Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-65/2023 20.12.2023 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 20 dekabr 2023-cü il tarixdə, Ucar şəhərində, Ucar Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxx 1976-cı il tarixdə Biləsuvar şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə 2022-ci ilin noyabr ayından 2023-cü ilin may ayınadək olan müddətdə özünü Regional Narkotiklərə qarşı Mübarizə İdarəsinin rəis müavini “Fuad müəllim” kimi təqdim edərək aralarında yaranmış yaxın münasibətlərə görə Ucar rayonu, Qazyan kənd sakini Zərərçəkmiş şəxs ona qarşı yaranmış inam və etimaddan istifadə edərək sonuncuya tanışlarının vasitəsilə 1-ci qrup əlillik diaqnozu ilə pensiya təyin edilməsinə köməklik edəcəyinə dair söz verməklə aldadaraq, etibarından sui-istifadə etməklə vahid niyyətlə əhatə olunan qəsdlə istifadəsində olan "xxxx" ASC-yə aid, **********980003 №-li plastik karta Zərərçəkmiş şəxs istifadəsində olan "xxxx" ASC-dən verilmiş **********670007 №-li plastik kartdan Ucar rayonu ərazisindən “Birbank” tətbiqi vasitəsilə 02 dekabr 2022-ci il tarixdə, saat 08:37-də 300 manat, 06 dekabr 2022-ci il tarixdə, saat 08:39-da 300 manat, 08 dekabr 2022-ci il tarixdə, saat 10:23-də 300 manat, 26 dekabr 2022-ci il tarixdə, saat 13:21-də 150 manat, 27 dekabr 2022-ci il tarixdə, saat 15:23-də 147 manat, 26 yanvar 2023-cü il tarixdə, saat 22:56-da 200 manat, 27 yanvar 2023-cü il tarixdə, saat 14:13-də 100 manat, 27 yanvar 2023-cü il tarixdə, saat 16:08-də 77 manat, eləcə də sonuncuya məxsus "xxxx" ASC-yə aid **********472994 №-li plastik kartdan xidmət haqları ilə birlikdə 30 yanvar 2023-cü il tarixdə, saat 17:01-də 101,50 manat, 31 yanvar 2023-cü il tarixdə, saat 14:20-də 31 manat, 01 fevral 2023-cü il tarixdə, saat 14:03-də 81,20 manat, 01 fevral 2023-cü il tarixdə, saat 17:10-da **********670007 №-li plastik kartdan 50 manat, **********472994 №li plastik kartdan xidmət haqları ilə birlikdə 13 fevral 2023-cü il tarixdə, saat 09:12-də 253,75 manat, 13 fevral 2023-cü il tarixdə, saat 18:58-də 152,25 manat, 14 fevral 2023-cü il tarixdə, saat 17:42-də 76,13 manat, 15 fevral 2023-cü il tarixdə, saat 11:23-də 172,55 manat, 17 fevral 2023-cü il tarixdə, saat 11:49-da 101,50 manat, 20 fevral 2023-cü il tarixdə, saat 16:02-də 61 manat, 20 fevral 2023-cü il tarixdə, saat 17:57-də 101,50 manat, **********670007 №-li plastik kartdan 06 mart 2023-cü il tarixdə, saat 10:36-da 31 manat, 10 mart 2023-cü il tarixdə, saat 08:53-də 21 manat, 15 mart 2023-cü il tarixdə, saat 16:05də 259 manat, **********472994 №-li plastik kartdan xidmət haqları ilə birlikdə 27 mart 2023-cü il tarixdə, saat 17:46-da 75,11 manat, 27 mart 2023-cü il tarixdə, saat 09:04-də 104,55 manat, 04 aprel 2023-cü il tarixdə, saat 11:09-da Zərərçəkmiş şəxs qohumu Şahid2 istifadəsində olan "xxxx" ASC-dən rəsmiləşdirilmiş **********477766 №-li plastik kartdan Şahid2 vasitəsi ilə 50 manat, 05 aprel 2023-cü il tarixdə, saat 09:38-də 205 manat, 11 aprel 2023-cü il tarixdə, saat 11:27-də 40 manat, zərərçəkmişə məxsus **********670007 №-li plastik kartdan 28 aprel 2023-cü il tarixdə, saat 13:16-da 65 manat, 28 aprel 2023-cü il tarixdə, saat 15:11-də 53 manat, 01 may 2023-cü il tarixdə, saat 16:08də 59 manat, 03 may 2023-cü il tarixdə, saat 11:55-də 100 manat, 04 may 2023-cü il tarixdə, saat 13:52-də 45 manat, həmçinin 18 may 2023-cü il tarixdə, saat 09:25-də Ucar şəhəri, Azərbaycan prospektində yerləşən “Elegant” market adı ilə fəaliyyət göstərən marketdən “MiLLiON” elektron ödəmə sistemindən 180 manat, 21 may 2023-cü il tarixdə, saat 08:17-də 75 manat, habelə 2022-ci ilin noyabr ayından 2023-cü ilin may ayınadək olan müddət ərzində istintaqa məlum olmayan gündə və saatlarda Ucar rayonu ərazisində yerləşən müxtəlif elektron ödəmə terminalları vasitəsilə 6495 manat köçürtdürərək və sonuncu dəfə 2023-cü ilin may ayında istintaqa məlum olmayan gündə və saatda Ucar rayonu, Qazyan kəndi ərazisində görüşərək 400 manat pulunu əlbəəl alıb Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni ümumilikdə 11014,04 (on bir min on dörd manat, 4 qəpik) manat məbləğində pulunu vahid niyyətlə qəsdən ələ keçirib ona qarşı dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2022-ci ilin oktyabr ayında Ucar şəhər sakini Zeynəb adlı şəxslə mobil telefon vasitəsi ilə tanış olmuşdur. Belə ki, Zeynəblə söhbət əsnasında sonuncunun subay olduğunu öyrənmişdir. Xatırladığı qədəri ilə Zeynəbə xoş getsin deyə, həm də özünü göstərmək məqsədi ilə də narkotiklərlə mübarizə əməkdaşı kimi təqdim etmişdir. Özünü vəzifəli şəxs kimi təqdim etməkdə başqa niyyəti olmamışdır. Təxminən 2022-ci ilin avqust ayında Zeynəblə Bakı şəhərində görüşəndə Zeynəbə çoxlu zənglər gəldiyini görmüş və işlətdiyi ***-***-**-** mobil nömrəsini ona verməsini xahiş etmişdir. Zeynəb həmin nömrəni ona verəndə nömrədə qeyd olunan nömrələri silməmişdir. Bir neçə gün sonra Zeynəbdən aldığı mobil telefon nömrəsinə “Xalidə-Qazyan 2” adlı nömrədən mesaj gələrək sifariş etdiyi paltarlarının gəlib-gəlmədiyi soruşulmuşdur. Zeynəbin pal-paltar satmasını əvvəlcədən bilmişdir. O, “Xalidə-Qazyan 2” adı ilə mesaj gələn ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək kim olmasını soruşmuş, həmin şəxs də adının Xalidə olmasını, Zeynəb adlı tanışının Ucar şəhəri ərazisində qadın paltarları satmasını, sonuncudan özü üçün paltar sifariş verdiyini, lakin onun səsini tanımadığını bildirərək kim olmağını soruşmuşdur. O, Xalidəyə də adının “Fuad müəllim” olmasını və Narkotiklərə qarşı Mübarizə İdarəsinin rəis müavini işlədiyini demişdir. Bu zaman məqsədi Xalidə adlı qadında özünə qarşı sevgi hissləri yaratmaq olmuşdur. Ona görə də Xalidəyə özünü vəzifəli şəxs qismində təqdim etmişdir. Bir müddət həmin qadınla mobil telefon vasitəsilə danışdıqdan sonra qadında özünə qarşı inam hissinin yaranmasının fərqinə vardığından Xalidənin ona olan inam və etibarından istifadə edərək pul qazanmağın yolunu fikirləşmişdir. Xalidə ona maddi durumunun pis olmasından bəhs etdiyi üçün təxminən bir həftə sonra Xalidəyə “rəis müavini” vəzifəsində işlədiyi üçün “əl-qolunun uzun olduğunu” bildirib, əgər istəyirsə 1-ci qrup əlilliklə bağlı pensiya düzəldə biləcəyini demişdir. Bu zaman Xalidə sevinərək həmin məsələni necə edəcəyini soruşduqda bəzi tanışlarının olduğunu, onların vasitəsilə pensiya düzəldə biləcəyini demişdir. Daha sonra, Xalidəyə bir neçə sənəd hazırlamasını bildirmişdir. Həmin sənədlər iş yerindən və kənd nümayəndəliyindən arayışlar, nikah haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsinin surəti və s. sənədlər olmuşdur. Həmin vaxtlarda yenidən əlaqə saxlayan zaman Xalidəyə pensiya düzəltmək üçün “bəzi tanışlara” 4500 manat pul verdiyini, həmin pulu ona hissə-hissə geri qayatara biləcəyini demişdir. Əslində isə həmin zaman heç bir iş görməmiş, heç kimə pul verməmişdir. Sadəcə məqsədi Xalidə adlı qadını aldatmaq və gələcəkdə pul almaq üçün əlində əsasının olması olmuşdur. Bununla yanaşı onu da qeyd edir ki, Zərərçəkmiş şəxs ailəsi ilə təhdid etməmiş, ona hədə-qorxu gəlməmişdir. Qeyd edilənlərin, o cümlədən himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmasının nəzərə alınaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirini tam etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə tam təqsirli olması zərərçəkmiş şəxsin, məhkəmə iclasında, eləcə də məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş şahidlərin verdiyi ifadələrlə, eləcə də məhkəməyədək istintaq dövründə toplanmaqla, məhkəmə iclasında tədqiq edilmiş cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında elan edilmiş və məhkəməyədək istintaq dövründə vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərmişdir ki, 2022 - ci ilin oktyabr ayında Ucar şəhər sakini Zeynəb adlı şəxslə mobil telefon vasitəsi ilə tanış olmuşdur. Belə ki, Zeynəblə söhbət əsnasında onun subay olduğunu öyrənmişdir. Xatırladığı qədəri ilə Zeynəbə xoş getsin deyə, həm də özünü göstərmək məqsədi ilə də narkotiklərlə mübarizə əməkdaşı kimi təqdim etmişdir. Özünü vəzifəli şəxs kimi təqdim etməkdə başqa niyyəti olmamışdır. Təxminən 2022-ci ilin avqust ayında Zeynəblə Bakı şəhərində görüşəndə Zeynəbə çoxlu zənglər gəldiyini görmüş və işlətdiyi ***-***-**-** mobil nömrəsini ona verməsini xahiş etmişdir. Zeynəb həmin nömrəni ona verəndə üzərində olan nömrələri silməmişdir. Bir neçə gün sonra Zeynəbdən aldığı mobil telefon nömrəsinə “Xalidə-Qazyan 2” adlı nömrədən mesaj gələrək sifariş etdiyi paltarlarının gəlib-gəlmədiyi soruşulmuşdur. Zeynəbin pal-paltar satmasını əvvəlcədən bilmişdir. O, “Xalidə-Qazyan 2” adlı ilə mesaj gələn ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək kim olmasını soruşmuş, həmin şəxs də adının Xalidə olmasını, Zeynəb adlı tanışının Ucar şəhəri ərazisində qadın paltarları satmasını, sonuncudan özü üçün paltar sifariş verdiyini, lakin onun səsini tanımadığını bildirərək kim olmağını soruşmuşdur. O, Xalidəyə də adının “Fuad müəllim” olmasını və Narkotiklərə qarşı Mübarizə İdarəsinin rəis müavini işlədiyini demişdir. Bu zaman məqsədi Xalidə adlı qadında özünə qarşı sevgi hissləri yaratmaq olmuşdur. Ona görə də Xalidəyə özünü vəzifəli şəxs qismində təqdim etmişdir. Bir müddət həmin qadınla mobil telefon vasitəsilə danışdıqdan sonra qadında özünə qarşı inam hissinin yaranmasının fərqinə varmışdır. Bundan sonra Xalidənin ona olan inam və etibarından istifadə edərək pul qazanmağın yolunu fikirləşmişdir. Xalidə ona maddi durumunun pis olmasından bəhs etdiyi üçün təxminən bir həftə sonra Xalidəyə “rəis müavini” vəzifəsində işlədiyi üçün “əl-qolumun uzun olduğunu” bildirib, əgər istəyirsə 1-ci qrup əlilliklə bağlı pensiya düzəldə biləcəyini demişdir. Bu zaman Xalidə sevinərək həmin məsələni necə edəcəyini soruşduqda bəzi tanışlarının olduğunu, onların vasitəsilə pensiya düzəldə biləcəyini demişdir. Daha sonra Xalidəyə bir neçə sənəd hazırlamasını bildirmişdir. Həmin sənədlər iş yerindən və kənd nümayəndəliyindən arayışlar, nikah haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsinin surəti və sairə sənədlər olmuşdur. Həmin vaxtlarda yenidən əlaqə saxlayan zaman Xalidəyə pensiya düzəltmək üçün “bəzi tanışlara” 6 min manat pul verdiyini, həmin pulu ona hissə-hissə geri qayatara biləcəyini demişdir. Əslində isə həmin zaman heç bir iş görməmiş, heç kimə pul verməmişdir. Sadəcə məqsədi Xalidə adlı qadını aldatmaq və gələcəkdə pul almaq üçün əlində əsasının olması olmuşdur. Bundan sonra 2022-ci ilin noyabr ayının sonlarından 2023-cü ilin may ayının sonlarına qədər olan vaxt ərzində Xalidəyə guya ki, yerinə ödədiyi 6 min manat pulu və əlavə olaraq da sonradan ondan müxtəlif bəhanələr gətirərək aldığı pullarla birlikdə ümumilikdə 10,387 manat (on min üç yüz səksən yeddi) pulu almışdır. 6 min manat puldan əlavə olaraq Xalidədən aldığı pullara səbəb kimi Xalidənin adının sistemə qeyd edilməsi, bəzi sənədlərin əlavə rüsumları, sistemdəki gecikmələrin aradan qaldırılması və sairə müxtəlif bəhanələr gətirmişdir. Həmin vaxtlarda Xalidə ona inandığı üçün bəhanələrlə aldığı pullardan heç bir şübhə hiss etməmişdir. Lakin bir müddət keçdikdən sonra Xalidə ona tez-tez zəng edib nə üçün pensiyanın düzəldilmədiyini soruşmağa başlamışdır. O, bu zaman yenidən bəhanələr gətirmiş, gah qəza keçirdiyini, gah yasının olduğunu və sairə əsaslar gətirərək verdiyi vədə əməl etməkdən boyun qaçırmağa başlamışdır. Artıq 2023-cü ilin iyun ayında Xalidə ona açıq şəkildə ya pulunu verməyini, ya da ki barəsində polis orqanlarına şikayət edəcəyini bildirdikdə ünvanına nalayiq ifadələr işlədərək mobil telefonu söndürmüşdür. Qeyd etmişdir ki, Xalidə adlı qadından aldığı ümumilikdə 10,387 manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Zərərçəkmiş şəxs ona məxsus olan 4169-7388-1498-0003 saylı "xxxx" ASC-yə məxsus olan bank hesabına ayrı-ayrı vaxtlarda 9987 manat pul göndərmiş, eyni zamanda Xalidə ilə Ucar rayonu Qazyan kəndi ərazisində görüşərkən əlbəəl formada 400 manat olmaqla, ümumilikdə 10387 manat pul vermişdir. Həmin pulların hamısını Xalidəyə 1-ci qrup əlillik diaqnozu ilə pensiya təyin edilməsinə dair köməklik edəcəyi adı ilə almışdır. Təqsirləndirilən şəxs sonrakı ifadələrində özünü qismən təqsirli bilərək Zərərçəkmiş şəxs pensiya düzəltmək adı ilə cəmi 4500 manat aldığını və həmin məbləğdən də 3150 manatını ödədiyini bildirib əvvəlki ifadələrini təsdiq etməmişdir. Eləcə də o, anası R.Dövlətovanın Ucar RPŞ-yə yazdığı ərizəsini anası yox özü tərəfindən yazılmasını bildirib ərizədə Zərərçəkmiş şəxs ilə sevgili olduğunu, Zərərçəkmiş şəxs əxlaqısız qadın olmasını, sonuncunun Ucar RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmasını təsdiq etməyərək bunları özünü müdafiə etməsindən ötrü yazdığını bildirmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs ailəsi ilə təhdid etmədiyini hədə-qorxu gəlmədiyni bildirmişdir. Zərərçəkmiş şəxs məhkəmə baxış iclasında ifadəsində bildirdi ki, 2022-ci ilin noyabr ayında qadın paltarlarının satışı ilə məşğul olan tanışı Şahid1 istifadəsində olan ***-***-**- ** mobil nömrəsinə sms yazaraq sifariş verdiyi paltar barədə soruşanda sonuncuya məxsus ***-***-**-** mobil nömrəsindən ona gələn zəngə cavab verdikdə zəng edən şəxs X1 İdarəsinin rəis müavini “Fuad” müəllim olmasını bildirmişdir. Beləliklə, özünü ona “Fuad” müəllim kimi təqdim edən şəxslə aralarında xoş münasibət yaranmışdır. O, maddi vəziyyətinin yaxşı olmadığını bildirdikdə “Fuad” müəllim ona 1-ci qrup əlliliyə görə pensiya düzəldə biləcəyini deyəndə inanıb bunu hansı yolla edəcəyini soruşmuş, sonuncu öz növbəsində bunu tanışlarının vasitəsilə həll edəcəyinə onu inandırmış və işlədiyi məkəbdən, yaşadığı kənddən arayışlar, diplomun surəti, nikah haqqında şəhadətnamənin surətlərini hazırlamağı tapşırmış və razılaşmalarına görə işin həll olunmasından ötrü guya tanışlarına onun yerinə 6000 manat verdiyini, gələcəkdə isə həmin məbləği onun tərəfindən hissə-hissə qaytaracağını bildirdirmişdir. O, “Fuad”ın təklifini qəbul edərək hazırda 6000 manatının olmadığını, həmin məbləği pulu olduqca ödəyəcəyini deyib yaşayış və iş yerindən arayışlar əldə etmişdir. Bundan sonra “Fuad” guya onun əvəzinə tanışlarına verdiyi 6000 manatı tələb edəndə o, 2022-ci ilin noyabr ayının sonlarından 2023-cü ilin may ayının sonlarına qədər olan müddət ərzində "xxxx" ASC-yə aid **********670007 və **********472994 №-li plastik pul kartlarından özünü ona “Fuad” kimi təqdim edən şəxsin istifadəsində olan **********980003 №-li karta uzaq qohumu Şahid2 da kartından eyni qaydada, eyni hesaba 3800 manat, sonradan guya pensiya alımasından ötrü adının sistemə daxil edilməsinə görə ondan yenə pul istəyəndə o, Ucar rayonu, Qarabörk kəndi ərazisində yerləşən “Bəyaz” market adı ilə fəaliyyət göstərən marketin qarşısına quraşdırılmış, eləcə də Ucar şəhərində yerləşən elektron ödəmə sistemi vasitələri ilə əlavə olaraq 6750 manat məbləğində pul vəsaitini köçürmüşdür. Həmin ərəfələrdə özünü “Fuad” kimi təqdim edən şəxsə Ucar rayonu, Qazyan kəndi ərazisində görüşərkən pensiya məsələsinin həllindən ötrü ikilikdə 400 manat da vermişdir. Bir qədər sonra həmin şəxs pensiyanı düzəltməyib pulu qaytarmaqdan müxtəlif bəhanələrlə imtina etdiyi üçün Ucar RPŞ-yə şikayət etmişdir. İbtidai istintaq zamanı həmin məbləğin 3150 manatı ona ödənilsə də, qalan məbləğ ödənilməmişdir. Araşdırma zamanı Təqsirləndirilən şəxs ona hədə-qorxu gəlməsi barədə göstərdiklərini təsdiq etməyərək əvvəllər Təqsirləndirilən şəxs qarşı çox əsəbi olduğundan o cür bildirdiyini qeyd edərək həqiqətdə isə Təqsirləndirilən şəxs ona hədə-qorxu gəlməsini təsdiq etməmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxslə sevgili olmadığını göstərmişdir. Özünü ona “Fuad” kimi təqdim edən şəxsin əslində Təqsirləndirilən şəxs olmasını sonradan öyrənmişdir. İstifadəsində olan ***- ***-**-**, ***-***-**-** mobil nömrələrlə Təqsirləndirilən şəxs istifdəsində olan ***-***-**-** mobil nömrə ilə dələduzluğun qurbanı olduğu müddət ərzində mütəmadi əlaqə saxlayıb mesajlar yazaraq Təqsirləndirilən şəxs pulunu istədiyini bildirsə də nəticə olmadığından məcbur olub Ucar RPŞ-yə şikayət etmişdir. Təqsirləndirilən şəxs ondan 6000 manat pulu pensiya düzəltmək üçün, 5000 manat pulu isə borca almışdır. Məhkəmə Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadədən fərqlənən, habelə Təqsirləndirilən şəxs münasibətdə məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq belə hesab edir ki, zərərçəkmiş şəxsin bu cür ifadə verməsi Təqsirləndirilən şəxs gələcəkdə cinayət məsuliyyətindən yayınmasına şərait yaratmaq məqsədi güdür və obyektiv həqiqəti ifadə etməməklə, inandırıcı deyildir. Belə ki, Zərərçəkmiş şəxs hər hansı bir təsir və təzyiq altında olmadan ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2022-ci ilin noyabr ayında qadın paltarlarının satışı ilə məşğul olan tanışı Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə sms yazaraq sifariş verdiyi paltar barədə soruşanda sonuncuya məxsus ***-***-**-** mobil nömrəsindən ona gələn zəngə cavab verdikdə zəng edən şəxs X1 İdarəsinin rəis müavini “Fuad” müəllim olmasını bildirmişdir. Beləliklə, özünü ona “Fuad” müəllim kimi təqdim edən şəxslə aralarında xoş münasibət yaranmışdır. Maddi vəziyyətinin yaxşı olmadığını bildirdikdə “Fuad” müəllim ona 1-ci qrup əlliliyə görə pensiya düzəldə biləcəyini deyəndə inanıb bunu hansı yolla edəcəyini soruşmuş, “Fuad” müəllim bunu tanışlarının vasitəsilə həll edəcəyinə onu inandırmış və işlədiyi məkəbdən, yaşadığı kənddən arayışlar, diplom surəti, nikah haqqında şəhadətnamənin surətlərini hazırlamağı tapşırmış və razılaşmalarına görə işin həll olunmasından ötrü guya tanışlarına onun yerinə 6000 manat verdiyini, gələcəkdə isə həmin məbləği onun tərəfindən hissə-hissə qaytaracağını bildirdirmişdir. O, “Fuad”ın təklifini qəbul edərək hazırda 6000 manatının olmadığını həmin məbləği pulu olduqca ödəyəcəyini deyib yaşayış və iş yerindən arayışlar əldə etmişdir. Bundan sonra Fuad guya onun əvəzinə tanışlarına verdiyi 6000 manatı tələb edəndə o, 2022-ci ilin noyabr ayının sonlarından 2023-cü ilin may ayının sonlarına qədər olan müddət ərzində "xxxx" ASC-yə aid **********670007 və **********472994 №-li plastik pul kartlarından özünü ona “Fuad” kimi təqdim edən şəxsin istifadəsində olan **********980003 №-li karta uzaq qohumu Şahid2 da kartından eyni qaydada, eyni hesaba 3800 manat, sonradan guya pensiya alımasından ötrü adının sistemə daxil edilməsinə görə ondan yenə pul istəyəndə o, Ucar rayonu, Qarabörk kəndi ərazisində yerləşən “Bəyaz” market adı ilə fəaliyyət göstərən marketin qarşısına quraşdırılmış, eləcə də Ucar şəhərində yerləşən elektron ödəmə sistemi vasitələri ilə əlavə olaraq 6750 manat məbləğində pul vəsaitini köçürmüşdür. Həmin ərəfələrdə özünü “Fuad” kimi təqdim edən şəxsə Ucar rayonu, Qazyan kəndi ərazisində görüşərkən pensiya məsələsinin həllindən ötrü ikilikdə 400 manat da vermişdir. Bir qədər sonra həmin şəxs pensiyanı düzəltməyib pulu qaytarmaqdan müxtəlif bəhanələrlə imtina etdiyi üçün Ucar RPŞ-yə şikayət etmişdir. Həmin məbləğin hazırda 3150 manatı ona ödənilsə də qalan məbləğ ödənilməmişdir. Araşdırma zamanı Təqsirləndirilən şəxs ona hədə-qorxu gəlməsi barədə göstərdiklərini təsdiq etməyərək əvvəllər Təqsirləndirilən şəxs qarşı çox əsəbi olduğundan o cür bildirdiyini qeyd edərək həqiqətdə isə Təqsirləndirilən şəxs ona hədə-qorxu gəlməsini təsdiq etməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxslə sevgili olmadığını göstərmişdir. Özünü ona “Fuad” kimi təqdim edən şəxsin əslində Təqsirləndirilən şəxs olmasını sonradan öyrənmişdir. İstifadəsində olan ***-***-**-**, ***-***- **-** mobil nömrələrlə Təqsirləndirilən şəxs istifdəsində olan ***-***-**-** mobil nömrə ilə dələduzluğun qurbanı olduğu müddət ərzində mütəmadi əlaqə saxlayıb mesajlar yazaraq Təqsirləndirilən şəxs pulunu istədiyini bildirsə də nəticə olmadığından məcbur olub Ucar RPŞ-yə şikayət etmişdir. Zərərçəkmiş şəxs qismində əlavə ifadəsi alınmış Zərərçəkmiş şəxs ilkin ifadəsinə əlavə olaraq bildirmişdir ki, ilkin ifadəsində Təqsirləndirilən şəxs ona pensiya düzəltmək adı ilə təxmini olaraq 10387 manat məbləğində pulunu ələ keçirməklə dələduzluq etmişdir. Həmin məbləği də ona görə ifadəsində qeyd etmişdir ki, o, ilkin müraciət edən zaman Familə ödəmə terminalları vasitəsilə 6750 manat pulu köçürdüyünü və sonuncu dəfə 400 manat pulu Familə Ucar rayonu ərazisində görüşüb əlbəəl verməyini dəqiq bilmişdir. O, sadəcə istifadəsində olan kartlardan Təqsirləndirilən şəxs istifadəsində olan karta köçürülən məbləği tam bilmədiyi üçün və xatırladığı məbləğlər əsasında ümumilikdə 10387 manat pulunun Təqsirləndirilən şəxs tərəfindən dələduzluq yolu ilə ələ keçirildiyini bildirmişdir. Müxtəlif ödəmə terminalları vasitəsilə 6750 manat köçürdüyü pulların köçürülməsini özündə əks etdirən bütün qəbzləri olmasa da həmin qəbzlərdən onda yalnız 18 may 2023-cü il tarixdə, saat 09:25-də Ucar şəhəri, Azərbaycan prospektində yerləşən “Elegant” market adı ilə fəaliyyət göstərən marketdən “MiLLiON” elektron ödəmə sistemindən 180 manat, 21 may 2023-cü il tarixdə, saat 08:17-də 75 manat köçürməsini özündə əks etdirən qəbzlər qalmışdır. Digər qəbzlərin olmamasına səbəb kimi Familə həmin vaxtlarda çox inanmağını, Familin onun aldadacağının ağlına belə gəlmədiyini, ona görə də pulları ödəmə terminlları vasitəsilə köçürdükdən sonra qəbzlərini özündə saxlamadığını göstərmişdir. Ancaq həmin pulları hissə-hissə göndərdiyi üçün məbləğin 6750 manat olduğunu dəqiq bilmişdir. Əlində olan sonuncu qəbzlərin tarixlərinə fikir verəndə həmin pulların Familə son dövrdə göndərdiyi pullar olduğu görsənmiş, son dövrlərdə Familin onu aldadacağını düşündüyü üçün həmin qəbzləri özündə saxlamışdır. Özünün və qohumu Vüqarın istifadəsində olan plastik kartlardan Təqsirləndirilən şəxs istifadəsində olan plastik karta həqiqətən də xidmət haqları ilə birlikdə ümumilikdə 3,864,04 manat pul köçürülmüşdür. Tərəfindən ödəmə terminalları vasitəsilə Təqsirləndirilən şəxs kart hesabına 6750 manat pul köçürülmüşdür ki, həmin pulların köçürülməsini özündə əks etdirən qəbzlərin əksəriyyətini Təqsirləndirilən şəxs inandığı üçün özündə saxlamamış, həmin qəbzlərdən yalnız göstərdiyi iki dəfə pul köçürmənin qəbzləri qalmışdır ki, həmin pulları da da son dövrdə köçürdüyü üçün saxlayıb ibtidai istinaqa təqdim etmişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs sonuncu dəfə 2023cü ilin may ayının sonlarında Ucar rayonu ərazisində əlbəəl 400 manat nağd pul vermişdir. Qeyd etdiyi məbləğləri hesabladıqda Təqsirləndirilən şəxs ona pensiya düzəltmək adı ilə ümumilikdə 11014,04 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyi müəyyən olunur. Ona dəymiş maddi ziyanın həmin məbləğ ilə hesablanmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq dövründə ona vurulmuş maddi ziyandan yalnız 3150 manatı ödənilmiş, yerdə qalan məbləğ isə ödənilməmişdir. Təqsirləndirilən şəxs həmin məbləği ödəməsi bir daha sonuncunun ona qarşı dələduzluq əməli törətməsini təsdiq etmişdir. Məhkəmənin 29 noyabr 2023-cü il tarixli iclasında əlavə olaraq ifadə vermiş Zərərçəkmiş şəxs bildirdi ki, əvvəlki məhkəmə iclası zamanı verdiyi ifadədə yanlışlığa yol vermiş, (təqsirləndirilən şəxsin əməlləri nəticəsində əsəbi və gərgin halda olduğundan) belə ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəni bir daha təsdiq edərək təqdirləndirilən şəxs Təqsirləndirilən şəxs Sövdümağa oğluna ümumilikdə 11014,04 manat pulu pensiya düzəltmək məqsədilə vermişdir. Məhkəmə zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini, eyni zamanda, məhkəmə istintaqı zamanı verdiyi ifadələrinə hüquqi qiymət verərək hesab edir ki, Zərərçəkmiş şəxs sonuncu dəfə (dəqiqləşdirmədən sonra) verdiyi ifadəsi cinayət işinin materialları ilə sübutya yetirilmiş əməlin törədilməsinə münasibətdə daha uyğun və inandırıcı hesab edilir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun atasının əmisi nəvəsidir və bir qohum kimi münasibətləri yaxşıdır. Təxminən 2023-cü ilin aprel ayının əvvələrində Xalidə ondan 50 manat borc istəmişdir. O, pulunun özünə məxus **********477766 №-li birbank kartında olmasını deyəndə Xalidə ona **********980003 №-li kart nömrəsi deyib 50 manatı həmin karta köçürməsini xahiş etmişdir. O, qeyd etdiyi kartından Xalidənin xahiş etdiyi həmin karta 50 manat köçürmüşdür. Ertəsi gün Xalidə yenə həmin karta 205 manat köçürməsini xahiş etdiyi üçün o, yenə kartından adı gedən karta 205 manat köçürmüş, bir neçə gün sonra Xalidə yenə həmin karta 40 manat köçürməsini xahiş etdiyindən o, yuxarıda göstərdiyi kartından Xalidənin ona nömrəsini verdiyi karta 40 manat köçürmüşdür. Sonralar o, köçürdüyü pulunu istəyəndə Xalidə kiminsə ona pensiya düzəltmək adı ilə xeyli miqdarda pulunu alaraq nəticədə heç bir iş görmədiyini bildirmişdir. Hazırda borc olaraq vediyi 295 manatı Xalidənin ona qaytarmasını qeyd etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Şahid1 məhkəmə iclasına gəlməmiş, eyni zamanda, məhkəməyə teleqram ünvanlayaraq göstərmişdir ki, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmir, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və bu halın üzrlü sayılaraq nəzərə alınmasını xahiş etmişdir, ona görə də məhkəmə işə şahidin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə istintaqında elan edilmiş və məhkəməyədək istintaq zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Ucar rayonu Qazyan kənd sakini Zərərçəkmiş şəxs tanıyır. O, qadın paltarlarının satışı ilə məşğul olduğundan Xalidə ona paltar sifarişi vermiş, Xalidənin mobil nömrəsini “Xalidə-Qazyan 2” adı ilə telefonunun yaddaşına qeyd etmişdir. 2022-ci ilin yadında qalmayan ayında hazırda xatırlamadığı mobil nömrədən istifadə etdiyi ***-***-**-** mobil nömrəsinə zəng olunmuşdur. Həmin nömrədən zəng edən tanımadığı bir kişi özünü ona Biləsuvar rayonunda “regional idarədə narkotiklərlə mübarizə idarəsinin” işçisi “Fuad” adı ilə təqdim etmişdir. Bir qədər danışdıqdan sonra “Fuad” bir daha zəng edə biləcəyini dedikdə o, razı olmuş və gələcək danışmalarında özünü “Fuad” adı ilə təqdim edən şəxslə münasibətləri yaranmışdır. Bir neçə dəfə Bakı şəhərində görüşüb söhbət etmişlər. 2022-ci ilin avqust ayında Bakı şəhərində bir yerdə olarkən telefonuna gələn zənglərdən özünü “Fuad” kimi təqdim edən şəxs qısqanıb ***-***-**-** mobil nömrəsini ondan işlətmək üçün istəyəndə o, həmin mobil nömrəni üzərində olan nömrələri silmədən sonucuya vermişdir. Daha sonra, özünü ona “Fuad” kimi təqdim edən şəxsin Təqsirləndirilən şəxs olmasını Xalidəyə qarşı dələduzluq etməsini öyrənmiş, amma Təqsirləndirilən şəxs ona heç bir maddi və mənəvi ziyan vurmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 1-ci vərəqində olan 08 iyul 2023cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 39-41-ci vərəqələrində olan 08 iyul 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs 4500 manat pulu Zərərçəkmiş şəxs alması barədə məlumat verməsində məqsədi istintaqı aldatmaq olmamış, eyni zamanda, 10387 (on min üç yüz səksən yeddi) manat məbləğində pulu almasını etiraf etmiş, sadəcə olaraq pulu xərclədiyini bildirməklə geri qaytarmaq iqtidarında olmamasını bildirmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 73-cü vərəqində olan 10 iyul 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərə tutulmuş ittiham elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 251-259-cu vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 10 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə yenidən ittiham elan olunmuş, barəsində seçilmiş həbs növündə qətimkan tədbiri qüvvəsində saxlanılmış, barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və Zərərçəkmiş şəxs ailəsi ilə təhdid edərək hədə-qorxu gəlməsi barədə göstərilənlərlə bağlı Azərbaycan Respublikası CM-nin 182-ci maddələri ilə cinayət işinin başlanılması rədd edilmiş, material ayrılaraq rayon prokurorluğuna göndərilmiş, Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Kommunikasiya İdarəsindən və "xxxx" ASC-dən əldə edilmiş 2 (iki) ədəd disklər, həmin ASC-dən daxil olmuş plastik kartlarla aparılan əməliyyatlara dair məlumatları özündə əks etdirən cədvəl iş üzrə maddi sübut kimi tanınmaqla, saxlanılması üçün cinayət işi materiallarına əlavə edilmişdir. Həmçinin,qərarın təsviri hissəsində göstərilənlərə əsasən təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahid ifadələri, üzləşdirmə "xxxx" ASC-dən və Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Kommunikasiya İdarəsindən əldə edilmiş disklərə, əməliyyatlar barədə tərtib edilmiş cədvələ baxış zamanı tərtib edilmiş protokollar, zərərçəkmiş şəxsin təqdim etdiyi yaşayış və iş yerindən pensiya düzəldilməsi üçün təqdim edilməli olan arayışlar elektron ödəmə sistemi vasitəsi ilə göndərdiyi pulun qəbzləri və digər sənədlər sübut növü kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 204-221-ci vərəqəsindəki "xxxx" ASC tərəfindən tərtib olunmuş 05 oktyabr 2023-cü il tarixli məktubdan və ona əlavə edilmiş çıxarışdan, həmçinin, 1 ədəd diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan plastik karta Zərərçəkmiş şəxs və Şahid2 tərəfindən köçürülmüş pulları 2022-ci ilin dekabr ayından 2023-cü ilin may ayınadək olan müddətdə bankomatlardan nağdlaşdırmışdır. "xxxx" ASC-dən daxil olan cədvəldən görünmüşdür ki, "xxxx" ASC-dən daxil olmuş plastik kartlarla aparılan əməliyyatlara dair məlumatlarda **********980003 №-li plastik kartın Təqsirləndirilən şəxs, **********670007, **********472994 №-li plastik kartların isə Zərərçəkmiş şəxs adına rəsmiləşdirilməsi müəyyənləşdirilmişdir. Həmin məlumatları özündə əks etdirən cədvəldə Zərərçəkmiş şəxs istifadəsində olan "xxxx" ASC-dən verilmiş **********670007 №-li plastik kartdan Təqsirləndirilən şəxs istifadəsində olan **********980003 №-li plastik karta “Birbank” tətbiqi vasitəsilə 02 dekabr 2022-ci il tarixdə, saat 08:37-də 300 manat, 06 dekabr 2022-ci il tarixdə, saat 08:39-da 300 manat, 08 dekabr 2022-ci il tarixdə, saat 10:23-də 300 manat, 26 dekabr 2022-ci il tarixdə, saat 13:21-də 150 manat, 27 dekabr 2022-ci il tarixdə, saat 15:23-də 147 manat, 26 yanvar 2023-cü il tarixdə, saat 22:56-da 200 manat, 27 yanvar 2023-cü il tarixdə, saat 14:13-də 100 manat, 27 yanvar 2023-cü il tarixdə, saat 16:08-də 77 manat, eləcə də "xxxx" ASC-yə aid **********472994 №-li plastik kartdan xidmət haqları ilə birlikdə 30 yanvar 2023-cü il tarixdə, saat 17:01-də 101,50 manat, 31 yanvar 2023-cü il tarixdə, saat 14:20-də 31 manat, 01 fevral 2023-cü il tarixdə, saat 14:03-də 81,20 manat, 01 fevral 2023-cü il tarixdə, saat 17:10-da **********670007 №-li plastik kartdan 50 manat, **********472994 №-li plastik kartdan xidmət haqları ilə birlikdə 13 fevral 2023-cü il tarixdə, saat 09:12-də 253,75 manat, 13 fevral 2023-cü il tarixdə, saat 18:58-də 152,25 manat, 14 fevral 2023-cü il tarixdə, saat 17:42-də 76,13 manat, 15 fevral 2023-cü il tarixdə, saat 11:23-də 172,55 manat, 17 fevral 2023-cü il tarixdə, saat 11:49-da 101,50 manat, 20 fevral 2023-cü il tarixdə, saat 16:02-də 61 manat, 20 fevral 2023-cü il tarixdə, saat 17:57-də 101,50 manat, **********670007 №-li plastik kartdan 06 mart 2023-cü il tarixdə, saat 10:36da 31 manat, 10 mart 2023-cü il tarixdə, saat 08:53-də 21 manat, 15 mart 2023-cü il tarixdə, saat 16:05-də 259 manat, **********472994 №-li plastik kartdan xidmət haqları ilə birlikdə 27 mart 2023-cü il tarixdə, saat 17:46-da 75,11 manat, 27 mart 2023-cü il tarixdə, saat 09:04-də 104,55 manat, 04 aprel 2023-cü il tarixdə, saat 11:09-da Zərərçəkmiş şəxs uzaq qohumu Şahid2 istifadəsində olan "xxxx" ASC-dən rəsmiləşdirilmiş **********477766 №-li plastik kartdan Şahid2 vasitəsi ilə 50 manat, 05 aprel 2023-cü il tarixdə, saat 09:38-də 205 manat, 11 aprel 2023-cü il tarixdə, saat 11:27-də 40 manat, zərərçəkmişə məxsus **********670007 №-li plastik kartdan 28 aprel 2023-cü il tarixdə, saat 13:16-da 65 manat, 28 aprel 2023-cü il tarixdə, saat 15:11-də 53 manat, 01 may 2023-cü il tarixdə, saat 16:08də 59 manat, 03 may 2023-cü il tarixdə, saat 11:55-də 100 manat, 04 may 2023-cü il tarixdə, saat 13:52-də 45 manat, həmçinin 18 may 2023-cü il tarixdə, saat 09:25-də Ucar şəhəri, Azərbaycan prospektində yerləşən “Elegant” market adı ilə fəaliyyət göstərən marketdən “MiLLiON” elektron ödəmə sistemindən 180 manat, 21 may 2023-cü il tarixdə, saat 08:17-də 75 manat köçürülmüşdür. Bundan başqa diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş **********980003 nömrəli plastik karta 2022-ci ilin noyabr ayından 2023-cü ilin may ayınadək olan müddət ərzində müxtəlif elektron ödəmə terminalları vasitəsilə ümumilikdə 11380 manat məbləğində pul köçürüldüyü müəyyən edildi. Baxışda iştirak edən Zərərçəkmiş şəxs qeyd olunan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olan həmin plastik karta ödəmə terminalları vasitəsilə köçürülmüş 11380 manat məbləğin 6750 manatının Ucar rayonu ərazisindən onun tərəfindən köçürüldüyünü, köçürülən 6750 manat məbləğin qəbzlərindən yalnız iki dəfə 18 may 2023-cü il tarixdə, saat 09:25-də Ucar şəhəri, Azərbaycan prospektində yerləşən “Elegant” market adı ilə fəaliyyət göstərən marketdən “MiLLiON” elektron ödəmə sistemindən 180 manat, 21 may 2023-cü il tarixdə, saat 08:17-də 75 manat köçürmə əməliyyatı aparmasını özündə əks etdirən qəbzləri özündə saxlamaqla ibtidai istintaqa təqdim etdiyini, eyni zamanda öz istifadəsində olan **********670007, **********472994 №-li və qohumu Şahid2 istifadəsində olan **********477766 №-li plastik kartlar vasitəsilə Təqsirləndirilən şəxs istifadəsində olmuş **********980003 nömrəli plastik karta 2022-ci ilin noyabr ayından 2023-cü ilin may ayınadək olan müddət ərzində köçürülmüş yuxarıda qeyd olunan məbləğlərin doğru olduğunu və həmin pulların ümumi məbləğinin xidmət haqları ilə birlikdə 3864,04 manat olduğunu təsdiq etmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 101-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 15 iyul 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Sövdümağa oğlu əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 42-ci və 56-cı vərəqələrində olan 08 iyul 2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Sövdümağa oğlu həmin tarixdə saat 18:30-da Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 86-cı vərəqəsində olan 10 iyul 2023-cü il tarixli tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Sövdümağa oğlu həmin tarixdə Ucar RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 113-cü vərəqəsində olan Ucar RPŞ-nin 29 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Sövdümağa oğlunun məcburi gətirilməsi barədə qərar qəbul edilmiş lakin, olduğu yer müəyyən edilmədiyindən onun məcburi gətirilməsi mümkün olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 134-135-ci və 138 vərəqələrində olan Ucar RPŞ-nin 16 avqust 2023-cü il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Sövdümağa oğlu barəsində qətimkan tədbirinin şərtlərini pozduğuna görə axtarış elan edilməsi haqqında qərar qəbul olunmuş və iş üzrə icraat dayandırılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 155-ci vərəqəsində olan raportdan, işin İ cild 156-cı vərəqələrində olan 15 sentyabr 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan və 157-ci vərəqəsində olan cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs Sövdümağa oğlu 15 sentyabr 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayonu, Zəhmətabad kəndi ərazisində saxlanılaraq Ucar RPŞ-yə gətirilmiş və elə həmin tarixdə RPŞ-nin MSY-nə təhvil verilmiş və iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 179-180-ci vərəqələrində olan Ucar Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 4(063)-42/2023 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sövdümağa oğlunun barəsində həmin tarixdə 01 (bir) ay 22 (iyirmi iki) gün həddində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 15 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 247-250-ci vərəqələrində olan Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 sentyabr 2023-cü il tarixli, 4(107)-82/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Sövdümağa oğlunun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış və Ucar Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 4(063)-42/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 99-100-cü vərəqələrində olan arayışdan və xasiyyətnamənin surətlərindən, eyni zamanda Elektron məhkəmə informasiya sistemindən sorğu nəticəsində əldə edilmiş çıxarışdan görünür ki, himayəsində 05 mart 2006-cı il təvəllüdlü Fərid adında bir yetkinlik yaşına çatmayan uşağı olan ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs Sövdümağa oğlu barəsində Biləsuvar şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinə şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin İ cild 90-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsinin 10 iyul 2023-cü il tarixli, 286 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs Sövdümağa oğlunun bədənində onun travma almasını göstərən obyektiv məhkəmə tibb əlamətləri (qançır, sıyrıq və s) aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 07 dekabr 2023-cü il tarixli ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər tam şəkildə ödənilmədiyindən, Təqsirləndirilən şəxs barəsində şikayətçi olmaqla ciddi cəza verilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Sövdümağa oğlu tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, sübuta yetirilmişdir. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd). Cinayət işinin faktiki hallarından da göründüyü kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs özünü vəzifəli şəxs kimi təqdim edərək, sonuncuya məxsus pul vəsaitlərini ələ keçirmək niyyəti ilə ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verməklə, habelə aralarında yaranmış etibarlı münasibətlərdən istifadə edib, zərərçəkmiş şəxsə aid pul vəsaitlərini sahibliyinə keçirmiş, bununla da, o, həmin pul vəsaitlərindən istədiyi kimi istifadə etmək imkanı əldə etməklə, dələduzluq əməlini başa çatdırmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Beləliklə, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə xeyli miqdarda ziyan vurma cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs Sövdümağa oğluna cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Sövdümağa oğlunun ibtidai istintaq zamanı zərərçəkmiş şəxsə dəyən ziyanın 3150 (üç min yüz əlli) manatını ödəməsi, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olması Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallara aid edilir. Təqsirləndirilən şəxs Sövdümağa oğlunun Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının İ bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, zərəri qismən ödəməsini, onun zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmə və aldatma yolu ilə əmlakını (pul vəsaitlərini) ələ keçirmə cinayət əməlini törətməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmaqla barəsində ciddi cəza tətbiq edilməsi barədə xahişini, əməli ilə cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini, polis əməkdaşları tərəfindən axtarıldığını bildiyi halda, onların çağırışlarından yayınmaqla, uzun müddət yaşayış yerini müəyyən etməyin mümkün olmamasını (Ucar Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 4(063)-42/2023 saylı təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə qərarı), bununla da uzun müddət ibtidai araşdırmadan yayınmasını, tərbiyə olunmamasını, beləliklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin ediləcəyi halda gələcəkdə hökmün icrasından yayınmasına kifayət qədər əsaslar olmasını, buna baxmayaraq, barəsində cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın yuxarı həddinin 2/5 hissəsi həcmində cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 08 iyul 2023-cü il tarixdən 10 iyul 2023-cü il tarixə kimi həbsdə saxlanıldığı iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 15 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175-ci maddəsinin İ və İİ hissələrinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. Qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya- Kommunikasiya İdarəsindən və "xxxx" ASC-dən əldə edilmiş 2 (iki) ədəd disklər, həmin ASC-dən daxil olmuş 01 noyabr 2022-ci il tarixdən 31 may 2023-cü il tarixədək olan müddət ərzində plastik kartlarla aparılan əməliyyatlara dair məlumatları özündə əks etdirən cədvəl cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak, eləcə də məhkəmə məsrəfi yoxdur. Həmçinin, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi nəticəsində ona dəymiş qalıq zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 15 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya- Kommunikasiya İdarəsindən və "xxxx" ASC-dən əldə edilmiş 2 (iki) ədəd disklər, həmin ASC-dən daxil olmuş 01 noyabr 2022-ci il tarixdən 31 may 2023-cü il tarixədək olan müddət ərzində plastik kartlarla aparılan əməliyyatlara dair məlumatları özündə əks etdirən cədvəl cinayət işində saxlanılsın. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi nəticəsində ona dəymiş qalıq zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüququnun olması izah edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №1(063)-65/2023
Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-65/2023
20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver