Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-14/2023 17.03.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakları ilə, xx xxx 1984-cü il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Füzuli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinib zərərçəkmiş şəxslə barışdığından AR CM-in 73.2-ci maddəsinə əsasən barəsində olan cinayət təqibinə xitam verilmiş, məhkumluğu olmayan, barəsində 21 oktyabr 2022-ci il tarixli qərarla başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 13 avqust 2022-ci il tarixdə səhər saat 10 radələrində Füzuli rayonu, Horadiz şəhərinin kənarında yerləşən otlaq sahəsindətanışıX2nun hadisədən bir neçə gün əvvəl onun övladı X5 ot kipi vermədiyi üçün Rövşən Allahverdiyevlə mübahisə edib sonuncunun ünvanına nalayiq sözlər dediyinə görə bunu aydınlaşdırmaq üçün həmin sahəyə gələn Rövşən Allahverdiyevin atası Zərərçəkmiş şəxs iləşəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanıəlindəki dəyənəklə qəsdən Zərərçəkmiş şəxs sağçiyin və baş nahiyələrindən bir neçə zərbə vurub ona sağçiyin qurşağı nahiyəsində qançır, başın tüklü hissəsinin təpə nahiyəsində ortada yara xəsarətləri ilə müşaiyət olunan və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında: Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək bildirdi ki, xx.xx.2022-ci il tarixdəsəhər saat 09 radələrindəHoradiz şəhərində “burğa” dərəsi adlanan yerdə qoyun otararkənİlqar və oğlu Rövşən onun yanına gəlmişlər. İlqar ona qarşı nalayiq ifadələr işlədərək onun Rövşəni niyə söydüyünü irad tutmuşdur. O, Rövşəni görmədiyini və ona qarşınalayiq ifadələr işlətmədiyini bildirmişdir. Həmin vaxt İlqarın tanışı Vəli oğlu Səlimlə onların yanına gəlmiş və İlqara, Rövşənə və oğlu Səlimə onu döymələrini demişdir. Onlar əllərində olan ağacla, Səlim isəəlində olan bıçaqla üstünə gəlmişlər. Rövşən əlində olan ağacla onun sağ qulağının arxa tərəfindən baş nahiyəsinə ağacla bir zərbə vurduğu üçün aralarında davadalaşyaranmışdır. O,isə əlində olan ağacla İlqarın baş vəçiyin nahiyələrinə bir neçə zərbə, Vəlinin isə sol qol nahiyəsinə ağacla bir zərbə vurmuşdur. Həmin vaxt yaxınlıqda olan tanımadığı hərbçilər onları aralamışlar. O, həmin şəxslərdən şikayətçi olmamış və ekspertizadan keçməkdən imtina etmişdir. Zərərçəkmiş şəxsərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilmədiyindən istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş və Təqsirləndirilən şəxs şikayəti və tələbi olmadığını bildirmişdir. İfadəsi elan edilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə səhər saat 10 radələrində o, ferma təsərrüfatında olarkən otlaq sahəsində xırda buynuzlu heyvanları otarmağa getmiş, oğlu Rövşən Allahverdiyev ona zəng edərək Fuadın kənardan durub ona qarşı nalayiq ifadələr işlətməsini bildirmişdir. O, oğlu Rövşənin və Fuadın harada olduqlarını soruşmuş, Fuadın yanına getmiş, nəüçün oğluna qarşı nalayiq ifadələr işlətdiyini soruşmuş və aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Fuad əlində olan ağac parçası ilə onun baş nahiyəsinə və sağçiyin nahiyəsinə zərbələr vuraraq ona bədən xəsarəti yetirmişdir. Fuad onun oğlu Rövşən Allahverdiyevi ağac parçası ilə vurmaq istəsə də, sonuncu kənara çəkildiyi üçün onu vura bilməmişdir. Sonradan onu və ailəüzvlərini nalayiq ifadələrlə təhqir etməyə başlamış və onların orada işləməərinə imkan verməyəcəyini bildirmişdir. Onların mübahisələri gedərkən işlədiyi ferma təsərrüfatının sahibi Şahid1 və atası Şahid2 onların yanına gəlmişlər. Şahid2 gəldiyi avtomobildən yerə düşərək Fuadın nalayiq ifadələr işlətdiyini eşitmiş, Fuada öz iradını bildirdikdə sonuncu əlində olan ağac parçası ilə Şahid2 sol qol nahiyəsinə bir zərbə vuraraq ona bədən xəsarəti yetirmişdir. Hadisədən əvvəl Təqsirləndirilən şəxs oğlu Aydını onların işlədiyi fermaya göndərərək onun oğlu Rövşəndən ot kipi almaq istəmiş, Rövşən kipi vermədiyi üçün sonuncunu təhqir etmişdir. Rövşən öz otlaq sahəsində olarkən Təqsirləndirilən şəxs Rövşənin yanına gəlmiş, nalayiq ifadələr işlətmiş, niyə oğlu Aydına kip vermədiyini demişdir. Şahid2 bildirdi ki, xx.xx.2022-ci il tarixdə səhər saat 10 radələrində ferma təsərrüfatlarında çoban işləyən Zərərçəkmiş şəxs onun oğlu Şahid1 zəng edərək Fuad adlışəxsin onun öz övladıRövşənin qarşısını kəsərək nalayiq ifadələr işlətməsi barədə məlumat vermişdir. O, oğlu Şahid1la birlikdə Fuad vəçoban işləyən İlqarın yanına getdikdəorada Fuadın atın belində olduğunu, əlində olan ağac parçası iləİlqarın baş nahiyəsinə vurduğunu görmüşdür. Həmin yerəçatdıqda o, Fuaddan nəüçün İlqarı vurduğunu soruşmuşdur. Bu zaman Fuad onu nalayiq ifadələrlə təhqir edərək əlindəki ağac parçası ilə onun baş nahiyəsinə vurmaq istəyərkən, o, sol qolunu özünü müdafiə etmək üçün qaldırdıqda ağac parçası onun sol qol nahiyəsinə dəyərək ona xəsarət yetirmişdir. Fuad onu vurduqdan sonra onların yanından çıxıb getmişdir. Şahid1 bildirdi ki, xx.xx.2022-ci il tarixdə səhər saat 09 radələrində yaşadığı evdə olarkən ferma təsərrüfatında çoban işləyən Zərərçəkmiş şəxs ona zəng edərək Fuad adlışəxsin İlqarın oğlu Rövşənin qarşısını kəsməsi, Rövşənə nalayiq ifadələr işlətməsi barədə məlumat vermişdir. O, İlqara dalaşmasın deyə oraya getməsini və atası ilə birlikdə həmin yerə gələcəyini bildirmişdir. Həmin vaxt o, atası Şahid2la birlikdəFuad vəçoban işləyən İlqarın yanına getdikdəFuadın əlində olan ağacla İlqarın baş nahiyəsinə vurduğunu görmüşdür. Həmin yerəçatdıqda atası Şahid2 Fuaddan nəüçün İlqarı vurduğunu soruşmuşdur. Bu zaman Fuad atası Vəlini də əlindəki ağacla vurmaq istəyərkən atası sol qolunu özünü müdafiə etmək üçün qaldırdıqda ağac parçası atasının sol qol nahiyəsinə dəyərək xəsarət yetirmişdir. Fuad atası Vəlini vurduqdan sonra atla onların yanından uzaqlaşmışdır. İfadəsi elan edilmiş şahid X2 ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdən Füzuli rayonu, Horadiz şəhəri ərazisində yerləşən Şahid1 məxsus ferma təsərrüfatında atasıZərərçəkmiş şəxsla birlikdəçoban işləyir. xx.xx.2022-ci il tarixdə səhər saat 9 radələrində o, Füzuli rayonu, Horadiz şəhəri ərazisində otlaq sahəsində xırda buynuzlu heyvanları otararkən kənardan Fuad adlışəxs ona nalayiq ifadələr işlədərək onu yanına çağırmışdır. O, həmin vaxt atasıZərərçəkmiş şəxs zəng etmiş və Fuadın ona qarşı nalayiq ifadələr işlətdiyini bildirmişdir. Təxminən 15-20 dəqiqə keçdikdən sonra atasıİlqar onun yanına gəlmiş və onlar birlikdə Fuadın yanına getmişlər. Zərərçəkmiş şəxs Fuaddan nəüçün ona qarşı nalayiq ifadələr işlətdiyini soruşduqda sonuncu əlində olan ağac parçası ilə atasıİlqarın baş nahiyəsinə zərbə vurmuşdur. Fuad onu vurmaq istəyərkən o, kənara çəkilmiş vəağac parçası ona dəyməmişdir. Bir neçə dəqiqədən sonra işlədikləri ferma təsərrüfatının sahibi Şahid1 və atası Şahid2 onların yanına gəlmiş, Şahid2 Fuad adlışəxsdən İlqarı nəüçün vurduğunu soruşduqda, sonuncu əlindəki ağac parçası ilə Şahid2 qol nahiyəsinə vurmuş, üzərində olduğu at ilə onların yanından aralaşıb getmişdir. Cinayət işinə əlavə edilmiş: 14 avqust 2022-cи иl tarиxlи hadisə yerinə baxыш keчиrиlmяsи haqqыnda protokolла мцяййян едилмишдир ки, təqdim edilən yer Füzuli rayonu, Horadiz şəhərinə yaxın otlaq sahəsidir. Baxış iştirakçısı Şahid2 həmin yeri təqdim edərək Fuad Həsənovun onu vəçoban Zərərçəkmiş şəxs həmin yerdə döyərək bədən xəsarəti yetirməsini göstərmişdir. Məhkəmə-tibbi ekspertizasının 13 avqust 2022-ci il tarixli 584 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağçiyin qurşağı nahiyəsində qançır, başın tüklü hissəsində, təpə nahiyəsində ortada yara, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən xx.xx.2022-ci il tarixdə rəyin təsviri hissəsində göstərilən şəraitdəəmələ gələ bilər, dərəcəsinə görəümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnaməyə və iş materiallarına əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Füzuli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinib zərərçəkmiş şəxslə barışdığından AR CM-in 73.2-ci maddəsinə əsasən barəsində olan cinayət təqibinə xitam verilmişdir. Füzuli RPŞ İB-nin müstəntiqi T.Möhsümzadənin 20 oktyabr 2022-ci il tarixli qərarından görünür ki,Təqsirləndirilən şəxs barəsində AR CM-in 221-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir. Təqsirləndirilən şəxs barəsində (Şahid2 münasibətdə) AR İXM-in 157-ci maddəsi ilə inzibati icraat başlanması üçün qərarın surəti Füzuli RPŞ İTB-yə göndərilmişdir. Füzuli RPŞ İB-nin müstəntiqi T.Möhsümzadənin 21 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Füzuli rayon İHB-nin Horadiz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ə.Abdullayev tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2052 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki övladı var: xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2006-cı il təvəllüdlü X7. Beləliklə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, o cümlədən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və eləcə də şahidlərin ifadələri, həmçinin ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən, himayəsində iki yetkinlik yaşına çaymayan uşağının olmasını Təqsirləndirilən şəxscəzasını yüngülləşdirilən halkimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halmüəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən,sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının məhkəmələrə tövsiyyəsinə görə,….belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, daha ciddi cəza növlərinin seçilməsi əsaslandırılmalıdır və sanksiya hüdudlarında ağır cəza növü yalnız o halda tətbiq oluna bilər ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin, həmçinin məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmənin qənaətinə görə, bütün bu halların məcmusu onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və onun daha ağır cəza olan azadlıqdan məhrumetmə cəzasına məhkum olunması cəzanın məqsədlərinə uyğun hesab edilmir. Digər tərəfdən azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növləri olan cərimə, ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması cəzalarına alternativ olaraq nəzərdə tutulmuşdur.Odur ki, məhkəmə bu cinayət əməlinin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edilməsini nəzərə alıb Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını əsaslı hesab etmir.Məhkəmə belə hesab edir ki, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Məhkəmə onu da qeyd edir ki, ədalətli cəza təyin edilməsi üçün zəruri və həm də mühüm amillərdən biri təqsirkarın şəxsiyyətinin hərtərəfli təhqiq olunmasıdır. Məhz bu baxımdan məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarındakı mövqeyinə isnad etməyi məqsədəmüvafiq hesab edir - cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən, eyni zamanda təqsirkarın həyat yolu, ailədə və məişətdə davranışı, məhkumluğu və s. kifayət qədər aydınlaşdırılmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2019-cu il tarixli Qərarında göstərmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Məhkəmə təqsirkar şəxs Təqsirləndirilən şəxs AR CM-in 128-ci maddəsi ilə cəza təyin edərkən onun şəxsiyyətini, davranışını, əvvəllər də analoji cinayət əməli törətməsini nəzərə almaqla ona maddənin sanksiyasında nəzərdə tutulmuş nisbətən ağır cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını ədalətli sayır. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əvvəllər də eyni cinayət əməlini törətdiyinə görə hələ də qanunlara və birgəyaşayış qaydalarına əməl edilməsi ruhunda tərbiyələnməmişdir. Bu hal onda cinayət törədilməsinin vərdişə çevrilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da onun törətdiyi əməlin ictimai təhlükəliliyinə və şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Bununla yanaşı, məhkəmə həm də Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alaraq bu cəza növünü nisbətən aşağı həddə təyin etməyi əsaslı hesab edir. Odur ki, qeyd olunanları yekunlaşdıraraq məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməlidir. Təqsirləndirilən şəxsbarəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən (və ya ləğv olunmadan) saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut, məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Odur ki, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 118, 119, 132, 344-349, 351-353, 356, 358, 381-385-cü maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs daimi yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməsinə və yaşadığı Füzuli rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyətlər qoyulsun. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək və yaşadığı Füzuli rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən (və ya ləğv olunmadan) saxlanılsın. Cəzanın icrası Füzuli rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya protesti və ya şikayəti verilə bilər. Hökmdən əgər həmin müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrik edən: Yaşar Həşimov Azərbaycan Respublikası Füzuli Rayon Məhkəməsi AZ 1900 Füzuli rayonu Tel: (026-315)51-82 Horadiz şəhəri İş № 1(064)-14/2023 xx.xx.2023-cü il Təqsirləndirilən şəxs Ünvan: Füzuli rayonu,Horadiz şəhəri, 20 Yanvar küçəsi Zərərçəkmiş şəxs Ünvan: Gədəbəy rayonu, Leşkər kəndi Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(064)-14/2023 saylı hökmü sizə göndərilir. Qoşma: hökm. HAKİM Yaşar Həşimov
Məhkəmə qərarları › İş №1(064)-14/2023
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-14/2023
17.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver