Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-16/2024 04.03.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, Novruzov Azad Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx xxxxx 1993-cü il tarixdə Beyləqan rayonu, Əhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, Əhmədli kəndində qeydiyyatda olan və tutulanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs keçmiş SSRİ dövlətində 1981-ci ildə istehsal olunmuş 5.45 mm kalibrli, 786328 nömrəli “Kalaşnikov” konstruksiyalı, AK-74 modelli yivli odlu silah olan, texniki cəhətdən saz vəziyyətdə və atəşə yararlı olan 01 ədəd avtomat silahını, həmçinin, zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan texniki cəhətdən saz vəziyyətdə və istifadə üçün yararlı olan 01 ədəd darağı və zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları olmaqla atəş üçün yararlı döyüş sursatı hesab edilən 30 ədəd patronu qanunsuz olaraq əldə edib tanışı Şahid6 xx.xx.2023-cü il tarixli, POA********** nömrəli etibarnamə əsasında idarə etdiyi “AZƏRMAŞ MMC”-nin mülkiyyətində olan “Khazar” markalı, **-PJ-*** qeydiyyat nişanlı avtomobilin yük yerinə qoyub saxlamaqla daşımış, 08 may 2023-cü il tarixdə saat 14:00-da Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Beyləqan şəhəri, X7 küçəsində onun idarə etdiyi “Khazar” markalı, **-PJ-*** qeydiyyat nişanlı avtomobil saxlanılıb Beyləqan rayon polis şöbəsinin həyətinə gətirilərək həmin gün avtomobilə baxış keçirilərkən onun qanunsuz olaraq əldə edib “Khazar” markalı, **-PJ-*** qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşıdığı keçmiş SSRİ dövlətində 1981-ci ildə istehsal olunmuş 5.45 mm kalibrli, 786328 nömrəli “Kalaşnikov” konstruksiyalı, AK-74 modelli yivli odlu silah olan, texniki cəhətdən saz vəziyyətdə və atəşə yararlı olan 01 ədəd avtomat silahı, həmçinin, zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan texniki cəhətdən saz vəziyyətdə və istifadə üçün yararlı olan 01 ədəd daraq və zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahların ştat patronları olmaqla atəş üçün yararlı döyüş sursatı hesab edilən 30 ədəd patron aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında: Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək bildirdi ki, o, 7 mart 2023-cü il tarixdə “Khazar” markalı, **-PJ-*** qeydiyyat nişanlı avtomobillə şəxsi işləri ilə əlaqədar Beyləqan rayonu, Dünyamalılar kəndinə getmişdir. Həmin kənddə yerləşən meşəlikdən keçən zaman yolun kənarında bir bağlama olduğunu görmüş və onu götürmüşdür. Həmin bağlamanı açıb içərisinə baxdıqda orada bir ədəd “Kalaşnikov” markalı avtomat və bir ədəd sandıqça olduğunu görmüşdür. O, əvvəlcə avtomatın yararlı olub-olmadığını yoxlamış və avtomatın yararlı olduğunu bildikdən sonra sandıqçaya baxmışdır. Sandıqçanın içərisində patronlar olduğunu görüb patronları yerə tökərək saymış və otuz ədəd patron olmasını bilmişdir. Bundan sonra o, patronları yenidən sandıqcanın içərisinə yığıb əvvəlki kimi qablaşdırmış və onları avtomobilin yük yerinə qoymuşdur. Bundan bir neçə saat sonra o, Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsində avtomobili saxlayıb yerə düşmüşdür. Bu zaman dörd nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq Beyləqan RPŞ-nin əməliyyat müvəkkilləri olduqlarını bildirib özlərini ona təqdim etdikdən sonra onun qanunsuz olaraq odlu silahı əldə edib üzərində gəzdirməklə saxlamaqda və idarə etdiyi avtomobildə daşımaqda şübhəli olduğunu bildirmişlər. Sonra polis əməkdaşları onun üzərində şəxsi axtarış aparılması üçün əlverişli şərait olmadığını görüb onlarla birlikdə Beyləqan RPŞ-ə getməyi təklif etmişlər. O, etiraz etmədən idarə etdiyi “Khazar” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə polis şöbəsinə getmişdir. Polis şöbəsinə getdikdən sonra xidməti otaqların birində müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərində şəxsi axtarış aparılmışdır. Daha sonra onun idarə etdiyi avtomobilə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə baxış keçirilmişdir. O, avtomobilin yük yerini açaraq gizlətdiyi bağlamanı təqdim etmiş və bağlamanın içərisində bir ədəd avtomat olduğunu bildirmişdir. Həmin vaxt kriminalist vəzifəsində işləyən bir nəfər polis əməkdaşı bağlamanı açaraq içərisində bir ədəd avtomat və bir ədəd içərisində patronlar olan sandıqça olmasını müəyyən etmiş, xüsusi tozlar vasitəsilə avtomatın və sandıqçanın üzərini yoxlamış və əl-barmaq izlərini götürmüşdür. Sonra sandıqçadakı patronlar sayılmış və otuz ədəd patron olması müəyyən edilmişdir. Həmin avtomat, sandıqça və patronlar bir ədəd bağlamada qablaşdırılmış və bağlamanın üzəri möhürlə möhürlənmişdir. Şahid Beyləqan RPŞ CAB-ın əməliyyat müvəkkili Şahid3 bildirdi ki, 08 may 2023-cü il tarixdə Beyləqan rayon Əhmədli kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi odlu silah olan “Kalaşnikov” markalı avtomatı və avtomata aid patronları idarə etdiyi, idarə etdiyi “Khazar” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. O, həmin əməliyyat məlumatını dərhal şöbənin rəhbərliyinə məruzə etmiş, şöbə rəisinin əmri ilə Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması üçün onun özündən, İstintaq bölməsinin müstəntiqi polis baş leytenantı X2, Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2, əməliyyat müvəkkili polis baş leytenantı Şahid4 və Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili polis leytanantı Şahid1 ibarət əməliyyat qrupu yaradılaraq əməliyyat-axtarış tədbirlərini keçirilməyə başlanmışdır. Həmin gün, yəni 08 may 2023-cü il tarixdə, saat 14 radələrində Təqsirləndirilən şəxs Beyləqan şəhəri, X7 küçəsində idarə etdiyi “Khazar” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə saxlanılmış və rayon polis şöbəsinə gətirilmişdir. X5 öz xidməti otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmış, lakin qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra, X5 Beyləqan rayon polis şöbəsinin inzibati binasının həyətində Təqsirləndirilən şəxs və müdafiəçisi Fərhad Hümbətovun, eləcə də polis əməkdaşlarının iştirakı ilə “Khazar” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkilişlə baxış keçirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin yük yerində bir ədəd avtomat silah olmasını bildirmiş və avtomobilin yük yerini açıb oradan yaşıl və qırmızı rəngli polietilen torbalara keçirilmiş bir ədəd avtomat silahı götürüb onlara təqdim etmişdir. Baxışda iştirak edən Beyləqan rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektoru polis mayoru Zamiq Əliyev həmin torbaları açmış, torbanın içərisində bir ədəd Kalaşnikov markalı avtomat və içərisində patronlar olan bir ədəd sandıqça olması müəyyən edilmişdir. Zamiq Əliyev həmin avtomatın və sandıqcanın üzərindən müvafiq kriminalistik tozlar vasitəsilə əl-barmaq izləri götürmüş, avtomat silaha baxış aparılan zaman üzərində 786328 seriya nömrəsi olması müəyyən edilmişdir. Daha sonra bir ədəd sandıqçaya baxış aparılmış, sandıqçanın içərisindəki patronlar boşaldılaraq sayılan zaman 30 ədəd olması müəyyən edilmişdir. Aşkar edilmiş həmin 1 ədəd Kalaşnikov markalı avtomat, 1 ədəd sandıqça və sandıqçanın içərisində olan 30 ədəd güllə müstəntiq tərəfindən qablaşdırılmış və bağlamanın üzəri möhürlə möhürlənərək götürülmüşdür. Şahidlər Beyləqan RPŞ-nin əməkdaşları Şahid1, X4 və Şahid2 Şahid3 ilə oxşar məzmunlu ifadələr verdilər. Cinayət işinə əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilmişdir: “Baxış keçirilməsi haqqında” 08 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Khazar” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə Beyləqan rayon polis şöbəsinin inzibati binasının həyətində videoçəkilişlə baxış aparılan zaman avtomobilin yük yerindən qırmızı və yaşıl politelin torbalara keçirilmiş üzərində 786328 seriya nömrəsi olan 1 ədəd “Kalaşnikov” markalı avtomat silahı, 1 ədəd daraq və darağın içərisində olan 30 ədəd patron aşkar edilərək götürülmüşdür. Məhkəmə-ballastik ekspertizasının xx.xx.2023-cü il tarixli, 23/557R saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 786328 №-li silah 5.45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1981-ci ildə istehsal olunmuş Kalaşnikov konstruksiyalı, AK-74 modeli avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmilərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidirdarağıdır, döyüş sursatı hesab edilmir, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Daraq tədqiqata təqdim edilmiş 01 ədəd 786328 №-li AK-74 modelli avtomat silahına məxsus deyildir. Tədqiqata təqdim edilmiş 30 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçüq yararlıdırlar. Məhkəmə-daktiloskopik ekspertizasının xx.xx.2023-cü il tarixli, 23\415R saylı ekspertin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs daktiloskopik kartlarının sürətləri müqayisəli tədqiqat üçün yararlıdır. xx.xx.2023-cü il tarixdə Şahid6 məxsus «Khazar» markalı, ** PJ *** d.n.n-lı avtomaşında 5.45 mm kalibrli, 786328 nömrəli, Kalaşnikov konstruksiyalı, AK-74 modelli, yivli odlu silahın aşkar olunması faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 01 ədəd yapışqanlı lent kəsiyi üzərində olan 03 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 03 ədəd əl-barmaq izi xx.xx.1993-cü il tarixdə Beyləqan rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin şəhadət, orta və adsız barmaqlarının əksi ilə eynilik müəyyən edilmişdir. Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 1375 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. AZ-İİİ № 728163 və AZ-İİİ № 386243 şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı var: xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1. Beləliklə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, o cümlədən təqsirləndirilən şəxsin özünün səmimi etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli, 2 nömrəli Qərarının 29-cu bəndiniun 2-ci hissəsində deyilir ki, bunlarla yanaşı, məhkəmələr bu növ cinayətlər törətmiş şəxslərə cəza təyin edərkən onların hərəkətlərinin məqsədi və motivini, talanmış odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatlarının, partlayıcı maddələr və qurğuların əldə edilmə mənbəyini və ələ keçirmə üsulunu, onların növünü, miqdarını, dəyərini və döyüş xüsusiyyətlərini nəzərə almalıdırlar. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən, himayəsində iki azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirilən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının məhkəmələrə tövsiyyəsinə görə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, daha ciddi cəza növlərinin seçilməsi əsaslandırılmalıdır və sanksiya hüdudlarında ağır cəza növü yalnız o halda tətbiq oluna bilər ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin, həmçinin məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə onu da qeyd edir ki, ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin olunmuş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Məhkəmə hesab edir ki, ədalətli cəza təyin edilməsi üçün zəruri və həm də mühüm amillərdən biri təqsirkarın şəxsiyyətinin hərtərəfli təhqiq olunmasıdır. Məhz bu baxımdan məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarındakı mövqeyinə bir daha istinad etməyi əsaslı hesab edir - cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən, eyni zamanda təqsirkarın həyat yolu, ailədə və məişətdə davranışı, məhkumluğu və s. kifayət qədər aydınlaşdırılmalıdır. Yuxarıda qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına alternativ olaraq azadlığın məhdudlaşdırılması və islah işləri cəzaları nəzərdə tutulmuşdur. Lakin məhkəmə hesab edir ki, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından qeyd olunan maddənin sanksiyasında nəzərdə tutulmuş ağır cəza növü olan azadlıqdan məhrum etmə cəzasının təyin olunması törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi halına görə bu cinayəti törədən Təqsirləndirilən şəxs şəxsiyyətinə uyğundur. Belə ki, isnad olunan cəza növü Təqsirləndirilən şəxs islah edilməsinə və onun tərəfindən analoji cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitə olacaqdır. İş üzrə maddi sübut Beyləqan RPŞ-də saxlanılan 01 ədəd 786328 nömrəli, 5.45 mm kalibrli, 1981-ci ildə zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş “Kalaşnikov” konstruksiyalı, AK-74 modeli avtomat silah, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, 30 ədəd 7,62x39 mm kalibrli patron yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan daraq və 27 ədəd keçmiş SSRİ dövlətində istehsal olunmuş, 7,62x39 mm kalibrli, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlara aid olan patron müsadirə edilib Azərbaycan Respublikası DİN-nin Təchizat İdarəsinə təhvil verilməli, 02 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Odur ki, məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344- 347, 349, 351-353, 356, 358 və 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 08 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən (və ya ləğv olunmadan) saxlanılsın. İş üzrə maddi sübut Beyləqan RPŞ-də saxlanılan 01 ədəd 786328 nömrəli, 5.45 mm kalibrli, 1981-ci ildə zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş “Kalaşnikov” konstruksiyalı, AK-74 modeli avtomat silah, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, 30 ədəd 7,62x39 mm kalibrli patron yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsi olan daraq və 27 ədəd keçmiş SSRİ dövlətində istehsal olunmuş, 7,62x39 mm kalibrli, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahlara aid olan patron müsadirə edilib Azərbaycan Respublikası DİN-nin Təchizat İdarəsinə təhvil verilsin, 2 ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan edildiyi (məhkuma rəsmi qaydada verildiyi) andan 20 (iyirmi) gün müddətində Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin həmin müddət ərzində şikayət və ya protest verilməzsə hökm həmin müddət bitdiyi gündən sonrakı gün qanuni qüvvəsini alır. HAKİM Yaşar Həşimov
Məhkəmə qərarları › İş №1(064)-16/2024
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-16/2024
04.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver