Məhkəmə qərarları › İş №1(063)-61/2025

Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-61/2025

12.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-61/2025 12.09.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçilər-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüləri, fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi2 və Müdafiəçi1, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Yevlax şəhər vəkil bürosunun vəkili Müdafiəçi3 və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə xx xxxxxx 2001-ci ildə Cəlilabad rayonu, Qarakazımlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Cəlilabad rayonu, Qarakazımlı kəndində qeydiyyatda olan və ünvan 1, fərdi yaşayış evində yaşamış, barəsində həbs növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair, xx xxxxx 2001-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Kəlbəcər rayonu, Zar kəndində qeydiyyatda olan və ünvan 2-də yaşamış, barəsində həbs növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair və xx xxxx 2002-ci ildə Zərdab rayonu, Şıxbağı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Zərdab rayonu, Şıxbağı kəndində qeydiyyatda olan və ünvan 3 “Yeni Bakı” yaşayış məhəlləsində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 01 may 2025-ci il tarixdə, saat 17 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birgə niyyətlə hərəkət edərək icarəyə götürdükləri dövlət qeydiyyat nömrə nişanı istintaqa məlum olmayan “Kia Forte” markalı avtomobillə Ucar rayonu, Qazyan kəndinə gəlib həmin kənd sakini Zərərçəkmiş şəxs2 yaşadığı evin yaxınlığında sonuncuya məxsus qoyunların otladığını görüb ətrafda kənar şəxslərin olmadığına əmin olduqdan sonra tamah niyyəti ilə Zərərçəkmiş şəxs2 məxsus 300 manat dəyərində, diri çəkisi 30 kiloqram olan 1 illik, 1 baş dişi qoyunu idarə etdiyi həmin avtomobilin yük yerinə qoyub aparmaqla Zərərçəkmiş şəxs2 300 manat məbləğində maddi ziyan vuraraq özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq qəsdən talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən 14 may 2025-ci il tarixdə, saat 08:30 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəlib birgə niyyətlə hərəkət edərək "xxxx" MMC-dən icarəyə götürdükləri “Hyundai Elantra” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ucar rayonu, Qazyan kəndinə gəlib həmin kənd sakini X1 yaşadığı evdən 150 metr aralı məsafədə olan açıq sahədə sonuncuya məxsus qoyunların otladığını görüb ətrafda kənar şəxslərin olmadığına əmin olduqdan sonra tamah niyyəti ilə Səmərrux Ələkbərovaya məxsus 550 manat dəyərində, diri çəkisi 60 kiloqram olan 4 illik, 1 baş qarnında balası olan ana qoyunu və 250 manat dəyərində, diri çəkisi 24 kiloqram olan 1,6 illik, 1 baş erkək qoçu idarə etdiyi həmin avtomobilin yük yerinə qoyub aparmaqla zərərçəkmiş şəxs Səmərrux Ələkbərovaya ümumilikdə 800 manat məbləğində maddi ziyan vuraraq özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən gizli olaraq qəsdən talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən 14 may 2025-ci il tarixdə, saat 08:45 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəlib birgə niyyətlə hərəkət edərək "xxxx" MMC-dən icarəyə götürdükləri “Hyundai Elantra” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ucar rayonu, Qazyan kəndinə gəlib həmin kənd sakini Zərərçəkmiş şəxs1 yaşadığı evdən 150 metr aralı məsafədə olan açıq sahədə sonuncuya məxsus qoyunların otladığını görüb ətrafda kənar şəxslərin olmadığına əmin olduqdan sonra tamah niyyəti ilə Zərərçəkmiş şəxs1 məxsus 250 manat dəyərində, diri halda çəkisi 50 kiloqram olan 3 illik, 1 baş ana qoyunu və 300 manat dəyərində, diri halda çəkisi 55 kiloqram olan 4 illik, 1 baş ana qoyunu idarə etdiyi həmin avtomobilin yük yerinə qoyub aparmaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 550 manat məbləğində maddi ziyan vuraraq özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən gizli olaraq qəsdən talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 14 may 2025-ci il tarixdə, saat 08:30 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəlib birgə niyyətlə hərəkət edərək "xxxx" MMC-dən icarəyə götürdükləri “Hyundai Elantra” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ucar rayonu, Qazyan kəndinə gəlib həmin kənd sakini X1 yaşadığı evdən 150 metr aralı məsafədə olan açıq sahədə sonuncuya məxsus qoyunların otladığını görüb ətrafda kənar şəxslərin olmadığına əmin olduqdan sonra tamah niyyəti ilə Səmərrux Ələkbərovaya məxsus 550 manat dəyərində, diri çəkisi 60 kiloqram olan 4 illik, 1 baş qarnında balası olan ana qoyunu və 250 manat dəyərində, diri çəkisi 24 kiloqram olan 1,6 illik, 1 baş erkək qoçu idarə etdiyi həmin avtomobilin yük yerinə qoyub aparmaqla zərərçəkmiş şəxs Səmərrux Ələkbərovaya ümumilikdə 800 manat məbləğində maddi ziyan vuraraq özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən gizli olaraq qəsdən talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən 14 may 2025-ci il tarixdə, saat 08:45 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəlib birgə niyyətlə hərəkət edərək "xxxx" MMC-dən icarəyə götürdükləri “Hyundai Elantra” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ucar rayonu, Qazyan kəndinə gəlib həmin kənd sakini Zərərçəkmiş şəxs1 yaşadığı evdən 150 metr aralı məsafədə olan açıq sahədə sonuncuya məxsus qoyunların otladığını görüb ətrafda kənar şəxslərin olmadığına əmin olduqdan sonra tamah niyyəti ilə Zərərçəkmiş şəxs1 məxsus 250 manat dəyərində, diri halda çəkisi 50 kiloqram olan 3 illik, 1 baş ana qoyunu və 300 manat dəyərində, diri halda çəkisi 55 kiloqram olan 4 illik, 1 baş ana qoyunu idarə etdiyi həmin avtomobilin yük yerinə qoyub aparmaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 550 manat məbləğində maddi ziyan vuraraq özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən gizli olaraq qəsdən talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 01 may 2025-ci il tarixdə, saat 17 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birgə niyyətlə hərəkət edərək icarəyə götürdükləri dövlət qeydiyyat nömrə nişanı istintaqa məlum olmayan “Kia Forte” markalı avtomobillə Ucar rayonu, Qazyan kəndinə gəlib həmin kənd sakini Zərərçəkmiş şəxs2 yaşadığı evin yaxınlığında sonuncuya məxsus qoyunların otladığını görüb ətrafda kənar şəxslərin olmadığına əmin olduqdan sonra tamah niyyəti ilə Zərərçəkmiş şəxs2 məxsus 300 manat dəyərində, diri çəkisi 30 kiloqram olan 1 illik, 1 baş dişi qoyunu idarə etdiyi həmin avtomobilin yük yerinə qoyub aparmaqla Zərərçəkmiş şəxs2 300 manat məbləğində maddi ziyan vuraraq özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli olaraq qəsdən talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 177.2.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Cəlilabad rayonu Qarakazımlı kəndindən olsa da təxminən 20 il olar ki, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xəzər rayonunda yaşamışlar. O, Laçın rayonu ərazisində yerləşən hərbi hissədə xidmət etmişdir. Onunla eyni hərbi hissədə Zərdab rayonunda yaşayan Təqsirləndirilən şəxs3 da xidmət etmiş və hərbi xidmət müddətində də Rəhmanla aralarında dostluq münasibəti yaranmışdır. 2022ci ildə hərbi xidmətdən tərxis olunduqdan sonra da Rəhmanla münasibətini davam etdirmişdir. Həmin ərəfələrdə Rəhman Yasamal rayonunda “İnşaatçılar” metrostansiyasının yaxınlığında yerləşən mənzillərdən birində kirayə yaşamış və onlar mütəmadi olaraq görüşüb söhbət etmişlər. Həbs olunduğu vaxtdan təxminən 3 ay əvvəl Bakı şəhərində Rəhmanla görüşərkən Rəhman ona əvvəllər Zərdab rayonunda yaşadığına görə həmin rayonun ərazisini yaxşı tanıdığını, birlikdə Zərdab rayonuna gedərək həmin rayonda olan kəndlərdən qoyun oğurlayıb satmaqla pul əldə etməyi təklif etmişdir. O, Rəhmanın bu təklifi ilə razılaşmış və Bakı şəhərində fəaliyyət göstərən «Renta Car»dan avtomobil icarəyə götürüb qoyun oğurlamaq üçün Zərdab rayonuna getməyi qərara almışlar. 30 aprel 2025-ci il tarixdə Rəhmanla birlikdə Bakı şəhərində, “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında yerləşən adını xatırlamadığı «Renta Car»a müraciət edib qeydiyyat nömrə nişanını xatırlamadığı “Kia Forte” markalı avtomobili Rəhmanın adına icarəyə götürmüşlər. İcarəyə götürdükləri “Kia Forte” markalı avtomobilin qeydiyyat nömrə nişanının son rəqəmləri 143 olması yadında qalmışdır. 30 aprel 2025-ci il tarixdə, saat 23 radələrində onlar Zərdab rayonuna gəlib gecəni Zərdab rayonunda qalmışlar. Zərdab rayonunda olarkən Rəhman ona qoyunu Zərdab rayonundan yox, Ucar rayonu, Qazyan kəndindən oğurlamağı təklif etmişdir. O, etiraz etməmiş və 01 aprel 2025-ci il tarixdə özü sükan arxasında əyləşərək avtomobili idarə edib Zərdab-Ucar avtomobil yolu ilə Ucar rayonu istiqamətində gəlməyə başlamışdır. 01 may 2025-ci il tarixdə, saat 17 radələrində Zərdab-Ucar avtomobil yolunun kənarında yerləşən kəndə çatanda Rəhman həmin kəndin Ucar rayonu, Qazyan kəndi olduğunu və qoyunları da həmin kənddən oğurlayacağını bildirmişdir. Bundan sonra Rəhman ona yol göstərmiş və o, Ucar rayonu, Qazyan kəndində Rəhmanın göstərdiyi yolla getməyə başlamışdır. Ucar rayonu, Qazyan kəndində mərkəzi küçələrdən biri ilə hərəkətdə olarkən asfalt-beton örtüklü yolunun kənarında bir neçə baş sahibsiz qoyunun otladığını görmüşdür. O, avtomobili qoyunlara yaxın yerdə saxlamış, Rəhman isə avtomobildən düşərək qoyunların içindən 1 baş qoyunu tutub avtomobilin yük yerinə qoymuşdur. Rəhman gəlib avtomobilə əyləşdikdən sonra onlar əvvəlcə Zərdab şəhərinə getmişlər, sonra isə Ucar şəhərinə gəlib tanımadığı qəssabla görüşmüşlər və oğurladıqları qoyunun özlərinə məxsus olmasını deyərək 210 manata satıb pulu aralarında bölmüşlər. Bundan sonra onlar Bakı şəhərinə gedib avtomobili icarəyə götürdükləri yerə təhvil vermişlər. Həmin vaxtdan sonra Rəhmanı görməmiş, ancaq hərdənbir mobil telefonla zəng edib danışmışdır. 2025-ci ilin may ayının 9-da Bakı şəhərində tanışı Fəridlə görüşərkən Fəridə “hərbi xidmətdə bir yerdə olduğu dostu ilə Ucar rayonu ərazisindən qoyun oğurlayıb satmışıq, əgər razısansa, Ucar rayonuna gedib qoyun oğurlayarıq və oğurladığımız qoyunları Bakı şəhərinə gətirib qəssablara satmaqla yaxşı pul əldə edə bilərik” demiş, Fərid də onun bu təklifi ilə razılaşmışdır. X16 tanımamışdır. 13 may 2025-ci il tarixdə onlar Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMC-yə müraciət edib “Hyundaı Elantra” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobili adına icarəyə götürmüş və 2025-ci ilin may ayının 13-dən 14-nə keçən gecə Fəridlə birlikdə həmin avtomobilə əyləşib Ucar rayonuna yola düşmüşlər. 14 may 2025-ci il tarixdə, saat 08 radələrində onlar Ucar rayonu, Qazyan kəndinə çatmışlar və yolun kənarında avtomobili saxlayıb sakitçilik yarananda kəndə yaxın ərazidə otlayan qoyunlardan bir neçəsini oğurlayıb apara bilsinlər deyə ətrafa nəzər yetirmişlər. Fəridin sükan arxasında əyləşib gözləməsi, onun isə qoyunları tutub avtomobilin yük yerinə qoyması barədə razılaşmışlar. 14 may 2025-ci il tarixdə, saat 08:30 radələrində Ucar rayonu, Qazyan kəndində kollarla əhatə olunmuş sahədə təxminən 14-15 baş qoyunun otladığını, yaxınlıqda isə başqa kənar adam olmadığını görüb həmin yerə yaxınlaşmışlar. Fərid sükan arxasında əyləşib gözləmiş, o isə avtomobildən düşüb iki baş qoyunu tək-tək tutub gətirərək avtomobilin yük yerinə qoymuşdur. Bundan sonra özü də avtomobilə əyləşmiş və Fərid avtomobili hərəkətə gətirib gedərkən təxminən 200 metr aralı məsafədə başqa qoyunların otladığını görüb həmin qoyunlardan da bir neçə başını oğurlayıb aparmaları barədə yenidən razılaşmışlar. Saat 08:45 radələrində Fərid avtomobili həmin qoyunların otladığı yerin yaxınlığında saxlamış və o, avtomobildən düşüb iki baş qoyunu tək-tək tutub gətirərək avtomobilin yük yerinə qoymuşdur. Bundan sonra Fərid gəlib ön sağ oturacaqdə əyləşmiş, o isə sükan arxasında əyləşib avtomobili idarə etmiş və onlar Göyçay rayonu ərazisindən keçməklə Bakı şəhəri istiqamətində getməyə başlamışlar. Göyçay rayonu ərazisində xatırlamadığı yerə çatanda avtomobili saxlayıb yük yerinə baxanda qoyunlardan birinin öldüyünü görmüş və ölmüş qoyunun cəsədini götürüb yolun kənarına atmışdır. Bundan sonra avtomobilə əyləşmiş və Bakı şəhəri istiqamətində hərəkətlərini davam etdirmişlər. Qobustan rayonu ərazində yerləşən polis postuna çatanda yolun kənarında dayanmış polis əməkdaşı avtomobili dayandırmağı ilə bağlı işarə vermiş və o, məcbur olub avtomobili dayandırmışdır. Polis əməkdaşları avtomobilin yük yerinə baxıb qoyunları gördükdən sonra onları Qobustan Rayon Polis Şöbəsinə aparmışlar. Qobustan Rayon Polis Şöbəsinin inzibati binasının həyətində avtomobilin yük yerinə baxarkən qoyunlardan birinin də öldüyünü görmüşdür. Bir qədər keçdikdən sonra Qobustan Rayon Polis Şöbəsinə Ucar Rayon Polis Şöbəsinin əməkdaşları gəlmiş və onları Ucar Rayon Polis Şöbəsinə gətirmişlər. Ucar Rayon Polis Şöbəsində olarkən oğurladıqları qoyunların sahibləri gəlib avtomobildə qalan 2 baş diri və bir baş ölmüş qoyunu tanıyıb özlərinə məxsus olmasını bildirmişlər. Təqsirləndirilən şəxs1 son sözündə törətdiyi əməlləri etiraf edərək peşiman olmasını və cəzanın ağırlaşdıran halların olmamasını nəzərə alıb ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 oğunu təxminən 7-8 il olar ki, tanıyır. 2025-ci ilin may ayının 9-da Bakı şəhərində tanışı Naqillə görüşərkən Naqil ona “hərbi xidmətdə bir yerdə olduğu dostu Rəhman ilə Ucar rayonu ərazisindən qoyun oğurlayıb satmışlar, əgər istəsə birlikdə Ucar rayonuna gedib qoyun oğurlayarıq və oğurladığımız qoyunları Bakı şəhərinə gətirib qəssablara satmaqla yaxşı pul əldə edə bilərik” demiş, o Naqilin bu təklifi ilə razılaşmışdır. Amma o, Rəhmanı tanımamışdır. 13 may 2025-ci il tarixdə onlar Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMC-yə müraciət edib “Hyundai Elantra” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobili Naqilin adına icarəyə götürmüş və 2025-ci ilin may ayının 13-dən 14-nə keçən gecə Naqillə birlikdə həmin avtomobilə əyləşib Ucar rayonuna yola düşmüşlər. 14 may 2025-ci il tarixdə, saat 08 radələrində onlar Ucar rayonu, Qazyan kəndinə çatmışlar və yolun kənarında avtomobili saxlayıb sakitçilik yarananda kəndə yaxın ərazidə otlayan qoyunlardan bir neçəsini oğurlayıb apara bilsinlər deyə ətrafa nəzər yetirmişlər. Onun sükan arxasında əyləşib gözləməsi, Naqilin isə qoyunları tutub avtomobilin yük yerinə qoyması barədə razılaşmışlar. 14 may 2025-ci il tarixdə, saat 08:30 radələrində Ucar rayonu, Qazyan kəndində kollarla əhatə olunmuş sahədə təxminən 14-15 baş qoyunun otladığını, yaxınlıqda isə başqa kənar adam olmadığını görüb həmin yerə yaxınlaşmışlar. O, sükan arxasında əyləşib gözləmiş, Naqil isə avtomobildən düşüb iki baş qoyunu təktək tutub gətirərək avtomobilin yük yerinə qoymuşdur. Bundan sonra Naqil də avtomobilə əyləşmiş və o, avtomobili hərəkətə gətirib gedərkən təxminən 200 metr aralı məsafədə başqa qoyunların otladığını görüb həmin qoyunlardan da bir neçə başını oğurlayıb aparmaq barədə razılaşmışlar. Saat 08:45 radələrində o, avtomobili həmin qoyunların otladığı yerin yaxınlığında saxlamış və Naqil avtomobildən düşüb iki baş qoyunu tək-tək tutub gətirərək avtomobilin yük yerinə qoymuşdur. Bundan sonra o, gəlib ön sağ oturacaqda əyləşmiş, Naqil isə sükan arxasında əyləşib avtomobili idarə etmiş və onlar Göyçay rayonu ərazisindən keçməklə Bakı şəhəri istiqamətində getməyə başlamışlar. Göyçay rayonu ərazisində xatırlamadığı yerə çatanda Naqil avtomobili saxlayıb yük yerinə baxanda qoyunlardan birinin öldüyünü görmüş və ölmüş qoyunun cəsədini götürüb yolun kənarına atmışdır. Bundan sonra Naqil avtomobilə əyləşmiş və onlar Bakı şəhəri istiqamətində hərəkətlərini davam etdirmişlər. Qobustan rayonu ərazində yerləşən polis postuna çatanda yolun kənarında dayanmış polis əməkdaşı avtomobili dayandırmaqları ilə bağlı işarə vermiş və Naqil məcbur olub avtomobili dayandırmışdır. Polis əməkdaşları avtomobilin yük yerinə baxıb qoyunları gördükdən sonra onları Qobustan Rayon Polis Şöbəsinə aparmışlar. Qobustan Rayon Polis Şöbəsinnin inzibati binasının həyətində avtomobilin yük yerinə baxarkən qoyunlardan birinin də öldüyünü görmüşdür. Bir qədər keçdikdən sonra Qobustan Rayon Polis Şöbəsinə Ucar Rayon Polis Şöbəsinin əməkdaşları gəlmiş və onları Ucar Rayon Polis Şöbəsinə gətirmişlər. Ucar Rayon Polis Şöbəsində olarkən oğurladıqları qoyunların sahibləri gəlib avtomobildə qalan 2 baş diri və bir baş ölmüş qoyunu tanıyıb özlərinə məxsus olmasını bildirmişlər. Təqsirləndirilən şəxs2 son sözündə dəymiş ziyanı tamamilə ödəməsini, ilk dəfə olaraq cinayət əməlini törətməsini, “Vətən Müharibəsi” iştirakçısı olmaqla medallarla təltif edilməsini, məcburi köçkün olmasını, törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşiman olmasını və cəzanın ağırlaşdıran halların olmamasını nəzərə alıb ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əslən Zərdab rayonu, Şıxbağı kəndindən olsa da, təxminən 5 il olar ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Xırdalan qəsəbəsinə köçərək orada kirayə yaşamışdır. O, Laçın rayonu ərazisində yerləşən hərbi hissədə xidmət etmişdir. Onunla eyni hərbi hissədə Cəlilabad rayonunda yaşayan Təqsirləndirilən şəxs1 da xidmət etmiş və hərbi xidmət müddətində də Naqillə aralarında dostluq münasibəti yaranmışdır. 2022-ci ildə hərbi xidmətdən tərxis olunduqdan sonra da Naqillə münasibətini davam etdirmişdir. Həmin ərəfələrdə Naqil Bakı şəhəri, Xəzər rayonunda yaşamış və onlar mütəmadi olaraq görüşüb söhbət etmişlər. Təxminən 5 ay əvvəl Bakı şəhərində Naqillə görüşərkən ona “əvvəllər Zərdab rayonunda yaşadığıma görə həmin rayonun ərazisini yaxşı tanıyıram, birlikdə Zərdab rayonuna gedək və həmin rayonda olan kəndlərdən qoyun oğurlayıb satmaqla pul əldə edək” demişdir. Naqil də onun bu təklifi ilə razılaşmış və Bakı şəhərində fəaliyyət göstərən «Renta Car»dan avtomobil icarəyə götürüb qoyun oğurlamaq üçün Zərdab rayonuna getməyi qərara almışlar. 30 aprel 2025-ci il tarixdə Rəhmanla birlikdə Bakı şəhərində “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında yerləşən adını xatırlamadığı «Renta Car»a müraciət edib qeydiyyat nömrə nişanını xatırlamadığı “Kia Forte” markalı avtomobili onun adına icarəyə götürmüşlər. İcarəyə götürdükləri “Kia Forte” markalı avtomobilin qeydiyyat nömrə nişanının son rəqəmlərinin 143 olması yadında qalmışdır. 30 aprel 2025-ci il tarixdə, saat 23 radələrində onlar Zərdab rayonuna gəlib gecəni Zərdab rayonunda qalmışlar. Zərdab rayonunda olarkən o, qoyunu Zərdab rayonundan yox, Ucar rayonu, Qazyan kəndindən oğurlamağı təklif etmişdir. Naqil etiraz etməmiş və 01 aprel 2025-ci il tarixdə Naqil sükan arxasında əyləşərək avtomobili idarə edib Zərdab-Ucar avtomobil yolu ilə Ucar rayonu istiqamətində gəlməyə başlamışlar. 01 may 2025-ci il tarixdə, saat 16 radələrində Zərdab-Ucar avtomobil yolunun kənarında yerləşən kəndə çatanda o, həmin kəndin Ucar rayonu, Qazyan kəndi olduğunu və qoyunları da həmin kənddən oğurlayacaqlarını bildirmişdir. Bundan sonra o, Naqilə yolu göstərmiş və Naqil Ucar rayonu, Qazyan kəndində onun göstərdiyi yolla getməyə başlamışdır. Ucar rayonu, Qazyan kəndində mərkəzi küçələrdən biri ilə hərəkətdə olarkən asfalt-beton örtüklü yolunun kənarında bir neçə baş sahibsiz qoyunun otladığını görmüşlər. Naqil avtomobili qoyunlara yaxın yerdə saxlamış, o isə avtomobildən düşərək qoyunların içərisindən 1 baş qoyunu tutub avtomobilin yük yerinə qoymuşdur. O, gəlib avtomobilə əyləşdikdən sonra onlar əvvəlcə Zərdab şəhərinə getmişlər, sonra isə Ucar şəhərinə gəlib tanımadıqları qəssabla görüşmüş və oğurladıqları qoyunun özlərinə məxsus olmasını deyərək 210 manata satıb pulu aralarında bölmüşlər. Bundan sonra onlar Bakı şəhərinə gedib avtomobili icarəyə götürdükləri yerə təhvil vermişlər. Həmin vaxtdan sonra Naqili görməmiş, ancaq hərdənbir mobil telefonla zəng edərək danışmışdır. Təqsirləndirilən şəxs3 son sözündə təqsirini boynuna alıb peşiman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, cəzanın ağırlaşdıran halların olmamasını nəzərə alıb ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri onların özlərinin etirafedici ifadələri ilə yanaşı zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri, eləcə də iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, yaşadığı evin həyətində olan tövlədə 16 baş qoyun saxlamışdır. O, özü hər gün saat 08 radələrində tövlədən qoyunları çıxarıb otlamaları üçün yaşadığı evdən təxminən 150 metr aralı məsafədə yerləşən ətrafı kollarla əhatə olunmuş sahəyə buraxmış, günorta saatlarında isə heyvanlar özləri qayıdıb həyətə gəlmişlər. Həmişə olduğu kimi, 14 may 2025-ci il tarixdə, saat 08 radələrində o, yenə də həyətində olan tövlənin qapısını açıb 16 baş qoyunu çıxararaq otlamaları üçün evinin yaxınlığında olan kollarla əhatə olunmuş sahəyə buraxmışdır. Həmin gün, saat 13 radələrində qoyunlar həyətə gələndə saymış və diri halda 50 kq çəkisi olan 250 manat dəyərində bir baş 3 illik, ağ rəngli ana qoyun və diri halda çəkisi 55 kq olan 300 manat dəyərində bir baş 4 illik, ağ rəngli ana qoyunun olmadığını görmüşdür. O, ana qoyunların otladıqları sahədə qaldıqlarını düşünərək gedib həmin sahəni axtarsa da, qoyunları tapa bilməyib oğurlandıqlarını başa düşmüş və həmin gün Ucar Rayon Polis Şöbəsinə gəlib ərizə yazaraq ona məxsus 2 baş qoyunun naməlum şəxs tərəfindən oğurlanması barədə məlumat vermişdir. Həmin gün axşam saatlarında dəvət olunduğu üçün Ucar Rayon Polis Şöbəsinə gəlmiş və polis şöbəsinin həyətində olan avtomobilin yük yerinə baxanda özünə məxsus bir baş ana qoyunun həmin avtomobilin yük yerində olduğunu görüb tanımışdır. O, polis əməkdaşlarına ağ rəngdə olan ana qoyunun özünə məxsus olduğunu bildirmişdir. Həmin vaxt polis şöbəsinin həyətində olan həmkəndlisi Səmərrux da avtomobilin yük yerində olan heyvanlara baxdıqdan sonra digər bir baş qoçun və ölmüş bir baş qoyunun ona məxsus olmasını bildirmişdir. Polis şöbəsində olarkən bilmişdir ki, 14 may 2025-ci il tarixdə yaşadığı kənd ərazisindən onun heyvanları ilə yanaşı Səmərruxun da iki baş qoyununu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurlayıb idarə etdikləri avtomobillə Bakı şəhərinə apararkən yolda polis əməkdaşları tərəfindən saxlanılıb Ucar Rayon Polis Şöbəsinə gətirilmişlər. Bundan sonra polis əməkdaşları tərəfindən sənədləşdirmə aparılmış və ona məxsus bir baş ana qoyun özünə təhvil verilmişdir. Ucar rayonu, Qazyan kəndində yaşadığı evin yaxınlığında olan kollarla əhatə olunmuş sahədən ona məxsus diri halda 50 kq çəkisi olan 250 manat dəyərində bir baş 3 illik ana qoyunun və diri halda çəkisi 55 kq olan 300 manat dəyərində bir baş 4 illik ana qoyunun oğurlanması nəticəsində ona ümumilikdə 550 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edib ərizədə ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, yaşadığı evin həyətində olan tövlədə 10 baş qoyun saxlamışdır. O, özü hər gün saat 08 radələrində tövlədən qoyunları çıxarıb otlamaları üçün yaşadığı evin qarşısında olan küçəyə buraxmış, günorta saatlarında isə heyvanları sayıb yenidən həyətə salmışdır. Həmişə olduğu kimi, 01 may 2025-ci il tarixdə, saat 08 radələrində o, yenə də həyətində olan tövlənin qapısını açıb 10 baş qoyunu çıxararaq otlamaları üçün evinin yaxınlığında olan küçəyə buraxmışdır. Həmin gün, təxminən saat 18 radələrində qoyunları həyətə salmaq üçün küçəyə çıxanda diri halda 30 kq çəkisi olan 300 manat dəyərində bir baş, 1 illik, ağ rəngli dişi qoyunun olmadığını görmüşdür. O, qoyunların otladıqları sahədə qaldıqlarını düşünərək gedib həmin sahəni axtarsa da, qoyunları tapa bilməyib oğurlandıqlarını başa düşmüş və həmin gün Ucar Rayon Polis Şöbəsinə gəlib ərizə yazaraq ona məxsus 1 baş qoyunun naməlum şəxs tərəfindən oğurlanması barədə məlumat vermişdir. Ucar rayonu, Qazyan kəndində yaşadığı evin yaxınlığında olan sahədən ona məxsus diri halda 30 kq çəkisi olan 300 manat dəyərində bir baş, 1 illik, ağ rəngli dişi qoyunun oğurlanması nəticəsində ona 300 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edib ərizədə ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. İş materiallarından görünür ki, zərərçəkmiş şəxs X4 12 iyul 2025-ci ildə ölmüş, onun oğlu X5 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X5 məhkəməyə teleqram göndərib teleqramda məhkəmə iclasında səhhəti ilə bağlı iştirak edə bilmədiyini göstərib məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Onun ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş ifadəsindən görünür ki, anası Səmərrux yaşadığı evin həyətində olan tövlədə 13 baş qoyun və 2 baş erkək qoç saxlamışdır. Anası özü hər gün saat 08 radələrində tövlədən qoyunları çıxarıb otlamaları üçün yaşadığı evdən təxminən 150 metr aralı məsafədə yerləşən ətrafı kollarla əhatə olunmuş sahəyə buraxmış, günorta saatlarında isə heyvanları özləri qayıdıb həyətə gəlirmişlər. Həmişə olduğu kimi, 14 may 2025-ci il tarixdə, saat 08 radələrində o, yenə də həyətində olan tövlənin qapısını açıb 13 baş qoyunu və 2 baş erkək qoçu çıxararaq otlamaları üçün evinin yaxınlığında olan kollarla əhatə olunmuş sahəyə buraxmışdır. Həmin gün, təxminən saat 13 radələrində qoyunlar həyətə gələndə anası qoyunları saymış və bir başa ağ rəngli ana qoyun və bir baş qara rəngli erkək qoçun olmadığını görmüşdür. O, ana qoyunun və erkək qoçun otladıqları sahədə qaldıqlarını düşünərək gedib həmin sahəni axtarsa da, qoyunu və qoçu tapa bilməyib oğurlandıqlarını başa düşmüş və həmin gün Ucar Rayon Polis Şöbəsinə gəlib ərizə yazaraq ona məxsus 2 baş qoyunun naməlum şəxs tərəfindən oğurlanması barədə məlumat vermişdir. Anası həmin gün axşam saatlarında dəvət olunduğu üçün Ucar Rayon Polis Şöbəsinə gəlmiş və polis şöbəsinin həyətində olan avtomobilin yük yerinə baxanda özünə məxsus ana qoyunun və erkək qoçun həmin avtomobilin yük yerində olduğunu görüb tanımışdır. Ana qoyun ölmüş, qoç isə ona aid olmayan başqa bir baş qoyunla diri halda avtomobilin yük yerində olmuşdur. Anası polis əməkdaşlarına qara rəngdə olan erkək qoçun və ölmüş qoyunun ona məxsus olduğunu bildirmişdir. Həmin vaxt polis şöbəsinin həyətində olan həmkəndlisi Fərzalı da avtomobilin yük yerində olan heyvanlara baxdıqdan sonra digər bir baş qoyunun da özünə məxsus olduğunu demişdir. Bundan sonra polis əməkdaşları tərəfindən sənədləşdirmə aparılmış və anasına məxsus bir baş erkək qoç və bir baş ölmüş ana qoyun özünə təhvil verilmişdir. Məlum olduğu kimi ölmüş heyvanın əti istifadəyə yararsız olduğuna görə anası ölmüş ana qoyunu kəndə aparıb cəsədini həyətində quyu qazaraq basdırmış, erkək qoçu isə həyətində olan tövlədə saxlamışdır. Anasına 800 manat maddi ziyan dəymişdir, lakin anasına dəymiş maddi ziyan daha sonra ödənilmişdir. Zərərçəkmiş şəxs X6 17 may 2025-ci il tarixdə Ucar Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib ərizədə qoyunlarının oğurlanması ilə əlaqədar ona dəymiş ziyandan 800 manatın ödənildiyini göstərmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də məhkəməyə gəlməmişdir, onun ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında elan edilməklə tədqiq edilmiş ifadəsindən görünür ki, o, Ucar şəhəri, Azərbaycan küçəsində qəssab fəaliyyəti ilə məşğul olmuşdur. Lakin halhazırda xəstə olduğu üçün işləməmişdir. 01 may 2025-ci il tarixdə, saat 19 radələrində “Kia Forte” markalı avtomobil onun iş yerinin yaxınlığında dayanmış və avtomobildən orta boylu, 20-25 yaş aralığında olan 2 nəfər cavan oğlan ona ət almaq adı ilə yaxınlaşmışdır. Bundan sonra onlar ona "‘avtomobildə 1 baş quzu var, Bakı şəhərinə getdiyimizə görə qorxuruq ki, avtomobildə ölə, buna görə onu satıb pulumuzu benzinə vurmaq istəyirik” deyə bildirmişlər. O da həmin şəxslərdən həmin heyvanın özlərinə məxsus olub-olmasını soruşmuş və onlar da həmin heyvanın özlərinə məxsus olduğunu demişlər. O da onların sözünə inanıb həmin heyvanı 210 manata almışdır. Daha sonra onlar çıxıb getmişlər və bir daha onları görməmişdir. Həmin heyvanın oğurluq olmasını isə daha sonra öyrənmiş və həmin şəxslərin fotoşəkillərini tanımışdır. Cinayət işində olan Göyçay rayon Rüstəm Şirkəti Məhdud Məsuliyyətli Cəmiyyətinin 10 iyul 2025-ci il tarixli, 05 nömrəli məktubundan görünür ki, 1 yaş, diri çəkisi təxminən 30 kq çəkidə olan dişi qoyunun satış qiyməti 300 manat, 3 yaş, 50 kq çəkidə ana qoyunun satış qiyməti 250 manat, 4 yaş, təxminən 55 kq çəkidə olan ana qoyunun satış qiyməti 300 manat, 4 yaş, təxminən 60 kq çəkidə olan ana qoyunun satış qiyməti 550 manat və 1 yaş yarım, təxminən 24 kq çəkidə olan qoçun satış qiyməti 250 manat ola bilərdi. Heyvanların görkəmləri, cinsləri, bəslənmələri və sair hallar nəzərə alınmaqla alış-satış zamanı vətəndaşların özlərinin şifahi razılaşmaları əsasında da qiymətləndirmə müxtəlif razılaşma yolları ilə də həyata keçirilir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş şəxslərin (təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.2-ci maddələrində və Təqsirləndirilən şəxs3 CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmiş və onlar həmin maddələr ilə təqsirli bilinib cəzalanmalıdırlar, cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışlar. Cinayət işində olan Bakı Şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yerindən müsbət xarakterizə olunur. Cinayət işində olan Bakı Şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Depatramenti Xəzər Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 140 saylı Mənzil- Kommunal İstismar Sahəsinin rəisi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yerindən müsbət xarakterizə olunur. Cinayət işində olan Zərdab rayon Rayon İcra Hakimiyyəti başçısının Şıxbağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşayış yerindən müsbət xarakterizə olunur. Cinayət işində olan ”Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” X15 21 may 2025-ci il tarixli, 18-1-32/2-858/2025 nömrəli məktubundan görünür ki, Cəlilabad rayonu, Qarakazımlı kənd sakini Aslanov X7 Rayon Mərkəzi X12 Şəxsin poliklinika şöbəsinin ruhiəsəb kabinetində xəstə kimi qeydiyyatda yoxdur. Cinayət işində olan ”Zərdab Rayon Mərkəzi Xəstəxanası” X15 10 iyul 2025-ci il tarixli, 18-1-79/2-462/2025 nömrəli məktubundan görünür ki, Zərdab rayonu, Şıxbağı kəndində qeydiyyatda olan və yaşayan, xx xxxx 2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3 ”Zərdab Rayon Mərkəzi Xəstəxanası” X15 poliklinika şöbəsinin narkoloji və psixatriya kabinetində dispanser qeydiyyatında durmur. Cinayət işində olan Gəncə Şəhər Psixonevroloji Dispanserinin 16 iyul 2025-ci il tarixli, 3416 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə Şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Cinayət işində olan Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 dekabr tarixli 2362 nömrəli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 dekabr tarixli 2364 nömrəli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 dekabr tarixli 2370 nömrəli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalı, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2724 nömrəli Sərəncamı ilə “Cəsur döyüşçü” medalı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. CM-in 58.3-cü mаddəsində nəzərdə tutulmuşdur ki, cəzа təyin еdilərkən törədilmiş cinаyətin хаrаktеri və ictimаi təhlükəlilik dərəcəsi, təqsirkаrın şəхsiyyəti, о cümlədən cəzаnı yüngülləşdirən və аğırlаşdırаn hаllаr, hаbеlə təyin оlunmuş cəzаnın şəхsin islаh оlunmаsınа və оnun аiləsinin həyаt şərаitinə təsiri nəzərə аlınır. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəmələrini CM-in 59.1.13-cü maddəsinə, zərərçəkmiş şəxslərin onlara qarşı şikayət və tələblərinin olmamalarını, yaşayış yerindən müsbət xarakterizə olunmalarını və törətdikləri əməlləri etiraf edərək səmimi peşmançılıq çəkmələrini, habelə Təqsirləndirilən şəxs2 Vətən müharibəsi iştirakçısı olmaqla medallarla təltif edilməsini CMin 59.2-ci maddəsinə əsasən onların cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzalarını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə yuxarıda qeyd edilən cəzanın yüngülləşdirən halların məcmusunu, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə təyin oluncaq cəzanın şəxsin islah olunması və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.2-ci maddələrinin və Təqsirləndirilən şəxs3 CM-in 177.2.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə iclası zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində və Təqsirləndirilən şəxs2 ünvan 2 ünvanında yerləşən evdə yaşamışlar və Əsgərov X8 rayonu, Masazır kəndi, “Yeni Bakı” məhəlləsində yerləşən mənzildə yaşayır, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı barələrində həbs növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, CM-in 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə Bakı şəhərinin və Təqsirləndirilən şəxs3 Abşeron rayonunun və Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlığın mədudlaşdırılması cəzasının müddətinin əvvəlini məhkumların cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablanmasını qanuni və əsaslı hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində 19 may 2025-ci il tarixdə həbs növündə qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduqları vaxtdan, yəni 17 may 2025-ci il tarixdən hesab edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 17 may 2025-ci il tarixdən 12 sentyabr 2025-ci il tarixədək həbsdə olduqları 3 (üç) ay 26 (iyirmi altı) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə iki gün hesabı ilə hesablanmaqla onlara təyin edilmiş cəzadan çıxılmaqla qəti cəza təyin edilməlidir. CM-in 69.3-cü maddəsində göstərilir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlanmanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 346.1.19-cu maddəсinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs1 məxsus bir baş qoyunun Zərərçəkmiş şəxs1 və X2 məxsus bir baş erkək qoçun zərərçəkmiş şəxs X2 təhvil verilməsi nəzərə alınmalı, iş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən onların barələrində seçilmiş həbs növündə qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilməli və onlar məhkəmə iclas zalından həbsdən azad edilməli, barələrində seçilmiş başqa yerə getməmək haqqında iltzam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhəri probasiya idarəsinə və Təqsirləndirilən şəxs3 üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs1 göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 275 (iki yüz yetmiş beş) manat, məhkəmədə Təqsirləndirilən şəxs2 göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 209 (iki yüz doqquz) manat və məhkəmədə Təqsirləndirilən şəxs3 göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Yevlax şəhər vəkil bürosunun vəkili Müdafiəçi3 330 (üç yüz otuz) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 17 may 2025-ci il tarixdən 12 sentyabr 2025-ci il tarixədək həbsdə olduğu 3 (üç) ay 26 (iyirmi altı) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə iki gün hesabı ilə hesablanmaqla 7 (yeddi) ay 22 (iyirmi iki) gün kimi müddət müəyyən olunsun və həmin müddət təyin olunmuş cəzadan çıxılmaqla, qəti olaraq 2 (iki) il 4 (dörd) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azadlığın məhdudlaşdırılması cəzasının müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs növündə qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsdən azad edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib 2 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 17 may 2025-ci il tarixdən 12 sentyabr 2025-ci il tarixədək həbsdə olduğu 3 (üç) ay 26 (iyirmi altı) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə iki gün hesabı ilə hesablanmaqla 7 (yeddi) ay 22 (iyirmi iki) gün kimi müddət müəyyən olunsun və həmin müddət təyin olunmuş cəzadan çıxılmaqla, qəti olaraq 1 (bir) il 10 (on) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azadlığın məhdudlaşdırılması cəzasının müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 2 ünvanında yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs növündə qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsdən azad edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azadlığın məhdudlaşdırılması cəzasının müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə Abşeron rayonunun və Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 3 “Yeni Bakı” məhəlləsində yerləşən mənzili axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs1 məxsus bir baş qoyunun Zərərçəkmiş şəxs1 və X2 məxsus bir baş erkək qoçun zərərçəkmiş şəxs X2 təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhəri probasiya idarəsinə və Təqsirləndirilən şəxs3 üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs1 göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 275 (iki yüz yetmiş beş) manat, məhkəmədə Təqsirləndirilən şəxs2 göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 209 (iki yüz doqquz) manat və məhkəmədə Təqsirləndirilən şəxs3 göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Yevlax şəhər vəkil bürosunun vəkili Müdafiəçi3 330 (üç yüz otuz) manat məbləğində pul ödənilsin. Hökmdən hökm elan edildiyi vaxtdan 20 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar