Azərbaycan Respublikası adından HÖKM Füzuli rayonu İş № 1(064)-17/2025 08.04.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx xxxxxxx 2001-ci ildə Xocavənd rayonu, Muğanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Xocavənd rayonu, Muğanlı kəndində qeydiyyatında olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Füzuli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 15 avqust 2024-cü il tarixdə, saat 23:50 radələrində B1, B,C1,C dərəcəli, BD 807759 nömrəli sürücülük vəsiqəsi əsasında, "xxxx" MMC-nin mülkiyyətindəki texniki cəhətdən saz vəziyyətdə olan “TOYOTA HİLUX” markalı, ** PK *** dövlət nömrə nişanlı avtomobili idarə etmək üçün müvafiq etibarnaməsi olmadan mühafizəçi işlədiyi və Füzuli rayonu, Haramı düzündə yerləşən "xxxx" MMC-nin həyətindən idarə edib həmin ərazidəki torpaq yolda hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkəti və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlakına zərər vurmamalı olduğu halda buna texniki cəhətdən imkanı olduğuna baxmayaraq həmin qaydalara əməl etməyərək avtomobil üzərində idarə etməni itirmiş, avtomobil yoldan çıxaraq yolun sol kənarında aşmış, nəticədə idarə etdiyi avtomobildə qabaq oturacaqda sərnişin qismində əyləşmiş X3 ehtiyatsızlığından sol İİİ-İV-V-Vİ, sağ İİ,İİİ-İV-V-Vİ-Vİİ qabırğaların fraqmentləri yerinidəyişmiş qapalı sınığı, ağciyərin cırılmaları, iki tərəfli hemotoraks (plevra boşluğuna qan yığılması), bədən səthinin çoxsaylı sıyrıqları, daxili üzvlərin venoz azqanlılığı ilə nəticələnən və insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri alaraq, hadisə yerində ölüməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsində ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq etdiyini qeyd etdi. Həmçinin avtomobili idarə edərək ehtiyatsızlıqdan Səbuhi Cəfərovun ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi törətdiyinə görə əməlindən peşman olduğunu, vurulmuş zərəri ödədiyini və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini bildirdi. Məhkəmədən daha yüngül cəza təyin etməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X4 ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək bildirdi ki, sonradan iş üzrə hadisənin Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi məzmunda baş verməsini eşitmiş, hadisənin baş verməsini "xxxx" MMC-nin təsərrüfat müdirinin müavini vəzifəsində işləyən Şakir Hüseynovdan öyrənmiş və Təqsirləndirilən şəxs və onun valideynlərinin və qohumlarının Səbuhinin dəfn günü, eləcə də sonuncunun yas mərasimlərinə gələrək ona baş sağlığı verərək maddi və mənəvi köməklik göstərmişlər. Həmçinin Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununa uyğun ifadə verdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununa uyğun ifadə verdi. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 16 avqust 2024-cü il tarixli protokol, ona əlavə edilmiş hadisə yerinin sxemi və fotocədvəllərdən görünür ki, iş üzrə hadisə Füzuli rayonu, «Haramı» düzündə baş vermiş, həmin yer torpaq örtüklü olmaqla düz və quru vəziyyətdədir. Yolun hər bir tərəfinin eni 10 metr olmaqla yolun ortası ilə su arxı çəkilmiş, yolun sağ və sol kənarları əkin sahələridir. Avtomobildə yük olmamış, hadisə yerində avtomobildən qalmış tormoz izi aşkar edilməmiş, “Toyota Hilux” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobil sağ yanı üstə aşmış, avtomobilin altında kişi meyiti olmuş, avtomobil hadisə yerində olan şəxslərin iştirakı ilə təkərləri üzərinə düzəldilmiş və meyit avtomobilin altından çıxarılaraq xərəyə qoyulmuş və Füzuli rayon Mərkəzi Xəstəxanasına məxsus X7 avtomobilinə mindirilərək aparılmışdır. (səh. 7-10). - xx.xx.2023-cü il tarixli, BD-807759 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2023-cü il tarixdən xx.xx.2033-cü il tarixə kimi etibarlıq müddəti olan “B1, B, C1,C” dərəcəli sürücülük vəsiqəsi verilmişdir (səh. 29). - AC 981941 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Hilux” minik markalı, pikap modelli, ** PK *** dövlət nömrə nişanlı avtomobil ünvan 2 ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin mülkiyyətindədir (səh. 43). - Füzuli rayon Polis şöbəsinin X8 Bölməsinin rəisi polis mayoru Bayram Cəfərovun 02 sentyabr 2024-cü il tarixli, 3-13-73/1-13683/2024 nömrəli raportundan görünür ki, “Toyota Hilux” markalı, pikap modelli, ** PK *** dövlət nömrə nişanlı avtomobil ünvan 4 ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin mülkiyyətindədir. Təqsirləndirilən şəxs həmin nəqliyyat vasitəsini idarə etmək üçün etibarnaməsinin olması barədə məlumat yoxdur. Yol-nəqliyyat hadisəsi baş verən ərazidə videokamera quraşdırılmamış və icazə verilən maksimal hərəkət surəti 90 km/saatdır (səh. 141-150). - məhkəmə-tibbi ekspertizasının 16 avqust 2024-cü il tarixli, 15/24 nömrəli rəyində göstərilmişdir ki, solda İİİ-İV-V-Vİ, sağİİ,İİİ-İV-V-Vİ-Vİİ qabırğaların fraqmentləri yerinidəyişmiş qapalı sınığı, ağciyərin cırılmaları, ikitərəfli hemotoraks(plevra boşluğuna qan yığılması), bədən səthinin çoxsaylı sıyrıqları, daxili üzvlərin venoz azqanlılığı, xəsarətlər ətraf yumşaq toxumalara yayılmış qansızmalarının olmasına görə həyatidir, onun ölümündən az əvvəl ağır küt travma nəticəsində törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan və mərhumun ölümü ilə nəticələnmiş sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. X3 ölümünə səbəb qabırğaların çoxsaylı sınıqları və ağciyərin cırılmalarından törənmiş çoxlu qanitirmə və ağır travmatik-hemorragikşok olmuş, meyitdə nəqliyyat travmalarından digər hər-hansı bir xəsarət aşkar olunmamış, meyit əlamətlərinin inkişaf dərəcəsinə və ilin fəslinə əsaslanaraq demək olar ki, X3 ölümünün müddəti qərarın təsviri hissəsində göstərilən vaxta uyğun gəlir (səh. 46, 50). - məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 2871/K nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabioid aşkar edilməmişdir (səh. 89-92). - məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 26 sentyabr 2024-cü il tarixli, 8/2587 nömrəli rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Toyota Hilux” minik markalı, pikap modelli, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin, 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (səh. 64-67). - Zərərçəkmiş şəxsin hüquqi varisi X4 məhkəməyə təqdim etdiyi yazılı ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını, vurulmuş ziyanın ödənildiyini və sonuncuya qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 26 sentyabr 2024-cü il tarixli, 8/2587 nömrəli rəyində göstərilmiş qaydada və məhkəmənin müəyyən etdiyi məzmunda pozması, bu halın ehtiyatsızlığından X3 ölümü ilə nəticələnməsi onun əməlində Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərini yaratmışdır. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsini, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun göstərilən müddəalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, məhkəmə istintaqı zamanı tədqiq edilmiş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi X4, şahid qismində dindirilmiş Şahid1 və Şahid2 verdikləri ifadələr, cinayət işi materiallarında olan “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 16 avqust 2024-cü il tarixli protokol, ona əlavə edilmiş hadisə yerinin sxemi, məhkəmə-tibbi ekspertizasının 16 avqust 2024-cü il tarixli, 15/24 nömrəli rəyi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 26 sentyabr 2024-cü il tarixli, 8/2587 nömrəli rəyi, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə tanınmış maddi sübutlarla, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərlənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (səh. 74). - Xocavənd RİHB-nın Muğanlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-52-8/2-225/2024, 5-52-8/2-226/2024 nömrəli arayışlar və xx.xx.2024-cü il tarixli xasiyyətnamə, elektron məhkəmə portalından əldə edilmiş məlumat və əmək müqaviləsinə xitam verilməsi barədə KKR-171/24 nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs subaydır, ailə üzvləri atası, anası və bir qardaşından ibarətdir, "xxxx" MMC-nin “Gözətçi” ştatı üzrə işləmiş, hazırda işdən azad edilmiş və yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir (səh. 57, 58, 59, 137). Məhkəmə Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxsin yaxın qohumu - anası olan hüquqi varisi X4 ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə, əvvəllər məhkum olunmamasını, törətdiyi əməldən səmimi peşiman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi X2 maddi və mənəvi dəstək olmasını, hadisədən dərhal sonra zərər çəkmiş şəxsə köməklik göstərməsini və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Məhkəmə Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, zərərçəkmiş şəxsin yaxın qohumu ilə barışıq əldə etməsi, zərərçəkmiş şəxsin hüquqi varisi X2 maddi və mənəvi dəstək olması, hadisədən dərhal sonra zərər çəkmiş şəxsə köməklik göstərməsi, əvvəllər məhkum olunmaması, törətdiyi əməldən səmimi peşiman olması və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsindən ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki : Göstərilən cinayət qanunu normalarına, eləcə də Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinin tələblərinə və cəza təyin edilərkən nəzərə alınan hallara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddə yaxın, yəni 3 (üç) il müddətə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzasının isə aşağı həddə yaxın, yəni 1 (bir) il 6 (altı) ay müddətə təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Buna görə də ona azadlıqdan məhrum etmə və nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzalarının göstərilən həddən artıq müddətə təyin edilməsinə zərurət, eləcə də qanunla müəyyən edilmiş əsas cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-in 175.5-ci maddəsinə əsasən “Qətimkan tədbirinin seçilməsi haqqında” 04 noyabr 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur, maddi sübut qismində tanınmış “Toyota Hilux” minik markalı, pikap modelli, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobil ibtidai istintaq orqanı tərəfindən "xxxx" MMC-nin nümayəndəsinə qaytarılmış, xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində olan polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - “Toyota Hilux” minik markalı, pikap modelli, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilin 19 avqust 2024-cü il tarixdə "xxxx" MMC-nin nümayəndəsinə qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №1(064)-17/2025
Füzuli Rayon Məhkəməsi Hökm — İş №1(064)-17/2025
08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver