Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-14/2024 27.02.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1985-ci il tarixdə Füzuli rayonu, Böyük Bəhmənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməmiş, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 30 may 2023-cü il tarixdə Zərərçəkmiş şəxs Əşrəf oğlunun "xxxx" ASCnin adına verdiyi, elektron məlumat daşıyıcısı hesab olunan 5243 7544 4092 2712 nömrəli plastik kartı ona məxsus “BMW” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilə qoymasını unutmasından istifadə edib, həmin kartı hesabında olmuş pul məbləğlərini vahid niyyətlə gizli talamaq məqsədilə götürüb özündə saxladıqdan sonra "xxxx" ASC-nin Füzuli rayonu, Böyük Bəhmənli kəndində yerləşən A0140009 nömrəli bankomatına daxil edərək hesabından 01 iyun 2023-cü il tarixdə saat 14:05 və 18:54-də müvafiq olaraq 400 manat və 1000 manat, 04 iyun 2023cü il tarixdə saat 10:18-də 1000 manat məbləğində pulu məxaric edib nağdlaşdırmaqla, Zərərçəkmiş şəxs məxsus həmin kartın hesabında olmuş cəmi 2400 manat məbləğində pulu vahid niyyətlə, elektron məlumat daşıyıcısından istifadə edib gizli olaraq talamaqla oğurlamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmiş, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmununu təsdiq edərək göstərmişdir ki, 30 may 2023-cü il tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs (bundan sonra – Asəf) xahişi ilə, sonuncunun bankdan kreditlə pul alması üçün Asəflə ona məxsus “BMW” markalı, **-GU-*** qeydiyyat nişanlı avtomobildə Bərdə rayonuna getmişlər. Onların sürücülük vəsiqəsi olmadığına görə avtomobili həmkəndlisi Şahid idarə etmişdir. Həmin gün Asəf "xxxx" ASC-nin Bərdə filialından aldığı plastik kartın hesabından Bərdə rayonunda bankomat vasitəsilə pul çıxararkən o, həmin kartın təhlükəsizlik kodunu görüb yadında saxlamışdır. Oradan qayıdarkən Asəf həmin kartı və bağladığı kredit müqaviləsi ilə bağlı sənədləri onun avtomobilinin “bardaçokuna” qoymuş, avtomobilindən düşərkən həmin kartı və sənədləri götürməyi unutmuşdur. O, həmin kartı hesabında olmuş pul vəsaitlərini ələ keçirmək məqsədilə götürüb özündə saxlamış, 2023-cü ilin iyun ayının əvvəllərində üç dəfə "xxxx" ASC-nin Füzuli rayonu, Böyük Bəhmənli kəndində yerləşən bankomatına daxil edib nağdlaşdırdığı cəmi 2400 manat məbləğində pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Asəf həmin kartı və sənədləri ondan 05 iyun 2023-cü il tarixdə almışdır. Asəfə iş üzrə vurduğu maddi ziyanı məhkəmə iclasında 2400 manat məbləğində pul verməklə tamamilə ödəmiş, sonuncu onunla barışmışdır. İş üzrə törətdiyi əməlindən səmimi peşimandır. Buna görə də barəsində azadlığın məhdudlaşdırılması cəzasının ən aşağı həddə təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, işin özünə aid olan müvafiq halları barədə Təqsirləndirilən şəxs ilə eyni məzmunda göstərmiş və əlavə olaraq qeyd etmişdir ki, 30 may 2023-cü il tarixdə “Unibank ASC”-nin Bərdə filialından kreditlə aldığı 5000 manat məbləğində pul həmin filialdan onun adına verilmiş plastik kartın hesabına köçürülmüş, həmin kartın depozit hesabında əlavə olaraq 3500 manat məbləğində pul da olmuşdur. Həmin gün Bərdə rayonundakı bankomatdan həmin kartın hesabında olmuş 4870 manat kredit məbləğini nağdlaşdırarkən Təqsirləndirilən şəxs (bundan sonra – Elşən) onun yanında olmuşdur. 05 avqust 2023-cü il tarixdə "xxxx" ASC-dən ona zəng edilib, onun həmin kartın hesabından 01 iyun 2023-cü il tarixdən 04 iyun 2023-cü il tarixədək "xxxx" ASC-nin Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisində yerləşən bakomatdan nağdlaşdırılmış cəmi 2400 manat məbləğində pulu banka qaytarmasını gecikdirdiyi bildiriləndə həmin pulun onun iradəsindən kənar qaydada nağdlaşdırıldığını bilmiş, buna görə də bu barədə DİN-nin “102 zəng xidməti”nə zəng etməklə və Füzuli Rayon Polis Şöbəsinə yazılı qaydada ərizə verməklə məlumat vermişdir. Sonradan aparılmış araşdırma zamanı həmin kartdan cəmi 2400 manat məbləğində pulun Elşən tərəfindən onun iradəsindən kənar qaydada nağdlaşdırıldığını bilmişdir. Sonuncu iş üzrə ona vurduğu maddi ziyanı məhkəmə iclasında 2400 manat məbləğində pul verməklə tamamilə ödəmişdir. Buna görə də Elşənə qarşı şikayət və tələbi yoxdur. Sonuncuya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə verdiyi yazılı ərizəsində Təqsirləndirilən şəxs ona iş üzrə vurduğu maddi ziyanı məhkəmə iclasında 2400 manat məbləğində pul verməklə tamamilə ödədiyini, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını göstərmiş, sonuncuya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək, işin özünə aid olan müvafiq halları barədə Təqsirləndirilən şəxs ilə eyni məzmunda göstərmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - Zərərçəkmiş şəxs Füzuli Rayon Polis Şöbəsinə ünvanladığı 08 avqust 2023-ci il tarixli yazılı ərizəsindən görünür ki, o, özünə məxsus olan 5243 7544 4092 2712 nömrəli plastik kartın hesabından onun iradəsindən kənar cəmi 2600 manat məbləğində pulun nağdlaşdırıldığı barədə məlumat vermiş, həmin şəxsin müəyyən edilib barəsində qanuni tədbir görülməsini xahiş etmişdir (səh. 14). - "xxxx" ASC tərəfindən verilmiş 5243 7544 4092 2712 nömrəli plastik kartın hesabına dair çıxarış, "xxxx" ASC-nin 13 sentyabr 2023-cü il tarixli məktubu ilə bir ədəd diskin yaddaşında təqdim edilmiş, həmin kartla "xxxx" ASC-yə məxsus bankomat vasitəsilə aparılmış nağdlaşdırma əməliyyatlarına dair görüntülər və onlara baxış keçirilməsi haqqında 20 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, 5243 7544 4092 2712 nömrəli plastik kart "xxxx" ASC tərəfindən Zərərçəkmiş şəxs adına hazırlanmışdır. Təqsirləndirilən şəxs həmin kartı "xxxx" ASC-nin Füzuli rayonu, Böyük Bəhmənli kəndində yerləşən A0140009 nömrəli bankomatına daxil etməklə, hesabından 01 iyun 2023-cü il tarixdə saat 14:05 və 18:54-də müvafiq olaraq 400 manat və 1000 manat, 04 iyun 2023-cü il tarixdə saat 10:18-də 1000 manat olmaqla, cəmi 2400 manat məbləğində pulu məxaric edib nağdlaşdırmışdır (səh. 26, 27, 69-71). İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə özgənin əmlakını elektron məlumat daşıyıcısından istifadə edib gizli olaraq talamağa görə Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmunundan aydın olur ki, o, iş üzrə ona qarşı verilmiş ittiham üzrə özünü müdafiə etmək üçün hər hansı dəlil irəli sürməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi məzmunda ictimai-təhlükəli hərəkətləri törətməsi əməlində Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs və şahid qismində dindirilmiş Şahid verdikləri ifadələr, "xxxx" ASC tərəfindən verilmiş 5243 7544 4092 2712 nömrəli plastik kartın hesabına dair çıxarış, "xxxx" ASC-nin 13 sentyabr 2023-cü il tarixli məktubu ilə bir ədəd diskin yaddaşında təqdim edilmiş, həmin kartla "xxxx" ASC-yə məxsus bankomat vasitəsilə aparılmış nağdlaşdırma əməliyyatlarına dair görüntülər və onlara baxış keçirilməsi haqqında 20 noyabr 2023-cü il tarixli protokol, digər istintaq hərəkəti protokolları və sənədlərlə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirini tam sübuta yetirmiş və düzgün tövsif etmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (səh. 67). - Füzuli RİHB-nın Böyük Bəhmənli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 dekabr 2023-cü il tarixli arayış və xasiyyətnamə, AA seriyalı, ******* və ******* nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs evlidir, arvadı, 16 avqust 2012-ci il təvəllüdlü olan bir nəfər azyaşlı və 22 fevral 2009-cu il təvəllüdlü, yəni azyaşlı olmayan bir nəfər yetkinlik yaşına çatmamış övladları ilə Füzuli rayonu, Böyük Bəhmənli kəndində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir (səh. 86, 87, 133, 134). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə, iş üzrə törətdiyi cinayət əməli nəticəsində vurduğu maddi ziyanı zərərçəkmiş şəxsə tamamilə ödəməsini həmin Məcəllənin 59.1.13-cü maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini həmin Məcəllənin 59.1.12-ci maddəsinə, himayəsində bir nəfər azyaşlı olmayan yetkinlik yaşına çatmamış uşağının olması, əvvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi və iş üzrə törətdiyi cinayət əməlini etiraf edib ondan səmimi peşiman olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi halını, şəxsiyyətini, himayəsində bir nəfər azyaşlı və bir nəfər azyaşlı olmayan yetkinlik yaşına çatmamış uşaqlarının olması, iş üzrə törətdiyi cinayət əməli nəticəsində vurduğu maddi ziyanı zərərçəkmiş şəxsə tamamilə ödəməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, əvvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi və iş üzrə törətdiyi cinayət əməlini etiraf edib ondan səmimi peşiman olmasından ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cinayət qanunvericiliyinin göstərilən müddəaları və iş üzrə cəza təyin edərkən nəzərə aldığı hallara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində cəza təyin edilərkən nəzərə alınan cəzanı yüngülləşdirən hallara görə sonuncu barəsində Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiq deyildir. Bununla yanaşı, ona törətdiyi əməlin ictimai-təhlükəliliyi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün azadlığın məhdudlaşdırılması cəzasının ən yuxarı həddə, yəni 3 (üç) il müddətə təyin edilməsini zəruri edir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Məhkəmə hesab edir ki,: Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən iş üzrə Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün tutulması barədə 26 dekabr 2023-cü il tarixli protokol, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi barədə 28 dekabr 2023-cü il tarixli qərarlara (səh. 111, 135, 136, 140, 141) əsasən 26 dekabr 2023-cü il tarixdən 28 dekabr 2023-cü il tarixədək ittiham elan edilmək üçün tutulduğu 2 (iki) gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanıb həmin cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-in 52-1.2 və 52-1.3.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs üzərinə barəsində təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını çəkəcəyi müddət ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Füzuli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, onun davranışı üzərində nəzarətin həyata keçirilməsi Füzuli rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalı, buna görə də barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə "xxxx" ASC-dən 1 ədəd diskdə götürülmüş, maddi sübut kimi tanınıb iş materiallarına əlavə edilmiş görüntülər iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur, xüsusi müsadirə təyin edilməsi üçün əsas müəyyən edilməmişdir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 dekabr 2023-cü il tarixdən 28 dekabr 2023-cü il tarixədək iş üzrə ittiham elan edilmək üçün tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına bir günə iki gün hesabı ilə hesablanıb həmin cəzadan çıxılmaqla, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş cəza müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Füzuli rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Füzuli rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə "xxxx" ASC-dən 1 ədəd diskdə götürülmüş, maddi sübut kimi tanınıb iş materiallarına əlavə edilmiş görüntülər iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(064)-14/2024
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-14/2024
27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver