Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-10/2025 14.04.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs3 iştirakı ilə, xx xxxxxx 1996-cı il tarixdə Füzuli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3 və 315-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 21 may 2024-cü il tarixdə, saat 20 radələrində təxminən bir saat ərzində ictimai yer hesab olunan Füzuli şəhəri, Heydər Əliyev prospektində yerləşən 6 nömrəli binanın yaxınlığında arvadı Şahid2 və qayınanası Zərərçəkmiş şəxs3 ilə cüzi əsaslı səbəblə, yəni arvadı Şahid2 yaşadıqları evə getməməsi səbəbi ilə mübahisə edərək bir qrup şəxsin ətrafa yığışmasını, eləcə də Füzuli rayon Polis şöbəsinin X2 polis sahə rəisləri, polis leytenantı Zərərçəkmiş şəxs2 və polis kiçik leytenantı Zərərçəkmiş şəxs1 haqlı iradlarını bəhanə edib qəsdən binanın həyətində olan ağacı yerə bərkitmək üçün ağacın kənarına bağlanmış armaturu oradan çıxarıb silah qismində istifadə edərək həmin armaturla Zərərçəkmiş şəxs3 zor tətbiq etməklə onu hədələyib uca səslə söyüşlər söyərək davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək, cəmiyyət arasında bərqərar olmuş birgəyaşayış qaydalarına əməl etməyərək ictimai qaydanı kobud surətdə pozmuş, səs-küyə oraya toplaşmış şəxsiyyətləri istintaqla müəyyən edilməyən çoxsaylı şəxslərin gözü qarşısında özünü digər şəxslərdən üstün göstərmək üçün həmin vaxt xidmətdə olan ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndələri hesab olunan, Zərərçəkmiş şəxs3 çağırışı ilə həmin yerə gəlmiş polis əməkdaşları- Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ondan qanunsuz hərəkətlərə son qoymasını tələb etməsinə baxmayaraq qəsdən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, bundan sonra həmin polis əməkdaşları silah qismində istifadə etdiyi armaturu onun əlindən aldıqdan sonra o, qəsdən yumruqla Zərərçəkmiş şəxs3 sol gözaltı nahiyəsindən bir dəfə zərbə vuraraq sağlamlığın qısa müddətə pozulmasına səbəb olan hematoma xarakterli yüngül bədən xəsarəti yetirmiş, həmçinin həmin zaman xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndəsi hesab olunan polis əməkdaşı Zərərçəkmiş şəxs2 zor tətbiq edərək sonuncunun xidməti polis formasının köynəyini əli ilə dartıb cıraraq xuliqanlıq etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs 21 may 2024-cü il tarixdə, saat 21 radələrində Füzuli şəhəri, Heydər Əliyev prospektində yerləşən 10 nömrəli binanın 204 nömrəli mənzilinə getmiş, oradan zavod üsulu ilə istehsal edilmiş, soyuq silah hesab edilməyən mətbəxt bıçağını götürüb hadisə yerinə geri qayıdaraq təkrarən əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək, cəmiyyət arasında bərqərar olmuş birgəyaşayış qaydalarına əməl etməyərək və ictimai qaydanı kobud surətdə pozmaqla hadisənin gedişində oraya toplaşmış şəxsiyyətləri istintaqla müəyyən edilməyən çoxsaylı şəxslərin gözü qarşısında özünü digər şəxslərdən üstün göstərmək üçün həmin bıçaqdan silah qismində istifadə edərək polis əməkdaşlarına yenidən müqavimət göstərib zor tətbiq etməklə onları hədələmiş, həmçinin, həmin vaxt əlindəki silah qismində istifadə etdiyi bıçaqla polis əməkdaşı Zərərçəkmiş şəxs1 məxsus olan “Lada 21214 Urban” markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ oturacağında əyləşmiş qayınanası Zərərçəkmiş şəxs3 sağ yanağına sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən səthi kəsilmiş yara xəsarəti yetirərək təkrarən qəsdən silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq etmişdir. Daha sonra, Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən xuliqanlıq hərəkətlərini başa çatdırdıqdan sonra cinayətkar niyyətini davam etdirmək, eləcə də polis əməkdaşları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 xidməti vəzifələrini yerinə yetirməkdən onları çəkindirməkdən ötrü Şahid2 və Zərərçəkmiş şəxs3 daha ağır xəsarət yetirməməsi, ictimai təhlükəsizliyi təmin etmək, eləcə də Şahid2 və Zərərçəkmiş şəxs3 hadisə yerindən uzaqlaşdırmaq üçün sonuncuların həmin polis əməkdaşları tərəfindən əyləşdirildiyi Zərərçəkmiş şəxs1 məxsus “Lada 21214 Urban” markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq və sol arxa təkərlərini silah qismində istifadə etdiyi həmin bıçaqla cıraraq özgə əmlakını məhv etməklə və bundan sonra isə xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə zor tətbiq etməklə əlaqədar qərəzli hərəkətlərinin davamı kimi Zərərçəkmiş şəxs1 məxsus olan qeyd olunan avtomobilin müxtəlif hissələrinə təpiklə zərbələr vurmaqla zərər çəkmiş Zərərçəkmiş şəxs1 256 (iki yüz əlli altı) manat məbləğində maddi ziyan vurmuş, yalnız polis əməkdaşı Zərərçəkmiş şəxs1 və oraya toplaşmış şəxsiyyətləri istintaqla müəyyən edilməyən şəxslərin birgə səyi ilə cinayətkar davranışlarını davam etdirərkən silah qismində istifadə etdiyi bıçaq ondan alınmış və bundan sonra Füzuli rayon Polis şöbəsinin əməkdaşları tərəfindən izahatının alınması məqsədi ilə rayon polis şöbəsinə aparılmışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində və son sözündə ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilərək, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmununu təsdiq edərək göstərmişdir ki, hadisə olan gün o, Bakıdan Füzuliyə qayıtmış, evə gələndə uşaqlarını və arvadını evdə görməmiş, sonradan bilmişdir ki, arvadı Könül uşaqları məktəbdən götürdükdən sonra onun bacısıgilə getmişdir. Arvadı Könüldən hansısa narahatlığın olub-olmamasını soruşmuş, sonuncu cavab vermədiyindən oranı tərk edib gedərkən oğlu nənəsinin onlara qonaq gələcəyini bildirmişdir. Bunu biləndən sonra o, ət dükanından ət sifariş etmiş, sifarişini gözləyərkən arvadı Könülün və uşaqlarının polis əməkdaşları olan Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1la birlikdə gəldiyini, polislərə məxsus qara rəngli Niva markalı avtobilə əyləşdiyini görəndə etirazını bildirmiş, polis əməkdaşları onu da polis şöbəsinə dəvət etmişlər. Həmin avtomobilin ön oturacağında əyləşmiş qaynanası Əfruz onu söymüş, bundan əsəbləşərək ağacın yanında olan armaturu götürmüş, Əfruzu onunla hədələmiş, lakin sonuncuya heç bir xəsarət yetirməmişdir. Daha sonra əlindəki armaturu polis əməkdaşlarına vermişdir. O, səs-küy salaraq ailəsinin həmin maşından düşməsini tələb etmişdir. Əsəbləşdiyindən həmin avtomobilin təkərlərinə zərər yetirmək üçün evdən, yəni mətbəxdən balaca bıçaq götürmək üçün getmiş, lakin kimisə zədələmək və ya öldürmək niyyətində olmamışdır. Əfruz ifadəində onun üzünü bıçaqla cızdığını bildirsə də, o bununla razılaşmamış, belə hərəkətə yol vermədiyini bildirmişdir. Təkərlərini deşdiyi avtomobil polis əməkdaşına məxsus olmasını sonradan öyrənmişdir. Mübahisə 21 may 2024-cü il tarixdə, xatırlamadığı vaxtda baş vermişdir. Havanın qaranlıq vaxtı olmuş, mübahisə “Bazarstore” adlı super marketin olduğu binanın yanında baş vermişdir, mübahisənin baş verməsinin tam səbəbini bilmir, mübahisə zamanı demək olar ki, ətraf binalarda yaşayan sakinlərin hamısı orada olmuşdur. Lakin onların adlarını xatırlamır. O, ümumiyyətlə orada nalayiq ifadələr işlətməmiş, qayınanası Zərərçəkmiş şəxs3 döyməmiş, ona bıçaqla xəsarət yetirməmişdir. O, polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətməmiş, polis əməkdaşlarına müqavimət göstərməmiş, polis əməkdaşının köynəyininin düyməsini qırmamış, həmçinin onların üzərinə bıçaqla hücum çəkməmişdir. Sadəcə olaraq əlində bıçaq olan zaman polis əməkdaşları onun əlindən bıçağı almaq istəyərkən polis əməkdaşlarına və ətrafda olan şəxslərə ona yaxın durmamalarını söyləmişdir. O, övladlarının və həyat yoldaşının “Niva” markalı avtomobildə olduğunu gördüyü üçün və onlara dəfələrcə eyvandan qışqıraraq gəlmələrini deməsinə baxmayaraq avtomobildən düşmədikləri üçün yaşadığı evdən bıçağı avtomobilin təkərlərini deşmək məqsədi ilə götürmüşdür. Göstərdiklərinə əsasən onun Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinməsini və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdə, saat 13 radələrində Bakı şəhərində olan zaman Füzuli şəhəri ərazisində yaşayan qızı Şahid2 ona zəng edərək əri Təqsirləndirilən şəxs onu yaşadıqları Füzuli şəhərində yerləşən evdən çıxardığını, hazırda uşaqları ilə birlikdə çöldə qaldığını deyərək gəlib onu aparmağını söyləmişdir. Bundan sonra dərhal Bakı şəhəri ərazisindən tanımadığı yol avtomobili ilə çıxaraq həmin tarixdə, saat 19 radələrində Füzuli şəhəri ərazisinə çatmış, həmin vaxt qızı ilə əlaqə saxlamış və qızı baldızı Aynurənin Füzuli şəhərində yerləşən evində olduğunu demişdir. Qızının baldızı evinə gedərək qızı və nəvələrini götürərək binanın qarşısına düşmüş, Füzuli şəhəri ərazisində yerləşən yaşayış binasında olan evlərin paylanmasına nəzarət edən adını bilmədiyi şəxsə yaxınlaşaraq Təqsirləndirilən şəxs qızını birgə verilən evdə yaşamağa qoymadığını, başqa ev verilməsini söyləmiş və həmin şəxsdə onların səlahiyyətində olmadığını, bu barədə polisə məlumat vermələrini demişdir. Füzuli şəhəri ərazisində xidmət aparan polis sahə rəisi Zərərçəkmiş şəxs2 zəng edərək bu barədə məlumat vermiş, polis sahə rəisi qısa müddət ərzində yaxınlaşacağını demiş və qızı ilə birlikdə binaların qarşısında, yəni şəhər sakinlərinin toplaşadığı yerdə gözləməyə başlamışlar. Bundan bir neçə dəqiqə sonra polis əməkdaşı Zərərçəkmiş şəxs2 və onun yanında olan adını bilmədiyi polis əməkdaşı qara rəngli “Niva markalı”, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobillə yanlarına yaxınlaşmış və polis əməkdaşlarına olanları danışaraq nəvələrinin və qızının çöldə qaldığını, həyat yoldaşı Təqsirləndirilən şəxs onları evdən çıxardığını söyləmişdir. Polis əməkdaşları qızını yaşadığı evə aparan zaman kürəkəni Təqsirləndirilən şəxs binaların qarşısında qarşılarına çıxmış və qızına qışqıraraq, ünvanına yüksək səslə nalayiq ifadələr işlədib, polisə kimin məlumat verdiyi soruşmuş və qızı qorxduğu üçün arxasına keçmiş, polis əməkdaşları ona ictimai qaydanı pozmamasını, qanunazidd hərəkətlər etməməsini söyləyərək nizam-intizama dəvət etmələrinə baxmayaraq Təqsirləndirilən şəxs yerdə olan dəmir parçasını götürərək yüksək səslə onun və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək üzərinə hücum çəkərək dəmir parçası ilə zərbə endirmək istəyən zaman Elməddinin Quluzadənin əlindən tutmuş və Təqsirləndirilən şəxs təpiklə bel, qarın və ayaq nahiyələrinə zərbələr endirən zaman polis əməkdaşı onu kənara çəkib əlindəki dəmir parçasını alaraq kənara atmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs anası Şahid1 və onun xalası Sürəyya Abbasova onlarla mübahisə etdiyi üçün polis əməkdaşları onları sakitləşdirərək “Niva” markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmələrini söyləmişlər. Həmin ərəfədə Təqsirləndirilən şəxs qaçaraq yaşadıqları ev istiqamətində getmiş və həmin vaxt polis əməkdaşına məxsus “Niva” markalı **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş, polis əməkdaşları isə Təqsirləndirilən şəxs yaşadığı ev istiqamətində getmişlər. Bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs əlində bıçaqla binanın digər tərəfindən yüksək səslə yenidən onların və polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək onu və qızı Şahid2 öldürəcəyini söyləyərək üzərinə gəlmiş, həmin vaxt qızı, nəvələri polis əməkdaşının avtomobilində arxa oturacaqda, özü isə qabaq oturacaqda əyləşmiş, lakin avtomobilin ön sağ qapısı açıq vəziyyətdə qalmışdır. Təqsirləndirilən şəxs əlindəki bıçaqla sifət nahiyəsinə zərbə endirərkən avtomobilin içərisində özünü kənara çəkmiş və bıçaq sifətinin sağ nahiyəsini sıyıraraq keçmiş, bu zaman dərhal Təqsirləndirilən şəxs kənara itələyib qapını bağlamışdır. Bu vaxt Təqsirləndirilən şəxs avtomobilin sol qapısını açmaq istəyərkən həmin qapını içəridən bağlamış və Təqsirləndirilən şəxs daha da əsəbləşərək avtomobilə təpik, yumruq zərbələri endirməyə başlamış, daha sonra isə qapının açılmadığını görüb əlindəki bıçaqla avtomobilin ön sol və arxa sol təkərinə zərbə endirib təkəri cıraraq yararsız vəziyyətə salmışdır. Həmin vaxt ətrafda olan şəxslər Təqsirləndirilən şəxs əlində bıçaq olduğu üçün ona yaxınlaşmağa qorxmuş, polis əməkdaşları isə kənardan qaçaraq Təqsirləndirilən şəxs yaxınlaşmış və sonuncu əlindəki bıçağı tutub yaxınlaşan olsa öldürəcəyini söyləmiş, polis əməkdaşları ona sakitləşməsini, hüquqazidd hərəkətlər etməməsini söyləsələr də, Təqsirləndirilən şəxs polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayıb onların ünvanına yüksək səslə nalayiq ifadələr işlətmiş, polis əməkdaşı Zərərçəkmiş şəxs2 onun əlindən bıçağı almaq üçün yaxınlaşan zaman əlindəki bıçaqla onun üzərinə hücum çəkmiş, onu bıçaqla vurmaq istəyərkən orada olan şəxslər və adını bilmədiyi digər polis əməkdaşı Təqsirləndirilən şəxs arxa hissədən tutaraq əlindəki bıçağı əlindən almış, Təqsirləndirilən şəxs yenidən polis əməkdaşı Zərərçəkmiş şəxs2 üzərinə hücum çəkib onun əynindəki polis formasının köynəyini əli ilə tutub dartaraq sökmüş və bu vaxt ətrafdakı başqa şəxslər də Təqsirləndirilən şəxs əlindən bıçağın alındığını görüb, polis əməkdaşlarına köməklik göstərərək Təqsirləndirilən şəxs tutub saxlamışdır. Həmin vaxt şəhər sakinlərindən kimsə Füzuli şəhərində yaşayan qardaşı Şahid5 Təqsirləndirilən şəxs onu bıçaqla öldürmək istəməsini demiş və qardaşı dərhal yanlarına gəlmişdir. Təqsirləndirilən şəxs qardaşı Şahid5 oraya gələn zaman onunda ünvanına nalayiq ifadələr işlətmiş, lakin qardaşına müdaxilə etməməsini söyləmiş, daha sonra başqa polis əməkdaşları hadisə yerinə gəlib, Təqsirləndirilən şəxs rayon polis şöbəsinə aparmışlar. Həmçinin polis əməkdaşları Təqsirləndirilən şəxs rayon polis şöbəsinə aparan zaman Təqsirləndirilən şəxs yenidən ölümlə hədələmiş və polis avtomobilinin içərisindən qışqıraraq polis şöbəsindən qayıtdıqdan sonra onları asacağını söyləmişdir. Ona görə də həmin şəxsin barəsində qanuni tədbir görülərək həbs olunması xahiş etmişdir. Təqsirləndirilən şəxs bıçaqla üzərinə hücum çəkən zaman anası Şahid1 Təqsirləndirilən şəxs yaxınlaşıb bıçağı əlindən almaq istəyərək sonuncu anasını əli ilə və təpiklə vurub kənara itələmişdir. Qardaşı Şahid5 mübahisə zamanı heç kimi döyməmiş, heç kimə xəsarət yetirməmişdir. Şahid1 Şahid5 barəsində dedikləri tamamilə yalandır o, öz oğlunu sakitləşdirmək istəyən zaman Təqsirləndirilən şəxs özü təpiklə onu vurub kənara itələmiş və Şahid1 yerə yıxılmışdır. O, təqsirləndirilən şəxslə barışmadığını, ondan şikayətçi olduğunu və bunun məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək bildirmişdir ki, o, 2018-ci ildən Daxili işlər orqanlarında, 2023-cü ildən isə Füzuli rayon Polis şöbəsinin X2 polis sahə rəisi vəzifəsində xidmət edir, polis leytenantı xüsusi rütbəsindədir. 21 may 2024-cü il tarixdə saat 20 radələrində sahə rəisi olduğu üçün inzibati ərazisi olan işğaldan azad olunmuş Füzuli şəhəri ərazisində polis sahə rəisi Zərərçəkmiş şəxs1la xidmətdə olan zaman tanımadığı mobil nömrədən istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng gəlmiş, zəngə cavab verdikdə telefonda danışan şəxs Füzuli şəhərində yaşayan Təqsirləndirilən şəxs qayınanası Zərərçəkmiş şəxs3 olduğunu, kürəkəni Təqsirləndirilən şəxs onun qızı Şahid2 ilə mübahisə etdiyini və nəvələri ilə birlikdə evdən qovduğunu, hazırda Füzuli şəhəri ərazisində yerləşən binaların qarşısında olduğu bildirərək ona yaxınlaşmalarını istəmiş, bundan qısa müddət ərzində onun olduğu yerə yaxınlaşacağını söyləmişdir. Təqsirləndirilən şəxs sahə rəisi olduğu inzibati ərazidə ictimai qaydanı pozan şəxs kimi tanıdığı və yenidən həmin yerdə səs-küy salaraq ictimai qaydanı pozmaması üçün dərhal olduqları yerdən polis sahə rəisi, Zərərçəkmiş şəxs1la onun idarə etdiyi, qara rəngli, “Niva” markalı, **-XN-*** dövlət nömrə nişanlı avtomobillə Füzuli şəhərində yerləşən binaların qarşısına gedib Zərərçəkmiş şəxs3 ilə əlaqə saxlayıb onunla görüşmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid2 və azyaşlı övladları orada olmuşdur. Zərərçəkmiş şəxs3 kürəkəni Təqsirləndirilən şəxs onun qızının və nəvələrini yaşadıqları evdən qovduğunu, qızı ilə mütəmadi mübahisə etdiyini, hazırda çöldə qaldıqlarını bildirmişdir. Bu zaman onları inzibati ərazidə olan polis məntəqəsinə dəvət etmişlər. Onlarla birlikdə piyada binaların qarşısı ilə polis məntəqəsi istiqamətində gedən zaman Şahid2 həyat yoldaşı Təqsirləndirilən şəxs öz yaşadıqları binanın yan tərəfində qarşılarına çıxmış və həyat yoldaşı Şahid2 yaşadıqları evə getməsini demiş, Şahid2 evə getməyəcəyini söyləmiş və bu vaxt Təqsirləndirilən şəxs polis əməkdaşlarını orada görüb, qaynanası və həyat yoldaşının üzərinə qışqıraraq polisləri kimin çağırdığını soruşmuş, qayınanası Zərərçəkmiş şəxs3 isə polisləri özünün çağırdığını demiş, Təqsirləndirilən şəxs yüksək səslə əsəbi vəziyyətdə danışdığından kənarda olan şəxslərin yavaş-yavaş oraya toplaşdığını görüb, Təqsirləndirilən şəxs yaxınlaşaraq səs-küy salmamağını, kənarda sakinlərin toplaşdığını deyərək kənar şəxslərin olmadığı yerə çəkilərək aralarında mübahisəni həll etmələrini söyləmişdir. Təqsirləndirilən şəxs cavab olaraq müdaxilə etməməyini, burada qan düşəcəyini deyib, ətrafda olan şəxslərə qışqıraraq nəyə baxdıqlarını, işsiz qaldıqlarını, onlarında özlərinin etiraz etmələrini demiş və bir neçə dəqiqə gözləyib anidən əsassız yerə əsəbləşib qışqıraraq yaxınlıqdakı ağacların dibinə basdırılmış təxminən 2 metr uzunluqda olan armaturu götürərək qayınanası Zərərçəkmiş şəxs3 üzərinə hücum etmiş, dərhal onların yanına gedərək Təqsirləndirilən şəxs əlindən armaturu almış, armaturla qayınanasına xəsarət yetirməsinə imkan verməmişlər. Təqsirləndirilən şəxs əlindən armaturu alan zaman sonuncu əli ilə polis köynəyindən tutaraq dartmış və köynəyinin sinə hissəsində düymələri qırılmışdır. Lakin Təqsirləndirilən şəxs həmin vaxt Zərərçəkmiş şəxs3 yumruq, təpik zərbələri endirmişdir. Həmin vaxt orada yaranmış səs-küyə yaxınlıqdakı binalarda yaşayan şəxslər toplaşmışdır. Lakin şəhər sakinlərinin bir çoxu Təqsirləndirilən şəxs problemli şəxs kimi tanıdıqları üçün müdaxilə etməmiş, sadəcə olaraq kənardan izləmişlər. Təqsirləndirilən şəxs dəfələrcə nizam-intizama dəvət etmiş, səs-küy yaratmamasını, hüquqazidd hərəkətlər etməməsini tələb etsələr də, Təqsirləndirilən şəxs heç kimə məhəl qoymayıb yüksək səslə polis əməkdaşlarının, qayınanası və həyat yoldaşının ünvanına nalayiq ifadələr işlədib, onları öldürməklə hədələmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs anası Leyla Quluzadə mübahisənin baş verdiyi yerə gələrək Zərərçəkmiş şəxs3 ilə mübahisə etmiş, onları sakitləşdirmək üçün yaxınlaşan zaman Təqsirləndirilən şəxs yaşadıqları bina istiqamətində qaçmışdır. Polis sahə rəisi Zərərçəkmiş şəxs1la birlikdə orada baş vermiş mübahisəni yekunlaşdırmaq, Təqsirləndirilən şəxs qayınanası Zərərçəkmiş şəxs3 və həyat yoldaşı Şahid2 xəsarət yetirməməsi və ictimai təhlükəsizliyi təmin etmək üçün Zərərçəkmiş şəxs3, Şahid2 və övladlarını Zərərçəkmiş şəxs1 məxsus “Niva” markalı, **-XN-*** dövlət nömrə nişanlı avtomobilə əyləşdirib, Təqsirləndirilən şəxs hara getməsini bilmək üçün, həmin yerdədə ictimai qaydanı pozmaması üçün onun yaşadığı bina istiqamətində getmişdir. Təqsirləndirilən şəxs binanın digər tərəfindən əlində bıçaqla yüksək səslə nalayiq ifadələr işlədib qayınanasının üzərinə qaçmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs1 məxsus “Niva” markalı avtomobildə sağ ön sərnişin oturacağında əyləşmiş, Şahid2 və övladları isə arxa oturacaqda əyləşmişdir. Təqsirləndirilən şəxs əlində bıçaqla Zərərçəkmiş şəxs3 hücum edib, əlindəki bıçaqla onun sifət nahiyəsinə zərbə endirmiş, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs kənara itələyib avtomobilin qapısını bağlamışdır. Həmin vaxt kənarda binanın yanından qaçaraq onları olduğu yerə yaxınlaşmış, ətrafda olan şəxslər isə Təqsirləndirilən şəxs əlində olan bıçaqdan qorxduqları üçün ona yaxınlaşmamışlar. Təqsirləndirilən şəxs avtomobilin sol tərəfinə keçib sol qapınını şüşəsinə yumruq təpik zərbələri endirmiş, daha sonra əlindəki bıçaqla avtomobilin sol arxa və ön təkəri bıçaqla zərbə endirib cıraraq məhv etmişdir. Bu vaxt Təqsirləndirilən şəxs yanına çatmış, Təqsirləndirilən şəxs əlindəki bıçağı yelləyərək ona yaxınlaşan olsa öldürəcəyini demişdir. Təqsirləndirilən şəxs nizam-intizama dəvət etmiş, onun hüquqazidd hərəkətlərinin qarşısını almağa çalışmışlar. Təqsirləndirilən şəxs polisin qanuni tələbinə tabe olmayaraq yenidən sakinlərin toplaşdığı yerdə yüksək səslə nalayiq ifadələr işlədərək ailə üzvlərinin avtomobildən düşmədiyi təqdirdə onları öldürəcəyini söyləmişdir. Təqsirləndirilən şəxs əlindəki bıçaqla başqa şəxslərə xəsarət yetirməməsi üçün ona yaxınlaşaraq əlindəki bıçağı almaq istəyən zaman Təqsirləndirilən şəxs əlindəki bıçaqla üzərinə hücum etmiş, bu vaxt sahə rəisi Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs arxa hissəsindən qucaqlayaraq əlindəki bıçağı almış, həmin vaxt orada olan şəhər sakinlərindən də bir neçə nəfər Təqsirləndirilən şəxs əlindəki bıçağın alınmasında köməklik etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs sakitləşdirmək üçün onunla bir müddət profilaktiki söhbətlər etmiş, həmin yerə toplanmış şəxsləri oradan kənarlaşdırmış və saat təxminən 22 radələrində Təqsirləndirilən şəxs həmin yerə yaxınlaşmış post patrul avtomobilinə əyləşdirərək Füzuli rayon Polis şöbəsinə göndərmişdir. Daha sonra baş vermiş hadisə ilə bağlı Füzuli rayon Polis Şöbəsinin rəisinə raportla müraciət edərək məlumat vermiş, Təqsirləndirilən şəxs hadisə zamanı silah qismində istifadə etdiyi armatur hadisə yerində qalmış, onun avtomobilin təkərlərini cıraraq məhv etdiyi və Zərərçəkmiş şəxs3 sifət nahiyəsinə zərbə endirdiyi bıçağı Füzuli rayon X13 bölməsinə təqdim etmişdir. Adil mübahisənin baş verdiyi yerə mübahisənin sonunda gəlmiş, lakin Adil həmin yerə gəldikdən sonra mübahisə yenidən başlamış və mübahisə zamanı Adil orada əli ilə Leylanın sinəsindən vurmuş və nəticədə Leyla yerə yıxılmış, həmçinin həmin vaxt dava-dalaş zamanı Adil uca səslə qışqıraraq nalayiq ifadələr işlətmişdir. Adil oraya gəldikdən sonra mübahisə bir neçə dəqiqə də yəni təxminən 20-25 dəqiqə də davam etmiş, həmçinin Adilin davadalaş səsinə oraya əlavə şəxslər də yığışmış, yəni hadisə yerindən uzaqlaşdırdıqları şəxslər yenidən səskey olduğunu eşidib həmin yerə yığışmışlar. Bütün bunların səbəbi isə Adilin orada dava- dalaş etməsi olmuşdur. Zərərçəkmiş şəxs3 Leyla ilə əvvəldən mübahisə etməsini görmüş, lakin Əfruzun Leylanı vurmasını görməmişdir. O, təqsirləndirilən şəxslə barışmadığını, ondan şikayətçi olduğunu və bunun məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək Zərərçəkmiş şəxs2 ilə eyni məzmunlu ifadə vermişdir. O, təqsirləndirilən şəxslə barışmadığını, ondan şikayətçi olduğunu və bunun məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərmişdir ki, o, işğaldan azad olunmuş Füzuli şəhəri ərazisində oğlu Təqsirləndirilən şəxs və ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid2 onun qardaşı nəvəsidir. Təqsirləndirilən şəxs və Şahid2 təxminən 9 ildir ki, ailə həyatı qurmuşdurlar və onların həmin nikahdan 3 azyaşlı övladları vardır. Təxminən 7 aydır ki, Füzuli şəhərinə köçmüşlər və yenə də bir evdə yaşayırlar. Təxminən bir aydır ki, Şahid2 heç bir səbəb olmadan onun evdə yaşamağını istəmir və Təqsirləndirilən şəxs bu fikirlə razılaşdırmaq istəyir. 21 may 2024-cü il tarixdə təxminən saat 20 radələrində Füzuli şəhəri ərazisində oğlu Təqsirləndirilən şəxs Bakı şəhərindən Füzuli şəhərində yerləşən yaşadıqları evə gəlmiş, Şahid2 ilə aralarında küsülülük olduğu üçün sonuncu ilə barışmaq istəmiş, lakin Şahid2 barışmaq istəməmişdir. Təqsirləndirilən şəxs başqa qadınlarla danışdığını, ona xəyanət etdiyini və Bakı şəhərinə də bu məqsədlə getdiyini demiş, həmçinin Təqsirləndirilən şəxs evdən getmək istədiyini bildirmişdir. Bundan bir müddət sonra günorta saatlarında Şahid2 uşaqları məktəbdən götürməyə getmiş, lakin bir müddət keçsə də o, geri qayıtmamışdır. Şahid2 nömrəsinə zəng etdikdə zənglərə cavab vermədiyi üçün qonşuluqda yaşayan böyük qızı Aynurənin evinə getdiyini ehtimal edib sonuncuya zəng etmiş, Aynurə Şahid2 onlarda oldğunu söyləmiş və biraz sonra Təqsirləndirilən şəxs də çağırdığı üçün Təqsirləndirilən şəxs onların yaşadığı evə getmişdir. Təxminən bir saat sonra Təqsirləndirilən şəxs yenidən yaşadıqları evə qayıtmışdır. Təqsirləndirilən şəxs Şahid2 onun evdə qalmağını istəmədiyini deyib qonşuluqda olan qızı Şövkətin evində qalmağını xahiş etmişdir. Bunu Şahid2 şərti olduğunu başa düşmüş və nəvələrinin, övladının xoşbəxtliyi üçün onunla razılaşmış, paltarlarını yığmağa başlamışdır. Təqsirləndirilən şəxs ona evdən birdəfəlik çıxmadığını və gəlib-gedəcəyini demiş, evdən qovmadığını və istədiyi vaxt evə gələ biləcəyini bildirmişdir. Əşyalarını hazırlayıb 31-ci binada olan iş yerinə dərziyə getmiş, bir az sonra isə bacısı Sürəyya Abbasovanın yaşadığı evə gedərkən nəvəsi Orucu görmüşdür. Nəvəsi Oruc qudası Zərərçəkmiş şəxs3 Bakı şəhərindən gəldiyini demiş, bu zaman ona evə getməsini deyib bacısı Sürəyya Abbasovanın yanına getmiş və bacısına baş verənləri danışmışdır. Bu vaxt Sürəyya Abbasova pəncərədən çölə baxan zaman Zərərçəkmiş şəxs3 polis əməkdaşları ilə birlikdə yaşadıqları evə tərəf getdiyini, səs-küy olduğunu demişdir. Sürəyya Abbasova ilə birlikdə həmin yerə getdikdə Təqsirləndirilən şəxs Əfruza Abbasovaya Şahid2 və uşaqları hara apardığını demiş və bu zaman onların arasında mübahisə baş vermiş, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs üzərinə hücum edərək orada nalayiq ifadələr işlətməyə başlamışdır. Polis əməkdaşları Şahid2 və uşaqları öz şəxsi avtomobilinə əyləşdirmiş, bu zaman Təqsirləndirilən şəxs polis əməkdaşından Şahid2 və uşaqların yerə enməsini tələb etmiş və onun ailəsi olduğunu bildirmişdir. Lakin həmin vaxt Şahid2 və nəvələri avtomobildən düşməmiş, bu vaxt orada yaranmış səs- küyə ətraf binalarda yaşayan şəxslər toplaşmağa başlamışdır. Polis əməkdaşına məxsus “Niva” markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını açıb uşaqları yerə endirmək istəmiş, lakin qapı bağlı olduğundan aça bilməmişdir. Avtomobilin ön oturacağında əyləşən Zərərçəkmiş şəxs3 avtomobildən yerə endikdə ona Təqsirləndirilən şəxs sakitləşməsi üçün uşaqları yerə endirməsini demiş, bu zaman sonuncu bir əli ilə saçından tutub dartmış, digər əli ilə isə boğazından tutaraq boğmuşdur. Orada olan digər şəxslərin köməkliyi ilə Əfruza Cəfərovanın əlindən çıxmış, bu vaxt Şahid2 dayısı Şahid5 həmin yerə gəlib onun saçından tutub dartmış, bel və sol yan hissəsindən təpik zərbəsi ilə vurmuş, yerə yıxıldıqda isə bacısı Sürəyya Abbasovanın üzərinə hücum edib onu döymüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs yaxınlıqda olan ağacın dibinə bərkidilmiş armaturu götürərək Zərərçəkmiş şəxs3yla və Adil Quluzadə ilə mübahisə etdikləri yerə gələn zaman polis əməkdaşları və ətrafda olan şəxslər armaturu Təqsirləndirilən şəxs əlindən almışlar. Həmin vaxt Təqsirləndirilən şəxs qışqıraraq ailə üzvlərinin avtomobildən düşməsini desə də, ailə üzvləri avtomobildən düşmədiyi üçün Təqsirləndirilən şəxs daha da əsəbləşərək yaşadığı evə gedib evdəki mətbəxtdən çörək doğramaq üçün istifadə etdikləri bıçağı götürərək yenidən mübahisənin baş verdiyi yerə gəlmiş və polis əməkdaşına məxsus qara rəngli “Niva” markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşaraq polis əməkdaşlarına və ailə üzvlərinə avtomobilin qapısını açmağı söyləmişdir. Lakin avtomobilin qapısını açmadıqları üçün avtomobilin qapısına təpik zərbəsi vurmuş və daha sonra əlindəki bıçaqla avtomobilin təkərlərini deşmişdir. Həmin vaxt avtomobilə yaxınlaşmış, nəvələrini vermədikləri təqdirdə Təqsirləndirilən şəxs sakitləşməyəcəyini demiş, bundan sonra gəlini Şahid2 nəvələrini ona vermiş və Təqsirləndirilən şəxs üzərinə getmişdir ki, onu sakitləşdirsin ki, polis əməkdaşları onu aparsınlar. Təqsirləndirilən şəxs polis şöbəsinə gedəcəyini bildiyi üçün orada olan polis avtomobilinə tərəf getmişdir ki, polis əməkdaşları ilə birlikdə getsin. Lakin vəziyyəti pisləşdiyi üçün huşunu itirmiş və polis əməkdaşları Təqsirləndirilən şəxs pisləşdiyini demişlər. Təqsirləndirilən şəxs yanına gəlmiş və huşunu itirdiyi üçün ondan sonra olanları xatırlamır. Özünə gələndə isə artıq Füzuli rayon Mərkəzi Xəstəxanasında olmuşdur. Mübahisə zamanı Adil adlı şəxs yumruqla onun baş nahiyəsindən, təpiklə bel və qarın nahiyəsindən vurmuş, sonra isə Əfruz onun saçından yolmuşdur. Onun bədən səthində olan xəsarətləri ona Adil yetirmişdir, çünki Əfruz saçından tutub saçını yolanda orada olan şəxslər imkan verməmiş, ona görə də Əfruz ona xəsarət yetirməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həyat yoldaşıdır, 2015-ci ildə ailə həyatı qurmuşdur və birgə nikahdan Oruc Quluzadə, Rahul Quluzadə və Məryəm Quluzadə adlı övladları doğulmuşdur. 12 oktyabr 2023-cü il tarixdən Füzuli şəhərində yaşayır, Zərərçəkmiş şəxs3 anasıdır, anası ilə münasibəti yaxşı olmuşdur, aralarında hər hansı ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs ilə aralarında mütəmadi olaraq ailədaxili münaqişləri olmuş, mübahisələrə səbəb Təqsirləndirilən şəxs özünü ailədə normal aparmaması olmuşdur. Təqsirləndirilən şəxs hər xırda məsələlərə görə ailədə problem yaratmışdır. Ondan boşanmaq istəsə də, qaynanası Şahid1 təzyiq göstərərək Təqsirləndirilən şəxs boşanmamağını demişdir. Bir neçə dəfə anasının yaşadığı evə getsə də, sonradan məcburiyyətdən övladlarına görə yenidən evə, yəni Təqsirləndirilən şəxs yanına geri qayıtmışdır. Lakin Təqsirləndirilən şəxs yenə də mütəmadi olaraq mübahisələr yaradıb yola getməmiş, sonuncuya boşanmaq istədiyini desə də, Təqsirləndirilən şəxs boşanacağı təqdirdə onu öldürəcəyini demişdir. Təxminən 4-5 gündür ki, Təqsirləndirilən şəxs evdən çıxaraq getmiş, lakin harada olmadığını bilməmiş, tanışlarından aldığı məlumata görə, Təqsirləndirilən şəxs həmin müddət ərzində Bakı şəhərində olmuşdur. 21 may 2024-cü il tarixdə saat 10 radələrində uşaqları məktəbə aparıb qoyub geri qayıdan zaman Təqsirləndirilən şəxs binanın qarşısında olmasını görmüşdür. Bundan sonra yaşadığı mənzilə girmiş və daha sonra arxasınca Təqsirləndirilən şəxs evə girmişdir. Təqsirləndirilən şəxs evə girdikdən sonra qonaq otağında divanın üzərində uzanaraq televizora baxmışdır. Onunla söhbət edib aralarında olan problemləri həll etmək istəsə də, Təqsirləndirilən şəxs yatdığını deyərək söhbət etməkdən imtina etmişdir. Bundan sonra qayınanası Şahid1 evə gəlmişdir. Qaynanası evdə mübahisə etmiş, bundan sonra Təqsirləndirilən şəxs yuxudan qalxaraq evdən qovmuşdur. Evdən çıxaraq övladları Oruc və Rahulu məktəbdən götürərək Füzuli şəhərində yaşayan baldızı Aynurənin yaşadığı evə getmişdir. Yolda olarkən anası Zərərçəkmiş şəxs3 zəng edərək Təqsirləndirilən şəxs və anasının onu evdən qovduğunu demişdir. Baldızı evində olarkən ilk olaraq qaynanası oraya gəlib onunla mübahisə etmiş, həmin vaxt baldızı Aynurə qayınnanasını evdən qovmuş və qayınnanası oradan çıxaraq getmişdir. Bundan bir müddət sonra Təqsirləndirilən şəxs Aynurənin evinə gəlmiş, onun evində oturub söhbət etdikdə Elmədin Quluzadədən boşanacağını demiş və daha sonra Təqsirləndirilən şəxs oradan çıxaraq getmişdir. Bir neçə saat sonra anası Aynurənin evinə gəlmiş, anası ilə söhbət edərkən baş verənləri danışmışdır. Anası Zərərçəkmiş şəxs3 ilə birlikdə Aynurənin evindən çıxaraq Füzuli şəhərində olan nümayəndə Bəxtiyar adlı şəxsin yanına gedib orada baş verənləri demişdir. Həmin vaxtı Bəxtiyar adlı şəxs onun səlahiyyətlərinə aid olmadığını, bu barədə polisə məlumat verməli olduğunu demişdir. Anası isə bundan sonra oradan çıxıb Füzuli şəhərinin polis sahə rəisi olan Zərərçəkmiş şəxs2 telefonla məlumat verərək Təqsirləndirilən şəxs münaqişə yaratdığını demişdir. Bundan sonra iki nəfər polis formasında olan polis əməkdaşları yanlarına gəlmiş və polis əməkdaşları ilə birlikdə öz yaşadığı bina istiqamətində anası ilə birlikdə piyada gedərkən Təqsirləndirilən şəxs binanın qarşısında görmüş, həmin vaxt Təqsirləndirilən şəxs yanında tanımadığı bir nəfər olmuşdur. Təqsirləndirilən şəxs əli ilə işarə edərək sakit durub yaşadığı evə girməsini demiş, bu zaman onun sözünü rədd edərək evə getməmiş, polislərin və anasının yanında durmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əsassız olaraq əsəbiləşib səsini ucaldaraq mübahisə etməyə başlayan zaman polis əməkdaşları Təqsirləndirilən şəxs yaxınlaşıb sakitləşdirməyə çalışmışdır. Anası ilə birlikdə Təqsirləndirilən şəxs ilə mübahisə etməmək üçün onlardan biraz kənara çəkilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs polis əməkdaşlarının tələblərini yerinə yetirməyərək uca səslə qışqıra-qışqıra anası ilə onun olduğu yerə doğru gəlmiş, həmin vaxt polis əməkdaşları onu nizam-intizama dəvət etsə də, Təqsirləndirilən şəxs yenə də öz bildiyini edib polislərin tələbinə tabe olmayıb qəflətən binanın qarşısında olan ağacın dibinə bərkidilmiş uzunluğu təxminən 1 metrdən çox olan armaturu götürüb anasının üzərinə hücum edib onu armaturla vurmaq istəmiş, polis əməkdaşları isə Təqsirləndirilən şəxs anasını armaturla vurmağa imkan verməyib armaturu onun əlindən almış, həmin vaxt Təqsirləndirilən şəxs yaratdığı səs-küyə orada olan insanlar olduqları yerə toplaşmağa başlamışlar. Həmin anda qayınnanası Şahid1 oraya gəlib anasının üzərinə hücum edib əli ilə anasının bədəninə, üz və digər nahiyələrinə zərbələr vuraraq onunla dalaşmış, onları aralamağa çalışdıqda Təqsirləndirilən şəxs isə kənardan qışqırıb uca səslə nalayiq ifadələr işlədərək anasını vurmaq istəmişdir. Həmin anda oraya kənardan çoxlu sayda insanlar toplaşmışdır. Həmin vaxtı polis əməkdaşı Zərərçəkmiş şəxs1 təhlükəsizliyi təmin etmək üçün onu və anasını özünə məxsus olan qara rəngli “Niva” markalı, dövlət qeydiyyat nişanını bilmədiyi avtomobilə əyləşdirmişdir. “Niva” markalı avtomobilin arxa oturacağında əyləşmiş, anası isə qabaq oturacağında əyləşmiş, həmin anda öz uşaqları da yanında olmuşdur. Bundan sonra tanımadığı azyaşlı uşaq yanlarına gələrək təkidlə “Elməddin deyir uşaqları verin” ifadəsini işlətmiş, bu zaman uşaqları həmin şəxsə verməmişdir. Bundan sonra avtomobildə ola-ola Təqsirləndirilən şəxs əlində bıçaqla üstlərinə hücum edərək “maşından düşün sizi öldürəcəm” ifadəsini işlətmiş, həmin vaxt polis əməkdaşları Təqsirləndirilən şəxs aralamağa çalışsa da, sonuncu əlindəki bıçaqla ona tərəf gələn polisləri, həmçinin oraya yığışmış digər şəxsləri əlindəki bıçağı yelləyərək yaxınlaşan olduğu təqdirdə öldürəcəyi ilə hədələmişdir. Təqsirləndirilən şəxs bıçaqla avtomobilə hücuma keçəndə anası qorxusundan qışqırmış, o isə həmin anda qorxduğundan başını aşağı salmışdır. Təqsirləndirilən şəxs içində oturduqları “Niva” markalı avtomobilin təkərlərini əlindəki bıçaqla cırmış, sonra isə sol qabaq qapının şüşəsini təpikləyərək sındırmaq istəmiş, lakin sındıra bilməmiş, sonra isə avtomobilin digər hissələrinə təpiklə zərbələr vuraraq zədə yetirmişdir. Bir neçə dəqiqə sonra orada olan polis əməkdaşları Təqsirləndirilən şəxs ilə mübahisə edə-edə sonuncunun əlindən bıçağı almış və Təqsirləndirilən şəxs polis maşını ilə oradan aparmışlar. Təqsirləndirilən şəxs polis avtomobilin içində yanlarından keçərkən yenə də qışqıra-qışqıra “sizi asacam, öldürəcəm” ifadəsini işlətmişdir. Bundan sonra polis əməkdaşları ilə birgə polis şöbəsinə gəlmişlər. Həmin dava-dalaş zamanı qayınnanası Leyla da orada olmuş və anası ilə mübahisə etmiş, anası həmin vaxt Leylanı vurmamış, sonradan oraya Adil adlı dayısı gəlmiş və anası ilə Leylanı bir-birindən aralamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs Füzuli şəhər sakini kimi tanıyır, onunla arasında əvvəldən hər hansı ədavəti və düşmənçiliyi olmamış, normal münasibəti olmuşdur. 21 may 2024-cü il tarixdə, saat təxminən 20 radələrində yaşadığı binadan həyətə çıxanda Təqsirləndirilən şəxs əlində bıçaqla yaşadığı binadan küçəyə çıxmasını, Elməddinin qara rəngli Niva markalı avtomobilə yaxınlaşmasını və əlindəki bıçaqla həmin avtomobilin təkərinin birini cırmasını görmüşdür, sonradan isə Elməddin orada səsküy salmış, həmin vaxt Elməddini sakitləşdirib əlindəki bıçağı almağa çalışmışdır. Bundan sonra isə Elməddin səs-küyü davam etdirmiş, sonradan onun və orada olan şəxslərin köməkliyi ilə Elməddini sakitləşdirmişlər. Həmin vaxt orada olan polis əməkdaşları Elməddini polis avtomobilinə əyləşdirərək oradan uzaqlaşdıraraq apardılar. Həmin dava-dalaş zamanı Adil və Əfruz adlı qadın Leyla adlı qadına hər hansı bədən xəsarəti yetirməsini görməsə də həmin vaxt Leyla adlı qadın qarnın tutaraq “məni vurdular” sözlərini demiş, lakin Leylanı kimin vurmasını görməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid7, Şahid8 və Şahid9 ifadələrində ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiqləyərək Şahid6 ifadəsinə uyğun ifadə verərək sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10, Şahid5 ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiqləyərək digər şahidlərlə eyni məzmunlu ifadə vermişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: -“Baxış keçirilməsi haqqında” 22 may 2024-cü il tarixli protokol və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus “Lada 21214 Urban” markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön və sol arxa təkərləri kəsici alətlə deşilmişdir. -“Hadisə yerinə baxış keçirilməsi haqqında” 22 may 2024-cü il tarixli protokol və fotocədvəldən görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanın konud surətdə pozulduğu, cəmiyyətə açıqca hörmətsizlik etdiyi, silah qismində istifadə etdiyi armatur və bıçaqla zərər çəkmiç şəxsə zor tətbiq etdiyi və zor tətbiq ediləcəyi hədəsi ilə xuliqanlıq hərəkətləri etdiyi yer, yəni hadisənin baş verdiyi yer işğaldan azad olunmuş Füzuli şəhəri ərazisində yeni tikilmiş yaşayış binalarının önündə yerləşir. Həmin yer “Zəfər” yolunun sağ kənarında olan “Bazarstore” adlı super marketin yerləşdiyi bina ilə onun sağ hissəsində olan 6 saylı binanın arasında, 10 saylı və digər binaların isə ön tərəfində yerləşir. Həmin yer sakinlərin mütəmada həyətdə olduğu yerdir, kənarlarında ticarət obyektləri, sakinlərin toplaşdığı oturacaqlar mövcuddur. Həmin yerdə avtomobillərin saxlanması üçün nəzərdə tutulmuş yerlər və onların arasında yeni əkilmiş ağaclar vardır. Həmin ağacların əkilməsi üçün ağacların yanında yerə basdırılmış, təxminın uzunluğu 2 metrə olan armaturlar vardır. 6 saylı binanın sol hissəsində olan ağaclardan birinin yanına basdırılmış armaturu çıxarılmış vəziyyətdə ağacların yaxınlığında otlaqda idi. Uzunluğu 2 metrə yaxın olan həmin armatur cinayət zamanı silah qismində istiofadə edildiyindən qablaşdırılaraq götürülmüşdür. -Azərbaycan Respublikası “SƏRXAN” Avtomoservis və ticarət firmasından daxil olmuş xx.xx.2024-cü il tarixli, 065 saylı məktuba qoşma kimi əlavə edilmiş ziyan aktından görünür ki, Lada 21214 Urban” markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ümumi məbləği 256 (iki yüz əlli altı) manat təşkil edir. -Füzuli rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 18-1- 36/2-680/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Füzuli rayon Mərkəzi xəstəxanasının narkoloji və ruhi-əsəb dispanserində qeydiyyatda yoxdur. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsindən daxil olmuş tələbnamədən və iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 22 may 2024-cü il tarixli, 136/24 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 sol gözaltı nahiyəsində hematoma, yanağında səthi kəsilmiş yara (çərtik), döş qəfəsi və sol baldır nahiyələrində qançır olmuşdur. Qeyd olunan xəsarətlərdən yanağındakı çərtik kəsici kənara malik əşyanın (bıçağın), digər xəsarətlər isə bər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müəyinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi. Aşkar olunmuş xəsarətlərdən sol gözaltı nahiyənin hematoması dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, digər xəsarətlər isə istər ayrı-ayrılıqda, istərsə də ümumilikdə sağlamlığa zərər vurmadığından dərəcələri təyin edilməyən xəsarətlərə aiddirlər. İş üzrə təyin edilmiş məhkəmə-ballistik ekspertizasının 02 iyul 2024-cü il tarixli, 3-16-16/2-3/1072 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan mətbəxt bıçağıdır, soyuq silah hesab edilmir, üzərində hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd metal predmet tikinti materialı olan armaturdur, soyuq silah hesab edilmir, üzərində hər hansı əlavə və dəyişikliklər edilməmişdir. İş üzrə təyin edilmiş məhkəmə-trasoloji ekspertizasının 22 iyul 2024-cü il tarixli, 3-16-16/2-3/1071 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd uzunqol xidməti köynəyin yuxarıdan birinci və ikinci düymələrinin köynəyə bərkidilmə yerində qırılma-qopma zədələri vardır. Həmin zədələr fiziki qüvvənin təsiri nəticəsində düymələrin köynəkdən qoparaq ayrılması nəticəsində yaranmışdır. xx.xx.2024-cü il tarixdə X7 01 ədəd xidməti köynəyi və 01 ədəd bıçağı Füzuli rayon Polis şöbəsinə təqdim etmiş, həmin tarixli qərar və protokolla X5 təqdim etdiyi 01 ədəd köynək və 01 ədəd bıçaq müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İstintaq zamanı hadisə yerinə baxış keçirilməsi zamanı götürülmüş 01 ədəd armatur, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 istintaq təqdim etdiyi özünə məxsus 01 ədəd xidməti köynək, Təqsirləndirilən şəxs cinayət əməllərini törədərkən silah qismində istifadə etdiyi 01 ədəd mətbəxt bıçağı maddi sübut qismində tanınmış və Füzuli rayon prokurorluğunun “Maddi sübutların saxlanılması” otağında saxlanması nəzərə alınmışdır, eləcə də də “Lada 21214 Urban” markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut qismində tanınması və həmin avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrinin Zərərçəkmiş şəxs3 nə bıçaqla, nə də ki hər hansı başqa formada xəsarət yetirməməsi, polis əməkdaşı Xankişi Səfərovun xidməti köyməyini cırmaması, hadisə yerində ümumiyyətlə nalayiq ifadələr işlətməməsi və heç kimi ölümlə hədələməsi, “Lada 21214 Urban” markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön və sol arxa təkərlərini əlindəki bıçaqla cırarkən həmin avtomobilin polis əməkdaşı Zərərçəkmiş şəxs1 məxsus olmasını bilməməsi hissəsi zərər çəkmiş şəxslərin dindirmə protokolları, şahid ifadələri, hadisə yerinə, hadisə yerinə və avtomobilə baxış keçirilməsi protokolları, götürülmə və baxış keçirilməsi protokolu, məhkəmə-tibbi, məhkəmə-trasoloji, məhkəmə-ballistik ekspertizalarının rəyləri və işin konkret halları ilə tam təkzib edilməklə obyektiv reallığı əks etdirmədiyindən özünü müdafiə etmək məqsədilə uydurulmuş, qeyrimötəbər ifadələr kimi qiymətləndirilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Füzuli rayon İcra Hakimiyyəti başçısının Füzuli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 5-43-11/2-216-2024 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs üç azyaşlı uşağ vardır: qızı X6 (xx.xx.2018-ci il təvəllüdlü), oğlu X9 (xx.xx.2016-cı il təvəllüdlü) və oğlu X3 (xx.xx.2020-ci il təvəllüdlü) ibarətdir. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 5-43-11/2-218/2024 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarına əsasən müəyyən edilir ki, Şahid5 Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi aidiyyəti üzrə baxılması üçün 22 avqust 2024-cü il tarixdə Füzuli rayon məhkəməsinə göndərilmiş və onun barəsində xx.xx.2025-ci il tarixli ittiham hökmü çıxarılmışıdır. Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 mart 2004-cü il tarixli Plenum qərarının 6-cı bəndində göstərilmişdir ki, “ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə də müqavimət göstərməklə törədilən xuliqanlıq hərəkəti Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinin dispozisiyası ilə tam əhatə olunduğundan, CM-nin digər maddələri ilə əlavə tövsüfə ehtiyac qalmır. Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulan hakimiyyət nümayəndəsi dedikdə, ictimai qaydanın pozulmasının qarşısını almaq səlahiyyəti olan bütün vəzifəli şəxslər başa düşülür. Digər şəxslər dedikdə isə, üzərinə ictimai vəzifələrin yerinə yetirilməsi öhdəliyi qoyulmuş, yaxud vətəndaşlıq borcunu yerinə yetirməsi ilə əlaqədar ictimai qaydanın qorunmasında iştirak edən, hakimiyyət nümayəndəsi olmayan şəxs başa düşülür. İctimai qaydanın qorunması üzrə vəzifənin yerinə yetirilməsi dedikdə, küçələrdə və ya ictimai yerlərdə post-patrul xidmətinin həyata keçirilməsi, nümayişlər, piketlər, mitinqlər, tamaşalar, kütləvi tədbirlər, qəza və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması zamanı qaydanın qorunması halları başa düşülməlidir. Xuliqanlıq hərəkətlərinə son qoyulduqdan sonra, hakimiyyət nümayəndəsinə onun həyatı və sağlamlığı üçün təhlükəli olmayan fiziki zorun tətbiq edilməsi ilə müqavimət göstərmə (məsələn təqsirkarın tutulması ilə əlaqədar) xuliqanlıq cinayətinin tövsüfedici əlaməti kimi qiymətləndirilə bilməz və cinayətlərin məcmuyu qaydasında Cinayət Məcəlləsinin 221.1 və 315.1-ci maddəsi ilə tövsüf edilməlidir.” Hazırki cinayət işi üzrə toplanmış sübutlara qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməl ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə (konkret polis əməkdaşlarına) müqavimət göstərməklə törədilən xuliqanlıq hərəkəti olduğundan və Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinin dispozisiyası ilə tam əhatə olunduğundan, həmin əməlin CM-nin digər maddələri ilə əlavə tövsifə ehtiyac qalmır. Beləliklə, iş üzrə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası CM-in 221.2.2-ci maddəsindən başqa, cinayətlərin məcmuyu qaydasında, həm də Azərbaycan Respublikası CM-in 315-ci maddəsilə tövsif etməsi, nəticədə sonuncuya həmin Məcəllənin 315-ci maddəsi ilə də ittiham irəli sürməsi qanunsuz və əsassız olmuşdur. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3 və 315-ci maddələri ilə verilmiş ittihamdan Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən xuliqanlıq hərəkətlərini başa çatdırdıqdan sonra cinayətkar niyyətini davam etdirmək, eləcə də polis əməkdaşları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 xidməti vəzifələrini yerinə yetirməkdən onları çəkindirməkdən ötrü Şahid2 və Zərərçəkmiş şəxs3 daha ağır xəsarət yetirməməsi, ictimai təhlükəsizliyi təmin etmək, eləcə də, Şahid2 və Zərərçəkmiş şəxs3 hadisə yerindən uzaqlaşdırmaq üçün sonuncuların həmin polis əməkdaşları tərəfindən əyləşdirildiyi Zərərçəkmiş şəxs1 məxsus “Lada 21214 Urban” markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq və sol arxa təkərlərini silah qismində istifadə etdiyi həmin bıçaqla cıraraq özgə əmlakını məhv etməklə və bundan sonra isə xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə zor tətbiq etməklə əlaqədar qərəzli hərəkətlərinin davamı kimi Zərərçəkmiş şəxs1 məxsus olan qeyd olunan avtomobilin müxtəlif hissələrinə təpiklə zərbələr vurmaqla zərər çəkmiş Zərərçəkmiş şəxs1 256 (iki yüz əlli altı) manat məbləğində maddi ziyan vurması ilə bağlı hissələr çıxarılmalıdır. Həmin hissələr çıxarıldığı üçün isə Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 221.3 və 315-ci maddələri ilə irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası CM-in 315-ci maddəsi ilə bağlı bənd çıxarılmalı və o, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs və X8 qarşı irəli sürülmüş ittiham üzrə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsə zor tətbiq edilməsi hədəsi və onun əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərin, yəni xuliqanlığın bir qrup şəxs halında, silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsinə görə Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmunundan aydın olur ki, o, iş üzrə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü müdafiə etmək üçün hadisə zamanı onun şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrinin Zərərçəkmiş şəxs3 nə bıçaqla, nə də ki hər hansı başqa formada xəsarət yetirməməsi, polis əməkdaşı Xankişi Səfərovun xidməti köyməyini cırmaması, hadisə yerində ümumiyyətlə nalayiq ifadələr işlətməməsi və heç kimi ölümlə hədələməsi, “Lada 21214 Urban” markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön və sol arxa təkərlərini əlindəki bıçaqla cırarkən həmin avtomobilin polis əməkdaşı Zərərçəkmiş şəxs1 məxsus olmasını bilməməsi hissəsi zərər çəkmiş şəxslərin dindirmə protokolları, şahid ifadələri, hadisə yerinə, hadisə yerinəvə avtomobilə baxış keçirilməsi protokolları, götürülmə və baxış keçirilməsi protokolu, məhkəmə-tibbi, məhkəmə-trasoloji, məhkəmə-ballistik ekspertizalarının rəyləri və işin konkret halları ilə tam təkzib edilməklə obyektiv reallığı əks etdirmədiyindən özünü müdafiə etmək məqsədilə uydurulmuş, qeyri-mötəbər ifadələr kimi qiymətləndirilmişdir. Məhkəmə göstərilən fikirlərin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrinin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərlə bağlı olan hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıdığından sübut kimi nəzərə almır, qalan hissələrini isə sübut kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi məzmunda ictimai-təhlükəli hərəkətləri törətməsi əməlində Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrinin sübut kimi qiymətləndirilən hissələri, məhkəmə istintaqı və ibtidai istintaq zamanı zərərçəkmiş şəxslərin verdiyi ifadələri, şahidlərin verdikləri ifadələrinin hadisə yerində gördükləri və eşitdikləri hallarla bağlı olan hissələri, iş materiallarına əlavə edilmiş və hökmdə adları sadalanmış protokollar, digər istintaq hərəkəti protokolları və sənədlərlə tam sübut edilmişdir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirini tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 221.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Məhkəmə göstərilənlərə, Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrinə əsasən: -Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi halını, məhkumluğunun olmamasından ibarət şəxsiyyətini xarakterizə edən halı, himayəsində üç nəfər azyaşlı uşaqlarının olması, 44 günlük 2-ci Qarabağ müharibəsində xəstələrin təxliyə edilməsində yaxından köməklik göstərdiyini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsindən ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini, nəzərə alır. Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə qismən təqsirli bilməsi, beləliklə də həmin əmələ münasibətdə səmimi peşman olmaması məhkəməyə onun cəza çəkmədən islah olunmasının mümkün olmaması barədə nəticəyə gəlməyə tam əsas verir. Məhkəmə göstərilən cinayət qanunvericiliyi normalarının tələbləri və cəza təyin edilərkən nəzərə alınan hallara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilinməli olduğu Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının 3 (üç) il müddətə təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Onlara azadlıqdan məhrum etmə cəzasından daha yüngül cəzanın təyin olunması üçün əsas yoxdur. Təqsirləndirilən şəxs barəsində təyin edilməli olan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 21 may 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutlar-hadisə yerinə baxış keçirilməsi zamanı götürülmüş 01 ədəd armatur, Təqsirləndirilən şəxs cinayət əməllərini törədərkən silah qismində istifadə etdiyi 01 ədəd mətbəx bıçağı məhv edilməli, “Lada 21214 Urban” markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut qismində tanınmış Zərərçəkmiş şəxs2 istintaqa təqdim etdiyi özünəməxsus 01 ədəd xidməti köynək Zərərçəkmiş şəxs2 qaytarılmalıdır. Cinayət işi üzrə məhkəmə-ballistik ekspertizasına ödənilməli olan 64 (altmış dörd) manat, məhkəmətrasoloji ekspertizasına ödənilməli olan 63 (altmış üç) manat, cəmi 127 (bir yüz iyirmi yeddi) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində Füzuli Rayon Məhkəməsinin sədri X11 23 may 2024-cü il tarixli qərarı ilə əvvəli 21 may 2024-cü il tarixdən hesablanmaqla “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs1 avtomobilinə dəymiş 256 manat dəyərində maddi ziyanla əlaqədar mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 221.3 və 315-ci maddələri ilə irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası CM-in 315-ci maddəsi ilə bağlı bənd çıxarılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Onun barəsində 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 21 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar-hadisə yerinə baxış keçirilməsi zamanı götürülmüş 01 ədəd armatur, Təqsirləndirilən şəxs cinayət əməllərini törədərkən silah qismində istifadə etdiyi 01 ədəd mətbəx bıçağı məhv edilsin. Zərərçəkmiş şəxs2 istintaqa təqdim etdiyi özünəməxsus 01 ədəd xidməti köynək Zərərçəkmiş şəxs2 qaytarılsın. “Lada 21214 Urban” markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə məhkəmə-ballistik ekspertizasına ödənilməli olan 64 (altmış dörd) manat, məhkəmətrasoloji ekspertizasına ödənilməli olan 63 (altmış üç) manat, cəmi 127 (bir yüz iyirmi yeddi) manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №1(064)-10/2025
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-10/2025
14.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver