Məhkəmə qərarları › İş №1(064)-16/2023

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-16/2023

17.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-16/2023 17.01.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1963-cü il tarixdə Beyləqan rayonu, Dünyamalılar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, İİ qrup əlil, işləməyən, məhkumluğu olmayan, Beyləqan rayonu, Dünyamalılar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 21 may 2022-ci il tarixdə saat 22 radələrində Füzuli rayonu, Əhmədbəyli kəndi ərazisində sərxoş vəziyyətdə piyada hərəkətdə olarkən, həmin kənd sakini Zərərçəkmiş şəxs etibarnamə üzrə sahibliyində olan “VAZ-21099” markalı, **-MK- *** dövlət qeydiyyat nişanlı, dəyəri 6000,00 manat təşkil edən avtomobili (bundan sonra – həmin avtomobil), yəni özgənin əmlakını sonuncunun yaşadığı evin həyətinə giriş darvazasının qarşısında qapıları açıq və açarı üzərində olan vəziyyətdə saxlanmasından istifadə edib müvafiq qərara gələrək, Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurub gizli olaraq talamaqla oğurlamış, idarə edib Beyləqan rayonu, Dünyamalılar kəndində yaşadığı evin həyətinə, oradan isə cinayətdən məlumatsız olan bacısı Şahid3 Sabirabad şəhərində yerləşən yaşadığı evin həyətinə gətirmiş, polis əməkdaşları tərəfindən tanınmaması üçün 22 may 2022-ci il tarixdə dövlət qeydiyyat nişanındakı 9 rəqəmlərini üzərilərinə qara rəngli yapışqan lent bağlamaqla 8 rəqəminə oxşadıb Saatlı və Sabirabad rayonları ərazisində idarə etmiş, saat 20 radələrində İmişli rayonu, Qaralar kəndinin ərazisində Bakı şəhəri istiqamətində sürətlə idarə edərkən idarə etməni itirib inzibati xəta ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətdikdən sonra İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmiş, həmçinin ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən və ifadəsi yerində yoxlanılarkən verdiyi ifadələrinin (səh. 142-144, 152-154) məzmununu təsdiq edərək göstərmişdir ki, bir neçə ildir ki, psixoloji durumu ilə əlaqədar ailə üzvlərindən ayrılmış, bu səbəbdən daimi yaşayış yeri yoxdur. 21 may 2022-ci il tarixdə qohumu Şahid1 (bundan sonra – Bəhlul) Füzuli rayonu, Əhmədbəyli kəndində yerləşən yaşadığı evdə sonuncu ilə spirtli içki qəbul etdikdən sonra saat 22 radələrində oradan çıxıb sərxoş vəziyyətdə piyada gedərkən Bəhlulun qonşuluğundakı həyətin darvazası qarşısında saxlanılmış “VAZ-21099” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobili (bundan sonra - avtomobil) qapılarının açıq və açarının üzərində olmasını görərkən ehtiyyat hissələrini gələcəkdə ucuz qiymətə alıb idarə edəcəyi eyni markalı avtomobilin üzərinə qoydurmaq məqsədilə oğurlamaq qərarına gəlmişdir. Buna görə də avtomobili idarə edib Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisinə aparmaqla oğurlamış, yolun kənarındakı qaranlıq yerdə saxladıqdan sonra özünə məxsus paltarları və əşyaları götürmək üçün taksi ilə Bəhlulgilə qayıtmışdır. Sonuncuya işi ilə əlaqədar bacısı Şahid3 (bundan sonra – Fəridə) Sabirabad şəhərində yaşadığı evə gedəcəyini demişdir. Bəhlulgildən özünə məxsus əşyaları götürüb avtomobili saxladığı yerə getmişdir. Avtomobili idarə edib saat 23 radələrində Beyləqan rayonu, Dünyamalılar kəndində yaşadığı evin həyətinə, oradan 22 may 2022-ci il tarixdə saat 03 radələrində Fəridənin Sabirabad şəhərində yaşadığı evin həyətinə gətirmişdir. Sabirabad şəhərinə getməkdə məqsədi Bakı şəhərinə getmək üçün sonuncudan yol pulu almaq olmuşdur. Fəridəgili yatdıqlarına görə oyatmamışdır. Avtomobili sonuncunun yaşadığı evin həyətində yuduqdan sonra əşya qutusunda olmuş 8 ədəd plastik kartları cibinə qoymuş, avtomobilə dair sənədləri isə sellofana büküb həyətdəki su çəninin altında gizlətmişdir. Avtomobilə dair Fəridəyə aldığını, sonuncunun əri Ağaya isə oğurladığı barədə demişdir. Sonuncu ona avtomobili sahibinə qaytarmasını tapşırsa da, o, bundan imtina etmişdir. Saat 09 radələrində avtomobili idarə edib Sabirabad və İmişli rayonları ərazisində yerləşən “Şır- Şır” və “Sarı su”ya balıq tutmaq üçün getmişdir. Oradan qayıdanda avtomobilin polis əməkdaşları tərəfindən tanınmaması üçün dövlət qeydiyyat nişanında olan 9 rəqəmlərini üzərilərinə qara rəngli yapışqan lent bağlayıb 8 rəqəminə oxşatmışdır. Saat 20 radələrində avtomobili İmişli rayonu, Qaralar kəndi ərazisində Bakı şəhəri istiqamətində idarə edərkən arxadan polis avtomobillərinin gəldiyini görmüş, bu səbəbdən avtomobilin sürətini artırmışdır. İdarəetməni itirməsi səbəbindən yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə avtomobilin bəzi hissələri yararsız vəziyyətə düşmüşdür. İmişli RPŞ-nin əməkdaşları onu saxlamış, oradan Füzuli RPŞ-yə gətirilmişdir. Bundan sonra oğurladığı avtomobilin əvvəllər tanımadığı Zərərçəkmiş şəxs məxsus olduğunu bilmişdir. İş üzrə törətdiyi əməldən səmimi peşimandır, sonuncuya vurduğu maddi ziyanı tamamilə ödəmişdir. 07 dekabr 2022-ci il tarixdə polis əməkdaşları onu müalicə olunduğu Respublika Psixatriya Xəstəxanasından götürüb Füzuli RPŞ-yə gətirmişlər. Orada bir gün saxlanıldıqdan sonra sərbəst buraxılmışdır. İbtidai istintaq zamanı ifadələrini müdafiəçisinin iştirakı ilə, hər hansı təsir və ya təzyiq olmadan vermiş və imzalamışdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 08 dekabr 2022-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs iş üzrə törətdiyi əməlin hallarını hadisə yerində göstərmişdir (İ cild, səh. 152-155). Məhkəmə iclasında Təqsirləndirilən şəxs barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, iş üzrə cinayət hadisənin törədildiyi zaman ümumi dəyəri 6000,00 manat olmuş “VAZ- 21099” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobili 2009-cu ildə etibarnamə üzrə almışdır. 21 may 2022-ci il tarixdə həmin avtomobili ustadan texniki cəhətdən saz vəziyyətdə təhvil aldıqdan sonra Füzuli rayonu, Əhmədbəyli kəndində yerləşən yaşadığı evin həyətinə giriş darvazasının qarşısında qapılarını açıq və açarını üzərində olan vəziyyətdə saxlamışdır. Saat 22 radələrində yaşadığı evin darvazasından çölə çıxanda avtomobilinin saxladığı yerdə olmadığını görmüşdür. Buna görə də həmin gün Füzuli RPŞ-yə avtomobilinin oğurlandığı barədə yazılı məlumat vermişdir. 22 may 2022-ci il tarixdə polis əməkdaşlarından avtomobilinin qonşusu Şahid1gilə qonaq gəlmiş, əvvəllər tanımadığı Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını və İmişli rayonu ərazisində yolnəqliyyat hadisəsinin törədilməsi nəticəsində yararsız vəziyyətə salındığını eşitmişdir. Avtomobilini 23 may 2022-ci il tarixdə İmişli RPŞ-dən, əşya qutusunda olmuş sənədlərini isə 02 iyun 2022-ci il tarixdə Füzuli RPŞ-dən təhvil almışdır. Sonuncu ona iş üzrə vurduğu maddi ziyanı tamamilə ödədiyinə görə Təqsirləndirilən şəxsla barışmış, sonuncuya qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs dövlət itihamçısının Təqsirləndirilən şəxs barəsində təyin edilməsini təklif etdiyi cəza növü və həddi ilə razı olduğunu göstərmişdir. Cinayət işi materiallarından görünür ki, Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına təqdim etdiyi 08 dekabr 2022-ci il tarixli yazılı ərizəsində Təqsirləndirilən şəxs iş üzrə ona vurduğu maddi ziyanı tamamilə ödədiyini, buna görə də Təqsirləndirilən şəxs qarşı tələb və şikayətinin olmadığını, sonuncu ilə barışdığını göstərmişdir (səh. 156). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 işin ona aid olan müvafiq halları barədə Təqsirləndirilən şəxs ilə eyni məzmunda göstərmişdir. Məhkəmə iclasına şahid qismində dindirilmək üçün lazımi qaydada dəvət edilmiş Şahid3 və Şahid2 gəlməsə də, məhkəmə Azərbaycan Respublikası CPM-in 337.2 və 329.1-ci maddələrinə əsasən cinayət prosesi tərəflərinin, xüsusilə də müdafiə tərəfinin razılığı ilə Şahid3 və Şahid2 iş üzrə ibtidai istintaq zamanı şahid qismində verdikləri ifadələrini məhkəmə istintaqı zamanı elan edərək tədqiq etmişdir. Cinayət işi materiallarından görünür ki, Şahid3 və əri Şahid2 ibtidai istintaq zamanı şahid qismində verdikləri ifadələrində göstərmişlər ki, 22 may 2022-ci il tarixdə saat 08 radələrində Sabirabad şəhərində yaşadıqları evin həyətinə düşəndə Şahid3 qardaşı Təqsirləndirilən şəxs (bundan sonra - Nizam) orada saxladığı “VAZ-21099” markalı avtomobili yuduğunu görmüşlər. Sonuncu onlara həmin avtomobili aldığını demişdir. Nizam avtomobili idarə edib getdikdən sonra Şahid3 həyətdəki su çəninin altında olmuş sellofandan avtomobilə dair qeydiyyat şəhadətnaməsi, iki ədəd etibarnamələr, bir ədəd plastik kart və Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsini aşkar edib götürmüş, həmin sənədləri 22 may 2022-ci il tarixdə yaşadığı evin həyətinə gəlmiş Füzuli RPŞ-nin əməkdaşlarına təhvil vermişdir (səh. 103, 104, 106, 107). Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - Zərərçəkmiş şəxs Füzuli RPŞ-yə ünvanladığı 21 may 2022-ci il tarixli yazılı ərizəsindən görünür ki, o, Füzuli rayonu, Əhmədbəyli kəndində yerləşən yaşadığı evin həyətinə giriş darvazasının qarşısında saxladığı, özünə məxsus olan “VAZ-21099” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin naməlum şəraitdə oğurlandığı barədə məlumat vermişdir (səh. 5). - “Hadisə yerinə baxış keçirilməsi haqqında” 22 may 2022-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, iş üzrə hadisə yeri Füzuli rayonu, Əhmədbəyli kəndində yerləşən, Zərərçəkmiş şəxs məxsus yaşayış evinin həyətinə giriş darvazasının qarşısı olmuşdur (səh. 10-12). - AB 145006 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “VAZ-21099” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 adına dövlət qeydiyyatına alınmışdır (səh. 8). - ƏN 99828 nömrəli nömrəli etibarnamənin surətindən görünür ki, X4 “VAZ-21099” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobili 18 dekabr 2009-cu il tarixdə 30 il müddətə Zərərçəkmiş şəxs etibar etmişdir (səh. 9). - “Baxış keçirilməsi haqqında” 22 may 2022-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Şahid3 “VAZ-21099” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair qeydiyyat şəhadətnaməsi, iki ədəd etibarnamələr, Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsi və digər sənədlərin surətlərini Sabirabad şəhərində yaşadığı evin həyətində Füzuli RPŞ-nin əməkdaşına təqdim etmişdir (səh. 14, 15). - “SƏRXAN avtomotoservis firması” tərəfindən tərtib edilmiş 25 may 2022-ci il tarixli akt və ona əlavə edilmiş cədvəldən görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində “VAZ- 21099” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin yararsız vəziyyətə düşmüş hissələrinin bərpa edilməsinə görə dəymiş ziyanın ümumi məbləği 2694,00 manat təşkil edir (səh. 37). - Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 01 iyul 2022-ci il tarixli, 9/4015 nömrəli rəyində göstərilmişdir ki, 2004-cü il buraxılışlı, “VAZ-21099” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə 2022-ci ilin may ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 6000,00 manat, qüsur aktında qeyd edilən ziyan nəzərə alınmaqla təxminən 3000,00 manat müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 70 manatdır (səh. 65-67). - “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 29 iyun 2022-ci il tarixli, 896 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs 2019-cu ildən həmin xəstəxananın psixiatrik kabinetində “Baş beyin atrofiyası nəticəsində yaranan dərin ağıl zəifliyi. Davranış pozuntuları ilə” diaqnozu ilə dispanser qeydiyyatdadır, İİ qrup əlildir (səh. 44). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” publik hüquqi şəxsin 05 iyul 2022-ci il tarixli, 6028 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs 27 may 2022-ci il tarixdə həmin xəstəxanaya stasionar müalicəyə qəbul olunmuşdur (səh. 52). - Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 11 avqust 2022-ci il tarixli, 1883 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs (bundan sonra - o) üzvi mənşəli yüngül koqnitiv pozuntu aşkar olunmuşdur. Bu hal onu ittiham olunduğu əməlin törədildiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarından məhrum etməmişdir. Buna görə də o, həmin əməlin törədildiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olmuş, həmin əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə ehtiyac yoxdur. O, həmin əməlin törədildiyi vaxt adi alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Onda yüngül ifadə olunmuş kobud yaddaş və intellekt pozuntuları aşkar olunmamış, o, sualları mahiyyətinə uyğun cavablandırmış, fikrini sərbəst ifadə bilmiş, onun nitqi ardıcıl olmuş, təfəkküründə məntiqlilik olmuşdur (səh. 69-72). Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrində özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməklə müdafiə xarakterli dəlil gətirməmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsində xeyli miqdarda ziyan vurmaqla oğurluğa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs iş üzrə cinayət əməlini məhkəmənin müəyyən etdiyi məzmunda törətməsi, həmin əməli törətdikdən sonra “VAZ-21099” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin polis əməkdaşları tərəfindən tanınmaması üçün etdiyi hərəkətlərin işin digər halları ilə məcmu şəkildə qiymətləndirilməsi onun əməlində Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin yaranması barədə nəticəyə gəlməyə tam əsas verir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, Zərərçəkmiş şəxs, Şahid1 şahid qismində verdikləri ifadələri, Şahid3 və Şahid2 ibtidai istintaq zamanı şahid qismində verdikləri, məhkəmə istintaqı zamanı elan edilmiş ifadələri, “Hadisə yerinə baxış keçirilməsi haqqında” 22 may 2022-ci il tarixli protokol, “Baxış keçirilməsi haqqında” 22 may 2022-ci il tarixli protokol, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 01 iyul 2022-ci il tarixli, 9/4015 nömrəli rəyi, kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının 11 avqust 2022-ci il tarixli, 1883 nömrəli rəyi, digər sənədlər və istintaq hərəkəti protokolları, iş üzrə maddi sübut qismində tanınmış predmetlər, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamə, Beyləqan Rayon Məhkəməsinin 30 noyabr 2017ci il tarixli, 1(020)71/2017 nömrəli hökmü və “Amnistiya aktının tətbiq edilməsi barədə” 06 dekabr 2021-ci il tarixli qərarın təsdiq edilmiş surətlərindən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 06 dekabr 2021-ci il tarixli Qərarının 2.8-ci bəndində əsasən həmin cəzadan azad edilmişdir. Məhkəmə hesab edir ki, həmin Qərarın 7-ci bəndinə əsasən bu Qərarla cəza çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürüldüyünə görə Təqsirləndirilən şəxs Beyləqan Rayon Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli hökmü ilə təqsirli bilindiyi əməlinə görə məhkumluğu ödənilmişdir. Bu səbəbdən o, hazırki iş üzrə məhkumluğu olmayan şəxsdir. - Beyləqan RİHB-nın Dünyamalılar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 dekabr 2022-ci il tarixli arayışlar və xasiyyətnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Beyləqan rayonu, Dünyamalılar kəndində qeydiyyatda olsa da, son dövlərdə həmin kənddə yaşamamış, yaşayış yeri üzrə normal xarakterizə edilmiş, ailə üzvləri arvadı və dörd nəfər yetkinlik yaşına çatmış övladlarından ibarətdir (səh. 160- 162). Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsi və sonuncuya vurduğu maddi ziyanı tamamilə ödəməsini Azərbaycan Respublikası CM-in müvafiq olaraq 59.1.12 və 59.1.13-cü maddələrinə, özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilib törətdiyi cinayət əməlindən səmimi peşiman olması, İİ qrup əlil olması və onda üzvi mənşəli yüngül koqnitiv pozuntunun aşkar olunmasını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını, məhkumluğu olmayan şəxs olması və yaşayış yeri üzrə normal xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halları, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, sonuncuya vurduğu maddi ziyanı tamamilə ödəməsi, özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilib törətdiyi cinayət əməlindən səmimi peşiman olması, İİ qrup əlil olması və onda üzvi mənşəli yüngül koqnitiv pozuntunun aşkar olunmasından ibarət cəzasını yüngülləşdirən halların olduğunu və cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki,: Təqsirləndirilən şəxs Beyləqan Rayon Məhkəməsinin 30 noyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş, təqsirli bilindiyi cinayət əməlinə görə məhkumluğu ödənilsə də, həmin əməlinin faktiki halları ilə oxşar məzmunda hazırki əməli törətməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün hazırki iş üzrə barəsində həmin Məcəllənin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini zəruri edir. Bu səbəbdən cinayət qanunvericiliyinin tələblərinə və cəza təyin edilərkən nəzərə alınan hallara görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası ən aşağı həddə, yəni 2 (iki) il müddətə təyin edilməli və o, həmin cəzanı real çəkməlidir. Sonuncuya qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Cinayət işi materiallarından görünür ki,: - 07 dekabr 2022-ci il tarixli protokolda Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:50-də Füzuli RPŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Maştağa qəsəbəsində yerləşən “Respublika Psixatriya Xəstəxanası” publik hüquqi şəxsin həyətindən tutulub Füzuli RPŞ-yə gətirildiyi və növbətçi hissəyə təhvil verildiyi göstərilmişdir (səh. 122). - 08 dekabr 2022-ci il tarixdə qəbul edilmiş qərarlarla iş üzrə dayandırılmış icraat təzələnmiş, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş, sonuncu barəsində bir sıra istintaq və prosessual hərəkətlər icra edildikdən sonra başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki: İşin göstərilən faktiki halları Füzuli RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırılmasının 07 dekabr 2022-ci il tarixdə saat 17:50-də Bakı şəhəri, Maştağa qəsəbəsində yerləşən “Respublika Psixatriya Xəstəxanası” publik hüquqi şəxsin həyətindən tutulduğu andan başlaması, 08 dekabr 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinədək davam etməsi barədə nəticəyə gəlməyə tam əsas verir. Buna görə də Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 dekabr 2022-ci il tarixdən 08 dekabr 2022-ci il tarixədək iş üzrə azadlığının faktiki məhdudlaşdırıldığı 1 (bir) gün müddət ona təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanıb həmin cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində təyin edilməli olan azadlıqdan məhrum etmə cəzasını real çəkməli olduğuna görə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilməli, o, məhkəmə iclasında dərhal həbsə alınmalı və barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 17 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 70 (yetmiş) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilməlidir. Cinayət işi materiallarında olan 02 iyun 2022-ci il tarixli qəbz (səh. 36), Zərərçəkmiş şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrindən görünür ki, iş üzrə 02 iyun 2022-ci il tarixli qərarla (səh. 35) maddi sübut qismində tanınmış “VAZ-21099” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobil, ona dair qeydiyyat şəhadətnaməsi, iki ədəd etibarnamələr, Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsi və bir ədəd plastik kart ibtidai istintaq zamanı sonuncuya qaytarılmışdır. Bu hal maddi sübutlarla bağlı məsələnin həll edilməsi zamanı nəzərə alınmalıdır. İş üzrə mülki iddia, xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 dekabr 2022-ci il tarixdən 08 dekabr 2022-ci il tarixədək iş üzrə azadlığının faktiki məhdudlaşdırıldığı 1 (bir) gün müddət ona təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanıb həmin cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 17 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilsin və o, məhkəmə iclasında dərhal həbsə alınsın. Hökmün bu hissədə icrası Füzuli Rayon Polis Şöbəsi, Beyləqan Rayon Polis Şöbəsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 70 (yetmiş) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar