Məhkəmə qərarları › İş №1(063)-57/2025

Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-57/2025

15.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-57/2025 15.10.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1985-ci ildə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Ucar şəhəri, Beton zavodu yaşayış evində qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə etdiyi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Rrespublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ siyahısı ilə müəyyən edilmiş xeyli miqdarda, yəni 0,304 qram tərkibində kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini satış məqsədi ilə qanunsuz əldə edərək idarə etdiyi “Chevrolet” markalı, **- YT-*** dövlət qeydiyyat nişanlı avtomobildə daşıyaraq saxlamış, 07 may 2025-ci il tarixdə, saat 19 radələrində Ucar rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar keçirilmiş əməliyyat tədbirləri nəticəsində Ucar şəhəri, X12 küçəsində idarə etdiyi avtomobillə saxlanılıb üstü yoxlanılarkən və avtomobilinə baxış keçirilərkən avtomobilin salonunda olan özünə məxsus pul kisəsinin içərisindən 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi-0,147 qram və avtomobilin sağ ön oturacığın arxasında yerləşən cibindən 1 ədəd qızılı-ağ rəngli kağız bükümdə təmiz çəkisi- 0,157 qram olmaqla, ümumilikdə 0,304 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülmüşdür. Buna görə də, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, əvvəllər narkotik vasitə olan qurudulmuş marixuanadan, sonradan isə psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. Turulmamışdan təxminən 1 ay əvvəl Ucar şəhərində olan zaman gecə vaxtı dəqiq xatırlamadığı ərazidə, yerdə olan bükülü diqqətini cəlb etmişdir. O, həmin bükülünü açdıqda içərisində psixotrop maddə olan metamfetaminin olduğunu müəyyən etmişdir. Psixotrop maddə olan metamfetamindən istifadə etdiyi üçün həmin bükülüdə olan metamfetamin istifadə etmək məqsədi ilə özü ilə götürmüş və yaşadığı ünvana gələrək ayrı-ayrı iki ədəd bükülü halına salmışdır. Daha sonra isə həmin bükülülərdən birini özünə məxsus olan pul kisəsinin içərisinə qoymuş, digərini isə dəmir qabın içərisinə yerləşdirib idarə etdiyi avtomobilin ön oturacağın arxasında yerləşən cib hissəsinə qoymuşdur. 07 may 2025-ci il tarixdə, saat 19 radələrində Ucar şəhəri, M.Ə.Rəsulzadə küçəsində polis əməkdaşları idarə etdiyi avtomobilin yaxınlığında olan zaman ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində, idarə etdiyi “Chevrolet” markalı, **-YT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində, üzərində, həmçinin yaşadığı evdə külli miqdarda narkotik maddə və qanunsuz odlu silah saxlamağında şübhəli olduğunu bildirərək, üzərinə, idarə etdiyi avtomobilə və yaşadığı ünvana baxış keçirəcəklərini qeyd etmişlər. Baxışa başlamamışdan əvvəl ona hüquq və vəzifələri izah olunmaqla bununla bağlı bildiriş təqdim olunmuş və həmin bildiriş tərəfindən imzalanmaqla götürülmüşdür. Polis əməkdaşı ondan üzərində və yaşadığı ünvanda qanunla qadağan olunmuş əşya və predmet saxlayıb-saxlamadığını soruşmuş və o, saxlamadığını qeyd etmişdir. Daha sonra üzərinə baxış keçirilmişdir. Baxış zamanı əynində olan qara rəngli cins şalvarın sol cibindən sürücülük vəsiqəsi, alışqan, idarə etdiyi avtomobilin açarı və 1 list üzərində “deksametazon” sözləri yazılan həb aşkar edilmişdir. Əynində olan qara rəngli cins şalvarın sağ cibindən 2 list üzərində “deksametazon” sözləri yazılan həb, arxa sağ cibindən isə ona məxsus olan “Realme” markalı mobil telefon aşkar edilmişdir. Şifahi sorğu zamanı həmin həblərin allergiya dərmanı olduğunu bildirmişdir. Daha sonra sürücülük vəsiqəsi, alışqan, idarə etdiyi avtomobilin açarı ona geri qaytarılmışdır. Lakin üzərindən aşkar edilmiş ümumilikdə 3 list həb zərfin içərisinə yerləşdirilmiş və zərfin üzəri yazılmış, o və bütün digər iştirakçılar ardıcıllıqla imza etdikdən sonra zərfin üzəri möhürlənmişdir. Daha sonra ona məxsus olan “Realme” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən zərfin içərisinə yerləşdirilmiş və zərfin üzəri yazılmış, o və bütün digər iştirakçılar ardıcıllıqla zərfin üzərinə imza etdikdən sonra zərfin üzəri möhürlənmişdir. Daha sonra idarə etdiyi “Chevrolet” markalı, **-YT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilmişdir. Avtomobilə baxış zamanı ona məxsus olan pul kisəsinin içərisindən 1 ədəd gümüşü rəngli üzərində psixotrop maddənin qalıqları olan falqa, içərisi boş olan 2 ədəd gümüşü rəngli falqa və 1 ədəd gümüşü-ağ rəngli kağız bükülü aşkar edilmişdir. Şifahi sorğu zamanı o, həmin bükülünün içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Daha sonra həmin bükülü elektron tərəzinin üzərinə qoyulmuş və çəkisinin 0,23 qram olması müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş bükülü və 3 ədəd falqa zərfin içərisinə yerləşdirilmiş və zərfin üzəri yazılmış, o və bütün digər iştirakçılar ardıcıllıqla zərfin üzərinə imza etdikdən sonra zərfin üzəri möhürlənmişdir. Bundan sonra yenidən idarə etdiyi avtomobilə baxış keçirilmiş və baxış zamanı sağ ön oturacağın arxasında yerləşən cibdə olan dəmir qabın içərisindən 1 ədəd qızılı-ağ rəngli kağız bükülü aşkar edilmişdir. Şifahi sorğu zamanı o, həmin bükülünün içərisində psixotrop maddə olan metamfetamin olduğunu, istifadə etmək məqsədi ilə götürdüyünü bildirmişdir. Daha sonra həmin bükülü elektron tərəzinin üzərinə qoyulmuş və çəkisinin 0,38 qram olması müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş bükülü zərfin içərisinə yerləşdirilmiş və zərfin üzəri yazılmış, o və bütün digər iştirakçılar ardıcıllıqla zərfin üzərinə imza etdikdən sonra zərfin üzəri möhürlənmişdir. Həmçinin, baxış zamanı avtomobildə özünə məxsus olan “Samsung”, “Honor”, “Vertu” və “İnfinx” markalı mobil telefonlar iş üçün əhəmiyyət kəsb etdiyindən zərfin içərisinə yerləşdirilmiş və zərfin üzəri yazılmış, o və bütün digər iştirakçılar ardıcıllıqla zərfin üzərinə imza etdikdən sonra zərfin üzəri möhürlənmişdir. Daha sonra polis əməkdaşları tərəfindən yaşadığı ünvana baxış keçirilməyə başlanmışdır. Baxış zamanı yaşadığı ünvanda, yataq otağından 2 ədəd bıçaq aşkar edilmişdir. Şifahi sorğu zamanı o, həmin bıçaqların özünə məxsus olduğunu bildirmişdir. Həmin iki bıçaq zərfin içərisinə yerləşdirilmiş və zərfin üzəri yazılmış, o və bütün digər iştirakçılar ardıcıllıqla zərfin üzərinə imza etdikdən sonra zərfin üzəri möhürlənmişdir. Bundan sonra yenidən yaşadığı ünvana baxış keçirilsə də, qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Bundan sonra onu Ucar Rayon Polis Şöbəsinə gətirmişlər. Ucar Rayon Polis Şöbəsinin növbətçi hissəsində onun və polis əməkdaşlarının iştirakı ilə üzərindən, idarə etdiyi avtomobildən və yaşadığı ünvandan aşkar edilərək qablaşdırılmış zərflərə müstəntiq tərəfindən baxış keçirilmişdir. Baxışa başlamamışdan əvvəl müstəntiq tərəfindən bir daha hüquq və vəzifələri izah olunmaqla bununla bağlı bildiriş təqdim olunmuş və həmin bildiriş tərəfindən imzalanmaqla götürülmüşdür. Həmin kütlələrə baxış keçirilməsi ilə bağlı kiminsə etirazının olub-olmaması barədə sual verildikdə o və digər iştirakçılar etirazlarının olmadığını bildirmişlər. Daha sonra üzərindən aşkar edilmiş 3 list həbə baxış keçirilməsinə başlanılmışdır. Üzərindən aşkar edilmiş 3 list həbin qablaşdırıldığı 1 ədəd ağ rəngli zərf müstəntiq tərəfindən açılaraq içərisində olan 03 list, ümumi sayı 30 ədəd olan həbə baxış keçirilmişdir. Şifahi sorğu zamanı o, həmin həblərin allergiya dərmanı olmaqla özünə məxsus olduğunu bildirmişdir. Əvvəlki zərfin tamlığı pozulmadığından həmin 3 list həb yenidən eyni zərfin içərisinə yerləşdirilmiş və zərfin ağzı bağlanmaqla üzəri möhürlənərək müstəntiq tərəfindən götürülmüşdür. Daha sonra ona məxsus pul kisəsinin içərisindən 1 ədəd gümüşü-ağ rəngli kağız bükülüdə aşkar edilmiş kütləyə baxış keçirilmişdir. Ona məxsus pul kisəsinin içərisindən aşkar edilmiş kütlənin qablaşdırıldığı 1 ədəd ağ rəngli zərf müstəntiq tərəfindən açılaraq içərisində olan 1 ədəd gümüşü rəngli olan falqa bükülüdə içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə, 1 ədəd gümüşü rəngli üzərində psixotrop maddənin qalıqları olan falqa və içərisi boş olan 2 ədəd gümüşü rəngli falqaya baxış keçirilmişdir. Şifahi sorğu zamanı o, aşkar edilmiş kütlənin özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra aşkar edilmiş kütlə elektron tərəzinin üzərinə qoyulmuş və çəkisinin 0,23 qram olması müəyyən edilmişdir. Əvvəlki zərfin tamlığı pozulmadığından həmin 3 ədəd falqa və 1 ədəd bükülü yenidən eyni zərfin içərisinə yerləşdirilmiş və zərfin ağzı bağlanmaqla üzəri möhürlənərək müstəntiq tərəfindən götürülmüşdür. Daha sonra onun idarə etdiyi “Chevrolet” markalı, **-YT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ ön oturacağın arxasında yerləşən cibdən aşkar edilən 1 ədəd dəmir qutunun içərisindəki kütləyə baxış keçirilmişdir. Onun idarə etdiyi “Chevrolet” markalı **-YT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ ön oturacağın arxasında yerləşən cibdən aşkar edilən 1 ədəd dəmir qutunun içərisindəki kütlənin qablaşdırıldığı 1 ədəd ağ rəngli zərf müstəntiq tərəfindən açılaraq içərisində olan 1 ədəd qızılı-ağ rəngli kağız bükülüdə olan psixotrop maddəyə bənzər kütləyə baxış keçirilmişdir. Şifahi sorğu zamanı o, aşkar edilmiş kütlənin özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra aşkar edilmiş kütlə elektron tərəzinin üzərinə qoyulmuş və çəkisinin 0,37 qram olması müəyyən edilmişdir. Əvvəlki zərfin tamlığı pozulmadığından həmin 1 ədəd bükülü yenidən eyni zərfin içərisinə yerləşdirilmiş və zərfin ağzı bağlanmaqla üzəri möhürlənərək müstəntiq tərəfindən götürülmüşdür. Daha sonra onun yaşadığı ünvanda yataq otağından aşkar edilmiş 2 ədəd bıçağa baxış keçirilmişdir. Onun yaşadığı ünvanda yataq otağından aşkar edilmiş 2 ədəd bıçağın qablaşdırıldığı 1 ədəd ağ rəngli zərf müstəntiq tərəfindən açılaraq içərisində olan 2 ədəd bıçağa baxış keçirilmişdir. Şifahi sorğu zamanı o, həmin bıçaqlardan soyuq silah kimi istifadə etmədiyini bildirmişdir. Əvvəlki zərfin tamlığı pozulmadığından həmin 2 ədəd bıçaq yenidən eyni zərfin içərisinə yerləşdirilmiş və zərfin ağzı bağlanmaqla üzəri möhürlənərək müstəntiq tərəfindən götürülmüşdür. Daha sonra onun üzərindən aşkar edilmiş “Realme” markalı mobil telefona baxış keçirilmişdir. Onun üzərindən aşkar edilmiş “Realme” markalı mobil telefonun qablaşdırıldığı 1 ədəd ağ rəngli zərf müstəntiq tərəfindən açılaraq içərisində olan 1 ədəd mobil telefona baxış keçirilmişdir. Şifahi sorğu zamanı o, həmin mobil telefonun özünə məxsus olduğunu bildirmişdir. Həmin mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən yenidən eyni zərfin içərisinə yerləşdirilmiş və zərfin ağzı bağlanmaqla üzəri möhürlənərək müstəntiq tərəfindən götürülmüşdür. Daha sonra onun idarə etdiyi “Chevrolet” markalı **-YT-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş “Samsung”, “Honor”, “Vertu” və “İnfinx” markalı mobil telefonlara baxış keçirilmişdir. Onun idarə etdiyi “Chevrolet” markalı **-YT-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş “Samsung”, “Honor”, “Vertu” və “İnfinx” markalı mobil telefonların qablaşdırıldığı 1 ədəd ağ rəngli zərf müstəntiq tərəfindən açılaraq içərisində olan 4 ədəd mobil telefona baxış keçirilmişdir. Şifahi sorğu zamanı o, həmin mobil telefonların da özünə məxsus olduğunu bildirmişdir. Həmin mobil telefonlar iş üçün əhəmiyyət kəsb etdiyindən yenidən eyni zərfin içərisinə yerləşdirilmiş və zərfin ağzı bağlanmaqla üzəri möhürlənərək müstəntiq tərəfindən götürülmüşdür. Bundan sonra müstəntiq baxışda iştirak edən şəxslərdən hər hansı bir sualın, etirazın olub-olmadığını soruşmuşdur. Onlar da sual və etirazlarının olmadığını bildirmişlər. Müstəntiq ona polis əməkdaşları tərəfindən hər hansı bir təzyiqə məruz qalıb-qalmadığını soruşduqda o, “yox” deyə cavab vermişdir. Bundan sonra baxışın keçirilməsi yekunlaşdırılmışdır. Onun heç bir ruhi-əsəb və psixi xəstəliyi olmamış, yaşadığı ünvanda qanunsuz odlu silah saxlamamışdır. O, heç kimə narkotik vasitə satmamış, əvəzli olaraq verməmiş və satmaq niyyəti olmamışdır. Şahid6 psixotrop maddə olan metamfetamini dostu olduğu üçün əvəzsiz olaraq verməmişdir, həmin vaxtı Şahid6 Bakı şəhərinə getdiyi üçün onun kartına 18 manat borcunu göndərəcəyini bildirmişdir, lakin göndərib-göndərmədiyini bilmir. Təqsirləndirilən şəxs son sözündə əməlini etiraf edərək elan edilmiş ittiham üzrə özünü təqsirli bilməsini və peşiman olmasını nəzərə alıb barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cəzanın ən aşağı həddində cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli onun özünün ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspert rəyləri, eləcə də iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və aralarında heç bir münasibət olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, idarə etdiyi “Chevrolet” markalı, **-YT-*** dövlət qeydiyyat nişanlı avtomobildə, yaşadığı evdə külli miqdarda narkotik maddə, həmçinin qanunsuz odlu silah saxlaması barədə Ucar Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair tərəfindən müvafiq qərar tərtib olunmuş və rayon polis şöbəsinin rəisinin imzası ilə qərar təsdiq edilmişdir. Ucar Rayon Polis Şöbəsinin rəisinin əmrinə əsasən Ucar Rayon Polis Şöbəsinin NMQ-nin baş əməliyyat müvəkkili Şahid2, Ucar Rayon Polis Şöbəsinin NMQ-nin əməliyyat müvəkkili Şahid3, Ucar Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili Şahid4, Ucar Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri Şahid5 və onun iştirakı ilə əməliyyat-istintaq qrupu yaradılmışdır. 07 may 2025-ci il tarixdə, saat 19:20 radələrində Təqsirləndirilən şəxs Ucar şəhəri, M.Ə.Rəsulzadə küçəsində “Köhnə bazar” adlanan yerdə idarə etdiyi “Chevrolet” markalı, **-YT-*** dövlət qeydiyyat nişanlı avtomobildən yerə düşdüyünü görmüşlər və avtomobilin yaxınlığında saxlamışlar. 07 may 2025-ci il tarixdə, saat 19:25-də isə Təqsirləndirilən şəxs üstünə və idarə etdiyi nəqliyyat vasitəsinə videoçəkiliş vasitəsilə baxış keçirilmişdir. Həmin vaxt videoçəkilişi Şahid4 həyata keçirmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquq, vəzifələri və müdafiə hüquqları izah olunmaqla ona bu barədə müvafiq bildiriş təqdim olunmuşdur. Üstü yoxlanılmağa başlamamışdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş predmetin olub-olmamasını soruşduqda sonuncu qanunla qadağan olunmuş predmetin olmadığını bildirmişdir. Daha sonra Şahid3 tərəfindən Təqsirləndirilən şəxs üstü yoxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol ön cibindən sürücülük vəsiqəsi, alışqan, idarə etdiyi avtomobilin açarı və 1 list üzərində “deksametazon” sözləri yazılan həb, sağ ön cibindən 2 list üzərində “deksametazon” sözləri yazılan həb, arxa sağ cibindən isə ona məxsus olan “Realme” markalı mobil telefon aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin həblərin allergiya dərmanı olduğunu bildirmişdir. Daha sonra iş üçün əhəmiyyət kəsb etmədiyindən sürücülük vəsiqəsi, alışqan, avtomobilin açarı Təqsirləndirilən şəxs geri qaytarılmışdır. “Realme” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən zərfin üzəri yazıldıqdan və bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra həmin zərfin içərisinə qoyulmuş və daha sonra ağzı bağlanılmaqla üzəri möhürlənməklə götürülmüşdür. Bundan sonra 3 list, ümumilikdə 30 ədəd həb də iş üçün əhəmiyyət kəsb etdiyindən zərfin üzəri yazıldıqdan və bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra həmin zərfin içərisinə qoyulmuş və daha sonra ağzı bağlanılmaqla üzəri möhürlənməklə götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilmişdir. Avtomobilə baxış zamanı sürətlər qutusunun yanındakı qoltuq altından “Samsung”, “Honor”, “Vertu” və “İnfinx” markalı mobil telefonlar və Təqsirləndirilən şəxs məxsus olan pul kisəsinin içərisindən 1 ədəd gümüşü rəngli, üzərində psixotrop maddənin qalıqları olan falqa, içərisi boş olan 2 ədəd gümüşü rəngli falqa və 1 ədəd gümüşü-ağ rəngli kağız bükülü aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülünün içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs həmin mobil telefonların da özünə məxsus olduğunu bildirmişdir. Daha sonra həmin bükülü elektron tərəzinin üzərinə qoyulmuş və çəkisinin 0,23 qram olması müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş bükülü və 3 ədəd falqa zərfin üzəri yazıldıqdan və bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra həmin zərfin içərisinə qoyulmuş və daha sonra ağzı bağlanılmaqla üzəri möhürlənməklə götürülmüşdür. Daha sonra isə “Samsung”, “Honor”, “Vertu” və “İnfinx” markalı mobil telefonlar iş üçün əhəmiyyət kəsb etdiyindən zərfin üzəri yazıldıqdan və bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra həmin zərfin içərisinə qoyulmuş və ağzı bağlanılmaqla üzəri möhürlənməklə götürülmüşdür. Bundan sonra yenidən avtomobilə baxış keçirilmiş və baxış zamanı sağ ön oturacağın arxasında yerləşən cibdə olan dəmir qabın içərisindən 1 ədəd qızılı-ağ rəngli kağız bükülü aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülünün içərisində psixotrop maddə olan metamfetamin olduğunu, istifadə etmək məqsədi ilə götürdüyünü bildirmişdir. Daha sonra həmin bükülü elektron tərəzinin üzərinə qoyulmuş və çəkisinin 0,38 qram olması müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş bükülü zərfin üzəri yazıldıqdan və bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra həmin zərfin içərisinə qoyulmuş və daha sonra ağzı bağlanılmaqla üzəri möhürlənməklə götürülmüşdür. Avtomobilə keçirilmiş baxış zamanı başqa qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Daha sonra kiminsə şikayəti və etirazının olub-olmadığı soruşulmuş və heç kimin şikayəti və etirazı olmadığı üçün çəkiliş 07 may 2025-ci il tarixdə, saat 20:24 radələrində başa çatmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmişdir. Həmin vaxt Şahid5 xidməti zərurət ilə bağlı evə baxışda iştirak etməmişdir. Evə daxil olduqdan sonra ilk növbədə sol tərəfdə yerləşən Təqsirləndirilən şəxs qaldığı otağa baxış keçirilmişdir. Otağın sol tərəfində yerləşən çarpayının üzərində olan üzlüyün altından 1 ədəd bıçaq və həmin çarpayının yuxarısında olan divarda yerləşən hissədən 1 ədəd bıçaq aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bıçaqların özünə aid olduğunu bildirmişdir. Daha sonra evə baxış keçirilsə də başqa qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Aşkar edilmiş bıçaqlar isə iş üçün əhəmiyyət kəsb etdiyindən zərfin üzəri yazıldıqdan və bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra həmin zərfin içərisinə qoyulmuş və daha sonra ağzı bağlanılmaqla üzəri möhürlənməklə götürülmüşdür. Daha sonra kiminsə şikayəti və etirazının olub-olmadığı soruşulmuş və heç kimin şikayəti və etirazı olmadığı üçün çəkiliş 07 may 2025-ci il tarixdə, saat 21:00 radələrində başa çatmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Ucar Rayon Polis Şöbəsinə gətirilmiş və Şahid3, videoçəkilişi həyata keçirən növbətçi hissənin məsul növbətçisi X7 və onun iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən, idarə etdiyi “Chevrolet” markalı, **-YT-*** dövlət qeydiyyat nişanlı avtomobildən və yaşadığı evin yataq otağından aşkar edilərək qablaşdırılmış zərflərə Ucar Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi X3 tərəfindən Ucar Rayon Polis Şöbəsinin növbətçi hissəsində baxış keçirilmişdir. Baxışa başlamamışdan əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquq, vəzifələri və müdafiə hüquqları izah olunmuşdur. Bundan sonra baxış keçirilməsinə başlanılmışdır. Daha sonra onlardan baxış keçirilməsi ilə bağlı etirazlarının olub-olmaması soruşulduqda “yox” deyə cavab vermişlər. İlk növbədə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 3 list həbə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 3 list həbin qablaşdırıldığı 1 ədəd ağ rəngli zərf Feyruz Abdullayev tərəfindən açılaraq içərisində olan 3 list, ümumi sayı 30 ədəd olan həbə baxış keçirilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin həblərin allergiya dərmanı olmaqla özünə məxsus olduğunu bildirmişdir. Əvvəlki zərfin tamlığı pozulmadığından həmin 3 list həb yenidən eyni zərfin içərisinə yerləşdirilmiş və zərfin ağzı bağlanmaqla üzəri möhürlənərək Feyruz Abdullayev tərəfindən götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs məxsus pul kisəsinin içərisindən 1 ədəd gümüşü-ağ rəngli kağız bükülüdə aşkar edilmiş psixotrop maddəyə bənzər kütləyə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs məxsus pul kisəsinin içərisindən aşkar edilmiş psixotrop maddəyə bənzər kütlənin qablaşdırıldığı 1 ədəd ağ rəngli zərf Feyruz Abdullayev tərəfindən açılaraq içərisində olan 1 ədəd gümüşü rəngli olan falqaya bükümdə içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütləyə, 1 ədəd gümüşü rəngli üzərində psixotrop maddənin qalıqları olan falqaya və içərisi boş olan 2 ədəd gümüşü rəngli falqaya baxış keçirilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş kütlənin özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra aşkar edilmiş kütlə elektron tərəzinin üzərinə qoyulmuş və çəkisinin 0,23 qram olması müəyyən edilmişdir. Əvvəlki zərfin tamlığı pozulmadığından həmin 3 ədəd falqa və 1 ədəd bükülü yenidən eyni zərfin içərisinə yerləşdirilmiş və zərfin ağzı bağlanmaqla üzəri möhürlənərək Feyruz Abdullayev tərəfindən götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet” markalı, **-YT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ ön oturacağın arxasında yerləşən cibdən aşkar edilən 1 ədəd dəmir qutunun içərisindəki psixotrop maddəyə bənzər kütləyə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet” markalı, **-YT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ ön oturacağın arxasında yerləşən cibdən aşkar edilən 1 ədəd dəmir qutunun içərisindəki psixotrop maddəyə bənzər kütlənin qablaşdırıldığı 1 ədəd ağ rəngli zərf Feyruz Abdullayev tərəfindən açılaraq içərisində olan 1 ədəd qızılı-ağ rəngli kağız bükülüdə olan psixotrop maddəyə bənzər kütləyə baxış keçirilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş kütlənin özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra aşkar edilmiş kütlə elektron tərəzinin üzərinə qoyulmuş və çəkisinin 0,37 qram olması müəyyən edilmişdir. Əvvəlki zərfin tamlığı pozulmadığından həmin 1 ədəd bükülü yenidən eyni zərfin içərisinə yerləşdirilmiş və zərfin ağzı bağlanmaqla üzəri möhürlənərək Feyruz Abdullayev tərəfindən götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda yataq otağından aşkar edilmiş 2 ədəd bıçağa baxış keçirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvanda yataq otağından aşkar edilmiş 2 ədəd bıçağın qablaşdırıldığı 1 ədəd ağ rəngli zərf Feyruz Abdullayev tərəfindən açılaraq içərisində olan 2 ədəd bıçağa baxış keçirilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bıçaqlardan soyuq silah kimi istifadə etmədiyini bildirmişdir. Əvvəlki zərfin tamlığı pozulmadığından və iş üçün əhəmiyyət kəsb etdiyindən həmin 2 ədəd bıçaq yenidən eyni zərfin içərisinə yerləşdirilmiş və zərfin ağzı bağlanmaqla üzəri möhürlənərək Feyruz Abdullayev tərəfindən götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Realme” markalı mobil telefona baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Realme” markalı mobil telefonun qablaşdırıldığı 1 ədəd ağ rəngli zərf Feyruz Abdullayev tərəfindən açılaraq içərisində olan 1 ədəd mobil telefona baxış keçirilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin mobil telefonun özünə məxsus olduğunu bildirmişdir. Həmin mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən yenidən eyni zərfin içərisinə yerləşdirilmiş və zərfin ağzı bağlanmaqla üzəri möhürlənərək Feyruz Abdullayev tərəfindən götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet” markalı, **-YT-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş “Samsung”, “Honor”, “Vertu” və “İnfinx” markalı mobil telefonlara baxış keçirilmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet” markalı, **-YT-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş “Samsung”, “Honor”, “Vertu” və “İnfinx” markalı mobil telefonların qablaşdırıldığı 1 ədəd ağ rəngli zərf Feyruz Abdullayev tərəfindən açılaraq içərisində olan 4 ədəd mobil telefona baxış keçirilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin mobil telefonların özünə məxsus olduğunu bildirmişdir. Həmin mobil telefonlar da iş üçün əhəmiyyət kəsb etdiyindən yenidən eyni zərfin içərisinə yerləşdirilmiş və zərfin ağzı bağlanmaqla üzəri möhürlənərək Feyruz Abdullayev tərəfindən götürülmüşdür. Bundan sonra Feyruz Abdullayev etiraz, vəsatət, şikayət və tələblərinin olub-olmamasını soruşmuş və onlar da “yox” deyə cavab vermişlər. Daha sonra Feyruz Abdullayev Təqsirləndirilən şəxs ona qarşı hər hansı fiziki və ya psixi zor tətbiq olunub-olunmamasını soruşmuş və Təqsirləndirilən şəxs də “yox” deyə cavab vermişdir. Bununla da Feyruz Abdullayev tərəfindən baxış yekunlaşdırılmış və bu barədə protokol tərtib olunmaqla imzalanmışdır. Həmçinin, Təqsirləndirilən şəxs Ucar şəhər sakini Şahid6 psixotrop maddə olan metamfetamin satması da müəyyən olunmuş və Şahid6 07 may 2025-ci il tarixdə Ucar şəhərində saxlanılaraq izahatının alınmasından ötrü Ucar Rayon Polis Şöbəsinə gətirilərək istintaq bölməsinə təhvil verilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid4 və Şahid5 da şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar ifadə vermişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, əvvəllər tapdıqca psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. Təqsirləndirilən şəxs tanımış, əvvəllər onların sexində işləmişdir. O vaxtdan da Ayazla münasibəti yaranmış, həm də Ayazın metamfetamindən istifadə etdiyini bilmişdir. 07 may 2025-ci il tarixdə, saat 14 radələrində Ayaz onların sexinə gəlmiş və Bakıya gedəcəyini bildirmişdir. Daha sonra həmin gün Ayazdan psixotrop maddəni əldə etmək üçün o, özünün istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə Ayazın istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin “whatsapp” hesabına yazaraq “neçiyə verəcəyini” soruşmuş, Ayaz da ona 30 manata verəcəyini bildirmişdir. Daha sonra “whatsapp” şəbəkəsində Ayaza zəng etmiş və 20 manat göndərə biləcəyini bildirmişdir. Ayaz da onunla razılaşmış və "xxxx" ASC-yə məxsus 4098 5844 9125 4742 nömrəli kart nömrəsi atmışdır. O da təxminən 1-2 saat sonra həmin kart hesabına 18 manat pul göndərmişdir. Həmin gün Ucar şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən dairəvi yolda Ayazla görüşmüş və Ayaz ona 1 büküm psixotrop maddə olan metamfetamin vermiş, o da istifadə etmişdir. Daha sonra o, sexə gedən zaman polis əməkdaşları onu saxlamış və rayon polis şöbəsinə gətirmişlər, o, şöbədə izahat vermişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin 08 may 2025-ci il tarixli, 17/331 nömrəli ekspert rəyindən (materialların məhkəmə ekspertizası) görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi Chevrolet kobalt markalı **-YT-*** dqn-lı avtomobilə baxış zamanı ona məxsus olan pul kisəsinin içərisindən aşkar olunmuş 3 ədəd falqa və 1 ədəd falqaya bükülmüş içərisində kristal formada olan maddə aşkar olunaraq götürülmüşdür.” yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd gümüşü rəngli kağız bükümdə, təmiz çəkisi-0,147 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Chevrolet Cobalt markalı **-YT-*** dqn-lı avtomobilə baxış zamanı ön oturacağın arxasında yerləşən cibdən aşkar olunmuş 1 ədəd büküm aşkar olunmuşdur” yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə, təmiz çəkisi-0,157 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədqiqata təqdim olunmuş metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı"na daxildir (İ siyahı). Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X14 10 may 2025-ci il tarixli, 150 saylı ekspert rəyindən (canlı şəxsin məhkəmə-tibbi ekspertizası) görünür ki, Təqsirləndirilən şəxs bədəninin görünən nahiyələrində xəsarət və ya xəsarət izi aşkar edilmədi. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin 13 may 2025-ci il tarixli, 17/332 nömrəli ekspert rəyindən (məhkəmə-ballistik) görünür ki, tədqiqata təqdim edilən bıçaq bir tərəfi kəsici, ucu deşici xassəyə malik, kustar üsulla hazırlanmış, təsərrüfat-məişət təyinatlı mətbəxt bıçağıdır, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilən bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının 20 may 2025-ci il tarixli, 823 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 iyun 2025-ci il tarixli, 6/1936 nömrəli ekspert rəyindən (materialların məhkəmə ekspertizası) görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan bir ədəd zərfdə üzərlərində “Дексаметазон 0,5 мг” göstəriciləri olan 3 ədəd blisterdə 30 ədəd ağ rəngli dairəvi formalı tabletlərin (hər blisterdə 10 ədəd tablet olmaqla) tərkiblərində narkotik, psixotrop, güclü təsir edən və zəhərli maddələr aşkar edilmədi. Təqdim edilmiş tabletlər xarici əlamətlərinə (rənginə, formasına, üzərilərindəki göstəricilərinə və.s) və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Cinayət işində olan ”Ucar Rayon Mərkəzi Xəstəxanası” X15 19 may 2025-ci il tarixli, 18-1-77/2-640/2025 nömrəli məktubundan görünür ki, xx xxxx 1985-ci ildə Ucar rayonunda anadan olmuş, Ucar şəhəri, Beton Zavod yaşayış evindən qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Ucar Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. Cinayət işində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 17 iyun 2025-ci il tarixli, 3-17-4/2-15340/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “əlillik” altsistemində göndəriş və ya məlumat aşkarlanmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirildiyi üçün o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Cinayət işində olan elektron məhkəmə informasiya sistemindən çıxarışdan (şəxsin fərdi məlumatlarından) görünür ki, Təqsirləndirilən şəxs himayəsində 27 avqust 2009-cu ildə doğulmuş X2 və 10 noyabr 2011-ci ildə doğulmuş X5 adlı iki uşağı vardır. Cinayət işində olan Ucar rayon mənzil istismar təmir istehsalat sahəsinin rəisi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. CM-in 58.3-cü mаddəsində nəzərdə tutulmuşdur ki, cəzа təyin еdilərkən törədilmiş cinаyətin хаrаktеri və ictimаi təhlükəlilik dərəcəsi, təqsirkаrın şəхsiyyəti, о cümlədən cəzаnı yüngülləşdirən və аğırlаşdırаn hаllаr, hаbеlə təyin оlunmuş cəzаnın şəхsin islаh оlunmаsınа və оnun аiləsinin həyаt şərаitinə təsiri nəzərə аlınır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, təqsirini etiraf etməsini və törətdiyi əmələ görə səmimi peşmançılıq çəkməsini CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun həyat şəraitinə təsirini nəzərə alaraq cəmiyyətdən təcrid edilmədən islah edilməsinin mümkün olmaması qənaətinə gəlməklə, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan maddənin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğundur. CM-in 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniya üzrə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin еdilir. Hazırkı cinayət işi üzrə müvafiq ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə, CPM-in 346.1.19-cu maddəсinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq qalmış, 0,204 qram çəkidə psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut olan 3 ədəd disk və “whatsapp” şəbəkəsində olan yazışmaların əks olunduğu 3 ədəd vərəq cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 180 (bir yüz səksən) manat 70 (yetmiş) qəpik məbləğində məhkəmə məsrəfləri (ekspertiza xərcləri) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, CPM-in 346.1.22-ci maddəsinin tələblərinə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni 07 may 2025-ci il tarixdən hesab edilməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 330 (üç yüz otuz) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni 07 may 2025-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq qalmış, 0,204 qram çəkidə psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 3 ədəd disk və “whatsapp” şəbəkəsində olan yazışmaların əks olunduğu 3 ədəd vərəq cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 180 (bir yüz səksən) manat 70 (yetmiş) qəpik məbləğində məhkəmə məsrəfləri (ekspertiza xərcləri) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 330 (üç yüz otuz) manat məbləğində pul ödənilsin. Hökmdən hökm elan edildiyi vaxtdan, Təqsirləndirilən şəxs ilə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar