Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-7/2025 12.03.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 12 mart 2025-ci il tarixdə, Ucar Rayon Məhkəməsinin inzibati binasında xx xxxx 1999-cu il tarixdə Ucar rayonu, Qazıqumlaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ucar rayonu, Qazıqumlaq kəndində qeydiyyatda olan və Ucar şəhəri, 28 May küçəsində fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 185.2.4cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 04 mart 2024-cü il tarixdə, saat 14 radələrində işlədiyi ünvan 1 ünvanında yerləşən avtoyuma məntəqəsində olarkən Ucar şəhər sakini Şahid1 idarə edərək yuyulması üçün gətirib təqdim etdiyi, Zərərçəkmiş şəxs məxsus “Mercedes Benz E 220 CDİ” markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmək üçün sürücünün açarları avtomobilin üzərinə qoyub getməsindən istifadə edib mühərriki işə salaraq nəqliyyat vasitəsini avtoyuma məntəqəsinin ərazisindən kənara çıxarıb Ucar şəhəri, Heydər Əliyev prospekti ilə idarə edərkən qəfil idarə etməni itirib ehtiyatsızlıqdan avtomobili yol kənarındakı divara çırparaq avtomobilin arxa oturacağında əyləşmiş sərnişin Şahid2 sağ üst göz qapağının və alın nahiyyəsinin çoxsaylı sıyrıqları ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər alması və Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni 11000 manat maddi ziyan dəyməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CMin 185.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Ucar rayonu, Qazıqumlaq kəndində qeydiyyatda olmaqla, Ucar şəhəri, 28 May küçəsində ailə üzvləri ilə birlikdə yaşayır. Hadisə baş verdiyi tarixdən təxminən bir ay əvvəl Ucar şəhəri ərazisində "xxxx" ASC-nin yaxınlığında yerləşən Cavid adlı şəxsə məxsus avtoyuma məntəqəsində işə başlamışdır. 04 mart 2024-cü il tarixdə, saat təxminən 08 radələrində evdən çıxaraq işə getmiş, saat 12 radələrində iş yoldaşı Şahid2 ilə birlikdə avtoyuma məntəqəsində spirtli içki qəbul etmişlər. Spirtli içki qəbul etdikdən sonra sərxoş olduğundan baş vermiş hadisə ilə bağlı heç nə xatırlamır. Hesab edir ki, o, avtomobili idarə etməmişdir. Sadəcə hadisədən bir neçə gün sonra Cavid ona demişdir ki, “polisdə de ki, maşını mən sürmüşəm”. Hesab edir ki, Cavid bunu ona deməkdə məqsədi özünün cinayət məsuliyyətindən yayınmaq və onun cinayət məsuliyyətinə cəlb edilməsi olmuşdur. Lakin o, həmin vaxt Cavidin yalan sözlərinə inanaraq ibtidai istintaq zamanı başqa cür ifadə vermişdir. Odur ki, hesab edir ki, onun təqsiri yoxdur və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs hazırda ziddiyyətli ifadə verərək təqsirini etiraf etməməsi özünümüdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə iclasında elan edilmiş və məhkəməyədək istintaq dövründə vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərmişdir ki, Ucar şəhəri, 28 May küçəsində ailə üzvləri ilə birlikdə yaşayır. Hadisə baş verdiyi tarixdən təxminən bir ay əvvəl Ucar şəhəri ərazisində "xxxx" ASC-nin yaxınlığında yerləşən Cavid adlı şəxsə məxsus avtoyuma məntəqəsində işə başlamışdır. 04 mart 2024-cü il tarixdə, saat təxminən 08 radələrində evdən çıxaraq işə getmiş, saat 12 radələrində iş yoldaşı Şahid2 ilə birlikdə avtoyuma məntəqəsində spirtli içki qəbul etmişlər. Spirtli içki qəbul etdikdən bir qədər sonra əvvəldən tanıdığı Ucar şəhər sakini Səlim adlı şəxs idarə etdiyi “Mercedes E class” markalı avtomobil ilə avtoyuma məntəqəsinə gələrək, ona avtomobilini yumağı demişdir. O isə Səlimə avtomobili yuya bilməyəcəyini, sərxoş vəziyyətdə olduğunu bildirmişdir. Bundan sonra Səlim təkidlə avtomobili yumağı demişdir. O, Səlimə yenidən avtomobili yumayacağını bildirsə də, Səlim avtomobili açarları üzərində olmaqla avtoyuma məntəqəsinə yumağı üçün qoyaraq çıxıb getmişdir. Bundan sonra halı olmadığına görə avtomobili Aqil yumuşdur. Səlim yanlarında olarkən Aqil avtomobili yumaq üçün idarə etməyə başlamışdır. Belə ki, ümumiyyətlə Səlim ilə atası Xəyyam avtomobili həmişə onun yanında yudurtmuş, o, Səlim və Xayyamın yanında da, avtomobili idarə etmiş və bununla bağlı ona heç vaxt irad bildirilməmişdir. Həmin gün Aqil avtomobili yuyub qurtardıqdan sonra o, avtomobilin suyunun tökülməsi məqsədilə sükan arxasına əyləşmişdir. Həmin vaxt Aqilin avtomobilin arxa oturacağına əyləşməsindən xəbəri olmamışdır. O, avtomobili avtoyuma məntəqəsinin ərazisində sürmək istəsə də, sərxoş olduğu üçün özü də hiss etmədən avtomobil ilə məntəqənin kənarına çıxmış və bir qədər irəli gedib "xxxx" ASC-nin binasının yanında dönmə manevri etmişdir. Dönüb geriyə qayıtdıqdan sonra avtomuyuma məntəqəsinə olan döngədə ayağı qaz pedalına ilişmiş və avtomobili döndərə bilməyərək orada olan səkiyə çırpmışdır. Hadisə baş verdikdən sonra olanları xatırlamamışdır. Onun məqsədi avtomobili yuduqdan sonra suyunun tökülməsi olmuşdur. Həmin avtomobili avtoyuma məntəqəsinin ərazisində idarə etmək niyyətində olsa da, sərxoş olduğu üçün avtomobili yolda idarə etmişdir. Baş vermiş hadisə zamanı qol və belimdən sıyrıq xəsarətləri almışdır. Hadisə baş verən zaman yanında Aqil adlı şəxsin olmasını sonradan öyrənmişdir. Aqilin avtomobilə əyləşməsindən xəbərsiz olmuşdur. Avtomobilə dair heç bir sənədi mövcud olmamış və həmin avtomobili sürmək üçün hər hansı icazəsi olmamışdır. Avtomobili idarə edərkən sərxoş vəziyyətdə olmuşdur. Şahid3 ümumiyyətlə yanlarında olmamışdır. Ona qarşı hər hansı fiziki və psixi təsir olunmamış, ifadəsini özü sərbəst formada vermişdir. Avtoyuma məntəqəsindən götürülmüş görüntülərdə avtomobilin təhvil verilməsindən qısa müddət sonra hadisənin baş verdiyi, həmin qısa müddət ərzində avtomobilin necə yuyulması ilə bağlı suala cavab olaraq avtomobili Aqilin yuduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, Zərərçəkmiş şəxs məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, ünvan 3 ünvanda ailə üzvləri ilə birlikdə yaşamışdır. Hadisə baş verdiyi tarixdən 5-6 ay əvvəl özü üçün “Mercedes E 220” markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Son iki ay müddətdə həmin avtomobili yuyulması üçün Ucar şəhəri, H.Əliyev prospekti ərazisində "xxxx" ASC-nin yaxınlığında Cavid adlı şəxsin işlətdiyi avtoyuma məntəqəsinə vermişdir. 04 mart 2024-cü il tarixdə evdə olarkən oğlu Səlim zəng edərək avtomobilin vurulduğunu demiş və qeyd olunan avtoyuma məntəqəsinə gəlməyini istəmişdir. O, avtoyuma məntəqəsinə gəldikdə avtomobilin avtoyuma məntəqəsinin yaxınlığında olan səkiyə vurulduğunu görmüşdür. Bu zaman hadisə yerinə polis əməkdaşları da gəlmiş və müvafiq ölçmələr apardıqdan sonra onu Ucar RPŞ-nə dəvət etmişlər. Avtomobil ona məxsus olmuş, oğlu da həmin avtomobili etibarnamə əsasında bəzən idarə etmişdir. Hadisə baş verdiyi gün Səlim avtomombili yuyulaması üçün təhvil verərəkən İlkin ondan musiqiyə qulaq asma üçün avtomobilin açarlarını üzərində saxlamasını istəmiş, Səlim bu səbəbdən avtomobilin açarlarını üzərində saxlayaraq sanitar qovşağına girmək üçün evə gəlmiş və həmin vaxt ərzində İlkin, Cavid və Aqil adlı şəxslər avtomobili oğurlayaraq qəza törətmişlər. Onlardan hansının avtomobili idarə etdiyini bilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə 06 aprel 2024-cü il tarixli, 9/2028 nömrəli rəyi ilə tanış olmuş və qiymətlərlə razılaşmayaraq ona dəymiş maddi ziyanın qüsur aktında qeyd olunduğu kimi 11000 manat hesablanmasını xahiş etmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçi olmaqla sonuncu barəsində ciddi cəza tədbirləri görülməsini xahiş etdi (bununla bağlı yazılı şəkildə ərizəsini də təqdim etmişdir). Məhkəmə iclasında Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, ünvan 3 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Atası Xəyyam hadisə baş verməzdən 5-6 ay əvvəl özü üçün “Mercedes E 220” markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Həmin avtomobili yuyulması üçün təxminən son iki ay müddətdə Ucar şəhərində "xxxx" ASC-nin yaxınlığında Cavid adlı şəxsin işlətdiyi avtoyuma məntəqəsinə vermişlər. 04 mart 2024-cü il tarixdə saat təxminən 13:50 radələrində avtomobili yuyulması üçün Cavid adlı şəxsə məxsus avtoyuma məntəqəsinə aparmışdır. Avtoyuma məntəqəsinə çatdıqda orada Cavid, Aqil və İlkin adlı şəxslər olmuşlar. Belə ki, o, avtoyuma məntəqəsinə daxil olduqda Cavid də öz avtomobili ilə avtoyuma məntəqəsinə daxil olmuşdur. Bir neçə dəqiqə dayanıb Aqil və İlkin ilə söhbətləşdikdən sonra avtomobili orada qoyaraq yaşadığı ünvanın həyətində olan sanitar qovşağına gəlmişdir. Həmin vaxt avtomobilin açarını üzərində qoymuşdur. Belə ki, İlkin musiqiyə qulaq asmaq üçün avtomobilin açarının üzərində qalmasını xahiş etmişdir. O, İlkinə getməzdən əvvəl avtomobilin təkərlərini qaraltmağı və salonunu təmizləməyi, gəldikdən sonra avtomobili yumağı tapşırmışdır. Aqil onun yanında avtomobilə minərək salonunu təmizləmək üçün geriyə hərəkət etdirdikdə etiraz etmiş və avtomobili sürməmələrini tapşırmışdır. Evə getdikdən bir neçə dəqiqə sonra Cavid zəng edərək qəzanın baş verdiyini bildirmiş və o, atasına bu barədə xəbər edərək onunla birlikdə avtoyuma məntəqəsinə getmişdir. Hadisə yerinə getdikdən sonra avtomobilin yanında İlkini təşviş və həyəcan içində görmüşdür. Həmin vaxt polis əməkdaşları hadisə yerinə gəlmiş və onun da iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Bundan sonra onu Ucar RPŞ-yə dəvət etmişlər. Avtomobili İlkin, Cavid və Aqil adlı şəxslərdən hansının idarə etdiyini bilməmiş, lakin hesab edir ki, İlkinin avtomobilin yanında təşviş və həyəcan içində olmasına baxmayaraq avtomobili Cavid idarə etmişdir. Məhkəmə iclasında Şahid2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, hadisə baş verdiyi vaxtdan bir neçə gün əvvəl Ucar şəhəri ərazisində "xxxx" ASC-nin yaxınlığında yerləşən Cavid adlı şəxsə məxsus avtoyuma məntəqəsində işə başlamışdır. 04 mart 2024-cü il tarixdə saat təxminən 08 radələrində evdən çıxaraq işə getmişdir. Saat təxminən 12 radələrində iş yoldaşı Təqsirləndirilən şəxs ilə birlikdə avtoyuma məntəqəsində spirtli içki qəbul etmişdir. Spirtli içki qəbul etdikdən bir qədər sonra İlkinin əvvəldən tanıdığı Ucar şəhər sakini Səlim adlı şəxs idarə etdiyi “Mercedes E klass” markalı avtomobil ilə avtoyuma məntəqəsinə gəlmiş və Səlim Aqilə avtomobilini yumağı demişdir. İlkin Səlim ilə razılaşmış və yuyacağını bildirmişdir. Həmin vaxt o, avtomobilin ayaqaltılarını çıxarmış və daha sonra sükana əyləşərək avtomobilin salonunu təmizləmək üçün geriyə verməyə başlamışdır. Bu zaman Səlim əli ilə işarə edərək narazı halda nə isə desə də, avtomobilin şüşələri bağlı olduğu üçün onun nə dediyini tam olaraq eşitməmişdir. Avtomobildən düşdükdən sonra Səlim onlara avtomobili idarə etməməyi tapşırmışdır. Bundan sonra Səlim avtomobili açarları üzərində olmaqla avtoyuma məntəqəsinə yuyulması üçün qoyaraq çıxıb getmişdir. Bundan sonra o və İlkin birlikdə avtomobili yumuşlar. Avtomobili yuyub qurtardıqdan sonra İlkin avtomobilin suyunun tökülməsi məqsədilə sükan arxasına əyləşmişdir. Həmin vaxt o, avtomobilin arxa oturacağında əyləşmiş vəziyyətdə təmizlik etmişdir. İlkinin avtomobili idarə etməyə başladığını görərək qapını örtmüşdür. İlkin avtoyuma məntəqəsindən çölə çıxmış və "xxxx" ASC-nin binasının qarşısından geriyə dönmüşdür. Bu zaman İlkinə irad bildirmiş və İlkin geri qayıtdığını demişdir. Lakin geri qayıdarkən sürəti həddindən artıq olduğundan avtoyuma məntəqəsinə döngədə olan səkiyə çırpılmışdır. Hadisə baş verdikdən sonra olanları tam olaraq xatırlamamışdır. Səlim adlı şəxsə məxsus olan avtomobili qaçırmaq kimi məqsədi olmamış və İlkinin bunu edəcəyindən məlumatsız olmuşdur. Baş vermiş hadisə zamanı demək olar ki xəsarət almamışdır. Hadisə baş verən zaman sükan arxasında Təqsirləndirilən şəxs olmuşdur. Məhkəmə iclasında Şahid3 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, ünvan 4 ünvanda ailə üzvləri ilə birlikdə yaşamışdır. 2024-cü ilin yanvar ayının ortalarında Ucar şəhəri ərazisində Azərsu ASC-nin yaxınlığında olan avtoyuma məntəqəsinin icarəyə götürülməsi ilə bağlı Elçin adlı şəxs ilə danışmışdır. Belə ki, Elçin ilə 20 gün müddətində avtoyuma məntəqəsini pulsuz, 20 gündən sonra işlər qaydasında gedərsə ilk ay 120, ikinci ay 150 və sonrakı aylarda isə 180 manat olmaqla ödəniş edərək işlətmək barədə razılaşmışlar. 22 yanvar 2024-cü il tarixdə saat 16 radələrində Elçin ilə həmin obyektə getmiş və avtoyuma məntəqəsini Elçindən təhvil almışdır. Avtoyuma məntəqəsini təhvil alarkən bununla bağlı heç bir icarə müqaviləsi imzalamamışdır. Avtoyuma məntəqəsində ilk vaxtlar özü işləsə də, sonradan İlkini və hadisədən bir gün əvvəl Aqili işə götürmüşdür. İlkini və Aqili işə götürərkən onlarla heç bir əmək müqaviləsi bağlanılmamışdır və şifahi razılıq əsasında onları işlətməyə başlamışdır. 04 mart 2024-cü il tarixdə səhər saatlarında avtoyuma məntəqəsinə getmiş və İlkin ilə Aqilin işdə olduğunu görmüşdür. Saat təxminən 11 radələrində avtoyuma məntəqəsindən çıxaraq yaşadığı ünvana getmişdir. Belə ki, ailə üzvlərindən birini sistem köçürülməsi üçün tibb bacısının yanına aparmalı olmuşdur. Saat 14 radələrində avtoyuma məntəqəsinə qayıtdıqdan sonra İlkin ilə Aqilin Mercedes markalı avtomobili yuduqlarını görmüşdür. Avtomobildən düşərək İlkin ilə Aqilin yanından keçib otağa tərəf getmiş, otağa girdikdən təxminən 6-7 dəqiqə sonra içəridən çıxmış və bu zaman İlkinin, Aqilin və yuduqları Mercedes markalı avtomobili avtoyuma məntəqəsində olmadıqlarını görmüşdür. Həmin vaxt onların haraya getdiklərini bilməmiş və bu zaman çöldən çox möhkəm səs eşitmişdir. Bu zaman o, İlkinin Mercedes markalı avtomobili divara çırpdığını görmüşdür. Həmin vaxt avtomobildə Aqil də olmuşdur. Ətrafda olan şəxslərin də köməkliyi ilə X13 RMX-na yola salmışlar. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və ölçmələr aparmışlar. Hadisənin necə baş verdiyini görməsə də, səsdən sonra çölə çıxdıqda qəza baş verdiyini və sükanın arxasında İlkinin olduğunu görmüşdür. Məhkəmə iclasında Ucar RPŞ-nin Təminat Hissəsi sürücü, polis nəfəri vəzifəsində çalışan Şahid6 ifadəsində göstərdi ki, 04 mart 2024-cü il tarixdə, saat 14 radələrində ünvan 5 ünvanında yerləşən avtoyuma məntəqəsinin yan tərəfində olan avtoyuma məntəqəsində xidməti avtomobili yuduzduran zaman səs eşitmiş və Mercedes markalı avtomobilin divara çırpıldığını görmüşdür. Hadisə baş vermiş yerə gedən zaman sükan arxasında üzü qanlı vəziyyətdə sonradan adını bildiyi Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Bundan sonra baş vermiş hadisə nəticəsində köməyə ehtiyacı olan şəxslərə yardım edilməsi məqsədilə Ucar RMX-nin TTY-nə zəng edərək məlumat vermiş, özü isə xidməti zərurətlə əlaqədar oradan getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 04 mart 2024-cü il tarixdə, saat 14 radələrində ünvan 5 ünvanında yerləşən avtoyuma məntəqəsinin yan tərəfindəki avtoyuma məntəqəsinin mülkiyyətçisidir. Avtoyuma məntəqəsində olarkən səs eşitmişdir. Bu zaman o, Mercedes markalı avtomobilin divara çırpıldığını görmüş, hadisə baş vermiş yerə gedən zaman sükan arxasında Təqsirləndirilən şəxs olduğunu görmüş, daha sonra, ətrafda olan şəxslərin də köməkliyi ilə X13 RMX-ya yola salmışlar. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və ölçmələr aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 04 mart 2024-cü il tarixdə, saat 14 radələrində ünvan 5 ünvanında yerləşən avtoyuma məntəqəsinin yaxınlığında işləyərkən səs eşitmişdir. Bu zaman o, Mercedes markalı avtomobilin divara çırpıldığını görmüş, hadisə baş vermiş yerə gedən zaman sükan arxasında Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 82-84-cü səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 aprel 2024-cü il tarixli, 9/2028 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, tədqiqata təqdim edilmiş “Fiziki şəxs X2” tərəfindən tərtib edilmiş 11 mart 2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2000-ci il buraxılışlı “Mercedes Benz E 220” markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2024-cü ilin mart ayına olan təmir-bərpa xərci təxminən 8230,0 manat müəyyən edilir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 5-ci vərəqəsində olan Ucar RPŞ-nin İB-nin baş müstəntiqi Rəhmin Zeynalov tərəfindən RPŞ-nin rəhbərliyinə ünvanlanmış raportdan görünür ki, 04 mart 2024-cü il tarixdə baş vermiş hadisə ilə bağlı polis şöbəsinin rəhbərliyinə müvafiq məlumat verilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 82-ci səhifəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 40-cı vərəqində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 12 mart 2024-cü il tarixli, 106 saylı ekspert rəyindən görünür ki, Şahid2 bədənində aşkar edilmiş xəsarətlər-sağ üst göz qapağının və alın nahiyəsinin çoxsaylı sıyrıqları küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 04 mart 2024-cü il tarixə uyğun gəlir, yol nəqliyyat hadisəsi nəticəsində törənməsi istisna edilmir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilmir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 41-ci vərəqində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 12 mart 2024-cü il tarixli, 107 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində xəsarət və ya xəsarət izi aşkar edilmədi. Obyektiv məhkəmə-tibbi əlamətləri ilə (qançır, sıyrıq, şişkinlik və s.) təsvir və təsdiq edilmədiyi üçün tibbi sənəddə qeyd edilən “döş qəfəsinin və qarının səthi travması” diaqnozunu xəsarət kimi qiymətləndirmək mümkün deyil. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 65-67-ci səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 məhkəmə-kimya şöbəsinin 27 mart 2024-cü il tarixli, 1004/K saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannobinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 179-181-ci səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-X4” X8 Kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 30 may 2024-cü il tarixli, 370 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs ÜZVİ MƏNŞƏLİ EMOSİONAL LABİL (ASTENİK) POZUNTU XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F06.6 xəstəliyi aşkar edilməsinə baxmayaraq həmin xəstəlik əlamətlərinin az ifadəli və kompensasiya mərhələsində (yaxşılaşma) olması səbəbindən o, hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə cavab verə bilmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür o, hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal- hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hadisəni düzgün qavrayıb və düzgün ifadə vermək qabiliyyətindədir. O, yalan danışmağa, özündən qondarma fikirlər söyləməyə meyilli deyildir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 1-ci səhifəsində olan 30 mart 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 7-17-ci səhifələrində olan 04 mart 2024cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan, sxemdən və hadisə yerində çəkilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Şahid1 tərəfindən göstərilməklə baxış keçirilmiş, baxış nəticəsində asfalt örtüklü, quru vəziyyətdə yol örtüyünün eni 10 metr, hərəkət zolaqlarının sayı 2, hərəkət hissəsinin eninin isə 5 metr olması, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus “Mercedes E 220 CDİ” markalı **- LP-*** dövlət qeydiyyat nişanlı avtomobili qaçırdıqdan sonra idarə etməni itirərək divara çırpması müəyyən olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 18-20-ci səhifələrində olan 04 mart 2024-cü il tarixli baxış keçirilməsi və götürmə aparılması barədə protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs huşsuz vəziyyətdə olması görünmüş və 10 ml həcmdə qan nümunələri götürülmüş və 1 ədəd ağ rəngli zərfə qablaşdırılmışdır. Nümunələrin götürülməsi “panasonic” markalı videokamera ilə çəkilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 39-cu səhifəsində olan 11 mart 2024-cü il tarixli, 5238 nömrəli Azərbaycan Respublikası Ucar rayonu sahibkar X1 tərtib etdiyi qüsur aktından görünür ki, “Mercedes Benz E 220 CDİ” markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 11000 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 78-ci vərəqəsində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışının surətindən görünür ki, Ucar şəhəri, H.Əliyev prospekti döngə 2, 40A ünvanında yerləşən 0.01 ha ölçüdə torpaq sahəsi və ümumi sahəsi 28.4 kv.metr olan qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 47 nömrəli vərəqində 30 avqust 2018-ci ildə qeydiyyata alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 104-cü səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 22 may 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 109-cu və 131-ci səhifələrində olan 29 may 2024-cü il tarixli şübhəli şəxs qismində tutma haqqında qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 10:15 radələrində Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 136-cı səhifəsində olan 30 may 2024cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 164-165-ci səhifəsində olan 31 may 2024-cü il tarixli təqsirləndirilən şəxsin azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 09:56-da tutulmadan azad edilməklə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 44-cü və 184-194-cü səhifələrində olan 30 mart 2024-cü il tarixli maddi sübut kimi tanınma və 23 iyun 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlardan görünür ki, hadisənin görüntülərinin yaddaşına köçürüldüyü 01 ədəd disk sübut kimi tanınaraq saxlanılması üçün cinayət işinin materillarına əlavə olunması, Təqsirləndirilən şəxs, Şahid2 və Şahid3 əməllərində Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə onların barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə onun barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 186-cı maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə onun barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə onun barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs nəqliyyat vasitəsinin sürücülük vəsiqəsi olmadan idarə etdiyi və manevr qaydalarını pozduğu müəyyən olunduğundan, qərarın surəti sonuncu barəsində Azərbaycan Respublikası İXM-nin 237.1 və 332.2-ci maddələri ilə tədbir görülməsi üçün Ucar rayon X12 X11 göndərilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsinə əsasən inzibati icraatın açılmasının rədd edilməsi, Təqsirləndirilən şəxs avtomobili ələ keçirməsi tam olaraq qanunsuz hesab olunması, cinayət işinin materiallarına uyğun olmaqla obyektiv rəy olduğundan məhkəmə-tibbi ekspertizasının 12 mart 2024-cü il tarixli, 107 nömrəli rəyi, məhkəmə-tibbi ekspertizasının 12 mart 2024-cü il tarixli, 106 nömrəli rəyi, məhkəmə-kimyəvi ekspertizasının 27 mart 2024-cü il tarixli, 1004/K nömrəli rəyi, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 06 aprel 2024-cü il tarixli, 9/2028 nömrəli rəyi və kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 30 may 2024-cü il tarixli, 370 nömrəli rəyləri, təqsirləndirilən və zərərçəkmiş şəxsin ifadələri, şahid ifadələri, baxış keçirilməsi haqqında protokol və digər istintaq materialları iş üzrə sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 166 və 167-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, Ucar rayonu, Qazıqumlaq kəndində yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Ucar rayonu İcra Hakimiyyəti Başçısının Qazıqumlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, sonuncu Təqsirləndirilən şəxs şikayətçidir, barəsində ağır cəza tətbiq edilməsini xahiş edir, eyni zamanda, dəymiş zərərin də ödənilməməsini bildirmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə iş üzrə digər materiallarla tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Qeyd olunan Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Yenə bu Məcəllənin 145-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yaşını, ailə vəziyyətini və yaşayış yeri üzrə nümayəndəliyə şikayətin daxil olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməməsini, həmçinin barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, yüngülləşdirici halların olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 185.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 29 may 2024-cü il tarixdən 31 may 2024-cü il tarixə kimi həbsdə saxlanıldığı 2 (iki) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməli və onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbs edilməli və cəzasının əvvəli 12 mart 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin İ hissəsinin İ və V bəndlərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış hadisənin və qan nümunəsinin götürülməsinin görüntülərinin yaddaşına köçürüldüyü 02 ədəd disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan cəmi 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi nəticəsində ona dəymiş zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüququnun olması izah edilməlidir. İş üzrə maddi ziyanın ödənilməməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il, 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 12 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış hadisənin və qan nümunəsinin götürülməsinin görüntülərinin yaddaşına köçürüldüyü 02 ədəd disklər cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 50 (əlli manat əlli beş qəpik) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi nəticəsində ona dəymiş zərəri Azərbaycan Respublikası Mülki qanunvericiliyinə uyğun tələb etmək hüququnun olması izah edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №1(063)-7/2025
Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-7/2025
12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver