Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-11/2023 17.01.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Füzuli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 2 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və cəzası çəkilməmiş, Füzuli rayonu, İşıqlı kəndində qeydiyyatda olmaqla tutulanadək Füzuli rayonu, Zobucuq-3 qəsəbəsi ev 355-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri və xx xxxxxx 1999-cu ildə Sabirabad rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta ixtisas təhsilli, işləməyən, Füzuli Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 1 il 7 ay 10 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla tutulanadək ünvan 2 barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 tanışı X8 ilə birlikdə əvvəlcədən razılığa gəlib aralarında vəzifə bölgüsü apararaq tamah niyyəti ilə özgə əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 20 mart 2022-ci il tarixdə, gecə saat 03:35-də Zərərçəkmiş şəxs məxsus Füzuli rayonu, 3-cü Zobucuq qəsəbəsinə ayrılan yol ayrıcında yerləşən xüsusi adı olmayan ərzaq mağazasının qapısında dayanmış, Ruslan Hüseynov mağazanın qapısında olan kilidi sındırmaq məqsədi ilə yaxınlıqda olan ət kəsimi üçün nəzərdə tutulan yerdən dəmir qarmağı götürərək mağazanın iki ədəd kilidini sındırdıqdan sonra o, Ruslan Hüseynov ilə birlikdə saxlanc yeri hesab edilən mağazanın içərisinə qanunsuz olaraq daxil olmuş, mağazanın vitrinində olan 1 qutusunun dəyəri 3 manat 50 qəpik olan 210 (iki yüz on) qutu nazik “Winston” markalı, 1 qutusunun dəyəri 2 manat 60 qəpik olan 340 (üç yüz qırx) qutu “Winchester” markalı, cəmi 1619 (min altı yüz on doqquz) manat dəyərində siqaret məhsullarını, kassada olan 230 manat məbləğində nağd pulu və masanın üzərində olan 33 (otuz üç) ədəd 1 manatlıq, 26 (iyirmi altı) ədəd üç manatlıq, cəmi 111 (yüz on bir) manat dəyərində Azercel mobil telefon danışıq konturlarını qəsdən gizli talamaqla oğurlayıb Zərərçəkmiş şəxs cəmi 1960 (min doqquz yüz altmış) manat miqdarında maddi ziyan vurmaqla юзэя ямлакыны эизли олараг таламышдыр. Bundan başqa, o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə əvvəlcədən razılığa gəlib aralarında vəzifə bölgüsü apararaq tamah niyyəti ilə özgə əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 05 iyun 2022-ci il tarixdə, gecə saat 02:31-dən 03:08-dək olan müddət ərzində Zərərçəkmiş şəxs məxsus Füzuli rayonu, 3-cü Zobucuq qəsəbəsinə ayrılan yol ayrıcında yerləşən xüsusi adı olmayan ərzaq mağazasının qapısında dayanmış, Təqsirləndirilən şəxs2 mağazanın qapısında olan iki ədəd kilidi özü ilə Təqsirləndirilən şəxs1 evindən götürmüş olduğu dəmir armaturla sındırdıqdan sonra o, Təqsirləndirilən şəxs2 ilə birlikdə saxlanc yeri hesab edilən mağazanın içərisinə qanunsuz olaraq daxil olmuş, mağazada olan 1 qutusunun dəyəri 2 manat 20 qəpik olan 10 (on) qutu “Maqna White” markalı, 1 qutusunun dəyəri 2 manat 20 qəpik olan 558(beş yüz əlli səkkiz) qutu müxtəlif markalı “Keno” siqaretləri, 1 qutusunun dəyəri 2 manat 40 qəpik olan 110 (yüz on) qutu “Want Nano black” markalı, 1 qutusunun dəyəri 2 manat 20 qəpik olan 7(yeddi) qutu “X24” markalı, 1 qutusunun dəyəri 2 manat 20 qəpik olan 13 (on üç) qutu “X21” markalı, 1 qutusunun dəyəri 2 manat 20 qəpik olan 350 (üç yüz əlli) qutu “Viceroy N-series” markalı, cəmi 2327 (iki min üç yüz iyirmi yeddi) manat 60(altmış) qəpik dəyərində siqaret məhsullarını, 250 manat nağd pulu qəsdən təkrar gizli talamaqla oğurlayıb Zərərçəkmiş şəxs cəmi 2577 (iki min beş yüz yetmiş yeddi) manat 60 (altmış) qəpik miqdarında maddi ziyan vurmaqla юзэя ямлакыны эизли олараг таламış, ümumilikdə isə o, Zərərçəkmiş şəxs 4537 (dörd min beş yüz otuz yeddi) manat 60 (altmış) qəpik miqdarında maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə əvvəlcədən razılığa gəlib aralarında vəzifə bölgüsü apararaq tamah niyyəti ilə özgə əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 05 iyun 2022-ci il tarixdə, gecə saat 02:31-dən 03:08-dək olan müddət ərzində Zərərçəkmiş şəxs məxsus Füzuli rayonu, 3-cü Zobucuq qəsəbəsinə ayrılan yol ayrıcında yerləşən xüsusi adı olmayan ərzaq mağazasının qarşısına gəlmiş, Təqsirləndirilən şəxs1 mağazanın qapısının qarşısında dayanmış, o, isə mağazanın qapısında olan iki ədəd kilidi özü ilə Təqsirləndirilən şəxs1 evindən götürmüş olduğu dəmir armaturla sındırdıqdan sonra Təqsirləndirilən şəxs1 ilə birlikdə saxlanc yeri hesab edilən mağazanın içərisinə qanunsuz olaraq daxil olmuş, mağazada olan 1 qutusunun dəyəri 2 manat 20 qəpik olan 10 (on) qutu “Maqna White” markalı, 1 qutusunun dəyəri 2 manat 20 qəpik olan 558 (beş yüz əlli səkkiz) qutu müxtəlif markalı “Keno” siqaretləri, 1 qutusunun dəyəri 2 manat 40 qəpik olan 110 (yüz on) qutu “Want Nano black” markalı, 1 qutusunun dəyəri 2 manat 20 qəpik olan 7(yeddi) qutu “X24” markalı, 1 qutusunun dəyəri 2 manat 20 qəpik olan 13 (on üç) qutu “X21” markalı, 1 qutusunun dəyəri 2 manat 20 qəpik olan 350 (üç yüz əlli) qutu “Viceroy N-series” markalı, cəmi 2327 (iki min üç yüz iyirmi yeddi) manat 60(altmış) qəpik dəyərində siqaret məhsullarını, 250 manat nağd pulu qəsdən gizli talamaqla oğurlayıb Zərərçəkmiş şəxs cəmi 2577 (iki min beş yüz yetmiş yeddi) manat 60 (altmış) qəpik miqdarında maddi ziyan vurmaqla юзэя ямлакыны эизли олараг таламышдыр. Məhkəmə iclasında: Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Füzuli rayonu, Zobucuq-5 qəsəbə sakini Ruslanı bir neçə ildir ki, tanıyır. xx.xx.2022-ci il tarixdə axşam saat 21 radələrində qəsəbə ərazisində olan Cəlilə məxsus kafedə yemək yeyib 0,5 litr spirtli içki qəbul etdikdən sonra Ruslanla yaşadığı evə getmiş və bir müddət söhbət etdikdən sonra Füzuli rayonu, 3-cü Zobucuq qəsəbəsinə ayrılan yol ayrıcında yerləşən, əvvəllər oradan oğurluq etdiyi Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasından Ruslan ilə birlikdə oğurluq etmək qərarına gəlmişdir. Tanınmamaq məqsədi ilə evdə xalası Səlmayəyə məxsus qadın paltarını Ruslan əyninə geyinib, başına yaylıq bağlamış, o, isə evdə olan yaşıl rəngli şərfi boynuna bağlayıb, şərflə üzünü örtüb başına qara rəngli papaq qoymuş və həmin gecə saat 03 radələrində evdən çıxıb yaxınlıqda olan qəsəbə sakini Elşənə məxsus ərzaq mağazasına tərəf gedib mağazaya yaxınlaşmışlar. Mağazanın yanında olan ət dükanının arxa tərəfindən heyvan kəsimi yerindən Ruslan dəmir qarmaq götürmüş, həmin qarmaqla Ruslan mağazanın dəmir qapısına vurulmuş qıfılı sındırıb qapını açmış və birlikdə mağazaya daxil olmuşlar. Mağazanın içərisindən siqaretlər olan yerdən 21 blok nazik “Winston”, təxminən 34 blok nazik “Vinçestr” siqareti, 230 manat nağd pul, 3 və 1 manatlıq xeyli sayda “Azercell” mobil telefon konturları götürüb siqaretləri ağ rəngli kisəyə doldurmaqla mağazadan çıxaraq yaşadığı evə getmiş, gecəni Ruslanla həmin evdə qalmışlar. Səhər saat 7 radələrində yuxudan oyanıb qəsəbə sakini Taleh adlı taksi sürücüsünə zəng vuraraq onları Füzuli rayonu, Əhmədbəyli kəndində yerləşən “Dörd yol” adlanan yerə aparmasını xahiş etmişdir. Taleh idarə etdiyi “Vaz-21011” markalı avtomobil ilə onun yaşadığı yerə gəlmişdir. Taleh ondan şübhələnməsin deyə oğurladıqları siqaretləri iki sellofan torbaya yığıb Ruslanla evdən çıxaraq Talehə məxsus avtomobilə minmişlər. Sözü gedən torpada siqaretlərin olmasından taksi sürücüsü Talehin məlumatı olmamış, ümumiyyətlə oğurluq barədə taksi sürücüsü Talehə heç bir məlumat verməmişlər. Taksi ilə “Dörd yol” adlanan yerə getdikdə orada Saatlı rayonuna getmək üçün taksi olmadığından Talehlə Beyləqan rayonu, Daşburun qəsəbəsinə getmiş və taksidən düşərək Taleh adlı taksi sürücüsünə 15 manat verdikdən sonra sonuncu Ruslan ilə onu Daşburunda düşürüb geri qayıtmışdır. Tanımadığı “Mercedes” markalı taksi ilə Saatlı şəhərinə gedərək taksi sürücüsünə 10 manat pul verib Saatlı rayonunda düşmüşlər. Saatlı şəhərində bazardan özünə şalvar və ayaqqabıya mağazadan oğurladığı onun payına düşən 115 manatdan 42 manat pul vermiş, Ruslan da öz payına düşən puldan bir cüt ayaqqabı və bir ədəd şalvar almış, sonra başqa bir taksi ilə Bakı şəhərinə getmişlər. Bakı şəhərinə gedərkən tanımadıqları taksiyə Bakıya çatandan adama 10 manat olmaqla 20 manat pul vermişlər. Bakı şəhərində 20 Yanvar metro stansiyasının yaxınlığında tanımadığı satıcıya satılıq siqaretin olduğunu demiş, satıcı siqaretlərin oğurluq olub-olmadığını ondan soruşduqda o, həmin tanımadığı satıcıya siqaretlərin oğurluq olmadığını, satmaq üçün gətirdiklərini deyərək cəmisinə 1086 manat pula razılaşaraq həmin gün 686 manatını, səhərisi gün isə yerdə qalan 400 manatı almış, satmış olduqları siqaretlərin pulunu Ruslan Hüseynov ilə arasında bölmüş, adama 543 manat pul düşmüş və həmin pulları Bakı şəhərində xərcləyərək Füzuli rayonuna qayıtmışlar. Sözügedən hadisə zamanı oğurluqda istifadə etdikləri qadın paltarlarını yanmış evinin arxasında olduğunu deyərək paltarları istintaqa təqdim etmişdir. Bundan başqa, o, onunla eyni qəsəbədə yaşayan, 6-7 il əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs2 ilə 04 iyun 2022-ci il tarixdə saat 18 radələrində Füzuli rayonu, 4-cü Zobucuq qəsəbəsinə ayrılan yolayrıcında yerləşən yeməkxanada Təqsirləndirilən şəxs2lə söhbət edərkən Asif ona planı olduğunu Zərərçəkmiş şəxs mağazasından yenidən siqaret və pul oğurlamağı təklif etmişdir. O, da Asifin təklifi ilə razılaşaraq qaldığı evə qayıtmış, mağazada müşahidə kamerasının olduğunu bildiyi üçün evdə parçadan başlarına keçirmək üçün maska hazırlamış və əl izlərinin qalmaması üçün əllərinə kişi corabları geyinərək mağazada oğurlayacaqları siqaretləri içərisinə yığmaq üçün evdə olan bir ədəd özünə məxsus qara rəngli çantanı da götürmüşdür. Təqsirləndirilən şəxs2 də eyni qaydada tanınmaması və kök görsənməsi üçün qarın və bel nahiyələrinə evdə olan gödəkçəni bağlamış və mağazanın qapısındakı kilidi sındırmaq üçün ona məxsus yanmış evin həyətindən Təqsirləndirilən şəxs2 dəmir armatur götürmüşdür. Təqsirləndirilən şəxs2lə birlikdə 05 iyun 2022-ci il tarixdə gecə saat 02:30 radələrində Elşənə məxsus Füzuli rayonu, 3-cü Zobucuq qəsəbəsinə ayrılan yol ayrıcında olan mağazasının qarşısına gəlmiş və birlikdə arxa tərəfədən mağazaya yaxınlaşmışlar. Ətrafda kimsənin olmadığına əmin olduqdan sonra Təqsirləndirilən şəxs2 armaturla mağazanın qapısının aşağı hissəsində olan bir ədəd kilidi sındırsa da, yuxarı hissədə olan iri kilidi sındıra bilməmişdir. O, mağazanın arxasında dayınıb ətrafında gözləmiş, Asif bir neçə dəfə cəhd etdikdən sonra ikinci kilidi sındırmış və qapını açıb birlikdə mağazaya daxil olmuşlar. Asif girişdən sağda olan masanın siyirməsində olan, miqdarını bilmədiyi kağız pulları və bir topa qəpik pulları, vitrində olan müxtəlif növ siqaretləri götürüb özü ilə gətirdiyi çantaya yığmış, çantanın dolduğunu görüb orada olan bir kisə şəkər tozunu yerə boşaltmış, həmin kisəni də müxtəlif növ siqaretlərlə doldurmuş, həmçinin karton qutuda olan siqaret bloklarını götürüb mağazadan çıxmışlar. Karton qutunu və kisəni Asif, o, isə çantanı götürüb piyada gizlicə yaşadığı evə gəlmişdir. Oğurladıqları siqaretləri və pulları yerə töküb qablaşdırarkən pulların 250 manat olduğunu görmüş, siqaretləri rayonda sata bilməyəcəyinə əmin olduğu üçün Bakı şəhərində satmağı qərarlaşdırmış və havanın işıqlarındığını görüb taksilər ilə danışması üçün Asif evdən piyada çıxıb şübhələnməsinlər deyə Bakı taksiləri olan istiqamətə getmişdir. O, da Elçin Abbasovun Bakıya gedəcəyini bildiyi üçün Elçinə zəng etmiş və Bakı şəhərinə işləməyə gedəcəklərini deyərək birlikdə taksi ilə Bakı getməyi Elçinə təklif etmiş, Elçin də razılaşaraq onun yaşadığı evə gəlmişdir. O, da Asifə zəng edərək taksini 3 nəfərlik danışmağı bildirmiş və bir müddət sonra Asif onun tanımadığı “Mercedes” markalı avtomobil ilə onun yaşadığı Zobucuq qəsəbəsində olan evinə gəlmiş, Asif və Elçin ilə birlikdə əllərində olan çantanı avtomobilin yük yerinə qoyub avtomibilə əyləşib dörd yol istiqamətinə getmişlər. Həmin vaxt çantanı avtomobilin yük yerində qoyarkən çantada nəyin olması barədə Elçinin heç bir məlumatı olmamamışdır. Dörd yolda əlavə sərnişin götürməyi gözləsələr də o, taksi sürücüsünə əlavə ümumilikdə 70 manat pul verərək Bakı şəhərinə getməyə razılaşaraq Bakı istiqamətinə hərəkət edərkən yolda Sabirabad rayonuna çatan zaman kimsə mobil telefonla Asifə zəng edib onunla danışmağa başlamış, Asif həmin şəxsə kip (ot) yığdığını demiş, danışdıqdan sonra Asif ona telefonda zəng edən şəxsin axır rəqəmləri 0505 olan nömrə olduğunu göstərəndə o, həmin şəxsin polis əməkdaşı Alpərin nömrəsi olduğunu bilmiş və onda ona məlum olmuşdur ki, artıq polislər onların oğurluq etdiklərini bilirlər. Bu səbəblə yolda avtomobili saxlamış, taksi sürücüsünə geri qayıtmasını desə də, adını bilmədiyi taksi sürücüsü Bakı şəhərinə gedəcəyini deyərək geri qayıtmadığından o, Asif və Elçin ilə birlikdə avtomobildən düşmüş və başqa bir avtomobil ilə Saatlı rayonuna gedərkən yolda Elçin onların oğurluq etdiklərini anlayıb onu və Asifi danlamış və Bakı şəhərinə gedəcəyini demişdir. Yemək yemək üçün Saatlı rayonunda yeməkxanaların birində oturanda Elçin yemək yeməyəcəyini demiş, elə kafedə olarkən Füzuli rayon Polis şöbəsinin əməkdaşları gəlmiş, onu və Asifi oğurladıqları siqaretlər ilə birlikdə Füzuli rayon Polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs1 əlavə olaraq bildirdi ki, oğurladıqları əşyaların, o cümlədən siqaretlərin bir hissəsini geri qaytarmışlar. Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Təqsirləndirilən şəxs1 4-5 ildir ki, qəsəbə sakini kimi tanıyır. 2020-ci ildə Rüstəmlə birlikdə Zobucuq-3 qəsəbəsinə ayrılan yol ayrıcında yerləşən Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasından oğurluq etmişlər. 04 iyun 2022-ci il tarixdə saat 18 radələrində o, Füzuli rayonu, Zobucuq-4 qəsəbəsində Arifə məxsus yeməkxanada Təqsirləndirilən şəxs1 ilə birlikdə hər biri 3 bakal pivə içərkən yanlarına Elçin Abbasov gəlmiş, sonra birlikdə Təqsirləndirilən şəxs1 evinə gedərək özü ilə evindən gətirmiş olduğu souzu Rüstəmin evində araqla birlikdə yeyib içdikdən sonra yenidən Arifə məxsus kafeyə qayıdıb yenidən pivə içmişlər. Söhbət əsnasında Elçin Abbasov ona arvadının Bakı şəhərində müalicə almasına görə səhər Bakı şəhərinə gedəcəyini deyərək saat 02 radələrindən onun və Rüstəmin yanından ayrılaraq yatmaq üçün evinə getmişdir. O, içkili olduğuna görə valideyinlərinin onu danlayacağından qorxub, Rüstəmlə sonuncunun evinə yatmağa getmiş, evdə olarkən Rüstəm pulsuzluqdan gileylənmiş və ona yenə Zərərçəkmiş şəxs məxsus mağazadan siqaret və pul oğurlamağı təklif etmişdir. O, da Rüstəmlə razılaşaraq mağazada müşahidə kamerasının olduğunu bildiyinə görə başına parçadan maska keçirmiş və iz qalmaması üçün əllərinə kişi corabları geyinmişdir. Həmçinin mağazada oğurlayacaqları siqaretləri yığmaq üçün Rüstəm bir ədəd qara rəngli çanta götürmüş, o, da tanınmamaq üçün qarın nahiyəsinə gödəkçə bağlamışdır. Bundan sonra o, mağazanın qapısındakı kilidi sındırmaq və ya açmaq üçün Rüstəmin evinin həyətindən özü ilə dəmir armatur götürmüşdür. Onlar birlikdə xx.xx.2022-ci il tarixdə saat 02:30 radələrində Elşənə məxsus Füzuli rayonu, Zobucuq-3 qəsəbəsinə ayrılan yol ayrıcında olan mağazasının qarşısına gəlmişdir. Ətrafda heç kimin olmadığına əmin olduqdan sonra o, gətirmiş olduğu armaturla mağazanın qapısının aşağı hissəsində olan bir ədəd kilidi sındırsa da, yuxarı hissədə olan iri kilidi sındıra bilməmiş, sonra kilidin bağlandığı dəmir həlqəni basıb armaturla sındırdıqdan sonra qapını açıb Rüstəm ilə birlikdə içəriyə daxil olmuşdur. Mağazanın çöl hissəsində işıqların yanmasına baxmayaraq Rüstəm girişdən sağda olan masanın siyirməsində olan miqdarını bilmədiyi kağız pulları və bir topa qəpik pulları götürüb gətirmiş olduqları çantaya atmış və ətrafda olan müxtəlif siqaret bloklarını da çantaya ataraq çantanın dolduğunu görüb mağazada olan bir kisə şəkər tozunu yerə boşaldaraq kisəyə də müxtəlif növ siqaretlər doldurduqdan sonra kənarda olan, içərisində siqaret blokları olan karton qutunu görüb götürərək birlikdə oğurlamış olduqları siqaret və pullar ilə mağazadan çıxıb Rüstəmin qaldığı evə gəlmişlər. Oğurladıqları siqaretləri və pulları yerə töküb qablaşdırarkən pulların təxminən 200 manat olduğunu görmüş, siqaretləri rayonda sata bilməyəcəyinə əmin olduğu üçün Bakı şəhərində satmağı qərarlaşdırmışdır. Havanın işıqlandığını görüb taksilər ilə danışması üçün o, şübhələnməsinlər deyə evdən piyada yola çıxmış və tanımadığı yol avtomobili ilə Bala Bəhmənli kəndinə getmiş, yolda Rüstəm Abbasov ona zəng edərək Elçin Abbasovunda Bakı şəhərinə onlar ilə gedəcəyini deyib üç nəfərlik yer danışmasını demişdir. Buna görə də o, “Mercedes” markalı taksi sürücüsü ilə Bakı şəhərinə getmək üçün danışmış, sürücü Bakı şəhərinə adamın birinin 20 manata apara biləcəyini dedikdən sonra o, sürücü ilə razılaşıb yoldaşlarını Füzuli rayonu, 3-cü Zobucu qəsəbəsindən götürmək üçün həmin taksi ilə qəsəbəyə gəlmiş, qapının qarşısında Rüstəm ilə Elçinin onu gözlədiyini görüb Rüstəm ilə əvvəlcədən qablaşdırdığı siqaretləri Elçinin xəbəri olmadan Mercedes markalı avtomobilin yük yerinə yığaraq yola düzəlmişlər. Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində olan “Dörd yol”a çatan zaman sürücü əlavə bir nəfər də götürməli olduğunu demiş, buna görə də düşüb yeməkxanada xəngəl yedikdən sonra taksi sürücüsünün adam tapmadığını soruşduqda tanımadığı taksi sürücüsü əlavə də 10 manat versələr üç nəfər olaraq Bakı şəhərinə gedə biləcəyini dediyinə görə sürücü ilə razılaşaraq Bakı şəhəri istiqamətinə yola düzəlmişlər. Sabirabad rayonu istiqamətində yolda tanımadığı nömrədən ona zəng gəlmiş və həmin şəxs harada olduğunu soruşduqda həmin tanımadığı şəxsə yalandan sahədə ot yığıdığını demiş, sonra isə ona sahə rəisi Emin Məmmədov zəng etmiş, Eminə də eyni yalanı desə də, sonuncu onun yalan danışdığını, oğurluq barədə məlumatlarının olduğunu, Bakı şəhərinə getdiklərini demiş və həmin vaxt mobil telefonun enerjisi az olduğundan telefonu sönmüşdür. Bir neçə dəqiqə keçdikdən sonra taksi sürücüsünə zəng gəlmiş və taksi sürücüsü Sabirabad postuna çatdığını deyərkən o və Rüstəm sürücüyə geri qayıtmasını demiş, sürücü isə Bakı şəhərinə gedəcəyini dediyi üçün o, Rüstəm və Elçin avtomobildən düşüb, əşyaları götürüb tanımadığı avtomobil ilə Saatlı rayonuna qayıdarkən Elçin onların oğurluq etdiklərini bildiyi üçün onu və Rüstəmi danlamışdır. Yemək üçün Saatlı rayonunda yeməkxanaların birində oturanda Elçin onlarla yemək yeməmiş, elə həmin vaxt polis əməkdaşları gələrək onları Füzuli rayon Polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs2 əlavə olaraq bildirdi ki, oğurladıqları əşyaların, o cümlədən siqaretlərin bir hissəsini geri qaytarmışlar. Zərərçəkmiş şəxs bildirdi ki, Füzuli rayonu, Zobucuq-3 qəsəbəsi, ev 217-də valideynləri ilə birlikdə yaşayır. Fərdi qaydada ticarətlə məşğul olduğu üçün Füzuli rayonu, Zobucuq-3 qəsəbəsində özünə məxsus ticarət mağazasını işlədir. Mağazada əsasən ərzaq malları, tütün məmulatları və sair əmlakların satışı aparılır. xx.xx.2022-ci il tarixdə saat 24 radələrində mağazanın qapısını kilidləyib yaşadığı evə getmiş və səhəri gün saat 07:30 radələrində evdən çıxıb mağazaya gələndə mağazanın giriş qapısının kilidinin sındırıldığını görmüşdür. Dərhal mağazaya baxanda yerdə bir neçə qutunun olduğunu görüb oğurluq törədildiyindən şübhələnmiş və mağazanın girişdən sağ divarındakı vitrində olan müxtəlif növ siqaret bloklarının, kassada olan 300 manat nağd pul və masanın üzərində olan təxminən 500 manat dəyərində 1 və 3 manatlıq “Azercell” mobil telefon danışıq konturlarının oğurlandığını aşkar etmişdir. Bu səbəblə mağazada olan videomüşahidə kamerasına baxmış və kamerada gecə saat 03:35-də iki nəfər üzü maskalı cavan şəxsin mağazanın giriş qapısında olan kilidi sındırıb içəriyə daxil olduqlarını və qeyd etdiyi pul, kontur və siqaretləri təxminən 3 dəqiqə ərzində oğurlayaraq çıxıb getdiklərini görüb Füzuli rayon Polis şöbəsinə ərizə ilə müarciət etmişdir. O, mağazasından 300 manat nağd pul, 500 manat dəyərində 1 və 3 manatlıq “Azercell” mobil telefon danışıq konturlarının, təxminən 30 blok nazik “Vinston” 10 blok nazik “Vinçester”, 5 blok qalın kompakt “Sobraniya” və sair siqaretləri oğurlandığına görə ona təxminən 2300 manat məbləğində maddi ziyan dəydiyini bildirərək qəsəbə sakini Təqsirləndirilən şəxs1 şübhələndiyini bildirmişdir. Bundan başqa, o, yenidən Füzuli rayonu, Zobucuq-3 qəsəbəsinə ayrılan yol ayrıcında özünə məxsus ticarət mağazasını xx.xx.2022-ci il tarixdə saat 01 radələrində mağazanın qapısında olan iki ədəd kilidi açarla bağlayıb yaşadığı evə getmişdir. Səhərisi gün səhər saat 06:30 radələrində evdən çıxıb mağazaya gələndə mağazanın giriş qapısında olan iki ədəd kilidin sındırıldığını görmüş və içəriyə daxil olanda 50 kiloqramlıq şəkər tozunun döşəməyə töküldüyünü, mağazanın girişdən sağdakı hissəsindəki vitirinlərdə olan və aşağı hisəsində olan müxtəlif növ siqaretlərin, həmçinin, sağdakı masanın siyirməsində olan pulların və xırda qəpiklərin oğurlandığını aşkar etmişdir. O, mağazada olan videomüşahidə kamerasına baxanda xx.xx.2022-ci il tarixdə gecə saat 02:31-də iki nəfər üzü maskalı cavan şəxsin (kişi) mağazanın giriş qapısında olan kilidi sındırıb içəriyə daxil olduğunu və qeyd etdiyi pul və siqaretləri təxminən 03:08-dək olan müddət ərzində oğurlayaraq mağazadan çıxıb getdiyini görmüşdür. O, bir daha Füzuli rayon Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. O, mağazasından 250 manat nağd pul, dəmir qutuda ola təxminən 200 manat 1 manatlıq pullar, 100-150 manat da qəpik pullar, bütün növlərinin bir bloku 22 manata olan 40 blok nazik “Vikeroy, 30 blok qızılı nazik “Keno”, 40 blok qırmızı “Keno”, 30 blok göy, nazik “Keno”, 20 blok gümüşü ”Keno”, bir bloku 24 manat olan 20 blok qara “Vant”, 20 blok boz “Vant”, bir bloku 30 manat olan 2 blok qızılı “LD”, bir bloku 22 manat olan 10 blok ağ “Maqna” siqaret oğurlandığını, baş vermiş oğurluq hadisəsinə görə ona təxminən 5360 manat maddi ziyan dəydiyini, qəsəbə sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhələndiyini, sözü gedən şəxslərin ona əlavə 3 min manata yaxın əvvəlcədən borcları olduğunu,bü günə kimi borclarını tam ödəyə bilmədiklərini bildirmişdir. Zərərçəkmiş şəxs həmçinin bildirdi ki, ona vurulmuş maddi ziyan qismən ödənilsə də o, hazırda hər iki təqsirləndirilən şəxsdən şikayətçidir. X2 bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində yaşadığı qəsəbədə yerləşən Arifə məxsus kafeyə gedəndə orada qohumu Rüstəm və tanışı Təqsirləndirilən şəxs2 əyləşib pivə içdiklərini gördüyündən onların yanında oturaraq söhbət etmişdir. Söhbət əsnasında Rüstəm ona xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhərinə işləmək üçün Asiflə birlikdə getmək istədiklərini demiş, o, Rüstəmə ailəsinin Bakı şəhərində xəstəxanada olması səbəbindən ailəsinə baş çəkmək üçün Bakı şəhərinə gedəcəyini bildirmişdir. O, da səhər saatlarında Bakıya gedəcəyini deyərək kafedən çıxıb evinə getmişdir. Səhər 07 radələrində Rüstəm mobil telefonu ilə ona zəng vuraraq Asiflə birlikdə Bakı şəhərinə səhər tezdən gedəcəklərini deyib Asifin taksi tutacağını demiş, onlarla getməsini bildirmişdir. O, da Rüstəmlə razılaşaraq qəsəbədə sonuncunun qaldığı evin qarşısına gəlmiş və bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs2 “Mercedes” markalı avtomobillə evin qarşısında dayanmış, sonra Rüstəm evdən bir ədəd qara rəngli idman çantasını, bir ədəd karton qutunu gətirib avtomobilin yük yerinə qoymuşdur. O, Rüstəmdən çantada və qutuda nə olduğunu soruşduqda, Rüstəm işləməyə getdikləri üçün özünə və Asifə aid paltarların olduğunu bildirmişdir. Birlikdə gələn Mercedes markalı taksi ilə dörd yol adlanan əraziyə getmiş, taksi sürücüsü əlavə sərnişin götürməli olduğunu dediyinə görə həmin yerdə birlikdə xəngəl yeyib bir az gözləmişlər. Adını bilmədiyi taksi sürücüsü sərnişin tapa bilmədiyi üçün əlavə 10 manat verəcəkləri təqdirdə Bakı şəhərinə 3 nəfər olaraq gedə biləcəyini dedikdə, Rüstəm taksi sürücüsü ilə razılaşaraq ümumilikdə 70 manat pula Bakı şəhərinə yola düşmüşlər. Sabirabad rayonu ərazisində olan zaman əvvəlcə Təqsirləndirilən şəxs2, sonra isə taksi sürücüsünə telefon zəngi gəlmiş və Rüstəm şübhələndiyi üçün taksini saxlatdırmış, birlikdə taksidən düşüb yolun qarşı tərəfinə keçərkən o, Rüstəmdən bu nə məsələdir, niyə sizə zəng gəlir və niyə taksidən anidən düşdüyünü soruşmuşdur. Rüstəm ona Təqsirləndirilən şəxs2lə birlikdə ötən gecə Zərərçəkmiş şəxs məxsus maağzadan siqaret oğurladıqlarını, özləri ilə götürdükləri çantada və qutuda həmin siqaretlərin olduğunu bildirmiş, o, da bu sözlərin qarşısında əsəbləşərək Rüstəmi və Asifi danlamış və ailəsi ilə əlaqədar Bakı şəhərinə getməli olduğunu demişdir. Rüstəm isə Saatlı rayonunda nahar edib onu Bakı şəhərinə yola salacağını deyib birlikdə tanımadıqları “Mersedes-Benz” markalı avtomobilə əyləşib Saatlı rayonu ərazisində olan yeməkxanaların birində düşüb yemək yemişlər. O, əsəbindən yemək yeyə bilməmiş və həmin yerdə olan zaman polis əməkdaşları onlara yaxınlaşaraq üçünü də Füzuli RPŞ-yə gətirmişlər. O, Rüstəm və Asifin oğurluq etmələrindən xəbərsiz olmuş, avtomobilin yük yerinə qoyulan çanta və qutuda oğurluq siqaretlərin olmasını bilməmişdir. X3 bildirdi ki, Təqsirləndirilən şəxs1 ilə eyni qəsəbədə, yəni Füzuli rayonu, Zobucuq 3 qəsəbəsində yaşayır və Rüstəmi bir qəsəbə sakini kimi tanıyır. 2022-ci ilin mart ayının 20-si səhər saat 07 radələrində Təqsirləndirilən şəxs1 onun istifadəsində olan mobil nömrəyə zəng edərək onu və yanında olan bir nəfəri Saatlı rayonuna aparmasını ondan xahiş etmişdir. O, isə hava şəraitinin pis olması səbəbindən Saatlı rayonuna gedə bilməyəcəyini, sadəcə onları Dörd yol adlanan əraziyə kimi apara biləcəyini demişdir. Rüstəm də onunla razılaşmış və o, Rüstəm və yanında olan Ruslan Hüseynovu götürmüşdür. O, Rüstəmin əlində sellofan torba və torbanın üzərində paltarların olmasını görsə də Rüstəmdən bununla əlaqədar heç bir söz soruşmamış, hər ikisini, yəni Rüstəm və Ruslanı idarə etdiyi avtomobili ilə Əhmədbəyli kəndinin dörd yoluna gətirmişdir. Lakin həmin vaxt sözügedən ərazidə avtomobil olmadığından hava şəraitinin soyuq və qarlı olması səbəbindən Təqsirləndirilən şəxs1 və X5 rayonu Daşburun qəsəbəsində dörd yol adlanan ərazisinə aparmış və hər ikisini Daşburun dairəsində düşürdükdən sonra zəhmət haqqı olaraq 20 manat pul alıb yaşadığı qəsəbəyə qayıtmışdır. Polislər ona zəng edəndən sonra ona məlum olmuşdur ki, Rüstəm və Ruslan Zərərçəkmiş şəxs məxsus olan marketdən oğurluq edib və əllərində olan sellofan torbada marketdən oğurladıqları siqaretlər olmuşdur. Onun Rüstəm və Ruslanın oğurluq etmələrindən və oğurladıqları əşyalardan ümumiyyətlə xəbəri olmamışdır. İfadəsi elan edilmiş şahid X6 ifadəsində göstərmişdir ki, özünə məxsus olan Mercedes- E250 markalı, ** XT *** qeydiyyat nişanlı avtomobil ilə Bakı-Füzuli istiqaməti üzrə taksilik edib ailəsinə çörək pulu qazanır. 05 iyun 2022-ci il tarixdə səhər saatlarında Füzuli rayonu Bala Bəhmənli ərazisində dörd yola yaxın yerdə Bakı şəhərinə sərnişin götürmək üçün yola çıxmış, bir müddət sonra tanımadığı orta yaşlarında uzunboy bir nəfər ona yaxınlaşaraq iki nəfər olduqlarını, Bakı şəhərinə gedəcəklərini bildirmiş, o, da başqa sərnişinin olmadığını deyib, əlavə iki nəfər də götürüb çıxa biləcəyini həmin şəxsə bildirmişdir. Bir neçə dəqiqə keçdikdən sonra adının sonradan Asif olduğunu bildiyi şəxs ona yenidən yaxınlaşaraq əlavə bir nəfər şəxsin də olduğunu, ümumilikdə 3 nəfər olduqlarını demiş və həmin şəxsləri Zobucuq 3 qəsəbəsindən götürməli olduğunu dediyinə görə o, da Asiflə razılaşaraq sonuncu ilə birlikdə idarə etdiyi avtomobil ilə Zobucuq 3 qəsəbəsinə getmiş, qəsəbədə tanımadığı evin qarşısından iki nəfər şəxsin gözlədiyini görmüş, Asif avtomobildən düşüb evə keçərək qara rəngli bağlı vəziyyətdə əl çantası və bir ədəd karton qutunu götürüb avtomobilin yük yerinə qoymuş, Asif əşyaları avtomobilin yük yerinə qoyarkən çantada və karton qutuda nə olması barədə onun heç bir məlumatı olmamış və ya nə olduğunu görməmişdir. Birlikdə digər iki nəfər tanımadığı şəxsi də götürdükdən sonra Əhmədbəylinin dörd yolu kimi adlanan əraziyə gəlmiş və əlavə 1 nəfər sərnişini gözləmək üçün sözü gedən ərazidə dayanmışdır. Həmin ərəfədə Asif və yanında olan digər iki nəfər şəxs avtomobildən düşüb yaxınlıqda olan kafedə xəngəl yemiş və yeməklərini bitirib kafedən çıxdıqdan sonra o, əlavə sərnişin gəlmədiyini, əlavə olaraq 10 manat verəcəkləri təqdirdə üç nəfər olaraq onları Bakı şəhərinə apara biləcəyini təklif etmiş, sonradan adlarının Asif, Elçin və Rüstəm olduğunu bildiyi şəxslər onun təklif ilə razılaşmış, əlavə 10 manat verməklə ümumilikdə 70 manat pula onları Bakı şəhərinə aparacağına razılaşdıqdan sonra Bakı şəhəri istiqamətinə hərəkət etmişdir. Sabirabad rayonu ərazisində olarkən Asif adlı şəxsin mobil nömrəsinə zəng gəlmiş və zəng zamanı Asif avtomobildə olduğu halda sahədə ot yığdığını deyərək yalan danışmış, danışığı yekunlaşdırdıqdan sonra ona zəng edənin dayısı olduğunu, dayısının işlərinə görə onu bezdirdiyi üçün dayısına yalan danışdığını demişdir. Bir neçə dəqiqə keçdikdən sonra onun istifadəsində olan mobil nömrəyə zəng gəlmiş və danışanın polis əməkdaşı olduğunu, sərnişin kimi apardığı şəxslərdən ikisinin Zərərçəkmiş şəxs məxsus mağazadan oğurluq etdiklərini, avtomobilin yük yerində oğurlanan əşyaları apardığını deyəndə o, dərhal polis əməkdaşlarına getdiyi yolun istiqamətini dəqiq demiş, həmin an şəxslərdən Asif adlı şəxs avtomobili saxlamağı bildirmiş və dərhal avtomobildən hər üçü düşmüşlər. O, yenidən ona zəng edən polislər ilə əlaqə saxlamış, həmin şəxslərin avtomobildən düşdüklərini, düşkdükləri yerin Sabirabad rayonu Şəhriyar kəndi ərazisində olduğunu demiş və oğurluq hadisəsindən heç bir məlumatı olmadığını bildirmişdir. O, adlarının sonradan Rüstəm və Asif olduğunu bildiyi şəxslərin əvvəlcədən oğurluq etmələrini bilməmiş, məlumatsız olmuş, avtomobilin yük yerinə yerləşdiyi çantalarda oğurluq əşya olmasından xəbərsiz olmuşdur. Sadəcə taksi kimi onları Bakı şəhərinə 70 manata aparmaq üçün razılaşmış, yolda polislər ona zəng edəndə ona məlum olmuşdur ki, avtomobildə olan sərnişənlər Elşən adlı şəxsin mağazasına qanunsuz daxil olub oğurluq etmişlər. İfadəsi elan edilmiş şahid Füzuli RPŞ Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili X10 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Füzuli rayonu, Zobucuq-3 qəsəbəsində yaşayan X1 RPŞ-yə ərizə ilə müraciət edərək yaşadığı qəsəbədə özünə məxsus marketdən müxtəlif markalı siqaretlərin və təxminən 350 manat dəyərində nağd pulun oğurlanmasını bildirmişdir. O, şöbənin sahə rəisi polis mayoru X14 ilə birlikdə hadisə yerində olarkən əməliyyat yolu ilə məlumat alaraq baş vermiş oğurluq hadisəsini Füzuli rayonu, Zobucuq-3 qəsəbəsində yaşayan və hər ikisi əvvəllər analoji cinayət törətdikləri üçün dəfələrlə məhkum olunmuş Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə törətdikləri və hazırda həmin şəxslərin Telman adlı taksi sürücüsünün idarə etdiyi avtomobillə Bakı şəhərinə getdikləri ona məlum olmuşdur. Dərhal keçirilən əməliyyat tədbirləri nəticəsində Telman adlı taksi sürücüsünün və hadisəni törətməkdə şübhəli bilinən Asif adlı şəxsin mobil nömrələri ilə əlaqə saxlanılmış, ilk öncə Asifin istifadəsində olan nömrəyə zəng etmiş, zəng edərkən Təqsirləndirilən şəxs2 sahədə ot kipləri yığdığını bildirdiyi üçün yenidən Telman adlı şəxs ilə əlaqə saxlamış və avtomobildə apardığı şəxslərin oğru olduqlarını və əl yüklərinin oğurladıqları əmlak olduğunu dedikdən sonra Telman adlı şəxsin bilavasitə köməkliyi ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurladıqları siqaret və nağd pullar ilə birlikdə Saatlı rayonunda yerləşən yeməkxanada Saatlı RPŞ-nin əməkdaşları ilə birlikdə xx.xx.2022-ci il taixdə, saat 11 radələrində saxlanılaraq Füzuli rayon Polis şöbəsinə gətirilmişlər. Füzuli rayon Polis şöbəsində gətiriləndə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməlini şifahi olaraq etiraf edərək əllərində olan bir ədəd karton yeşikdə təxminən 105 blok müxtəlif markalı siqaretləri istintaqa təqdim etmişlər. Cinayət işinə əlavə edilmiş: 20 mart 2022-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri Füzuli rayonu, 3-cü Zobucuq qəsəbəsinə ayrılan yol ayrıcında yerləşən, xüsusi adı olmayan ərzaq mağazasıdır. Mağazanı Zərərçəkmiş şəxs işlətdiyi üçün Elşənin mağazası kimi adlanır. Baxış zamanı müəyyən edilmişdir ki, mağazanın giriş qapısı dəmir barmaqlıqlar hissədən qıfıl kilidi ilə bağlansa da, mağazanın hər iki qıfılı sıxılaraq qırılmış vəziyyətdədir. Həmçinin mağazanın qutular, kassanın yerləşdiyi stol dağıdılmış vəziyyətdədir, baxış iştirakçısı Zərərçəkmiş şəxs deməsinə əsasən siqaretlərin olduğu yerdə müxtəlif növ siqaretlər,Winston” və Winchester” markalı siqaret blokları, 1 və 3 manatlıq Azercell danışıq kartları və kassada olan 300 manat nağd pul oğurlanmışdır. 05 iyun 2022-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri Füzuli rayonu, 3-cü Zobucuq qəsəbəsinə ayrılan yol ayrıcında yerləşən xüsusi adı olmayan ərzaq mağazasıdır. Mağazanı Zərərçəkmiş şəxs işlətdiyi üçün Elşənin mağazası kimi adlanır. Baxış zamanı müəyyən edilmişdir ki, mağazanın giriş qapısının qıfıl kilidi ilə bağlansa da, hər iki qıfıl sıxılaraq qırılmış vəziyyətdədir. Həmçinin mağazanın içərisində döşəməyə şəkər tozu dağılmış, siqaret blokların olduğu qutuların arasında bir qutu siqaret bloku, kassanın yerləşdiyi şkafdan, çəkməcədən Zərərçəkmiş şəxs deməsinə görə 250 manat nağd pul və qəpik pullar, müxtəlif növ siqaretlər oğurlanmışdır. Mağazanın giriş qapısının qıfıl kilidlərinin sındırılması yolu ilə mağazaya daxil olunmuşdur. 05 iyun 2022-ci il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 birlikdə Zərərçəkmiş şəxs məxsus mağazaya daxil olub oğurladıqları müxtəlif markalı siqaretlər və oğurladıqları 250 manat puldan qalan 140 manat nağd pul hər iki şəxs saxlanılarkən özləri ilə bərabər aşkar edilmiş, 08 iyun 2022-ci il tarixli götürmə qərarı ilə götürülərək maddi sübut kimi tanınmış və zəruri ekspertizadan keçirildikdən sonra sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır. 20 mart 2022-ci il tarixdə gecə saatlarında Təqsirləndirilən şəxs1 ilə X4 birlikdə Zərərçəkmiş şəxs məxsus mağazaya daxil olub oğurladıqları müxtəlif markalı siqaretlərdən, puldan və Azercel mobil danışıq kartlarından qalan 111 manat dəyərində 1 manatlıq və 3 manatlıq Azercel mobil danışıq kartları 24 mart 2022-ci il tarixli götürmə qərarı ilə Ruslan Hüseynovdan götürülərək maddi sübut kimi tanınmış və sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır. Həmçinin bir ədəd sarımtıl rəngli, qabaq hisəssi düyməli, yan hissələrində cibləri olan bir ədəd qadın jaketini, bir ədəd qara-sarı rəngli qadın şərfini və bir ədəd qara rəngli, idman papağı xx.xx.2022-ci il tarixli qərarla maddi sübut kimi tanınmış və saxlanılması üçün rayon Polis şöbəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 21 aprel 2022-ci il tarixli, 9/2267 nömrəli rəyində göstərilmişdir ki, qərarda göstərilən siqaretlər, yəni “Winston” markalı siqaretin 1 qutusunun orta bazar qiyməti 3.50 manat (üç manat əlli qəpik), “Winchester” markalı siqaretin 1 qutusunun orta bazar qiyməti 2.60 manat (iki manat altmış qəpik) müəyyən edilmişdir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzinin 12 avqust 2022-ci il tarixli, 9/5167 nömrəli rəyində göstərilmişdir ki, qərarda təqdim edilən tütün məmulatları, yəni “MaqnaWhite” markalı siqaret 1 qutusunun orta bazar qiyməti 2 manat 20 qəpik, Keno-Nano royal, Kenonanonight, kenonanored, Keno-Nano Platinium1 qutusunun orta bazar qiyməti 2 manat 20 qəpik, “WantNanoblack” markalı 1 qutusunun orta bazar qiyməti 2 manat 40 qəpik, “SenateNanoSlim” markalı 1 qutusunun dəyəri 2 manat 20 qəpik, “KingstonNanoSlim” markalı, 1 qutusunun dəyəri 2 manat 20 qəpik, “Viceroy N-series” markalı 1 qutusunun orta bazar qiyməti 2 manat 20 qəpik olması müəyyən edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Füzuli Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 1 il 7 ay 10 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzanın sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Füzuli rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in177.2.1, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirli bilinib 2 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, cəzası başa çatmamışdır. Füzuli rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs2 14 mart 2022-ci il tarixində cəzasının sonu ilə əlaqədar qeydiyyatdan çıxarılmışdır. Məhkum Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixində həbs edilməsi ilə əlaqədar qeydiyyatdan çıxarılmışdır. Cəzası xx.xx.2022-ci il tarixində bitdiyindən onun cəzasının çəkilməmiş hissəsi 1 ay 10 gün təşkil edir. Füzuli rayon İHB-nin Zobucuq-3 qəsəbə İƏD üzrə nümayəndəsi E.Atakişiyev tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 432 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 2014-cü il təvəllüdlü uşağı Fəxri Rüstəmzadə var. Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin xx.xx.2022-ci il tarixindən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti xx.xx.2022-ci il tarixinədək uzadılmışdır. Füzuli RPŞ İB-nin rəisi S.Ağalarovun 05 iyun 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin gün saat 12:00-da şübhəli şəxs qismində tutulmuşdur. Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və barəsində 05 sentyabr 2022-ci il tarixinədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Füzuli Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs2 ev dustaqlığında saxlanılma müddəti 05 noyabr 2022-ci il tarixinədək uzadılmışdır. İş materialları ilə müəyyən edilir ki, X4 və digər şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və digər maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi hazırda Füzuli rayon məhkəməsinin icraatındadır. Beləliklə də, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, o cümlədən təqsirləndirilən şəxslərin özlərinin etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxslərə ədalətli cəza təyin olunması məsələsini həll edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən, himayəsində bir azyaşlı uşağının olmasını və CM-in 59.2-ci maddəsinə əsasən vurulmuş ziyanın bir hissəsinin ödənilməsini Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirilən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən, Azərbaycan Respublikası CM-in 67.1-ci və 69.3-cü maddələrinin, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 67.1. Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 83.3. Aşağıdakı hallarda məhkumluq ödənilmiş hesab olunur: 83.3.2. azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə. 177.1. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177.2. Eyni əməllər: 177.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 177.2.2. təkrar törədildikdə; 177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının məhkəmələrə tövsiyyəsinə görə,….belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, daha ciddi cəza növlərinin seçilməsi əsaslandırılmalıdır və sanksiya hüdudlarında ağır cəza növü yalnız o halda tətbiq oluna bilər ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin, həmçinin məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə onu da qeyd edir ki, ədalətli cəza təyin edilməsi üçün zəruri və həm də mühüm amillərdən biri təqsirkarın şəxsiyyətinin hərtərəfli təhqiq olunmasıdır. Məhz bu baxımdan məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarındakı mövqeyinə isnad etməyi məqsədəmüvafiq hesab edir - cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən, eyni zamanda təqsirkarın həyat yolu, ailədə və məişətdə davranışı, məhkumluğu və s. kifayət qədər aydınlaşdırılmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2019-cu il tarixli Qərarında göstərmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Yuxarıda qeyd edildiyi kimi, təqsirkar şəxslərin təqsirli bilindikləri Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına alternativ cəza olaraq azadlığın məhdudlaşdırılması cəzası da nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxslərə cəza təyin edilərkən onların şəxsiyyətləri, davranışları və vurulmuş ziyanın tam şəkildə aradan qaldırılmamaqla zərərçəkmiş şəxsin şikayətçi olması nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzasının təyin olunması daha ədalətlidir. Məhkəmə belə qənaətə gəlir ki, əvvəllər analoji əməllərə görə məhkum olunmuş təqsirləndirilən şəxslərin yenidən oğurluq cnayət əməlləri törətmələri onlarda cinayətin törədilməsinin vərdişə çevrilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da onların törətdikləri əməllərin ictimai təhlükəliliyinə və şəxsiyyətlərinə adekvat qiymətin verilməsini zəruri edir. Bununla yanaşı, məhkəmə həmçinin təqsirkar şəxsin himayəsində iki azyaşlı uşağının olmasını da nəzərə alaraq ona ağır cəza növünün nisbətən aşağı həddə təyin edilməsini əsaslı sayır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış müxtəlif adda olan siqaret məhsulları və “Azercell” mobil danışıq karları Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı, Füzuli RPŞnin maddi sübutların saxlanma otağında saxlanılan bir ədəd sarımtıl rəngli qabaq hissəsi düyməli, yan hissələrində cibləri olan bir ədəd qadın jaketi, bir ədəd qara-sarı rəngli qadın şərfi və bir ədəd qara rəngli idman papağı məhv edilməlidir. İş üzrə 100 manat ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ34CTRE********************) keçirilməlidir. Həmçinin Zərərçəkmiş şəxs ona vurulmuş maddi ziyanın qalan hissəsinin ödənilməsi ilə tələbi ilə təqsirləndirilən şəxslərə qarşı ayrıca mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldırması izah edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Odur ki, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 118, 119, 132, 344-349, 351-353, 356, 358, 381-385-cü maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Füzuli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 ay 10 gün hissəsinin iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla hesablanmış 20 gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin edilmiş 2 (iki) il 3 (üç) ay müddətinə müddətinə azadlıqdan məhrumetmə cəzasına tamamilə birləşdirilməklə ona qəti olaraq 2 (iki) il 3 (üç) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli 05 iyun 2022-ci il tarixindən hesablansın. Cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən (və ya ləğv olunmadan) saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 05 iyun 2022-ci il tarxindən həbsdə və ev dustaqlığında saxlanıldığı 7 ay 12 gün müddət nəzərə alınmaqla təyin edilmiş cəzadan çıxılsın və ona qəti cəza 1 il 4 ay 18 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli 17 yanvar 2023-cü il tarixindən hesablansın. Cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan ləğv edilsin və barəsində həbs qətimkan tədbiri seçilməklə məhkəmə iclas zalında həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən (və ya ləğv olunmadan) saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış müxtəlif adda olan siqaret məhsulları və “Azercell” mobil danışıq karlarının Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın, Füzuli RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan bir ədəd sarımtıl rəngli qabaq hissəsi düyməli, yan hissələrində cibləri olan bir ədəd qadın jaketi, bir ədəd qara-sarı rəngli qadın şərfi və bir ədəd qara rəngli idman papağı məhv edilsin. İş üzrə 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ34CTRE********************) keçirilsin. . Zərərçəkmiş şəxs izah edilsin ki, ona vurulmuş maddi ziyanın qalan hissəsinin ödənilməsi ilə tələbi ilə təqsirləndirilən şəxslərə qarşı ayrıca mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldıra bilər. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya protesti və ya şikayəti verilə bilər. Hökmdən əgər həmin müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim Yaşar Həşimov
Məhkəmə qərarları › İş №1(064)-11/2023
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-11/2023
17.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver