Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-17/2023 07.02.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1973-cü il tarixdə Füzuli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, İ Qarabağ müharibəsi veteranı, “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” X11in X4 sürücü işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Füzuli rayonu, İkinci Zobucuq qəsəbəsi, 362 nömrəli evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 14 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” X11in mülkiyyətində olan “Kamaz” markalı, “5350 Nefaz 4208 avtobus” modelli, **-JC-*** qeydiyyat nişanlı avtomobili AC 092062 nömrəli sürücülük vəsiqəsi və yol vərəqəsi əsasında Hacıqabul-Mincivan avtomobil yolunun Füzuli rayonu, Kərimbəyli kəndi ərazisindən keçən 163-cü kilometrliyində idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.3-cü maddəsinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili yolun öz hərəkət zolağı ilə, hərəkət hissəsinin sağ kənarına mümkün qədər yaxın idarə etməli olduğu halda, qarşıda eyni istiqamətdə yolun sağ hərəkət zolağının kənarı ilə getmiş piyada X5 həmin avtomobilin qabaq sağ hissəsi ilə ehtiyatsızlıqdan vurması nəticəsində sonuncunun ənsə, alın və təpə sümüklərinin kəllə əsası sümüklərinə keçən, çoxsaylı, qəlpələnmiş və xətti sınıqları, baş beyin toxumasının əzilməsi, beyin qişa və mədəciklərinə qansızma, ənsə, alın və təpə nahiyələrinin əzilmiş yaraları, sol bud sümüyünün yuxarı 1/3-nin fraqmentləri yerini dəyişmiş qapalı sınığı, bədən səthinin çoxsaylı sıyrıqları, daxili üzvlərin venoz azqanlılığından ibarət, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alıb baş beyin toxumasının əzilməsi, ağır travmatik şok səbəbindən ölməsi ilə nəticələnən yol hərəkəti qaydasını pozmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2020-ci ilin noyabr ayından “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” X11in X4 sürücü işləyir. 14 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində həmin Agentliyin mülkiyyətində olan “Kamaz” markalı, “5350 Nefaz 4208 avtobus” modelli, **-JC-*** qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi və yol vərəqəsi əsasında Hacıqabul-Mincivan avtomobil yolunun Füzuli rayonu, Kərimbəyli kəndi ərazisindən keçən 163-cü kilometrliyində idarə edərkən qarşıda eyni istiqamətdə yolun sağ hərəkət zolağının kənarı ilə getmiş, əvvəllər tanımadığı piyada X5 ehtiyatsızlıqdan avtomobilin qabaq sağ hissəsi ilə vurmuşdur. Sonuncunu hadisənin baş verdiyi yerdən 1 metr məsafədən görmüşdür. Hadisədən dərhal sonra piyadanın xəsarət aldığını gördüyünə görə mobil telefonu ilə təcili tibbi yardıma zəng edib kömək çağırmış, DİN-in 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Asəf Teymurov hadisə yerində ölmüşdür. Törətdiyi cinayət əməlindən səmimi peşimandır. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ifadəsində sonradan iş üzrə cinayət hadisəsinin və onun nəticəsinin Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi qaydada baş verməsini qaynı Şahid eşitdiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı şikayət və tələbinin olmadığını göstərmiş, məhkəmə çıxışında Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Zərərçəkmiş şəxs ibtidai istintaq orqanı və məhkəməyə Təqsirləndirilən şəxs ilə barışdığı, sonuncuya qarşı şikayət və tələbinin olmadığını barədə yazılı ərizələr vermişdir (səh. 130). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, 14 oktyabr 2022-ci il tarixdə Bakı şəhərində olarkən qardaşı X3 yol-nəqliyyat hadisəsi nəticəsində öldüyünü eşidib bu barədə sonuncunun arvadı Zərərçəkmiş şəxs məlumat vermişdir. Sonradan həmin hadisənin Təqsirləndirilən şəxs tərəfindən törədildiyini eşitmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - Füzuli RPŞ-nin məsul növbətçisi, polis baş leytenantı Ramiq Babayev tərəfindən tərtib edilmiş 14 oktyabr 2022-ci il tarixli raportda göstərilmişdir ki, 14 oktyabr 2022-ci il tarixdə saat 19:07-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrədən Azərbaycan Respublikası DİN-nin “102 xidməti-zəng Mərkəzi”nə zəng edib Füzuli rayonu, Kərimbəyli kəndi ərazisində idarə etdiyi avtomobillə piyadanı vurduğu və piyadaya təcili tibbi yardım göstərilməsinə ehtiyac olduğu barədə məlumat vermişdir (səh. 3). - “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 14 oktyabr 2022-ci il tarixli protokol, ona əlavə edilmiş hadisə yerinin sxemi və fotocədvəllərdən görünür ki, iş üzrə hadisə Hacıqabul-Mincivan avtomobil yolunun Füzuli rayonu, Kərimbəyli kəndi ərazisindən keçən 163-cü km-də yolun hərəkət hissəsinin sağ kənarında baş vermişdir. Baxışda iştirak etmiş Təqsirləndirilən şəxs göstərməsinə əsasən onun idarə etdiyi “Kamaz” markalı, **-JC- *** dövlət qeydiyyat nişanlı avtomobillə piyada X5 vurduğu yerdən üzü Mincivan istiqamətində yolun sağ ehtiyat hissəsinə kimi 0,80 sm, orta qırıq-qırıq xəttinə kimi 2,70 metr, sol ehtiyat hissəsinə kimi 6,20 metr məsafənin olduğu, hadisə yerində tormoz izinin olmadığı müəyyən edilmişdir (səh. 4-13). - 12 iyul 2019-cu il tarixli, AC092062 nömrəli sürücülük vəsiqəsi, 12 yanvar 2022-ci il tarixli, BB 193809 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi” və “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” X11in Hadrut Bazası tərəfindən 2022-ci ilin oktyabr ayı üçün verilmiş yol vərəqəsinin surətlərindən görünür ki, “Kamaz” markalı, 5350 Nefaz 4208 avtobus modelli, **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobil “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” X11in mülkiyyətindədir. Təqsirləndirilən şəxs BCD kateqoriyalı sürücülük vəsiqəsinə malik olduğuna görə göstərilən avtomobili müvafiq yol vərəqəsi üzrə idarə etmək hüququna malik olmuşdur (səh. 30, 31, 33). - Məhkəmə-tibbi eskpertizasının 10 noyabr 2022-ci tarixli, 25/22 nömrəli rəyində göstərilmişdir ki, X3 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar olunmuş ənsə, alın və təpə sümüklərinin kəllə əsası sümüklərinə keçən, çoxsaylı, qəlpələnmiş və xətti sınıqları, baş beyin toxumasının əzilməsi, beyin qişa və mədəciklərinə qansızma, ənsə, alın və təpə nahiyələrinin əzilmiş yaraları, sol bud sümüyünün yuxarı 1/3-nin fraqmentləri yerini dəyişmiş qapalı sınığı, bədən səthinin çoxsaylı sıyrıqları, daxili üzvlərin venoz azqanlılığından ibarət xəsarətlər həyatidir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, müvafiq ekspertizanın təyin edilməsi barədə qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 14 oktyabr 2022-ci il tarixdə hərəkətdə olan avtomobilin qabarıq hissələrinin zərbəsi nəticəsində əmələ gəlmişdir. Onun ölümünə göstərilən xəsarətlər nəticəsində baş vermiş baş beyin toxumasının əzilməsi, ağır travmatik şok səbəb olmuşdur (səh. 71-75). - Məhkəmə-bioloji ekspertizasının 31 oktyabr 2022-ci il tarixli, 3881/k nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində etil spirti aşkar edilməmişdir (səh. 82-84). - Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 07 dekabr 2022-ci il tarixli, 8/3297 nömrəli rəyində göstərilmişdir ki, “Kamaz” markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.3-cü maddəsinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspert tədqiqatının dəyəri 85 manatdır (səh. 86-88). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs iş üzrə məhkəmənin müəyyən etdiyi məzmunda cinayət əməlini törətməsi əməlində Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərini yaratmışdır. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, məhkəmə istintaqı zamanı tədqiq edilmiş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs və Şahid verdikləri ifadələr, cinayət işi materiallarında olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 14 oktyabr 2022-ci il tarixli protokol, ona əlavə edilmiş hadisə yerinin sxemi və fotocədvəllər, məhkəmə-tibbi eskpertizasının 10 noyabr 2022-ci tarixli, 25/22 nömrəli rəyi, məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 07 dekabr 2022-ci il tarixli, 8/3297 nömrəli rəyi, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə tanınmış maddi sübut, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərlənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (səh. 34). - Füzuli RİHB-nın İkinci Zobucuq qəsəbəsi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və yaşayış yeri üzrə xasiyyətnamələr, “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” X11in X7 tərəfindən verilmiş xasiyyətnamə, N nömrəli hərbi hissə tərəfindən verilmiş N mart 2021-ci il tarixli “Travma haqqında” arayışın, 077638 nömrəli müharibə veteranı vəsiqəsinin, İ-3196, İ-34573 və İ-9583 nömrəli “Azərbaycan Respublikası Medalının Vəsiqəsi”-nin surətləri, “Füzuli Rayon Mərkəzi Xəstəxanası” X11 tərəfindən verilmiş 01 fevral 2023-cü il tarixli arayış və ona əlavə edilmiş ******* nömrəli tibbi kitabçadan çıxarışın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs arvadı, 07 may 2007-ci il təvəllüdlü bir nəfər yetkinlik yaşına çatmamış oğlan, biri oğlan, digəri isə qız olan iki nəfər yetkinlik yaşına çatmış övladları ilə birlikdə yaşayır, “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” X11in X4 sürücü vəzifəsində işləməklə, ailəsinə yeganə qazanc gətirən şəxsdir, yaşayış və iş yerləri üzrə müsbət xarakterizə edilmişdir, İ Qarabağ müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməklə müharibə veteranıdır. Onun övladı Ömər İbadzadə isə İİ Qarabağ müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, 29 sentyabr 2020-ci il tarixdə Tərtər-Ağdərə istimaqətində baş vermiş döyüş əməliyyatlarında iştirak edərkən “Başın ön sağ hissəsinin qəlpə yarası” xəsarəti almış, həmin xəsarətlə əlaqədar onda yaranmış “Postkontuzion sindrom. Özünü kəsmələrlə” diaqnozu ilə 27 yanvar 2023-cü il tarixdən 06 fevral 2023-cü il tarixədək Füzuli Rayon Mərkəzi Xəstəxanasında stasionar müalicədə olmuşdur. Ömər İbadzadə göstərilən döyüş əməliyyatlarında iştirak etməsinə görə Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2020-ci il tarixli, 2353 nömrəli və 24 iyun 2022-ci il tarixli, 2720 nömrəli Sərəncamları ilə müvafiq olaraq “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli, 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir (səh. 35-37, 89). Məhkəmə Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-in 59.1.12ci maddəsinə, himayəsində bir nəfər yetkinlik yaşına çatmamış uşağının olması, ailəsinə yeganə qazanc gətirən şəxs olması, əvvəllər məhkum olunmaması, törətdiyi əməldən səmimi peşiman olması, yaşayış və iş yerləri üzrə müsbət xarakterizə edilməsi, İ Qarabağ müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməklə müharibə veteranı olması, övladı Ömər İbadzadənin isə İİ Qarabağ müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi, 29 sentyabr 2020-ci il tarixdə Tərtər-Ağdərə istimaqətində baş vermiş döyüş əməliyyatlarında iştirak edərkən “Başın ön sağ hissəsinin qəlpə yarası” xəsarəti alması, həmin xəsarətlə əlaqədar onda yaranmış “Postkontuzion sindrom. Özünü kəsmələrlə” diaqnozu ilə 27 yanvar 2023-cü il tarixdən 06 fevral 2023-cü il tarixədək Füzuli Rayon Mərkəzi Xəstəxanasında stasionar müalicədə olması, göstərilən döyüş əməliyyatlarında iştirak etməsi ilə əlaqədar “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsini isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi halını, xüsusilə də iş üzrə cinayət hadisəsinin baş verməsindən dərhal sonra Azərbaycan Respublikası DİNnin “102 xidməti-zəng Mərkəzi”nə zəng edib hadisə barədə məlumat verməsini, şəxsiyyətini, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsi, himayəsində bir nəfər yetkinlik yaşına çatmamış uşağının olması, ailəsinə yeganə qazanc gətirən şəxs olması, əvvəllər məhkum olunmaması, törətdiyi əməldən səmimi peşiman olması, yaşayış və iş yerləri üzrə müsbət xarakterizə edilməsi, İ Qarabağ müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməklə müharibə veteranı olması, övladı Ömər İbadzadənin isə İİ Qarabağ müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi, 29 sentyabr 2020-ci il tarixdə Tərtər-Ağdərə istimaqətində baş vermiş döyüş əməliyyatlarında iştirak edərkən “Başın ön sağ hissəsinin qəlpə yarası” xəsarəti alması, həmin xəsarətlə əlaqədar onda yaranmış “Postkontuzion sindrom. Özünü kəsmələrlə” diaqnozu ilə 27 yanvar 2023-cü il tarixdən 06 fevral 2023-cü il tarixədək Füzuli Rayon Mərkəzi Xəstəxanasında stasionar müalicədə olması, göstərilən döyüş əməliyyatlarında iştirak etməsi ilə əlaqədar “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsindən ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in: - 70.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. - 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. - 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. - 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə Azərbaycan Respublikası CM-in 62-ci maddəsinə istinad etməklə həmin maddənin tətbiqinə əsas verən hallar olduqda əsas peşəsi nəqliyyat vasitəsini idarə etmək olan şəxslər barəsində bu növ əlavə cəzanı təyin etməyə bilər. Məhkəmə hesab edir ki,: - Təqsirləndirilən şəxs cəza təyin edilərkən nəzərə alındığı yuxarıda göstərilmiş halların, xüsusilə də yüngülləşdirici halların məcmusuna əsasən onun Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə barəsində təyin ediləcək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkündür. Buna görə də Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən həmin cəza 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməli, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, onun davranışı üzərində nəzarətin həyata keçirilməsi Füzuli rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalı, sınaq müddəti ərzində onun üzərinə həmin orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. - Təqsirləndirilən şəxs cəza təyin edilərkən nəzərə alındığı yuxarıda göstərilmiş yüngülləşdirici halların məcmusu, onun cinayəti törətməsindən dərhal sonra Azərbaycan Respublikası DİN-nin “102 xidməti-zəng Mərkəzi”nə zəng edib hadisə barədə məlumat verməsindən ibarət davranışı ilə bağlı müstəsna hal, xüsusilə də “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” X11in X4 sürücü işləməklə əsas peşəsi nəqliyyat vasitəsini idarə etmək və ailəsinə yeganə qazanc gətirən şəxsi olması müvafiq hüquqi əsaslar yaratdığına görə ona Azərbaycan Respublikası CM-in 62-ci maddəsinə əsasən həmin Məcəllənin 263.2-ci maddəsinin sanksiyasında məcburi tətbiq olunması nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə əlavə cəza növü təyin edilməməlidir. Azərbaycan Respublikası CPM-in 175.5-ci maddəsinə əsasən 29 dekabr 2022-ci il tarixli qərarla (səh. 119) Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş “Maddi sübut qismində tanıma haqqında” 20 oktyabr 2022-ci il tarixli qərar və həmin tarixli qəbzdən (səh. 42, 43) görünür ki, “Kamaz” markalı, “5350 Nefaz 4208 avtobus” modelli, **-JC-*** qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınaraq Təqsirləndirilən şəxs təhvil verilmişdir. Buna görə də Azərbaycan Respublikası CPM-in 132.1.1-ci maddəsinə əsasən həmin avtomobil mülkiyyətçisi olan “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” X11in X2ytarılmalıdır. İş üzrə mülki iddia yoxdur, xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Onun davranışı üzərində nəzarətin həyata keçirilməsi Füzuli rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Sınaq müddəti ərzində onun üzərinə həmin orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Azərbaycan Respublikası CM-in 62-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs həmin Məcəllənin 263.2-ci maddəsinin sanksiyasında məcburi tətbiq olunması nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə əlavə cəza növü onun əsas peşəsi nəqliyyat vasitəsini idarə etmək və ailəsinə yeganə qazanc gətirən şəxsi olmasına görə təyin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut qismində tanınaraq Təqsirləndirilən şəxs saxlanılan “Kamaz” markalı, “5350 Nefaz 4208 avtobus” modelli, **-JC-*** qeydiyyat nişanlı avtomobil mülkiyyətçisi olan “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” X11in X2ytarılsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Aqil Musayev
Məhkəmə qərarları › İş №1(064)-17/2023
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-17/2023
07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver