Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-54/2024 26.07.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 26 iyul 2024-cü il tarixdə, Ucar şəhərində, Ucar Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1982-ci il tarixdə Ucar rayonu, Çiyni kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ucar rayonu, Lək kəndində qeydiyyatda olan və Ucar şəhəri, 29-cu məhəllə, SMD 5-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və eyni tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusi ilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tərkiblərinə görə eyni olan xeyli miqdarda, yəni 0,30 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq üzərində, 7,96 qram, eləcə də, 20,21 qram çəkidə isə yaşadığı Ucar şəhəri, 29-cu məhəllə, SMD 5 ünvanında yerləşən evin həyətində olan toyuq damında saxlamış, 03 may 2024-cü il tarixdə saat 12 radələrində Ucar rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Ucar şəhəri, Firdovsi küçəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış və götürmə aparılarkən əynində olan şalvarın sol yan cibindən 1 ədəd siqaret qutusunun içərisində 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülü vəziyyətdə təmiz çəkisi 0,30 qram və yaşadığı evin həyətindəki toyuq damında dəmir qabın içərisindən 1 ədəd kağız bükümdə təmiz çəkisi 20,21 qram və həmin qabın içərisindən açıq halda 7,96 qram olmaqla ümumilikdə 28,47 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, təxminən 3 il olar ki, qurudulmuş marixuananı siqaretə doldurma yolu ilə istifadə etmiş, Ucar RPŞ-nin əməkdaşları tərəfindən saxlanmamışdan təxminən 25 gün əvvəl yaşadığı ünvana gedərkən yolun kənarında dəqiq xatırlamadığı yerdə sellofan bükülü taparaq sellofanın içərisində olan 2 ədəd bükülüdə qurudulmuş marixuana olmasını görüb özü istifadə etməsi üçün bükümün birini açıb həyətdə olan toyuq damındakı ağ rəngli dəmir qabın içərisində açıq halda zibilin arasında, o, birini isə eləcə kağız bükümdə gizlətmiş, sonra həmin kütlədən istifadə etməyə başlamışdır. 03 may 2024-cü il tarixdə, saat 12 radələrində qeyd edilən kütlədən bir qədər götürüb üzərində Ucar şəhəri, Firdovsi küçəsində yol gedərkən polis əməkdaşları yaxınlaşıb üzərində qurudulmuş marixuana gəzdirməkdə şübhəli olmasını bildirib Ucar PRŞ-yə dəvət etmişlər. Şöbənin HN-də müstəntiq müdafiəçilərin siyahısını təqdim edəndə Ucar rayonunda vəkilliklə məşğul olan Müdafiəçi seçdiyindən Müdafiəçi şöbəyə dəvət edilmiş və video çəkilişlə müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış keçirilərkən hüquq və vəzifələri izah olunub bu barədə bildiriş təqdim olunduqda üzərində cəmi 1 siqaret qurudulmuş marixuana olmasını bildirmiş, üzərində qanunla qadağan edilmiş hər nə varsa təqdim etməsi təklif olunmuş, əynində olan şalvarın sol yan cibindən 1 ədəd siqaret qutusunu təqdim edərək içərisində 1 büküm qurudulmuş marixuana olduğunu bildirmiş, siqaret qutusunun içərisinə baxış zamanı orada 1 ədəd siqaret və 1 ədəd gümüşü rəngli siqaret kağızına bükdüyü qurudulmuş marixuana aşkar edilmiş, üzərində əlavə qanunla qadağan edilmiş əşya və sair varsa təqdim etməsi təklif olunduqda əynində olan boz rəngli şalvarın sol cibindən 1 ədəd alışqan, sağ cibindən 1 ədəd qara rəngli pul kisəsi və “Samsung” markalı mobil telefonunu çıxarıb masanın üzərinə qoymuş, polis əməkdaşı tərəfindən üzəri axtarıldıqda əynində olan şalvarın sol yan cibindən 1 ədəd qəbz aşkar olunmuş, müstəntiq tərəfindən pul kisəsinə baxış keçirilərkən bank kartları, sənədlər və 2 ədəd 10 manatlıq, cəmi 20 manat müəyyən olunmuş, pul kisəsi, 1 ədəd siqaret qutusunda 1 ədəd siqaret, qəbz və 1 ədəd alışqan özünə qaytarılmışdır. Üzərindən aşkar olunmuş 1 ədəd gümüşü rəngli bükülü müstəntiq tərəfindən 1 ədəd zərfə yerləşdirilərək götürülmüş, zərfin üzəri möhürlənmiş, özü və bütün iştirakçılar zərfinə üzərində imza etmiş, aşkar olunmuş 1 ədəd “Samsung” markalı mobil telefon 1 ədəd zərfə qoyulmaqla zərfin üzəri möhürlənmiş, iştirakçılarla birlikdə zərfin üzərinə imza etmişdir. Şəxsi axtarış yeklunlaşdırıldıqda müdafiəçi polis tərəfindən hər hansı qanunsuzluğa məruz qalıb-qalmaması barədə soruşduqda qanunsuzluğa məruz qalmadığını bildirmişdir. Ardınca video çəkilişlə yaşadığı ünvana baxış keçirilməyə başlandıqda yaşadığı ünvanın qarşısında etirazının olub-olmaması soruşulmuş, etirazının olmadığını bildirərək bununla bağlı yazmış olduğu ərizəni təqdim etmiş, müstəntiq həmin ünvanda qanunla qadağan olunmuş nəsə saxlayıb-saxlamadığını soruşmuş, yaşadığı ünvanda qanunsuz heç nəyin olmadığını deyib iştirakçıları yaşadığı ünvana dəvət etmişdir. İlk növbədə həyətə və digər yerlərə baxış keçirilsə də, qanunla qadağan edilmiş heç bir şey müəyyən edilməmiş, həyətdə olan toyuq damına baxış keçirildikdə dəmir qabın içərisinə küçədən tapıb gətirib qoyduğu qurudulmuş marixuana 1 ədəd ağ rəngli kağız bükülüdə aşkar olunduqda məsuliyyətdən yayınmaq və qohum, qonşular elcə də ailə üzvülərinin arasında rüsvay olmamaq üçün marixuananın özünə məxsus olmadığını bildirmişdir. Həmin qabın içərisinə baxış davam etdirilmiş, qabın içindən açıq şəkildə bir qədər də küçədən tapıb gətirdiyi marixuanalar aşkar edildikdə yenə eyni məqsədlə marixuananın peyin olduğunu və ona məxsus olmadığını demiş, aşkar edilən marixuanalar müstəntiq tərəfindən 1 ədəd zərfə qablaşdırılmaqla götürülmüş, zərfin üzəri möhürləndikdə imza edilməsi təklif olunmuş, o, yenə göstərdiyi niyyətlə zərfin üzərini imzalamaqdan imtina edərək zərfin üzərinə imza etməkdən imtina etməsi barədə qeyd etmiş, digər iştirakçılar isə zərfin üzərini imzalamışlar. Baxış keçirilməsi yaşadığı evdə də həyata keçirilmiş lakin qanunla qadağan olunmuş heç nə aşkarlanmamış, baxış müstəntiq tərəfindən yekunlaşdırılmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid Ucar RPŞ-nin Növbəti Hissəsinin növbətçi köməkçisi Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, əvvəllər Təqsirləndirilən şəxs tanımamış və heç bir münasibəti olmamış, 03 may 2024-cü il tarixdə, saat 12 radələrində Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli olduğundan Ucar RPŞ-nin tağım komandiri Fəqan Məmmədov, Ucar RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid2, Ucar RPŞ-nin PPXB-nün polis nəfəri Maarif Babayev və polis nəfəri Şahid3 tərəfindən Ucar RPŞ-nin NH-nə gətirilmiş, həmin gün xidmətdə olduğundan Ucar RPŞ-nin İB-nin baş müstəntiqi X4 RPŞ-nin PPXB-nün polis nəfəri Şahid4, Şahid3 iştirakı ilə onun tərəfindən aparılan video çəkilişlə Müdafiəçi Təqsirləndirilən şəxs təqdim etmişdir. X3 Əliyevə hüquq və vəzifələrini izah edib bildiriş təqdim edəndə Təqsirləndirilən şəxs üzərində 1 siqaret marixuana olmasını deyəndə Rəhmin Zeynalov bildirişin hüquq və vəzifələrinə dair olmasını izah etdikdə Təqsirləndirilən şəxs bir daha üzərində 1 siqaret marixuana olmasını deyib bildirişə imza etdikdən sonra X3 Əliyevə üzərində nəyin olmasını soruşduqda Təqsirləndirilən şəxs yenə üzərində 1 siqaret qurudulmuş marixuananın olduğunu bildirmişdir. Rəhmin Zeynalov marixuananı təqdim edə bilməsini soruşduqda Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən 1 ədəd siqaret qutusu çıxarıb təqdim etmiş, Rəhmin Zeynalov siqaret qutusunun içərəsindən 1 ədəd siqareti çıxarıb stolun üzərinə qoyub həmin qutudan 1 ədəd gümüşü rəngli siqaret kağızını çıxarıb açdıqda Təqsirləndirilən şəxs bükümdə nə olduğunu soruşmuş, Təqsirləndirilən şəxs bükümdə qurudulmuş marixuana olduğunu bildirmiş, büküm Rəhmin Zeynalov tərəfindən açılarkən içərisindən bir qədər qurudulmuş marixuana aşkar edilmişdir. X3 Əliyevə üzərində başqa nəyin olması barədə sual verdikdə Təqsirləndirilən şəxs şalvarının sağ cibindən 1 ədəd alışqan, sol cibindən 1 ədəd pul qabı və “Samsung” markalı mobil telefonu çıxarıb stolun üzərinə qoymuş, Şahid2 tərəfindən Təqsirləndirilən şəxs üzəri axtarıldıqda şalvarının sağ yan cibindən kiçik ölçülü heç bir əhəmiyyət kəsb etməyən kağız parçası tapılıb sotulun üzərinə qoyulmuş, üzərindən qanunla qadağan olunmuş heç nə müəyyən edilməmiş, pul qabında isə bank və kommunal kartlar, eləcə də kommunal ödəmə qəbzləri, 2 ədəd 10 manat, cəmi 20 manat aşkar edilmiş, siqaret, alışqan pul qabında olan pul, kartlar və sair özünə qaytarılmışdır. Marixuana bükülən büküm və mobil telefon Rəhmin Zeynalov tərəfindən ayrı-ayrı zərflərə qablaşdırılmaqla möhürlənib götürülmüş, zərfin üzəri Təqsirləndirilən şəxs də daxil olmaqla iştirakçılar və tərəfindən imzalanmış, Rəhimin Zeynalov şəxsi axtarış və götürməylə bağlı əlavə, düzəliş, vəsatət olub-olmaması soruşulduqda Müdafiəçi Təqsirləndirilən şəxs polis tərəfindən hər hansı bir qanunsuzluğa məruz qalıb-qalmaması barədə sual verdikdə Təqsirləndirilən şəxs polis tərəfindən heç bir qanunszuluğa məruz qalmadığını bildirdikdən sonra şəxsi axtarış və götürmə başa çatdırılmışdır. Məhkəmə istintaqı zamanı şahid Ucar RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, 03 may 2024-cü il tarixdə, saat 11 radələrində Təqsirləndirilən şəxs narkotik vasitəni üzərində və yaşadığı evdə saxlaması barədə Ucar RPŞ-nin PPXB-nün tağım komandiri Fəqan Məmmədov tərəfindən şöbə rəhbərliyinə ünvanlanan raportla əlaqədar olaraq tərəfindən əməliyyat tədbiri keçirilməsi barədə qərar şöbə rəisi tərəfindən təsdiq edildikdən sonra Təqsirləndirilən şəxs həmin gün saat 12 radələrində üzərində narkotik vasitə Ucar şəhəri Firdovsi küçəsində olacağı bilindiyindən əməliyyat tədbirinə əsasən Ucar RPŞ-nin tağım komandiri Fəqan Məmmədov, Ucar RPŞnin PPXB-nün polis nəfəri Marif Babayev və Şahid3lə birlikdə Ucar şəhəri, Firdovsi küçəsində Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib Ucar RPŞ-yə dəvət etmişlər. Ucar RPŞnin NH-də Ucar RPŞ-nin İB-nin baş müstəntiqi Rəhmin Zeynalov, Ucar RPŞ-nin PPXBnün polis nəfəri Şahid4, Müdafiəçi və onun iştirakı ilə Ucar RPŞ-nin NH-nin növbətçi köməkçisi Şahid1 tərəfindən aparılan video çəkilişlə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib bildiriş təqdim edəndə Təqsirləndirilən şəxs üzərində 1 siqaret qurudulmuş marixuana olmasını bildirdikdə Rəhmin Zeynalov bildirişin hüquq və vəzifələrinə dair olmasını izah edərkən Təqsirləndirilən şəxs bir daha üzərində 1 siqaret qurudulmuş marixuana olmasını bildirmiş, X3 Əliyevə üzərində nəyin olmasını soruşduqda Təqsirləndirilən şəxs yenə üzərində 1 siqaret qurudulmuş marixuana olduğunu demiş, Rəhmin Zeynalov marixuananı könüllü təqdim edə bilməsi barədə sual verərkən Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən 1 ədəd siqaret qutusu çıxarıb təqdim etmiş, Rəhmin Zeynalov siqaret qutusunun içərəsindən 1 ədəd siqareti çıxarıb stolun üzərinə qoyub həmin qutudan 1 ədəd gümüşü rəngli siqaret kağızını çıxarıb açdıqda Təqsirləndirilən şəxs bükümdə nə olduğunu soruşmuş, Təqsirləndirilən şəxs bükümdə bir qədər qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin büküm Rəhmin Zeynalov tərəfindən açılarkən içərisindən bir qədər qurudulmuş marixuana aşkar edilmiş, X3 Əliyevə üzərində başqa nəyin olması barədə sual verəndə Təqsirləndirilən şəxs şalvarının sağ cibindən 1 ədəd alışqan, sol cibindən 1 ədəd pul qabı və “Samsung” markalı mobil telefonu çıxarıb stolun üzərinə qoymuş, tərəfindən Təqsirləndirilən şəxs üzəri axtarıldıqda şalvarının sağ yan cibindən kiçik ölçülü heç bir əhəmiyyət kəsb etməyən kağız parçası tapılıb sotulun üzərinə qoyulmuş, üzərindən qanunla qadağan olunmuş heç nə müəyyən edilməmişdir. Pul qabında isə bank və kommunal, kartlar eləcə də kommunal ödəmə qəbzləri, 2 ədəd 10 manat, cəmi 20 manat aşkar edilmiş, siqaret, alışqan pul qabında olan pul, kartlar və sair özünə qaytarılmış, marixuana bükülən büküm və mobil telefon Rəhmin Zeynalov tərəfindən ayrı-ayrı zərflərə qablaşdırılmaqla möhürlənib götürülmüş, zərfin üzəri Təqsirləndirilən şəxs də daxil olmaqla iştirakçılar və tərəfindən imzalanmış, Rəhimin Zeynalov tərəfindən şəxsi axtarış və götürməylə bağlı əlavə, düzəliş, vəsatət olub-olmaması soruşulduqda Müdafiəçi Təqsirləndirilən şəxs polis tərəfindən hər hansı bir qanunsuzluğa məruz qalıb-qalmaması barədə sual verdikdə Təqsirləndirilən şəxs polis tərəfindən heç bir qanunszuluğa məruz qalmadığını bildirdikdən sonra şəxsi axtarış və götürmə başa çatdırılmışdır. Ardınca həmin gün Təqsirləndirilən şəxs yaşadığı Ucar şəhəri, 29-cu məhəllə, SMD 5 ünvanına sonuncunun razılıq ərizəsinə əsasən Rəhmin Zeynalov, polis nəfərləri Şahid4, Şahid3 və Müdafiəçi iştirakı ilə baxış keçirməyə başlamış, çəkilişi Şahid3 həyata keçirmiş, X3 Əliyevə yaşadığı ünvanda qanunla qadağan edilmiş hər nəsə varsa könüllü təqdim etməsini təklif etdikdə yaşadığı ünvanda qanunla qadağan edilmiş heç bir şeyin olmadığını bildirmiş, sonra yaşadığı ünvana baxış keçirilməsinə həyət darvazasından həyətə daxil olmaqla başlanmışdır. Tərəfindən ayaqyoluna və ayaqyolunun girişinə qoyulmuş qaz balonlarının üzərinə, ayaqyoluna bitişik olan hamama baxış keçirsə də, qanunla qadağan edilmiş heç bir şey müəyyən edilməmiş, baxışın davamı olaraq evin giriş hissəsində yerə qoyulmuş boya qablarına, üzəri metaxla döşənmiş artırma betonun üzərində olan uşaq şalvarının altına, evin pilləkənin sağ tərəfinə qoyulmuş boya qabına, pilləkənin kənarına qoyulmuş gül dibçəklərinə, pilləkənin qarşında üzərində su qızdırılmasından ötrü altına odun yığılmış qabın üzərinə qoyulmuş dəmir çaydana, həmin qaba, hovuzun, hasarın üzərinə, hovuzun kənarına əkilmiş güllərin dibinə baxış keçirildikdə qanunla qadağan olunmuş heç nə aşkar edilməmişdir. Həyətdə olan üzüm çardağında üzüm ağacına bağlanmış sellofanı açdıqda içərisindən adi çay daşı tapılmış, çardağın altında torpağa əkilmiş müxtəlif növ bitkilərə və dibçəklərə baxış keçirilsə də, qanunsuz heç nə aşkarlanmamış, orada əkilmiş güllərin və ağacların diblərinə, yerə atılmış dəmir lövhənin, şifer parçasının altına, yardımçı tikilinin içərisinə yığılmış istifadəsiz əşyalara, su sayğacına, sayğacın aşağısında yerə qoyulmuş taxtanın altına, digər bir yardımçı tikiliyə, oraya yığılmış istifadəsiz əşyalara baxış keçirilsə də, qanunla qadağan olunmuş əşya və sair tapılmamış, həyətdə yerləşən toyuq damına baxış keçirildikdə orada müəyyən yerlərə və əşyalara baxış keçirildikdə damda olan qapaq yerinə ağzına uşaq üçün nəzərdə tutulan velosiped təkəri qoyulmuş ağ rəngli çuqun materialdan hazırlanmış qabın içərisinə tərəfindən baxış keçirildikdə qabın içərəsinə sellofana yığılan taxıl bitkisinin altında olan zibilin üzərinə sərilən sellofanın üzərinə qoyulmuş ağ rəngli, 1 ədəd kiçik siqaret sellofanına keçirilmiş kağız büküm müəyyən edilib dama qoyulan stolun üzərində açıldıqda bükümdə bir qədər qurudulmuş marixuana aşkar olunarkən Təqsirləndirilən şəxs marixuananın ona məxsus olmadığını bildirmiş, həmin qabın içərisində olan zibilin içindən açıq halda bir qədər qurudulmuş marixuana aşkar etdikdə Təqsirləndirilən şəxs yenə tapılan kütlənin ona məxsus olmadığını qeyd etmiş, tərəfindən sözü gedən qabda zibilin içərisindən bir qədər də açıq halda qurudulmuş marixuana tapılaraq sotulun üzərinə qoyduqda Təqsirləndirilən şəxs kütlənin ona məxsus olmadığını bildirmiş, tərəfindən qabın içində olan zibil yerə boşaldıqda bir qədər də, açıq halda qurudulmuş marixuana aşkar edərək stolun üzərinə qoyulanda Təqsirləndirilən şəxs kütlənin peyin olmasını qeyd etmiş, zibilin içərisindən bir qədər də, açıq şəkildə qurudulmuş marixuana aşkar etdiyindən əvvəlki kütlələr bükülən bükümün üzərinə əlavə edilmiş, Rəhmin Zeynalov aşkar edilmiş kütlələri ayrı-ayrı 2 ədəd kağız bükümlərdə 1 ədəd zərfə qablaşdırıb möhürləyib götürdükdə Təqsirləndirilən şəxs Ucar RPŞ-nin NH-də üzərindən aşkar edilmiş marixuananın özünə məxsus olmasını, toyuq damından aşkar edilmiş marixuanalardan isə xəbəri olmadığını bildirib kütlələr qoyulan zərfin üzərini imzalamaqdan imtina etdikdə baş müstəntiq tərəfindən Təqsirləndirilən şəxs olunan təklifə görə sonuncu zərfin üzərinə imzadan imtina edirəm sözlərini yazmış, sonra zərfin üzəri iştirakçılar və tərəfindən imzalanmışdır. Baxış Təqsirləndirilən şəxs həmin həyətdə yerləşən yaşadığı 6 otaqdan ibarət evə keçirilməklə dava etdirilsə də, evdən qanunla qadağan edilmiş əşya və sair müəyyən edilməmiş, baş müstəntiq tərəfindən baxışla bağlı əlavə, düzəliş, vəsatət olub-olmaması barədə sual verilsə də, heç bir düzəliş, vəsatət daxil olmamış və baxış baş müstəntiq tərəfindən yekunlaşdırılmışdır. Məhkəmə istintaqında şahid Ucar RPŞ-nin PPXB-nün polis nəfərləri Şahid3 və Şahid4 digər Şahid2 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişlər. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 42-45-ci vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 Bölməsinin 04 may 2024-cü il tarixli, 3-16-16-2-17/420 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd büküm.” yazısı və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi - 0,30 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs ünvanından aşkar olunmuş kütlələr.” yazısı və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki 02 (iki) ədəd ağ rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 7,96 qram və 20,21 qram, ümumi çəkiləri - 28,17 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata 0,15 qram sərf edildikdən sonra narkotik vasitə olan qurudulmuş marixuananın qalıq çəkisi 28,32 qram təşkil etmişdir. Cinayət işinin 43-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 Bölməsinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri 34,55 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 112-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 12 iyun 2024-cü il tarixli, 1047 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 27-28-ci və 32-33-cü vərəqələrində olan 03 may 2024-cü il tarixli baxış və götürmə haqqında və şəxsi axtarış və götürmə haqqında protokollardan görünür ki, 03 may 2024-cü il tarixdə saat 12:23-dən saat 12:33dək, müvafiq olaraq 12:58-dən 14:01-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində, eləcə də, yaşadığı ünvanda keçirilən şəxsi axtarış və baxış zamanı ittihamın əsasını təşkil edən narkotik vasitə qurudulmuş marixuana onun əynində olan boz rəngli şalvarın sol yan cibindən siqaret qutusunun içərisindən 1 ədəd gümüşü rəngli bükümdə və həyətə baxış keçirilən zaman toyuq damından 1 ədəd ağ rəngli dəmir qabın içərisinə baxış keçirilən zaman orada 1 ədəd ağ rəngli kağız bükülüdə aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış, baxış və götürmə zamanı “Panasonic” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 56-57-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 05 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddədə nəzərdə tutulmuş ittihamın elan olunması qərara alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 77-ci və 116-117 -ci vərəqələrində olan Ucar RPŞ-nin İB-nin müstəntiqinin müvafiq olaraq 08 may 2024-cü il tarixli maddi sübut kimi tanınma, eləcə də 25 iyun 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş 05 may 2024-cü il tarixli ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır. Həmçinin, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 28,32 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmaqla, saxlanması üçün Ucar RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, həmçinin 03 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarışın, eləcə də, yaşadığı ünvana keçirilmiş baxışın videoçəkiliş vasitəsilə qeydə alınmış görüntülərinin yaddaşına köçürüldüyü 02 ədəd disk də maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 90-91-ci səhifələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 31 may 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 01-ci səhifəsində olan 04 may 2024-cü il tarixli cinayət işinin başlanması barədə qərardan görünür ki, HK-1/575 və 576 nömrəli materiallar üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 11-ci vərəqəsində olan 03 may 2024-cü il tarixli şübhəli şəxsi tutma haqqında qərardan, eləcə də 26-cı vərəqəsindəki eyni tarixli cinayəti törətməkdə şübhəli olan şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 12:23-də Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 68-ci vərəqəsində olan 05 may 2024-cü il tarixli təqsirləndirilən şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 12:22-də Ucar RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 101-102-ci vərəqələrində olan arayışlardan və xasiyyətnamədən görünür ki, Ucar şəhəri, 29-cu məhəllə, 5 saylı SMD-nin inzibati binasında yaşayan Təqsirləndirilən şəxs 2014-cü il təvəllüdlü Yusif adlı oğlu, 2016cı il təvəllüdlü Günel adlı qızı və 2019-cu il təvəllüdlü Yunus adlı oğlu vardır (himayəsində üç azyaşlı uşaqlarının olması, eyni zamanda bu hal “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən edilmiş çıxarışdan da görünür). Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində kənd sakinləri, eləcə də, ərazidə yaşadığı müddət ərzində şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı xeyli miqdarda əldə edib saxlama cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun əməlindən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində 3 azyaşlı övladının olmasını, ilk dəfə az ağır cinayət törətməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, bununla belə, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən törətdiyi əməlin ictimai təhlükəliliyini dərk etməklə, artıq cinayət işinin məhkəməyədək icraat dövründə islah yoluna qədəm qoymasını nümayiş etdirməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, yəni məhz cəmiyyətdən təcrid edilməklə, real cəza çəkməyə göndərilməsi nəticəsində onun islahına nail olunacağının müəyyən olunmamasını, həmçinin barəsində yuxarıda sadalanan yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 03 may 2024-cü il saat 12:23-dən 05 may 2024-cü il saat 12:22-yə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Ucar rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan və Ucar RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı Ucar şəhəri, 29-cu məhəllə, SMD 5 ünvanında yerləşən evin həyətində olan toyuq damından aşkar edilərək götürülmüş qalıq çəkisi 28,32 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs üzərində 03 may 2024-cü il tarixdə keçirilmiş şəxsi axtarışın, eləcə də, yaşadığı ünvana keçirilmiş baxış və götürmənin görüntülərinin yaddaşına köçürüldüyü 2 ədəd disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Ucar rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Ucar RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı Ucar şəhəri, 29-cu məhəllə, SMD 5 ünvanında yerləşən evin həyətində olan toyuq damından aşkar edilərək götürülmüş qalıq çəkisi 28,32 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs üzərində 03 may 2024-cü il tarixdə keçirilmiş şəxsi axtarışın, eləcə də, yaşadığı ünvana keçirilmiş baxış və götürmənin görüntülərinin yaddaşına köçürüldüyü 2 (iki) ədəd disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №1(063)-54/2024
Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-54/2024
26.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver