat 14:00-da barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə Ucar Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerindən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində qəti cəza CM-in 69.3-cü maddəsində nəzərdə tutulmuş qaydalar üzrə təyin edilməlidir. CM-in 69.3-cü maddəsində göstərilir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu 2 (iki) gün müddət ona cəza təyin edilərkən nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olubolmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməməlidir. Belə ki, hazırkı cinayət işi üzrə müvafiq ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Buna görə də ekspert rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məqsədəuyğundur. Məhkəmə, CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 9,51 qram çəkidə olan narkotik vasitə-qurudulmuş marixuanalar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi, onun narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması və hökmün məhkəmə məsrəfinin (ekspertiza xərcinin) təqsirləndirilən şəxsdən tutulması və hökmün maddi sübutun-narkotik vasitə olan qurudulmuş marixuanaların məhv edilməsi hissəsində icra edilməsi Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 108 (bir yüz səkkiz) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə həbsdə olduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması cəzasının müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Ucar rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Ucar şəhəri, X13 küçəsi, ev 16 ünvanında yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 9,51 qram çəkidə olan narkotik vasitə-qurudulmuş marixuanalar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi, onun narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması və hökmün məhkəmə məsrəfinin (ekspertiza xərcinin) təqsirləndirilən şəxsdən tutulması və hökmün maddi sübutun-narkotik vasitə olan qurudulmuş marixuanaların məhv edilməsi hissəsində icra edilməsi Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 108 (bir yüz səkkiz) manat məbləğində pul ödənilsin. Hökmdən elan edildiyi vaxtdan 20 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №1(063)-51/2024
Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-51/2024
21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver