Məhkəmə qərarları › İş №1(063)-57/2024

Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-57/2024

02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-57/2024 02.10.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 02 oktyabr 2024-cü il tarixdə, Ucar şəhərində, Ucar Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1985-ci il tarixdə Ucar rayonu, Qarabörk kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, deməsinə görə subay, əvvəllər Ucar Rayon Məhkəməsinin 14 may 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda məhkumluğu ödənilmiş, Ucar rayonu, Qarabörk kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İİ siyahısı ilə müəyyən edilmiş xeyli miqdarda, yəni 0,241 qram çəkidə qanunsuz olaraq əldə etdiyi kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini üzərində daşımaqla yaşadığı ünvanda saxlamış, 24 aprel 2024-cü il tarixdə saat 12 radələrində Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ucar rayonu, Qarabörk kəndində yerləşən fərdi yaşayış evinə keçirilmiş baxış zamanı evin yataq otağında yerləşən çarpayının altından göy rəngli sellofanlara bükülmüş 2 (iki) ədəd ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri- 0,120 qram və 0,121 qram olmaqla ümumi təmiz çəkisi 0,241 qram təşkil edən psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Ucar rayonu, Qarabörk kəndində qeydiyyatda olmaqla, həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. O, əvvələr də narkotik vasitə sayılan marixuanadan istifadə etmiş, bununla bağlı məhkumluğu da olmuşdur. Lakin o, heç vaxt metamfetamindən istifadə etməmişdir. Belə ki, Yevlax şəhər sakini olan bir nəfərdən sonradan gələcəkdə qurudulmuş marixuanaya dəyişdirmək məqsədilə iki ədəd metamfetamini əvəzsiz olaraq götürmüşdür. Bundan sonra həmin bükümləri olduğu sellofana qoyub yaşadığı evə getmişdir. Daha sonra həmin borunu və içərisində çətənə bitkisinin toxumları olan 2 ədəd kağız bükümü yaşadığı evin həyətində yerləşən hamamın içərisində kərpiclərin arasına qoymuşdur. Bundan sonra içərisində “patı” olan iki ədəd kağız bükümü yaşadığı evin 1-ci otağında olan çarpayının altına qoymuşdur. 24 aprel 2024-cü il tarixdə saat 12 radələrində yaşadığı evin qarşısında olarkən mülki geyimli şəxslər yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyərək yaşadığı ünvana baxış keçirəcəklərini və bununla bağlı hər hansı bir etirazı olub-olmamasını soruşmuşlar. Yaşadığı ünvana keçiriləcək baxışla bağlı heç bir etirazı olmadığını bildirərək bununla bağlı ərizə vermişdir. Daha sonra yaşadığı evə videoçəkiliş vasitəsilə baxış keçirilməsinə başlanılmışdır. Baxış zamanı yaşadığı ünvanda qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmadığı soruşulmuşdur. Həmin vaxt cinayət məsuliyyətinə cəlb olunmaqdan qorxduğu üçün yaşadığı evdə qanunla qadağan edilmiş əşya və ya predmet olmadığını bildirmişdir. Həmçinin yaşadığı fərdi yaşayış evində gizlətdiyi həmin çətənə bitkisinin toxumlarını və psixotrop maddə olan metamfetamini tapa bilməyəcəklərini fikirləşmişdir. Daha sonra yaşadığı ünvana baxış keçirilməsinə başlanılmışdır. Baxış zamanı evin həyətyanı sahəsində olan hamamdakı kərpiclərin arasından içərisində tütünə marixunananı qarışdırıb çəkdiyi 1 ədəd boru və 2 ədəd kağız bükümdə çətənə bitkisinin toxumları akşar olunaraq götürülmüşdür. Şifahi sorğu zamanı həmin kütlələrin özünə aid olduğunu bildirmişdir. Daha sonra müstəntiq tərəfindən həmin kütlələr bir ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin üzəri möhürlə möhürləndikdən sonra o və digər iştirakçılar imza etmişlər. Daha sonra evin həyətyanı sahəsində baxış davam etdirilmişdir. Baxış zaman evin həyətyanı sahəsindən əlavə qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra baxış yaşadığı evdə davam etdirilmişdir. Əvvəlcə baxış evin 2-ci yataq otağından başlamışdır. Baxış zamanı həmin otaqdan qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra baxış yaşadığı fərdi yaşayış evinin giriş qapısı ilə üzbəüz yerləşən otaqda davam etdirilmişdir. Baxış zamanı həmin otaqda olan çarpayının yataq dəstinin altından 2 ədəd kağız büküm aşkar olunmuşdur. Həmin bükümlərə açılaraq baxıldıqda içərisində metamfetaminə bənzər kütlə müəyyən oldunmuşdur. Cinayət məsuliyyətinə cəlb olunmamaq üçün həmin kütlələrin özünə aid olmadığını bildirmişdir. Bundan sonra həmin bükümlər müstəntiq tərəfindən bir ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və o isə özünü müdafiə etmək üçün həmin zərfin üzərini imzalamamışdır. Daha sonra yaşadığı evdə baxış davam etdirilsə də, baxış zamanı evdən qanunla qadağan edilmiş əlavə əşya və ya predmet aşkar edilməmiş, daha sonra baxış prosesi müstəntiq tərəfindən yekunlaşdırılmışdır. Bundan sonra üzərində şəxsi axtarış keçirilməsi üçün polis əməkdaşları ilə birlikdə Ucar RPŞ-nə gəlmişdir. Ucar RPŞ-nin İstintaq Bölməsinin X3 tərəfindən növbətçi hissədə üzərinə şəxsi axtarış keçirimişdir. Şəxsi axtarışda olan iştirakçılar arasında vəkil Müdafiəçi də olmuşdur. Müdafiəçinin iştirakı ilə şəxsi axtarış istintaq hərəkəti keçirilməyə başladıqdan sonra müstəntiq üzərində qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmamasını soruşmuşdur. O isə üzərində qanunla qadağan olunmuş əşya və ya predmetin olmadığını bildirib üzərində olan 5 manat pulu və 1 ədəd mənə məxsus Nokia markalı sadə telefonu masanın üzərinə qoymuşdur. Daha sonra əməliyyat müvəkkili tərəfindən üzərində şəxsi axtarış keçirilsə də, qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Üzərində olan 1 ədəd “Nokia” markalı mobil telefon müstəntiq tərəfindən bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılıb üzəri möhürlə möhürlənmişdir. O və bütün digər iştirakçılar qablaşdırmanın üzərinə imza etdikdən sonra iş üzrə əhəmiyyət kəsb etməyən əşyalar ona qaytarılmışdır. Bundan sonra şəxsi axtarış prosesi müstəntiq tərəfidən yekunlaşdırılmışdır. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin nəzərə alınaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ziddiyyətli ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai və məhkəmə istintaqları arasında verdiyi ifadələrdə olan ziddiyyətli məqamlar özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə tam təqsirli olması məhkəmə iclasında, eləcə də məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş şahidlərin verdiyi ifadələrlə, eləcə də məhkəməyədək istintaq dövründə toplanmaqla, məhkəmə iclasında tədqiq edilmiş cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Ucar rayonu, Qarabörk kəndində qeydiyyatda olmaqla, həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Tapdıqca narkotik vasitə olan qurudulmuş marixuanadan və psixotrop maddə olan “patı”, yəni metamfetamindən istifadə etmişdir. Saxlanıldığı vaxtdan təxminən 20 gün əvvəl dəqiq xatırlamadığı gündə axşam saatlarında yaşadığı Ucar rayonu, Qarabörk kəndində piyada gəzərkən yolun kənarından dəqiq xatırlamadığı yerdən 1 ədəd ağ rəngli sellofan tapmışdır. Həmin sellofanı götürüb içərisinə baxdıqda içərisində 1 ədəd narkotik vasitə qəbulunda istifadə olunan boru və kağız bükümlər görmüşdür. Həmin bükümləri açıb baxdıqda ikisinin içərisində çətənə bitkisinin toxumlarını, qalan ikisinin içərisində isə psixotrop maddə olan “patı” olduğunu müəyyən etmişdir. Bundan sonra həmin bükümləri olduğu sellofana qoyub yaşadığı evə getmişdir. Daha sonra həmin borunu və içərisində çətənə bitkisinin toxumları olan 2 ədəd kağız bükümü yaşadığı evin həyətində yerləşən hamamın içərisində kərpiclərin arasına qoymuşdur. Bundan sonra içərisində “patı” olan iki ədəd kağız bükümü yaşadığ evin 1-ci otağında olan çarpayının altına qoymuşdur. 24 aprel 2024-cü il tarixdə saat 12 radələrində yaşadığı evin qarşısında olarkən mülki geyimli şəxslər yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyərək yaşadığı ünvana baxış keçirəcəklərini və bununla bağlı hər hansı bir etirazı olub-olmamasını soruşmuşlar. Yaşadığı ünvana keçiriləcək baxışla bağlı heç bir etirazı olmadığını bildirərək bununla bağlı ərizə vermişdir. Daha sonra, yaşadığı evə videoçəkiliş vasitəsilə baxış keçirilməsinə başlanılmışdır. Baxış zamanı yaşadığı ünvanda qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmadığı soruşulmuşdur. Həmin vaxt cinayət məsuliyyətinə cəlb olunmaqdan qorxduğu üçün yaşadığı evdə qanunla qadağan edilmiş əşya və ya predmet olmadığını bildirmişdir. Həmçinin yaşadığı fərdi yaşayış evində gizlətdiyi həmin çətənə bitkisinin toxumlarını və psixotrop maddə olan metamfetamini tapa bilməyəcəklərini fikirləşmişdir. Daha sonra yaşadığı ünvana baxış keçirilməsinə başlanılmışdır. Baxış zamanı evin həyətyanı sahəsində olan hamamdakı kərpiclərin arasından içərisində tütünə marixunananı qarışdırıb çəkdiyi 1 ədəd boru və 2 ədəd kağız bükümdə çətənə bitkisinin toxumları akşar olunaraq götürülmüşdür. Şifahi sorğu zamanı həmin kütlələrin özünə aid olduğunu bildirmişdir. Daha sonra müstəntiq tərəfindən həmin kütlələr bir ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. Zərfin üzəri möhürlə möhürləndikdən sonra o və digər iştirakçılar imza etmişlər. Daha sonra evin həyətyanı sahəsində baxış davam etdirilmişdir. Baxış zamanı evin həyətyanı sahəsindən əlavə qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra baxış yaşadığı evdə davam etdirilmişdir. Əvvəlcə baxış evin 2-ci yataq otağından başlamışdır. Baxış zamanı həmin otaqdan qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra baxış yaşadığı fərdi yaşayış evinin giriş qapısı ilə üzbəüz yerləşən otaqda davam etdirilmişdir. Baxış zamanı həmin otaqda olan çarpayının yataq dəstinin altından 2 ədəd kağız büküm aşkar olunmuşdur. Həmin bükümlərə açılaraq baxıldıqda içərisində metamfetaminə bənzər kütlə müəyyən oldunmuşdur. Cinayət məsuliyyətinə cəlb olunmamaq üçün həmin kütlələrin özünə aid olmadığını, daha sonra yalandan həmin çarpayıda anası Həbibənin yatdığını bildirmişdir. Lakin həmin çarpayı ona məxsus olmuş və orada anası deyil o yatmışdır. Bundan sonra həmin bükümlər müstəntiq tərəfindən bir ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və o isə özünü müdafiə etmək üçün həmin zərfin üzərini imzalamamışdır. Daha sonra yaşadığı evdə baxış davam etdirilsə də, baxış zamanı evdən qanunla qadağan edilmiş əlavə əşya və ya predmet aşkar edilməmiş, daha sonra baxış prosesi müstəntiq tərəfindən yekunlaşdırılmışdır. Bundan sonra üzərində şəxsi axtarış keçirilməsi üçün polis əməkdaşları ilə birlikdə Ucar RPŞ-nə gəlmişdir. Ucar RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi Elməddin Əliyev tərəfindən növbətçi hissədə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışda olan iştirakçılar arasında vəkil Müdafiəçi də olmuşdur. Müdafiəçinin iştirakı ilə şəxsi axtarış istintaq hərəkəti keçirilməyə başladıqdan sonra müstəntiq üzərində qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmamasını soruşmuşdur. O isə üzərində qanunla qadağan olunmuş əşya və ya predmetin olmadığını bildirib üzərində olan 5 manat pulu və 1 ədəd ona məxsus Nokia markalı sadə telefonu masanın üzərinə qoymuşdur. Daha sonra əməliyyat müvəkkili tərəfindən üzərində şəxsi axtarış keçirilsə də, qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Üzərində olan 1 ədəd “Nokia” markalı mobil telefon müstəntiq tərəfindən bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılıb üzəri möhürlə möhürlənmişdir. O və bütün digər iştirakçılar qablaşdırmanın üzərinə imza etdikdən sonra iş üzrə əhəmiyyət kəsb etməyən əşyalar ona qaytarılmışdır. Bundan sonra şəxsi axtarış prosesi müstəntiq tərəfidən yekunlaşdırılmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid Ucar RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Ucar rayonu, Qarabörk kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və yaşadığı ünvanda külli miqdarda narktoik vasitə saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün tərəfindən protokol yazılmaqla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar tərtib olunmuş, RPŞ-nin rəisinin imzası ilə qərar təsdiq edilmiş və təlimatlandırılma keçirilmişdir. Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsindən ötrü əməliyyat qrupu yaradılmışdır. Bundan sonra RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid2 və RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X4 qrupun tərkibinə daxil edilməklə keçiriləcək tədbirlə bağlı tərəfindən təlimatlandırılmışlar. Faktla bağlı araşdırma aparılması Ucar RPŞ-nin İB-nin müstəntiqi X2 həvalə olunmuşdur. 24 aprel 2024-cü il tarixdə saat təxminən 12 radələrində birlikdə Ucar rayonu, Qarabörk kəndi ərazisini müşahidəyə götürmüşlər. Bir qədər sonra Təqsirləndirilən şəxs gəldiyini görərək ona yaxınlaşıb özlərini təqdim etmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirməklə yaşadığı ünvana baxış və üzərinə şəxsi axtarış keçiriləcəyini izah etmişlər. Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə və üzərində şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirdikdən sonra müstəntiq tərəfindən məlumatlandırılmışdır. X3 gəldikdən sonra baxış keçirilməsinə başlanılmışdır. Baxış keçirilməsinə başlamazdan əvvəl Təqsirləndirilən şəxs yaşadığı Ucar rayonu, Qarabörk kəndində yerləşən evinə baxış keçirilməsinə etirazının olmadığını bildirərək bu barədə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs evində qanunla qadağan edilmiş əşya və premet olub-olmaması soruşulduqda yaşadığı ünvanda qanunla qadağan olunmuş əşya və predmet olmadığını bildirərək baxış iştirakçılarını yaşadığı ünvana dəvət etmişdir. Baxış əvvəlcə həyətdə yerləşən istifadədə olan hamamdan başlanılmışdır. Hamadakı kərpiclərin arasından içərisində kütlə olan 1 ədəd pipetka, daha sonra yenidən kərpiclərin arasından içərisində narkotik tərkibli çətənə bitkilərinin toxumlarına bənzər kütlələr olan 2 ədəd ağ rəngli kağız büküm aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs pipetkanın içərisində tütün olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs içərisində narkotik tərkibli çətənə bitkilərinin toxumlarına bənzər kütlələr olan 2 ədəd ağ rəngli kağız bükümün kimə aid olduğunu soruşduqda sonuncu həmin kütlələrin özünə aid olduğunu bildirmişdir. Daha sonra aşkar olunmuş 1 ədəd pipetka və 2 ədəd kağız büküm müstəntiq tərəfindən 1 ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. Qablaşdırılmanın üzəri 71 nömrəli möhürlə möhürləndikdən sonra üzəri Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra evin həyətyanı sahəsində baxış davam etdirilmişdir. Baxış zamanı evin həyətyanı sahəsində əlavə qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra baxış Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evində aparılmışdır. Baxış əvvəlcə evin giriş qapısından girişdən sağda yerləşən yataq otağında aparılsa da, orada qanunla qadağan edilmiş əşya və ya predmetlər aşkar olunmamışdır. Daha sonra baxış evin giriş qapısı ilə üzbəüz yerləşən yataq otağında davam etdirilmişdir. Baxış zamanı həmin otaqda olan çarpayının üzərindəki yataq dəstinin altından 2 ədəd göy rəngli sellofanlara bükülmüş bükümlər aşkar edilmişdir. Həmin büküm açılaraq baxıldıqda içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlələr aşkar olunaraq götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlələrin ona məxsus olmadığını və həmin çarpayının altında olmasından xəbəri olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs həmin çarpayının ona məxsus olmadığını və həmin çarpayıda anasının yatdığını bildirmişdir. Bundan sonra həmin bükümlər müstəntiq tərəfindən 1 ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. Lakin, Təqsirləndirilən şəxs yenidən həmin bükümlərin ona məxsus olmadığını bildirib zərfin üzərində imza etməkdən imtina etmişdir. Digər baxış iştirakçıları zərfin üzərinə imza etdikdən sonra həmin zərfin üzəri 71 nömrəli möhürlə möhürlənib müstəntiq tərəfindən götürülmüşdür. Daha sonra həmin otaqda baxış davam etdirilsə də, əlavə qanunla qadağan edilmiş əşya və ya predmetlər aşkar edilməmişdir. Baxış keçirilməsi prosesi RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid2 tərəfindən “Panasonic” markalı kamera ilə qeydə alınmışdır. Baxış zamanı iştirakçılar tərəfindən ərizə, şikayət və təklif daxil olmamışdır. Baxış bitdikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilməsi üçün Ucar RPŞ-yə dəvət olunmuşdur. Lakin o, xidməti iş ilə əlaqədar olaraq həmin şəxsi axtarışda iştirak edə bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid Ucar RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, Ucar rayonu, Qarabörk kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və yaşadığı ünvanda külli miqdarda narktoik vasitə saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün Ucar RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili Şahid1 tərəfindən protokol yazılmaqla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar tərtib olunmuş, RPŞ-nin rəisinin imzası ilə qərar təsdiq edilmiş və təlimatlandırılma keçirilmişdir. Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsindən ötrü əməliyyat qrupu yaradılmışdır. Bundan sonra o və Ucar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X4 qrupun tərkibinə daxil edilməklə keçiriləcək tədbirlə bağlı Şahid1 tərəfindən təlimatlandırılmışlar. Faktla bağlı araşdırma aparılması Ucar RPŞ-nin İB-nin müstəntiqi X2 həvalə olunmuşdur. 24 aprel 2024-cü il tarixdə saat təxminən 12 radələrində birlikdə Ucar rayonu, Qarabörk kəndi ərazisini müşahidəyə götürmüşlər. Bir qədər sonra Təqsirləndirilən şəxs gəldiyini görərək ona yaxınlaşıb özlərini təqdim etmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirməklə yaşadığı ünvana baxış və üzərinə şəxsi axtarış keçiriləcəyini izah etmişlər. Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə və üzərində şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirdikdən sonra müstəntiq tərəfindən məlumatlandırılmışdır. X3 gəldikdən sonra baxış keçirilməsinə başlanılmışdır. Baxış keçirilməsinə başlamazdan əvvəl Təqsirləndirilən şəxs yaşadığı Ucar rayonu, Qarabörk kəndində yerləşən evinə baxış keçirilməsinə etirazının olmadığını bildirərək bu barədə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs evində qanunla qadağan edilmiş əşya və premet olub-olmaması soruşulduqda yaşadığı ünvanda qanunla qadağan olunmuş əşya və predmet olmadığını bildirərək baxış iştirakçılarını yaşadığı ünvana dəvət etmişdir. Baxış əvvəlcə həyətdə yerləşən istifadədə olan hamamdan başlanılmışdır. Hamadakı kərpiclərin arasından içərisində kütlə olan 1 ədəd pipetka, daha sonra yenidən kərpiclərin arasından içərisində narkotik tərkibli çətənə bitkilərinin toxumlarına bənzər kütlələr olan 2 ədəd ağ rəngli kağız büküm aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs pipetkanın içərisində tütün olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs içərisində narkotik tərkibli çətənə bitkilərinin toxumlarına bənzər kütlələr olan 2 ədəd ağ rəngli kağız bükümün kimə aid olduğunu soruşduqda sonuncu həmin kütlələrin özünə aid olduğunu bildirmişdir. Daha sonra aşkar olunmuş 1 ədəd pipetka və 2 ədəd kağız büküm müstəntiq tərəfindən 1 ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. Qablaşdırılmanın üzəri 71 nömrəli möhürlə möhürləndikdən sonra üzəri Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra evin həyətyanı sahəsində baxış davam etdirilmişdir. Baxış zamanı evin həyətyanı sahəsində əlavə qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra baxış Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evində aparılmışdır. Baxış əvvəlcə evin giriş qapısından girişdən sağda yerləşən yataq otağında aparılsa da, orada qanunla qadağan edilmiş əşya və ya predmetlər aşkar olunmamışdır. Daha sonra baxış evin giriş qapısı ilə üzbəüz yerləşən yataq otağında davam etdirilmişdir. Baxış zamanı həmin otaqda olan çarpayının üzərindəki döşəyin altından 2 ədəd göy rəngli sellofanlara bükülmüş bükümlər aşkar edilmişdir. Həmin büküm açılaraq baxıldıqda içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlələr aşkar olunaraq götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlələrin ona məxsus olmadığını və həmin çarpayının altında olmasından xəbəri olmadığını bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs həmin çarpayının ona məxsus olmadığını və həmin çarpayıda anasının yatdığını bildirmişdir. Bundan sonra həmin bükümlər müstəntiq tərəfindən 1 ədəd ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. Lakin, Təqsirləndirilən şəxs yenidən həmin bükümlərin ona məxsus olmadığını bildirib zərfin üzərində imza çəkməkdən imtina etmişdir. Digər baxış iştirakçıları zərfin üzərinə imza etdikdən sonra həmin zərfin üzəri 71 nömrəli möhürlə möhürlənib müstəntiq tərəfindən götürülmüşdür. Daha sonra həmin otaqda baxış davam etdirilsə də, əlavə qanunla qadağan edilmiş əşya və ya predmetlər aşkar edilməmişdir. Baxış keçirilməsi prosesi onun tərəfindən “Panasonic” markalı kamera ilə qeydə alınmışdır. Baxış zamanı iştirakçılar tərəfindən ərizə, şikayət və təklif daxil olmamışdır. Baxış bitdikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilməsi üçün Ucar RPŞ-nə dəvət olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ izah olunaraq axtarış zamanı Müdafiəçi iştirakının təmin edilməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə keçiriləcək şəxsi axtarış zamanı Müdafiəçi iştirak etməsini istədiyini bildirmiş, bundan sonra şəxsi axtarışın keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan edilmiş predmeti təqdim etməsi təklif olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs qanunla qadağan olunmuş əşya və ya predmetlər aşkar olunmamışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş 1 ədəd “Nokia” markalı mobil telefon 1 ədəd ağ rəngli zərfə yerləşdirilməklə götürülmüş, zərfin üzəri Ucar RPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhüründən istifadə olunmaqla möhürlənmişdir. O, Təqsirləndirilən şəxs və bütün digər iştirakçılar zərfin üzərində imza etmişlər. Daha sonra müdafiəçi Təqsirləndirilən şəxs polis şöbəsində olarkən ona təzyiq göstərilib-göstərilmədiyini soruşmuş və Təqsirləndirilən şəxs ona heç bir təzyiq göstərilmədiyini, narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Şəxsi axtarış Ucar RPŞ-nin Növbətçi Hissəsinin məsul növbətçisi köməkçisi X5 tərəfindən “Panasonic” markalı kamera ilə videoçəkilişdən istifadə olunmuşdur. Şəxsi axtarış və baxış zamanı iştirakçılar tərəfindən ərizə, şikayət və təklif daxil olmamışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin İ cild 46-49-cu vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Şəki regional bölməsinin 25 aprel 2024-cü il tarixli, 3-16-16-2-17/393 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində olan hamamdan aşkar edilmiş kütlələr.” yazısı və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki: - 02 (iki) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 0,002 qram və 0,017 qram ümumi çəkiləri - 0,019 qram olan 02 (iki) ədəd bitki toxumları əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Çətənə (kannabis) bitkisinin toxumları narkotik vasitələrə aid deyil. 01 (bir) ədəd borucuqda cüzi miqdarda metamfetamin hissəcikləri vardır. Tədqiqata təqdim olunmuş, üzərində “Bəxtiyar Məmmədovun yaşadığı fərdi yaşayış evinin yataq otağında yerləşən yatağın altından aşkar edilmiş kütlələr.” Yazısı və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 02 (iki) ədəd kağız bükümlərdə, ayrıayrılıqda təmiz çəkiləri - 0,121 qram və 0,120 qram, ümumi çəkiləri - 0,241 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədqiqata təqdim olunmuş 02 (iki) ədəd kağız bükümlərdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Təqdim olunmuş 01 (bir) ədəd borucuqda olan metamfetamin hissəcikləri cüzi miqdarda olduğundan (normal çəki təşkil etmədiyindən) təmiz çəkisini müəyyən etmək və təqdim olunmuş metamfetaminlərlə müqayisəli tədqiqatını (eynilik) aparmaq mümkün olmadı. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir (l siyahı). Tədqiqata 0,040 qram sərf olunduqdan sonra 0,201 qram qalıq çəki qalmışdır. Cinayət işinin 47-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Şəki regional bölməsinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri 103,65 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 149-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən 22 iyul 2024cü tarixdə verilmiş 1270 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir, psixotrop maddə olan metamfetamin sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 1-ci vərəqəsində olan cinayət işi başlamaq və icraata qəbul etmək haqqında 25 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 12-13 və 31-32-ci vərəqələrində olan 24 aprel 2024-cü il tarixli baxış keçirilməsi və götürmə haqqında və şəxsi axtarış və götürmə haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yerləşən hamamdan asılı vəziyyətdə olan qara rəngli cins şalvarının sağ yan cibindən şpris kağızları, hamamda olan kərpiclərin arasından qurudulmuş marixuananın hissəciklərinə bənzər kütlə olan 1 ədəd pipetka, daha sonra içərisində narkotik tərkibli çətənə bitkilərinin toxumlarına bənzər kütlələr olan 2 ədəd ağ rəngli kağız bükümlər aşkar edilərək götürülmüşdür. Eyni zamanda, həmin evin yataq otağından çarpayının üzərindəki yataq dəstinin altından 02 ədəd göy rəngli sellofanlara bükülmüş bükümlər aşkar edildikdən sonra həmin bükümlər açılaraq içərisinə baxılmışdır. Həmin bükümlərin içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlələr aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı evə keçirilmiş axtarış və üzərinə keçirilmiş şəxsi axtarış hərəkətləri “Panasonic” markalı aparat vasitəsilə videoçəkiliş edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 91-92-ci və 151-161-ci vərəqələrində olan Ucar RPŞ-nin İB-nin müstəntiqinin müvafiq olaraq 26 aprel 2024 və 23 iyul 2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında, eləcə də sübutların qiymətləndirilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir. X1 əməlində Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında yerləşən çarpayının altından 02 ədəd bükümdə aşkar olunmuş 0,241 qram çəkidə psixotrop maddə metamfetamin iş üzrə maddi sübut hesab edilmiş, eyni zamanda götürülmüş psixotrop maddə metamfetaminin 0,040 qramının tədqiqata sərf edilməsi nəzərə alınaraq qalan 0,201 qram qalıq çəkidə psixotrop maddə metamfetamin 02 ədəd çətənə bitkisi toxumları və 01 ədəd içərisində metamfetamin hissəcikləri olan borucuq ilə birlikdə cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Ucar RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərində 24 aprel 2024-cü il tarixdə keçirilmiş şəxsi axtarışın görüntülərinin yaddaşına köçürüldüyü 2 (iki) ədəd disk də cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin işinin 108-109-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 24 may 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Ucar Rayon Məhkəməsinin 14 may 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hal-hazırda məhkumluğu ödənilmiş və məhkumluğu olmayan şəxs sayılır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 15-ci və 30-cu vərəqələrində olan 24 aprel 2024-cü il tarixli şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:49-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 84-85-ci vərəqələrində olan 26 aprel 2024-cü il tarixli təqsirləndirilən şəxsin azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:00-da Ucar RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 147-148-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, Ucar rayonu, Qarabörk kəndində yaşayan Təqsirləndirilən şəxs barəsində Ucar Rayon İcra Hakimiyyətinin Başçısının Qarabörk kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir yazılı və ya şifahi ərizə-şikayət daxil olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib, saxlama cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyi, təqsirləndirilən şəxsin özünün, şahidin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.1-ci maddəsi ilə razılaşır və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun təqsirini etiraf edərək törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan marixuananı qanunsuz olaraq əldə edib saxlamasını, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə, cəzasını ağırlaşdıran halın mövcud olmamasını və yüngülləşdirici halların olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 24 aprel 2024-cü il tarixdən 26 aprel 2024-cü il tarixə kimi həbsdə saxlanıldığı cəmi 2 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli 02 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan və Ucar RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 0,201 qram qalıq çəkidə psixotrop maddə metamfetamin 02 ədəd çətənə bitkisi toxumları və 01 ədəd içərisində metamfetaminin hissəcikləri olan borucuq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübut, 24 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə keçirilmiş şəxsi axtarış və baxışın görüntülərinin yaddaşına köçürüldüyü 2 (iki) ədəd disk cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 103,65 (bir yüz üç manat altmış beş qəpik) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 02 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Ucar RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 0,201 qram qalıq çəkidə psixotrop maddə metamfetamin 02 ədəd çətənə bitkisi toxumları və 01 ədəd içərisində metamfetaminin hissəcikləri olan borucuq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut, 24 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə keçirilmiş şəxsi axtarış və baxışın görüntülərinin yaddaşına köçürüldüyü 2 (iki) ədəd disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan cəmi 103,65 (bir yüz üç manat altmış beş qəpik) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar