Məhkəmə qərarları › İş №1(063)-8/2025

Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-8/2025

20.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-8/2025 20.06.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Ələkbərov Şəhriyar Firuddin oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs və müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə 20 iyun 2025-ci il tarixdə, Ucar şəhərində, Ucar Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında xx xxxxxxx 1987-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, 2-ci qrup əlil, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 27 iyul 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 06 oktyabr 2010-cu il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmış, Yevlax Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 13 aprel 2021-ci il tarixli qərarı ilə Yevlax Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli hökmü dəyişdirilərək Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən qəti olaraq 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 05 may 2021-ci tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarın 4 cü bəndinə əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmış, Salyan Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 02 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 233-1.1, 234.1 və 256.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusi ilə külli miqdarına görə” İİ siyahısı ilə müəyyən edilmiş xeyli miqdarda, yəni 1,220 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, 01 yanvar 2024-cü il tarixdə, saat 15 radələrində Gəncə şəhər Baş Polis İdərəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Gəncə şəhəri Üzeyir Hacıbəyov küçəsində saxlanılaraq Gəncə şəhər Baş Polis İdərəsinin 2-ci Polis Şöbəsinə gətirilib, üzərində şəxsi axtarış və götürmə aparılarkən əynində olan şalvarın sağ yan cibindən 1 ədəd rəngli sellofana bükülü vəziyyətdə təmiz çəkisi 1,220 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusi ilə külli miqdarına görə” İ siyahısı ilə müəyyən edilmiş xeyli miqdarda, yəni 420 qram, təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, 04 yanvar 2024-cü il tarixdə, saat 13 radələrində Gədəbəy rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Gədəbəy rayonu ərazisində saxlanılaraq Gədəbəy rayon polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış və götürmə aparılarkən əlində olan qara rəngli çantanın içərisindən 420 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bundan başqa,o, istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusi ilə külli miqdarına görə” İİ siyahısı ilə müəyyən edilmiş xeyli miqdarda, yəni 1,042 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, 19 yanvar 2024-cü il tarixdə, saat 19 radələrində Gəncə şəhər Baş Polis İdərəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Gəncə şəhəri, M.Hacıyev küçəsində saxlanılaraq Gəncə şəhər Baş Polis İdərəsinin 2-ci Polis Şöbəsinə gətirilib, üzərində şəxsi axtarış və götürmə aparılarkən əynində olan şalvarın sağ yan cibindən 1 ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 1,042 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusi ilə külli miqdarına görə” İ siyahısı ilə müəyyən edilmiş xeyli miqdarda, yəni 1,516 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, 29 fevral 2024-cü il tarixdə, saat 14 radələrində Gəncə şəhər Baş Polis İdərəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Gəncə şəhəri X21 küçəsində saxlanılaraq Gəncə şəhər Baş Polis İdərəsinin 2-ci Polis Şöbəsinə gətirilib, üzərində şəxsi axtarış və götürmə aparılarkən əynində olan qara rəngli gödəkcənin sol yan iç cibindən 1 ədəd şəffaf sellofan bükümün içərisindən təmiz çəkisi 1,516 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu bəndində nəzərdə tutulmuş diametri 0,5 mm-dən az olan sintetik təkqat saplardan toxunmuş və dəlikləri konstruktiv ölçüləri 120 mm-dən kiçik ilgəkli balıqtutan torlara aid edilən-sapının diametri 0,11 mm, dəliklərinin konstruktiv ölçüsü 20x20 mm olan, 1 qatlı poliamid sintetik kimyəvi liflərindən istehsal olunmuş, uzunluğu 40 metr, eni 2 metr olan, açıq yaşıl rəngli 1 ədəd toru istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən qanunsuz əldə edərək, saxlayıb gəzdirməklə istintaqa məlum olmayan vaxtda və saatda Samux rayonu Qırmızı Samux kəndi istiqamətində Mingəçevir su anbarının sahilinə daşımış, həmin vaxt Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017ci il tarixli, 243 nömrəli qərarı ilə təsdiq edilmiş, “Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları”nın 2-ci bəndinin 2.5.6 və 2.5.21-ci hissələrinin tələblərini pozaraq, yəni balıqovlama bileti olmadan, sintetik təksaplı torla qanunsuz balıq və digər su bioresurslarını tutmaq məqsədi ilə rezin kombinezonla Mingəçevir su anbarına daxil olub, mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşya olmaqla yanaşı, balıqların və digər su bioresurslarının kütləvi məhvinə səbəb olan vasitə hesab olunan, əlamətləri yuxarıda qeyd olunan sintetik təksaplı tordan istifadə edib 03 mart 2024-cü il tarixə saat 00:00 radəsinədək olan müddət ərzində 32 ədəd hər biri 33 manat olmaqla 1056 manat dəyərində şamayı balıqlarını qanunsuz tutmaqla balıq ehtiyatlarına ümumilikdə 1056 manat məbləğində maddi ziyan vurub kütləvi məhvinə səbəb olan zaman həmin tarixdə, saat 00:45-də X13 İdarəsinin Mingəçevir Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən ekoloji cinayətləri törədənlərə qarşı keçirilmiş mübarizə xarakterli tədbirlər nəticəsində saxlanılıb yoxlanılarkən ondan 1 ədəd rezin kombinezon, 1 ədəd sapının diametri 0,11 mm, dəliklərinin konstruktiv ölçüsü 20x20 mm olan, 1 qatlı poliamid sintetik kimyəvi liflərindən istehsal olunmuş, uzunluğu 40 metr, eni 2 metr olan, açıq yaşıl rəngli tor və 32 ədəd şamayı balıqları aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusi ilə külli miqdarına görə” İİ siyahısı ilə müəyyən edilmiş xeyli miqdarda, yəni 1,131 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, 04 may 2024-cü il tarixdə, saat 12 radələrində Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində saxlanılaraq Tovuz rayon polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış və götürmə aparılarkən əynində olan şalvarın ön sağ cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 1,131 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusi ilə külli miqdarına görə” İ siyahısı ilə müəyyən edilmiş xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 0,434 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, 13 may 2024-cü il tarixdə, saat 19 radələrində Ucar rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ucar şəhəri, Nizami küçəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilib, şöbənin Növbətçi Hissəsində üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əyində olan şalvarın sağ cibindən 1 ədəd göy rəngli kiçik sellofan parçasında gümüşü rəngli siqaret kağızına bükülü halda təmiz çəkisi 0,434 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər məhkum olunmaqla yanaşı narkotikin bir neçə növündən istifadə etmişdir. 31 dekabr 2023cü il tarixdə Gəncə şəhəri, Muxtar Hacıyev küçəsində zibil qabının yanından sellofan büküm tapıb içərisinə baxanda istifadəçisi olduğu üçün bükümdə olan maddənin metamfetamin olmasını görmüş və istifadə etməsindən ötrü özü ilə götürmüşdür. 01 yanvar 2024-cü il tarixdə, saat 15 radələrində Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsi ilə yol gedəndə 2 nəfər mülki geyimli şəxs yaxınlaşıb polis əməkdaşları olmalarını bildirərək üzərində narkotik maddə gəzdirməkdə şübhəli olmasını deyib onu Gəncə şəhər Baş Polis İdərəsinin 2-ci Polis Şöbəsinə gətirmiş, orada özü seçdiyi müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə araşdırma aparan təhqiqatçı hüquq və vəzifələrini izah edib video çəkilişlə üzərini axtarmağa başlayanda üzərində qanunsuz hər nə varsa könüllü təqdim etməyi təklif etmişdir. 31 dekabr 2023-cü il tarixdə Gəncə şəhəri, Muxtar Hacıyev küçəsində zibil qabının yanından tapıb əynində olan şalvarın sağ yan cibində 1 ədəd rəngli sellofana bükülü vəziyyətdə saxladığı metamfetamini təqdim edib həmin maddəni yuxrıda qeyd etdiyi qaydada əldə etməsini bildirmiş, büküm təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilsə də, aradan bir qədər vaxt keçdiyindən hazırda çəkisi yadında qalmamışdır. Aşkar edilmiş büküm zərfə qablaşdırılmaqla möhürlənib götürülmüş və iştirakçılarla birlikdə zərfin üzərini imzalamışdır. 2023-cü ilin yay aylarında Samux rayonu, Sərkar kəndinə yolun kənarında yabanı halda bitən çətənə kollarından bir qədər sellofana yığıb özü istifadə etməsindən ötrü Gəncə şəhərinə gətirib orada istifadəyə yarasız tikildə qurudub siqaretə doldurma yolu ilə çəkmiş, Gəncə şəhərində iş tapa bilmədiyindən əvvəllər Gədəbəy rayonunda işlədiyi üçün oraya gedib istirahət mərkəzlərindən birində işləmək qərarına gəlmişdir. Qeyd etdiyi qaydada əldə etdiyi qurudulmuş marixuananı öz istifadəsi üçün sellofanda qara rəngli çantaya qoyub 04 yanvar 2024-cü il tarixdə Gəncə şəhərində yerləşən yeni Şəmkir avtovağzalı deyilən avtovağzaldan yol keçən tanımadığı taksilərin biri ilə Gədəbəy rayonuna getmiş, həmin gün saat təxminən 13 radələrində rayon mərkəzində taksidən düşüb yol gedərkən mülki geyimli adamlar yaxınlaşaraq polis əməkdaşları olmalarını bildirib üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu demiş və onu Gədəbəy RPŞ-yə gətirmişlər. Orada özü seçdiyi müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı hüquq və vəzifələrini izah edərək video çəkilişlə üzərini axtarmağa başlayanda üzərində qanunsuz hər nə varsa könüllü təqdim etməsini təklif etmişdir. Qeyd etdiyi yolla əldə etdiyi marixuananı özünə məxsus qara rəngli paltarları yığılmış çantanın içərəsindən sellofanda çıxarıb təqdim etmiş, təqdim etdiyi sellofan təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilsə də, aradan bir qədər vaxt keçidyindən çəkisi dəqiq yadında qalmamış, aşkar edilmiş marixuana zərfə qablaşdırılıb möhürlənərək götürülmüş, iştirakçılarla birlikdə zərfin üzərinə imza etmiş, 2 qutu siqaret, 1 ədəd alışqan və 140 manat pul eləcə də paltarları özünə qaytarılmışdır. 18 yanvar 2024-cü il tarixdə Gəncə şəhərində yaşadığı evin yanında zibil qutusuna zibil atıb geri qayıdarkən yerdən 1 ədəd sellofan parçasına bükülmüş büküm taparaq içərisində metamfetamin olmasını görüb istifadəçisi olduğu üçün özü ilə götürmüş, 19 yanvar 2024-cü il tarixdə, saat 19 radələrində Gəncə şəhəri, Muxtar Hacıyev küçəsi ilə yol gedəndə 2 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb polis əməkdaşları olmalarını bildirib üzərində narkotik maddə gəzdirməkdə şübhəli olmasını deyərək Gəncə şəhər Baş Polis İdərəsinin 2-ci Polis Şöbəsinə gətirmiş, orada özü seçdiyi müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı hüquq və vəzifələrini izah edərək video çəkilişlə üzərini axtarmağa başlayanda təklif edilmişdir ki, üzərində qanunsuz hər nə varsa, könüllü təqdim edə bilər. Qeyd etdiyi qaydada əldə etdiyi və əynində olan şalvarın sağ yan cibində 1 ədəd sellofana bükülü vəziyyətdə saxladığı metamfetamini təqdim etmiş, büküm təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş, aradan bir qədər vaxt keçdiyindən çəkisi yadında qalmamış, aşkar edilmiş büküm zərfə qablaşdırılıb möhürlənib götürülmüş və iştirakçılarla birlikdə zərfin üzərinə imza etmişdir. 29 fevral 2024-cü il tarixdə səhər saatlarında Gəncə şəhəri 29 nömrəli orta məktəbin yaxınlığında olan zibilliyin yanından keçərkən yerdən tapdığı sellofanın içərisinə baxanda sellofan parçasına bükülü halda 1 büküm heroin olmasını görüb istifadəçisi olduğundan bükümü cibinə qoymuş, həmin gün saat 14 radələrində elə həmin orta məktəbin yaxınlığında dayanan zaman mülki geyimli polis əməkdaşları yaxınlaşaraq üzərində narkotik saxlamaqda şübhəli olduğunu deyib onu Gəncə şəhər Baş Polis İdərəsinin 2-ci Polis Şöbəsinə gətirmiş, orada özü seçdiyi müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı hüquq və vəzifələrini izah edərək video çəkilişlə üzərini axtarmağa başlayanda təklif edilmişdir ki, üzərində qanunsuz hər nə varsa könüllü təqdim edə bilər. Qeyd etdiyi qaydada əldə etdiyi və əynində olan qara rəngli gödəkcəsinin sol, yan iç cibinə qoyduğu 1 ədəd sellofan parçasına bükülü olan heroini təqdim etmiş, büküm təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş, aradan bir qədər vaxt keçdiyindən çəkisi yadında qalmamış, aşkar edilmiş büküm 1 ədəd zərfə qablaşdırılıb möhürlənərək götürülmüş, iştirakçılarla birlikdə zərfin üzərinə imza etmiş, ona məxsus 1 qutu siqaret və alışqan isə özünə qaytarılmışdır. 2024-cü ildə dəqiq yadında qalmayan vaxtda balıq tutmaq üçün Samux rayonu, Qırmızı Samux kənd istiqamətində Mingəçevir su anbarının sahilinə gəlmiş, Gəncə şəhərindən tanımadığı şəxsdən aldığı özünə məxsus 1 ədəd rezin kombinezonla 1 ədəd uzunluğu 40 metr, eni 2 mert olan toru su anbarına qurmuş, 03 mart 2024-cü il tarixdə, saat 00 radələrində su anbarının sahilinə gedərək kombinezondan istifadə edib qurduğu toru yoxlayanda tora bir qədər şamayı balıqları düşdüyündən toru və balıqları götürüb getmək istəyəndə polis əməkdaşları görmüş, orada polis əməkdaşları video çəkilişlə tora və balıqlara baxış keçirəndə məlum olmuşdur ki, tora 32 ədəd şamayı balığı düşmüşdür. Sorğu zamanı balıq tutması üçün müvafiq icazəsinin olmadığını bildirmiş, tutduğu balıqları və toru polis əməkdaşları protokol tərtib etməklə götürmüşlər. 04 may 2024-cü il tarixdə Tovuz rayonunda şəxsi işi olduğu üçün Gəncə şəhərindən tanımadığı rayonlararası marşrut ilə Tovuz rayonuna getmiş, həmin gün Gəncə şəhərində yadında qalmayan yerdən sellofan parçasına bükülü vəziyyətdə tapıb istifadə etmək üçün cibinə qoyduğu metamfetamin üzərində olduğundan Tovuz şəhərində yerləşən Asan Xidmət Mərkəzinin yaxınlığında saat 12 radələrində 2 nəfər mülki geyimli adam yaxınlaşıb polis əməkdaşları olmasını bildirmiş və üzərində narkotik saxlmaqda şübhəli olmasını deyib Tovuz RPŞ-yə gətirmişlər. Orada özü seçdiyi müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı hüquq və vəzifələrini izah edərək video çəkilişlə üzərini axtarmağa başlayanda təklif edilmişdir ki, üzərində qanunsuz hər nə varsa könüllü təqdim edə bilər. Üzərində qanunsuz heç bir şeyin olmadığını dedikdə polis əməkdaşları tərəfindən üzəri axtarılanda qeyd etdiyi qaydada əldə edib əynində olan şalvarın ön sağ cibinə 1 ədəd sellofan parçasına bükülü vəziyyətdə qoyduğu metamfetamin aşkar edilmiş, büküm təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilsə də, aradan bir qədər vaxt keçdiyindən çəkisi yadında qalmamış, aşkar edilmiş büküm zərfə qablaşdırılaraq möhürlənib götürülmüş və iştirakçılarla birlikdə zərfin üzərinə imza etmişdir. Ucar RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən 1-2 gün əvvəl Gəncə şəhərində dəqiq xatırlamadığı yerdə küçədən gümüşü rəngli kağız bükümdə heroin taparaq bir qədər istifadə etmişdir. 13 may 2024-cü il tarixdə, saat 13 radələrində Gəncə şəhərindən markası və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə əvvəllər həbsxanada bir yerdə cəza çəkdiyi Ucar şəhər sakini Elgün adlı tanışını axtarıb tapmaq məqsədi ilə Ucar şəhərinə gəlmiş, tapdığı heroin üzərində olduğundan həmin gün saat 19 radələrində Ucar şəhərində mülki geyimdə olan şəxslər yaxınlaşaraq narkotik vasitəni üzərində gəzdirməkdə şübhəli olduğunu bildirmiş və onu Ucar RPŞ-yə gətirmişlər. Şöbədə şəxsi axtarışa başlamazdan əvvəl müdafiə hüququ izah olunaraq axtarış zamanı özü Müdafiəçi1 seçdiyindən həmin müdafiəçi ilə təmin edilmiş, şəxsi axtarışa başlamazdan əvvəl müstəntiq tərəfindən hüquq, vəzifələri izah olunub bildiriş təqdim edilmiş, sonra şəxsi axtarışın keçirilməsinə başlanılmışdır. Üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və sair varsa, könüllü təqdim etməsi təklif olunanda ifşa olunduğunu bilib əynində olan şalvarın qabaq sağ kiçik cibindən 1 ədəd tünd mavi rəngli sellofan parçasında gümüşü rəngli siqaret kağızına bükülü olan heroini təqdim etmiş, büküm müstəntiq tərəfindən açılanda 1 ədəd tünd mavi rəngli sellofan parçasında gümüşü rəngli siqaret kağızına bükdüyü bükümün içərisindən bir qədər heroin müəyyən olunmuş, qeyd etdiyi bükülü aşkar olunduğu formaya qaytarılmaqla qablaşdırılması üçün masanın üzərinə qoyulmuş, üzərində olan əlavə qanunsuz hər nə varsa, təqdim etməyi bildirildikdə əynində olan şalvarın arxa sağ cibindən 1 ədəd qara rəngli pul kisəsi, qabaq sol cibindən 1 qutu siqaret və 1 ədəd alışqanı çıxararaq masanın üzərinə qoymuş, pul kisəsi və siqaret qutusunun içərisinə baxış zamanı qanunla qadağan edilmiş heç nə aşkar olunmamışdır. Polis əməkdaşı tərəfindən üzərində şəxsi axtarış keçirlməsi davam etdirilsə də, üzərindən qanunsuz heç bir şey tapılmamışdır. Cibindən çıxan 1 büküm heroin zərfə qablaşdırılmaqla üzəri möhürünlənmiş, iştirakçılarla birlikdə zərfin üzərini imzalamış, üzərindən çıxan qanunla qadağan olmayan əşyalar özünə qaytarılmışdır. Elgün adlı şəxsin yalnız adını və Ucar rayonu ərazisində yaşamasını bilmiş, konkret olaraq hansı ünvanda yaşaması barədə məlumatı olmamışdır. Hazırda əməlindən peşman olduğunu, yaşının və himayəsində xəstə anasının olmasının nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəməyədək istintaq zamanı ifadə vermiş, məhkəmə iclasında ifadəsi elan edilmiş zərərçəkmiş şəxs-mülki iddiaçının nümayəndəsi Nümayəndə ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 03 mart 2024-cü il tarixd, saat 00 radələrində Mingəçevir XPMnin əməkdaşları ilə Samux rayonu, Qırmızı Samux kəndi istiqamətində qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli keçirilən tədbir zamanı Mingəçevir su anbarının qeyd edilən ərazidə yerləşən sahilində su anbarından torla qanunsuz balıq tutan Tural Atakşiyev adlı şəxs müəyyən edilmiş, həmin şəxs su anbarından 32 ədəd şamayı balıqları tutduğundan balıq ehtiyatlarına 1056 manat ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı şahid Azərbaycan Respublikası DİN-in Su NPİ-nin Mingəçevir XPM-nin rəisi Şahid6 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, 03 mart 2024-cü il tarixdə, saat 00 radələrində Mingəçevir XPM-nin əməkdaşları ilə Samux rayonu, Qırmızı Samux kəndi istiqamətində qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli keçirilən tədbir zamanı Mingəçevir su anbarının qeyd edilən ərazidə yerləşən sahilində su anbarından balıq ovlama bileti olmadan balıq tutan Tural Atakşiyev adlı şəxs saxlanarkən 1 ədəd rezin kombinezon, 1 ədəd uzunluğu 40 metr, eni isə 2 metr olan tor və 32 ədəd şamayı balıqları aşkar edilərək müvafiq qaydada götürülümüşdür. Məhkəmə istintaqı zamanı şahid Azərbaycan Respublikası DİN-in Gəncə şəhər Baş Polis İdərəsinin 2-ci Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, 01 yanvar 2024-cü il tarixdə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs narkotik maddəni qanunsuz olaraq üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında tərəfindən hazırlanan əməliyyat tədbiri şöbə rəhbərliyi tərəfindən təsdiq edildikdən sonra həmin gün saat 15 radələrində şöbənin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsində saxlayaraq Gəncə şəhər Baş Polis İdərəsinin 2-ci Polis Şöbəsinə gətirmiş, orada şöbənin TB-nin baş təhqiqatçısı Cavidan Həsənov tərəfindən video çəkilişlə müdafiəçi ilə təmin edilərək hüquq və vəzifələri izah edilmiş, video çəkilişlə üzərini axtarmağa başlayanda təklif edilmişdir ki, üzərində qanunsuz hər nə varsa könüllü təqdim edə bilər. Təqsirləndirilən şəxs Gəncə şəhəri Muxtar Hacıyev küçəsində zibil qabının yanından tapıb əynində olan şalvarın sağ yan cibində saxlamasını bildirdiyi 1 ədəd rəngli sellofana bükülü vəziyyətdə metamfetamini təqdim etmiş, büküm təhqiqatçı tərəfindən elektron tərəzidə çəkildikdə 1,31 qram çəkidə olmasını məlum olmuş, aşkar edilmiş büküm zərfə qablaşdırılmaqla möhürlənib götürülmüş və iştirakçılarla birlikdə zərfin üzəri tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahidlər Azərbaycan Respublikası DİN-in Gəncə şəhər Baş Polis İdərəsinin 2-ci Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid2 digər Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid Azərbaycan Respublikası DİN-in Gədəbəy RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili Şahid3 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, 04 yanvar 2024-cü il tarixdə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunuz dövriyyəsində şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında tərəfindən hazırlanan əməliyyat tədbiri şöbə rəhbərliyi tərəfindən təsdiq edilmiş, həmin gün saat 13 radələrində şöbənin əməliyyat müvəkkili Seymur Əliyevlə ilə birlikdə Təqsirləndirilən şəxs Gədəbəy şəhərində saxlayaraq Gədəbəy RPŞ-yə gətirmiş, orada şöbənin TB-nin təhqiqatçısı Xətayi Vedizadə tərəfindən video çəkilişlə üzərini axtarmağa başlayanda təklif edilmişdir ki, üzərində qanunsuz hər nə varsa könüllü təqdim edə bilər. T.Atakşiyev əlində olan qara rəngli paltarları yığılmış çantanın içərəsindən sellofanı çıxarıb təqdim etmiş və sellofanda bir qədər qurudulmuş marixuana olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş marixuananı Samux rayonu Sərkar kəndindən Kür çayının sahilindən yığaraq əldə etdiyini bildirmiş, marixuana yığılmış sellofan təhqiqatçı tərəfindən elektron tərəzidə çəkildikdə 431 qram olması məlum olmuş, aşkar edilmiş marixuana zərfə qablaşdırılıb möhürlənərək götürülmüş və iştirakçılarla birlikdə zərfin üzərinə imza etmişdir. Məhkəmə istintaqı zamanı şahid Azərbaycan Respublikası DİN-in Gəncə şəhər Baş Polis İdərəsinin 2-ci Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid4 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, 19 yanvar 2024-cü il tarixdə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs narkotik maddəni qanunsuz olaraq üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında şöbənin əməliyyat müvəkkili Şahid1 tərəfindən hazırlanan əməliyyat tədbiri şöbə rəhbərliyi tərəfindən təsdiq edildikdən sonra həmin gün saat 15 radələrində Şahid1la bilrikdə Təqsirləndirilən şəxs Gəncə şəhəri, Muxtar Hacıyev küçəsində saxlayaraq Gəncə şəhər Baş Polis İdərəsinin 2-ci Polis Şöbəsinə gətirmiş, orada şöbənin TB-nin təhqiqatçı Elgün Tağıyev tərəfindən video çəkilişlə müdafiəçi ilə təmin edilərək hüquq və vəzifələri izah edilib video çəkilişlə üzərini axtarmağa başlayanda təklif edilmişdir ki, üzərində qanunsuz hər nə varsa könüllü təqdim edə bilər. Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibində 1 ədəd sellofana bükülü vəziyyətdə saxladığı metamfetamini təqdim etmiş, büküm təhqiqatçı tərəfindən elektron tərəzidə çəkildikdə 1,12 qram olması müəyyən edilmiş, aşkar edilmiş büküm zərfə qablaşdırılıb möhürlənib götürülmüş və iştirakçılarla birlikdə zərfin üzərinə imza etmişdir. Məhkəmə istintaqı zamanı şahid Azərbaycan Respublikası DİN-in Gəncə şəhər Baş Polis İdərəsinin 2-ci Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid5 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, 29 fevral 2024-cü il tarixdə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz olaraq üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında tərəfindən hazırlanan əməliyyat tədbiri şöbə rəhbərliyi tərəfindən təsdiq edildikdən sonra şöbənin əməliyyat müvəkkili Orxan Heydərovla birlikdə həmin gün saat 14 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri X21 küçəsində saxlayaraq Gəncə şəhər Baş Polis İdərəsinin 2-ci Polis Şöbəsinə gətirmiş, orada şöbənin TB-nin təhqiqatçı İsmət Əliyev tərəfindən video çəkilişlə müdafiəçi ilə təmin edilərək hüquq və vəzifələri izah edilib video çəkilişlə üzəri axtarılmağa başlayanda təklif edilmişdir ki, üzərində qanunsuz hər nə varsa könüllü təqdim edə bilər. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sol, yan iç cibinə qoyduğu 1 ədəd sellofan parçasına bükülü olan heroini təqdim etmiş, büküm təhqiqatçı tərəfindən elektron tərəzidə çəkildikdə 1,62 qram olması məlum olmuş, aşkar edilmiş büküm zərfə qablaşdırılıb və möhürlənərək götürülmüş və iştirakçılarla birlikdə zərfin üzərinə imza etmişdir. 1 qutu siqaret və alışqan isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Məhkəmə istintaqı zamanı şahid Tovuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, 04 may 2024-cü il tarixdə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs narkotik maddəni qanunsuz olaraq üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında tərəfindən hazırlanan əməliyyat tədbiri şöbə rəhbərliyi tərəfindən təsdiq edildikdən sonra həmin gün saat 12 radələrində şöbənin əməliyyat müvəkkili Şahid8lə birlikdə Təqsirləndirilən şəxs Tovuz şəhərində yerləşən “Asan” Xidmət Mərkəzinin yaxınlığında saxlayıb Tovuz RPŞ-yə gətirmiş, orada şöbənin TB-nin təhqiqatçı, polis kapitanı Elmar Rüstəmov tərəfindən video çəkilişlə müdafiəçi ilə təmin edilərək hüquq və vəzifələri izah edilib video çəkilişlə üzərini axtarmağa başlayanda təklif edilmişdir ki, üzərində qanunsuz hər nə varsa könüllü təqdim edə bilər. T.Atakşiyev üzərində qanunsuz heç bir şeyin olmadığını bildirmiş, təhqiqatçı tərəfindən isə üzəri axtarılanda əynində olan şalvarın ön sağ cibinə 1 ədəd sellofan parçasına bükülü vəziyyətdə qoyduğu metamfetamin aşkar edilmiş, büküm təhqiqatçı tərəfindən elektron tərəzidə çəkildikdə 1,22 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs maddəni taparaq istifadəsi etməsindən ötrü üzərində saxlamasını bildirmiş, aşkar olunmuş büküm zərfə qablaşdırılaraq möhürlənib götürülmüş, iştirakçılarla birlikdə zərfin üzərinə imza etmişdir. Məhkəmə istintaqında şahidlər Tovuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid8 digər Şahid7 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid Ucar RPŞ-nin DYPB-nin İnzibati Təcrübə üzrə baş inspektoru Şahid10 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, əvvəllər Təqsirləndirilən şəxs tanımamış və heç bir münasibəti olmamışdır. 13 may 2024-cü il tarixdə, saat 18 radələrində məlumat daxil olmuş, məlumata əsasən Tural Atakşiyevin üzərində narkotik vasitə Ucar şəhəri, Nizami küçəsində olacağını öyrənən kimi raportla şöbə rəhbərliyinə məruzə etmiş, həmin gün saat 18:50 radələrində Ucar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid9 tərəfindən tərtib edilmiş əməliyyat tədbiri şöbə rəhbrəliyi tərəfindən təsdiq edildikdən sonra şöbənin CAB-nin əməliyyat müvəkkli Şahid9, CAB-nin axtarış üzrə əməliyyat müvəkkili Elçin İmanovla birlikdə Ucar şəhəri, Nizami küçəsində Tural Atakşiyevi görən kimi yaxınlaşıb özlərini təqdim edib narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirərək Ucar RPŞ-yə gətirmişlər. RPŞ-nin NH-də Ucar RPŞ-nin İB-nin baş müstəntiqi X14 Umudovun və Elçin İmanovun iştirakı ilə Ucar RPŞ-nin NH-nin məsul növbətçisi Aqil Zeynalov tərəfindən aparılan video çəkilişlə Müdafiəçi1 Təqsirləndirilən şəxs təqdim edib hüquq və vəzifələrini izah edərək üzərində qanunla qadağan olunmuş hər nə varsa, təqdim etməsini təklif edəndə Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan kiçik cibindən 1 ədəd açıq göy rəngli kiçik sellofan parçasına bükülü vəziyyətdə olan bükümü çıxarıb bükümdə “kakos” yəni heroin olmasını bildirmişdir. X18 tərəfindən açıldıqda içərisindən gümüşü rəngli siqaret kağızına bükülü bir qədər heroin aşkar edilmiş, Təqsirləndirilən şəxs üzərində başlanan şəxsi axtarış və götürmə zamanı şalvarının sağ arxa cibindən 1 ədəd pul kisəsi, ön sol cibindən 1 qutu siqaret və alışqan müəyyən olunmuş, həmin əşyalara baxış zamanı qanunla qadağan edilmiş heç nə müəyyən edilmədiyindən özünə qaytarılmış, 1 ədəd sellofan və kağız bükümdə aşkar edilmiş heroin zərfə qablaşdırıb müstəntiq tərəfindən möhürlənib götürüldükdən sonra iştirakçılarla birlikdə zərfin üzərinə imza etmişdir. Baş müstəntiq Rəhmin Zeynalov hər hansı bir qanunsuzluğa məruz qalıb-qalmaması barədə Təqsirləndirilən şəxs sual verdikdə heç bir qanunsuzluğa məruz qalmadığını üzərindən aşkar edilmiş heroinin özünə məxsus olmasını bildirmiş, bundan sonra şəxsi axtarış və götürmə yekunlaşdırılmışdır. Məhkəmə istintaqında şahidlər Ucar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid9 digər Şahid10 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin l cild 46-47-ci vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinin 14 may 2024-cü il tarixli, 3-16-16-2- 17/445 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs aşkar olunmuş kütlə...1)/imza/Təqsirləndirilən şəxs..” sözləri, adlar və imzalar olan zərfin içərisindəki sellofana bükülmüş 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 0,434 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (l siyahı). Tədqiqata 0,050 qram sərf edildikdən sonra 0,384 qram qalıq qalmışdır. Cinayət işinin l cild 46-cı vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, materialların məhkəmə ekspertizası tədqiqatının dəyəri 71,94 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin l cild 147-149-cu vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin 01 mart 2024-cü il tarixli, 16/292 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər kütlə..” yazılar və imzalar olan kağız paketdəki, 01 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 1,516 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in 1-ci siyahısının l bəndinə daxildir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra 1,466 qram qalıq qalmışdır. Cinayət işinin l cild 147-cı vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, materialların məhkəmə ekspertizası tədqiqatının dəyəri 32,40 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin l cild 239-241-ci vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin 20 yanvar 2024-cü il tarixli, 16/103 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə...” yazılar və imzalar olan kağız paketdəki, 01 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 1,042 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının ll bəndinə daxildir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,992 qram qalıq qalmışdır. Cinayət işinin l cild 239-cu vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, materialların məhkəmə ekspertizası tədqiqatının dəyəri 32,40 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin ll cild 70-72-ci vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin 02 yanvar 2024-cü il tarixli, 16/1 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetaminə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,220 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının ll bəndinə daxildir. Tədqiqata 0,06 qram sərf edildikdən sonra 1,160 qram qalıq qalmışdır. Cinayət işinin ll cild 70-ci vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, materialların məhkəmə ekspertizası tədqiqatının dəyəri 30,40 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin ll cild 209-210-cu vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin 05 yanvar 2024-cü il tarixli, 16/12 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində imzalar olan kağız paketdəki 1 (bir) ədəd qırmızı rəngli sellofan paketdə, təmiz çəkisi 420 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üzulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata 0,2 qram sərf edildikdən sonra 419,8 qram qalıq qalmışdır. Cinayət işinin ll cild 209-cu vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, materialların məhkəmə ekspertizası tədqiqatının dəyəri 30,40 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin lll cild 104-105-ci vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin 05 may 2024-cü il tarixli, 16/518 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “vət.Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş kütlə” yazı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,131 qram olan maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının ll bəndinə daxildir. Tədqiqata 0,06 qram sərf edildikdən sonra 1,071 qram qalıq qalmışdır. Cinayət işinin lll cild 104-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə fiziki-kimyəvi ekspertizası tədqiqatının dəyəri 30,40 manat təşkil edir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin lV cild 13-15-ci vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/1464 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Nəqliyyatda Baş Polis İdarəsi Zərflər üçün” dairəvi möhür əksi olan “...Vətəndaş Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd tor: müstəntiq – Orxan Həsənov imza” yazı əlavəsi olan polietilen bağlamada olan açıq yaşıl rəngli torun sapının diametri – 0,11 mm, dəliklərinin daxili ölçüsü 20x20 mm, 1qatlı poliamid sintetik kimyəvi liflərindən istehsal olunmuş torlardır. Cinayət işinin lV cild 13-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, materialların məhkəmə ekspertizası tədqiqatının dəyəri 154 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 12 mart 2025-ci il tarixli məktubdan görünür ki, sonuncu orqan dəymiş ziyanın ödənilmədiyini qeyd etmişdir. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin ll cild 153-155-ci vərəqələrindəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi PHŞ-nin 07 mart 2024-cü il tarixli, 168 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən hadisəni törədən zaman Yüngül dərəcəli əqli gerilik (yüngül debillik səviyyəsində), davranış pozğunluqları ilə XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F70.1 xəstəliyindən əziyyət çəkmişdir. O, hal-hazırda da yüngül Yüngül dərəcəli əqli gerilik (yüngül debillik səviyyəsində), davranış pozğunluqları ilə XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F70.1 xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs Yüngül dərəcəli əqli gerilik (yüngül debillik səviyyəsində), davranış pozğunluqları ilə XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F70.1 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik az ifadəli olması səbəbindən o, hadisə zamanı hərəkətlərini qiymətləndirmək öz hərkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Yəni cinayət hadisəsi törədən zaman anlaqlı olmuşdur. O, hal-hazırda da öz hərkətlərini qiymətləndirmək öz hərkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Onun hal-hazırda tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin l cild 68-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X15 məhkəmə-tibbi ekspertizasının 14 may 2024-cü il tarixli, 172 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində onun travma almasını göstərən obyektiv məhkəmə-tibb əlamətləri (qançır, sıyrıq, şişkinlik və s.) aşkar edilmədi. Məhkəmə iclasında elan edilmiş cinayət işinin ll cild 221-222-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X15 məhkəmə-tibbi ekspertizasının 05 yanvar 2024-cü il tarixli, 04 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – sağ və sol saidin ön səthinin səthi kəsikləri (çapıqları) kəsici əşyaların təsirindən törənmişdir. Hal-hazırda həmin xəsarətlərin törənmə müddətlərini dəqiq təyin etmək mümkün deyildir. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aid olduqları üçün dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinə, lokalizasiyasına əsasən demək olar ki, qeyd olunan xəsarətləri onun özü-özünə yetirə bilməsi inkar olunmur, onun bədən səthində öz boyu səviyyəsindən yıxılmaya xarakterik xəsarət aşkar edilmədi. Məhkəmə iclasında elan edilmiş cinayət işinin lll cild 36-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 18 may 2024-cü il tarixli, 863 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Nаrkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin lll cild 171-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 17 may 2024-cü il tarixli, 844 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin l cild 01-ci səhifəsində olan 14 may 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin l cild 17-ci vərəqəsində olan 13 may 2024-cü il tarixli şübhəli şəxs kimi tutma haqqında qərardan, eləcə də l cild 31-ci vərəqəsindəki eyni tarixli cinayəti törətməkdə şübhəli olan şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 19:13-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin l cild 34-36-cı vərəqəsində olan 13 may 2024-cü il tarixli şəxsi axtarış, baxış və götürmə haqqında protokoldan görünür ki, 13 may 2024-cü il tarixdə, saat 19:43-dən, 19:51-dək olan müddət ərzində Ucar RPŞ-nin X9 Atakişiyevin üzərində video çəkilişlə şəxsi axtarış götürmə aparılarkən əynində olan şalvarın sağ kiçik cibindən sellofan parçasında gümüşü rəngli siqaret kağızına bükülü vəziyyətdə 1 büküm narkotik vasitə hesab edilən heroin aşkar olunaraq müvafiq qaydada götürülmüşdür. Baxış zamanı “Panasonic” markalı videokameradan istifadə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin l cild 56-57-ci vərəqələrində olan 15 may 2024-cü il tarixli təqsirləndirilən şəxs - mülki cavabdeh qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs - mülki cavabdeh qismində cəlb edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin l cild 85-87-ci vərəqələrində olan Ucar Rayon Məhkəməsinin 15 may 2024-cü tarixli, 4(063)-14/2024 nömrəli həbs növündə qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, təqsirləndirilən şəxs - mülki cavabdeh - xx xxxxxxx 1987-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 2-ci qrup əlil, işləməyən, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri, Hərbi şəhər-84, ev 1 (93), mənzil 21-də qeydiyyatda olan və Gəncə şəhəri, M.Hacıyev küçəsi, ev 2, mənzil 4-də yaşayan Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu vaxtdan, yəni 13 may 2024-cü il tarixdən hesab edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin l cild 98-ci vərəqəsində olan Salyan Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 7(057)-83/2022 nömrəli məhkum barəsində amnistiyanın tətbiq edilməsi haqqında qərardan görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 180.1, 66.2, 66.5 və 228.1-ci maddələri ilə 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 5 saylı X11 cəza çəkən Təqsirləndirilən şəxs “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli, 395- VİQR nömrəli Qərarın 4 cü bəndinə əsasən çəkilməmiş cəzası 06 ay azaldılmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin l cild 99-cu vərəqəsində olan Salyan Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli, 7(057)-803/2022 nömrəli qərardan görünür ki, xx xxxxxxx 1987-ci il tarixində Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, həbs olunanadək Gəncə şəhəri, Muxtar Hacıyev küçəsi, bina 3, mənzil 54-də qeydiyyatda olmaqla yaşamış, Salyan Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli qərarı ilə 1 il 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzası 29 yanvar 2023-cü il tarixdə başa çatan məhkum Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin l cild 106-cı səhifəsində olan 01 mart 2024-cü il tarixli Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin TB-nin təhqiqatçısı tərəfindən qəbul edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin l cild 115-ci vərəqəsində olan 29 fevral 2024-cü il tarixli Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin TB-nin təhqiqatçısı tərəfindən qəbul edilmiş şübhəli şəxs kimi tutma haqqında qərardan, eləcə də l cild 132-ci vərəqəsindəki eyni tarixli cinayəti törətməkdə şübhəli olan şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 14:30-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin l cild 136-137-ci vərəqəsində olan 29 fevral 2024-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, 29 fevral 2024-cü il tarixdə, saat 14:45-dən, 14:56-dək olan müddət ərzində Gəncə şəhər BPİ-nin 2ci PŞ-nin təhqiqatçısı İsmət Əliyev tərəfindən 2-ci PŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində video çəkilişlə şəxsi axtarış götürmə aparılarkən sonuncunun əynində olan qara rəngli gödəkcənin sol iç cibindən sellofan parçasına bükülü vəziyyətdə 1 büküm narkotik vasitə hesab edilən heroin aşkar olunaraq müvafiq qaydada götürülmüşdür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin l cild 163-164-cü vərəqələrində olan 02 mart 2024-cü il tarixli təqsirləndirilən şəxs - mülki cavabdeh qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs - mülki cavabdeh qismində cəlb edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin l cild 183-cü vərəqəsində olan 02 mart 2024-cü il tarixli təqsirləndirilən şəxs - mülki cavabdehin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Gəncə şəhər BPİ-nin MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin l cild 198-ci səhifəsində olan 20 yanvar 2024-cü il tarixli Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı Elgün Tağıyev tərəfindən qəbul edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin l cild 207-ci vərəqəsində olan 19 yanvar 2024-cü il tarixli Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı Elgün Tağıyev tərəfindən qəbul edilmiş şübhəli şəxs kimi tutma haqqında qərardan, eləcə də l cild 223- 224-cü vərəqələrindəki eyni tarixli cinayəti törətməkdə şübhəli olan şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 19:30-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin l cild 228-229-cu vərəqələrində olan 19 yanvar 2024-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, 19 yanvar 2024-cü il tarixdə, saat 19:50-dən, 20:00-dək olan müddət ərzində Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı Elgün Tağıyev tərəfindən 2-ci PŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində video çəkilişlə şəxsi axtarış götürmə aparılarkən əynində olan şalvarın sağ yan cibindən sellofan parçasına bükülü vəziyyətdə 1 büküm psixotrop maddə hesab edilən metamfetamin aşkar olunaraq müvafiq qaydada götürülmüşdür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin l cild 254-255-ci vərəqələrində olan 21 yanvar 2024-cü il tarixli təqsirləndirilən şəxs - mülki cavabdeh qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs - mülki cavabdeh qismində cəlb edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin ll cild 12-13-cü vərəqələrində olan 21 yanvar 2024-cü il tarixli təqsirləndirilən şəxs - mülki cavabdeh barəsində qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Gəncə şəhər BPİ-nin MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin ll cild 26-cı səhifəsində olan 02 yanvar 2024-cü il tarixli Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı Cavidan Həsənov tərəfindən qəbul edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin ll cild 39-cu vərəqəsində olan 01 yanvar 2024-cü il tarixli Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı Cavidan Həsənov tərəfindən qəbul edilmiş şübhəli şəxs kimi tutma haqqında qərardan, eləcə də ll cild 53-54cü vərəqələrindəki eyni tarixli cinayəti törətməkdə şübhəli olan şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 15:25-dən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin ll cild 59-61-ci vərəqələrində olan 01 yanvar 2024-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, 01 yanvar 2024-cü il tarixdə, saat 15:50-dən, 16:05-dək olan müddət ərzində Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı Cavidan Həsənov tərəfindən 2-ci PŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində video çəkilişlə şəxsi axtarış götürmə aparılarkən sonuncunun əynində olan şalvarın sağ ön cibindən sellofan parçasına bükülü vəziyyətdə 1 büküm psixotrop maddə hesab edilən metamfetamin aşkar olunaraq müvafiq qaydada götürülmüşdür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin ll cild 80-81-ci vərəqələrində olan 03 yanvar 2024-cü il tarixli təqsirləndirilən şəxs - mülki cavabdeh qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs - mülki cavabdeh qismində cəlb edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin ll cild 98-99-cu vərəqələrində olan 03 yanvar 2024-cü il tarixli təqsirləndirilən şəxs - mülki cavabdehin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Gəncə şəhər BPİ-nin MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin ll cild 135-137-ci səhifələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 04 mart 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 27 iyul 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 06 oktyabr 2010-cu il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Yevlax Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 13 aprel 2021-ci il tarixli qərarı ilə Yevlax Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli hökmü dəyişdirilərək Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 05 may 2021-ci tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi təqsirli bilinərək, qəti olaraq 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 7(057)-83/2022 nömrəli məhkum barəsində amnistiyanın tətbiq edilməsi haqqında qərarı ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 180.1 və 228.1-ci maddələri ilə 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 5 saylı X11 faktiki cəza çəkən Təqsirləndirilən şəxs “8 X22 münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli, 395-VİQR nömrəli Qərarın 4 cü bəndinə əsasən çəkilməmiş cəzası 06 ay azaldılmış, Salyan Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli, 7(057)-803/2022 nömrəli qərarı ilə xx xxxxxxx 1987-ci il tarixində Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, həbs olunanadək Gəncə şəhəri, Muxtar Hacıyev küçəsi, bina 3, mənzil 54-də qeydiyyatda olmaqla yaşamış, Salyan Rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli qərarı ilə 1 il 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzası 29 yanvar 2023-cü il tarixdə başa çatan məhkum Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin ll cild 170-ci səhifəsində olan 05 yanvar 2024-cü il tarixli Gədəbəy RPŞ-nin təhqiqatçısı Xətayi Verdizadə tərəfindən qəbul edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin ll cild 178-ci vərəqəsində olan 04 yanvar 2024-cü il tarixli Gədəbəy RPŞ-nin təhqiqatçısı Xətayi Verdizadə tərəfindən qəbul edilmiş şübhəli şəxs kimi tutma haqqında qərardan, eləcə də ll cild 188-ci vərəqələrindəki eyni tarixli cinayəti törətməkdə şübhəli olan şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 13:15-dən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin ll cild 198-199-cu vərəqələrində olan 04 yanvar 2024-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, 04 yanvar 2024-cü il tarixdə, saat 13:50-dən, 14:05-dək olan müddət ərzində Gədəbəy RPŞnin TB-nin təhqiqatçısı Xətayi Verdizadə tərəfindən Gədəbəy RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində video çəkilişlə şəxsi axtarış götürmə aparılarkən sonuncunun əlində olan qara rəngli idman çantasının içərisindən 1 ədəd sellofanda narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar olunaraq müvafiq qaydada götürlmüşdür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin ll cild 223-224-cü vərəqələrində olan 06 yanvar 2024-cü il tarixli təqsirləndirilən şəxs - mülki cavabdeh qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs - mülki cavabdeh qismində cəlb edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin ll cild 239-240-cı vərəqələrində olan 06 yanvar 2024-cü il tarixli təqsirləndirilən şəxs - mülki cavabdehin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Gədəbəy RPŞ-nin MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin lll cild 69-cu vərəqəsində olan 05 may 2024-cü il tarixli Tovuz RPŞ-nin təhqiqatçısı Elmar Rüstəmov tərəfindən qəbul edilmiş cinayət işinin başlanması və aidiyyatı üzrə göndərilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin lll cild 75-ci vərəqəsində olan 04 may 2024-cü il tarixli Tovuz RPŞ-nin təhqiqatçısı Elmar Rüstəmov tərəfindən qəbul edilmiş cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulmasına dair qərardan, eləcə də lll cild 88-ci vərəqəsindəki eyni tarixli cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 12:15-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin lll cild 90-91-ci vərəqəsində olan 04 may 2024-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, 04 may 2024-cü il tarixdə, saat 12:20-dən, 13:00-dək olan müddət ərzində Tovuz RPŞ-nin TB-nin təhqiqatçısı Elmar Rüstəmov tərəfindən Tovuz RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində video çəkilişlə şəxsi axtarış götürmə aparılarkən əynində olan şalvarın sağ ön cibindən sellofan parçasına bükülü vəziyyətdə 1 büküm narkotik maddə hesab edilən metamfetamin aşkar olunaraq müvafiq qaydada götürülmüşdür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin lll cild 111-112-ci vərəqələrində olan 06 may 2024-cü il tarixli təqsirləndirilən şəxs - mülki cavabdeh qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs - mülki cavabdeh qismində cəlb edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin lll cild 131-132-ci vərəqələrində olan 06 may 2024-cü il tarixli təqsirləndirilən şəxs - mülki cavabdehin barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin lll cild 135-136-cı vərəqələrində olan 06 may 2024-cü il tarixli təqsirləndirilən şəxs - mülki cavabdehin MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 11:45-də Tovuz RPŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin lll cild 209-cu səhifəsində olan 28 mart 2024-cü il tarixli Azərbaycan Respublikası DİN-in Su NPİ-nin müstəntiqi Orxan Paşalı tərəfindən qəbul edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin lll cild 212-215-ci vərəqələrində olan 03 mart 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və fotoşəkildən görünür ki, Su NPİ-nin Mingəçevir XPM-nin rəisi, polis mayoru Şahid6 xx.xx.2024-cü il tarixdə, saat 00:45-də Samux rayonu, Qırmızı Samux kəndi istiqamətində qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli keçirilən tədbir zamanı Mingəçevir su anbarının qeyd edilən ərazidə yerləşən sahilində su anbarından balıq ovlama bileti olmadan balıq tutan Tural Atakşiyev saxlanarkən 1 ədəd rezin kombinezon, 1 ədəd uzunluğu 40 metr, eni isə 2 metr olan tor və 32 ədəd şamayı balıqları aşkar edilərək müvafiq qaydada götürülümüş və həmin proses video çəkilişlə həyata keçirilərək nəticəsi 1 ədəd diksə köçürülməklə iş materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin lll cild 235-ci vərəqəsində olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X2 Qorunması Xidməti tərəfindən verilmiş 28 mart 2024-cü il tarixli, 3-14-21/2-246-2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti yoxdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin lll cild 237-238-ci vərəqəsində olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsinə nəzarət və ekoloji monitorniq sektorunun məsləhətəçi-müfəttişi X4 vermiş olduğu 03 mart 2024-cü il tarixli rəyə əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Azər Quliyev və Azər Tofiqzadə tərəfindən tərtib edilmiş 06 mart 2024-cü il tarixli balıq ehtiyatlarına vurulmuş ziyan barədə olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz tutmuş olduğu 32 ədəd balıq şamayı balıqlarıdır, hər birinin ayrı-ayrılıqda dəyəri 33 manat olmaqla 32 ədədinin ümumi dəyəri 1056 manatdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin lV cild 18-ci və 135-155-ci vərəqələrində olan müvafiq olaraq 16 aprel 2024-cü il tarixli maddi sübut kimi tanınma, eləcə də 16 iyul 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlarından görünür ki, təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs 01 yanvar 2024-cü il tarixdə aşkar edilmiş təmiz çəkisi 1,220 qram kustar üsulla hazırlanmış tədqiqata 0,06 qram sərf edildikdən sonra qalıq qalmış 1,160 psixotrop maddə-metamfetamin, 04 yanvar 2024-cü il tarixdə aşkar edilmiş təmiz çəkisi 420 qram olan kustar üsulla hazırlanmış tədqiqata 0,2 qram sərf edildikdən sonra qalıq qalmış 419 qram qurudulmuş marixuana, 19 yanvar 2024-cü il tarixdə aşkar edilmiş təmiz çəkisi 1,042 qram, tədqiqata 0,05 qram sərf edildikdən sonra qalıq qalmış 0,992 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 29 fevral 2024-cü il tarixdə aşkar edilmiş təmiz çəkisi 1,516 qram, tədqiqata 0,05 qram sərf edildikdən sonra qalıq qalmış 1,466 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 04 may 2024-cü il tarixdə aşkar edilmiş təmiz çəkisi 1,131 qram, tədqiqata 0,06 qram sərf edildikdən sonra qalıq qalmış 1,071 qram kustar üsulla hazrılanmış psixotrop maddə-metamfetamin, 13 may 2024-cü tarixdə aşkar edilmiş təmiz çəkisi 0,434 qram, tədqiqata 0,050 qram sərf edildikdən sonra qalıq qalmış 0,384 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroinin çəkisi nəzərə alınmış və çəkilər ekspertiza rəylərində göstərilən çəkilərdə olduğu kimi qəbul edilmiş, həmin narkotik vasitələr və psixotrop maddələr maddi sübut kimi tanınmaqla maddi sübutlar otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs qanunsuz balıq ovlayarkən Su NPİ-nin Mingəçevir XPM-nin əməkdaşları tərəfindən çəkilmiş video görüntü köçürülən 1 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd tor və rezin kombinezonun, eləcə də 32 ədəd şamayı balıqlarının Su NPİ-nin İB-nin müstəntiqi Orxan Paşalı tərəfindən qəbul edilmiş 16 aprel 2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərarla maddi sübut kimi tanınması nəzərə alınmış və 1 ədəd tor və rezin konbinezon Ucar RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs tərəfindən qanunsuz ovlanmış 32 ədəd şamayı balıqlarının 03 mart 2024-cü il tarixli qəbul aktı ilə saxlanmasından ötrü fiziki şəxs X5 təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürməyə məruz qalarkən çəkilmiş video görüntülər köçürülən 6 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur. Təqsirləndirilən şəxs telefon danışıqları və s köçürülmüş 01 ədəd disk cinayət işinə əlavə olunmuşdur. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş, biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri xeyli miqdarda əldə edib saxlama, qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma, eyni zamanda, balıq və digər su bioresurslarının qanunsuz tutulması nəticəsində xeyli miqdarda ziyan vurma cinayət əməllərini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxs - mülki cavabdehin ibtidai və məhkəmə istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 233-1.1, 234.1 və 256.2.2-ci maddələri ilə tövsif edilmiş və o, müvafiq olaraq həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxs - mülki cavabdehin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs əməlindən səmimi peşmanlıq çəkməsini, 2-ci qrup əlil olmasını və himayəsində xəstə anasının olmasını Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxs - mülki cavabdehin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə müvafiq olaraq, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Bu Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Qeyd olunan Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Bu Məcəllənin 65.2-ci maddəsinə müvafiq olaraq, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə münasibətdə residiv Cinayət Məcəlləsinin 61-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq ona, təqsirli bilindiyi Cinayət Məcəlləsinin 233-1.1, 234.1 və 256.2.2ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının İ bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxs mülki cavabdehlərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilir, əmələ görə məsuliyyət müəyyən edən CM-nin Xüsusi hissəsinin normasının düzgün tövsifi təmin edilir. Bu Qərarın İİ bəndinin V yarımbəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxs - mülki cavabdehin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə, təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək üzərində saxlamasını, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurmasını, habelə ictimaiyyət daxilində narkotik vasitələrə və psixotrop maddələrə meylli şəxs kimi mənfi xarakterizə olunmasını, bundan əlavə qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma, eyni zamanda, balıq və digər su bioresurslarının qanunsuz tutulması nəticəsində xeyli miqdarda ziyan vurma cinayət əməllərini törətməsi Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən əvvəllər də eyni və müxtəlif qəbildən olan cinayət əməllərini törətməsinə görə məhkum olunması və məhkumluğu dövründə yenidən cinayət əməlini törətməsinə baxmayaraq, islah olunmamasını, barəsində yüngülləşdirici hallar olsa da, cəzasını ağırlaşdıran halın mövcud olmasını, yəni Təqsirləndirilən şəxs tərəfindən yenidən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət əməlinin qəsdən törədilməsi ilə onun törətdiyi əməlin ictimai təhlükəliliyini xeyli dərəcədə artırdığını, bununla da cinayət törətməyə meylli olmasını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 233-1.1, 234.1 və 256.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 10 (on) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmalı və ona təyin olunacaq cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 13 may 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 3.2-ci bəndinə əsasən narkomanlıq xəstəliyinə düçar olmuş əlilliyi olan şəxslərə məcburi müalicə tətbiq edilə bilməz. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə, həmçinin məhkəməyədək istintaq zamanı mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən təqdim edilmiş mülki iddia ərizəsi ilə bağlı qeyd edir ki, cinayət nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi barədə mülki iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 179-cu maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 181-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən, ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bu Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xeyrinə 1056 (bir min əlli altı) manat dəymiş zərər tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mülki iddia üzrə ödənilmədən azad edilmiş dövlət orqanı tərəfindən verilmiş mülki iddia üzrə ödənilməli olan 30,56 manat dövlət rüsumu təqsirləndirilən şəxs - mülki cavabdeh – mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad edilirlər. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut olan və Ucar RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs 01 yanvar 2024-cü il tarixdə aşkar edilmiş qalıq çəkisi 1,160 psixotrop maddə-metamfetamin, 04 yanvar 2024-cü il tarixdə aşkar edilmiş qalıq çəkisi 419,8 qram qurudulmuş marixuana, 19 yanvar 2024-cü il tarixdə aşkar edilmiş qalıq çəkisi 0,992 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 29 fevral 2024-cü il tarixdə aşkar edilmiş qalıq çəkisi 1,466 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 04 may 2024-cü il tarixdə aşkar edilmiş qalıq çəkisi 1,071 qram kustar üsulla hazrılanmış psixotrop maddə-metamfetamin, 13 may 2024-cü tarixdə aşkar edilmiş qalıq çəkisi 0,384 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, həmçinin, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd tor və rezin kombinezon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs tərəfindən qanunsuz ovlanmış 32 ədəd şamayı balıqlarının 03 mart 2024-cü il tarixli qəbul aktı ilə saxlanmasından ötrü fiziki şəxs X5 təhvil verilməsi nəzərə alınmalı, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürməyə məruz qalarkən çəkilmiş video görüntülər köçürülən 6 ədəd disk, Təqsirləndirilən şəxs qanunsuz balıq ovlayarkən Su NPİ-nin Mingəçevir XPM-nin əməkdaşları tərəfindən çəkilmiş video görüntü köçürülən 1 ədəd disk, eləcə də, Təqsirləndirilən şəxs telefon danışıqları və s köçürülmüş 01 ədəd disk cinayət işinə cinayət işində saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 381,94 (üç yüz səksən bir manat doxsan dörd qəpik) manat məhkəmə xərci təqsirləndirilən şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-1.1-ci, 234.1-ci və 256.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-1.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.2.2-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 10 (on) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 03 (üç) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 03 (üç) il, 07 (yeddi) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu, yəni 13 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə verilmiş mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xeyrinə 1056 (bir min əlli altı) manat dəymiş zərər tutulsun. İş üzrə maddi sübut olan Ucar RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs 01 yanvar 2024-cü il tarixdə aşkar edilmiş qalıq çəkisi 1,160 psixotrop maddə-metamfetamin, 04 yanvar 2024-cü il tarixdə aşkar edilmiş qalıq çəkisi 419,8 qram qurudulmuş marixuana, 19 yanvar 2024-cü il tarixdə aşkar edilmiş qalıq çəkisi 0,992 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 29 fevral 2024-cü il tarixdə aşkar edilmiş qalıq çəkisi 1,466 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 04 may 2024-cü il tarixdə aşkar edilmiş qalıq çəkisi 1,071 qram kustar üsulla hazrılanmış psixotrop maddə-metamfetamin, 13 may 2024-cü tarixdə aşkar edilmiş qalıq çəkisi 0,384 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, həmçinin, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd tor və rezin kombinezon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs tərəfindən qanunsuz ovlanmış 32 ədəd şamayı balıqlarının 03 mart 2024-cü il tarixli qəbul aktı ilə saxlanmasından ötrü fiziki şəxs X5 təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs şəxsi axtarış və götürməyə məruz qalarkən çəkilmiş video görüntülər köçürülən 6 ədəd disk, Təqsirləndirilən şəxs qanunsuz balıq ovlayarkən Su NPİ-nin Mingəçevir XPM-nin əməkdaşları tərəfindən çəkilmiş video görüntü köçürülən 1 ədəd disk, eləcə də, Təqsirləndirilən şəxs telefon danışıqları və s. köçürülmüş 01 ədəd disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 381,94 (üç yüz səksən bir manat doxsan dörd qəpik) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar