Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-13/2023 04.04.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1980-ci ildə Füzuli rayonu, Bala Bəhmənli kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta ixtisas təhsilli, fərdi qaydada ticarətlə məşğul olan, əvvəllər məhkum olunmamış, İİİ qrup əlil, hazırda Füzuli rayonu, Bala Bəhmənli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 10 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində Füzuli rayonu, Bala Bəhmənli kəndində yerləşən və ictimai yer hesab olunan “Mandarin” marketə gələrək özünün kredit götürməsi üçün orada satıcı işləyən qardaşı arvadı Zərərçəkmiş şəxs1 əməkhaqqı kartını ona verməsini tələb etmiş, sonuncu onunla razılaşmadıqda o, özünün haqsız və əsassız tələbinin rədd olunmasını bəhanə edərək orada olan şəxslərin gözləri qarşısında özünü ətrafda toplanmış şəxslərə qarşı qoyub, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının pozulmasında ifadə olunan hərəkətlər etməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına və əxlaq normalarına saymamazlıq nümayiş etdirib, orada olan şəxslərə açıqca hörmətsizlik ifadə edən və vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edərək uca səslə Zərərçəkmiş şəxs1 ünvanına nalayiq ifadələr işlədib təpik və yumruqla sonuncunun baş və sifət nahiyələrinə qəsdən bir neçə zərbə vuraraq ona təpə nahiyəsində yumşaq toxumaların əzilməsi, sol çiyin qurşağı və sol gözaltı nahiyələrdə qançır, sol akromial-körpücük bağlarının gərilməsi xəsarətləri ilə müşayiət olunan və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs1 zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətlərini törətmiş, onu aralamaqla ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxs olan həmin marketin müdiri Zərərçəkmiş şəxs2 boyun nahiyəsindən yumruqla qəsdən bir zərbə vurub ona boyun nahiyəsində qançır fonunda sıyrıq xəsarəti ilə müşaiyət olunan və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs2 müqavimət göstərmiş və nəticədə “Mandarin“ marketin təxminən 40 dəqiqə müddətində bağlanaraq iş rejiminin pozulmasına səbəb olan qərəzli xuliqanlıq hərəkətləri törətmişdir. Məhkəmə iclasında: Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 221.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək bildirdi ki, Füzuli rayonu, Bala Bəhmənli kəndində ailəsi ilə birlikdə yaşayır və fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla qazandığı pulla ailəsini dolandırır. Qeyri-rəsmi ər-arvad münasibətində birgə yaşadığı arvadı X7 və qardaşı X4 arvadı Zərərçəkmiş şəxs1 Füzuli rayonu, Bala Bəhmənli kəndində yerləşən “Mandarin” marketdə işləyirlər. Aygün həmin marketdə xadimə, Həkimə isə satıcı işləyir. O, marketin sahibi Seymur ilə danışıb ona Aygün və Həkimənin maaş kartlarının özlərinə verilməsini xahiş etmiş və Seymur onunla razılaşmışdır. Bunu etməkdə məqsədi Aygün və Həkimənin adına olan maaş kartları vasitəsilə bankdan kredit götürmək və türmədə olan Həkimənin X16un yanına getmək olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 13 radələrində yaşadığı kənddə qohumu ilə kafedə yemək yeyib araq içmiş və saat 15:50-də Aygünü işdən evə aparmaq üçün marketin qarşısına getmişdir. Aygün marketdən çıxıb avtomobilə əyləşən zaman o, marketin içərisində Həkiməni görmüş, sonuncunun yanına gedib ona marketin sahibi Seymurdan xahiş etdiyini və maaş kartlarının onlara veriləcəyini demişdir. Həkimə kartın ona lazım olmadığını dedikdə o, Həkiməyə demişdir ki, ona kart lazım olmasa da, kartı götürüb daha sonra geri qaytara bilər, sadəcə olaraq onun sözünü yerə salmamasını xahiş etmişdir. Həkimə ona irad tutaraq kartı verməyəcəyini dedikdən sonra marketin aşağı anbarına düşmüşdür. O, da bərk əsəbləşərək onun yanına enmiş və bir dəfə onun sifətindən vurmuşdur. Həmin vaxt marketin işçiləri Fəxri, Cəmşid, Rövşən, Taleh, Fərid, Vüsal onun üzərinə gəlib Həkiməni əlindən almaq istəsələr də, o, sərxoş olduğuna görə onlara əhəmiyyət verməmiş və yerə yıxılmış vəziyyətdə olan Həkiməni ayaqlarının arasına alıb, saçından tutub sürümüşdür. Orada olan digər qadın və kişi işçilər araya girib Həkiməni onun əlindən alan zaman o, əsəbləşərək Fəxrinin boyun nahiyəsinə yumruqla bir zərbə vurmuşdur. Onlar Həkiməni aralayıb harasa aparmış və o, marketdən çıxıb orada saxladığı avtomobildən meyvə kəsmək üçün saxladığı bıçağı götürərək marketə tərəf gəlmişdir ki, onları sözlə qorxuzub, Həkiməni işdən çıxarıb aparsın. Lakin onlar marketin qapısını içəridən bağladıqları üçün o, çöldə qalmış və əsəbindən orada olan market arabasını götürüb bir dəfə qapıya vurmuşdur ki, qapı açılsın, lakin qapı açılmamışdır. Sonra o, avtomobilinin yük yerində olan bir ədəd ağac parçasını götürüb yenə marketin qapısına vursa da, qapı açılmamışdır. O, Aygünü götürüb evinə getmiş və təkrar həmin marketə qayıdıb Həkiməni işdən çıxararaq evə aparmaq istəmiş, orada market sahibi və Fəxri onunla mübahisə etdikləri üçün o, əsəbləşmiş və avtomaşından bıçaq götürüb onları qorxutmaq istəyən zaman Fəxri və orada olan şəxslər bıçağı onun əlindən almışdır. Bundan sonra o, avtomobilinə əyləşərək evinə getmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirdi ki, o, hadisə vaxtı bərk sərxoş olmuş və nə hərəkət etdiyini başa düşməmişdir. Sonradan etdiyi hərəkətlərinə görə peşman olmuş və zərərçəkmiş şəxslərdən üzrxahlıq etmişdir. Zərərçəkmiş şəxs2 bildirdi ki, o, Füzuli rayonu, Bala Bəhmənli kəndində yerləşən “Mandarin” marketdə işləyir. Həmin marketin sahibi Oktay Kərimlidir. Aygün Xəlilova həmin marketdə xadimə, Zərərçəkmiş şəxs1 isə satıcı işləyir. Aygün Təqsirləndirilən şəxs arvadı, Həkimə isə onun qardaşı arvadıdır. xx.xx.2022-ci il tarixdə saat 15:45 radələrində şirkətin ofisindən ona telefonla zəng edib marketdə işləyən Aygün Xəlilovanın maaş kartının göndərəcəklərini, onu Aygünə verməsini bildirmişlər. Həmin vaxt Ruhim Həsənov marketə gəlmiş və ondan Aygünün kartının gəlib-gəlmədiyini soruşmuşdur.O, Ruhimə demişdir ki, bü gün kartlar göndəriləcəkdir. Ruhim ondan Həkimənin də kartının gələcəyini soruşduqda o, Ruhimə cavab vermişdir ki, kart Həkiməyə veriləcəkdir. Bundan sonra o, Həkimədən kartı kredit götürmək üçün istədiyini soruşanda, sonuncu cavab vermişdir ki, kredit götürmək istəmir. Sonra Ruhim yenə onun yanına gəlib yenidən kartı soruşmuşdur. O, Ruhimə demişdir ki, Həkimə kartı istəmir, kart yoxdur, hələ gəlməyibdir. Bundan sonra Təqsirləndirilən şəxs marketin anbarına enib orada işləyən Həkiməyə yaxınlaşaraq onun adına kredit götürmək istədiyini və kartı ona verməsini dediyini eşitmişdir. Həkimə razılaşmadıqda isə Ruhim onunla mübahisə etmiş və onun ünvanına uca səslə nalayiq söyüşlər söyüb onu döyməyə başlamışdır. Ruhim Həkimənin sifət nahiyəsinə sillə, təpik zərbəsi ilə isə baş nahiyəsinə və digər nahiyələrinə vurmağa başlamışdır. O, onları aralaşdırmaq istədikdə, Ruhim onun sifət nahiyəsinə yumruqla bir zərbə vurmuş, yaranmış səs-küyə demək olar ki, marketdə olan işçilərin hamısı anbara gəlmişdir. O, Təqsirləndirilən şəxs əhəmiyyət verməyərək Zərərçəkmiş şəxs1 onun əlindən almış və onu yenidən kənarlaşdırıb marketin həyətinə çıxarmışdır. Lakin Ruhim yenidən geri qayıdıb aşağıda olan ofisi dağıtmaq istəmiş və onlara qarşı nalayiq ifadələr işlədib, marketi yandıracağı ilə hədələmişdir. Ətriyyatda işləyən oğlan onu sakitləşdirib kənarlaşdırmaq istədikdə onu vuracağı ilə hədələmişdir. Ruhim çölə çıxıb marketin qarşısında saxladığı avtomobilindən bıçağı götürərək geri qayıtmaq istədikdə o, marketin qapısını bağlamış, Ruhim təpiklə qapıya zərbələr vurub, qışqırıb qapının açmalarını və Həkiməni öldürəcəyini söyləmişdir. Sonra Ruhim orada olan əl arabasını götürüb var gücü ilə marketin qapısına vurub, qırıb açmaq istəsə də, qıra bilməmişdir. Daha sonra o, avtomaşının yük yerindən bir ədəd ağac parçası götürüb gəlmiş və onunla da qapıya zərbələr vurmuşdur.O, dərhal marketin sahibi Oqtaya mobil telefonla zəng edib hadisə barədə məlumat vermişdir. X15 avtomobillə evə aparmış, yaşlı qadın və bir neçə tanımadığı şəxslə geri qayıtdığı üçün və əlində bıçaq olmadığına görə qapını açmışdır. Ruhim Həkimənin gəlməsini istədikdə o, Həkimənin marketdə olmadığını və çıxıb getdiyini dedikdə, Ruhim onunla mübahisə edib nalayiq ifadələr işlətmişdir. Bu vaxt marketin sahibi Oqtay Kərimli gəlmiş və Ruhimdən ondan çölə çıxmasını və onunla məsələni aydınlaşdırmasını istəmiş, birlikdə onlar marketdən çölə çıxıb söhbət etməyə başlamışlar. Təxminən 5 dəqiqə sonra Oqtay onu çağırıb marketin işçilərinin maaşın verilib-verilməməsini soruşmuşdur. O, Oqtaya maaşların vaxtında verildiyini, lakin Aygünün krediti olduğu üçün bank tərəfindən maaşdan pul tutulduğunu bildirmişdir. Ruhim onu və Oqtayı söyüb təhqir etməyə başlamışdır. Ona öz iradını bildirdikdə Ruhim onun üzərinə gəlmiş və onunla tutaşmışdır. Ruhim yenidən avtomobildən bıçağı götürmək istədikdə onu arxa tərəfdən tutmuş və kənarda olan şəxslərin köməkliyi ilə onun əlindən bıçağı almışdır. Təqsirləndirilən şəxs Həkiməni döyərkən onu aralamaq istəyəndə yumruq zərbəsi ilə onun sifət nahiyəsindən bir zərbə vurmuş, digər zərbələri isə bədəninə dəymişdir. Təqsirləndirilən şəxs marketin qapısına market arabası və taxta parçası ilə zərbələr vursa da, qapıya hər hansı bir maddi ziyan dəyməmiş, yalnız arabanın elə də əhəmiyyətli olmayan miqdarda dəstəyi sınmışdır. Zərərçəkmiş şəxs2 həmçinin bildirdi ki, Ruhim sonradan ondan üzrxahlıq etdiyinə görə hazırda ondan şikayətçi deyil. Zərərçəkmiş şəxs1 bildirdi ki, azyaşlı uşaqları ilə birlikdə Füzuli rayonu, Bala Bəhmənli kəndində yaşayır və kəndin ərazisində yerləşən “Mandarin” marketdə 2022-ci ilin iyul ayından satıcı işləyir. Təqsirləndirilən şəxs onun qayınıdır. X16 Bakı şəhəri, Nəsimi rayonu ərazisindən bir il əvvəl oğurluq etdiyi üçün 4 il müddətində azadlıqdan mərhum edilmiş, hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində işdə olarkən marketin müdiri Fəxri ona demişdir ki, şəkər tozu qurtarıb, anbara düşüb şəkər tozu çəkib kisələrə yığsın. O, anbara düşüb tərəzidə şəkər tozu çəkərkən Təqsirləndirilən şəxs onun yanına gəlib ondan əmək haqqı kartını istəmişdir. O, etiraz edərək Ruhimə ondan əl çəkməsini dedikdə, sonuncu onun üstünə hücum çəkib, nalayiq söyüşlər söyüb, təpiklə onun bel nahiyəsinə vurub, onu yerə yıxmışdır. Yerdə yıxılı vəziyyətdə olarkən Ruhim onun saçından tutub, başını ayaqlarının arasında sıxaraq onu sürüyə-sürüyə anbardan çölə çıxarmağa çalışaraq onun baş və sifət nahiyələrinə yumruq zərbələri ilə vurub, ona bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs ucadan onun ünvanına söyüş söydüyü və səs-küy saldığı üçün demək olar ki, marketin bütün işçiləri - Əşrəf, Rəna, Aygün, Dilbər, Rövşən, Fərid, Ürfət, Taleh onların yanına gəlmişdir. Onlar onu Təqsirləndirilən şəxs əlindən almaq istəsələr də, Ruhim onu öldürəcəyini, heç kimin onun əlindən ala bilməyəcəyini demişdir. Kənarda olan işçilərin köməkliyi ilə Fəxri onu Ruhimin əlindən almış, Ruhim Fəxriyə də yumruqla xəsarət yetirmiş, orada olan işçilər onu anbarda gizlətmişdir. Anbarda Təqsirləndirilən şəxs onu döyüb xəsarət yetirməsi təxminən 10 dəqiqə davam etmiş, sonra Ruhim marketdən çıxıb avtomobilindən bıçaq və taxta parçası götürüb marketin qapısını vurduğunu işçilərdən öyrənmişdir. Zərərçəkmiş şəxs1 həmçinin bildirdi ki, o, barışmadığından hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Şahid X7 bildirdi ki, əri Araz Xəlilov yol-nəqliyyat hadisəsində öldüyündən üz azyaşlı uşağı ilə təxminən bir ildir ki, Təqsirləndirilən şəxsla qeyri-rəsmi qaydada ər-arvad kimi Füzuli rayonu, Bala Bəhmənli kəndində yaşayır. xx.xx.2022-ci il tarixdən Füzuli rayonu, Bala Bəhmənli kəndində yerləşən “Mandarin” marketdə xadimə, Təqsirləndirilən şəxs qardaşı arvadı Zərərçəkmiş şəxs1 isə satıcı işləyir. xx.xx.2022-ci il tarixdə saat 08 radələrində Təqsirləndirilən şəxs onu avtomaşınla marketə işə gətirmiş, saat 15 radələrində isə onu evə aparan zaman demişdir ki, onunla Həkimənin maaş kartlarını marketin rəhbərliyi ilə danışıb özlərinə veriləcəkdir. Ruhim ona “sən əyləş, mən gəlirəm” demiş və o, avtomaşına əyləşmiş, Ruhim isə marketə girmişdir. Bir neçə dəqiqə sonra o, marketdən səs-küy gəldiyini eşitmiş və hamının marketə qaçdığını görüb o, da avtomaşından düşüb marketə girmişdir. Orada marketin aşağı anbarında çoxlu sayda adamların toplaşdığını, Ruhimin Həkimə ilə dalaşdığını, Həkimənin yerdə yıxılmış vəziyyətdə Ruhimin ayaqlarının arasında olduğunu görmüşdür. Təqsirləndirilən şəxs Həkimədən işdən çıxmasını və evə getməsini tələb etdiyini eşitmişdir. Marketin müdiri və işçiləri Ruhimlə Həkiməni aralaşdırmış və Ruhimi çölə çıxarmışlar. Həmin vaxt orada Ruhim, Dilbər, Rəna, Əşrəf, Ürfət, Həkimə, Fəxri və sair şəxslər olmuşdur. Marketdən çıxdıqdan sonra Təqsirləndirilən şəxs onu avtomaşınla evlərinə aparıb qoymuşdur. Sonra nə baş verdiyindən onun xəbəri olmamışdır. Yolda gələrkən o, Ruhimdən Həkimə ilə nə üçün dalaşdığını soruşduqda Ruhim ona demişdir ki, o, Həkiməyə maaş kartının özünə veriləcəyini və onunla bankdan pul kreditə götürəcəyini dedikdə Həkimə kənar şəxslərin yanında ona cavab qaytardığı üçün aralarında mübahisə yaranmışdır. Şahid X8 bildirdi ki, Füzuli rayonu, Bala Bəhmənli kəndində yerləşən “Mandarin” market ona məxsusdur. Zərərçəkmiş şəxs2 həmin marketdə inzibatçı-müdir, Həkimə satıcı, Aygün isə xadimə işləyir. xx.xx.2022-ci il tarixdə günorta saat 15:50 radələrində Fəxri ona mobil telefonla zəng edib marketdə mübahisə olduğunu demişdir. O, dərhal həmin yerə getdikdə sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxsin, yanındakı yaşlı qadın və bir neçə şəxsin səs-küy saldıqlarını görüb Ruhimə onunla həyətə çıxmasını və məsələni aydınlaşdırmaq istədiyini demişdir. Lakin Ruhim çölə çıxmayacağını dedikdə o, marketin sahibi olduğunu dedikdə Ruhim onunla birlikdə çölə çıxmış, o, Ruhimdən nəyə görə mübahisə etdiyini və səs-küy saldığını soruşduqda, sonuncu ondan nəyə görə işçinin maaşını köçürmədiyini soruşmuşdur. O, bunun mümkün olmadığını və işçilərin maaşlarının vaxtı-vaxtında verildiyini deyib Fəxrini yanına çağırmış və ondan işçilərin maaşlarının köçüb-köçmədiyini soruşduqda Fəxri maaşın köçdüyünü, lakin onun dediyi şəxsin maaşından olan tutulmanın səbəbinin onun adına olan kreditlə bağlı olduğunu və bank tərəfindən tutulduğunu bildirmişdir. Lakin Ruhim onlara qarşı nalayiq ifadələr işlətməyə davam etmiş, bu zaman ona iradını bildirən Fəxrinin üzərinə hücum edib vurmuşdur. Fəxri onunla tutaşmış, sonra Ruhim marketin həyətində yerləşən avtomobilinə tərəf gedib əlinə bıçaq götürən zaman Fəxri onu arxadan tutub onun əlindən bıçağı almış və bu vaxt orada olan tanımadığı şəxslər əlində taxta parçası Fəxrinin üstünə gəldikdə ətrafda olan tanımadığı şəxslər onların əlindən taxtanı alıb onları kənara çəkmişdir. O, bununla bağlı Azərbaycan Respublikası DİN-nin 102 zəng xidmətinə zəng edib məlumat vermişdir. Sonradan öyrənmişdir ki, Ruhim marketin işçisi qardaşı arvadı Həkimədən adına kredit götürmək istədiyini demişdir. Həkimə razılaşmadıqda isə onu döymüş, bu vaxt Fəxri onu sakitləşdirib çıxartmaq istədikdə onunla da münaqişə yaratmışdır. Mübahisə zamanı Ruhim və ya onun yanındakı digər şəxslər ona xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs ictimai qaydanı və marketin iş rejimini təxminən 40 dəqiqə müddətində pozmuşdur. Həmçinin, Ruhim Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xəsarət yetirdikdən sonra marketdən çıxıb avtomobilindən bıçaq götürmüş, qapılar bağlandığı üçün orada olan market arabası ilə və taxta parçası ilə marketin qapısına zərbələr vursa da, qapıya hər hansı bir maddi ziyan dəyməmişdir. Onun hazırda Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Şahid1 bildirdi ki, o, Füzuli rayonu, Bala Bəhmənli kəndində yerləşən “Mandarin” marketdə satıcı işləyir. Füzuli rayonu, Bala Bəhmənli kənd sakinləri Aygün Xəlilova həmin marketdə xadimə, Həkimə isə satıcı işləyir. Aygün Ruhimin arvadı, Həkimə isə onun qardaşının arvadıdır. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Ruhim Aygünü işdən götürməyə gələndə marketin anbarına enib Həkiməyə yaxınlaşaraq onunla söhbət etməyə başlamışdır. Sonra onların arasındakı söhbət mübahisəyə keçmiş, yaranmış səs-küy və Həkimənin çığırmasına orada olan işçilər və o, aşağı anbara endikdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 yerə ayaqlarının arasına yıxıb döyərək onu yerdə sürüdüyünü görmüşdür. Ruhim Həkimənin adına kredit götürmək istədiyini bildirmiş, Həkimə isə buna razı olmadığı üçün onu döyməyə başlamışdır. Orada olan marketin müdiri Zərərçəkmiş şəxs2, o və digər işçilər Həkiməni onun əlindən almaq istəsələr də, bacarmamışlar. Ruhim Həkimənin sifət nahiyəsinə sillə, təpik zərbəsi ilə isə baş nahiyəsinə və digər nahiyələrinə vurarkən, Fəxri onları aralaşdırmaq istədikdə Ruhim Fəxrinin sifət nahiyəsinə yumruqla bir zərbə vursa da, Fəxri buna əhəmiyyət verməyərək onu yenidən kənarlaşdırıb marketin həyətinə çıxarmışdır. Lakin Ruhim yenidən geri qayıdıb aşağıda olan ofisi dağıtmaq istəmişdir. Ruhim sərxoş və çox aqressiv olmuş, onlara qarşı nalayiq ifadələr işlətmiş, marketi yandıracağı ilə hədələmiş, ətriyyat şöbəsində işləyən oğlan onu sakitləşdirib kənarlaşdırmaq istədikdə, onu vuracağı ilə hədələmişdir. Ruhim çölə çıxıb avtomobilindən bıçağı götürərək gəlmək istədikdə, Fəxri marketin qapısını bağlamış, Ruhim qapını açmaq istəsə də, aça bilməmiş və Fəxri maketin sahibi Oqtaya zəng edib məlumat vermişdir. Ruhim arvadı Aygünü avtomaşınla evə aparıb qoymuş, tanımadığı yaşlı qadın və bir neçə nəfər şəxslə geri qayıtdığı üçün və əlində bıçaq olmadığına görə qapını açmışlar. Ruhim Həkimənin gəlməsini istəmiş, Fəxri ona Həkimənin marketdə olmadığını və çıxıb getdiyini dedikdə, Təqsirləndirilən şəxs onlarla mübahisə edib nalayiq ifadələr işlətmiş və onlar marketin qapısını yenə bağlamışlar. Ruhim içəri girmək istəsə də, bacarmamış və orada olan market arabası ilə qapıya bir neçə zərbə, sonra əlində olan taxta parçası ilə də bir neçə dəfə qapıya zərbələr vursa da, qapını aça bilməmişdir. Bu vaxt marketin sahibi Oqtay Kərimli gəlmiş və Ruhimdən çölə çıxmasını, onunla məsələni aydınlaşdırmasını istəmişdir. Oqtay marketin sahibi olduğunu dedikdə onunla çölə çıxmış, Ruhim Oqtayı və onları təhqir etməyə başlamış, Fəxri ona irad bildirdikdə o, Fəxrinin üzərinə gəlmiş və onunla tutaşmışdır. Ruhim yenidən avtomobildən bıçağı götürmək istədikdə, Fəxri onu arxa tərəfdən tutmuş və kənarda olan şəxslərin köməkliyi ilə əlindən bıçağı almışdır. Mübahisə zamanı Ruhim və ya onun yanındakı digər şəxslər ona hər hansı bir xəsarət yetirməmiş, o, yalnız Həkiməyə və Fəxriyə xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs hərəkətləri təxminən 40 dəqiqə davam etmiş və həmin müddət ərzində marketin iş rejimi pozulmuşdur. Şahid2 bildirdi ki, o, Füzuli rayonu, Bala Bəhmənli kəndində yerləşən “Mandarin” marketdə xadimə işləyir. Füzuli rayonu, Bala Bəhmənli kənd sakinləri Aygün Xəlilova həmin marketdə xadimə, Həkimə isə satıcı işləyir. Aygün Ruhimin arvadı, Həkimə isə onun qardaşının arvadıdır. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Ruhim Aygünü işdən götürməyə gələndə marketin anbarına enib Həkiməyə yaxınlaşaraq onunla söhbət etməyə başlamışdır. Sonra onların arasındakı söhbət mübahisəyə keçmiş, yaranmış səs-küyə orada olan işçilər aşağı anbara endikdə Ruhimin Həkiməni yerə ayaqlarının arasına yıxıb döydüyünü görmüşdür. Ruhim Həkimənin adına kredit götürmək istədiyini bildirmiş, Həkimə isə buna razı olmadığı üçün onu döyməyə başlamışdır. Orada olan marketin müdiri Zərərçəkmiş şəxs2, o və digər işçilər Həkiməni onun əlindən almaq istəsələr də, bacarmamışlar. Ruhim Həkimənin sifət nahiyəsinə sillə, təpik zərbəsi ilə isə baş nahiyəsinə və digər nahiyələrinə vurarkən, Fəxri onları aralaşdırmaq istədikdə Ruhim Fəxrinin də sifətindən yumruqla bir zərbə vurmuşdur. Fəxri Ruhimi kənarlaşdırıb marketin həyətinə çıxarmışdır. Lakin Ruhim sərxoş və aqressiv olduğundan yenidən geri qayıdıb aşağıda olan ofisi dağıtmaq istəmiş, onlara qarşı nalayiq ifadələr işlətmiş, marketi yandıracağı ilə hədələmişdir. Ruhim çölə çıxıb avtomobilindən bıçağı götürərək gəlmək istədikdə, Fəxri marketin qapısını bağlamış, Ruhim qapını açmaq istəsə də, aça bilməmiş və Fəxri maketin sahibi Oqtaya zəng edib məlumat vermişdir. Ruhim arvadı Aygünü avtomaşınla evə aparıb qoymuş, tanımadığı yaşlı qadın və bir neçə nəfər şəxslə geri qayıtdığı üçün və əlində bıçaq olmadığına görə qapını açmışlar. Ruhim Həkimənin gəlməsini istəmiş, Fəxri ona Həkimənin marketdə olmadığını və çıxıb getdiyini dedikdə, Təqsirləndirilən şəxs onlarla mübahisə edib nalayiq ifadələr işlətmiş və onlar marketin qapısını yenə bağlamışlar. Ruhim içəri girmək istəsə də, bacarmamış və orada olan market arabası ilə qapıya bir neçə zərbə, sonra əlində olan taxta parçası ilə də bir neçə dəfə qapıya zərbələr vursa da, qapını aça bilməmişdir. Bu vaxt marketin sahibi Oqtay Kərimli gəlmiş və Ruhimdən çölə çıxmasını, onunla məsələni aydınlaşdırmasını istəmişdir. Oqtay marketin sahibi olduğunu dedikdə onunla çölə çıxmış, Ruhim Oqtayı və onları təhqir etməyə başlamış, Fəxri ona irad bildirdikdə o, Fəxrinin üzərinə gəlmiş və onunla tutaşmışdır. Ruhim yenidən avtomobildən bıçağı götürmək istədikdə, Fəxri onu arxa tərəfdən tutmuş və kənarda olan şəxslərin köməkliyi ilə əlindən bıçağı almışdır. Mübahisə zamanı Ruhim və ya onun yanındakı digər şəxslər ona hər hansı bir xəsarət yetirməmiş, o, yalnız Həkiməyə və Fəxriyə xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs bu hərəkətləri təxminən 35-40 dəqiqə davam etmiş və həmin müddət ərzində marketin iş rejimi tamamilə pozulmuşdur. Cinayət işinə əlavə edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında 11 və 12 sentyabr 2022-ci il tarixli protokollara əsasən hadisə yeri Füzuli rayonu, Bala Bəhmənli kəndinin içərisindən keçən Mincivan-Hacıqabul magistral yolunun sol kənarında yerləşir. Bina mişar daşından tikilmiş iki mərtəbəlidir. Market binanın birinci mərtəbəsində yerləşir, sahəsi 400 kv.metr olmaqla avtomat rejimdə işləyən qalın ikilaylı şüşə qapıları vardır. Marketin girişdən sağ tərəfindən pilləkənlə aşağı marketin 200 kv.metr sahəsi olan anbarına giriş vardır. Anbarda müxtəlif ərzaq məhsulları saxlanılır.xx.xx.2022-ci il tarixdə, saat 16 radələrində Təqsirləndirilən şəxs marketin qeyd olunan anbarında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 üzərində zor tətbiq etməklə onlara bədən xəsarətləri yetirmiş, həmçinin, maketin ikilaylı qalın şüşəli giriş qapısını açmaq məqsədilə əl arabası və taxta parçası ilə vuraraq qərəzli xuliqanlıq hərəkətləri törətmişdir. Hadisə yerinə baxış keçirilərkən marketin videomüşahidə kameralarından Təqsirləndirilən şəxs xuliqanlıq hərəkətlərinin görüntüləri 4 ədəd SD diskə köçürülmüş və baxış protokollarına əlavə edilmişdir. Məhkəmə-tibb ekspertizasının 12 sentyabr 2022-ci il tarixli, 327/22 nömrəli rəyində göstərilir ki, 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı onun boyun nahiyəsində qançır fonunda sıyrıq olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə-tibb ekspertizasının 12 sentyabr 2022-ci il tarixli, 328/22 nömrəli ekspertizası rəyindən görünür ki, 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı təpə nahiyəsində yumşaq toxumalarının əzilməsi, sol çiyin qurşağı və sol gözaltı nahiyələrində qançır, sol akromial körpücük bağların gərilməsi olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın(əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 3/1371 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 64 manat təşkil edir. Füzuli RPŞ İB-nin rəisi S.Ağalarovun xx.xx.2022-ci il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 18:00-da şübhəli şəxs qismində tutulmuşdur. Füzuli RPŞ İB-nin rəisi S.Ağalarovun xx.xx.2022-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və həmin gün saat 16:30-da MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF PHŞ Qarabağ RF-nin Füzuli rayon qəbul şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 3-cü qrup əlilliyə görə 265,22 manat pensiya alır. Seriya AZE № 12386345 və AA3668767 şəxsiyyət vəsiqələrinin surətlərindən göürünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2007-ci il təvəllüdlü Röyal Əsədov və xx.xx.2006cı il təvəllüdlü Qiymət Əsədova adlı uşaqları var. Füzuli Rayon İHB A.Alıyevin xx.xx.2016-cı il tarixli, 17 saylı sərəncamından görünür ki, valideyn himayəsindən məhrum olmuş yetkinlik yaşına çatmayanlar - xx.xx.2003-cü il təvəllüdlü X3, xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2006-cı il təvəllüdlü X1 Ruhim Hidayət oğlunun qəyyumluğuna verilmişlər. Beləliklə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, o cümlədən təqsirləndirilən şəxsin özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 221.2.2-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə AR CM-in 59-cu maddəsinə əsasən, törətdiyi əməli səmimi şəkildə etiraf etməklə əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərdən birinin şikayətçi olmamasını və himayəsində dörd yetkinlik yaşına çatmayan uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən, cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 221.1. Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 221.2. Eyni əməllər: 221.2.2. ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının məhkəmələrə tövsiyyəsinə görə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, daha ciddi cəza növlərinin seçilməsi əsaslandırılmalıdır və sanksiya hüdudlarında ağır cəza növü yalnız o halda tətbiq oluna bilər ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin, həmçinin məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə onu da qeyd edir ki, ədalətli cəza təyin edilməsi üçün zəruri və həm də mühüm amillərdən biri təqsirkarın şəxsiyyətinin hərtərəfli təhqiq olunmasıdır. Məhz bu baxımdan məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarındakı mövqeyinə isnad etməyi məqsədəmüvafiq hesab edir - cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən, eyni zamanda təqsirkarın həyat yolu, ailədə və məişətdə davranışı, məhkumluğu və s. kifayət qədər aydınlaşdırılmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2019-cu il tarixli Qərarında göstərmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Yuxarıda qeyd edildiyi kimi Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına alternativ cəza olaraq azadlığın məhdudlaşdırılması cəzası da nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası deyil, azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməklə etdiyi əməlindən səmimi peşmançılıq hisslərini biruzə verməsi məhkəməyə bunu deməyə əsas verir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs davranışını və digər Zərərçəkmiş şəxs1 şikayətçi olmasını nəzərə alıb Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasına alternativ nisbətən ağır cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Odur ki, qeyd olunanları yekunlaşdıraraq məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-in 221.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza növü yuxarı həddə təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu iki gün müddət nəzərə alınmaqla təyin olunmuş cəzadan çıxılmalı və ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut bir ədəd mətbəx bıçağı soyuq silah hesab edilmədiyindən sahibi Təqsirləndirilən şəxs qaytarımalı və onunla bağlı cinayət təqibi həyata keçirilmədiyindən aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 64 manat dövlət büdcəsinin vəsaiti hesabından ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Odur ki, məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 132, 197, 198, 344-349, 351-353, 356, 358, 381-385-cü maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 12 sentyabr 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 2 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs daimi yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməsinə və yaşadığı Füzuli rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyətlər qoyulsun. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək və yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Füzuli rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut bir ədəd mətbəx bıçağı soyuq silah hesab edilmədiyindən sahibi Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 64 manat pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya protesti və ya şikayəti verilə bilər. Hökmdən əgər həmin müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Yaşar Həşimov AZƏRBAYCAN RESPUBLİKASİ FÜZULİ RAYON MƏHKƏMƏSİ Ünvan: Füzuli rayonu, Horadiz şəhəri tel.: ***-***-**-** xx.xx.2023-cü il 1(064)-13/2023 Təqsirləndirilən şəxs Ünvan: Füzuli rayonu, Bala Bəhmənli kəndi Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 Ünvan: Füzuli rayonu, Bala Bəhmənli kəndi Zərərçəkmiş şəxs2 Ünvan: Füzuli rayonu, Mollaməhərrəmli kəndi Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(064)-13/2023 saylı hökmü sizə göndərilir. Qoşma: hökm. HAKİM Yaşar Həşimov
Məhkəmə qərarları › İş №1(064)-13/2023
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-13/2023
04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver