Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-69/2025 12.11.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Atayeva Ramilə Mirəli qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 12 noyabr 2025-ci il tarixdə, Ucar şəhərində, Ucar Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxx 1971-ci ildə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, üzərində məhkumluğu olmayan, işləməyən, Ucar şəhəri, T.İsmayılov küçəsi, ev 39da qeydiyyatda olan və Ucar rayonu, Qarabörk kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Rrespublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ siyahısı ilə müəyyən edilmiş xeyli miqdarda, yəni 7,07 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi olmadan əldə edib daşıyaraq yaşadığı Ucar rayonu, Qarabörk kəndindəki evə aparıb yataq otağında saxlamış, 27 iyun 2025-ci il tarixdə, saat 18:07 radələrində Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində onun yaşadığı Ucar rayonu, Qarabörk kəndindəki evə baxış keçirilən zaman yataq otağında olan güldanın içərisində saxladığı 01 ədəd sellofan bükümdə 7,07 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləməmişdir. Yaşadığı Ucar rayonu, Qarabörk kəndi ərazisində yerləşən avtomobil təmiri sexində qaynaqçı işləmişdir. Təxminən 3-4 il müddətdir ki, fasilələrlə narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. 25 iyun 2025-ci il tarixdə axşam saatlarında piyada yaşadığı Ucar rayonu, Qarabörk kəndi ərazisindən keçən kanaldan balıq tutmaq üçün gedərkən dəqiq xatırlamadığı yerdə bir ədəd qara rəngli sellofan büküm olduğunu görmüşdür. Yerdə olan sellofan büküm onun diqqətini çəkmiş və o, yaxınlaşıb həmin sellofan bükümü əlinə götürüb açanda içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüşdür. Özü narkotik vasitədən istifadə etdiyi üçün qurudulmuş marixuananı tanımışdır. O, tapdığı qurudulmuş marixuananı atmamış və cibinə qoyub özü ilə yaşadığı evə gətirərək ailə üzvlərinin görməməsi, sonradan özünün istifadə edə bilməsi üçün yataq otağında olan güldanın içərisinə qoyub saxlamışdır. Çünki ailə üzvlərinin onun narkotik vasitə istifadə etməyindən məlumatları olmamışdır. 27 iyun 2025-ci il tarixdə saat 17:19 radələrində Ucar rayonu, Qarabörk kəndində işlədiyi avtomobil təmiri sexində olarkən ona mülki geyimdə olan polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etdikdən sonra həmin polis əməkdaşlarından biri ona narkotik vasitə əldə edib daşımağı ilə bağlı məlumat daxil olduğunu və videoçəkilişlə üstünün yoxlanılacağını bildirərək digər polis əməkdaşlarını ona təqdim etdikdən sonra hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra həmin polis əməkdaşı ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa könüllü təqdim etməyini təklif etmiş, o, üzərində qanunla qadağan olunmuş əşya olmadığını bildirdikdə üstünün yoxlanılmasında iştirak edən digər polis əməkdaşı tərəfindən üstü yoxlanılmış və şalvarının sağ yan cibində özünə məxsus “Samsung” markalı mobil telefon, şalvarının sol yan cibində avtomobilinin açarı, işlədiyi sexin giriş qapısının açarı, qəpik pullar, şalvarının sol arxa cibində ödəniş qəbzləri, şalvarının sağ arxa cibində bir ədəd 5 manatlıq və 02 ədəd 10 manatlıq əsginaslar olmaqla ümumilikdə 25 manat pul, köynəyinin sol döş cibində isə bir ədəd “Magna” markalı siqaret qutusu və bir ədəd alışqan aşkar olunmuşdur. Üzərində aşkar olunmuş “Samsung” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülmüş, avtomobil açarı, işlədiyi sexin giriş qapısının açarı, qəpik pullar, ödəniş qəbzləri, 25 manat pul, siqaret qutusu, alışqan isə götürülməyərək özünə qaytarılmışdır. Bundan sonra əvvəlcə işlədiyi avtomobil təmiri sexinə, daha sonra isə idarə etdiyi “Opel Astra” markalı ** LY *** qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı sexdə və idarə etdiyi “Opel Astra” markalı avtomobildə qanunla qadağan olunmuş heç bir əşya aşkar olunmamış və polis əməkdaşı bir ədəd zərf götürüb üzərinə mobil telefonun ondan götürüldüyünü, onun və digər polis əməkdaşlarının soyadlarını yazıb imza etdirdikdən sonra mobil telefonu zərfin içərisinə qoyub qablaşdıraraq möhürləyib götürərək video çəkilişin 27 iyun 2025-ci il tarixdə saat 17:52 dəqiqədə başa çatdığını bildirmişdir. Üstünün yoxlanılması, işlədiyi avtomobil təmiri sexinə və idarə etdiyi avtomobilə baxış keçirilib video çəkiliş dayandırıldıqdan sonra onlar həmin gün, yəni 27 iyun 2025-ci il tarixdə saat 18:07 dəqiqədə onun yaşadığı Ucar rayonu, Qarabörk kəndindəki evinin qarşısına getmişlər. Polis əməkdaşları yaşadığı evə baxış keçiriləcəyini bildirərək bir daha özlərini ona təqdim etmişlər və ondan yaşadığı evə baxış keçirilməsinə etirazının olub-olmadığını, yaşadığı evdə qanunla qadağan edilmiş hər hansı bir əşya olub-olmadığını soruşmuşlar, o, yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını və yaşadığı evdə qanunla qadağan olunmuş əşya olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onun razılığı ilə yaşadığı evin həyətinə daxil olub əvvəlcə həyətyanı torpaq sahəsinə, həyətdə olan yardımçı tikiliyə, mətbəxə, daha sonra isə oğlu Nicatın yatdığı otağa və onun yataq otağına baxış keçirmişlər. Yataq otağına baxış keçirilərkən polis əməkdaşları döşəmənin üzərinə qoyduğu güldanı çevirəndə içərisində saxladığı qara rəngli sellofan bükümdə olan qurudulmuş marixuana döşəmənin üstünə düşmüşdür. Polis əməkdaşı sellofan bükümü açıb içərisində olan bitki kütləsinin nə olduğunu soruşmuş, o da sellofan bükümdə olan bitki kütləsinin xına olduğunu deməklə sellofan bükümdə olan bitki kütləsinin qurudulmuş marixuana olmamasına polis əməkdaşlarını inandırmağa çalışmışdır. Polis əməkdaşı sellofan bükümdə olan bitki kütləsinin ekspertizaya təqdim olunması üçün götürüləcəyini bildirərək bir ədəd zərf götürüb üzərinə sellofan bükümdə olan bitki kütləsinin yaşadığı evdə aşkar olunaraq götürüldüyünü, onun və digər polis əməkdaşlarının soyadlarını yazdıqdan sonra sellofan bükümdə olan bitki kütləsini elektron tərəzinin üzərinə qoyub çəkmiş və sellofan bükümdə olan bitki kütləsinin sellofanla birlikdə çəkisinin 5,83 qram olması müəyyən edilmişdir. Onlar zərfin üzərinə imza etdikdən sonra polis əməkdaşı sellofan bükümdə olan bitki kütləsini, yəni qurudulmuş marixuananı onun və üstünün yoxlanılmasında iştirak edən digər polis əməkdaşlarının iştirakı ilə həmin kağız zərfin içərisinə qoyub qablaşdıraraq möhürləyib götürmüşdür. Yaşadığı Ucar rayonu, Qarabörk kəndindəki evə baxış keçirilməsinin görüntüləri polis əməkdaşları tərəfindən əvvəldən axıra kimi videoçəkiliş vasitəsi ilə qeydə alınmış və 25 iyun 2025-ci il tarixdə saat 18:47 dəqiqədə videoçəkiliş başa çatdırılıb dayandırıldıqdan sonra polis əməkdaşları sənədləşmə aparılmasından ötrü onu Ucar RPŞ-nə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Ucar RPŞ-nə gəlmiş və polis şöbəsində üstünün yoxlanılması, işlədiyi sexə, idarə etdiyi avtomobilə və yaşadığı evə baxış keçirilməsi ilə bağlı protokol yazılmış, o, protokolu oxuduqdan sonra düzgün yazıldığını görüb protokolun hər bir səhifəsinə imza etmişdir. Sonra barəsində toplanmış material araşdırmanın davam etdirilməsindən ötrü Ucar RPŞ-nin İB-nə həvalə olunmuş və həmin gün Ucar RPŞ-nin növbətçi hissəsində, üzərində və yaşadığı evdə aşkar edilib 02 ədəd kağız zərfdə qablaşdırılaraq götürülmüş mobil telefona və bitki kütləsinə müstəntiq tərəfindən videoçəkilişdən istifadə olunmaqla onun və yaşadığı evdə aşkar olunmuş bitki kütləsini zərfdə qablaşdıraraq möhürləyib götürmüş polis əməkdaşının iştirakı ilə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl yaşadığı evdə aşkar olunmuş bitki kütləsinin qablaşdırıldığı zərf ona göstərilmiş, o, zərfin tamlığının pozulmadığına əmin olduqdan sonra müstəntiq tərəfindən zərf açılmış və içərisində olan sellofan bükümdəki bitki kütləsi çıxarılıb ona məxsus olması soruşulmuş, o da həmin bitki kütləsinin nə olduğunu, kimə məxsus olduğunu bilmədiyini bildirmişdir. Bundan sonra yaşadığı evdə aşkar olunaraq götürülmüş bitki kütləsi müstəntiq tərəfindən elektron tərəzinin üzərinə qoyulub çəkilmiş, bitki kütləsinin sellofanla birlikdə çəkisinin 5,82 qram olması müəyyən edilmiş və yenidən həmin zərfdə qablaşdırılaraq möhürlənib ekspertizaya təqdim olunmasından ötrü götürülmüşdür. Sonra mobil telefonun qablaşdırıldığı zərf açılıb mobil telefonun ona məxsus olması soruşulmuş, o, mobil telefonun özünə məxsus olduğunu bildirmiş və mobil telefon yenidən həmin zərfdə qablaşdırılaraq möhürlənib baxış keçirilməsindən ötrü götürülmüşdür. Onun əvvəllər heç bir ruhi-əsəb və psixi xəstəliyi olmamış, heç kimə narkotik vasitə satmamış, əvəzsiz olaraq verməmiş, satmaq və vermək niyyəti yoxdur, üstü yoxlanılarkən və yaşadığı evə baxış keçirilərkən polis əməkdaşları tərəfindən ona hər hansı psixi təzyiq və ya fiziki zor tətbiq edilməmiş, qanunsuz olaraq narkotik vasitəni əldə edib saxladığına görə 1999-cu ildə cinayət məsuliyyətinə cəlb olunmuş, 27 iyun 2025-ci il tarixdə yaşadığı Ucar rayonu, Qarabörk kəndindəki evinə baxış keçirərkən yataq otağında olan güldanın içərisində saxladığı sellofan bükümdəki qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, əvvəlcədən sellofan bükümdə olan kütlə qurudulmuş marixuana olmuş və cinayət məsuliyyətinə səbəb ola biləcək çəkidə olmuş, bunu bildiyinə görə sellofan bükümdə olan bitki kütləsinin xına olduğunu deməklə sellofan bükümdə olan bitki kütləsinin qurudulmuş marixuana olmamasına polis əməkdaşlarını inandırmağa çalışmış, sonradan polis əməkdaşları ona inanmamış, etdiyi hərəkətlərin yanlış olduğunu başa düşdüyünü və səmimi olaraq etiraf edərək yaşadığı evin yataq otağında olan güldanın içərisindən aşkar olunaraq götürülmüş sellofan bükümdəki bitki kütləsinin, yəni qurudulmuş marixuananın özünə məxsus olmuş və sonradan istifadə etmək üçün saxlamışdır. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsinin, yaşının və ailə vəziyyətinin nəzərə alaraq, ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Belə ki, məhkəmə istintaqı zamanı şahid Ucar RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir münasibət olmamışdır. Ucar rayonu, Qarabörk kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, həmçinin üzərində, işlədiyi Ucar rayonu, Qarabörk kəndində yerləşən avtomobil təmir sexində, istifadəsində olan “Opel” markalı **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobildə, eləcə də yaşadığı evdə və həmin evin həyətyanı sahəsində yerləşən yardımçı tikililərdə külli miqdarda narkotik maddə gizlətməsi və yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilərin əkib-becərməsi barədə Ucar rayon polis şöbəsinə daxil olmuş məlumat əsasında əməliyyat- axtarış tədbirlərinin həyata keçirilməsinə dair tərəfindən müvafiq qərar tərtib olunmuş və RPŞ-nin rəisinin imzası ilə qərar təsdiq edilmişdir. RPŞ-nin rəisinin əmrinə əsasən isə Ucar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, Şahid3, CAB-nin əməliyyat müvəkkili, Şahid2, CAB-nin əməliyyat müvəkkili, Şahid4 və onun iştirakı ilə əməliyyat-istintaq qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, həmçinin üzərində, işlədiyi Ucar rayonu, Qarabörk kəndində yerləşən avtomobil təmir sexində, istifadəsində olan “Opel” markalı **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobildə, eləcə də yaşadığı evdə və həmin evin həyətyanı sahəsində yerləşən yardımçı tikililərdə külli miqdarda narkotik maddə gizlətməsi və yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilərin əkib-becərməsi barədə məlumat olduğundan Ucar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, Şahid3, CAB-nin əməliyyat müvəkkili, Şahid2, CAB-nin əməliyyat müvəkkili, Şahid4 və onun iştirakı ilə 27 iyun 2025-ci il tarixdə saat 17:19 radələrində Təqsirləndirilən şəxs Ucar rayonu, Qarabörk kəndində yerləşən avtomobil təmiri sexində saxlanılmışdır. xx.xx.2025-ci il tarixdə saat 17:24-də isə Təqsirləndirilən şəxs üstünə, işlədiyi avtomobil təmiri sexinə və idarə etdiyi avtomobilə videoçəkiliş vasitəsilə baxış keçirilmişdir. Həmin vaxt videoçəkilişi Şahid2 həyata keçirmişdir. İlk növbədə Təqsirləndirilən şəxs AR CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq, vəzifələri və müdafiə hüquqları izah olunmuşdur. Üstü yoxlanılmağa başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində və işlədiyi avtomobil sexində qanunla qadağan edilmiş əşya və predmetin olub-olmamasını soruşduqda Təqsirləndirilən şəxs olmadığını bildirmişdir. Daha sonra Şahid3 tərəfindən Təqsirləndirilən şəxs üstü yoxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibindən “Samsung” markalı mobil telefon aşkar edilmişdir. Həmin mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən tərəfindən qablaşdırılması üçün götürülmüşdür. Daha sonra Şahid3 tərəfindən yenidən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış zamanı onun əynində olan cins şalvarın sol yan cibindən qəpik pullar, avtomobil açarı, dırnaq tutan, sol arxa cibindən qəbzlər, sağ arxa cibindən 2 ədəd 10 manatlıq, 1 ədəd 5 manatlıq pul əskinazları, üzərində olan köynəyin döş cibindən isə 1 qutu siqaret və 1 ədəd alışqan aşkar edilmişdir. Mobil telefondan başqa aşkar edilmiş əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs təhvil verilmişdir. Daha sonra Təqsirləndirilən şəxs işlədiyi avtomobil sexinə baxış keçirilmişdir. Baxış zamanı avtomobil sexində qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxışa başlamazdan əvvəl tərəfindən avtomobildə qanunla qadağan olunmuş əşya və predmetin olub-olmaması soruşulduqda Təqsirləndirilən şəxs “xeyir” deyə cavab vermişdir. Daha sonra Təqsirləndirilən şəxs istifadəsində olan “Opel” markalı **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilsə də, qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd “Samsung” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən zərfin üzəri yazıldıqdan və bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra tərəfindən həmin zərfin içərisinə qoyulmuş və daha sonra ağzı bağlanılmaqla üzəri Ucar RPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhüründən istifadə olunaraq möhürlənməklə götürülmüşdür. Daha sonra tərəfindən kiminsə şikayəti və etirazının olub-olmadığı soruşulmuş və heç kimin şikayəti və etirazı olmadığı üçün baxış 27 iyun 2025-ci il tarixdə saat 17:52 radələrində başa çatmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilmişdir. Baxışa başlamazdan əvvəl tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunla qadağan olunmuş əşya və predmetin olub-olmaması soruşulduqda “xeyir” deyə cavab vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana onun iştirakı ilə baxış keçirilməsinə başlanılmışdır. Həyətə daxil olduqdan sonra ilk növbədə həyətdə yerləşən yardımçı tikililərə və həyətyanı sahəyə baxış keçirilsə də, qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmişdir. Evə daxil olmamışdan qabaq pilləkanların yanında yerləşən ayaqqabı rəfinə baxış keçirilmiş, lakin qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Sonra ardıcıllıqla evin zalında yerləşən kresloların altına və arxasına, stolun üzərinə, stulun üzərində olan paltara, mətbəxdə yerləşən stolun üzərinə, soyuducuya və rəflərə, uşağına məxsus otaqda yerləşən çarpayıya, rəfə, çantaya və sellofan torbalara baxış keçirilsə də, qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs otağına baxış keçirilmişdir. İlk növbədə həmin otaqda olan rəfə, sellofan torbalara, paltarlara, çarpayının üzərinə və altına, güzgü altlığındakı rəflərə, paltar dolabına, döşəklərin arasına, qaz sobasına, kardonlara baxış keçirilsə də, qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Sonra həmin otaqda yerləşən güldanın içərisinə baxış keçirilmiş və baxış zamanı güldanın içərisindən 1 ədəd qara rəngli sellofan büküm aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdə olan kütlənin “xına” olduğunu bildirmişdir. Daha sonra həmin kütlə elekron tərəzinin üzərinə qoyulmuş və çəkisinin 5,83 qram olması müəyyən olunmuşdur. Daha sonra aşkar olunmuş kütlə zərfin üzəri yazıldıqdan və bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra tərəfindən həmin zərfin içərisinə qoyulmuş və daha sonra ağzı bağlanılmaqla üzəri Ucar RPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhüründən istifadə olunaraq möhürlənməklə götürülmüşdür. Daha sonra evə yenidən baxış keçirilsə də, başqa qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Bundan sonra tərəfindən kiminsə şikayəti və etirazının olub-olmadığı soruşulmuş və heç kimin şikayəti və etirazı olmadığı üçün baxış 27 iyun 2025-ci il tarixdə saat 18:47 radələrində başa çatmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Ucar RPŞ-nə gətirilmiş və Ucar RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid3, Ucar RPŞ-nin növbətçi köməkçisi X6 və onun iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək qablaşdırılmış zərflərə Ucar RPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi X7 tərəfindən Ucar RPŞ-nin Növbətçi Hissəsində baxış keçirilmişdir. Baxışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq, vəzifələri və müdafiə hüquqları izah olunmuş və bu barədə bildiriş Təqsirləndirilən şəxs tərəfindən imzalanmaqla götürülmüşdür. İlk növbədə Təqsirləndirilən şəxs yaşadığı evdə, otağında olan güldanın içərisindən aşkar edilmiş 1 ədəd qara rəngli bükümdə olan kütlənin qablaşdırıldığı zərfə baxış keçirilmiş və baxış zamanı həmin kütlənin kimə məxsus olması barədə sual verildikdə Təqsirləndirilən şəxs “bilmirəm, xəbərim yoxdur” deyə bildirmişdir. Sonra sellofan bükümdə olan kütlə elekton tərəzidə çəkilmiş və çəkisinin 5,82 qram olması müəyyən olunmuşdur. Bundan sonra həmin kütlə yenidən eyni zərfin içərisinə yerləşdirilmiş və zərfin ağzı bağlanmaqla üzəri Ucar RPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhüründən istifadə olunaraq möhürlənərək Hafiz Əliyev tərəfindən götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd “Samsung” markalı mobil telefonun qablaşdırıldığı zərfə baxış keçirilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin mobil telefonun özünə məxsus olduğunu bildirmişdir. Daha sonra həmin mobil telefon yenidən eyni zərfin içərisinə yerləşdirilmiş və zərfin ağzı bağlanmaqla üzəri Ucar RPŞ-nin zərflər üçün nəzərdə tutulmuş 71 nömrəli möhüründən istifadə olunaraq möhürlənərək Hafiz Əliyev tərəfindən götürülmüşdür. Daha sonra X9 Məmmədovdan hər hansı fiziki və ya psixi zor tətbiq olunub-olunmamasını soruşmuş və Təqsirləndirilən şəxs “yox” deyə cavab vermişdir. Bununla da Hafiz Əliyev tərəfindən baxış yekunlaşdırılmış və bu barədə protokol tərtib olunmaqla imzalanmışdır. Məhkəmə istintaqında şahidlər Ucar RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid3 və Ucar RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid4 Sabir oğlu digər Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid Ucar RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 da digər Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 47-49-cu vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 28 iyun 2025-ci il tarixli, 17/485 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “...Təqsirləndirilən şəxs yaşadığı evdən onun yatdığı otaqda...aşkar olundu...” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi-7,07 qram olan yaşılımtıl rəngli bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin 48-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri 35,97 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 119-cu vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 13 avqust 2025-ci il tarixli, 1276 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Nаrkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 121-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X8 məhkəmə-tibbi ekspertizasının 30 iyun 2025-ci il tarixli, 215 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində xəsarət və ya xəsarət izi aşkar edilmədi. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 01-ci səhifəsində olan 28 iyun 2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 11-12, 14-15-ci və 19-20-ci vərəqələrində olan 27 iyun 2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, işlədiyi avtomobil təmir sexinə və idarə etdiyi avtomobilə baxış keçirilməsi, əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin yaşadığı evə baxış keçirilməsi və əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında protokollardan görünür ki, 27 iyun 2025-ci il tarixdə, saat 17:24-dən saat 17:52-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı Təqsirləndirilən şəxs əynində olan geyimdən açar, pul, siqaret qutusu, qəbzlər və “Samsung” markalı mobil telefon aşkar olundu. İş üçün əhəmiyyət kəsb etmədiyindən pul, siqaret qutusu, qəbzlər və açar sonuncuya geri qaytarıldı, “Samsung” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb edəcəyindən 1 ədəd ağ rəngli zərfdə qablaşdırılmış, zərfin üzərində Ucar RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili tərəfindən müvafiq qeydlər aparılmış, Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənərək götürülmüş, yoxlama zamanı sonuncunun üstündən narkotik vasitə və psixotrop maddəyə bənzər hər hansı bir əşya, eləcə də qanunla qadağan olunmuş digər əşya və predmetlər aşkar edilmədi. Tədbirin davamı olaraq Təqsirləndirilən şəxs işlədiyi Ucar rayonu, Qarabörk kəndində yerləşən avtomobil təmir sexinə baxış keçirilmiş, baxış zamanı qanunla qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Tədbirlərin davamı olaraq Təqsirləndirilən şəxs istifadəsində olan “Opel” markalı Astra modeli olan **-LY-*** d.q.n-lı avtomobilə baxış keçirildi, baxış zamanı qanunla qadağan olunmuş əşya və predmet aşkar edilmədi. 27 iyun 2025-ci il tarixdə, saat 18:07-dən saat 18:47-dək olan müddət ərzində Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yatdığı otaqdan, yerə qoyulmuş qara rəngli güldanın içərisindən 1 ədəd qara rəngli sellofan bükümdə içərisində yaşıl rəngli, spesifik qoxuya malik olan qurudulmuş marixuana aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin kütlənin ona məxsus olmadığını, xına olduğunu bildirmişdir. Bundan sonra aşkar olunmuş kütlələr Ucar RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili tərəfindən elektron tərəzidə çəkilmiş, həmin qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi 5,83 qram olması müəyyən olunmuşdur. Aşkar olunmuş kütlə Ucar RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili tərəfindən 1 ədəd ağ rəngli zərfdə qablaşdırılmış, zərfin üzərində müvafiq qeydlər aparılmış, Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı evin digər otqalarına baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar edilməmişdir. Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, işlədiyi avtomobil təmir sexinə və idarə etdiyi avtomobilə baxış keçirilməsi, əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin yaşadığı evə baxış keçirilməsi və əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi zamanı “Sony” markalı aparatdan istifadə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 22-ci vərəqəsində olan 27 iyun 2025ci il tarixli şübhəli şəxs kimi tutma haqqında qərardan, eləcə də 35-ci vərəqəsindəki eyni tarixli cinayət törətməkdə şübhəli olan şəxsi tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:19-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 63-64-cü vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 29 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittihamın elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 74-75-ci vərəqələrində olan 29 iyun 2025-ci il tarixli təqsirləndirilən şəxsin azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Ucar RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 60-61-ci və 140-151-ci vərəqələrində olan Ucar RPŞ-nin İB-nin müstəntiqinin müvafiq olaraq 28 iyun 2025-ci il tarixli maddi sübut hesab edilməsi, eləcə də 04 sentyabr 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 29 iyun 2025-ci il tarixdə CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış, eləcə də həmin tarixdə onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri nəzərə alınmışdır. X1 barəsində Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxsn barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik maddənin tutulduğu vaxtdan 02 gün əvvəl axşam saatlarında piyada yaşadığı Ucar rayonu, Qarabörk kəndi ərazisindən keçən kanaldan balıq tutmaq üçün gedərkən dəqiq xatırlamadığı yerdən tapmasını göstərməsi aparılmış istintaqla sübuta yetirilmədiyindən, eləcə də, həmin narkotik vasitəni əldə etdiyi mənbəni müəyyənləşdirmək mümkün olmadığından qeyd edilən hallar istintaqa məlum olmayan vaxt və mənbə kimi qəbul edilmiş, Təqsirləndirilən şəxs yaşadığı Ucar rayonu, Qarabörk kəndindəki evdən aşkar edilərək götürülmüş təmiz çəkisi 7,07 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana maddi sübut hesab edilmiş, Təqsirləndirilən şəxs yaşadığı Ucar rayonu, Qarabörk kəndindəki evdən aşkar edilərək götürülmüş qurudulmuş marixuananın 0,02 qramının tədqiqata sərf edilməsi nəzərə alınmış və ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 7,05 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana saxlanmasından ötrü Ucar Rayon Polis Şöbəsinin maddi sübutların saxlama otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs yaşadığı Ucar rayonu, Qarabörk kəndindəki evə baxış keçirilərkən qeydə alınmış video görüntülərin köçürüldüyü bir ədəd kompakt disk maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 77-ci vərəqəsində olan 29 iyun 2025-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus olam “Samsung” markalı mobil telefonu təhvil verilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 94-95-ci səhifələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 09 iyul 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs üzərində ödənilməmiş məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 87-ci vərəqəsində olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14 “Ucar rayon mərkəzi xəstəxanası” X13 tərəfindən verilmiş 001 iyul 2025-ci il tarixli, 18-1-77/2-791/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Ucar rayon mərkəzi xəstəxanası” X10 poliklinika şöbəsinin narkoloji kabinetində 19 aprel 1999-cu il tarixdən “Həşiş narkomaniyası” diaqnozu ilə qeydiyyata götürülmüşdür. Təqsirləndirilən şəxs Ucar RMXnın poliklinika şöbəsinin ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 107-108-ci vərəqələrində olan arayışlardan və xasiyyətnamədən görünür ki, Ucar şəhəri, T.ismayılov küçəsi, ev 39-da qeydiyyatda olmaqla, Ucar rayonu, Qarabörk kəndində yaşayan Təqsirləndirilən şəxs barəsində Ucar Rayon İcra Hakimiyyəti Başçısının Qarabörk kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı xeyli miqdarda əldə edib saxlama cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin ibtidai və məhkəmə istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 59-cu maddəsinə əsasən onun əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, yaşını, ailə vəziyyətini və yaşayış yeri üzrə hər hansı şikayətin daxil olmamasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, cəzasını ağırlaşdıran halın mövcud olmamasını, bununla belə, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən törətdiyi əməlin ictimai təhlükəliliyini dərk etməklə, artıq cinayət işinin məhkəməyədək icraat dövründə islah yoluna qədəm qoymasını nümayiş etdirməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, yəni məhz cəmiyyətdən təcrid edilməklə, real cəza çəkməyə göndərilməsi nəticəsində onun islahına nail olunacağının müəyyən olunmamasını, həmçinin barəsində yuxarıda sadalanan yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 27 iyun 2025-ci il tarixdən 29 iyun 2025-ci il tarixə qədər həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Ucar rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan və Ucar RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş qalıq 7,05 qram çəkidə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin digər maddi sübut Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsini əks etdirən videogörüntünün köçürüldüyü 01 (bir) ədəd disk cinayət işində saxlanılmalıdır. Eləcə də, 27 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üstü yoxlanılarkən götürülmüş “Samsung” markalı mobil telefonun 29 iyun 2025-ci il tarixli qəbzlə Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 35,97 (otuz beş manat doxsan yeddi) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Ucar rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Ucar RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 7,05 qram çəkidə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Digər maddi sübut Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsini əks etdirən videogörüntünün köçürüldüyü 01 (bir) ədəd disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 35,97 (otuz beş manat doxsan yeddi) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №1(063)-69/2025
Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-69/2025
12.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver