Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 1(063)-68/2024 22.11.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və müdafiəçi-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 1987-ci ildə Zərdab şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Zərdab şəhəri, Z.Bəkirov küçəsi, ev 23-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, həmçinin, Müdafiəçi cinayət işinin baxılmasına xitam verilməsinə və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair vəsatətinə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında, məhkəmənin hazırlıq iclasında baxaraq müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı elan edilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, o, 22 avqust 2022-ci il tarixdə, saat 22 radələrində Zərdab şəhəri, 51 saylı Yeni qəsəbədə yerləşən “Taxtalı” adlı kafenin içərisində və qarşısındakı həyətində Zərdab rayonu, Salahlı kəndində daimi qeydiyyatda olmaqla yaşayan, xx xxxxxx 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs heç bir səbəb olmadan özünü kənar şəxslərin fövqündə tutub, əlləri və silah qismində istifadə etdiyi plastik stul ilə bədəninin baş və digər nahiyələrindən qəsdən vuraraq zor tətbiq etməklə ona sağ gözün yuvası altı nahiyyədə yumşaq toxumanın bir qədər şişkinliyi fonunda və sağ qulaq seyvanın arxa tərəfində qançırlar ilə nəticələnən qəsdən sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs üzərində zor tətbiq edib ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Bundan başqa, Zərdab rayon icra və probasiya bölməsi tərəfindən axtarışa verilmiş Təqsirləndirilən şəxs 13 dekabr 2022-ci il tarixdə Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri ərazisində saxlanılaraq Zərdab rayonuna gətirilmiş, Zərdab rayonu ərazisində olarkən Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirmiş, 13 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə Zərdab Rayon Polis Şöbəsində şəxsi axtarış keçirilən zaman 12 dekabr 2022-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşıdığı şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,302 qram psixotrop maddə olan metamfetamin istifadə etdiyi Samsung A10 markalı mobil telefonun kabrosunun içərisindən aşkar edilərək götürülmüşdür. Zərdab Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 1(035)-3/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs Zərdab Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 1(035)-08/2023 nömrəli hökmü ilə qəti olaraq təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasının əvvəlinin 14 dekabr 2022-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut kimi tanınan və Zərdab Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan “Taxtalı” adlı kafedən götürülmüş qırılmış dırmıq sapının məhv edilməsi, iş üzrə maddi sübut kimi tanınan və Zərdab Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan “Taxtalı” adlı kafedən götürülmüş ağ rəngli plastik stulun sahibinə qaytarılması, iş üzrə maddi sübut olan hadisənin görüntüsünü özündə əks etdirən kompakt diskin cinayət işinin materiallarında saxlanılması, iş üzrə maddi sübut kimi tanınan və Zərdab Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan 1 manatlıq əskinazın sahibinə qaytarılması, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 344,0 manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi hökm edilmişdir. Zərdab Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 1(063)-3/2024 nömrəli xüsusi qərarı ilə öz fəaliyyətində qanun pozuntularına yol vermiş Zərdab Rayon Polis Şöbəsinin istintaq qrupunun müstəntiqi Lətifov Şahid Sahib oğlunun barəsində xüsusi qərarın çıxarılaraq qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirinə göndərilməsi qərara alınmışdır. Zərdab Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 1(063)-3/2024 nömrəli xüsusi qərarı ilə öz fəaliyyətində qanun pozuntularına yol vermiş Zərdab Rayon Polis Şöbəsinin istintaq qrupunun müstəntiqi X3 barəsində xüsusi qərarın çıxarılaraq qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirinə göndərilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 sentyabr 2024-cü il tarixli, 1(107)-401/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə və Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə baxılmasına xitam verilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməsinə və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum edilməsinə dair Zərdab Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 1(035)-3/2024 saylı hökmünun və həmin məhkəmənin “təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi haqqında” 12 fevral 2024-cü il tarixli, 1(035)-3/2024 nömrəli qərarının ləğv edilməsi, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin Ucar Rayon Məhkəməsinə, məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə göndərilməsi və Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin birinci instansiya məhkəməsində hazırlıq iclasının qərarı qəbul edilənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmənin hazırlıq iclasında dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6 təqsirləndirilən şəxsin məhkəməyə verilməsini və cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsini təklif etdi. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs müdafiəçisi-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi cinayət işinin baxılmasına xitam verilməsi və işin prokurora qaytarılmasını təklif etdi və bununla bağlı bildirdi ki, ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin tələbləri kobud surətdə pozulmuşdur. Təqsirləndirilən şəxslə bağlı sənədlərin çox hissəsi saxtalaşdırılmışdır. İşdə müdafiəçinin iştirak etməsi qeyd olunsa da prosessual hərəkətlərdə iştirak etməmiş, onun imzaları saxtalaşdırılmışdır. Qeyd olunanlar ekspert rəyləri ilə təsdiq olunur. Saxta sənədlər əsasında təqsirləndirilən şəxsə qarşı cinayət işi başlanmışdır. Həmçinin, qətimkan tədbirinə isə xitam verilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs müdafiəçisinin fikir ilə razı olduğunu bildirdi. Cinayət işi üzrə Zərərçəkmiş şəxs məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmənin hazırlıq iclasına gəlməmişdir. Məhkəmə, zərərçəkmiş şəxsin iştirakı olmadan məhkəmənin hazırlıq iclasının keçirilməsini mümkün hesab etdi. İş materiallarında olan məhkəmə-xətşünaslıq ekspertizasının 10 yanvar 2024-cü il tarixli, 4/1945 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 1(035)-23/2023 nömrəli cinayət işinin 2-ci cildinin i/v 152- 153-də olan bildirişin 2-ci vərəqəsində olan “X4” qrafasındakı imza, i/v 154-də olan xx.xx.2023-cü il tarixli bildirişdə “X4” qrafasındakı imza, i/v 155-də olan xx.xx.2023-cü il tarixli protokolda “X4” qrafasındakı imza, i/v 156-də olan xx.xx.2023-cü il tarixli cinayət işi üzrə etiraz edilə bilən şəxslə barədə məlumatların cinayət prosesi iştirakçısına bildirilməsi haqqında protokolda “X4” qrafasındakı imza, i/v 209-da olan təqsirləndirilən şəxsi və onun müdafiəçisinin cinayət işinin materialları və maddi sübutlar ilə tanış etmə haqqında protokolda “X4” qrafasındakı imza X4 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 1(035)-23/2023 nömrəli cinayət işinin 1-ci cildinin 25-ci vərəqəsində olan 14 dekabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında 11 nömrəli protokolun üz tərəfində soldan sağa “5” rəqəmi qarşısındakı imzanın, arxa tərəfində “5.Əbülhəsən Əmirov” qrafasındakı imzanın, i/v 63- 65-də olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsin dindirilməsi haqqında protokolun 3-cü vərəqəsində “Müdafiəçi” qrafasındakı imzanın, i/v 76-78-də olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolun 3-cü vərəqəsində “Müdafiəçi” qrafasındakı imzanın, i/v 83-də olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdim edilən sənədlərlə təqsirləndirilən şəxsin və onun müdafiəçisinin tanış olması haqqında protokolda “Müdafiəçi” qrafasındakı imzanın, i/v 121-də olan xx.xx.2023-cü il tarixli ekspertiza təyin olunması haqqında qərarla təqsirləndirilən şəxsin tanış edilməsi haqqında protokolda “Müdafiəçi” qrafasındakı imza-X4 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İş materiallarında olan məhkəmə-xətşünaslıq ekspertizasının 22 may 2024-cü il tarixli, 4/607 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 1(035)-23/2023 nömrəli cinayət işinin 2-ci cildinin 208-ci vərəqində olan xx.xx.2023-cü il tarixli “ibtidai istintaqın qurtarması barədə məlumat verilməsi haqqında protokolda “X4” qrafasındakı imza-X4 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Təkrar məhkəməxətşünaslıq üzrə: Ekspertizaya təqdim edilmiş, 1 (035)-23/2023 nömrəli cinayət işinin 2-ci cildinin 152-153-cü vərəqlərində “təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CPM-nin 91-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri barədə bildirişin 2-ci vərəqində olan “X4” qrafasındakı imza, 154-cü vərəqində olan “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasında nəzərdə tutulan hüquqları haqqında xx.xx.2023-cü il tarixli bildirişdə “X4” qrafasındakı imza, 155-ci vərəqində olan xx.xx.2023cü il tarixli “təqsirləndirilən şəxsə hüquq və vəzifələrinin izah edilməsi, təqsirləndirilməsi barədə cəlb etmə qərarının surətinin verilməsi və hüquqları qeyd edilmiş bildirişin verilməsi haqqında” protokolda “X5” qrafasındakı imza, 156-cı vərəqində olan xx.xx.2023-cü il tarixli cinayət işi üzrə etiraz edilə bilən şəxslə barədə məlumatların cinayət prosesi iştirakçısına bildirilməsi haqqında protokolda “X4” qrafasındakı imza, 209-cu vərəqində olan təqsirləndirilən şəxsi və onun müdafiəçisinin cinayət işinin materialları və maddi sübutlar ilə tanış etmə haqqında protokolda “X4” qrafasındakı imza-X9 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının yuxarıda qeyd edilən 17 sentyabr 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, ibtidai araşdırma zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulmasına baxmayaraq qeyd olunmuş hala 12 fevral 2024-cü il tarixli, 1(035)-3/2024 nömrəli qərarda münasibət bildirilməmiş və qeyd olunan hallar həmin qərarda öz əksini tapmayaraq ibtidai araşdırma zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulmadığı qeyd olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) yol verildikdə çıxarılır. Həmin Məcəllənin 303.3.8-ci maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması yol verildikdə çıxarılır. Həmin Məcəllənin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin qeyd edilən maddəsində sadalanan kobud prosessual pozuntular elə pozuntular hesab olunur ki, məhkəməyədək icraat zamanı yol verilmiş həmin pozuntuların başqa cür aradan qaldırılması və həmin pozuntular aradan qaldırılmadan təqsirləndirilən şəxsin məhkəməyə verilməklə müvafiq olaraq cinayət işinin məhkəmə baxışına təyin edilməsi barədə qərarın qəbul olunması qeyri-mümkündür. Hazırkı cinayət işi üzrə ibtidai araşdırma zamanı yol verilmiş konkret kobud prosessual pozuntulara gəldikdə məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiə hüququ və məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 284-286, 288 və ya 296.3.1-ci maddələrinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 91.5.1-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxs nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu – verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi), ittiham elan edildikdə, habelə həbsə alındıqdan və ya barəsində qətimkan tədbiri seçilməsi haqqında qərar elan olunduqdan dərhal sonra müvafiq qərarın surətini almaq hüququna malikdir. Qanunvericiliyin qeyd olunan tələbləri pozulmasına baxmayaraq hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona qarşı həmin maddələrdə nəzərdə tutulan ittiham irəli sürülmüş və cinayət işinin materialları baxılması üçün məhkəməyə göndərilmişdir. Beləliklə, yuxarıda göstərilənləri ümumiləşdirdikdə məhkəmə bu nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Azırbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1ci (təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün)) və 303.3.8-ci (məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması) maddələrinin nəzərdə tutulmuş kobud pozuntularına yol verildiyinə görə məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Qeyd olunan pozuntuların başqa cür aradan qaldırılması və həmin pozuntular aradan qaldırılmadan təqsirləndirilən şəxsin məhkəməyə verilməklə müvafiq olaraq cinayət işinin məhkəmə baxışına təyin edilməsi qeyri-mümkündür. Həmçinin, məhkəmə qeyd edir ki, məhkəmənin hazırlıq iclasında müvafiq qərar qəbul edilərkən təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri də müzakirə olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 306-cı maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinə baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı, qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsinə dair qərar çıxarır. Cinayət işinin materiallarından göründüyü kimi Zərdab Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan qətimkan tədbiri seçilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 306.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Zərdab Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli, 1(035)-3/2024 nömrəli xüsusi qərarı ilə öz faəliyyətində qanun pozuntularına yol vermiş Zərdab Rayon Polis Şöbəsinin istintaq qrupunun müstəntiqi Lətifov Şahid Sahib oğlunun və Zərdab Rayon Polis Şöbəsinin istintaq qrupunun müstəntiqi X3 barələrində xüsusi qərarların çıxarılaraq qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirinə göndərilməsi nəzərə alınmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300 və 303-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Müdafiəçi vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 221.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri qüvvəsində saxlanılsın. Qərardan apellyasiya şikayəti və protesti verilə bilməz. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №1(063)-68/2024
Ucar Rayon Məhkəməsi Qərar — İş №1(063)-68/2024
22.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver