Məhkəmə qərarları › İş №1(064)-13/2024

Füzuli Rayon Məhkəməsi Qərar — İş №1(064)-13/2024

16.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 1(064)-13/2024 16.04.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi İsmayilov Elmir Akif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında pasport qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində 24 noyabr 2023-cü il tarixli qərarla “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 29, 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında məhkəmən iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə tanışı-Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu Zərərçəkmiş şəxs xidmət yerini 5500 (beş min beş yüz) manat pul müqabilində Füzuli rayonundan Bakı şəhərinə dəyişəcəyinə dair yalan vəd verib belə niyyəti olmadan vahid niyyətlə hərəkət edərək sonuncunun etibarından sui-istifadə edib aldatmaqla, özünün göndərdiyi "xxxx" ASC-yə məxsus 4098-5844-6447-1968 nömrəli kart hesabına 24 may 2023-cü il tarixdə, saat 20:31 dəqiqədə Füzuli rayonu, Horadiz şəhərindən 1000 (bir min) manat, 4098-5844-9172-6954 nömrəli "xxxx" ASC-yə məxsus kart hesabına 28 may 2023-cü il tarixdə, saat 10:52 dəqiqədə Füzuli rayonu, Horadiz şəhərindən 800 (səkkiz yüz) manat, 4169-73******6447 nömrəli "xxxx" ASC-yə məxsus kart hesabına 01 iyun 2023-cü il tarixdə, saat 15:25 dəqiqədə Füzuli rayonu, Horadiz şəhərindən 200 (iki yüz) manat pulun Zərərçəkmiş şəxs tərəfindən köçürülməsini təşkil edərək cəmi 2000 (iki min) manat məbləğində pulu ələ keçirib şəxsi ehtiyaclarına sərf etmiş, bundan sonra isə Zərərçəkmiş şəxs yenidən pulun qalan hissəsini də ona göndərməsini tələb etmiş, lakin Zərərçəkmiş şəxs ilə əvvəlcədən razılaşdırdıqları 5500 (beş min beş yüz) manat pulun 3500 (üç min beş yüz) manatını öz iradəsindən asılı olmayan səbəbdən, yəni zərərçəkmiş şəxsin həmin 3500 (üç min beş yüz) manat pulu onun iş yerini dəyişdikdən sonra verəcəyini bildirdiyi üçün ələ keçirə bilmədiyindən Zərərçəkmiş şəxs оğluna vahid niyyətlə xeyli miqdarda, yəni ümumilikdə 5500 (beş min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməyə cəhd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,178.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək bildirdi ki, etdiyi əməldən peşimandı, zərər çəkmiş şəxsə dəymiş ziyan və dövlət büdcəsinə ödənilməli olan məbləğ ödənilmişdir. Zərərçəkmiş şəxs ilə barışmasını bidirərək barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilmiş və o, həmin ifadədə göstərmişdir ki, Zərdab rayonu, Gəndablı kəndində qeydiyyatda olmaqla hazırda müvəqqəti olaraq Füzuli rayonu, Horadiz şəhərində yaşayır. Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində idarəetmə manqasının baş texnik sürücüsü vəzifəsində işləyir. 2023-cü ilin may ayının əvvəllərində Bakı şəhərində Ağa adlı dostu ilə birlikdə olarkən ona iş yeri təyinatını Bakı şəhərinə dəyişmək istədiyini və bunu edə biləcək şəxs olarsa, ona məlumat verməsini söyləmiş, bir gün sonra Füzuli rayonuna geri qayıtmışdır. Təxminən 3-4 gün sonra Ağa adlı ilə tanıdığı tanışı ona zəng edib Təqsirləndirilən şəxs onun uzaq tanışı olduğunu və həmin şəxsin onun iş yeri tayınatını dəyişməyi bacara biləcəyini demişdir. O, Ağadan Emil adlı şəxsin mobil nömrəsini istəmiş və Ağa ona Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəsini verib onunla əlaqə saxlamağını demişdir. O, həmin nömrəyə zəng edib Emil adlı şəxslə əlaqə saxlamış və ona nömrəsini Ağadan aldığını deyib, iş yerini dəyişməyində ona köməklik göstərməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tanışının vasitəsi ilə ona köməklik edəcəyini söyləyib, bunun müqabilində 5500 manat xərcinin çıxacağını demişdir. O, Təqsirləndirilən şəxslə razılaşmış və xx.xx.2023-cü il tarixdə, axşam saatlarında Təqsirləndirilən şəxs ona zəng edib ilkin olaraq iş yerini dəyişməyinə 1000 manat pul lazım olduğunu dediyi üçün həmin vaxt “Birbank” mobil tətbiqi vasitəsilə Emilin ona göndərdiyi 4098 5844 6447 1968 nömrəli "xxxx" kartına 1000 manat pul yükləmişdir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs ona zəng edib təkrar olaraq 800 manat pul lazım olduğunu dediyi üçün eyni qaydada Emilin ona göndərdiyi 4098 5844 9172 6954 nömrəli "xxxx" kartına 800 manat pulu göndərmişdir. xx.xx.2023-cü il tarixdə, səhər saatlarında Emil ona zəng edib 200 manat pul lazım olduğunu dediyi üçün onun fotoşəkilini göndərmiş olduğu 416973******6447 nömrəli "xxxx" ASC-yə məxsus kart hesabına “Birbank” mobil tətbiqi vasitəsilə 200 manat pul yükləmişdir. Təqsirləndirilən şəxs göndərdiyi pulları həmin şəxs ondan onun iş yeri təyinatını dəyişməyi üçün lazım olduğunu söyləyərək almışdır və o, Emilə göndərdiyi pulun ödəniş qəbzlərinin şəklini onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin “WhatsApp” mobil tədbiqinə göndərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs bir daha pul lazım olduğunu deyərək ondan 1000 manat pul istəmiş, lakin o, artıq Təqsirləndirilən şəxs inanmadığı üçün iş yerini dəyişdikdən sonra yerdə qalan 3500 manat pulu göndərəcəyini bildirmişdir. Həmin vaxtdan Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanələr gətirərək iş yerini qısa müddət ərzində Bakı şəhərinə dəyişdirəcəyini deyirmiş və hər dəfəsində Təqsirləndirilən şəxslə iş yerini dəyişməklə bağlı danışıqlar edən zaman ona müxtəlif bəhanələr gətirərək vaxt qazanmağa çalışmışdır. Hətta Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixə qədər onun iş yerini dəyişdirmək məsələsini həll edəcəyini, əks təqdirdə pulunu geri qaytaracağını demişdir. Lakin sonuncu dəfə xx.xx.2023-cü il tarixdə onunla telefonla danışarkən Emil yenidən ona müxtəlif bəhanələr gətirdiyi üçün Emilin onu aldadaraq pulunu ələ keçirmək istəməsini başa düşdüyü üçün xx.xx.2023-cü il tarixdə bununla bağlı Azərbaycan Respublikası DİN-nin 102 zəng xidmətinə zəng edib məlumat vermişdir. Təqsirləndirilən şəxs görməmiş, həmin şəxslə dostu Ağa vasitəsi ilə tanış olmuş və yalnız telefonla əlaqə saxlamışdırlar. Emil ona şəxsiyyətini təsdiq edən sənədin şəkilini atdığı üçün ona inanmışdır. Təqsirləndirilən şəxs ona göndərmiş olduğu kart hesablarına ümumilikdə 2000 manat pul yükləmiş və həmin pulların hamısını Füzuli rayonu, Horadiz şəhəri ərazisində göndərmişdir. Təqsirləndirilən şəxs onun iş yerini Bakı şəhərinə kimin köməkliyi ilə dəyişəcəyi barədə ona heç bir məlumat verməmiş və o, elə bir şəxsin olub-olmadığını bilmir. Ağa adı ilə tanıdığı tanışı əslən Zərdab rayonundandır, onunla istifadəsində olan ***-***-**-** mobil telefon nörməsi vasitəsi ilə əlaqə saxlamışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məhkəməyə xx.xx.2024-cü il tarixdə teleqram ünvanlayaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanı tam ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Nümayəndə bildirmişdir ki, müdafiə etdiyi Təqsirləndirilən şəxs hazırda əməlindən peşman olmasını, zərərçəkən şəxslə barışmasını, zərərçəkən şəxsin ona qarşı heç bir şikayəti və tələbinin olmamasını nəzərə alaraq cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı bildirdiki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə tanışı-Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu Zərərçəkmiş şəxs xidmət yerini 5500 (beş min beş yüz) manat pul müqabilində Füzuli rayonundan Bakı şəhərinə dəyişəcəyinə dair yalan vəd verib belə niyyəti olmadan vahid niyyətlə hərəkət edərək sonuncunun etibarından sui-istifadə edib aldatmaqla, özünün göndərdiyi "xxxx" ASC-yə məxsus 4098-5844-6447-1968 nömrəli kart hesabına 24 may 2023-cü il tarixdə, saat 20:31 dəqiqədə Füzuli rayonu, Horadiz şəhərindən 1000 (bir min) manat, 4098-5844- 9172-6954 nömrəli "xxxx" ASC-yə məxsus kart hesabına 28 may 2023-cü il tarixdə, saat 10:52 dəqiqədə Füzuli rayonu, Horadiz şəhərindən 800 (səkkiz yüz) manat, 4169- 73******6447 nömrəli "xxxx" ASC-yə məxsus kart hesabına 01 iyun 2023-cü il tarixdə, saat 15:25 dəqiqədə Füzuli rayonu, Horadiz şəhərindən 200 (iki yüz) manat pulun Zərərçəkmiş şəxs tərəfindən köçürülməsini təşkil edərək cəmi 2000 (iki min) manat məbləğində pulu ələ keçirib şəxsi ehtiyaclarına sərf etmiş, bundan sonra isə Zərərçəkmiş şəxs yenidən pulun qalan hissəsini də ona göndərməsini tələb etmiş, lakin Zərərçəkmiş şəxs ilə əvvəlcədən razılaşdırdıqları 5500 (beş min beş yüz) manat pulun 3500 (üç min beş yüz) manatını öz iradəsindən asılı olmayan səbəbdən, yəni zərərçəkmiş şəxsin həmin 3500 (üç min beş yüz) manat pulu onun iş yerini dəyişdikdən sonra verəcəyini bildirdiyi üçün ələ keçirə bilmədiyindən Zərərçəkmiş şəxs оğluna vahid niyyətlə xeyli miqdarda, yəni ümumilikdə 5500 (beş min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməyə cəhd etmişdir. Lakin məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs hazırda zərər çəkmiş şəxsə dəymiş zərəri ödəmiş və zərərçəkmiş şəxsin ona qarışı şikayəti yoxdur. Habelə, Təqsirləndirilən şəxs dövlət büdcəsinə başa çatmayan cinayətlərə görə müəyyən edilmiş 10% miqdarında məbləği də ödəmişdir. Ona görədə cinayət işinə xitam verilməsinə etiraz etmir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin) ifadələrini, təhqiqat, məhkəmə hərəkətlərini, dindirmə protokollarını, ekspert rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatmadığı hallarda, şəxsin həmin maddələrdə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməsi məsələsinə baxılarkən, dövlət büdcəsinə ödəniş başa çatmayan cinayətə görə qəsdin yönəldiyi əmlakın on faizi miqdarında müəyyən olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsidir. 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” 25 iyul 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Həmçinin cinayət işinin materilallarına əlavə edilmiş qəbzdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs dövlət büdcəsinə başa çatmayan cinayətlərə görə müəyyən edilmiş 10% miqdarında məbləği də ödəmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, dəymiş zərərin aradan qalxdığına dair zərərçəkmiş şəxsin məhkəməyə təqdim edilmiş teleqramını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini, həmçinin Təqsirləndirilən şəxs dövlət büdcəsinə başa çatmayan cinayətlərə görə müəyyən edilmiş 10% miqdarında məbləği də ödəməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 29, 178.2.4-cü madələr ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, müsadirə olunası əmlak və mülki iddia yoxdur. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2 və 75-ci və Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 40, 43, 321, 356, 384-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.4-cü maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə Füzuli Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədikdə qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar