Məhkəmə qərarları › İş №1(064)-15/2023

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-15/2023

16.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-15/2023 16.01.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Zeynalov Xaliq Əhliman oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1999-cu il tarixdə Sabirabad rayonu, Qalaqayın kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta-ixtisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2a yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayının təxminən sonlarında Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Shalimar” adlı oteldə sevgi münasibətində olduğu Qəbələ rayonu, Mıxlıqovaq kənd sakini Zərərçəkmiş şəxs ilə birlikdə olan zaman özünə məxsus “X5 9” markalı mobil telefonla sonuncunun onun cinsi orqanını ağzına salıb-çıxarmasını əks etdirən videogörüntünü çəkərək mobil telefonunda saxlamış, 22 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs könüllü olaraq özü ilə Füzuli rayonu, Zobucuq-2 qəsəbəsində yerləşən yaşadığı evinə apararaq onunla qeyri-rəsmi nikah münasibətlərində olmuş, aralarında yaranmış mübahisələrdən sonra 22 iyul 2022-ci il tarixdə Zərərçəkmiş şəxs Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən atası evinə geri qayıtmış, bundan sonra Təqsirləndirilən şəxs dəfələrlə Zərərçəkmiş şəxs atası X1 və əmisi Şahid1 mobil telefonlarına zəng vuraraq Zərərçəkmiş şəxs geri qayıtmasını tələb etmiş, əks halda mobil telefonunda olan Zərərçəkmiş şəxs rüsvayedici videogörüntüsünü yayacağı ilə onları hədələmiş, lakin valideynləri və Zərərçəkmiş şəxs özü geri qayıtmağa razı olmadıqlarına görə Təqsirləndirilən şəxs sonuncunun onun yanına geri qayıtmasını təmin etmək üçün şəxsi həyatın sirri olan məlumatları özündə əks etdirən həmin video çəkilişi materialını 12 sentyabr 2022-ci il tarixdə saat 12:55-də ünvan 2a yaşadığı evdə olarkən istifadəsində olan ***-***-**-** telefon nömrəsi ilə qeydiyyatdan keçirilmiş “Whatsapp” hesab nömrəsindən Zərərçəkmiş şəxs əmisi Şahid1 istifadəsində olan ***-***-**-** telefon nömrəsi ilə qeydiyyatdan keçirilmiş “Whatsapp” hesabına göndərməklə Zərərçəkmiş şəxs şəxsi həyatının sirri olan məlumatları əks etdirən video çəkilişi materialını sonuncunun razılığı olmadan iradəsinə zidd olaraq yaymışdır. Bundan başqa o, Zərərçəkmiş şəxs onun yanına geri qayıtmasını təmin etmək məqsədi ilə şəxsi həyatın sirri olan məlumatları özündə əks etdirən həmin video çəkilişi materialını 14 sentyabr 2022-ci il tarixdə günorta saatlarında ünvan 2a yaşadığı evdə olarkən istifadəsində olan ***-***-**-** telefon nömrəsi ilə qeydiyyatdan keçirilmiş “Whatsapp” hesab nömrəsindən Zərərçəkmiş şəxs nənəsi Şahid2 istifadəsində olan ***-***- **-** telefon nömrəsi ilə qeydiyyatdan keçirilmiş “Whatsapp” hesabına göndərməklə Zərərçəkmiş şəxs şəxsi həyatının sirri olan məlumatları əks etdirən video çəkilişi materialını sonuncunun razılığı olmadan iradəsinə zidd olaraq təkrar yaymışdır. Məhkəmə iclasında: Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 156.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək bildirdi ki, 2017-ci ildən öz adına olan ***-***-**- ** saylı mobil telefon nömrəsindən, eyni zamanda təxminən bir il olar ki, ana nənəsi Elmiranın adına olan ***-***-**-** nömrəsindən internetə daxil olmaq üçün istifadə edir. 2021-ci ilin avqust ayının təxminən ortalarında «Telegram» sosial şəbəkəsində Zərərçəkmiş şəxs ilə tanış olmuş, təxminən 15-20 gün ərzində sonuncu ilə həmin sosial şəbəkədə mesajlaşaraq danışdıqdan sonra o, Lamiyədən istifadəsində olan mobil telefon nömrəsini almışdır. Bundan sonra onlar tez-tez “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə görüntülü danışmışlar. Bir neçə dəfə Lamiyə ilə danışdıqdan sonra onların bir-birindən xoşu gəlmiş, o, həmin vaxt Abşeron rayonu, Masazır qəsəbəsində dayısı Zöhrabın evində qalmış və dayısı ilə birlikdə fəhlə işləmişdir. O, Lamiyəyə Abşeron rayonu, Masazır qəsəbəsində yaşadığını bildirmişdir. Lamiyə isə əslən Qəbələ rayonundan olduğunu, nənəsi və xalası ilə xalasıgilin Sumqayıt şəhərində yerləşən evində yaşadığını demişdir. O, Lamiyə ilə ilk dəfə 2021-ci ilin sentyabr ayının təxminən sonlarında Bakı şəhərində “Sahil” metrosu yaxınlığında yerləşən “Dənizkənarı bulvar” ərazisində görüşmüş və onlar orada gəzib restoranlardan birində çay içmiş, bir neçə saat keçdikdən sonra o, Lamiyəni bacısının Bakı şəhərində “İzmir parkı” adlanan ərazidə kirayədə yaşadığı evə yola salmışdır. Bundan sonra o, Lamiyə ilə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə görüntülü danışarkən sonuncudan çılpaq fotoşəkillərini ona göndərməsini xahiş etmişdir. Lamiyə də bir neçə dəfə özünün çılpaq vəziyyətdə olan fotoşəkillərini “Whatsapp” proqramı ilə ona göndərmişdir. O, həmin fotoşəkillərə baxdıqdan sonra telefonunun yaddaşından silmişdir. O, 2021-ci ilin dekabr ayının əvvəllərində günorta saatlarında Lamiyə ilə Bakı şəhəri, Səbail rayonu ərazisində, “Tarqovı” adlanan ərazidə görüşəndən sonra sonuncunun razılığı əsasında həmin ərazidə yerləşən “Tarqovı” adlı otelə getmişlər. O, əvvəlcədən sifariş verdiyi otaqda öz razılığı əsasında Lamiyə ilə təxminən 1-2 saat müddət ərzində qeyri-təbii yolla bir neçə dəfə cinsi əlaqədə olmuşdur. Bu hadisə bundan sonra da təxminən 2-3 dəfə təkrarlanmışdır. O, da hər dəfə otelə 20 manat pul ödəmişdir. Bundan sonra 2022-ci ilin aprel ayının təxminən sonunda axşam saatlarında Lamiyənin razılığı əsasında yenidən onunla həmin “Tarqovı” adlı otelə getmiş və həmin gecə onun razılığı əsasında onunla ilk dəfə təbii yolla cinsi əlaqədə olmuş, onun bakirəliyini pozmuşdur. Həmin gecəni onlar oteldə qalmış, sabahısı gün axşam saatlarında o, Lamiyə ilə birlikdə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Shalimar” adlı otelə getmiş, həmin gecə də səhərə kimi oteldə qalmış, sonuncu ilə bir neçə dəfə öz razılığı əsasında təbii yolla cinsi əlaqədə olmuşdur. Həmçinin Lamiyə onun təklifi əsasında onun cinsiyyət orqanını bir neçə dəfə ağzına alıb çıxarmış və o, istifadə etdiyi “X5 9” markalı telefonla həmin anın videoçəkilişini aparmışdır. Həmin videoçəkilişi Lamiyənin razılığı əsasında etmişdir. Lamiyə onun videoçəkiliş apardığını görmüş və sonuncunun razılığına əsasən o, öz telefonundan həmin videonu sabahısı gün Lamiyənin “Whatsapp” hesabına göndərmişdir. Bundan sonra onlar evlənmək qərarına gəlmişlər. O, 22 may 2022-ci il tarixdə Lamiyənin həmin vaxt qaldığı Abşeron rayonu, Digah qəsəbəsində yerləşən bibisigilin evinə getmiş və oradan bir taksi avtomobili ilə Lamiyəni Füzuli rayonu, Zobucuq-2 qəsəbəsində yerləşən yaşadığı evə gətirmişdir. Valideynlərinə Lamiyə ilə nikaha daxil olaraq ailə qurmaq istədiklərini bildirmişdir. Onlar əvvəlcə buna razı olmasalar da, lakin sonradan heç bir narazılıq bildirməmişlər. O, Lamiyə ilə ər-arvad kimi valideynlərinin yaşadığı Füzuli rayonu, Zobucuq-2 qəsəbəsində yerləşən evdə qalmışdır. Lamiyə ilə birlikdə yaşadığı müddətdə demək olar ki, hər gün sonuncunun əmisi Rasim dəfələrlə Lamiyəyə zəng edərək sonuncudan evinə geri qayıtmasını tələb etmişdir. Buna görə də Lamiyə ilə aralarında bir neçə dəfə söz-söhbət yaranmışdır. Lamiyə onun anası Məkurə və nənəsi Elmira ilə yola getmədiyinə görə evdə narazılıqlar baş vermişdir. Lakin buna baxmayaraq, o Lamiyə ilə birlikdə 16 iyun 2022-ci il tarixdə Füzuli rayon Qeydiyyat şöbəsinə gedib rəsmi nikaha daxil olmaq üçün ərizə vermişdir. Bu ilin iyul ayının təxminən 17-18-də yaşadıqları evdə olan zaman Lamiyə ilə aralarında mübahisə yaranmış, sonuncu onun nənəsinin ünvanına nalayiq ifadə işlətdiyi üçün sonuncunun üzünə bir sillə vurmuşdur. Bundan sonra Lamiyə bu barədə əmisi Rasimə məlumat vermiş və 22 iyul 2022-ci il tarixdə Lamiyənin atası Asim və əmisi Rasim Beyləqan şəhərinə gələrək yeznəsi Eminin telefonuna zəng vurub Lamiyəni Beyləqan rayonuna gətirməsini tələb etmişlər. Atası Ramiz və bacısı Xəyalə yeznəsi Eminin avtomobili ilə Lamiyəni Beyləqan şəhərinə aparmışlar. Lamiyənin əmisi Rasimlə atası Asim onlara Lamiyənin anası və bacısının onu görmək istədiklərini bildirmiş, Lamiyəni 3-4 günə geri qaytaracaqları barədə söz vemiş və daha sonra Lamiyəni Qəbələ rayonunda yerləşən evlərinə aparmışlar. O, təxminən 2-3 gün keçdikdən sonra Lamiyənin istifadə etdiyi telefona dəfələrlə zəng etsə də, atası Asim Lamiyənin telefonunu açaraq onu nalayiq ifadələrlə təhqir etmişdir. O, Lamiyə ilə əlaqə saxlaya bilməmiş, Lamiyənin qayıtması üçün dəfələrlə atası Asimlə və əmisi Rasimlə telefonla danışıb onları dilə tutaraq Lamiyəni qaytarmalarını xahiş etsə də, onlar hər dəfə onu söyüb təhqir etmişlər. Lamiyənin onun yanına geri qayıtmasına valideynlərinin razılıq verməməsi, sonuncunun atası Asimlə hər dəfə bu barədə danışdıqda sonuncunun onu nalayiq ifadələrlə təhqir etməsinə görə əsəbiləşərək 12 sentyabr 2022-ci il tarixdə günorta saatlarında yaşadığı Füzuli rayonu, Zobucuq-2 qəsəbəsində yerləşən evdə olan zaman istifadəsində olan ***-***-**-** telefon nömrəsi ilə qeydiyyatdan keçirilmiş “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə Lamiyənin əmisi Rasimin istifadəsində olan, hal-hazırda xatırlamadığı telefon nömrəsinin “Whatsapp” hesabına Lamiyə ilə birlikdə 2022-ci ilin aprel ayının təxminən sonunda “Shalimar” adlı oteldə olan zaman Lamiyənin onun cinsiyyət orqanını ağzına alarkən çəkdiyi videogörüntünü göndərmişdir. Həmin videogörüntünü göndərməkdə məqsədi o olmuşdur ki, Lamiyənin onun yanına geri qayıtmasına razılıq versinlər. Onları qorxutmaq istəmişdir ki, Lamiyə onun yanına qayıtmasa, həmin videogörüntünü sosial şəbəkədə yayıb onları biabır edəcəkdir. Buna görə də həmin videonu göndərikdən sonra Lamiyənin əmisi Rasimə mesaj yazmışdır ki, “Lamiyənin məndə 5 dəqiqəlik başqa bir videogörüntüsü də var.” Əslində onda başqa hər hansı videogörüntü olmamışdır. Eləcə də bildirmək istəyir ki, onun həmin videonu yaymaq və onları rüsvay etmək niyyəti olmamışdır. Belə bir niyyəti olsa idi, həmin videonu sosial şəbəkələrdə paylaşa bilərdi. Onlar onun barəsində Qəbələ rayon Polis şöbəsinə onun həmin videogörüntünü Lamiyənin əmisi Rasimə göndərməsindən 10 (on) gün keçdikdən sonra müraciət etmişlər. Əgər həmin videonu yaymaq və onları rüsvay etmək niyyəti olsa idi, bunu etməyə imkanı və vaxtı da var idi. Lakin o, sadəcə olaraq onları qorxutmaq istəmişdir ki, bəlkə onun həmin videonu yaymasından qorxub çəkinərlər və Lamiyənin onun yanına qayıtmasını təmin edərlər. Həmin videogörüntünü Lamiyənin əmisi Rasimə göndərdikdən bir neçə saat keçdikdən sonra Lamiyənin atası Asim ona zəng vuraraq onu nalayiq ifadələrlə təhqir etmişdir. O, da sonuncuya demişdir ki, onun dediklərini etməsələr, yəni, Lamiyəni onun yanıma qaytarmasalar, həmin videogörüntünü yayıb onları biabır edəcəkdir. Sabahısı gün isə Lamiyənin Sumqayıt şəhərində yaşayan xalası Könül Lamiyənin nənəsi Sədaqətin istifadəsində olan xatırlamadığı bir telefon nömrəsindən “Whatsapp” yazışma proqramı vasitəsi ilə ona mesaj yazaraq Lamiyənin əmisi Rasimə göndərdiyi videogörüntünü ona da göndərməsini xahiş etmiş, o, əvvəlcə buna razı olmamış, lakin Lamiyənin xalası Könül çox israr etdiyi üçün buna razı olmuş və həmin videogörüntünü Lamiyənin nənəsi Sədaqətin istifadəsində olan hazırda xatırlamadığı telefon nömrəsi ilə qeydiyyatdan keçirilmiş “Whatsapp” hesabına göndərmişdir. Bundan bir neçə dəqiqə keçdikdən sonra Lamiyənin nənəsi Sədaqət ona zəng vuraraq ondan niyə belə hərəkət etdiyini, həmin videonu hansı səbəbdən Lamiyənin əmisigilə göndərdiyini soruşmuş, o da Lamiyənin nənəsi Sədaqətə demişdir ki, əvvəlcə o, Lamiyə ilə barışıb sonuncunu yanına gətirmək istəmiş, lakin Lamiyənin atası Asim onu nalayiq ifadələrlə təhqir etmiş və Lamiyənin heç zaman onun yanına qayıtmayacağını bildirdiyi üçün o, da buna əsəbiləşərək Lamiyənin əmisi Rasimə həmin videonu göndərmişdir ki, qorxsunlar və Lamiyənin onun yanına qayıtmasını təmin etsinlər. Lamiyənin nənəsi Sədaqət də ona demişdir ki, “sən narahat olma, mən özüm bu məsələni həll edəcəm”. Bundan bir neçə gün keçdikdən sonra məlumatı olmuşdur ki, Lamiyənin atası onu Qəbələ rayon Polis şöbəsinə aparıb və onlar onun barəsində şikayət etmişlər. Hal-hazırda onun istifadəsində olan mobil telefonda Lamiyənin həmin videogörüntüsü qalmamışdır. Belə ki, həmin videogörüntünü Lamiyənin əmisi Rasimə və nənəsi Sədaqətə göndərdikdən sonra silmişdir. Lamiyənin dedikləri tamamilə şər-böhtandır. O, Lamiyəni heç vaxt fotoşəkillərini və videogörüntülərini yaymaqla hədələməmiş və sonuncunu hədələməklə onunla cinsi əlaqədə olmağa məcbur etməmişdir. Onlar sevgi münasibətində olmuşlar və Lamiyə də öz çılpaq fotoşəkillərini ona öz razılığı ilə göndərmiş və onunla cinsi əlaqədə olarkən də həmişə öz razılığı ilə olmuşdur. O, Lamiyəni bacısını narahat edəcəyi ilə və ya digər hər hansı formada hədələməmişdir. Lamiyənin dedikləri həiqətə uyğun deyildir. O, heç vaxt Lamiyədən hər hansı məbləğdə pul tələb etməmiş, hər hansı kart hesabına pul göndərməsini Lamiyəyə deməmişdir. O, sonuncuya heç vaxt hədə-qorxu gəlməmiş və hər hansı qızıl-zinət əşyasını lombarda qoyaraq pul götürüb ona verməsini tələb etməmişdir. Həmin videogörüntünü çəkən zaman yaymaq niyyəti olmamışdır, lakin Lamiyənin atası onu evlərinə apardıqdan sonra sonuncunun onun yanına geri qayıtmasına razı olmadıqları üçün və ona zəng vuraraq onu nalayiq ifadələrlə təhqir etdiyi üçün həmin viedogörüntünü xx.xx.2022-ci il tarixdə günorta saatlarında olan zaman Lamiyənin əmisi Rasimin “Whatsapp” hesabına göndərmişdir ki, bəlkə həmin videogörüntünü gördükdən sonra onu yayacağından qorxub çəkinərlər və Lamiyənin onun yanına geri qayıtmasını təmin edərlər. Bundan başqa bildirir ki, Lamiyənin əmisi Rasimin və nənəsi Sədaqətin nömrəsini ona Lamiyə özü vermişdi. Lamiyə ilə tanış olduqları ilk vaxtlarda Lamiyə nənəsi Sədaqət və xalası Könüllə birlikdə qalırdı. O, Lamiyənin nənəsi Sədaqətlə bir neçə dəfə telefonla danışmışdır. Nənəsi və xalası da Lamiyə ilə onun sevgi münasibətində olduqlarını əvvəlcədən bilmişlər. O, sözügedən videogörüntünü Lamiyənin nənəsi Sədaqətin “Whatsapp” hesabına konkret olaraq hansı tarixdə göndərdiyini xatırlamır. Ola bilsin ki, Lamiyənin xalası Könülün dediyi kimi 14 sentyabr 2022-ci il tarixdə göndərmişdir. Lakin onu deyə bilər ki, həmin videogörüntünü Lamiyənin əmisinə göndərdikdən 1 ya da 2 gün keçmişdir ki, həmin videogörüntünü Lamiyənin nənəsi Sədaqətin “Whatsapp” hesabına da göndərmişdir. Bir daha bildirir ki, həmin videogörüntünü göndərməkdə məqsədi sadəcə olaraq Lamiyənin onun yanına geri qayıtmasını təmin etmək olmuşdur. Əsəbi olduğu üçün izahatında Lamiyənin atası Asimin və əmisi Rasimin onu ölümlə hədələdiyini və məhz buna görə də ondan əl çəkmələri üçün videogörüntünü Lamiyənin əmisi Rasimə göndərdiyini göstərmişdir. Əslində isə onu ölümlə heç kim hədələməmişdir. O, sadəcə olaraq həmin videogörüntünü yayacağı ilə onları qorxutmaq istəmişdir ki, bununla da Lamiyənin onun yanına qayıtmasına nail olsun. Həmin videogörüntünü pornoqrafik bir görüntü kimi onun yaymaq niyyəti olsaydı, bunu sosial şəbəkələrdə paylaşa bilərdi. Onun niyyəti qeyri-rəsmi olsa da, bir neçə ay birlikdə yaşadığı, həyat yoldaşı kimi bildiyi Lamiyənin onun yanına geri qayıtmasını təmin etmək olmuşdur. Əmisi Rasim və nənəsi Sədaqət də ona qarşı heç zaman pis münasibətdə olmamışlar. Eləcə də Lamiyənin əmisi Rasim onların ağsaqqalıdır, hər bir işdə onun sözü keçir. Lamiyənin əmisi Rasimi və nənəsi Sədaqəti yaxın bildiyi üçün və həmin videogörüntünü onlara göndərdikdən sonra videogörüntünü yayacağından çəkinərək Lamiyənin onun yanına geri qayıtmasında ona köməklik edəcəklərini düşündüyü üçün həmin videogörüntünü onlara göndərmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirdi ki, o, etdiyi əməllərindən sonradan peşman olmuşdur. Belə ki, bu əməlinin cinayət əməli sayılmasını bilməmişdir. Zərərçəkmiş şəxs bildirdi ki, 2021-ci ilin avqust ayının tam olaraq xatırlamadığı günündə “Telegram” sosial şəbəkəsində olan qruplardan birində Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Xəyyamla bir müddət həmin sosial şəbəkə vasitəsi ilə yazışdıqdan sonra Xəyyam ona “Whatsapp” proqramı vasitəsi ilə ünsiyyət qurmağı təklif etmiş, o da razılaşmışdır. O, Xəyyama həmin vaxt istifadəsində olan, lakin hal-hazırda xatırlamadığı mobil telefon nömrəsini vermişdir. Xəyyam da ona özünün istifadəsində olan ***-***-**-** telefon nömrəsini vermişdir. Həmin vaxtdan etibarən onlar “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə yazışmağa başlamışlar. Xəyyam ona əslən Füzuli rayonundan olduğunu, ailəsi ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsində yaşadığını bildirmiş, Xəyyamla ilk vaxtlarda münasibətləri çox yaxşı olmuş, beləliklə də aralarında sevgi münasibətləri yaranmışdır. Xəyyamla ilk dəfə 2021-ci ilin oktyabr ayının xatırlamadığı günündə günorta saatlarında Bakı şəhərində Sahil metrostansiyası yaxınlığında bulvar ərazisində görüşüb gəzmiş və söhbət etmişlər. Həmin vaxt o, artıq kolleci bitirib yaşadığı Mıxlıqovaq kəndinə qayıtmışdı. Xəyyamla görüşdükdən sonra Bakı şəhərində kirayədə yaşayan bacısı Ləman Xaspoladovanın yanına getmiş və sonuncu ilə birlikdə bir neçə gün orada qalmışdır. Bacısı Ləmanın yanında qaldığı müddətdə bir neçə dəfə Xəyyamla həmin yerdə, yəni, “Sahil” metrostansiyası yaxınlığında Bulvar ərazisində görüşüb söhbət etmişlər. Bir müddət sonra, təxminən 2021-ci ilin noyabr ayının ortalarından etibarən o, hiss etmişdir ki, Xəyyamın ona qarşı olan münasibəti ciddi deyildir, onunla evlənmək kimi niyyəti yoxdur. Bu qənaətə gəlməyinə səbəb o olmuşdur ki, Xəyyamla danışdıqları vaxtlarda artıq Xəyyam ondan çılpaq fotoşəkillərini və videogörüntülərini göndərməsini tələb etmişdir. O isə buna qəti etiraz edərək bildirmişdir ki, “sənə açıq-saçıq, lüt fotoşəkillər, videolar göndərməyəcəyəm”. Hətta bir neçə dəfə o, Xəyyama etiraz edərək onunla münasibətlərə son qoymaq istəmişdir. Bu barədə Xəyyama dəfələrlə bildirmiş, ancaq Xəyyam ondan ayrılmaq istəməmiş, onunla birgə yaşamasını tələb etmişdir. Eləcə də onunla istədiyi vaxt görüşərək dediklərini etməli olduğunu bildirmişdir. Belə ki, Xəyyam onunla cinsi əlaqədə olmaq istəmişdir. O, əvvəlcə buna etiraz edəndə Xəyyam onun Bakı şəhərində 1 nömrəli tibb kollecində oxuyan bacısı Ləmanı da narahat edəcəyi ilə hədələmişdir. O, Xəyyama etiraz edərək onunla münasibətlərə son qoyacağını tələb edəndə Xəyyam onu bacısı ilə hədələməyə başlamışdır. Xəyam ona bildirmişdir ki, bacısının qarşısına çıxacaq, onu narahat edəcək, incidəcək və sair”. Ancaq bacısı Ləman Xəyyamı real olaraq görməmiş, o, öz mobil telefonunda Ləmanın fotoşəkillərini Xəyyama göstərmişdir. O, Xəyyamın bacısı Ləmanı narahat edəcəyindən qorxduğu üçün yaşadığı Mıxlıqovaq kəndində yerləşən evdə öz otağında öz mobil telefonu ilə çəkdiyi təkcə alt paltarında bir neçə ədəd fotoşəkillərini və videogörüntülərini Xəyyamın istifadə etdiyi ***-***-**-** “Whatsapp” hesabına göndərmişdir. Xəyyam da ona söz verdiyi kimi həmin şəkillərə, videolara baxdıqdan sonra sildiyini bildirmişdir. Bir müddət keçdikdən sonra artıq o, Xəyyama tamamilə çılpaq formada fotoşəkillərini və videolarını göndərmişdir. Xəyyam isə onun fotoşəkillərinə, videogörüntülərinə baxdıqdan sonra sildiyini, şəkillərini, videogörüntülərini heç kimə göstərmədiyini demişdir. Lakin o, Xəyyama inanmamış, onunla əlaqəni kəsmək istəmişdir. Lakin, Xəyyam onun açıq-saçıq, çılpaq fotoşəkillərini, videogörüntülərini sosial şəbəkələrdə yayacağını, həmçinin, yaxınlarına, qohumlarına da göndərəcəyi ilə onu hədələmiş, yəni, o, Xəyyamdan artıq ayrılmaq istəsə də, sonuncu buna imkan verməmişdir. Qorxmuşdur ki, onun fotoşəkillərini və videogörüntülərini Xəyyam yayar. O, özü əvvəllər “İnstagram” sosial şəbəkəsində olan hesabının parolunu da Xəyyama vermişdir. Xəyyama həmin “İnstagram” sosial şəbəkəsindəki hesabının parolunu ona görə vermişdir ki, Xəyyam onun açıq-saçıq fotoşəkillərini, videogörüntülərini yayacağı ilə onu hədələmiş və o da həmin hesabının parolunu Xəyyama özü verməyə məcbur olmuşdur. Xəyyam bildirmişdir ki, onun adından hesabına girərək onun fotoşəkillərini, videogörüntülərini yayacaqdır. Xəyyam eyni qaydada ona hədə-qorxu gələrək baş verənləri ümumiyyətlə heç kimə deməməsini ondan tələb etmişdir. O da evdə valideynlərindən qorxduğu üçün, həmçinin, Xəyyamın həmin fotoşəkilləri və videoları yayacağından qorxduğu üçün bu barədə heç kimə heç nə deməmişdir. Bu qayda ilə Xəyyamla münasibətləri davam etmiş, o da əlacsız şəkildə Xəyyamla münasibətə son verə bilməmişdir. 2021-ci ilin noyabr ayının təxminən sonlarında, dəqiq xatırlamadığı gündə Xəyyam onunla görüşərək cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. O, həmin vaxt yaşadığı Mıxlıqovaq kəndində olmuşdur. Bundan bir neçə gün keçdikdən sonra Bakı şəhərinə gəlmişdir. Xəyyamla Bakı şəhərində “Tarqovı” adlanan ərazidə görüşmüşdür. Görüş zamanı Xəyyam bir daha onunla cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. O, əvvəlcə buna etiraz etsə də, Xəyyamın onun çılpaq formada olan fotoşəkillərini və videolarını sosial şəbəkələrdə yayacağından qorxduğu üçün Xəyyamla cinsi əlaqədə olmağa razılıq vermişdir. Onlar birlikdə Bakı şəhərində “Tarqovı otel” adlanan bir otelə getmişlər. Orada bir otağa daxil olmuşlar. Xəyyamla bir neçə dəfə öz razılığı ilə qeyri-təbii yolla cinsi əlaqədə olmuşlar. Ancaq təbii yolla cinsi əlaqədə olmadıqları üçün bakirəliyi pozulmamışdır. Qeyri-təbii yolla cinsi əlaqədə olmaqla yanaşı həm də Xəyyam cinsi orqanını onun ağzına salıb-çıxarmışdır. Təxminən 4 (dörd) saat ərzində həmin oteldə Xəyyamla cinsi əlaqədə olmuşlar. Beləliklə o, 2021-ci ilin noyabr ayının sonlarından etibarən həmin ilin dekabr ayının sonlarına kimi Bakı şəhərində bacısı Ləmanın yanında və eyni zamanda Sumqayıtda nənəsigildə qalmışdır. Həmin 1 (bir) ay ərzində o, Bakı şəhərində Səbail rayonu ərazisində “Tarqovı” adlanan ərazidə yerləşən həmin adlı oteldə və eyni ərazidə yerləşən adını bilmədiyi başqa bir oteldə dəfələrlə Xəyyamla qeyri-təbii yolla cinsi əlaqədə olmuş, ancaq həmin bir ay müddət ərzində Xəyyam onunla təbii yolla cinsi əlaqədə olmamış, yəni, bakirəliyini pozmamışdır. 2021-ci ilin dekabr ayının sonlarında o, Mıxlıqovaq kəndində yerləşən evinə gəlmişdir. Ancaq baş verənləri yenə də qorxduğu üçün heç kimə deməmişdir. Bir müddət kənddə qalmış, ancaq Xəyyam yenə də “Whatsapp” sosial şəbəkəsində ona yazaraq Bakı şəhərinə gəlib onunla görüşməyini tələb etmişdir. 2022-ci ilin fevral ayının təxminən əvvəllərində o, Bakı şəhərinə qayıtmışdır. O, Bakı şəhərində Bakı Sağlamlıq mərkəzində işə düzəlmək üçün müraciət etmiş və orada tibb bacısı kimi işə qəbul edilmişdir. İş tapmağını da Xəyyam bilmişdir. Belə ki, bunu o, özü Xəyyama demişdir. Həmin ilin fevral ayından həmin ilin may ayının 20-nə kimi o, qeyd olunan yerdə işləmişdir. Həmin vaxtlar Abşeron rayonu, Digah qəsəbəsində bibisi Rəsmiyyəgilin evində qalmışdır. Ona da baş verənlər barədə heç nə danışmamışdır. Qeyd olunan müddət ərzində də o, dəfələrlə Xəyyamla “Tarqovı” adlı oteldə cinsi əlaqədə olmuşdur. 2022-ci ilin may ayında dəqiq xatırlamadığı gündə Xəyyamla Bakı şəhərində yuxarıda adını qeyd etdiyi oteldə öz razılığı ilə təbii yolla cinsi əlaqədə olmuş və onun bakirəliyi pozulmuş, cinsiyyət orqanından qan gəlmişdir. Buna qədər o, heç kimlə təbii yolla cinsi əlaqədə olmamışdır. Həmin vaxtdan artıq Xəyyam ondan otelə verdiyi pulları verməsini istəmişdir. O da maaş kartından Xəyyamın ona verdiyi nənəsi Elmira Zalovaya məxsus bank kartına mobil telefon vasitəsi ilə 100 manat məbləğində pul göndərmişdir. Bundan başqa, iki dəfə də Bakı şəhərində Tbilisi prospektində yerləşən “Milli Ön” ödəmə terminalı vasitəsilə həmin kart hesabına 100 manat-100 manat olmaqla pul göndərmişdir. Xəyyamın onda olan videogörüntülərini və fotoşəkillərini yayacağından qorxduğu üçün özünə məxsus olan və nənəsi Hinayətin ona bağışladığı 1 ədəd dəyərini bilmədiyi qızıl üzüyünü də Xəyyamın tələbi əsasında ona vermiş və Xəyyam da üzüyü sataraq pul edəcəyini demişdir. Daha sonra Xəyyam ondan nağd pul tələb etməyə başlamışdır. Xəyyam ondan 200 (iki yüz) manat pul istəmiş və o da nağd pulu olmadığı üçün anasının ona bağışladığı bir ədəd qızıl boyunbağını Bakı şəhərində “Qara Qarayev” metrostansiyası yaxınlığında yerləşən bir lombarda qoyaraq 170 manat məbləğində lombarddan nağd pul götürmüş, həmin pulu və özündə olan 30 manat nağd pulu, ümumilikdə 200 manat məbləğində pulu Xəyyamın verdiyi başqa bir xatırlamadığı karta ödəmə terminalı vasitəsi ilə göndərmişdir. Bundan sonra artıq Xəyyam onunla ailə qurmağı, birilikdə onun yaşadığı Füzuli rayonuna Zobucuq-2 qəsəbəsinə getməsini bildirmiş, o, da öz ərizəsi əsasında işdən çıxmışdır. 22 may 2022-ci il tarixdə o, Xəyyamla birlikdə sonuncunun Füzuli rayonu, Zobcuq-2 qəsəbəsində yaşadığı evinə getmişdir. Orada Xəyyamın atası və anası da olmuşdur. O və Xəyyam oraya ər-arvad kimi getmişlər. Xəyyamın valideynləri də onları ər-arvad kimi bilmişlər. O, Xəyyamdan onunla rəsmi nikah bağlamasını istədikdə Xəyyam günü-günə satmış, rəsmi nikah bağlamaqdan imtina etmişdir. Onların evinə getdikdən bir neçə gün keçdikdən sonra Xəyyam ondan maaaş kartını istəmiş və o da Xəyyama öz kartını vermişdir. Xəyyam da kartında qalmış 338 manat məbləğində pulu özü çıxarıb xərcləmişdir. Bir neçə gün keçdikdən sonra o, hamiləlik testi vasitəsi ilə hamilə olduğunu öyrənmişdir. Xəyyam isə ona uşaq istəmədiyini demişdir. Xəyyamın yaşadığı Zobucuq-2 qəsəbəsinə getdiyi vaxtdan etibarən Xəyyam onunla insan kimi davranmamış, onu dəfələrlə söyüb təhqir etmiş, hətta dəfələrlə onu döymüşdür. Ancaq o, heç yerə bu barədə şikayət etməmişdir. Xəyyamın valideynləri isə onunla elə də pis davranmamışlar. Münasibətlər əvvəllər pis olmamış, lakin bir müddət sonra Xəyyam anasıgillə də yola getmədiyi üçün artıq valideynləri onu günahkar bilərək bu dava-dalaşın onun oraya getməsindən sonra baş verdiyini demişlər və onlarla da münasibətlər get-gedə pisləşmişdir. Xəyyam onu demək olar ki, hər gün döymüş, mobil telefonunu əlindən alıb işlətməyə imkan verməmiş, kimləsə əlaqə qurmağa qoymamış, bütün qohumlarının mobil telefon nömrələrini telefonundan götürmüşdür. Valideynləri bu hadisələri əvvəllər bilməmişlər. Valideynləri bu evliliyə narazı olduqları üçün Füzuli rayonuna onun qaldığı yerə gəlməmişlər. Ancaq əmisi Rasim onun ora getməsindən təxminən 2 həftə sonra Xəyyamgilin evinə gəlmişdir. Əmisi Rasimi orada xoş qarşılmışlar, o da əmisi Rasimə baş verənləri danışmamışdır. 22 iyul 2022-ci il tarixdə o, əmisi Rasimin mobil telefonuna zəng etmiş, onunla yola getmədiklərini bildirərək onu gəlib evlərinə aparmasını xahiş etmişdir. Həmin gün əmisi ona demişdir ki, “narahat olma, gəlib səni evinə aparacam.” Həmin gün əmisi Rasim atası ilə birlikdə Beyləqan rayonuna gəlmişdir. Xəyyamın atası Ramiz, bacısı Xəyalə və yeznəsi Eminlə birlikdə o, Beyləqan şəhərinə gəlmişlər. Orada atası və əmisi Rasimlə Xəyyamın atası arasında söhbət olmuş, Xəyyamın atası onun atasıgillə getməyinə narazılıq etməmişdir. Elə həmin gün əmisi Rasim və atası ilə birlikdə yaşadıqları Mıxlıqovaq kəndindəki evə qayıtmış və evdə atasıgilə ancaq Xəyyam tərəfindən döyülməyini danışmışdır. Xəyyamın onunla əlaqə saxlamaması üçün o, həmin vaxt işlətdiyi ***-***-**-** saylı mobil nömrəni də sındırıb atmışdır. O, ata evəin gəldiyi gündən etibarən Xəyyam mütəmadi olaraq atasına, əmisinə zəng edərək onun Füzuli rayonuna qayıtmasını tələb etmişdir. Belə ki, Xəyyam Zobcuq-2 qəsəbəsindən zəng etmiş və evlərində olduğunu bildirmişdir. Atasıgildən tələb etmişdir ki, onun yanına qayıtsın. Ancaq o, qayıtmaq istəməmiş, atasıgil, əmisigil də onun qayıtmağına razılıq verməmişlər. Artıq Xəyyam atasına, əmisinə bildirmişdir ki, “məndə Lamiyənin intim videoları var, əgər Lamiyə qayıtmasa onları sizə göndərə bilərəm.” Ancaq atası ondan həmin videoların nə olduğunu soruşmamış, çünki onun hədsiz dərəcədə psixi gərginlik keçirdiyini bilmişdir. O, atasıgillə birlikdə yaşadığı evinə qayıtdıqdan sonra Xəyyam tez-tez atasına və əmisinə zəng edərək qayıtmağını tələb edir, qayıtmadığı halda isə onun əxlaqsız videolarını, fotolarını sosial şəbəkədə yayacağı ilə onları hədələmişdir. 06 avqust 2022-ci il tarixdə o, səhhətində olan narahatlıqla əlaqədar olaraq atası və anası ilə birgə Ağdaş rayon mərkəzi xəstəxanasına getmişdir. O, hamilə qaldığını, lakin hamiləliyinin pozulduğunu bilmişdir. Orada tanımadığı bir qadın həkim onu müayinə etmiş və bildirmişdir ki, 8 həftəlik hamilə olmuş və döl inkişafdan qalaraq tələf olmuşdur. Sonra evə qayıtmışlar. 20 sentyabr 2022-ci il tarixdə əmisi Rasim ona bildirmişdir ki, Xəyyam 12 sentyabr 2022-ci il tarixdə onun “Whatsapp” hesabına onun əxlaqsız bir videogörüntüsünü göndərmişdir. Xəyyam əmisinə bildirmişdir ki, “əgər Lamiyə qayıtmasa həmin videonu sosial şəbəkələrdə də yayacağam”. Əmisi ona bu barədə dedikdən sonra elə həmin gün məlumatı olmuşdur ki, Xəyyam onun barəsində olan intim videogörüntünü Sumqayıt şəhərində yaşayan nənəsi Sədaqətin də “Whatsapp” hesabına göndərmişdir. Bundan sona o, əmisi ilə və atası ilə birlikdə Qəbələ rayon Polis şöbəsinə gələrək ərizə ilə müraciət etmişdir. O, Xəyyamla həmişə öz razılığı əsasında cinsi əlaqədə olmuşdur. Xəyyam heç vaxt onunla cinsi əlaqədə olarkən ona qarşı zor tətbiq etməmişdir. O, sosial şəbəkələrdə özünə məxsus hər hansı bir rüsvayedici foto və videolara rast gəlməmişdir. Xəyyam onun əmisi Rasimə və nənəsi Sədaqətə onun cinsi orqanını ağzına salıb-çıxarmasını əks etdirən videogörüntünü göndərmişdir. O, həmin videogörüntünün konkret olaraq hansı tarixdə və harada çəkilməsini dəqiq bilmir. Sadəcə olaraq onu deyə bilər ki, həmin videogörüntü 2022-ci ilin aprel ayının xatırlamadığı bir günündə Xəyyamla birlikdə “Tarqovı” adlanan ərazidə yerləşən otellərdən birində cinsi əlaqədə olan zaman çəkilmişdir. Xəyyamın həmin videogörüntünü çəkməsindən əvvəlcə xəbəri olmamış, lakin Xəyyam videoçəkilişi dayandıran zaman onu videogörüntüsünü çəkdiyini başa düşmüş və Xəyyamdan həmin videogörüntünü silməsini tələb etmişdir. Xəyyam da ona həmin videogörüntünü sildiyini demiş, o isə buna inanmamışdır. O, mobil telefonunu tam olaraq format edib silmişdir, Xəyyamla arasında olan yazışmalara və göndərdiyi fotoşəkillər, eləcə də videogörüntülərə aid heç nə qalmamışdır. Xəyyam onun yanına qayıtmağına onun özünün və valideynlərinun razılıq vermədiyi üçün həmin videogörüntünü nənəsinə və əmisinə göndərmişdir. Onun şəxsi həyatına aid olan intim videogörüntülərini onun iradəsi və razılığı olmadan başqa şəxslərə göndərdiyi üçün Xəyyamın barəsində qanuni tədbir görülməsini və onun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edir. Zərərçəkmiş şəxs həmçinin bildirdi ki, Təqsirləndirilən şəxs ona qarşı törətdiyi cinayət əməllərindən sonra da ona rahatçılıq vermir və geri qayıtmasını tələb edir. Odur ki, hazırda Təqsirləndirilən şəxs şikayətçi olmaqla onun ağır cəzalandırılmasını xahiş edir. Şahid1 bildirdi ki, Zərərçəkmiş şəxs onun qardaşı Asim Xaspoladovun qızıdır. Lamiyə 2018- 2021-ci illərdə Sumqayıt şəhərində tibb kollecində təhsil almışdır. Sonradan, yəni, 2022-ci ilin may ayında Lamiyənin Füzuli rayon sakini Təqsirləndirilən şəxs ilə evlənmək məqsədi ilə ona qoşulub Fizuli rayonuna getdiyini qardaşı Asimdən öyrənmişdir. Lamiyə Xəyyamla ailə həyatı qurmaq məqsədilə sonuncunun evinə getdikdən təxminən iki həftə sonra o, həyat yoldaşı ilə birlikdə Füzuli rayonuna Xəyyamgilə getmişlər ki, Lamiyənin vəziyyəti ilə tanış olub onların necə ailə olduqlarını görsünlər. Lamiyə də orada heç nədən şikayətlənməmişdir. Onları orada yaxşı qarşılamışlar. Bir müddət sonra Xəyyamın da valideynləri qardaşı Asimgilə gəlmişlər. Eyni qaydada Xəyyamın valdeynlərini də onlar yaxşı qarşılamışlar. 22 iyul 2022-ci il tarixdə səhər saatlarında Lamiyə ona zəng vuraraq bildirmişdir ki, Xəyyam və ailəsi onunla yola getmir, Xəyyam onu döyür və təhqir edir. O da qardaşı Asimlə birlikdə sonuncuya məxsus “Lada Priora” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə Füzuli rayonu istiqamətində gəlmişlər. Yolda olan zaman Xəyyamın yeznəsi Eminə zəng vuraraq demişdir ki, Lamiyəni Beyləqan şəhərinə gətirsinlər, onlar da elə oraya gəlib Lamiyəni aparsınlar. Emin də narahat olmamasını demiş və bir neçə saat keçdikdən sonra o, qardaşı Asimlə birlikdə Beyləqan şəhərinə gəlmişdir. Eminlə əlaqə saxlayıb görüşmüşlər. Eminin yanında Xəyyamın bacısı Xəyalə və atası Ramiz də gəlmişlər. Xəyyamın atası Ramiz əvvəlcə Lamiyəyə demişdir ki, “heç yerə getmə, qayıt evimizə səninlə heç kim pis rəftar edə bilməz.” Lakin Lamiyə buna razı olmamış və öz evinə getmək istədiyini, artıq Xəyyamla birlikdə yaşamaq istəmədiyini bildirmişdir. O və qardaşı Asim Lamiyəni götürüb Qəbələ rayonu, Mıxlıqovaq kəndinə gətirmişlər. Bir neçə gün keçdikdən sonra Xəyyam ona dəfələrlə ***-***-**-** saylı mobil nömrədən zəng edərək Lamiyənin geri qayıtmasını tələb etmişdir. O isə Xəyyama Lamiyənin onun yanına qayıtmaq istəmədiyini demişdir. Artıq Xəyyam onunla hədə ilə danışmış və onu təhqir etmişdir. Lamiyə onun yanına qayıtmadığı halda sonuncu barəsində rüsvayedici videogörüntülər və fotoşəkillər paylaşacağını, ona, digər qohumlara göndərəcəyini, həmçinin sosial şəbəkədə yayacağını bildirmişdir. Xəyyam onda Lamiyənin əxlaqsız videolarının olduğunu və həmin videoları yayacağı hədəsi ilə Lamiyənin geri qayıtmasını ondan tələb etmişdir. Eyni hədələrlə Xəyyam qardaşı Asimə də mütəmadi olaraq zəng etmişdir. 12 sentyabr 2022-ci il tarixdə günorta saatlarında Xəyyam ***-***-**- ** saylı nömrədən onun istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinin “Whatsapp” hesabına Lamiyənin onun cinsi orqanını ağzına salıb-çıxarmasını əks etdirən bir videogörüntü göndərmiş, həmçinin, mesaj yazaraq həmin videonu internetdə paylaşacağını bildirmişdir. O da həmin mesajları və videogörüntüləri telefonunda saxlamış və həmin videogörüntünü 1 ədəd diskə köçürərək Lamiyəyə vermişdir ki, Qəbələ rayon Polis şöbəsinə müraciət edərək təqdim etsin. Bundan bir neçə gün keçdikdən sonra bilmişdir ki, Xəyyam həmin videogörüntünü Lamiyənin Sumqayıt şəhərində yaşayan nənəsinə də göndərmişdir. Lamiyənin yanına qayıtmasına razılıq vermədikləri üçün, eləcə də Lamiyə özü də Xəyyamın yanına qayıtmaq istəmədiyi üçün Xəyyam onları qorxutmaq və Lamiyənin geri qayıtmasını təmin etmək məqsədilə həmin videgörüntünü ona və daha sonra da Lamiyənin nənəsinə göndərmişdir. İfadəsi elan edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun nəvəsidir. Lamiyə 2018-2021-ci illər ərzində Sumqayıt şəhərində yerləşən tibb kollecində tibb bacısı ixtisası üzrə orta ixtisas təhsili almışdır. Lamiyə kollecdə təhsil aldığı zaman onunla birlikdə qalmışdır. Kolleci bitirdikdən sonra isə atasıgilin yaşadığı Qəbələ rayonu, Mıxlıqovaq kəndinə qayıtmış, bir müddət sonra isə Bakı şəhərində yerləşən klinikalardan birində tibb bacısı kimi işə düzəlmiş və bibisi Rəsmiyyənin yaşadığı Abşeron rayonu, Digah qəsəbəsində yerləşən evdə qalmışdır. Lamiyənin Xəyyam adlı Füzuli rayon sakini olan bir oğlanla hər hansı münasibətlərinin olmasından əvvəllər onun xəbəri olmamışdır. 22 may 2022-ci il tarixdə təxminən saat 16 radələrində kürəkəni Asim ona telefonla zəng vuraraq bildirmişdir ki, Lamiyə Füzuli rayonunda yaşayan Xəyyam adlı bir şəxslə birlikdə ailə həyatı qurmaq üçün onların yaşadığı evə getmişdir. O, kürəkəni Asimdən həmin şəxsi tanıyıbtanımadıqlarını, onun ailə üzvləri barədə hər hansı məlumatları olub-olmadığını soruşduqda Asim ona bildirmişdir ki, həmin şəxsi tanımırlar. Lamiyə onunla özü tanış olub münasibət qurmuş və onlar ailə həyatı qurmağa razılıq vermişlər. O, bu xəbəri eşitdikdən sonra çox narahat olmuş, Lamiyənin hamıdan xəbərsiz belə bir hərəkət etməsi onu çox qəzəbləndirmişdir. O, atası Asimə bildirmişdir ki, onun yanında qaldığı müddət ərzində Lamiyənin hər hansı bir şəxslə, eləcə də Xəyyam adlı şəxslə sevgi münasibətində olubolmamasından qətiyyən xəbəri olmamışdır. Lamiyənin Xəyyam adlı şəxslə qoşulub getməsindən sonra Lamiyə özü bir neçə dəfə onun istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsi ilə qeydiyyatdan keçirilmiş «Whatsapp» sosial şəbəkəsi vasitəsi ilə onunla yazışaraq hal-əhval etmişdir. Lakin Lamiyənin onları saymadan tanımadıqları bir oğlana qoşulub getdiyinə görə Lamiyədən küsdüyü üçün onunla çox soyuq və kobud formada danışmış, Lamiyə də ona ailə həyatı barədə heç nə deməmişdir. 22 iyul 2022-ci il tarixdə təxminən günorta saatlarında kürəkəni Asim ona telefonla zəng edərək bildirmişdir ki, Lamiyə onlara zəng edərək onunla orada yaxşı rəftar etmədiklərini demiş və onu öz evlərinə gəlib aparmalarını xahiş etmiş, atası Asim qardaşı Rasimlə birlikdə gedib Lamiəni Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən evlərinə gətirmişlər. Onların deməsinə görə Asim Lamiyəni öz evinə gətirdikdən sonra Xəyyam adlı şəxs demək olar ki, hər gün dəfələrlə Asimə, qardaşı Rasimə zəng vuraraq Lamiyəni geri qaytarmalarını tələb etmiş, lakin Lamiyənin valideynləri buna razılıq verməmişlər. 14 sentyabr 2022-ci il tarixdə (həmin gün həyat yoldaşı Ramazan Rüstəmovun doğum günü olduğu üçün tarixi dəqiq xatırlayır) axşam saatlarında onun istifadəsində olan “Samsung A51” markalı mobil telefonda ***-***- **-** telefon nömrəsi ilə qeydiyyatdan keçirilmiş “Whatsapp” hesabına ***-***-**-** saylı telefon nömrəsi ilə qeydiyyatdan keçirilmiş “Whatsapp” hesabından əvvəlcə mesajlar, daha sonra isə bir videogörüntü göndərildi. O, mobil telefonu çox da yaxşı işlədə bimədiyi üçün telefonunu həmin vaxt yanında olan qızı Könülə vermişdir. Könül həmin mesajları ona oxumuşdur. Həmin mesajlarda yazılmışdır ki, “Salam, nənə, mən Xəyyamam, Lamiyənin həyat yoldaşı, mən çox çalışdım ki, Lamiyə ilə barışaq, lakin mənə heç kim kömək etmədi, alın bu da Sizə video”. Qızı Könül ona demişdir ki, Xəyyam adlı şəxs ona qızı Lamiyənin onun cinsi orqanını ağzına salıb-çıxarmasını təsvir edən videogörüntünü göndərmişdir. Qızı Könül onun həmin o videogörüntünü görəcəyi halda pis olacağından qorxduğu üçün dərhal həmin videonu və yazışmaları telefondan silmiş və Xəyyam adlı şəxsin istifadəsində olan nömrəni blok etmişdir. Bundan sonra da Xəyyam adlı şəxs bir neçə dəfə müxtəlif vaxtlarda hal-hazırda xatırlamadığı telefon nömrələri ilə qeydiyyatdan keçirilmiş “Whatsapp” hesab nömrəsindən ona mesajlar yazaraq onu nə üçün blok etdiyini soruşmuş və Lamiyənin geri qayıtmayacağı təqdirdə onları rüsvay etməklə hədələmişdir. Qızı Könül də hər dəfə Xəyyamın ona mesaj yazdığı nömrələri blok etmişdir. Xəyyam o videogörüntünü ona göndərdikdən sonra o, çox narahat olmuş, səhhətim pisləşmişdir. Bu barədə nə qızı Könül nə də o, heç kimə heç nə deyə bilməmişlər. Lakin bir neçə gün keçdikdən sonra qızı Könül Lamiyənin anası, onun digər qızı Vəfaya zəng vuraraq bu barədə məlumat vermişdir. Qızı Vəfa bu barədə məlumat aldıqdan sonra çox pis olmuş və ağlamışdır. Sabahısı gün Vəfa Könüllə telefonla danışarkən Lamiyənin həmin videogörüntüsünü Xəyyam adlı şəxsin Lamiyənin əmisi Rasimin də “Whatsapp” hesab nömrəsinə göndərdiyini bildirmişdir. Bundan təxminən 10 gün keçdikdən sonra məlumatları olmuşdur ki, həmin videogörüntü ilə bağlı olaraq Lamiyə və atası Asim ərizə ilə Qəbələ rayon Polis şöbəsinə müraciət etmişlər. Xəyyamın dedikləri tamamilə yalandır, şər-böhtandır. Nə o, nə də qızı X4 sevgi münasibətində olmasından əvvəlcə məlumatlı olmamışlar. Bu barədə məlumatları yalnız Lamiyə onunla qoşulub getdikdən sonra olmuşdur. Eləcə də bildirir ki, nə onun, nə də qızı X2 əmisi Rasimə sözügedən videogörüntünü göndərməsindən əvvəlcə məlumatları olmamışdır. Həmçinin, qızım Könül Xəyyama həmin videogörüntünü onlara göndərməsi barədə heç nə deməmişdir. Xəyyamın dedikləri tamamilə əsassızdır. Xəyyam Lamiyənin geri qayıtmasında ona heç kimin kömək etmədiyini əsas gətirərək həmin videogörüntünü özü onun “Whatsapp” hesabına göndərmişdir. Həmin vaxta qədər onların sözügedən videogörüntüdən məlumatları olmamışdır. Onun telefon nömrəsi Xəyyami ehtimal edir ki, nəvəsi Lamiyədən almışdır. Həmin videogörüntü və yazışmaların hamısını qızı Könül telefonumdan silmişdir. Onların heç biri hal-hazırda telefonunda yoxdur. Xəyyam adlı şəxsin nəvəsi Lamiyənin iradəsinə zidd olaraq onun intim həyatı barədə videogörüntüsünü yaymasına görə barəsində qanuni tədbir görülməsini xahiş edir. Cinayət işinə əlavə edilmiş: 22 sentyabr 2022-ci il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Şahid1 “Whatsapp” hesabına göndərilmiş, Zərərçəkmiş şəxs seksual xarakterli görüntülərinin köçürüldüyü 1 ədəd disk 22 sentyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş, həmin 1 ədəd disk Qəbələ rayon Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi, polis kapitanı Loğman Abdulxalıqov tərəfindən hal şahidlərinin iştirakı ilə götürülmüşdür. 23 sentyabr 2022-ci il tarixdə Şahid1 məxsus mobil telefona baxış keçirilmiş, baxış zamanı telefonun “Whatsapp” sosial şəbəkəsində ***-***-**-** telefon nömrəsi ilə qeydiyyatdan keçirilmiş “Whatsapp” hesabından xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs barəsində seksual xarakterli 20 saniyəlik videögörüntü, həmçinin, həmin videogörüntünün internetdə yayılacağı məzmununda mesaj mətni göndərilməsi aşkar edilmişdir. 28 oktyabr 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, disk “HP” markalı kompüter vasitəsi ilə oxunduqda içərisində “WhatsApp Video 2022-09-12 at 13.00.39.mp4” adlı, 2,30 mb həcmdə, 20 saniyə müddətində bir ədəd videogörüntünün olması müşahidə olunur. Qeyd olunan fayla daxil olduqda Zərərçəkmiş şəxs bir nəfər üzü görünməyən kişi cinsli şəxsin cinsiyyət orqanını ağzına salıb-çıxarması görünür. 29 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs özünə məxsus olan, Zərərçəkmiş şəxs müvafiq videogörüntüsünü çəkdiyi “X5 9” markalı mobil telefonu könüllü olaraq təqdim etmiş, həmin mobil telefon tərəfimdən götürülərək baxış keçirilmiş, baxış zamanı mobil telefonda iş üzrə hər hansı əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. 12 dekabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs ifadələri arasında olan ziddiyyətlərin aydınlaşdırılmasından ötrü onların arasında üzləşdirmə istintaq hərəkətinin aparılması zamanı Zərərçəkmiş şəxs qismində verdiyi ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 566 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə müayinəsi zamanı bədəni üzərində hər hansı xəsarət aşkar olunmamışdır. İş üzrə təyin edilmiş məhkəmə-fonoskopik və məhkəmə-sənətşünaslıq ekspertizasının 28 noyabr 2022-ci il tarixli, 4/1567-11/522 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş “WhatsApp Video 2022-09-12 at 13.00.39.mp4” adlı mübahisəli fonoqram ilkin olmayıb “WhatsApp” vasitəsi ilə təkrar kodlaşdırılmışdır. Mübahisəli fonoqramdakı görüntülərdə kadrdaxili, kadrlarası və audiosiqnalda montaj əlamətləri, audioaxının videoaxına sintezi kimi montaj əlamətləri müəyyən olunmamışdır. Ekspertizaya təqdim olunmuş 01 ədəd diskdəki “WhatsApp Video 2022-09-12 at 13.00.39.mp4” adlı fayldakı videogörüntü pornoqrafik xarakterlidir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Füzuli rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən R.Sadıqovun xx.xx.2022ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 242-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 156.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, o cümlədən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi və şahidlərin ifadələri, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 156.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən, ilk dəfə cinayət əməli törətməklə əməlindən peşmançılıq çəkməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən, eyni cinayət əməlini təkrar törətməsi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsində deyilir ki, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının məhkəmələrə tövsiyyəsinə görə,….belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, daha ciddi cəza növlərinin seçilməsi əsaslandırılmalıdır və sanksiya hüdudlarında ağır cəza növü yalnız o halda tətbiq oluna bilər ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin, həmçinin məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə onu da qeyd edir ki, ədalətli cəza təyin edilməsi üçün zəruri və həm də mühüm amillərdən biri təqsirkarın şəxsiyyətinin hərtərəfli təhqiq olunmasıdır. Məhz bu baxımdan məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarındakı mövqeyinə isnad etməyi məqsədəmüvafiq hesab edir - cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən, eyni zamanda təqsirkarın həyat yolu, ailədə və məişətdə davranışı, məhkumluğu və s. kifayət qədər aydınlaşdırılmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2019-cu il tarixli Qərarında göstərmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin şəxsi toxunulmazlıq hüququna qəsd etməklə CM-in 156.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini iki dəfə törətməsi onda cinayət törədilməsinin vərdişə çevrilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da onun törətdiyi əməllərin ictimai təhlükəliliyinə və şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Odur ki, məhkəmə hesab edir ki, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs cinayət hadisəsindən sonrakı davranışları, həmçinin zərərçəkmiş şəxsin şikayətçi olması nəzərə alınmaqla ona maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəza növü olan islah işləri cəzasının təyin edilməsi onun şəxsiyyətinə daha çox uyğundur. Belə ki, islah işləri cəzası məhkumun müəyyən müddətə məcburi əməyə cəlb edilməklə əmək haqqının müəyyən faizinin dövlət gəlirlərinə tutulmasından ibarətdir. Bu cəza növü təqsirkar şəxs Təqsirləndirilən şəxs pozitiv sosial əlaqələrinin tam qırılmasına gətirib çıxarmır, ona görə də onun islah edilməsinə və bununla da cəzanın məqsədlərinin təmin edilməsinə kömək edəcəkdir. Odur ki, qeyd olunanları yekunlaşdıraraq məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 156.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə pul tutulmaqla islah işləri cəzasına məhkum edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən (və ya ləğv olunmadan) saxlanılmalıdır. İş üzrə 200 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ34CTRE********************) keçirilməlidir. İş üzrə maddi sübut olan 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə verilmiş mülki iddia və xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Odur ki, məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 118, 119, 132, 344-349, 351-353, 356, 358, 381-385-cü maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 156.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən (və ya ləğv olunmadan) saxlanılsın. İş üzrə 200 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ34CTRE********************) keçirilsin. İş üzrə maddi sübut olan 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cəzanın icrası Füzuli rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya protesti və ya şikayəti verilə bilər. Hökmdən əgər həmin müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar