Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-7/2024 17.01.2024 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və onun qanuni nümayəndəsi X4, müdafiəçilər-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüləri, fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi3 və Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1974-cü ildə Ucar rayonu, Qaradağlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Ucar rayonu, Qaradağlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.2 və 177.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndiriləməsinə dair və xx xxxxxx 2006-cı ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bərdə rayonu, Güloğlular kəndində qeydiyyatda olan və Ucar rayonu, Qaradağlı kəndində yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndiriləməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamın mahiyyəti ondan ibarətdir ki, o, yetkinlik yaşına çatmayan övladı-xx xxxxxx 2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs2 tərbiyə etmək vəzifəsi daşıdığı halda ona vədlər verməklə cinayətkar fəaliyyətə cəlb etmiş, 2022-ci ilin avqust ayının axırlarından 2023-cü ilin mart ayının axırlarına kimi olan müddət ərzində tamah niyyətilə özgənin əmlakını vahid niyyətlə gizli olaraq qəsdən talama məqsədilə, Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəlib Ucar rayonu, Qaradağlı kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus hazırda istifadədə olmayan balıqartırma gölünün ərazisindən açıq sahədən bir neçə dəfəyə 2600 manat dəyərində 2600 metr uzunluğunda elektrik naqilini, 1560 manat dəyərində 26 ədəd işıq dirəyini, 300 manat dəyərində ikilaylı 1 ədəd dəmir qapını, 210 manat dəyərində 7 ədəd işıq lampasını və 300 manat dəyərində 15 ədəd su axınını tənzimləyən dəmir qapağı gizli olaraq talayıb Zərərçəkmiş şəxs 4970 (dörd min doqquz yüz yetmiş) manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını vahid niyyətlə gizli olaraq talayıb qəsdən oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 2022-ci ilin avqust ayının axırlarından 2023-cü ilin mart ayının axırlarına kimi olan müddət ərzində tamah niyyətilə özgənin əmlakını vahid niyyətlə gizli olaraq qəsdən talama məqsədilə atası Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəlib Ucar rayonu, Qaradağlı kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus hazırda istifadədə olmayan balıqartırma gölünün ərazisindən açıq sahədən bir neçə dəfəyə 2600 manat dəyərində 2600 metr uzunluğunda elektrik naqilini, 1560 manat dəyərində 26 ədəd işıq dirəyini, 300 manat dəyərində ikilaylı 1 ədəd dəmir qapını, 210 manat dəyərində 7 ədəd işıq lampasını və 300 manat dəyərində 15 ədəd su axınını tənzimləyən dəmir qapağı gizli olaraq qəsdən talayıb Zərərçəkmiş şəxs 4970 (dörd min doqquz yüz yetmiş) manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını vahid niyyətlə gizli olaraq talayıb qəsdən oğurluq etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.2 və 177.2.1-ci maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 177.2.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2022-ci ilin avqust ayının sonundan 2023cü ilin mart ayının axırlarına kimi Ucar rayonu, Qaradağlı kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus balıqartırma gölünün istifadəsiz olduğunu görüb arvadı Həcərin müalicəsinə görə pula ehtiyacı olduğundan oğurluq etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində oğlu Əli ilə birlikdə oğurluq etdiyini göstərmişdir. Halbuki, bu həqiqətə uyğun deyildir. Belə ki, o, ifadəsini oxumadan imzalamışdır. O, həmin yerdən bir neçə dəfə oğurluq etmiş və oğurluq etdiyi əşyaları Qurbanəli adlı həmkəndlisinə satmışdır. Qurbanəli də iki dəfə onunla ora getmiş və həmin əşyaların oğurluq olduğunu bilmişdir. Oğurluq edən zaman övladları yanında olmamışlar, oğurladığı əşyaları Qurbanəliyə satmış və Qurbanəli də satdığı əşyaların pulunu vermişdir. O, oğurladığı əşyaları 2 dəfə at arabası ilə, habelə velosipedlə aparmışdır. Oğlanları Əli və Yılmaz otardıqları qoyunların yanında qalmışlar, onun oğurluq etməyini bilməmişlər. Oğlu Əliyə otardıqları qoyunların yanında qalmağa görə 10 manat pul vermişdir. Əli onun oğurluq etməyini bilməmişdir. O, oğurluq etməyinə görə özünü təqsirli bilir və buna görə də səmimi peşimançılıq hissi keçirir, zərərçəkmiş şəxsə dəymiş zərəri tam ödəmişdir. Onun ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, övladlarını razı salaraq Zərərçəkmiş şəxs məxsus balıq gölü açıq sahədə və nəzarətsiz olduğundan orada gördükləri müxtəlif metal və sair əşyaları oğurlamaq qərarına gəlmişlər, ona görə də Ucar rayonu, Qaradağlı kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus balıqartırma gölününün ərazisindən dəmir dirəklər, armaturdan hazırlanmış dəmir qapılar, həmçinin ikilaylı dəmirqapı, eləcə də elektrik naqilləri və işıq lampaları (pojektorlar) oğurlamışdır. Belə ki, müxtəlif şəxslərə məxsus xırda buynuzlu heyvanları otarıb bunun müqabilində ayda 150 manat pul almışdır. Heyvanları çöl sahələrə aparıb-gətirən zaman Ucar rayonu, Qaradağlı kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus balıqartırma gölününün istifadəsiz olduğunu görüb oradan oğurluq etmək qərarına gəlmişdir, çünki maddi imkanı zəif olmuş, həm də arvadı Həcər xəstələndiyi üçün müalicəyə pulu olmamışdır. Ancaq oğurluğu tək etməyə qorxmuş, tək etməyə gücü çatmayacağını düşündüyünə görə oğurluq etmək fikrində olduğunu oğlu Əliyə demişdir. İlk dəfə 2022-ci ilin avqust ayının axırlarında dəqiq gününü və saatını xatırlamadığı vaxtda, axşam saatlarında Əli ilə birlikdə həmin yerə getmiş, orada dirəklərin arasında yerə düşmüş elektrik naqillərini toplamış, sonra həmin aliminumdan olan elektrik naqillərini iki gün ərzində velosipedlə həyətlərinə daşımışlar. Həyətdə həmin elektrik naqillərini əzdikdikdən sonra dəmiryığan həmkəndlisi Qurbanəliyə zəng etmiş, Qurbanəli həyətinə gəlmiş, sonuncu naqilləri çəkdikdə 25 kq və 35 kq olmaqla, ümumilikdə 60 kq gəlmişdir. Qurbanəli kiloqramı 1 manatdan hesablayaraq həmin naqillərə 60 manat pul verib almış, həmin puldan 10 manatını oğlu Əliyə, 10 manatını da oğlu Yılmaza vermişdir. Qurbanəli həmin alış-veriş zamanı ondan aliminium naqilləri haradan əldə etməsini soruşduqda tapdığını bildirmişdir. Bundan başqa, 2023-cü ilin sentyabr ayında Əlini razı salıb həmin göl ərazisindən orada qalan əşyalardan oğurlamaq üçün dəqiq günü və saatı yadında qalmayan vaxtlarda Əli ilə ayrı-ayrı velosipedlərdə bir neçə dəfə həmin yerə getmiş, artıq hava qaralmış, orada hər dəfəsində ən çoxu 3 ədəd olmaqla ümumillikdə 8 ədəd dəmir işıq dirəyini evdən götürdükləri mişarla kəsmiş, sonra velosipedlərə qoyub yaşadıqları evin həyətinə gətirmişlər. Dəmir elektrik dirəklərini yerə boşaldıb hər birini üç yerə kəsmişdir. Qurbanəliyə zəng edib dəmir dirəklər satdığını dedikdə Qurbanəli həyətlərinə gəlmiş, ondan dəmirləri haradan əldə etdiyini soruşduqda hər dəfəsində dəmirləri tapdığını demişdir. Sonra Qurbanəli kəsilmiş hissələri qapanla çəkib 3 ədəd kəsilmiş dirəklərə ümumilikdə 20 manat pul verib almış, hər pul aldıqda Əliyə 2 manat vermişdir. Bundan sonra 2022-ci ilin oktyabr ayının əvvələrində Əlini razılaşdırıb sözügedən yerdən orada qalan dəmir əşyalardan oğurlamaq məqsədi ilə həmin gün gecə saatlarında ayrı-ayrı velosipedlərlə balıqartırma gölünün ərazisinə gedib orada kəsdikləri dəmir işıq dirəklərindən qopub yerə düşmüş elektrik naqillərini oğurlayıb yaşadıqları evin həyətinə gətirmiş, həmin naqilləri əzmişlər. O, Qurbanəliyə zəng etmiş, aliminum satdığını bildirmiş, Qurbanəli onlara gəlib aliminiumu çəkərək 50 kq olan aliminiuma kiloqramı 1 manatdan olmaqla ümumilikdə 50 manat pul vermiş, həmin puldan Əliyə 5 manat vermişdir. 2022-ci ilin oktyabr ayının ortalarından axırlarına kimi ola müddət ərzində Əli ilə eyni yerdən oğurluq etmiş, belə ki, 2022-ci ilin oktyabr ayının ortalarında Əli ilə yenə oradan oktyabr ayının ortalarından axırlarına kimi 3 dəfə velosipedlə balıqartırma gölünün ərazisinə gedib orada kəsdikləri dəmir işıq dirəklərindən qopub yerə düşmüş elektrik naqillərini və dirəklərin üstündə quraşdırılmış 7 ədəd güclü işıq cihazlarını “projektorları”, həmçinin oradan olan anbarın ikilaylı dəmir qapısını yerindən vurub çıxardıqdan sonra nazik kəsərək oğurlayıb yaşadıqları evin həyətinə gətirmişlər. Həmin naqilləri əzmiş, Qurbanəliyə zəng edərək aliminium satdığını bildirmişdir. Qurbanəli onlara gəlmiş, aliminiumu çəkmişdir. Oktyabr ayının axırlarına kimi ayrı-ayrı günlərdə Qurbanəliyə 30 kq, 35 kq və 60 kq olan aliminiumu kiloqramı 1 manatdan olmaqla müvafiq olaraq 30 manat, 35 manat və 60 manata satmış, hər puldan Əliyə 5 manat vermiş, qapını isə 10 manata Qurbanəliyə satmış, həmin puldan da Əliyə 1 manat vermişdir. Projektorların 2 ədədini isə həyətinə quraşdırmış, digərlərini isə qırıldığı üçün zibillikdə yandırmışdır. Bundan sonra 2022-ci ilin dekabr ayının ortalarından axırlarına kimi oğlu Əli ilə eyni yerdən oğurluq etmişdir. Belə ki, 2022-ci ilin dekabr ayının ortalarında Əli ilə həmin ayın ortalarından axırlarına kimi bir neçə dəfə velosipedlə balıqartırma gölünün ərazisinə gedib orada 18 ədəd dəmir işıq dirəklərindən kəsmiş, eyni zamanda balıqartırma gölündə suyun giriş çıxışına qoyulmuş armaturdan hazırlanmış 15 ədəd dəmir qapını da oğurlamış, bununla yanaşı kəsdikləri dirəklərdən yerə düşmüş elektrik naqillərini oğurlayıb yaşadıqları evin həyətinə gətirmişlər. Orada həmin 18 ədəd dəmir dirəkləri 3 yerə bölmüş, aliminiumdan olan elektrik naqillərini əzmiş, Qurbanəliyə zəng edərək aliminium və dəmir satdığını bildirmişdir. Qurbanəli onlara gəlmiş, dekabr ayının axırlarına kimi ayrı-ayrı günlərdə 18 ədəd dəmir dirəklərin parçalarını qapanla çəkdikdən sonra ümumilikdə 120 manat pul vermiş, Qurbanəli aliminumu çəkərək 94 kq olan aliminiumun kiloqramı 1 manatdan olmaqla 94 manat pul verib almışdır. 15 ədəd 30 kq-lıq armatur dəmirdən hazırlanmış qapılara isə kiloqramı 35 qəpikdən hesablamış, Qurbanəli hər bir qapı üçün 10 manat 50 qəpik olmaqla ümumilikdə ona 157 manat 50 qəpik pul verib ondan almışdır. O, Qurbanəlidən aldığı həmin pullardan Əliyə 3-5 manat cib xərcliyi vermişdir. Bundan sonra 2023-cü ilin yanvar ayında Əli ilə eyni yerdən oğurluq etmişdir. Belə ki, 2023-cü ilin yanvar ayında dəqiq gününü xatırlamadığı vaxtda Əliylə bir neçə dəfə velosipedlə balıqartırma gölünün ərazisinə gedib oradakı dəmir dirəklərdən kəlbətin ilə aliminiumdan olan elektrik naqillərini növbəli şəkildə kəsmiş, sonra oğurladıqları naqilləri yaşadıqları evin həyətinə gətirmiş, orada həmin aliminiumdan olan elektrik naqillərini əzdikdən sonra Qurbanəliyə zəng etmiş, aliminium satdığını bildirdikdə sonuncu onlara gəlmişdir. Qurbanəli aliminiumu çəkdikdə 95 kq olan aliminiumu kiloqramı 1 manatdan olmaqla 95 manat pul verib almış, o isə Əliyə 5 manat vermişdir. Bundan sonra sonuncu dəfə, 2023cü ilin mart ayının axırlarında Əli ilə birlikdə eyni yerdən oğurluq etmişdir. Belə ki, 2023-cü ilin mart ayının axırlarında dəqiq gününü xatırlamadığı vaxtda bir neçə dəfə velosipedlə balıqartırma gölünün ərazisinə gedib oradakı dəmir dirəklərdən kəlbətin ilə aliminiumdan olan elektrik naqillərini növbəli şəkildə kəsmiş, sonra oğurladıqları naqilləri yaşadıqları evin həyətinə gətirib orada həmin aliminiumdan olan elektrik naqilərini əzdikdən sonra Qurbanəliyə zəng edərək aliminium satdığını bildirmişdir. Qurbanəli onlara gəlib aliminiumu çəkmiş, 97 kq olan aliminiumu kiloqramı 1 manatdan olmaqla 97 manat pul verib almış, Əliyə 5 manat pul vermişdir. 30 aprel 2023-cü il tarixdə tanımadığı nömrədən ona zəng gəlmiş və oğurluqların üstünün açıldığını bilmişdir. Hazırda bir valideyn kimi çox utandığını və törətdiyi əməllərindən peşiman olduğunu bildirmişdir. Məhkəmədən zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin onlara qarşı şikayət və tələbinin olmamasını, dəymiş zərərin tam ödənilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, CM-in 177.1-ci maddəsi ilə özünü təqsirli bilib törətdiyi əmələ görə peşimançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb CM-in 177.1-ci maddəsi ilə nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək qanuni nümayəndəsinin iştirakı ilə ifadəsində göstərdi ki, 2022-ci ildə nənəsi xərçəng xəstəliyindən və anası da xəstəlikdən əziyyət çəkmişlər. Atası ona və qardaşının yanında Yılmaza otardığı qoyunlarının yanında qalmağı demiş və dəmir kəsməyə getmişdir. Atası dəmir kəsib satmışdır, onlar da heyvanın yanında qalmışlar. Əldə etdiyi pulu da nənəsinin müalicəsinə xərcləmişdir. Əlavə olaraq bildirdi ki, atası ona qardaşının yanında qoyunun yanında qalmağına görə satdığı dəmirdən 10 manat pul vermişdir. Oğurluq etdiyini bilmişdir. Qurbanəlini tanımışdır, Qurbanəli dəmir alıb-satır, iki dəfə at arabası ilə atası ilə getmişdir. O və Yılmaz onun yanında olmamışlar. Müdafiəçinin yanında ifadə vermişdir. Özü ifadəsini yazmamış və oxumamışdır. Atasının Yılmaza pul verdiyini bilməmişdir. Qurbanəlinin atasına pul verdiyini görməmişdir. Atası Qurbanəlidən pul aldığını demişdir. Onun ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Ucar rayonu, Qaradağlı kənd sakini Zərərçəkmiş şəxs məxsus balıqartırma gölü açıq və nəzarətsiz sahədə olduğundan atasının təkidi ilə orada olan metal və sair əşyaları oğurlamaq qərarına gəlmişlər. Atası ilə razılığa gələrək bu məqsədlə Ucar rayonu, Qaradağlı kəndi ərazisində yerləşən X2 məxsus balıqartırma gölününün ərazisindən dəmir dirəklər, armaturdan hazırlanmış dəmir qapılar, həmçinin ikilaylı dəmirqapı, eləcə də elektrik naqilləri və işıq lampaları (projektorlar) oğurlamışdır. Belə ki, atası Elbrus bu barədə ona demiş, o da atası ilə razılaşmış, ilk dəfə 2022-ci ilin avqust ayının axırlarında, dəqiq gününü və saatını xatırlamadığı vaxtda axşam saatlarında atası ilə birlikdə həmin yerə getmiş, orada dirəklərin arasında yerə düşmüş elektrik naqillərini toplamış, sonra həmin aliminiumdan olan elektrik naqillərini iki gün ərzində velosipedlə həyətlərinə daşımışlar. Həyətdə həmin elektrik naqillərini əzdikdən sonra atası Elbrus dəmiryığan həmkəndlisi Qurbanəliyə zəng etmiş, Qurbanəli həyətlərinə gəlmiş, naqilləri çəkdikdə naqillər 25 kq və 35 kq olmaqla ümumilikdə 60 kq gəlmişdir. Qurbanəli kiloqramı 1 manatdan hesablayaraq həmin naqillərə 60 manat pul verib almış, atası həmin puldan 10 manatını ona vermişdir. Qurbanəli həmin alış-veriş zamanı atasından aliminium naqillərini haradan əldə etməsini soruşduqda sonuncu tapdıqlarını bildirmişdir. Bundan başqa, 2022-ci ilin sentyabr ayında atası Elbrus onu razı salıb dəqiq günü və saatı yadında qalmayan vaxtlarda ayrı-ayrı velosipedlərdə bir neçə dəfə həmin yerə getmiş, artıq hava qaralmış, orada hər dəfəsində ən çoxu 3 ədəd olmaqla ümumillikdə 8 ədəd dəmir işıq dirəyini evdən götürdükləri mişarla kəsmiş, sonra velosipedlərə qoyub yaşadıqları evin həyətinə gətimiş, dəmir elektrik dirəklərini yerə boşaldıb hər birini üç yerə kəsmişlər. Atası, Qurbanəliyə zəng edib dəmir dirəklər satdığını dedikdə Qurbanəli həyətlərinə gəlmiş, sonuncu atasından dəmirləri haradan əldə etdiklərini soruşduqda hər dəfəsində dəmirləri tapdıqlarını demişdir. Sonra Qurbanəli kəsilmiş hissələri qapanla çəkib 3 ədəd kəsilmiş dirəklərə ümumilikdə 20 manat pul verib almış, hər pul aldıqda atası ona 2 manat vermişdir. Bundan sonra 2022-ci ilin oktyabr ayının əvvələrində atası onu yenə həmin yerdən orada qalan əşyalardan oğurlamaq üçün gecə saatlarında birlikdə ayrı-ayrı velosipedlərlə balıqartırma gölünün ərazisinə gedib orada kəsdikləri dəmir işıq dirəklərindən qopub yerə düşmüş elektrik naqillərini oğurlayıb yaşadıqları evin həyətinə gətirmiş, həmin naqilləri əzmişlər. Atası, Qurbanəliyə zəng etmiş, aliminium satdığını bildirmiş, Qurbanəli onlara gəlmiş, aliminiumu çəkmiş, 50 kq olan aliminuma kiloqramı 1 manatdan olmaqla ümumilikdə 50 manat pul vermiş, atası ona 5 manat vermişdir. 2022-ci ilin oktyabr ayının ortalarından axırlarına kimi olan müddət ərzində atası ilə birlikdə eyni yerdən oğurluq etmişdir. Belə ki, 2022-ci ilin oktyabr ayının ortlarında Elbrus ona yenə oktyabr ayının ortalarından axırlarına kimi 3 dəfə velosipedlə balıqartırma gölünün ərazisinə aparıb orada kəsdikləri dəmir işıq dirəklərindən qopub yerə düşmüş elektrik naqillərini və dirəklərin üstündə quraşdırılmış 7 ədəd güclü işıq cihazlarını “projektorları”, həmçinin oradan olan anbarın ikilaylı dəmir qapısını yerindən vurub çıxardıqdan sonra nazik kəsərək oğurlayıb yaşadıqları evin həyətinə gətirib həmin naqilləri əzmişlər. X9 zəng etmiş, aliminium satdığını bildirmiş, Qurbanəli onlara gəlmiş, aliminiumu çəkmiş, oktyabr ayının axırlarına kimi ayrı-ayrı günlərdə Qurbanəliyə 30 kq, 35 kq və 60 kq olan aliminiumu kiloqramı 1 manatdan olmaqla müvafiq olaraq 30 manat, 35 manat və 60 manata satmışlar. Atası hər puldan ona 5 manat pul vermişdir. Atası qapını isə 10 manata Qurbanəliyə satmış, həmin puldan da 1 manat ona vermişdir. Projektorların 2 ədədini isə həyətlərinə quraşdırmış, digərlərini isə qırıldığı üçün zibillikdə yandırmışlar. Bundan sonra 2022-ci ilin dekabr ayının ortalarından axırlarına kimi atası ilə birlikdə eyni yerdən oğurluq etmişdir. Belə ki, 2022-ci ilin dekabr ayının ortalarından axırlarına kimi atası onu bir neçə dəfə velosipedlə balıqartırma gölünün ərazisinə aparmış orada 18 ədəd dəmir işıq dirəklərindən kəsmiş, eyni zamanda balıqartırma gölündə suyun giriş çıxışına qoyulmuş armaturdan hazırlanmış 15 ədəd dəmir qapını da oğurlamış, bununla yanaşı kəsdikləri dirəklərdən yerə düşmüş elektrik naqillərini oğurlayıb yaşadıqları evin həyətinə gətirmişlər. Orada həmin 18 ədəd dəmir dirəkləri 3 yerə bölmüş, aliminiumdan olan elektrik naqillərini əzmişlər. X9 zəng edib aliminium və dəmir satdığını bildirmişdir. Qurbanəli onlara gəlmiş, dekabr ayının axırlarına kimi ayrı-ayrı günlərdə 18 ədəd dəmir dirəklərin parçalarını qapanla çəkdikdən sonra ümumilikdə 120 manat pul vermiş, aliminiumu çəkib 94 kq olan aliminiumu kiloqramı 1 manatdan olmaqla 94 manat pul verib almışdır. 15 ədəd 30 kq-lıq armatur dəmirdən hazırlanmış qapılara isə kiloqramı 35 qəpikdən hesablamış, hər bir qapı üçün 10 manat 50 qəpik olmaqla ümumilikdə atası Elbrusa 157 manat 50 qəpik pul verib almış, atası Elbrus Qurbanəlidən aldığı həmin pullardan ona 3-5 manat cib xərcliyi vermişdir. 2023-cü ilin yanvar ayında dəqiq gününü xatırlamadığı vaxtda atası onu yenə göl ərazisindən dəmir və sair oğurlmaq məqsədi ilə ay ərzində bir neçə dəfə velosipedlə balıqartırma gölünün ərazisinə aparıb oradakı dəmir dirəklərdən kəlbətin ilə aliminiumdan olan elektrik naqillərini növbəli şəkildə kəsmiş, sonra oğurladıqları naqilləri yaşadıqları evin həyətinə gətirmiş, orada həmin aliminiumdan olan elektrik naqillərini əzmişlər. Sonra X9 zəng edib aliminium satdığını bildirmiş, Qurbanəli onlara gələrək aliminiumu çəkmiş, 95 kq olan aliminiumu kiloqramı 1 manatdan olmaqla 95 manat pul verib almışdır. Atası ona 5 manat pul vermişdir. Bundan sonra sonuncu dəfə, yəni 2023-cü ilin mart ayının axırlarında atası ilə birlikdə bir neçə dəfə velosipedlə balıqartırma gölünün ərazisinə gedib oradakı dəmir dirəklərdən kəlbətin ilə aliminiumdan olan elektrik naqillərini növbəli şəkildə kəsmiş, sonra oğurladıqları naqilləri yaşadıqları evin həyətinə gətirmiş, orada həmin aliminiumdan olan elektrik naqilərini əzmişlər. Sonra X9 zəng etmiş, aliminium satdığını bildirmiş, Qurbanəli onlara gələrək aliminiumu çəkmiş, 97 kq olan aliminiumu kiloqramı 1 manatdan olmaqla 97 manat pul verib almışdır. Məhkəmədən elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini nəzərə alıb onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, əvvəllər Ucar rayonu, Qaradağlı kəndində yerləşən balıqartıma gölünü işlətmiş, həmin gölün yerləşdiyi ərazi ona məxsus olmasına baxmayaraq səhhəti ilə əlaqədar işlərinə davam edə bilməmiş, nəticədə həmin balıqartırma gölü fəaliyyətini dayandırmışdır. Həmin gölün ərazisi böyük olmaqla ətrafı hər hansı bir formada hasarlnamamışdır. Yəni gölün ərazisinin dörd bir tərəfi açıq vəziyətdə olmuşdur. Buna görə də istənilən şəxs istədiyi vaxt həmin əraziyə daxil olmaqda sərbəst olmuşdur. Təxminən 10 ilə yaxındır ki, həmin göldən istifadə olunmamış, buna baxmayaraq həmin gölün ərazisində bir neçə tikili, eləcə də gölün ətrafında özünün çəkdirdiyi elektrik dirəkləri olmuş, səhhəti ilə əlaqədar həmin gölün ərazisində yerləşən tikililərə nəzarət etməyi tanışı Ucar rayonu, Çiyni kəndindən olan X2 tapşırmış, Fizuli də arabir öz işlərindən imkan tapdıqca həmin gölün yerləşədiyi əraziyə gedib-gəlmiş və ona bu barədə xəbər vermişdir. 19 aprel 2023-cü il tarixdə Fizuli ona zəng edərək gölün yerləşədiyi ərazidə olan bir neçə işıq dirəyinin oğurlanmasını bildirmiş, danışıqlarına əsasən Fizuli polisə bu barədə xəbər verməmiş, həmin vaxt Bakı şəhərində olmuş, Fizuli ona həmin əraziyə ətraflı baxacağını və ora nəzarəti gücləndirəcəyini demişdir. 27 aprel 2023-cü il tarixdə Fizuli ona zəng edərək əraziyə nəzarəti gücləndirsə də, hadisəni kimin törətdiyini aşkar edə bilmədiyini və həmin ərazidən başqa əmlakın da oğurlandığını bildirmişdir. Fizuliyə polisə müraciət etməsini və qısa vaxtda özünün də Ucar rayonuna gələcəyini demiş, sonra Fizuli Ucar Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmiş, ona da zəng edib həmin ərazidən ümumilikdə 4970 manat dəyərində əmlakın, yəni 2600 manat dəyərində 2600 metr uzunluğunda elektrik naqilinin (1 metri 1 manat), 1560 manat dəyərində 26 ədəd işıq dirəyinin (1 ədədi 60 manat), 300 manat dəyərində ikilaylı 1 ədəd dəmir qapının, 210 manat dəyərində 7 ədəd işıq lampasının (1 ədədi 30 manat) və 300 manat dəyərində 15 ədəd su axınını tənzimləyən dəmir qapağın (1 ədədi 20 manat) oğurlanmasını xəbər vermişdir. O isə 01 may 2023-cü il tarixdə Ucar Rayon Polis Şöbəsinə gələrək ona maddi ziyan dəydiyi üçün iş üzrə zərərçəkmiş şəxs qismində tanınması barədə ərizə vermiş, Ucar Rayon Polis Şöbəsində olarkən həmin oğurluq əməlinin Ucar rayonu, Qaradağlı kənd sakini Təqsirləndirilən şəxs1 və sonuncunun iki övladı Təqsirləndirilən şəxs2 və Şahid1 tərəfindən törədildiyini öyrənmişdir. Adlarını çəkdiyi şəxsləri tanımamış, onlarla arasında hər hansı bir düşmənçiliyi və ədavəti olmamış, baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 4970 manat maddi ziyan dəymişdir. Ona məxsus elektrik naqili yerli istehsaldır, 4-mm-lik diametrli aliminiumdan hazırlanmışdır, dəmir dirək 4 metr uzunluğunda olmuş, yerli istehsaldır, diametri 10 sm-lik, dəmirin eni 3 mm olmuşdur, 1 ədəd dəmir qapı yerli istehsaldır, 4x3 metr enində orta hissəsi nazik dəmir şiferdən, kənarları 1,5 sm-lik armaturdan hazırlanmışdır, işıq lampaları yerli istehsaldır, 28 sm en və uzunluğa malikdir, üzərində “50W” və “İP66” sözləri yazılmışdır, su axını tənzimləmək üçün olan qapılar yerli istehsaldır, hər biri 1,5 sm-lik 1 metr uzunluğunda 10 ədəd armaturdan hazırlanmışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək ona dəymiş ziyanın aradan qaldırıldığını, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını göstərib növbəti məhkəmə iclası olduğu təqdirdə onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə istintaqında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o və qardaşı Əli otardığı qoyunun yanında olmuşlar. Həmin vaxt atası da Qurbanəli ilə turba gətirməyə getmişdir. Əlavə olaraq bildirdi ki, qonşusunun qoyunlarını otarır. Atası evə gələndə o, qoyunların yanında olur və qoyunun yanında dayanmağa görə pul vermir. Atası ona dəmir gətirməyə gedəndə pul verməmişdir. Müstəntiq ona imza etməyi demişdir. Ona müstəntiq demişdir ki, belə ifadə ver. Dəmir oğurlamağa getməmiş, kənardan görmüşdür. Bir ədəd velosipedi var, atası qoyuna baxmağa gedəndə istifadə edir. Qoyun otardığı yer aralıda yerləşir. Atası bir neçə dəfə gedib dəmir gətirmişdir. Atası Qurbanəli ilə birlikdə getmişdir. Atasına kömək etməmişdir, atası mişarla kəsib velisopedin arxasına bağlayıb gətirmişdir. Atası dəmir gətirəndə o, qoyunun yanında olmuşdur. Qurbanəlini görmüşdür, amma danışıqlarını eşitməmişdir. Atası həmin pulu anasının müalicəsinə xərcləmişdir. Atası ona pul verməmişdir. Qardaşı Əliyə isə pul verdiyini bilmir. Onun ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrinə oxşar ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, dəmir yığıb satmaqla məşğul olur, həmkəndliləri Təqsirləndirilən şəxs1 tanıyır və aralarında heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 2022-ci ilin yay aylarında dəqiq ayını və gününü xatırlamadığı vaxtda Elbrus ona mobil telefon ilə zəng edib aliminium satdığını bildirmiş, metal qəbulu yerində işlədiyi üçün bütün tanışlarına, eləcə də həmkəndlilərinə öz mobil nömrəsini vermiş, həmin zəngdən sonra Elbrusun həyətinə getmiş, əzilmiş halda olan naqilləri çəkmişdir. Çəkiləri 25 kq və 35 kq olmaqla ümumilikdə 60 kq gəlmiş, kiloqramı 1 manatdan hesablayaraq həmin naqillərə 60 manat pul verib almışdır. Həmin alış-veriş zamanı Elbrusdan aliminium naqilləri haradan əldə etməsini soruşduqda sonuncu ona tapdığını bildirmiş, alış-veriş etdikdən sonra onlarla sağollaşmışdır. Bundan başqa, 2022-ci ilin sentyabr ayında Elbrusdan sonuncunun həyətində kəsilmiş halda olan dəmir parçaları almış, hər 3 parçaya 20 manat pul vermiş, Elbrusdan dəmirləri haradan əldə etdiyini soruşduqda sonuncu hər dəfəsində dəmirləri tapdığını demişdir. Bundan sonra 2022-ci ilin oktyabr ayının əvvələrində dəqiq günü yadında qalmayan vaxtda, günorta saatlarında Elbrus ona zəng etmiş, aliminium satdığını bildirdikdə Elbrusgilə getmiş, aliminiumu çəkmişdir. 50 kq olan aliminuma kiloqramı 1 manatdan olmaqla ümumilikdə 50 manat pul vermişdir. Bundan sonra 2022-ci ilin oktyabr ayında Elbrusdan dəqiq çəkiləri yadında qalmayan əzilmiş halda aliminum və kəsilmiş nazik dəmir almış, onlara nə qədər pul verdiyini hazırda xatırlamır. Bundan sonra 2022-ci ilin dekabr ayında Elbrusdan çəkisi yadında qalmayan armatur, elektrik naqilləri və dəmir parçaları almış, hazırda çəkiləri və nə qədər pul verdiyi yadında qalmamışdır. Bundan sonra 2023-cü ilin yanvar ayından mart ayına kimi Elbrusdan bir neçə dəfə aliminum almış, çox adamdan alış-veriş etdiyi üçün hazırda konkret olaraq nə qədər aliminium aldığını və nə qədər pul verdiyini xatırlamamışdır. 30 aprel 2023-cü il tarixdə tanımadığı nömrədən ona zəng gəlmiş, onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə gəldikdən sonra Elbrusun ona satmış olduğu dəmir və sair əşyaların oğurluq olmasını öyrənmişdir. Elbrusdan aldığı metal və sair əşyaları müxtəlif qiymətə tanımadığı adamlara və poladəritməyə satmışdır. Eyni zamanda həmin əşyalardan həmkəndliləri İlyas və Tahir adlı şəxslərə də verib əvəzində başqa dəmir əşyalar almışdır. Elbrusdan aldığı malları Elbrusun yaşadığı evin həyətində almışdır, Elbrus da oğurluq olmadığını demişdir. Elbrusun oğlu da orada olmuş və dəmir aldığını görmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, yaşadığı Ucar rayonu, Qaradağlı kəndinin baxçasında təsərrüfat müdiri vəzifəsində çalışmış, Ucar rayonu, Qaradağlı kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus balıqartırma gölünün ərazisində yerləşən anbar tipli tikilidən əşyaların oğurlamasını sonradan bilmiş, əvvəlcədən bununla bağlı heç bir məlumatı olmamışdır. Belə ki, təxminən 2023-cü ilin aprel ayının 21-də həmkəndlisi dəmiryığan Şahid4 ilə kənd ərazisində qarşılaşmış, Qurbanəli ondan həyətdə artıq dəmir olub-olmadığını soruşduqda sonuncuya dəmir olduğunu demiş, onlar birlikdə həyətə getmişlər. Orada Qurbanəli köhnə hamam sobası, kömür sobası, xırda dəmir qırıqları götürmüş, Qurbanəlidən bunun əvəzində pul istəməmiş, sonuncuya ona dəmir dirəklər lazım olduğunu demişdir. Qurbanəli ona özündə dəmir dirəklər olduğunu bildirmiş, bundan təxminən 2 gün sonra, yəni 2023-cü ilin aprel ayının 23-də Qurbanəli kəsilmiş dəmir dirək hissələri gətirib onların həyətinə boşaltmış, həmin dəmir parçalarını birləşdirib yenidən dirək halına salmış və 5 ədəd dəmir dirək düzəltmişdir. 02 may 2023-cü il tarixdə yaşadığı evə polis əməkdaşları gəlmiş, ondan həyətində oğurluq dirəklər olduğunu deyib həyətə baxış keçirtmiş, Qurbanəlinin ona verdiyi dəmir dirəkləri götürmüşlər. O, həmin vaxt Qurbanəlinin ona verdiyi dirəklərin oğurluq olduğunu bilmiş, həmin vaxta kimi dirəklərin oğurluq olduğunu bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Ucar rayonu, Qaradağlı kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus balıqartırma gölünün ərazisində yerləşən anbar tipli tikilidən əşyaların oğurlamasını sonradan bilmiş, əvvəlcədən bununla bağlı heç bir məlumatı olmamışdır. Belə ki, təxminən 2023-cü ilin aprel ayının əvvəllərində həmkəndlisi dəmiryığan Şahid4 qapısına gəlib onunla görüşmüş, ondan həyətdə artıq dəmir olub-olmadığını soruşduqda sonuncuya dəmir olduğunu demiş, onlar birlikdə həyətə keçmişlər. Orada Qurbanəli köhnə 9 metr dəmir boru və xırda dəmir qırıqları götürmüşdür. Razılığa əsasən Qurbanəli ona bunun əvəzində ümumilikdə 15 metrlik xırda dəmir parçaları vermişdir. Həmin dəmir parçaları ilə həyətində ot tayalarını yığmaq üçün yer düzəltmişdir. 02 may 2023-cü il tarixdə yaşadığı evə polis əməkdaşları gəlmiş, ondan həyətində oğurluq dirəklər olduğunu deyib həyətə baxış keçirtmişlər, Qurbanəlinin ona verdiyi dəmir dirəkləri götürmüşlər. O, həmin vaxt Qurbanəlinin ona verdiyi dirəklərin oğurluq olduğunu bilmiş, həmin vaxta kimi dirəklərin oğurluq olduğunu bilməmişdir. Cinayət işində olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 11 iyul 2023-cü il tarixli, 9/5149 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən və fotoşəkilləri təqdim edilmiş malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq 2022-ci ilin avqust-2023-cü ilin mart aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 238.60 manat müəyyən edilir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələrini, ekspert rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 CM-in 170.1 və 177.2.1-ci maddələrində və Təqsirləndirilən şəxs2 CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmiş və onlar həmin maddələr ilə təqsirli bilinib cəzalanmalıdırlar. Məhkəmə, Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamlar üzrə deyil, özünü CM-in 177.1-ci maddəsi ilə təqsirli bilməsi, Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməsi barədə ifadələrini özünümüdafiə, məsuliyyətdən yayınmaq kimi qiymətləndirir, Təqsirləndirilən şəxs1 CM-in 170.1 və 177.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə və Təqsirləndirilən şəxs2 CM-in 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olmaları məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi və işin digər materialları ilə sübuta yetirilmişdir. Həmçinin, məhkəmə qeyd olunanlara əsasən şahid-yetkinlik yaşına çatmayan Şahid1 də məhkəmə istintaqı zamanı verdiyi ifadəsini əsaslı hesab etmir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırılma aparılaraq fiziki və psixi zorakılığa tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Cinayət işinin materiallarında olan 167 nömrəli, 02 may 2023-cü il tarixli ekspert rəyindən (canlı şəxsin məhkəmə-tibbi ekspertizası) görünür ki, Təqsirləndirilən şəxs1 bədənində onun travma almasını göstərən obyektiv məhkəmə-tibb əlamətləri (qançır, sıyrıq, şişkinlik və s.) aşkar edilmədi. İş materiallarından və məhkəmədə tədqiq olunan sübutlardan görünür ki, 01 may 2023-cü il tarixdə Ucar Rayon Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi tərəfindən fakta görə CM-in 177.2.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. 03 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 CM-in 170.2 və 177.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 29 sentyabr 2023-cü ildə ona elan edilmiş ittihama əlavələr və dəyişiklik edilərək ona CM-in 170.2 və 177.2.1-ci maddələri ilə yenidən ittiham elan edilmiş və bu maddələr ilə məhkəməyə verilmişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 CM-in 170.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olmasını onunla əsaslandırmışdır ki, o, yetkinlik yaşına çatmayan övladı-xx xxxxxx 2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs2 tərbiyə etmək vəzifəsi daşıdığı halda ona vədlər verməklə cinayətkar fəaliyyətə cəlb etmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməlinin CM-in 170.2-ci maddəsi ilə tövsif edilməsi səhv mövqedir. CM-in 170.2-ci maddəsinin dispozisiyasına görə bu maddə ilə cinayət məsuliyyəti (əsas tərkibi nəzərdə tutan CM-in 170.1-ci maddəsi ilə birlikdə götürülməklə) eyni əməllə yetkinlik çatmayanı tərbiyə etmək vəzifəsini daşıyan şəxs tərəfindən törədildikdə yaranır. Həmin maddənin dispozisiyasında yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxsin olması təsbit olunmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X3 və anası X6 olan Təqsirləndirilən şəxs2 xx xxxxxx 2006-cı ildə doğulmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 atalığının müəyyən edilmədiyi məlum olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.3-cü maddəsinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da təsbit olunmuşdur. Belə ki, həmin qərara əsasən cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Məhkəmə bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 atalığı qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmədiyindən və Təqsirləndirilən şəxs1 onun üzərində valideyn kimi hüquq və vəzifələri müəyyən olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli CM-in 170.2-ci maddəsindən həmin Məcəllənin 170.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Cinayət işində olan Ucar Rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yerindən müsbət xarakterizə olunurlar. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhкəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmayan şəxs kimi cinayət törətməsini CM-in 59.1.2-ci maddəsinə, təqsirləndirilən şəxslərin cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəmələrini CM-in 59.1.13-cü maddəsinə, zərərçəkmiş şəxsin onlara qarşı şikayət və tələbinin olmamasını və yaşadıqları yerdən müsbət xarakterizə olunmalarını CM-in 59.2-ci maddəsinə əsasən оnların cəzаsını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəхslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində cəzаnı аğırlаşdırаn hаl müəyyən еtməmişdir. Məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun həyat şəraitinə təsirini nəzərə alaraq cəmiyyətdən təcrid edilmədən islah edilməsinin mümkün olmaması qənaətinə gəlməklə, Təqsirləndirilən şəxs1 yuxarıda qeyd olunan maddələrin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və CM-in 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 01 may 2023-cü ildə, saat 18:45-də şübhəli şəxs qismində tutulmuş, 03 may 2023-cü il tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə 03 may 2023-cü ildə, saat 18:30da müdafiəçinin iştirakı ilə ona elan olunmuş və müvəqqəti saxlama yerindən azad edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə həbsdə olduğu 2 gün müddət CM-in 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdr. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. CM-in 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs1 ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Məhkəmə törədilmiş cinаyətin хаrаktеrini və ictimаi təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs2 şəхsiyyətini, hаbеlə təyin оlunacaq cəzаnın şəхslərin islаh оlunmаsınа və оnun аiləsinin həyаt şərаitinə təsirini, cəzаnı yüngülləşdirən halları nəzərə аlıb, Təqsirləndirilən şəxs2 cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən Təqsirləndirilən şəxs2 CM-in 177.2.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 Ucar rayonu, Qaradağlı kəndində yaşayır. Belə olan halda, мəhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə Ucar rayonunun ərazi hüdudlarını tərk etməmək, eyni zamanda yaşadığı evi günün müəyyən vaxtı, yəni axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək vəzifəsi qoyulmalıdır. CM-in 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlər, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda, ədalət prinsipi zərərçəkmiş şəxs qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. CM-in 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə Ucar rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlığın mədudlaşdırılması cəzasının müddətinin əvvəlini məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmasını qanuni və əsaslı hesab edir. Məhkəmə, CPM-in 346.1.19-cu maddəсinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan 2 (iki) ədəd işıq lampası və 7 (yeddi) ədəd dəmir parçası Zərərçəkmiş şəxs qaytarılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyindən bаrəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə zalından həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, eyni zamanda, Təqsirləndirilən şəxs2 hazırda yetkinlik yaşına çatdığından onun barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, CPM-in 346.1.22-ci maddəsinin tələblərinə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X10 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 17 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi, habelə məhkəmə məsrəfinin (ekspertiza xərcinin) təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulması və maddi sübutların qaytarılması hissəsində icra edilməsi Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs1 göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 147 (bir yüz yetmiş) manat və məhkəmədə Təqsirləndirilən şəxs2 göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 196 (bir yüz doxsan altı) manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 2 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə həbsdə olduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla üzərində qəti olaraq 2 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 17 yanvar 2024-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs1 bаrəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə Ucar rayonu ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri оlаn Ucar rayonu, Qaradağlı kəndində yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv edilsin, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan 2 (iki) ədəd işıq lampası və 7 (yeddi) ədəd dəmir parçası Zərərçəkmiş şəxs qaytarılsın. Hökmün məhkəmə məsrəfinin (ekspertiza xərcinin) təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulması və maddi sübutların qaytarılması hissəsində icra edilməsi Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs1 göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 147 (bir yüz yetmiş) manat və məhkəmədə Təqsirləndirilən şəxs2 göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 196 (bir yüz doxsan altı) manat məbləğində pul ödənilsin. Hökmdən elan edildiyi vaxtdan, Təqsirləndirilən şəxs1 isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №1(063)-7/2024
Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-7/2024
17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver