Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-60/2024 27.11.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 1967-ci ildə Ağdaş rayonu, Qəribli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağdaş rayonu, Qəribli kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, o, istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ Siyahısı ilə müəyyən edilmiş xeyli miqdarda, yəni 22,58 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz əldə edərək ayrı-ayrılıqda 4,11 qram, 3,70 qram, 3,54 qram, 3,38 qram, 4,07 qram və 3,78 qram çəkilərdə-6 ədəd kibirit qutularında qablaşdırılmış vəziyyətdə Ağdaş rayonu, Qəribli kəndi ərazisindən sərnişin qismində olduğu Şahid4 idarə etdiyi "VAZ 21099" markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobildə satış məqsədi ilə Ucar şəhəri ərazisinə daşımış, 14 iyun 2024-cü il tarixdə, saat 00 radələrində Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar keçirilmiş əməliyyat tədbirləri nəticəsində Ucar şəhəri, Heydər Əliyev prospektində həmin narkotik vasitələri Şahid4 idarə etdiyi "VAZ 21099" markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobildə daşıyarkən saxlanılıb Ucar Rayon Polis Şöbəsinə gətirilərkən, polis şöbəsinin inzibati binasının həyətində keçirilmiş baxış zamanı həmin avtomobilin salonunda, arxa sağ oturacağın yuxarı hissəsindəki rəfin üzərində bir ədəd sellofanda qablaşdırılmış vəziyyətdə ayrı-ayrılıqda 4,11 qram, 3,70 qram, 3,54 qram, 3,38 qram, 4,07 qram və 3,78 qram çəkilərdə-6 ədəd kibirit qutularında, ümumilikdə 22,58 qram çəkidə olan xeyli miqdarda qanunsuz əldə edərək satış məqsədi ilə daşımaqla saxladığı həmin kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanalar aşkar edilərək götürülmüşdür. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrinin, ekspert rəylərinin, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlərin sübut kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə ittiham verilmiş əməli aşağıdakı səbəblərə görə həmin Məcəllənin 234.1-ci maddəsinə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etmə və saxlamaya tövsif edilməlidir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməmiş, özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilmiş, həmçinin ifadəsində göstərmişdir ki, heç kimə narkotik vasitə satmamış, Şahid4 idarə etdiyi “VAZ 21099” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilində 6 ədəd kibrit qutularında olan narkotik vasitə qurudulmuş marixuanalar özünə məxsus olmuş, lakin onları satış məqsədi ilə daşımamış, onları heç kimə satmaq niyyətində olmamış, özü istifadə etməsi üçün daşımışdır. Uzun müddətdir ki, ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşamış və deportasiya olunduğu üçün ailəsinin yanına, Rusiyaya qayıda bilməmişdir. Ona görə də, Ağdaş rayonu, Qəribli kəndində yaşamış və heç bir yerdə işləməmişdir. Rusiyada yaşayan ailə üzvlərinin göndərdikləri pul hesabına dolanmışdır. Rusiya Federasiyasında yaşadığı dövrdə, 2008-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsı ilə məşğul olduğuna görə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunaraq 2011-ci ildə azadlığa çıxmışdır. 2016-cı ildə Rusiya Federasiyasından deportasiya olunduğu üçün həmin vaxtdan Ağdaş rayonu, Qəribli kəndindəki evində yaşamağa davam etmişdir. Narkotik vasitələrdən istifadə etmiş, marixuananı siqaretə doldurma yolu ilə çəkmiş, lakin heç zaman narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Azərbaycan Respublikasında məhkum olunmamış və heç bir cinayət törətməmişdir. Saxlanıldığı vaxtdan təxminən 20 gün-1 ay əvvəl, xatırlamadığı vaxtda yaşadığı kənddə piyada evə gedərkən yolda 1 ədəd bükülü, sellofan görüb maraqlı gəldiyi üçün həmin bükülü sellofanı qaldırıb baxmış, sellofanı açanda narkotik vasitə istifadəçisi olduğu üçün qoxusundan və görünüşündən içərisindəki kütlənin qurudulmuş marixuana olduğunu görüb həmin sellofanı cibinə qoyaraq aparıb evdə özü istifadə etməsi üçün kibrit qutularına qablaşdırıb saxlamışdır. Həmin marixuanadan onda cəmi 6 ədəd kibrit qutularında qablaşdırılmış vəziyyətdə olmuş, bu barədə heç kimin xəbəri və məlumatı olmamışdır. Göyçay rayon sakini Şahid3la uzun müddət əvvəl məclislərin birində tanış olmuşdur. Söhbət əsnasında bir-birlərinin narkotik vasitə istifadə etmələrini bilmişlər. Söhbət zamanı Şahid3 da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə tutulub azadlığa çıxdığını danışmışdır. Həmin vaxt onlar bir-birlərinin nömrəsini götürmüşlər, lakin heç zaman bir yerdə narkotik vasitə istifadə etməmişlər. İstifadəsində ***-***-**-** mobil nömrə olmuş, başqa nömrəsi olmamış, Müşviqin isə ***-***-**-** nömrəsi olmuşdur. Uzun müddət Müşviqlə ümumiyyətlə əlaqə saxlamamış, son zamanlar isə bir neçə dəfə əlaqə saxlayaraq bir-birilərinin haləhvalını öyrənmişlər. 13 iyun 2024-cü il tarixdə, axşam saatlarında Şahid3 ilə əlaqə saxlayaraq bir-birlərinin hal əhvalını öyrənmişlər. Daha sonra isə yaşadığı Ağdaş rayonu, Qəribli kəndinə kafeyə pivə içməyə getmək istəmiş və kənddə heç kimlə münasibəti olmadığı üçün Müşviqə zəng vurub sonuncunu pivə içməyə qonaq çağırmış, sonuncu da etiraz etməmiş və tanış taksi ilə gələcəyini bildirmişdir. Bir qədər sonra, tək kənd kafesinə gedib Müşviqi gözləmiş, Müşviq tanışının “VAZ 21099 markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qəribli kəndində yerləşən həmin kafeyə gəlmişdir. O, avtomobili idarə edən şəxsi əvvəllər tanımamış, Müşviq həmin şəxsi ona Baba kimi təqdim etmiş, hər yerə sonuncu ilə gedib-gəldiyini söyləmişdir. Onlar əyləşib söhbət edərək pivə içməyə başlamışlar. Şahid4 avtomobili idarə etdiyinə görə pivə içməmiş, hərdən isə öz avtomobilinə tərəf gedib-gəlmişdir. Müşviqlə bir qədər pivə içdikdən sonra, tək qaldığına görə Müşviq Göyçay şəhərinə yaşadığı evə gedib qonaq qalmağını təklif etmişdir. Müşviqə getmək istəmədiyini bildirsə də, sonuncu təkid ilə ona qonağı olmağını, gedib elə Göyçayda yeyib-içməyə davam etmələrini, sonra 1-2 gün qalıb qayıtmağını təklif etmişdir. Bir qədər söhbətdən sonra Müşviqlə razılaşmış və evdə olmayacağına görə yaşadığı evə gedib işıqları keçirməyi fikirləşərək, eyni zamanda evdə olmayacağı müddətdə kiminsə evə keçib həmin marixuanaları aşkar edə biləcəyini zənn etdiyindən, evdə gizlətdiyi cəmi 6 ədəd kibrit qutusunda olan qurudulmuş marixuanaları da özü ilə aparmağa qərarlaşdırmışdır. Müşviqə bu barədə heç nə deməmiş, yalandan evə gedib işıqları keçirib sonra gedə biləcəklərini bildirmişdir. Masa arxasından qalxıb Babanın idarə etdiyi avtomobilə əyləşib yaşadığı evin qarşısına getmişlər. Şahid3la Baba adlı şəxs onu küçədə, avtomobildə gözləmişlər. O isə həyətə daxil olub evə gedib 1 ədəd sellofanda saxladığı 6 ədəd kibrit qutusunda olan “nəşə”ləri götürüb cibinə qoymuş və işıqları keçirərək küçəyə çıxmışdır. Həmin vaxt Müşviq və Baba onun evdən özü ilə narkotik vasitə götürməyini bilməmiş və görməmişlər. Bundan sonra, Babanın idarə etdiyi avtomobildə arxa sağ oturacaqda əyləşərək Müşviq və Baba ilə Göyçaya yola çıxmışlar. Şalvarının cibində olan 6 ədəd kibrit qutusu onu incitdiyi üçün, xəlvətcə həmin kibrit qutularını çıxarıb avtomobilin arxa oturacağının arxa yuxarı hissəsində, sağ tərəfdəki səs gücləndirici kolonkanın olduğu “polkanın”, yəni rəfin üzərinə qoymuşdur. Onlar avtomobil ilə hərəkət edərək Bakı-Qazax avtomobil yoluna çıxmışlar. Ucar şəhəri ərazisindən keçərkən mağazaya su almağa düşəndə yuxulu halda olmuşdur. Həmin vaxt Ucar Rayon Polis Şöbəsinin əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmiş və “nəşə” saxlamaqda şübhəli olduğunu bildirib Babanın idarə etdiyi avtomobili ilə birlikdə Ucar Rayon Polis Şöbəsinin həyətinə gətirmişlər. Onlar avtomobildən düşdükdən sonra Babaya avtomobilin qapılarını bağlamağı və açarını özündə saxlamağı təklif olunmuşdur. Baba da avtomobilin qapılarını bağlayaraq açarını özündə saxlamışdır. Şöbənin həyətində müstəntiq tərəfindən onlara nədə şübhəli olduqlarını bildirərək hüquq və vəzifələri izah edilib vəkillərin siyahısı təqdim olunmuşdur. Həmin zaman Baba və Müşviq “biz heç nə etməmişik ona görə də vəkil istəmirik” demişlər. O, təqdim edilmiş vəkillərin siyahısından Müdafiəçi adlı vəkili seçmişdir. Az sonra vəkil Müdafiəçi onların yanına gəlmişdir. Babanın idarə etdiyi avtomobilin yanında vəkilin iştirakı ilə üzərlərində narkotik və sair qanunsuz nə varsa, təqdim etməyi onlara təklif olunmuşdur. Onlar üzərlərində qanunsuz heç nə olmadığını bildirmişlər. Polis əməkdaşı tərəfindən onların üzərlərinə axtarış keçirilsə də heç birinin üzərindən qanunla qadağan olunmuş heç nə tapılmamışdır. Cibindən özünə məxsus “+1” markalı mobil telefonu aşkar edilərək 1 ədəd kağız zərfdə qablaşdırılaraq götürülmüş, daha sonra avtomobilə baxış keçirilməsinə başlanılmışdır. Belə ki, sürücü Babaya onu tanıyıb-tanımamağı ilə bağlı sorğu edilmiş, sürücü Baba onu tanımadığını bildirdikdən sonra avtomobildə qanunsuz nə isə saxlanılıb-saxlanılmadığı onlardan soruşulmuşdur. Həmin vaxt o, avtomobildə narkotik vasitə gizlətdiyini bildirmişdir. Müstəntiq ondan narkotik vasitəni harada gizlətdiyini və təqdim edə bilib-bilməyəcəyini soruşduqda, o narkotik vasitəni avtomoblin arxa tərəfində gizlətdiyini bildirmişdir. Babaya idarə etdiyi “VAZ 21099” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə etirazının olubolmadığı barədə sual verilmişdir. Baba avtomobilinə baxış keçirilməsinə etiraz etməmişdir. Babaya avtomobilin qapılarını açmağı təklif olunmuşdur. Baba avtomobilin qapılarını açdıqdan sonra müstəntiq ona narkotik vasitəni harada gizlətdiyini göstərməsini təklif etmişdir. O da avtomobilin arxa sağ qapısını açıb arxa oturacağın yuxarı arxa hissəsində olan səsgücləndirici kolonkanın yanına qoyduğu içərisində 6 ədəd kibrit qutusu olan 1 ədəd sellofanı təqdim etmişdir. Həmin sellofan avtomobilin kapotunun üzərinə qoyularaq açılmış və içərisindəki 6 ədəd kibrit qutuları hər biri açılaraq içərilərində olan marixuanalar aşkarlanmışdır. Həmin içərilərində marixuana olan ümumilikdə 6 ədəd kibrit qutuları 1 ədəd kağız zərfdə qablaşdırılmış, zərfin üzərini o və digər iştirakçılar imzalamışlar. Daha sonra “VAZ 21099” markalı, ** DN *** dövlət nömrə nişanlıavtomobilin digər yerlərinə baxış keçirilmişdir. Lakin baxış zamanı avtomobildən narkotik vasitə, eləcə də qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Onlara polis şöbəsinə gətirilərkən qanunsuzluğa məruz qalıb-qalmamaları ilə bağlı sorğu edilmiş, o, Müşviq və Baba heç bir qanunsuzluğa məruz qalmadıqlarını bildirmişlər. Bundan sonra şəxsi axtarış və baxış prosesi yekunlaşdırılmışdır. Onların üzərlərinə şəxsi axtarış və avtomobilə baxış keçirilməsi ilə bağlı protokol tərtib olunaraq ucadan oxunmuş, sonda o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Özünün cəmi 6 ədəd kibirit qutusunda marixuanası olmuş, başqa heç bir yerdə narkotik vasitə saxlamamışdır. Aşkar edilmiş marixuanalardan özü istifadə etməmiş, nə də heç kimə istifadə etmək üçün verməmiş və satmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən, polis şöbəsinə gətirilərkən, üzərinə şəxsi axtarış, avtomobilə baxış keçirilməmişdən əvvəl, eləcə də ilkin izahat verərkən polis əməkdaşları tərəfindən hər hansı qanunsuzluğa məruz qalmamışdır. Məhkəmədən özündə narkotik vasitə saxlamasına görə peşman olmasını və yaşayış yerindən müsbət xarakterizə edilməsini nəzərə alıb ona CM-in 234.1-ci maddəsində nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın ən aşağı həddində cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ağdaş rayonu, Qəribli kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə düşmənçiliyi və ya ədavəti olmamışdır. Təqsirləndirilən şəxs 14 iyun 2024-cü il tarixinə keçən gecə Şahid4 idarə etdiyi “VAZ 21099” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə daşıyaraq Ucar şəhəri, H.Əliyev prospektindən keçəcəyi barədə Ucar Rayon Polis Şöbəsinin PPXB-nin komandiri Şahid2 məlumat daxil olmuşdur. Şöbə rəhbərliyi tərəfindən həmin məlumatın yoxlanılması ona həvalə edildiyinə görə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair razılıq alınmış və bu barədə qərar qəbul olunaraq əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs saxlanılıb polis şöbəsinə gətirilməsi üçün tədbirin keçirilməsi ilə bağlı yaradılmış əməliyyat qrupunun digər üzvləri ilə, yəni Ucar Rayon Polis Şöbəsinin PPXB-nin komandiri Şahid2 və PPXB-nin polis nəfəri X5 ilə birlikdə dərhal polis şöbəsindən çıxaraq “VAZ 21099” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin keçə biləcəyi yeri müşahidəyə götürmüşlər. Az sonra, müşahidə zamanı Bakı-Qazax magistral yolu tərəfdən Ucar şəhəri, H.Əliyev prospektinə həqiqətən “VAZ 21099” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobil dönərək polis şöbəsinin yaxınlığındakı olan mağazanın qarşısında dayanmışdır. Dərhal həmin avtomobilə yaxınlaşıb sürücüsünə və sərnişinlərə özlərini təqdim etmişlər. Avtomobildə sürücüdən başqa sağda qarşıda bir nəfər, arxada sağda isə bir nəfər şəxs olmuş, arxada əyləşmiş şəxs yuxulu vəziyyətdə olmuşdur. Sürücüyə avtomobilində narkotik vasitənin daşınmasından şübhələndiklərini bildirərək sərnişinləri ilə birlikdə polis şöbəsinə getməli olduqlarını bildirmişlər. Sürücü polis şöbəsinə getməsinə etiraz etməmiş və nəzarətləri altında “VAZ 21099” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobillə polis şöbəsinin həyətinə gələrək inzibati binasının qarşısında saxlamışdır. Avtomobilin sürücüsü, qarşıda sağda və arxada sağda əyləşən sərnişinləri avtomobildən yerə düşmüşlər. “VAZ 21099” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün Şahid4, qarşıda sağda oturan sərnişinin Göyçay şəhər sakini Şahid3, arxa sağ tərəfdə oturan şəxsin isə Ağdaş rayonu, Qəribli kənd sakini Təqsirləndirilən şəxs olduğu onlara məlum olmuşdur. Sürücü Şahid4 avtomobilin qapılarını bağlamağı və açarını özündə saxlamağı təklif olunmuşdur. Şahid4 avtomobilinin qapılarını bağlayaraq açarlarını özündə saxlamış, şöbənin həyətində X9 tərəfindən Şahid3 və Təqsirləndirilən şəxs nədə şübhəli olduqları bildirilərək üzərilərinə şəxsi axtarış keçiriləcəyi, Şahid4 idarə etdiyi avtomobilə isə baxış keçiriləcəyi bildirilmişdir. Buna heç kim etiraz etməmişdir. Şahid4 avtomobilə baxış keçirilməsinə etirazının olmaması ilə bağlı ərizə yazmışdır. Eyni zamanda, sonunculara Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəziləri izah edilib vəkillərin siyahısı, eyni zamanda dəvət olunmuş vəkil Müdafiəçi təqdim olunmuşdur. Şahid4 və Şahid3 qanunsuz heç nə etmədiklərini bildirərək vəkildən imtina edib və bu barədə ərizə yazmışlar. Eyni zamanda, Təqsirləndirilən şəxs Müdafiəçi vəkil seçmişdir. Babanın idarə etdiyi avtomobilin yanında vəkilin iştirakı ilə videoçəkilişlə Şahid4, Şahid3 və Təqsirləndirilən şəxs bir daha hüquq, vəzifələri və müdafiə hüquqları izah olunmaqla sonunculara bu barədə müvafiq bildiriş təqdim olunmuş, ardınca üzərilərində narkotik və qanunla qadağan olunmuş digər əşya və predmet vardırsa, təqdim etmələri təklif olunmuşdur. Hər üç şəxs üzərilərində qanunsuz heç nəyin olmadığını bildirmişlər. Şahid4, Şahid3, eləcə də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı narkotik vasitə və yaxud qanunla qadağan olunmuş hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs cibindən “+1” markalı mobil telefon aşkar edilmişdir. Daha sonra sürücü Şahid4 Təqsirləndirilən şəxs tanıyıb-tanımaması ilə bağlı sorğu edilmişdir. Sürücü Şahid4 Habili tanımadığını bildirdikdən sonra avtomobildə qanunsuz nə isə saxlanılıb-saxlanılmadığı sonunculardan soruşulmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs avtomobildə özünə məxsus narkotik vasitə gizlətdiyini bildirmişdir. X9 Təqsirləndirilən şəxs narkotik vasitəni harada gizlətməsini və təqdim edə bilib-bilməyəcəyini soruşduqda, Habil narkotik vasitəni avtomobilin arxa tərəfində gizlətdiyini bildirmişdir. Babaya idarə etdiyi “VAZ 21099” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə etirazının olubolmaması barədə sual verilmiş, Şahid4 avtomobilinə baxış keçirilməsinə etiraz etməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “+1” markalı mobil telefon 1 ədəd kağız zərfdə qablaşdırıldıqdan sonra həmin avtomobilə baxış keçirilməsinə başlanılmışdır. Şahid4 avtomobilin qapılarını açmağı təklif olunmuşdur. Baba avtomobilin qapılarını açdıqda X9 Təqsirləndirilən şəxs narkotik vasitəni harada gizlətdiyini göstərməsini təklif etmişdir. Təqsirləndirilən şəxs da avtomobilin arxa sağ qapısını açıb arxa oturacağın yuxarı arxa hissəsində olan səsgücləndirici kolonkanın yanına qoyduğu içərisində 6 ədəd kibrit qutusu olan 1 ədəd sellofanı təqdim etmişdir. Həmin sellofan avtomobilin kapotunun üzərinə qoyularaq açılmış və içərisindəki 6 ədəd kibrit qutuları hər biri açılaraq içərilərində yaşıl rəngli qurudulmuş marixuanaya bənzər bitki mənşəli kütlə aşkar edilmişdir. Həmin içərilərində marixuanaya bənzər kütlələr olan ümumilikdə 6 ədəd kibrit qutuları 1 ədəd kağız zərfdə qablaşdırılmışdır. Zərfin üzərini o, Təqsirləndirilən şəxs, vəkili Müdafiəçi və digər iştirakçılar imzalamışlar. Daha sonra “VAZ 21099” markalı, **-DN-*** dövlət nömrə nişanlı avtomobilin digər yerlərinə baxış keçirilmişdir. Lakin baxış zamanı avtomobildən narkotik vasitə, eləcə də qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Sonda X9 tərəfindən Təqsirləndirilən şəxs, Şahid4 və Şahid3 polis şöbəsinə gətirilərkən qanunsuzluğa məruz qalıb-qalmamaları ilə bağlı sorğu edilmiş, Habil, Müşviq və Baba heç bir qanunsuzluğa məruz qalmadıqlarını bildirmişlər. Bundan sonra şəxsi axtarış və baxış prosesi yekunlaşdırılmışdır. Bununla bağlı protokol tərtib olunaraq ucadan oxunmuş, sonda o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Sonradan ekspertiza tədqiqatı ilə “VAZ-21099” markalı, **-DN-*** dövlət nömrəli avtomobilin salonundan aşkar edilmiş 6 ədəd kibrit qutularındakı kütlələrin narkotik vasitə qurudulmuş marixuana olmasının təsdiq olunduğunu bilmişdir. Təqsirləndirilən şəxs “VAZ 21099” markalı, **-DN- *** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan aşkar edilmiş marixuanadan kimlərəsə verməsi, satması, birlikdə kiminləsə istifadə etməsi ilə bağlı məlumat əldə edilməmiş, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair məlumatlar əldə olunsa da, sonuncunun konkret kimlərə narkotik vasitə satmasını müəyyən etmək mümkün olmamışdır. Əldə edilmiş məlumatlarla Təqsirləndirilən şəxs 13 iyun 2024-cü il tarixdə, axşam saatlarında tanışı Şahid3 ilə öz yaşadığı Ağdaş rayonu, Qəribli kəndində kafedə görüşmələri, sonucunun Habil Saxvanovun yanına Şahid4lə birlikdə sonuncunun idarə etdiyi avtomobil ilə getmələri, eyni zamanda görüşdükləri zaman Şahid3 Təqsirləndirilən şəxs yaşadığı Göyçay şəhərinə qonaq çağırdığı üçün sonuncunun 14 iyun 2024-cü il tarixinə keçən gecə Göyçay şəhərinə getməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs özü ilə narkotik vasitə olan qurudulmuş marixuanaları götürməsindən və “VAZ 21099” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobildə daşımasından həmin avtomobilin sürücüsü Şahid4, eləcə də Şahid3 xəbərləri olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədi ilə daşımasına dair məlumatlar əldə edilsə də, lakin sonuncunun həmin marixuanaları kimə satmaq niyyətində olması, həmçinin həmin narkotik vasitələri real olaraq haradan əldə etməsi ilə bağlı hər hansı bir məlumat əldə edilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 da şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, ünvan 1 ünvanda yaşayır. Əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, azadlığa çıxdıqdan sonra da hərdənbir narkotik vasitələrdən istifadə etmişdir. Hazırda heç bir yerdə işləmir, fərdi qaydada fəhləliklə məşğul olaraq dolanır. Ağdaş rayonu, Qəribli kənd sakini Təqsirləndirilən şəxsla uzun müddət əvvəl dəqiq xatırlamadığı hansısa məclislərin birində tanış olmuşdur. Təqsirləndirilən şəxsla söhbət edib ünsiyyət quran zaman Habilin də narkotik istifadəçisi olduğunu bilmiş, onlar münasibət yaradaraq bir-birilərinin telefon nömrələrini götürərək hərdən əlaqə saxlayıb bir-birilərinin hal əhvallarını öyrənmişlər. Lakin o, Təqsirləndirilən şəxsla heç zaman bir yerdə narkotik vasitələrdən istifadə etməmişdir. İstifadəsində ***-***-**-** mobil nömrə, Habilin isə istifadəsində ***-***-**-** mobil nömrə olmuşdur. 13 iyun 2024-cü il tarixdə, axşam saatlarında Habil ilə əlaqə saxlayan zaman sonuncu onu Ağdaş rayonu, Qəribli kəndinə, kafeyə pivə içməyə dəvət etmişdir. O, da tanışı taksi fəaliyyəti ilə məşğul olan Şahid4lə danışıb onu Ağdaşa aparmasını xahiş etmiş, yol pulunu verəcəyini bildirmişdir. Baba idarə etdiyi “VAZ 21099” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəldikdə onlar ikisi Göyçay şəhərindən çıxıb Ağdaş rayonu, Qəribli kəndinə gedərək orada kafedə tanışı Təqsirləndirilən şəxsla görüşmüş, elə həmin vaxt Habili Baba ilə tanış etmişdir. Əvvəllər Habil və Baba bir-birilərini tanımamışlar. Habil ilə pivə içsə də, Baba avtomobil idarə etdiyi üçün pivə içməmiş, hərdən avtomobilə tərəf gedib-gəlmiş, sonra yaxınlaşaraq artıq gec olduğunu və Göyçaya getmək istədiyini bildirmişdir. Söhbət əsnasında Habil ona tək qaldığını bildirdiyinə görə sonuncunu Göyçay şəhərinə, öz evinə qonaq kimi dəvət etmiş, bir neçə gün onun evində qalmağı təklif etmişdir. Habil ilk öncə istəməsə də, təkidlə sonuncuya bir yerdə Göyçaya onun evinə getməyini, evdə yeyib-içməyə davam etmələrini təklif etmiş, Habil də fikirləşib razılıq vermişdir. Habil ona evdə işıqları keçirib qapını bağladıqdan sonra gedə biləcəklərini söyləmişdir. Bundan sonra onlar Babanın idarə etdiyi “VAZ 21099” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmış, özü qarşıda sağda, Habil isə arxada sağda əyləşmişdir. Habil Babanı öz evlərinə istiqamətləndirmiş və yaşadığı evin yanına çatdıqda avtomobildən düşüb həyətə daxil olmuş, o isə Baba ilə birlikdə Habili avtomobildə gözləmişlər. Habil 5-10 dəqiqə sonra qayıdaraq küçə qapısını bağlamış və avtomobilin arxa sağ tərəfindən əyləşmişdir. Onlar Bakı-Qazax yoluna çıxaraq həmin yol ilə Göyçaya yola çıxmışlar. Həmin vaxt saat 23 radələri olmuşdur. Onlar hərəkət edib Ucar rayonu ərazisinə çatanda, Ucar şəhəri ərazisinə daxil olub su almaq üçün mağazaya düşərkən özlərini Ucar Rayon Polis Şöbəsinin əməkdaşları kimi təqdim edən şəxslər yaxınlaşaraq narkotik vasitə saxlamaqda şübhəli olduqlarını onlara bildirib Babanın idarə etdiyi avtomobili ilə birlikdə Ucar Rayon Polis Şöbəsinin həyətinə gətirmişlər. O, Habil və Baba avtomobildən düşdükdən sonra polis əmkdaşları Babaya avtomobilin qapılarını bağlamağı və açarını özündə saxlamağı təklif etmişlər. Baba da avtomobilin qapılarını bağlayaraq açarlarını özündə saxlamışdır. Polis şöbəsinin həyətində müstəntiq tərəfindən onlara nədə şübhəli olduqları, üzərilərinə şəxsi axtarış, avtomobilə isə baxış keçiriləcəyi izah olunmuşdur. Heç kim etiraz etməmiş, eyni zamanda şübhəli şəxs kimi onlara hüquq və vəzifələri izah edilib vəkillərin siyahısı və vəkil Müdafiəçi təqdim olunmuşdur. O və Baba vəkilə ehtiyaclarının olmadığını bildirərək vəkildən imtina etmələri ilə bağlı ərizə yazmışlar. Habil isə Müdafiəçi özünə vəkili seçmişdir. Daha sonra videoçəkilişlə Babanın idarə etdiyi avtomobilin yanında vəkilin iştirakı ilə bir daha onlara hüquq və vəzifələri izah olunmuş, üzərilərində narkotik və sair qanunsuz nə vardırsa, təqdim etmələri təklif olunmuşdur. Onlar üzərilərində qanunsuz heç nə olmadığını bildirmişlər. Polis əməkdaşı tərəfindən üzərilərinə axtarış keçirilsə də heç birinin üzərindən qanunla qadağan olunmuş heç nə aşkar edilməmişdir. Habilin cibindən 1 ədəd mobil telefon aşkar edilərək götürülmüşdür. Daha sonra sürücü Babaya Habili tanıyıb-tanımamağı ilə bağlı sorğu edilmiş, Baba Habili tanımadığını bildirdikdən sonra avtomobildə qanunsuz nə isə saxlanılıb-saxlanılmadığı onlardan soruşulmuşdur. Həmin vaxt Habil avtomobildə narkotik vasitə gizlətdiyini bildirmişdir. Müstəntiq Habildən narkotik vasitəni harada gizlətməsini və həmin vasitəni təqdim edə bilib-biləməyəcəini soruşduqda, Habil narkotik vasitəni avtomobilin arxa tərəfində gizlətdiyini bildirmişdir. Babaya idarə etdiyi “VAZ 21099” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə etiazının olub-olmaması barədə sual verilmiş, sonuncu isə bir daha avtomoblinə baxış keçirilməsinə etiraz etməmişdir. Habilin üzərindən aşkar edilmiş mobil telefon 1 ədəd kağız zərfdə qablaşdırıldıqdan sonra Babanın idarə etdiyi avtomobilə baxış keçirilməsinə başlanılmışdır. Həmin zaman Babaya avtomobilin qapılarını açmağı təklif olunmuşdur. Baba avtomobilin qapılarını açdıqda müstəntiq Habilə narkotik vasitəni harada gizlətdiyini göstərməsini təklif etmişdir. Habil isə avtomobilin arxa sağ qapısını açıb arxa oturacağın yuxarı arxa hissəsində olan səsgücləndirici kolonkanın yanından içərisində kibrit qutuları olan 1 ədəd sellofanı çıxarıb polislərə təqdim etmişdir. Həmin sellofan avtomobilin kapotunun üzərinə qoyularaq açılmış və içərisindəki 6 ədəd kibrit qutuları aşkar edilmişdir. Həmin kibrit qutularının hər biri açılaraq içərilərində yaşıl rəngli, bitki mənşəli, marixuanaya bənzər kütlələr olduğu müəyyən edilmişdir. Həmin içərilərində kütlələr olan ümumilikdə 6 ədəd kibrit qutuları 1 ədəd kağız zərfdə qablaşdırılmışdır. Zərfin üzərini Habil, Baba, o və digər iştirakçılar imzalamışlar. Daha sonra “VAZ 21099” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin digər yerlərinə baxış keçirilmişdir. Lakin baxış zamanı avtomobildən narkotik vasitə, eləcə də qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Daha sonra onların hamısına polis şöbəsinə gətirilərkən qanunsuzluğa məruz qalıb qalmamaları ilə bağlı soğru edilmiş, o, Habil və Baba heç bir qanunsuzluğa məruz qalmadıqlarını bildirmişlər. Bundan sonra şəxsi axtarış və baxış prosesi yekunlaşdırılmışdır. Onların üzərilərinə şəxsi axtarış və Babanın avtomobilinə baxış keçirilməsi ilə bağlı protokol tərtib olunaraq ucadan oxunmuş, sonda o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra o, müstəntiqə izahat verdikdən sonra sərbəst buraxılmışdır. Polis əməkdaşları tərəfindən polisə gətirilən zaman, eləcə də polis şöbəsində hər hansı bir qanunsuzluğa məruz qalmamışdır. Təqsirləndirilən şəxs Şahid4 idarə etdiyi avtomobilə sellofanda 6 ədəd kibrit qutularında olan narkotik vasitə marixaunaya bənzər kütlələri qoymasından özünün və Babanın xəbərləri olmamışdır. Habilin həmin kütlələri avtomobilə nə vaxt qoymasını bilməmiş və görməmişdir. O, Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olmasını bilsə də, nə o, nə də Şahid4 Təqsirləndirilən şəxsla heç zaman birlikdə narkotik vasitə istifadə etməmişlər. Şahid4 Təqsirləndirilən şəxs ümumiyyətlə əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması barədə heç bir məlumatı olmamışdır. Bu barədə Təqsirləndirilən şəxs heç nə maraqlanmamış, sonuncudan ümumiyyətlə heç zaman narkotik vasitə istəməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Göyçay rayonu, Çayarxı kəndində yaşayır. X8 məxsus “VAZ 21099” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etməklə Göyçay şəhəri ərazisində taksilik faəliyyəti ilə məşğul olmuşdur. Göyçay şəhər sakini Şahid3 tanımış, uzun müddətdir ki, Şahid3 taksi sürücüsü kimi aparıb-gətirmiş, sonuncu onun avtomobilindən taksi kimi istifadə etmişdir. 13 iyun 2024-cü il tarixdə, axşam saatlarında Müşviq ona zəng vurub Ağdaş rayonu, Qəribli kəndinə getmək istədiyini, dostu ilə görüşüb təxminən bir saat vaxt keçirib, pivə içib qayıdacağını bildirmiş, həmin kəndə taksi kimi onu aparıb-gətirməsini xahiş etmiş, o da bekar olduğundan razılaşmışdır. Müşviq ilə birlikdə Göyçay şəhərindən çıxıb Ağdaş rayonu, Qəribli kəndinə getmiş, kənd kafesində həmin vaxt birinci dəfədir ki, gördüyü və tanış olduğu Habil adlı şəxslə görüşmüşlər. Müşviq onları bir-birilərinə təqdim etmiş, daha sonra Müşviqlə Habil əyləşib pivə içmiş, o isə avtomobil idarə etdiyindən pivə içməmişdir. Bir qədər onlarla oturub sonra gedib avtomobildə saxladığı sudan içib sonuncuların yanına qayıtmışdır. Müşviq və Habillə söhbət etmək maraqlı olmadığı üçün gedib avtomobilində əyləşmiş, artıq gec olduğundan az sonra Müşviqə Göyçay şəhərinə qayıtmalarını təklif etmişdir. Müşviq də Habil ilə azca danışdıqdan sonra hər ikisi gəlib avtomobilə əyləşmişlər. Müşviq qarşı sağ tərəfdə, Habil isə arxa sağ tərəfdə əyləşmişlər. Müşviq Habilin də onlarla Göyçaya gedəcəyini, qonağı olacağını bildirərək, Habilin göstərdiyi yerə sürməyini, sonuncunun evində işıqları söndürüb çıxacağını bildirmişdir. O, kafenin yanından Habilin dediyi yerə sürmüş və sonunucu avtomobildən düşüb küçə qapısından evin həyətinə daxil olub 5-6 dəqiqə sonra işıqları da söndürüb küçəyə çıxmış və avtomobilə sağ arxa tərəfdən əyləşmişdir. Avtomobili ilə həmin kənddən Bakı-Qazax yoluna çıxaraq Göyçay rayonuna yola düşmüşlər. Onlar Ucar rayonu ərazisinə çatanda, Ucar şəhəri ərazisinə daxil olub su almaq üçün mağazaya düşərkən, özlərini Ucar Rayon Polis Şöbəsinin əməkdaşları kimi təqdim edən şəxslər yaxınlaşaraq narkotik vasitə saxlamaqda şübhəli olduqlarını bildirərək onları idarə etdiyi “VAZ 21099” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə birlikdə Ucar Rayon Polis Şöbəsinin həyətinə gətirmişlər. Polislərə etiaz etməmiş, o, Müşviq və Habil avtomobildən düşdükdən sonra polis əməkdaşları ona avtomobilin qapılarını bağlamağı və açarını özündə saxlamağını demişlər. O da avtomobilin qapılarını bağlayaraq açarlarını özündə saxlamış, polis şöbəsinin həyətində müstəntiq tərəfindən onlara narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını, ona görə də üzərlərinə şəxsi axtarış və avtomobilə baxış keçiriləcəyi bildirilmişdir. Heç kim buna etiraz etməmiş, eyni zamanda o, avtomobilə baxış keçirilməsinə etirazının olmaması ilə bağlı ərizə yazmışdır. Ona, Müşviqə və Habilə şübhəli şəxs kimi hüquq və vəziləri izah edilib vəkillərin siyahısı və vəkil Müdafiəçi təqdim olunmuşdur. O, ümumiyyətlə narkotik vasitə istifadə etmədiyini bildirmiş, ona görə də vəkilə ehtiyacının olmadığını bildirərək vəkildən imtina etmiş və bu barədə ərizə yazmışdır. Şahid3 da həmin vəkil təqdim olunmuş, lakin sonuncu da vəkildən imtina edərək bu barədə ərizə yazmışdır. Habil isə özünə Müdafiəçi vəkili seçmişdir. Az sonra idarə etdiyi avtomobilin yanında videoçəkilişlə Habilin seçdiyi vəkilin iştirakı ilə bir daha onlara hüquq və vəzifələri izah olunmuş və üzərlərində narkotik və sair qanunsuz nə varsa, təqdim etmələri təklif olunmuşdur. Onlar üzərlərində qanunsuz heç nə olmadığını bildirmişlər. Polis əməkdaşı tərəfindən üzərlərinə axtarış keçirilə də nə onun, nə də ki, Müşviqin üzərindən qanunla qadağan olunmuş heç nə aşkar edilməmişdir. Habilin cibindən 1 ədəd mobil telefon aşkar edilərək götürülmüşdür. Daha sonra ona müstəntiq əli ilə Habili göstərib sonuncunu tanıyıb-tanımamağı ilə bağlı sorğu etmişdir. O da Habili həmin günü ilk dəfə gördüyündən, sonuncunu tanımadığını bildirmişdir. Sonra avtomobildə qanunsuz nə isə saxlanılıb-saxlanılmadığı onlardan soruşulmuşdur. Həmin vaxt Habil avtomobildə narkotik vasitə gizlətdiyini bildirmişdir. Müstəntiq Habildən narkotik vasitəni harada gizlətməsi və təqdim edə bilib-bilməyəcəyini soruşmuş, Habil də narkotik vasitəni avtomobilin solununda, arxa tərəfdə gizlətdiyini bildirmişdir. Ona idarə etdiyi “VAZ 21099” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə etirazının olub-olmaması ilə bağlı sorğu edildikdə, polislərin avtomoblinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Habilin üzərindən aşkar edilmiş mobil telefon 1 ədəd kağız zərfdə qablaşdırıldıqdan sonra onun idarə etdiyi “VAZ 21099” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə başlanılmışdır. Ona avtomobilin qapılarını açmaq təklif olunduqda avtomobilin qapılarını açmış və müstəntiq Habilə narkotik vasitəni harada gizlətdiyini göstərməsini təklif etmişdir. Habil isə avtomobilin arxa sağ qapısını açıb arxa oturacağın yuxarı arxa hissəsində olan səsgücləndirici kolonkanın yanından içərisində kibrit qutuları olan 1 ədəd sellofanı çıxarıb polislərə təqdim etmişdir. Həmin sellofan avtomobilin kapotunun üzərinə qoyularaq açılmış və içərisində 6 ədəd kibrit qutuları aşkar edilmişdir. Həmin kibrit qutuları hər biri açılaraq içərilərində yaşıl rəngli, bitki mənşəli kütlələr aşkar edilmişdir. Həmin içərilərində yaşıl rəngli, bitki mənşəli kütlələr olan ümumilikdə 6 ədəd kibrit qutuları 1 ədəd kağız zərfdə qablaşdırılmışdır. Zərfin üzərini Habil, vəkili Elşən müəllim, Şahid3, o və digər iştirakçılar imzalamışlar. Daha sonra idarə etdiyi “VAZ-21099” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin digər yerlərinə baxış keçirilmişdir. Lakin baxış zamanı avtomobildən narkotik vasitə, eləcə də qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Daha sonra onların hamısına polis şöbəsinə gətirilərkən qanunsuzluğa məruz qalıb-qalmamaları ilə bağlı sorğu edilmiş, o, Müşviq və Habil heç bir qanunsuzluğa məruz qalmadıqlarını bildirmişlər. Bundan sonra şəxsi axtarış və baxış prosesi yekunlaşdırılmışdır. Onların üzərlərinə şəxsi axtarış və avtomobilinə baxış keçirilməsi ilə bağlı protokol tərtib olunaraq ucadan oxunmuş, sonda o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra o, müstəntiqə izahat verdikdən sonra sərbəst buraxılmışdır. Polis əməkdaşları tərəfindən polisə gətirilən zaman, eləcə də polis şöbəsində hər hansı bir qanunsuzluğa məruz qalmamışdır. Təqsirləndirilən şəxs onun idarə etdiyi avtomobilə sellofanda 6 ədəd kibrit qutularında olan kütlələri qoymasından xəbəri olmamışdır. Habilin həmin kütlərləri avtomobilə nə vaxt qoymasını bilməmiş və görməmişdir. X12 rayonu, Qəribli kəndində kafedə görüşən zaman isə, eləcə də birlikdə Göyçay rayonuna qayıdarkən narkotik vasitə mövzüsünda söhbətlər etməmişlər. Müşviqlə Habilin arasında ümumi mövzularda söhbətlər olmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq, məhkəmə hərəkətlərini və dindirmə protokollarını, ekspert rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Cinayət işinin istintaq materiallarında olan sənədlərdən görünür ki, 14 iyun 2024-cü il tarixdə fakta görə CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanmış, 15 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. 15 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs əməli düzgün olmayaraq CM-in və CPM-in tələblərinə zidd olaraq CM-in 234.2-ci (qanunsuz olaraq narkotik vasitəni satma) maddəsi ilə tövsif edilmişdir. Belə ki, CM-in 234.1 və 234.2-ci maddələri ilə nəzərdə tutulan cinayət tərkiblərini fərqləndirilən əsas əlamət narkotik vasitənin qanunsuz əldə edilməsinin “satış məqsədi” daşıyıb-daşımamasıdır. İş üzrə məhkəmə istintaq zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz olaraq əldə etməsində əsas tövsifedici əlamət olan “satış məqsədi” olmamışdır. İş materiallarında olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” Ucar Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi Elnur Tağıyevin 14 iyun 2024-cü il tarixli qərarın təsviri hissəsində göstərilir: “14 iyun 2024-cü il tarixdə, saat 00 radələrində Ucar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx xxxx 1974-cü ildə Göyçay şəhərində anadan olmuş, Göyçay şəhəri 28 May küçəsi, dalan 1, ev 1-də qeydiyyatda olmaqla yaşayan Şahid3, xx xxxxxx 1967-ci ildə Ağdaş rayonu, Qəribli kəndində anadan olmuş, Ağdaş rayonu, Qəribli kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs və xx xxxxxx 1995-ci ildə Göyçay rayonu, Çayarxı kəndində anadan olmuş, Göyçay rayonu, Çayarxı kəndində qeydiyyatda olmaqla yaşayan Şahid4 sonuncunun idarə etdiyi VAZ 21099 markalı, ** DN *** dövlət qeydiyyat nişanlı avtomobillə Ucar Rayon Polis Şöbəsinə gətirilmiş, həmin avtomobilə baxış keçirilən zaman avtomobilin salonundan 1 ədəd sellofanda 6 ədəd kibrit qutularında qablaşdırılmış vəziyyətdə ayrı- ayrılıqda 4,11 qr., 3,70 qr., 3,54 qr., 3,38 qr., 4,07 qr. və 3,78 qram çəkilərdə, ümumilikdə 22,58 qram təmiz çəkidə kustar üzulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür”. Qərarın əsaslandırıcı hissəsində göstərilir: “Toplanmış materialda Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibinin əlamətləri mövcud olduğundan fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə işi başlanmalı və icraatıma qəbul edilməlidir”. Qərarın nəticə hissəsində göstərilir: “Fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılsın və icraatıma qəbul edilsin”. İş materiallarında olan “şübhəli şəxs kimi tutma haqqında” Ucar Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi Mahir İsayev tərəfindən qəbul edilmiş 14 iyun 2024-cü il tarixli qərarın təsviri hissəsində göstərilir: “Təqsirləndirilən şəxs cinayət törətməsində şübhə doğuran əsasların olmasını nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmalıdır”. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 14 iyun 2024-cü il tarixli, 3-16-16-2-17/541 nömrəli ekspert rəyindən (məhkəmə-bioloji ekspertizası) görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Şahid4 idarə etdiyi avtomobildən X3 təqdim etdiyi....” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 06 (altı) ədəd kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri-4,11 qr., 3,70 qr., 3,54 qr., 3,38 qr., 4,07 qr., 3,78 qr., ümumi təmiz çəkisi-22,58 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Tədqiqata təqdim edilmiş, 06 (altı) ədəd kibrit qutularında olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Qurudulmuş marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı"na daxildir (İ siyahı). İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 15 iyun 2024-cü il tarixli qərarın əsaslandırıcı hissəsində göstərilir: “Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ siyahısı ilə müəyyən edilmiş xeyli miqdarda, yəni 22,58 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz əldə edərək ayrı-ayrılıqda 4,11 qram, 3,70 qram, 3,54 qram, 3,38 qram, 4,07 qram və 3,78 qram çəkilərdə-6 ədəd kibirit qutularında qablaşdırılmış vəziyyətdə Ağdaş rayonu, Qəribli kəndi ərazisindən sərnişin qismində olduğu Şahid4 idarə etdiyi "VAZ 21099" markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobildə satış məqsədi ilə Ucar şəhəri ərazisinə daşımış, 14 iyun 2024-cü il tarixdə, saat 00 radələrində Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar keçirilmiş əməliyyat tədbirləri nəticəsində Ucar şəhəri, Heydər Əliyev prospektində həmin narkotik vasitələri Şahid4 idarə etdiyi "VAZ 21099" markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobildə daşıyarkən saxlanılıb Ucar Rayon Polis Şöbəsinə gətirilərkən, polis şöbəsinin inzibati binasının həyətində keçirilmiş baxış zamanı həmin avtomobilin salonunda arxa sağ oturacağın yuxarı hissəsindəki rəfin üzərində bir ədəd sellofanda qablaşdırılmış vəziyyətdə ayrı-ayrılıqda 4,11 qram, 3,70 qram, 3,54 qram, 3,38 qram, 4,07 qram və 3,78 qram çəkilərdə-6 ədəd kibirit qutularında, ümumilikdə 22,58 qram çəkidə olan xeyli miqdarda qanunsuz əldə edərək satış məqsədi ilə daşımaqla saxladığı həmin kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanalar aşkar edilərək götürülmüşdür”. Ucar Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi E.Tağıyevin cinayət işi üzrə əməlin tövsif edilməsi barədə 15 iyun 2024-cü il tarixli qərarı ilə cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. Qeyd edilən qərarda və digər istintaq sənədlərində Təqsirləndirilən şəxs əməlinin CM-in 234.2-ci maddəsinə tövsif edilməsi üçün heç bir mötəbər əsas, səbəb, sübut növü göstərilməmiş və əsaslandırılmamışdır. Göründüyü kimi cinayət işinin istintaq materiallarında Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananın satış məqsədi ilə əldə edib satış məqsədi ilə üstündə saxlamasını və daşımasını təsdiq edən heç bir konkret obyektiv sübuta istinad olunmamışdır. Onun narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması yalnız məhkəməyədək araşdırma zamanı qəbul edilmiş prosessual qərarlarda göstərilmişdir. Hər-hansı prosessual qərarın cinayət işi üzrə heç bir sübuti əhəmiyyəti yoxdur. CPM-in “sübutların anlayışı və növlərindən bəhs edən 124-cü maddəsində birbaşa göstərilmişdi ki, cinayət prosesində: şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri; ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. Qeyd edilənlərə əsasən, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə ittiham verilmiş əməli həmin Məcəllənin 234.1-ci maddəsinə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı xeyli miqdarda əldə etmə, saxlama və daşımaya) tövsif edilməlidir. Bundan əlavə, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs “təqsirsizlik prezumpsiyası"nın tələbləri pozulmaqla CM-in 234.1-ci maddəsi ilə deyil, həmin Məcəllənin 234.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının “təqsirsizlik prezumpsiyası”ndan bəhs edən 63-cü maddəsinə əsasən isə “hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir”. Bundan əlavə, İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın “ədalətli məhkəmə araşdırması hüququ”ndan və “qanunsuz cəzalandırılmamaq”dan bəhs edən müddəalarına əsasən “cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir” (maddə 6). “Heç kəsə cinayət əməli törədildiyi zaman tətbiq edilməli olan cəzadan daha ağır cəza verilə bilməz" (maddə 7). Göstərilənlərlə yanaşı, Azərbaycan Respublikası cinayət prosessual qanunverciliylndə də birbaşa göstərilir ki, «cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür» (CPM-in 21.3-cü maddəsi). Odur ki, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə ittiham verilmiş əməli həmin Məcəllənin 234.1-ci maddəsinə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı xeyli miqdarda əldə etmə, saxlama və daşımaya) tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin evəzli və ya qazanc eldə etmək, yaxud digər şəxsi maraq məqsədi İlə yayılmasına yönəldilmiş hərəkətlər - narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Təqsirləndirilən şəxsin əməl və hərəkətlərində isə bu kimi hallar, o cümlədən: şəxsi maraq məqsədi ilə narkotik vasitənin yayılmasına yönəldilmiş hərəkətlər etməsi və ya əvəzli və yaxud qazanc əldə etmək məqsədi ilə hər hansı hərəkətlər etməsi aşkar edilməmiş və olmamışdır. Həmin halların olmaması şəksizdir və iş üzrə mübahisə doğurmur. Həmçinin, ibtidai və məhkəmə istintaqlarında şahid qismində dindirilmiş şəxslərin heç biri təqsirləndirilən şəxsin narkotik vasitənin “əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər” etməsi barədə ifadə verməmişlər. Qeyd edilənlərə baxmayaraq, ibtidai araşdırma orqanı heç bir şübhəni təqsirləndirilən şəxsin xeyrinə həll etməmiş, əksinə mötəbər sübut növü olmadan ona qarşı, ehtimallara əsasən CM-in 234.2-ci maddəsi ilə ittiham vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarında göstərilir ki, “təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Məhkəmə, həmin halları nəzərə almaqla gəldiyi nəticələri tam əsaslı hesab edir. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının 15 avqust 2024-cü il tarixli, 1363 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs оğlu narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Göründüyü kimi ekspert rəyi ilə təqsirləndirilən şəxsin narkotik vasitələrdən istifadə etməsi, narkomaniya xəstəliyindən əzab çəkməsi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olması müəyyən edilmiş və narkoloji kabinetdə qeydiyyata alınması da məsləhət görülmüşdür. Həmçinin, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananın ümumi çəkisi 22,58 qram təşkil edir ki, bu da xeyli miqdar təşkil edir. Bu isə onu da deməyə əsas verir ki, qanunsuz əldə edilmiş həmin narkotik vasitənin satış məqsədi olmaması da mümkün ola bilər. CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. İbtidai istintaq orqanı sübutları tam, hərtərəfli və obyektiv yoxlamamış, ittihamın həlli üçün onların məcmusuna düzgün qiymət verməmiş, həmçinin, «sübutların kifayət etməsi»ni düzgün qiymətləndirməmişdir. Belə ki, CPM-in «sübutların toplanılmasından, yoxlanılması və qiymətləndirilməsindən bəhs edən 143-145-ci maddələrinə əsasən: -cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir (maddə 144); -hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir (maddə 145.1); -cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (maddə 146.1). Cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək etməlidir (maddə 146.2.3). Qanunun bu tələbləri pozularaq, iş üzrə toplanmış sübutlar CM-in 234.1-ci maddəsi ilə ittiham verilməsi üçün kifayət etdiyi halda, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə həmin Məcəllənin 234.2-ci maddəsi ilə ittiham verilmişdir. Halbuki, bunun üçün qanunda nəzərdə tutulmuş, qeyd edilən əsaslar olmamışdır. CPM-ə əsasən «təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər» (CPM-in 126.6-cı maddəsi). Bundan əlavə, məhkəmə, qeyd edilən nəticələrə gələrkən CPM-in o tələblərini də nəzərə alır ki, «ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir» (maddə 145.3). Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir» (maddə 145.2). «Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirilddiyi halda çıxarılır (maddə 351.2). Məhkəmə bir məsələni də qeyd edir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrıayrı bəndləri çıxarmaq hüququna malikdir. Göstərilənlərə əsasən, məhkəmə Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə ittiham verilmiş əməlinin həmin Məcəllənin 234.1-ci maddəsinə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı xeyli miqdarda əldə etmə, saxlama və daşımaya görə tövsif edilməsini qanunu və əsaslı hesab edir. Məhkəmə bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in məhz 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi vardır, o, həmin əməli törətməkdə təqsirlidir. Məhkəmə, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs və şahid ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Məhkəmə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələblərinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara ylyənlənməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10); həyata keçirlməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8); miqdarından asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin satılması (maddə 1.0.11) hesab edilir. CM-in 12.3-cü maddəsinə əsasən isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. Bütün şərh olunanlara baxmayaraq, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin irəli sürdüyü dəlilləri təkzib edən hər hansı sübut əldə edilmədən, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə əldə etməsini, bu məqsədlə hər hansı şəxslə danışıqlar aparmasını, alıcı ilə əlbir olmasını, əvvəllər narkotik vasitəni satmaqda şübhəli olması ilə əlaqədar əməliyyat məlumatlarının mövcudluğunu və sair zəruri halları sübuta yetirən mötəbər dəlillər olmadan onun satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması qənaətinə gələrkən səhvə yol verilmiş və ona CM-in 234.2ci maddəsi ilə ittiham elan olunmuşdur. Halbuki, CPM-in 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 21.2-ci maddəsinin müddəalarına əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinin məzmununa görə cinayət təqibi üzrə sübutlar mötəbər dəlillərə (məlumatlar, sənədlər, əşyalar) söykənməli, sübutlarda hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 139.0, 139.0.4 və 139.0.6-cı maddələrinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Yuxarıda qeyd edildiyi kimi cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Göstərilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin tərkibi vardır. Təqsirləndirilən şəxs həmin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun həmin ittiham üzrə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri və işin digər materialları ilə sübuta yetirilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Cinayət işində olan Ağdaş Rayon İcra Hakimiyyəti başçısının Qəribli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını və narkotik vasitəni saxlamağa görə səmimi peşmançılıq çəkməsini CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların məcmusunu, təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə təyin oluncaq cəzanın şəxsin islah olunması və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Ağdaş rayonu, Qəribli kəndində qeydiyyatda olmaqla yaşamış və ibtidai istintaq zamanı barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, CM-in 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin olunacaq azadlığın mədudlaşdırılması cəzasının müddətinin əvvəlini məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını qanuni və əsaslı hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 15 iyun 2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 14 iyun 2024-cü il tarixdən hesab edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs 14 iyun 2024-cü il tarixdən 27 noyabr 2024-cü il tarixədək həbsdə olduğu 5 (beş) ay 13 (on üç) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə iki gün hesabı ilə hesablanmaqla 10 (on) ay 26 (iyirmi altı) gün kimi müddət müəyyən olunmalı və həmin müddət ona təyin edilmiş cəzadan çıxılmaqla qəti cəza təyin edilməlidir. CM-in 69.3-cü maddəsində göstərilir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlanmanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniya üzrə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, CM-in 93.1.2-ci maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin еdilir. Hazırkı cinayət işi üzrə müvafiq ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə, CPM-in 346.1.19-cu maddəсinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq qalmış, ümumi təmiz çəkisi 22,46 qram olan narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, iş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs оğluna azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbsdən azad edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltzam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi, onun narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməsi və narkoloji kabinetdə qeydiyyata alınması, habelə hökmün məhkəmə məsrəfinin (ekspertiza xərcinin) təqsirləndirilən şəxsdən tutulması hissəsində icra edilməsi Ağdaş rayon icra və probasiya şöbəsinə, maddi sübutun-narkotik vasitə olan qurudulmuş marixuananın məhv edilməsi hissəsində icra edilməsi Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 121 (bir yüz iyirmi bir) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 357, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 14 iyun 2024-cü il tarixdən 27 noyabr 2024-cü il tarixədək həbsdə olduğu 5 (beş) ay 13 (on üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə iki gün hesabı ilə hesablanmaqla 10 (on) ay 26 (iyirmi altı) gün kimi müddət müəyyən olunsun və həmin müddət təyin olunmuş cəzadan çıxılmaqla, qəti olaraq 2 (iki) il 1 (bir) ay 4 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azadlığın məhdudlaşdırılması cəzasının müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri оlan Ağdaş rayonu, Qəribli kəndində yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsdən azad edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq qalmış, ümumi təmiz çəkisi 22,46 qram olan narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi, onun narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməsi və narkoloji kabinetdə qeydiyyata alınması, habelə hökmün məhkəmə məsrəfinin (ekspertiza xərcinin) təqsirləndirilən şəxsdən tutulması hissəsində icra edilməsi Ağdaş rayon icra və probasiya şöbəsinə, maddi sübutun-narkotik vasitə olanqurudulmuş marixuananın məhv edilməsi hissəsində icra edilməsi Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 121 (bir yüz iyirmi bir) manat məbləğində pul ödənilsin. Hökmdən hökm elan edildiyi vaxtdan 20 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №1(063)-60/2024
Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-60/2024
27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver