Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-65/2025 12.09.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və müdafiəçi-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1979-cu ildə Ucar rayonu, Küçəkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ucar rayonu, Küçəkənd kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- CM) 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 20 iyun 2025-ci il tarixdə, saat 02 radələrində sərxoş vəziyyətdə yaşadığı Ucar rayonu, Küçəkənd kəndindəki evinin yataq otağında arvadı Zərərçəkmiş şəxs Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində olarkən ona demədən icazəsiz həmin qəsəbədə yaşayan anasının evinə getməsi ilə bağlı narazılığını bildirərkən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs sifətinə və başına qəsdən vuraraq sonunucya sol gözətrafı nahiyənin qançırı, dərialtı hematoması, sol gözün ağlı qişasına yayılmış qansızma, sol qulaq seyvanının böyük əyriliyinin qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş xəsarətlər yetirərək qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Ucar rayonu, Küçəkənd kəndində yaşayır. O, 2007-ci ildə həmkəndlisi Zərərçəkmiş şəxs ilə evlənmiş və sonuncu ilə olan nikahından 2008-ci il təvəllüdlü Aqşin, 2012-ci il təvəllüdlü Fərid və 2015-ci il təvəllüdlü İsmayıl adlı üç oğlu var. Evləndikdən sonra həmişə Arzu ilə münasibəti yaxşı olmuşdur. Əvvəllər spirtli içki qəbul edib evə gələndə arvadı Arzu ona heç bir söz deməmiş, ancaq təxminən hadisədən 5-6 ay əvvəl spirtli içki qəbul edib evə gələndə Arzu ona narazılığını bildirmiş, bu da onların arasında mübahisəyə səbəb olmuşdur. Bəzən mübahisə etdikdən sonra Arzu evdən çıxıb Ucar rayonu, Küçəkənd kəndində yaşayan qardaşının evinə getmiş, bir neçə saat keçdikdən sonra isə özü gedib Arzu ilə görüşüb danışaraq onu evə gətirmişdir. Təxminən 16-17 il əvvəl Arzunun atası Sahib arvadı Gülsabahdan ayrılıb Gülabət adlı qadınla evlənmişdir. Həmin vaxtdan sonra Arzunun anası Gülsabah Bakı şəhəri, Qaradağ rayonu, Ümüd qəsəbəsində oğlu ilə, Arzunun atası Sahib isə ikinci arvadı Gülabətlə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Ümüd qəsəbəsində başqa evdə yaşamışlar. 19 iyun 2024-cü il tarixdə Gülabət xəstəlikdən ölmüşdür. 19 iyun 2025-ci il tarixdə Gülabətin ölümünün ildönümü olduğuna görə yas mərasimində iştirak etmək üçün 17 iyun 2025-ci il tarixdə o, Arzu ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Ümüd qəsəbəsində yaşayan Arzunun atası Sahibin evinə getmişlər. Bakı şəhəri, Qaradağ rayonu, Ümüd qəsəbəsində olarkən o, qayınatası Sahibin evində qalmış, Arzu isə ondan icazə almadan xəbərsiz anasının evinə getmiş, bir neçə saat keçdikdən sonra isə qayıdıb atasının evinə gəlmişdir. Arzunun ona demədən anasının evinə gedib-gəlməsi ona pis təsir etsə də aralarında mübahisə yaranmasın deyə Arzuya heç bir söz deməmişdir. 19 iyun 2025-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində Gülabətin ölümünün ildönümü ilə əlaqədar keçirilən yas mərasimində iştirak etdikdən sonra həmin gün onlar Ucar rayonuna yola düşüb təxminən saat 21 radələrində Ucar rayonu, Küçəkənd kəndinə yaşadıqları evə çatmışlar. Bakı şəhərində olarkən aldıqları əşyaları evə qoyduqdan sonra o, mağazaya gedib bir ədəd 0,25 litrlik araq alıb evə gətirmişdir. Arzu onun araq aldığını görüb narazılığını bildirmiş, o, Arzuya fikir verməyərək mağazadan aldığı arağı içmiş, sonra isə yataq otağına gedib çarpayıya uzanmışdır. 20 iyun 2025-ci il tarixdə, təxminən saat 02 radələrində Arzu yataq otağına gəlmiş və o, Arzuya icazəsiz anasının evinə getməsi ilə bağlı iradlarını bildirərkən aralarında mübahisə yaranmış və o, əsəbləşib sağ əli ilə bir neçə dəfə Arzunun sol sifət nahiyəsinə və başına vurmuşdur. Arzu heç bir söz demədən otaqdan çıxıb getmiş, təxminən 30-40 dəqiqəyə yaxın vaxt keçdikdən sonra Arzunun qayıdıb gəlmədiyinə görə həyətə çıxıb axtarsa da Arzunu tapa bilməmiş və qayıdıb yataq otağında yatmışdır. Səhər saatlarında yaşadığı evə polis əməkdaşları gələndə Arzunun onun barəsində Ucar Rayon Polis Şöbəsinə şikayət etdiyini bilmişdir. Arzu ilə aralarında mübahisə yaşadığı evin yataq otağında olmuş və o, Arzunu yaşadığı evin yataq otağında döymüşdür. Arzunu döyməsini başqa görən olmamışdır. Aralarında olan mübahisə zamanı Arzu onu vurmamışdır. Təqsirləndirilən şəxs son sözündə himayəsində iki azyaşlı, bir yetkinlik yaşına çatmayan uşağının olmasını, törətdiyi əməlini etiraf etməsini və peşiman olmasını, xəstəliyini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan ən yüngül cəzanın ən aşağı həddində cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlinin törədilməsində təqsirli olması özününü etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyi, eləcə də iş üzrə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş digər sübutlarla təsdiq olunur. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Ucar rayonu, Küçəkənd kəndində yaşamışdır. 2007-ci ildə həmkəndlisi Təqsirləndirilən şəxs ilə evlənmiş və sonuncu ilə olan nikahından 2008-ci il təvəllüdlü Aqşin, 2012-ci il təvəllüdlü Fərid və 2015-ci il təvəllüdlü İsmayıl adlı üç oğlu var. Evləndikdən sonra Mətləblə münasibəti yaxşı olmuş və o, Mətləbin tez-tez evə sərxoş vəziyyətdə gəldiyini görsə də aralarında mübahisə yaranmasın deyə ona heç bir söz deməmişdir. Son vaxtlar isə Mətləb sərxoş vəziyyətdə evə gələndə bilmədiyi səbəbdən müxtəlif bəhanələr gətirərək onunla mübahisə etməyə çalışmışdır. Ona görə də Mətləbə ayıq vaxtlarında spirtli içki qəbul etməməsini demiş, sonuncu isə öz qazandığı pulla araq alıb içdiyini, araq içməsinin ona aidiyyəti olmadığını deməklə onu dinləməmiş və tez-tez sərxoş vəziyyətdə evə gəlib onunla mübahisə etmişdir. Mətləb sərxoş vəziyyətdə evə gələndə o, mübahisə olmasın deyə evdən çıxıb Ucar rayonu, Küçəkənd kəndində yaşayan qardaşının evinə getmiş, Mətləb ayılıb sakitləşdikdən sonra onun arxasınca gələndə öz evinə qayıtmışdır. Təxminən 16-17 il əvvəl atası Sahib anası Gülsabahdan ayrılıb Gülabət adlı başqa qadınla evlənmişdir. Həmin vaxtdan sonra anası Gülsabah Bakı şəhəri, Qaradağ rayonu, Ümüd qəsəbəsində qardaşı Qasımla, atası Sahib isə ikinci arvadı Gülabətlə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Ümüd qəsəbəsində başqa evdə yaşamışlar. 19 iyun 2024-cü il tarixdə Gülabət xəstəlikdən ölmüşdür. 19 iyun 2025-ci il tarixdə Gülabətin ölümünün ildönümü olduğuna görə bununla bağlı keçirilən yas mərasimində iştirak etmələri üçün 17 iyun 2025-ci il tarixdə Mətləblə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Ümüd qəsəbəsində yaşayan atası Sahibin evinə getmişlər. Bakı şəhəri, Qaradağ rayonu, Ümüd qəsəbəsində olarkən Mətləb Sahibin evində qalmış, o, özü isə anasının yaşadığı evə getmiş, bir neçə saat keçdikdən sonra isə qayıdıb atasının evinə gəlmişdir. 19 iyun 2025-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Ümüd qəsəbəsində Gülabətin ölümünün ildönümü ilə əlaqədar keçirilən yas mərasimində iştirak etdikdən sonra həmin gün onlar Ucar rayonuna yola düşüb təxminən saat 21 radələrində Ucar rayonu, Küçəkənd kəndinə yaşadıqları evə çatmışlar. Bakı şəhərində olarkən aldıqları əşyaları evə qoyduqdan sonra Mətləb evdən çıxıb getmiş və qayıdıb evə gələndə o, Mətləbin mağazadan araq alıb gətirdiyini görmüşdür. Mətləbə özlərinin pula ehtiyaclarının olduğunu, uşaqların evdə ac qaldığını bildirərək arağa verdiyi pula uşaqlar üçün yemək ala biləcəyini demiş, Mətləb isə ona əhəmiyyət verməyərək mağazadan aldığı arağı tək içmiş, sonra isə yataq otağına gedib çarpayıya uzanmışdır. 20 iyun 2025-ci il tarixdə, təxminən saat 02 radələrində o, yataq otağına gələndə Mətləb nəyə görə ona demədən icazəsiz anasının evinə getdiyini bildirərək onunla mübahisə etmiş, sonra isə ayağa durub söyüş söyərək yumruqla başına və sifətinin sol tərəfinə vuraraq onu döymüşdür. O, Mətləbin əlindən çıxıb həyətə, daha sonra isə küçəyə qaçaraq Küçəkənd kəndində yaşayan qardaşı Sayadın evinə gedib DİN-in 102 xidmətinə zəng vuraraq əri Mətləbin onu döyməsi barədə məlumat vermişdir. O, evinə gəlməyib gecəni qardaşı Sayadın evində qalmış, səhər saatlarında isə Ucar Rayon Polis Şöbəsinə gedib əri Mətləb tərəfindən döyülməsi ilə bağlı ərizə yazmışdır. Əri Mətləb onu Ucar rayonu, Küçəkənd kəndində, yaşadıqları evin yataq otağında döyərək xəsarət yetirmişdir. Mətləbin onu döyməsini görən olmamışdır. Aralarında olan mübahisə zamanı o, Mətləbi vurmamışdır. Bədəni üzərində olan xəsarətləri Mətləb yumruqla vuraraq yetirmişdir. Zərərçəkmiş şəxs çıxışında məhkəmənin öz mülahizəsinə uyğun qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid X6 ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Ucar rayonu, Küçəkənd kəndində yaşayır. Zərərçəkmiş şəxs bacısıdır. Arzu 2007-ci ildə həmkəndlisi Təqsirləndirilən şəxs ilə evlənmişdir. Arzunun Mətləblə olan nikahından Aqşin, Fərid və İsmayıl adlı üç oğlu var. Əvvəllər Arzu ilə Mətləbin münasibəti yaxşı olmuş, ancaq son vaxtlar Mətləb tez-tez sərxoş vəziyyətdə evinə gəlib Arzu ilə mübahisə etdiyinə görə onların münasibətləri yaxşı olmamışdır. Mətləb sərxoş vəziyyətdə evə gələndə Arzu mübahisə olmasın deyə onun evinə gəlmiş, Mətləb ayılıb sakitləşdikdən sonra isə qayıdıb öz evinə getmişdir. Atası Sahib təxminən 16-17 il əvvəl anası Gülsabahdan ayrılıb Gülabət adlı başqa qadınla evlənmişdir. Həmin vaxtdan sonra anası Gülsabah Bakı şəhəri, Qaradağ rayonu, Ümüd qəsəbəsində qardaşı Qasımla, atası Sahib isə ikinci arvadı Gülabətlə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Ümüd qəsəbəsində başqa evdə yaşamışlar. 19 iyun 2024-cü il tarixdə Gülabət xəstəlikdən ölmüşdür. 19 iyun 2025-ci il tarixdə Gülabətin ölümünün ildönümü olduğuna görə Arzu ilə Mətləb birlikdə Gülabətin ölümünün ildönümü ilə əlaqədar keçirilən yas mərasimində iştirak etmək üçün Bakı şəhərinə getmişlər. 20 iyun 2025-ci il tarixdə, gecə saat 03 radələrində yaşadığı evin qapısı döyülmüş və o, qapını açanda qapını döyən şəxsin bacısı Arzu olduğunu görmüşdür. Arzudan nə baş verdiyini soruşduqda sonuncu 19 iyun 2025-ci il tarixdə axşam saatlarında Bakı şəhərindən qayıdıb Küçəkənd kəndinə, yaşadıqları evə gəldiklərini, evdə Mətləbin mağazadan aldığı arağı içdikdən sonra Bakı şəhərində olarkən onun anasının evinə getməsini bəhanə edərək onu döyməsini bildirmişdir. O, Arzunu evinə aparmış və onun sol göz nahiyəsindən xəsarət aldığını görüb nə olduğunu soruşduqda Arzu sol göz nahiyəsində olan xəsarəti Mətləbin yumruqla vuraraq yetirdiyini bildirmişdir. Bundan sonra Arzu onun mobil telefonunu götürüb DİN-in 102 xidmətinə zəng vuraraq əri Mətləb tərəfindən döyülməsi barədə məlumat vermişdir. Arzu evinə getməyib gecəni onun evində qalmış, səhər saatlarında isə Ucar Rayon Polis Şöbəsinə gedəcəyini deyərək onun evindən çıxıb getmişdir. Mətləblə Arzu arasında mübahisə öz yaşadıqları evdə olmuş, yaşadıqları evdə də Mətləb Arzunu döyərək xəsarət yetirmişdir. Ona görə də o, Mətləbin Arzunu döyməsini görməmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X11 20 iyun 2025-ci il tarixli, 201 nömrəli ekspert rəyindən (canlı şəxsin məhkəmə-tibbi ekspertizası) görünür ki, Zərərçəkmiş şəxs bədənində sol gözətrafı nahiyənin qançırı, dərialtı hematoması, sol gözün ağlı qişasına yayılmış qansızma, sol qulaq seyvanının böyük əyriliyinin qançırı vardır. Bu xəsarət küt alətin (əşyanın) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 20 iyun 2025-ci il tarixə uyğun gəlir, adətən kənar şəxs tərəfindən yetirilən zaman törənir. Qeyd olunan xəsarət sağlamlığın qısa müddət pozulmasına səbəb olduğu üçün dərəcəsi sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəyini sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirildiyi üçün o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Cinayət işində olan Ucar Rayon İcra Hakimiyyəti başçısının Pirkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Cinayət işində olan Ucar Rayon İcra Hakimiyyəti başçısının Pirkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 iyun 2025-ci il tarixli, 5-80-23/2- 380/2025 nömrəli arayışdan və şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç uşağı-20 noyabr 2008-ci ildə doğulmuş X4, 01 iyun 2012-ci ildə doğulmuş X5 və 17 yanvar 2015-ci ildə doğulmuş X2 vardır. CM-in 58.3-cü mаddəsində nəzərdə tutulmuşdur ki, cəzа təyin еdilərkən törədilmiş cinаyətin хаrаktеri və ictimаi təhlükəlilik dərəcəsi, təqsirkаrın şəхsiyyəti, о cümlədən cəzаnı yüngülləşdirən və аğırlаşdırаn hаllаr, hаbеlə təyin оlunmuş cəzаnın şəхsin islаh оlunmаsınа və оnun аiləsinin həyаt şərаitinə təsiri nəzərə аlınır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, təqsirini etiraf edərək səmimi peşiman olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs istinad olunan CM-in 128-ci maddəsinin sanksiyasında cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə yuxarıda qeyd edilən cəzanın yüngülləşdirən halların məcmusunu, təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunacaq cəzanın şəxsin islah olunması və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən Təqsirləndirilən şəxs barəsində CM-in 128-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırda Ucar rayonu, Küçəkənd kəndində qeydiyyatda olmaqla yaşayır. Məhkəmə hesab edir ki, CM-in 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Ucar rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin olunacaq azadlığın mədudlaşdırılması cəzasının müddətinin əvvəlini məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmasını qanuni və əsaslı hesab edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 198 (bir yüz doxsan səkkiz) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azadlığın məhdudlaşdırılması cəzasının müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Ucar rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Ucar rayonu, Küçəkənd kəndində yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 198 (bir yüz doxsan səkkiz) manat məbləğində pul ödənilsin. Hökmdən hökm elan edildiyi vaxtdan 20 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №1(063)-65/2025
Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-65/2025
12.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver