Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-82/2025 11.03.2026 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Atayeva Ramilə Mirəli qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə 11 mart 2026-cı il tarixdə, Ucar şəhəri, Ucar Rayon Məhkəməsinin inzibati binasında 01 avqust 1983-cü il tarixində Ucar rayonu, Lək kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Ucar rayonu, Lək kəndində qeydiyyatda olmaqla Ucar şəhəri, Dədə Qorqud küçəsində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin (bundan sonra mətndə CM) 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 05 avqust 2025-ci il tarixdə, saat 22 radələrində B1, B, C1, C kateqoriyalı, BC 852266 nömrəli sürücülük hüququ verən sənəd əsasında 29 iyul 2031-ci il tarixədək qüvvədə olan etibarnamə ilə alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş vəziyyətdə “Vaz 21074” markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobili Ucar rayonu, Lək kəndindən Ucar rayonu, Qazyan kəndi istiqamətində idarə edən zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, Ucar rayonu, Qazyan kəndində qarşı hərəkət zolağına çıxaraq qarşı hərəkət zolağında hərəkətdə olan Şahid1 idarə etdiyi “LF 7132E-330” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili sol tərəfindən vurduqdan sonra həmin nəqliyyat vasitəsinin arxasında hərəkətdə olan Şahid2 idarə etdiyi “Vaz 2103” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan idarə etdiyi “Vaz 21074” markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs əng sümüyünün yerini dəyişmiş sınığı, burun sümüklərinin yerini dəyişmiş sınığı, burunun açıq yarası, qapalı kəllə beyin travması ilə müşahidə olunan sağlamlığa Ağır zərər vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, idarə etdiyi “VAZ-21074” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobil qardaşı X1 məxsus olmuş, həmin nəqliyyat vasitəsini etibarnamə ilə idarə etmişdir. Onun 29 iyul 2031-ci il tarixədək qüvvədə olan B1, B, C1, C kateqoriyalı sürücülük hüququ verən sənədi olmuşdur. 05 avqust 2025-ci il tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs avtomobili ustada olduğuna görə ona zəng edərək birlikdə Zərdab rayonuna gedib avtomobil üçün ehtiyat hissələri almağı təklif etmişdir. O da Vahidlə razılaşmış və Zərdab rayonundan avtomobil üçün ehtiyat hissələri almışlar. Həmin ehtiyat hissələrini Ucar rayonu, Qazyan kəndində usta Familə vermək istəyən zaman artıq gec olmuş və Famil çıxıb getmişdir. Həmin vaxt onlar Ucar rayonu, Qazyan kəndində yerləşən “Oba market” daxil olmuş və Vahid oradan 1 ədəd 0,7 litr araq spirtli içki almışdır. Daha sonra həmin marketin arxasındakı kafedə əyləşib yiyib-içməyə başlamışlar. Lakin həmin vaxt o, spirtli içki qəbul etməmişdir. Daha sonra onlar kafedən çıxıb üzü Ucar rayonu, Lək kəndi istiqamətində hərəkət etməyə başlamışlar. Avtomobili həmin vaxt o, idarə etmişdir. Həmin vaxt avtomobildə həmkəndlisi Zərərçəkmiş şəxs da olmuşdur. Həmin gün, saat 22 radələrində Ucar rayonu, Qazyan kəndi ərazisində olan zaman təxminən 40-50 metr məsafədə “LF 7132E-330” markalı, **- BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun hərəkət zolağına daxil olaraq ötmə əməliyyatını həyata keçirdiyini görmüşdür. Həmin vaxt “LF 7132E-330” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü özü ilə eyni istiqamətdə hərəkətdə olan “VAZ-2103” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili ötmək üçün onun hərəkət zolağına daxil olmuşdur. Həmin vaxt o, idarə etdiyi avtomobili nə qədər sağa çəksə də, idarə etdiyi avtomobilin sol hissəsi “LF 7132E-330” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol hissəsinə dəymişdir. Lakin daha sonra baş verən hadisələr yadında qalmamışdır. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı həm özü, həm də idarə etdiyi avtomobildə əyləşmiş Zərərçəkmiş şəxs müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Həmin vaxt avtomobili təxminən 80-90 km/saat sürətlə idarə etmiş və spirtli içki qəbul etməmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, 05 avqust 2025-ci il tarixdə avtomobili ustada olduğuna görə həmkəndlisi Təqsirləndirilən şəxs zəng edərək birlikdə Zərdab rayonuna gedib avtomobil üçün ehtiyat hissələri almışlar. Həmin ehtiyat hissələrini Ucar rayonu, Qazyan kəndində usta Familə vermək istəyən zaman artıq gec olmuş və Famil çıxıb getmişdir. Həmin vaxt onlar Ucar rayonu, Qazyan kəndində yerləşən “Oba market”dən 1 ədəd 0,7 litr araq spirtli içki almış və həmin marketin arxasındakı kafedə əyləşib yiyib-içməyə başlamışlar. Həmin gün, saat 22 radələrində kafedən çıxıb evə getmək istəyən zaman o, Pərvizə spirtli içki qəbul etdiklərinə görə taksi avtomobili çağırıb taksi ilə evə getməyi təklif etmişdir. Lakin Pərviz etiraz etmiş və o, Pərvizin idarə etdiyi “VAZ-21074” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobildə ön sağ tərəfdə sərnişin qismində əyləşmişdir. Avtomobili isə Pərviz idarə etmişdir. 05 avqust 2025-ci il tarixdə, saat 22 radələrində Ucar rayonu, Qazyan kəndində hərəkətdə olan zaman Pərviz içkili olduğu üçün avtomobili sağa və sola hərəkət etdirib sürmüşdür. Pərviz qarşı hərəkət zolağına daxil olub hərəkətini davam etdirən zaman qarşı hərəkət zolağında hərəkətdə olan “LF 7132E-390” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili sol tərəfindən vuraraq həmin avtomobilin arxasında hərəkətdə olan “VAZ-2103” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Bundan sonra olan hadisələr isə yadında qalmamışdır. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində özü müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Hadisə zamanı Pərviz avtomobili təxminən 120 km/saat sürətlə idarə etmişdir. Avtomobildə başqa şəxs və ya şəxslər olmamışdır. Ona dəymiş ziyan ödənilməmişdir, o, hazırda Təqsirləndirilən şəxs ilə barışmamış və sonuncuya qarşı şikayətçidir. Məhkəmə istintaqı zamanı Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, “LF 7132E-330” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil atası X2 məxsus olmuş, həmin avtomobili 05 avqust 2032-ci il tarixədək qüvvədə olan nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamə ilə idarə etmişdir. O, nəqliyyat vasitəsini B1, B, C1, C kateqoriyalı sürücülük hüququ verən sənəd əsasında idarə etmişdir. 05 avqust 2025-ci il tarixdə, saat 22 radələrində yaşadığı evdən çıxaraq Ucar rayonu, Qazyan kəndi istiqamətində hərəkət etmişdir. Həmin vaxt avtomobili təxminən 60 km/saat sürətlə idarə etmişdir. Ucar rayonu, Qazyan kəndi ərazisində qarşı hərəkət zolağında hərəkətdə olan “VAZ-2107” markalı, **- RE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onun hərəkətdə olduğu zolağa daxil olaraq idarə etdiyi avtomobili üzərinə sürməyə başlamışdır. Həmin avtomobilin sürücüsünün hərəkət etdiyi zolaq boş olmuş, yəni heç bir ötmə əməliyyatı həyata keçirməmiş, sürətini isə dəqiq bilməsə də avtomobili təxminən 120 km/saat sürətlə idarə etmişdir. “VAZ-2107” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə gəldiyi təxminən 30-40 metr məsafədə gördükdən sonra o, avtomobilini yolun sağ kənarına çəkib hərəkətini davam etdirən zaman, həmin vaxt “VAZ-2107” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onun idarə etdiyi avtomobilin sol kənarlarına vuraraq onunla eyni istiqamətdə hərəkətdə olan “VAZ-2103” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Həmin vaxt avtomobildə ondan başqa heç kim olmamışdır. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində özü müxtəlif dərəcəli bədən xəsarətləri almış və Ucar və Göyçay RMX-na müraciət etmişdir. Həmin gün spirtli içki qəbul etməmiş, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona 7600 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı Şahid2 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, “VAZ-2103” markalı, **- BH-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 məxsus olmuş, həmin avtomobili 15 iyun 2026-ci il tarixədək qüvvədə olan nəqliyyat vasitəsinə dair sərəncam verilməsi haqqında etibarnamə ilə idarə etmişdir. Lakin nəqliyyat vasitəsini idarə etmək hüququ verən sənədi olmamışdır. 05 avqust 2025-ci il tarixdə, saat 22 radələrində yaşadığı evdən çıxaraq Ucar rayonu, Qazyan kəndi istiqamətində hərəkət etmişdir. Həmin vaxt avtomobili təxminən 60 km/saat sürətlə idarə etmişdir. Həmin vaxt onun qarşısında onunla eyni istiqamətdə “LF 7132E-330” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkət etmişdir. Ucar rayonu, Qazyan kəndi ərazisində qarşı hərəkət zolağında hərəkətdə olan “VAZ-2107” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onların hərəkətdə olduğu zolağa daxil olaraq idarə etdiyi avtomobili “LF 7132E-330” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə sürməyə başlamışdır. Həmin vaxt “VAZ-2107” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün hərəkət etdiyi zolaq boş olmuş, yəni heç bir ötmə əməliyyatı həyata keçirməmiş, idarə etdiyi avtomobili isə təxminən 120 km/saat sürətlə idarə etmişdir. “VAZ-2107” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobili “LF 7132E-330” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə gələn zaman “LF 7132E-330” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobilini yolun sağ kənarına çəkərək hərəkətini davam etdirən zaman, “VAZ-2107” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü “LF 7132E-330” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol kənarlarına vuraraq onun idarə etdiyi avtomobil ilə toqquşmuşdur. Həmin vaxt avtomobildə ondan başqa heç kim olmamışdır. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində özü müxtəlif dərəcəli bədən xəsarətləri almış və Ucar və Göyçay RMX-na müraciət etmişdir. Həmin gün o, spirtli içki qəbul etməmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona 5294 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı Şahid3 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanımış, həmkədliləri olmuşdur. Onlar arasında əvvəllər heç bir ədavət və düşmənçilik olmamışdır. 05 avqust 2025-ci il tarixdə, saat 19-20 radələrində Vahid və Pərviz onun işlədiyi kafeyə, yəni Ucar rayonu, Qazyan kəndində yerləşən “Oba marketin” arxasındakı kafeyə gəlmişlər. Həmin vaxt onların əlində şəffaf sellofanda 0,7 litrlik araq olmuşdur. Həmin vaxt onlar həyətdə olan kabinetdə əyləşmişlər. Pərviz və Vahidə o, qulluq etmişdir. Onlar bir müddət kafedə oturub yiyib-içdikdən sonra çıxıb getmişlər. Lakin onların çıxıb getməklərini görməmişdir. Onlar çıxıb getməmişdən qabaq isə hesablarını vermiş və onların hesabı təxminən 40 manat olmuşdur. Həmin vaxt Pərviz də Vahidlə birlikdə spirtli içki qəbul etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsi özünümüdafiə xarakteri daşıyır və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 80-82-ci səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 sentyabr 2025-ci il tarixli, 8/1942 saylı rəyindən görünür ki, istintaq tərəfindən göstərilən şəraitdə LF 7132E-330 markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. İstintaq tərəfindən göstərilən şəraitdə VAZ-2103 markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Sürücü Şahid2 avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, VAZ-21074 markalı, **- RE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 80-90 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin 79-cu vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixdə verilmiş eyni nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının dəyəri 150 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş işin 83-cü səhifəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X6 məhkəmə-tibb ekspertizasının 13 avqust 2025-ci il tarixli (14 oktyabr 2025-ci il tarixdə imzalanmış), 268 saylı rəyindən görünür ki, Şahid2 sağ saidin orta 1/3-nin yan səthinin sıyrığı vardır. Bu xəsarət küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 05 avqust 2025-ci il tarixə uyğun gəlir, yol nəqliyyat hadisəsi nəticəsində törənməsi istisna edilmir. Sağlamlığa zərər vurmadığı üçün qeyd olunan xəsarətin dərəcəsi təyin edilmir. Obyerktiv məhkəmətibb əlamətləri ilə (qançır, şişkinlik, sıyrıq və s.) təsvir və təsdiq edilmədiyi üçün tibbi sənəddə qeyd edilən “Döş qəfəsinin küt travması” diaqnozu xəsarətin ağırlıq dərəcəsinin qiymətləndirilməsində nəzərə alınmadı. Məhkəmə iclasında elan edilmiş işin 84-cü səhifəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X6 məhkəmə-tibb ekspertizasının 13 avqust 2025-ci il tarixli (14 oktyabr 2025-ci il tarixdə imzalanmış), 270 saylı rəyindən görünür ki, Şahid1 döş qəfəsinin küt travması, sağ yuxarı ətrafın sıyrığı olmuşdur. Bu xəsarət küt alətin təsirindən əmələ gəlmişdir, 05 avqust 2025-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində törənməsi istisna edilmir. Sağlamlığa zərər vurmadığı üçün qeyd edilən xəsarətin dərəcəsi təyin edilmir. Məhkəmə iclasında elan edilmiş işin 85-ci səhifəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X6 məhkəmə-tibb ekspertizasının 13 avqust 2025-ci il tarixli (14 oktyabr 2025-ci il tarixdə imzalanmış), 272 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs sol incik sümüyünün sınığı, alt dodağın əzilmiş yarası olmuşdur. Bu xəsarət bərk küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 05 avqust 2025-ci il tarixə uyğun gəlir, yol nəqliyyat hadisəsi nəticəsində törənməsi istisna edilmir. Qeyd olunan xəsarət sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi az ağır zərər vuran xəsarətlərə aid edilir. Məhkəmə iclasında elan edilmiş işin 86-cı səhifəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X6 məhkəmə-tibb ekspertizasının 19 sentyabr 2025-ci il tarixli (14 oktyabr 2025-ci il tarixdə imzalanmış), 325 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs əng sümüyünün yerini dəyişmiş sınığı, burun sümüklərinin yerini dəyişmiş sınığı, burunun açıq yarası, qapalı kəllə beyin travması, baş beyinin yüngül dərəcəli əzilməsi, əsas sümüyünün sınığı olmuşdur. Bu xəsarətlər bərk küt alətin təsirindən əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni 05 avqust 2025-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində törənməsi istisna edilmir. Qeyd olunan xəsarət törənən anda həyat üçün təhlükəli olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa ağır zərər vuran xəsarətlərə aid edilir. Məhkəmə iclasında elan edilmiş işin 101-103-cü səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X6 18 avqust 2025-ci il tarixli, 2939/K saylı ekspert rəyindən (maddi sübutların ekspertizası) görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində etil spirti aşkar edildi. Etil spirtinin qatılığı-0,68%-dir. Metil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 1-ci vərəqəsində olan cinayət işi başlaması və işin icraata qəbul edilməsi barədə 17 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Məhkəmə iclasında elan edilmiş işin 7-11-ci səhifələrində olan 05 avqust 2025-ci il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan, yol-nəqliyyat hadisəsinin sxemindən və fotoşəkillərdən görünür ki, hadisə yeri Ucar rayonu, Qazyan kəndidir. Hadisə yerinə baxış Ucar rayonu, Qazyan kəndi istiqamətindən Ucar rayonu, Lək kəndi istiqamətində keçirilmişdir. Hadisə yerində yol asfalt örtüklü olmaqla quru, düz və hamardır. Hadisə yeri küçədir, işıqlandırılmayıb. Hadisə yerində 1.8 üfüqi nişanlanma xətti mövcuddur. Baxış zamanı hadisə yeri hal şahidlərinin iştirakı ilə aparılmışdır. Hadisədən öncə “LF 7132E-330” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil və “VAZ-2103” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil Ucar rayonu, Lək kəndindən Ucar rayonu, Qazyan kəndi istiqamətində, “VAZ-21074” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobil isə Ucar rayonu, Qazyan kəndində Ucar rayonu, Lək kəndi istiqamətində hərəkətdə olmuşdur. Hər üç nəqliyyat vasitəsinin hərəkətdə olduğu yolun eni 9 metr olmaqla, hərəkət zolağının eni 4,5 metr olmuşdur. “VAZ-21074” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilin LF 7132E-330” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma yerindən yolun sol kənarına qədər məsafə 2,1 metr, yolun sağ kənarına qədər məsafə isə 6,9 metr olmuşdur. “Vaz-21074” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilin LF 7132E-330” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma yerindən “LF 7132E-330” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə qədər məsafə 30 metr olmuşdur. “Vaz-21074” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobillə “VAz-2103” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən yolun sol kənarına qədər məsafə 2,4 metr, yolun sağ kənarına qədər məsafə isə 6,6 metr olmuşdur. Birinci toqquşma yerindən ikinci toqquşma yerinə qədər məsafə isə 10 metr olmuşdur. Yol çiyinlərinin eni 0,6 metr olmuşdur. Hadisə yerində iş üzrə əhəmiyyət kəsb edə biləcək digər iz və ya hallar aşkar edilərək götürülməmişdir. Məhkəmə iclasında elan edilmiş işin 51-ci səhifəsində olan BC852266 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 29 iyul 2021-ci il tarixdən 29 iyul 2031-cü il tarixədək BC kateqoriyalı sürücülük hüququ verilmişdir. Məhkəmə iclasında elan edilmiş işin 54-cü səhifəsində olan Ucar RPŞ-nin DYP-nin 25 avqust 2025-ci il tarixli raportundan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemində yoxlama zamanı müəyyən olunmuşdur ki, Ucar rayonu, Lək kənd sakini Təqsirləndirilən şəxs 05 avqust 2025-ci il tarixdə “VAZ- 21074” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobili 29 iyul 2031-ci il tarixədək qüvvədə olan etibarnamə ilə idarə etmişdir. Məhkəmə iclasında elan edilmiş işin 110-cu səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 25 oktyabr 2025-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Zərdab Rayon Məhkəməsinin 10 iyul 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək hər ay qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “Amnistiya” qərarının 2.8-ci bəndinə əsasə azad edilmişdir. Təqsirləndirilən şəxs hazırda üzərində məhkumluğu olmayan şəxs hesab olunur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 136-137-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 06 noyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 168-169-cu səhifələrində olan 06 noyabr 2025-ci il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək barədə iltizam" növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 182-191-ci vərəqələrində olan 20 noyabr 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlaməti olduğundan onun barəsində inzibati icraat işinin başlanması məsələsinə baxılmasından ötrü qəbul edilmiş qərarın surətinin Ucar Rayon Polis Şöbəsinin DYPB-nə göndərilməsi və qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Şahid2 əməlində Azərbaycan Respublikası İXM-nin 332.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlaməti olduğundan onun barəsində inzibati icraat işinin başlanması məsələsinə baxılmasından ötrü qəbul edilmiş qərarın surətinin Ucar Rayon Polis Şöbəsinin DYPB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 180-181-ci səhifələrində olan arayış və xasiyyətnamədən görünür ki, himayəsində 2014-cü il təvəllüdlü (azyaşlı) Nuray və 2016-cı il təvəllüdlü (azyaşlı) Əmirxan adlı uşaqları olan, Ucar rayonu, Lək kəndində yaşayan Təqsirləndirilən şəxs barəsində Ucar Rayon İHB-nın Lək kənd İƏD-si üzrə nümayəndəliyinə hər hansı intizam tədbiri görülməmişdir. Məhkəmə iclasında elan edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş vəsiqənin surətindən və “Elektron Məhkəmə İnformasiya” sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması cinayət işinə əlavə olunmuş materiallarla sübuta yetirildi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayət əməlinə görə həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan cinayət törətməsini, himayəsində iki azyaşlı övladının olmasını, həmçinin yaşayış yeri üzrə barəsində şikayətin daxil olmamasını və İİ qrup əlil olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasın”a dair 15 noyabr 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. CPM-in 106.6.1-cı maddəsində zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisinin şübhəli və ya təsirləndirilən şəxslə barışmaq hüququnun nəzərdə tutulduğunu, hüquqi varis qismində tanınmış digər şəxslərin isə bu hüquqa malik olmadıqlarını nəzərə alaraq, yalnız yaxın qohum olan hüquqi varislə barışığın əldə edilməsi CM-in 59.1.12-ci maddəsində nəzərə tutulmuş cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməli və əgər cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişsə, təqsirkara cəza təyin edilərkən CM-in 60-cı maddəsinin tələblərinə əməl olunmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həyat şəraitini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 150 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan 150 (bir yüz əlli) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №1(063)-82/2025
Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-82/2025
11.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver