Məhkəmə qərarları › İş №1(063)-84/2025

Ucar Rayon Məhkəməsi Hökm — İş №1(063)-84/2025

12.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ucar rayonu İş № 1(063)-84/2025 12.02.2026 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, Atayeva Ramilə Mirəli qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər – fərdi qaydada fəaliyyət göstərən vəkillər Müdafiəçi1, Müdafiəçi4 və Müdafiəçi3, Təqsirləndirilən şəxslərin qanuni nümayəndələri Qanuni nümayəndə1, Qanuni nümayəndə3 və Qanuni nümayəndə2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə 12 fevral 2026-cı il tarixdə, Ucar Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxxxx 2008-ci il tarixdə Ucar rayonu, Qazyan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Ucar rayonu, Qazyan kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, xx xxxx 2008-ci il tarixdə Ucar rayonu, Qazyan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Ucar rayonu, Qazyan kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, xx xxxxxx 2008-ci il tarixdə Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Ucar rayonu, Qazyan kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 14 avqust 2025-ci il tarixdə, saat 21 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəlib birgə niyyətlə hərəkət edərək Ucar rayonu, Qazyan kəndində qonşusu Zərərçəkmiş şəxs ailə üzvləri ilə yaşadığı evdən çıxıb getdikdən sonra öz yaşadığı evin həyətyanı sahəsindən qarğı çəpərin arasından Zərərçəkmiş şəxs yaşadığı evin həyətyanı sahəsinə keçərək həyətdəki fərdi yaşayış evinə evin açıq pəncərəsindən qanunsuz daxil olub yataq otağında paltar dolabının içərisində kişi pencəyinin iç cibində saxlanılmış 400 (dörd yüz) manat məbləğində pul vəsaitini götürüb əvvəlcədən əldə edilmiş razılığa əsasən aralarında bölməklə Zərərçəkmiş şəxs ümumilikdə 400 (dörd yüz) manat məbləğində ziyan vuraraq özgə əmlakını gizli olaraq qəsdən talayıb oğurluq etmişdir. Bundan başqa, o, təkrarən 17 avqust 2025-ci il tarixdə, saat 21 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəlib birgə niyyətlə hərəkət edərək Ucar rayonu, Qazyan kəndində qonşusu Zərərçəkmiş şəxs ailə üzvləri ilə yaşadığı evdən çıxıb getdikdən sonra əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən öz yaşadığı evin həyətyanı sahəsindən qarğı çəpərin arasından Zərərçəkmiş şəxs yaşayış sahəsi sayılan evinin həyətinə keçərək cinayətkar məqsədlərini həyata keçirən zaman sonuncunun ailə üzvləri ilə geri qayıdacağı, eləcə də başqa şübhəli və yaxud təhlükəli vəziyyət yaranacağı təqdirdə xəbər vermək məqsədilə Təqsirləndirilən şəxs3 həyətdə gözlə görünən məsafədə pusquda qoymaqla Təqsirləndirilən şəxs2la birlikdə həyətdəki fərdi yaşayış evinə evin açıq pəncərəsindən qanunsuz daxil olub yataq otağında paltar dolabının içərisində, yuxarı rəfində karton qutuda saxlanılmış 149 (bir yüz qırx doqquz) manat məbləğində pul vəsaitini götürüb, əvvəlcədən əldə edilmiş razılığa əsasən aralarında bölməklə Zərərçəkmiş şəxs ümumilikdə 149 (bir yüz qırx doqquz) manat məbləğində ziyan vuraraq özgə əmlakını gizli olaraq qəsdən talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 14 avqust 2025-ci il tarixdə, saat 21 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəlib birgə niyyətlə hərəkət edərək Ucar rayonu, Qazyan kəndində həmkəndlisi Zərərçəkmiş şəxs ailə üzvləri ilə yaşadığı evdən çıxıb getdikdən sonra Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətyanı sahəsindən qarğı çəpərin arasından Zərərçəkmiş şəxs yaşadığı evin həyətyanı sahəsinə keçərək həyətdəki fərdi yaşayış evinə açıq pəncərəsindən qanunsuz daxil olub yataq otağında paltar dolabının içərisində kişi pencəyinin iç cibində saxlanılmış 400 (dörd yüz) manat məbləğində pul vəsaitini götürüb, əvvəlcədən əldə edilmiş razılığa əsasən aralarında bölməklə Zərərçəkmiş şəxs ümumilikdə 400 (dörd yüz) manat məbləğində ziyan vuraraq özgə əmlakını gizli olaraq qəsdən talayıb oğurluq etmişdir. Bundan başqa, o, təkrarən 17 avqust 2025-ci il tarixdə, saat 21 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə əmisi oğlu Təqsirləndirilən şəxs3 və tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəlib birgə niyyətlə hərəkət edərək Ucar rayonu, Qazyan kəndində həmkəndlisi Zərərçəkmiş şəxs ailə üzvləri ilə yaşadığı evdən çıxıb getdikdən sonra əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətyanı sahəsindən qarğı çəpərin arasından Zərərçəkmiş şəxs yaşayış sahəsi sayılan evinin həyətinə keçərək cinayətkar məqsədlərini həyata keçirən zaman sonuncunun ailə üzvləri ilə geri qayıdacağı, eləcə də başqa şübhəli və yaxud təhlükəli vəziyyət yaranacağı təqdirdə xəbər vermək məqsədilə Təqsirləndirilən şəxs3 həyətdə gözlə görünən məsafədə pusquda qoymaqla Təqsirləndirilən şəxs1lə birlikdə həyətdəki fərdi yaşayış evinə açıq pəncərəsindən qanunsuz daxil olub yataq otağında paltar dolabının içərisində, yuxarı rəfində karton qutuda saxlanılmış 149 (bir yüz qırx doqquz) manat məbləğində pul vəsaitini götürüb, əvvəlcədən əldə edilmiş razılığa əsasən aralarında bölməklə Zərərçəkmiş şəxs ümumilikdə 149 (bir yüz qırx doqquz) manat məbləğində ziyan vuraraq özgə əmlakını gizli olaraq qəsdən talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 17 avqust 2025-ci il tarixdə, saat 21 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə əmisi oğlu Təqsirləndirilən şəxs2 və tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gəlib birgə niyyətlə hərəkət edərək Ucar rayonu, Qazyan kəndində həmkəndlisi Zərərçəkmiş şəxs ailə üzvləri ilə yaşadığı evdən çıxıb getdikdən sonra əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətyanı sahəsindən qarğı çəpərin arasından Zərərçəkmiş şəxs yaşayış sahəsi sayılan evinin həyətinə keçərək cinayətkar məqsədlərini həyata keçirən zaman sonuncunun ailə üzvləri ilə geri qayıdacağı, eləcə də başqa şübhəli və yaxud təhlükəli vəziyyət yaranacağı təqdirdə xəbər vermək məqsədilə həyətdə gözlə görünən məsafədə pusquda gözləmə mövqeyində dayanmaqla Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birlikdə həyətdəki fərdi yaşayış evinə açıq pəncərəsindən qanunsuz daxil olub yataq otağında paltar dolabının içərisində, yuxarı rəfində karton qutuda saxlanılmış 149 (bir yüz qırx doqquz) manat məbləğində pul vəsaitini götürməsinə şərait yaradıb, əvvəlcədən əldə edilmiş razılığa əsasən pul vəsaitini aralarında bölməklə Zərərçəkmiş şəxs ümumilikdə 149 (bir yüz qırx doqquz) manat məbləğində ziyan vuraraq özgə əmlakını gizli olaraq qəsdən talayıb oğurluq etmişdir. Məhkəmə istintaqında qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə1 iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Ucar rayonunun Qazyan kəndində yaşayır, heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs həmkəndlisi, həm də qonşusu olmaqla yaşadıqları evlərin həyətyanı sahələrini qarğı çəpər ayırır. Zərərçəkmiş şəxsla aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Təqsirləndirilən şəxs2 və əmisi oğlu Təqsirləndirilən şəxs3 həmkəndliləri və dostlarıdır. 2025-ci ilin avqust ayının təxminən 10-11 tarixlərində o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2, yəni üçü birlikdə kənddə olarkən maddi vəziyyətlərinin yaxşı olmadığına görə söhbət əsnasında pulları olmadığı üçün xərclik pul əldə etmək məqsədilə haradansa oğurluq etmək qərarına gəlmiş və oğurluq etmək üçün əlverişli şərait axtarmışlar. 14 avqust 2025-ci il tarixdə, saat 21 radələrində o, həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə birlikdə yaşadığı evin yaxınlığında küçədə olarkən qonşusu Zərərçəkmiş şəxs ailəsi ilə birlikdə idarə etdiyi avtomobillə evlərindən çıxıb getdiyini və evlərində işıqların söndürüldüyünü görmüşlər. Ona görə də, İsrayılgilin yaşadığı evdə heç kimin qalmadığını bilib oradan oğurluq etmək və nə əldə etsələr Təqsirləndirilən şəxs2la ikisinin arasında bölmək qərarına gəlmişlər. Təqsirləndirilən şəxs2la ikisi birlikdə öz aralarında danışıb qonşusu İsrayılın yaşadığı evin həyətinə yaşadığı evin həyətinin bağ tərəfindən qarğı çəpərin arasından keçməklə daxil olmaq barədə razılaşmış və sonuncunun evindən pul və yaxud başqa dəyərli əşya oğurlamağı planlaşdırmışlar. Təqsirləndirilən şəxs3 həmin vaxt onların yanında olmamış və sonuncuya bu barədə heç nə deməmiş, birlikdə oğurluq etməyi təklif etməmişlər. Təqsirləndirilən şəxs2la ikisi onun yaşadığı evin həyətinə daxil olmuş, həmin vaxt həyətdə heç kim olmamışdır. Təqsirləndirilən şəxs2la birlikdə həyətdən bağ tərəfdən qarğı çəpərin arasından İsrayılın yaşadığı evin bağına keçərək ev tərəfə irəliləmiş, bağla evin olduğu yeri ayıran parlaq dəmir lay qapının yanında dayanmış və qarşıda olan bir mərtəbəli evi nəzərdən keçirmişlər. Həyətdə heç kimin olmadığına tam əmin olmuş, qarşıda küçə qapısının yanında da sakitlik olduğuna görə ilk öncə evin giriş qapısına yaxınlaşmışlar. Lakin evin giriş qapısı bağlı olduğundan evin pəncərələrini yoxlamaq üçün ətrafını gəzərkən sağ yan tərəfdə üç ədəd ağ rəngli plastik pəncərədən birincisinin qismən açıq olduğunu görmüşlər. Həmin pəncərədən evə daxil olmağa qərar vermişlər. Lakin pəncərə hündürdə olduğundan ayaqlarının altına nəsə qoymaq üçün axtararkən bağla evin olduğu yeri ayıran parlaq dəmir lay qapının bağ tərəfindən olan hissəsində yerdə taxta nərdivan olduğunu görmüşlər. Təqsirləndirilən şəxs2la köməkləşib həmin nərdivanı apararaq açıq olan pəncərənin yanına söykəmiş, nərdivanla qalxıb pəncərəni itələyərək açmış və evin içərisinə daxil olmuşlar. Telefonun işığı ilə hərəkət edərkən pəncərə ilə üzbəüz yataq otağının qapısının açıq olduğunu görüb həmin otağa daxil olmuşlar. Girişdən sağda, üzəri güzgülü, şabalıdı rəngli paltar dolabının qapısını açıb paltarların arasını axtarmağa başlamış, paltarları və əşyaları dağıtmamışlar. Axtarış zamanı dolabda asılqanda olan tünd-boz rəngli kişi pencəyinin cibinə baxarkən həmin pencəyin iç cibindən 50 manatlıq əskinaslarla ümumilikdə 400 manat pul tapmışlar. Həmin pulları götürüb ləngimədən tez oradan çıxmağa qərar vermiş, başqa yeri axtarmadan 400 manat pulu götürərək gəldikləri yol ilə çıxmışlar. Evdən çıxarkən pəncərəni əvvəlki vəziyyətdə saxlamış, nərdivanı da olduğu yerə qoyaraq gəldikləri yol ilə çəpərin arasından öz yaşadığı evin həyətinə keçmişlər. İsrayılın evində heç bir əşya dağıtmamışlar. Təqsirləndirilən şəxs2la İsrayılın həyətindən öz həyətlərinə keçmələrini heç kim görməmişdir. Küçəyə çıxıb Təqsirləndirilən şəxs2la ikisi oğurladıqları 400 manat pulu öz aralarında bölmüş, hər birinin payına 200 manat düşmüşdür. Səhəri gün həmin pulları xərcləməyi planlaşdırmış, səhər saatlarında Təqsirləndirilən şəxs3 da dəvət edib Ucar şəhərinə gəlmiş, tanımadıqları taksi ilə Göyçay şəhərinə, parka gedib gəzmiş və axşamadək kafelərdə həmin pulların bir qismini xərcləmişlər. Pulları xərcləyərkən Cavidana da həmin pulları İsrayılın evindən oğurladıqlarını bildirmişlər. Təqsirləndirilən şəxs3 yalnız həmin vaxt xərclədikləri pulların oğurluq yolu ilə əldə olunduğunu bilmişdir. Qalan pulları növbəti gün yenə Ucar şəhərində özləri üçün xərcləmişlər. Qeyd olunan oğurluqda Təqsirləndirilən şəxs3 iştirak etməmiş və əvvəlcədən Təqsirləndirilən şəxs2la həmin oğurluğu edəcəkləri barədə heç bir məlumatı olmamışdır. Ona görə də Cavidana həmin puldan şəxsən heç nə verməmiş, sadəcə xərcləyərkən Nurlanla birlikdə onun üçün də pul xərcləmişlər. Bundan sonra yenə pulları olmadığı üçün xərclik pul əldə etmək məqsədilə üçü birlikdə haradansa oğurluq etmək barədə razılaşmış, o, Təqsirləndirilən şəxs2 və sonuncunun əmisi oğlu Təqsirləndirilən şəxs3 oğurluq edib nə əldə etsələr üçü arasında bölmək qərarına gəlmişlər. Bu zaman 17 avqust 2025-ci il tarixdə, saat 21 radələrində küçələrində, yaşadığı evin yaxınlığında birlikdə olarkən qonşusu Zərərçəkmiş şəxs yenə ailəsi ilə birlikdə idarə etdiyi avtomobillə evlərindən çıxıb getdiyini və evlərində işıqların söndürüldüyünü görmüş, evdə heç kimin qalmadığını bilib sonuncunun evinə keçərək yenidən oradan nəsə oğurlamaq qərarına gəlmişlər. Öz aralarında razılaşmışlar ki, o və Nurlan evə daxil olacaq, Cavidan isə həyətdə bağla evin olduğu yeri ayıran parlaq dəmir lay qapının yanında pusquda dayanaraq nəzarət edəcək və təhlükə yaranarsa xəbər verəcəkdir. Bundan sonra o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onun yaşadığı evin həyətinə daxil olmuşlar. Həmin vaxt həyətdə heç kim olmamış və onları heç kim görməmişdir. Onlar bağ tərəfindən qarğı çəpərin arasından İsrayılın yaşadığı evin bağına keçərək ev tərəfə irəliləmiş, bağla evin olduğu yeri ayıran parlaq dəmir lay qapının yanında dayanaraq qarşıda olan bir mərtəbəli evi nəzərdən keçirmişlər. Həyətdə heç kimin olmadığına tam əmin olmuşlar, küçə qapısının yanında da sakitlik olmuşdur. Əvvəlcədən aralarında razılaşdırıldığı kimi, Təqsirləndirilən şəxs3 həyətdə gözlə görünən məsafədə pusquda dayanaraq həyətə və küçə qapısına nəzarət etmişdir. O və Nurlan isə evin giriş qapısını yoxlamış, bağlı olduğunu gördükdən sonra evin sağ yan tərəfinə, pəncərələr olan hissəyə yaxınlaşmış və birinci pəncərənin qismən açıq olduğunu görmüşlər. Pəncərə hündürdə olduğundan taxta nərdivanı götürüb evin sağ yan tərəfindəki açıq pəncərənin yanına söykəmiş, nərdivanla qalxaraq həmin pəncərədən evin içərisinə daxil olmuşlar. Telefonun işığı ilə hərəkət edərkən pəncərə ilə üzbəüz yataq otağının qapısının yenə açıq olduğunu görüb otağa daxil olmuşlar. Otağı axtararkən əşyalar bir qədər səliqəsiz vəziyyətə düşmüş, lakin əvvəlcə heç nə tapmamışlar. Daha sonra girişdən sağda olan paltar dolabını axtararkən dolabın digər sağ bölməsinin yuxarı rəfində kiçik karton qutunun içərisindən müxtəlif əskinaslarla 149 manat pul tapmışlar. Həmin pulu götürərək evi gəldikləri kimi tərk etmişlər. Cavidan onları gözləmiş, nərdivanı aparıb əvvəlki yerinə qoymuş və gəldikləri yolla, yəni çəpərin arasından onun yaşadığı evin həyətinə keçərək İsrayılın həyətini tərk etmişlər. Sonra küçəyə çıxıb pulları öz aralarında bölmüşlər. Təqsirləndirilən şəxs2la hərəsi 60 manat götürmüş, Cavidana isə 29 manat vermişlər. Onların evə daxil olub çıxmasını kənardan görən olmamışdır. İki dəfəyə İsrayılın evindən ümumilikdə 549 manat pul oğurlamışlar. Birinci dəfə, 14 avqust 2025-ci il tarixdə, saat 21 radələrində Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs yaşadığı evin yataq otağındakı dolabdan, pencəyin iç cibindən 400 manat pul oğurlamışlar. Həmin oğurluq zamanı Təqsirləndirilən şəxs3 onların yanında olmamış və bu oğurluqda iştirak etməmişdir. Ona görə də həmin puldan Cavidana verilməmişdir. Səhəri gün pulları xərcləməyə gedərkən Təqsirləndirilən şəxs3 həmin pulları İsrayılın evindən Təqsirləndirilən şəxs2la oğurladıqlarını bilmişdir. Cavidana şəxsən həmin puldan hər hansı məbləğ verilməmiş, sadəcə xərcləyərkən Nurlanla birlikdə həmin puldan Cavidan üçün də xərcləmişlər. Daha sonra, 17 avqust 2025-ci il tarixdə, saat 21 radələrində yenidən İsrayılın evinə oğurluq etmək məqsədilə daxil olarkən həmin oğurluqda Təqsirləndirilən şəxs3 da iştirak etmişdir. Aralarında baş tutmuş razılığa əsasən, kiminsə gəlib-getməsinə nəzarət etmək və təhlükə olarsa onlara xəbər vermək üçün Cavidan həyətdə, qeyd edilən yerdə pusquda dayanaraq onları gözləmişdir. Evə isə o və Təqsirləndirilən şəxs2 yenə pəncərədən daxil olaraq yataq otağında həmin dolabın digər bölməsinin yuxarı rəfində olan kiçik qutunun içərisindən 149 manat pul götürmüşlər. Əvvəlcədən göstərilən bütün pulları, yəni 400 manat və 149 manat olmaqla ümumilikdə 549 manat pulu oğurlamaq barədə planları və niyyətləri olmamışdır. Birinci dəfə, yəni 14 avqust 2025-ci il tarixdə karton qutunun olduğu yeri axtarmamış, 400 manatı pencəyin cibindən tapıb kifayətlənərək dərhal İsrayılın evini tərk etmişlər. Həmin vaxt karton qutunu görməmiş və orada 149 manat pulun olmasını bilməmişlər. Həmçinin başqa yerdə pul saxlanıldığını ümumiyyətlə bilməmiş və bu barədə düşünməmişlər. İkinci dəfə isə o, Nurlan və Cavidanla birlikdə yenidən oğurluq etmək barədə aralarında söhbət etdikdən sonra təkrar haradansa oğurluq etməyi planlaşdırmış və 17 avqust 2025-ci il tarixdə, saat 21 radələrində küçələrində, yaşadıqları evin yaxınlığında üçü birlikdə olarkən yenə İsrayılın ailəsi ilə evdən getdiyini görüb onun evinə girərək nəsə oğurlamağa qərar vermişlər. Həmin vaxt evə daxil olub yataq otağını axtarmış, heç nə tapmadıqdan sonra girişdən sağdakı paltar dolabını yoxlamış və dolabın digər bölməsinin yuxarı rəfində olan qutudan 149 manat pul taparaq həmin pulu götürüb oradan çıxmışlar. Onların xərclik pulu qalmadığına görə yenidən oğurluq etməyə qərarlaşmış və 17 avqust 2025-ci il tarixdə təkrar oğurluğa gedərək ümumilikdə İsrayılın evindən iki dəfə pul oğurlamışlar. Maddi çətinlik ucbatından bu hərəkətləri etmişdir. Nə təkbaşına, nə də başqaları ilə birlikdə başqa yerdən oğurluq etməmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirdiyini, eyni zamanda, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini və sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasının nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqında qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə3 iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Ucar rayonunun Qazyan kəndində yaşayır, heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs həmkəndlisi olmaqla yaxınlıqda yaşayır. Zərərçəkmiş şəxsla aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Təqsirləndirilən şəxs1 həmkəndlisi və dostu, Təqsirləndirilən şəxs3 isə əmisi oğludur. 2025-ci ilin avqust ayının təxminən 10-11 tarixlərində üçü birlikdə olarkən maddi vəziyyətləri yaxşı olmadığından, söhbət əsnasında pulları olmadığı üçün xərclik pul əldə etmək məqsədilə oğurluq etmək və əldə etdiklərini öz aralarında bölmək qərarına gəlmiş, oğurluq etmək üçün əlverişli şərait axtarmışlar. 14 avqust 2025-ci il tarixdə, saat 21 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə birlikdə küçədə, sonuncunun yaşadığı evin yaxınlığında olarkən qonşuluqda yaşayan Zərərçəkmiş şəxs ailəsi ilə birlikdə idarə etdiyi avtomobillə evdən çıxıb getdiyini və evdə işıqların söndürüldüyünü görmüşlər. Nurlanla birlikdə danışıb İsrayılın yaşadığı evdə heç kimin qalmadığını müəyyən edərək evə keçib oğurluq etmək qərarına gəlmişlər. Əmisi oğlu Təqsirləndirilən şəxs3 həmin vaxt yanlarında olmamış, ona oğurluq etmək istədiklərini deməmiş və yanlarına dəvət etməmişlər. İsrayılın yaşadığı evin həyətinə Təqsirləndirilən şəxs1lə birlikdə onun həyətindən, bağ tərəfdən çəpərdən keçməklə daxil olmağa qərarlaşmış və Nurlanın yaşadığı evin həyətinə girərək bağ tərəfdən qarğı çəpərin arasından İsrayılın bağına keçmiş, oradan isə həyətdəki bir mərtəbəli evə tərəf irəliləmişlər. Bağla evin olduğu yeri ayıran parlaq dəmir lay qapının yanında dayanaraq qarşıdakı bir mərtəbəli evi nəzərdən keçirmişlər. Həyətdə heç kimin olmadığına tam əmin olduqdan sonra əvvəlcə evin giriş qapısına yaxınlaşıb açıq olubolmadığını yoxlamış, lakin qapı bağlı olduğundan pəncərələri yoxlamaq üçün ətrafı gəzərkən sağ yan tərəfdə olan 3 ədəd ağ rəngli plastik pəncərədən birincisinin qismən açıq olduğunu görmüşlər. Həmin pəncərədən evə daxil olmağa qərar vermişlər. Pəncərə hündürdə olduğundan ayaqlarının altına nəsə qoymaq üçün axtararkən bağla evin olduğu yeri ayıran parlaq dəmir lay qapının bağ tərəfində yerdə taxta nərdivan olduğunu görmüşlər. Təqsirləndirilən şəxs1lə birlikdə nərdivanı gətirib açıq olan pəncərənin yanına söykəmiş, nərdivanla qalxaraq pəncərəni itələyib açıb evə daxil olmuşlar. Telefonun işığı ilə hərəkət edərkən pəncərə ilə üzbəüz yataq otağının qapısının açıq olduğunu görmüş və həmin otağa daxil olmuşlar. Girişdən sağda, üzərində güzgü olan şabalıdı rəngli paltar dolabının qapısını açaraq paltarların arasını axtarmağa başlamış, əşyaları dağıtmamışlar. Dolabda asılqanda olan tünd-boz rəngli kişi pencəyinin cibini axtararkən pencəyin iç cibindən 50 manatlıq əskinaslarla ümumilikdə 400 manat pul tapmışlar. Həmin pulu götürərək ləngimədən oradan çıxmağa qərar vermiş, başqa yeri axtarmamışlar. 400 manatı Nurlan götürüb özündə saxlamış, pəncərədən çıxaraq pəncərəni əvvəlki vəziyyətində qoymuş, nərdivanı da yerinə qaytarmış və gəldikləri yolla çəpərin arasından Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətinə, oradan isə küçəyə çıxmışlar. Onların İsrayılın həyətinə girib-çıxmasını heç kim görməmişdir. Küçədə Təqsirləndirilən şəxs1lə birlikdə 400 manatı öz aralarında bölmüş, hər birinin payına 200 manat düşmüşdür. Səhəri günü pulları xərcləməyi planlaşdıraraq səhər saatlarında Təqsirləndirilən şəxs3 da dəvət edib Ucar şəhərinə getmiş, oradan tanımadıqları taksi ilə Göyçay şəhərinə, parka gedib gəzmiş və axşamadək kafelərdə həmin pulun bir qismini xərcləmişlər. Pulları xərcləyərkən Cavidana həmin pulları İsrayılın evindən oğurladıqlarını demişlər. Cavidan yalnız həmin vaxt bu barədə məlumatlı olmuşdur. Qalan pulu isə növbəti gün Ucar şəhərində xərcləmişlər. Həmin oğurluqda Təqsirləndirilən şəxs3 iştirak etməmiş və əvvəlcədən bu barədə heç bir məlumatı olmamışdır. Ona görə də 400 manatdan ona pay verilməmiş, sadəcə xərcləmə zamanı onun üçün də pul xərclənmişdir. Bundan sonra yenidən pulları olmadığı üçün üçü birlikdə haradansa oğurluq etmək barədə razılaşmış və əldə etdiklərini bölmək qərarına gəlmişlər. 17 avqust 2025-ci il tarixdə, saat 21 radələrində kənddə, Təqsirləndirilən şəxs1 yaşadığı evin yaxınlığında olarkən Zərərçəkmiş şəxs yenə ailəsi ilə birlikdə avtomobillə evdən getdiyini və işıqların söndürüldüyünü görmüş, evdə heç kimin qalmadığını müəyyən edərək yenidən onun evinə daxil olub oğurluq etmək qərarına gəlmişlər. Əvvəlcədən razılaşmışlar ki, birinci dəfəki kimi çəpərdən keçəcəklər, o və Nurlan evə daxil olacaq, Cavidan isə gözlə görünən məsafədə, bağla evin olduğu yeri ayıran parlaq dəmir lay qapının yanında pusquda dayanaraq həyətə və küçə qapısına nəzarət edəcək və təhlükə olarsa xəbər verəcəkdir. Bu qaydada evə daxil olmuş, yenə açıq pəncərədən içəri keçmişlər. Yataq otağını axtararkən əşyalar bir qədər səliqəsiz vəziyyətə düşmüşdür. Dolabın digər sağ bölməsinin yuxarı rəfində olan kiçik karton qutunun içərisindən müxtəlif əskinaslarla 149 manat pul taparaq həmin pulu götürüb evi tərk etmişlər. Nərdivanı yerinə qoyaraq gəldikləri yolla həyəti tərk etmiş, küçəyə çıxıb pulu öz aralarında bölmüşlər. Nurlanla hərəsi 60 manat götürmüş, Cavidana isə 29 manat vermişlər. Onların evə girib-çıxmasını heç kim görməmişdir. İki dəfə olmaqla İsrayılın evindən ümumilikdə 549 manat pul oğurlamışlar. Birinci dəfə, 14 avqust 2025-ci il tarixdə, saat 21 radələrində dostu Təqsirləndirilən şəxs1lə birlikdə Zərərçəkmiş şəxs yaşadığı evin yataq otağındakı dolabdan pencəyin iç cibindən 400 manat pul oğurlamışlar. Həmin oğurluqda əmisi oğlu Təqsirləndirilən şəxs3 onların yanında olmamış və iştirak etməmişdir. Cavidan, səhəri günü Nurlanla birlikdə pulları xərcləməyə gedərkən, həmin pulların İsrayılın evindən oğurlandığını öyrənmişdir. Ona görə də oğurladıqları 400 manat puldan Cavidana heç nə verməmişlər; sadəcə pulları xərcləyəndə oğurluq barədə demiş və Nurlanla birlikdə Cavidan üçün də həmin puldan xərcləmişlər. Daha sonra, 17 avqust 2025-ci il tarixdə, saat 21 radələrində yenidən İsrayılın evinə oğurluq etmək məqsədi ilə daxil olarkən bu dəfə Təqsirləndirilən şəxs3 da iştirak etmişdir. Aralarında razılaşmaya əsasən, kiminsə gəlib-getməsinə nəzarət etmək və təhlükə yaranarsa xəbər vermək üçün Cavidan həyətdə pusquda dayanmış, o və Nurlan isə pəncərədən daxil olmuş, yataq otağındakı dolabın digər bölməsinin yuxarı rəfindəki kiçik qutudan 149 manat pul götürmüşlər. Təqsirləndirilən şəxs1 həyətinə daxil olub oradan Zərərçəkmiş şəxs bağına keçərkən Təqsirləndirilən şəxs1 ailə üzvlərindən heç kim həyətdə olmamış və onların bu hərəkətlərini heç kim görməmişdir. Əvvəlcə bütün pulları, yəni 400 manat və 149 manat olmaqla, 549 manat pul oğurlamağa planları və niyyətləri olmamışdır. Birinci dəfə, 14 avqust 2025-ci il tarixdə karton qutu olan yeri axtarmamış, 400 manatı pencəyin cibindən tapıb kifayətlənmiş və dərhal İsrayılın evini tərk etmişlər. Həmin vaxt karton qutunu görməmiş və orada 149 manatın olduğunu bilməmişlər. Həmçinin başqa yerdə pul saxlanıldığını ümumiyyətlə bilməmiş və bu barədə düşünməmişlər. İkinci dəfə isə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la birlikdə olduqda oğurluq etməklə bağlı aralarında söhbət etmiş, 17 avqust 2025-ci il tarixdə saat 21 radələrində küçələrində yaşadıqları evin yaxınlığında üçü birlikdə İsrayılın ailəsi ilə evdən getdiyini görərək onun evinə girib oğurluq etməyə qərar vermişlər. Evdə heç nə tapmayanda, yenə yataq otağındakı paltar dolabının digər bölməsinin yuxarı rəfindəki qutudan 149 manat götürmüş və oradan çıxmışlar. Xərclik pulları qalmadığı üçün ikinci dəfə oğurluq etməyə qərar vermiş və beləliklə, ümumilikdə İsrayılın evindən iki dəfə pul oğurlamışlar. Maddi çətinlik ucbatından bu hərəkətləri etmişdir. Nə təkbaşına, nə də başqaları ilə birlikdə başqa yerdən oğurluq etməmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirdiyini, eyni zamanda, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini və sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasının nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqında qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə2 iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, habelə məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Ucar rayonunun Qazyan kəndində yaşayır, heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs həmkəndlisidir və yaşadıqları evlər bir-birinə yaxındır. Zərərçəkmiş şəxsla aralarında heç bir düşmənçilik və ədavət olmayıb. Təqsirləndirilən şəxs1 həmkəndlisi və dostu, Təqsirləndirilən şəxs2 isə əmisi oğludur. 2025-ci ilin avqust ayının təxminən 10-11 tarixlərində üçü birlikdə olarkən maddi vəziyyətləri yaxşı olmadığından, söhbət əsnasında pulları olmadığı üçün xərclik pul əldə etmək məqsədilə oğurluq etmək və oğurluq nəticəsində nə əldə etsələr, öz aralarında bölmək qərarına gəlmiş, oğurluq üçün əlverişli şərait axtarmışlar. 14 avqust 2025-ci il tarixdə, saat 21 radələrində əmisi oğlu Təqsirləndirilən şəxs2 və dostu Təqsirləndirilən şəxs1 küçədə Zərərçəkmiş şəxs ailəsi ilə birlikdə idarə etdiyi avtomobil ilə evdən çıxdığını görüb sonuncunun evinə daxil olaraq 400 manat pulunu oğurlamışlar. Lakin o, həmin oğurluqda iştirak etməmişdir. Səhəri günü əmisi oğlu Təqsirləndirilən şəxs2 və dostu Təqsirləndirilən şəxs1 onu Göyçay şəhərinə parka dəvət edərək getdikdə, sonuncular bu haqda danışaraq 400 manat pul oğurladıqlarını bildirmişlər. Beləliklə, yalnız həmin vaxt əmisi oğlu Təqsirləndirilən şəxs2 və dostu Təqsirləndirilən şəxs1 İsrayılın evinə pəncərədən daxil olaraq pul oğurladıqlarını öyrənmişdir. O, pulların xərclənməsində onların yanında olmuş, lakin özünə həmin pullardan heç bir məbləğ çatmamışdır. Pullar xərclənən zaman Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə hərəkət etsələr də, o, həmin puldan hər hansı məbləğ almamışdır. Bundan sonra üçü birlikdə haradansa oğurluq etməyi planlaşdırmış və əmisi oğlu Təqsirləndirilən şəxs2, həmkəndlisi Təqsirləndirilən şəxs1 və o, oğurluq edib nəticədə nə əldə etsələr, üçü arasında bölmək qərarına gəlmişlər. 17 avqust 2025-ci il tarixdə, saat 21 radələrində kənddə, Təqsirləndirilən şəxs1 evinin yaxınlığında birlikdə olarkən Zərərçəkmiş şəxs ailəsi ilə idarə etdiyi avtomobil ilə evdən çıxdığını və işıqların söndüyünü görmüşlər. Əmisi oğlu Təqsirləndirilən şəxs2 və dostu Təqsirləndirilən şəxs1 evdə heç kimin olmadığını bildikdən sonra onun evinə keçərək oğurluq etmək qərarına gəlmişlər. Əvvəlcədən razılaşaraq, Təqsirləndirilən şəxs1 həyətindən çəpərin arasından keçərək İsrayılın həyətinə daxil olmuş, əmisi oğlu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 evə daxil olmuş, o isə həyətdə evin yaxınında pusquda dayanaraq kiminsə gəlib-getməsinə və təhlükə yaranarsa xəbər verməyə nəzarət etmişdir. Daha sonra üçü bağ tərəfdən qarğı çəpərin arasından İsrayılın evinə keçmişlər. O, birinci dəfə olduğu üçün arxada getmişdir. Həyətdəki evə tərəfə irəliləyib bağla evin olduğu yeri ayıran parlaq dəmir lay qapının yanında dayanmışlar. Ona həmin yerdə dayanıb küçə qapısına və həyətə nəzarət etməyi tapşırmışlar. Əmisi oğlu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 giriş qapısına yaxınlaşmış, lakin qapı bağlı olduğundan evin sağ yanındakı pəncərələrdən birincisinin qismən açıq olduğunu görüb taxta nərdivanı götürərək pəncərəyə söykəmiş və evə daxil olmuşlar. O isə həmin yerdə gözləmişdir. Təxminən 10 dəqiqə sonra Təqsirləndirilən şəxs1 pəncərədən çıxaraq nərdivanı əvvəlki yerinə qoymuş və dolabın yuxarı rəfindəki qutudan 149 manat pul götürdüklərini bildirmişdir. Daha sonra gəldikləri yol ilə İsrayılın həyətini tərk edərək çəpərdən Təqsirləndirilən şəxs1 həyətinə keçmiş, oradan isə küçəyə çıxaraq pulları öz aralarında bölmüşlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəsi 60 manat götürmüş, ona isə 29 manat vermişlər. Yalnız bir dəfə, 17 avqust 2025-ci il tarixdə, saat 21 radələrində İsrayılın həyətinə Təqsirləndirilən şəxs1 və əmisi oğlu Təqsirləndirilən şəxs2la birlikdə daxil olaraq 149 manat pulun oğurlanmasında iştirak etmişdir. Əvvəlcədən aralarında baş tutmuş rol bölgüsünə uyğun olaraq həyətdə evin yaxınında gözlə görən məsafədə pusquda dayanıb küçə qapısına nəzarət etmiş, küçədən İsrayılgilin və ya başqa kiminsə gələcəyi halda, eləcə də digər hər hansı təhlükə yaranarsa dərhal bu barədə sonunculara məlumat vermək üçün gözləmişdir. 14 avqust 2025-ci il tarixdə İsrayılın evinə girməmiş və oğurluqda iştirak etməmişdir. Ümumiyyətlə, nə tək, nə də kimləsə, başqa heç bir yerdən oğurluq etməmişdir. Təqsirləndirilən şəxs1 həyətinə daxil olub oradan Zərərçəkmiş şəxs həyətinə keçərkən Təqsirləndirilən şəxs1 ailə üzvlərindən həyətdə heç kim olmamış və onların bu hərəkətlərini sonuncunun ailə üzvlərindən heç kim görməmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirdiyini, eyni zamanda, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini və sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasının nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tam təqsirli olmaları özlərinin etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin, eləcə də şahidlərin verdikləri ifadələrlə, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə yanaşı, məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Ucar rayonu, Qazyan kəndində arvadı Şahid2, gəlini Şahid1 və 2015-ci il təvəllüdlü nəvəsi İsrayıl Sadıqlı ilə birlikdə yaşayır. X4 mövsümi işlə bağlı hazırda Rusiya Federasiyasındadır. Əvvəllər yaşadıqları evdən oğurluq olmamışdır. Gəlini Şahid1 qaldığı yataq otağında, girişdən sağ tərəfdə olan şabalıdı rəngli güzgülü dolabda, asdığı tünd-boz rəngli pencəyinin iç cibində 50 manatlıq əskinaslarla 400 manat, həmin dolabın digər sağ bölməsinin yuxarı rəfində isə kiçik karton qutuda müxtəlif əskinaslarla 149 manat pul saxlamışdır. Bu barədə gəlini Könülün də xəbəri olmuşdur. 14 avqust 2025-ci il tarixdə, saat 21 radələrində həyat yoldaşı Şərafət, gəlini Könül və azyaşlı nəvəsi İsrayıl ilə birlikdə idarə etdiyi “Hyundai Elantra” markalı, **- RG-*** dövlət qeydiyyat nişanlı avtomobillə evdən çıxıb qonaq getmişlər. Evdən çıxarkən evin və həyətin küçə qapılarını bağlamış, lakin evin sağ yan tərəfində olan pəncərələri qismən açıq qalmış, evin işıqlarını isə söndürmüşlər. Qonaq gedərkən küçədə evin yaxınlığında həmkəndliləri Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 görmüş, sonuncuların ikisi küçədə olmuş və onun ailə üzvləri ilə evdən çıxıb avtomobillə getmələrini görmüşlər. Həmin tarixdə, saat 23 radələrində yaşadıqları evə qayıdarkən evdə nəyinsə oğurlanmasını bilməmiş və oğurluq olmasından şübhələnməmişlər. Növbəti dəfə isə 17 avqust 2025-ci il tarixdə, yenə saat 21 radələrində həyat yoldaşı Şərafət, gəlini Könül və azyaşlı nəvəsi İsrayıl ilə birlikdə idarə etdiyi “Hyundai Elantra” markalı avtomobillə qonaq getmişlər. Evdən çıxarkən yenə də evin və həyətin qapısını bağlamış, lakin evin və otaqların havalanması üçün sağ yan tərəfdəki pəncərələri qismən açıq qalmış, evin işıqlarını söndürmüşlər. Qonaq gedərkən küçədə evin yaxınlığında həmkəndliləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və qonşusu Təqsirləndirilən şəxs1 görmüşlər. Bu zaman üçü də küçədə olmuş və onun ailə üzvləri ilə evdən çıxıb avtomobillə getmələrini görmüşlər. Həmin tarixdə, saat 23 radələrində evə qayıdarkən gəlini Könül yataq otağında əşyaların və dolabda paltarların dağınıq olduğunu görüb bu barədə ona və həyat yoldaşı Şərafətə xəbər vermişdir. Onlara evə kiminsə daxil olduğu məlum olmuşdur. Nəyin oğurlanmasını yoxladıqda isə gəlini Könülün qaldığı yataq otağında, girişdən sağda olan şabalıdı rəngli, üzəri güzgülü dolabda, pəncəyinin iç cibində saxladığı ona məxsus 400 manat pulun və dolabın digər bölməsində yuxarı rəfində karton qutuda saxladığı 149 manat pulun oğurlandığını aşkar etmişlər. Həmin vaxt gəlini Könül ona pencəyinin cibindəki 400 manatın 14 avqust 2025-ci il tarixdə qonaqlıqdan gəldikdən sonra paltarları dolaba yığan zaman yerində olmadığını gördüyünü, lakin həmin vaxt pulu onun götürdüyünü düşündüyündən sual verməyə utandığını bildirmişdir. Eyni zamanda Könül ona yuxarı rəfdəki qutuda saxladığı 149 manat pulun öz yerində olduğunu, həmin pullara toxunulmadığını söyləmişdir. O isə gəlini Könülə pencəyinin cibindəki 400 manat pulu götürmədiyini bildirmiş və evə 14 avqust 2025-ci il tarixdə qonaqlıqda olduqları vaxtda da kiminsə daxil olaraq pencəyin cibində saxladığı 400 manatı oğurladığını təxmin etmişdir. Evdə başqa heç bir əşya və əmlaka ziyan dəyməmişdir. Ümumilikdə onun 549 manat pulu oğurlanmışdır. Bu barədə əvvəlcə polisə şikayət etmək istəməmiş, oğurluq edən şəxsi özü müəyyən etmək istəmişdir. 14 avqust 2025-ci il tarixdə saat 21 radələrində evdən çıxıb qonaq gedərkən küçədə həmkəndliləri Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1, 17 avqust 2025-ci il tarixdə isə evdən çıxıb qonaq gedərkən həmkəndliləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və qonşusu Təqsirləndirilən şəxs1 gördüklərindən oğurluğun sonuncular tərəfindən edilməsindən şübhələnmiş, lakin bunun dəqiq bilmədiyi üçün onlardan şikayət etməmişdir. Özü araşdırdıqda heç nə müəyyən edə bilmədiyindən 20 avqust 2025-ci il tarixdə polis şöbəsinə ərizə ilə müraciət edərək evindən pulun oğurlandığını bildirmişdir. Araşdırma dövründə həmkəndliləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və qonşusu Təqsirləndirilən şəxs1 onun yaşadığı evə daxil olaraq oradan pullarını oğurladıqları müəyyən edilmişdir. Ona məlum olmuşdur ki, evinə ümumilikdə iki dəfə, 14 avqust 2025-ci il tarixdə saat 21 radələrində və 17 avqust 2025-ci il tarixdə saat 21 radələrində daxil olunmuşdur. Birinci dəfə yataq otağındakı dolabda saxladığı pencəyin cibindən 400 manat pul, ikinci dəfə isə həmin dolabda karton qutuda saxladığı 149 manat pul oğurlanmışdır. Onun Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə heç bir düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs1 ilə qapı qonşusu olmaqla, yaşadıqları evlərin həyətlərini qarğı çəpər ayırır. Yaşadıqları evdən yataq otağındakı dolabda saxladığı ümumilikdə 549 manat pul oğurlanmış, başqa heç nə oğurlanmamış və oğurluq nəticəsində heç bir əmlaka ziyan dəyməmişdir. Hazırda təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur (bu barədə məhkəmə iclası zamanı verdiyi ərizəsi də vardır). Şahid1 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qaynatasıdır. Ucar rayonu, Qazyan kəndində qaynatası Zərərçəkmiş şəxs, qaynanası Şahid2 və 2015-ci il təvəllüdlü oğlu İsrayıl Sadıqlı ilə birlikdə yaşayır. Həyat yoldaşı Vüsal Sadıqov mövsümi işlə bağlı hazırda Rusiya Federasiyasındadır. Əvvəllər yaşadıqları evdən oğurluq olmamışdır. Qaldığı yataq otağında, girişdən sağ tərəfdə şabalıdı rəngli, üzəri güzgülü dolab vardır. Paltarlar həmin dolabda saxlanılır, eyni zamanda qaynatası Zərərçəkmiş şəxs bir neçə paltarı və tünd-boz rəngli pəncəyi də həmin dolabda asılmışdır. Qaynatası İsrayıl həmin pencəyin iç cibində 50 manatlıq əskinaslarla 400 manat, dolabın digər sağ bölməsinin yuxarı rəfində isə kiçik karton qutuda müxtəlif əskinaslarla 149 manat pul saxlamışdır. Həmin pullar qaynatası İsrayılın özünə məxsus olmuşdur. Hər dəfə təmizlik işləri apararkən adətən həmin pulların yerində olub-olmadığına baxmışdır. 14 avqust 2025-ci il tarixdə, saat 21 radələrində azyaşlı oğlu İsrayıl, qaynanası Şərafət və qaynatası İsrayıl ilə birlikdə sonuncunun idarə etdiyi “Hyundai Elantra” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə qonaq getmişlər. Evdən çıxarkən evin və həyətin küçə qapısını bağlamış, lakin evin sağ yan tərəfindəki pəncərələri qismən açıq saxlamışlar. Yataq otağının qapısı açıq qalmış, qapını kilidləməmiş və evin işıqlarını söndürmüşdür. Avtomobillə gedərkən küçədə evin yaxınlığında həmkəndliləri Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 görmüşlər. Sonuncular da onların avtomobillə evdən çıxıb getmələrini görmüşlər. Həmin tarixdə, saat 23 radələrində evə qayıdarkən evdə nəyinsə oğurlanmasından şübhələnməmişlər. Lakin paltarları dolabdan asanda qaynatası İsrayılın tünd-boz rəngli pencəyinin iç cibində 400 manat pulun yerində olmadığını aşkar etmişdir. Qaynatası İsrayıl isə həmin 400 manat pulun dolabda olduğunu, götürmədiyini bildirmişdir. Gəlini isə pulu qaynatasının götürdüyünü düşündüyündən bu barədə ondan soruşmağa utandığını bildirmişdir. Dolabın digər sağ bölməsinin yuxarı rəfindəki kiçik karton qutuda saxlanılan 149 manat pul isə həmin vaxt yerində olmuş, toxunulmamışdır. 17 avqust 2025-ci il tarixdə, saat 21 radələrində azyaşlı oğlu İsrayıl, qaynanası Şərafət və qaynatası İsrayıl ilə birlikdə yenidən “Hyundai Elantra” markalı avtomobillə qonaq getmişlər. Evdən çıxarkən yenə də evin və həyətin qapısını bağlamış, lakin sağ yan tərəfdəki pəncərələri qismən açıq saxlamış və evin işıqlarını söndürmüşdür. Yataq otağının qapısı açıq qalmış, qapını kilidləməmişdir. Avtomobillə gedərkən küçədə evin yaxınlığında həmkəndliləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və qonşusu Təqsirləndirilən şəxs1 görmüşlər. Sonuncular onların evdən çıxıb avtomobillə getmələrini görmüşlər. Həmin tarixdə, saat 23 radələrində evə qayıdarkən yataq otağına daxil olduqda əşyaların bir qədər dağınıq olduğunu görmüş və dərhal müəyyən şübhələr yaranmışdır. Dolaba baxdıqda paltarların dağınıq olduğunu və pulların yerində olmadığını görmüş, qaynatası İsrayıl və qaynanası Şərafətə xəbər vermişdir. Yataq otağında özünə aid əşyaların oğurlanmadığını görmüşdür. Qaynatası İsrayıl isə dolabda pencəyin iç cibindəki 400 manat və dolabın sağ bölməsindəki karton qutuda saxlanılan 149 manat pulların oğurlandığını bildirmişdir. Bu zaman o, 400 manat pulun 14 avqust 2025-ci il tarixdə qonaqlıqdan gəldikdən sonra yerində olmadığını gördüyünü, lakin həmin vaxt pulu qaynatasının götürdüyünü düşündüyündən sonuncudan soruşmağa utandığını, karton qutudakı 149 manatın isə həmin vaxt yerində olduğunu və toxunulmadığını bildirmişdir. Qaynatası İsrayıl dolabdan pencəyin cibindəki 400 manat pulu götürmədiyini bildirmişdir. Bu zaman təxmin etmişlər ki, evə 14 avqust 2025-ci il tarixdə də qonaqlıq zamanı kimsə daxil olmuş və qaynatası İsrayılın pencəyinin cibindəki 400 manatı oğurlamışdır. Evdə başqa heç bir əşya və əmlaka ziyan dəyməmişdir. 14 avqust 2025-ci il tarixdə saat 21 radələrində qonaq gedərkən küçədə həmkəndliləri Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1, 17 avqust 2025-ci il tarixdə isə saat 21 radələrində qonaq gedərkən küçədə həmkəndliləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 gördüklərindən elə sonuncuların evə daxil olub oğurluq etmələrindən şübhələnmişlər. Lakin bunu dəqiq bilə bilmədikləri üçün qaynatası İsrayıl dərhal polisə məlumat verməmiş, bir neçə gün gözləmiş və heç bir xəbər alınmadığı üçün oğurluqla bağlı polisə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs1 ilə qapı qonşusu olmaqla, yaşadıqları evlərin həyətlərini qarğı çəpər ayırır. Nə o, nə də ailə üzvləri adları çəkilən şəxslərin evlərinə daxil olmalarını görməmişlər. Oğurlanmış ümumilikdə 549 manat pul qaynatası Zərərçəkmiş şəxs məxsus olmuş, yalnız yataq otağında girişdən sağdakı şabalıdı rəngli dolabda saxlanmışdır. Qaynatası İsrayıl 400 manat pulu pencəyinin iç cibində, 149 manat pulu isə dolabın digər sağ bölməsinin yuxarı rəfində karton qutuda saxlamışdır. Evdən başqa heç nə oğurlanmamış və başqa əmlaka ziyan dəyməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 gəlini Şahid1 ifadələrinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Şahid3 məhkəməyədək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, yanaşı məhkəmə iclasında ifadəsində göstərdi ki, o, Ucar RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində çalışır, polis leytenantı rütbəsindədir. Ucar rayonun Qazyan kəndi onun xidməti ərazisinə daxil olduğundan həmin kənd sakini Zərərçəkmiş şəxs tanıyır. 20 avqust 2025-ci il tarixdə Zərərçəkmiş şəxs ərizə ilə Ucar RPŞ-yə müraciət edərək 17 avqust 2025-ci il tarixdə saat 21-dən 23-dək ailə üzvləri ilə yaşadığı evdə olmadığı müddətdə naməlum şəxslərin evinə daxil olaraq oğurluq etmələrini, 549 manat pulunun oğurlandığını aşkar etdiyini bildirmişdir. Həmin fakt üzrə İstintaq Bölməsində aparılan araşdırmalar, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, 14 avqust 2025-ci il tarixdə saat 21 radələrində yaşadığı evdən ailə üzvləri ilə qonaq gedərkən, evdə heç kimin olmadığı vaxt Zərərçəkmiş şəxs evinə həmkəndliləri Təqsirləndirilən şəxs2 və qonşusu Təqsirləndirilən şəxs1 daxil olaraq dolabda pencəyinin cibində saxladığı 400 manat pulunu oğurlamışlar. 17 avqust 2025-ci il tarixdə saat 21 radələrində, növbəti dəfə Zərərçəkmiş şəxs ailə üzvləri ilə evdən çıxıb getdikləri zaman isə həmkəndliləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və qonşusu Təqsirləndirilən şəxs1 evə daxil olaraq dolabdan 149 manat pulunu oğurlamışlar. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayan şəxslər olduğundan, valideynləri ilə birlikdə polis şöbəsinə dəvət edilərək İstintaq Bölməsinə təqdim olunmuş və oğurluq cinayətlərini birgə törətdiklərini etiraf etmişlər. Həmçinin, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, 14 avqust 2025-ci il tarixdə Təqsirləndirilən şəxs2 və Əliyev X1 Sadıqovun evindən 400 manat pulu oğurlayarkən, həmin cinayətin törədilməsində onlara başqa heç kim kömək etməmiş, həmin oğurluqda Təqsirləndirilən şəxs3 iştirak etməmiş və sonuncunun həmin oğurluqdan xəbəri olmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 səhəri günü oğurladıqları pulları xərcləməyə gedərkən Təqsirləndirilən şəxs3 da özləri ilə gətirmiş və sonuncu həmin vaxt xərclənən pulların Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs evindən oğurlandığını bilmişdir. 17 avqust 2025-ci il tarixdə, saat 21 radələrində isə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər üçü Zərərçəkmiş şəxs həyətinə daxil olaraq 149 manat pulun oğurlanmasında iştirak etmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 evə pəncərədən daxil olduqda Təqsirləndirilən şəxs3 həyətdə pusquda dayanıb onları gözləmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 başqa haradansa oğurluq etməsi və ya başqa cinayət törətməsi barədə heç bir məlumat daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 01-ci vərəqəsində olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 08 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs yazılı müraciəti əsasında oğurluq faktına görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 04-cü vərəqəsində olan Zərərçəkmiş şəxs tərəfindən Ucar RPŞ-yə ünvanlanmış ərizədən görünür ki, sonuncu 18 avqust 2025ci il tarixdə yaşadığı evdən 549 manat pulun oğurlanması ilə bağlı məlumat vermişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 07-08-ci vərəqələrində olan hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, hadisə baş vermiş Ucar rayonu, Qazyan kəndində yerləşən Zərərçəkmiş şəxs yaşadığı ünvana baxış keçirilmiş və bu hal rəsmiləşdirilərək fotoşəkillərlə birlikdə iş materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 93-cü vərəqsində olan Zərərçəkmiş şəxs tərəfindən Ucar RPŞ-yə ünvanlanmış ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən dəymiş ziyan sonuncuların valideynləri tərəfindən tam şəkildə ödənilmiş və buna görə də heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 99-104-cü vərəqələrində olan arayışlardan və xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Ucar rayonu, Qazyan yaşayırlar. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində Ucar RİHB-nin Ucar rayon Qazyan kənd İƏD üzrə nümayəndəliyinə heç bir ərizə, şikayət daxil olmamışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 105-ci vərəqəsində olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X5 “Ucar rayon mərkəzi xəstəxansı” X3 13 noyabr 2025-ci il tarixli, 18-1-77/2-1318/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Ucar RMX PHŞ-nın poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetində qeydiyyatda yoxdurlar. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 106-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 13 noyabr 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 109-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 13 noyabr 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 107-108-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 13 noyabr 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Ucar RPŞ-də Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 250754002 nömrə ilə qeydiyyata alınmış araşdırma materialı olmuş, 13 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.3 və CM-nin 73.2-ci maddələrinə əsasən “şəxsin cinayət məsuliyyətindən azad etməklə barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 112-113-cü vərəqələrində olan 15 noyabr 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddələrdə nəzərdə tutulmuş ittihamın elan edilməsi qərara alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 133-cü vərəqəsində olan 15 noyabr 2025-ci il tarixli yetkinlik yaşına çatmayanı nəzarət altına vermə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə növündə qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 136-137-ci vərəqələrində olan 15 noyabr 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddələrdə nəzərdə tutulmuş ittihamın elan edilməsi qərara alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 157-ci vərəqəsində olan 15 noyabr 2025-ci il tarixli yetkinlik yaşına çatmayanı nəzarət altına vermə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə növündə qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 160-161-ci vərəqələrində olan 15 noyabr 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddələrdə nəzərdə tutulmuş ittihamın elan edilməsi qərara alınmışdır. Məhkəmə iclasında elan edilmiş cinayət işinin 180-ci vərəqəsində olan 15 noyabr 2025-ci il tarixli yetkinlik yaşına çatmayanı nəzarət altına vermə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə növündə qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən 21 yanvar 2026-cı il tarixdə notarial qaydada tərtib edilməklə təsdiq edilmiş ərizələrdən görünür ki, ona dəymiş zərər tam şəkildə ödənildiyinə görə təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə, yəni Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama, cinayət əməllərini törətmələri məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxslərin ibtidai və məhkəmə istintaqı zamanı verdikləri ifadələri ilə yanaşı zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin digər materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 əməli CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü, Təqsirləndirilən şəxs3 əməli isə CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş və onlar həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən Cinayət Cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci maddəsinin 4-cü abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn: sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü maddəsinin 2-ci bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından görünür ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması və cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməsi, eyni zamanda həmin Sərəncamın 10.3-cü bəndinə əsasən törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi tövsiyə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, yaşını, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin, eləcə də tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq zərərçəkmiş şəxsin əmlakını gizli olaraq talamaq kimi hüquqazidd əməlləri törətməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini, yaşını, həmçinin barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin, eləcə də tələbinin olmaması kimi yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 19:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs1 hər gün saat 19:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs1 kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Ucar rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, yaşını, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin, eləcə də tələbinin olmamasını, həmçinin yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış və qeyri yaşayış sahələrinə qanunsuz daxil olaraq zərərçəkmiş şəxsin əmlakını gizli olaraq talamaq kimi hüquqazidd əməlləri törətməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini, yaşını, həmçinin barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin, eləcə də tələbinin olmaması kimi yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 19:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs2 hər gün saat 19:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs2 kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Ucar rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, yaşını, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin, eləcə də tələbinin olmamasını, həmçinin yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs3 barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış və qeyri yaşayış sahələrinə qanunsuz daxil olaraq zərərçəkmiş şəxsin əmlakını gizli olaraq talamaq kimi hüquqazidd əməlləri törətməsini, bununla da, cəmiyyətdə mənfi emosiyalar doğurmasını, şəxsiyyətini, yaşını, həmçinin barəsində cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin, eləcə də tələbinin olmaması kimi yüngülləşdirici halların olmasını, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin əvvəli onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ona hər gün saat 19:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulmalı, həmçinin, Təqsirləndirilən şəxs3 hər gün saat 19:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs3 kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Ucar rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri ləğv edilməli, sonuncu barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin İ hissəsinin V və Vİ bəndlərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalı, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Eyni zamanda, Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməsi də nəzərə alınmalıdır. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli əmlak və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 hər gün saat 19:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs1 hər gün saat 19:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs1 kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Ucar rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 hər gün saat 19:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs2 hər gün saat 19:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs2 kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Ucar rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ucar rayon icra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 hər gün saat 19:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs3 hər gün saat 19:00-dan növbəti gün saat 08:00-dək yaşayış yerini və ümumiyyətlə, Ucar rayonunun ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs3 kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, habelə Ucar rayonu daxilində ictimai-iaşə və xidmət yerlərinə getməmək əlavə vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri ləğv edilsin, sonuncu barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Eyni zamanda, Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməsi nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar