Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-52/2024 07.11.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçilər - fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi1, Müdafiəçi3 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 qanuni nümayəndələri (anaları) Qanuni nümayəndə1 və Qanuni nümayəndə2, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 iştirakları ilə 07 noyabr 2024-cü il tarixdə, Ucar Rayon Məhkəməsinin inzibati binasında xx xxxxx 2009-cu il tarixdə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Ucar şəhəri, X7 küçəsi, ev 30 ünvanında qeydiyyatda olan və ünvan 2rəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri, xx xxxxxx 2007-ci il tarixdə Ucar rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanı bilmir) yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri, xx xxx 2008-ci il tarixdə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Ucar şəhəri, X7 küçəsi, ev 30 ünvanında qeydiyyatda olan və ünvan 2rəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs2 07 fevral 2024-cü il tarixdə, saat 11 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq qəsdən talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs3 və qardaşı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəlib birgə niyyətlə hərəkət edərək qonşusu Ucar şəhəri, Dədə Qorqud küçəsində yerləşən yaşayış binasında yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin qapısını istintaqa məlum olmayan qaz açarı ilə sındırıb yaşayış sahəsi hesab olunan evə qanunsuz daxil olaraq yataq otağında çarpayının üzərinə yığılan yataq dəstinin altında saxladığı saxlanc yeri sayılan pul kisəsinin içərisindən 500 manat pulu götürüb aparmaqla Zərərçəkmiş şəxs ümumilikdə 500 manat məbləğində, maddi ziyan vuraraq özgə əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq qəsdən talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 07 fevral 2024-cü il tarixdə, saat 11 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq qəsdən talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəlib küçədə dayanaraq ev sahibi və yaxud kimsə gələrsə Həbib və Təqsirləndirilən şəxs1 qardaşlarına xəbər verməsindən ötrü gözləmiş, bundan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Ucar şəhəri, Dədə Qorqud küçəsində yerləşən yaşayış binasında yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin qapısını istintaqa məlum olmayan qaz açarı ilə sındırıb yaşayış sahəsi hesab olunan evə qanunsuz daxil olaraq yataq otağında çarpayının üzərinə yığılan yataq dəstinin altında saxladığı saxlanc yeri sayılan pul kisəsinin içərisindən 500 manat pulu götürüb aparmaqla Zərərçəkmiş şəxs ümumilikdə 500 manat məbləğində, maddi ziyan vuraraq özgə əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq qəsdən talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 07 fevral 2024-cü il tarixdə, saat 11 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq qəsdən talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs3 və qardaşı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəlib birgə niyyətlə hərəkət edərək qonşusu Ucar şəhəri, Dədə Qorqud küçəsində yerləşən yaşayış binasında yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin qapısını istintaqa məlum olmayan qaz açarı ilə sındırıb yaşayış sahəsi hesab olunan evə qanunsuz daxil olaraq yataq otağında çarpayının üzərinə yığılan yataq dəstinin altında saxladığı saxlanc yeri sayılan pul kisəsinin içərisindən 500 manat pulu götürüb aparmaqla Zərərçəkmiş şəxs ümumilikdə 500 manat məbləğində, maddi ziyan vuraraq özgə əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq qəsdən talayıb oğurluq etmişdir Məhkəmə istintaqında qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə1 iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, Ucar şəhəri 6 №-li tam orta məktəbin 9-cu sinfində qardaşı Bəbirlə birlikdə oxuyur. Zərərçəkmiş şəxs ilə qonuşuluqda yaşayırlar və Qələmnazla ədavəti, düşmənçiliyi olmamışdır. 07 fevral 2024-cü il tarixdə, saat 11 radələrində Qələmnazın küçədə avtomobilə oturub harasa getməsini görüb tək yaşamasından istifadə edərək qardaşı Bəbirə Qələmnazın evdə olmamasını deyib sonuncunun evindən oğurluq etməsini təklif edəndə Bəbir təklifi qəbul etmiş, həmin vaxt dostu Əli də orada olduğundan Bəbirlə birlikdə Əliyə küçədə dayanıb kimsə gəlsə xəbər verməsini tapşırıb yaşadıqları evdən dəmirdən hazırlanmış açar götürüb qonşuları Seyranın şiferdən olan hasarından aşıb həyətə düşüb oradan kiçik qapıdan evin qarşısı ilə hərəkət edərək arxa tərəfdə Qələmnazla Seyranın həyətinin arasına qoyulan dəmir şifer lövhələrin məftilini açıb şiferi aralayıb Qələmnazın evinin arxa tərəfə olan taxta qapısını Bəbir açarla açmağa başlayanda birlikdə qapının cəftəsini açarla sındırıb əvvəlcə Bəbir, ardınca isə özü içəri daxil olmuşdur. Qapıdan içəri daxil olub sol tərəfdə hamam, sanitar qovşağı sağ tərəfdə pəncərə olan otaqdan qarşıda yerləşən zala, oradan isə sağda qapısı açıq qalmış qarşı tərəfdə üzərinə yorğan-döşək yığılan çarpayı, sağ tərəfdə başqa bir çarpayı, həmin çarpayı ilə üz-üzə şkaflar və evin arxa tərəfinə baxan pəncərəsi olan otağa daxil olmuş, Bəbir üzərinə yorğan-döşək yığılan çarpayıya yaxınlaşıb döşəkləri qaldırıb axtarış aparanda 1 ədəd ağ rəngli pul kisəsi tapmış, Bəbir pul kisəsinin içərisində olan 4 ədəd 100 manatlıq olmaqla 400 manat və 3 ədəd 50 qəpik pulu götürüb ona verəndə əli pul kisəsinə dəymiş, sonra Bəbir pul kisəsini döşəmənin üzərinə atmış, o, pulları cibinə qoyub gəldikləri yerdən də geri qayıtmışlar. Əli onları küçədə gözlədiyindən tanımadıqları taksi ilə Ucar rayonunda dörd yol adlanan ərazi kimi tanınan yerə gəlib yoldan keçən taksilərin biri ilə Bakı şəhərinə getmiş, orada Qələmnazın evindən oğurladıqları pulu xərcləyəndə özlərinə şalvar almışlar. 3 gündən sonra polis şöbəsinə dəvət olunduqda qardaşı Bəbir və dostu Əli ilə birlikdə Qələmnazın evindən oğurluq etmələrini etiraf edib oğurluq yolu ilə əldə etdikləri pulla almış olduğu şalvarları təqdim etmişlər. Qələmnazın evindən başqa heç bir oğurluq və sair cinayət törətmədiyini, etdiyi oğurluqda yalnız Bəbir və Əlinin iştirak etməsini, qeyd edilən evdən 500 manat yox 401 manat 50 qəpik oğurlamasını, qonşusu Seyran Orucovun həyətindən və evindən heç nə oğurlamadığını, sadəcə Seyranın həyətindən keçməklə Qələmnazın evindən oğurluq etməsini və oğurluqda istifadə etdiyi açarı hadisədən sonra yadında qalmayan yerə atmasını bidirmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirdiyini, eyni zamanda, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini və sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasının nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqında qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə2 iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, Həbib və Təqsirləndirilən şəxs1lər onun dostlarıdırlar. Həbib və Bəbir qardaşlarının qonşuluğunda yaşayan Qələmnazı tanısa da, heç bir münasibəti olmamış, 07 fevral 2024-cü il tarixdə, saat 11 radələrində Həbiblə bir yerdə olanda Həbib Qələmnaz evdə olmadığından Qələmnazın evindən oğurluq etməyi təklif etdikdə Bəbir də razılaşmış, o, isə evə girməyib küçədə gözləməyi ev sahibi və yaxud kimsə gələrsə Həbib və Bəbirə bir yolla xəbər verməyə razı olmuş, Həbib və Təqsirləndirilən şəxs1lər yaşadıqları evdən dəmir açar götürüb plana uyğun olaraq Qələmnazın evindən oğurluq etmək məqsədi ilə qonuşuluqda yaşayan Seyranın şiferdən olan hasarından aşıb Seyranın həyətinə keçmiş, özü də Həbib və Təqsirləndirilən şəxs1lər yaşayan evin pilləkənində oturub gözləməyə başlamış, az sonra nəsə sındırılma səsi gələndə başa düşmüşdür ki, Bəbirlə Həbib danışdıqları kimi açarla Qələmnazın evinin qapısını sındırıb evə daxil olmuşlar. Təxminən 10-15 dəqiqə sonra hər iki qardaş oğurluğa getdikləri yerdən də geri qayıdıb gəlmiş, Həbib cibindən 100 manatlıq pulları çıxarıb göstərərək Qələmnazın evindən 400 manat oğurladıqlarını bildirsələr də, pulun qədərini dəqiq bilməmiş, həmin gün tanımadığı taksi ilə dörd yol adlanan əraziyə gəlib oradan da yol keçən taksilərin biri ilə Bakı şəhərinə gedib oğurladıqları pulları xərcləmiş, bir neçə gündən sonra Ucar RPŞ-yə dəvət ediləndə Qələmnazın evindən oğurluq etməkdə Həbib və Bəbirə kömək etməsini olduğu kimi danışmışdır. Qələmnazın evindən başqa heç bir oğurluq və sair cinayət törətmədiyini, həmin oğurluqda yalnız Bəbir və Həbibin iştirak etməsini, Qələmnazın evindən oğurluq ediləndə istifadə etdiyi açarın qardaşlar tərəfindən hara qoyulmasından xəbəri olmadığını bildirmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirdiyini, eyni zamanda, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini və sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasının nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqında qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə1 iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, Ucar şəhəri 6 № tam orta məktəbin 9-cu sinfində qardaşı Həbiblə birlikdə təhsil alır. Qələmnazla qonşuluqda yaşayırlar, heç bir ədavət və düşmənçilikləri olmamışdır. 07 fevral 2024-cü il tarixdə, saat 11 radələrində qardaşı Həbib Qələmnazın avtomobilə oturub harasa getməsindən istifadə edərək sonuncunun evindən oğurluq etməyi təklif etmiş, o, Həbibin təklifi ilə razılaşmış, həmin vaxt dostu Əli də onlarda olduğundan Həbib Əliyə küçədə dayanıb ev sahibi və ya kimsə gələrsə, xəbər verməsini tapşıranda Əli razı olub küçədə gözləməyə başlamış, hər ikisi yaşadıqları evdən dəmir açar götürüb qonşu Seyranın şiferdən olan hasarından aşıb həyətə düşmüş, oradan kiçik qapıdan evin qarşısından keçərək arxa tərəfə gedib Qələmnazla Seyranın həyətinin arasına qoyulan dəmir şifer lövhələrin məftilini açıb aralayıb Qələmnazın evinin arxa tərəfə olan taxta qapısını dəmir açarla Həbiblə köməkli cəftəni sındırıb qapını açmış, əvvəlcə özü, ardınca isə Həbib içəri daxil olmuşdur. Qapıdan içəri keçəndə sol tərəfdə hamam, sanitar qovşağı, sağ tərəfdə pəncərə olan otaqdan qarşıda yerləşən zala, oradan sağ tərəfdə qapısı açıq qalmış qarşı tərəfdə üzərinə yorğan-döşək yığılmış çarpayı, sağ tərəfdə başqa bir çarpayı, həmin çarpayı ilə üz-üzə şkaflar və evin arxa tərəfinə baxan pəncərəsi olan otağa daxil olub üzərinə yorğan-döşək yığılan çarpayıya yaxınlaşıb döşəkləri qaldırıb axtarış aparanda 1 ədəd ağ rəngli pul kisəsindən 4 ədəd 100 manatlıq olmaqla 400 manat və 3 ədəd 50 qəpiyi götürüb Həbibə vermiş, sonra pul kisəsini döşəmənin üzərinə atıb gəldikləri kimi evdən küçəyə çıxıb onları küçədə gözləyən Əli ilə birlikdə tanımadığı taksi ilə dörd yol adlanan əraziyə gedərək, yoldan keçən takisilərin biri ilə Bakı şəhərinə gedib Qələmnazın evindən oğurladıqları pulu xərcləyəndə özlərinə şalvar almış, 3 gün sonra Ucar RPŞ-yə dəvət ediləndə qardaşı Həbib və dostu Əli ilə birlikdə Qələmnazın evinə oğurluq etmələrini etiraf edərək oğurluq pulla almış olduğu şalvarları təqdim etmişdir. Qələmnazın evindən başqa heç bir oğurluq və sair cinayət törətmədiyini, etdiyi oğurluqda yalnız Həbib və Əlinin iştirak etməsini, qeyd edilən evdən 500 manat yox 401 manat 50 qəpik oğurlamasını, qonşusu Seyran Orucovun həyətindən və evindən heç nə oğurlamadığını, sadəcə Seyranın həyətindən keçməklə Qələmnazın evindən oğurluq etməsini və oğurluqda istifadə etdiyi açarı hadisədən sonra yadında qalmayan yerə atdığını bidirmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirdiyini, eyni zamanda, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini və sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasının nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tam təqsirli olmaları özlərinin etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin verdiyi ifadələrlə, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, məhkəmə iclasında ifadəsində göstərdi ki, Ucar rayonu, Təzə Şilyan kəndində qeydiyyatda olmasına baxmayaraq Ucar şəhəri, D.Qorqud küçəsində nömrəsiz yaşayış binasında tək yaşayır. 07 fevral 2024-cü il tarixdə, saat 11 radələrində Prezident Seçkisində iştirak etmək üçün evin qapılarını bağlayıb taksi ilə Ucar rayonu, Təzə Şilyan kəndinə gedib səsvermədə iştirak edərək evə qayıdanda evin taxtadan olan arxa qapısının sındırılmasını və qonaq otağında olan çarpayının üzərinə yığdığı yataq dəstlərinin arasında axtarış aparıldığını və döşəyin arasında gizlətmiş olduğu ağ rəngli pul qabından özünə məxsus 4 ədəd 100 manatlıq, qalan isə yadında qalmayan əskinazlarda 100 manat, cəmi 500 manat pulunun oğurlanmasını görüb həmin gün saat 15 radələrində 102 xidmətinə müraciət etdiyindən Ucar RPŞ-dən gələn polis əməkdaşları tərəfindən evə baxış keçirilib əl-barmaq izləri götürülmüş, hazırda isə şikayəti, tələbinin olmadığını dəymiş ziyanın ödənildiyini bildirmişdir (bu barədə həm notarial qaydada, həm də məhkəmə iclası zamanı verdiyi ərizələr də vardır). Məhkəmə iclasında elan edilmiş cinayət işinin 27-29-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 02 mart 2024-cü il tarixli, 24/498 nömrəli ekspert rəyindən görünür ki, 07 fevral 2024-cü il tarixdə Ucar şəhəri, Dədə Qorqud küçəsində vət. Zərərçəkmiş şəxs məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqa təqdim edilmiş 07 ədəd kağız parçasının üzərinə yapışdırılmış 07 ədəd şəffaf yapışqanlı lent kəsiklrərinin üzərində olan 02 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 02 ədəd ovuc izi xx xxxxx 2009-cu ildə Ucar rayonunda anadan olmuş Təqsirləndirilən şəxs2 sol əlinin ovuc (02 dəfə) əksi ilə eynilik müəyyən etmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 78-ci və 172-178-ci vərəqələrində olan 08 iyun 2024-cü il tarixli maddi sübut kimi tanınma və 24 iyun 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqdim etdiyi 2 dəst şalvarın maddi sübut kimi tanınması və saxlanmasından ötrü Ucar RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilməsi, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.5 maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs yaşayan evin qapısını sındırdıqları qaz açarı istintaqa məlum olmayan alət kimi qəbul edilməsi, Zərərçəkmiş şəxs yaşayan evin qapısının Həbib və Təqsirləndirilən şəxs1lər tərəfindən sındırılması, eyni zamanda təqsirləndirilən şəxslərin Seyran Orucovun həyətindən keçməklə zərərçəkmiş şəxs yaşayan evdən oğurluq etmələri baş vermiş oğurluq hadisəsinin törədilmə üsulu kimi nəzərə alınması, iş üzrə hadisə yerindən götürülmüş 1 ədəd zərfdə olan əl-barmaq, ovuc izlərinin cinayət işinə əlavə olunması və maddi sübut kimi tanınması, təqsirləndirilən və zərərçəkmiş şəxsin ifadələri, hadisə yerinə baxış keçirilməsi, ifadənin yerində yoxlanılması, baxış keçirib götürmə aparılması haqqında protokollar və məhkəmə-daktiloskopik ekspertizasının rəyi eləcə də digər sənədlərin sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 1-ci vərəqəsində olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 05 aprel 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 5-8-ci vərəqələrində olan 07 fevral 2024-cü il tarixli baxış keçirilməsi barədə protokoldan və fotoşəkillərdən görünür ki, baxış zamanı çöl tərəfdən evə açılan qapının cəftəsinin sındırılması müşahidə edilmiş, həmçinin evin yataq otağındakı yataq dəstinin üzərinə yığılmış döşəklər dağınıq vəziyyətdə olmuş, baxış zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, yataq otağındakı yataq dəstlərinin arasında saxladığı pul kisəsindən 500 manat pul oğurlanmışdır. Həmin pul kisəsi ağ rəngdə olmaqla, dəmir bağlancaqla açılıb bağlanmışdır. Evin həyətə açılan qapısından və pul kisəsinin üzərindən 07 ədəd dakto yapışqan lentlə izlər götürülmüşdür. Baxış zamanı “Canon” markalı fotoaparatla hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 17-19-cu vərəqələrində olan 10 fevral 2024-cü il tarixli baxış və götürmə barədə protokoldan və fotoşəkillərdən görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən təqdim olunan 02 ədəd şalvar götürülmüşdür. Baxış zamanı “Canon” markalı fotoaparatla hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 67-69-cu səhifələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 25 may 2024-cü il tarixli tələbnamələrindən görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxslərdirlər. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 70-ci səhifəsində olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X6 “Ucar rayon mərkəzi xəstəxansı” X3 22 may 2024-cü il tarixli, 18-1-77/2-647/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Ucar RMX PHŞ-nın poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetində qeydiyyatda yoxdurlar. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 97-98-ci səhifələrində olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mərkəzi Aran Regional Təhsil İdarəsi Ucar rayon üzrə Təhsil Sektoru Ucar şəhəri 6 nömrəli tam orta məktəbin 10 iyun 2024-cü il tarixli 03 və 04 nömrəli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs1 Ucar şəhəri 6 nömrəli tam orta məktəbin 8-ci, Təqsirləndirilən şəxs2 isə həmin məktəbin 9-cu sinif şagirdləridirlər. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 99-cu səhifəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 2023-2024-cü tədris ilində dərslərdə iştirak etməmişdir, nadir hallarda dərsə gəldikdə üst geyimləri, saçları, təmizlikləri məktəbə uyğun olmamış, kitab dəftərlərini, çantalarını məktəbə gətirməmiş, bir neçə saat məktəbdə olub, dərslərə girməmiş, növbətçilərin və müəllimlərin səyinə baxmayaraq məktəbin hasarından tullanıb qaçmışdır. Bu barədə məktəbin psixoloqu, sinif rəhbəri, təlim-tərbiyə işləri üzrə direktor müavini, fənn müəllimləri şagirdlərlə fərdi söhbət aparmış, evlərində olmuş və valideynləri məlumatlandırılmışlar. Məktəbin direktoru Ucar Rayon İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya və Ucar rayon polis şöbəsinə rəsmi məlumat verilmişdir, lakin heç bir nəticə olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 100-cü səhifəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 2022-2023-cü tədris ilində dərs məşğələlərində iştirak etmədiyi üçün dərslərindən kafi qiymət almış və sinifdə qalmışdır. 2023-2024-cü tədris ilində dərslər də iştirak etməmişdir, nadir hallarda dərsə gəldikdə üst geyimləri, saçları, təmizlikləri məktəbə uyğun olmamış, kitab dəftərlərini, çantalarını məktəbə gətirməmiş, bir neçə saat məktəbdə olub, dərslərə girməmiş, növbətçilərin və müəllimlərin səyinə baxmayaraq məktəbin hasarından tullanıb qaçmışdır. Bu barədə məktəbin psixoloqu, sinif rəhbəri, təlim-tərbiyə işləri üzrə direktor müavini, fənn müəllimləri şagirdlərlə fərdi söhbət aparmış, evlərində olmuş və valideynləri məlumatlandırılmışlar. Məktəbin direktoru Ucar Rayon İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya və Ucar rayon polis şöbəsinə rəsmi məlumat verilmişdir, lakin heç bir nəticə olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 101-104-cü səhifələrində olan arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Ucar şəhəri, Ş.İ.Xətai küçəsi, ev 30-da, Təqsirləndirilən şəxs3 isə Ucar şəhəri, Nizami küçəsi, ev 17-də yaşayırlar. Təqsirləndirilən şəxs3 barəsində Ucar RİHB-nin Ucar şəhər İƏD üzrə nümayəndəliyinə heç bir ərizə, şikayət daxil olmamışdır, yaşayış yerindən normal xarakterizə olunur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 106-107-ci səhifələrində olan 13 iyun 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddələrdə nəzərdə tutulmuş ittihamın elan edilməsi qərara alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 122-ci səhifəsində olan 13 iyun 2024cü il tarixli yetkinlik yaşına çatmayanı nəzarət altına vermə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə növündə qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 127-128-ci səhifələrində olan 20 iyun 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddələrdə nəzərdə tutulmuş ittihamın elan edilməsi qərara alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 143-cü səhifəsində olan 20 iyun 2024-cü il tarixli yetkinlik yaşına çatmayanı nəzarət altına vermə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə növündə qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 146-147-ci səhifələrində olan 22 iyun 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddələrdə nəzərdə tutulmuş ittihamın elan edilməsi qərara alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 162-ci səhifəsində olan 22 iyun 2024cü il tarixli yetkinlik yaşına çatmayanı nəzarət altına vermə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə növündə qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən 14 avqust 2024-cü tarixdə notarial qaydada tərtib edilməklə təsdiq edilmiş ərizələrdən görünür ki, ona dəymiş zərər tam şəkildə ödənildiyinə görə təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 isə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama, cinayət əməllərini törətmələri məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxslərin ibtidai və məhkəmə istintaqı zamanı verdikləri ifadələri ilə yanaşı zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əməli isə CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş və onlar həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, yaşını, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin, eləcə də tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış və qeyri yaşayış sahələrinə qanunsuz daxil olaraq zərərçəkmiş şəxsin əmlakını gizli olaraq talamaq kimi hüquqazidd əməlləri törətməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini, yaşını, həmçinin barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin, eləcə də tələbinin olmaması kimi yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 20:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs2 hər gün saat 20:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs2 kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Ucar rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, yaşını, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin, eləcə də tələbinin olmamasını, həmçinin yaşayış yeri üzrə normal xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs3 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış və qeyri yaşayış sahələrinə qanunsuz daxil olaraq zərərçəkmiş şəxsin əmlakını gizli olaraq talamaq kimi hüquqazidd əməlləri törətməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini, yaşını, həmçinin barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin, eləcə də tələbinin olmaması kimi yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 20:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs3 hər gün saat 20:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs3 kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Ucar rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, yaşını, zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayətinin, eləcə də tələbinin olmamasını, həmçinin yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış və qeyri yaşayış sahələrinə qanunsuz daxil olaraq zərərçəkmiş şəxsin əmlakını gizli olaraq talamaq kimi hüquqazidd əməlləri törətməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini, yaşını, həmçinin barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin, eləcə də tələbinin olmaması kimi yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 20:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs1 hər gün saat 20:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs1 kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Ucar rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin İ hissəsinin V və Vİ bəndlərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalı, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqdim etdiyi 2 dəst şalvarın və iş üzrə hadisə yerindən götürülmüş 1 ədəd zərfdə olan əl-barmaq, ovuc izlərinin maddi sübut kimi tanınması nəzərə alınmalıdır. Eyni zamanda, Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməsi də nəzərə alınmalıdır. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli əmlak və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 hər gün saat 20:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs2 hər gün saat 20:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs2 kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Ucar rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 hər gün saat 20:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs3 hər gün saat 20:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs3 kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Ucar rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 hər gün saat 20:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs1 hər gün saat 20:00-dan növbəti gün saat 06:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs1 kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Ucar rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqdim etdiyi 2 dəst şalvarın və iş üzrə hadisə yerindən götürülmüş 1 ədəd zərfdə olan əl-barmaq, ovuc izlərinin maddi sübut kimi tanınması nəzərə alınsın. Eyni zamanda, Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməsi nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №1(063)-52/2024
Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-52/2024
07.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver