Məhkəmə qərarları › İş №1(064)-10/2024

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-10/2024

05.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-10/2024 05.03.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Füzuli rayonu, Kərimbəyli kəndində doğulmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Kərimbəyli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs təsisçisi və direktoru olduğu "xxxx" MMC-nin məqsədləri üçün istifadə olunan, Mincivan-Hacıqabul avtomobil yolunun Füzuli rayonu, Kərimbəyli kəndi ərazisindən keçən hissəsində, yolun kənarındakı açıq sahədə saxlanılmış 20 (iyirmi) ədəd “AMİCO M2633” markalı yük avtomobilinin üzərində olan, Zərərçəkmiş şəxs şəxsi vəsaiti hesabına alınmış şinlərin və disklərin bir neçəsini tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq gizli talamaqla oğurlamaq məqsədilə vahid niyyətlə əhatə olunmuş qəsdlə hərəkət edərək 2023-cü ilin fevral ayının ortalarında həmin yük avtomobillərinin üzərlərində olan şinlərindən nisbətən təzə və saz vəziyyətdə olan 42 ədədini diskləri ilə birlikdə şübhə yaratmaması üçün pul qarşılığında köhnə vəziyyətdə olan digər şin və disklərlə dəyişdirmək məqsədi ilə əvvəlcədən seçib özü üçün müəyyən edərək alıcılar axtarmağa başlamış, 2023-cü ilin fevral ayının ortalarında, axşam saatlarında həmin yük avtomobillərinin birinin üzərində olan 6 ədəd hər birinin dəyəri 250 manat olan, Tayland Respublikasında istehsal olunan “Otanı” markalı təkərləri və həmin təkərlərin üstündə olan 6 ədəd hər birinin dəyəri 300 manat olan, Türkiyə Respublikasında istehsal olunmuş 315/80R22.5 ölçülü diskləri avtomobilin üzərindən sökərək cinayətdən xəbərsiz olan həmkəndlisi Şahid1 1500 (bir min beş yüz) manat pul qarşılığında satmış, daha sonra vahid niyyətlə əhatə olunmuş qəsdlə hərəkətlərini davam etdirərək 2023-cü ilin iyun ayının ortalarında həmin yük avtomobillərinin üzərində olan 12 ədəd, hər birinin dəyəri 250 manat olan, Tayland Respublikasında istehsal olunan “Otanı” markalı təkərləri və həmin təkərlərin üstündə olan 12 ədəd, hər birinin dəyəri 300 manat olan, Türkiyə Respublikasında istehsal olunmuş 315/80R22.5 ölçülü diskləri avtomobillərin üzərindən sökərək şəxsiyyəti istintaqla müəyyən edilməyən və cinayətdən xəbərsiz olan Amid adlı şəxsə 3500 (üç min beş yüz) manat pul qarşılığında satmış, daha sonra vahid niyyətlə əhatə olunmuş qəsdlə hərəkətlərini davam etdirərək 2023-cü ilin iyul ayının sonlarında həmin avtomobillərin üzərində olan 12 ədəd, hər birinin dəyəri 250 manat olan, Tayland Respublikasında istehsal olunan “Otanı” markalı təkərləri və həmin təkərlərin üstündə olan 12 ədəd, hər birinin dəyəri 300 manat olan, Türkiyə Respublikasında istehsal olunmuş 315/80R22.5 ölçülü diskləri avtomobillərin üzərindən sökərək şəxsiyyəti istintaqla müəyyən edilməyən və cinayətdən xəbərsiz olan Amid adlı şəxsə 3550 (üç min beş yüz əlli) manat pul qarşılığında satmış, daha sonra vahid niyyətlə əhatə olunmuş qəsdlə hərəkətlərini davam etdirərək 10 avqust 2023-cü il tarixdə həmin yük avtomobillərinin üzərində olan 12 ədəd, hər birinin dəyəri 250 manat olan, Tayland Respublikasında istehsal olunan “Otanı” markalı təkərləri və həmin təkərlərin üstündə olan 12 ədəd, hər birinin dəyəri 300 manat olan, Türkiyə Respublikasında istehsal olunmuş 315/80R22.5 ölçülü diskləri avtomobillərin üzərindən sökərək şəxsiyyəti istintaqla müəyyən edilməyən və cinayətdən xəbərsiz olan Amid adlı şəxsə 3600 (üç min altı yüz) manat pul qarşılığında sataraq Zərərçəkmiş şəxs ümumilikdə 23100 (iyirmi üç min yüz) manat, yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayət əməlini törətmiş, törətdiyi cinayəti pərdələmək məqsədi ilə oğurlayaraq satdığı təzə şin və disklərin yerinə köhnə və yararsız şin və diskləri bağlamışdır. Məhkəmə iclasında: Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək bildirdi ki, o, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. O, 2022-ci ilin iyun ayında işğaldan azad olunmuş Zəngilan rayonu ərazisində fəaliyyət göstərən "xxxx" MMC-yə texniki işçi kimi işə düzəlmiş, həmin şirkətdə işlədiyi müddətdə Zərərçəkmiş şəxs həmin şirkətin direktoru olmuşdur. 2022-ci ilin sentyabr ayında Zəngilan rayonu ərazisində baş vermiş döyüşlərdən sonra Zərərçəkmiş şəxs şirkətə məxsus avtomobilləri Zəngilan rayonundan çıxararaq başqa rayona aparmaq istəmişdir. Zərərçəkmiş şəxs onunla münasibətdə olduğu üçün həmin avtomobilləri hansı rayon ərazisinə müvəqqəti yerləşdirə biləcəklərini ondan soruşmuş, o da Zərərçəkmiş şəxs cavab olaraq Füzuli rayonu, Kərimbəyli kəndində anadan olduğunu, həmin kənd ərazisində avtomobilləri saxlamaq üçün yer olduğunu demiş və Zərərçəkmiş şəxs də onunla razılaşmışdır. Bundan sonra təxminən 5 gün müddətində 20 ədəd “AMİCO M2633” markalı yük avtomobilini, 1 ədəd traktor, 1 ədəd “Qreder” markası ilə tanıdığı avtomobil yollarının təmiri üçün istifadə olunan texnikanı Mincivan-Hacıqabul yolunun Füzuli rayonu, Kərimbəyli kəndi ərazisindən keçən sağ hissəsinə, açıq sahəyə yerləşdirmişlər və avtomobilləri həmin əraziyə yerləşdirəndə Zərərçəkmiş şəxs özü də orada olmuşdur. Bir müddət sonra Ramilə zəng edərək avtomobilləri həmin ərazidən nə vaxt çıxaraçağını soruşmuş, Ramil isə ona səbirli olmağı, yaxın müddətlərdə avtomobilləri aparaçağını demişdir. 2023-cü ilin fevral ayının ortalarında, maddi vəziyyətinin aşağı olması səbəbindən uzun müddət ərzində şirkət rəhbəri Zərərçəkmiş şəxs avtomobillərə nəzarət etmədiyini görüb, avtomobilin disk və şinlərini pul müqabilində yararsız disk təkərlərlə dəyişdirmək qərarına gəlmişdir. Həmin vaxtlarda həmkəndlisi Astan adlı şəxs ona təkər lazım olduğunu demişdir. O, Astanın maraqlanmasına cavab olaraq az işlənmiş təkər və disk satdığını bildirmiş, bundan sonra Astan ondan təkərin qiymətini soruşmuş, o isə ona avtomobillərin üzərində olan az işlənmiş disk və təkərləri dəyişdirməklə qarşılığında 1 ədəd disk və təkərə görə 250 manat pul verməli olduğunu söyləmiş, Astan onunla razılaşmışdır. Şirkətə məxsus avtomobillərin disk və təkərlərinin öz avtomobilinin disk və təkərləri ilə dəyişdikdən sonra problem yaranıbyaranmayacağını soruşduqda, şirkətə məxsus avtomobillərin uzun müddət işləməyəcəyini, şirkət rəhbərinin də avtomobillərin üzərində olan disk və təkərlərin istismar olunmadan orada qalaraq yararsız vəziyyətə düşəcəyini düşündüyündən həmin təkərləri satıb işçilərin pulunu verəcəyini və heç bir problem olmayacağını, narahat olmamasını, disk və təkərləri şirkət rəhbərinin satdığını demişdir. 2023-cü ilin fevral ayının ortaları, axşam saatlarında Astana məxsus “Ford” maraklı yük avtomobililə şirkətə məxsus yük avtomobillərinin yerləşdikləri əraziyə gəlmişlər, həmin vaxt oradakı yük avtomobillərinin üzərində olan az işlənmiş 6 ədəd təkər 6 ədəd disk açaraq götürmüşdür. Bundan sonra Astan ona 1500 manat vermişdir. O, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən avtotəmir sexini icarəyə götürüb işlədərkən 2023-cü ilin təxminən iyun ayının sonları yük avtomobilini təmir etdirmək üçün işlətdiyi sexə gətirən Amid adlı şəxslə tanış olmuşdur. Amid ilə danışıqlar zaman əvvələr işlədiyi, işğaldan azad olunmuş ərazilərdə yerləşən şirkətə məxsus 20 ədəd yük avtomobilinin Füzuli rayonu ərazisində olduğunu, həmin avtomobil üzərində az işlənmiş disk və təkərlər olduğunu, onları çox işlənmiş disk və təkərlərlə əvəz edə biləcəyini demişdir. Amid də həmin zaman çoxlu sayda yük avtomobilinin olduğunu, ona tez-tez çoxlu sayda disk və təkər lazım olduğunu demişdir. Amidlə qiymət barədə danışdıqdan sonra Amid şirkətə məxsus avtomobillərin disk və təkərlərinin öz avtomobilinin disk və təkərləri ilə dəyişdikdən sonra problem yaranıb-yaranmayacağını soruşduqda, Astana verdiyi məlumatı Amidə də verərək, şirkətə məxsus avtomobillərin uzun müddət işləməyəcəyini, şirkət rəhbərinin də avtomobillərin üzərində olan disk və təkərlərin istismar olunmadan orada qalaraq yararsız vəziyyətə düşəcəyini düşündüyündən həmin təkərləri satıb işçilərin pulunu verəcəyini və heç bir problem olmayacağını narahat olmamasını, disk və təkərləri şirkət rəhbərinin satdığını demişdir.Bundan sonra təxminən 2-3 gün sonra Amidlə birlikdə Amidə məxsus “Howo” markalı yük avtomobili ilə Füzuli rayonu, Kərimbəyli kəndi ərazisinə gəlib əvvələr işlədiyi şirkətə məxsus yük avtomobillərinin üzərində olan az işlənmiş 12 ədəd disk və 12 ədəd təkəri Amid və onun yanında gələn Amidin “Qaraçı” adı ilə çağırdığı oğlanla birlikdə açaraq, Amidə məxsus yük avtomobilinin üzərinə bağlamışlar. Amidə məxsus yük avtomobilinin üzərindən açdıqları disk və təkərləri isə şirkətə məxsus yük avtomobillərinin üzərinə bağlamışlar. Amiddən bunun qarşılığında 3500 manat pul almışdır.Yenidən 2023-cü ilin iyun ayının ortalarında Füzuli rayonu, Kərimbəyli kəndi ərazisinə gəlib əvvələr işlədiyi şirkətə məxsus yük avtomobillərinin üzərində olan az işlənmiş 12 ədəd disk və 12 ədəd təkəri Amidlə açaraq, Amidə məxsus yük avtomobilinin üzərinə bağlamışlar. Amidə məxsus yük avtomobilinin üzərindən açdıqları disk və təkərləri isə şirkətə məxsus yük avtomobillərinin üzərinə bağlamışlar. Amiddən bunun qarşılığında 3550 manat pul almışdır. Sonuncu dəfə 2023-cü ilin avqust ayının 10-da Amidlə işlədiyi sexdə danışdığı zaman Amid yenidən ona disk və təkərlər lazım olduğunu demiş, o da, eyni qiymətə şirkət rəhbərinin satdığını demişdir. Həmin tarixdə təxminən saat 16 radələrində Füzuli rayonu, Kərimbəyli kəndi ərazisinə gəlib əvvələr işlədiyi şirkətə məxsus yük avtomobillərinin üzərində olan az işlənmiş 12 ədəd disk və 12 ədəd təkəri Amid və onun yanında gələn Amidin “Qaraçı” adı ilə çağırdığı oğlanla birlikdə açaraq, Amidə məxsus yük avtomobilinin üzərinə bağlamışlar. Amidə məxsus yük avtomobilinin üzərindən açdıqları disk və təkərləri şirkətə məxsus yük avtomobillərinin üzərinə bağlamışlar. Amiddən bunun qarşılığında 3600 manat pul almışdır. Təqsirləndirilən şəxs həmçinin bildirdi ki, sonradan tutduğu əməlindən peşman olmuşdur. Vurduğu ziyanı ödədiyi üçün zərərçəkmiş şəxsin hazırda ondan şikayət və tələbi yoxdur, yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, məhkəmənin ünvanına teleqram vuraraq, təqsirləndirilən şəxsin ona vurmuş ziyanı tam ödədiyini, ona qarşı şikayət və tələbinin olmamasını bildirmiş və onun barəsində yüngül cəza seçilməsini məhkəmədən xahiş etmişdir. Şahid1 məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəyə uyğun ifadə vermişdir. Şahid2 Məhəmmd oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Həm müdafiə tərəfi, həm də ittiham tərəfi Şahid2 Məhəmmd oğlunun ibtidai istintaq zamanı verdiyi ifadələrlə razılaşdığlarını, məhkəmə istintaqı zamanı yenidən dindirilməsinə lüzum olmadığını bildirdilər. Cinayət işinə əlavə edilmiş: 06 noyabr 2023-cü il tarixli, 9/7689 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, sözü gedən malların orta istismar müddəti, orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq 2023-cü ilin fevral və avqust aylarına olan bazar qiyməti nəzəri hesablama yolu ilə “Otanı” markalı, Tayland istehsalı, 315/80R22.5 ölçüdə təkərin 1 ədədinin 250 (iki yüz əlli) manat, 315/80R22.5 ölçüdə Türkiyə istehsalı diskin 1 ədədinin 300 (üç yüz) manat olması müəyyən olunmuşdur. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 42 ədəd şin və disklərinin qiyməti məhkəmə-əmtəəşünas ekspertin müəyyən etdiyi kimi 1 ədəd şinin qiyməti 250 manat, 1 ədəd diskin qiyməti isə 300 manat olmaqla zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın məbləği 23100 (iyirmi üç min yüz) manat qəbul edilmiş və vurulmuş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənildiyindən iş üzrə ödətdirilmiş maddi ziyanın məbləği 23100 (iyirmi üç min yüz) manat kimi qəbul edilmişdir. İstintaq zamanı X2 "xxxx"ASC ilə özünün direktoru olduğu "xxxx" MMC arasında bağlanmış 04-22/1 nömrəli, 16 fevral 2022-ci il tarixli qarşılıqlı olaraq möhürlərlə təsdiq edilmiş icarə müqaviləsini Füzuli rayon Polis şöbəsinə təqdim etmişdir. Həmin müqavilədə və müqaviləyə əlavə edilmiş sənədlərin surətində göstərilmişdir ki, 20 ədəd özüboşaldan “AMİCO” markalı yük avtomobili "xxxx"ASC tərəfindən "xxxx" MMC-yə icarəyə verilmişdir. Texnikanın icarə müqaviləsi təsdiq edildiyi andan qüvvəyə minir və 31 dekabr 2022-ci tarixinədək qüvvəsini saxlayır. Bundan başqa, həmin müqavilənin 4.2-ci bəndində göstərilmişdir ki, müqavilə müddəti başa çatmasına 10 iş günü qaldığı tarixədək tərəflərin biri digərinə müqaviləyə xitam verilməsi barədə rəsmi bildiriş təqdim etmədiyi halda, müqavilə müddəti növbəti illər üçün eyni şərtlərlə uzadılmış hesab edilir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnaməyə və iş materiallarına əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarına əsasən müəyyən edilir ki, Zərərçəkmiş şəxs 22 noyabr 2023-cü il tarixdə Füzuli rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək direktoru olduğu "xxxx" MMC-yə məxsus yük avtomobillərinin üzərindən disk və şinlərin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə Füzuli rayon Polis şöbəsinə məlumat verdiyini, sonradan həmin şəxsin Təqsirləndirilən şəxs olmasının müəyyən edildiyini, hazırda Təqsirləndirilən şəxs oğurlamış olduğu 42 ədəd disk və 42 ədəd şinin tam şəkildə yenisini alaraq geri qaytardığını, ona dəymiş maddi ziyanı tam şəkildə ödədiyini, onunla barışdığını və bu səbəbdən həmin şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirərək ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. AZ-İ 855399 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 21 may 2013-cü il tarixdə 01 yanvar 1993-cü il təvəllüdlü X3 ilə nikah bağlamışdır. AA-3774137 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 15 dekabr 2015-ci il təvəllüdlü X4 atası Təqsirləndirilən şəxs himayəsində yaşayır. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərara əsəsən, müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.3.2 və 179-cu maddələri ilə, Şahid1 barəsində CM-nin 177.2.1 və 194.1-ci maddələrilə cinayət işinin başlanılması rədd edilmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə, o cümlədən təqsirləndirilən şəxsin özünün səmimi etirafedici ifadəsi, zərərçəkmiş şəxs və şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.4-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, yəni zərərçəkmiş şəxsə vurduğu 23100 (iyirmi üç min yüz) manat maddi ziyanı tamamilə ödəməsini və aradan qaldırmasını Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 59.1.4, 59.1.12 və 59.1.13cü maddələrinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən, cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 177.1-ci maddəsinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177.2.4-cü maddəsinə əsasən, xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının məhkəmələrə tövsiyyəsinə görə, ….belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, daha ciddi cəza növlərinin seçilməsi əsaslandırılmalıdır və sanksiya hüdudlarında ağır cəza növü yalnız o halda tətbiq oluna bilər ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin, həmçinin məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Yuxarıda qeyd edildiyi kimi Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına alternativ cəza olaraq azadlığın məhdudlaşdırılması cəzası da nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası deyil, azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxs etdiyi əməlindən səmimi peşmançılıq hisslərini biruzə verməsi və vurulmuş ziyanın aradan qaldırılması məhkəməyə bunu deməyə əsas verir. Azərbaycan Respublikası CM-in: 52-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət işi üzrə vurulmuş 23100 manat ziyanın zərəçəkmiş şəxsə ödənilməsi nəzərə alınmalı, iş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası MEM-in hesabına ödənilməlidir. İş materiallarına əsasən müəyyən edilir ki, 06 sentyabr 2023-cü il tarixdə baxış keçirilərək götürülmüş Şahid1 “Ford Cargo” markalı avtomobilinin üzərində aşkar edilmiş 6 ədəd “Otanı” markalı, Tayland istehsalı, 315/80R22.5 ölçüdə şinlər və 315/80R22.5 ölçüdə Türkiyə istehsalı disklər 06 sentyabr 2023-cü il tarixli qərarla iş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Füzuli rayon Polis şöbəsinə təhvil verilmiş və 15 dekabr 2023-cü il tarixli qəbzlə sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. Təqsirləndirilən şəxs 23 avqust 2023-cü il tarixdə, saat 08:30 dəqiqədə şübhəli şəxs qismində tutulmuş, 24 avqust 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə ittiham elan olunmuş və eyni tarixli qərarla barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək həmin gün saat 18:10 radələrində Füzuli rayon Polis şöbəsinin X1 azad edilmişdir. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunmalı əmlak, maddi sübut və mülki iddia yoxdur. Odur ki, məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351- 353, 356, 358, 381-385-ci maddələrini rəhbər tutaraq H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 23 avqust 2023-cü il saat 08:30 tarixdən 24 avqust 2023-cü il saat 18:10 tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət bir gün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutularaq dörd gün hesablanmaqla təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs daimi yaşayış yerini axşam saat 23:00-dan səhər saat 08:00-dək tərk etməsinə və yaşadığı Abşeron rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyətlər qoyulsun. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yerini axşam saat 23:00-dan səhər saat 08:00dək və yaşadığı Abşeron rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Cinayət işi üzrə vurulmuş 23100 manat ziyanın zərəçəkmiş şəxsə ödənilməsi nəzərə alınsın. 06 sentyabr 2023-cü il tarixdə baxış keçirilərək götürülmüş, 06 sentyabr 2023-cü il tarixli qərarla iş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Füzuli rayon Polis şöbəsinə təhvil verilmiş Şahid1 “Ford Cargo” markalı avtomobilinin üzərində aşkar edilmiş 6 ədəd “Otanı” markalı, Tayland istehsalı, 315/80R22.5 ölçüdə şinlər və 315/80R22.5 ölçüdəTürkiyə istehsalı disklərin 15 dekabr 2023-cü il tarixli qəbzlə sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına (AZ34CTRE********************) ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya protesti və ya şikayəti verilə bilər. Hökmdən əgər həmin müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrik edən: imza var. Əsli ilə düzdür. Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar