Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-16/2025 31.01.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs -Təqsirləndirilən şəxs, onun müdafiəçisi- fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Heydərxan oğlunun iştirakı ilə, xx xxxxx 1980-ci il tarixdə Beyləqan rayonu, Təzəkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu ödənilməmiş və götürülməmiş, Beyləqan rayonu, Təzəkənd kəndində qeydiyyatda olmaqla yaşamış, Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs, qəsdən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2023-cü ilin may ayının əvvəllərində Silahlı Qüvvəllərin N saylı hərbi hissəsində qərargah bölüyünün baş telefonçusu vəzifəsində işləyən Zərərçəkmiş şəxs ilə istifadə etdiyi ***-***-**-** saylı nömrə ilə əlaqə yaradaraq sonuncuya adının Şaiq olduğunu, Mingəçevir şəhərində yerləşən hərbi hissələrin birində komandir müavini vəzifəsində işlədiyini, polkovnik-leytenant rütbəsi daşıdığını, müxtəlif sahələr üzrə, o cümlədən bank sahəsi üzrə geniş əlaqələrinin olduğunu bildirib tanışlıq yaratdıqdan bir neçə gün sonra "xxxx" ASC-də qohumunun işlədiyini bildirməsinə görə ona əvvəllər "xxxx" ASC-dən götürdüyü 20.000 (iyirmi min) manat və "xxxx" ASC-dən götürdüyü 3000 (üç min) manat pul kreditlərinin bir hissəsini ödəməsini, qalan hissələrini vaxtında ödəyə bilməməsini, «Talisimiya» xəstəsi olan oğlu Kənan Həmidovu müalicə etdirməsi məqsədi ilə ona 30.000 (otuz min) manat məbləğində pulu kredit götürməkdə köməklik etməsi xahişi ilə istifadə etdiyi ***-***-**-** saylı nömrədən onun istifadə etdiyi ***-***-**-** saylı nömrəyə zəng edərək müraciət etmiş Zərərçəkmiş şəxs kənd təsərrüfatı təyinatlı kredit götürməsinə köməklik edəcəyi barədə yalan vəd verərək belə bir niyyəti olmadan sonuncunu özünün cinayətkar niyyətinə inandırmaq məqsədi ilə 25 may 2023-cü il tarixdə Zərərçəkmiş şəxs "xxxx" MMC-nin Beyləqan şəhərində yerləşən filialından “asan imza” nömrəsi əldə etməsinə, eləcə də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Füzuli rayon vergilər şöbəsində vergi ödəyicisi kimi VÖEN **********1 nömrə ilə qeydiyyata alınmasına nail olduqdan sonra, 31 may 2023-cü il tarixdə onun tapşırığı əsasında Zərərçəkmiş şəxs "xxxx" ASC-yə 142 (yüz qırx iki) manat məbləğində pulu vergi ödəməsi adı ilə əmək haqqı kartından onun göndərdiyi "xxxx" ASC-yə məxsus **********214888 saylı kart hesabına köçürməsinə, həmçinin, həmin gün istifadə etdiyi ***-***-**-** saylı nömrənin «Whatsapp» ani yazışma proqramı vasitəsi ilə göndərdiyi ********* 5960 2281 saylı birkart hesabına "xxxx" bank ASC-yə 14 (on dörd) manat məbləğində pul vəsaitinin Zərərçəkmiş şəxs tərəfindən gecikmiş borcun faizi adı ilə Füzuli rayonu, Bala Bəhmənli kəndində yerləşən “AL” marketdən “Milliön” elektron ödəmə sistemi vasitəsi ilə köçürülməsinə nail olduqdan sonra, o, həmin pul vəsatini bankomatlardan çıxarmış, bundan bir neçə gün sonra, təxminən 2023-cü ilin iyun ayının əvvəllərində telefonla danışarkən Zərərçəkmiş şəxs sonuncunun "xxxx" bank ASCyə olan 2200 (iki min ik iyüz) manat məbləğində kredit borcunu bağlatdırmaq və 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitini növbədən kənar kredit verməsi üçün "xxxx" ASC-də işləyən qohumuna verəcəyini yalandan bildirərək belə niyyəti olmadan 3000 (üç min) manat məbləğdə pul vəsaitini ona göndərməsini tapşırmış, Zərərçəkmiş şəxs təklifi əsasında o, ertəsi gün sonuncunun yaşadığı Füzuli rayonu, Bala Bəhmənli kəndinin ərazisində yerləşən evin həyətinə gələrək 3000 (üç min) manat məbləğində pul vəsaitini almaqla şəxsi ehtiyaclarına sərf edərək qəsdən etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs vahid niyyətlə 3156 (üç min yüz əlli altı) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında: İş üzrə məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, 2016-cı ildən 2019-cu ilədək olan müddətdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissədə gizir işləmiş, və ***-***-**-** saylı nömrədən istifadə etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsinin rabitə bölüyünün radiotelefonçusu vəzifəsində işləyən və Füzuli rayonu, Bala Bəhmənli kəndində yaşayan Zərərçəkmiş şəxs 2016-cı ildən tanıyır. O, 2023-cü ilin may ayının axırlarında Elnarə Vəliyevanın istifadə etdiyi nömrəyə zəng edərək ona adının Şaiq olduğunu və Mingəçevir şəhərində yerləşən hərbi hissələrin birində komandir müavini vəzifəsində işlədiyini, polkovnikleytenant rütbəsi daşıdığını bildirmiş, ondan bir neçə gün sonra yenə də onunla telefonla danışarkən Elnarəyə "xxxx" ASC-nin Mingəçevir şəhər filialında tanışlarının işlədiyini deməsinə görə Elnarə ona 30000 (otuz min) manat pulu kredit olaraq götürməkdə köməklik etməsini xahiş etmiş, o, Elnarəyə kredit düzəltdirəcəyi barədə yalandan vəd verib onun pulunu ələ keçirmək məqsədi ilə ona "xxxx" ASC-nin Mingəçevir filialında tanışı olduğunu və kənd təsərrüfatlı təyinatlı kredit götürməkdə köməklik edə biləcəyini bildirmişdir. Bir neçə gün sonra onun tapşırığı əsasında Elnarə şəxsiyyət vəsiqəsinin fotoşəkilini onun telefonuna göndərmiş, o da həmin şəxsiyyət vəsiqəsinin surətini öz telefonundan "xxxx" ASC-nin Mingəçevir şəhər filialında işləyən tanışının telefonuna göndərmişdir. 2023-cü ilin may ayının axırlarında istifadə etdiyi nömrədən Elnarənin istifadə etdiyi nömrəyə zəng edib onun vəsiqəsini bankdan qeydiyyatdan keçirmək üçün 142 manat məbləğində pulu onun istifadə etdiyi kart hesabına göndərməsini xahiş etmiş, o da həmin məbləğdə pulu onun adına "xxxx" ASC-dən verilmiş kart hesabına köçürmüşdür. O, 142 (yüz qırx iki) manat məbləğində pulu Beyləqan rayonunda yerləşən bankomatların birindən çıxardıqdan sonra həmin gün yenə də Mingəçevir şəhərinə getmək üçün ondan 14 (on dörd) manat pulu yol pulu kimi kart hesabına köçürməsini xahiş etmiş, Elnarə həmin məbləğdə pulu onun kart hesabına köçürdükdən sonra həmin gün Beyləqan şəhərində yerləşən bankomatların birindən çıxarıb ertəsi gün Mingəçevir şəhərinə getmişdir. O, 2023-cü ilin iyun ayının əvvəllərində Elnarədən ona növbədən kənar kredit düzəldirəcəyi barədə vəd verib onu aldadaraq belə bir niyyəti olmadan ondan 3000 (üç min) manat pul istəmiş, Elnarə onunla razılaşdıqdan sonra xatırlamadığı gündə sürücüsünü tanımadığı yol maşınları ilə onun yaşadığı Füzuli rayonu, Bala Bəhmənli kəndində yerləşən evinin həyətinə getmiş və ondan 3000 (üç min) manat məbləğində pulu orada alıb həmin pulu öz ehtiyaclarına xərcləmişdir. Sonradan Elnarə ondan 3156 (üç min yüz əlli altı) manat məbləğində pulunu qaytarmasını tələb etsə də onun telefon zənglərinə və yazdığı mesajlara cavab verməmişdir. O, Zərərçəkmiş şəxs aldadıb onun 3156 (üç min yüz əlli altı) manat məbləğində pulunu ələ keçirdiyinə görə əməlindən peşmandır. Yüngül cəza təyin edilməsini xahiş edir. İş üzrə əvvəlki məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2016cü ildən Füzuli rayonu, Bala Bəhmənli kəndində bibisi Şahid2 ilə birlikdə yaşayır və Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsində qərargah bölüyünün artilleriya rəisinin idarəetmə taqımının idarəetmə manqasının baş radiotelefonçusu vəzifəsində işləyir. Təxminən bir ildir ki, ***-***-**-** saylı nömrədən istifadə edir. 20 may 2023-cü il tarixdə, saat 17 radələrində istifadə etdiyi nömrəyə ***-***-**-** saylı nömrədən zəng edən şəxs adının Şaiq olduğunu və onu tanıdığını, Mingəçevir şəhərində yerləşən hərbi hissələrin birində komandir müavini işlədiyini, polkovnik-leytenant rütbəsi daşıdığını bildirmişdir. Bundan sonra Şaiqlə münasibəti yaranmış, iki gün sonra onunla telefonla danışarkən sonuncunun başqa telefonuna zəng gəlməsini və Şaiqin danışdığı şəxsə bank işlərinin onluq olduğunu və gecikmiş ödənişləri bərpa edə biləcəyini deməsini eşitdiyinə görə «Talesimiya» xəstəsi olan oğlu Kənan Həmidovun müalicəsi üçün pula ehtiyacı olduğundan ondan istənilən bankdan 30000 (otuz min) manatadək kredit götürməkdə ona köməklik etməsini xahiş etmişdir. Şaiq ondan başqa kreditinin olubolmadığını soruşduqda ona bu ilin yanvar ayının əvvəllərində Azər-Türk adlı bankdan 20000 (iyirmi min) manat məbləğində pulu 4 il müddətinə ödəmək şərtilə kredit götürdüyünü, hər ay 569 manat pulu ödəməli olsa da başqa borcları olduğundan 4000 (dörd min) manatadək pulu ödədiyini, həmçinin "xxxx" ASC-dən 3000 (üç min) manat kredit götürdüyünü və qrafikə əsasən ödənişləri vaxtında ödəyə bilmədiyini, təxminən 2200 (iki min iki iyüz) manatadək borcunun qaldığını bildirmişdir. Şaiq ona "xxxx" ASC-nin Mincəçevir şəhərində yerləşən filialında Aydın adlı əmisi oğlunun işlədiyini və onun vasitəsi ilə kənd təsərrüfatı təyinatlı kredit düzəltdirə biləcəyi barədə vəd vermiş, özünün mal-qarasının olduğunu, lazım gəldikdə mal-qarasını banka girov qoya biləcəyini bildirərək ona Beyləqan şəhərində yerləşən "xxxx" ASC-nin filialından elektron imza nömrəsi almasını və bundan sonra həmin imza ilə Füzuli vergilər şöbəsindən vergi ödəyicisi kimi qeydiyyata alınmasını tapşırmışdır. O, Şaiqin sözü ilə 25 may 2023-cü il tarixdə "xxxx" ASC-nin Beyləqan şəhərində yerləşən filialına 30 (otuz) manat rüsum ödəməklə asan imza nömrəsi əldə etmiş və həmin asan imza nömrəsini təqdim edərək vergi ödəyicisi kimi qeydiyyata alınaraq adına Vöen açdırmışdır. O, telefonla Şaiqə bu barədə məlumat verdikdən sonra ondan növbəti addımlarının nədən ibarət olduğunu soruşmuş, Şaiq ondan xəbər gözləməsini tapşırmışdır. 31 may 2023-cü il tarixdə Şaiq onun istifadə etdiyi nömrəyə zəng edərək "xxxx" ASC-yə 140 (yüz qırx) manat pulu vergi ödəmək məqsədilə onun adına olan "xxxx" ASC-yə məxsus **********214888 saylı nömrəyə köçürməsini tapşırmışdır. O, həmin gün özünə məxsus əmək haqqı kartından 142 (yüz qırx iki) manat məbləğində pul vəsaitini həmin karta köçürmüş, bundan sonra Şaiq yenə həmin gün onun istifadə etdiyi nömrəyə 41697587 5960 2281 nömrəli bir kartın foto şəkilini göndərərək 14 (on dörd) manat məğləğində pulu "xxxx" ASC-yə gecikmiş borcuna görə faiz kimi ödəmək lazım olmasını bildirərək həmin məbləğdə pulu Milliön ödəmə terminalı vasitəsi ilə həmin kart hesabına ödəməsini tapşıraraq həmin kartın sahibinin gecikmiş borcunu ödəyəcəyini bildirmişdir. O, həmin gün Füzuli rayonu, Bala Bəhmənli kəndinin ərazisində yerləşən «Al marketə» gedib 14 manat məbləğində pulu həmin karta köçürüb qəbzi götürərək qəbzin foto şəkilini telefonuna çəkib Şaiqin istifadə etdiyi telefona göndərmişdir. Həmin gün Şaiq yenədə onun istifadə etdiyi nömrəyə zəng etmiş və ondan 3000 (üç min) manat pulu təcili olaraq ona çatdırmasını tapşıraraq həmin pulun 2200 (iki min iki yüz) manatı ilə "xxxx" ASC-də olan borcunu bağlatdıracağını, 800 (səkkiz yüz) manat məbləğində pulu isə əmisi oğlu Aydına növbədən kənar kredit verməsi isə çatdıracağını və 23600 (iyirmi üç min altı yüz) manat məbləğində pulu yaxın günlərdə "xxxx" ASC-nin Mingəcevir filialından kredit olaraq ala biləcəyini bildirmişdir. O, Vüsala Mingəçevir şəhərinə gələ bilməyəcəyini özünün gəlib onun yaşadığı Füzuli rayonu, Bala Bəhmənli kəndində yerləşən evindən pulu götürməsini xahiş etmişdir. Bundan sonra keçmiş iş yoldaşı hazırda N saylı hərbi hissədə gizir işləyən Oktay İsmayılovın istifadə etdiyi nömrəyə zəng edərək ondan qısa müddətə borc olaraq 2500 (iki min beş yüz) manat pul istəmiş və yaxın günlərdə kredit götürüb borcu qaytaracağı barədə vəd vermişdir. Oktay həmin məğləğdə pulu ona verə biləcəyini demiş, aralarında olan razılaşmaya əsasən ertəsi gün Oktay İsmayılov onun yaşadığı evə gələrək 2500 (iki min beş yüz) manat məbləğində pulu borc olaraq ona vermişdir. O, 2500 (iki min beş yüz) manat pulu onunla yeni evdə yaşayan bibisi Şahid2 verərək evdə olan 500 (beş yüz) manat pulun üstünə qoyub saxlamasını tapşırmışdır. O, 3000 (üç min) manat məbləğində pulu toplaması barədə Şaiqə telefonla məlumat vermiş, Şaiq ertəsi gün onun yaşadığı evin həyət darvazasının qarşısına gəlmiş, o, onu görən kimi Beyləqan rayon sakini əvvəllər Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəsində müddətdən artıq hərbi xidmət əsgəri işləmiş Ramal Səmədovun qardaşı Təqsirləndirilən şəxs olduğunu görüb onu tanımış, ondan adının Şaiq kimi təqdim etməsinin səbəbini soruşduqda Şaiq ona sürpriz etdiyini deyərək hazırda Mingəcevir şəhərində xidmət etdiyini və 44 günlük müharibədən sonra ona polkovnik-leytenant rütbəsi verildiyini bildirmişdir. O, bibisi Şahid2 3000 (üç min) manat pulu alıb yaşadığı evin həyət darvazasının qarşısında Vüsala vermiş, sonuncu pulu alıb gedərkən ona kredit borcunun ödənilməsi barədə 24 saat ərzində bildiriş göndəriləcəyini və sonra kredit pul götürmək üçün Mingəçevir şəhərinə çağırılacağını bildirmişdir. Hava qaranlıq olduğundan Vüsalın gəldiyi avtomobilin markasını və dövlət qeydiyyat nişanını görə bilməmişdir. O, bir neçə gün sonra istifadə etdiyi nömrənin «Whatsapp» ani yazışma proqramı vasitəsi ilə dəfələrlə Vüsalın istifadə etdiyi nömrəyə zəng edərək mesajlar yazsa da sonuncu onun telefon zənglərinə və mesajlarına cavab verməmişdir. Ona görə də 16 iyun 2023-cü il tarixdə Füzuli rayon Polis şöbəsinə gələrək özünü Şaiq kimi təqdim edən Təqsirləndirilən şəxs onu aldadaraq ümumilikdə 3172 (üç min yüz yetmiş iki) manat məbləğində pulunu ələ keçirməsi barədə ərizə vermişdir. O, ilkin ərizə və izahatında Vüsalın onun 3172 manat pulunu ələ keçirdiyini göstərsə də, sonradan qəbzlərə diqqətlə baxdıqda 31 may 2023-cü il tarixdə, saat 16:01-də 142 manat, həmin gün saat 16:31də isə 14 (on dörd) manat pulu, ümumilikdə 156 (yüz əlli altı) manat pulu onun göndərdiyi kart hesabına göndərdiyini görmüşdür. Həmin ərizəsi əsasında Füzuli rayon Polis şöbəsinin təhqiqat bölməsində araşdırma aparılarkən təhqiqatçı X2 Səmədovun istifadə etdiyi nömrədən «Whatsapp» ani yazışma proqrammı vasitəsi ilə onun istifadə etdiyi nömrənin «Whatsapp» ani yazışma proqramına göndərdiyi kartın foto şəkilini, həmin karta xx.xx.2023-cü il tarixdə göndərdiyi 142 manat və daha sonra 14 manat məbləğində pul vəsaitinin qəbzlərini, foto şəkilləri, həmçinin onun telefonuna yazdığı mesajların ümumilikdə 11 vərəqdən ibarət ksero surətlərini Füzuli rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı polis baş leytenantı Toğrul Əliyevə təqdim etmişdir. Hazırda ona dəymiş maddi ziyandan ancaq 1000 manat ödənmişdir, yəni ziyan tam ödənməmişdir. Öna dəyən maddi ziyanın tam ödənilməsini və Təqsirləndirilən şəxs cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilir ki: İstintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs ifadələri arasında olan ziddiyyətlərin aydınlaşdırılmasından ötrü onların arasında üzləşmə keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs 20 may 2023-cü il tarixdə, saat 17 radələrində istifadə etdiyi nömrəyə onun ***-***-**-** saylı nömrədən zəng etdiyini, adının Şaiq olduğunu və Mingəçevir şəhərində yerləşən hərbi hissələrin birində komandir müavini işlədiyini, polkovnik-leytenant rütbəsi daşıdığını, gecikmiş ödənişləri bərpa edə biləcəyini deməsini, istənilən bankdan 30000 (otuz min) manatadək kredit götürməkdə ona köməklik etməsini xahiş etməsini, ona "xxxx" ASC-nin Mingəçevir şəhərində yerləşən filialında Aydın adlı əmisi oğlunun işlədiyini və onun vasitəsi ilə kənd təsərrüfatı təyinatlı kredit düzəltdirə biləcəyi barədə vəd verdiyini, özünün mal-qarasının olduğunu, lazım gəldikdə mal-qarasını banka girov qoya biləcəyini bildirərək ona Beyləqan şəhərində yerləşən "xxxx" ASC-nin filialından elektron imza nömrəsi almasını və bundan sonra həmin imza ilə Füzuli vergilər şöbəsindən vergi ödəyicisi kimi qeydiyyata alınmasını tapşırdığını, özünün 25 may 2023-cü il tarixdə "xxxx" ASC-nin Beyləqan şəhərində yerləşən filialına 30 (otuz) manat rüsum ödəməklə asan imza nömrəsi əldə etdiyini, onun tapşırığı əsasında 31 may 2023-cü il tarixdə özünə məxsus əmək haqqı kartından 142 (yüz qırx iki) manat məbləğində pul vəsaitini həmin karta köçürdüyünü,14 (on dörd) manat məğləğində pulu "xxxx" ASC-yə gecikmiş borcuna görə faiz kimi ödəmək lazım olmasını bildirdiyinə görə həmin məbləğdə pulu Milliön ödəmə terminalı vasitəsi ilə həmin kart hesabına ödəməsini, 3000 (üç min) manat pulu təcili olaraq ona çatdırmasını tapşırdığına görə özünün gəlib onun yaşadığı Füzuli rayonu, Bala Bəhmənli kəndində yerləşən evin həyət darvazasının qarşısında ondan alıb apardığını Təqsirləndirilən şəxs üzünə qarşı bir daha demişdir. İstintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadə vermiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs şəxsən tanımasa da, Zərərçəkmiş şəxs əvvəlki iş yoldaşı kimi tanıyır. 2023-cü ilin iyun ayında Elnarə ondan borca 2500 manat pul istəmiş, o da Füzuli rayonu Əhmədbəyli kəndində yaşadığı evin qarşısında pulu Elnarəyə vermişdir. Elnarə həmin puldan ona 1200 manat qaytarıb, 1300 manat borclu qalmışdır. Elnarədən pulu nə üçün istədiyini soruşanda sonuncu Şaiq adlı polkovnik-leytenant rütbəsində olan şəxsin onun üçün bankdan kredit götürəcəyini, sonra həmin pulu ona qaytaracağını bildirmişdir. İstintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid2 Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini özünə aid hissədə bir daha təsdiq etmişdir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs təqdim etdiyi qəbzlərin surətindən görünür xx.xx.2023-cü il, saat 16:01-də 142 (yüz qırx iki) manat məbləğində pul vəsaiti "xxxx" ASC-yə məxsus **********214888 saylı kart hesabına, xx.xx.2023-cü il, saat 16:31-də Füzuli rayonu, Bala Bəhmənli kəndi, 4 yol ərazisində “Milliön” elektron ödəmə sistemi vasitəsi ilə 4169 97587 5960 2281 saylı birkart hesabına 14 (on dörd) manat məbləğində pul vəsaiti köçürülmüşdür. Həmin qəbzlər 27 sentyabr 2024-cü il tarixdə sübutların qiymətləndirilməsi haqqında qərarla cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Araşdırma zamanı Zərərçəkmiş şəxs Füzuli rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı polis baş leytenantı Toğrul Əliyev təqdim etdiyi istifadə etdiyi mobil telefon aparatının «Whatsapp» ani yazışma proqramının ekran görüntüsündən götürdüyü 11 vərəqdən ibarət yazı və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs istifadə etdiyi nömrənin «Whatsapp» proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs istifadə etdiyi nömrənin «Whatsapp» proqramına "xxxx"-a məxsus bir kart nömrəsinin qəbzlərinin surətini göndərmiş və aralarında yazışmalar olmuşdur. Təqsirləndirilən şəxs saat 22.11-də 4 nəfər kişi fotoşəkilləri göndərmiş, Elnarə ona yazmışdır ki, Nediki bu, şekili nə edim? Nə yerdə qaldı söhbət. Vüsal Səfərov ona yazmışdır ki, Bankın müdiri Kök qara kostyumlu oğlandı. Sənə atdım ki, biləsən sabah olacaq. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yazmışdı ki, ayıbdı yalan danışmaq lazım deyil. Təqsirləndirilən şəxs ona yazmışdır ki, Elnarə xanım siz deyirsiniz. Mən yalançıyam. Zərərçəkmiş şəxs ona yazıb. Yalan danışırsınız. Sizə verdiyim pulu qaytarın. Başqa heç nə istemirəm. Təqsirləndirilən şəxs problem yoxdu. Deyərəm atsınlar. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yazmışdır. Sənin əməlin düz deyil ay bədbəxt sən maşenniksən mənim kimi qadına kələk gəldin 4 mine yaxın pulumu yedin. Allah burnundan gətirsin eclaf. Sen ancaq maşenlik et camaatın halal pulunu malını ye seni allaha heval edirəm in şaAllah qan qusasan hakkımı yemisen oğraş. Men sennen pulumu geri alacam senin neslində qırıla alacam pulumu. Zərərçəkmiş şəxs istifadə etdiyi mobil telefon aparatının «Whatsapp» ani yazışma proqramının ekran görüntüsündən götürərək təqdim etdiyi ümümilikdə 11 vərəqdən ibarət fotoşəkil və mesajlar iş üzrə sübuti əhəmiyyətə malik olduğundan 27 sentyabr 2024-cü il tarixdə sübutların qiymətləndirilməsi haqqında qərarla cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Füzuli rayon vergilər şöbəsində vergilər şöbəsindən verilmiş 14 sentyabr 2023-cü il tarixli **********533000 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Füzuli rayon Vergilər Şöbəsində qeydiyyata alınmış və ona ********** nömrəli vergi ödəyici sinin eyniləşdirmə nömrəsi verilmişdir. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsi məlumatlarına əsasən dövriyyəsi olmamışdır. Dövlət Vergi xidmətinin baza məlumatlarına əsasən vergi ödəyicisinin fəaliyyəti hal-hazırda passivdir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi «Beyləqan rayon Mərkəzi Xəstəxanası» Publik Hüquqi şəxsin direktorunun 18 sentyabr 2023-cü il tarixli, 18-1- 29/2-1000/2023 nömrəli məktubdan görünür ki, xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs “Beyləqan rayon Mərkəzi Xəstəxanası» Publik Hüquqi şəxsin Narkoloji və Ruhi Əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. AA******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1980-ci ildə doğulmuşdur. İş üzrə sübutların qiymətləndirilməsi haqqında 27 sentyabr 2024-cü il tarixli qərara əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 308, 309,310 311, 32.4,312 və 179-cu maddələrinin tərkibi olmadığından onun barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-in 178.1-ci maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə- min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Dələduzluq cinayətinin obyektini talamanın digər formalarında olduğu kimi mülkiyyət münasibətləri təşkil etsə də, bu cinayətin predmeti talama cinayətlərinin digər formalarının predmetindən fərqlənir. Dələduzluq özünün törədilmə üsuluna görə iki növə ayrılır: aldatma yolu ilə dələduzluq və etibardan sui-istifadə yolu ilə dələduzluq. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin, bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda, həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Təsvir olunan Qərarın tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, CM-in 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakının talanmasının üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətlədirərək Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmək yolu ilə zərərçəkmiş şəxsə məxsus əmlakı ələ keçirməsi ilə bağlı verilmiş ittihamın məhkəmə istintaqında tam həcmdə öz təsdiqini tapması nəticəsinə gəlir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İşdə olan Füzuli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib, 01 il 09 ay 18 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İşdə olan Salyan Rayon məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il Amnistiya qərarının 4-cü bəndinə əsasən xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. İşdə olan Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 24 sentyabr 2024-cü il tarixdən hesablanmışdır. Həmin iş üzrə Goranboy Rayon Məhkəməsinin 1(045)-53/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi və onun barəsində axtarış elan edilməsi, tapıldıqda həbs olunaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına etap edilməsi, bu barədə Goranboy Rayon Məhkəməsinə məlumat verilməsi qərara alınmış və iş üzrə icraat dayandırılmışdır; Goranboy RPŞ-nin və DİN-in BİKİ-nin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2024 cü il tarixdə Bakı şəhəri Suraxanı rayonu ərazisində müəyyən olunaraq tutulmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə görə, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.5-ci maddəsinə görə, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması və cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.1.14-cü madddələrinə əsasən məsuliyyətini yüngülləşdirən hallardır. Onun Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, hərəkətlərini səmimi etiraf etməsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına təsirini, həmçinin Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsində göstərilən qaydaları nəzərə alaraq ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanunamüvafiq hesab edir. İş materiallarından görünür ki, hazırki iş üzrə Füzuli Rayon Polis şöbəsinin Cinayət- Axtarış bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış təbirləri nəticəsində 04 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs tutularaq Füzuli Rayon Polis şöbəsinə gətirilmiş və cinayət işi üzrə dayandırılmış icraat həmin gün təzələnərək ona Azərbaycan Respublikası CMnin 178.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Odur ki, ona cəza təyin edilərkən, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbi nəzərə alınmalıdır. İşdə olan- cinayət işi üzrə maddi sübut kimi tanınaraq 27 sentyabr 2024-cü il tarixli qərarla cinayət işinin materiallarına əlavə edilmiş iki ədəd qəbz və Zərərçəkmiş şəxs istifadə etdiyi telefonun ekran görüntüsündən götürüb təqdim etdiyi 11 vərəqədə fotoşəkil və mesajlar cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs, Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən, azadlıqdan məhrum etmə cəzası çəkdiyi üçün barəsində qətimkan tədbiri seçilməməlidir. Zərərçəkmiş şəxs, ona dəymiş maddi ziyanla əlaqədar mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349 , 351-353, 356, 358, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki iş üzrə təyin edilmiş 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(045)-53/2022 nömrəli hökmü ilə təyin edilmiş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası qismən toplamaq yolu ilə qəti olaraq 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 04 noyabr 2023-cü il tarixdə tutulduğu cəmi 1 (bir) gün müddət ona təyin edilmiş 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına bir günə bir gün hesabı ilə hesablanıb həmin cəzadan çıxılmaqla üzərində qəti olaraq 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə müəyyən edilmiş xx.xx.2024cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs, Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən azadlıqdan məhrum etmə cəzası çəkdiyi üçün barəsində qətimkan tədbiri seçilməsin. İşdə olan- cinayət işi üzrə maddi sübut kimi tanınaraq 27 sentyabr 2024-cü il tarixli qərarla cinayət işinin materiallarına əlavə edilmiş iki ədəd qəbz və Zərərçəkmiş şəxs istifadə etdiyi telefonun ekran görüntüsündən götürüb təqdim etdiyi 11 vərəqədə fotoşəkil və mesajlar cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səkinəxanım Məmmədli
Məhkəmə qərarları › İş №1(064)-16/2025
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-16/2025
31.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver