Məhkəmə qərarları › İş №1(064)-12/2025

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-12/2025

02.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-12/2025 02.06.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi – Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Beyləqan rayon Vəkil Bürosunda fəailyət göstərən vəkil Müdafiəçi2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə, xx xxxxxx 1986-cı il tarixdə Ağdam rayonu, Qiyaslı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, İİ qrup əlil, işləməyən, məhkumluğu olmayan, Ağdam rayonu, Qiyaslı kəndində qeydiyyatda olmaqla məcburi köçkün kimi Abşeron rayonu, Binəqədi Gənclər şəhərciyi, bina 3, mənzil 78-də yaşayan, barəsində «Polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1,178.2.2 və 178.2.4-cü maddələri ilə və xx xxxxx 1974-cü ildə Ağdam rayonu, Yusifcanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, məhkum olunmamış, Ağdam şəhəri, 20 yanvar küçəsi, ev 115, mənzil 35-də qeydiyyatda olmaqla məcburi köçkün kimi Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsi, Azadlıq Rezidant 1-ci blok, 5-ci mərtəbə, ev 52-də yaşayan, barəsində «Polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilir ondan ötrü ki, o, qəsdən tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını təkrar ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qəsdən tamah niyyəti ilə ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2022-ci ilin avqust ayının əvvəllərində ona bacısı Şahid1 dayandırılmış əlillik pensiyasını bərpa etdirməsi üçün müraciət etmiş Füzuli rayonu, 3 saylı Qayıdış qəsəbəsi, 180 nömrəli evdə yaşayan Zərərçəkmiş şəxs1 Şahid1 pensiyasını tanışlarının köməkliyi ilə bərpa etdirəcəyi barədə yalan vəd verərək belə bir niyyəti olmadan ondan 6500 (altı min beş yüz) manat pul istəmiş, aralarında olan razılaşmaya əsasən istifadə etdiyi ***-***-**-** saylı nömrənin «Whatsapp» ani yazışma proqramı vasitəsi ilə törədilən cinayət əməlindən məlumatsız olan həyat yoldaşı Şahid6 adına olan "xxxx" Bank ASC-yə məxsus 4169 7413 2393 9163 nömrəli kartın foto şəkilini çəkib Zərərçəkmiş şəxs1 istifadə etdiyi ***-***-**-** saylı nömrəyə göndərmiş, sonuncu 19 avqust 2022-ci il tarixdə, saat 18:37:59-da Füzuli rayonu,1 saylı Qayıdış qəsəbəsinin ərazisində yerləşən “Elmin market”dəki eManat elektron ödəmə sistemi vasitəsi ilə 6555 (altı min beş yüz əlli beş) manat pulu həmin kart hesabına köçürdükdən sonra, o, həmin pul vəsatini bankomatdan çıxarmış, bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs1 hər min manata görə 10 manat rüsum tutulduğunu bildirməsinə görə Zərərçəkmiş şəxs1 19 avqust 2022-ci il tarixdə, saat 18:47:46-da Füzuli rayonu, 1 saylı Qayıdış qəsəbəsinin ərazisində yerləşən “Elmin market”dəki eManat elektron ödəmə sistemi vasitəsi ilə 10 (on) manat pulu həmin kart hesabına köçürdükdən sonra, o, həmin pul vəsatini bankomatdan çıxararaq qrupun digər üzvü Təqsirləndirilən şəxs2 Cəlal qızı ilə öz aralarında əvvəlcədən razılaşdıqları bölgü ilə bölərək şəxsi ehtiyaclarına sərf edib qəsdən etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 xeyli miqdarda, yəni 6565 (altı min beş yüz altmış beş) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qəsdən tamah niyyəti ilə təkrarən ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2023-cü ilin aprel ayında ona bacısı Şahid2 dayandırılmış əlillik pensiyasını bərpa etdirməsi üçün müraciət etmiş Füzuli rayonu, 3 saylı Qayıdış qəsəbəsi, 180 nömrəli evdə yaşayan Zərərçəkmiş şəxs1 Şahid2 pensiyasını tanışlarının köməkliyi ilə bərpa etdirəcəyi barədə yalan vəd verərək belə bir niyyəti olmadan ondan 6000 (altı min) manat pul istəmiş, aralarında olan razılaşmaya əsasən 2023-cü ilin aprel ayının axırlarında 1500 (min beş yüz) manat pulu Zərərçəkmiş şəxs1 Bakı şəhəri, 5 saylı xəstəxananın həyətində aldıqdan sonra ertəsi gün qalan 4500 (dörd min beş yüz) manat pulu da ona çatdırmasını tələb etmiş, Zərərçəkmiş şəxs1 4500 (dörd min beş yüz) manat pulu 2023-cü ilin aprel ayının axırlarında taksi fəaliyyəti ilə məşğul olan törədilmiş cinayət əməlindən məlumatsız qohumu Şahid5 vasitəsi ilə ona Bakı şəhərində çatdırmış, o, əlavə olaraq Şahid2 pensiyasını bərpa etdirmək məqsədi ilə vahid niyyətlə Zərərçəkmiş şəxs1 500 (beş yüz) manat pul istəmiş və istifadə etdiyi ***-***-**-** saylı nömrənin «Whatsapp» ani yazışma proqramı vasitəsi ilə cinayət əməlindən məlumatsız olan həyat yoldaşı Şahid6 adına olan "xxxx" Bank ASC-yə məxsus 4169 7388 2163 1268 nömrəli kartın fotoşəkilini çəkib Zərərçəkmiş şəxs1 istifadə etdiyi ***-***-**-** saylı nömrəyə göndərmiş, sonuncu 30 iyun 2023-cü il tarixdə, saat 15:34-də özünə məxsus 416973 ****** 0579 nömrəli kart vasitəsi ilə 500 (beş yüz) manat pulu 4169 7388 1259 5803 nömrəli kart hesabına köçdükdən sonra, həmin pul vəsatini bankomatdan çıxararaq, qrupun digər üzvü Təqsirləndirilən şəxs2 Cəlal qızı ilə öz aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib qəsdən etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 təkrarən xeyli miqdarda, yəni 6500 (altı min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qəsdən təkrarən tamah niyyəti ilə ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2023-ci ilin iyun ayının əvvəllərində ona kürəkəni Şahid3 dayandırılmış əlillik pensiyasını bərpa etdirməsi üçün müraciət etmiş Füzuli rayonu,9 saylı Qayıdış qəsəbəsi, 174 nömrəli evdə yaşayan Zərərçəkmiş şəxs2 Şahid3 pensiyasını tanışlarının köməkliyi ilə bərpa etdirəcəyi barədə yalan vəd verərək belə bir niyyəti olmadan Zərərçəkmiş şəxs2 9000 (doqquz min) manat pul istəmiş, aralarında olan razılaşmaya əsasən sonuncu həmin məbləğdə pul vəsaitini ona iki dəfəyə göndərə biləcəyi barədə söz verdikdən sonra o, istifadə etdiyi 055- ***-**-** saylı nömrənin «Whatsapp» ani yazışma proqramı vasitəsi ilə cinayət əməlindən məlumatsız olan həyat yoldaşı Şahid6 adına olan "xxxx" Bank ASC-yə məxsus 4169 7388 1259 5803 nömrəli kartın fotoşəkilini çəkib Zərərçəkmiş şəxs2 istifadə etdiyi ***-***-**-** saylı nömrəyə göndərmiş, sonuncu 05 iyun 2023-cü il tarixdə, saat 16:12:09-da Füzuli rayonu, 8 saylı Qayıdış qəsəbəsinin ərazisində yerləşən Mandarin marketdəki «Milliön» elektron ödəmə sistemi vasitəsi ilə 6000 (altı min) manat pulu həmin kart hesabına köçürdükdən sonra, o, həmin pul vəsatini bankomatdan çıxararaq qrupun üzvü Təqsirləndirilən şəxs2 ilə razılaşmaya uyğun bölərək şəxsi ehtiyaclarına sərf etdikdən sonra o, vahid niyyətlə Zərərçəkmiş şəxs2 qalan 3000 (üç min) manat pulu da ona çatdırmasını tələb etdiyindən sonuncu 06 iyul 2023-cü il tarixdə, saat 18:50:10-da Füzuli rayonu, 8 saylı Qayıdış qəsəbəsinin ərazisində yerləşən Mandarin marketdəki «Milliön» elektron ödəmə sistemi vasitəsi ilə 3000 (üç min) manat pulu Şahid6 adına olan "xxxx" Bank ASC-yə məxsus 4169 7388 1259 5803 nömrəli kart hesabına köçürdükdən sonra, o, həmin pul vəsatini bankomatdan çıxararaq qrupun üzvü Təqsirləndirilən şəxs2 ilə razılaşmaya uyğun olaraq bölüb şəxsi ehtiyaclarına sərf edərək qəsdən etibardan suiistifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 təkrarən xeyli miqdarda, yəni 9000 (doqquz min) manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qəsdən tamah niyyəti ilə təkrarən ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 22 sentyabr 2023-cü il tarixdə bacısı Şahid1 pensiyasını müddətsiz bərpa etdirəcəyi barədə Zərərçəkmiş şəxs1 yalandan vəd verərək belə bir niyyəti olmadan ondan 3000 (üç min) manat pul istəmiş, aralarında olan razılaşmaya əsasən sonuncu 22 sentyabr 2023-cü il tarixdə, saat 16:09-da Füzuli şəhərində yerləşən «Bazarstore» marketdəki mpay elektron ödəmə sistemi vasitəsi ilə 3000 (üç min) manat pulu cinayət əməlindən məlumatsız olan həyat yoldaşı Şahid6 adına olan "xxxx" Bank ASC-yə məxsus 4169 7388 1259 5803 nömrəli həmin kart hesabına köçürdükdən sonra, o, həmin pul vəsatini bankomatdan çıxararaq, qrupun digər üzvü Təqsirləndirilən şəxs2 Cəlal qızı ilə öz aralarında razılaşmaya əsasən bölərək şəxsi ehtiyaclarına sərf edib qəsdən etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 3000 (üç min) manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qəsdən tamah niyyəti ilə təkrar ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2023-cü ilin oktyabr ayında bacısı Şahid2 da pensiyasını müddətsiz bərpa etdirəcəyi barədə Zərərçəkmiş şəxs1 yalan vəd verərək belə bir niyyəti olmadan ondan 1200 (üç min) manat pul istəmiş, aralarında olan razılaşmaya əsasən sonuncu həmin gün elektron ödəmə sistemi vasitəsi ilə 1200 (min iki yüz) manat pulu cinayət əməlindən məlumatsız olan həyat yoldaşı Şahid6 adına olan "xxxx" Bank ASC-yə məxsus 4169 7388 1259 5803 nömrəli kart hesabına köçürdükdən sonra, o, həmin pul vəsatini bankomatdan çıxarmış, ertəsi gün Zərərçəkmiş şəxs1 artıq işlərin düzəldiyini bildirərək vahid niyyətlə ondan şirinlik kimi 200 (iki yüz) manat pul istəmiş, Zərərçəkmiş şəxs1 onunla razılaşdıqdan sonra həmin gün 200 (iki yüz) manat pulu cinayət əməlindən məlumatsız olan həyat yoldaşı Şahid6 adına olan "xxxx" Bank ASC-yə məxsus 4169 7388 1259 5803 nömrəli kart hesabına köçürdükdən sonra, o, həmin pul vəsatini bankomatdan çıxararaq qrupun digər üzvü Təqsirləndirilən şəxs2 ilə öz aralarında razılaşmaya əsasən bölərək şəxsi ehtiyaclarına sərf edib qəsdən etibardan suiistifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 1400 (min dörd yüz) manat məbləğində pulunu vahid niyyətlə ələ keçirib ümumilikdə təkrarən xeyli miqdarda yəni, 17465 (on yeddi min dörd yüz altmış beş) manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilir ondan ötrü ki, o, qəsdən tamah niyyətilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını təkrar ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını tamah niyyəti ilə ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2022-ci ilin avqust ayının əvvəllərində Təqsirləndirilən şəxs1 bacısı Şahid1 dayandırılmış əlillik pensiyasını bərpa etdirməsi üçün müraciət etmiş Füzuli rayonu, 3 saylı Qayıdış qəsəbəsi, 180 nömrəli evdə yaşayan Zərərçəkmiş şəxs1 Şahid1 pensiyasını tanışlarının köməkliyi ilə bərpa etdirəcəyi barədə yalan vəd verərək belə bir niyyəti olmadan Zərərçəkmiş şəxs1 6500 (altı min beş yüz) manat pul istəmiş, onların aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***-***-**-** saylı nömrənin «Whatsapp» ani yazışma proqramı vasitəsi ilə törədilən cinayət əməlindən məlumatsız olan həyat yoldaşı Şahid6 adına olan "xxxx" Bank ASC-yə məxsus 4169 7413 2393 9163 nömrəli kartın foto şəkilini çəkib Zərərçəkmiş şəxs1 istifadə etdiyi ***-***-**-** saylı nömrəyə göndərmiş, sonuncu 19 avqust 2022-ci il tarixdə, saat 18:37:59-da Füzuli rayonu,1 saylı Qayıdış qəsəbəsinin ərazisində yerləşən Elmin marketdəki eManat elektron ödəmə sistemi vasitəsi ilə 6555 (altı min beş yüz əlli beş) manat pulu həmin kart hesabına köçürdükdən sonra, Təqsirləndirilən şəxs1 həmin pul vəsatini bankomatdan çıxarmış, bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs1 hər min manata görə 10 manat rüsum tutulduğunu bildirməsinə görə sonuncu 19 avqust 2022-ci il tarixdə, saat 18:47:46-da Füzuli rayonu, 1 saylı Qayıdış qəsəbəsinin ərazisində yerləşən Elmin marketdəki eManat elektron ödəmə sistemi vasitəsi ilə 10 (on) manat pulu həmin kart hesabına köçürdükdən sonra, Təqsirləndirilən şəxs1 həmin pul vəsatini bankomatdan çıxararaq onunla öz aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib qəsdən etibardan suiistifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 xeyli miqdarda, yəni 6565 (altı min beş yüz altmış beş) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını tamah niyyəti ilə təkrarən ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2023-cü ilin aprel ayında qrupun üzvü Təqsirləndirilən şəxs1 bacısı Şahid2 dayandırılmış əlillik pensiyasını bərpa etdirməsi üçün müraciət etmiş Füzuli rayonu, 3 saylı Qayıdış qəsəbəsi, 180 nömrəli evdə yaşayan Zərərçəkmiş şəxs1 Şahid2 pensiyasını tanışlarının köməkliyi ilə bərpa etdirəcəyi barədə yalan vəd verərək belə bir niyyəti olmadan ondan 6000 (altı min) manat pul istəmiş, onların aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 2023-cü ilin aprel ayının axırlarında 1500 (min beş yüz) manat pulu Zərərçəkmiş şəxs1 Bakı şəhəri, 5 saylı xəstəxananın həyətində aldıqdan sonra ertəsi gün qalan 4500 (dörd min beş yüz) manat pulu da ona çatdırmasını tələb etmiş, Zərərçəkmiş şəxs1 4500 (dörd min beş yüz) manat pulu taksi fəaliyyəti ilə məşğul olan qohumu Şahid5 vasitəsi ilə Təqsirləndirilən şəxs1 Bakı şəhərində çatdırdıqdan sonra əlavə olaraq Mərziyyə Əhmədovanın pensiyasını bərpa etdirmək məqsədi ilə vahid niyyətlə Zərərçəkmiş şəxs1 500 (beş yüz) manat pul istəmiş və istifadə etdiyi ***-***-**-** saylı nömrənin «Whatsapp» ani yazışma proqramı vasitəsi ilə cinayət əməlindən məlumatsız olan həyat yoldaşı Şahid6 adına olan "xxxx" Bank ASC-yə məxsus 4169 7388 2163 1268 nömrəli kartın foto şəkilini çəkib Zərərçəkmiş şəxs1 istifadə etdiyi ***-***-**-** saylı nömrəyə göndərmiş, sonuncu 30 iyun 2023-cü il tarixdə, saat 15:34-də özünə məxsus 416973 ****** 0579 nömrəli kart vasitəsi ilə 500 (beş yüz) manat pulu 4169 7388 1259 5803 nömrəli kart hesabına köçürdükdən sonra, Təqsirləndirilən şəxs1 həmin pul vəsatini bankomatdan çıxararaq onunla öz aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib qəsdən etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 təkrarən xeyli miqdarda, yəni 6500 (altı min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qəsdən təkrarən tamah niyyəti ilə ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2023-ci ilin iyun ayının əvvəllərində sonuncuya kürəkəni Şahid3 dayandırılmış əlillik pensiyasını bərpa etdirməsi üçün müraciət etmiş Füzuli rayonu, 9 saylı Qayıdış qəsəbəsi, 174 nömrəli evdə yaşayan Zərərçəkmiş şəxs2 Şahid3 pensiyasını tanışlarının köməkliyi ilə bərpa etdirəcəyi barədə yalan vəd verərək belə bir niyyəti olmadan Zərərçəkmiş şəxs2 9000 (doqquz min) manat pul istəmiş, aralarında olan razılaşmaya əsasən sonuncu həmin məbləğdə pul vəsaitini ona iki dəfəyə göndərə biləcəyi barədə söz verdikdən sonra Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***-***-**-** saylı nömrənin «Whatsapp» ani yazışma proqramı vasitəsi ilə cinayət əməlindən məlumatsız olan həyat yoldaşı Şahid6 adına olan "xxxx" Bank ASC-yə məxsus 4169 7388 1259 5803 nömrəli kartın foto şəkilini çəkib Zərərçəkmiş şəxs2 istifadə etdiyi ***-***-**-** saylı nömrəyə göndərmiş, sonuncu 05 iyun 2023-cü il tarixdə, saat 16:12:09-da Füzuli rayonu, 8 saylı Qayıdış qəsəbəsinin ərazisində yerləşən Mandarin marketdəki «Milliön» elektron ödəmə sistemi vasitəsi ilə 6000 (altı min) manat pulu həmin kart hesabına köçürdükdən sonra, Təqsirləndirilən şəxs1 həmin pul vəsatini bankomatdan çıxararaq onunla razılaşmaya uyğun bölərək şəxsi ehtiyaclarına sərf etdikdən sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 qalan 3000 (üç min) manat puluda ona çatdırmasını tələb etdiyindən sonuncu 06 iyul 2023-cü il tarixdə, saat 18:50:10-da Füzuli rayonu, 8 saylı Qayıdış qəsəbəsinin ərazisində yerləşən Mandarin marketdəki «Milliön» elektron ödəmə sistemi vasitəsi ilə 3000 (üç min) manat pulu Şahid6 adına olan "xxxx" Bank ASC-yə məxsus 4169 7388 1259 5803 nömrəli kart hesabına köçürdükdən sonra, Təqsirləndirilən şəxs1 həmin pul vəsatini bankomatdan çıxararaq onunla aralarında olan razılaşmaya uyğun olaraq bölüb şəxsi ehtiyaclarına sərf edib qəsdən etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 təkrarən xeyli miqdarda, yəni 9000 (doqquz min) manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını tamah niyyəti ilə təkrarən ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 22 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 bacısı Şahid1 pensiyasını müddətsiz bərpa etdirəcəyi barədə razılaşdıqdan sonra Zərərçəkmiş şəxs1 3000 (üç min) manat pul istəmiş, sonuncu 22 sentyabr 2023-cü il tarixdə, saat 16:09-da Füzuli şəhərində yerləşən «Bazarstore» marketdəki mpay elektron ödəmə sistemi vasitəsi ilə 3000 (üç min) manat pulu cinayət əməlindən məlumatsız olan həyat yoldaşı Şahid6 adına olan "xxxx" Bank ASC-yə məxsus 4169 7388 1259 5803 nömrəli kart hesabına köçürdükdən sonra, Təqsirləndirilən şəxs1 həmin pul vəsatini bankomatdan çıxaraq onunla öz aralarında olan razılaşmaya əsasən bölərək şəxsi ehtiyaclarına sərf edib qəsdən etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 3000 (üç min) manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qəsdən tamah niyyəti ilə təkrarən ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2023-cü ilin oktyabr ayında Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 bacısı Şahid2 da pensiyasını müddətsiz bərpa etdirəcəyi barədə yalan vəd verərək belə bir niyyəti olmadan ondan 1200 (üç min) manat pul istəmiş aralarında olan razılaşmaya əsasən Zərərçəkmiş şəxs1 həmin gün elektron ödəmə sistemi vasitəsi ilə 1200 (min iki yüz) manat pulu Təqsirləndirilən şəxs1 törədilən cinayət əməlindən məlumatsız olan həyat yoldaşı Şahid6 adına olan "xxxx" Bank ASC-yə məxsus 4169 7388 1259 5803 nömrəli kart hesabına köçürdükdən sonra, Təqsirləndirilən şəxs1 həmin pul vəsatini bankomatdan çıxarmış, ertəsi gün Zərərçəkmiş şəxs1 artıq işlərin düzəldiyini vahid niyyətlə bildirərək ondan şirinlik kimi 200 (iki yüz) manat pul istəmiş sonuncu onunla razılaşdıqdan sonra həmin gün 200 (iki yüz) manat pulu törədilən cinayət əməlindən məlumatsız olan həyat yoldaşı Şahid6 adına olan "xxxx" Bank ASC-yə məxsus 4169 7388 1259 5803 nömrəli kart hesabına köçürdükdən sonra, qrupun üzvü Təqsirləndirilən şəxs1 həmin pul vəsatini bankomatdan çıxararaq onunla öz aralarında razılaşmaya əsasən bölərək şəxsi ehtiyaclarına sərf edib qəsdən etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 1400 (min dörd yüz) manat məbləğində pulunu ələ keçirib ümumilikdə ona xeyli miqdarda yəni, 17465 (on yeddi min dörd yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında: İş üzrə Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, o, 2016-cı ilin mart ayından Ağdam rayonundan məcburi köçkün kimi Abşeron rayonu, Binəqədi Gənclər şəhərciyində ailə üzvləri ilə birlikdə yaşayır. 2004-cü ildən İİ qrup əlildir. Füzuli rayon sakini Zərərçəkmiş şəxs1 ilə 2022-ci ilin avqust ayında tanış olmuşdur. Belə ki, Yusifin bacısı Şahid1 Bakı şəhəri, Sabunçu rayonu, Yeni Günəşli qəsəbəsində yaşayan bibisi Mətanət Əliyevanın qonşusudur. 2022-ci ilin təxminən iyul ayında Şahid1 məcburi köçkün kimi yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən uşaq baxçasının yaxınlığında onunla görüşərək əlillik pensiyasının dayandırıldığını və tanışlarının vasitəsi ilə onun əlillik pensiyasının bərpa edilməsində köməklik etməsini xahiş etmiş, o, Naridəyə maraqlanıb xəbər edəcəyi barədə söz verərək soyadı və ata adını bilmədiyi Ağdam rayon sakini Anar adlı şəxslə Abşeron rayonu, Mehtiabad qəsəbəsində görüşmüş və ondan bir nəfər tanışının pensiyasının bərpa edilməsində köməklik etməsini xahiş etmişdir. O, son vaxtlar X21 Respublikasında yaşadığını eşitmişdir. Anar Naridənin əlillik pensiyasını beş il müddətinə bərpa etdirəcəyi barədə vəd verərək həmin iş üçün ondan 6500 (altı min beş yüz) manat pul istəmiş, o, 2022-ci ilin avqust ayının əvvəllərində bu barədə Naridəyə məlumat vermiş, Naridə qardaşı Yusiflə məsləhət edib ona bir söz deyəcəyini bildirmişdir. O, Anarın sözü ilə Naridədən TSEK sənədlərini istəyib almış, təxminən iki gün sonra istifadə etdiyi ***-***-**- ** saylı nömrəyə zəng edən şəxs Füzuli rayon sakini və adının Yusif olduğunu və Naridənin qardaşı olduğunu bildirmiş, aralarında olan söhbət zamanı Yusifə bacısı Naridənin pensiyasını beş il müddətinə tanışları vasitəsi ilə bərpa etdirəcəyi barədə vəd verərək bir nəfər tanışının həmin iş üçün ondan 6500 (altı min beş yüz) manat pul istədiyini demişdir. Yusif ona pensiyanı bir az aşağı qiymətə bərpa etdirməsini xahiş etsə də o, razılaşmamış, Yusif onunla razılaşdıqdan sonra o, arvadı Şahid6 adına olan 4169 7413 2393 9163 nömrəli "xxxx" ASC-yə məxsus keşbek kartının foto şəkilini çəkib istifadə etdiyi ***-***-**-** saylı nömrənin «Whatsapp» ani yazışma proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs1 istifadə etdiyi nömrəyə göndərərək 6500 (altı min beş yüz) manat pulu həmin kart hesabına köçürməsini xahiş etmişdir. 19 avqust 2022-ci il tarixdə, saat 18 radələrində Yusif istifadə etdiyi nömrənin «Whatsapp» ani yazışma proqramı vasitəsi ilə onun nömrəsinə zəng edərək 6555 (altı min beş yüz əlli beş) manat pul köçürdüyünü bildirmişdir. O, dərhal Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "xxxx" ASC-nin bankomatına yaxınlaşıb bankomatdan 6490 (altı min dörd yüz doxsan) manat pul çıxardıqdan sonra Yusifin istifadə etdiyi nömrəyə zəng edərək hər yüz manat pula bir manat xidmət haqqı tutulduğunu və əlavə olaraq 10 manat da pul göndərməsini tələb etmiş, Yusif təxminən 10-15 dəqiqə sonra həmin kart hesabına əlavə 10 (on) manat pul köçürmüşdür. O, 10 (on) manat pulu da bankomatdan çıxardıqdan sonra həmin gün Anarın istifadə etdiyi nömrəyə zəng etmiş, aralarında olan razılaşmaya əsasən həmin gün Abşeron rayonu, Mehtiabad qəsəbəsinin ərazisində Anarla görüşüb 6500 (altı min beş) manat pulu və Naridənin sənədlərini ona vermiş, 13 gündən sonra Anar istifadə etdiyi nömrədən «Whatsapp» ani yazışma proqramı vasitəsi ilə onun nömrəsinə zəng edərək Naridənin pensiyasını təsdiqlənməsi barədə foto şəkilli sənədi ona göndərmiş, oda həmin sənədi Yusifin istifadə etdiyi nömrəyə göndərmişdir. Təxminən 2022-ci ilin sentyabr ayından Naridənin İİ qrup əlil kimi pensiyası bərpa olunmuş və o hər ay 327 (üç yüz iyirmi yeddi) manat pensiya almışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 həmin ifadəsində göstərmişdir ki, 2022-ci ilin təxminən noyabr ayında Zərərçəkmiş şəxs1 istifadə etdiyi nömrədən onun istifadə etdiyi nömrəyə zəng edərək Abşeron rayonu, Hökməli qəsəbəsində yaşayan bacısı Şahid2 da əlillik pensiyasının dayandırıldığını, onun da pensiyasının bərpa edilməsində köməklik etməsini xahiş etmiş, həmçinin bacısı Mərziyənin açıq ürək əməliyyatı keçirdiyini və işləyə bilmədiyini bildirmişdir. O, Yusifə tanışlarının vasitəsi ilə köməklik edə biləcəyi barədə vəd vermiş və Mərziyənin ürək əməliyyatı keçirməsi barədə sənədlərinin ona çatdırmasını tapşıraraq Yusifdən 6000 (altı min) manat pul istəmiş, həmin məbləğdə pulu hansısa vəzifəli şəxsə verəcəyini deməmiş və ad çəkməmişdir. O, Yusifə Bakı şəhərində yerləşən 5 saylı xəstəxanada görüşməyi təklif etmiş, gələrkən 1500 (min beş yüz) manat pul gətirməsini həmin pulla xəstəxanadan bəzi sənədləri alacağını bildirmişdir. Yusif 2022-ci ilin noyabr ayının ortalarında bacısı Mərziyə ilə birlikdə Bakı şəhərində yerləşən 5 saylı Xəstəxananın həyətinə gəlmiş, onunla görüşərək Mərziyənin xəstəlik epikrizlərini və 1500 (min beş yüz) manat pulu orada ona vermişdir. O, həmin pulu Yusifin yanında soyad və ata adını tanımadığı Alikə vermişdir. Yusif və Mərziyə çıxıb getdikdən sonra ertəsi gün Aliklə xəstəxanada görüşmüş, Alik Mərziyənin ürək fraksiyasının sənədlərini ona vermişdir. O, həmin sənədləri Bakı şəhəri, Azadlıq metrostansiaysının yaxınlığında Mərziyənin oğlu Nemətə verərək dayısı Yusifə çatdırmasını, sonuncunun həmin sənədi sistemə vurdurmasını tapşırmışdır. O, təxminən 2-3 gün sonra Yusifin istifadə etdiyi nömrəyə zəng edərək qlan 4500 (dörd min beş yüz) manat pulu ona çatdırmasını tapşırmış, Yusif 2-3 gün sonra bacısı oğlu taksi fəaliyyəti ilə məşğul olan Nemətin vasitəsi ilə 2700 ABŞ dollarını Bakı şəhəri, Dərnəgül qəsəbəsində yerləşən Politexnik institunun yataqxanasının yaxınlığında ona çatdırmışdır. O, 2700 ABŞ dollarının manata olan məzənnəsini hesabladıqda 10 manatın kəmliyini müəyyən etmiş və Yusifə bu barədə məlumat verərək həmin 10 (on) manatı tələb etmişdir. Yusifin sözü ilə bacısı oğlu Nemət orada 10 manat pulu ona vermişdir. Aralarında olan razılaşmaya əsasən ertəsi gün Abşeron rayonu, Binəqədi Gənclər şəhərciyində Anarla görüşərək 4500 (dörd min beş yüz) manat orada ona vermiş, həmin vaxt yanlarında kənar şəxs olmamışdır. Təxminən bir ay sonra Mərziyənin pensiyası bərpa olunmuş, o, pensiyanın təsdiq sənədini «Whatsapp» ani yazışma proqramı vasitəsi ilə Yusifin istifadə etdiyi nömrəyə göndərmiş, Mərziyə hər ay 327 manat pensiya almağa başlamışdır. Təxminən 3-4 ay sonra Yusif istifadə etdiyi nömrədən onun istifadə etdiyi nömrəyə zəng edərək bacısı Mərziyənin pensiyasının dayandırılması barədə məlumat vermişdir. O, Mərziyənin pensiyasının dayandırılmasının səbəbini Anardan soruşub ona məlumat verəcəyini demiş və sonra istifadə etdiyi nömrədən Anarın istifadə etdiyi ***-***-**-** saylı nömrəsinə zəng edib Mərziyənin pensiyasının dayandırlmasının səbəbini soruşmuş, Anar ona Mərziyənin əvvəlki əlillik üçün topladığı sənədlərin saxta olduğunu, ona görə də TSEK tərəfindən ləğv edildiyini bildirmişdir. O, bu barədə Yusifə məlumat vermiş, sonuncu ondan bacısı Mərziyənin əlilik pensiyasının bərpa olunmasına köməklik etməsini xahiş etmişdir. Bundan sonra o, Anarla görüşərək ondan Mərziyənin pensiyasının bərpa olunmasına köməklik etməsini xahiş etmiş, Anar ondan 2-3 ay vaxt istəsə də, vədinə əməl etməmiş, Yusif 4500 manat pulu qaytarmasını tələb etdiyinə görə o da Anarla görüşərək ondan Mərziyənin pensiyasının bərpa edilməsi ilə bağlı ona verdiyi 4500 manat pulu geri almış, Yusiflə danışarkən ona başqa bir tanışının olduğunu, istədiyi halda şəxslə görüşüb bacısı Mərziyənin pensiyasının bərpa edilməsində köməklik edə biləcəyini demişdir. O, Yusifin razılığı əsasında əslən Ağdam şəhərindən olan Təqsirləndirilən şəxs2 istifadə etdiyi ***-***-**-** saylı nömrəyə zəng edərək onunla əlaqə saxlamış və bir nəfər tanışının pensiyasının dayandırıldığını, ona köməklik etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 köməklik edə biləcəyi barədə vəd verdikdən sonra o, Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Olimpic Star”ın qarşısında «Zeyd» kafesində Könüllə görüşüb 4500 (dörd min beş yüz) manat pulu orada ona vermiş, həmin vaxt arvadı Şahid6 da yanlarında olmuş, Təqsirləndirilən şəxs2 5-6 ay ərzində Mərziyənin pensiyasını bərpa etdirəcəyi barədə vəd vermiş, o da bu barədə Yusifə məlumat vermişdir. Təxminən 2023-cü ilin iyun ayının əvvəllərində Yusif istifadə etdiyi nömrədən onun istifadə etdiyi nömrəyə zəng edərək bacısı Naridənin əlillik dərəcəsinin ləğv edildiyini bildirmişdir. O, Anarla əlaqə saxlamış, sonuncu Naridənin əlillik barədə olan sənədlərinin saxta olduğunu, ona görə də onun əliliyinin ləğv edilərək pensiyasının dayandırıldığını bildirmişdir. Bundan sonra Yusif ondan 6500 (altı min beş yüz) manat pulu qaytarmağını tələb etmiş, o da Anarla telefonla əlaqə saxlamış Naridənin qardaşı Yusifin 6500 (altı min beş yüz) manat pulu istədiyini desə də, Anar Naridənin 20 ay müddətinə hər ay 327 manat pensiya alaraq verdiyi pulu artıqlaması ilə aldığını deyərək 6500 (altı min beş yüz) manat pulu qaytarmaqdan imtina etmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs2 ilə telefonla əlaqə saxlayaraq ondan Naridə adlı qadının əlillik pensiyasının dayandırıldığını və onun pensiyasının bərpa etməkdə köməklik etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 ondan 500 (beş yüz) manat pul istəmişdir. O, bir nəfər tanışından borc olaraq 500 (beş yüz) manat pul alıb Bakı şəhərində Təqsirləndirilən şəxs2 vermiş, sonra Yusifin istifadə etdiyi nömrəyə səs ataraq həmin pulu ona göndərdiyi kart hesabına köçürməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixdə 500 manat pulu öz kart hesabından arvadı Şahid6 adına olan 416973******5803 nömrəli kart hesabına göndərmiş, o da 500 (beş yüz) manat pulu Abşeron rayonu ərazisində bankomatdan çıxarıb borc aldığı şəxsə qaytarmışdır. Bundan sonra Naridənin pensiyası bərpa olunmuş, təxminən 3 ay sonra Zərərçəkmiş şəxs1 yenidən istifadə etdiyi nömrəyə zəng edərək bacısı Naridənin pensiyasının dayandırılması barədə məlumat vermişdir. O, Təqsirləndirilən şəxs2 məlumat vermiş, sonuncu Naridənin pensiyasının birdəfəlik bərpa edilməsi üçün ondan 3000 (üç min) manat pul istəmiş, o da Yusifə razılaşmış və 22 sentyabr 2023-cü il tarixdə onun tapşırığı əsasında Zərərçəkmiş şəxs1 3000 (üç min) manat pulu onun arvadı Şahid6 adına olan 416973******5803 nömrəli kart hesabına köçürmüş, o, 3000 (üç min) manatı bankomatdan çıxarıb Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Olimpic Star»ın qarşısında «Zeyd» kafesində Təqsirləndirilən şəxs2 çatdırmışdır. Həmin vaxt arvadı Şahid6 da onların yanında olmuşdur. O, Zərərçəkmiş şəxs1 bacısı Mərziyənin əlillik pensiyasını müddətsiz bərpa etdirmək məqsədi ilə 2023-cü ilin oktyabr ayında 1200 (min iki yüz) manat istəməmiş və Zərərçəkmiş şəxs1 onun arvadı Şahid6 kart hesabına 1200 (min iki yüz) manat köçürməmiş, həmçinin ertəsi gün Zərərçəkmiş şəxs1 isifadə etdiyi nömrəyə zəng etməmiş, ona işlərin düzəldiyini deməmiş, ondan şirinlik olaraq 200 (iki yüz) manat pul istəməmiş və Zərərçəkmiş şəxs1 onun arvadı Şahid6 kart hesabına 200 (iki yüz) manat köçürməmişdir. O, ümumilikdə Zərərçəkmiş şəxs1 16700 (on altı min yüz) manat pul almış, həmin pulun 6500 (altı min beş yüz) manatını Anar adlı şəxsə, 1500 (min beş yüz) manatını Alik adlı şəxsə, 8700 (səkkiz min yeddi yüz) manatını isə Təqsirləndirilən şəxs2 vermişdir. O, Zərərçəkmiş şəxs1 aldığı puldan özünə götürməmişdir. Bir müddət keçəndən sonra Naridənin və Mərziyənin əlillik pensiyaları bərpa olunmamış, buna görə də Yusif ona mütamadi olaraq zənglər edərək verdiyi pulları qaytarmasını tələb etmişdir. O, Yusifə aldığı pulları Təqsirləndirilən şəxs2 verməsini demiş, dəfələrlə bu barədə Təqsirləndirilən şəxs2 ilə telefonla əlaqə saxlamış, səs ataraq Yusifin ondan əl çəkmədiyini, verdiyi pulları tələb etdiyini, əks halda Yusifin şikayət edəcəyini bildirsə də, Təqsirləndirilən şəxs2 Naridə və Mərziyənin əlillik pensiyalarını bərpa etdirəcəyini, yaxud ondan aldığı pulları qaytaracağı barədə ona yalan vədlər verərək vaxt qazanmış, Naridə və Mərziyənin pensiyasını bərpa etdirmək üçün ondan aldığı ümumilikdə 8700 (səkkiz min yeddi yüz) manat pulu qaytarmamışdır. O, 01 fevral 2024-cü il tarixdə 2700 (iki min yeddi yüz) manat pulu Yusifin «Whatsapp» ani yazışma proqramı vasitəsi ilə göndərdiyi kart hesabına köçürmüşdür. O, Zərərçəkmiş şəxs1 17465 (on yeddi min dörd yüz altmış beş) manat deyil 16065 (on altı min altmış beş) manat pul almış, Təqsirləndirilən şəxs2 ilə 2022- ci ildə onunla tanış olarkən ona arvadı Şahid6 təmənnasız olaraq İİ qrup gözdən əlil kimi pensiyaya çıxaracağı və özünün sosial sığorta balansında 11500 (on bir min beş yüz) manat pul olduğunu, bildirərək həmin pulları almaqda köməklik edəcəyinə dair vəd verdiyinə görə ona inanaraq Zərərçəkmiş şəxs1 aldığı pulun 8700 (səkkiz min yeddi yüz) manatını ona vermişdir. İstintaq zamanı barəsində həbs qətimkan tədbiri seçilmiş və o Zərərçəkmiş şəxs1 dəymiş ziyanı tam şəkildə ödəmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 həmin ifadəsində göstərmişdir ki, 2023-cü ilin may ayının axırlarında Zərərçəkmiş şəxs1 istifadə etdiyi nömrədən onun istifadə etdiyi 055- ***-**-** saylı nömrəyə zəng edərək tanışının Xaliq adlı kürəkəninin əlillik pensiyasının dayandırıldığını və onun pensiyasının bərpa edilməsində ona köməklik etməsini xahiş etmiş, Yusifə həmin şəxsin sənədlərini və şəxsiyyət vəsiqəsinin foto şəkillərini çəkib onun istifadə etdiyi nömrənin «Whatsapp» ani yazışma proqramına göndərməsini tapşıraraq həmin işi düzəldən Könül adlı həkimə göndərəcəyini və onun cavabını sonra deyəcəyini bildirmişdir. Yusif ertəsi gün Şahid3 şəxsiyyət vəsiqəsinin surətini onun istifadə etdiyi nömrəyə göndərmiş, o, həmin gün Təqsirləndirilən şəxs2 ilə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Zeyd» kafesində görüşərək bir nəfər tanışının əllilik pensiyasının dayandırıldığını, pensiyanın bərpa edilməsində köməklik etməsini xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 tapşırığı əsasında istifadə etdiyi nömrənin «Whatsapp» ani yazışma proqramından Xaliqin şəxsiyyət vəsiqəsinin surətini Könülün istifadə etdiyi nömrənin «Whatsapp» ani yazışma proqramına göndərmiş, Könül ona tanışı İlham həkimdən həmin şəxsə pensiya düşüb düşməməsini öyrəndikdən sonra bir söz deyəcəyini bildirmişdir. Təxminən 2-3 gün sonra Təqsirləndirilən şəxs2 istifadə etdiyi nömrənin «Whatsapp» ani yazışma proqramı vasitəsi ilə ona zəng edərək Xaliqin əllilik pensiyasını 6 ay müddətinə beş illik bərpa edilməsinin mümkünlüyünü, 2023cü ilin yanvar ayından bəri qalan altı aylıq pensiyasını da alacağını, Xaliqə Bakı şəhərində yerləşən Müdafiə Nazirliyinin hərbi hospitaldan yatış üçün sənəd alınmalı olduğunu bildirərək ondan 9000 (doqquz min) manat pul istəmişdir. O, Zərərçəkmiş şəxs1 bu barədə məlumat verdikdən sonra Yusif ona Xaliqin qayınanası Simnarəyə bu barədə məlumat verəcəyini bildirərək onu gözləməsini xahiş etmişdir. Həmin gün istifadə etdiyi nömrəyə zəng edən qadın adının Simnarə və Xaliqin qayınanası olduğunu bildirmiş, o, Simnarəyə həkimlə danışdığını və kürəkəninin pensiyasının düzəlməsi üçün 9000 (doqquz min) manat pul istənildiyini demiş, Simnarə ona əri ilə məsləhətləşib zəng edəcəyini bildirmişdir. Bir neçə gün sonra Simnarə istifadə etdiyi nömrədən onun istifadə etdiyi nömrəyə zəng edərək kürəkəni Xaliqin pensiya işi ilə bağlı 9000 (doqquz min) manat pul verməyə razı olduqlarını demiş, həmçinin hazırda əllərində 6000 (altı min) manat olduğunu, qalan 3000 (üç min) manat pulu isə imkanlaşdırıb az müddətdə göndərəcəyini demişdir. Bundan sonra o, həyat yoldaşı Şahid6 adına olan 416973******5803 nömrəli kartın foto şəkilini «Whatsapp» ani yazışma proqramı vasitəsi ilə Simnarənin istifadə etdyi nömrəyə göndərmiş, 05 iyun 2023-cü il tarixdə axşam saatlarında Simnarə 6000 (altı min) manat pulu həmin kart hesabına köçürmüşdür. O, həmin gün Bakı şəhəri, Nəsimi rayonu ərazisində "xxxx" ASC-nin Şuşa filialında yerləşən bankomatdan 6000 (altı min) manat pulu çıxarmış və həmin gün Könülün istifadə etdiyi nömrəyə zəng edərək onun təklifi əsasında Bakı şəhəri, Tibb Univeristetinin qarşısında görüşərək özünə məxsus «KİA SPORTAGE» markalı avtomobilin salonunda 6000 (altı min) manat pulu Təqsirləndirilən şəxs2 vermişdir. Həmin vaxt arvadı Şahid6 da yanlarında olmuş, Təqsirləndirilən şəxs2 verdiyi pulun məbləğini bilsə də, həmin pulun hansı məqsədlə ona verildiyini bilməmişdir. O, pulu Təqsirləndirilən şəxs2 verdikdən sonra onu avtomobillə evinə düşürməsini təklif etsə də, Könül rəfiqəsi ilə görüşəcəyini bildirərək avtomobildən düşərək çıxıb getmişdir. Sonradan Təqsirləndirilən şəxs2 Xaliqin yatış sənədlərini hazırlatdığını bildirərək qalan 3000 (üç min) manat pulu da ona çatdırmasını tapşırmışdır. O, bir neçə gün sonra Simnarənin istifadə etdiyi nömrəyə zəng edərək həkimin artıq sənədləri hazırlatdığını və qalan pulu ona çatdırmasını tapşırmışdır. 06 iyul 2023-cü il tarixdə, axşam saatlarında Simnarə həyat yoldaşı Şahid6 adına olan kart hesabına 3000 (üç min) manat pul köçürməsi barədə qəbzin surətini telefonuna göndərərək ona bu barədə məlumat vermişdir. O, ertəsi gün Bakı şəhəri, Nəsimi rayonu ərazisində "xxxx" ASC-nin Şuşa filianında yerləşən bankomatdan 3000 (üç min) manat pulu çıxararaq həmin gün Təqsirləndirilən şəxs2 istifadə etdiyi nömrəyə zəng edərək onunla Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən zabitlər parkında görüşərək 3000 (üç min) manat pulu arvadı Şahid6 yanında Təqsirləndirilən şəxs2 vermişdir. Arvadı Şahid6 həmin pulu hansı məqsədlə Təqsirləndirilən şəxs2 verməsini bilməmişdir. Sonradan Simnarə kürəkəni Xaliqin əlillik pensiyasının bərpa edilməməsinə görə ona zəng etmiş, Təqsirləndirilən şəxs2 Xaliqin işinin sistemə vurulduğunu və yaxın günlərdə öz həllini tapacağı barədə yalan vədlər verərək vaxt qazanmışdır. Bir müddət sonra Təqsirləndirilən şəxs2 Xaliqin əlillərin bərpa mərkəzinə gəlib kameradan keçməli olacağını bildirsə də, Xaliq heç vaxt əlillərin bərpa mərkəzinə çağırılmamışdır. 2024-cü ilin fevral ayından sonra Təqsirləndirilən şəxs2 onun telefon zənglərinə cavab verməmiş, Simnarə ona mütamadi olaraq zənglər edərək ona göndərdiyi 9000 (doqquz min) manat pulu qaytarmasını tələb etmiş, o, isə ona göndərdiyi 9000 (doqquz min) manat puldan özünə bir manat da olsun götürmədiyini, pulun hamısını Təqsirləndirilən şəxs2 çatdırdığını bildirərək sonuncunun telefon nömrəsini Simnarəyə vermişdir. Bundan sonra Simnarə ona zəng edərək Təqsirləndirilən şəxs2 ilə maraqlandığını, onun bacısının xalası oğlunun arvadı olduğunu bildirərək onların çətin adam olduqlarını demişdir. O, sonradan Simnarənin Könüllə telefonla əlaqə saxladığını və sonuncunun qardaşı Anar tərəfindən ona 3000 (üç min) manat pul göndərdiyini eşitmişdir. Lakin Təqsirləndirilən şəxs1 son sözündə özünü verilmiş ittiham üzrə təqsirli bilmiş, göstərmişdir ki, məhkəmə iclasları dövründə zərərçəkmiş şəxslərlə barışmış, onlara dəymiş ziyanı tam ödəmişlər, yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 iş üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, 15 avqust 1997-ci ildə Ağdam rayonu, Üçoğlan kənd xəstəxanasına terapevt həkim kimi işə qəbul edilmiş, Ağdam rayon Mərkəzi Xəstəxanasının baş həkiminin xx.xx.2009-cu 115 nömrəli əmrinə əsasən Bakı şəhəri Valadarski fabrikinin yataqxanasındakı məcburi köçkünlərə xidmət göstərən tibb məntəqəsində cərrah mama-ginekoloq işləmiş, Ağdam rayon Mərkəzi Xəstəxanasının baş həkiminin 23 may 2017-ci il tarixli 788 nömrəli əmri ilə işdən azad edilmiş, Ağdam rayon Mərkəzi Xəstəxanasının baş həkiminin 08 may 2019-cu il tarixli əmri ilə Ağdam rayon Mərkəzi xəstəxanasının doğum evinin qadın məsləhətxanasının həkim mama-ginekoloq təyin edilmiş və Ağdam rayon Mərkəzi Xəstəxanasının baş həkiminin 30 dekabr 2019-cu il tarixli əmri ilə Ağdam rayon Mərkəzi xəstəxanasının doğum evinin qadın məsləhətxanasının həkim mama-ginekoloqu ştatından azad edilmişdir. Həmin vaxtdan sonra heç yerdə işləmir. 30 noyabr 2016-cı ildə əri X11 vəfat etdikdən sonra Bakı şəhərində müxtəlif ünvanlarda oğlanları Tunar və Tuğayla birlikdə yaşayır. Təqsirləndirilən şəxs1 2022-ci ilin aprel ayından tanıyır, onunla ədavəti, düşmənçiliyi və qohumluq əlaqəsi yoxdur. Belə ki, rəfiqəsi X7 ilə Şamxalın yaxın münasibəti olmuş, həmin ərəfədə Nərgiz Şamxalı onun yanına gətirərək onda cinsi zəiflik problemi olduğunu bildirmişdir. O, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində Bakı Dövlət sirkinin yaxınlığında yerləşən restoranların birində Şamxalla görüşərək ona öz tibbi məsləhətlərini vermişdir. Şamxal arvadı Könülün Bakı şəhəri, Nəsimi rayonu ərazisində Tibb Univeristetinin qarşısında «Bənövşə» adlı aptekdə satıcı işlədiyini bildirmiş və həmin vaxtdan Şamxalla bir-birinə telefon nömrələrini verərək əlaqə saxlamışlar. Sonradan Şamxalın arvadı Şahid6 ilə onun işlədiyi aptekdə tanış olmuş, Könül həmyerli olduqlarını bildirmiş və dəfələrlə onu evlərinə qonaq aparmışdır. Həmin ərəfədə Şamxal ona ayrı-ayrı şəxslərə əlil kimi pensiya düzəltdirdiyini və əlil kimi pensiyaya çıxmaq istəyən adamlar olduğu halda ona məlumat verməsini xahiş etmişdir. O, Şamxaldan həmin adamları hansı üsulla əlil kimi pensiyaya çıxartdığını soruşduqda Şamxal ona tanış adamlarının olduğunu və onların köməkliyi ilə əlillik dərəcəsi təyin etdirərək pensiyaya çıxartdırdığını bildirmişdir. O, Şahid6 ilə danışarkən sonuncu uzun illər uşaqlarının olmadığını və süni mayalanma etdiklərini bildirərək ondan tövsiyələr almışdır. Təxminən 2023-cü ilin əvvəllərində Şamxalla Könülün əkiz uşaqları doğulmuş, onlar Bakı şəhərində yerləşən Xəmsə restoranında bu münasibətlə mərasim keçirmiş, o da həmin mərasimdə iştirak etmişdir. 2022-ci ilin sentyabr ayında Şamxal ona Füzuli rayon sakini Naridə adlı qadının əlillik pensiyasının dayandırıldığını və onun pensiyasının bərpa edilməsində yatış haqqında epikriz yazdırmasını, tanışları vasitəsi ilə düzəltdirməsini xahiş etmişdir. O, Nadirənin əllilik pensiyasını bərpa etdirmək üçün Şamxaldan 2000 (iki min) manat pul istəmiş, həmin pulu hansısa vəzifəli şəxsə verəcəyini deməmiş və ad çəkməmişdir. Təxminən 10 gün sonra günorta saatlarında Şamxal Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən «Zeyd» adlı kafedə onunla görüşərək orada 2000 (iki min) manat pulu ona verərək həmin pulu Naridənin qardaşının ona göndərdiyini bildirmişdir. Həmin vaxt yanlarında heç kim olmamışdır. O, 2000 (iki min) manat pulu aldıqdan sonra Şamxal ona Quba rayonuna iki günlük ailəvi dincəlməyə gedəcəklərini bildirərək ondan 200 (iki yüz) manat pulu borc olaraq istəmişdir. O, həmin puldan 200 (iki yüz) manatını Şamxala borc versə də sonradan Şamxal aldığı borcu ona qaytarmamışdır. Bundan başqa, 2023-cü ilin oktyabr ayında Şamxalla arvadı Könülün işlətdiyi Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Bənövşə» aptekdə görüşərkən ona Mərziyə adlı müəllimənin xəstə olduğunu, 6 ay işə getməməsi üçün bülleten düzəltdirməkdə ona köməklik etməsini ondan xahiş etmişdir. O, Şamxaldan həmin iş üçün 1000 (min) manat pul istəmiş, həmin pulu hansısa vəzifəli şəxsə verəcəyini deməmiş və ad çəkməmişdir. Şamxal bir həftə sonra Bakı şəhəri, Nəsimi bazarının yaxınlığında onunla görüşərək 1000 (min) manat pulu orada ona çatdırmışdır. Həmin vaxt yanlarında heç kim olmamışdır. O, Bakı şəhərində yerləşən 6 saylı poliklinikadan Şahid2 adına 6 aylıq bülleten alaraq Şamxala vermişdir. Bundan başqa, təxminən bir ay sonra 2023-cü ilin noyabr ayının axırlarında Şamxalla arvadı Könülün işlədiyi Bakı şəhəri, Nəsimi rayonu ərazisində onun arvadı Könülün işlədiyi «Bənövşə» aptekin qarşısında görüşmüş, Şamxal ondan Mərziyyə Əhmədovanın adına epikriz və X5 institutundan rəy almaqda köməklik etməsini xahiş etmişdir. O, Şamxala vəd verərək ondan 2500 (iki min beş yüz) manat pul istəmiş, həmin pulu hansısa vəzifəli şəxsə verəcəyini deməmiş və ad çəkməmişdir. Təxminən bir həftə sonra Şamxalın sözü ilə onun arvadı Şahid6 işlədiyi Bakı şəhəri, Nəsimi rayonu ərazisində «Bənövşə» aptekin qarşısında görüşmüş, Şamxal özünə məxsus «KİA SPORTAGE» markalı avtomobilin içərisində 2500 (iki min beş yüz) manat pulu ona vermişdir. O, həmin pulu hansısa vəzifəli şəxsə verəcəyini deməmiş və ad çəkməmişdir. Həmin vaxt yanlarında heç kim olmamışdır. O, həmin pulları öz ehtiyaclarına xərcləmişdir. O, Şamxaldan Naridənin pensiyasını bərpa etdirmək üçün 1800 (min səkkiz yüz) manat, Mərziyəyə bülleten düzətdirmək üçün 1000 (min) manat və Şahid2 pensiya düzətdirmək üçün 2500 (iki min beş yüz) manat pul olmaqla, ümumilikdə 5300 (beş min üç yüz) manat pul alaraq öz ehtiyaclarına sərf etmişdir. O, Şamxaldan 8700 (səkkiz min yeddi yüz) manat pul almamışdır. 2024-cü ilin yanvar ayının axırlarında Şamxal Zərərçəkmiş şəxs1 onda şikayət edəcəyini deməsinə görə 01 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Nəisimi rayonu ərazisində Şamxalla görüşərkən əl çantasında olan 2700 (iki min yeddi yüz) manat pulu Zərərçəkmiş şəxs1 qaytarması üçün Təqsirləndirilən şəxs1 vermişdir. Bundan başqa, təxminən 2023-cü ilin iyul ayının əvvəllərində Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***-***-**-** saylı nömrədən onun istifadə etdiyi ***-***-**-** saylı nömrəyə zəng edərək onu arvadı Şahid6 Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində işlətdiyi «Bənövşə» aptekə çağırmış, o, həmin gün orada Şamxala görüşmüşdür. Şamxal ona Xaliq adlı hərbçi qohumunun aldığı əllilik pensiyasının dayandırıldığını, həmin şəxsdən əlillərin bərpa mərkəzindən xəstəliyi ilə bağlı rəy tələb edildiyini və rəyin alınmasında ona köməklik etməsini xahiş etmişdir. O, rəy almaq üçün Şamxaldan 3000 (üç min) manat pul istəmiş, həmin pulu hansısa vəzifəli şəxsə verəcəyini deməmiş və ad çəkməmişdir. Şamxal Xaliqdən 1500 (min beş yüz) manat pul aldığını bildirərək orada 1500 (min beş yüz) manat pulu ona verərək qalan 1500 (min beş yüz) manat pulu isə bir həftəyə ona çatdıracağı barədə vəd vermişdir. Həmin vaxt yanlarında heç kim olmamışdır. O, Şamxalla razılaşmış və təxminən bir həftə sonra 2023-cü ilin iyul ayının ortalarında Şamxalın dəvəti əsasında onun yaşadığı Abşeron rayonu, Binəqədi Gənclər şəhərciyində yerləşən evinə getmiş, Şamxal evində 1500 (min beş yüz) manat pulu ona vermişdir. O, həmin pulu öz ehtiyaclarına sərf etmişdir. 2024-cü ilin aprel ayının əvvəllərində Şamxalın onun barəsində Ağdam rayon Polis şöbəsinə şikayət etməsini öyrənmiş, ondan bir neçə gün sonra Füzuli rayonu, 9 saylı Qayıdış qəsəbəsində yaşayan Simnarə adlı qadın onun istifadə etdiyi nömrəyə zəng edlərək kürəkəni Xaliqin dayandırılmış əlillik pensiyasını bərpa etdirmək məqsədi ilə Şamxala 9000 (doqquz min) manat pul verdiyini, lakin Şamxalın vədinə əməl etməyərək onu aldatdığını bildirərək Şamxalın 9000 (doqquz min) manat pulu ona verib-verməməsini soruşmuşdur. O, X6 pensiya məsələsi ilə bağlı ona 3000 (üç min) manat pul verdiyini bildirərək Xaliqin yaxın günlərdə əyani müayinəyə çağırılacağını demişdir. Bir neçə gün sonra Simnarə yenidən onun istifadə etdiyi nömrəyə zəng edərək Şamxalla danışdığını, Şamxalın kart hesabına köçürdüyü 9000 (doqquz min) manat pulun hamısını ona verməsini deməsini bildirərək ondan pulunu qaytarmasını tələb etmişdir. O, Şamxalın istifadə etdiyi nömrəyə zəng edərək onunla görüşüb bu məsələyə aydınlıq gətirmələrini xahiş etsə də, Şamxal ona şər ataraq ayrı-ayrı şəxslərin pensiyalarını bərpa etdirməklə bağlı aldığı 57000 (əlli yeddi min) manat pulların hamısını ona çatdırdığını və barəsinə Ağdam rayon Polis şöbəsinə şikayət etdiyini bildirmişdir. Sonradan Şamxal onun telefon zənglərinə cavab verməmiş, Simnarə onun istifadə etdiyi nömrəyə zəng edərək ondan ona çatan 3000 (üç min) manat pulu qaytarmasını tələb etmiş, o, isə özünün maddi durumunun aşağı səviyyədə olduğuna görə həmin məbləğdə pulu ona qaytara bilməmişdir. 2024-cü ilin avqust ayının əvvəllərində Ağdam rayonu, Quzanlı qəsəbəsində həkim işləyən qardaşı Şahid4 istifadə etdiyi nömrəyə zəng edərək Füzuli rayon sakini Simnarə adlı qadının kürəkəni ilə bağlı Şamxalın ona hansı məbləğdə pul verməsini soruşmuş, o, X14 pensiya məsələsi ilə bağlı ona 3000 (üç min) manat pul verməsini bildirərək maddi imkansızlığından həmin məbləğdə pulu Simnarəyə qaytara bilmədiyini bildirərək 3000 (üç min) manat pulu onun əvəzindən Simnarəyə qaytarmasını xahiş etmişdir. Qardaşı Şahid4 onunla razılaşaraq 05 avqust 2024-cü il tarixdə 2000 (iki min) manat pulu, 31 avqust 2024-cü il tarixdə isə 1000 (min) manat pulu Simnarənin kart hesabına köçürmüşdür. Məhkəmə iclasları dövründə zərərçəkmiş şəxslərlə barışmış, onlara dəymiş ziyanı tam ödəmişlər, ona yüngül cəza təyin edilməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Füzuli rayonu, 3 saylı Qayıdış qəsəbəsi, 180 nömrəli evdə yaşayır. Abşeron rayonu, Gənclər şəhərciyində yaşayan Təqsirləndirilən şəxs1 2-3 ildir ki, tanıyır. Onunla ədavəti, düşmənçiliyi və qohumluq əlaqəsi yoxdur. Belə ki, Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsində yaşayan bacısı Şahid1, Şamxalın bibisi Mətanət adlı qadınla uzun müddətdir ki qonşudurlar. Mətanət 2022-ci ilin yay aylarında bacısı Naridə ilə söhbət edərkən ona xəstəlikləri ilə bağlı əlillik pensiyasının dayandırıldığını demiş, Mətanət qohumu Şamxalın dayandırılmış pensiyaları bərpa etdirməsini ona deməsinə görə Mətanətdən Şamxalın ***- ***-**-** saylı nömrəsini alaraq onunla əlaqə saxlayaraq bacısı Naridənin əllilik pensiyasının dayandırıldığını, onun pensiyasının bərpa edilməsində köməklik etməsini xahiş etmişdir. Şamxal ona bacısı Naridənin əlillik pensiyasını tanışları vasitəsi ilə bərpa etdirəcəyi barədə vəd vermişdir. O, 2022-ci ilin avqust ayının əvvəllərində xatırlmadığı gündə Şamxalla Bakı şəhəri, Dərnəgül qəsəbəsində görüşüb söhbət etmiş və Naridənin dayandırılmış əllilik pensiyasını tanışlarının vasitəsi ilə bərpa etdirməsi üçün ondan 7000 (yeddi min) manat pul istəmişdir. O, Şamxala bacısı Naridənin imkanının olmadığını həmin pulu özündən verəcəyini deyərək bir az qiymətdə aşağı enməsini xahiş etmiş, Şamxalla 6500 (altı min beş yüz) manata razılaşdıqdan sonra həmin gün yaşadığı Füzuli rayonu, 3 saylı Qayıdış qəsəbəsinə qayıtmış, ertəsi gün yəni 19 avqust 2022-ci il tarixdə Şamxal istifadə etdiyi ***-***-**-** saylı nömrənin «Whatsapp» ani yazışma proqramı vasitəsi ilə ona zəng edərək arvadı Şahid6 adına olan 4169 7413 2393 9163 nömrəli kartın foto şəkilini onun istifadə etdiyi ***-***-**-** saylı nömrəyə göndərərək 6500 (altı min beş yüz) manat pulu həmin karta köçürməsini tapşıraraq kartla köçürmədə hər min manata 10 manat rüsum tutulduğunu bildirmişdir. Şamxal ondan aldığı pulu hansısa vəzifəli şəxsə verəcəyini deməmiş və ad çəkməmişdir. O, 19 avqust 2022-ci il tarixdə, 18 radələrində Füzuli rayonu,1 saylı Qayıdış qəsəbəsinin ərazisində yerləşən Elmin marketə getmiş və saat 18:37-də «eManat» ödəmə terminalı vasitəsi ilə 4169 7413 2393 9163 nömrəli kart hesabına 6555 (altı min beş yüz əlli beş) manat pul köçürərək kartın foto şəkilini çəkib Şamxalın telefonuna göndərmişdir. O, evinə qayıdarkən Şamxal onun telefonuna səs ataraq rüsum haqqı olaraq 65 manat pul tutulduğunu və ona əlavə olaraq 10 (on) manat pul köçürməsini tapşırmışdır. O, yoldan geri qayıtmış və həmin gün saat 18:47-də Füzuli rayonu,1 saylı Qayıdış qəsəbəsinin ərazisində yerləşən «Elmin» marketdəki «eManat» ödəmə terminalı vasitəsi həmin karta 10 (on) manat pul köçürmüşdür. O, həmin qəbzin foto şəkilini telefonunla çəkib Şamxala göndərmişdir. Təxminən 2022-ci ilin sentyabr ayında bacısı Şahid1 dayandırılmış əlillik pensiyası bərpa olunaraq İİ qrup əlil kimi 327 (üç yüz iyirmi yeddi) manat pensiya almağa başlamışdır. Naridə təxminən 7-8 ay 327 manat əlillik pensiyası almışdır. Bundan başqa, o, bacısı Şahid1 əlillik pensiyasının bərpa olunduğunu görüb digər bacısı Abşeron rayonu, Hökməli qəsəbəsində yaşayan Şahid2 da dayandırılmış əlillik pensiyasının bərpa etdirmək qərarına gəlmiş, 2023-cü ilin mart ayında bayram qabağı Mərziyə onun evində qonaq olarkən ona xəstəliyi ilə əlaqədar tanışının köməkliyi ilə dayandırılmış əlillik pensiyasını bərpa etdirmək istəməsini demişdir. Mərziyə razılıq verdikdən sonra təxminən 2023-cü ilin aprel ayında xatırlamadığı gündə Şamxalla telefonla danışarkən ona ikinci bacısı Mərziyənin açıq ürək əməliyyatı keçirdiyini xəstəliklə bağlı əlil kimi pensiya aldığını və sonradan pensiyasının dayandırlıdığını, onun pensiyasının bərpa edilməsində köməklik etməsini xahiş etmişdir. Şamxal Mərziyənin ürək əməliyyat keçirməsi barədə sənədləri istəyərək həmin iş üçün ondan 6000 (altı min) manat pul istəmiş, həmin məbləğdə pulu hansısa vəzifəli şəxsə verəcəyini deməmiş və ad çəkməmişdir. O, Şamxala inanıb onun istədiyi məbləğdə pulu ona verəcəyinə dair razılaşandan sonra Şamxal Bakı şəhərində yerləşən 5 saylı xəstəxanada görüşmələrini təklif etmiş və Bakı şəhərinə gələrkən 1500 (min beş yüz) manat pul gətirməsini həmin pulla xəstəxanadan bəzi sənədlər düzəltdirəcəyini bildirmişdir. O, aprel ayının axırlarında xatırlmadığı gündə 1500 (min beş yüz) manat pulu götürüb bacısı Mərziyə ilə birlikdə Bakı şəhərində yerləşən 5 saylı Xəstəxananın qarşısına getmiş və orada Şamxalla görüşərək bacısı Mərziyənin xəstəlik epikrizlərini və 1500 (min beş yüz) manat pulu orada Şamxala vermişdir. Şamxal xəstəliklə bağlı pensiya məsələlərini 6 ay müddətdə bərpa olunacağını, lakin ona hörmət əlaməti olaraq 4 ay müddətinə düzəltdirəcəyi barədə vəd vermişdir. O, ertəsi gün Füzuli rayonuna qayıtmış, Şamxal istifadə etdiyi nömrənin «Whatsapp» ani yazışma proqramı vasitəsi ilə ona zəng edərək 4500 (dörd min beş yüz) manat pulu ona göndərməsini tapşırmışdır. O özündə olan 2700 (iki min yeddi yüz) ABŞ dollarını 4490 (dörd min dörd yüz doxsan) manat hesabı ilə Bakı şəhərinə taksi kimi işləyən bacısı oğlu Nemətə verərək Bakı şəhərində Şamxala çatdırmasını xahiş etmişdir. Şamxal 2700 ABŞ dollarını aldıqdan sonra həmin gün onun istifadə etdiyi nömrəyə zəng edib pulu götürdüyünü, lakin 10 (on) manatın çatmadığını dediyi üçün o, Nemətdən Şamxala öz cibindən 10 manat verməsini xahiş etmişdir. Nemət 10 manat pulu Şamxala vermişdir. Bacısı Naridə 7 ay əlillik pensiyası aldıqdan sonra təxminən 2023-cü ilin iyun ayında onun pensiyası yenidən dayandırılmışdır. O, Şamxalın Mərziyənin pensiyasını bərpa etdirmədiyi görüb onun istifadə etdiyi nömrəyə zəng edib bacısı Naridənin pensiyasının dayandırılmasının səbəbini soruşmuş, Şamxal Mərziyənin pensiyasının bərpa edilməsi üçün əlavə ondan 500 (beş yüz) manat pul istəmişdir. O, Şamxala inanmış, Şamxal «Whatsapp» ani yazışma proqramı vasitəsi ilə 4169 7388 1259 5803 nömrəli kartın foto şəkilini çəkib onun nömrəsinə göndərmiş, o, 30 iyun 2023-cü il tarixdə, saat 15:34-də özünə məxsus 416973******0579 nömrəli kartdan həmin karta 500 (beş yüz) manat məbləğində pulu köçürmüşdür. Bundan başqa, 22 sentyabr 2023-cü il tarixdə Şamxal onun istifadə etdiyi nömrəyə zəng edərək bacısı Naridənin pensiyasını ömürlük bərpa etdirmək üçün ondan 3000 (üç min) manat pul istəmiş, o, Şamxala inanıb onunla razılaşmış, həmçinin bacısı Mərziyənin əlillik dərəcəsinin qısa müddət ərzində həll etdirəcəyi barədə vəd vermişdir. O, 22 sentyabr 2023-cü il tarixdə, saat 16:09-da Füzuli şəhəri, Yeni yaşayış kompleksindeki Bazarstordan Şamxalın tapşırığı əsasında 4169 7388 1259 5803 nömrəli kart hesabına 3000 (üç min) manat pul köçürmüşdür. Bundan başqa, təxminən bir ay sonra yəni, 2023-cü ilin oktyabr ayının ortalarında xatırlamadığı gündə Şamxal onun istifadə etdiyi nömrəyə zəng edərək 1500 (min beş yüz) manat müqabilində Naridənin əlillik dərəcəsini ömürlük düzəldə biləcəyi barədə vəd vermiş, o, həmin məbləğə gücünün çatmadığını bildirmişdir. Şamxal ona 1200 (min iki yüz) manat göndərməsini 300 (üç yüz) manat pulu isə özündən qoyacağı barədə vəd verdiyindən o, ona inanıb razılaşmış və və Şamxalın tapşırığı əsasında xatırlamadığı gündə 1200 (min iki yüz) manat pulu Şahid6 adına olan 4169 7388 1259 5803 nömrəli kart hesabına göndərmişdir. Ertəsi gün Şamxal istifadə etdiyi ***-***-**-** saylı nömrənin «Whatsapp» ani yazışma proqramının səsli zəng xidməti vasitəsi ilə ona zəng edərək işlərin artın düzəldiyini deyərək şirinlik kimi ondan 200 (iki yüz) manat pul istədiklərini demiş, o, Şamxala inanıb həmin gün 200 (iki yüz) manat pulu onun tapşırığı əsasında arvadı Şahid6 adına olan 4169 7388 1259 5803 nömrəli kart hesabına köçürmüşdür. O, Şamxala göndərdiyi 1200 və 200 manat pulun qəbzlərini itirdiyindən təqdim edə bilmir. Həmçinin o, ilkin ərizə və izahatında Şamxala 16700 manat (on altı min yeddi yüz) manat pul verməsini göstərsədə sonradan hesablama aparmış və Şamxalın onun ümumilikdə 17465 (on yedd min dörd yüz altmış beş) manat pulunu ələ keçirdiyini müəyyən etmişdir. O, araşdırma zamanı Şamxalın arvadı Şahid6 adına olan kartın foto şəkilini və həmin kart hesabına göndərdiyi pulların qəbzini Füzuli rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı polis baş leytenantı Toğrul Əliyevə təqdim etmiş, Şamxalın onu aldadaraq 17465 (on yedd min dörd yüz altmış beş) manat pulunu ələ keçirməsini başa düşərək ondan həmin məbləğdə pulları qaytarmasını tələb etdikdə Şamxal ondan aldığı pulların bir hissəsini Təqsirləndirilən şəxs2 adlı, soyadlı həkimə verdiyini demişdir. O, 2024-cü ilin yanvar ayında Şamxalın istifadə etdiyi nömrəyə zəng etmiş, Şamxalın arvadı Şahid6 telefonu açaraq loteriya oynadığını ayın axırlarında 2700 (iki min yeddi yüz) manat pul göndərəcəyi barədə vəd vermiş, 01 fevral 2024-cü il tarixdə Şamxal özünün telefonuna kart foto şəkili göndərməsini xahiş etmişdir. O, öz adına olan *** **** 4033 0579 nömrəli kartının foto şəkilini çəkib Şamxalın nömrəsinə göndərmişdir. Şamxal həmin gün kart hesabına 2700 manat pul göndərmiş o, Şamxalın onu aldadaraq pulunu ələ keçirməsi ilə bağlı Füzuli rayon Polis şöbəsinə etdiyi müraciətlə bağlı Füzuli rayon Polis şöbəsinin İstintaq bölməsində cinayət işi başlanaraq istintaq aparılarkən Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, sonuncu ondan aldığı 17465 (on yeddi min dörd yüz altmış beş) manat pulu ona tam şəkildə ödədiyindən Təqsirləndirilən şəxs1lə barışmış, ondan şikayətinin və tələbinin olmaması ilə bağlı ərizə vermişdir. Bundan başqa, Zərərçəkmiş şəxs1 həmin ifadəsində göstərmişdir ki, Füzuli rayonu, 9 saylı Qayıdış qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs2 əri Vahid Cəfərov qardaşı Umudun əsgər yoldaşıdır. 2023-cü ilin iyun ayının əvvəllərində Vahid arvadı Simnarə ilə birlikdə qardaşı Umudgildə olarkən həmin vaxt Şamxal onun istifadə etdiyi nömrəyə zəng etmiş, onlar telefonda pensiyanın bərpası ilə danışmış o, Simnarəyə və Vahidə bacılarının dayandırılmış əlillik pensiyalarını Şamxalın vasitəsi ilə bərpa etdirməsini demişdir. Həmin vaxt Simnarə kürəkəni Xaliqində əlillik pensiyasını yanvar ayından dayandırıldığını və Xaliqin pensiyasının bərpa etdirməyi Şamxaldan xahiş etməsini istəmişdir. O, Şamxala bu barədə demiş, Şamxal Xaliqin dayandırılmış əlillik pensiyasını tanışları vasitəsi ilə bərpa etdirə biləcəyi barədə vəd vermiş, sonra Simnarə özü onun telefonu ilə Şamxalla danışaraq ondan kürəkəni Xaliqin dayandırılmış əlillik pensiyasının bərpa etdirməsini xahiş etmişdir. O, Şamxalın telefon nömrəsini Simnarəyə vermiş və bir neçə ay sonra Simnarə ona Şamxalın onun kürəkəni Şahid3 dayandırılmış əlillik pensiyasını bərpa etdirmək məqsədi ilə ondan 9000 (doqquz min) manat pul istədiyini, özünün 05 iyun 2023-cü il tarixdə 6000 (altı min) manat pulu Şamxalın arvadı Könülün kart hesabına köçürdüyünü, ondan bir ay sonra isə 3000 (üç min) manat pulu yenə də Şamxalın tapşırığı əsasında onun arvadı Şahid6 adına olan kart hesabına köçürdüyünü, Şamxalın vədinə əməl etmədiyini və Xaliqin pensiyasını bərpa etdirmədiyini görüb ondan pulunu qaytarmasını tələb etmişdir. Şamxal ona aldığı pulun hamısını Təqsirləndirilən şəxs2 verdiyini bildirmiş, o, Könüllə telefonla əlaqə saxlayarkən Könül Şamxalın yalnız ona 3000 (üç min) manat pul verdiyini bildirmişdir. Həmin məbləğdə pulu Təqsirləndirilən şəxs2 qardaşı Şahid4 hissəhissə bacısı Könülün əvəzindən Simnarəyə qaytarmışdır. Məhkəmə iclasları zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onunla barışıb, onlara dəymiş maddi ziyanı tam ödəmişlər, odur ki, onun təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi qalmamışdır və bu barədə yazılı ərizə təqdim edir. İş üzrə Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Füzuli rayonu, 9 saylı Qayıdış qəsəbəsi, 174 nömrəli evdə yaşayır. Kürəkəni Şahid3 2017-ci ildən 2023-cü ilin yanvar ayınadək əlil kimi pensiya almış və 2023-cü ilin yanvar ayında onun əlillik pensiyası dayandırılmışdır. O, 2023-cü ilin iyun ayının əvvəllərində xatırlamadığı gündə əri Vahidin tanışı Füzuli rayonu, 3 saylı Qayıdış qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs1 evində olarkən Yusif bacıları Naridə və Mərziyənin dayandırılmış əlillik pensiyalarını bərpa etdirmək üçün Şamxal adlı tanışına 17000 (on yeddi min) manatadək pul verdiyini bildirmişdir. O, kürəkəni Xaliqin heç yerdə işləmədiyini və ailəsini dolandırmaqda çətinlik çəkdiyini nəzərə alıb kürəkəni Şahid3 də dayandırılmış pensiyasının bərpa edilməsində köməklik etməsini xahiş etmişdir. Bundan sonra Yusif istifadə etdiyi nömrədən Şamxalın istifadə etdiyi nömrəyə zəng edərək onunla danışmış və onların eşitmələri üçün telefonu mikrofona qoyaraq bir nəfər tanışının əlillik pensiyasının bərpa edilməsində köməklik etməsini xahiş etmişdir. Şamxal Yusifə köməklik edə biləcəyi barədə vəd verəndən sonra telefonu ona vermiş, o, Şamxala pensiyası dayandırılan şəxsin kürəkəni olduğunu və ondan kürəkəni Xaliqin pensiyanın bərpa edilməsində köməklik etməsini xahiş etmişdir. Şamxal ona kürəkəninin pensiyasını 3 ay müddətinə tanışları vasitəsi ilə düzəltdirə biləcəyini, pensiyanı Azərbaycanda üç nəfər şəxsin bərpa etdirdiyini, həmin şəxsin biri də özü olduğunu, həmçinin kürəkəni Xaliqin əvvəlki 6 ay müddətinə dayandırılmış pensiyasını alacağı barədə vəd verərək ondan 9000 (doqquz min) manat pul istəmişdir. O, həmin pulu hansısa vəzifəli şəxsə verəcəyini deməmiş və ad çəkməmişdir. O, Şamxala inanmış ona həmin məbləğdə pulu iki dəfəyə verə biləcəyini bildirmişdir. Şamxal onunla razılaşandan sonra o, Şamxaldan istifadə etdiyi ********** saylı nömrəni götürüb ertəsi gün istifadə etdiyi ***-***-**-** saylı nömrədən «Whatsapp» ani yazışma proqramı vasitəsi ilə onunla əlaqə saxlayaraq yaxın günlərdə 6000 (altı min) manat bir ay sonra isə 3000 (üç min) manat pul göndərə biləcəyini demişdir. 05 iyun 2023-cü il tarixdə Şamxal istifadə etdiyi nömrənin «Whatsapp» ani yazışma proqramı vasitəsi ilə onun istifadə etdiyi nömrəyə kart foto şəkilini göndərmiş, o, həmin gün saat 16:12-də Füzuli rayonu, 8 saylı Qayıdıq qəsəbəsində yerləşən «Mandarin» marketə gedib 6000 (altı min) manat pulu Milliön elektron ödəmə sistemi vasitəsi ilə Şamxalın göndərdiyi 416973******5803 saylı kart hesabına köçürüb qəbzin foto şəkilini telefonuna çəkib Şamxalın istifadə etdiyi nömrəyə göndərmişdir. Şamxal həmin gün pulu götürdüyünü bildirmişdir. Bir neçə gün sonra Şamxal onun istifadə etdiyi nömrəyə zəng edərək 3000 (üç min) manat puluda yaxın günlərdə ona çatdırmasını tapşırdığına görə o, 2023-cü ilin iyul ayının əvvəllərində bir nəfər tanışlarından 3000 (üç min) manat pulu borc almış və 07 iyul 2023-cü il tarixdə, saat 18:50-də Füzuli rayonu, 8 saylı Qayıdış qəsəbəsində yerləşən «Mandarin» marketdən Milliön elektron ödəmə sistemi vasitəsi ilə Şamxalın göndərdiyi 416973******5803 saylı kart hesabına köçürüb qəbzin foto şəkilini telefonuna çəkib Şamxalın istifadə etdiyi nömrəyə göndərmişdir. O, Şamxaldan kürəkəni Xaliqin hansı tarixdə həkim komissiyasından keçəcəyini soruşarkən Şamxal hər dəfə ona yaxın günlərdə Xaliqin həkim komissiyasına çağırılacağı barədə vəd verərək vaxt qazanmışdır. O, Şamxalın onu aldadaraq 9000 (doqquz min) manat pulunu ələ keçirdiyini başa düşüb ondan ona göndərdiyi pulları qaytarmasını tələb etmiş, Şamxal ondan aldığı 9000 (doqquz min) manat məbləğində pulun hamısını Könül adlı həkimə verdiyini bildirmişdir. O, sonradan Zərərçəkmiş şəxs1 Şamxalın onun bacıları Naridə və Mərziyənin əlillik pensiyalarını bərpa etdirmədiyini və ondan aldığı pulları qaytarmadığını eşitmişdir. O, Zərərçəkmiş şəxs1 Könül adlı qadının istifadə etdiyi ***-***-**-** saylı nömrə alıb onunla telefonla əlaqə saxlamış, Könül ona əslən Ağdamlı olduğunu və Bakı şəhərində yaşadığını bildirərək Şamxalın Xaliqin pensiyasını bərpa etdirmək məqsədi ilə ona 3000 (üç min) manat pul verdiyini, qalan 6000 (altı min) manat puldan xəbərinin olmadığını bildirmişdir. Könül ona kürəkəni Xaliqin yaxın günlərdə həkim komissiyasından keçmək üçün çağırılacağı barədə vəd versə də, sonradan kürəkəni Xaliqin həkim komissiyasına çağırılmadığın görüb Könüldən Şamxalın ona çatdırdığı 3000 (üç min) pulu qaytarmasını tələb etmiş, Könül ona hazırda imkanının olmadığını və yaxın günlərdə 3000 (üç min) manat pulu qaytara demişdir. O, sonradan Könülün qardaşı Ağdam rayon Ruhi Əsəb dispanserinin baş həkimi vəzifəsində işləyən Anar həkimin telefon nömrəsini əldə edib ona bacısı Könülün Şamxalla əlbir olub kürəkəninin əlillik pensiyasını bərpa etdirmək adı ilə ondan 9000 (doqquz min) manat aldıqlarını bildirmişdir. Anar həkim bacısı Könüllə danışıb ona məlumat verəcəyi barədə söz verdikdən bir neçə gün sonra Anar həkim onun istifadə etdiyi nömrəyə zəng edərək bacısı Könüllə danışdığını, Şamxalın onun bacısı Könülə 3000 (üç min) manat pul verdiyini və həmin məbləğdə pulu bacısı Könülün əvəzindən özünün qaytaracağı barədə vəd vermişdir. 2024-cü ilin avqust ayının əvvəllərində Anar həkim istifadə etdiyi 050-364- 68-64 saylı nömrədən onun istifadə etdiyi nömrəyə əng edərək bacısı Könülün əvəzindən 2000 (iki min) manat bir ay sonra isə 1000 (min) manat pulu göndərə biləcəyini və ona kart nömrəsi deməsini tapşırmışdır. O, əri Vahid Cəfərovun adına olan kartın nömrəsini Anar həkimə dedikdən sonra sonuncu 05 avqust 2024-cü il tarixdə 2000 (iki min) manat, 31 avqust 2024-cü il tarixdə isə 1000 (min) manat pulu əri Vahid Cəfərovun adına kart hesabına göndərmişdir. O, Şamxalın ona göndərdiyi kart hesabına köçürdüyü 9000 (doqquz min) manat puldan cəmi 3000 (üç min) manatını almış, qalan 6000 (altı min) manatı isə Təqsirləndirilən şəxs1 tələb edir. O, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Milliön elektron ödəmə sistemi ilə göndərdiyi 600 (altı min) manatın və xx.xx.2023cü il tarixdə göndərdiyi 3000 (üç min) manatın qəbzlərini izahatına əlavə etmişdir. Məhkəmə iclasları zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onunla barışıb, onlara dəymiş maddi ziyanı tam ödəmişlər. Odur ki, onun təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi qalmamışdır və bu barədə ərizə təqdim edir. İş üzrə Şahid5 ifadəsində göstərmişdir ki, o, 2000-ci ildən məcburi köçkün kimi Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yaşayır və fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. Füzuli rayonu, 3 saylı Qayıdış qəsəbə sakini Zərərçəkmiş şəxs1 dayısıdr. Abşeron rayonu, Binəqədi qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs1 2022-ci ildən tanıyır. Onunla ədavəti, düşmənçiliyi və qohumluq əlaqəsi yoxdur. Anası Şahid2 2017-ci ildən İİ qrup əlil kimi pensiya almış, 2023-ci ilin mart ayında onun pensiyası dayandırlmışdır. 2023-cü ilin aprel ayında xatırlamadığı gündə idarə etdyi avtomobillə Füzuli rayonu, 3 saylı Qayıdış qəsəbəsinə dayısı Zərərçəkmiş şəxs1 evlərinə qonaq olarkən Yusif ona Şamxal adlı şəxsin istifadə etdiyi telefon nömrəsini və 2700 (iki min yeddi yüz) ABŞ dolları verərək Şamxalla əlaqə saxlayıb 2700 (iki min yeddi yüz) ABŞ dollarını Bakı şəhərində ona çatdırmasını xahiş etmişdir. O, həmin gün Bakı şəhərinə çıxmış və Bakı şəhəri, Dərnəgül qəsəbəsi, Politexnik institunun yataqxanasının yaxınlığında Şamxalla görüşərək 2700 (iki min yeddi yüz) ABŞ dollarını orada Şamxala vermişdir. Ondan bir neçə dəqiqə sonra dayısı Yusif yenidən ona zəng edərək əlavə olaraq Şamxala 10 (on) manat pul verməsini tapşırmış, o, 10 (on) manat pulu Şamxala vermişdir. Sonradan dayısı Yusif ona anası Mərziyənin və xalası Naridənin dayandırılmış əlillik pensiyalarının bərpa edilməsi məqsədi ilə Şamxala ümumilikdə 17465 (on yeddi min dörd yüz altmış beş) manat pul çatdırdığını, Şamxalın vədinə əməl etmədiyini və həmin məbləğdə pulu ələ keçirdiyini bildirmişdir. İş üzrə Şahid6 ifadəsində göstərmişdir ki, o, 20 oktyabr 2014-cü il tarixdə Təqsirləndirilən şəxs1 ilə ailə həyatı qurmuşdur. Həmin nikahlarından iki azyaşlı uşaqları var, Təqsirləndirilən şəxs2 Cəlal qızını təxminən iki ildir ki, tanıyır. Onunla ədavəti, düşmənçiliyi və qohumluq əlaqəsi yoxdur. Təqsirləndirilən şəxs2m əri Şamxalın vasitəsi ilə tanımış, sonradan əri Şamxalın ayrı-ayrı şəxslərin əlillik pensiyalarını bərpa etdirmək məqsədi ilə aldığı pulları Təqsirləndirilən şəxs2 verdiyini öyrənmişdir. 4169 7413 2393 9163 və 4169 7388 1259 5803 nömrəli kartlar onun adına olsa da, həmin kartlar həmişə əri Təqsirləndirilən şəxs1 olur. O, 2024-cü ilin yanvar ayında əri Şamxalın kiminləsə telefonla danışarkən əsəbləşdiyini görüb telefonu ondan almış, həmin şəxs Füzuli rayon sakini və adının Yusif olduğunu, Şamxala pensiya işi ilə bağlı pul verdiyini, işinin düzəlmədiyini və Şamxalın həmin pulu qaytarmadığını bildirmişdir. Şamxal ona Yusifin bacılarının pensiyasının bərpa edilməsi məqsədi ilə aldığı pulları Təqsirləndirilən şəxs2 verdiyini və konkret olaraq verdiyi pulların məbləğini deməmişdir. O, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 pullarını alıb qaytarmaqda köməklik edəcəyi barədə vəd vermişdir. Ondan sonra Təqsirləndirilən şəxs2 ilə telefonla əlaqə saxlamış, ona Yusif adlı şəxsin əri Şamxalı narahat edərək pullarını tələb etməsini bildirmişdir. Könül ona 05 fevral 2024-cü il tarixədək ona 2700 manat pulu qayara biləcəyi barədə vəd vermişdir. Təxminən 02 fevral 2024- cü il tarixdə Könüllə Bakı şəhərində yerləşən Zeyd kafesində birində görüşmüş, Könül 2700 (iki min yeddi yüz) manat pulu əri Şamxala vermiş, Şamxalda həmin məbləğdə pulu Yusifin kart hesabına köçürmüşdür. Sonradan əri Şamxalın Könüllə telefonla danışarkən ona verdiyi pulları tələb etməsini eşitmişdir. O, bir neçə dəfə əri Şamxalın Təqsirləndirilən şəxs2 pul verməsini görsə də, həmin pulları hansı məqsədlə verdiyini və Şamxalın Təqsirləndirilən şəxs2 ayrı-ayrı şəxslərin əlillik pensiyalarını bərpa etdirmək məqsədi ilə hansı məbləğdə pul verməsini bilmir. İş üzrə Şahid4 Calal oğlu ifadəsində göstərmişdir ki, 2000-ci ildən Ağdam rayon Ruhi Əsəb dispanserində həkim, 17 iyun 2023-cü il tarixdən isə baş həkim vəzifəsində işləyir. Könül Bağırovova doğma bacısıdır. Könül 15 avqust 1997-ci ildən Ağdam rayon Üçoğlan kənd xəstəxanasına terapevt həkim qəbul edilmiş və sonradan Ağdam rayon Mərkəzi Xəstəxanasında həkim kimi işləmişdir. 30 dekabr 2019-cu il tarixdə işdən azad edilmiş, hazırda heç yerdə işləmir və Bakı şəhərində oğlanları ilə birlikdə yaşayır. Onunla münasibəti normal deyildir. 2024-cü ilin yanvar ayının ortalarında adını Yusif kimi təqdim edən şəxs onun istifadə etdiyi nömrəyə zəng edərək onunla görüşmək istəməsini bildirmiş, Yusifin təklifi əsasında həmin gün Ağcabədi rayonu, Sarıcalı kəndinin ərazisində yerləşən çayxanaların birində görüşərkən əvvəllərdən tanıdığı Ağdam rayon sakini Şamxalda oraya gəlmiş, birlikdə oturub çay içərkən Yusif Şamxala sənədlə bağlı müəyyən miqdarda pul verdiyini, Şamxalın isə həmin pulların bir hissəsini bacısı Könülə çatdırdığını, vədlərinə əməl etmədiklərini və pulları qaytarmaq istəmədiklərini bildirmişdir. O, Yusif və Şamxala bacısı Könüllə küsülü olduğunu bildirərək onun oğlu Tuğaydan bu barədə soruşub onlara məlumat verəcəyi barədə söz vermişdir. O, həmin gün bacısı oğlu Tuğayın istifadə etdiyi nömrəyə səs ataraq ona Yusiflə Şamxalın onunla görüşdüklərini və problemin nədən ibarət olmasını öyrənib həmin məsələni həll edilməsini tapşırmışdır. Tuğay ona heç bir məlumat verməmiş, bir neçə gün sonra Zərərçəkmiş şəxs1 yenidən onun istifadə etdiyi nömrəyə zəng etmiş, o, ona Könüllə əlaqə yaradacağı və sonra məlumat verəcəyi demişdir. Sonradan Şamxalda ona zəng edərək bacısı Könülün pensiya düzltmək məqsədi ilə ona pul verdiyini Könülün vədinə əməl etmədiyini və aldığını pulları qaytarmadığını bildirmişdir. 2024-cü ilin mart ayının ortalarında Zərərçəkmiş şəxs1 onun istifadə etdiyi nömrəyə zəng edərək bacısı Könülün onu bacısından 4000 (dörd min) manat pulu borc olaraq aldığını və həmin pulu Könüldən istəməyə utandığını həmin pulun qaytarılmasında bacısı Könülə təsir etməsini xahiş etmişdir. O, Yusifə bacısı Könülün işləmədiyini, oğlunun birinin əlil olduğunu və onlara özünün baxdığını bildirərək imkanı olduğu halda bacısı Könülün borc aldığı 4000 (dörd min) manat pulu onun əvəzindən hissə-hissə qaytaracağına dair vəd vermiş, Yusiflə aralarında olan razılaşmaya əsasən 2024-cü ilin aprel-iyun ayı ərzində 4 dəfəyə olmaqla 4000 (dörd min) manat pulu Zərərçəkmiş şəxs1 kart hesabına köçürmüşdür. O, Zərərçəkmiş şəxs1 göndərdiyi pulların qəbzlərini saxlamadığından təqdim edə bilmir. Həmin pullar özünə məxsus olmuş, Zərərçəkmiş şəxs1 şikayəti və tələbi yoxdur. Bundan başqa, 2024-cü ilin avqust ayının əvvəllərində sonradan adını Simnarə kimi təqdim edən Füzuli rayon sakini istifadə etdiyi nömrəyə zəng edərək Təqsirləndirilən şəxs1 pensiya işi bağlı 9000 (doqquz min) manat pul verdiyi, Şamxalın vədinə əməl etmədiyini, ondan həmin məbləğdə pulu qaytarmasını tələb etdikdə, Şamxalın 9000 (doqquz min) manat pulu Könülə çatdırdığını, Könülün isə həmin puldan Şamxalın ona 3000 (üç min) manat verdiyini deməsini bildirmişdir. O, bacısı oğlu Tuğayla əlaqə saxlayaraq Şamxalın Simnarədən aldığı puldan hansı miqdarda anası Könülə verməsini öyrənməsini soruşmuş, Tuğay ona anası ilə danışdığını və Şamxalın Simnarədən pensiya ilə bağlı aldığı puldan 3000 (üç min) manat pulu ona verməsini deməsini bildirmişdir. Bacısı Könülün həmin məbləğdə pulu ona qaytarmağa imkanı olmadığından Simnarə ona növbəti dəfə zəng etdikdə ona bacısı Könülün əvəzindən 3000 (üç min) manat pulu hissə-hissə ona ödəyəcəyi barədə vəd vermişdir. Simnarə ilə aralarında olan razılaşmaya əsasən 05 avqust 2024-cü il tarixdə 2000 (iki min) manat, 31 avqust 2024-cü il tarixdə 1000 (min) manat pulu Simnarənin ərinin kart hesabına köçürmüşdür. İş üzrə Şahid1 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, 2012-ci ildən məcburi köçkün kimi Bakı şəhəri, Suraxanı rayonu,Günəşli qəsəbəsində yerləşən uşaq baxçasında müvəqqəti yaşayır. Qonşusu Mətanət adlı qadınla 2022-ci ilin təxminən avqust ayının əvvəllərində söhbət edərkən ona əlillik pensiyasının dayandırılması demiş, Mətanət ona Abşeron rayonu, Binəqədi Gənclər şəhərciyində yaşayan Şamxal adlı qohumunun olduğunu və Şamxalın dayandırılmış pensiyaları tanışlarının vasitəsi ilə bərpa etdirdiyini bildirmişdir. O, bu barədə əvvəllər Füzuli rayon Polis şöbəsində polis nəfəri işləmiş və hazırda təqaüddə olan Füzuli rayonu, 3 saylı Qayıdış qəsəbəsində yaşayan qardaşı Yusifə demiş, sonuncunun sözü ilə Mətanətdən Şamxalın ***-***-**-** saylı nömrəsini alıb qardaşı yusifə vermişdir. Bir neçə gün sonra Yusif onun istifadə etdiyi nömrəyə zəng edərək Şamxalla danışdığını və onun dayandırılmış əllilik pensiyasını bərpa etdirəcəyi barədə vəd verdiyini bildirmişdir. Ondan bir neçə gün sonra qardaşı Yusif Bakı şəhərinə gəlmiş və Şamxalla görüşdüyünü Şamxalın onun pensiyasını bərpa etdirmək məqsədi ilə ondan 6500 (altı min beş yüz) manat pul istəməsini bildirmişdir. O, həmin vaxt pulum olmadığından qardaşı Yusifdən həmin məbləğdə pulu özündən Şamxala verməsini xahiş etmişdir. Yusif 19 avqust 2022-ci il tarixdə Şamxalın ona göndərdiyi kart hesabına 6500 (altı min beş yüz) manat pul göndərdiyini demişdir. Təxminən 2022-ci ilin sentyabr ayında dayandırılmış pensiyası bərpa olunmuş və 2-ci qrup əlil kimi hər ay 327 (üç yüz iyirmi yeddi) manat pensiya almışdır. Sonradan qardaşı Yusif ona Abşeron rayonu, Hökməli qəsəbəsində yaşayan bacısı Mərziyənində əlillik pensiyasını dayandırıldığını və Şamxalın vasitəsi ilə onun əlillik pensiyasını bərpa etdirmək üçün pul verdiyini bildirdi. Onun bir neçə ay sonra pensiyası dayandırıldı. Sonradan Yusif ona Şamxalın pensiyasını birdəfəlik bərpa etdirmək üçün ondan 1200 (min iki yüz) manat, şirinlik kimi ondan 200 (iki yüz) manat pul istədiyini və həmin məbləğdə puluda onun kart hesabına köçürdüyünü demişdir. Onun və bacısı Mərziyənin dayandırılmış əlilik pensiyaları bərpa edilmədiyindən Yusif Şamxaldan həmin məbləğdə pulu qaytarmasını tələb etməyə başlamışdır. Şamxal isə işləri düzəltdirəcəyi barədə vəd verərək vaxt qazanmış, daha sonra isə aldığı pulları Təqsirləndirilən şəxs2 verdiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs2 telefon nömrəsini əldə edib onunla əlaqə yaratmış, Könül ona işi bağlı Şamxalın 5000 (beş min) manat pul verdiyini demiş, həmin vaxtdan sonra Könüllə münasibəti yaranmış, 2024-cü ilin yanvar ayında Könül ondan bir ay müdətinə qaytarmaq şərti ilə 4000 (dörd min) manat pul istəmiş və həmin məbləğdə pulu ona borc olaraq vermişdir. Bir ay sonra Könüldən pulunu qaytarmasını tələb etdikdə Könül ona yaxın günlərdə borc olaraq aldığı pulu qaytaracağı barədə vəd versədə sonradan telefon nömrələrinə zəng çatmadığından bu barədə qardaşı Yusifə demiş, X18 rayonunda yaşayan qardaşı Anar həkimlə əlaqə saxlamış və Anar həkim bacısı Könülün əvəzindən 4000 (dörd min) manat pulu Yusifə qaytarmışdır. Təqsirləndirilən şəxs2 verdiyi 4000 (dörd min) manat borc pulla bağlı Təqsirləndirilən şəxs2 şikayəti və tələbi yoxdur. Qardaşı Yusif ona Şamxala onun və bacısı Mərziyənin dayandırılmış əlillik pensiyalarını bərpa etdirmək məqsədi ilə 17465 (on yeddi min dörd yüz altmış beş) manat pul verdiyini və Şamxaldan bu ilin fevral ayında Füzuli rayon Polis şöbəsinə etdiyi şikayət əsasında cinayət işinin başlandığını və Şamxalın barəsində həbs qətimkan tədbiri seçiləndən sonra Şamxalın həmin məbləğdə pulu ona qaytardığını, hazırda Şamxalla barışdıqlarını ondan şikayətinin və tələbinin olmadığını bildirmişdir. İş üzrə Şahid2 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, o, zərərçəkimş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiklərini özünə aid hissədə bir daha təsdiq etmiş, həmçinin ifadəsində qardaşı Zərərçəkmiş şəxs1 onun dayandırılmış əlillik dərəcəsinin bərpa etdirmək məqsədi ilə Təqsirləndirilən şəxs1 verdiyi pulların Yusifə məxsus olduğunu göstərmişdir. Məhkəmə iclasında iş materialları tədqiq edilmişdir. Belə ki: İstintaq zamanı Təqsirləndirilən şəxs1 ilə şahid qismində dindirilmiş X3 ifadələri arasında olan ziddiyyətlərin aydınlaşdırılmasından ötrü onların arasında üzləşdirmə keçirilmiş, üzləşmə zamanı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 bacıları Naridə və Mərziyənin dayandırlımş əlillik pensiyalarının bərpa etdirmək üçün çatdırdığı pullardan 8700 (səkkiz min yeddi yüz) manat pulu Bakı şəhərində ona verdiyini, Təqsirləndirilən şəxs2 isə onun 8700 (səkkiz min yeddi yüz) manat deyil, 5300 (beş min üç yüz) manat verdiyini və ondan aldığı həmin məbləğdə puldan 2700 (iki min yeddi yüz) manatını 01 fevral 2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 çatdırması üçün Bakı şəhəri, Nəsimi rayonu ərazisində ona qaytardığını onun üzünə qarşı bir daha demişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 ifadələri arasında olan ziddiyyətlərin aydınlaşdırılmasından ötrü onların arasında üzləşdirmə keçirilmiş, üzləşmə zamanı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 kürəkəni Şahid3 dayandırılmış əllillik pensiyasının bərpa etdirmək məqsədi ilə ondan 9000 (doqquz min) manat pul istədiyini, Simnarənin 2023-cü ilin iyun-iyul ayları ərzində ona göndərdiyi həmin məbləğdə pulu Bakı şəhərində ona verdiyini Təqsirləndirilən şəxs2 üzünə demiş, sonuncu isə ondan 9000 (doqquz min) manat istəmədiyini və iki dəfəyə olmaqla, cəmi 3000 (üç min) manat pul aldığını Təqsirləndirilən şəxs1 üzünə bir daha demişdir. İstintaq zamanı şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ilə zərərçərkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadələri arasında olan ziddiyyətlərin aydınlaşdırılmasından ötrü onların arasında üzləşdirmə keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs1 bacısı Şahid1 dayandırılmış əlillik pensiyasını bərpa etdirmək məqsədi ilə aralarında olan razılaşmaya əsasən onun tapşırığı əsasında 19 avqust 2022-ci il saat 18:37:59-da Füzuli rayonu,1 saylı Qayıdış qəsəbəsi, Horadiz yolu, «Elmin» marketdən «eManat» ödəmə terminalı vasitəsi ilə 4169 7413 2393 9163 nömrəli kart hesabına 6555 (altı min beş yüz əlli beş) manat, 19 avqust 2022-ci il saat 18:47:46-da Füzuli rayonu, 1 saylı Qayıdış qəsəbəsi, Horadiz yolu, «Elmin» marketdən «eManat» ödəmə terminalı vasitəsi ilə 4169 7413 2393 9163 nömrəli kart hesabına 10 (on) manat, bacısı Şahid2 dayandırılmış əlillik pensiyasını bərpa etdirməsi üçün aralarında olan razılaşmaya əsasən 2023-cü ilin aprel ayının axırlarında 1500 (min beş yüz) manat pulu Bakı şəhəri, 5 saylı xəstəxananın həyətində ona verdiyini, həmin pulu Alik adlı şəxsə verməsini görmədiyini, ertəsi gün 4500 (dörd min beş yüz) manat qohumu Şahid5 vasitəsi ilə ona Bakı şəhərində çatdırdığını, əlavə olaraq Şahid2 pensiyasını bərpa etdirmək məqsədi ilə 500 (beş yüz) manat, 30 iyun 2023-cü il tarixdə, saat 15:34-də özünə məxsus 416973 ****** 0579 nömrəli kart vasitəsi ilə 4169 7388 1259 5803 nömrəli kart hesabına köçdüyünü, bacısı Şahid1 pensiyasını müddətsiz bərpa etdirəcəyi barədə aralarında olan razılaşmaya əsasən 22 sentyabr 2023-cü il tarixdə, saat 16:09-da Füzuli şəhərində yerləşən «Bazarstore» marketdəki mpay elektron ödəmə sistemi vasitəsi ilə 3000 (üç min) manatı, 4169 7388 1259 5803 nömrəli kart hesabına, 2023-cü ilin oktyabr ayında bacısı Şahid2 pensiyasını müddətsiz bərpa etdirəcəyi barədə razılaşmaya əsasən elektron ödəmə sistemi vasitəsi ilə 1200 (min iki yüz) manatı, 4169 7388 1259 5803 nömrəli kart hesabına və işlərin düzəldiyini bildirərək şirinlik kimi istədiyi 200 (iki yüz) manatı, 4169 7388 1259 5803 nömrəli kart hesabına köçürdüyünü, ümumilikdə 17465 (on yeddi min dörd yüz altmış beş) manat pulu ona çatdırdığını, Təqsirləndirilən şəxs1 üzünə qarşı bir daha demişdir. "xxxx" ASC-dən 02 aprel 2024-cü il tarixdə verilmiş 2024/111/8581 №-li məktubdan görünür ki, 4116974******9163 və 416973******5803 nömrəli plastk kartların Şahid6,416973******1268 nömrəli plastik kartın X2 istifadəsində olduğu müəyyən edilmişdir. Məktuba əlavə edilmiş istifadəçilərin anket məlumatından görünür ki, Şahid6n xx.xx.1987-ci ildə Ağdam rayonu, Qiyaslı kəndində anadan olmuş, X10 xx.xx.1994-cü ildə Şəmkir rayonu, Diyarlı kəndində anadan olmuşdur. Zərərçəkmiş şəxs1 təqdim etdiyi qəbzlərin surətindən görünür ki, o, 19 avqust 2022ci il saat 18:37:59-da Füzuli rayonu, 1 saylı Qayıdış qəsəbəsi, Horadiz yolu, «Elmin» marketdən «eManat» ödəmə terminalı vasitəsi ilə 4169 7413 2393 9163 nömrəli kart hesabına 6555 (altı min beş yüz əlli beş) manat, 19 avqust 2022-ci il saat 18:47:46-da Füzuli rayonu,1 saylı Qayıdış qəsəbəsi, Horadiz yolu, «Elmin» marketdən «eManat» ödəmə terminalı vasitəsi ilə 4169 7413 2393 9163 nömrəli kart hesabına 10 (on) manat, xx.xx.2023-cü il saat 15:34-də 416973******0579 nömrəli kart hesabından 416973******5803 nömrəli kart hesabına 500,00 (beş yüz) manat, 22 avqust 2023-cü il, saat 16:09-da «Bazarstore» Füzuli şəhəri, Yeni yaşayış kompleksindən 4396 nömrəli ödəmə terminalı vasitəsi ilə 4169******5803 nömrəli kart hesabına 3000 (üç min) manat pul köçürmüşdür. Həmin qəbzlər cinayət işi üzrə 17 sentyabr 2024-cü il tarixdə sübutların qiymətləndirilməsi haqqında qərarda maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Zərərçəkmiş şəxs2 təqdim etdiyi qəbzlərin surətindən görünür ki, o, xx.xx.2023-cü il, saat 16:12:05-də Füzuli rayonu, 8 saylı Qayıdış qəsəbəsi, «Mandarin» marketdən «Milliön» elektron ödəmə terminalı vasitəsi ilə 416973 ******5803 nömrəli kart hesabına 6000 (altı min) manat, xx.xx.2023-cü il, saat 18:50:10-da Füzuli rayonu, 8 saylı Qayıdış qəsəbəsi, «Mandarin» marketdən «Milliönt» elektron ödəmə terminalı vasitəsi ilə 416973******5803 nömrəli kart hesabına 3000 (üç min) manat pul köçürmüşdür. Həmin qəbzlər 17 sentyabr 2024-cü il tarixdə sübutların qiymətləndirilməsi haqqında qərarda maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs1 müdafiəçisi X8 təqdim etdiyi 01 ədəd yadaş kartına baxış zamanı müəyyən edilmişdir ki, kartda 99 ədəd fayl vardır. 1- ci faylda-Bir nəfər qadın səsi ilə deyir. Görək nə təhər yekunlaşdırırıq bu həftə bu cındırlarınan 2- ci faylda-Yəni dedim məni axtarsan bu nömrəni yığ 3- cü faylda-Müsübət qımışığ ey bir-birimizi and ola allaha 4- cü faylda-Salam qadan alım. Sağ ol başına dönüm uşaqların nə təhərdir a Şamxal? Şamxal bunların dədəsinə elə ferdləmişəm ki, qurana and olsun görərsən bunlar əgər mənim bu həftə işlərimi verməsələr sən baxarsan. 5- ci faylda Yox ey hamısın nə hamısın nə təhər yəni məni oynadırlar? Orada demişəm bir dənə Həmizəni deyə bilmirəm. Hamısını 6- ci faylda-Sabahın xeyir nə təhərəsən qaqa. İşlər hazırdır. Hamısının pulları verilib. Götürülüb veriləcək hamısı bir-bir götürülüb veriləcək.Toplam yox. Allaha and ola mən istəmirəm ey sən kiminləsə kontakta salam gedəsən adını tanıyalar, bilələr. Götürüb veriləcək. Prosto mənəm də ortalıqda. Bu gün istəyirdim gələm Könüllə bəzi söhbətlər var.Onu eliyəjəm. O, şeyə görə işim var Könülünən. 7- ci faylda-Sən bilirsən nəyi demək istəyirəm. Qadan alım demək istəyirəm ki, o gün dedin ey borc götürmüşəm. Mən öz kartımda pul saxlamışam. Neçə vaxtdər. Sən o pulu verdin dedin ey borc götürmüşəm. Bir adamdan yəni izah etmək istəyirəm ki,mənim kartımda pul var 500 manat əgər o sənin sosialın keçməsə mənə onu naxadi kartına vuracağam. Vəfanı onu 25-dən sonra yəni sənə izah etmək istəyirəm. O, danışdı kı,anketin üstündə Vəfanın nömrəsi olub. Oda həmin nömrəni yığıb əri ilə danışıb. O, qadınlar var ey Nərgiz, Mərziyə, Xədicə var ey onların işi yekunlaşıb.Onlar bu ay alacaqlar. Bu ayın sonunda sənin işin qalmayacaq inşallah. 30-cu faylda 0:48 saniyə qeydə alınmışdır: Həmin faylda bir kişi səsi ilə deyir.Doktor qabaqdan gəlmişlik eləməyin xahiş eliyirəm. Yusif bayaqdan məni bezdirib. Deyir ki, mənim bajıma nə atqaz sənədi atıb nə də təsdiq sənədi. O, yalandan fırıldaq danışır. Nədə zəng eliyirəm mənim telefonumu açmır. Konkret mənim telefonumu açsın. Mənə zəng eləsin desin ki,ya sənin bajının sənədi Naridənin ki, düzəlib ya düzəlməyib. Bəsdi də poxu zəng elə denən əl çəksin mənnən yapışıb yaxamdan əl çəkmir. Mənim gejəm gündüzüm yoxdur. Maşında sürə bilmirəm. Obaşa gedirəm zırt zəng edir. Bu başa gedirəm zırt zəng edir. Bir saatdır telefonda mənnən danışır. Zəng elə camaata sözünü dedi. Qardaş camaatın pulunu almısan işin görə bilirsən gör.Yoxsa denən məndən əl çəksin. Deyir mənə niyə belə hörmətsizlik edir. Onun başına elə oyun açaram kı dizin-dizin dalımca sürünər. Mənim telefonumu açsın mənə cavab versin. 1 ədəd yaddaş kartında digər səslərə qulaq asılsa da həmin səslər iş üçün sübuti əhəmiyyət kəsb etmədiyindən protokola daxil edilməmiş, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 telefonuna yazdığı 24 vərəqdən ibarət mesajlar printer vasitəsi ilə çap edilərək cinayət işinin materiallarına əlavə edilmiş və 01 ədəd yaddaş kartı 17 sentyabr 2024-cü il tarixdə sübutların qiymətləndirilməsi haqqında qərarda maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs1 vəkili X13 28 avqust 2024-cü il tarixdə vəsatət verərək Təqsirləndirilən şəxs2 səs yazılarında Zərərçəkmiş şəxs1 hazırkı işlə bağlı pul qaytardığını etiraf etməsi həmin halların araşdırılması ilə əlaqədar 02 ədəd CD diskə köçürülmüş səs yazısını təqdim etmiş, vəkil X8 vəsatəti təmin edilərək onun təqdim etdiyi 02 ədəd diskə baxış keçirilmişdir. 02 ədəd CD disklərdə olan səs yazılarından görünür ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 evində olarkən ona Zərərçəkmiş şəxs1 4500 (dörd min beş yüz) manat pul qaytardığını demişdir. 2 ədəd disk 17 sentyabr 2024-cü il tarixdə sübutların qiymətləndirilməsi haqqında qərarda maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. İstintaq zamanı Zərərçəkmiş şəxs1 10 avqust 2024-cü il tarixdə Füzuli rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs1 onu aldadaraq ələ keçirdiyi 17465 (on yeddi min dörd yüz altmış beş) manat pulu tam şəkildə ödədiyini Təqsirləndirilən şəxs1lə barışdığını, ondan şikayətinin və tələbinin olmadığını bildirərək ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 17 sentyabr 2024-cü il tarixli qərara əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası CM-nin 178.2.3, 308, 309, 311, 32.4,312 və 179-cu maddələrinin tərkibi olmadığından, Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası CM-nin 178.2.3, 308, 309, 310, 311, 32.4,312 və 179-cu maddələrinin tərkibi olmadığından barələrində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmişdir. xx.xx.2023-cü il tarixli, AZ İV 892394 №-li və AZ İV 892395 №-li “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 16 may 2023-cü ildə doğulmuş Zeynəb Əliyeva adlı, soyadlı bir qız övladı və Fürqan Əliyev adlı, soyadlı bir oğlan oğlan övladı vardır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-də xx.xx.2024-cü ildə yoxlanılmış tələbnamədən və iş materiallarından görünür ki, xx.xx.1986-cı ildə Ağdam rayonu, Qiyaslı kəndində doğulmuş, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-də xx.xx.2024-cü ildə yoxlanılmış tələbnamədən və iş materiallarından görünür ki, xx.xx.1974-cü ildə Ağdam rayonu, Yusifcanlı kəndində doğulmuş, Təqsirləndirilən şəxs2n barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən, müvafiq olaraq Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olması, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi və dəymiş maddi ziyanın tam ödənilməsi onun cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal yoxdur. Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi və dəymiş maddi ziyanın tam ödənilməsi onun cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal yoxdur. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istinad edilən cinayətin onların tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi üzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi halını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, maddi ziyanı ödəməsi, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi, əvvəllər məhkum edilməməsindən ibarət məsuliyyətini yüngülləşdirən halların olduğunu, məsuliyyətini ağırlaşdıran halların olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cinayət qanunvericiliyinin göstərilən müddəalarına və iş üzrə cəza təyin edərkən nəzərə aldığı hallara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının 03 il müddətə təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 52-1.2 və 52-1.3.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə barəsində təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını çəkəcəyi müddət ərzində yaşayış yerini hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, onun davranışı üzərində nəzarətin həyata keçirilməsi Abşeron rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş materiallarına əsasən müəyyən edilir ki, 20 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuş, 22 iyul 2024-cü il tarixdə Füzuli Rayon Məhkəməsinin qərarı ilə barəsində 02 (iki) ay 10 (on) gün müddətində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 05 avqust 2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilmiş və barəsində həbs qətimkan tədbiri seçilmiş, Füzuli rayon Məhkəməsinin 14 avqust 2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs həmin müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, 30 sentyabr 2024-cü il tarixdə isə barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, həmçinin, göstərilənlərə əsasən Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi halını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, maddi ziyanı ödəməsi, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi, qadın olmasını, əvvəllər məhkum edilməməsindən ibarət məsuliyyətini yüngülləşdirən halların olduğunu, məsuliyyətini ağırlaşdıran halların olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cinayət qanunvericiliyinin göstərilən müddəalarına və iş üzrə cəza təyin edərkən nəzərə aldığı hallara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının 02 il 03 aymüddətə təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 52-1.2 və 52-1.3.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə barəsində təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını çəkəcəyi müddət ərzində yaşayış yerini hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, onun davranışı üzərində nəzarətin həyata keçirilməsi Bakı Şəhəri Probasiya Şöbəsinə tapşırılmalıdır. İş materiallarına əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 barəsində 19 sentyabr 2024-cü il tarixdə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri nəzərə alınmışdır. Məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İşdə maddi sübutlar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 təqdim etdiyi qəbzlər, 01 ədəd yaddaş kartı və 02 ədəd CD disklərdə olan səs yazıları 17 sentyabr 2024-cü il tarixdə sübutların qiymətləndirilməsi haqqında qərarda maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur, xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 20 iyul 2024-cü il tarixdən 30 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında olduğu 2 ay 10 gün müddətin 1 günü iki gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına hesablanmaqla, cəmi 4 ay 20 gün müddəti ona təyin edilmiş ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 7 (yeddi) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 yaşadığı Abşeron rayonu ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Abşeron rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarətin həyata keçirilməsi Abşeron rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən (və ya ləğv olunmadan) saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən (və ya ləğv olunmadan) saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar