Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-53/2024 04.09.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxx 1983-cü ildə Ucar rayonu, Alpout kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Ucar rayonu, Alpout kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 263-1.1 və 264-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 23 fevral 2024-cü il tarixdə, saat 10 radələrində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və həmin Qanunun 33-cü maddəsinin 4-cü hissəninin tələblərini pozaraq, yəni nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan qardaşı X4 mülkiyyətində olan “VAZ- 2106” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Ucar rayonunun Alpout kəndində Bak-Qazax magistral yoluna tərəf hərəkətdə olan zaman yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda həmin tələblərə riayət etməmiş, nəticədə həmin yolda onunla eyni istiqamətdə avtomobil yolunun sağ kənarı ilə piyada hərəkət edən həmkəndlisi Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin sağ qarşı tərəfi ilə vurub sonuncuya sağ körpücük sümüyünün sınığından ibarət dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə yol nəqliyyat hadisəsi törədib, yol hərəkəti qaydalarını pozmuş və "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə görə sürücü yol nəqliyyat hadisəsi zamanı zərərçəkənlərə tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, hadisə və özü haqqında müvafiq icra hakimiyyəti orqanlarına xəbər verməli olduğu halda qanunun bu tələbini də pozaraq yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Buna görə də, Təqsirləndirilən şəxs CM-in 263-1.1 və 264-cü maddələri ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Ucar rayonu, Alpout kəndində yaşayır, 4 azyaşlı övladı var, fərdi əməklə məşğul olaraq ailəsini dolandırır, sürücülük vəsiqəsi isə yoxdur. X10 2023-cü ilin dekabr ayında Bakı şəhərindən mavi rəngli, “VAZ 2106” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobil alaraq həmkəndlisi Asim Ələsgərovun adına etibarnamə alaraq həmin avtomobili kəndə gətirmiş və birgə yaşadıqları məhlədə, həyətdə saxlamışdır. Qardaşı Zamiqin sürücülük vəsiqəsi olmadığına görə həmin avtomobili idarə etməmiş, sadəcə həmin saxladığı yerdə işə salıb bir qədər mühərrikini işlədib söndürmüş, harasa gedəndə isə həmin avtomobili həmkəndlisi Asim Ələsgərov idarə etmişdir. Bir müddət sonra X10 işlə bağlı Rusiyaya getməli olduğundan “VAZ 2106” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarlarını ona verərək hərdən bir işə salmağı tapşırmış və əgər lazım olarsa, kənd ərazisində harasa gedib-gəlmək üçün sürməsinə icazə vermişdir. Mühərriki xarab olmaması üçün hərdən bir həmin avtomobili işə salmış və lazım olanda yalnız kənd ərazisində sürmüşdür. Avtomobili sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Həmkəndli kimi Hicranla normal münasibətləri olmuşdur, aralarında düşmənçilik və ədavətləri olmamışdır. 23 fevral 2024-cü il tarixdə, saat 10 radələrində həyat yoldaşı Şahid1 və azyaşlı oğlu Turan Əliyev ilə birlikdə həmin avtomobil ilə qonaq getmişlər. Avtomobili yaşadığı kəndin məktəbinə tərəf gedən avtomobil yolunda Bakı-Qazax magistral yolu istiqamətində, yəni üzü Ucar şəhərinə tərəf saatda 40 km surətlə idarə etmişdir. Həyat yoldaşı Aytəkinlə oğlu Turan arxada əyləşmişlər. Zərərçəkmiş şəxs yaşadığı evin yanından ötüb keçən zaman qarşıdan avtomobillər gəldiyi üçün surəti azaltmış və təxminən 20 metr məsafədən qarşıda asfalt yolun kənarı ilə sağ tərəfdə onunla eyni istiqamətdə Zərərçəkmiş şəxs tək piyada getdiyini görmüşdür. Avtomobili saatda 20 km sürətlə idarə edərək Hicranın yanına çatmış, sonuncunu əvvəlcədən görsə də, fikri qarşıdan əks istiqamətdə gedən avtomobillərdə qaldığından ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin sağ qarşı tərəfi ilə Zərərçəkmiş şəxs arxadan vurmuş, nəticədə Hicran asfaltdan yolun kənarına torpaq-otluq yerə yıxılmış və sağ çiynindən xəsarət aldığı üçün zarımağa başlamışdır. O və həyat yoldaşı Aytəkin həyəcanlanaraq avtomobildən yerə düşüb Hicrana yaxınlaşmışlar. Hicran halsız vəziyyətdə olduğundan sonuncunun onları tanımadığını zənn etmişdir. Hicranı idarə etdiyi “VAZ 2106” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdirib yaxında olan yaşadığı ünvana aparmışlar. Həmin vaxt ətrafda və yaxınlıqda heç kim olmamış, baş vermiş hadisəni heç kim görməmişdir. Hicranı yaşadığı evin küçə qapısının yanında həyat yoldaşı Aytəkini və oğlu Turanı avtomobildən düşürmüş, Aytəkinə Hicranı avtomobildən düşürüb həyətlərinə ötürməsini bidirmiş, hadisə törədiyi üçün qorxduğundan Aytəkinə hadisə barədə heç kimə heç nə deməməsini, onsuz da Hicranın halsız olduğunu, yəqin ki, nə baş verdiyini bilmədiyini deyərək Hicrangildə kimsə olarsa guya Hicranı yolun kənarında yıxılmış vəziyyətdə görüb onu həyətə gətirdiyini deməsini tapşırmış, özü də avtomobili həyətə salıb gələcəyini söyləmişdir. Dərhal avtomobili sürüb məhəllələrinə aparıb həyətə salmış və heç kim heç nədən şübhələnməməsi üçün piyada həyat yoldaşı Aytəkinin və oğlu Turanın arxasınca qayıdaraq evə getmişlər. Axşama qədər gözləsə də törətdiyi hadisə ilə bağlı heç kimdən heç bir xəbər çıxmamışdır. Axşam saat 20 radələrində yemək yeyərkən təxminən 100 qram araq içmişdir. Daha sonra isə polis əməkdaşları yaşadığı ünvana gəlib onu çağırmış, hadisə ilə bağlı maraqlandıqda polislərin artıq xəbər tutduqlarını bilib hər şeyi etiraf etmiş, eyni zamanda “VAZ 2106” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə yerinə çıxarılaraq onun iştirakı ilə sənədləşdirmənin aparılacağı, daha sonra polis şöbəsinin duracağına yerləşdiriləcəyi izah olunmuş, hadisə yerini göstərməsi ona təklif olunmuşdur. O polislərə etiraz etməmiş, “VAZ 2106” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobil dövlət yol polis əməkdaşı tərəfindən həyətdən çıxarılaraq onunla bir yerdə hadisə yerinə aparılmış, onun, hal şahidlərinin və polislərin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, o, avtomobili hansı istiqamətdə sürdüyünü, Hicranı yolun hansı nöqtəsində vurduğu yeri göstərmiş, fotoşəkillər çəkilmişdir. Bununla bağlı sənədləşdirmə aparılaraq sxem çəkilmiş və protokol tərtib edilmişdir. Həmin protokol ucadan oxunduqdan sonra tərəfindən imzalanmışdır. Zərərçəkmiş şəxs xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsini 23 fevral 2024-cü il tarixdə, saat 10 radələrində törətmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində özü, avtomobildə olan həyat yoldaşı Şahid1 və azyaşlı oğlu Turan Əliyev heç bir xəsarət almamışlar, eyni zamanda avtomobilə heç bir ziyan dəyməmişdir. Yol-nəqliyyat hadisəsini törədərkən avtomobili ayıq vəziyyətdə idarə etmiş, sərxoş olmamışdır. Yol nəqliyyat hadisənin baş verməsinə səbəb öz ehtiyatsızlığı olmuşdur. Ona hər hansı bir avtomobil və yaxud hadisənin baş verməsinə səbəb olan hər hansı təhlükəli şərait və maneəçilik yaratmamışdır. Məhkəmədən himayəsində 4 azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, əvvəllər məhkum olunmamasını, ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməsini, zərərçəkmiş şəxsin şikayətinin və tələbinin olmamasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri, həmçinin iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Ucar rayonu, Alpout kəndində tək yaşayır. Həmin kənddə öz ailəsi ilə yaşayan qızı Şahid2 hərdən onun yanına gəlib-gedir, qulluğunda dayanır. 23 fevral 2024-cü il tarixdə, saat 10 radələrində yaşadığı evdən çıxıb piyada kəndin məktəbində keçirilən icra hakimiyyəti başçısının qəbuluna getmişdir. Evdən çıxıb avtomobil yolunun sağ kənarı ilə piyada məktəb istiqamətində tək piyada gedərkən, yaşadığı evdən təxminən 20 metr aralanmışdır ki, qəflətən arxadan ona zərbə ilə nəyinsə dəydiyini hiss etmiş, yerə-yolun kənarına torpaq-otluq yerə yıxılaraq sağ çiynindən bərk ağrı hiss etmiş və həmin vaxt huşunu itirmişdir. Az sonra ayılanda isə, həmkəndlisi Namiqin arvadı Şahid1 onu öz həyətlərinə qapıdan içəri saldığını, həyətdə isə qızı Aygünün olduğunu görmüşdür. Həmin vaxt Aytəkinin deməsindən sonuncunun onu yerdə yıxılmış vəziyyətdə görüb evə gətirdiyini eşitmiş, həqiqətdə həmin vaxt nə baş verdiyini dəqiq anlaya bilməmişdir. İlk olaraq bir az evdə qaldıqdan sonra qızı Aygün onu Ucar rayon mərkəzi xəstəxanasına gətirmiş, xəstəxanada hadisəni hələ ki, xatırlamadığı üçün həkimlərə yıxılaraq xəsarət aldığını bildirmişdir. Lakin axşam saatlarında sağ çiyinində ağrıları çoxaldığından Göyçay rayon mərkəzi xəstəxanasına aparılmışdır. Göyçay rayon mərkəzi xəstəxanasına gedənədək halı özünə qayıtmış və hadisəni xatırlamağa başlamışdır. O piyada yolda gedərkən arxadan avtomobilin gəlməsini eşitdiyini və zərbənin təsirindən yerə yıxılanda ondan bir az qarşıda göy rəngli 838 dövlət qeydiyyat nişanlı, el arasında “Jiquli” kimi tanınan avtomobilinin dayandığını gördüyünü xatırlamış, elə həmin avtomobilin onu vurub yolun kənarına atdığını düşünmüşdür. Lakin həmin avtomobilin kimə məxsus olmasını bilməmişdir. Sonradan xəsarəti həqiqətən avtomobilin onu vurması nəticəsində aldığı ona məlum olmuşdur. Belə ki, 23 fevral 2024cü il tarixdə, saat 10 radələrində yaşadığı evdən çıxıb piyada gedərkən arxadan həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2106” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə ehtiyyatsızlıqdan onu arxadan vurmuş, huşunu itirdiyindən nə baş verdiyini bilə bilməyəcəyini ehtimal edib yanında olan arvadı Aytəkinə onu həyətlərinə salmağı və əgər soruşan olarsa guya yolda yıxılmış vəziyyətdə onu görüb evlərinə gətirməsini deməsini tapşırmış, Aytəkin də onu həyətə salarkən həyətə düşən qızı Aygünə guya onu yıxılmış vəziyyətdə yerdə görüb evə gətirdiyini bildirmişdir. Onu həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2106” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə ehtiyyatsızlıqdan vurmuş, lakin qorxduğu üçün heç kimə bu barədə məlumat verməmişdir. Sonrakı günlərdə Təqsirləndirilən şəxs və ailə üzvləri gəlib ondan üzrxahlıq etdiklərinə görə və aldığı xəsarətlə bağlı çəkdiyi xərcləri qarşıladığına görə Namiqi bağışlamış və barəsində şikayətçi olmaması barədə ərizə ilə polis şöbəsinə müraciət etmişdir. Zərərçəkmiş şəxs ərizə ilə (imzasının həqiqiliyi notarial qaydada təsdiq edilmişdir) müraciət edərək Təqsirləndirilən şəxs 23 fevral 2024-cü il tarixdə idarə etdiyi nəqliyyat vasitəsi ilə onu vurub xəsarət yetirdiyini, Təqsirləndirilən şəxs onun bütün müalicə xərclərini ödədiyini, odur ki, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını və bununla bağlı gələcəkdə də olmayacağını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Ucar rayonu, Alpout kəndində yaşayır. Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır, birgə nikahdan 4 azyaşlı uşaqları var. Namiq fəhləliklə məşğul olaraq ailələrini dolandırır. “VAZ 2106” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobil onlarla bir məhlədə yaşayan X15ə məxsusdur. X15 işləmək məqsədi ilə Rusiyaya gedərkən həmin avtomobilin açarlarını həyat yoldaşı Təqsirləndirilən şəxs verərək hərdən bir işə salmasını tapşırmış, eləcə də ehtiyac olarsa kənddə sürməsinə icazə vermişdir. Namiq də hərdən bir kənd ərazisində həmin “VAZ 2106” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Zərərçəkmiş şəxs onun həmkəndlisidir, həmkəndli kimi normal münasibətləri var. 23 fevral 2024-cü il tarixdə, saat 10 radələrində o, azyaşlı oğlu Turan Əliyev və həyat yoldaşı Təqsirləndirilən şəxs sonuncunun idarə etdiyi “VAZ 2106” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə evdən çıxıb qonaq getmişlər. O və Turan arxada əyləşmişlər, Namiq avtomobili Bakı-Qazax magistral yolu istiqamətində saatda 40 km sürətlə idarə etmişdir. Həmkəndlisi Zərərçəkmiş şəxs yaşadığı evin yanından ötüb keçən zaman qarşıdan avtomobillər gəldiyi üçün Namiq sürəti daha da azaltmışdır. Həmin vaxt qarşıda sağ tərəfdə asfalt yolun kənarı ilə onlarla eyni istiqamətdə piyada Zərərçəkmiş şəxs getmişdir. Həyat yoldaşı Təqsirləndirilən şəxs avtomobili az sürətlə idarə etsə də, ehtiyyatsızlıqdan avtomobilin sağ qarşı tərəfi ilə Hicranı arxadan vurmuş, nəticədə Hicran asfaltdan yolun kənarına torpaq-otluq yerə yıxılmışdır. Namiq avtomobili saxlamış, birlikdə avtomobildən yerə düşüb Hicrana yaxınlaşmışlar. Hicran halsız vəziyyətdə olduğundan dərhal sonuncunu avtomobilə əyləşdirib yaxında olan yaşadığı ünvana aparmışlar. Həmin vaxt ətrafda və yaxınlıqda heç kim olmamış, baş vermiş hadisəni heç kim görməmişdir. Hicrangilin küçə qapılarının yanında Namiq ona oğlu Turanla avtomobildən düşmələrini, Hicranı həyətlərinə ötürməsini və hadisə barədə heç kimə heç nə deməməsini, Hicrangildə kimsə olarsa guya Hicranı yolun kənarında yıxılmış vəziyyətdə görüb onu həyətə gətirməsini deməsini tapşırmış, özü isə avtomobili həyətə salıb gələcəyini bildirib oradan getmişdir. O da halsız vəziyyətdə olan Hicranı küçə qapılarından həyətlərinə salanda sonuncunun qızı Aygün həyətə düşmüş və nə baş verdiyini soruşanda, məcbur olub yalandan Hicranı küçədə yerdə yıxılmış vəziyyətdə gördüyünü, odur ki həyətlərinə gətirdiyini bildirmiş və Aygünə təhvil verib həyətlərindən çıxmışdır. Daha sonra həyat yoldaşı Namiq də piyada küçə ilə gəlmiş və piyada birlikdə oradan yaşadıqları evə getmişlər. Həmin vaxt Namiq sərxoş olmamış, sadəcə ehtiyatsızlıqdan hadisəni törətmiş, hadisə zamanı, Namiq, özü, nə də ki, oğlu Turan heç bir xəsarət almamışlar. Axşam saatlarınadək Namiq həyəcanlı olmuş, hadisə törətdiyi üçün qorxmuş, ona görə də axşam yemək yeyərkən bir az araq içmişdir. Daha sonra yaşadıqları ünvana polis əməkdaşları gələrək hadisə barədə maraqlananda, Namiq hadisə barədə onlara danışmış və avtomobil ilə birlikdə polis şöbəsinə aparılaraq izahatı alınmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Ucar rayonun, Alpout kəndində yaşayır. Həmin kənd sakini Zərərçəkmiş şəxs onun anasıdır. Anası Hicran tək yaşadığından, tez-tez yanına gedib bir yerdə qalır, yaşlı olduğundan bütün işlərində anasına köməklik edir. 22 fevral 2024-cü il tarixindən 23 fevral 2024-cü il tarixinə keçən gecə anası Hicranla birlikdə qalmışdır. 23 fevral 2024-cü il tarixdə, səhər saat 10 radələrində anası Zərərçəkmiş şəxs evdən çıxıb yaşadıqları kəndin məktəbində keçirilən icra hakimiyyəti başçısının qəbuluna getmiş, o isə evdə qalmışdır. Az sonra küçə qapısının açıldığını, həmkəndlisi Şahid1 anası Hicranı qollarından tutub həyətə qapıdan içəri saldığını, sonuncunun zarıdığını görmüşdür. Həmin vaxt Aytəkinin yanında azyaşlı oğlu Turan da olmuşdur. O, nə baş verdiyini soruşanda, anası Hicranın halı özünda olmadığından cavab verə bilməmiş, Aytəkin isə ona anası Hicranın evlərindən bir qədər aralıda yerdə yıxılmış vəziyyətdə görüb evlərinə gətirdiyini bildirmişdir. O da heç nədən şübhələnməmiş, anası Hicran yaşlı olduğundan həqiqətən yol gedəndə yıxıldığını düşünmüşdür. Özü anası Hicranı evə aparmış, Aytəkin isə azyaşlı oğlu Turan ilə həyətdən çıxmışlar. Anası Hicranın ağrıdan əziyyət çəkdiyini görüb Ucar rayon mərkəzi xəstəxanasına aparmış, həmin vaxtadək real nə baş verdiyini bilmədikləri üçün həkimlərə anası Hicranın yolda gedərkən yıxılaraq xəsarət aldığını bildirmişlər. Evə gələndən sonra axşam saatlarında anası Hicran sağ çiyinində ağrılarının çoxaldığını bildirdiyinə görə Göyçay rayon məkəzi xəstəxanasına getmişlər. Həmin vaxtadək anası Hicran hadisənin nə cür baş verdiyini xatırlamağa başlamış və halı özünə tam qayıdanda səhər piyada yolda məktəbə gedərkən arxadan avtomobilin gəlməsini eşitməsini, zərbənin təsirindən yerə yıxılanda ondan qarşıda göy rəngli, 838 dövlət qeydiyyat nişanlı el arasında “Jiquli” kimi tanınan markalı avtomobilin dayandığını görməsini xatırlamışdır. Onlar elə həmin avtomobilin anası Hicranı vurub yolun kənarına atdığını təxmin etmiş, lakin həmin avtomobilin kimə məxsus olmasını bilməmişlər. Göyçay rayon mərkəzi xəstəxanasında həkimlərə anası Hicranın avtomobil ilə vurulub xəsarət aldığını bildirmişlər. Sonradan həqiqətən Aytəkinin həyat yoldaşı Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2106” markalı, **- EA-*** qeydiyyat nişanlı avtomobil ilə vurması nəticəsində anası Hicranın yıxılaraq xəsarət alması və huşunu itirdiyindən Namiqin hadisəni gizlətməyə çalışdığını, ona görə də sonuncunun həyat yoldaşı Aytəkinin anası Hicranı həyətlərinə salarkən yalandan guya sonucunu yıxılmış vəziyyətdə yerdə görüb evə gətirdiyini ona deməsi məlum olmuşdur. Sonrakı günlərdə Təqsirləndirilən şəxs və ailə üzvləri gəlib anası Hicrandan üzrxahlıq etdiklərinə görə və aldığı xəsarətlə bağlı çəkdiyi xərcləri qarşıladığına görə anası Hicran Namiqi bağışlamış və barəsində şikayətçi olmaması ilə bağlı polis şöbəsinə ərizə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 23 fevral 2024-cü il tarixdə icraatına istintaq bölməsində Ucar rayonu, Alpout kənd sakini Zərərçəkmiş şəxs həmin tarixdə, saat 10 radələrində yaşadığı evin yaxınında yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alması ilə bağlı əməliyyat tapşırığı daxil olmuş, həmin əməliyyat tapşırığında Zərərçəkmiş şəxs həmin tarixdə, səhər saatlarında həmkəndlisi Şahid1 tərəfindən yaşadığı evə gətirilməsi, yıxılıb yerdə qalmasını deməsi, lakin Zərərçəkmiş şəxs sonradan xəsarət alan zaman özündən qarşıda göy-mavi rəngli “838” dövlət qeydiyyat nişanı olan “VAZ” markalı avtomobilin dayandığını xatırladığını və həmin avtomobil tərəfindən arxadan vurulmasından şübhələndiyi qeyd edilmişdir. Tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Zərərçəkmiş şəxs 23 fevral 2024-cü il tarixdə, saat 10 radələrində yaşadığı evin yaxınında həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2106” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ehtiyatsızlıqdan vurması nəticəsində xəsarət alması, sonuncunun avtomobili yaşadığı evin məhəlləsində saxlaması barədə məlumat əldə edilmişdir. Bu barədə raportla şöbə rəhbərliyinə məruzə olunaraq müstəntiq və Ucar Rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru Şahid4 ilə Ucar rayonu, Alpout kəndinə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs küçə qapısının yanına çıxdıqda 23 fevral 2024-cü il tarixdə həmin kənd ərazisində yol nəqliyyat hadisəsi törədib-törətməməsi barədə sual verilmiş, Təqsirləndirilən şəxs də həmin tarixdə saat 10 radələrində ailə üzvləri ilə qonaq gedərkən ehtiyatsızlıqdan yolun sağ kənarı ilə piyada gedən həmkəndlisi Zərərçəkmiş şəxs arxadan vurduğunu, Hicranın asfalt yoldan kənara, torpaq-otluq yerə yıxıldığını, lakin qorxduğundan hadisəni hamıdan gizlətdiyini, heç kimə bu barədə heç nə demədiyini bildirmişdir. Hadisə yerini göstərə bilib-bilməyəcəyi ilə bağlı Təqsirləndirilən şəxs sual verildikdə, sonuncu həmin yeri göstərə biləcəyini demiş, bundan sonra həyətdə saxladığı “VAZ 2106” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobil DYP əməkdaşı tərəfindən Təqsirləndirilən şəxslə birlikdə hadisə yerinə aparılmış, hal şahidlərinin iştirakları ilə hadisə yerinin müayinəsi aparılaraq Təqsirləndirilən şəxs avtomobillə hansı istiqamətdə hərəkət etdiyini, həmkəndlisi Zərərçəkmiş şəxs yolun hansı nöqtəsində vurduğu yeri göstərmiş, fotoşəkillər çəkilmiş, bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, sonra iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra “VAZ 2106” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobil Ucar Rayon Polis Şöbəsinin müvəqqəti duracağına gətirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 da şahid qismində dindirilmiş Şahid3 ifadəsinə oxşar ifadə verdilər. Cinayət işində olan məhkəmə-tibbi ekspertizasının 10 may 2024-cü il tarixli, 109 nömrəli rəyindən (canlı şəxsin məhkəmə-tibbi ekspertizası) görünür ki, Zərərçəkmiş şəxs sağ körpücük sümüyünün sınığı olmuşdur. Bu xəsarət bərk küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 23 fevral 2024-cü il tarixə uyğun gəlir, yol nəqliyyat hadisəsi nəticəsində törənməsi istisna edilmir. Qeyd olunan xəsarət səhhətin uzun müddətə pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa az ağır zərər vuran xəsarətlərə aid edilir. Cinayət işində olan məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizasının 19 aprel 2024-cü il tarixli, 8/896 nömrəli rəyin nəticə hissəsindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ-2106” markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işində olan 24 fevral 2024-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs 24 fevral 2024-cü il tarixdə, saat 00:41-də yüngül dərəcəli sərxoşluq müəyyən olunmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsi Yevlax RQİ və TBŞ-nin rəisi tərəfindən verilmiş 27 may 2024-cü il tarixli, 3-13-16-11/2- 2231/24 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adında DİN-in mərkəzi informasiya sistemində olan məlumata əsasən sürücülük vəsiqəsi qeydiyyatda yoxdur. Ona görə də Təqsirləndirilən şəxs sürücülük hüququ olmayan şəxs hesab edilir. Təqsirləndirilən şəxs DİN-in MİS-də olan məlumata əsasən sürücülük hüququndan məhdudlaşdırılmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində cinayət tərkibi vardır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs CM-in 263-1.1 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi, onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmiş və o, həmin maddələr ilə təqsirli bilinib cəzalanmalıdır. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində оlan Ucar Rayon İcra Hakimiyyəti başçısının Alpout kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 20 iyun 2024-cü il tarixli, 5-80-15/2-269/2024 nömrəli arayışından və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 04 oktyabr 2013-cü ildə doğulmuş X8, 11 oktyabr 2016cı ildə doğulmuş X5, 20 noyabr 2018-ci ildə doğulmuş X6 və 29 aprel 2021-ci ildə X7 adlı dörd uşağı vardır. Cinayət işində оlan Ucar Rayon İcra Hakimiyyəti başçısının Alpout kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. CM-in 58.3-cü mаddəsində nəzərdə tutulmuşdur ki, cəzа təyin еdilərkən törədilmiş cinаyətin хаrаktеri və ictimаi təhlükəlilik dərəcəsi, təqsirkаrın şəхsiyyəti, о cümlədən cəzаnı yüngülləşdirən və аğırlаşdırаn hаllаr, hаbеlə təyin оlunmuş cəzаnın şəхsin islаh оlunmаsınа və оnun аiləsinin həyаt şərаitinə təsiri nəzərə аlınır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini CM-in 59.1.1-ci maddəsinə, himayəsində dörd azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslə ilə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq aradan qaldırmasını CM-in 59.1.13-cü maddəsinə əsasən, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını və təqsirini boynuna alaraq əməllərindən səmimi peşmançılıq çəkməsini CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarın 21-ci bəndində göstərilir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 N-li Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə, cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti var. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini,təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 263-1.1-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğundur. Həmçinin, məhkəmə cəzanı yüngülləşdirən halları nəzərə almaqla Təqsirləndirilən şəxs təqsirləndiyi CM-in 264-cü maddəsi ilə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə bərabər CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutmaqla CM-in 66.2-ci maddəsinə əsasən əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs ona təyin ediləcək əsas cəzanı CM-in 56.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq məntəqə tipli cəzaçəkmə müəssəsində çəkməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə də baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 85 manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub dövlət nəfinə keçirilməlidir. Məhkəmə, CPM-in 346.1.22-ci maddəsinin tələblərinə əsasən cəzanın çəkilmə müddətlərinin hansı tarixdən başlanılması məsələsinə də baxaraq bu nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının icrasının başlanğıcı məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 132 manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması 1 (bir) il müddətə azadlıqdan məhrum etmə kimi müəyyən edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub dövlət nəfinə keçirilsin. Hökmün icrası Ucar rayon icra və probasiya şöbəsinə tapşırılsın. Məhkəmədə göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 132 (bir yüz otuz iki) manat məbləğində pul ödənilsin. Hökmdən elan edildiyi vaxtdan 20 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №1(063)-53/2024
Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-53/2024
04.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver