Məhkəmə qərarları › İş №1(064)-15/2024

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-15/2024

13.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-15/2024 13.08.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X11, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1985-ci il tarixdə Füzuli rayonu, Aybasanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi, 1 nömrəli məktəbin arxasında yerləşən fərdi evdə kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs borclu kimi ondan Zərərçəkmiş şəxs ilə nikahlarından doğulmuş uşaqları – 07 iyun 2013-cü il təvəllüdlü X9 və 07 oktyabr 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatmalarına kimi anaları Zərərçəkmiş şəxs yanında saxlanmaları üçün hər ay hər uşağa görə 140,00 manat olmaqla, cəmi 280,00 manat sabit pul məbləğində alimentin tutulub sonuncuya ödənilməsinə dair Beyləqan Rayon Məhkəməsinin 28 iyul 2020-ci il tarixli, 2(020)-983/2020 nömrəli qətnaməsini və onun əsasında verilmiş icra vərəqəsini müəyyən olunmuş müddətdə tam icra etməsi ilə bağlı Füzuli rayon İcra və Probasiya Şöbəsinin (bundan sonra – Füzuli RİPŞ) icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Füzuli Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 3(064)-109/2022 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 25 gün müddətə inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsinə, icra məmuru tərəfindən ona göstərilən icra sənədini hər dəfə 10 gün ərzində icra etməsi ilə bağlı 12 aprel 2022ci il tarixdə könüllü icra barədə bildiriş və 25 aprel 2022-ci il tarixdə rəsmi xəbərdarlığın yazılı qaydada şəxsən imza etdirilməklə verilməsinə baxmayaraq, göstərilən məhkəmə aktını davamlı və qərəzli olaraq icra etməmiş, bu hal həmçinin, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanması məsələsinə baxılması üçün Füzuli RİPŞ tərəfindən təqdimatın verildiyi 25 may 2022-ci il tarixədək 5400,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməməsi, beləliklə də sonuncuya müvafiq məbləğdə maddi ziyan vurması ilə nəticələnmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, onunla Zərərçəkmiş şəxs (bundan sonra - Xanım) arasında bağlanmış nikah 12 fevral 2013-cü il tarixdə qeydə alınmış, həmin nikahdan 07 iyun 2013-cü il tarixdə Maya və 07 oktyabr 2016-cı il tarixdə Nur adlı uşaqları doğulmuşdur. Beyləqan Rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli qətnaməsi ilə Xanımla onun arasında bağlanmış nikah pozulmuş, onların nikahından doğulmuş Maya və Nurun anaları Xanımın yanında qalması, buna görə də ondan 22 may 2018-ci il tarixdən hesablanmaqla, həmin uşaqların yetkinlik yaşına çatmalarına kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 100,00 manat olmaqla, cəmi 200,00 manat sabit pul məbləğində alimentin tutulub Xanıma verilməsi qət edilmişdir. Beyləqan Rayon Məhkəməsinin 28 iyul 2020-ci il tarixli qətnaməsi ilə həmin uşaqların yetkinlik yaşına çatmalarına kimi saxlanılmaları üçün ondan Xanımın xeyrinə tutulmalı olan alimentin miqdarı artırılaraq, hər ay hər uşağa görə 140,00 manat olmaqla, cəmi 280,00 manat müəyyən edilmişdir. İcra məmuru ona Beyləqan Rayon Məhkəməsinin 28 iyul 2020-ci il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsi üzrə (bundan sonra – həmin icra sənədi) tələbin könüllü icrası haqqında bildirişi icra etməsi üçün 10 sentyabr 2020-ci il tarixdə şəxsən imza etdirilməklə versə də, o, həmin icra sənədini icra etmədiyinə və icra məmurunun tələbi ilə Füzuli RİPŞ-yə getmədiyinə görə Füzuli Rayon Məhkəməsinin 14 mart 2022ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 25 gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilmiş, həmin məhkəmənin 04 may 2022-ci il tarixli qərardadı ilə onun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Füzuli RİPŞ-nin icra məmuru ona Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsindən sonra 12 aprel 2022-ci il tarixdə “Tələbin könüllü icra edilməsi barədə” bildirişi və 25 aprel 2022-ci il tarixdə “rəsmi xəbərdarlığı” həmin icra sənədini hər dəfə 10 gün ərzində icra etməsi ilə bağlı şəxsən imza etdirməklə vermişdir. Lakin o, 25 may 2022-ci il tarixədək Xanıma olan cəmi 5400 manat məbləğində aliment borcunu ödəməmişdir. Sonradan o, Xanıma olan həmin borcunun cəmi 1800 manat hissəsini 200 manat və 1600 manat olmaqla, poçt vasitəsilə ödəmişdir. Xanım onun məcburi köçkün olması ilə əlaqədar adına “çörəkpulu”nun verilməsi üçün hazırlanmış plastik bank kartını özündə saxladığına görə həmin kartın hesabına son altı ay ərzində hər ay 60 manat olmaqla, köçürülmüş cəmi 360 manat məbləğində pulu uşaqları Maya və Nurun gündəlik tələbatlarına xərcləmişdir. Bu səbəbdən həmin məbləğin də hazırki iş üzrə onun zərərçəkmiş şəxsə vurduğu maddi ziyanın müvafiq hissədə ödəməsi kimi qəbul edilməsini xahiş edir. O, Xanımın son altı aydan əvvəlki dövr ərzində həmin kartının hesabına köçürülmüş cəmi 1600 manat məbləğində pulu onunla arasındakı nikahın pozulmasından sonra Sumqayıt şəhərində birlikdə kirayədə yaşadıqları mənzilin mülkiyyətçisinə yaranmış kirayə haqqı borcuna görə verdiyini qəbul edir. Beləliklə, iş üzrə zərərçəkmiş şəxsə vurduğu 5400 manat məbləğində maddi ziyanın 2160 manat hissəsini ödəmiş, qalan hissəsini isə hər ay günəmuzd qaydada fəhləlik edib təxminən cəmi 750-900 manat məbləğində pul qazansa da, ödəməmişdir. İş üzrə törətdiyi cinayət əməlindən səmimi peşimandır. Hazırda iş üzrə zərərçəkmiş şəxsə vurduğu maddi ziyanın qalan hissəsini maddi cəhətdən imkanının zəif olmasına görə ödəyə bilmir, lakin ödəmək niyyətindədir. Barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi müvafiq hallar barədə sonuncu ilə eyni məzmunda göstərmiş və əlavə olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs işləyib normal qaydada qazanc əldə etsə də, Beyləqan Rayon Məhkəməsinin 28 iyul 2020-ci il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsi üzrə ona 25 may 2022-ci il tarixədək yaranmış cəmi 5400 manat məbləğində aliment borcunu qərəzli şəkildə ödəməmiş, sonradan həmin borcunun cəmi 1800 manat hissəsini 200 manat və 1600 manat olmaqla, poçt vasitəsilə ödəmişdir. O, Təqsirləndirilən şəxs məcburi köçkün olması ilə əlaqədar adına “çörəkpulu”nun verilməsi üçün hazırlanmış plastik bank kartının onda qalması səbəbindən hesabına son altı ay ərzində hər ay 60 manat olmaqla, köçürülmüş cəmi 360 manat məbləğində pulu uşaqları Maya və Nurun gündəlik tələbatlarına xərclədiyinə görə həmin məbləğin də hazırki iş üzrə ona vurulmuş maddi ziyanın müvafiq hissədə ödənilməsi kimi qəbul edir. Təqsirləndirilən şəxsla iş üzrə ona vurduğu maddi ziyanı tam ödəmədiyinə görə barışmır. Təqsirləndirilən şəxs qarşı mülki iddiası yoxdur. Sonuncu iş üzrə ona vurduğu maddi ziyanı tam ödəmədiyinə, iş üzrə icraatın gedişində ibtidai istintaq orqanı və məhkəmədən gizləndiyinə görə barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Füzuli RİPŞ-nin böyük icra məmurları Şahid1 və Şahid2 ifadələrində, həmçinin ibtidai istintaq zamanı verdikləri ifadələrinin məzmununu təsdiq edərək, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdikləri ifadələrində göstərdikləri işin halları barədə sonuncularla eyni məzmunda göstərmiş və əlavə olaraq qeyd etmişlər ki, Beyləqan Rayon Məhkəməsinin 28 iyul 2020-ci il tarixli, 2(020)983/2020 nömrəli qətnaməsi üzrə icra vərəqəsi 31 avqust 2020-ci il tarixdə verildiyinə görə həmin qətnamə ilə qət edilmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ödəməli olduğu aliment məbləğinin əvvəli 31 avqust 2020-ci il tarixdən hesablanmışdır. Həmin qətnamə əsasında verilmiş icra vərəqəsi üzrə icraata başlamaq haqqında qərar 07 sentyabr 2020-ci il tarixdə qəbul edilmişdir. Təqsirləndirilən şəxs həmin icra sənədini icra etmədiyinə və icra məmurunun tələbi ilə Füzuli RİPŞ-yə getmədiyinə görə 26 oktyabr 2020-ci il tarixdə icra məmuru tərəfindən barəsində axtarış elan edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərar əsasında 14 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanıldıqdan sonra Füzuli Rayon Məhkəməsinin qərarı ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Təqsirləndirilən şəxs həmin icra sənədi üzrə 25 may 2022-ci il tarixədək yaranmış 5400,00 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs qərəzli olaraq ödəmədiyinə görə Füzuli RİPŞ Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 306-cı maddəsi ilə cinayət təqibinin başlanması üçün müvafiq istintaq orqanına təqdimatla müraciət etmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - Beyləqan Rayon Məhkəməsinin 22 may 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə 12 fevral 2013-cü il tarixdə Füzuli rayon Qeydiyyat şöbəsində iddiaçı X5 ilə cavabdeh Təqsirləndirilən şəxs arasında bağlanmış nikah akt qeydi pozulmuş, onların nikahından doğulmuş 07 iyun 2013-cü il təvəllüdlü X9 və 07 oktyabr 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatmalarınadək anaları X2 yanında saxlanmaları, bununla əlaqədar 22 may 2018-ci il tarixdən hesablanmaqla, hər uşaq üçün hər ay 100,00 manat olmaqla, cəmi 200,00 manat sabit pul məbləğində alimentin cavabdeh Təqsirləndirilən şəxs tutulub iddiaçı X3 verilməsi qət edilmişdir (səh. 76-78). - Beyləqan Rayon Məhkəməsinin 28 iyul 2020-ci il tarixli, 2(020)983/2020 nömrəli qətnaməsi və onun əsasında verilmiş icra vərəqəsinin surətlərindən görünür ki, həmin qətnamə ilə 07 iyun 2013-cü il təvəllüdlü X9 və 07 oktyabr 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatmalarınadək anaları X2 yanında saxlanmaları ilə əlaqədar cavabdeh Təqsirləndirilən şəxs X2 xeyrinə sabit pul məbləğində ödədiyi alimentin miqdarının artırılaraq, hər uşaq üçün hər ay 140,00 manat olmaqla, cəmi 280,00 manat müəyyən edilməsi qət edilmiş və həmin məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir (səh. 10-13). - Füzuli RİPŞ-nin böyük icra məmuru Şahid1 tərəfindən qəbul edilmiş 07 sentyabr 2020-ci il tarixli “İcraata başlamaq haqqında” qərar və “Tələbin könüllü icra edilməsi barədə” bildiriş, “Borclunun axtarılması haqqında” 26 oktyabr 2020-ci il tarixli qərarın surətlərindən görünür ki, həmin icra məmuru Beyləqan Rayon Məhkəməsinin 28 iyul 2020-ci il tarixli, 2(020)983/2020 nömrəli qətnaməsi və onun əsasında verilmiş icra vərəqəsini icraata qəbul edib icraya yönəltmiş, borclu Təqsirləndirilən şəxs tələbi könüllü icra etməsi ilə əlaqədar bildirişi 10 sentyabr 2020-ci il tarixdə şəxsən imza etdirməklə vermiş, sonuncunun olduğu yer məlum olmadığına görə 26 oktyabr 2020-ci il tarixdə axtarışını elan etmişdir (səh. 15, 16, 21, 22). - Füzuli Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 3(064)109/2022 nömrəli qərarının surətindən görünür ki, Məlikov X7 Rayon Məhkəməsinin 28 iyul 2020-ci il tarixli, 2(020)983/2020 nömrəli qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 25 gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir (səh. 34-36). - Füzuli RİPŞ-nin böyük icra məmuru Şahid1 tərəfindən tərtib edilmiş 12 aprel 2022-ci il tarixli “Tələbin könüllü icra edilməsi barədə” bildiriş və 25 aprel 2022-ci il tarixli “rəsmi xəbərdarlığın” surətlərindən görünür ki, həmin icra məmuru borclu Təqsirləndirilən şəxs göstərilən sənədləri müvafiq olaraq tərtib edildikləri tarixlərdə şəxsən imza etdirib verməklə sonuncuya Beyləqan Rayon Məhkəməsinin 28 iyul 2020-ci il tarixli, 2(020)983/2020 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədini hər dəfə 10 gün ərzində tam icra etməli olduğu, əks halda müvafiq cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə rəsmi qaydada xəbərdarlıq etmişdir (səh. 37, 49). - Füzuli Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli, 8(064)-24/2022 nömrəli qərardadının surətindən görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır (səh. 53, 54). - Füzuli RİPŞ-nin “Cinayət məsuliyyətinə cəlb olunma haqqında” 23 iyun 2022-ci il tarixli tədimatından görünür ki, Füzuli RİPŞ müvafiq istintaq orqanına Təqsirləndirilən şəxs Beyləqan Rayon Məhkəməsinin 28 iyul 2020-ci il tarixli, 2(020)983/2020 nömrəli qətnaməsi üzrə Zərərçəkmiş şəxs olan 5400,00 manat məbləğində aliment borcunu qərəzli olaraq ödəməməsinə görə Azərbaycan Respublikası CM-in 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə müraciət etmişdir (səh. 7, 8). - Elektron İcra İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs adına hər hansı əmlak qeydə alınmamışdır (səh. 58). - Azərbaycan Rеspublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 X8 filialının 08 iyun 2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində qeydiyyatda yoxdur. Ona həmin altsistemdə qeydiyyatdan keçərsə, iş təklif ediləcəkdir (səh. 62). İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmunundan aydın olur ki, o, özünü irəli sürülmüş ittiham üzrə müdafiə etmək üçün hər hansı dəlil irəli sürmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsinin şərh edilməsinə dair” 02 oktyabr 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi şəxsin məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İXM-in 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra həmin icra sənədini yenidən qərəzli olaraq icra etmədiyi hallarda yaranır. Məhkəmə qətnaməsini icra etməmə dedikdə, onun icrasını həyata keçirmək üçün bu və ya digər hərəkət etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktını icra etməmə yalnız qərəzli olduqda Azərbaycan Respublikası CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. Məhkəmə aktını icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdaklara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi ilə bağlı dəfələrlə rəsmi qaydada xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə göstərilən hüquqi mövqelərə əsaslanaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi məzmunda ictimai-təhlükəli əməli törətməsi əməlində Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs, şahid qismində dindirilmiş Şahid1 və Şahid2 verdikləri ifadələr, cinayət işi materiallarında olan Beyləqan Rayon Məhkəməsinin 28 iyul 2020-ci il tarixli, 2(020)983/2020 nömrəli qətnaməsi və onun əsasında verilmiş icra sənədinin icrası ilə bağlı toplanmış, yuxarıda sadalanan məhkəmə qərarları və digər sənədlərlə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirini tam sübuta yetirmiş və düzgün tövsif etmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (səh. 91). - Füzuli Rayon İcra Hakimiyyəti başçısının Füzuli şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmədiyi göstərilmişdir (səh. 65). Məhkəmə göstərilənlərə əsasən iş üzrə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində vurduğu 5400,00 manat məbləğində maddi ziyanı 2160,00 manat hissədə, yəni qismən ödəməsini həmin Məcəllənin 59.1.14-cü maddəsinə, əvvəllər məhkum olunmaması və törətdiyi cinayət əməlindən səmimi peşiman olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs (bundan sonra - o) ibtidai istintaq orqanının çağırışlarına gəlmədiyinə görə 25 avqust 2022-ci il tarixdə barəsində “Şəxsin məcburi gətirilməsi haqqında” qərar, ibtidai istintaq orqanından gizləndiyinə görə 06 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra barəsində “İttiham elan edilməsi üçün təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında” qərar qəbul edilmiş, həmçinin, 06 sentyabr 2022-ci il tarixli digər qərarla iş üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.3.3-cü maddəsinə əsasən dayandırılmışdır. O, 30 dekabr 2023-cü il tarixdə Füzuli RPŞ-nin əməkdaşları tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsində tutulduqdan sonra (müvafiq protokola əsasən) iş üzrə icraat təzələnmişdir. Bununla yanaşı, o, məhkəmənin hazırlıq iclaslarına üç dəfə üzrsüz səbəbdən gəlmədiyinə, beləliklə də, məhkəmədən gizləndiyinə və barəsində məhkəməyədək icraat zamanı seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin şərtlərini pozduğuna görə məhkəmənin 20 fevral 2024-cü il tarixli qərarı ilə həmin qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, onun axtarışı elan edilmiş, iş üzrə icraat onun tutulmasınadək dayandırılmışdır. (səh. 92, 103, 105, 106, 112, 113). O, 25 iyun 2024-cü il tarixdə Füzuli RPŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri ərazisində tutulduqdan sonra (müvafiq məktuba əsasən) iş üzrə icraat təzələnmişdir. 09 iyul 2024-cü il tarixli məhkəmənin hazırlıq iclasının qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanmışdır. Məhkəmə yuxarıda göstərilənləri Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilmək və cəza çəkməkdən boyun qaçırmaq məqsədilə məhkəmə və ibtidai istintaq orqanından gizlənməsindən ibarət şəxsiyyətini xarakterizə edən hallar kimi qiymətləndirir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi halını, cinayət məsuliyyətinə cəlb edilmək və cəza çəkməkdən boyun qaçırmaq məqsədilə məhkəmə və ibtidai istintaq orqanından gizlənməsi, zərərçəkmiş şəxslə barışıq əldə edə bilməməsi, yaşayış yeri üzrə müsbət xarakterizə edilməməsindən ibarət şəxsiyyətini xarakterizə edən halları, törətdiyi cinayət əməli nəticəsində vurduğu 5400,00 manat məbləğində maddi ziyanı 2160,00 manat hissədə, yəni qismən ödəməsi, əvvəllər məhkum olunmaması və törətdiyi cinayət əməlindən səmimi peşiman olmasından ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvünün həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki,: Təqsirləndirilən şəxs iş üzrə zərərşəkmiş şəxsə vurduğu 5400,00 manat məbləğində maddi ziyanı 2160,00 manat hissədə, yəni qismən ödəməsinə və törətdiyi cinayət əməlindən səmimi peşiman olmasına baxmayaraq, zərərçəkmiş şəxslə barışıq əldə edə bilməməsi, xüsusilə də, cinayət məsuliyyətinə cəlb edilmək və cəza çəkməkdən boyun qaçırmaq məqsədilə məhkəmə və ibtidai istintaq orqanından gizlənməsi onun barəsində Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə, ictimai işlər, islah işləri və ya azadlığın məhdudlaşdırılması cəzası təyin edilərsə, həmin cəzaları çəkməkdən boyun qaçıracağı barədə kifayət qədər əsaslı ehtimallar yaratmaqla yanaşı, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün onun barəsində həmin Məcəllənin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının 6 (altı) ay müddətə təyin edilməsini zəruri edir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün 30 dekabr 2023-cü il tarixdə tutulduğu 1 (bir) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına hesablanıb həmin cəzadan çıxılmalıdır. Ona şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, buna görə də barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia, eləcə də xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Məhkəmə Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün 30 dekabr 2023-cü il tarixdə tutulduğu 1 (bir) gün müddət ona təyin edilmiş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına hesablanıb həmin cəzadan çıxılsın. Onun üzərində qəti olaraq 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsə alındığı 25 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar