Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-62/2024 06.11.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1969-cu ildə Ucar rayonu, Alpout kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Ucar rayonu, Alpout kəndinə qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusi ilə külli miqdarına görə” İ siyahısı ilə müəyyən edilmiş tərkiblərinə görə eyni olan xeyli miqdarda, yəni 9,38 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq yaşadığı ünvanda saxlamış, 09 iyun 2024-cü il tarixdə, saat 19 radələrində Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində yaşadığı Ucar rayonu, Alpout kəndində yerləşən evinə keçirilmiş baxış zamanı evdə olan soyuducunun üzərindən 1 ədəd sellofanda, kağıza bükülü halda qanunsuz olaraq əldə edib daşıyaraq yaşadığı evdə saxladığı xeyli miqdarda, 9,38 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Buna görə də, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir, saxlanıldığı vaxtdan 1 ay əvvəl yaşadığı ünvana gedərkən kənd ərazisində yerdə bükülü görmüşdür. Həmin bükülünü açıb baxdıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüş və həmin bükülünü özü ilə götürərək yaşadığı ünvanda, soyuducunun üzərində, əşyaların arasında gizlətmişdir. Həmin narkotik vasitədən bir qədərini şəxsi tələbatına uyğun olaraq istifadə etmişdir. 09 iyun 2024-cü il tarixdə, saat 17 radələrində mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq narkotik vasitələrin saxlanılmasında şübhəli olduğunu bildirib üzərinə şəxsi axtarış keçirilməsindən ötrü onu Ucar Rayon Polis Şöbəsinə dəvət etmişlər. Ucar Rayon Polis Şöbəsində şəxsi axtarışa başlamamışdan əvvəl ona müdafiə hüququ izah olunaraq axtarış zamanı Müdafiəçi1 iştirakının təmin edilməsi təklif olunmuşdur. O, keçiriləcək şəxsi axtarış zamanı Müdafiəçi1 iştirak etməsini istədiyini bildirmişdir. Şəxsi axtarışa başlamamışdan əvvəl ona hüquqları izah olunmaqla bu barədə müvafiq bildiriş təqdim olunmuşdur. Bundan sonra şəxsi axtarışın keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. O, üzərində qanunla qadağan olunmuş əşya və ya predmetlər olmadığını bildirmişdir. Daha sonra üzərində əməliyyat müvəkkili tərəfindən şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol cibindən 1 ədəd 10 qəpik və 2 ədəd 20 qəpik olmaqla, ümumilikdə 50 qəpik, sağ cibindən isə 1 ədəd 20 manatlıq, 5 ədəd 10 manatlıq, 2 ədəd 5 manatlıq və 14 ədəd 1 manatlıq pul əskinasları olmaqla, ümumilikdə 94 manat pul aşkar olunmuşdur. Həmin pullar özünə qaytarılmışdır. Bundan sonra şəxsi axtarış yekunlaşdırılmışdır. Şəxsi axtarış və götürmə zamanı onun üzərində qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Şəxsi axtarış yekunlaşdıqdan sonra yaşadığı ünvana baxış keçirilməsi üçün getmişlər. Baxışa başlamamışdan əvvəl o, baxış keçirilməsinə etirazının olmadığını bildirərək bununla bağlı ərizə təqdim etmişdir. Müstəntiq ondan yaşadığı ünvanda qanunla qadağan olunmuş əşya və predmet saxlayıb-saxlamadığını soruşmuşdur. O, yaşadığı ünvanda qanunla qadağan edilmiş əşya və ya predmetlərin olmadığını bildirmiş və iştirakçıları yaşadığı ünvana dəvət etmişdir. Əvvəlcə yaşadığı ünvanın həyətyanı sahəsinə baxış keçirilməsinə başlanılmışdır. Həyətə girişdən sol tərəfdə və sağ tərəfdə olan tikililərə baxış keçirilmiş və bu zaman qanunla qadağan edilmiş əşya və ya predmetlər aşkar olunmamışdır. Daha sonra evin arxa tərəfində yerləşən həyətyanı hissəsinə baxış keçirilməsinə başlanılmışdır. Həmin ərazilərdən də qanunla qadağan edilmiş əşya və ya predmetlər aşkar olunmamışdır. Daha sonra evin alt hissəsində olan əşyalara baxış keçirilmiş və orada da qanunla qadağan olunmuş əşya və ya predmetlər aşkar olunmamışdır. Daha sonra evə baxış keçirilməsinə başlanılmışdır. Yaşadığı evə daxil olduqdan sonra ilk öncə mətbəxə baxış keçirilmiş və orada da qanunla qadağan edilmiş əşya və ya predmetlər aşkar olunmamışdır. Daha sonra qonaq otağına baxış keçirilmiş və bu zaman qonaq otağında olan rəfin üzərindən 1 ədəd “Bakı” markalı siqaret qutusu aşkar olunmuşdur. Həmin siqaret qutusuna baxış keçirilən zaman orada 1 ədəd ağ rəngli kağız və 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsü aşkar olunmuşdur. Həmin bükülülərə baxış zamanı içərisində narkotik tərkibli çətənə bitkisinin toxumlarına bənzər toxumlar müəyyən olunmuşdur. Şifahi sorğu zamanı həmin toxumların uzun müddət orada qaldığını qeyd etmişdir. Daha sonra həmin bükülülər aşkar olunduğu formada qablaşdırılmasından ötrü müstəntiq tərəfindən götürülmüşdür. Daha sonra rəfin içərisinə baxış keçirilmiş və bu zaman oradan partlayıcı maddəyə bənzər dəmir predmet aşkar olunmuşdur. Şifahi sorğu zamanı həmin predmetin özünə məxsus olduğunu, metal qəbulu ilə məşğul olduğu dövrlərdə əldə etdiyini, lakin nə olduğunu bilmədiyini demişdir. Daha sonra qonaq otağının həmin hissəsinə baxış davam etdirilsə də, qanunla qadağan olunmuş əşya və ya predmetlər aşkar olunmamışdır. Bundan sonra sol tərəfdə olan otağa baxış keçirilmiş və oradan da qanunla qadağan edilmiş əşya və ya predmetlər aşkar olunmamışdır. Daha sonra evin qonaq otağının girişdən sol tərəfdə olan hissəsinə baxış keçirilməsinə başlanılmışdır. Orada olan soyuducunun üzərinə baxış keçirilərkən 1 ədəd şəffaf sellofana bükülmüş 1 ədəd ağ rəngli kağız aşkar olunmuşdur. Həmin bükülü açıldıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən olunmuşdur. Şifahi sorğu zamanı bükülüdəki kütlənin nanə olduğunu bildirmişdir. Həmin bükülü də müstəntiq tərəfindən qablaşdırılması üçün götürülmüş və orada olan masanın üzərində aşkar olunmuş predmetlərin qablaşdırılmasına başlanılmışdır. İlk öncə aşkar olunmuş 1 ədəd siqaret qutusunun içərisindəki 2 ədəd bükülüdə toxumlar və 1 ədəd şəffaf sellofana bükülmüş 1 ədəd ağ rəngli kağız bükülüdə olan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə 1 ədəd ağ rəngli zərfin içərisinə qoyulmuş və üzəri möhürlənmişdir. Zərfin üzəri müstəntiq tərəfindən yazılarkən kamerada olan nasazlıq səbəbindən çəkiliş dayanmış və dərhal qaldığı yerdən bərpa olunmaqla, bu barədə onlara məlumat verilmişdir. O və digər iştirakçılar bununla bağlı heç bir etiraz, vəsatət, şikayət və tələblərinin olmadığını bildirmişər. Çəkiliş bərpa olunduqdan sonra o və digər iştirakçılar zərfin üzərinə imza etmişlər və qeyd olunan predmetlər müstəntiq tərəfindən götürülmüşdür. Daha sonra aşkar olunmuş 1 ədəd dəmir predmet müstəntiq tərəfindən 1 ədəd zərfin içərisinə qoyulmuş və zərfin ağzı bağlanmış, üzəri möhürlənmiş və o və bütün digər iştirakçılar tərəfindən zərfin üzəri imzalandıqdan sonra dəmir predmet müstəntiq tərəfindən götürülmüşdür. Daha sonra evə baxış keçirilməsi davam etdirilmişdir. Bundan sonra baxış keçirilməsi prosesi yekunlaşdırılmışdır. Həmçinin, o, istintaq zamanı ifadəsində əvvəllər heç bir ruhi-əsəb və psixi xəstəliyinin olmadığını, yaşadığı ünvana baxış keçirilərkən üzərində şəxsi axtarış aparılarkən, eləcə də Ucar Rayon Polis Şöbəsində izahat verərkən ona qarşı hər hansı bir zor və ya zor tətbiqi hədəsi edilmədiyini, heç kimə narkotik vasitə satmadığını və əvəzsiz olaraq vermədiyini bildirmişdir. Məhkəmədən əməlini etiraf etməsini, əməlindən peşiman olmasını və bir daha belə səhv etməyəcəyini nəzərə alıb ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspert rəyləri, eləcə də iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 09 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı barədə tərəfindən tərtib edilmiş əməliyyat tədbirinin keçirilməsi haqqında qərar və digər sənədlər şöbə rəhbərliyi tərəfindən təsdiq edildikdən sonra tədbirdə iştirak edən NMQ-nin baş əməliyyat müvəkkili Şahid3, PPXB-nin polis nəfəri Aqil Hüseynov və onun iştirakı ilə Təqsirləndirilən şəxs həmin gün, saat 17 radələrində yaşadığı Ucar rayonu, Alpout kəndində saxlanılaraq, narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli olması barədə məlumat verilərək Ucar Rayon Polis Şöbəsinin növbətçi hissəsinə gətirilmişdir. Növbətçi hissədə Ucar Rayon Polis Şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi X5 Mahmudovun özünün seçdiyi Müdafiəçi1 iştirakını təmin etməklə onun, Şahid3 və həmin gün növbətçi hissəsinin məsul növbətçi köməkçisi vəzifəsini icra edən, polis serjantı X2 iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs kimi hüquq və vəzifələri izah edilməklə, Kənan Hüseynov tərəfindən videoçəkiliş həyata keçirilməklə üzərində şəxsi axtarış və götürmə aparılmasına başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan edilmiş predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya predmetlərin olmadığını bildirmişdir. Bundan sonra Rəhmin Zeynalov tərəfindən verilmiş göstərişə əsasən onun tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi davam etdirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Bununla da Rəhmin Zeynalov tərəfindən şəxsi axtarış yekunlaşdırılmış və bu barədə protokol tərtib olunmaqla imzalanmışdır. 09 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Ucar rayonu, Alpout kəndində yerləşən ünvanına Ucar Rayon Polis Şöbəsinin istintaq bölməsinin baş müstəntiqi Rəhmin Zeynalov, Ucar Rayon Polis Şöbəsinin NMQ-nin baş əməliyyat müvəkkili Şahid3, Ucar Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili Şahid2 və Yevlax vəkil bürosunun vəkili Müdafiəçi1, habelə Təqsirləndirilən şəxs və onun iştirakı ilə baxış keçirməsinə başlanılmışdır. Baxışa başlamamışdan əvvəl Təqsirləndirilən şəxs baxış keçirilməsinə etirazının olmadığını bildirərək bununla bağlı ərizəsini təqdim etmişdir. Rəhmin Zeynalov tərəfindən Təqsirləndirilən şəxs həmin ünvanda qanunla qadağan olunmuş əşya və predmet saxlayıb-saxlamadığını soruşmuşdur. Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunla qadağan edilmiş əşya və ya predmetlərin olmadığını bildirmiş və onları yaşadığı ünvana dəvət etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə keçirilən baxış zamanı evin qonaq otağındakı rəfin üzərindən 1 ədəd “Bakı” markalı siqaret qutusu aşkar olunmuşdur. Həmin siqaret qutusuna baxış keçirilən zaman orada 1 ədəd ağ rəngli kağız və 1 ədəd gümüşü rəngli siqaret kağızı bükülüsü aşkar olunmuşdur. Həmin bükülülərə baxış zamanı içərisində narkotik tərkibli çətənə bitkisinin toxumlarına bənzər toxumlar müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin toxumların uzun müddətdir ki, orada qaldığını qeyd etmişdir. Daha sonra həmin bükülülər aşkar olunduğu formada qablaşdırılmasından ötrü Rəhmin Zeynalov tərəfindən götürülmüşdür. Daha sonra rəfin içərisinə baxış keçirilmiş və bu zaman oradan partlayıcı maddəyə bənzər dəmir predmet aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin predmetin özünə məxsus olduğunu, metal qəbulu ilə məşğul olduğu dövrlərdə həmin predmeti əldə etdiyini, lakin nə olduğunu bilmədiyini demişdir. Daha sonra qonaq otağının həmin hissəsinə baxış davam etdirilsə də qanunla qadağan olunmuş əşya və ya predmetlər aşkar olunmamışdır. Evin qonaq otağının girişdən sol tərəfdə olan hissəsinə baxış keçirilən zaman orada olan soyuducunun üzərində 1 ədəd şəffaf sellona bükülmüş 1 ədəd ağ rəngli kağız aşkar olunmuşdur. Həmin bükülü Şahid2 tərəfindən açıldıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bükülüdəki kütlənin nanə olduğunu bildirmişdir. Həmin bükülü də Rəhmin Zeynalov tərəfindən qablaşdırılması üçün götürülmüş və orada olan masanın üzərində aşkar olunmuş predmetlərin qablaşdırılmasına başlanılmışdır. İlk öncə Rəhmin Zeynalov tərəfindən aşkar olunmuş 1 ədəd siqaret qutusunun içərisindəki 2 ədəd bükülüdə toxumlar və 1 ədəd şəffaf sellofana bükülmüş 1 ədəd ağ rəngli kağız bükülüdə olan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə 1 ədəd ağ rəngli zərfin içərisinə qoyulmuş və üzəri zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhürdən istifadə olunmaqla möhürlənərək Rəhmin Zeynalov tərəfindən götürülmüşdür. Daha sonra aşkar olunmuş 1 ədəd dəmir predmet Rəhmin Zeynalov tərəfindən 1 ədəd zərfin içərisinə qoyulmuş, zərfin ağzı bağlanmış, üzəri zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhürdən istifadə olunmaqla möhürlənmiş və iştirakçılar zərfin üzərini imzaladıqdan sonra dəmir predmet Rəhmin Zeynalov tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış zamanı bir neçə dəfə kamerada baş vermiş nasazlıq səbəbindən çəkiliş dayandırılmış və dərhal qaldığı yerdən bərpa edilmişdir. Bununla əlaqədar iştirakçılar tərəfindən hər hansı etiraz edilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış davam etdirilsə də qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Bununla da Rəhmin Zeynalov tərəfindən baxış yekunlaşdırılmış və bu barədə protokol tərtib olunmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 da şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar ifadə verdilər. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 10 iyun 2024-cü il tarixli, 3-16-16-2-17/532 nömrəli ekspert rəyindən (məhkəmə-bioloji ekspertizası) görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunmuş marixuanaya bənzər kütlə və..toxumlar...” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki; sellofana bükülmüş 01 (bir) ədəd ağ rəngli kağız bükümdə, təmiz çəkisi-9,38 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, 01 (bir) ədəd siqaret qutusunun içərisindəki 02 (iki) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri-0,04qr., 0,71qr., ümumi təmiz çəkisi-0,75 qram olan bitki toxumları narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Çətənə (kannabis) bitkisinin toxumları narkotik vasitələrə aid deyil. Qurudulmuş marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı"na daxildir (İ siyahı). Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının 20 avqust 2024-cü il tarixli, 1415 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirildiyi üçün o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Cinayət işində olan Ucar Rayon İcra Hakimiyyəti başçısının Alpout kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. CM-in 58.3-cü mаddəsində nəzərdə tutulmuşdur ki, cəzа təyin еdilərkən törədilmiş cinаyətin хаrаktеri və ictimаi təhlükəlilik dərəcəsi, təqsirkаrın şəхsiyyəti, о cümlədən cəzаnı yüngülləşdirən və аğırlаşdırаn hаllаr, hаbеlə təyin оlunmuş cəzаnın şəхsin islаh оlunmаsınа və оnun аiləsinin həyаt şərаitinə təsiri nəzərə аlınır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını, təqsirini etiraf etməsini və törətdiyi əmələ görə səmimi peşmançılıq çəkməsini CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə yuxarıda qeyd edilən cəzanın yüngülləşdirən halların məcmusunu, təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə təyin oluncaq cəzanın şəxsin islah olunması və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırda Ucar rayonu, Alpout kəndində yaşayır. Məhkəmə hesab edir ki, CM-in 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Ucar rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin olunacaq azadlığın mədudlaşdırılması cəzasının müddətinin əvvəlini məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını qanuni və əsaslı hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 09 iyun 2024-cü il tarixdə, saat 18:03-də şübhəli şəxs qismində tutulmuş, Ucar Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs növündə qətimkan tədbiri seçilməsinə dair müstəntiqin vəsatəti təmin edilməmiş, CM-in 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində qəti cəza CM-in 69.3-cü maddəsində nəzərdə tutulmuş qaydalar üzrə təyin edilməlidir. CM-in 69.3-cü maddəsində göstərilir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu 2 (iki) gün müddət ona cəza təyin edilərkən nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olubolmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə üzrə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, CM-in 93.1.2-ci maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin еdilir. Hazırkı cinayət işi üzrə müvafiq ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə, CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq qalmış, təmiz çəkisi 9,36 qram olan narkotik vasitə-qurudulmuş marixuana və 0,75 qram çəkidə bitki toxumları məhv edilməli, iş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 99 (doxsan doqquz) manat 97 (doxsan yeddi) qəpik məbləğində məhkəmə məsrəfləri (ekspertiza xərcləri) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi, ona narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməsi və narkoloji kabinetdə qeydiyyata alınması, habelə hökmün məhkəmə məsrəflərinin (ekspertiza xərclərinin) təqsirləndirilən şəxsdən tutulması və maddi sübutların-narkotik vasitə-qurudulmuş marixuananın və bitki toxumlarının məhv edilməsi hissəsində icra edilməsi Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 180 (bir yüz səksən) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə həbsdə olduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması cəzasının müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Ucar rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Ucar rayonu, Alpout kəndində yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq qalmış, təmiz çəkisi 9,36 qram olan narkotik vasitə-qurudulmuş marixuana və 0,75 qram çəkidə bitki toxumları məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 99 (doxsan doqquz) manat 97 (doxsan yeddi) qəpik məbləğində məhkəmə məsrəfləri (ekspertiza xərcləri) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi, ona narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməsi və narkoloji kabinetdə qeydiyyata alınması, habelə hökmün məhkəmə məsrəflərinin (ekspertiza xərclərinin) təqsirləndirilən şəxsdən tutulması və maddi sübutların-narkotik vasitə-qurudulmuş marixuananın və bitki toxumlarının məhv edilməsi hissəsində icra edilməsi Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 180 (bir yüz səksən) manat məbləğində pul ödənilsin. Hökmdən hökm elan edildiyi vaxtdan 20 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №1(063)-62/2024
Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-62/2024
06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver