Azərbaycan Respublikası adından QƏRAR Ucar rayonu İş № 1(063)-83/2025 26.02.2026 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Atayeva Ramilə Mirəli qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1987-ci ildə Göyçay rayonu, Kürdşaban kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (deməsinə görə subay), işləməyən, məhkumluğu olmayan, Göyçay rayonu, Kürdşaban kəndində qeydiyyatda olmaqla, Ucar şəhəri, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Rrespublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə qadağan edilmiş və həmin Qanunun “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ siyahısı ilə müəyyən edilmiş xeyli miqdarda, yəni 280,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmamış marixuananı və əkilib-becərilməsi qadağan olunmuş uzunluğu 147 sm, təmiz çəkisi 800 qram olan 1 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəsini qanunsuz olaraq satış məqsədi olmadan əldə edib üzərində daşıyaraq saxlamış, 27 avqust 2025-ci il tarixdə, saat 16:00 radələrində Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Göyçay–Ucar magistral avtomobil yolunun sağ hissəsində, Ucar şəhəri, Heydər Əliyev prospektində yerləşən çöllük ərazidə saxlanılsa da, üstünü yoxlamaq üçün əlverişli şərait olmadığına görə yaxınlıqdakı istifadəsiz avtomobil təmiri sexinin yaxınlığına gətirilib üstünün yoxlanılması zamanı üzərində daşıyaraq saxladığı sellofan torbadan ümumi təmiz çəkisi 280 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmamış marixuana və əkilib-becərilməsi qadağan olunmuş uzunluğu 147 sm, təmiz çəkisi 800 qram olan 1 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəsi aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə özünü təqsirli bildiyini və əməlindən peşman olduğunu, himayəsində iki yetkinlik yaşına çatmayan və bir azyaşlı övladının olmasını nəzərə alınaraq barəsində amnistiya aktının tətbiq edilməsini və cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edərək buna dair yazılı ərizəni məhkəməyə təqdim etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin 55-56-cı vərəqələrindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin 28 avqust 2025-ci il tarixli, 17/656 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində yapışdırılmış kağızda “Ucar şəhəri Oğuz küçəsində yaşayan Təqsirləndirilən şəxs əlində aşkar olan torbada çətənə koluna oxşar yaşıl kütlə.” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd sellofan bağlamanın içərisindəki, uzunluğu 147 sm, yaş vəziyyətdə təmiz çəkisi 800 qram olan 01 (bir) ədəd bitki hissəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəsidir. Həmin sellofan bağlamanın içərisindəki, təmiz çəkisi 280 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuanadır. Həmçinin tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Ucar r/n Alpout kənd sakini Şahid1 əlində olan torbada çətənə koluna oxşar yaşıl kütlə.” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd sellofan bağlamanı açdıqda, içərisində uzunluqları 82 sm, 86 sm və 120 sm, yaş vəziyyətdə ümumi çəkiləri 540 qram olan 03 (üç) ədəd bitki hissələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələridir. Həmin sellofan bağlamanın içərisindəki, təmiz çəkisi 420,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuanadır. Cinayət işinin 54-cü vərəqəsindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin eyni tarixli və nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə-bioloji ekspertizası tədqiqatının dəyəri 34,55 manat təşkil edir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 157-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoji Dispanseri tərəfindən verilmiş 10 oktyabr 2025-ci il tarixli, 1617 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə edir, narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Nаrkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 101-ci vərəqəsində olan “Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetməbirliyi” X11 Göyçay rayon X5 Hüquqi Şəxsi tərəfindən verilmiş 08 sentyabr 2025-ci il tarixli, 18-1-40/2-1040/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada həkim psixiatrın qeydiyyatında yoxdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 01-ci səhifəsində olan 28 avqust 2025ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 12-14-cü vərəqələrində olan 27 avqust 2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılması haqqında protokoldan görünür ki, 27 avqust 2025-ci il tarixdə, saat 16:33-dən başlayaraq Göyçay–Ucar magistral yolunun sağ hissəsində yerləşən istifadəsiz avtomobil təmiri sexində Ucar RPŞ-nin əməkdaşlarının iştirakları ilə Şahid1 və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etməklə üstlərini və əllərində aşkar edilmiş sellofan torbaların yoxlanılmasına başlamışdır. İlk öncə Şahid2 Şahid1 üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet varsa, könüllü təqdim etməsini təklif etdikdə sonuncu üzərində qanunsuz heç bir şeyin olmadığını bildirmiş, bundan sonra Şahid3 üzərini yoxlamağa başlayanda Şahid1 əlində olan 1 qutu siqareti və alışqanı təqdim etmişdir. Üzəri yoxlandıqda üzərindən heç nə aşkar olunmamış, siqaret və alışqan özünə qaytarılmışdır. Əlində aşkar olunmuş, rəngli və ağzı açıq halda, içərisinə tərkibində narkotik maddələr olan çətənə bitkisinə oxşar yaş halda bitki hissələrinə oxşar kütlə yığılmış sellofan barədə sual verildikdə, Şahid1 sellofanda olan bitki hissələrinin narkotik vasitə olduğunu bildirmiş və bitkini saxlanıldıqları kolluqda torpağa əkilmiş narkotik tərkibli bitkidən toplayaraq özü istifadə etməkdən ötrü oğurlayıb sellofana yığdığını bildirmişdir. Həmin sellofan torba digər bir sarı rəngli sellofan torbaya qoyulmuşdur. Üzərinə imza və möhür qoyulmasından ötrü tərtib olunmuş kağız iştirakçılar tərəfindən imzalandıqdan sonra kağız sellofanın üzərinə qoyulmaqla yapışqan lentlə sarınıb götürülmüşdür. Bundan sonra Şahid2 Təqsirləndirilən şəxs üzərində qanunsuz nəsə varsa, könüllü təqdim etməsini təklif etmiş və sonuncu üzərində qanunsuz heç bir şeyin olmadığını bildirmişdir. Daha sonra Şahid3 Təqsirləndirilən şəxs üzərini axtaranda cibində 18 manat, pul kisəsindən 12 manat, şəxsiyyət vəsiqəsi və bank kartı və ödəmə qəbzləri tapılmış və sonradan sonuncunun özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs əlində aşkar edilən rəngli, ağzı açıq, içərisinə tərkibində narkotik maddələr olan çətənə bitkisinə oxşar yaş halda bitki hissələrinə oxşar kütlə yığılmış sellofan torba barədə sual verildikdə, sonuncu sellofanda olan yaş halda narkotik tərkibli birkiyə oxşar bitkinin narkotik vasitə olduğunu bildirmiş və bitkini saxlanıldıqları kolluqda torpağa əkilmiş narkotik tərkibli bitkidən toplayaraq özü istifadə etməkdən ötrü oğurlayıb sellofana yığdığını bildirmişdir. Həmin sellofan torba da, eyni şəkildə qablaşdırılıb götürülmüşdür. Hər iki sellofan torba elektron tərəzi ilə çəkildikdə Şahid1 aşkar edilmiş sellofan torbanın çəkisinin 1 kq 200 qram, Təqsirləndirilən şəxs aşkar olunmuş sellofan torbanın çəkisinin isə 1 kq 045 qram olduğu müəyyən olunmuşdur. Əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması zamanı “Sony” markalı aparatdan istifadə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 34-cü vərəqəsində olan 27 avqust 2025-ci il tarixli şübhəli şəxsi tutma haqqında qərardan, eləcə də 45-ci vərəqəsindəki eyni tarixli cinayəti törətməkdə şübhəli olan şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 19:10-da Azərbaycan Respublikası CM-nin 234.1 maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 71-72-ci vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 29 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittihamın elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 81-82-ci vərəqələrində olan 29 avqust 2025-ci il tarixli təqsirləndirilən şəxsin azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 16:15-də Ucar RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 33-cü, 130-cu və 164-172-ci vərəqələrində olan Ucar RPŞ-nin İB-nin müstəntiqinin müvafiq olaraq 01 sentyabr və 25 oktyabr 2025-ci il tarixli maddi sübut kimi tanınma, eləcə də 18 noyabr 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlarından görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2, 234.4.1, 235 və 237-ci maddələrinin tərkibi olmadığından onun barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş və bu barədə material ayrılıb Ucar rayon prokurorluğuna göndərilmişdir. Təqsirləndirilən şəxs əlində olan sellofan torbadan uzunluğu 147 sm, yaş vəziyyətdə ümumi təmiz çəkisi 800 qram olan 1 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin tədqiqata 0,20 qram sərf edildikdən sonra qalmış 799,8 qram hissəsi, ümumi çəkisi 280,0 qram, tədqiqata 0,20 qram sərf edildikdən sonra qalıq qalmış 279,8 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmamış marixuana saxlanmasından ötrü Ucar Rayon Polis Şöbəsinin maddi sübutları saxlamağa otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs üstü yoxlanılarkən qeydə alınmış video görüntülərin köçürüldüyü 01 ədəd «CD» disk maddi sübut hesab olunaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə iclasında elan edilmiş işin 102-103-cü səhifəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 16 sentyabr 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 131,132-ci vərəqələrində olan arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Ucar Rayon İcra Hakimiyyətinin Ucar rayon Mənzil İstismar Təmir İstehsalat Sahəsinə heç bir ərizə və şikayət xarakterli məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs məhkəməyə ünvanladığı (vəkili tərəfindən imza edilməklə) 25 fevral 2026-cı il tarixli ərizəsindən görünür ki, o, CM-in 234.1-ci maddəsi ilə özünü təqsirli bilir və əməlindən peşmandır. Odur ki, himayəsində yetkinlik yaşına çatmayan övladlarının olmasını nəzərə alaraq barəsində amnistiya aktının tətbiq edilməsini və cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edir. Məhkəmə iclasında elan edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən, eyni zaman “Elektron Məhkəmə İnformasiya” sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs ilə X2 birgə nikahından 25 fevral 2023-cü il təvəllüdlü X3, 19 may 2009-cu il təvəllüdlü X1 və 28 aprel 2010-cu il təvəllüdlü X4 adlı uşaqları doğulmuşlar. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq olunmalı və o, cinayət məsuliyyətindən azad olunaraq cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 39.1 və 39.1.12-ci maddələrinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır; 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının: 1.16-cı bəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 5 və 5.1-ci bəndlərinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın İİ hissəsində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16, 5 və 5.1-ci bəndləri həmin şəxslər barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir. Beləliklə, CPM-in 39.1.12-ci maddəsinə əsasən “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə CPM-in 132-ci və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 799,8 qram və 279,8 qram çəkidə qurudulmamış marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 34 (otuz dörd) manat 55 (əlli beş qəpik) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs profilaktik olaraq ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 39.1.12, 43.3, 321 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməklə həmin Qərarın 1.16-cı və 5.1-ci bəndlərinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs qarşı cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi Ucar Rayon Polis Şöbəsində saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 799,8 qram və 279,8 qram çəkidə qurudulmamış marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs profilaktik olaraq ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Qərarın məhkəmə məsrəfinin (ekspertiza xərcinin) təqsirləndirilən şəxsdən tutulması və maddi sübutun-qurudulmamış marixuananın məhv edilməsi, eləcə də, profilaktik olaraq ərazi narkoloji dispanserdə qeydiyyata alınması hissəsində icra edilməsi Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan elan olduğu andan 20 gün müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov
Məhkəmə qərarları › İş №1(063)-83/2025
Ucar Rayon Məhkəməsi Qərar — İş №1(063)-83/2025
26.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver