Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-61/2024 09.10.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1993-cü ildə Ucar rayonu, Alpout kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Ucar rayonu, Alpout kəndinə qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs o, istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə etdiyi əkilib-becərilməsi qadağan olunmuş 9 ədəd çətənə bitkisi toxumlarından 1 ədədini yaşadığı Ucar rayonu, Alpout kəndində yerləşən evin hasarının dibinə, 2 ədədini evin eyvanında olan gül dibçəyinin dibinə, 1 ədədini evin arxasında tərəvəz bitkiləri əkdiyi tərəvəzlərin arasına, 5 ədədini isə yaşadığı evin arxasında 4 ədəd dibçəkdə 2024-cü ilin aprel ayının əvvələrində torpaqda əkərək həmin toxumlardan əmələ gələn tərkibində narkotik maddələr olan xeyli miqdarda, yəni 9 ədəd çətənə (kannabis) bitkilərinə qanunsuz olaraq aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, həmin bitkilərin hissələrindən qurudaraq "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusi ilə külli miqdarına görə" İ siyahısı ilə müəyyən edilmiş xeyli miqdarda, yəni 34,94 qram və 0,31 qram, yəni ümumilikdə 35,25 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib həyətdə yerləşən tövlənin dama bitişik hasarının üzərində saxlamış, 24 iyun 2024-cü il tarixdə, saat 13 radələrində Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində 1 ədədi Ucar rayonu, Alpout kəndində yerləşən evin hasarının dibində, 2 ədədi evin eyvanında olan gül dibçəyinin dibində, 1 ədədi evin arxasında tərəvəz bitkilərinin arasında, 5 ədədi isə yaşadığı evin arxasında 4 ədəd dibçəklərdə yaşadığı evin həyətindən əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan xeyli miqdarda, yəni 9 ədəd uzunluqları 30 sm-dən 108 sm-dək yaş vəziyyətdə təmiz çəkisi 203,54 qram təşkil edən çətənə (kannabis) bitkiləri torpaqda əkilmiş vəziyyətdə və xeyli miqdarda yəni 34,94 qram çəkidə 1 ədəd göy rəngli sellofan torbada, 0,31 qram çəkidə isə 1 ədəd göy rəngli kağız bükümdə olmaqla, ümumilikdə 35,25 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana həyətdə yerləşən tövlənin dama bitişik hasarının üzərindən aşkar edilərək götürülmüşdür. Buna görə də, Təqsirləndirilən şəxs CM-in 234.1 və 237.1-ci maddələri ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Ucar rayonu, Alpout kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, təxminən 3 il ərzində "nəşəni" siqaretə doldurma yolu ilə çəkmişdir. 2024-cü ilin aprel ayının əvvəllərində yaşadığı evin yaxınlığından, dəqiq xatırlamadığı yerdən kibrit qutusu tapmışdır. Həmin kibrit qutusunu açıb içərisində baxanda içərisində "nəşə" toxumları olduğunu görmüşdür. Özü narkotik vasitə olan qurudulmuş marixuana istifadəçisi olduğundan həmin toxumları gələcəkdə istifadə etmək məqsədilə yaşadığı evin həyətyanı sahəsində əkmək qərarına gəlmişdir. Bu məqsədlə 2024-cü ilin aprel ayının əvvəllərində 9 ədəd "nəşə" toxumundan 1 ədədini yaşadığı evin giriş qapısının sağ tərəfində yerləşən hasarın dibinə, 2 ədədini yaşadığı evin eyvanında olan gül dibçəyinin dibinə, 1 ədədini evin arxasında tərəvəz bitkilərini əkdiyi cərgələrdən birinin arasına, 5 ədədini isə yaşadığı evin arxasında 4 ədəd dibçəkdə əkmişdir. Həmin toxumlara su verib, diblərini yumşaltmaqla qulluq etmiş, bir müddət sonra toxumlardan 9 ədəd "nəşə” əmələ gəlmişdir. "Nəşələr" böyüdükcə zəif yetişən yarpaqlarını qırıb qurutmağa başlamış, bu yolla özü üçün "nəşə" əldə etmişdir."Nəşənin" quru yarpaqlarının bir qədərini 1 ədəd göy rəngli sellofan torbaya, bir qədərini isə özü çəkmək üçün 1 ədəd göy rəngli kağız bükümün içərisinə yığaraq yaşadığı evin həyətyanı sahəsində yerləşən tövlənin hasarı ilə damının arasında gizlətmişdir. Tapdığı "nəşə" toxumlarının bir neçəsini kibrit qutusunda və sellofanda, göy rəngli kağız bükümün içərisində ağızlarını bağlamaqla yaşadığı evin mətbəxində olan soyuducunun üzərində saxlamışdır. 2024-cü ilin iyun ayının 24-də, saat 13 radələrində yaşadığı evin yaxınlığında olan zaman ona mülki geyimdə olan şəxslər yaxınlaşmışlar. Həmin şəxslər ona Ucar Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını deyərək, yaşadığı ünvanda "nəşə” əkməkdə şübhəli olduğunu və yaşadığı ünvana baxış keçirəcəklərini bildirmişlər. Bundan sonra yaşadığı ünvana baxış keçirilməsi məqsədilə ora müstəntiq və adını sonradan bildiyi mütəxəssis qismində dəvət olunmuş aqronom X4 gəlmişlər. Müstəntiq tərəfindən qanunvericiliklə nəzərədə tutulmuş hüquq və vəzifələri izah edilib bildiriş təqdim olunmuş, həmin bildirişlə tanış olduqdan sonra imza etməklə götürmüşdür. Bundan sonra yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olub-olmadığı soruşulmuşdur. Yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmadığını bildirərək, bununla əlaqədar yazdığı ərizəni müstəntiqə təqdim etmişdir. Daha sonra yaşadığı evin həyətyanı sahəsinə videoçəkiliş vasitəsilə baxış keçirilməsinə başlanılmışdır. O, yaşadığı evdə və evin həyətyanı sahəsində qanunla qadağan olunmuş əşya və sair olmadığını, amma həyətyanı sahəsində özü üçün "nəşə" əkdiyini və quru halda "nəşə" saxladığımı bildirmişdir. Bundan sonra 1 ədəd göy rəngli sellofan torbada və 1 ədəd göy rəngli kağız bükümdə olan "nəşələri" polis əməkdaşlarına təqdim etmişdir. Həmin "nəşələr" 1 ədəd ağ rəngli zərfin içərisinə qoyularaq, zərfin üzərinə möhür vurulmuş və üzərinə o və digər iştirakçılar imza etmişlər. Sonra 1 ədədini yaşadığı evin giriş qapısının sağ tərəfində yerləşən hasarın dibinə, 2 ədədini yaşadığı evin eyvanında olan gül dibçəyinin dibinə, 1 ədədini evin arxasında tərəvəz bitkilərini əkdiyi cərgələrdən birinin arasına, 5 ədədini isə yaşadığı evin arxasında 4 ədəd dibçəkdə əkdiyi "nəşələri" göstərmişdir. Aqronom tərəfindən həmin bitkiyə baxış keçirilərək qulluq edildiyi və "nəşə" kolları olmaları bildirilmişdir. Həmin bitkilər köklərindən çıxarılmaqla yerə düzüldükdən sonra onların uzunluğu ölçülmüşdür. Aqronom həmin bitkilərinin ən kiçiyinin 30 santimetr, ən böyükünün isə 108 santimetr olduğunu bildirmişdir. Daha sonra həmin 9 ədəd "nəşələr" yenidən sayılaraq 2 ədəd ağ rəngli baş-başa keçirilmiş sellofan torbanın içərisinə qablaşdırılmış və həmin qablaşdırmanın üzəri zərflə möhürlənmişdir. O və digər iştirakçılar həmin qablaşdırmanın üzərini imzaları ilə təsdiq etmişlər. Yaşadığı evə keçirilən baxış zamanı evin mətbəxində, soyuducunun üzərində saxladığı 1 ədəd kibrit qutusunda, 1 ədəd göy rəngli kağız bükümdə və 1 ədəd sellofan torbanın içərisində “nəşə" toxumları tapılmış, həmin toxumlar 1 ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmışdır. Bundan sonra zərfin üzəri möhürlənmiş, o və digər iştirakçılar zərfin üzərini imzalarla təsdiq etdikdən sonra müstəntiq tərəfindən həmin zərf götürülmüşdür. Daha sonra yaşadığı evdə və evin həyətyanı sahəsində qanunla qadağan olunmuş hər hansı əşya və sair müəyyən edilməmiş və baxış keçirilməsi prosesi yekunlaşdırılmışdır. Ucar Rayon Polis Şöbəsinə gətirilib növbətçi hissədə şübhəli şəxs qismində tutularaq, Müdafiəçi ilə təmin olunduqdan sonra üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və predmet aşkar olunmamışdır. Üzərindən yalnız istifadəsində olan "Samsung" markalı mobil telefon aşkar olunaraq müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Daha sonra üzərində keçirilən şəxsi axtarış ilə əlaqədar olaraq protokol tərtib olunaraq ucadan oxunmuş, protokol doğru olduğundan o və digər iştirakçılar protokolun doğruluğunu öz imzaları ilə təsdiq etmişlər. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı təzyiq olunmamışdır. O, narkotik vasitə olan qurudulmuş marixuananı öz istifadəsi üçün əkib-becərmiş, satmaq niyyəti olmamışdır.Çətənə kolları əkməyi və evdə qurudulmuş marixuana saxlamağını ailə üzvülərinə deməmiş, ailə üzvləri həmin kolların nə olmalarını bilməmişlər və xəbərsiz olmuşlar. Məhkəmədən himayəsində iki azyaşlı uşağının olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, təqsirini boynuna almasını, əməlindən peşiman olmasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini və ailədə yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspert rəyləri, eləcə də iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ucar rayonu, Alpout kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası və əkilib-becərilməsi ilə məşğul olması barədə Ucar Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinə 24 iyun 2024-cü il tarixdə əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün tərəfindən protokol yazılmaqla, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar tərtib olunmuş, Ucar Rayon Polis Şöbəsinin rəisinin imzası ilə qərar təsdiq edilmiş və təlimatlandırılma keçirilmişdir. Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsindən ötrü əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Ucar Rayon Polis Şöbəsinin NMQ-nin baş əməliyyat müvəkkili Şahid2, Ucar Rayon Polis Şöbəsinin PPXB-nin komandiri X7 və Ucar Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri X16 qrupun tərkibinə daxil edilməklə keçiriləcək tədbirlə bağlı onun tərəfindən təlimatlandırılmış və faktla bağlı araşdırma aparılması Ucar Rayon Polis Şöbəsinin İB-nin rəisi X2 həvalə olunmuşdur. 24 iyun 2024cü il tarixdə, saat 13 radələrində birlikdə Ucar rayonu, Alpout kəndini müşahidəyə götürmüşlər və Təqsirləndirilən şəxs yaşadığı ünvanın yaxınlğında piyada gəldiyini görərək, ona yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsində və narkotik tərkibli bitkilərin əkilib becərilməsində şübhəli olduğunu bildirməklə yaşadığı ünvana video çəkilişdən istifadə olunmaqla baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs baxış keçirilməsinə etirazının olmadığını qeyd etmiş, bundan sonra istintaq bölməsinin rəisi Bədirşah Vəlimətov dəvət olunmuş və Təqsirləndirilən şəxs yaşadığı ünvana video çəkilişdən istifadə olunmaqla baxış keçirilməsinə başlanılmışdır. Baxış keçirilməsinə başlamamışdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş və bildiriş təqdim olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə videoçəkiliş ilə baxış keçirilməsinə etirazının olmadığını bildirərək bu barədə ərizə ilə müraciət etmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik tərkibli 9 ədəd ağacın və həmin ağaclardan qurudulmuş qulağın (hissələrin) olduğunu bildirərək, həmin predmetləri təqdim elmək məqsədilə baxış iştirakçılarını yaşadığı evin həyətyanı sahəsinə dəvət etmişdir. Təqsirləndirilən şəxs həyətə daxil olduqdan sonra sağ tərəfdə yerləşən mal-qara saxlamaq üçün istifadə olunan tövləyə doğru irəliləmişdir. Təqsirləndirilən şəxs tövlənin dama bitişik divarının üzərindən 1 ədəd göy rəngli sellofan torba və 1 ədəd göy rəngli kağız bükülünü təqdim elmişdir. Tərəfindən ilk əvvəl göy rəngli sellofan torba, daha sonra isə həmin kağız bükülü açıldıqda hər ikisinin içərisində yaşl rəngli, spesifik qoxusu olan, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı sellofan torbanın içərisindəki kütlənin də həmçinin kağız bükülünün içərisindəki kütlənin də narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Daha sonra həmin göy rəngli sellofan torba və göy rəngli kağız bükülü içərisindəki kütlələr ilə birlikdə müstəntiq tərəfindən bir ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmışdır. Zərfin üzəri möhürlənmiş, o, Təqsirləndirilən şəxs və bütün digər iştirakçılar zərfin üzərini öz imzaları ilə təsdiq etdikdən sonra həmin zərf müstəntiq tərəfindən müvafiq qaydada götürülmüşdür. Daha sonra müstəntiq Təqsirləndirilən şəxs yaşadığı evdə və evin həyətyanı sahəsində qanunla qadağan olunmuş əlavə əşya və predmetin olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs həyətyanı sahəsinin müxətlif yerlərində əkdiyi narkotik tərkibli ağacların olduğunu bildirərək dayandığı yerdən sola meyillənməklə irəliyə doğru hərəkət edərək evin həyətyanı sahəsində, giriş qapısından sağ tərəfdə yerləşən hasarın dibinə doğru gedərək, hasarın dibində yerdə əkilmiş bitkini göstərib, həmin bitkinin “nəşə" olduğunu bildirmşdir. X13 həmin bitkiyə baxış keçirərək qeyd olunan bitkinin diblərinin yumşaldığını, qulluq edilmiş çətənə bitkisi olduğunu bildirmişdir. Daha sonra həmin çətənə bitkisinə bənzər 1 ədəd bitki kökü ilə birlikdə torpaqdan çıxarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs həyətyanı sahənin digər yerlərində də narkotik tərkibli çətənə bitkiləri olduğunu bildirərək baxış iştirakçılarını həyətyanı sahədə yaşadığı evin qarşısında yerləşən eyvan istiqamətində aparmışdır. Evin qarşısında eyvana çatdıqdan sonra Təqsirləndirilən şəxs evin eyvanında qoyulmuş gül dibçəyini göstərmişdir. Həmin dibçəyin içərisində iki ədəd çətənə bitkisinə bənzər bitkinin olduğu müəyyən olunmuşdur. X13 həmin bitkilərə baxış keçirərək qeyd olunan bitkilərin qulluq olunmuş narkotik tərkibli çətənə bitkiləri olduğunu bildirmişdir. X13 tərəfindən həmin bitkilər dibçəkdə əkildikləri yerdən kökləri ilə birlikdə çıxarılmışdır. Baxış zamanı əlavə çıxarılmalı olan narkotik tərkibli çətənə bitkilərinə bənzər bitkilər olduğu üçün bütün bitkilərin çıxarıldıqdan sonra ölçülərinin ölçülməklə bir yerdə qablaşdırılması qərara alınmışdır. Daha sonra Təqsirləndirilən şəxs əkdiyi digər çətənə tərkibli bitkiləri göstərmək məqsədilə iştirakçıları yaşadığı evin arxa tərəfində yerləşən hasar istiqamətində aparmışdır. Evin arxa tərəfində yerləşən hasara çatdıqdan sonra hasarın dibində birində iki ədəd, digərlərində isə 1 ədəd olmaqla 4 ədəd dibçəyin içərisində ümumilikdə 5 ədəd narkotik tərkibli çətənə bitkilərinə bənzər bitkilərin olduğu müəyyən olunmuşdur. Həmin dibçəklər bir qədər açıqlıq əraziyə daşınmış, daha sonra müstəntiq tərəfindən Azər İsrəfılova sonuncu çətənə bitkisini əkdiyi yeri göstərmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs həmin yerdən bir qədər aralıda tərəvəz bitkilərinin əkildiyi cərgələrdən birinin arasına gələrək orada torpaqda əkilmiş vəziyyətdə olan 1 ədəd çətənə bitkisinə bənzər bitkini göstərmişdir. Ağarəhim Tağıyev həmin bitkiyə baxış keçirərək bitkinin qulluq edilmiş çətənə bitkisi olduğunu bildirmişdir. Bundan sonra Ağarəhim Tağıyev dibçəkdə olan ümumilikdə 5 ədəd çətənə bitkilərinə bənzər bitkilərə də baxış keçirərək, həmin bitkilərin də aqrotexniki qaydada qulluq edilmiş çətənə bitkiləri olduğunu qeyd etmişdir. Bundan sonra həmin çətənə bitkilərinə bənzər bitkilər də olduqları dibçəklərdən kökləri ilə birlikdə çıxarılaraq, az əvvəl evin həyətyanı sahəsində digər yerlərdən aşkar edilmiş çətənə bitkilərinə bənzər bitkilərlə birlikdə yerə düzülmüşdür. Həmin çətənə bitkilərinə bənzər bitkilər bir daha sayıldığından bitkilərin 9 ədəd olduğu təsdiqlənmişdir. Daha sonra o və X13 tərəfindən həmin bitkilərin uzunluqları metrə ilə ölçülməyə başlanılmışdır. Bundan sonra həmin 9 ədəd çətənə bitkilərinə bənzər bitkilər 2 ədəd baş-başa keçirilmiş ağ rəngli sellofan torbanın içərisinə qoyularaq qablaşdırılmışdır. Qabalaşdırmanın üzəri möhürlənmiş, o, Təqsirləndirilən şəxs və bütün digər iştirakçılar həmin qablaşdırmanın üzərinə imza etdikdən sonra qablaşdırma müstəntiq tərəfindən müvafiq qaydada götürülmüşdür. Bundan sonra həyətyanı sahədə baxış davam etdirilsə də, qanunla qadağan olunmuş əlavə əşya və ya predmetlər aşkar olunmamışdır. Daha sonra baxış evə keçirilməklə davam etdirilmiş və mətbəxə baxış zamanı orada olan soyuducunun üzərindən ilk əvvəl bir ədəd kibrit qutusunda toxumlar aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin toxumların narkotik toxumları olduğunu bildirmişdir. Daha sonra həmin soyuducunun üzərindən sıx şəkildə bağlanılmış bir ədəd şəffaf sellofan bükülü aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin toxumların da narkotik toxumları olduğunu bildirmişdir. Daha sonra həmin soyuducunun üzərindən yenidən 1 ədəd göy rəngli kağız bükülü aşkar olunmuş, həmin bükülü açıldıqda içərisində az miqdarda toxum olduğu görünmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin toxumların da narkotik toxumları ola biləcəyini bildirmişdir. X13 1 ədəd kibrit qutusunda, 1 ədəd şəffaf rəngli sellofanın və 1 ədəd göy rəngli kağız bükülünün içərisindəki toxumların çətənə bitkisinin toxumları olduğunu bildirmişdir. Daha sonra soyuducunun üzərindən aşkar olunmuş 1 ədəd kibrit qutusu, 1 ədəd sıx şəkildə bağlanılmış şəffaf rəngli sellofan bükülü və 1 ədəd göy rəngli kağız bükülü içərilərində olan çətənə bitkisinin toxumlarına bənzər toxumlarla birlikdə müstəntiq tərəfindən 1 ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmışdır. Zərfin üzəri zərflər üçün nəzərdə tutulan 71 nömrəli möhürlə möhürlənmişdir. O, Təqsirləndirilən şəxs və digər iştirakçılar həmin zərfin üzərinə imza etdikdən sonra zərf müstəntiq tərəfindən müvafiq qaydada götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdə və evin həyətyanı sahəsində baxış keçirilməsi davam etdirilsə də oradan qanunla qadağan olunmuş əlavə əşya və predmet aşkar edilməmişdir. Baxış zamanı Ucar Rayon Polis Şöbəsinin PPXB-nin komandiri X7 tərəfindən “Samsung” markalı aparatla video çəkiliş edilmiş və Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən ərizə, şikayət, təklif daxil olmamışdır. Baxış bitdikdən sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi üçün Ucar Rayon Polis Şöbəsinə getmişlər. Ucar Rayon Polis Şöbəsinə gəldikdən sonra orada o, NMQ-nin baş əməliyat müvəkkili Şahid2 və məsul növbətçi Ülvi Qurbanovun iştirakları ilə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Xidməti iş ilə əlaqədar olaraq PPXB-nin komandiri Alı Həsənzadə və PPXB-nin polis nəfəri Aqil Hüseynov baxışda iştirak edə bilməmişlər. Şəxsi axtarışa başlamamışdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq, bununla bağlı müvafiq bildirişin yaşadığı ünvana keçirilmiş baxış zamanı verildiyi diqqətinə çatdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı Müdafiəçi Scyidəli oğlunun iştirakının təmin edilməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə keçiriləcək şəxsi axtarış zamanı Müdafiəçi iştirak etməsini istədiyini bildirmiş, bundan sonra şəxsi axtarışın keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa, könüllü təqdim etməsi təklif olunmuş, sonuncu üzərində qanunla qadağan olunmuş hər hansı əşya və predmet olmadığını bildirmişdir. Bundan sonra tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan açıq mavi rəngli cins şalvarın qabaq sağ yan cibindən özünə məxsus işlək vəziyyətdə olan 1 ədəd qara rəngli “Samsung" markalı mobil telefon aşkar olunaraq götürülmüş və 1 ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmışdır. Həmin zərfin üzəri zərflər üçün nəzərdə tutulan 71 nömrəli möhürlə möhürləndikdən sonra iştirakçılar tərəfindən zərfin üzəri imzalanmış və həmin mobil telefon müstəntiq tərəfindən müvafiq qaydada götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş əşya və predmet aşkar olunmamış və Ucar Rayon Polis Şöbəsinin növbətçi hissəsinin məsul növbətçisi vəzifəsini müvəqqəti icra edən X5 tərəfindən “Samsung” markalı fotoaparatla videoçəkiliş aparılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 da şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar ifadə verdi. Cinayət işində olan X21 X3 sektorunun baş məsləhətçisi A.Tağıyev tərəfindən verilmiş 24 iyun 2024-cü il tarixli rəydən görünür ki, təqdim olunan bitkilər narkotik xassəli çətənə bitkiləridir, onlara aqrotexniki qaydada qulluq göstərilmiş və kultivasiya edilmişdir. Cinayət işində olan məhkəmə-bioloji ekspertizasının 25 iyun 2024-cü il tarixli, 3-16- 16-2-17/558 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda "Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş 9 ədəd ...bitkilər..." sözləri, adlar və imzalar olan 01 (bir) ədəd sellofan kisənin içərisindəki, 09 (doqquz) ədəd, uzunluqları 30 sm-dən 108 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkiləri-203,54 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. X8 24 iyun 2024-cü il tarixli rəyinə əsasən təqdim edilmiş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş, üzərində "Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunaraq götürülmüş narkotik vasitə...." sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki; 01 (bir) ədəd sellofan torbada, təmiz çəkisi-34,94 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, 01 (bir) ədəd göy-ağ rəngli kağız bükümdə, təmiz çəkisi-0,31 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmçinin həmin bükümdəki, təmiz çəkisi-0,14qram olan tütünə oxşar digər bitki mənşəli kütlə narkotik vasitələrə aid deyildir. Tədqiqata təqdim olunmuş, qurudulmuş marixuanaların ümumi təmiz çəkisi 35,25 qramdır. Tədqiqata təqdim olunmuş, üzərində "Təqsirləndirilən şəxs yaşadığı ünvandan götürülmüş toxumlar." sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki, 01 (bir) ədəd kibrit qutusunda, 01 (bir) ədəd sellofan bükümdə və 01 (bir) ədəd göy-ağ rəngli kağız bükümdə, uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri-0,40qr., 0,08qr., 0,10qr., ümumi təmiz çəkisi-0,58qram olan bitki toxumları narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Çətənə (kannabis) bitkisinin toxumları narkotik vasitələrə aid deyil. Tədqiqata təqdim olunmuş 09 (doqquz) ədəd çətənə bitkiləri ilə 01 (bir) ədəd sellofan torbada və 01 (bir) ədəd göy-ağ rəngli kağız bükümdə olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının 20 avqust 2024-cü il tarixli, 1402 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində cinayət tərkibi vardır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs CM-in 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi, onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirildiyi üçün o, həmin maddələr ilə təqsirli bilinib cəzalanmalıdır. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan Ucar Rayon İcra Hakimiyyəti başçısının Alpout kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 21 avqust 2024-cü il tarixli, 5-80-15/2- 327/2024 nömrəli arayışdan və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 22 sentyabr 2012-ci ildə doğulmuş X9 və 23 noyabr 2014-cü ildə X10 adlı iki uşağı vardır. Cinayət işində оlan Ucar Rayon İcra Hakimiyyəti başçısının Alpout kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. CM-in 58.3-cü mаddəsində nəzərdə tutulmuşdur ki, cəzа təyin еdilərkən törədilmiş cinаyətin хаrаktеri və ictimаi təhlükəlilik dərəcəsi, təqsirkаrın şəхsiyyəti, о cümlədən cəzаnı yüngülləşdirən və аğırlаşdırаn hаllаr, hаbеlə təyin оlunmuş cəzаnın şəхsin islаh оlunmаsınа və оnun аiləsinin həyаt şərаitinə təsiri nəzərə аlınır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə, yaşayış yerindən müsbət xarakterizə olunmasını, təqsirini etiraf etməsini, törətdiyi əməllərə görə səmimi peşmançılıq çəkməsini və ailədə yeganə qazanc gətirən şəxs olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə yuxarıda qeyd edilən cəzanın yüngülləşdirən halların məcmusunu, təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə təyin oluncaq cəzanın şəxsin islah olunması və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən Təqsirləndirilən şəxs CM-in 234.1 və 237.1-ci maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Ucar rayonu, Alpout kəndində yaşayır. Məhkəmə hesab edir ki, CM-in 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Ucar rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin olunacaq azadlığın mədudlaşdırılması cəzasının müddətinin əvvəlini məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmasını qanuni və əsaslı hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 24 iyun 2024-cü il tarixdə, saat 14:50-də şübhəli şəxs qismində tutulmuş, 26 iyun 2024-cü il tarixdə Ucar Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerindən azad edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edilmiş və həmin tarixdə, saat 13:10-da müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxsə elan olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində qəti cəza CM-in 69.3-cü maddəsində nəzərdə tutulmuş qaydalar üzrə təyin edilməlidir. CM-iн 69.3-cü maddəsində göstərilir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlanmanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu 2 gün müddət ona cəza təyin edilərkən nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olubolmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə üzrə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, CM-in 93.1.2-ci maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin еdilir. Hazırkı cinayət işi üzrə müvafiq ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə, CPM-in 346.1.19-cu maddəсinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan 09 (doqquz) ədəd narkotik təbiətli çətənə (kannabis) bitkiləri, tədqiqata sərf edildikdən sonra qalıq qalmış, ümumi təmiz çəkisi 35,21 qram olan narkotik vasitə-qurudulmuş marixuanalar və 0,58 qram çəkidə bitki toxumları məhv edilməli, iş üzrə maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi, onun narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməsi və narkoloji kabinetdə qeydiyyata alınması, habelə hökmün məhkəmə məsrəfinin təqsirləndirilən şəxsdən tutulması və maddi sübutların-narkotik təbiətli çətənə (kannabis) bitkilərinin, narkotik vasitə-qurudulmuş marixuanaların və bitki toxumlarının məhv edilməsi hissəsində icra edilməsi Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 102 (bir yüz iki) manat məbləğində pul ödənilməlidir İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 2 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə həbsdə olduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla üzərində qəti olaraq 2 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması cəzasının müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Ucar rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Ucar rayonu, Alpout kəndində yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan 09 (doqquz) ədəd narkotik təbiətli çətənə (kannabis) bitkiləri, tədqiqata sərf edildikdən sonra qalıq qalmış, ümumi təmiz çəkisi 35,21 qram olan narkotik vasitə-qurudulmuş marixuanalar və 0,58 qram çəkidə bitki toxumları məhv edilsin. İş üzrə maddi sübut olan 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi, onun narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməsi və narkoloji kabinetdə qeydiyyata alınması, habelə hökmün məhkəmə məsrəfinin (ekspertiza xərcinin) təqsirləndirilən şəxsdən tutulması və maddi sübutların-narkotik təbiətli çətənə (kannabis) bitkilərinin, narkotik vasitə-qurudulmuş marixuanaların və bitki toxumlarının məhv edilməsi hissəsində icra edilməsi Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 102 (bir yüz iki) manat məbləğində pul ödənilsin. Hökmdən elan edildiyi vaxtdan 20 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №1(063)-61/2024
Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-61/2024
09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver