Məhkəmə qərarları › İş №1(064)-17/2024

Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-17/2024

29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-17/2024 29.10.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Musayev Aqil Əlisa oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Yevlax şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1983-cü il tarixdə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 8,77 qram, yəni xeyli miqdar təşkil edən, narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı (bundan sonra - qurudulmuş marixuana) əldə etmiş, ayrı-ayrılıqda təmiz çəkiləri 0,12 qram, 0,43 qram, 0,47 qram, 0,51 qram, 0,54 qram, 0,58 qram, 0,61 qram, 0,64 qram, 0,65 qram, 0,66 qram, 0,66 qram, 0,69 qram, 0,70 qram, 0,73 qram, və 0,78 qram olmaqla, cəmi on beş ədəd bükümlərə bölmüş, həmin kütlələri 30 oktyabr 2023-cü il tarixdə cinayətdən xəbərsiz olan tanışları Şahid1 və Şahid2 ilə birlikdə, yaşadığı Ağdaş rayonundan sonuncunun idarə etdiyi “VAZ-21154” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Füzuli rayonu, Alıxanlı kəndinə cinayətdən xəbərsiz olan həmin kənd sakini Şahid6 Şahid1 üçün 16 kalibrli təklüləli ov tüfəngini almaq üçün gələrkən üzərində saxlamış və daşımışdır. 31 oktyabr 2023-cü il tarixdə saat 02 radələrində Füzuli Rayon Polis Şöbəsinin (bundan sonra – Füzuli RPŞ) əməkdaşları Füzuli rayonu, Alıxanlı kəndi ərazisində xidmətdə olarkən “VAZ-21154” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobildə olmuş həmin şəxsləri, o cümlədən Təqsirləndirilən şəxs davranış və danışıqlarından özlərini şübhəli apardıqlarına görə müvafiq araşdırmanın aparılması üçün Füzuli RPŞ-yə aparmışlar. Göstərilən kütlələr 31 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olmuş gödəkçənin sağ yan cibindəki siqaret qutusunun içərisindən aşkar edilmiş, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməmiş, həmçinin, ibtidai istintaq zamanı 20 yanvar 2024-cü il tarixdə verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, əvvəllər qurudulmuş marixuanadan istifadə etmiş, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. 30 oktyabr 2023-cü il tarixdə saat 20:35-də tanışları Şahid1 və Şahid2 (bundan sonra – Rəvan, Nurlan) ilə birlikdə, sonuncunun idarə etdiyi “VAZ-21154” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobildə Füzuli rayonu, Alıxanlı kənd sakini Şahid6 Şahid1 üçün 16 kalibrli təklüləli ov tüfəngini almaq üçün yaşadıqları Ağdaş rayonundan çıxmışlar. Həmin gün onun istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi aktiv olmuşdur. Saat 23 radələrində Füzuli rayonu, Alıxanlı kəndi ərazisində yolun kənarında saxladıqları həmin avtomobildə olarkən sonradan adlarının Şahid4 və Şahid5 (bundan sonra – Pərviz, Nurlan) olmasını bildiyi iki nəfər polis əməkdaşları onlara yaxınlaşmış, onlardan Füzuli rayonuna haradan, hansı səbəbdən gəldiklərini soruşmuşlar. O, cavabında Füzuli rayonuna Şahid6 adlı əsgər yoldaşı ilə görüşmək üçün gəldiklərini demişdir. Amma əslində, onun Şahid6 adlı əsgər yoldaşı olmamışdır. Pərviz Rəvana yumruqla bir dəfə zərbə vurduqdan sonra onların üzərilərini yoxlamış, əlini onun əynində olmuş gödəkçənin cibinə salanda oradan tapdığı, bir ədəd sellofan bükümdə olmuş qurudulmuş marixuananı götürüb cibinə qoymuş, onu əlinə qandal vurub yerə yıxmışdır. O, təxminən 0,8-1,0 qram olmuş həmin qurudulmuş marixuananı Ağdaş şəhərindən çıxarkən şəxsən istifadə etməsi məqsədilə üzərində götürmüşdür. Həmin kütləni Ağdaş rayonunda yaşadığı evin yaxınlığında olan su kanalının yaxınlığından tapmış, şəxsən istifadə etmək məqsədilə özü ilə götürmüşdür. O, qurudulmuş marixuana əldə etmək məqsədilə çətənə bitkisi əkib-becərməmişdir. O, tanışları Nurlan və Rəvan əvvəlcə Şahid6 pis vəziyyətə qoymamaq üçün polis əməkdaşlarına Füzuli rayonuna Şahid6 ov tüfəngi almaq üçün gəldiklərini deməmişlər. Pərviz onun bədəninin müxtəlif nahiyələrinə, eləcə də, polis əməkdaşı Nurlanla birlikdə onların olduqları avtomobildən tanışı Nurlana məxsus bir ədəd deşici alət aşkar etdikdən sonra sonuncu və Rəvana Füzuli rayonuna narkotik vasitə almaq üçün gəldiklərini bildirib zor tətbiq etdiklərinə görə o, məcburiyyət qarşısında qalıb polis əməkdaşlarına Füzuli rayonuna Şahid6 ov tüfəngi almaq üçün gəldiklərini demişdir. Pərviz kiməsə zəng etdikdən sonra adını bilmədiyi, mülki geyimdə, sərxoş vəziyyətdə olmuş bir nəfər şəxs idarə etdiyi avtomobildən düşüb onların yanına gəlmiş, ona yerdə uzanmış vəziyyətdə olanda sağ tərəfinə təpik və yumruqla bir-iki dəfə zərbə vurmuş, onların ünvanına nalayiq sözlər demiş və polis əməkdaşlarına “bunların üçünü də aparın, yükləyin, gələcəm” demişdir. Olduqları əraziyə polis avtomobili gəldikdən sonra Pərviz və polis əməkdaşı Nurlan onları həmin avtomobilə mindirmiş, təxminən 15 dəqiqə sonra Füzuli RPŞ-nin inzibati binasına gətirib ikinci mərtəbəyə aparmış, onu solda yerləşən, giriş qapısının üzərinə “CAB” sözü yazılmış otağa, tanışları Rəvan və Nurlanı isə digər otağa salmışlar. Bundan sonra Pərviz onun əlləri qandallanmış vəziyyətdə olarkən ünvanına nalayiq söz deyib, çənəsinə yumruqla bir dəfə zərbə vurmuş, ona otaqda olmuş Nəsrəddin adlı rəis müavinini (bundan sonra – Nəsrəddin) göstərib “rəisə düzünü de” demişdir. Həmin vaxt otaqda olmuş adını bilmədiyi digər polis əməkdaşı çölə çıxdığına görə o, bundan sonra otaqda Pərviz və Nəsrəddinlə qalmışdır. Pərviz saxlanıldıqları yerdə üzərindən götürdüyü bir ədəd bükümdə və otaqdakı tumbadan götürdüyü siqaret qutusundakı on dörd ədəd bükümlərdə olan qurudulmuş marixuanaları onun əynində olmuş gödəkçənin sağ yan cibinə qoymuş, ona “narahat olma, sən 234.1-ci maddə ilə cəlb edilib buraxılacaqsan” demiş, həmçinin, bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə zərbələr vurub, ondan həmin kütlələrin özünə məxsus olması barədə ifadə verməsini, müdafiəçisinə Füzuli RPŞ-yə 31 oktyabr 2023-cü il tarixdə saat 02 radələrində gətirildiyini deməsini tələb etmişdir. Həmin vaxt Pərviz onun çənəsinə də yumruqla zərbə vurmuşdur. Amma Nəsrəddin ona zor tətbiq etməmişdir. Göstərdiyi səbəblərdən o, Pərvizə cavabında “nə istəyirsiz yazın, imza edim” deyib sonuncunun tələbi ilə razılaşmışdır. Bundan sonra polis əməkdaşları vəkil Müdafiəçi2 zəng edib sonuncunu Füzuli RPŞ-yə çağırmışlar. Polis əməkdaşları onun tanışları Nurlan və Rəvana da Füzuli RPŞ-nin inzibati binasında olarkən zor tətbiq etmişlər. Sonuncular Füzuli RPŞ-nin inzibati binasında Pərvizin ona zor tətbiq etməsini bilavasitə görməsələr də, o, dəhlizə çıxarıldıqdan sonra tanışları Nurlan və Rəvana Pərvizin ona zor tətbiq edib, bir neçə ədəd bükümlərdə olmuş qurudulmuş marixuanaları üzərinə qoyduğunu demişdir. Tanışları Nurlan və Rəvan onun polis əməkdaşları tərəfindən döyülməsi səbəbindən halsız vəziyyətdə olmasını görmüşlər. O, polis əməkdaşlarından qorxduğuna və Müdafiəçi2 inamı olmadığına görə 31 oktyabr 2023-cü il tarixdə saat 04 radələrində sonuncu Füzuli RPŞ-yə gəldikdən və ona müdafiəçi təyin edildikdən sonra üzərinə şəxsi axtarış keçirilərkən üzərində on beş ədəd bükümlərdə olmuş qurudulmuş marixuanaları polis əməkdaşlarına təqdim etmiş, müdafiəçisinin verdiyi müvafiq suallara cavab olaraq, polis əməkdaşları tərəfindən ona qanunsuz olaraq fiziki və ya psixi formada təsir edilmədiyini, müdafiəçisinin iştirakı ilə həmin vaxt verdiyi izahatında, həmçinin, bundan sonra 31 oktyabr 2023 və 01 noyabr 2023-cü il tarixlərdə verdiyi ifadələrində həmin kütlələri şəxsən istifadə etmək məqsədilə əldə edib, üzərində saxladığını demiş, həmin ifadələrini imzalamışdır. Əslində, üzərinə şəxsi axtarış keçirilməsi barədə protokola əlavə edilmiş videogörüntüdə bir ədəd sellofan bükümdə olması görünən qurudulmuş marixuana ona məxsus olmuş, qalan on dörd ədəd kağız bükümlərdə olması görünən qurudulmuş marixuanalar isə ona məxsus olmamış, Pərviz tərəfindən onun üzərinə qoyulmuşdur. Əgər on dörd ədəd kağız bükümlərdəki qurudulmuş marixuanalar da ona məxsus olsaydı, polis əməkdaşları ona zor tətbiq etməzdilər. Çünki bu halda polis əməkdaşlarının ona zor tətbiq etməsinə ehtiyac yox idi. Amma göstərdiyi polis əməkdaşları tərəfindən döyülməsi səbəbindən bədəninin müxtəlif nahiyələrində xəsarətlər yaranmış, həmin xəsarətlər onun ilk dəfə 3 saylı istintaq təcridxanasında tibbi müayinə edilməsi zamanı aşkar edilmişdir. O, həmin xəsarətlərlə əlaqədar 3 saylı istintaq təcridxanasının tibbi-sanitar hissəsində 15 gün ərzində müalicə edilmişdir. Bu hallar özü-özlüyündə işin hallarının onun dediyi məzmunda baş verdiyini sübut edir. Lakin barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizasının rəyində həmin xəsarətlərin onun iş üzrə tutulmasından əvvəlki günlərdə yaranması qərəzli olaraq qeyd edilmişdir. Göstərdiklərinə əsasən ibtidai araşdırma zamanı üzərinə şəxsi axtarış keçirilərkən verdiyi izahatının, müvafiq olaraq 31 oktyabr 2023 və 01 noyabr 2023-cü il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrinin hazırki ifadəsi ilə ziddiyyət təşkil edən hissələrini təsdiq etmir. Polis əməkdaşlarının ona qarşı etdiyini göstərdiyi qanunsuz hərəkətlər barədə müdafiəçisi Müdafiəçi2 inamının olmaması səbəbindən məlumat verməmişdir. Ona müdafiəçisinin yanında müstəntiq və ya hər hansı polis əməkdaşı tərəfindən qanunsuz olaraq fiziki və psixi formada təsir göstərilməmişdir. 01 noyabr 2023-cü il tarixdə iş üzrə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı verilmiş təqdimata Füzuli Rayon Məhkəməsində baxılarkən ona qanunsuz olaraq fiziki və psixi formada təsir edilməsə də, üzərinə şəxsi axtarış keçirilərkən üzərindən çıxarıb təqdim etdiyi, on beş ədəd bükümlərdə olmuş qurudulmuş marixuanaların ona məxsus olması barədə ifadə verməsinin səbəbini iş üzrə barəsində həbs qətimkan tədbirinin seçilməsindən sonra ibtidai istintaqın sonuna kimi Füzuli RPŞ-də həbsdə saxlanılacağını zənn etməsi, polis əməkdaşlarından qorxması və müdafiəçisi Müdafiəçi2 inamının olmaması ilə izah edir. Əgər barəsində həbs qətimkan tədbirinin seçilməsindən sonra istintaq təcridxanalarının birində həbsdə saxlanılacağını bilsəydi, həmin məhkəmə iclasında verdiyi ifadəsində polis əməkdaşlarının ona qarşı etdiyi bütün qanunsuz hərəkətləri bildirərdi. Göstərilən vəziyyətdə həmin ifadəsində də ibtidai istintaq zamanı 31 oktyabr 2023 və 01 noyabr 2023-cü il tarixlərdə verdiyi ifadələrində olduğu kimi, polis əməkdaşlarının ona zor tətbiq etməməsini göstərməli olduğu halda, iş üzrə tutulub Füzuli RPŞ-yə gətirildikdən sonra orada ona polis əməkdaşının yalnız Ağdaş rayonundan Füzuli rayonuna gəlmə səbəbini düzgün deməsi ilə əlaqədar çənəsinə yumruq vurmaqla zor tətbiq etdiyini deməsi, əgər, bu halın baş verməsini demişdisə və həqiqətən də, ona polis əməkdaşları tərəfindən saxlanıldığı yerdə və Füzuli RPŞ-də olarkən etirafedici məzmunda ifadələr verməsinə nail olmaq məqsədilə digər formalarda zor tətbiq edilmişdisə, bu halları deməməsinin səbəblərini izah edə bilmir. İş üzrə Füzuli RPŞ-yə gətirildikdən dərhal sonra polis əməkdaşı Şahid4 gələcəkdə edəcəyi ov predmetlərindən pay verəcəyini vəd versə də, sonuncudan bunun müqabilində onun üzərindəki narkotik vasitəyə görə cinayət məsuliyyətinə cəlb edilməməsinə köməklik etməsini xahiş etməmişdir. İş üzrə Füzuli RPŞ-nin əməkdaşları tərəfindən ona zor tətbiq edilməsi barədə verdiyi ifadəsi üzrə qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 23 noyabr 2023-cü il tarixli qərardan şikayət verməmişdir. İş üzrə barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Cinayət işi materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - Füzuli Rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, 4(064)25/2023 nömrəli qərarı və həmin məhkəmə iclasının audio-videoyazısından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş təqdimata göstərilən məhkəmə iclasında baxılarkən, müdafiəçisi olmuş Müdafiəçi2 iştirakı ilə könüllü olaraq verdiyi ifadəsində hazırki məhkəmə iclasında verdiyi ifadəsindən fərqli olaraq, iş üzrə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, yaşadığı evdə dibçəkdə əkdiyi bir ədəd çətənə bitkisini qurutmaqla əldə etdiyi qurudulmuş marixuananı şəxsi istifadə məqsədilə bir ədəd sellofan bükümdə qablaşdırıb saxlamış, 30 oktyabr 2023-cü il tarixdə yaşadığı evdən çıxarkən həmin bükümü də özü ilə götürmüş, yaşadığı binanın qarşısında qurudulmuş marixuanadan şəxsi istifadəsinə hazırlamaq istəyərkən sellofanın cırılması nəticəsində içərisindəki qurudulmuş marixuana yerə dağılmış, həmin kütləni bir ədəd sellofan bükümə və yaxınlığında olmuş on dörd ədəd kiçik ölçülü, müxtəlif rəngli kağız bükümlərə qablaşdırıb, bir ədəd siqaret qutusuna yerləşdirib, əynində olmuş gödəkçənin cibinə qoymuşdur. Həmin kütlələri bir ədəd kağız bükümdə qablaşdıra bilməməsinin səbəbini yaxınlığında nisbətən böyük həcmdə kağızın olmaması ilə izah edir. Beləliklə, həmin gün tanışları Nurlan və Rəvanla birlikdə ov silahı almaq üçün Füzuli rayonuna gələrkən on beş ədəd bükümlərdə olmuş qurudulmuş marixuanaları da satış deyil, şəxsi istifadə məqsədilə üzərində götürmüşdür. 31 oktyabr 2023-cü il tarixə keçən gecə Füzuli rayonu, Alıxanlı kəndi ərazisində olarkən tanışları Nurlan və Rəvanla özlərini şübhəli apardıqlarına görə Füzuli RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb Füzuli RPŞ-yə gətirilmişlər. Ona təyin edilmiş müdafiəçinin gəlməsinədək adını bilmədiyi polis əməkdaşı Ağdaş rayonundan Füzuli rayonuna gəlmə səbəbini düzgün deməsi ilə əlaqədar onun çənəsinə yumruqla zərbə vurmuşdur. İş üzrə polis əməkdaşları ona başqa formada və başqa məqsədlə zor tətbiq etməmiş, onun üzərinə narkotik vasitə qoymamış, ona üzərindən aşkar edilmiş narkotik vasitələrin özünə məxsus olması və həmin kütlələri satış məqsədilə əldə etməsi barədə etirafedici ifadələr verməsi məqsədilə zor tətbiq etməmişdir. Çünki iş üzrə on beş ədəd bükümlərdə olan narkotik vasitələri özü könüllü olaraq üzərindən çıxarıb polis əməkdaşlarına təqdim etmişdir (İ cild, səh. 94-96). - “Şəxsin üzərinə şəxsi axtarış keçirilməsi haqqında” və “Şübhəli şəxsin dindirilməsi haqqında” 31 oktyabr 2023-cü il tarixli protokollar, “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 01 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə üzərinə şəxsi axtarış keçirilərkən, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi izahat və ifadələrinin məzmunu barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata məhkəmə iclasında baxılarkən verdiyi, yuxarıda göstərilən ifadəsinin məzmunu ilə yalnız polis əməkdaşları tərəfindən ona fiziki və psixi formada zor tətbiq edilməməsi ilə bağlı hissədə fərqlilik, qalan hissələrdə isə eynilik təşkil etmişdir (İ cild, səh. 23-25, 32-34, 71, 72). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Füzuli RPŞ-nin əməliyyat müvəkkili Şahid4 ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, 31 oktyabr 2023-cü il tarixdə saat 02 radələrində Füzuli RPŞ-nin əməkdaşı Şahid5 ilə birlikdə Füzuli rayonu, Alıxanlı kəndi ərazisində xidməti vəzifələrini icra edərkən “VAZ-21154” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun kənarında dayandığını və avtomobilin salonunda üç nəfər şəxsin olmasını gördüklərinə görə həmin avtomobilə yaxınlaşmış, onlara özlərini təqdim etdikdən sonra onların adlarının Təqsirləndirilən şəxs (bundan sonra - Qubad), Şahid2 və Şahid1 olmasını müəyyən etmişlər. Həmin şəxslər onların verdikləri müvafiq suallara cavab olaraq, Ağdaş rayonunda yaşadıqlarını, Füzuli rayonuna gah əsgər yoldaşı, gah qohumları ilə görüşmək, gah da tanımadıqları şəxsdən tüfəng almaq məqsədilə gəldiklərini bildirdiklərinə, beləliklə də, Füzuli rayonuna gəlməkdə məqsədləri ilə bağlı ziddiyyətli cavablar verdiklərinə və bu hallar onlarda şübhə yaratdığına görə istifadəsində olmuş radiostansiya vasitəsilə yaxınlıqda xidmət aparmış Füzuli RPŞ-nin PPXB-nin əməkdaşlarını köməyə çağırmışdır. Həmin polis əməkdaşları onların yanına gəldikdən sonra Qubad, Şahid2 və Şahid1 üzərilərində, olduqları avtomobildə qanunsuz predmetin olması şübhəsi əsasında, özlərinin razılığı ilə Füzuli RPŞ-yə aparmışlar. Füzuli RPŞ-nin inzibati binasına daxil olduqdan dərhal sonra Qubad Şahid5, Şahid3 və digər polis əməkdaşlarının yanında ona narkotik vasitə istifadəçisi olduğunu və üzərində qurudulmuş marixuanaların olduğunu demiş, gələcəkdə edəcəyi ov predmetlərindən pay verəcəyini vəd verməklə, ondan üzərindəki narkotik vasitələrə görə cinayət məsuliyyətinə cəlb edilməməsinə köməklik etməsini xahiş etmişdir. Lakin o, Qubadın xahişinin qanunsuz olmasına görə üzərində narkotik vasitələrin olmasını deməsi barədə Füzuli RPŞ-nin rəisinə raportla müraciət etmişdir. Qubadı Füzuli RPŞ-nin ikinci mərtəbəsinə aparmamışlar. Sonuncu vəkil Müdafiəçi2 Füzuli RPŞ-nin təhqiqatçısı Toğrul Əliyevin dəvəti ilə Füzuli RPŞ-yə gəlməsinə qədər sonuncunun xidməti otağında olmuşdur. Müdafiəçi2 Qubada müdafiəçi təyin edildikdən sonra saat 03:20-də Müdafiəçi2, o və digər polis əməkdaşları Şahid5 və Şahid3 iştirakları ilə, videoçəkiliş aparılmaqla Qubadın üzərinə şəxsi axtarış keçirilərkən əynində olmuş şalvarın cibindən “Xiamo Redmi” markalı bir ədəd mobil telefon, əynində olmuş gödəkçənin sağ yan cibindəki “Kent” markalı siqaret qutusunun içərisindən 14 ədəd kağız bükümlərdə və bir ədəd sellofan bükümdə qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilmiş, həmin kütlələr qablaşdırılıb götürülmüşdür. Bu zaman Qubad verdiyi izahatında həmin kütlələrin ona məxsus olduğunu, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz təsir, o cümlədən zor tətbiq edilmədiyini bildirmişdir. Göstərdikləri barədə tərtib edilmiş protokol o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Qubadgilin Füzuli rayonuna gəldikləri avtomobilə baxış keçirilərkən salonundan Şahid2 məxsus deşici alət aşkar edilmişdir. O və Füzuli RPŞ-nin hər hansı əməkdaşı Qubad, Şahid2 və Şahid1 qarşı saxlanıldıqları yerdə və Füzuli RPŞ-də olarkən qanunsuz olaraq fiziki və psixi formada təsir etməmiş, Qubadın üzərinə saxlanıldığı yerdə baxış keçirməmiş, Füzuli RPŞ-də olarkən hər hansı narkotik vasitə qoymamış, sonuncunu üzərinə şəxsi axtarış keçirilərkən üzərində olmuş narkotik vasitələri çıxarıb təqdim etməyə və etirafedici məzmunda ifadə verməyə məcbur etməmişdir. Qubadın ifadəsində bunların əksi barədə dedikləri tamamilə yalandır, özünü müdafiə etmək xarakteri daşıyır. Füzuli RPŞ-nin inzibati binasının ikinci mərtəbəsində, solda, giriş qapısının üzərinə “CAB” sözü yazılmış otaq yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Füzuli RPŞ-nin əməliyyat rabitə qrupunun kiçik inspektoru Şahid5 və CAB-ın əməliyyat müvəkkili Şahid3 verdikləri ifadələrində iş üzrə Təqsirləndirilən şəxs saxlanılması, Füzuli RPŞ-yə gətirilməsi, üzərinə şəxsi axtarış keçirilməsi və onun nəticəsi barədə müvafiq olaraq onlara aid olan hissələr üzrə Şahid4 ilə eyni məzmunda göstərmiş, həmçinin ibtidai istintaq zamanı verdikləri ifadələrinin məzmununu təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid1 verdikləri ifadələrində Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hallar barədə onlara aid olan hissələr üzrə sonuncu ilə eyni məzmunda göstərmiş, əlavə olaraq qeyd etmişlər ki, Füzuli rayon prokurorluğunda 86 C-23 nömrəli material üzrə aparılmış araşdırma zamanı verdikləri izahatlarında iş üzrə Füzuli RPŞ-nin əməkdaşları tərəfindən onlara da zor tətbiq edildiyini göstərsələr də, Füzuli RPŞ-dən buraxıldıqdan sonra hər hansı tibb müəssisəsinə müraciət etməmiş, 13 noyabr 2023-cü il tarixli ərizələrində bədənlərində hər hansı xəsarətin izinin qalmamasına görə məhkəmə-tibbi müayinəsindən keçməkdən imtina etmişlər. Cinayət işi materiallarından görünür ki, Şahid2 və Şahid1 ibtidai istintaq zamanı şahid qismində dindirilərkən işin faktiki hallarının onlara aid olan hissələri barədə Təqsirləndirilən şəxs 31 oktyabr 2023 və 01 noyabr 2023-cü il tarixli ifadələri ilə eyni məzmunda göstərmiş, iş üzrə Füzuli RPŞ-nin əməkdaşları tərəfindən onlara və Təqsirləndirilən şəxs qarşı hər hansı formada qanunsuz hərəkət edilməsini göstərməmişlər (İ cild, səh. 57-60). Cinayət işi materiallarından görünür ki, məhkəmə baxışı iclaslarına şahid qismində dindirilmək üçün lazımi qaydada çağırılsa da, gəlməmiş Şahid6 Azərbaycan Respublikası CPM-in 337.2 və 329.1-ci maddələrinə əsasən cinayət prosesi tərəflərinin, xüsusilə də təqsirləndirilən şəxs və onun müdafiəçisinin razılığı ilə elan edilmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2023-cü ilin oktyabr ayında Yevlax şəhərində yaşayan tanışı Şahid7 16 kalibrli təklülə tüfəng satmaq istədiyini demiş, 30 oktyabr 2023-cü il tarixdə onun istifadəsində olan ***-***- **-** mobil nömrəyə unutduğu mobil nömrədən zəng etmiş şəxs onun mobil nömrəsini Şahid7 aldığını, Ağdaş rayon sakini olduğunu və ov tüfəngi almaq məqsədilə zəng etdiyini demişdir. O, həmin şəxsin mobil nömrəsinə Füzuli rayonu, 5 saylı Zobucuq qəsəbəsində yaşadığı yerə gəlmək üçün yaşayış yeri haqqında müvafiq məlumatı “WhatsApp” proqramı vasitəsilə göndərmiş, bundan sonra həmin şəxs ona Füzuli rayonuna gəlmək üçün Ağdaş rayonu ərazisindən çıxdıqlarını demişdir. O, 31 oktyabr 2023-cü il tarixdə həmin tüfəngi Füzuli RPŞ-də polis əməkdaşlarına təhvil verərkən tüfəngi ondan almaq üçün Füzuli rayonuna gəlmiş Ağdaş rayon sakini Qubad adlı şəxsin üzərində narkotik vasitə olmasına görə tutulduğunu bilmişdir (İ cild, səh. 97, 98). Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - ilkin araşdırma materiallarından, yəni 31 oktyabr 2023-cü il tarixdə Şahid4 tərəfindən tərtib edilmiş raport, təhqiqatçı tərəfindən tərtib edilmiş, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə protokol, üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol, ona əlavə edilmiş fotocədvəllər və bir ədəd diskin yaddaşına yazılmış videogörüntüdən iş üzrə Təqsirləndirilən şəxs Füzuli RPŞ-nin əməkdaşları tərəfindən saxlanılması tarixi, vaxtı və əsası, üzərinə şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticəsi, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları Şahid4, Şahid5 və Şahid3 verdikləri ifadələri, məhkəməyədək icraat zamanı isə Təqsirləndirilən şəxs müvafiq olaraq 31 oktyabr 2024 və 01 noyabr 2024-cü il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində göstərilmiş məzmunda baş verməsi, həmçinin, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış keçirilərkən əynində olmuş gödəkçənin sağ yan cibindəki siqaret qutusunun içərisində on beş ədəd bükümlərdə olmuş qurudulmuş marixuanaya oxşar kütlələri könüllü olaraq çıxarıb polis əməkdaşlarına təqdim etməsi, müdafiəçisi olmuş Müdafiəçi2 verdiyi suallara cavab olaraq, həmin kütlələri göstərilən ifadələrində qeyd edilən formada əldə etməsi, bükümlərə bölməsi və istifadə etmək məqsədilə üzərində saxlamasını, polis əməkdaşları tərəfindən ona qarşı qanunsuz olaraq fiziki və ya psixi formada zor tətbiq edilmədiyini hər hansı təsir olmadan, könüllü olaraq bildirməsi müəyyən edilir (İ cild, səh. 5, 18, 23-29, 32-34, 71, 72). - məhkəmə-bioloji ekspertizasının 31 oktyabr 2023-cü il tarixli, 18/1027 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “... imza Təqsirləndirilən şəxs..” sözləri yazılmış zərfdəki bir ədəd siqaret qutusunda on beş ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,12 qram, 0,43 qram, 0,47 qram, 0,51 qram, 0,54 qram, 0,58 qram, 0,61 qram, 0,64 qram, 0,65 qram, 0,66 qram, 0,66 qram, 0,69 qram, 0,70 qram, 0,73 qram, və 0,78 qram olmaqla, ümumi təmiz çəkisi 8,77 qram təşkil edən bitki mənşəli kütlələr narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ekspert tədqiqatından sonra qurudulmuş marixuanaların ümumi qalığı 8,47 qram təşkil edir. Ekspertiza xərci 31,95 manatdır (İ cild, səh. 52, 53). - Füzuli Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 5(064)-70/2023 nömrəli qərarı əsasında "xxxx" MMC-nin 11 yanvar 2024-cü il tarixli, BKC/LGL-123/24 nömrəli məktubu ilə təqdim edilmiş telefon danışıqları haqqında məlumatlar və onlara baxış keçirilməsi barədə tərtib edilmiş 17 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, 30 oktyabr 2023-cü il tarixdə saat 23:08-də Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrənin anten dairəsi Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində qeydə alınmışdır (İ cild, səh. 125-127, 196). - www.google.com/maps internet saytından əldə edilmiş məlumatlarda göstərilmişdir ki, avtomobillə Füzuli rayonu, Bala Bəhmənli kəndi ilə Alıxanlı kəndi arasındakı 26,4 km. uzunluğunda olan avtomobil yolunu 29 dəqiqə müddətinə, Füzuli rayonu, Alıxanlı kəndi ilə Füzuli rayonu, Horadiz şəhərində yerləşən Füzuli RPŞ-nin inzibati binası arasındakı 14,4 km. uzunluğunda olan avtomobil yolunu 18 dəqiqə müddətinə qət etmək olar. - “24 iyun 2023-cü il tarixdən 30 noyabr 2023-cü il tarixədək Füzuli RPŞ-yə gətirilmiş şəxslərin qeydiyyatı kitabı”nın müvafiq vərəqlərinin surətlərindən (məhkəmə iclasında həmin kitabın əslinə baxış keçirildikdən sonra çıxarılmışdır) görünür ki, həmin kitabın müvafiq olaraq “970”, “971” və “972”-ci qrafalarında Təqsirləndirilən şəxs, Şahid2 və Şahid1 Füzuli RPŞ-yə 31 oktyabr 2023-cü il tarixdə saat 02:25-də gətirilmələri qeyd edilmişdir. - Təqsirləndirilən şəxs adına açılmış 10161/2023 nömrəli “Məhkumun tibbi kitabçası”nın surətindən görünür ki, sonuncu 3 saylı istintaq təcridxanasının tibbi-sanitar hissəsində 03 noyabr 2023-cü il tarixdə ilkin tibbi müayinə edilərkən sağ döş nahiyəsində sarımtıl-yaşıl rəngli qançır və sağ bel nahiyəsində sıyrılmış qərtməkli yaradan ibarət xəsarətlər aşkar edilsə də, orada hər hansı səbəbdən ambulator və ya stasionar qaydada müalicə edilməmişdir. - məhkəmənin müvafiq sorğusuna cavab olaraq göndərilmiş Füzuli RPŞ-nin 21 may 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Füzuli RPŞ-nin inzibati binasına quraşdırılmış videokameraların qeydə aldığı videogörüntülər bir ay ərzində yaddaşdan silinərək yenilənir. Buna görə də 31 oktyabr 2023-cü il tarixdə Füzuli RPŞ-nin inzibati binasına quraşdırılmış videokameraların qeydə aldığı videogörüntülərin təqdim edilməsi mümkün deyildir. - Füzuli rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X2 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 23 noyabr 2023-cü il tarixli qərarda göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş təqdimata Füzuli Rayon Məhkəməsində baxılarkən verdiyi ifadəsində Füzuli RPŞnin əməkdaşının ona zor tətbiq etdiyini göstərməsi əsasında 86 C-23 nömrəli material üzrə aparılmış araşdırma zamanı verilmiş məhkəmə-tibbi ekspertizasının 02 noyabr 2023-cü il tarixli, 392/23 nömrəli rəyində Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş döş qəfəsində qançır və sağ bel nahiyəsində sıyrıqdan ibarət, bərk küt əşyanın təsirindən törənmiş, sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlərin yaranma müddətinin müayinədən 6-7 gün əvvələ, yəni 27-28 oktyabr 2023-cü il tarixə uyğun gəlməsinin göstərilməsi və sonuncunun Füzuli RPŞ-nin əməkdaşları tərəfindən 31 oktyabr 2023-cü il tarixdə saat 02 radələrində saxlanması həmin xəsarətlərin Füzuli RPŞ-nin əməkdaşları tərəfindən yetirilməsini istisna etdiyinə, eləcə də, Şahid2 və Şahid1 verdikləri izahatlarında Füzuli RPŞ-nin əməkdaşları tərəfindən onlara da zor tətbiq edildiyini göstərsələr də, Füzuli RPŞ-dən buraxıldıqdan sonra hər hansı tibb müəssisəsinə müraciət etmədiklərini bildirdiklərinə və 13 noyabr 2023-cü il tarixli ərizələrində məhkəmə-tibbi müayinəsindən keçməkdən imtina etdiklərinə görə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir (İ cild, səh. 142-148). - məhkəmə-narkoloji ekspertizasının 02 dekabr 2023-cü il tarixli, 7886 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar edilmiş, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı var, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 156). - Füzuli Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 01 aprel 2024-cü il tarixli, 1(064)- 23/2024 nömrəli hökmünün surətindən görünür ki, Şahid2 Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyinin üzvü olmadığı, beləliklə də, ovçuluq peşəsi ilə bağlılığı olmadığı halda, kustar üsulla hazırlanmış, deşici-kəsici xassəyə malik, istifadəyə yararlı, atipik soyuq silah hesab edilən bir ədəd predmeti qanunsuz olaraq əldə etdiyinə, 30 oktyabr 2023-cü il tarixdə axşam saatlarından 31 oktyabr 2023-cü il tarixdə saat 02 radələrinədək idarə etdiyi “VAZ-21154” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağı ilə qapısı arasındakı hissəsində yaşadığı Ağdaş rayonundan Füzuli rayonu, Alıxanlı kəndinə Füzuli RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb aşkar edilməsinə qədər gəzdirdiyinə görə Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, barəsində 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərə, ibtidai istintaq orqanı tərəfindən sonuncuya qarşı irəli sürülmüş ittihama və onun həmin ittihamda göstərilmiş cinayət əməlinə görə təqsirli olub-olmamasına müvafiq ardıcıllıqla hüquqi qiymət verilməsi ilə əlaqədar məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı 20 yanvar 2024-cü il tarixdə (İ cild, səh. 229-233) verdiyi ifadələrindən görünür ki, o, həmin ifadələrində iş üzrə onun, tanışları Şahid2 və Şahid1 Füzuli RPŞ-nin əməkdaşları tərəfindən 31 oktyabr 2023-cü il tarixdə saat 02 radələrində deyil, 30 oktyabr 2023-cü il tarixdə saat 23 radələrində saxlanılmaları, onlara saxlanıldıqları yerdə və Füzuli RPŞ-də polis əməkdaşları tərəfindən zor tətbiq edilməsi, üzərinə şəxsi axtarış keçirilməsi barədə 31 oktyabr 2023-cü il tarixli protokolda üzərindən aşkar edildiyi göstərilmiş on beş ədəd bükümlərdə olan qurudulmuş marixuanaların yalnız sellofanda olmuş bir ədəd bükümdəki hissəsinin ona məxsus olması, qalan on dörd ədəd kağız bükümlərdə olmuş hissələrinin isə üzərinə polis əməkdaşı Şahid4 tərəfindən qoyulması, sonuncunun ona qanunsuz olaraq fiziki və psixi formada təsir göstərməsi səbəbindən ibtidai araşdırma zamanı verdiyi bütün izahat və ifadələrində (20 yanvar 2024-cü il tarixli ifadəsi istisna olmaqla) həmin kütlələrin də ona məxsus olmasını məcburiyyət qarşısında bildirməsi barədə özünü müdafiə etmək üçün dəlillər irəli sürmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü həmin dəlillər: - özünün ibtidai araşdırma zamanı müdafiəçisi olmuş Müdafiəçi2 iştirakı ilə üzərinə şəxsi axtarış keçirilərkən verdiyi izahatında, müvafiq olaraq 31 oktyabr 2023 və 01 noyabr 2023-cü il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində polis əməkdaşlarının ona qarşı qanunsuz olaraq fiziki və psixi formada təsir etmədiyini göstərməsi ilə yanaşı, - 01 noyabr 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş təqdimata Füzuli Rayon Məhkəməsində baxılarkən, müdafiəçisi olmuş Müdafiəçi2 iştirakı ilə könüllü olaraq verdiyi ifadəsində ona qarşı irəli sürülmüş ittiham üzrə özünü yalnız qismən, yəni Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək, iş üzrə Füzuli RPŞ-nin əməkdaşları tərəfindən 31 oktyabr 2023-cü il tarixə keçən gecə tanışları Şahid2 və Şahid1 ilə birlikdə Füzuli rayonu, Alıxanlı kəndi ərazisində saxlanılmaları, üzərindən aşkar edilmiş on beş ədəd bükümlərdə olmuş qurudulmuş marixuanaların ona məxsus olması, həmin kütlələri şəxsən istifadə etmək məqsədilə üzərində saxlaması və polis əməkdaşları tərəfindən onun üzərinə narkotik vasitə qoyulmamasını bildirməsi, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində isə göstərilən məzmunda ifadə verməsinin səbəbini, həmçinin müdafiəçisi olmuş Müdafiəçi2 inamının olmaması ilə əsassız olaraq əlaqələndirməsi, - 01 noyabr 2023-cü il tarixdə Füzuli Rayon Məhkəməsində verdiyi ifadəsində iş üzrə tutulub Füzuli RPŞ-yə gətirildikdən sonra orada ona polis əməkdaşının yalnız Ağdaş rayonundan Füzuli rayonuna gəlmə səbəbini düzgün deməsi ilə əlaqədar çənəsinə yumruq vurmaqla zor tətbiq etdiyini dediyi halda, ona polis əməkdaşları tərəfindən saxlanıldığı yerdə və Füzuli RPŞ-də olarkən etirafedici məzmunda ifadələr verməsinə nail olmaq məqsədilə digər formalarda zor tətbiq edilməməsini bildirməsi, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində isə göstərilən məzmunda ifadə verməsinin səbəbini izah edə bilməməsi, - belə olan halda, Füzuli rayon prokurorluğunda 86 C-23 nömrəli material üzrə aparılmış araşdırma zamanı verilmiş məhkəmə-tibbi ekspertizasının 02 noyabr 2023-cü il tarixli, 392/23 nömrəli rəyində Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı çənəsində hər hansı xəsarət və ya onun obyektiv izinin aşkar edilməsinin göstərilməməsi, aşkar edildiyi qeyd edilmiş döş qəfəsində qançır və sağ bel nahiyəsində sıyrıqdan ibarət, sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlərin isə yaranma müddətinin 27-28 oktyabr 2023-cü il tarixə uyğun gəlməsinin göstərilməsi və Təqsirləndirilən şəxs Füzuli RPŞ-nin əməkdaşları tərəfindən 31 oktyabr 2023-cü il tarixdə saat 02 radələrində saxlanmasının həmin xəsarətlərin Təqsirləndirilən şəxs Füzuli RPŞ-nin əməkdaşları tərəfindən yetirilməsini istisna etməsinə görə 23 noyabr 2023-cü il tarixli qərarla cinayət işi başlanmasının rədd edilməsi, - Füzuli RPŞ-nin əməkdaşları Şahid4, Şahid5 və Şahid3 məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində verdikləri ifadələr, - "xxxx" MMC-nin 11 yanvar 2024-cü il tarixli, BKC/LGL-123/24 nömrəli məktubu ilə təqdim edilmiş telefon danışıqları haqqında məlumatlar əsasında 30 oktyabr 2023-cü il tarixdə saat 23:08də Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrənin anten dairəsinin Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində qeydə alınması, həm bu halın, həm də, www.google.com/maps internet saytından əldə edilmiş məlumata əsasən avtomobillə Füzuli rayonu, Bala Bəhmənli kəndi ilə Alıxanlı kəndi arasındakı 26,4 km. uzunluğunda olan avtomobil yolunun 29 dəqiqə müddətinə qət edilməsinin mümkün olmasının özü-özlüyündə Təqsirləndirilən şəxs, Şahid2 və Şahid1 iş üzrə Füzuli RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmalarına kimi Füzuli rayonu, Bala Bəhmənli kəndi ilə Alıxanlı kəndi arasındakı məsafədə keçirdikləri digər vaxtlar da nəzərə alınmaqla, onların Füzuli RPŞ-nin əməkdaşları tərəfindən 30 oktyabr 2023-cü il tarixdə saat 23 radələrində Füzuli rayonu, Alıxanlı kəndi ərazisində saxlanılmasının qeyri-mümkün olması barədə nəticəyə gəlməyə əsas verməsi, - məhkəmə istintaqı zamanı əslinə baxış keçirilmiş “24 iyun 2023-cü il tarixdən 30 noyabr 2023-cü il tarixədək Füzuli RPŞ-yə gətirilmiş şəxslərin qeydiyyatı kitabı”nın müvafiq olaraq “970”, “971” və “972”-ci qrafalarında Təqsirləndirilən şəxs, Şahid2 və Şahid1 Füzuli RPŞ-yə 31 oktyabr 2023-cü il tarixdə saat 02:25-də gətirilmələrinin qeyd edilməsi, - bu məlumatın həqiqiliyinin Füzuli RPŞ-nin əməkdaşları Şahid4 və Şahid5 məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində verdikləri ifadələrində iş üzrə Təqsirləndirilən şəxs 31 oktyabr 2023-cü il tarixdə saat 02 radələrində Füzuli rayonu, Alıxanlı kəndi ərazisində saxladıqlarını bildirmələri nəzərə alınmaqla, www.google.com/maps internet saytından əldə edilmiş məlumata əsasən avtomobillə Füzuli rayonu, Alıxanlı kəndi ilə Füzuli rayonu, Horadiz şəhərində yerləşən Füzuli RPŞ-nin inzibati binası arasındakı 14,4 km. uzunluğunda olan avtomobil yolunun 18 dəqiqə müddətinə qət edilməsinin mümkün olması əsasında təsdiq edilməsi və işin digər faktiki halları ilə tam təkzib edilir. Məhkəmə, həmçinin hesab edir ki, Şahid2 və Şahid1 məhkəmə iclasında şahid qismində dindirilərkən verdikləri ifadələrinin Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərlə bağlı olan hissələri yuxarıda göstərilənlərlə yanaşı, özlərinin ibtidai istintaq zamanı verdikləri ifadələri və Füzuli rayon prokurorluğunda 86 C-23 nömrəli material üzrə aparılmış araşdırma zamanı 13 noyabr 2023-cü il tarixli ərizələrində məhkəmə-tibbi müayinəsindən keçməkdən imtina etmələrini göstərmələri ilə tam təkzib edilir. Məhkəmə göstərilən bu mövqelərin məntiqi davamı olaraq,: - Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müvafiq olaraq 31 oktyabr 2023 və 01 noyabr 2023-cü il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən, 01 noyabr 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş təqdimata Füzuli Rayon Məhkəməsində baxılarkən verdiyi ifadələrini (sonuncu ifadəsinin iş üzrə polis əməkdaşı tərəfindən onun çənəsinə yumruqla bir dəfə zərbə vurulması hissəsi istisna olmaqla), eləcə də, məhkəmə istintaqı və ibtidai istintaq zamanı 20 yanvar 2024-cü il tarixdə verdiyi ifadələrinin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərlə bağlı olmayan hissələrini, Şahid2 və Şahid1 ibtidai istintaq zamanı şahid qismində verdikləri ifadələrini sübut kimi qiymətləndirir, - Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı 20 yanvar 2024-cü il tarixdə verdiyi ifadələrinin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərlə bağlı olan hissələrini özünü müvafiq cinayət məsuliyyətindən yayındırmaq, eləcə də, Şahid2 və Şahid1 məhkəmə istintaqı zamanı şahid qismində verdikləri ifadələrinin Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərlə bağlı olan hissələrini sonuncunu müvafiq cinayət məsuliyyətindən yayındırmaq məqsədi daşıyan ifadələr kimi qiymətləndirib sübut kimi qəbul etmir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın məzmunu üzrə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən qurudulmuş marixuana narkotik vasitə hesab edilir. Onun xeyli miqdarının aşağı həddi 5,0 qramdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə-narkoloji ekspertizasının 02 dekabr 2023-cü il tarixli, 7886 nömrəli rəyinə əsasən kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromundan (narkomaniya xəstəliyi) əziyyət çəkdiyi müəyyən edilsə də, ibtidai araşdırma zamanı üzərinə şəxsi axtarış keçirilərkən müdafiəçisi olmuş Müdafiəçi2 iştirakı ilə verdiyi izahatında, müvafiq olaraq 31 oktyabr 2023 və 01 noyabr 2023-cü il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən, 01 noyabr 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata Füzuli Rayon Məhkəməsində baxılarkən verdiyi ifadələrində göstərdiyi kimi, ümumi təmiz çəkisi 8,77 qram təşkil edən qurudulmuş marixuananı 0,12 qramdan 0,78 qramadək müxtəlif çəkilərdə olmaqla, cəmi on beş ədəd bükümlərə bölməsi, gündəlik şəxsi istifadə miqdarının həddini həm çəki, həm də bükümlər mənasında açıq-aşkar surətdə aşmış həmin kütlələri 30 oktyabr 2023-cü il tarixdə Ağdaş rayonundan Füzuli rayonuna üzərində gətirməsindən ibarət işin faktiki halları həmin kütlələrə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə tam əsas verməklə, müvafiq əməlində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi özünün məhkəməyədək icraat zamanı müvafiq olaraq 31 oktyabr 2023 və 01 noyabr 2023-cü il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən, 01 noyabr 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata Füzuli Rayon Məhkəməsində baxılarkən verdiyi qismən etirafedici ifadələri (sonuncu ifadəsinin iş üzrə polis əməkdaşı tərəfindən onun çənəsinə yumruqla bir dəfə zərbə vurulması hissəsi istisna olmaqla), məhkəmə istintaqı və ibtidai istintaq zamanı 20 yanvar 2024-cü il tarixdə verdiyi ifadələrinin isə sübut kimi qiymətləndirilən hissələri ilə yanaşı, Şahid2 və Şahid1 ibtidai istintaq zamanı verdikləri ifadələri, məhkəmə istintaqı zamanı verdikləri ifadələrinin isə sübut kimi qiymətləndirilən hissələri, Şahid4, Şahid5 və Şahid3 məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində verdikləri ifadələr, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə olan 31 oktyabr 2023-cü il tarixli protokol, ona əlavə edilmiş bir ədəd diskin yaddaşına yazılmış videogörüntü, "xxxx" MMCnin 11 yanvar 2024-cü il tarixli, BKC/LGL-123/24 nömrəli məktubu ilə təqdim edilmiş, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə dair telefon danışıqları haqqında məlumatlar və onlara baxış keçirilməsi barədə olan 17 yanvar 2024-cü il tarixli protokol, məhkəmə istintaqı zamanı əslinə baxış keçirilmiş “24 iyun 2023-cü il tarixdən 30 noyabr 2023-cü il tarixədək Füzuli RPŞ-yə gətirilmiş şəxslərin qeydiyyatı kitabı”nın “970”, “971” və “972”-ci qrafalarında əks olunmuş məlumatlar, məhkəmə-bioloji ekspertizasının 31 oktyabr 2023-cü il tarixli, 18/1027 rəyi, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış qurudulmuş marixuanaların ümumi qalığı ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi məzmunda ictimai-təhlükəli hərəkəti törətməsi əməlində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirini tam sübuta yetirmiş və düzgün tövsif etmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamə və Ağdaş Rayon Xalq Məhkəməsinin 17 mart 2000-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası CM-in (köhnə redaksiyada) 93-3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Buna görə də o, hazırki iş üzrə məhkumluğu olmayan şəxsdir (İ cild, səh. 114, 150- 154). - Ağdaş RİHB-nın Ağdaş şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 yanvar 2024cü il tarixli arayış və xasiyyətnamə, AA seriyalı, ******* və ******* nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs evlidir, atası, arvadı və iki nəfər azyaşlı uşaqları ilə birlikdə ünvan 1 ünvanında yaşamış, yaşayış yeri üzrə normal xarakterizə edilmişdir (İ cild, səh. 181-184). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun iş üzrə törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi halını, yaşayış yeri üzrə normal xasiyyətləndirilməsi və məhkumluğu olmayan şəxs olmasından ibarət şəxsiyyətini xarakterizə edən halları, himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasından ibarət cəzasını yüngülləşdirən halın olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cinayət qanunvericiliyinin göstərilən müddəaları və iş üzrə cəza təyin edərkən nəzərə aldığı hallara əsaslanaraq belə hesab edir ki, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddə yaxın olan 3 (üç) il 6 (altı) ay müddətə təyin edilməsi zəruridir. Məhkəmə, həmçinin hesab edir ki,: Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə, şübhəli şəxs qismində tutulduğu (İ cild, səh. 18) və Füzuli Rayon Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, 4(064)-25/2023 nömrəli qərarı (İ cild, səh. 94-96) ilə həbs edilməsinin əvvəlinin hesablandığı 31 oktyabr 2023-cü il tarixdən hesablanmalı, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 02 dekabr 2023-cü il tarixli, 7886 nömrəli rəyinə əsasən Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən məhkəmə-bioloji ekspertizasının 31 oktyabr 2023-cü il tarixli, 18/1027 nömrəli rəyi üzrə ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası CPM-in 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınaraq Füzuli Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 8,47 qram təşkil edən qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351- 353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Onun barəsində 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbs edilməsinin əvvəlinin hesablandığı 31 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Məhkəmə-bioloji ekspertizasının 31 oktyabr 2023-cü il tarixli, 18/1027 nömrəli rəyi üzrə ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Füzuli Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 8,47 qram təşkil edən qurudulmuş marixuana məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar