Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-63/2025 21.01.2026 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüləri, fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə xx xxxxxx 1993-cü ildə Ucar rayonu, Alpı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ucar rayonu, Alpı kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 və 157.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair və xx xxxxxx 1997-ci ildə Göyçay rayonu, Kürdşaban kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ucar rayonu, Alpı kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 127.1 və 157.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 13 may 2025-ci il tarixdə, axşam saat 23 radələrində sərxoş vəziyyətdə arvadı Ucar rayonu, Alpı kənd sakini Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəlib, cinayət əlaqəsinə girərək aralarında əvvəlcədən mövcud olan mübahisəni həll etmək və qisas almaq niyyəti ilə həmkəndlisi xx xxx 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Ucar rayonu, Alpı kəndində yerləşən mənzilinə Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan sonuncunun iradəsi ziddinə zor tətbiq etməklə, yəni arvadı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs saçından və qolundan tutub mənzilin içərisinə itələməsi nəticəsində sonuncunun mənzilin mətbəx otağının döşəməsinə yıxılmasından istifadə edərək daxil olub, arvadı Təqsirləndirilən şəxs2 mənzilin mətbəx otağında döşəməyə yıxılmış və uzanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs sinə nahiyəsinə dizini qoyub sonuncunun üz nahiyəsinə əli ilə zərbələr endirməsinin ardınca cinayətkar məqsədini həyata keçirmək üçün ümumi niyyətə uyğun olaraq Zərərçəkmiş şəxs boğaz nahiyəsindən tutub sonuncunun üz və burun nahiyələrinə yumruq vurmaqla, Zərərçəkmiş şəxs burun tənəffüsünün pozulması, burun qanaxması ilə müşayiət olunan burun sümüklərinin yerinin dəyişmiş sınığı, burun belinin qançırı, şişkiniyi, sağ ağız bucağının cırılmış yarası kimi həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vuran xəsarət yetirmiş və Zərərçəkmiş şəxs mənzil toxunulmazlığını zor tətbiq etməklə pozmuşdur. Təqsirləndirilən şəxs2 13 may 2025-ci il tarixdə, axşam saat 23 radələrində əri Ucar rayonu, Alpı kənd sakini Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəlib, cinayət əlaqəsinə girərək aralarında əvvəlcədən mövcud olan mübahisəni həll etmək və qisas almaq niyyəti ilə həmkəndlisi xx xxx 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Ucar rayonu, Alpı kəndində yerləşən mənzilinə Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan sonuncunun iradəsi ziddinə zor tətbiq etməklə, yəni Zərərçəkmiş şəxs saçından və qolundan tutub onu mənzilin içərisinə itələməsi nəticəsində sonuncunun mənzilin mətbəx otağının döşəməsinə yıxılmasından istifadə edərək daxil olub, cinayətkar məqsədini həyata keçirmək üçün ümumi niyyətə uyğun olaraq dizini mənzilin mətbəx otağında döşəməyə yıxılmış və uzanıqlı vəziyyətdə olan Zərərçəkmiş şəxs sinə nahiyəsinə qoyub, sonuncunun üz nahiyəsinə əli ilə zərbələr endirməsinin ardınca əri Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs boğaz nahiyəsindən tutub sonuncunun üz və burun nahiyələrinə yumruq vurması ilə, Zərərçəkmiş şəxs burun tənəffüsünün pozulması, burun qanaxması ilə müşayiət olunan burun sümüklərinin yerinin dəyişmiş sınığı, burun belinin qançırı, şişkiniyi, sağ ağız bucağının cırılmış yarası kimi həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vuran xəsarət yetirmiş və Zərərçəkmiş şəxs mənzil toxunulmazlığını zor tətbiq etməklə pozmuşdur. Bununla da, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 127.1 və 157.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 13 may 2025-ci il tarixdə, axşam saatlarında arvadı Nərgizlə Solmazgilin yaşadığı evə getməmişlər, onunla mübahisə etməmişlər və ona xəsarət yetirməmişlər. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 13 may 2025-ci il tarixdə, axşam saatlarında əri İsmayılla Solmazgilin yaşadığı evə getməmişlər, onunla mübahisə etməmişlər və ona xəsarət yetirməmişlər. Təqsirləndirilən şəxslər məhkəmə iclasında özlərini təqsirli bilməsələr də onların ittiham elan olunan əməllərin törədilməsində təqsirli olmaları məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin, ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, həyat yoldaşı Şahid2, övladları Şahid9 və Amin Hüseynovla birlikdə Ucar rayonu, Alpı kəndində yaşayırlar. Vüsalla 2017-ci ildə ailə həyatı quraraq rəsmi nikaha daxil olmuşdur. Övladı Xəyyam xx xxxxxxxx 2018-ci il təvvəlüdlü olmaqla 7, Amin isə 20 noyabr 2020-ci il təvəllüdlü olmaqla 5 yaşı vardır. Təqsirləndirilən şəxs1 həyat yoldaşı Vüsalın doğma əmisi oğlu, Təqsirləndirilən şəxs2 isə İsmayılın həyat yoldaşıdır. Həyat yoldaşı Vüsal 2024-cü ilin axırlarında işləmək üçün Rusiya Federasiyasının Moskva şəhərinə getmiş, həyat yoldaşı Moskva şəhərinə getdikdən sonra evdə uşaqlarla tək qalmaması üçün qaynatası Şahid1 axşamlar evlərinə gələrək onlarda qalmışdır. 2025-ci ilin yanvar ayında, axşam saatlarında Vüsalın digər əmisi oğlu, eyni zamanda İsmayılın qardaşı Cavid Hüseynov yaşadığı evi daşladığı üçün sonuncunun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzi sisteminə məlumat verərək, Ucar Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmin hadisədən təqribən üç-dörd gün sonra isə Cavid yaşadığı evin həyətinə gizli formada daxil olaraq, həyətlərindən dəmir, idman aləti və s. digər əşyalar oğurlamışdır. Bununla bağlı da rəsmi surətdə rayon polis şöbəsinə müraciət etmiş və müraciəti əsasında araşdırma aparılmışdır. Evini daşladığı və yaşadığı evin həyətindən oğurluq etdiyi üçün Cavidin barəsində rayon polis şöbəsinə və digər qurumlara çoxsaylı şikayətlər etmişdir. Cavidin barəsində çoxsaylı şikayətlər etdiyi üçün Cavidin qardaşı Təqsirləndirilən şəxs1 onu, həyat yoldaşını və digər ailə üzvlərini “Tiktok” sosial şəbəkəsində dəfələrlə nalayiq ifadələrlə təhqir etmiş, şərəf və ləyaqətlərini alçaltmışdır. Həyat yoldaşı Şahid2 2025-ci ilin mart ayının axırlarında Rusiya Federasiyasından Ucar rayonu, Alpı kəndində yaşadıqları evə qayıtmışdır. Həyat yoldaşı qayıtdıqdan sonra da İsmayıl onları “Tiktok” sosial şəbəkəsində təhqir etməyə davam etmişdir. Sonuncu dəfə 08 may 2025-ci il tarixdə İsmayılın onun haqqında “Tiktok” sosial şəbəkəsində video paylaşdığını və həmin videoda onu təhqir etdiyini görmüşdür. Buna görə də, bu barədə Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzi sisteminə məlumat vermişdir. Etdiyi müraciət əsasında Ucar Rayon Polis Şöbəsinə dəvət olunmuş, orada onun və İsmayılın izahatları alınmışdır. İsmayıl şifahi olaraq Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarına bir daha onu təhqir etməyəcəyini bildirmişdir. Daha sonra isə polis şöbəsini tərk edərək evinə qayıtmışdır. 13 may 2025-ci il tarixdə, səhər saatlarında həyat yoldaşı Vüsal Göyçay rayonuna işləməyə getmişdir. Həyat yoldaşı Vüsal fəhləliklə məşğul olmuşdur. Vüsal saat 13 radələrində işdən evə qayıdaraq yemək yemiş və yenidən işləməyə getmişdir. Həmin gün saat 15:30 radələrində hər iki övladı ilə birlikdə evdən çıxaraq, qaynatası Əlmərdangilə getmişdir. Qaynatasıgilə gedərkən İsmayıl yolunu kəsərək, övladlarının yanında ona həyat yoldaşı Vüsalın evdə olmadığı zaman evinə gələrək onu öldürəcəyini demiş, həmin zaman İsmayılın əlində silah qismində istifadə edilən heç bir əşya olmamış, yəni həmin zaman İsmayıl onu sadəcə sözlə hədələmişdir. O isə İsmayıla ona heç nə edə bilməyəcəyini demişdir. Daha sonra isə İsmayıl yanından uzaqlaşaraq çıxıb getmiş, o isə qaynatasıgilə gedərək bütün bu olanları onlara danışmışdır. Saat 20 radələrində həyat yoldaşı Vüsal qaynatasıgilə gəlmiş və birlikdə maşınla öz yaşadıqları evə qayıtmışlar. Vüsal evdə yemək yeyib yuyunduqdan sonra həyat yoldaşına həmin gün İsmayılın ona dediklərini danışmışdır. Vüsal İsmayılın ona dediyi sözlərə əsəbiləşərək, saat 22 radələrində evdən çıxıb Ucar Rayon Polis Şöbəsinə getmişdir. Evdə uşaqlarla tək qalmaması üçün Vüsal getdikdən təqribən 10 dəqiqə sonra qaynatası Əlmərdan evlərinə gəlmişdir. Qaynatası Əlmərdan evinə gələn zaman evin mətbəx otağını səliqə-səhmana salmış, qaynatası həmin zaman kinoya baxmaq istədiyini bildirmiş və ondan televizoru açmağını xahiş etmişdir. Bundan sonra qaynatası evin həm yataq, həm də qonaq otağı kimi istifadə edilən otağına keçərək, eşitmə qabiliyyəti zəif olduğu üçün yüksək səslə televizorda kinoya baxmağa başlamışdır. O isə öz işinə, yəni mətbəx otağında təmizlik işlərinə davam etmiş, övladları isə yataq otağında yatmış vəziyyətdə olmuşlar. Yaşadıqları ev Ucar rayonu, Alpı kəndinin axırında yerləşir və yaşadıqları evə yaxın yaşayan ikinci bir şəxs və ya şəxslər yoxdur. Qaynatası onlara gəldikdən bir az sonra, saat 23 radələrində mətbəx otağında qabları yığışdırarkən İsmayılla sonuncunun həyat yoldaşı Nərgizin qışqıra-qışqıra onu təhqir etdiklərini eşitmişdir. Həmin zaman yaşadığı evin qapısı bağlı olmuş, İsmayılla Nərgizin səslərini kəsmədiklərini görüb, evin qapısını açıb çölə çıxmışdır. Çölə çıxdıqda İsmayılla Nərgizin artıq icazəsiz həyətlərinə daxil olub, evlərinin qapısının pilləkəninə qədər gəldiklərini görmüşdür. Qapını açıb çölə çıxdıqdan sonra Nərgiz onu təhqir edərək, ailəsindən uzaq durmağını tələb etmişdir. O isə Nərgizə onlarla heç bir işinin olmadığını, etdiyi müraciət əsasında rayon polis şöbəsində qanunamüvafiq qaydada araşdırma aparıldığını demiş və onların evindən çıxıb getmələrini tələb etmişdir. X12 evinə gəlmələrini və daxil olmalarını istəməmiş, bu onun iradəsinə zidd olmuşdur. Həmin zaman İsmayıl sərxoş olmuş, yerində düz dayana bilməmişdir. İsmayıl və Nərgizdən evindən getmələrini tələb etdikdən sonra evinin qapısını örtüb bağlamaq istəmiş, lakin Nərgiz buna imkan verməmiş, üzünü çevirib evinin qapısını örtmək istəyən zaman Nərgiz saçından və qolundan tutaraq, onu evinin içərisinə itələmiş və müqavimətini itirərək evin içərisinə üzü üstə yıxılmışdır. Evin qapısı isə açıq vəziyyətdə qalmışdır. Nərgizin onu itələməsi nəticəsində evin içərisinə yıxıldıqdan sonra tez fırlanmış, buna baxmayaraq Nərgiz evinin içərisinə daxil olaraq dizini sinəsinin üstünə qoymuş və sağ əli ilə sol üz nahiyəsinə bir dəfə sillə ilə vurmuşdur. Nərgiz sillə ilə üzünə bir dəfə vurduqdan sonra İsmayıl evinin içərisinə daxil olmuş, bundan sonra İsmayıl üzərinə gələrək sağ əli ilə boğazından tutmuş və sol əli ilə bir dəfə üzündən, bir dəfə isə burnundan yumruqla vurmuşdur. İsmayılın onu vurmasına əngəl olmağa çalışarkən, İsmayılın əli əynində olan qara rəngli qısaqol köynəyə ilişmiş və nəticədə köynəyinin çiyin nahiyəsi cırılmışdır. İsmayıl onu yumruqla vurarkən hələ də uzanıqlı vəziyyətdə olmuşdur. Qaynatası isə həmin zaman eşitmə qabiliyyəti zəif olduğu üçün yüksək səslə yataq otağında televizora baxmışdır. Belə ki, evin yataq otağını həm də qonaq otağı kimi istifadə etmişdir. İsmayıl onu vurduqdan sonra ağrıya dözməyib qışqıraraq qaynatası Əlmərdanı səsləmişdir. Qaynatası səsinə çıxaraq onun döşəməyə yıxıldığını, uzanıqlı vəziyyətdə olduğunu, ağız və burnunun qan içərisində olduğunu görmüşdür. Dərhal qaynatası X7 üstünə qışqıraraq, onların evdən çıxıb getmələrini tələb etmişdir. Bundan sonra İsmayılla Nərgiz söyə-söyə evindən çıxaraq qaçıb getmişlər. Yataq otağında yatan iki azyaşlı övladı isə qışqırıq səslərinə oynaraq mətbəx otağına gəlmiş, ağız və burun nahiyəsinin qan içərisində olduğunu görüb ağlamağa başlamışlar. Həmçinin, İsmayılla Nərgiz yaşadığı evdən qaçıb gedərkən övladları onları görmüşlər və İsmayılla Nərgizin ona xəsarət yetirmələrini başa düşmüşlər. İsmayılla Nərgiz qaçıb getdikdən sonra dərhal ayağa qalxıb onun yaşadığı evə iradəsinə zidd şəkildə daxil olaraq, onu döymələri barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzi sisteminə məlumat vermişdir. Həmçinin, həyat yoldaşı Vüsala da zəng vurub bütün olanları danışmışdır. Vüsal həmin zaman Ucar Rayon Polis Şöbəsində olmuş, həyat yoldaşı oraya onun İsmayılın barəsində əvvəl etdiyi şikayətin nəticəsi ilə bağlı maraqlanmaq üçün getmişdir. İsmayılla Nərgizin onun yaşadığı evə iradəsinə zidd daxil olaraq, onu döymələri barədə 13 may 2025-ci il tarixdə etdiyi müraciət əsasında Ucar Rayon Polis Şöbəsinin əməkdaşları evinə gələrək, həmin gün ondan ərizə almış, səhəri gün isə polis şöbəsinə dəvət edilərək izahatının alınması təmin edilmişdir. İsmayılla Nərgiz evinin içərisinə iradəsinə zidd formada daxil olub, ona xəsarət yetirsələr belə, ona və ailə üzvlərinə məxsus heç bir əşyanı sındırmamışlar, hər hansı formada maddi ziyan vurmamışlar. Hadisə baş verən zaman evdə özü, qaynatası və iki azyaşlı övladı olmuşdur. Yaşadıqları ev Ucar rayonu, Alpı kəndinin axırında yerləşdiyi və onlara yaxın məsafədə yaşayan qonşu olmadığı üçün baş vermiş hadisəni görən başqa şəxs və ya şəxslər olmamışdır, baş vermiş hadisə isə təqribən 10-15 dəqiqə davam etmişdir. İsmayılla Nərgizə heç bir fiziki ağrı və xəsarət yetirməmiş, sadəcə olaraq, onların onu döymələrinə, xəsarət yetirmələrinə əngəl olmağa çalışmış, lakin buna heç cür nail ola bilməmişdir. Hətta İsmayılın onu vurmasına əngəl olmağa çalışarkən İsmayılın əli əynində olan qara rəngli qısaqol köynəyə ilişmiş və nəticədə köynəyinin çiyin nahiyəsi cırılmışdır. Hadisə baş verdikdən sonra heç bir xəstəxanaya və ya tibb müəssisəsinə müraciət etməmiş, xəstəxanaya və ya tibb müəssisəsinə müraciət etməməsinin səbəbi xəsarətlərinin itməməsi və tibbi-ekspertizadan keçirilərkən ekspert rəyində hər bir xəsarətinin ayrı-ayrılıqda qeyd edilməsi olmuşdur. Hadisə baş verdikdən sonra ağrılarının azalması üçün özü ev şəraitində müvafiq ağrıkəsici dərmanlar qəbul etmişdir. Hadisə baş verən zaman, yəni Təqsirləndirilən şəxs1 və sonuncunun həyat yoldaşı Təqsirləndirilən şəxs2 13 may 2025-ci il tarixdə onun yaşadığı mənzilə iradəsinə zidd şəkildə daxil olaraq, ona xəsarət yetirən zaman əynində qara rəngli qısaqol köynək və cins şalvar olmuşdur. Cins şalvarı köhnəldiyi üçün onu zibilliyə atmışdır. Hadisə zamanı İsmayılın əynində boz-qara rəngli köynək, Nərgizin əynində isə boz rəngli qısaqol köynək və cins şalvar olmuşdur. Hadisə baş verən zaman, yəni Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 13 may 2025-ci il tarixdə yaşadığı mənzilə iradəsinə zidd şəkildə daxil olaraq, ona xəsarət yetirən zaman əynində olmuş, həmin qara rəngli qısaqol köynəyi 20 may 2025-ci il tarixdə Ucar Rayon Prokurorluğuna təqdim etmişdir. 13 may 2025-ci il tarixdən 20 may 2025-ci il tarixədək həmin qara rəngli qısaqol köynəyini dördbeş dəfə yuduğu üçün köynəyinin səthi üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs2 və X1 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib lifləri olmamışdır. Həmçinin, İsmayılla Nərgizin rayon prokurorluğuna təqdim etdikləri köynəklərin fotoşəkillərinə baxmış və 13 may 2025-ci il tarixdə onların əynində həmin köynəklərin olmadığını bildirmişdir. X17 Rayon Prokurorluğuna 13 may 2025-ci il tarixdə əyinlərində olmuş paltarları qəsdən təqdim etməmişlər. Polis əməkdaşlarının Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 fiziki zor tətbiq etmələrinin, həmçinin onların qanunsuz hərəkətə məruz qalmalarının heç bir zaman şahidi olmamışdır. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək ədalətli qərar qəbul etməyi tələb etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Şahid2 onun ortancıl övladıdır. Vüsalla Ucar rayonu, Lək kənd sakini Solmaz 2017-ci ildə ailə həyatı quraraq rəsmi nikaha daxil olmuş və onların hazırda iki azyaşlı övladı var. Təqsirləndirilən şəxs1 qardaşı oğlu, Təqsirləndirilən şəxs2 isə İsmayılın həyat yoldaşıdır. Oğlu Vüsal 2024-cü ilin sonlarında işləmək üçün Rusiya Federasiyasının Moskva şəhərinə getmişdir. Vüsal Moskva şəhərinə getdikdən sonra gəlini Solmazın evdə uşaqlarla tək qalmaması üçün axşamlar onların evinə gedərək orada qalmışdır. 2025-ci ilin yanvar ayında, axşam saatlarında qardaşı oğlu, eyni zamanda İsmayılın qardaşı X6 yaşadığı evi daşladığı üçün gəlini Solmaz Cavidin barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzi sisteminə məlumat verərək, Ucar Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmin hadisədən təqribən üç-dörd gün sonra isə Cavid oğlu Vüsalın yaşadığı evin həyətinə gizli formada daxil olaraq, həyətdən dəmir, idman aləti və s. digər əşyalar oğurlamışdır. Bununla bağlı da, gəlini Solmaz rəsmi surətdə rayon polis şöbəsinə müraciət etmiş və müraciəti əsasında araşdırma aparılmışdır. Gəlini Solmaz evlərini daşladığı və yaşadığı evin həyətindən oğurluq etdiyi üçün Cavidin barəsində rayon polis şöbəsinə və digər qurumlara çoxsaylı şikayətlər etmişdir. Gəlini Cavidin barəsində çoxsaylı şikayətlər etdiyi üçün sonuncunun qardaşı, yəni qardaşı oğlu Təqsirləndirilən şəxs1 gəlinini, oğlu Vüsalı və digər ailə üzvlərini "Tiktok” sosial şəbəkəsində nalayiq ifadələrlə təhqir etmişdir. Oğlu Vüsal 2025-ci ilin mart ayının axırlarında Rusiya Federasiyasından Ucar rayonu, Alpı kəndində yaşadığı evə qayıtmışdır. Oğlu qayıtdıqdan sonra da İsmayıl onları “Tiktok” sosial şəbəkəsində təhqir etməyə davam etmişdir. Sonuncu dəfə 08 may 2025-ci il tarixdə X18ın onun barəsində “Tiktok” sosial şəbəkəsində video paylaşdığını, həmin videoda onu təhqir etdiyini görmüş və bu barədə Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzi sisteminə məlumat vermişdir. Gəlininin etdiyi müraciət əsasında isə Ucar Rayon Polis Şöbəsində müvafiq araşdırma aparılmış və araşdırma zamanı İsmayıl şifahi olaraq Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarına bir daha gəlinini təhqir etməyəcəyini bildirmişdir. 13 may 2025-ci il tarixdə, saat təqribən 16 radələrində gəlini Solmaz nəvələri ilə birlikdə yaşadığı evə gələrək, ona və həyat yoldaşı Lətifəyə qardaşı oğlu İsmayılın onun yolunu kəsdiyini və onu ölümlə hədələdiyini demişdir. Saat təqribən 20 radələrində oğlu Vüsal onlara gələrək, həyat yoldaşı və övladlarını avtomobili ilə öz yaşadığı evə aparmışdır. Saat 22 radələrində Vüsal ona zəng edərək, Ucar Rayon Polis Şöbəsinə gedəcəyini və ailəsinin evdə tək qalmaması üçün yaşadığı evə getməsini bildirmişdir. O da evdən çıxıb oğlu Vüsalgilə getmiş, həmin zaman evdə gəlini Solmaz və nəvələri Xəyyamla Amin olmuşlar. Həmin zaman nəvələrinin hər ikisinin yataq otağında yatmışlar, gəlini isə mətbəx otağını səliqə-səhmana salmışdır. Oğlugilə getdikdən sonra gəlininə kinoya baxmaq istədiyini deyərək, gəlinindən televizoru açmağı xahiş etmişdir. Bundan sonra evin həm yataq, həm də qonaq otağı kimi istifadə edilən otağına keçərək, televizorda kinoya baxmağa başlamışdır. Gəlini Solmaz isə mətbəx otağına keçərək öz işinə davam etmişdir. Saat 23 radələrində kinoya baxan zaman gəlini Solmazın mətbəx otağından qışqırıq səslərini eşitmişdir. Televizora baxdığı otağın qapısı həmin zaman örtülü vəziyyətdə olmuşdur. Gəlini Solmazın qışqırıq səslərini eşidib dərhal qapını açıb otaqdan çölə çıxmışdır. Otaqdan çölə çıxdıqda Solmazın döşəməyə yıxıldığını, ağzı ilə burnunun qan içərisində olduğunu, həmçinin qardaşı oğlu İsmayılın Solmazın üzərində, İsmayılın həyat yoldaşı Nərgizin isə gəlininin düz yanında olduğunu və onların Solmazın üzərinə hücum etdiklərini görmüşdür. X8 döydüklərini başa düşmüş və yüksək səslə qışqıraraq onları evdən qovmuşdur. Həmin zaman İsmayıl sərxoş olmuş, yerində düz dayana bilməmişdir. Qışqırıb qovduqdan sonra İsmayılla Nərgiz söyə-söyə qaçaraq evi tərk etmişlər. Yataq otağında yatan iki azyaşlı nəvəsi isə qışqırıq səslərinə oyanaraq mətbəx otağına gəlmişlər, analarının, yəni gəlini Solmazın ağız və burun nahiyəsinin qan içərisində olduğunu görüb ağlamağa başlamışlar. Həmçinin nəvələri İsmayılla Nərgizi oğlunun evindən qaçıb gedərkən görmüşlər və onların gəlini Solmaza xəsarət yetirmələrini başa düşmüşlər. Onlar qaçıb getdikdən sonra isə gəlini ayağa qalxıb İsmayılla Nərgizin onun yaşadığı evə iradəsinə zidd formada daxil olaraq, onu döymələri barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzi sisteminə məlumat vermişdir. Həmçinin, gəlini oğlu Vüsala da zəng vurub bütün olanları danışmış, az sonra Ucar Rayon Polis Şöbəsinin əməkdaşları oğlunun evinə gələrək gəlinindən ərizə almış, səhəri gün isə rayon polis şöbəsində gəlininin izahatının alınması təmin edilmişdir. İsmayılla Nərgiz evin içərisinə gəlini Solmazın iradəsinə zidd formada daxil olsalar belə, oğluna və ailə üzvlərinə məxsus heç bir əşyanı sındırmamışlar və hər hansı formada maddi ziyan vurmamışlar. Hadisə baş verən zaman evdə özü, gəlini və iki azyaşlı nəvəsi olmuşdur. İsmayılla Nərgizin gəlinini yaşadığı evin içərisində döymələrinin şahidi özü və iki azyaşlı nəvəsi olmuşdur. Oğlunun yaşadığı ev Ucar rayonu, Alpı kəndinin axırında yerləşdiyi və onlara yaxın məsafədə yaşayan qonşu olmadığı üçün baş vermiş hadisəni görən başqa şəxs və ya şəxslər olmamışdır. Baş vermiş hadisə isə təqribən 10-15 dəqiqə davam etmişdir. İsmayılla Nərgiz gəlininin ağız və burun nahiyəsinə xəsarətlər yetirmişdir. X18 və Nərgizə heç bir xəsarət yetirməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Məhəmmədəli oğlu da eyni məzmunlu ifadə verdi, həmçinin ifadəsində göstərdi ki, 13 may 2025-ci il tarixdə, axşam saat 23:30 radələrində Ucar Rayon Polis Şöbəsində olarkən həyat yoldaşı Solmaz ona zəng edərək, əmisi oğlu İsmayılın və sonuncunun həyat yoldaşı Nərgizin yaşadıqları evə daxil olaraq ona xəsarət yetirdiklərini bildirmişdir. Dərhal polis şöbəsini tərk edərək evinə getmiş və evə getdikdə həyat yoldaşı Solmazın ağız və burun nahiyəsinin qan içərisində olduğunu görmüşdür. Həmçinin Solmaz baş vermiş hadisə ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzi sisteminə məlumat verdiyi üçün Ucar Rayon Polis Şöbəsinin əməkdaşları da onunla bərabər şöbədən çıxaraq evinə getmişlər, evə gəldikdən sonra polis əməkdaşları tərəfindən həyat yoldaşının ərizəsi alınmış və evinə baxış keçirilmişdir. İsmayılla Nərgiz 13 may 2025-ci il tarixdə, saat 23 radələrində heç bir qanuni əsas olmadan həyat yoldaşı Solmazın iradəsinə zidd şəkildə Ucar rayonu, Alpı kəndində yaşadığı mənzilə, yəni fərdi yaşayış evinin içərisinə daxil olmuşlar və həyat yoldaşına xəsarətlər yetirmişlər. Baş vermiş hadisənin şahidi atası Əlmərdan və iki azyaşlı övladı olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 da eyni məzmunlu ifadə verdi, həmçinin ifadəsində göstərdi ki, 13 may 2025-ci il tarixdə, axşam saat 23:30 radələrində həyat yoldaşı ona zəng edərək, qaynı oğlu İsmayılın və sonuncunun həyat yoldaşı Nərgizin oğlu Vüsalın yaşadığı evə daxil olduqlarını və gəlini Solmaza xəsarət yetirdiklərini bildirmişdir. Bunu eşidib dərhal oğlu Vüsalgilə getmiş və oraya getdikdə gəlini Solmazın ağız və burun nahiyəsinin qan içərisində olduğunu görmüşdür. İsmayılla Nərgiz 13 may 2025-ci il tarixdə, axşam saat 23 radələrində gəlini Solmazın iradəsinə zidd şəkildə sonuncunun yaşadığı evə daxil olmuşlar və gəlininə xəsarətlər yetirmişlər. Baş vermiş hadisənin şahidi həyat yoldaşı Əlmərdan və iki azyaşlı nəvəsi olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 da eyni məzmunlu ifadə verdi, həmçinin ifadəsində göstərdi ki, 13 may 2025-ci il tarixdə, saat 00 radələrində evə gəldiyi zaman atası ilə anası ona əmisi oğlu İsmayılla sonuncunun həyat yoldaşı Nərgizin qardaşı Vüsalın yaşadığı evə daxil olaraq, gəlinləri Solmaza xəsarət yetirdiklərini bildirmişdir. Bunu eşidib dərhal qardaşı Vüsalgilə getmiş və oraya getdikdə gəlinləri Solmazın ağız və burun nahiyəsinin qan içərisində olduğunu görmüşdür. İsmayılla Nərgiz 13 may 2025-ci il tarixdə, axşam saatlarında qardaşı Vüsalın yaşadığı evə qardaşının həyat yoldaşı Solmazın iradəsinə zidd şəkildə daxil olmuşlar və Solmaza xəsarətlər yetirmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Ucar Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı Şahid5 ifadəsində göstərdi ki, 13 may 2025-ci il tarixdə, saat 23:30 radələrində növbədə olarkən Ucar rayonu, Alpı kənd sakini Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzi sisteminə zəng edərək, Ucar rayonu, Alpı kənd sakinləri Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 tərəfindən Ucar rayonu, Alpı kəndində yaşadığı evdə döyüldüyünü bildirmişdir. Daxil olmuş həmin məlumat əsasında həmin gün əməliyyat-istintaq qrupuna daxil olan polis əməkdaşları-Ucar Rayon Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili Şahid6, Ucar Rayon Polis Şöbəsinin YYÇPİTQ-nin inspektoru Şahid8 və Ucar Rayon Polis Şöbəsinin NH-nin sürücü polis nəfəri Şahid7 ilə birlikdə hadisə yerinə, yəni Zərərçəkmiş şəxs Ucar rayonu, Alpı kəndindəki yaşadığı evə getmişlər. Onlarla bərabər hadisə yerinə həmçinin Ucar Rayon Polis Şöbəsinin İTB-nin rəisi Ülvi Cəbrayılzadə və İTB-nin sabiq sahə rəisi İlkin Hacıyev də getmişlər. Hadisə yerinə, yəni Zərərçəkmiş şəxs Ucar rayonu, Alpı kəndində yaşadığı evə getdikdə həmin vətəndaşın ağız və burun nahiyəsinin qan içərisində olduğunu görmüş, həmin zaman onların evində Zərərçəkmiş şəxs ilə bərabər sonuncunun qaynatası Şahid1 və iki azyaşlı övladı olmuşdur. Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidməti-zəng mərkəzi sisteminə döyülməsi barədə məlumat verən zaman Zərərçəkmiş şəxs həyat yoldaşı Şahid2 Ucar Rayon Polis Şöbəsində olmuşdur. Belə ki, Şahid2 həmin zaman həyat yoldaşının əvvəl etdiyi şikayətinin nəticəsi ilə bağlı maraqlanmaq üçün rayon polis şöbəsinə gəlmiş, Şahid2 həyat yoldaşının 13 may 2025-ci il tarixdə, axşam saatlarında etdiyi şikayəti eşidən kimi, öz avtomobili ilə polis əməkdaşları ilə bərabər öz evinə getmişdir. Zərərçəkmiş şəxs Ucar rayonu, Alpı kəndində yaşadığı evə getdikdən sonra digər polis əməkdaşları ilə birlikdə evin giriş qapısından içəri daxil olmuş və giriş qapısından qarşıdakı otağın mübarizəyə xarakterik şəkildə dağınıq olmasının şahidi olmuşlar. Həmçinin, Zərərçəkmiş şəxs əynində olan köynəyinin çiyin nahiyəsinin cırıldığını görmüşlər. Zərərçəkmiş şəxs həmin zaman ağız və burun nahiyəsi qan içərisində olmaqla çox həyəcanlı vəziyyətdə olmuş və halı yaxşı olmamışdır. Zərərçəkmiş şəxs bunun səbəbini soruşduqda Zərərçəkmiş şəxs polis əməkdaşlarına qohumları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun yaşadığı evə zorla, yəni iradəsinə zidd şəkildə daxil olduqlarını, onu döydüklərini və xəsarət yetirdiklərini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs dərhal ərizəsi alınmış, hadisə yerinə baxış keçirilmiş, səhəri gün isə Zərərçəkmiş şəxs rayon polis şöbəsinin Təhqiqat bölməsində izahatının alınması təmin edilmişdir. Tərəfindən aparılmış araşdırma zamanı Zərərçəkmiş şəxs müraciətində mənzil toxunulmazlığını pozma cinayətinin tərkib əlamətləri olduğundan həmin müraciət daha sonra aidiyyəti üzrə rayon prokurorluğuna göndərilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Ucar Rayon Polis Şöbəsinin CABın əməliyyat müvəkkili Şahid6 və Ucar Rayon Polis Şöbəsinin NH-nin sürücü polis nəfəri Şahid7 eyni məzmunlu ifadə verərək, Şahid5 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdilər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid8 məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş ifadəsindən görünür ki, o, eyni məzmunlu ifadə verərək, Şahid5 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İbtidai istintaq zamanı müəlliminin iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmamış şəxs Şahid9 məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş ifadəsindən görünür ki, o, 13 may 2025-ci il tarixdə, günorta vaxtı anası Solmaz və qardaşı Aminlə birlikdə babası Əlmərdangilə getmişdir. Babasıgilə gedərkən atasının əmisi oğlu İsmayıl onların yolunu kəsərək, anasına atasının evdə olmadığı zaman evlərinə gələrək anasını öldürəcəyini demişdir. Anası isə İsmayıla heç nə edə bilməyəcəyini bildirmişdir. Daha sonra yoluna davam etmiş və babasıgilə getmişlər. Həmin gün axşamüstü atası babasıgilə gələrək, onları öz avtomobili ilə evlərinə aparmışdır. Evə gəldikdən bir-iki saat sonra atası Vüsal evdən çıxıb polis şöbəsinə getmişdir. Özü isə qardaşı Aminlə birlikdə yataq otağında yatmışdır. Həmin gün axşam saatlarında qardaşı Aminlə anası Solmaz və babası Əlmərdanın qışqırıq səslərinə oyanmışdır. Tez yerindən durub qaçaraq yataq otağından mətbəx otağına keçmişlər. Mətbəx otağına keçdikdə anası Solmazın döşəmədə uzanıqlı vəziyyətdə olmaqla, ağız və burun nahiyəsinin qan içərisində olduğunu görmüşlər. Anasının bu halını görüb qorxmuşlar və ağlamağa başlamışlar. Həmin zaman evdən həyətlərinə baxdıqda, atasının əmisi oğlu İsmayılın və sonuncunun həyat yoldaşı Nərgizin evlərinin həyətindən qaçıb getdiklərini görmüşdür. Bundan sonra İsmayıl və Nərgizin anası Solmazı yaşadıqları evdə döymələrini başa düşmüşdür. İsmayılla Nərgiz yaşadıqları evdən qaçıb getdikdən bir az sonra isə atası Vüsal və polis əməkdaşları evlərinə gəlmişlər. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” X20 14 may 2025-ci il tarixli, 152 nömrəli ekspert rəyindən (canlı şəxsin məhkəmə-tibbi ekspertizası) görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər-burun tənəffüsünün pozulması, burun qanaxması ilə müşaiət olunan burun sümüklərinin yerini dəyişmiş sınığı, burun belinin qançırı, şişkinliyi, sağ ağız bucağının cırılmış yarası küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 13 may 2025-ci il tarixə uyğun gəlir, adətən kənar şəxs tərəfindən yetirilən zaman törənir. Qeyd edilən xəsarətlər sağlamlığın uzun müddət pozulmasına səbəb olduğu üçün az ağır dərəcəli bədən xəsarətlərinə aid edilir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” X20 02 iyul 2025-ci il tarixli, 01/152/Ə nömrəli ekspert rəyindən (rəyə əlavə məhkəmə-tibbi ekspertizası rəyi) görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər-burun tənəffüsünün pozulması, burun qanaxması ilə müşaiət olunan burun sümüklərinin yerini dəyişmiş sınığı, burun belinin qançırı, şişkinliyi, sağ ağız bucağının cırılmış yarası küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 13 may 2025-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər adətən kənar şəxs tərəfindən yetirilən zaman törənir. Bu xəsarətlərin şəxsin özü- özünə yetirməsi və ya öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gələ bilməsi inandırıcı deyil. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 iyun 2025-ci il tarixli, 3/594 nömrəli ekspert rəyindən (məhkəmə trasoloji) görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd köynəyin sağ çiyin hissəsində olan və rəyin tədqiqi hissəsində təsvir edilmiş bir ədəd zədə fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb cırılma zədəsidir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X20 kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 01 avqust 2025-ci il tarixli, 506 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən üzvi mənşəli şəxsiyyət pozuntusu xəstəliyindən əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs1 müşahidə edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək iqtidarında olmasın. Buna görə də o, ittiham olunduğu əmələ görə anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hal-hazırda da üzvi mənşəli şəxsiyyət pozuntusundan əziyyət çəkir. Təqsirləndirilən şəxs1 hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 əməli CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi cinayət əməlini törədərkən onun əziyyət çəkdiyi üzvi şəxsiyyət pozuntusunun gedişində natamam kompensasiya vəziyyəti olduğundan o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidarından məhrum olmuşdur. Buna görə də anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Təqsirləndirilən şəxs1 ittiham olunduğu cinayət əməli CM-in 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs1 hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacının olmadığı müəyyən edilir. Onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə zərurət yoxdur. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs1 üzvi şəxsiyyət pozuntusundan əziyyət çəkməsi və belə bir patologiyanın gedişində kompensasiya vəziyyətinin dekompensasiya vəziyyətinə keçə bilməsi, habelə anamnezində suisidal cəhdinin olması nəzərə alınaraq daim nəzarət altında saxlanılması və zərurət yarandığı təqdirdə isə həkim-psixiatrın müşahidəsinə verilməsi tövsiyə edilir. Təqsirləndirilən şəxs1 fərdi psixi xüsusiyyətlərində qıcığa qarşı həssaslıq və hövsələsizlik aşkar olunur. Təqsirləndirilən şəxs1 əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Əqli və psixi inkişafının xüsusiyyətlərinə görə Təqsirləndirilən şəxs1 13 may 2025-ci il tarixdə cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Emosional halından asılı olaraq Təqsirləndirilən şəxs1 13 may 2025-ci il tarixdə cinayət əməlini törədərkən öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmamışdır (keçirdiyi psixi xəstəliyi ilə əlaqədar). Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən psixi-emosional sferasında hirslilik, aqressiya kimi hallar yaranmışdır. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən onun keçirdiyi emosional halın yaranma səbəbi situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs1 13 may 2025-ci il tarixdə cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş şəxslərin (təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyərək zərərçəkmiş şəxsin yaşadığı evə getmədiklərini, mübahisə etmədiklərini və xəsarət yetirmədiklərini bildirsələr də ittiham elan olunan əməllərin onların tərəfindən törədilməsi məhkəmə iclasında zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı özlərini təqsirli bilməmələri barədə ifadələrini özünümüdafiə və məsuliyyətdən yayınmaq kimi qiymətləndirir. Onların əməli istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 127.1 və 157.2-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad olunmaları üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 127.1 və 157.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri, onların həmin əməlləri törətməkdə təqsirli olmaları tam sübuta yetirildiyi üçün onlar həmin maddələr ilə təqsirli bilinib cəzalanmalıdırlar. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Vahid məlumat axtarış sistemində məhkumluğu barədə ilkin əməliyyat məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir. Cinayət işində olan Azərbaycan Respublikasının Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin 21 may 2025-ci il tarili, 2-2-161/2-105738/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 DİN-in Vahid məlumat axtarış sistemində məhkumluğu barədə ilkin əməliyyat məlumatları aşkar edilməmişdir. Cinayət işində olan Ucar Rayon İcra Hakimiyyəti başçısının Quləbənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 21 may 2025-ci il tarixli məktubundan və doğum haqqında şəhadətnamələrin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, atası Təqsirləndirilən şəxs1 və anası Təqsirləndirilən şəxs2 olan X5 28 may 2018-ci ildə, X10 08 mart 2020-ci ildə, X3 31 avqust 2022-ci ildə və X4 13 dekabr 2024-ci ildə doğulmuşlar. Cinayət işində olan Ucar Rayon İcra Hakimiyyəti başçısının Quləbənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunurlar. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin 09 iyul 2025-ci il tarixli, 3-43-61/2- 1033/2025 nömrəli məktubundan görünür ki, Ucar rayonu, Alpı kəndində daimi qeydiyyatda olan xx xxxxxx 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 29 yanvar 2011-ci ildə keçmiş Ucar rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. 30 yanvar 2011-ci il tarixdən 20 iyul 2012-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq hərbi hissəsində müddətli həqiq hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2020-ci il tarixli Sərəncamına və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanuna əsasən 29 sentyabr 2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş və 29 sentyabr 2020-ci tarixdə qismən səfərbərliyə cəlb edilmiş və 29 sentyabr 2020-ci il tarixdən 26 dekabr 2020-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində Vətən müharibəsində iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmri ilə 26 dekabr 2020-ci il tarixdə ehtiyata buraxılmışdır. “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. 28 dekabr 2020-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsində hərbi vəzifələrin qeydiyyatındadır. Cinayət işində olan 151704 nömrəli vəsiqənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs1 müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Cinayət işində olan Azərbaycan Respublikası Medalının Vəsiqəsinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1-ci hissəsinə, 1.1 və 1.2-ci bəndlərinə əsasən təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslər, habelə bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları və Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirakla əlaqədar, habelə digər xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmuş şəxslər (qanunvericiliklə müəyyən edilmiş qaydada orden və medallardan məhrum edilmiş şəxslər istisna olmaqla); Həmin Qərarın 1-ci hissəsinə və 1.12-ci bəndinə əsasən təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, qadınlar; Həmin Qərarının 1-ci hissəsinə və 1.16-ci bəndinə əsasən təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər-məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 5-ci hissəsinə və 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Qeyd olunduğu kimi Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində iştirak etməklə Azərbaycan Respublikasının medalı ilə təltif edilmişdir, habelə onun öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladları vardır, o, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 6 və 7-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlərin təsiri altına düşmür. Həmçinin, Təqsirləndirilən şəxs2 qadındır, habelə onun öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladları vardır, o, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 6 və 7-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlərin təsiri altına düşmür. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 39.1.12-ci maddəsinə görə amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş halda məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə təqsirləndirilən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 127.1 və 157.2-ci maddələri ilə təqsirli bilinib, həmin maddələrin sanksiyası həddində onlara cəza təyin olunmalı və təyin edilmiş cəzadan azad edilməklə barələrində ittiham hökmü çıxarılmalı, barələrində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Ucar Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan bir ədəd qara rəngli qısaqol köynək Zərərçəkmiş şəxs qaytarılmalı, habelə iş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 219 (iki yüz on doqquz) manat məbləğində məhkəmə məsrəfləri (ekspertiza xərcləri) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs1 göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 451 manat və məhkəmədə Təqsirləndirilən şəxs2 göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 297 manat məbləğində pul ödənilməlidir. İşdə mülki iddia və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 1 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.1-ci, 1.2ci, 1.16-cı və 5.1-ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs1 ona qəti olaraq təyin edilmiş 1 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 1 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.12-ci, 1.16-cı və 5.1-ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs2 ona qəti olaraq təyin edilmiş 1 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan və Ucar Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan bir ədəd qara rəngli qısaqol köynək Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 219 (iki yüz on doqquz) manat məbləğində məhkəmə məsrəfləri (ekspertiza xərcləri) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmün məhkəmə məsrəflərinin (ekspertiza xərclərinin) təqsirləndirilən şəxslərdən tutulması və maddi sübutun geri qaytarılması hissəsində icra edilməsi Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs1 göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 451 (dörd yüz əlli bir) manat və məhkəmədə Təqsirləndirilən şəxs2 göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 297 (iki yüz doxsan yeddi) manat məbləğində pul ödənilsin. Hökmdən hökm elan edildiyi vaxtdan 20 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №1(063)-63/2025
Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-63/2025
21.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver