Məhkəmə qərarları › İş №1(064)-13/2025

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-13/2025

22.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-13/2025 22.04.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1985-ci il tarixdə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, "xxxx" ASC-də mütəxəssis vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, Meliorator qəsəbəsi, ev 4, mənzil 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində xx.xx.2024-cü il tarixli qərarla “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanının irəli sürdüyü ittihama görə Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq əl pulemyotlarından RPD, Karabin və Mosin konstruksiyalı tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən, zavod üsulu ilə istehsal olunmuş, istifadə və atəş üçün yararlı bir ədəd 7,62x54 mm kalibrli patronu əldə etmiş, saxlamış, gəzdirmiş və daşımışdır. İttiham aktı belə əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs 08 iyul 2024-cü il tarixdə, saat 14 radələrində xidmətdə olan Füzuli rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ünvan 3 saxlanılmış ünvan 1 ünvanında yerləşən binasına gətirilmiş, ondan avtomobildə və ya üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmaması soruşulmuş, həmin vaxt Təqsirləndirilən şəxs avtomobilində patron olduğunu bildirmiş və təhqiqatçıya təqdim etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli hesab etməyərək bildirdi ki, İmişli şəhəri, Meliorator qəsəbəsi, ev 4, mənzil 1 ünvanında qeydiyyatda olmaqla hazırda həmin ünvanda yaşayır. "xxxx" ASC-nin “X12” İmişli regional bölməsində mütəxəssis vəzifəsində işləyir, İmişli və Füzuli rayonlarında səyyar fəaliyyət göstərir. Təxminən bir il əvvəl özünə məxsus “Hyundai i30” markalı, ** XR *** dövlət nömrə nişanlı avtomobil ilə İmişli rayonu, Bəhramtəpə qəsəbəsindən İmişli şəhərinə gedərkən tanımadığı şəxs avtomobili işarə edib dayandıraraq onuda aparmağını xahiş etmiş, həmin şəxs avtomobilə əyləşdikdən sonra yoluna davam etmiş, şəhər ərazisində tanımadığı şəxs maşından düşdükdən sonra arxa oturacaqda həmin şəxsə məxsus qatlanan bıçağın avtomobildə qaldığını görüb saxlanc yerinə qoymuşdur. Təxminən 2024-cü ilin mart-aprel aylarında İmişli şəhərində olan restoranın qarşısında tanımadığı azyaşlı şəxsin əlində bir ədəd avtomat patronu olduğunu görüb onu yanına çağırmış, ondan nəyə görə patronu gəzdirdiyini soruşmuş, həmin şəxs də boyunbağı düzəldəcəyini demiş və o həmin şəxsə patronun təhlükəli olduğunu bildirib patronu zərərsizləşdirmək və ya hər hansı orqana təhvil vermək məqsədi ilə ondan istəmiş və həmin şəxs də patronu ona vermişdir. Daha sonra o patronu özünə məxsus avtomobilin saxlanc yerinə qoyub və həmin vaxtdan unutduğu üçün patron avtomobildə qalmışdır. xx.xx.2024-cü il tarixdə, səhər saatlarında idarə etdiyi avtomobil ilə Füzuli rayonu ərazisinə gəlmiş, Əhmədbəyli kəndində yerləşən Zahid adlı şəxsə məxsus mebel mağazasına getmiş, həmin şəxslə "xxxx" ASC-dən götürmüş olduğu kreditində gecikmələri ilə bağlı müzakirə etmişlər. Həmin şəxs yenidən kredit götürmək istədiyini söyləmiş və o da ofislə əlaqə saxladıqdan sonra hazırda 4000 manat borcu olduğunu, həmin pulu ödədikdən sonra 7000 manat məbləğində kredit götürə biləcəyini bildirmiş, Zahid adlı şəxs əmisi oğlunun pul gətirəcəyini, gün ərzində ödəcəyini bildirmişdir. Bundan sonra o, oradan uzaqlaşıb, başqa müştərilərlə görüşmək üçün getmiş, həmin tarixdə, saat təxminən 13-14 radələrində Zahid ona zəng edərək ödəniş etmək üçün polis olan əmisi oğlunun pulu gətirdiyini gəlib onunla birlikdə ödəməyini demiş, o da cavab olaraq onun özünə ehtiyac olmadığını, pulu ödədikdən sonra qəbzin şəkilini ona göndərməyini söyləmiş, Zahid də başqa bir məsələ olduğunu, həmin məsələ ilə bağlı üz-üzə danışmaq isdədiyini demiş və o da razılıq verərək onun işlədiyi mebel salonu istiqamətində getmişdir. Bundan sonra mebel salonunun yaxınlığında, həmçinin “radar” qurğusunun yaxınlığında Zahid adlı şəxslə görüşmüş, onunla 10-15 dəqiqə söhbət etdikdən sonra 4 nəfər tanımadığı şəxs ona yaxınlaşmış, onlardan biri onunda adına kredit olduğunu və baxmağını demiş, hansı bank olduğunu soruşduqdan sonra həmin şəxs demiş ki, “Dəmir Bank”dan kredit götürüb və o da "xxxx" ASC-nin işçisi olduğunu başqa banklarda olan məlumata baxa bilmədiyini bildirmişdir. Bu vaxt sonradan adı ona məlum olan Pərviz adlı polis əməkdaşı özünü təqdim etmədən ondan Kapital Bankın işçisi olduğunu təsdiq edən sənəd istəmiş, o bankın ona verdiyi vəsiqəni və planşeti göstərib, mobil telefonunu əlinə alaraq bankla əlaqə saxlayaraq rayon Polis Şöbəsinə rəsmi arayış verməsi üçün bank əməkdaşlarına zəng edən zaman Pərviz adlı əməkdaş mobil telefonu onun əlindən alaraq Füzuli rayon Polis Şöbəsinə gedərək orada məsələyə aydınlıq gətirəcəklərini söyləmişdir. Bundan sonra avtomobilinin açarını ondan almaq istəyən zaman o avtomobilinin açarını onlara verməyərək öz avtomobilini özü idarə edərək rayon Polis Şöbəsinə gedə biləcəklərini demişdir. Daha sonra Pərviz adlı əməkdaş ön sərnişin oturacağında əyləşmiş, sonradan adı ona məlum olan Eldost adlı əməkdaş isə arxa oturacaqda əyləşmiş və o avtomobili idarə edərək Füzuli rayon Horadiz şəhəri istiqamətində hərəkətə başlamışdır. Yolda hərəkətdə olarkən həmin polis əməkdaşları avtomobili axtarmağa başlamışlar. Ona məxsus avtomobilin saxlanc yeri adlanan hissəsindən 01 ədəd patron və 01 ədəd qatlanan bıçaq tapmışlar. Həmin vaxt o, patronu necə əldə etdiyini demiş və həqiqətən də yaddaşından çıxdığı üçün orada qaldığını bildirmişdir. Onlar rayon Polis Şöbəsinə çatmışlar və onu avtomobillə birlikdə rayon Polis Şöbəsinin həyətinə salmışlar. Daha sonra məlum olmuş ki, onun işinə təhqiqatçı Şahid5 baxır və təhqiqatçının otağında avtomobilində saxladığı patron və bıçağın şəkillərini çəkmişlər. Onun izahatını aldıqdan sonra o yaşadığı rayona geri qayıtmış, lakin avtomobili 1 ay polis şöbəsinin duracağında qalmışdır. Avtomobilində saxladığı döyüş sursatı hesab edilən patronu almış olduğu şəxsi tanımır, onun haqqında heç bir məlumatı yoxdur, avtomobilində döyüş sursatı hesab edilən patron olması barədə heç kimə deməmiş, hətta özünün də yaddaşından çıxmışdır. Həmin patronu özü polis əməkdaşlarına təqdim etmişdir. Həmçinin patronun baş hissəsinin girib-çıxdığını və içərisində barıt olmadığını bildirdi. Barəsində bəraətverici hökm çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Füzuli RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat 14 radələrində Füzuli rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili, Şahid2 və baş əməliyyat müvəkkili Şahid3 ilə xidmətdə olan zaman Şahid2 telefon zəngi gəlmiş, Şahid2 telefonla danışığı bitirdikdən sonra zəng edən şəxsin Füzuli rayonu, Mahmudlu-2 kəndi ərazisində yerləşən mebel salonunda işləyən əmisi oğlu Zahid olduğunu, həmin şəxsin “Hyundai İ30” markalı, ** XR *** dövlət nömrə nişanlı avtomobillə tanımadığı bir nəfər şəxsin onun işlədiyi mebel sexinə gələrək özünü "xxxx" ASC-nin işçisi kimi təqdim etdiyini, lakin şübhəli davranışlar göstərdiyi üçün dələduz olduğunu zənn etdiyini deməsini bildirmişdir. Onlar həmin vaxt qeyd edilən əraziyə yaxın olduqları üçün dərhal ünvan 2 ünvana gedən zaman Əhmədbəyli-Şuşa avtomobil yolunun ünvan 3n keçən hissəsində quraşdırılmış radar qurğusunun, həmçinin Zahid adlı şəxsin işlədiyi mebel salonunun yaxınlığında yolun kənarında Zahid adlı şəxsin dediyi “Hyundai İ30” markalı, ** XR *** dövlət nömrə nişanlı avtomobilin dayandığını görmüşlər və onlar avtomobili saxlayıb, yerə düşərək ona yaxınlaşmışlar. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra onun kimliyini soruşmuşlar və həmin şəxsdə İmişli şəhər sakini Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Amid adlı həmin şəxsin verilən suallara ziddiyyətli cavab verməsi onlarda şübhə doğurduğu üçün onu rayon Polis Şöbəsinə dəvət etmişlər və o da onlarla razılaşmışdır. Bundan sonra əməliyyat müvəkkili Şahid2 və o, Amid adlı şəxsə məxsus “Hyundai İ30” markalı, ** XR *** dövlət nömrə nişanlı avtomobilə əyləşib, baş əməliyyat müvəkkili Şahid3 isə öz avtomobilinə əyləşmişdir. Onlar Amid adlı şəxsin idarə etdiyi avtomobillə rayon Polis Şöbəsinin inzibati binası istiqamətində hərəkətdə olan zaman ondan şəxsiyyətini təsdiq edən sənədi istədikdə o, avtomobilin saxlanc yerini açaraq orada sənəd axtaran zaman onunda həmin yer istiqamətində baxdığını görüb, dərhal təlaş içində saxlanc yerinin qapağını bağlamış. Amidin sənədi götürmədən saxlanc yerinin qapısını bağlaması, danışıqlar zamanı həyəcanlanması, verilən suallara əlaqəsiz cavab verməsi, həmçinin onlarla danışarkən tez-tez avtomobilin saxlanc yerinə baxması onlarda yenidən şübhə doğurmuş, bu vaxt o Amid adlı şəxsə üzərində və ya avtomobilində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olmasını soruşmuş, Amid adlı şəxs ilk öncə inkar edərək yayındırıcı cavablar verməyə başlamış, daha sonra onunda avtomobilin saxlanc yeri istiqamətində baxdığını görüb, avtomobilində 01 ədəd bıçaq və 01 ədəd avtomat patronu olduğunu, həmin bıçağı avtomobilə sərnişin kimi götürdüyü tanımadığı şəxsin yadından çıxaraq avtomobildə qaldığını, avtomat patronunu isə tanımdığı bir nəfər şəxsin əlində görüb istədiyini, həmin patronu saxlamaqda heç bir məqsədi olmadığını, sadəcə olaraq təxminən 10 aydır ki, unutduğu üçün avtomobildə qaldığını deyərək, ona köməklik göstərməklərini, rayon Polis Şöbəsinə getməməklərini xahiş etmişdir. Bundan sonra onlar həmin şəxsi rayon Polis Şöbəsinə gətirmişlər, avtomobildən düşən zaman Amid adlı şəxs bıçaq və 01 ədəd avtomat patronun özü ilə götürüb onlara təqdim edən zaman, ona Təhqiqat və İstintaq bölməsinin əməkdaşlarına təqdim edəcəyini bildirmişlər və bundan sonra o raportla rayon Polis Şöbəsinin rəisinə məruzə edərək, Amid adlı şəxsin avtomobilində 01 ədəd bıçaq və 01 ədəd avtomat patronu olması barədə məlumat verərək həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Həmin raportun araşdırması Füzuli RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Şahid5 həvalə edilmiş, Təqsirləndirilən şəxs avtomobilində saxladığı 01 ədəd bıçağı və 01 ədəd avtomat patronu təqdim etmiş, Şahid5 tərəfindən təqdim etmə anının fotoşəkilləri çəkilmiş və təqdim etdiyi əşyalar qablaşdırılaraq götürülmüşdür. Daha sonra isə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bıçaq və 01 ədəd avtomat patrona ballistik ekspertiza təyin edilmiş və verilmiş rəydə Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bıçağın soyuq silah hesab edilmədiyi, 01 ədəd avtomat patronun isə döyüş sursatı hesab edilən, atəş üçün yararlı olan patron olduğu göstərilib. Təqsirləndirilən şəxs atəş üçün yararlı olan, döyüş sursatı hesab edilən həmin patronu hansı şəraitdə, nə vaxt və kimdən əldə etməsi barədə əməliyyat məlumatı əldə etmək mümkün olmamışdır. Cinayət işi üzrə şahid qismində ifadə verən Şahid2 və Şahid3 işin əsas mahiyyəti üzrə Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun bildirdiyi xüsusatları tam təsdiq etdilər. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Füzuli RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək bildirdi ki, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır. Füzuli rayon X10 bölməsinin təhqiqatçısı vəzifəsində işləyir, polis baş leytenantı xüsusi rütbəsindədir. Füzuli rayon Polis Şöbəsinin NMQ-nun əməliyyat müvəkkili, Şahid1 xx.xx.2024-cü il tarixdə Füzuli rayon polis şöbəsinə raportla müraciət edərək, həmin tarixdə Füzuli RPŞ-nin CAB-nin əməkdaşları Şahid2 və Şahid3lə birlikdə xidmətdə olan zaman ünvan 3 olan “Radar” qurğusunun yaxınlığında idarə etdiyi “Hyundai İ30” markalı, ** XR *** dövlət nömrə nişanlı avtomobillə dayanan, sonradan kimliyi onlara məlum olan Amid adlı şəxsi şübhəli davranışlar göstərməsi səbəbindən rayon polis şöbəsinə dəvət etdiklərini, həmçinin rayon polis şöbəsinə gələn zaman Amid adlı şəxsin şübhəli davranışlarını davam etdirdiyi üçün avtomobilində və ya üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmaması soruşulduqda həmin şəxsin avtomobilində 01 ədəd bıçaq və döyüş sursatı hesab edilən 01 ədəd patron olduğunu deməsini bildirmiş və həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Həmin tarixdə, saat 15 radələrində Təqsirləndirilən şəxs onun xidməti otağına gətirmişlər və həmin vaxt Təqsirləndirilən şəxs əlində olan 01 ədəd bıçağı və 01 ədəd avtomat patronun ona təqdim edərək özünə məxsus “Hyundai İ30” markalı, ** XR *** dövlət nömrə nişanlı avtomobildə saxladığını, polis əməkdaşları tərəfindən rayon polis şöbəsinə gətirilən zaman polis əməkdaşları ondan üzərində və ya avtomobilində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olmasını soruşduqda o da avtomobilinin saxlanc yerində 01 ədəd bıçaq və 01 ədəd avtomat patronu olduğunu deməsini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona təqdim etdiyi 01 ədəd bıçağa və 01 ədəd avtomat patronuna baxış keçirilmiş və tərəfindən qablaşdırılaraq götürülmüşdür. Daha sonra həmin əşyalara Məhkəmə-ballistik ekspertiza təyin edilmiş və Təqsirləndirilən şəxs avtomobilində 01 ədəd bıçaq və 01 ədəd avtomat patronu saxlaması faktına görə toplanmış ilkin yoxlama materialı üzrə 22 iyul 2024-cü il tarixdə tərəfindən “Materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərar qəbul edilmişdir. Sonradan ona məlum olmuşdur ki, qeyd olunan əşyalarla bağlı verilmiş Məhkəmə-ballistik ekspertizasının rəyində Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bıçağın soyuq silah hesab edilmədiyi, 01 ədəd avtomat patorunun isə döyüş sursatı hesab edilən, atəş üçün yararlı olan patron olduğu göstərilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək bildirdi ki, Füzuli rayonu, Mahmudlu-2 kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin kənddə yaşayır. Füzuli rayonu, Mahmudlu-2 kəndi ərazisində, Əhmədbəyli-Şuşa avtomobil yolunun kənarında onlara məxsus mebel salonu vardır. xx.xx.2024-cü il tarixdə, saat 13-14 radələrində mebel salonunda olan zaman “HYUNDAİ İ30” markalı, ** XR *** dövlət nömrə nişanlı avtomobillə bir nəfər tanımadığı şəxs mebel salonuna gələrək özünün "xxxx" MMC-nin işçisi olduğunu, aşağı faizlə kredit verdiyini söyləmiş, o kredit faizləri və müddətləri ilə bağlı danışıqlar edən zaman həmin şəxsin onu aldatmaq istədiyini zənn etmiş, həmçinin son zamanlar dələduzların çoxaldığını eşitdiyi üçün həmin şəxsin onu aldatmaq istəməsini fikirləşib qohumu, Füzuli rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 zəng edərək “HYUNDAİ İ30” markalı, ** XR *** dövlət nömrə nişanlı avtomobillə tanımadığı bir nəfər şəxsin işlədiyi mebel salonuna gəldiyini, özünü "xxxx" MMC-nin işçisi kimi təqdim etdiyini və zənnincə dələduz olduğunu demiş, Şahid2 də özlərinin həmin əraziyə yaxın yerdə olduğunu bildirərək həmin yerə yaxınlaşdıqlarını demişdir. Bundan sonra o həmin şəxsin yanına gələrək onu aldatmaq istəməsindən şübhələndiyini və bu səbəbdən polis olan qohumuna məlumat verdiyini bildirmişdir. Həmin şəxs də həqiqətən "xxxx" MMC-nin işçisi olduğunu, heç kəsi aldatmadığını bildirərək mebel salonundan çıxmışdır. Təqsirləndirilən şəxs tanımır, onunla heç bir düşmənçilik və ya ədavəti yoxdur, həmin şəxsə məxsus “HYUNDAİ İ30” markalı, ** XR *** dövlət nömrə nişanlı avtomobildə döyüş sursatı və ya qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olduğunu bilməmiş, sadəcə olaraq sonradan ona məlum olmuşdur ki, polis əməkdaşları həmin şəxsi rayon polis şöbəsinə aparmışlar və avtomobilindən döyüş sursatı hesab edilən patron çıxıb. Bundan başqa da heç bir məlumatı yoxdur. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş: - Füzuli RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata götürülmüşdür (İ cild, səh.1-2). - Füzuli RPŞ CAB-ın baş əməliyyat müvəkkili polis kapitanı Şahid1 şöbə rəisinə ünvanladığı xx.xx.2024-cü il tarixli raportunda qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə Füzuli rayon Polis Şöbəsinin CAB-nin əməkdaşları Şahid2 və Şahid3lə xidmətdə olan zaman ünvan 3 olan “Radar” qurğusunun yaxınlığında idarə etdiyi “HYUNDAİ İ30” markalı, ** XR *** dövlət nömrə nişanlı avtomobillə dayanan, kimliyi sonradan məlum alan Amid adlı şəxs şübhəli davranışlar göstərdiyindən onu rayon polis şöbəsinə dəvət etmişlər, onun üzərində və ya avtomobilində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmaması soruşduqda həmin şəxs ilk öncə yayındırıcı cavablar vermiş, daha sonra avtomobilində 01 ədəd bıçaq və döyüş sursatı hesab edilən 01 ədəd patron olduğunu demişdir (İ cild, səh.4). - Füzuli RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Şahid5 tərəfindən tərtib edilmiş 08 iyul 2024-cü il tarixli «Baxış keçirilməsi haqqında» protokolda göstərilir ki, baxış zamanı Təqsirləndirilən şəxs Füzuli rayon Polis Şöbəsinin inzibati binasında avtomobilində saxladığı 01 ədəd bıçağı və 01 ədəd avtomat patronunu təqdim etmişdir (İ cild, səh.1-2). - “Məhkəmə-ballistik ekspertizası”nın xx.xx.2024-cü il tarixli 24/1314 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd patron zavod üsulu ilə istehsal olunmuşdur, həmin kalibrli əl pulemyotlarından RPD, Karabin və Mosin konstruksiyalı tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş 7,62x54 mm kalibrli döyüş sursatıdır, istifadə və atəş üçün yararlıdır (İ cild, səh.41-44). - “Məhkəmə-ballistik ekspertizası”nın xx.xx.2024-cü il tarixli 3-16-16/2-3/1180 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, turist bıçağıdır, soyuq silah hesab edilmir və üzərində hər hansı əlavə və dəyişiklik edilməmişdir (İ cild, səh.28-30). - BD548495 nömrəli nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai İ30” markalı, ** XR *** dövlət nömrə nişanlı avtomobil Təqsirləndirilən şəxs mülkiyyətindədir, bundan əlavə AE 822630 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Amid Babyevin xx.xx.2019-cu il tarixdən xx.xx.2029-cu il tarixədək avtomobil idarə etmək hüququ vardır (İ cild, səh.8). - Füzuli rayon Polis Şöbəsi tərəfindən verilmiş əməliyyat tapşırığına 28 sentyabr 2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs avtomobilində saxladığı və polis şöbəsində olan zaman təqdim etdiyi əl pulemyotlarından RPD, Karabin və Mosin konstruksiyalı tüfənglərdə istifadə olunması nəzərdə tutulan, döyüş sursatı hesab edilən, zavod üsulu ilə istehsal olunmuş, istifadə və atəş üçün yararlı bir ədəd 7,62x54 mm kalibrli patronu kimdən və hansı şəraitdə əldə etməsi, talaması və ya hədə qorxu ilə tələb etməsi barədə Füzuli rayon Polis Şöbəsinin Cinayət-Axtarışı bölməsində heç bir əməliyyat məlumatı yoxdur. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi, patronu almış olduğu tanımadığı şəxsin kimliyini müəyyən etmək mümkün olmamışdır. Əməliyyat tapşırığında göstərilən digər xüsusatlarla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir, gələcəkdə müsbət nəticə əldə olunarsa bu barədə əlavə olaraq bildiriləcəkdir (İ cild, səh.38, 48). - İmişli rayon Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyindən verilmiş 30 oktyabr 2024-cü il tarixli, 411 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə İmişli şəhəri, Meliorator qəsəbəsi, ev 4, mənzil 1 ünvanında yaşayır, barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır (İ cild səh. 63-65) - “İmişli RMX-sı” X16 04 oktyabr 2024-cü il tarixli 18-1-46/2-1012/2024 saylı məktubundan görünür ki, İmişli şəhəri, Meliorator qəsəbəsi, ev 4, mənzil 1 ünvanında yaşayan xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs “İmişli RMX-sı” X16 ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda olmamışdır (İ cild səh. 61). - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (İ cild səh.56-57). - AZ-1856240 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 27 avqust 2013-cü il tarixdə X3 ilə nikah bağlamışdır (İ cild səh. 66). - AZ –İV 670109 nömrəli doğum haqqında şəhadətnamənin və AA0728233 nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladı-xx.xx.2021-ci il təvvəlüdlü X15 və xx.xx.2014-cü il təvəllüdlü X13 vardır (İ cild səh. 67-68). - Təqsirləndirilən şəxs ali təhsillidir, evlidir, əvvəllər məhkum olunmamışdır, "xxxx" ASC-də mütəxəssis vəzifəsində işləyir, himayəsində iki azyşalı övladı (xx.xx.2021-ci il təvvəlüdlü X15 və xx.xx.2014-cü il təvəllüdlü X13) vardır, İmişli şəhəri, Meliorator qəsəbəsi, ev 4, mənzil 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, yaşayış yerindən təqdim olunmuş xasiyyətnamə ilə müsbət xarakterizə edilir (İ cild səh. 8, 56-57, 62-68) - Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(104)-411/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın faktiki halları ilə oxşar olan digər bir ittiham üzrə Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(066)-54/2023 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və məhkum tərəfindən verilmiş apellyasiya şikayəti əsasında cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasında baxılmış, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(066)-54/2023 nömrəli hökmü ləğv edilmiş, ona Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilmiş və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilmişdir. - Ali Məhkəmənin Cinayət Kollegiyasının 1(102)-482/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, yuxarıda göstərilən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(104)-411/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökümdən kassasiya protesti verilmiş və Ali Məhkəmənin qərarına əsasən kassasiya protesti təmin edilməmiş Gəncə Apellyasiya Məhkəməsinin bəraət hökmü qüvvədə saxlanılmışdır. - Ali Məhkəmənin Cinayət Kollegiyasının 1-1(102)-25/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın faktiki halları ilə oxşar olan digər bir ittiham üzrə Tərtər Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(098)-97/2022 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasında baxılmış, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Tərtər Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(098)-97/2022 nömrəli hökmü ləğv edilmiş, ona Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilmiş və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(104)-N1/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökümdən kassasiya protesti verilmiş və Ali Məhkəmənin qərarına əsasən kassasiya protesti təmin edilməmiş Gəncə Apellyasiya Məhkəməsinin bəraət hökmü qüvvədə saxlanılmışdır. Məhkəmə müdafiə tərəfinin verdiyi “baxış” protokolunun prosessual pozuntularla, yəni hal şahidləri qismində Füzuli RPŞ-də elektrik vəzifəsində işləyən X9 və Füzuli RPŞnin əməkdaşının qohumu olan X2 iştirakları ilə tərtib edilməsini əsas gətirərək həmin protokolun sübutlar siyahısından çıxarılması ilə bağlı vəsatətinə münasibət bildirərək qeyd edir ki, cinayət-prosessual qanunvericiliyin tələbinə görə yalnız hadisə yerinə baxış keçirilən zaman hal şahidlərinin iştirakı təmin oluna bilər, digər hallarda, o cümlədən əşyaya “baxış” protokolu tərtib edilən zaman hal şahidlərinin iştirakı tələb olunmur. Belə ki, CPM-nin 236-cı maddəsinin tələbindən müəyyən olunur ki, yalnız hadisə yerinə baxış keçirilən zaman hal şahidlərinin iştirakı təmin olunur. Belə olan halda Məhkəmə hesab edir ki, əşyaya “baxış” protokolu prosessual pozuntulara yol verilmədən tərtib edilmədiyindən və mötəbər sübut hesab olunaraq sübutlar siyahısından çıxarılmamalıdır. Məhkəmə, həmçinin müdafiə tərəfinin patronun başlığının (güllə başlığı) giribçıxması, içərisində barıtın olmaması ilə bağlı fikirlərinə münasibət bildirərək qeyd edir ki, ibtidai istintaq aparılan zaman müdafiə tərəfinin qeyd olunan hallarla bağlı istintaq orqanına heç bir vəsatətlə müraciəti olmamış, yalnız məhkəmə istintaqı zamanı həmin iddialar qabardılmışdır. Eyni zamanda iş materiallarından da müəyyən olunur ki, ekspertizaya təqdim olunan 01 ədəd patron möhürlənmiş və imzalarla təsdiqlənmiş zərfdə olunmuşdur. Bu isə o nəticəyə gəlməyə əsas verir ki, müdafiə tərəfinin patronun başlığının (güllə başlığı) girib-çıxması, içərisində barıtın olmaması ilə bağlı fikirləri həqiqəti əks etdirmir və özünü müdafiə xarakterli ifadələrdir. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, Azərbaycan Respublikası CPM-in 350.2-ci maddəsinin tələbinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində qəsdən qanunsuz olaraq əl pulemyotlarından RPD, Karabin və Mosin konstruksiyalı tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən, zavod üsulu ilə istehsal olunmuş, istifadə və atəş üçün yararlı bir ədəd 7,62x54 mm kalibrli patronu əldə etmə, saxlama, gəzdirmə və daşıma cinayət əməlinin tərkib əlamətləri yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs döyüş sursatı hesab edilən 01 ədəd patronu əldə etməsi, saxlaması, gəzdirməsi və daşımasından ibarət olan əməlinin əhəmiyyətliliyi, ictimai təhlükəliliyi, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməsi və ya zərər yetirmək təhlükəsi yaratması ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticə qanuni və əsaslı deyildir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlinin xarakteri dərindən araşdırılmamış, əməl üzrə səthi şəkildə araşdırma aparılaraq, işin faktiki halları düzgün qiymətləndirilmədən, formal əsaslarla ittiham irəli sürülmüşdür. Məhkəmə istintaqı zamanı aparılan araşdırma nəticəsində Təqsirləndirilən şəxs əməlinin az əhəmiyyətli, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl olduğu müəyyən edildi. Məhkəmə irəli sürülmüş ittiham üzrə hüquqi qiymətləndirmə aparılması üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu “CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “X4rşı”, “X5rşı”, “Ermi İtaliyaya qarşı” məhkəmə işləri üzrə Qərarlarında dövlətin pozitiv öhdəlikləri prinsipindən çıxış edərək göstərmişdir ki, müdafiənin əslində ilk növbədə təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən həyata keçirilməsinə baxmayaraq, ədalətliliyin əsas təminatçısı qismində məhkəmələr çıxış edirlər. Azərbaycan Respublikasının Konstitusiyası və qanunları cinayət mühakimə icraatının vəzifələrindən çıxış edərək cinayət prosesini həyata keçirən orqanların, xüsusən məhkəmələrin üzərinə vəzifələr qoyur ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsirliliyinə dair mötəbər sübutlar olmadan cinayət təqibinə və cəzaya məruz qalmasın, şəxsi mülahizələr əsasında məsuliyyətə cəlb edilməsin və cinayət törətməkdə ittiham olunan hər bir şəxsin təqsiri yalnız qanunla müəyyən edilmiş qaydada sübuta yetirildikdə cinayət məsuliyyətinə cəlb edilsin. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Qərarında qeyd etmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması ilə bağlı həyati əhəmiyyətli məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmə hökmü əsaslı və qanuni olmalıdır. Bu o deməkdir ki, şəxsin təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 228.1-ci maddəsinin əlamətləri formal cəhətdən mövcud olsa da, lakin onun həmin hərəkətləri az əhəmiyyətli olmuş, ictimai təhlükəli olmamış, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməmiş və ya zərər yetirmək təhlükəsi yaratmamışdır. Azərbaycan Respublikası CM-nin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Göründüyü kimi Qanunun tələbinə görə az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan əməllər cinayət hesab edilmir. Hazırki CM-nə görə ictimai təhlükəlilik yalnız cinayət sayılan əməllərə şamil edilir. İctimai təhlükəlilik əlaməti cinayətin maddi əlaməti sayılmaqla, əməlin qanunla mühafizə edilən ictimai münasibətlərə zərər yetirə bilmək xassəsini əks etdirir. İctimai təhlükəlilik əlaməti obyektiv kateqoriya sayılır. İctimai təhlükəliliyin xarakteri əməlin qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir və cinayətin bu xassəsinin keyfiyyət göstəricisi sayılır. İctimai təhlükəliliyin dərəcəsi yetirilən zərərin miqdarı, həcmi və dərəcəsi, qəsdin özünün xüsusiyyətləri, bəzi hallarda cinayətin subyektinin xüsusiyyətləri ilə müəyyən edilir və ictimai təhlükəliliyin kəmiyyət tərəfi sayılır. Qanunvericilikdə ictimai təhlükəlilik əlaməti mövcud olmadığına görə cinayət sayılmayan az əhəmiyyətli əməli xarakterizə edən 2 meyar müəyyən edilmişdir:

1. CM-in xüsusi hissəsində nəzərdə tutulan cinayət tərkibinin əlamətlərinin formal olaraq az əhəmiyyətli sayılan əməldə mövcud olması;

2. İctimai təhlükəlilik əlaməti mövcud olmadığı üçün belə əməlin şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirə bilməməsi və ya zərər yetirmək təhlükəsi yarada bilməməsi. Əməlin az əhəmiyyətli sayılmasını baş vermiş əməldə təzahür edən əlamətlər şərtləndirə bilər. (cinayətin törədilmə üsulu, cinayətin motiv və məqsədi, başa çatdırılması səviyyəsi və s.). Qanunla bir sıra cinayətlərin zəruri tərkib əlaməti qismində vurulmuş ziyanın əhəmiyyətli, külli və ya xüsusilə külli miqdarda olması tələb olunur. Belə hallarda vurulmuş faktiki ziyan əhəmiyyətli, külli və ya xüsusilə külli miqdarda olmadıqda, törədilmiş əməl formal cəhətdən də Məcəllədə nəzərdə tutulan cinayət tərkibini yaratmır. Cinayət əməli məcburi qaydada cəzalanmalı əməldir. Azərbaycan Respublikası CMin 14.1-ci maddəsində cinayətə “bu Məcəllə ilə cəza təhdidi altında” əməl kimi qiymət verilir. Qanunla ictimai təhlükəli sayılan əmələ görə müvafiq cəza növü nəzərdə tutan sanksiya müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 41.1-ci maddəsində cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi tədbir kimi müəyyən edilir. Cəza cinayət törətməkdə təqsirli sayılan şəxsə tətbiq olunmaqla onun barəsində qanunla müəyyən edilən məhrumiyyətlər yaratmaqda və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasında ifadə olunur. Törədilən əmələ görə cəza tətbiq etmək mümkün deyilsə, belə əməl cinayət sayıla bilməz. Cinayət qanunvericiliyində təqsirli şəxsin cinayət cəzasından azad edilməsini nəzərdə tutan müvafiq maddələrin mövcud olması əməlin cəzalanmalı olmasının cinayət əməlinin zəruri əlaməti sayılmasını istisna etmir. Cəza və əməlin cəzalanmalı olması anlayışlarını eyniləşdirmək olmaz. Cəza törədilmiş cinayət əməlinin hüquqi nəticəsi olmaqla, cinayət hüququnda müstəqil kateqoriyadır. Qanunverici orqan ilk dəfə olaraq CMin 14.1-ci maddəsində cinayət hüququnda cinayət əməlinin əlamətlərini tam əhatə etməklə üç müstəqil institutu birləşdirmişdir. Bu anlayışlar isə cinayət qanunu, cinayət və cəzadan ibarətdir. Törədilmiş əməlin az əhəmiyyətli sayılmasının müəyyən edilməsi isə təhqiqat, istintaq, prokurorluq və məhkəmə orqanlarının səlahiyyətinə aiddir. Baş vermiş əməldə az əhəmiyyətlilik əlaməti aşkar edildikdə, cinayət işi başlanmır, başlanmış cinayət işinə isə əməldə cinayət tərkibi olmadığından bəraətverici əsaslarla xitam verilir, məhkəmə baxışı zamanı isə bəraət hökmü çıxarılır. Məhkəmə hazırki işin faktiki hallarını və qanunvericiliyin yuxarıda göstərilən tələblərini, həmçinin oxşar faktiki hallarla bağlı irəli sürülmüş ittihamlar üzrə Ali Məhkəmənin hüquqi mövqeyini nəzərə alaraq, Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, onun hərəkətlərində döyüş sursatını qanunsuz olaraq əldə etmə, saxlama, gəzdirmə və daşıma əməlləri formal cəhətdən mövcud olsa da, az əhəmiyyətli olduğuna görə, yəni həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirmədiyindən və ya zərər yetirmək təhlükəsi yaratmadığından bu əməl Azərbaycan Respublikası CM-nin 14.2-ci maddəsinə əsasən ictimai təhlükəli sayılmayan əməl kimi qiymətləndirilməlidir. Əvvəllər aparılmış cinayət mühakimə icraatları zamanı da oxşar faktiki hallarla irəli sürülmüş ittihamlar üzrə Məhkəmənin qənaəti bəraət hökmləri ilə nəticələnmişdir. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(104)-411/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın faktiki halları ilə oxşar olan digər bir ittiham üzrə çıxarılmış bəraət hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(066)-54/2023 nömrəli hökmü ləğv edilmiş, ona Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilmiş və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(104)-411/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökümdən kassasiya protesti verilmiş və Ali Məhkəmənin Cinayət Kollegiyasının 1(102)-482/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən kassasiya protesti təmin edilməmiş Gəncə Apellyasiya Məhkəməsinin bəraət hökmü qüvvədə saxlanılmışdır. Digər bir cinayət işi üzrə əvvəllər aparılmış cinayət mühakimə icraatı zamanı da oxşar faktiki hallarla irəli sürülmüş ittiham üzrə Məhkəmənin qənaəti yenə də bəraət hökmü ilə nəticələnmişdir. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(104)-N1/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın faktiki halları ilə oxşar olan digər bir ittiham üzrə çıxarılmış bəraət hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Tərtər Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(098)-97/2022 nömrəli hökmü ləğv edilmiş, ona Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə bəraət verilmiş və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(104)-N1/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökümdən kassasiya protesti verilmiş və Ali Məhkəmənin Cinayət Kollegiyasının 1-1(102)-25/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən kassasiya protesti təmin edilməmiş Gəncə Apellyasiya Məhkəməsinin bəraət hökmü qüvvədə saxlanılmışdır. Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası qanununun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlar müəyyən edildikdə Ali Məhkəmənin Plenumu məsələyə baxır və belə nöqsanlara yol verilməməsi üçün müvafiq izahı nəzərdə tutan qərar qəbul edir. Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası qanununun yuxarıda göstərilən tələbindən də aydın olur ki, vahid məhkəmə təcrübəsi maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır və bu formalaşma həm də Ali Məhkəmə kollegiyalarının baxdığı işlər üzrə çıxardığı qərarlar əsasında baş verir. Məhkəmə Təqsirləndirilən şəxslə bağlı irəli sürülmüş ittiham üzrə də, Ali Məhkəmənin gəldiyi nəticəni tətbiq edərək, ona bəraət verilməsini əsaslı, qanuni və eyni zamanda ədalətli hesab edir. İşin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs həmin 01 ədəd patronu tanımadığı azyaşlı şəxsin əlində görüb, onu zərərsizləşdirmək niyyətilə almış, avtomobilində daşımışdır. Yəni, Təqsirləndirilən şəxs həmin patronu əldə etməklə bağlı öncədən hər hansı ictimai təhlükəli niyyəti olmamış, bunu qabaqcadan arzu etməmiş, planlaşdırmamışdır. O, həmin patronu təsadüfən tanımadığı şəxdən əldə etmiş, həmin patronun özündə saxlanmasına heç bir əhəmiyyət verməmiş, həmin patrondan gələcəkdə hər hansı hüquqa zidd məqsədlə istifadə etmək niyyətində olmamışdır. Sonuncu öz hərəkətləri ilə şəxsiyyətə, cəmiyyətə və dövlətə hər hansı bir zərər vurmamış və ya belə bir təhlükə yaratmamışdır. İş materiallarından, həmçinin məhkəmə istintaqı zamanı aparılan araşdırmadan Təqsirləndirilən şəxs əməlinin ictimai təhlükəliliyi müəyyən edilməmişdir. Bundan başqa məhkəmə hazırki əməlin subyektinin xüsusiyyətləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və himayəsində iki azyaşlı uşağı vardır. Bundan başqa iş materialları ilə müəyyən edilir ki, o, ali təhsillidir, "xxxx" ASC-də mütəxəssis vəzifəsində işləyir, hazırki əməlinə qədər hər hansı cinayət əməlinə yol verməmiş və məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti ilə əlaqədar işin müəyyən olunmuş halları onun ictimai təhlükəli və cinayət törətməyə meyilli bir şəxs olmadığını göstərir. Həmçinin onun hazırki əməli öz işini itirməsinə səbəb ola və ailəsini də olduqca ağır maddi vəziyyətə sala bilər. Məhkəmə qeyd edir ki, tanımadığı azyaşlı şəxsin əlində görüb, onu zərərsizləşdirmək niyyətilə alınmış 01 ədəd patrona görə ali təhsilli, ailəli və himayəsində iki azyaşlı uşağı olan şəxsin məqsədi və motivi qeyri-müəyyən olan, hər hansı əhəmiyyəli nəticələrə səbəb olmayan, həmçinin şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməlinin cinayət hesab edilməsi və onun məhkum edilməsi CM-in norma və prinsiplərinə ziddir. Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq əl pulemyotlarından RPD, Karabin və Mosin konstruksiyalı tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab edilən, zavod üsulu ilə istehsal olunmuş, istifadə və atəş üçün yararlı 01 ədəd 7,62x54 mm kalibrli patronu əldə etmə, saxlama, gəzdirmə və daşıma cinayət əməlini, yəni Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi Məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. - 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, onun hərəkətlərində döyüş sursatını qanunsuz olaraq əldə etmə, saxlama, gəzdirmə və daşıma əməlləri formal cəhətdən mövcud olsa da, həmin hərəkətləri az əhəmiyyətli, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirmədiyindən və zərər yetirmək təhlükəsi yaratmadığından CM-nin 14.2-ci maddəsinə əsasən ictimai təhlükəli sayılmayan əməl kimi qiymətləndirilməlidir. CPM-in 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri-digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3, 349.4 və 349.5-ci maddələri). Məhz yuxarıda sadalananları nəzərə alan məhkəmə gəldiyi nəticəni ədalətli və əsaslı sayır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 62-ci bəndinə görə məhkəmə baxışı nəticəsində CMin 14-cü maddəsində göstərilən hal (təqsirləndirilən şəxsə istinad edilən hərəkət və ya hərəkətsizlikdə cinayət qanununda nəzərdə tutulmuş əməlin əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə əməlin ictimai təhlükəli olmadığı, yəni şəxsiyyətə, cəmiyyətə və ya dövlətə zərər yetirmək təhlükəsi yaratmadığı) və yaxud CM-in 36-40-cı maddələrində nəzərdə tutulmuş müvafiq olaraq zəruri müdafiə, cinayət törətmiş şəxs tutularkən ona zərər vurulması, son zərurət, əsaslı risk, əmrin və ya sərəncamın yerinə yetirilməməsi kimi hallar müəyyən edildikdə, bunlar əməldə cinayət tərkibinin olmaması kimi qiymətləndirilməli, müvafiq olaraq da şəxsə bəraət verilməsini (dövlət ittihamçısı ittihamdan imtina etdikdə həmin əsasla cinayət təqibinə xitam verilməsini) şərtləndirən əsas kimi nəzərdən keçirilməlidir. CPM-nin 42.1-ci maddəsində qeyd edilmişdir ki, cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, şəxsin cinayətə aidiyyəti sübuta yetirilmədikdə və ya şəxsin təqsirliliyi sübuta yetirlmədikdə təqsirləndirilən şəxsə bəraət verilməlidir. CPM-nin 42.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və prosesual əsas kimi CPM-in 42.1.2-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından CM-in 228.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə ona bəraət verilməlidir. CPM-nin 42.2.3-cü maddəsində göstərilmişdir ki, həmin Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır. Bu səbəbdən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmaması əsası ilə CPMin 42.1.2-ci maddəsinə əsasən bəraət verilməlidir. CPM-nin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. CPM-nin 350.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. CPM-nin 356.5-ci maddəsinə əsasən bəraət almış şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsilə verilmiş ittiham üzrə bəraət verilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, CPM-nin 353.5.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dərhal ləğv edilməlidir. İş üzrə maddi sübut 01 ədəd patron Azərbaycan Respublikası DİN-in Təchizat idarəsinə təhvil verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Ekspertizanın keçirilməsi ilə əlaqədar 64 (altmış dörd) manat ekspertiza xərci dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Eyni zamanda CPM-in 356.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkəməyə verilməsi, barəsində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ izah edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CM-nin 14.2-ci, Cinayət-Prosessual Məcəlləsinin 42.1.2, 55.1, 344-347, 349-350, 352-353, 356- 358, 383 və 384-cü maddələrini rəhbər tutaraq

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilsin və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dərhal ləğv edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilmiş Təqsirləndirilən şəxs həmin maddə ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. İş üzrə maddi sübut – 01 ədəd patron Azərbaycan Respublikası DİN-in Təchizat İdarəsinə təhvil verilsin. İş üzrə ekspertizasının keçirilməsinə çəkilmiş 64 manat ekspertiza xərci dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar