Azərbaycan Respublikası adından QƏRAR Füzuli rayonu İş № 1(064)-14/2025 08.04.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Beyləqan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxx 1984-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkumluğu olan, Sumqayıt şəhəri, X4 qəsəbəsi, Gənclik küçəsi, ev 12, mənzil 24 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsində cəzaçəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-nin) 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs etibarından sui-istifadə etmə və aldatma yolu ilə əmlakını vahid niyyətlə ələ keçirmək qərarına gələrək, bu məqsədlə sonuncuya “X3” zamanı aldığı xəsarətlərə görə pensiya düzəldə biləcəyi barədə yalan vəd verməklə aldatmağa nail olduqdan sonra 2023-cü ilin yanvar ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu, “8 Noyabr” metrostansiyası yaxınlığında görüşərək ondan 3000 (üç min) manat məbləğində pulu almış və 21 yanvar 2023-cü il tarixdə 600 manat pulu özünə məxsus "xxxx"a aid plastik kartın 4169 7387 0389 7284 nömrəli hesabına Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində yerləşən “Araz” marketin daxilindəki “Milliön” ödəmə terminalı vasitəsi ilə köçürülməsinə nail olmuş, nəticədə sonuncunun cəmi 3600 (üç min altı yüz) manat məbləğində pulunu vahid niyyətlə dələduzluq yolu ilə talamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs verdiyi ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadə verdi ki, o, Zərərçəkmiş şəxs ilə təxminən 3 il bundan əvvəl Bakı şəhərində yerləşən Hərbi Hosbitalda müalicə alan zaman tanış olmuş və sonradan bir-biri ilə əlaqə saxlayaraq dostluq münasibətini davam etdirmişlər. Sonra Şahinlə hərbi hosbitalda olan zaman Şahin özünə pensiya düzəltmək üçün ona köməklik etməyini xahiş etmiş, Təqsirləndirilən şəxs da Şahinə 3600 manat pul qarşılığında pensiya düzəldəcəyini demiş, həmin pulun 3000 manatı pensiya düzəldən şəxsə çatacaqdı, 600 manatı isə özünə götürmüşdür. Şahin 3000 manat pul şəxsən təqdim etmiş, yerdə qalan 600 manat məbləğində pulu isə Fizulinin özünə məxsus Kapital Bank ASC-yə aid 4169 7387 0389 7284 nömrəli kart hesabına köçürmüşdür. Sonra Füzuli rayonunda olan zaman öyrənmiş ki, Şahin ondan polisə şikayət etmişdir. Təqsirləndirilən şəxs 3000 manat pul pensiya düzəldən şəxsə çatmasını və 600 manat pulun isə Füzuli özünə götürdüyünü etiraf edir. İbtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, pul tam şəkildə ödənilmiş, lakin vurulan ziyanı ödəməmişdir. 3600 manat pulu ödəməyə razıdır. Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibi üzrə icraata cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirdi. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununa uyğun ifadə verərək ona vurulmuş 3600 manat məbləğində ziyanın ona ödənilmədiyini bildirdi. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - Zərərçəkmiş şəxs Füzuli Rayon Polis Şöbəsinə verdiyi xx.xx.2024-cü il tarixli yazılı ərizəsindən müəyyən olunur ki, 2023-cü ilin yanvar ayında özünü Dövlət Sosial müdafiə Fondunun işçisi kimi təqdim edən Təqsirləndirilən şəxs ona pensiya düzəldəcəyi adı ilə ondan cəmi 3600 manat məbləğində pul aldığını göstərmiş və Təqsirləndirilən şəxs barəsində qanuni tədbirin görülməsini xahiş etmişdir (səh. 7). - "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 2024/111/24321 nömrəli məktubuna əlavə olunmuş 416973******7284 nömrəli plastik kart istifadçisinin anket məlumatlarından görünür ki, 21 yanvar 2023-cü il tarixdə Zərərçəkmiş şəxs tərəfindən Füzuli rayonu, Bala Bəhmənli kəndində yerləşən “Araz” marketdəki “M10” terminalından 600 (altı yüz) manat yüklənmiş 4169 7387 0389 7284 nömrəli "xxxx" ASC-yə məxsus hesab sahibi Təqsirləndirilən şəxsdur (səh. 33-34). Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmunundan aydın olur ki, o, iş üzrə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü müdafiə etmək üçün hər hansı dəlil gətirməmişdir. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, hazırki materiallarda olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi özünün məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, Zərərçəkmiş şəxs verdiyi ifadəsi, digər istintaq hərəkəti protokoları və sənədlərlə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi məzmunda ictimai-təhlükəli hərəkətləri törətməsi əməlində Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirini tam sübuta yetirmiş və düzgün tövsif etmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə cinayət təqibinə cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası CM-nın 178.1-ci maddəsinə əsasən özgənin əmlakını gizli olaraq talama həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə CM-nin 178.1-ci maddəsi əsasında elan edilmiş ittiham üzrə cinayət əməlini törətdiyi gündən hazırki günədək 02 (iki) ildən artıq müddət keçmişdir. Məhkəmə yuxarıda göstərilən işin faktiki və prosessual hallarına, cinayət və cinayətprosessual qanunvericilik normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-nin 15.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi CM-nın 178.1-ci maddəsi ilə olan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunması və həmin Məcəllənin 75.1.1-ci maddəsinə müvafiq olaraq hazırkı cinayət işi üzrə CM-nin 178.1-ci maddəsinə əsasən cinayət əməlini törətdiyi gündən iki ildən artıq müddə keçdiyinə görə Azərbaycan Respublikası CPM-nın 43.3-cü maddəsinə əsasən iş üzrə cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası CPM-in 305.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirinin ləğv edilməsi barədə qərar daxil edilir. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməli olduğuna görə ibtidai istintaq mərhələsində Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Həmçinin zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməməsi də nəzərə alınmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur, xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 43.3, 321.2.1, 356 və 384-cü maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Azərbaycan Respublikası CPM-in 43.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. İş üzrə ibtidai istintaq mərhələsində Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə Zərərçəkmiş şəxs mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №1(064)-14/2025
Füzuli Rayon Məhkəməsi Qərar — İş №1(064)-14/2025
08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver