Məhkəmə qərarları › İş №1(063)-65/2024

Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-65/2024

23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-65/2024 23.10.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X18 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 23 oktyabr 2024-cü il tarixdə, Ucar şəhərində, Ucar Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxxxx 1982-ci il tarixdə Ucar rayonu, Qazıqumlaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Rusiya Federasiyasının CM-nin 228*1 maddəsinin 3-cü hissəsinin q bəndi ilə təqsirli bilinərək 25 iyul 2016-cı il tarixdə barəsində Rusiya Federasiyasının DİN-nin X9 Dairəsinin polis şöbəsi tərəfindən dövlətlərarası həbsli axtarış elan edilmiş, Ucar rayonu, Qazıqumlaq kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun "Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə" İ siyahısı ilə müəyyən edilmiş xeyli miqdarda, yəni 8,23 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı və istintaqa məlum olmayan sayda narkotik tərkibli çətənə bitkisinin toxumlarını qanunsuz olaraq satış məqsədi olmadan əldə edib üzərində daşıyaraq yaşadığı Ucar rayonu, Qazıqumlaq kəndində yerləşən fərdi yaşayış evində saxlamış, bundan başqa 2024-cü ilin mart ayında dəqiq tarixi istintaqa məlum olmayan günlərdə həmin narkotik tərkibli çətənə bitkisinin toxumlarından 1 ədədini yaşadığı Ucar rayonu, Qazıqumlaq kəndində yerləşən evin həyətyanı sahəsində, 13 ədədini isə küçədə yaşadığı evin qarşısından keçən su arxının kənarında və həmin ərazidə yerləşən kolluqda müxtəlif yerlədə torpaqda əkib sulamış, toxumları əkdiyi torpağın diblərini yumşaltmaqla və sair üsullarla aqrotexniki qaydada qulluq edib yetişdirərək kultivasiya etmiş, 03 iyul 2024-cü il tarixdə, saat 17 radələrində Ucar rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində yaşadığı evin həyətyanı sahəsinə keçirilmiş baxış zamanı 1 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi, yaşadığı evə daxil olduqda sağ tərəfdə yerləşən qonaq otağında dolaba qoyulmuş qutunun içərisindən 1 ədəd kağız bükümdə xeyli miqdarda, yəni 8,23 qram təmiz çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana, eləcə də küçədən keçən su arxının kənarından və kolluqdan xeyli miqdarda, yəni 13 ədəd olmaqla ümumilikdə 14 ədəd yaş vəziyyətdə ümumi təmiz çəkiləri 9926,51 qram təşkil edən əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-in 234.1 və 237.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Rusiya Federasiyasında yaşadığı müddətdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğundan tutulsa da, sonradan sərbəst buraxıldığı üçün Azərbaycan Respublikasına qayıtmış və barəsində axtarış elan edilməsindən xəbəri olmuşdur. Narkotik vasitə olan qurudulmuş marixuananı siqaretə doldurma yolu ilə istifadə etmiş, 2024-cü ilin fevral ayının sonunda yaşadığı Ucar rayonu, Qazıqumlaq kəndində küçədə yolun kənarında 1 ədəd sellofan paket taparaq paketdə olan ağ rəngli kağızda qurudulmuş marixuana olduğunu görüb istifadə etməsi üçün özü ilə götürmüş, marixuanın içərisində çoxlu sayda çətənə toxumları olduğundan 28-30 ədəd toxumları ayırıb 1 ədəd siqaret qutusunun sellofanına büküb yaşadığı evin mətbəxində rəfin üzərindəki plastik qabın içinə qoyub saxlamışdır. Kağızdakı marixuanadan 1 dəfə siqaretə doldurmaqla istifadə etmiş, qalan hissəsini isə evin girişindən sağ tərəfdə ikinci otaqda olan dolabın yuxarı rəfində karton qutunun içərisinə elə özünün büküldüyü ağ rəngli kağızda qoyub saxlamışdır. 2024cü ilin mart ayının əvvələrində xatırlamadığı tarixdə 1 ədəd şəffaf sellofanda büküb saxladığı çətənə toxumlarından 14 ədəd götürüb gələcəkdə özü üçün istifadə etmək məqsədi ilə əkib becərmək qərarına gəlmişdir. Qalan 14 ədəd toxumu 1 ədəd şəffaf sellofan bükümdə yaşadığı evin otağında mətbəx kimi istifadə olunan yerdə rəfin üzərində olan plastik qabın içərisinə qoymuşdur. Ona görə də həmin toxumları götürüb 1 ədədini yaşadığı evin həyətindəki evin sol tərəfində olan çardağın arxa tərəfindəki dəmir hasarının dibində torpağa əkib dibinə su verməklə yumşaltmış, qalan toxumları həyətdə əkməkdən ehtiyat edib toxumları küçədə yaşadığı evin yaxınlığından keçən su arxaının kənarında əkməyi qərarlaşdırmışdır. Gələcəkdə toxumlardan çıxan kolları asanlıqla sulamaq məqsədi ilə yaşadığı evin qarşısından keçən su arxının kənarda bir-birlərinə yaxın məsafədə 3 ədəd, bir qədər qarşıda uzaq qohumu Vəfa Murtuzovanın mişar daşından tikilmiş hasarının qarşısında olan kolluqda 10 ədəd olmaqla, cəmi 14 ədəd çətənə toxumunu torpağa basdırmışdır. Toxumlar cücərən kimi diblərini yumuşaldıb peyin verməklə dəmir və yuxarı hissəsi kəsilmiş plastmas qabla sulayıb xüsusi qulluq göstərmiş, ot bağlamaq üçün nəzərdə tutulan iplə bir-birlərinə bağlayıb kənardan görsənməmələri üçün aşağı əymişdir. 03 iyul 2024-cü il tarixdə, saat 17 radələrində yaşadığı evin həyətindən küçəyə çıxıb bir qədər getdikdən sonra bir neçə nəfər yaxınlaşaraq Ucar rayon polis şöbəsinin əməkdaşları olduqlarını, narkotik vasitlərin qanunsuz dövriyyəsində və əkib-becərməsində şübhəli olduğunu deyib yaşadığı evin həyətyanı sahəsinə və evə baxış keçirilməli olduqlarını bildirdikdə özünü şübhələndirməmək üçün etiraz etməyib razı olmağı ilə bağlı ərizə ilə müraciət etmiş, bundan sonra Ucar RPŞ-nin baş müstəntiqi, Rəhmin Zeynalov video çəkilişlə hüquq və vəzifələrini izah edərək yaşadığı evin həyət darvazasının qarşısından başlayaraq baxış keçirməyə başlamışdır. Həyətdə olan yardımçı tikiliyə baxış keçirildikdə çəkilişdə texniki nasazlıq yarandığından çəkiliş dayandırılmaqla yenidən davam etdirildikdə iştirakçılar tərəfindən heç bir etiraz daxil olmamış, evin arxasında olan yardımçı tikilinin yaxınlığında dəmir lövhənin dibində əkdiyi 1 ədəd narkotik tərkibli çətənə kolu aşkar edildikdə baxışda iştirak edən mütəxəssis bitkiyə xüsusi qulluq göstərildiyini bildirdikdə məsuliyyətdən qorxduğundan bitkinin öz-özünə bitməsini, qulluq göstərmədiyini bildirmişdir. Bitki polis əməkdaşı tərəfindən kökündən çıxarılmış və mütəxəssis tərəfindən ölçülərkən 80 sm uzunluğunda olması müəyyən edilmiş, aşkar edilmiş 1 ədəd çətənə bitkisi müstəntiq tərəfindən zərfə qablaşdırılaraq möhürlənib götürüldükdə iştirakçılarla birlikdə zərfin üzərinə imza emişdir. Ardınca yaşadığı evə baxış keçirildikdə mətbəxdə olan rəfin üzərinə sellofana büküb plasmas qabda qoyduğu çətənə toxumları aşkar edildikdə toxumlar barədə sual verilmiş, bükümdə toxum olmasını bildirsə də, yenə məsuliyyətdən yaxa qutarmaqdan ötrü məlumatının olmadığını, amma yaşadığı evdən tapılıbsa, özünə məxsus olmasını etiraf etmiş, baxışda iştirak edən mütəxəssis toxumların çətənə bitkisinin toxumları olmasını bildirmişdir. Toxumlar müstəntiq tərəfindən sayıldıqda 14 ədəd olması müəyyən edilmiş və qablaşdırılmasından ötrü götürülmüşdür. Evin digər bir otağına baxış keçirilərəkən sağ tərəfə qoyulmuş dolaba baxış keçiriləndə oraya qoyduğu marixuananın tapılmasını başa düşüb qutunu götürmək istəyərkən polis əməkdaşları şərait yaratmamış, polis əməkdaşı tərəfindən içərisinə kağız bükümdə qurudulmuş marixuna qoyduğu qutudan həmin büküm aşkar edildikdə əvvəlcə xəbəri olmadığını, sonra isə özünə məxsus olduğunu və bir qədər əvvəl qalmasını göstərmişdir. Evdən tapılan 1 ədəd cib bıçağının götürülməsinə zərurət olmadığından özünə qaytarılmış, aşkar edilmiş kütlə və toxumlar adi kağıza bükülüb möhürlənərək yapışqan lentlə sarınıb üzəri iştirakçıların imzaları ilə imzalanıb götürülmüş, həmin dolabdan Bakı şəhərindən suvener kimi gətirdiyi tapançaya bənzər əşya müəyyən edilib adi kağıza iştirakçılar imza etdikdən sonra həmin əşya sintetik kisəyə qablaşdırılmış və möhürdən istifadə olunaraq yapışqan lentlə sarınıb götürülmüşdür. Baxış küçədə davam etdirildikdə su arxanın üzərində əkdiyi 3 ədəd çətənə kolu polis əməkdaşı tərəfindən aşkar edilmiş, mütəxəssis kollara qulluq göstərildiyini bildirərək kolları kökündən çıxarmış, Vəfa Murtuzovanın mişar daşından olan hasarının qarşısında küçədə yerləşən kolluğun girəcəyində əkdiyi 2 ədəd çətənə kolu polis əməkdaşı tərəfindən aşkar edilərkən mütəxəssis kollara xüsusi qulluq göstərilməsini bildirdikdən sonra kollar polis əməkdaşı tərəfindən kökündən çıxarılmışdır. Kolluğa baxış davam etdirildikdə bir qədər qarşıda əkdiyi iplə bir-birinə bağlanmış vəziyyətdə 6 ədəd çətənə kollarına baxan mütəxəssis kollara qulluq edilməsini bildirdikdən sonra polis əməkdaşı tərəfindən kökündən çıxarılmış, eləcə də həmin kolluqda əkdiyi 2 ədəd çətənə kolu polis əməkdaşı tərəfindən tapılıb kökündən çıxarılmışdır. Çətənə kollarına su və peyin daşıyıb verdiyi dəmir və plasmas qabın kəsilmiş hissəsi kolluqdan sintetik kisəyə qablaşdırıldıqda çəkilişdə texniki nasazlıq yaranmış, çəkiliş qaldığı yerdən davam etdirildikdə iştirakçılar tərəfindən etiraz edilməmiş, aşkar edilmiş çətənə kolları orada bir daha sayıldıqda 14 ədəd, kiçiyinin 58 sm, ən uzununun isə 2,30 metr olması müəyyən edilmişdir. Kollar 2 ədəd sintetik kisəyə qablaşdırıldıqdan sonra adi kağıza iştirakçılar imza edərkən sorğu zamanı məsuliyyətdən qutarmaq üçün kollardan xəbəri olmadığını bildirmiş, imza edilmiş kağız möhürlə birlikdə yapışqan lentlə kisəyə sarınmaqla kollar götürülmüşdür. 03 iyul 2024-cü il tarixdə, saat 20 radələrində Ucar RPŞ-nin Növbətçi Hissəsinə gətirilmiş, orada baş müstəntiq Rəhmin Zeynalov tərəfindən özünün seçidiyi Müdafiəçi ilə təmin edilib hüquq və vəzifələri izah edildikdən sonra üzərində video çəkilişlə şəxsi axtarış və götürmə keçirilməyə başlandıqda üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa, könüllü təqdim etməsi təklif olunduqda üzərində qanunla qadağan edilmiş heç bir şey olmadığını, lakin telefon və şəxsiyyətini təsdiq edən sənədin olmasını bildirib şalvarın sağ qarşı cibindən 1 ədəd “Honor” markalı mobil telefonu, sol qarşı cibindən isə şəxsiyyətini təsdiq edən sənədi çıxarıb təqdim etmişdir. Ardınca polis əməkdaşı tərəfindən üzəri yoxlandıqda qanunla qadağan edilmiş əşya, predmet və sair müəyyən edilməmiş, mobil telefonu baş müstəntiq tərəfindən zərfə qablaşdırılmaqla möhürlənib götürülmüş və iştirakçılar və özü tərəfindən zərfin üzərinə imza edilmişdir. Şəxsi axtarış zamanı müdafiəçi yaşadığı ünvana baxış keçirilən zaman bundan sonra, polis şöbəsinə gətiriləndə və ya sonra hər hansı təzyiq olunub-olunmamasını soruşduqda heç bir təzyiqə məruz qalmadığını bildirmiş, şəxsi axtarış və götürmə barədə tərtib edilmiş protokolu imzalamışdır. Anası Bibixanımın və Vəfa Murtuzovanın qeyd edilən cinayət əməllərindən xəbərlərinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Ucar RPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, əvvəllər Ucar rayonu, Qazıqumlaq kənd sakini Təqsirləndirilən şəxs tanımamış və heç bir münasibəti olmamışdır. 03 iyul 2024-cü il tarixdə əməliyyat yolu ilə etibarlı mənbədən məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və əkib-becərməsi ilə məşğul olmaqda şübhəlidir. Ona görə də Təqsirləndirilən şəxs ifşa edilməsindən ötrü tərəfindən hazırlanmış əməliyyat tədbiri şöbə rəhbərliyi tərəfindən təsdiq edildikdən sonra həmin gün saat 17 radələrində tədbirin üzvləri Ucar RPŞ-nin İB-nin baş müstəntiqi X8, Ucar RPŞ-nin PPXBnin komandiri Şahid3, Ucar RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti Şahid2 Namudar oğlu, Ucar RPŞ-nin PPXB-nın polis nəfəri Şahid4, Ucar RPŞ-nin PPXB-nün sürücü polis nəfəri X6 və Rəhmin Zeynalov tərəfindən sonradan mütəxəssis qismində dəvət edilmiş Ucar DAİM-nin bitkiçilik sektorunun aparıcı məsləhətçisi X3 iştirakı ilə Ucar rayonu, Qazıqumlaq kəndində Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısında olduğundan yaxınlaşıb sonuncuya özlərini təqdim etmiş və qeyd edilən məsələ barədə məlumatlandırıb yaşadığı ünvana baxış keçirilməsini bildirdikdə sonuncu etiraz etməmiş və ərizə ilə Ucar RPŞ-yə müraciət etmişdir. Baş müstəntiq X19 Rüstəmova Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini izah etdikdən sonra yaşadığı ünvanda qanunla qadağan edilmiş əşya, predmet və sair olubolmaması barədə sual verildikdə Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunsuz heç bir şeyin olmadığını bildirmiş, Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə həyət darvazasından həyətə daxil olmaqla başlanmış, həyətə daxil olduqda qarşı tərəfdə ev, sol tərəfdə isə bağ sahəsinin olması müəyyən edilmişdir. Bağda olan yardımçı tikiliyə Şahid3 baxış keçirdikdə çəkilişdə texniki nasazlıq yarandığından çəkiliş dayandırılmaqla yenidən davam etdirildikdə iştirakçılar tərəfindən heç bir etiraz daxil olmamış, baxış davam etdirildikə evin arxasında olan yardımçı tikilinin yaxınlığında dəmir lövhənin dibində 1 ədəd narkotik tərkibli çətənə koluna oxşar bitki aşkar edilmiş, mütəxəssis Ağarəhim Tağıyev bitkinin yabanı olmadığını, qulluq edilmiş çətənə kolu olmasını bildirdikdə Təqsirləndirilən şəxs bitkinin öz-özünə bitməsini qulluq göstərmədiyini bildirmişdir. Bitki kökündən Şahid3 tərəfindən çıxarılmış, Ağarəhim Tağıyev tərəfindən ölçülərkən 80 sm uzunluğunda olması müəyyən edilmiş, bitki Rəhmin Zeynalov tərəfindən qablaşdırılmasından ötrü götürülmüş, baxış davam edən zaman Təqsirləndirilən şəxs bir daha narkotik tərkibli çətənə bitkisinə bənzər bitkiyə qulluq göstərmədiyini bildirmiş, Rəhmin Zeynalov mütəxəssis tərəfindən qulluq edilməsinin bildirildiyini xatırlatmış, həyətdə olan digər bir yardımçı tikilidə olan əşya və paltarlara baxış zamanı iş üçün əhəmiyyətli heç bir şeyə rast gəlinməmişdir. Evin pilləkəninin sol və sağ tərəfində olan əşyalara baxış zamanı qanunsuz əşya və perdmet müəyyən olunmamış, aşkar edilmiş 1 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki Rəhmin Zeynalov tərəfindən zərfə qablaşdırılaraq şöbənin zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürlənib götürülmüş, iştirakçılar tərəfindən zərfin üzərinə imza edilmiş, ardınca baxış Təqsirləndirilən şəxs yaşayan evin qarşı tərəfində yerləşən mətbəxdən başlanmışdır. Mətbəxdə olan rəfin üzərinə qoyulmuş plastik qabın içərisindən kiçik sellofan parçasına bükülü halda olan 1 ədəd büküm Şahid3 tərəfindən aşkar edilib Rəhmin Zeynalova təqdim edildikdə Rəhmin Zeynalov bükümdə nə olmasını soruşduqda Təqsirləndirilən şəxs bilmədiyini, bükümü əli ilə yoxlayandan sonra içərisində toxum olmasını bildirmiş, Rəhmin Zeynalov toxumun nədən ibarət olmasını soruşduqda Təqsirləndirilən şəxs bilmədiyini qeyd etmişdir. X20 tərəfindən açıldıqda çətənə bitkisinin toxumları olması məlum olmuş, Təqsirləndirilən şəxs toxumlar barədə heç nə bilmədiyini, amma yaşadığı evdən aşkar edilmişdirsə, özünə məxsus olmasını etiraf etmiş, X19 Rüstəmova ehtimalla daşımasını irad tutduqda toxumları birinci dəfə gördüyünü bildirmiş, toxumlar Rəhmin Zeynalov tərəfindən sayıldıqda 14 ədəd olması müəyyən edilmiş, qablaşdırılmasından ötrü götürülüb baxış davam etdirilmişdir. Evin digər bir otağına baxış keçirilərəkən evə daxil olduqda sol tərəfdə yerləşən müəyyən əşyalara baxış keçirilmiş, sağ tərəfdə yerləşən dolaba baxış keçirilən zaman Təqsirləndirilən şəxs dolabın yuxarı hissəsində rəfdən qutunu özü götürmək istəsə də, imkan verilməmiş, Şahid3 rəfdən qutunu götürüb içərisinə baxış keçirdikdə qutudan adi ağ kağıza bükülü qurudulmuş marixuanaya bənzər bir qədər kütlə aşkar edilmiş, Rəhmin Zeynalov kütlənin nə və kimə məxsus olması barədə sual verdikdə Təqsirləndirilən şəxs bilmədiyini, sonra isə özünə məxsus olduğunu nə vaxtdansa qaldığını etiraf etmişdir. Evdən tapılan 1 ədəd cib bıçağının götürülməsinə zərurət olmadığından Təqsirləndirilən şəxs qaytarılmış, aşkar edilmiş kütlə və toxumlar şöbənin zərflər üçün nəzərdə tutulmuş möhüründən istifadə olunaraq adi kağıza qablaşdırılmaqla yapışqan lentlə sarınıb üzəri iştirakçıların imzaları ilə imzalanıb götürülmüş, baxış davam etdirildikdə Şahid3 tərəfindən dolabın orta hissəsində olan rəfdən ağ rəngli parçanın altına qoyulmuş 1 ədəd orta əsrlər dövrü istifadə edilmiş tapançaya bənzər əşya müəyyən edildikdə Təqsirləndirilən şəxs əşyanın Bakı şəhərindən suvener kimi gətirdiyini bildirmiş, Rəhmin Zeynalov tərəfindən tərtib edilmiş adi kağıza iştirakçılar imza etdikdən sonra həmin əşya sintetik kisəyə qablaşdırılmış, imza edilmiş kağız şöbənin zərflər üçün nəzərdə tutulmuş möhüründən istifadə olunaraq yapışqan lentlə sarındıqdan sonra əşya götürülmüşdür. Evin digər bir otağına baxış keçirilərkən oradan qanunla qadağan edilmiş əşya predmet aşkar edilməmişdir. Baxış Təqsirləndirilən şəxs yaşayan küçədə davam etdirilməsindən ötrü həyət darvazasından küçəyə çıxdıqda evin həyətindən sol tərəfdə yaxın məsafədə su arxının kənarında Şahid3 tərəfindən 3 ədəd narkotik tərkibli çətənə koluna bənzər kol aşkar edilmiş, kollara baxış keçirən mütəxəssis Ağarəhim Tağıyev kollara qulluq göstərildiyini bildirərək kolları kökündən çıxarmış, su arxanın üzərinə baxış keçirilərkən mişar daşından olan hasarın qarşısında yerləşən kolluqda 2 ədəd narkotik tərkibli çətənə koluna bənzər kol aşkar edildikdə Ağarəhim Tağıyev kollara xüsusi qulluq göstərilməsini bildirdikdən sonra kollar Şahid3 tərəfindən kökündən çıxarılmışdır. Kolluğa baxış zamanı bir qədər irəlidə qazılmış çalanın içərisində əkilmiş çətənə kollarına mütəxəssis Ağarəhim Tağıyev baxaraq kollara qulluq edilməsini bildirdikdən sonra Şahid3 tərəfindən bir qədər çətənə kolunun qalıqları aşkar olunmuş, iplə bir-birinə bağlanmış vəziyyətdə 6 ədəd kol kökündən çıxarılmış, eləcə də həmin kolluqdan 2 ədəd çətənə koluna oxşar bitki tərəfindən kökündən çıxarılmış, bundan sonra 6 ədəd çətənə kollarına bənzər bitkilər çıxarılmış çaladan 1 ədəd mavi rəngli çuğun və plastik materiladan hazırlanmış üzəri kəsilmiş halda qara rəngli su və ya sair saxlanmasından ötrü nəzərdə tutulmuş qablar Şahid2 və Rəhmin Zeynalov tərəfindən Təqsirləndirilən şəxs iştirakı sintetik kisəyə qablaşdırıldıqda çəkilişdə texniki nasazlıq yaranmışdır. Çəkiliş qaldığı yerdən davam etdirildikdə iştirakçılar tərəfindən etiraz edilməmiş, aşkar edilmiş çətənə kolları orada bir daha sayıldıqda 14 ədəd olması, kiçiyinin 58 sm, ən uzunun isə 2,30 metr olması müəyyən edilmiş, kollar və çaladan tapılan hissələri 2 ədəd sintetik kisəyə qablaşdırıldıqdan sonra adi kağıza iştirakçılar imza edərkən sorğu zamanı Təqsirləndirilən şəxs həmin kollardan xəbəri olmadığını bildirmiş, imza edilmiş kağız şöbənin zərflər üçün nəzərdə tutulmuş möhüründən istifadə olunaraq yapışqan lentlə sarındıqdan sonra kollar götürülmüşdür. Baxış zamanı baş müstəntiq tərəfindən baxışla bağlı əlavə, düzəliş, vəsatət olub-olmaması barədə sual verilsə də, heç bir düzəliş, vəsatət daxil olmamış, baxış keçirilməsi yekunlaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs 03 iyul 2024-cü il tarixdə, saat 20 radələrində Ucar RPŞ-nin Növbətçi Hissəsinə gətirilmiş, orada R.Zeynalov tərəfindən Müdafiəçi ilə təmin edilib hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış və götürmə keçirilməyə başlanmışdır. Şəxsi axtarış və götürmədə Şahid3, Ucar RPŞ-nin İTB-nin polis sahə rəisi X10 video çəkiliş həyata keçirmiş, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa, könüllü təqdim etməsi təklif olunduqda Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş heç bir şey olmadığını lakin telefon və şəxsiyyətini təsdiq edən sənədin olmasını bildirib şalvarın sağ qarşı cibindən 1 ədəd “Honor” markalı mobil telefonu, sol qarşı cibindən isə şəxsiyyətini təsdiq edən sənədi çıxarıb təqdim etmişdir. Ardınca Şahid3 tərəfindən Təqsirləndirilən şəxs üzəri yoxlandıqda qanunla qadağan edilmiş əşya, predmet və sair müəyyən edilməmiş, mobil telefon Rəhmin Zeynalov tərəfindən zərfə qablaşdırılmaqla möhürlənib götürülmüş və iştirakçılar tərəfindən zərfin üzərinə imza edilmişdir. Şəxsi axtarış zamanı Müdafiəçi Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilən zaman bundan sonra, polis şöbəsinə gətiriləndə və sonra hər hansı təzyiq olunub-olunmamasını soruşduqda sonuncu heç bir təzyiqə məruz qalmadığını bildirmiş, səxsi axtarış və götürmə Rəhmin Zeynalov tərəfindən yekunlaşdırıldıqdan sonra bu barədə tərtib edilmiş protokola imza etmişdir. Məhkəmə istintaqı zamanı şahid Ucar RPŞ-nin PPXB-nın polis nəfəri Şahid4 ifadəsində göstərdi ki, əvvəllər Ucar rayonu, Qazıqumlaq kənd sakini Təqsirləndirilən şəxs oğulunu tanımamış və heç bir münasibəti olmamışdır. 03 iyul 2024-cü il tarixdə, saat 17 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və əkibbecərməsi ilə məşğul olması barədə keçirilmiş əməliyyat tədbirində Ucar RPŞ-nin NMQnin baş əməliyyat müvəkkili Şahid1, Ucar RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti Şahid2, Ucar RPŞ-nin PPXB-nın komandiri Şahid3, Ucar RPŞ-nin PPXB-nın sürücü polis nəfəri Turxan Heydarov, Ucar RPŞ-nin İB-nin baş müstəntiqi Rəhmin Zeynalov və mütəxəssis qismində dəvət edilmiş Ucar DAİM-nin bitkiçilik sektorunun aparıcı məsləhətçisi Ağarəhim Tağıyevlə birlikdə iştirak etmişdir. Belə ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısında görüb yaxınlaşaraq özlərini təqdim edib gəlişlərinin məqsədini izah edərək yaşadığı ünvana baxış keçirilməsini bildirdikdə sonuncu etiraz etməmiş, bu barədə ərizə ilə Ucar RPŞ-yə müraciət etmiş, baş müstəntiq X19 Rüstəmova Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini izah etdikdən sonra yaşadığı ünvanda qanunla qadağan edilmiş əşya, predmet və sair olub-olmaması barədə sual verildikdə Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunsuz heç bir şeyin olmadığını bildirmiş, Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə həyət darvazasından həyətə daxil olmaqla başlanmış, həyətə daxil olduqda qarşı tərəfdə ev, sol tərəfdə isə bağ sahəsinin olması müəyyən edilmişdir. Bağda olan yardımçı tikiliyə Şahid3 baxış keçirdikdə çəkilişdə texniki nasazlıq yarandığından çəkiliş dayandırılmaqla yenidən davam etdirildikdə iştirakçılar tərəfindən heç bir etiraz daxil olmamış, baxış davam etdirildikdə evin arxasında olan yardımçı tikilinin yaxınlığında dəmir lövhənin dibində 1 ədəd narkotik tərkibli çətənə koluna oxşar bitki aşkar edilmiş, mütəxəssis Ağarəhim Tağıyev bitkinin yabanı olmadığını, qulluq edilmiş çətənə kolu olmasını bildirdikdə Təqsirləndirilən şəxs bitkinin öz-özünə bitməsini qulluq göstərmədiyini bildirmişdir. Bitki kökündən Şahid3 tərəfindən çıxarılmış, Ağarəhim Tağıyev tərəfindən ölçülərkən 80 sm uzunluğunda olması müəyyən edilmiş. Həyətdə olan digər bir yardımçı tikilidə olan əşya və paltarlara baxış zamanı iş üçün əhəmiyyətli heç bir şeyə rast gəlinməmişdir. Evin pilləkəninin sol və sağ tərəfində olan əşyalara baxış zamanı qanunsuz əşya və predmet müəyyən olunmamış, aşkar edilmiş 1 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki Rəhmin Zeynalov tərəfindən zərfə qablaşdırılaraq şöbənin zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürlənib götürülmüş, iştirakçılar tərəfindən zərfin üzərinə imza edilmiş, ardınca baxış Təqsirləndirilən şəxs yaşayan evin qarşı tərəfində yerləşən mətbəxdən başlanmışdır. Mətbəxdə olan rəfin üzərinə qoyulmuş plastik qabın içərisindən kiçik sellofan parçasına bükülü halda olan 1 ədəd büküm Şahid3 tərəfindən aşkar edilib Rəhmin Zeynalova təqdim edildikdə Rəhmin Zeynalov bükümdə nə olmasını soruşduqda Təqsirləndirilən şəxs bilmədiyini, bükümü əli ilə yoxlayandan sonra içərisində toxum olmasını bildirmiş, Rəhmin Zeynalov toxumun nədən ibarət olmasını soruşduqda Təqsirləndirilən şəxs bilmədiyini qeyd etmişdir. X20 tərəfindən açıldıqda çətənə bitkisinin toxumları olması məlum olmuş, Təqsirləndirilən şəxs toxumlar barədə heç nə bilmədiyini, amma yaşadığı evdən aşkar edilmişdirsə özünə məxsus olmasını etiraf etmiş, X19 Rüstəmova ehtimalla danışmasını irad tutduqda toxumları birinci dəfə gördüyünü bildirmiş, toxumlar Rəhmin Zeynalov tərəfindən sayıldıqda 14 ədəd olması müəyyən edilmiş, qablaşdırılmasından ötrü götürülüb baxış davam etdirilmişdir. Evin digər bir otağına baxış keçirilərəkən evə daxil olduqda sol tərəfdə yerləşən müəyyən əşyalara baxış keçirilmiş, sağ tərəfdə yerləşən dolaba baxış keçirilən zaman Təqsirləndirilən şəxs dolabın yuxarı hissəsində rəfdən qutunu özü götürmək istəsə də, imkan verilməmiş, Şahid3 rəfdən qutunu götürüb içərisinə baxış keçirdikdə qutudan adi ağ kağıza bükülü qurudulmuş marixuanaya bənzər bir qədər kütlə aşkar edilmiş, Rəhmin Zeynalov kütlənin nə və kimə məxsus olması barədə sual verdikdə Təqsirləndirilən şəxs bilmədiyini, sonra isə özünə məxsus olduğunu etiraf etmişdir. Evdən tapılan 1 ədəd cib bıçağının götürülməsinə zərurət olmadığından Təqsirləndirilən şəxs qaytarılmış, aşkar edilmiş kütlə və toxumlar şöbənin zərflər üçün nəzərdə tutulmuş möhüründən istifadə olunaraq adi kağıza qablaşdırılmaqla yapışqan lentlə sarınıb üzəri iştirakçıların imzaları ilə imzalanıb götürülmüş, baxış davam etdirildikdə Şahid3 tərəfindən dolabın orta hissəsində olan rəfdən ağ rəngli parçanın altına qoyulmuş 1 ədəd orta əsrlər dövrü istifadə edilmiş tapançaya bənzər əşya müəyyən edildikdə Təqsirləndirilən şəxs əşyanın Bakı şəhərindən suvener kimi gətirdiyini bildirmiş, Rəhmin Zeynalov tərəfindən tərtib edilmiş adi kağıza iştirakçılar imza etdikdən sonra həmin əşya sintetik kisəyə qablaşdırılmış, imza edilmiş kağız şöbənin zərflər üçün nəzərdə tutulmuş möhüründən istifadə olunaraq yapışqan lentlə sarındıqdan sonra əşya götürülmüşdür. Evin digər bir otağına baxış keçirilərkən oradan qanunla qadağan edilmiş əşya, predmet aşkar edilməmiş, baxış Təqsirləndirilən şəxs yaşayan küçədə davam etdirilməsindən ötrü həyət darvazasından küçəyə çıxdıqda həyət darvazasının qarşısından keçən su arxının üzərində davam etdirildikdə sol tərəfdə darvazadan təxminən 6-7 metr məsafədə su arxının kənarında Şahid3 tərəfindən 3 ədəd narkotik tərkibli çətənə koluna bənzər kol aşkar edilmiş, kollara baxış keçirən mütəxəssis Ağarəhim Tağıyev kollara qulluq göstərildiyini bildirərək kolları kökündən çıxarmış, su arxanın üzərinə baxış keçirilərkən mişar daşından olan hasarın qarşısında yerləşən kolluqda 2 ədəd narkotik tərkibli çətənə koluna bənzər kol aşkar edildikdə Ağarəhim Tağıyev kollara xüsusi qulluq göstərilməsini bildirdikdən sonra kollar Şahid3 tərəfindən kökündən çıxarılmışdır. Kolluğa baxış zamanı bir qədər irəlidə qazılmış çalanın içərisində əkilmiş çətənə kollarına mütəxəssis Ağarəhim Tağıyev baxaraq kollara qulluq edilməsini bildirdikdən sonra Şahid3 tərəfindən bir qədər çətənə kolunun qalıqları aşkar olunmuş, iplə bir-birinə bağlanmış vəziyyətdə 6 ədəd kol kökündən çıxarılmış, eləcə də həmin kolluqdan 2 ədəd çətənə koluna oxşar bitki Şahid1 tərəfindən kökündən çıxarılmış, bundan sonra 6 ədəd çətənə kollarına bənzər bitkilər çıxarılmış çaladan 1 ədəd mavi rəngli çuğun və plastik materialdan hazırlanmış üzəri kəsilmiş halda qara rəngli su və ya sair saxlanmasından ötrü nəzərdə tutulmuş qablar Təqsirləndirilən şəxs iştirakı ilə birlikdə sintetik kisəyə qablaşıdırıldıqda çəkilişdə texniki nasazlıq yaranmışdır. Çəkiliş qaldığı yerdən davam etdirildikdə iştirakçılar tərəfindən etiraz edilməmiş, aşkar edilmiş çətənə kolları orada bir daha sayıldıqda 14 ədəd olması, kiçiyinin 58 sm, ən uzunun isə 2,30 metr olması müəyyən edilmiş, kollar və çaladan tapılan hissələri 2 ədəd sintetik kisəyə qablaşdırıldıqdan sonra adi kağıza iştirakçılar imza edərkən sorğu zamanı Təqsirləndirilən şəxs həmin kollardan xəbəri olmadığını bildirmiş, imza edilmiş kağız şöbənin zərflər üçün nəzərdə tutulmuş möhüründən istifadə olunaraq yapışqan lentlə sarındıqdan sonra kollar götürülmüşdür. Baxış zamanı baş müstəntiq tərəfindən baxışla bağlı əlavə, düzəliş, vəsatət olubolmaması barədə sual verilsə də, heç bir düzəliş, vəsatət daxil olmamış, baxış keçirilməsi yekunlaşdırılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Ucar RPŞ-nin PPXB-nın komandiri Şahid3 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək istintaq zamanı dindirilmiş, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid Ucar RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti Şahid2 Namudar oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər Ucar rayonu, Qazıqumlaq kənd sakini Təqsirləndirilən şəxs oğulunu tanımamış və heç bir münasibəti olmamışdır. 03 iyul 2024-cü il tarixdə, saat 17 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi və əkib-becərməsi ilə məşğul olması barədə keçirilmiş əməliyyat tədbirində Ucar RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1, Ucar RPŞ-nin PPXBnın komandiri Şahid3, Ucar RPŞ-nin PPXB-nın polis nəfəri Şahid4, Ucar RPŞ-nin PPXBnın sürücü polis nəfəri Turxan Heydarov, Ucar RPŞ-nin İB-nin baş müstəntiqi Rəhmin Zeynalov və mütəxəssis qismində dəvət edilmiş Ucar DAİM-nin bitkiçilik sektorunun aparıcı məsləhətçisi Ağarəhim Tağıyevlə birlikdə iştirak etmişdir. Belə ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısında görüb yaxınlaşaraq özlərini təqdim edib gəlişlərinin məqsədini izah edərək yaşadığı ünvana baxış keçirilməsini bildirdikdə sonuncu etiraz etməmiş, bu barədə ərizə ilə Ucar RPŞ-yə müraciət etmiş, baş müstəntiq X19 Rüstəmova Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini izah etdikdən sonra yaşadığı ünvanda qanunla qadağan edilmiş əşya, predmet və sair olub-olmaması barədə sual verildikdə Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunsuz heç bir şeyin olmadığını bildirmiş, Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə həyət darvazasından həyətə daxil olmaqla başlanmış, həyətə daxil olduqda qarşı tərəfdə ev, sol tərəfdə isə bağ sahəsinin olması müəyyən edilmişdir. Bağda olan yardımçı tikiliyə Şahid3 baxış keçirdikdə çəkilişdə texniki nasazlıq yarandığından çəkiliş dayandırılmaqla yenidən davam etdirildikdə iştirakçılar tərəfindən heç bir etiraz daxil olmamış, baxış davam etdirildikə evin arxasında olan yardımçı tikilinin yaxınlığında dəmir lövhənin dibində 1 ədəd narkotik tərkibli çətənə koluna oxşar bitki aşkar edilmiş, mütəxəssis Ağarəhim Tağıyev bitkinin yabanı olmadığını qulluq edilmiş çətənə kolu olmasını bildirdikə Təqsirləndirilən şəxs bitkinin öz-özünə bitməsini qulluq göstərmədiyini bildirmişdir. Bitki kökündən Şahid3 tərəfindən çıxarılmış, Ağarəhim Tağıyev tərəfindən ölçülərkən 80 sm uzunluğunda olması müəyyən edilmiş, bitki Rəhmin Zeynalov tərəfindən qablaşdırılmasından ötrü götürülmüş, baxış davam edən zaman Təqsirləndirilən şəxs bir daha narkotik tərkibli çətənə bitkisinə bənzər bitkiyə qulluq göstərmədiyini bildirmiş, Rəhmin Zeynalov mütəxəssis tərəfindən qulluq edilməsinin bildirildiyini xatırlatmış, həyətdə olan digər bir yardımçı tikilidə olan əşya və paltarlara baxış zamanı iş üçün əhəmiyyətli heç bir şeyə rast gəlinməmişdir. Evin pilləkəninin sol və sağ tərəfində olan əşyalara baxış zamanı qanunsuz əşya və predmet müəyyən olunmamış, aşkar edilmiş 1 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki Rəhmin Zeynalov tərəfindən zərfə qablaşdırılaraq şöbənin zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürlənib götürülmüş, iştirakçılar tərəfindən zərfin üzərinə imza edilmiş, ardınca baxış Təqsirləndirilən şəxs yaşayan evin qarşı tərəfində yerləşən mətbəxdən başlanmışdır. Mətbəxdə olan rəfin üzərinə qoyulmuş plastik qabın içərisindən kiçik sellofan parçasına bükülü halda olan 1 ədəd büküm Şahid3 tərəfindən aşkar edilib Rəhmin Zeynalova təqdim edildikdə sonuncu bükümdə nə olmasını soruşduqda Təqsirləndirilən şəxs bilmədiyini, bükümü əli ilə yoxlayandan sonra içərisində toxum olmasını bildirmiş, Rəhmin Zeynalov toxumun nədən ibarət olmasını soruşduqda Təqsirləndirilən şəxs bilmədiyini qeyd etmişdir. X20 tərəfindən açıldıqda çətənə bitkisinin toxumları olması məlum olmuş, Təqsirləndirilən şəxs toxumlar barədə heç nə bilmədiyini, amma yaşadığı evdən aşkar edilmişdirsə özünə məxsus olmasını etiraf etmiş, X19 Rüstəmova ehtimalla danışmasını irad tutduqda toxumları birinci dəfə gördüyünü bildirmiş, toxumlar Rəhmin Zeynalov tərəfindən sayıldıqda 14 ədəd olması müəyyən edilmiş, qablaşdırılmasından ötrü götürülüb baxış davam etdirilmişdir. Evin digər bir otağına baxış keçirilərəkən evə daxil olduqda sol tərəfdə yerləşən müəyyən əşyalara baxış keçirilmiş, sağ tərəfdə yerləşən dolaba baxış keçirilən zaman Təqsirləndirilən şəxs dolabın yuxarı hissəsində rəfdən qutunu özü götürmək istəsə də, imkan verilməmiş, Şahid3 rəfdən qutunu götürüb içərisinə baxış keçirdikdə qutudan adi ağ kağıza bükülü qurudulmuş marixuanaya bənzər bir qədər kütlə aşkar edilmiş, Rəhmin Zeynalov kütlənin nə və kimə məxsus olması barədə sual verdikdə Təqsirləndirilən şəxs bilmədiyini, sonra isə özünə məxsus olduğunu etiraf etmişdir. Evdən tapılan 1 ədəd cib bıçağının götürülməsinə zərurət olmadığından Təqsirləndirilən şəxs qaytarılmış, aşkar edilmiş kütlə və toxumlar şöbənin zərflər üçün nəzərdə tutulmuş möhüründən istifadə olunaraq adi kağıza qablaşdırılmaqla yapışqan lentlə sarınıb üzəri iştirakçıların imzaları ilə imzalanıb götürülmüş, baxış davam etdirildikdə Şahid3 tərəfindən dolabın orta hissəsində olan rəfdən ağ rəngli parçanın altına qoyulmuş 1 ədəd orta əsrlər dövrü istifadə edilmiş tapançaya bənzər əşya müəyyən edildikdə Təqsirləndirilən şəxs əşyanın Bakı şəhərindən suvener kimi gətirdiyini bildirmiş, Rəhmin Zeynalov tərəfindən tərtib edilmiş adi kağıza iştirakçılar imza etdikdən sonra həmin əşya sintetik kisəyə qablaşdırılmış, imza edilmiş kağız şöbənin zərflər üçün nəzərdə tutulmuş möhüründən istifadə olunaraq yapışqan lentlə sarındıqdan sonra əşya götürülmüşdür. Evin digər bir otağına baxış keçirilərkən oradan qanunla qadağan edilmiş əşya, predmet aşkar edilməmiş, baxış Təqsirləndirilən şəxs yaşayan küçədə davam etdirilməsindən ötrü həyət darvazasından küçəyə çıxdıqda evin həyətindən sol tərəfdə yaxın məsafədə su arxının kənarında Şahid3 tərəfindən 3 ədəd narkotik tərkibli çətənə koluna bənzər kol aşkar edilmiş, kollara baxış keçirən mütəxəssis Ağarəhim Tağıyev kollara qulluq göstərildiyini bildirərək kolları kökündən çıxarmış, su arxının üzərinə baxış keçirilərkən mişar daşından olan hasarın qarşısında yerləşən kolluqda 2 ədəd narkotik tərkibli çətənə koluna bənzər kol aşkar edildikdə Ağarəhim Tağıyev kollara xüsusi qulluq göstərilməsini bildirdikdən sonra kollar Şahid3 tərəfindən kökündən çıxarılmışdır. Kolluğa baxış zamanı bir qədər irəlidə qazılmış çalanın içərisində əkilmiş çətənə kollarına mütəxəssis Ağarəhim Tağıyev baxaraq kollara qulluq edilməsini bildirdikdən sonra Şahid3 tərəfindən bir qədər çətənə kolunun qalıqları aşkar olunmuş, iplə bir-birinə bağlanmış vəziyyətdə 6 ədəd kol kökündən çıxarılmış, eləcə də həmin kolluqdan 2 ədəd çətənə koluna oxşar bitki tərəfindən kökündən çıxarılmış, bundan sonra 6 ədəd çətənə kollarına bənzər bitkilər çıxarılmış çaladan 1 ədəd mavi rəngli çuğun və plastik materialdan hazırlanmış üzəri kəsilmiş halda qara rəngli su və ya sair saxlanmasından ötrü nəzərdə tutulmuş qablar Təqsirləndirilən şəxs iştirakı ilə birlikdə sintetik kisəyə qablaşıdırıldıqda çəkilişdə texniki nasazlıq yaranmışdır. Çəkiliş qaldığı yerdən davam etdirildikdə iştirakçılar tərəfindən etiraz edilməmiş, aşkar edilmiş çətənə kolları orada bir daha sayıldıqda 14 ədəd olması, kiçiyinin 58 sm, ən uzunun isə 2,30 metr olması müəyyən edilmiş, kollar və çaladan tapılan hissələri 2 ədəd sintetik kisəyə qablaşdırıldıqdan sonra adi kağıza iştirakçılar imza edərkən sorğu zamanı Təqsirləndirilən şəxs həmin kollardan xəbəri olmadığını bildirmiş, imza edilmiş kağız şöbənin zərflər üçün nəzərdə tutulmuş möhüründən istifadə olunaraq yapışqan lentlə sarındıqdan sonra kollar götürülmüşdür. Baxış zamanı baş müstəntiq tərəfindən baxışla bağlı əlavə, düzəliş, vəsatət olub-olmaması barədə sual verilsə də, heç bir düzəliş, vəsatət daxil olmamış, baxış keçirilməsi yekunlaşdırılmışdır. 04 iyul 2024-cü il tarixdə, saat 12 radələrində Ucar RPŞ-nin inzibati binasında baş müstəntiq X19 Rüstəmov və Müdafiəçi video çəkilişi həyata keçirən Ucar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Cavad Hümbətovun iştirakı ilə çətənə kolları əkilmiş yerdən müəyyən edilərək götürülən çuğun və plasmas materialdan olan qabın kəsilmiş hissəsinə baxış keçirərkən Təqsirləndirilən şəxs çuğun qabda aşkar edilmiş çətənə kollarının dibinə peyin daşımasını bildirmiş, çuğun qabın üzərindən 3 ədəd əl-barmaq izlərini müvafiq qaydada götürüb Rəhmin Zeynalova təqdim etmiş, plasmas materialdan olan əşyanın üzərində iz müəyyən edilməmiş, götürülmüş izlər zərfə qablaşdırıldıqdan sonra iştirakçılarla birlikdə zərfin üzərini imzalamışdır. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 56-59-cu vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X14 Bölməsinin 04 iyul 2024-cü il tarixli, 3-16-16-2-17/611 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Aşkar olunan 13 ədəd bitki kolu..” sözləri, adlar və imzalar olan 01 (bir) ədəd sintetik kisənin içərisindəki, 13 (on üç) ədəd, uzunluqları 58 smdən 234 sm-dək, yaş vəziyyətdə ümumi təmiz çəkiləri-9920,0 qram bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş, üzərində “Ünvanda aşkar olunmuş 1 ədəd bitki..” sözləri, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki, 01 (bir) ədəd, uzunluğu 80 sm, yaş vəziyyətdə təmiz çəkisi-6,51 qram bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. X11 03 iyul 2024-cü il tarixli rəyinə əsasən təqdim edilmiş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş, üzərində “Evdən aşkar olunmuş toxumlar və marixuanaya oxşar kütlə ...” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd kağız bağlamanın içərisindəki; - 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi-8,23 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, 01 (bir) ədəd sellofan bükümdə, ümumi təmiz çəkisi - 0,36 qram olan bitki toxumları narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Çətənə (kannabis) bitkisinin toxumları narkotik vasitələrə aid deyil. Çətənə bitkilərindən tədqiqata 0,28 qram sərf edildikdən sonra 9926,23 qram qalmışdır, qurudulmuş marixuanadan tədqiqata 0,02 qram sərf edildikdən sonra 8,21 qram qalmışdır. Cinayət işinin 57-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X14 Bölməsinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri 35,97 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 113-115-ci vərəqələrindəki Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 19 iyul 2024-cü il tarixli, 24/1273 nömrəli rəyindən görünür ki, 04 iyul 2024-cü il tarixdə Ucar rayonu, Qazıqumlaq kəndində yerləşən Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyətyanı sahəsinə və ətrafına baxış zamanı ümumilikdə 14 ədəd çətənə bitkisinə bənzər kolun, 01 ədəd bükülüdə çətənə bitkisinin toxumlarına bənzər toxumların, 01 ədəd bükülüdə qurudulmuş marixuanaya bənzər kütlənin və 02 ədəd qabın aşkar olunması faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 03 ədəd kağız parçasının üzərinə yapışdırılmış 03 ədəd şəffaf yapışqanlı lent kəsiyi üzərində olan 01 ədəd ovuc və 01 ədəd əl barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd ovuc izi xx xxxxxxxx 1982-ci il tarixdə Ucar rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin ovucunun əksi ilə, 01 ədəd əl-barmaq izi isə 22 noyabr 1996-cı il tarixdə Siyəzən Rayonunda anadan olmuş X1 əlininin böyük barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 161-163-cü vərəqələrindəki Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 20 sentyabr 2024-cü il tarixli, 24/1419 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd əşya, zavod üsulu ilə xarici dövlətdə istehsal olmuş tapança formasında olan müşketdir, hamar lüləli, yivsiz odlu silahdır. Həmin tapança formasında olan muşket, metaldan düzəldilmiş 18,14 mm diametri olan güllələrlə atəş açmaq üçün nəzərdə tutulmuşdur. Yuxarıda göstərilən səbəbə görə həmin tapança formasında olan müşket texniki cəhətdən nasazdır və atəş açmaq üçün yararsızdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 177-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən 17 sentyabr 2024-cü tarixdə verilmiş 1564 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 172-ci vərəqəsində olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X22 “Ucar rayon mərkəzi xəstəxanası” X24 tərəfindən verilmiş 16 sentyabr 2024-cü il tarixli, 18-1-77/2-1205/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ucar RMX PHŞ-nin poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetində qeydiyyatda yoxdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 1-ci vərəqəsində olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 04 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində fakta görə Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə cinayət işi başlanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 16-18-ci vərəqələrində olan 03 iyul 2024-cü il tarixli baxış keçirib götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs evinin arxasında olan yardımçı tikilinin yaxınlığında dəmir lövhənin dibindən 1 ədəd narkotik tərkibli çətənə koluna oxşar bitki, mətbəxdə olan rəfin üzərinə qoyulmuş plastik qabın içərisindən kiçik sellofan parçasına bükülü halda olan 1 ədəd büküm və həmin bükümün içərisindən 14 ədəd çətənə bitkisinin toxumları, dolabın orta hissəsində olan rəfdən ağ rəngli parçanın altına qoyulmuş 1 ədəd orta əsrlər dövrü istifadə edilmiş tapançaya bənzər əşya, həyət darvazasının qarşısından keçən su arxanın üzərində sol tərəfdə darvazadan təxminən 6-7 mert məsafədə su arxının kənarından 3 ədəd narkotik tərkibli çətənə koluna bənzər kol, su arxanın üzərinə baxış keçirilərkən mişar daşından olan hasarın qarşısında yerləşən kolluqda 2 ədəd narkotik tərkibli çətənə koluna bənzər kol, bir qədər çətənə kolunun qalıqları, iplə bir-birinə bağlanmış vəziyyətdə 6 ədəd kol, eləcə də həmin kolluqdan 2 ədəd çətənə koluna oxşar bitki, 6 ədəd çətənə kollarına bənzər bitkilər çıxarılmış çaladan 1 ədəd mavi rəngli çuğun və plastik materiladan hazırlanmış üzəri kəsilmiş halda qara rəngli su və ya sair saxlanmasından ötrü nəzərdə tutulmuş qablar aşkar olunaraq götürülmüşdür. Baxış keçirilərkən “samsung” markalı aparatla video çəkilişdən istifadə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 37-ci vərəqəsində olan 03 iyul 2024-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncunun üzərindən qanunla qadağan edilmiş əşya və predmet aşkar olunmamışdır. Şəxsi axtarış keçirilərkən “panasonic” markalı aparatla video çəkilişdən istifadə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 49-cu vərəqəsində olan 04 iyul 2024cü il tarixli baxış keçirib götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında küçədə, kolluqdan narkotik tərkibli çətənə kollarına bənzər kollar müəyyən edildiyi yerdən 1 ədəd çuğun və plasmas materialdan olan qabın kəsilmiş hissəsi, çətənə kollarına peyin daşıyıb verdiyi çuğun materialdan olan qabın üzərindən 3 ədəd əl-barmaq izləri yapışqan lentlə götürülmüşdür. Baxış keçirilərkən “samsung” markalı aparatla video çəkilişdən istifadə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 108-ci vərəqəsində olan 10 iyul 2024cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan və 191-209-cu vərəqələrində olan 21 sentyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs ümumi təmiz çəkisi-9926,51 qram, cəmi tədqiqata sərf edilmiş-0,28 qram (hər obyektə 0,02 qram) qalıq-9926,23 qram qalmış 14 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin, ümumi təmiz çəkisi 8,23 qram, tədqiqata 0,02 qram sərf edildikdən sonra qalıq 8,21 qram qalmış qurdulmuş marixuananın, çətənə kolları əkilən yerdən aşkar edilib götürülmüş dəmir qabın və Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə və çətənə kolları aşkar edilən yerə baxış keçirilib götürmə aparılması zamanı çəkilmiş video görüntü, həmin qaba baxış keçirilərkən çəkilmiş görüntü köçürülən ümumilikdə 2 ədəd diskin maddi sübut kimi tanınması, eləcə də, 0,36 qram narkotik təbiətli bitki toxumlarının məhkəmənin hökmündən sonra məhv olunmasından ötrü Ucar RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 228.1 və 234.2-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, X2 və X5 barəsində Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs mobil telefonunun qəbzlə özün qaytarılması nəzərə alınmış, çətənə kolları əkilmiş yerdən aşkar edilmiş plasmas qabın kəsilmiş hissəsinin və tapança formasında olan əşyanın qəbzlə Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmış, şəxsi axtarış və götürmə zamanı çəkilmiş video görüntü köçürülmüş 1 ədəd diskin iş materiallarına əlavə edilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs çətənə kolları əkdiyi yerdən aşkar edilmiş qabın üzərindən götürülən əl-barmaq izi maddi sübut kimi tanınmış, baxış keçirib götürmə, təqsirləndirilən şəxsi və şahidi dindirmə, baxış keçirib götürmə aparılması zamanı çəkilmiş video görüntülərə baxış keçirilməsi protokolları, məhkəmə-bioloji, daktiloskopik, narkoloji, protokolları, ekspertizalarının rəyləri, baxış keçirilməsi haqqında olan protokollar və digər sənədlər işin obyektiv halları ilə birlikdə sübut növü kimi qiymətləndirilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin işinin 130-131-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 26 iyul 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır, lakin Rusiya Federasiyasının CM-nin 228*1 maddəsinin 3-cü hissəsinin q bəndi ilə təqsirli bilinərək 25 iyul 2016-cı il tarixdə barəsində Rusiya Federasiyasının DİN-nin X9 Dairəsinin polis şöbəsi tərəfindən dövlətlərarası həbsli axtarış elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 22-ci vərəqəsində olan 03 iyul 2024-cü il tarixli şübhəli şəxsi tutma haqqında qərardan, eləcə də 34-cü vərəqəsindəki eyni tarixli cinayəti törətməkdə şübhəli olan şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 20:10-da Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 78-ci vərəqəsində olan 05 iyul 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 102-ci vərəqəsində olan 05 iyul 2024cü il tarixli təqsirləndirilən şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 14:05-də Ucar RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 157,158-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, Ucar rayonu, Qazıqumlaq kəndində yaşayan Təqsirləndirilən şəxs barəsində Ucar Rayon İcra Hakimiyyətinin Baçşısının Qaıqumlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə şikayət daxil olmamış, gənc nəsil arasında yaxşı hörmətə malik olmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddə olan narkotik təbiətli çətənə (kannabis) bitkisini əkib onlara aqrotexniki qulluq göstərməklə yetişdirərək kultivasiya etməsi, eləcə də satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə olan marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlaması cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci və 237.1-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Bununla belə, Təqsirləndirilən şəxs münasibətdə cinayət işinin materiallarından görünür ki, ibtidai istintaqı həyata keçirən müstəntiq cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərarla Təqsirləndirilən şəxs 21 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə elan olunmuş ittihama əlavə və dəyişikliklər edilməsinə əsas verən hallar meydana çıxmadığından həmin ittihamın, həmçinin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin qüvvəsində saxlanılmasına, habelə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət işinin başlanmasının rədd edilməsinə dair preyudisial əhəmiyyətli qərar qəbul etmişdir, həmin qərar hazırda da qüvvədədir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək nəticəyə gəlir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.1-ci və 237.1-ci maddələri ilə razılaşır və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini və yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, qanunsuz olaraq xeyli miqdarda tərkibində narkotik maddə olan narkotik təbiətli çətənə (kannabis) bitkisini əkib onlara aqrotexniki qulluq göstərməklə yetişdirərək kultivasiya etməsini, eləcə də satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan marixuananı qanunsuz olaraq əldə edib saxlamasını, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə, cəzasını ağırlaşdıran halın mövcud olmamasını və yüngülləşdirici halların olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci və 237.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 03 iyul 2024-cü il, saat 20:10-dan 05 iyul 2024-cü il, saat 14:05-ə kimi həbsdə saxlanıldığı cəmi iki gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli və cəzasının əvvəli 23 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, yaşadığı evdən və həyətyanı sahədən götürülmüş qalıq - 9926,23 qram qalmış 14 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin, qalıq çəkisi 8,21 qram qalmış qurdulmuş marixuananın, 0,36 qram narkotik təbiətli bitki toxumları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin digər maddi sübutlar, Təqsirləndirilən şəxs evinə, həyətyanı sahəyə baxış keçirmə və götürmənin, üzərinə şəxsi axtarış və götürmənin, eləcə də, çətənə kollarının əkildiyi yerdən aşkar edilən əşyalara baxış keçirmə və götürmənin görüntülərinin yaddaşına köçürüldüyü 03 (üç) ədəd disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş tapança formasında olan əşyanın sonuncuya qaytarılması nəzərə alınmalı, eyni zamanda, Təqsirləndirilən şəxs çətənə kolları əkdiyi yerdən aşkar edilmiş qabın üzərindən götürülən əl-barmaq izlərinin maddi sübut kimi cinayət işinin materiallarına əlavə edilməsi də nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs çətənə kolları əkdiyi yerdən götürülmüş qabın üzərindən Ucar RPŞ-nin baş müstəntiqi X4 barmaq izinin müəyyən edilməsi nəzərə alınmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il, 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 23 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Ucar RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evin həyətyanı sahəsindəki yarımtikilidən götürülmüş müvafiq olaraq qalıq - 9926,23 qram qalmış 14 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, qalıq çəkisi 8,21 qram qalmış qurdulmuş marixuana, 0,36 qram narkotik təbiətli bitki toxumları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin Həmçinin digər maddi sübutlar, Təqsirləndirilən şəxs evinə, həyətyanı sahəyə baxış keçirmə və götürmənin, üzərinə şəxsi axtarış və götürmənin, eləcə də, çətənə kollarının əkildiyi yerdən aşkar edilən əşyalara baxış keçirmə və götürmənin görüntülərinin yaddaşına köçürüldüyü 03 (üç) ədəd disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş tapança formasında olan əşyanın sonuncuya qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs çətənə kolları əkdiyi yerdən aşkar edilmiş qabın üzərindən götürülən əl-barmaq izlərinin maddi sübut kimi cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs çətənə kolları əkdiyi yerdən götürülmüş qabın üzərindən Ucar RPŞ-nin baş müstəntiqi X4 barmaq izinin müəyyən edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan cəmi 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar