Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-54/2025 30.07.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1986-cı ildə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş, Ağdaş şəhəri, Cəfər Cabbarlı küçəsi, ev 119, mənzil 11-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, Ucar şəhəri, Heydər Əliyev prospekti, ev 123-də qeydiyyatda olmaqla Ucar rayonu, Qazıqumlaq kəndində yaşayan X1 mobil telefon vasitəsi ilə 16 aprel 2025-ci il tarixdə danışıb razılaşaraq 25 manata əldə etdiyi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusi ilə külli miqdarına görə” İİ siyahısı ilə müəyyən edilmiş xeyli miqdarda, yəni 0,350 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini İlkin Məmmədovun qabaqcadan gizlətdiyi Ucar rayonu, Qazıqumlaq kəndi ərazisində olmaqla Bakı-Ələt-Qazax avtomobil yolunun kənarında olan daşın altından qanunsuz olaraq satış məqsədi olmadan əldə edib üzərində daşıyaraq saxlamış, 16 aprel 2025-ci il tarixdə, saat 21 radələrində Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Ucar rayonu, Qazıqumlaq kəndi ərazisində olmaqla Bakı-Ələt-Qazax avtomobil yolunun kənarında saxlanılıb üstünün yoxlanılması zamanı əynində olan gödəkçənin sağ yan cibindəki pul kisəsinin içərisində saxladığı 1 ədəd sellofan bükümdə, təmiz çəkisi 0,350 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin aşkar olunaraq götürülmüşdür. Buna görə də, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər məhkum olunmuş və 2025-ci ilin yanvar ayında cəza müddətinin sonu ilə azad edilmişdir. Əvvəllər narkotik istifadə etsə də, sonra etməmiş, amma yenidən istifadə etməyə başlamışdır. Ucar rayonu, Qazıqumlaq kənd sakini İlkin adlı şəxsin narkotik satmasını eşidərək İlkinin ***-***-**-** mobil nömrəsini tapmışdır. Mobil telefonla İlkinlə əlaqə saxlayaraq Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanmamışdan təxminən 20 gün əvvəl İlkinlə telefonla əlaqə saxlayanda İlkin “Patı” deyilən psixotrop maddə hesab edilən metamfetamini 25 manata ona satacağına razılıq vermişdir. İlkin, rəqəmləri yadında qalmayan "xxxx" ASC-yə məxsus kart nömrəsini verdiyindən o, Ağdaş şəhərindən elektron ödəmə sistemi vasitəsi ilə həmin kart hesabına 25 manat köçürmüşdür. İlkin metamfetamini Ucar rayonu ərazisində, Bakı-Ələt-Qazax avtomobil yolunun Ucar rayonu, Qazıqulmaq kəndi ərazisində yol işarəsinin yaxınlığına qoyacağını bildirib həmin yerin şəkilini “WhatsApp” ani mesajlaşma vasitəsi ilə ona göndərmişdir. O, Ağdaş şəhərindən tanımadığı avtomobilin sürücüsü ilə İlkin deyən yerə gəlib avtomobildən düşərək İlkin göndərən şəkilə əsasən yol işarəsinin yanından daşın altında olan 1 ədəd sellofan bükümdəki metamfetamini tapıb istifadə etmişdir. 16 aprel 2025-ci il tarixdə, saat təxminən 17-18 radələrində artıq mobil telefonunu satdığına görə tanımadığı şəxslərin mobil telefonu ilə İlkinin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edib əlaqə saxlayaraq 25 manata metamfetamin almaq barədə razılığa gəlmişdir. Yenə eyni qaydada İlkinə 25 manat köçürəndən sonra İlkin metamfetaminin Ucar rayonu, Qazıqumlaq kəndinin girişində, Bakı-Ələt-Qazax avtomobil yolunun kənarında yerləşən dayanacağın yanında olan yol nişanının yaxınlığında daşın altına qoyacağını bildirmişdir. Həmin gün, saat təxminən 19-20 radələrində Ağdaş şəhərində tanımadığı taksi ilə Ucar rayonu, Qazıqumaq kəndinin girişinə gələrək orada düşmüş, İlkin deyən yerdə metamfetamini tapa bilməyib xeyli qarşıya gəlmişdir. Mobil telefonu olmadığına görə orada təkər təmiri ilə məşğul olan tanımadığı bir cavan oğlandan xahiş edərək mobil telefonu danışmaq üçün almış, İlkinə zəng edərək metamfetaminin yerini soruşanda İlkin tapa bilməyəcəyini, gözləməsini və adam göndərilib tapılıb veriləcəyini bildirmişdir. Xeyli gözləmiş, amma heç kim gəlmədiyi üçün məcbur olub bir daha orada dayanan başqa bir cavan oğlandan mobil telefonu danışmaq üçün istəmişdir. Həmin mobil telefonla İlkinə zəng edib heç kimin gəlmədiyini deyəndə İlkin bir qədər qarşıya getməsini, orada yol nişanının yanında daşın altına baxmasını tapşırmışdır. Telefonu qaytararaq yol nişanının yanına gedib orada yerdə olan daşın altından rəngli sellofana bükülü 1 ədəd bükümü götürüb üzərində olan pul kisəsinə qoyub Ağdaş şəhərinə qayıtmaq istəyəndə mülki geyimli şəxslər yaxınlaşıb Ucar Rayon Polis Şöbəsinin əməkdaşları olmalarını bildirmişlər. Məlum olmuşdur ki, ikinci dəfə mobil telefon alıb danışdığı şəxs polis əməkdaşlarından biri olmuş, narkotik saxlamaqda şübhəli olduğunu deyəndə artıq ifşa olmasını başa düşüb üzərində metamfetamin olduğunu etiraf etmişdir. Hüquq və vəzifələrini izah edib video çəkilişlə üzərini yoxlayanda əynində olan gödəkcəsinin sağ yan cibindən pul kisəsini çıxarıb təqdim etmiş, polis əməkdaşı pul kisəsinə baxış keçirəndə kisədən daşın altından tapıb qoyduğu 1 büküm metamfetamin, 9 manat və şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Üzərindən başqa qanunsuz heç nə tapılmamış, orada metamfetamini elektron tərəzidə çəksələr də, çəkisi yadında qalmamış, sonra zərfə qoyub möhürləyərək götürmüşlər. İştirakçılarla birlikdə zərfin üzərini imzalamış, pulu və pul kisəsini özünə qaytarıb şəxsiyyət vəsiqəsini araşdırmaya görə saxlayaraq onu Ucar Rayon Polis Şöbəsinə gətirmişlər. Orada üzərindən tapılan metamfetamini video çəkilişlə zərfdən çıxarıb bir daha elektron tərəzidə çəkdikdə 0,42 qram çəkidə olmuşdur. Video çəkiliş zamanı bir daha metamfetamini özü istifadə etmək məqsədi ilə əldə etməsini bildirmişdir. Polis tərəfindən saxlanılarkən və sonra heç bir qanunsuzluğa məruz qalmamışdır. İlkin adlı şəxsin sadəcə olaraq Ucar rayonu, Qazıqumlaq kənd sakini olmasını bilmiş, heç vaxt görməmiş, ancaq mobil telefon vasitəsi ilə əlaqə saxlamışdır. İstintaqa təqdim edilən səs yazıları köçürülən diskdə 16 aprel 2025-ci il tarixdə, saat 21 radələrində Ucar rayonu ərazisində İlkindən metamfetamin alarkən tanımadığı şəxsin mobil telefonu ilə danışdığı səslər olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə törətdiyi əməlini etiraf edərək səmimi peşiman olmasını və yaşayış yerindən müsbət xarakterizə edilməsini nəzərə alıb ona yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspert rəyləri, eləcə də iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 16 aprel 2025-ci il tarixdə, saat 21 radələrində istifadəsində olan ***-***-**-** mobil nömrəsinə Ucar rayonu, Qazıqumlaq kəndinin yaxınlığında təkər təmiri ilə məşğul olan Taleh adlı şəxs ***-***-**-** mobil nömrəsi ilə zəng edərək bir nəfər tanımadığı şəxsin mobil telefonundan istifadə edib İlkin adlı şəxsin 055- ***-**-** mobil nömrəsinə zəng edib danışmasını demişdir. Telefonu qaytarandan sonra isə telefonunda danışıqları qeydə alan proqram olduğundan həmin şəxsin danışığına qulaq asarkən İlkin adlı şəxsdən narkotik almaq barədə danışıq səslərinin qeyd olunmasını bildirdiyindən bu barədə dərhal şöbə rəhbərliyinə raportla məruzə etmişdir. Bundan sonra bu barədə əməliyyat tədbiri hazırlanmış, tədbirdə iştirak edən Ucar Rayon Polis Şöğbəsinin NMQ-nin baş əməliyyat müvəkkili Səməd Əliyev, NMQ-nin əməliyyat müvəkkili Ramil Abdullayev və PPXB-nin polis nəfəri Şahid2la birlikdə əməliyyat tədbiri ilə əlaqədar mülki geyimdə Bakı-Ələt-Qazax avtomobil yolunun Ucar rayonu, Qazıqumlaq kəndi ərazisindən keçən hissəsində yolun kənarına gəlmişlər. Talehlə görüşməmişdən əvvəl orada əvvəllər tanımadığı Taleh deyən əlamətdə, 35-40 yaş arası, orta bədən quruluşlu, saqqalı bir kişi yolun kənarında nəsə axtara-axtara Şahid2 yaxınlaşmış, Şahid2 mobil telefonu danışmaq üçün xahiş edib alaraq kimləsə danışıb telefonu Turxana qaytaranda məlum olmuşdur ki, həmin adam ***-***-**-** mobil nömrəsi ilə kimləsə danışmışdır. Sonra bir qədər qarşıya gedib yerdən nəsə götürəndə artıq həmin şəxsin Taleh deyən adam olduğunu bilib yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra üzərində narkotik olmasında şübhəli olduğunu dedikdə barəsində danışılan şəxs üzərində “patı”, yəni psixotrop maddə olan metamfetamin olmasını etiraf edib Ağdaş şəhər sakini Təqsirləndirilən şəxs olduğunu demişdir. Bundan sonra Elmarı saxladıqları yerdə avtomobillərin intensiv hərəkətdə olmasını nəzərə alaraq bir qədər kənarda yerləşən dayanacağın qarşısına gətirmişlər. X9 Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etməklə üstünün yoxlanılmasına başlayanda o, video çəkilliş aparmışdır. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa, könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olan metamfetamin olmasını deyib əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd pul kisəsi çıxardıqda Ramil Abdullayev pul kisəsinə baxış keçirmişdir. Pul kisəsindən rəngli sellofan parçasına bükülü halda 1 ədəd ağ rəngli sellofan büküm aşkar olunmuş, büküm açılarkən içərisində toz halında ağ rəngli kütlənin olması müəyyən edilmişdir. Aşkar edilmiş büküm əvvəl bükülmüş sellofan parçası ilə birlikdə elektron tərəzdə çəkildikdə 0,64 qram çəkidə olmuşdur. Bir daha pul kisəsinə Ramil Abdullayev tərəfindən baxış keçirildikdə 9 manat və Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi aşkarlanmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirildikdə qeyd edilənlərdən başqa heç bir şey tapılmamış, şəxsiyyət vəsiqəsi gələcəkdə araşdırma zərurəti ilə əlaqədar olaraq götürülüb pul kisəsi və 9 manat isə özünə qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş 1 ədəd büküm kağız zərfə qablaşdırılmaqla möhürlənib götürülərək üzəri iştirakçıların imzaları ilə imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs saxlanarkən heç bir qanunsuzluğa yol verilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs üstünün yoxlanılması Səməd Əliyev tərəfindən yekunlaşdırıİdıqdan sonra Ucar Rayon Polis Şöbəsinin növbətçi hissəsinə gətirilmişdir. X8 iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərindən aşkar edilənlərə baxış keçiriləndə o, yenə video çəkilişi həyata keçirmişdir. Təqsirləndirilən şəxs hüquq vəzifələri izah olunduqda o, hüquq və vəzifələrinin izah olunduğunu bildirib yazılı bildirişi imza edərək qəbul etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilib zərfə qablaşdırılana baxış keçirildikdə Təqsirləndirilən şəxs zərfdə “patı”, yəni psixotrop maddə olan metamfetamin olmasını və şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Zərf açılarkən tamlığının pozulmadığı müəyyən edilmiş, zərf açıldıqda zərfdən ifadəsində yuxarıda qeyd etdiyi büküm aşkar edilmiş, büküm əvvəl bükülmüş bükümdən ayrı elektron tərəzidə çəkildikdə 0,42 qram çəkidə olması müəyyən edilmişdir. Yenidən Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlə, başqa bir zərfə qablaşdırılıb möhürlənərək götürülmüş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs polis tərəfindən saxlanarkən və sonra heç bir qanunsuzluğa məruz qalmadığını bildirdikdən sonra baxış keçirmə yekunlaşdırılmışdır. Sonra Talehlə görüşəndə Taleh Təqsirləndirilən şəxs İlkin adlı şəxslə danışdığı səs yazılarını onun mobil telefonuna köçürmüş, o da danışıqları 1 ədəd diskə köçürərək özündə saxlayıb ifadəsinə əlavə etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X3 da şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Bakı-Ələt-Qazax avtomobil yolunun Ucar rayonu ərazisində, Ucar rayonu, Qazıqumlaq kəndinin yaxınlığında təkər təmiri sexində təkər təmiri ilə məşğul olur. 16 aprel 2025-ci il tarixdə, saat 21 radələrində əvvəllər tanımadığı, təxminən 35-40 yaş arası, orta bədən quruluşlu, saqqalı bir kişi ona yaxınlaşaraq Ucar rayonu, Qazıqumlaq kənd sakini İlkin adlı şəxslə mobil telefonla danışmaq istədiyini bildirib onun mobil telefonunu istəmişdir. O, mobil telefonu həmin şəxsə verəndən sonra həmin şəxs bir qədər uzaqlaşaraq nəsə danışıb telefonu qaytaranda telefonunda səs yazılarını qeyd edən proqram olduğundan sözü gedən şəxsin danışıq səslərini dinləməyə başlamışdır. Məlum olmuşdur ki, həmin şəxs onun istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə İlkin adlı şəxsin ***-***-**-** mobil nömrəsinə zəng edərək narkotik almaq barədə danışıqlar aparmışdır. Ucar Rayon Polis Şöbəsinin əməkdaşı Şahid1 mobil nömrəsi onda olduğu üçün zəng edərək bu barədə məlumat vermiş, sonra Alı ilə görüşəndə həmin şəxsin danışıq səslərini Alının mobil telefonuna köçürdükdən sonra öz telefonundan silmişdir. Cinayət işində olan materialların məhkəmə ekspertizasının 17 aprel 2025-ci il tarixli, 17/297 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd büküm.” yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki digər 01 (bir) ədəd zərfin içərisində olan 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi-0,350 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir (İ siyahı). Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının 17 iyun 2025-ci il tarixli, 928 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə etmişdir, psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan sübutların qiymətləndirilməsi haqqında 20 iyun 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs yenidən CM-in 234.1-ci maddəsi ilə ittiham elan olunması və barəsində Ucar Rayon Məhkəməsinin qərarı ilə seçilmiş həbs qətimkan tədbirinin nəzərə alınması, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işinin materiallarından X4 barəsində CM-in 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işinin ayrılaraq ayrıca icraatda istintaq olması və qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində CM-in 234.2, 234.4.1 və 234.4.2-ci maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi və bu barədə materialın ayrılaraq rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirildiyi üçün o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət işində olan Ağdaş Rayon İcra Hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən аlınmış tələbnаmədən və məhkəmə hökmünün surətindən görünür ki, Ağdaş Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 1(014)- 54/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 234.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, CM-in 234.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə isə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və 22 yanvar 2025-ci ildə cəza müddətinin sonu ilə azad edilmişdir. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü mаddəsinə əsаsən аz ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, məhkumluq ödənilmiş hеsаb оlunur. Təqsirləndirilən şəхs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli az ağır cinаyətlər kаtеqоriyаsınа аiddir. CM-in 83.3.3-cü mаddəsinə əsаsən onun məhkumluğu ödənilməmişdir. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Bеlə оlаn hаldа, Təqsirləndirilən şəxs yenidən qəsdən hаzırkı iş üzrə ittihаm оlunduğu cinаyət əməlini törətməsi оnun əməlində cinаyətlərin rеsidivini yаrаdır. Оnа görə də Təqsirləndirilən şəxs CM-in 65.2-ci mаddəsinin tələbləri nəzərə аlınmаqlа cəzа təyin оlunmаlıdır. CM-in 58.3-cü mаddəsində nəzərdə tutulmuşdur ki, cəzа təyin еdilərkən törədilmiş cinаyətin хаrаktеri və ictimаi təhlükəlilik dərəcəsi, təqsirkаrın şəхsiyyəti, о cümlədən cəzаnı yüngülləşdirən və аğırlаşdırаn hаllаr, hаbеlə təyin оlunmuş cəzаnın şəхsin islаh оlunmаsınа və оnun аiləsinin həyаt şərаitinə təsiri nəzərə аlınır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını, təqsirini etiraf etməsini və törətdiyi əmələ görə səmimi peşmançılıq çəkməsini CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlində cinayətlərin residivinin olmasını CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdran halları, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun həyat şəraitinə təsirini nəzərə alaraq cəmiyyətdən təcrid edilmədən islah edilməsinin mümkün olmaması qənaətinə gəlməklə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. CM-in 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniya üzrə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, CM-in 93.1.2-ci maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin еdilir. Hazırkı cinayət işi üzrə müvafiq ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə, CPM-in 346.1.19-cu maddəсinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Ucar Rayon Polis Şöbəsində saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,300 qram psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə maddi sübut olan 3 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 69 (altmış doqquz) manat 10 (on) qəpik məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, CPM-in 346.1.22-ci maddəsinin tələblərinə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni 16 aprel 2025-ci il tarixdən hesab edilməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 231 (iki yüz otuz bir) manat məbləğində pul ödənilməlidir İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni 16 aprel 2025-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,300 qram psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 3 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 69 (altmış doqquz) manat 10 (on) qəpik məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 231 (iki yüz otuz bir) manat məbləğində pul ödənilsin. Hökmdən hökm elan edildiyi vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №1(063)-54/2025
Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-54/2025
30.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver